Məhkəmə qərarları › İş №1(101)-1228/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1228/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1228/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X7 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X8 və X12, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 avqust 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkərək yetişdirib kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda ümumi təmiz çəkisi 515,0 qram narkotik vasitə həşiş əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq- 2 qəsəbəsi, nömrəsiz fərdi evinin həyətində saxlamış, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı həmin evin həyətində külli miqdarda əkilib becərilməsi qadağan olunmuş 47 (qırx yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 23 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin diblərini suvarmaqla və yumşaltmaqla əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq göstərib 19 sentyabr 2023-cü il tarixədək kultivasiya etmiş, eləcə də, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan ümumi təmiz çəkisi 1,015 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əldə olunmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 17:50-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 qəsəbəsi, nömrəsiz fərdi evinin həyətində aparılmış baxış və axtarış zamanı onun tərəfindən əkilibbecərilməklə kultivasiya edilmiş, yaş halda ümumi təmiz çəkisi 265,0 qram olan külli miqdarda 47 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 23 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri, habelə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 515,0 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş və həmin tarixdə saat 20 radələrində üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qısa qol gödəkcənin sağ yan cibindən 2 bükümdə, ümumi təmiz çəkisi 1,015 qram olan eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxın marixuanadan istifadə etmişdir. 19 sentyabr 2023-cü il tarixdə günorta 14:30 radələrində onu mülki geyimli şəxslər Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində 62 nömrəli avtobusunun sonuncu dayanacağında saxlamışlar. Həmin şəxslər 18 sentyabr tarixində 1100 manat qarşılığında 100 qram marixuana aldıqlarını və marixuana aldıqları şəxsin onun adını verdiyini bildirmişlər. Həmin narkotik vasitəni göstərərək ona məxsus olubolmadığını soruşmuşlar. Həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Daha sonra küçədə üzərinə və avtomobilinə baxış keçirtmiş, baxış keçirilən zaman avtomobilində salfetin içərisində çətənə toxumları aşkar etmişlər. O, həmin toxumları ötən ilin yaz ayında kolların arasında əkmək istəmiş, lakin həmin fikri həyata keçirə bilməmişdir. Həmin vaxtdan bu yana həmin toxumlar avtomobilində qalmış və toxumlar toz şəklində olmuşdur. Polis əməkdaşlarına toxumların narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları evində axtarış aparacaqlarını bildirmişlər. Evinə daxil olaraq axtarış aparmağa başlamışlar. Evində olan toz şəkilli narkotik vasitəni, su anbarının içində özünün dibçəklərdə əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini, oradan ümumilikdə 47 (qırx yeddi) ədəd çətənə bitkisinin kolları, 23 (iyirmi üç) ədəd çətənə bitkisinin şitillərini təqdim etmiş və polis əməkdaşları həmin əşyaları masanın üzərinə qoymuşlar. Daha sonra polis əməkdaşları təhqiqatçı və aqronom çağırmışlar. Videoçəkiliş vasitəsilə axtarış aparmışlar. Bundan sonra onu Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə gətirmişlər və həmin polis bölməsində təhqiqatçı cibinə marixuananı və əşyalarını qoymağı bildirmişdir. Polis bölməsinə vəkil gəldikdən sonra üzərində videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Polis əməkdaşlarının cibinə qoyduğu narkotik vasitəni və sənədləri şəxsi axtarış zamanı təqdim etmişdir. Çətənə kolları həşiş olaraq qeyd edilmişdir, ittiham aktında qeyd edilən tam əsassızdır. Yaşıl toz şəkilli maddə nə həşişdir, nə də qətrandır. Həmin yaşıl toz şəkilli maddənin faizi ekspertiza tərəfindən müəyyən olunduqdan sonra həşiş hesab edilə bilər. Həmin kolların sayı ittiham aktında düzgün qeyd edilmişdir. Onu yaşadığı evin yaxınlığında 5-6 nəfər polis əməkdaşı saxlamışlar. Saxlanılan vaxt istifadə etdiyi mobil telefonun üzərində ***-***-**-** saylı nömrə olmuşdur. “Mitsubishi Airtrek” markalı avtomobilinin üzərində **-NJ-*** seriya nömrəsi olmuşdur. Onu saxlayan şəxslər onunla birlikdə yaşadığı evə gəlmişlər. Saxlanılan zaman avtomobilində və evində axtarış aparmışlar. Evində narkotik vasitə əkdiyini bilirmişlər. Onu yaşadığı evə polis əməkdaşları “Hyundai Sonata” markalı avtomobil ilə gətirmişlər. Bitkilərə marağı olmuşdur. Həmin çətənə kollarının “TTK” faizini müəyyən etmək lazımdır. Çətənə kolu 2 ay böyüdükdən sonra degitasiyadan çıxmamış içərisində olan maddə lazım idi. Çətənə kolunun yarpaqları gül olduqda onun ona lazım olan maddəsi məhv olur. Polis əməkdaşları ona psixoloji təzyiq etdiklərindən onların istədikləri kimi ifadə vermişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəni yanında eynəyi olmadığından oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, müəyyən fasilələrlə narkotik vasitə olan marixuananın tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş, şəxsiyyətini təsdiq edən sənəd istəmiş, onun narkotik vasitələrin, narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Polis əməkdaşlarından birinin ona hüquq və vəzifələrini izah edib videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilməsinin zəruri olmasını bildirərək müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, o da müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Daha sonra yaşadığı evin həyətində çətənə kolları əkib-becərdiyini etiraf etmiş, sonra evinin həyətinə baxış keçirilmiş, həmin evin həyətinin sol tərəfində özünün dibçəklərdə əkib-becərdiyi və kultivasiyası ilə məşğul olduğu narkotik tərkibli çətənə bitkilərini göstərmiş, oradan ümumilikdə 47 (qırx yeddi) ədəd çətənə bitkisinin kolları, 23 (iyirmi üç) ədəd çətənə bitkisinin şitilləri və 1 ədəd kardon qutuda saxladığı yaşıl rəngli, toz şəkilli, narkotik vasitə həşiş aşkar olunaraq götürülmüşdür. Həmin toz şəkilli qurudulmuş həşiş polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərək ümumi çəkisinin 512 qram olmağı müəyyən edilmiş, şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş çətənə bitkilərini əkib-becərdiyini, həmin bitkilərə xüsusi qulluq göstərdiyini, öz istifadəsi üçün yetişdirərək qurudub saxladığını, eləcə də ailə üzvləri və digər şəxslərin bu barədə məlumatlarının olmadığını səmimi etiraf etmiş, sonra həmin polis əməkdaşı ondan evində və ya digər yerdə qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, bunlardan başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş əlavə baxış zamanı ev və həyətindən başqa heç nə aşkar olunmamışdır. Yaşadığı evin həyətindən aşkar edilmiş həmin narkotik vasitə, bitki və şitillər polis əməkdaşı tərəfindən qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş, sonra da həmin polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, əynində olan qəhvəyi rəngli qısa qol gödəkçənin sağ yan cibindən 2 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan solfet bükümlərini çıxarıb masanın üzərinə qoymuş, sonra üzərinə həmin polis əməkdaşı tərəfindən əlavə axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefon, 1 ədəd sənəd qabı, həmin sənəd qabının içərisində şəxsiyyət vəsiqəsi, özünə məxsus 2 ədəd bank kartı və 1 ədəd açar aşkar olunmuşdur. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş bükümlərin içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmiş, sonra üzərindən aşkar edilən 2 ədəd bükümün içərisində olan həmin maddə polis əməkdaşı tərəfindən qablaşdırılmış və ekspertizaya göndərilmiş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslərin həmin protokolun düzgünlüyünü imzalamışlar. Mobil telefon, bank kartları və şəxsiyyət vəsiqəsinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin evinin həyətindən və üzərindən aşkar edilmiş narkotik vasitələri satmaq niyyəti olmamış, bir neçə il istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən aldığını, hər dəfə narkotik vasitə alarkən qorxu içində olduğuna görə, özünün yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkisini əkibbecərmək qərarına gəlmiş, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş toz şəkilli narkotik vasitəni də bir neçə ay əvvəl özünün əkib-becərmiş və uzun müddət rahat istifadə etməyi üçün qurudub saxlamış, əkib-becərdiyi narkotik tərkibli çətənə birkisinin toxumlarını təxminən 5 il əvvəl anket məlumatlarını və istifadəsində olan mobil telefon nömrəsini bilmədiyi şəxsdən almışdır. DİN BNMİ-nin əməkdaşı tərəfindən üzərindən və evindən aşkar olunmuş narkotik vasitələri qablaşdırmaları ilə birlikdə çəkilməsi və tərəzinin düzgün istifadə edilməməsi narkotik vasitənin çəkisinin dəqiq göstərilməməsi ilə nəticələnmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmiş və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. O, ruhi və psixi cəhətdən sağlam olduğunu və heç bir xəstəliyinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 76-79). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik vasitələr olan bitkiləri əkib-becərməklə kultivasiya edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz, etimad doğuran mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə raportla məruzə olunmuş, qeyd edilən raport üzrə araşdırma aparılmasının DİN BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşuya həvalə olunmuş, məlumatın yoxlanılması məqsədi ilə “X1” Azərbaycan Respublikasının Qanununun 10,11 və 12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, yaşadığı nömrəsiz fərdi evinin yaxınlığında məlumatda göstərilən Təqsirləndirilən şəxs müəyyən edərək sonuncuya yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirib onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə yaşadığı evə videoçəkiliş aparılmaqla baxış keçirilməsinin zəruri olduğu bildirilmişdir. Sonuncu yaşadığı evin həyətində narkotik tərkibli maddələr olan bitkiləri əkib-becərdiyini və həmin ünvana videoçəkiliş aparılmaqla baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə vermiş, polis kapitanı Nəcəf Aburşu tərəfindən baxış keçirilməsi üçün bitki mühafizəsi ixtisası üzrə mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul olunmuş, sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də evinə videoçəkiliş aparılmaqla baxış keçirələcəyi izah edilərək bununla bağlı qərar qəbul edildiyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin evində olması ehtimal edilən narkotik vasitələri, narkotik tərkibli bitkiləri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyət kəsb edə biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətinə girişin sol tərəfində dibçəklərdə əkilmiş kultivasiyası ilə məşğul olduğu narkotik tərkibli çətənə bitkilərini göstərmiş, sonuncunun şifahi sorğu zamanı həmin bitkiləri cari ilin avqust ayında öz şəxsi istifadəsi üçün əkdiyini, narkotik tərkibli bitkilərin satışı ilə məşğul olmadığını, həmin bitkilərin toxumlarını 5-6 il əvvəl Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmiş, baxış prosesində iştirak edən mütəxəssiz aqronom bitkilərin narkotik tərkibli çətənə bitkisinin kol və şitillərinin olduğunu, eləcə də həmin bitkilərə əkilib-becərilməklə aqrotexniki qulluq olunduğunu bildirmiş, həmin yerdən 47 (qırx yeddi) ədəd çətənə bitkisinə bənzər kollar, 23 (iyirmi üç) ədəd çətənə bitkisinə bənzər şitillər və 1 (bir) ədəd qutuda yaşıl rəngli, toz şəkilli qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunmuş, sonra həmin aşkar edilmiş kütlənin qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək ümumilikdə çəkisinin 512 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bitkiləri əkib-becərməkdə heç kimlə əlbir olmadığını və bu barədə heç kimin məlumatının olmadığını bildirmiş, sonra baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən müdafiəçi ilə təmin olunması və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs ərazi üzrə Sabunçu RPİ 14-cü PŞ-yə dəvət olunmuş, orada polis kapitanı Nəcəf Aburşu tərəfindən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş, qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək buna etirazının olub-olmaması soruşulmuş, sonuncu buna etirazının olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxsa üzərində olan saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddənin təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli, qısa qol gödəkçənin sağ yan cibindən 2 ədəd salfet kəsiyində olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümlərdən aşkar olunmuş yaşıl rəngli kütlələrin özünün əkibbecərdiyi bitkilərdən olan qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, sonra baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd sənəd qabı, həmin sənəd qabının içərisində 2 ədəd bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi və açarın aşkar olunmuş, polis kapitanı Nəcəf Aburşu tərəfindən qeyd edilən mobil telefon aparatı, şəxsiyyət vəsiqəsi və bank kartları əməliyyat marağı kəsb etdiyindən götürülmüşdür. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr video kameraya nümayiş etdirilmiş, sonra həmin aşkar edilmiş kütlələrin qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək ümumilikdə çəkisinin 2 qram olması müəyyən edilmiş, aşkar olunmuş həmin kütlənin zərfə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, Nəcəf Aburşu tərəfindən aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bundan başqa haradasa bu kütlələrdən saxlamadığını, eləcə də bu barədə heç kimin məlumatının və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, sonra müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz hərəkətlərə və ya hər hansı fiziki zorakılığa məruz qalıb-qalmamasını soruşmuş, sonuncu polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmiş, tərəflərindən saxlanılarkən, eləcə də şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilməmiş, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə tərkibli bitkiləri əkib-becərməklə qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilsə də, onun narkotik vasitə və ya psixotrop maddə satması, müştəriləri, eləcə də digər hər hansı bir digər cinayət əməlini törətməsi müəyyən edilməmiş, DİN BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisini müəyyən etmək məqsədi ilə qablaşdırması ilə birlikdə çəkilməsi və həmin vaxt elektron tərəzinin enerji daşının zəifləməsi narkotik vasitənin təmiz çəkisinin düzgün göstərilməməsinə səbəb olmuş, həmçinin sonuncunun yaşadığı evdə qutunun içərisində saxladığı narkotik vasitənin çəkisi isə tərəzidən düzgün istifadə edilməməsi narkotik vasitənin təmiz çəkisinin dəqiq göstərilməməsi ilə nəticələnmişdir (cild 1, iş vərəqə 124-127). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 130-133). Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı, polis kapitanı X19 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.3.1, 177.6 və 236-cı maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, eləcə də Bitki mühafizəsi ixtisası üzrə ali təhsilli alimaqronom X9 və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə, saat 17:50-də DİN-in Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq- 2 yaşayış massivi, nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq-vəzifələri izah edildikdən sonra yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığı bildirilmişdir. Sonuncu yaşadığı mənzildə tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərdiyini, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00-dan başlayaraq saat 18:17-də bitmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin evin həyətinə girişin sol tərəfində dibçəklərdə əkilmiş kultivasiyası ilə məşğul olduğu narkotik tərkibli çətənə bitkilərini göstərdi. Həmin yerdən 47 (qırx yeddi) ədəd çətənə bitkisinə bənzər kollar, 23 (iyirmi üç) ədəd çətənə bitkisinə bənzər şitillər və 1 (bir) ədəd qutuda, 512 (beş yüz on iki) qram yaşıl rəngli, tozşəkilli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq qablaşdırılıb möhürləndi və götürüldü. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş çətənə bitkilərinin əkib-becərdiyini, həmin bitkilərə xüsusi qulluq göstərdiyini, istifadə etmək məqsədi ilə yetişdirib qurudub saxladığını, ailə üzvlərinin bu barədə məlumatlarının olmadığını, qurudulmuş marixuanadan istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü bildirmişdir. Şifahi sorğu zamanı aqronom X9 aşkar olunan çətənə bitkilərinin xüsusi qulluq göstərilərək əkilib-becərildiyini, tozşəkilli yaşıl rəngli maddənin isə qurudulmuş marixuana olduğunu qeyd etmişdir (cild 1, iş vərəqə 21-22). Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotikləriə Mübarizə İdarəsinin baş təhqiqatçısı, polis kapitanı X19 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası DİN-in Baş Narkotikləriə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, eləcə də 22 saylı Vəkil Bürosunun vəkili X3 və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə, saat 17:50-də yaşadığı Bakı şəhərio, sabunçu rayonu, Albalılıq-2 yaşayış massivi, nömrəsiz fərdi evin yaxınlığında saxlanıbmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildikdən sonra Sabunçu RPİ 14cü PŞ-yə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli, qısa qol gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd sənəd qabı, həmin sənəd qabının içindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları və 1 (bir) ədəd açar aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elekrton tərəzidə çəkildi və qablaşdırması ilə birlikdə çəkisi 2 (iki) qram oldu. Həmin kütlələr qablaşdırılaraq götürüldü. Sonra mobil telefon, bank kartları və şəxsiyyət vəsiqəsi İş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü və digər əşyalar sonuncuya qaytarıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgünlüyü imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 42-44). Cinayət işinin materiallarında olan 13 oktyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video çəkiliş zamanı ilk olaraq DİN BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu özünü təqdim edir. Sonra həmin Baş İdarənin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, daha sonra Bitki mühafizəsi ixtisası üzrə alim-aqronom X9 və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Sonra polis kapitanı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Sonuncu 2005- ci ildən həmin evdə tək yaşadığını bildirir. Sonra baş təhqiqatçı Nəcəf Aburşu yaşadığı həmin evin həyətində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə Təqsirləndirilən şəxs sual verir. Sonuncu suala “bəli” cavabım verir və dibçəklərdə narkotik tərkibli birkiləri əkib-becərdiyi yeri göstərir. Həmçinin, həmin bitkiləri iyun-avqust aylarında öz şəxsi istifadəsi üçün əkdiyini və əkdiyi bitkilərin toxumlarını təxminən 5-6 il əvvəl Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirir. X20 göstərilən bitkilərin qadağan olunmuş çətənə birkiləri və şitilləri olduğunu, eləcə də onların suvarılıb-becərilməklə aqrotexniki qulluq olunduğunu bildirir. Təqsirləndirilən şəxs bitkiləri suvardığım, bu barədə heç kimə məlumat vermədiyini və heç kimlə əlbir olmadığım bildirir. Sonra polis kapitanı Nəcəf Aburşu və polis polkovnik-leytenantı Şahid2 tərəfindən ümumilikdə 47 ədəd çətənə bitkisi və 23 ədəd çətənə bitkisinin şitilləri dibçəklərdən çıxarılır. Sonra baş təhqiqatçı Nəcəf Aburşu bu əkdiyi bitkilərin qurudulmuşunun olubolmaması barədə Təqsirləndirilən şəxs sual verir. Sonuncu suala “bəli” cavabım verib içərisində qurudulmuş, toz halında olan çətənə bitkisini saxladığı kardon qutunu göstərir. Həmin qutu baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən açılaraq içərisindən aşkar olunmuş yaşıl rəngli, tozşəkilli kütlə videokameraya nümayiş etdirilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütləni çətənə bitkisinin müalicəvi əhəmiyyətinə görə qurudub üyütdüyünü bildirir. Polis kapitanı Nəcəf Aburşu çətənə bitkisinə bənzər bitki və şitilləri ağ rəngli sellofan torbaya qablaşdırır. Sonuncu tərəfindən qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, tozşəkilli kütlə göy rəngli sellofan torbaya qablaşdırılır və elektron tərəzidə çəkilərək ümumi çəkisinin 512 qram olması müəyyən edilir. Bundan sonra göy rəngli sellofan torba ağ rəngli sellofan torbanın içinə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra baş təhqiqatçı X27 Qovayevə evə baxış keçirilməsi zərurətinin yarandığım və ondan evinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşur. Sonuncu buna etiraz etmir. Evə baxış keçirilməsinə baxmayaraq iş üzrə əhəmiyyət kəsb edən maddə, predmet və ya əşya aşkar olunmur, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri iyul-avqust aylarında öz şəxsi istifadəsi üçün əkdiyini və narkotik tərkibli bitkilərin satışı ilə məşğul olmadığım bildirir. Bundan sonra baş təhqiqatçı Nəcəf Aburşu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, müdafiəçinin yardımından istifadə etməsi və üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Sabunçu RPİ 14-cü Pş-yə dəvət edir (cild 1, iş vərəqə 118). Cinayət işinin materiallarında olan 13 oktyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videoçəkiliş zamanı ilk olaraq DİN BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu özünü təqdim edir. Sonra həmin Baş İdarənin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, daha sonra Təqsirləndirilən şəxs və vəkil Rafael Allahverdiyev özlərini təqdim edirlər. Sonra polis kapitanı X28 Qocayevə üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli, qısa qol gödəkçənin sağ yan cibindən 2 ədəd solfet kəsiyində olan bükümləri masanın üzərinə qoyur və marixuana olduğunu bildirir. Polis kapitanı Nəcəf Aburşu həmin bükümləri açır və aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri videokameraya nümayiş etdirir. Sonra baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd sənəd qabı, həmin sənəd qabının içərisindən 2 ədəd bank kartları, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və açarlar aşkar olunur. Bundan sonra polis kapitanı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırmaları ilə birlikdə ümumi çəkilərinin 2 qram olduğu müəyyən edilir. Sonra həmin bükümlər zərfə qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sənəd qabı və açarlar Təqsirləndirilən şəxs qaytarılsa da, mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartları istintaq əhəmiyyəti kəsb etdiyindən götürülür. Sonra baş təhqiqatçı Nəvəf Aburşu tərəfindən aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünün əkdiyi bitkilərdən olduğunu və öz istifadəsi üçün saxladığını, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunmuş çətənə kolları və şitillərti öz istifadəsi üçün əkdiyini və həmin bitkilərdən satmadığını, həmçinin evindən aşkar edilərək götürülmüş 512 qram çəkidə üyüdülmüş tozşəkilli marixuanaya bənzər kütləni əvvəl əkdiyi çətənə kollarından müalicəvi əhəmiyyətli olduğuna görə əldə etdiyini bildirir. Sonra vəkil Rafael Allahverdiyev Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı psixiki, fiziki təzyiqə məruz qalıbqalmamasını soruşur. Sonuncu polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirir. Bundan sonra baş təhqiqatçı X28 Qocayevdən ona verilən sualları tam başa düşüb-düşmədiyini və özünü təqsirli bilib-bilməməsini soruşur. Təqsirləndirilən şəxs sula “bəli” cavabını verir (cild 1, iş vərəqə 120-121). Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 19 sentyabr 2023-cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2 qəsəbəsi, nömrəsiz fərdi evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı 47 (qırx yeddi) ədəd çətənə kolu, 23 (iyirmi üç) ədəd çətənə şitili və tozşəkilli 512 qram (beş yüz on iki) qram qurudulmuş marixuana aşkar olundu. Məlum oldu ki, həmin bitkilər mütəmadi qulluq edilməklə dibçəklərdə torpağa əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Həmin bitkilərin ölçüləri 25-30 sm aralığındadır (cild 1, iş vərəqə 23). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 7/1327 nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərf açıldıqda içərisindən 2 ədəd salfet kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,478 və 0,537 qram olmaqla ümumi çəkisi 1,015 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” yazı və imzalar olan bağlamada 1 ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 515,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşişdir. Həmin bağlamanın içərisində olan 23 (iyirmi üç) ədəd bitki ştilləri və 47 (qırx yeddi) ədəd bitki nümunələri yaş vəziyyətdə ümumi çəkisi 265,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) birkisinin şitilləri və bitkiləridir. Tədqiqata təqdim edilmiş narkotik vasitələr müxtəlif növə aid olduğu üçün müqayisəli tədqiqat aparılmalıdır. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin şətənə (kannabis) şitilləri və çətənə (kannabis) bitkilərinbə aqrotexniki qaydada qulluq göstərilmişdir (Qeyd: marixuananın ümumi təmiz çəkisi-1,015 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq- 0,915 qram, çətənə (kannabis) bitkisinin və şitillərinin ümumi çəkisi 265,0 qram, tədqiqata sərf edilən ümumi miqdar 1,4 qram, qalıq- 263,60 qram, həşişin təmiz çəkisi 515,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq-514,95 qram, cild 1, iş vərəqə 51-55). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1327 nömrəli rəyində həşiş ilə bağlı hissədə dəqiqləşdirmə aparmaq üçün məhkəməyə dəvət edilmiş ekspert X5 ifadəsində bildirmişdir ki, ekspertiza zamanı istifadə olunmuş metodlara əsasən çətənə bitkisindən alınmış məhsullar fərqli formada adlanır, xırdalanmış formada marixuana, toz şəklində olduqda həşiş və kimyəvi təsirə məruz qalıb qatı qətran formasına gəldikdə isə həşiş qətranı adlanır. Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 19 sentyabr 2023-cü il tarixli qərar mənzilə baxış keçirilmə hissəsində qanuni hesab edilmişdir (cild 1,iş vərəqə 62-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 X21 Məhkəmə Psixiatrik Ekspertizasının 2 oktyabr 2023-cü il tarixli 2773 saylı rəyində göstərilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopadik cizgiləri müəyyən edilir. O, törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Sonuncu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsviri etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 136-137). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X21 X2 7 oktyabr 2023-cü il tarixli 6356 nömrəli rəyində göstərilir ki, iş üzrə Təqsirləndirilən şəxs kannabinoidlərindən istifadə etmə hallan olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoioji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 143-145). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 26 sentyabr və 13 oktyabr 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi çəkisi 1,015 qram olmuş bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, yaş vəziyyətdə ümumi çəkisi 265,0 qram olmuş çətənə (kannabis) bitkisinin və ştilləri, eləcə də təmiz çəkisi 515,0 qram olmuş kustar üsulla hazırlanmış narkotik vasitə həşiş maddi sübut kimi tanınmış, həmçinin ekspertiza tədqiqatından sonra qalmış 0,915 qram qurudulmuş marixuana, 263,60 qram 47 ədəd çətənə (kannabis) bitkisi və 23 ədəd çətənə (kannabis) bitkisinin şitilləri, eləcə də çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 514,95 qram narkotik vasitə həşiş saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, evə baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R diski və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1, iş vərəqə 101- 103, 119 və 121). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və 60 yaşında olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəlsndə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 33). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 0,915 qram qurudulmuş marixuana, 263,60 qram 47 ədəd çətənə (kannabis) bitkisi, 23 ədəd çətənə (kannabis) bitkisinin ştilləri və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 514,95 qram narkotik vasitə həşiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -evə baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R disk və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 0,915 qram qurudulmuş marixuana, 263,60 qram 47 ədəd çətənə (kannabis) bitkisi, 23 ədəd çətənə (kannabis) bitkisinin ştilləri və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 514,95 qram narkotik vasitə həşiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -evə baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R disk və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar