Məhkəmə qərarları › İş №1(101)-1225/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1225/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1225/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi- Bakı şəhəri “Güvən” Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1963-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşayan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu xaricdən Azərbaycan Respublikasına minik avtomobilləri idxal edərək Bakı Şəhərində satmaqla mənfəət əldə edəcəyinə inandırıb bu məqsadlə 100 000 (bir yüz min) X9 dolları məbləğində sərmayəyə ehtiyacı olduğunu və sərmayə qismində həmin vəsaiti verəcəyi təqdirdə ona hər üç aydan bir 5000 (beş min) ABŞ dolları məbləğində qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq 16 mart 2017-ci il tarixdə saat 13 radələrində Bakı Şəhəri, Suraxanı rayonu,Yeni Hünəşli qəsəbəsi,“D” yaşayış massivi, 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində Zərərçəkmiş şəxs milli valyuta ilə 172 820 ( bir yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat ekvivalentində 100 000 ( bir yüz min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəx Zərərçəkmiş şəxs 172 820 (bir yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, zərərçəkmiş şəxs Orxan onun dostu Nemətin oğludur. Nemət illər əvvəl ondan borc götürmüşdü, sonra imkanının olmadığını borcu geri ödəyə bilməyəcəyini dedi. O, dostudu deyə, sonralar həmin borcu Nemətdən tələb etməmişdir. İllər sonra Xətai rayonunda Neməti gördükdə, o, Nemətə işlərinin yaxşı olduğunu demişdir. Nemət də ona 100000 dollar pul verdi ki, özünə iş qursun. Ona quracağı işdə qazanc olduqda yarı-yarı böləcəklərini demişdir. O, iş qurduqdan sonra ilk qazancı 3000 dollar olmuşdur. O, həmin qazancın 2500 dolarını Orxana vermişdir. O, Almaniyadan maşın gətirərək satışı ilə məşğul olmuşdur. Pulu da Orxandan maşın gətirib satmaq və qazanc əldə etmək üçün almışdır. Ona Orxan pul verməyib. Pulu ona Nemət verib. Nemət ona 10000 dollar pul verərək jest edib. O da Nemətdən aldığı puldan 42000 dollarını qaynı qaynı Şahid3 Mayıl oğluna Moskvadan Rusiyanın digər şəhərələrinə siqaret vurmaq üçün vermişdir. O da pulu batırmışdır. Nemətdən pulu maşın alveri adı ilə alıb siqaret alqı-satqısı ilə məşqul olmasını Nemətə deməyi və bunu onunla razılaşdırmayıb. Ozü rəsmi olaraq sahibkarlıq fəaliyəti ilə məşğul olmur. O, Nemətin 100000 dollar pulunu qaytaracaq. O, pulu Nemətin Günəşlidəki evindən almışdır. O, tez-tez Nemətlə danışmışdır. O, Bakı şəhərində sahibkarlıq fəaliyəti ilə məşğul olmamışdır. 42000 dollar pul qoyduğu işdən 3000 dollar qazanc əldə etmişdir. Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid2 dedikləri doğrudur, təqsirini boynuna alır. Orxandan 100000 dollar pul almışdır. Hal-hazırda həmin pulu qaytarmaq imkanı yoxdur, amma o, həmin pulu qaytaracaq. Ən yaxın dostu Nemətə qarşı yanlış hərəkət etdiyinə görə çox peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, göstərdiyi ünvanda yaşayır.Şahid2 ilə 1980cı ildən tanışdır, bir təşkilatda işləmişlər. Həmin vaxtdan da ailəvi dostluğu yaranıb. Orxan Nemətin oğludur. Nemət özü Moskva şəhərində yaşayır, hansısa rəsmi dövlət qrumunda işləyir. Nemət onun avtomobil satışından məlumatı olduğunu bilmiş, hər dəfə Bakıya gələndə hansısa bir iş görmək üçün müəyyən söhbətlər etmişlər. O, Nemətə demişdir ki, 100.000 ABŞ dolları müqabilində qısa zamanda xeyli miqdarda pul qazana bilərlər. Bundan sonra, təxminən 2017- ci ilin mart ayının əvvəllərində Nemət oğlu Orxanın yanında yaşadıqları ünvan 4 ünvanında ona 100.000 ABŞ dolları pul vermişdir. O da həmin pulu Nemətdən alanda bir daha demişdir ki, “narahat olma, maşın gətirib satmaq sahəsi çox gəlirlidir, mən də bu sahədən sizə gəlir verəcəm”. Bir müddət bu işlərlə məşğul olaraq, Nemətə bir neçə dəfəyə təxminən 4.000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin daha sonra gətirilən avtomobillərdə problemin olması işini çətinliyə salmışdır. Eyni zamanda qeyd edilən ərəfələrdə qaynı Şahid3 Mayıl oğlu ilə aralarında olan danışıq zamanı sonuncu ona demişdir ki, -“mən Rusiya Federasiyası ərazisində spirtli içki və siqaretlərin satışı ilə məşğulam, əgər sənin imkanın varsa, mənə pul ver, biznesin əhatə dairəsini genişləndirim və nəticədə sənə də gəlir verim”. O da qaynı Şahid3 etibarlı adam kimi tanıdığından bu təklifinə müsbət cavab vərərək, 2017-ci ilin avqust ayında yaşadığı ünvan 5 ünvanında Azərin arvadı Samirəyə 42000 ABS dolları pul vermişdir. Azər demişdir ki, Moskvada olan evini satıb bu biznesə qoyacağını demiş və ona da bu işə qoyacağı pulu arvadına verməyi tapşırmışdır. O da 42.000 ABS dolları pulu Azərin arvadı Samirəyə vermişdir. Azər bundan sonra, ona demişdir ki, təxminən 2 aydan sonra gəlir əldə edib, ona da pul verəcəkdir. Lakin Azər verdiyi vədlərə eməl etməyərək, ona bir neçə ay ərzində cəmi 3.000 ABŞ dolları pul verərək, sonradan ziyana düşdüyünü əsas gətirib, verdiyi pulu geri qaytarmaqdan imtina etmişdir. O, dəfələrlə Şahid3 pulunu geri istəsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu geri qaytarmaqdan imtina etmişdir. Azərin ona verdiyi 3.000 ABŞ dolları puldan 2.500 ABŞ dolları pulu mən Orxana Nərimanov rayonunda yerləşən “Gənclik Mall’da vermişdir. Bundan başqa, 2017-ci ilin oktyabr-noyabr aylarında qohumu X5 ilə aralarında olan danışıq zamanı sonuncu ona bildirmişdir ki, gömrük anbarında tekstilə aid mallar vardır, həmin malları çıxartmaq üçün 30.000 ABŞ dolları pul lazımdır, əgər mümkünsə, 15.000 ABŞ dolları pul versin, qalanını da özü qoyduqdan sonra malları çıxardıb satacaq və verdiyin pulla yanaşı ona gəlir də verəcəkdir. O da Nemətin verdiyi puldan Ceyhuna 15.000 ABŞ dolları pul vermişdir. Lakin nəticədə Ceyhun həmin pulun yalnız 6.000 ABŞ dollarını ona geri qaytarmış, qalan 9.000 ABŞ dolları pulu isə qaytarmamışdır. O, Ceyhunun verdiyi 6.000 ABŞ dolları pulu da Orxana vermişdir. Ondan sonra Nemətə qazanc verə bilməmişdir. Sonra Nemət pulunu geri istəmiş, o isə Nemətdən götürdüyü 100.000 ABŞ dolları pulu geri qaytara bilməmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs 100.000 ABŞ dolları pulu 16 mart 2017-ci ildə günorta saat 13 radələrində özü sayıb ona verməsi barədə ifadələri ilə əlaqədar bildirir ki, o, 100.000 ABŞ dolları pulu dostu Şahid2 almışdır. Lakin aldığı pulu danmır və pulu Nemətdən və ya oğlu Orxandan almasının onun üçün heç bir fərqi yoxdur, aldığı 100.000 ABŞ dolları pulu tam şəkildə qaytaracağına söz verir. Orxan Əlkəbərzadədən iş görmək məqsədi ilə aldığı 100.000 ABŞ dolları puldan 42.000 ABŞ dollarını qaynınız Azərə, 15.000 ABŞ dollarını isə dostu Ceyhuna verəndən sonra yerdə qalan 43.000 ABŞ dollarını özünün müxtəlif şəxsi ehtiyacları üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs aldığı Qaynı Şahid3 spirtli içki və siqaret sahəsində bizneslə məşğul olmaq üçün 42 .000 ABŞ dolları, tanışı Ceyhuna isə mah satıb ona gəlir verməsi üçün 15 .000 ABŞ dollar pul verməsi barədə pul sahibinə heç bir məlumat verməmişdir. Belə ki, pulu iş görüb, gəlir vermək adı ilə götürmüş, sonradan problem çıxdıqda, bu barədə Nemətə desə də, sonuncu bu məsələnin özünə aidiyyəti olmadığını deyib, pulunu geri istəmişdir. Onun isə Ceyhun və Azərlə münasibətlərinə görə onlardan pulu ala biləmiş və barələrində polisə müraciət etməmişdir. Zərərçəkmiş şəxs cəmi 1.500 ABŞ dolları pulu qaytarması barədə verdiyi məlumatla onun 7.000 ABŞ dolları qaytarması barədə ifadələri arasındakı ziddiyyətlə bağlı bildirir ki, ola bilər Orxan digər pulları unutduğu üçün bu formada bildirmişdir. Özü qeydiyyat aparmasa da, hesablamalarına görə Orxana təxminən 7.000 ABŞ dolları pul vermişdir. Xaricdən avtomobil gətirərkən üzləşdiyi problemlər ondan ibarətdir ki, Gürcüstandan gətirdiyi Amerikadan gəlmiş avtomobillərin əvvəllər suda batmış olduqlarına görə alıcıya mayasından aşağı qiymətə satmış və bu səbəbdən Nemətin verdiyi pullar əlindən çıxmışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Atasının dostudur.Aralarında ədavətləri yoxdur. Azər 2017-ci il tarixdə Bakı şəhəri, günəşli qəsəbəsində atası ilə ona təklif etdi ki, əgər ona pul versələr, biznes qura bilər. Atasının dostu olduğuna görə o, 100.000 dolar məbləğində pulu Azərə verərək, hər üç ayda ona qazancından ona verəcəyi razılaşmışlar. Azər xarici ölkədən maşın gətirəcəyini demişdi. Azər ona bir dəfə 2500 manat pul verib. Sonralar o, Azərə zəng vurduqda Azər qazancın olmadığını deyərək ondan yayınmağa başladı. O, aldatıldığını bilmişdir.. Azər atasının dostu olduğuna görə ondan pul istəməyə üzü gəlməmişdir. Onların sürücüsü Azərə zəng edib atasının gələcəyini demək istəyəndə də Azər buna da laqeyd yanaşırdı. Özü Rusiya Federasiyasında media subyekti kimi fəaliyyət göstərir. Onun tərəfindən Azərə maşın alqı-satqısı təşkil etmək üçün 100.000 dollar pul verilmişdir. O, Azərin maşın gətirməyinə bələd idi. Azərlə görüşləri ərəfəsində telefon danışıqlarının olubolmadığını xatırlamır. X15 «D» massivində mənzillərinin qarşısında Azər, o və atası görüşdülər. Azərə verdiyi 100.000 dolar pul ona məxsus olub, atası Nemətə məxsus olmayıb. Azərə pulu o, öz verib, atası Nemət verməmişdir. Pul on dənə 100 dollarlıq bağlamalardan ibarət idi. Azər pulu sayaraq götürdü.Azər ona hər üç aydan bir 2000-5000 arası qazanc verəcəyini vəd etmişdi. O, pulu Azərə o şərtlə vermişdi ki, istədiyi vaxt geri götürə bilər. Azərə etibar etdiyi üçün həmin pulun arxasınca düşməmişdir. O, Azərlə görüşə atası ilə birlikdə getmişdir. Atası Azərin belə təklifi etdiyini deyib onun nə düşündüyünü soruşdu. Pul ona aid olduğuna görə atası ondan soruşmuşdur. Atasının Azərə biznes üçün pul vermək fikri yox idi. Özü pul qazanmaq istədiyİ üçün pulunu investisiya etmək qərarına gəlmişdir. Görüşün təşkili üçün kimin ilk dəfə zəng etdiyini xatırlamır. Azərin Almaniyadan gətirdiyi avtomobillərdən biri 2013-cü il istehsalı, digəri isə 2014-cü il istehsalı idi. Onun 100.000 dollar pulu Azərə verməkdə məqsədi investisiya edərək pul qazanmaq idi. O, Azərə pulunu qaytarmasına dedikdə qaytaracağını dedi. Azər onunla heç bir şəkildə əlaqə qurmamağı səbəbindən və qazanc əldə etmədəyini dediyinə görə onu aldatdığını düşünmüşdür. **********2 və +**********44 onun əlaqə nömrələridir. O, Azərdən pulunun geri qaytarılmasını tələb edir. Mülki iddia verəcək iddiasını da təmin edilməsini xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır. Özü hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun atasının tanışıdır və əvvəllər, yəni barəsində şikayət etdiyi hadisəyədək aralarında həmişə yaxşı münasibət olmuşdur. Məhz buna görə də, Təqsirləndirilən şəxs özünə etibarından sui- istifadə edərək, ona qarşı dələduzluq edə bilmişdir. 2017-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs onun əlində bir az pul olduğunu bildiyi üçün ona müxtəlif işlər görməyi təklif etməyə başlamışdır. O, əvvəl Təqsirləndirilən şəxs pul verməkdən imtina etmişdir. Daha sonra Azər ona xaricdən müxtəlif markalı avtomobillərin gətirilməsi və satışı ilə birlikdə məşğul olmaqla dolanmağı və bu işə pul qoymağı təklif etmiş, bildirmişdir ki, maşm alverindən əldə etdiyi puldan bir qismini də ona verəcək, işə qoyduğu pulu da İstədiyi vaxt tam şəkildə ona qaytaracaqdır. O da fikirləşib sonra fikrini deyəcəyini bildirmişdir. Bundan sonra Azər dəfələrlə ona təkid etməyə başlamışdır ki, bu işi görməsi üçün pul versin. O da atasının uzun müddətli tanışı və yaxını olduğu üçün Azərə etibar etmiş və hansı miqdarda pul lazım olduğunu Azərdən soruşmuşdur. Azər bildirmişdir ki 100.000 ABŞ dolları versə, bu işi həll edib qaydasına qoyacaq və mütəmadi olaraq xarici ölkələrdən avtomobil alıb Bakıya gətirərək satıb ona hər üç aydan bir 5.000 ABŞ dolları qazanc verəcəkdir. O da Azərə etibar etdiyi üçün atası Şahid2la razılaşdıqdan sonra, dəqiq olaraq 16 mart 2017-ci il tarixdə günorta təxminən saat 13 radələrində ailə sürücüsü və atasının əmisi oğlu olan Şahid1 yanında Təqsirləndirilən şəxsla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi 16 saylı yaşayış binasının qarşısında görüşmüşdür. Həmin vaxt Əkbərin yanında bir daha Azərlə söhbət etmiş və Azər ona söz vermişdir ki, ondan aldığı pulun qarşılığında xaricdən avtomobillər gətirib sataraq pul qazanıb, həmin pulun müqabilində ona da hər üç aydan bir 5.000 ABŞ dolları pul verəcəkdir. Bundan sonra o, sürücü Şahid1 yanında 100.000 ABŞ dolları pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Azər də həmin pulu sayıb götürmüşdür. Bundan bir müddət sonra Azər onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik mail” ticarət mərkəzində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Azər ona 2.500 manat pul vermiş və işlərinin yaxşı getdiyini, xaricdən gətirdiyi bir neçə avtomobili sataraq yaxşı qazanc əldə etdiyini və əlini çörəyə çatdrıdığı üçün bu pulu ona verdiyini bildirmişdir. O, həmin vaxt bir daha arxayın olmuşdur ki, Azər ona dediyi kimi avtomobil alqı-satqısı ilə məşğuldur və əlində pul vardır, nə vaxt lazım olsa pulunu tam şəkildə qaytaracaqdır. Onu da bildirir ki, 100000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs verdikdən sonra heç vaxt sonuncu ilə iş barədə danışmamış və həqiqətən xaricdən avtomobil gətirib sataraq qazanc əldə etməsi ilə maraqlanmamışdır. Sonradan bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edib söz verdiyi kimi hər üç ayda bir dəfə 5.000 ABŞ dolları verməli olduğu pulu hansı səbəbdən vermədiyini maraqlandıqda Azər işlərinin yavaş-yavaş zəiflədiyim, narahat olmamağı, işi qaydasına qoyacağını demişdir. Ancaq bir il keçməsinə baxmayaraq, Azərin verdiyi vədlərə əməl etmədiyini görmüş və bundan sonra Azərin onu aldatdığını yəqin edib müraciət edərək, əlavə pul lazım olmadığını, verdiyi 100.000 ABŞ dolları pulunu qaytarmasını tələb etmişdir. Azər də bir neçə günə pulu tam şəkildə qaytaracağına söz vermiş, ancaq bir neçə gün keçdikdən sonra yenidən əlaqə saxladıqda xaricdən gətirdiyi avtomobillərdə problem çıxdığını və bu problemi həll etdikdən sonra avtomobilləri satıb pulunu tam şəkildə qaytaracağını bildirmişdir. O, Azərə etibar etdiyi üçün dediyi bütün sözlərə inanmışdır. Ancaq Azər pulu qaytarması üçün bir neçə dəfə ondan istədiyi müddətdən keçməsinə baxmayaraq pulu qaytarmamış və o, artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək, verdiyi pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, hadisə barədə polisə müraciət etmək qərarına gəlmişdir. 100.000 ABŞ dolları pulu 16 mart 2017-ci il tarixdə təxminən günorta saat 13 radələrində ünvan 6 ünvanında yerləşən özünə məxsus evin həyətində Təqsirləndirilən şəxs vermişdir. Hadisə barədə ilkin olaraq Binəqədi RPİ-nə izahat verdiyi zaman elə fikirləşirdim ki, pulu Binəqədi rayonunda yaşadığı evdə verdiyini desə, işinə tez baxılacaq və tez nəticə əldə olunacaqdır, ona görə də 100.000 ABŞ dolları pulu ünvan 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Həqiqətdə isə 100000 ABŞ dolları pulu ünvan 6 ünvanında yerləşən mənə məxsus olan mənzilin yerləşdiyi binanın qarşısında Azərə vermiş, həmin faktı Şahid1 da təsdiq edə bilər. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs qismində tanınmağı ilə əlaqədar hüquqları və vəzifələri ona izah edilmiş, istintaq zamanı verdiyim ifadələri təsdiq edir, ifadələrində Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək, xaricdən avtomobillər gətirib satmaqla qazanc əldə edəcəyi barədə yalan vəd verməklə aldadıb xarici valyutada 100.000 ABŞ dolları vəsaitini ələ keçirməsinin hallarını olduğu kimi göstərmişdir. Əlavə olaraq bildirir ki, atası Nemətlə yaxın münasibət saxlamış tanışı kimi uşaqlıqdan özü də tanıdığı Təqsirləndirilən şəxs 2017-ci ildə onu aldadıb 100.000 ABŞ dollarını ələ keçirənə qədər onların heç bir işbirliyi, aralarında borc və ya başqa öhdəliklər olmamışdır. Bununla yanaşı tanış kimi onunla söhbətlərdən Təqsirləndirilən şəxs onda pul olduğunu biləndən sonra bir neçə dəfə qazanc əldə etmək üçün iş görmək barədə müxtəlif təkliflərini eşitdirmiş, amma o, söhbətə girməmişdir. 2017-ci ilin mart ayında növbəti təklif kimi Təqsirləndirilən şəxs xaricdən maşın alıb gətirməklə məşğul olduğunu və bu işin qazanclı olduğunu deyərək, satışa maşın gətirmək üçün ondan pul istəmiş və konkret şərtlə danışaraq bildirmişdir ki, ona 100.000 ABŞ dolları verməlidir ki, işini yaxşı qura bilsin, gətirdiyi maşınların satışına başlayıb hər üç ayda ona 5.000 ABŞ dolları qazanc verəcək, işə verdiyi öz pulunu isə kimi istənilən vaxt ala bilər. O, atası ilə məsləhətləşmiş və ancaq ondan sonra razılıq vermişdir. Razılıq verəndən sonra isə atasının əmisi oğlu Şahid1 iştirakı ilə 16 mart 2017-ci il tarixdə saat 13 radələrində ünvan 8 ünvanında yerləşən binanın qarşısında 100.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir.Orada Azər bir daha razılaşdıqları təklifini təkrar etmiş və pulu sayıb ondan götürmüşdür.Təqsirləndirilən şəxs 100.000 ABŞ dollar məbləğində xarici valyuta vermişdir, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnənin əsas götürülməsini istəyir və hesab edir ki, ona vurulmuş ziyan 172.820(yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat kimi göstərilməlidir. Təqsirləndirilən şəxs ifadələrində ondan aldığı pulun bir hissəsini Rusiyada işləyən qohumu Şahid3 siqaret və spirtli içkilər ticarəti üçün verməsi, Şahid3 isə ona borclu olan qohumu Ramiz Qasımovun həmin borcun hesabına sizə 70.000 manat ödəməsini bildirmələri ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs haqq-hesabda düz adam olmadığını artıq hadisədən sonra onu tanıyan və barəsində məlumatı olan bir çox adamdan eşitmişdir. Ondan aldığı pulu necə istifadə etməsini Təqsirləndirilən şəxs özü yaxşı bilir, amma istintaqa verdiyi məlumatlar, onun üçün gətirdiyi müxtəlif bəhanələrin hamısı uydurduğu yalanlardır. Şübhəsiz ki, ona heç kim pul ödəməmişdir, Ramiz Qasımovu tanımır, sonradan bildiyi kimi həmin şəxs özü də Şahid3 yalan danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs özü fırıldaqçı olduğu kimi istinad etdiyi şəxslər də yalan danışırlar, yəni öz aralarında da, ona aid olmayan, qeyri-səmimi münasibətlər vardır. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs onu aldatmış, məhz maşın alveri edəcəyi ilə aldadıb pul verməyə razılığımı almış və heç bir maşın alveri ilə məşğul olmadan pulu alandan sonra bildiyi kimi istifadə etmişdir. Odur ki, hesab edir Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayətə görə cinayət məsuliyyəti daşımalı və ziyanı ödəməlidir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsla 40 ildir bir-birilərini tanıyırlar, ən yaxın dostlarından biri olub. Azərbaycana hər dəfə gələndə mütləq Azərlə görüşüb yemək yemiş, hətta təxminən 2014-2015-ci illərdə onu Rusiyaya dəvət etmişdir ki, orada ona şərait yaratsın. Azər isə burada ofis qurmaq istədiyini, avtomobil alqı-satqısı ilə məşğul olacağını bildirdi. O,Azər, Azərin işlyəcəyi şəxs və bu işlərdə ona maddi köməklik edəcək xanımla birlikdə restorana gedib bu məsələləri müzakirə etmişlər. Restoranda xanım Azərə maliyyə və digər işlərdə gömək edəcyiyni bildirdi, o özü də Azərə hüquq-mühafizə orqanları tərəfdən ona köməklik edə biləcəyimi bildirmişdir. Azər isə Azərbaycana qayıdıb evdəkilərini də bura gətirmək istədiyini bildirəndə, o, Azərə belə halda ona köməklik edə bilməyəcəyini demişdir. Əslinə qalsa, o, Azəri Moskva şəhərinə dəvət etməkdə səbəbi onu Moskvaya gətirmək istədiyi qadından uzaqlaşdırmaq idi. Azər isə Azərbaycana qayıdıb həmin qadınla Moskva şəhərinə gəldilər, lakin yenə də o, Azərlə münasibətini korlamamışdır. Azər ona bir dəfə avtomobili 40000 gətirib 50000 manata satdığını dedikdə belə işlərlə məşğul olmadığını, lakin oğluna bu barədə məlumat verə biləcəyini demişdir. Azər də razı oldu. Bu barədə o, oğlu Orxana məlumat verdikdə Orxan onun məsləhəti ilə bu işi edəcəyini bildirdi. Hadisənin üzərindən təxminən bir il keçdikdən sonra Orxan Azərin ona pul vermədiyini , Azərlə danışacağını dedi. Üç-dörd aydan sonra Orxan eyni şeyləri dedi. O da Azərlə danışmışdır. Azər hər şeyin qaydasında olduğunu dedi. Bir müddət keçdikdən sonra Orxan Azərə zəng edib pulunu geri istədiyini bildirdikdə, özü özü ikinci dəfə Azərə zəng vurub ona Orxanın pulunu geri qaytar demişdir. Azər isə hər şeyin yaxşı olacağını desə də, ona sadəcə Orxandan aldığı pulu qaytarmağını tələb etmişdir, Azər də razılaşdı. Bir neçə ay keçdikdən sonra o, Azərbaycana qayıtmış, sürücüyə Azərlə əlaqə saxlamasını və dediyi restorana gəlməsini tapşırmışdır, lakin Azər təxminən on gün müddətində telefonunu açmadı və geri zəng etmədi. Hətta qardaşı rəhmətə getdi, bir dəfə zəng edib baş sağlığı vermədi, anası, bacısı ilə əlaqə saxladı, onlara da sadəcə oğlumun pulunu qaytarmasını istədiyini bildirdi. Üzərindən altı-yeddi ay keçdikdən sonra Azərin bacısı zəng etdi, ancaq cavab vermədi, daha sonra be-altı dəqiqəlik səsli mesaj göndərib mesajda ona kömək etməyini, anası ilə qaldığı evi atasının xəstə olduğu vaxtda anası rəhmətə getdikdən sonra notariusda evin Azərə qalması barədə ərizə yazıldığını bildirmişdi. Azərin 100000 ABŞ dollarını sadəcə onun yaşayışı üçün köməklik etməyi, pulun ona Orxanın deyil, onun verdiyi barədə dedikləri doğru deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs doğma oğludur. Təqsirləndirilən şəxs isə uşaqlıq dostudur, aralarında həmişə yaxşı münasibət olmuşdur. Azər həmişə ondan müxtəlif işlər görmək üçün pul istəyir, o isə bilmədiyi işi görmək istəmədiyi üçün Azərə pul vermir. Mahiyyəti üzrə bildirir ki, 2017-ci ilin mart ayında dəqiq xatırlamadığı zaman Azər yenidən ondan iş görmək üçün pul istəmiş və yaxşı gəlirli işlər olduğunu bildirmişdir. O, həmin vaxt oğlu Orxanın əlində pul olduğu üçün oğluna demişdir ki, əgər istəyirsə Azərə pul versin və Azər iş görüb onun da pulunu versin. Oğlu da uşaqlıqdan Azəri tanıdığı üçün və Azərlə onun arasında olan yaxşı münasibəti bildiyi üçün razılaşmışdır. Bir neçə gün sonra oğlu Orxan ona bildirmişdir ki, Azər xaricdən avtomobil gətirib satmaq üçün ondan 100.000 ABŞ dolları pul istəyir və hər üç aydan bir ona 5.000 ABŞ dolları hörmət etməyə söz verir. O da Azəri tanıdığını, sonuncuya etibarının tam olduğunu və pul verməkdə problem olmayacağını bildrmişdir. Oğlu Orxan onun bu sözündən sonra ailə sürücüsü olan Şahid1 yanında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,“D”yaşayış massivvi 16 ünvanında olan binanın qarşısında 100.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra başı qarışıq olduğu üçün o, bir müddət bu işin nəticəsi barədə maraqlanmamışdır. Bir neçə ay sonra oğlu ona demişdir ki, Azər əvvəlcədən verdiyi vədə əməl etmir və hər üç aydan bir verəcəyinə söz verdiyi 5.000 ABŞ dolları pulu vermir. O da bundan sonra özü Azərlə mobil telefonla əlaqə saxlayıb danışmış və Azər narahat olmamağı deyib, işlərin qaydasında olduğunu və bu məsələni həll edəcəyinə söz vermişdir. Ancaq bundan sonra oğlu bir neçə dəfə də Azərdən gileylənərək verdiyi vədlərə əməl etmədiyini və pulunu tam şəkildə geri qaytarmasını tələb etdiyini,Azərin isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığını bildirmişdir. Bunu bildikdən sonra bir neçə dəfə Azərlə əlaqə saxlayıb niyə belə hərəkət etdiyini, onların etibarından sui-istifadə edib aldığı pulu qaytarmadığını soruşmuş, Azər də hər dəfə müxtəlif bəhanələr gətirərək oğluna məxsus 100.000 ABŞ dolları pulu qaytarmamışdır. Bundan sonra oğlu hadisə barədə polisə müraciət etmişdir Təqsirləndirilən şəxs verilmiş 100.000 ABŞ dolları pul oğlu Orxanın özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları pulu verdiyi zaman özü orada olmamışdır. Oğlu həmin 100.000 ABŞ dolları pulu ailə sürücüsü və əmisi oğlu Şahid1 yanında vermiş, Əkbər bu hadisənin şahidi olmuşdur. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxs Şahid2 isə onun əmisi oğludur. O, Orxandan eşitmişdir ki, iş qurmaq istəyir. Sonradan eşitmişdir ki, Azər Nemət əminin yaxın dostudur. Aralarında danışıq olub və Orxan Azərə 2017-ci ilin mart ayında 100.000 dolar pul verib. Nə qazanc olacaqsa, aralarında bölmək barədə razılığa gəliblər. Orxan Azərə pulu Günəşli massivi ünvanındakı evlərinin həyətində verib. Azər maşın alveri ilə məşğul olurdu. O, sürücü işləyir. O, Azərin maşın gətirdiyini görməmişdir. Azər yalan deyib. O, Azəri 25-30 ildir ki, tanıyır. Azəri Nemətin vasitəsilə tanımışdır. Orxan özü ona o, miqdarda pul verdiyini dedi. O, Orxanın Azərə verdiyi pulu paketdə saydığını və verdiyini görmüşdür. O, Orxan Azərə başqa pul verəndə iştirak etməmişdir. Şahid2 Moskva şəhərində işləyir. O, Nemətin nə işlədiyini bilmir. Orxanın burada biznesinin olduğunu bilmir. Nemətlə Azərin münasibətlərinin pis olması barədə məlumatı yoxdur. Nemətlə son zamanlar danışmamışdır. Orxanla on gün olar ki, görüşmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir: “mənə verilən suallara cavab olaraq bildirirəm ki,göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram, pensiyaçıyam, eyni zamanda sürücülüklə məşğul oluram. Şahid2 mənim əmim oğludur, ailəlikcə münasibətlərimiz yaxşıdır. Bundan başqa mən onların ailə sürücüsü kimi avtomobilimlə işlərini görürəm. Əmim oğlu Nemət əsasən Rusiyada işləyir, orada daha çox olur, orada da, Azərbaycanda da olur. 2017-ci ilin mart ayında Nemətin oğlu Orxandan eşitdim ki, atasının dostu Azər onu maşın alverinə cəlb etmək istəyir, alverə pul qoymasını təklif edir və deyir ki, yaxşı qazanclı işdir. Orxanın deməsindən başa düşdüm ki, maşın alqı-satqısı ilə Azər özü məşğul olur, ondan isə maya kimi pul istəyir və qazancı böləcəklərini vəd edir, eyni zamanda Orxanın öz pulun istədiyi vaxt götürə biləcəyini deyir. Amma Orxan bu təklifə razılıq verməyə tərəddüd edirdi. Bilirəm ki, həmin vaxt Orxan atası ilə məsləhətləşdi, çünki Təqsirləndirilən şəxs onun atası Nemətin yaxın tanışıdır. Nemət oğluna icazə verəndən sonra Orxan 100.000 ABŞ dolları pulu Azərə verməyi qərara alandan sonra mənimlə birlikdə pulu verməyə gedəcəyini dedi. 16 mart 2017ci il tarixdə günorta vaxtlarında Orxan mənimlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi 16 saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxsla görüşdü. Orada onla bir müddət razılaşdıqları avtomobil alveri işi ilə bağlı danışdılar, mən danışıqlara müdaxilə etmədən onların yanında olaraq söhbəti eşidirdim. Söhbət əsnasında Azər çalışırdı Orxanı dediklərinin doğruluğuna inandırsın, deyirdi ki, aldığı pulu xaricdən avtomobillər gətirib satmaq üçün istifadə edəcək, avtomobillərin satışında yaxşı qazanc var və söz verdi ki, qazancdan hər üç aydan bir 5.000 ABŞ dolları Orxana verəcəkdir. Eyni zamanda deyirdi ki, - “qazancın üç aydan bir 5.000 dollar öz yerində olacaq, 100.000 dolları pulun da öz yerində qalır, nə vaxt sənə lazım olarsa pulunu götürüb çıxırsan işdən”. Bu söhbətdən sonra Orxan mənim yanımda 100.000 ABŞ dollarını Təqsirləndirilən şəxs verdi, sonuncu pulları sayıb götürdü və sağollaşıb ayrıldıq. Həmin görüşdən sonra Orxanla Təqsirləndirilən şəxs arasında olanları bilmirəm, amma bir il, bəlkə bir az da çox müddət keçəndən sonra mən Orxandan, sonra atasından eşitdim ki, Azər onları aldatmış, 100.000 ABŞ dollarını alandan sonra heç bir maşın alveri ilə məşğul olmamış, qazanc gətirməmiş və aldığı pulu da qaytarmamışdır.” Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Azər onun yeznəsidir. Onunla heç bir ədavəti yoxdur. O, əvvəl Abşeron rayonunda Vergi müfəttişi olaraq işləyirdi. 2017-ci ildə o, Rusiya Federasiyasından Bakıya qayıtdıqda Azər ona birlikdə iş qurmağı, xarici ölkədən siqaret idxalını təklif etdi. O da razılaşıb bu işdən az da olsa qazanc əldə etmişlər, sonra Azər pulun başqasına aid olduğunu deyib spirtli içki məhsullarını idxal etməyi təklif etdi. Həmin işdə qazanc 60-70 faiz olur, lakin riski də çox yüksək idi. 2017-ci ild tarixində Azər həmin işə görə ona 70000 manat pul verib. Spirtli içki istehsalında zərərə uğradılar deyə Azərin verdiyi 70000 manat, həmçinin onun öz pulu batmışdır. Siqaret idxalında qazanc olmuşdu deyə o, Azərə 5000 manat pul vermişdi. Azər ona spirtli içki idxalını təklif edəndə problem olma ehtimalını Azərin özünə demişdir. Onlar lisenziyasız fəaliyyət göstəriridilər. Təqsirləndirilən şəxs yalan danışır. Azər atasının obyektini satışa qoymuşdu, ona görə verilən 70000 manatı oradan əldə etdiyiyni fiktoləşmişdir. O, zərərçəkən şəxsi tanımır. Sonradan bilmişdir ki, pul Azərin dostuna məxsusdur. Azərlə indiyə qədər münasibətləri normal idi, artıq normal deyil. İfadələrinə başqa əlavəsi yoxcdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynıdır, sonuncu onun bacısı X11 əridir. Demək olar ki, qohum olduqları vaxtlardan Azər ilə münasibətləri o qədər də yaxşı olmamış, indiyədək də elə qalmaqdadır.Təxminən dörd-beş il əvvəl Azərlə söhbəti zamanı sonuncu ona demişdir kİ, -« eşitmişəm Rusiyada spirtli içki və siqaret satışı ilə məşğul olursan, əgər imkan varsa, məni də bu işə daxil et, biznesin əhatəsini genişləndirək, artıraq ki, qazancımız da artsm». O da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış, danışıqlarından bir müddət sonra onlar ilk siqaret partiyası sifarişini vermişlər. Bunun üçün razılaşmışlar ki, Təqsirləndirilən şəxs da 70.000 manat pul qoysun. Təqsirləndirilən şəxs razılaşaraq 70.000 manat pulu Bakı şəhərində yaşadığı mənzilində onun həyat yoldaşı Samirəyə vermişdir. İlk bir neçə ay ərzində Azərə siqaret alverindən 5.000 manat vermiş, Sonradan Təqsirləndirilən şəxs siqaret işində qazancın az olmasında narazılıq edərək birdəfəlik spirtli içki alverinə keçməyi təklif etmiş, o, bir neçə dəfə Təqsirləndirilən şəxs təklifinə getməmiş, demişdir ki, içki alveri məsələsi təhlükəlidir, çünki tutulma riski vardır, sifariş verilən malların aksiz markası saxta olanda mallar tutulur və müsadirə olunur, aksizin də saxta olub-olmamasını həmişə bilmək olmur. Bir müddət sonra qazanc az olduğuna görə spirtli içkilərin satışı ilə məşğul olmağa başlamışlar. 2017-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs 70.000 manatının üstünə Özü də 70.000 manat qoyub 140.000 manat məbləğində spirtli içki sifariş vermişlər.Sifariş veriləndən bir ay sonra konteynerlər Rusiyada Surqut şəhərində tutulmuş, mal dostu Elşad vasitəsilə depoda saxlanılmışdır.Elşadm qurtarılması üçün 31.000 manat xərcləməli olmuş, Elşad həbsdən çıxandan sonra malın buraxılacağına söz versə də bunu edə bilməmiş, iki il onu gözlətdirmiş, amma heç nə alınmamışdır. Ona görə də Təqsirləndirilən şəxsla işi pozulmuş, Təqsirləndirilən şəxs ziyana düşdüyü üçün ondan pulu tələb etmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, spirtli içki alverinin təhlükəli olduğunu demiş, Təqsirləndirilən şəxs razılaşmamış, ziyanını ödəməsini tələb etmişdir. Onun başqa imkanı olmadığına görə Təqsirləndirilən şəxs demişdir ki, əmisi oğlu Qasımov Ramizin ona 300.000 ABŞ dolları borcu vardır, ala bilirsə, sonucudan alsın. Sonralar mərhum İqbal adlı dostundan eşitmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğlu Ramizlə hesablaşmışdır, amma özü bilavasitə Ramizlə bu barədə danışmamış, çünki müasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs özü də son vaxtlara qədər onu narahat etməmiş, 2021-ci ildə Binəqədi rayon polisinə izahat verməyə çağırılanda bilmişdir ki, Təqsirləndirilən şəxs özü tanışının pulunu alıb xərclədiyinə görə barəsində şikayət olunandan onun adını çəkmişdir. Onu da bildirir ki, Təqsirləndirilən şəxs pul aldığı şəxsləri tanımır, aralarındakı danışıqları da bilmir. Əmisi oğlu Ramiz Qasımovla narazılıqlara görə münasibət saxlamır, sonuncunun Təqsirləndirilən şəxs pul ödəməsini artıq həyatda olmayan İqbal adlı şəxsdən eşitmişdir. Məhkəmədə və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində qeyri ardıcıl olub 100.000 ABŞ dollarını zərərçəkmiş şəxsdən deyil onun atasından avtomobil alqı-satqısı ilə məşğul olmaq adı ilə aldığını, quracağı işdən əldə edəcəyi qazancı böləcəkləri haqqında razılıq əldə etdikərini, pulu aldıqdan sonra avtomobil alverinə deyil başqa məqsədlərə, o cümlədən də, 42000 dollarını siqaret alqı-satqısı ilə məşğul olması üçün qaynına, 15000 dollarını tanışına məxsus tekstil materiallarını gömrükdən keçirmək üçün rüsumu ödəmək məqsədi ilə ona verdiyini, qalan məbəlği özünün ehtiyaclarına ödədiyini göstərdiyi halda işinin alınmamasının səbəbini Gürcüstandan aldığı Amerikadan gətirilmiş maşınların su altında qaldığı səbəbindən sata bilməməsi oldğunu göstərdi. Təqsirləndirilən şəxs bu ifadələri iş üzrə təqdim olunmuş sübutlar fonunda məhkəmədə müqayisəli təhlil edilib araşdırılarkən bu ifadələr əsaslı şübhələrlə müşahidə olundu. Çünki onun ifadələrinin bir hissəsi onun digər hissəsini inkar etdi. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 100000 dollar pul alıb onun əlli yeddi min manat hissəsini başqa şəxslərə verib, qalan hissəsini isə özünün şəxsi ehtiyaclarına sərf etdiyi halda onun qalmayan pulla Amerikada su altında qalmış maşınları Gürcüstandan alıb Azərbaycana gətirib sata bilməməsi ağlabatan deyildir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs,həmçinin, Şahid3 ifadələrində zərərçəkmiş şəxsdən aldığı pulu Şahid3 siqaret alqı-satqısı üçün verməsi baxımından da əsaslıdır. Məhkəmə araşdırmış sübutlar əsasında yaranmış səhnəni təsəvvür edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun atası ilə dostluq münasibətlərinin olmasından istifadə edib onun etibarını qazanaraq ondan xarici dövlətdən avtlmobillər gətirib satmaq adı ilə külli miqdarda pul alıb, həmin məbləği vədinə uyğun deyil, şəxsi mülahizələrinə uyğun israf etmişdir. Məhkəmənin bu qənaətə gəlməsi Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edən sübut təqdim etməməsi baxımından da əsaslıdır. O, öz təqsirsizliliyini sübuta yetirməyə borclu deyildir, lakin özünün iddialarını təsdiq edən sübutları təqdim etməlidir. O isə bunu etmədi. Məhkəmədə də onun iddasını təsdiq edən sübut müəyyən olunmadı. O, Gürcüstandan maşınlar alıb Azərbaycana maşın gətirib sata bilmədiyini iddia etsə də bu təsdiq edən sübut təqdim etmədi. Bu səbəbədən də məhkəmə, onun ziddiyyətli ifadələrini onunla zərəçəkmiş şəxs arasında olan münasibətləri mülki münasibətlər müstəvisinə gətirmək cəhdi kimi qiymətləndirir. Bu qənaət məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 100000 dollar pul aldığını, hazırda həmin pulu qaytarmaq imkanının olmadığı, amma qaytaracağını bildirməsi baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələrinə istinad edilməsini əsaslı sayır. Çünki onun öz müdafiəsinə yönələn ziddiyətli ifadələri zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, digər sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ziddiyyəti ifadələrini obyektiv həqiqətə uyğun olmayan, təqsirləndirildiyi əməlləri mülki münasibətlər görüntüsü yaradıb, ehtimal etdiyi cinayət hüquqi qaydasında ona təyin edilə biləcək cəzadan yayınmaq üçün göstərdiyi uğursuz cəhdi kimi qiymətləndirir. Çünki onun bu iddalarını təsdiq edən sübut müəyyən olunmadı. O özü də iddalarını təsdiq edən sübut təqdim etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs hərəkətlərini təsvir edən sübutların və işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından onun əməllərinin ittiham olunduğu cinayət qanunun müvafiq maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi və sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi tövsif olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X6 dəymiş zərərin ödənməməsi müəyyən olundu. İş üzrə zərərçəkmiş şəxs X10 mülkü iddia verərək Təqsirləndirilən şəxs tərəfindən ona maddi zərər kimi dəymiş 172820 (yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat, mülki iddia vermək üçün ödədiyi 463(dörd yüz altmış üç) manat dövlət rüsumunu, ümumilikdə 173283 (yüz yetmiş üç min iki yüz səksən üç) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə və qəsdən törətməsinin, bu əməl nəticəsində onun tərəfindən zərərçəkmiş şəxs X6 172820 (yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat zərər yetirildiyinin sübuta yetirildiyi qənaətinə gəldiyindən həmin məbləğin və mülki iddia vermək üçün ödənilmiş 463 (dörd yüz altmış üç) manat dövlət rüsumunun, ümumilikdə 173283 (yüz yetmiş üç min iki yüz səksən üç) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur və qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə olunan əməlak müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də ona 420 (dörd yüz iyirmi) manat pulu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində qeyri ardıcıl olmasına baxmayaraq onun ifadələrində cinayət əməlinin predmetini təşkil edilən miqdarda pulun alıdığını təsdiq edib və həmin məbləği zərərçəkmiş şəxsə qaytarmağı vəd etməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin törədilməsi hallarını, şəraitini, nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində bu iş üzrə 16 avqust 2023-cü il tarixdə əvvəli 14 avqust 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib hazırkı vaxta qədər ev dustaqlığında olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətinin və başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığını ləğv edib onun barəsində həbs qətimkan tədbiri seçilməsini hökm qanuni qüvvəyə minənə qədər həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərəkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı ) il 06 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunsun, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X6 dəymiş 172820 (yüz yetmiş iki min səkkiz yüz iyirmi) manat maddi zərər, zərərçəkmiş şəxs tərəfindən mülkü iddia vermək üçün ödədiyi 463 (dörd yüz altmış üç) manat dövlət rüsumu, ümumilikdə 173283 (yüz yetmiş üç min iki yüz səksən üç) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar