Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1228/2021 24.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Fizuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Fizuli şəhəri Fialetov küçəsi ev 27-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu R.Bağırov küçəsi ev 28-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Ədliyyə nazirliyiynin Penitesiar Xidmətinin Bakı İstintaq təcrixdxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda, yəni təmiz çəkisi 16.604 ( on altı tam mində altı yüz dörd) qram olan narkotik vasitə olan heroin, bundan başqa 0,069 (sıfr tam mində altımış doqquz) qram çəkidə bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 7,501 (yeddi tam mində beş yüz bir) qram olan psixotrop maddə ınetafetamin əldə edib əl çantasının içərisində yerləşdirib saxlayıb daşımış, həmin tarixdə də saat 05:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, Bakı şəhəri Xətai rayon Y.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli bilinib saxlanılaraq Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gətirilmiş, oradan onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində gəzdirdiyi əl çantasının içərisindən təmiz çəkisi 9,150 qram və 7,454 qram ümumi təmiz çəkiləri 16.604 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 7,501 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə ınetafetamin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,069 qram olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 14 fevral 2021-ci il tarixdə saat 07:40- da onun idarə etdiyi "KİA Optima" markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı, sürət qutusunun yanından bir ədəd siqaret kötüyündə tütün və təmiz çəkisi 0.035 qram olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ittiham aktında göstərilən narkotik vasitələrin və maddələrin ona aidiyyəti yoxdur. Onun maşınınından bir siqaretin içərisindən marixuana tapılıb. Narkotikdən istifadə etdiyi üçün özünü qismən təqsirli bilir. İttihama görə isə özünü təqsirli bilmir. O, narkotik vasitələrin satışı ilə məşqul olmayıb. Onun polis orqanları və onu saxlayan polis əməkdaşları ilə hər hansı münaqişəsi olmayıb. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: « o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, subaydır, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər oğurluq və digər cinayətlərə görə məsuliyyətə cəlb olunaraq, məhkum olunmuşdur. O, azadlıqda olduğu müddətdə narkotik vasitə sayılan marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitələri isə təsadüfən tanıdığı şəxslərdən almaqda istifadə etmişdir. 14 fevral 2021-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 58 saylı məktəbin yaxınlığında yerləşən köşkdən siqaret alıb, idarə etdiyi “Kia Optima” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmək istəyən zaman, yerdən tünd rəngli portmanat-yəni kiçik ölçülü əl çantası tapmışdır. Dərhal portmanatı götürərək avtomobilə əyləşmişdir. Bir az irəlilədikdən sonra, portmanatı açıb içinə baxarkən içərisində, 2(iki) ədəd sellafona bükülmüş tünd qəhvəyi rəngli kütlə, l(bir) ədəd ağ rəngli kağıza bükülmüş içərisində ot rəngli kütlə və l(bir) ədəd içərisində ağ rəngli kütlə olan sellafon bükümü, l(bir) ədəd elektron tərəzi və l(bir) ədəd kiçik kağız parçasını görmüşdür. Daimi olaraq narkotik vasitə sayılan marixuanadan istifadə etdiyi üçün, ağ rəngli bükümdə olan ot şəkilli maddənin marixuana olduğunu bilmişdir. Həmçinin özü marixuana istifadəçisi olduğu üçün portmanatı üzərində götürərək, sakit bir yerdə digər maddələri tullamağı düşünmüşdür. Beləcə idarə etdiyi atomobil ilə Bakı şəhəri, Xətai rayonu Yavər Əliyev küçəsində hərəkətdə olarkən, Polis Patrol avtomobilinin ona yaxınlaşdığını görüb, yerdən tapdığı narkotik vasitəni harda gizlədəcəyini unudaraq həyəcanlanıb avtomobil ilə ordan uzaqlaşmaq istəmişdir. Lakin polislərdən qaçmaq istəyən zaman, avtomobilin idarə etməsini itirərək yolun kənarındakı baryerə maşını çırpıb dayanmışdır. Avtomobildən düşüb qaçmaq istəyən zaman, polis əməkdaşları onu yaxalamışdır. Bu zaman onun yerdən tapdığı portmanat əlindən yerə düşmüşdür. Ancaq polis əməkdaşları dərhal portmanatı yerdən götürüb, özlərini ona təqdim etdikdən sonra onu 37-ci PŞ-nə dəvət etmiş, avtomobilini isə cərimə meydançasına aparmışlar. Polis şöbəsində hüquqların müdafiə etməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı portmanatın içərindəki narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. İlkin sorğu-sual zamanı polis əməkdaşları ona portmanatı hardan əldə etdiyini soruşduqda, o səmimi şəkildə həmin portmanatı bir müddət əvvəl 58 nömrəli məktəbin yaxınlığında yerdən tapdığını, üzərində saxlamaq məqsədinin isə narkotik vasitə sayılan marixuanadan istifadə etmək olduğunu etiraf etmişdir. 37-ci PŞ-də vəkilin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarışın nəticəsində protokol tərtib olunmuş və özü də həmin protokolu imzalamışdır.» Şahid1 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndiirilən şəxs qismndə təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri və ya ədavəti olmayıb. 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barçsində əmliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupa daxil edilmişdir. 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Kia Optima“ markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili gecə saat 05:00 radələrində idarə edərkən, idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və o, maşından düşüb qaçmaq istəyən zaman Rəşadın üzərində kiçik ölçülü əl çantası yerə düşmüşdür. Rəşad saxlanılaraq, yerə düşürdüyü kiçik ölçülü əl çantası ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-ə gətirilmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əl çantasına keçirilərək şəxsi axtarış zamanı kağıza bükülmüş içərisində ot şəkilli spesifik iyə malik kütlə, bir ədəd sellafon bükümdə bükülmüş içərisində ağ rəngli maddə, bundan başqa iki ədəd sellafona bükülmüş içərisində tünd qəhvəyi maddə olan bükümlər, eləcə də gümüşü rəngli, kiçik ölçülü elektron tərəzi aşkar edildi. Bükümdəki maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə məlum oldu ki, həmin bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdəki ot şəkilli kütlənin çəkisi 0,180 qram,bir ədəd sellafon bükümdəki içərisindəki ağ rəngli maddənin çəkisi 5.266 qram,bir ədəd sellafon bükümdəki qəhvəyi rəngli kütlənin çəkisi 5.093 qram, digər kütlənin isə 6.199 qram olması məlum olunmuşdur. Aşkar olunan kütlələr təhqiqatçı tərəfindən ekspertiza təyin etmək üçün qablaşdırılaraq götürüldü. Bundan başqa həmin günü “Kia Optima" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi və, baxış zamanı avtomobilin sürət ötürücüsünün yanından bir ədəd çəkilmiş siqaret kötüyü aşkar edilərək götürüldü. Bu barədə də təhqiqatçı tərəfindən protokol tərtib olundu. O da həmin protokolu imzalamışdır. Aşkar edilib götürülmüş narkotik vasitə və maddələr Rəşadın özünün olub. O, bunu inkar etməklə məsulyyətdən qaçmaq istəyir. Başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi halları təsdiq edib, təqsirləndirilən şəxs saxlanılakən və ya sonrpadan ona hər hansı təsir göstərilmədiyiyni, aaşkar edilmiş narkotik vasitələrin və maddələrin onun olmasının təsdiq etdiyiynin şahidi olduğnu göstərdi. Şahid3 Akif oğlu ifadələrində göstərdi ki, o, Xətai RPİ-nin 37-ci PŞ-də polis nəfəri vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismndə təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla şəxsi münasibəti, qohumluq əlaqələri və ya ədavəti olmayıb. 14 fevral 2021 -ci il tarixdə gecə saat 05:00 radələrində o, 37-ci PŞ-ə məxsus inzibati ərazidə xidmət aparan zaman, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin idarə etdiyi “Kia Optima” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə küçədə hərəkəti şübhələr yaratdı. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə “saxla" əmri verdikdə, sonuncu oradan qaçıb uzaqlaşmaq istəyərkən avtomobilin idarə etməsini itirib yol-nəqliyyat hadisəsi törətdi. Daha sonra isə avtomobildən düşüb qaçmaq istədikdə isə Rəşadın üzərindən kiçik ölçülü əl çantası yerə düşdü. Onlar Rəşad tutub saxlayaraq yerə düşürdüyü əl çantası ilə birlikdə 37-ci PŞ-ə gətirildi. Polis şöbəsində təhqiqatçı tərəfindən Rəşada hüquqları ona izah edildi və ona vəkil təqdim olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əl çantasına şəxsi axtarış keçirildi. Axtarış zamanı narkotik vasitə və psixotrop maddə, elektron tərəzi aşkar edilərək götürüldü. Bundan sonra Rəşadın idarə etdiyi “Kia Optima” markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı da avtomobilin sürət ötürücüsünün yanından bir ədəd çəkilmiş siqaret kötüyü aşkar edilərək götürüldü. Baxış zamanı Rəşad aşkar edilmiş narkotik vasitələrin və maddələrin özünə məxsus olmadığını və onları tapdığını dedi. Ona heç bir təsir olunmayıb. Rəşadın hə hər şeyi etiraf etmişdi. İndi yəqin məsuliyyətdən boyun qaçırmaq üçün həmin ifadələrindən imtina edir. Məhkəmədə elan edilib araşdırımış ifadələrindən görünür ki, şahid Xətai RPİ-nin PPX-nin polis nəfəri X5 şahid Bağırov İbrahim Akif oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 14 fevral 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD- R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə bioloji ekspertizasının 7/190 nömrəli 15 fevral 2021-ci il tarixli rəyindəndən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,069 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş bir ədəd siqaret kötüyündə tütün və təmiz çəkisi 0,035 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Kağız bükülüdə və siqaret kötüyündə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 0,104 qramdır. Məhkəmədə elan olunub araşdırılmış materialların məhkəmə ekspertizasının 6/668 saylı 15 fevral 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə "Təqsirləndirilən şəxs(imza)..." sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,150 qram, 7,454 qram ümumi təmiz çəkisi 16,604 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir bükümdə təmiz çəkisi 7,501 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vadır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin tibb ekspertinin 19 aprel 2021-ci il tarixli 1150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə heroin, qurudulmuş marixuananın, psixotrop maddə olan metanfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı Az ** PC *** dövlət nömrə nişanlı avtmobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürət qutusunun yanında içərisində marixuana qalıqları olan siqaret kötüyü aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilən “Samsung Galaxy S20FE” markalı mobil telefona, 16 fevral 2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20 FE” markalı mobil telefonnun "Vatsap" yazışmalarında "Asef qohum" adlı istifadəçi ilə yazışmaları və səs vasitəsilə danışıqları tədqiq edilərək səsləndirilmişdir. Həmin səs yazısı və yazışmalardan görünür ki, 13 fevral 2021 -ci il tarixdə "Asef qohum" adlı istifadəçi ilə olan danışığında "1 qram narkotik vasitə üçün 25 manat pul verilməsindən” söhbət gedir. Həmin yazışmalarda Təqsirləndirilən şəxs həmin şəxsi Əhmədli qəsəbəsinə gedib narkotik vasitənin götürülməsini və sonuncunun isə həmin narkotik vasitənin əldə edib-etməməsini soruşduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonun şəkillər bölməsində X6 və X7 adlı şəxslərə məxsus kart hesab nömrələrinə köçürülmüş pul göndərişlərinin qəbzlərinin fotoşəkilləri aşkar olunmuşdur. Mobil telefonda olan yazışmaların əks olunduğu səhifələrin eləcə də pul köçürmələri barədə qəbzlərin fotoşəkilləri çəkilmiş və həmin sənədlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,064 qram qurudulmuş marixuana, 16,504 qram narkotik vasitə olan heroin və 7,451 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs məxsus olan və tutularkən üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy S20 FE” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamı inkar etməsini, özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətələndirir. Çünkü bunun əksi müəyyən olunmadı. Məhkəmə, bu səbəbədən də təqsirlənlirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı verdiyi ifadələrinin bu iş üzrə ararşdırılmış ittihamedici sübutlarala uyğun olduğu qənaətinə gəlir. Bu səbəbən də həmin ifadələrə istinad edilməsini əsaslı sayır. Məhkəmə, göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs həmin ifadələrində ondan aşkar edilmiş narkotik vasitələr və məddələr olan qabın tapılması barəsindəki ifadələrini ağlabatan olmayan ifadələr kimi qiymətələndirir. Çünkü, onun hərəkətləri narkotik vasitə və ya maddə tapan şəxsin hərəkətələrinə proporsional olmamşıdr. O, polis əməkdaşının «saxla» göstərişəinə tabe olmamış, həmin halda göstərişə tabe olub tapıntı barəsində polis əməkdaşlarına məlumat vermək əvəzinə o, qaçmışdır. Bu hallar onun haqlı olmasına dair əsaslı şübhələr yaratdı və bu şübhələr məhkəmədə aradan qaldırılmadı. Onun bəyan etdiyi hallar öz təsdiqini tapmadı. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham müzakirə olunarkən müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən ona cinayət əməlinin predmetini təşkil edən narkotik vasitə və maddələrlə bərabər əl çantasından aşkar edilmiş elektron tərəzi də də ittihama daxil edilmişdir. Məhkəmə, elektron tərəzinin sərbəst dövriyyədə olmasını, onun əldə olunmasını hüquqa zidd olmayan əməl olduğunu nəzərə alıb ittihamdan cinayət əməlinin predmeti kimi istinad olunmuş «bir ədəd elektron tərəzi» sözələrinin xaric edilməsini əsaslı sayıb, həmin ifaədənin ittihamdan xaric edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispoziya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81.82 (səksən bir manat səksən iki) manat, məhkəmə-bioloji ekspertizasının keçirilməsinə 72 (yetmiş iki) manat, ümumilikdə 153.82( yüz əlli üç manat səksən iki qəpik) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı Vəkil Burosunun vəkilləri Müdafiəçi1 tərəfindən 12 (on iki) saat, Müdafiəçi2 tərəfindən 20 (iyrmi) saat, ibtidai istintaq zamanı isə X4 tərəfindən Təqsirləndirilən şəxs 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də Müdafiəçi1 72(yetmiş iki) manat, Müdafiəçi2 120 (yüz iyirmi) manat, X2 isə 300 (üç yüz) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləqlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələrədən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,064 qram qurudulmuş marixuana, 16,504 qram narkotik vasitə olan heroin və 7,451 qram psixotrop maddə olan metamfetamin sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarda saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2, 185.2.1, 185.2.2, 221.3, 66.3-cü maddəsi ilə 6 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 avqust 2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 6 ay 22 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, o, Binəqədi rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə əsasən Təqsirləndirilən şəxs 1 il 6 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı əməli məhkümluğu dövründə, yəni 14 fevral 2021-ci il tarixdə törətməsi sübüta yetirildi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs cinayət təyin edərkən təqsirləndirilən şəxsin məhkumluğunun olmasını, ona Binəqədi rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 1 il 6 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsəasən iki gün azadlıqdan məhdudlaşdırılması cəzasınının bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla hesablanıb ona hökmələrin cəmi qaydasında cəza təyin edilməli olmasını nəzərə alır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və 16 fevral 202l-ci il tarixdə həbs edilib Bakı İstintaq təcridxanasında saxlanılır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 14 fevral 2021-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19 aprel 2021-ci il tarixli 1150 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyini nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun ibtidai istintaq zamanı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi müəyyən olundu. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Onun cəzasının ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi olması müəyn olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən hallın olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, o, cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Binəqədi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1(bir) il 6 (altı) ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla hesablanıb 9 (doqquz) ay 7(yeddi) gün azadlıqlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən həmin cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin olunmuş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə ona qəti olaraq 7 (yedii) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 14 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə, maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalığını təşkil edən 0,064 qram qurudulmuş marixuana, 16,504 qram narkotik vasitə heroin və 7,451 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzi istehlak dəyərini itirdiyi üçün məhv edilsinlər, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20 FE” markalı mobil telefon onun cəza çəkmə müəssisəsində məhkumların cəza çəkdikləri müddətdə onlara verilməsi qadağan olunmuş əşyaları saxlanılan anbara təhvil verilsin. Onun üzrəinə keçirilmiş axtarış zamanı çəkilişin əks olunduğu bir ədəd DVD (Digital Video disk) disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə 81.82 (səksən bir manat səksən iki) manat, məhkəmə kimyəvi ekspertizasının 72 (yetmiş iki) manat, ümumilikdə 153.82 ( yüz əlli üz manat səksən iki qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 14 saylı Vəkil Burosunun vəkilləri Müdafiəçi1 ödənilməsi üçün 72 (yetmiş iki) manat, Müdafiəçi2 ödənilməsi üçün 120 (yüz iyirmi) manat, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X2 isə 300 (üç yüz ) manat ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1228/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1228/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver