Məhkəmə qərarları › İş №1(101)-1229/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1229/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1229/2021 24.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09.10.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixdə qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün hissəsi 04 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 10.07.2020-ci i tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Cəyli Ərazi Dairəsi, Cəyli kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 5016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə qurudulmuş marixuanadan, hər biri ayrı-ayrılıqda 3,107 və 3,283 qram hissəsini 02 ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş vəziyyətdə qablaşdıraraq əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış, 18 fevral 2021-ci il tarixdə saat 16:30 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən iki mərtəbəli köhnə tikilinin qarşısında saxlanılaraq, orada üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 02 ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş vəziyyətdə, hər biri ayrı-ayrılıqda 3,107 və 3,283 qram, sağ əlində olan qara rəngli polietilen torbanın içərisindən 5010 qram (5kq 10 qram) olmaqla bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 5016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyrək göstərmişdir ki, o, heç bir cinayət əməli törətməmiş, ondan narkotik vasitə aşkar edilməmiş, polis əməkdaşlarının təsiri və təzyiqi ilə guya üzərindən narkotik vasitə aşkar edilməsi barədə ifadələri imza etmiş, hadisə yerinə aparılaraq yalandan guya narkotik vasitən götürdüyü yeri göstərmişdir; ibtidai istintaq zamanı verdiyi ifadələrinin heç biri həqiqətə uyğun deyil və həmin ifadələri təsdiq etmir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elaneidlərək tədqiq edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, yaşadığı Mirzə Davud küçəsinin yaxınlığında yerləşən köhnə tikili diqqətini cəlb etmişdir. O, orada yeyibiçə biləcəklərini düşünmüşdür. Bir neçə dəfə həmin köhnə tikiliyə gəlib dostları ilə yeyibiçmişdir. Həmin tikilidə olduğu zaman təxminən 5-6 dəfə qara rəngli avtomobilin onun olduğu köhnə tikilinin yaxınlığına gəldiyini, həmin avtomobildən sürücüdən başqa bir nəfər şəxsin də düşdüyünün şahidi olmuşdur. Həmin şəxslərin avtomobildən düşərək əllərində olan qara rəngli bağlamanı köhnə tikilinin 1-ci mərtəbəsinə yerləşdirdiklərinin qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir və ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar olaraq iş tapmaqda çətinlik çəkmişdir. Ona görə də gününün çox hissəsini evdə keçirmişdir. 09.10.2019-cu il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsilə təqsirli bilinib 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Daha sonra Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə çəzasınm çəkilməmiş hissəsi 04 ay 16 gün azadlıqdan məhrum edilmə ilə əvəz edilmiş və 10.07.2020-ci il tarixdə cəzası sona çatdığından azad olunmuşdur. Özü narkotik vasitə aludəçisidir. Artıq bir neçə ildir ki, narkotik vasitələr qəbul etdiyindən, onda narkotikdən asılılıq yaranmışdır. Ölkədə olan karantin rejimi ilə əlaqədar olaraq restoran və kafelərin işləmədiyinə görə dostları ilə görüşüb hardasa oturmağa yer tapa bilməmişlər. Bir gün yaşadığı Mirzə Davud küçəsinin yaxınlığında yerləşən köhnə tikili diqqətini cəlb etmişdir. O, orada yeyib-içə biləcəklərini düşünmüşdür. Bir neçə dəfə həmin köhnə tikiliyə gəlib dostları ilə yeyib-içmişdir. Həmin tikilidə olduğu zaman təxminən 5-6 dəfə qara rəngli avtomobilin onun olduğu köhnə tikilinin yaxınlığına gəldiyini, həmin avtomobildən sürücüdən başqa bir nəfər şəxsin də düşdüyünün şahidi olmuşdur. Həmin şəxslərin avtomobildən düşərək əllərində olan qara rəngli bağlamanı köhnə tikilinin 1-ci mərtəbəsinə yerləşdirdiklərinin şahidi olmuşdur. Həmin şəxslərin cənub bölgəsindən olduqları da diqqətindən yayınmamışdır. Bunu onlardan birinin telefon ilə danışıqlarını eşidən zaman bilmişdir. Həmin şəxslərdən birinin telefonla danışaraq malın onda olduğunu və həmin köhnə tikilinin içərisinə qoyacağını dediyini eşitmişdir. 18.02.2021-ci il tarixdə yenə yaşadığı məhəllənin yaxınlığında olarkən qara bir maşının köhnə tikiliyə yaxınlaşdığının şahidi olmuşdur. O, həmin maşının qabaq gördüyü qara maşın olduğunu düşünüb avtomobili uzaqdan izləməyə başlamışdır. Həmin qara maşından 2 nəfər şəxsin düşdüyünü və həmin şəxslərin köhnə tikiliyə yaxınlaşdığını görmüşdür. Həmin şəxslərdən birinin əlində qara rəngli bağlama olduğunu və həmin bağlamanı tikilinin birinci mərtəbəsində divarın küncünə qoyduğunu görmüşdür. Həmin şəxslər oradan uzaqlaşdıqdan sonra o, bir müddət məhəllədə gəzişib həmin tikiliyə yaxınlaşmışdır. Tikintiyə yaxınlaşan zaman birinci mərtəbədə olan divarın küncündə qara rəngli iri bağlamanın qoyulduğunun şahidi olmuşdur. Yaxınlaşıb həmin bağlamanı açan zaman bağlamanın içərisində marixuana olduğunu aşkar etmişdir. Bağlamanı açdıqdan sonra həmin marixuanadan bir qədər götürüb sellofan kağıza büküb öz şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin binanın ətrafında bir müddət gəzişdikdən sonra bağlamanı götürüb zibilliyə atmaq qərarına gəlmişdir. Köhnə tikilinin bir az yaxınlığında zibil qutularının olduğunu bilmişdir. Bağlamanı köhnə tikilinin içərisindən götürüb zibil qutusuna atmağa gedən zaman 2 nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Təqdim etdikdən sonra ondan niyə maska taxmadığını və əlindəki bağlamada nə olduğu ilə maraqlanmışlar. O, heç bir şey edə bilməyəcəyini düşünüb həmin bağlamada narkotik vasitə olduğunu polislərə bildirmişdir. Bundan sonra polislər ona vəkillər siyahısım təqdim edərək orada olan vəkillərdən istənilən vəkili seçə biləcəyini ona bildirmişlər. O, dövlət hesabına istənilən vəkilin hüquqlarının müdafiə edilməsinə etirazı olmadığım bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd şəffaf siqaret sellofanı təqdim etmişdir. Həmin siqaret sellofanının içərisində marixuana olduğunu bildirmişdir. Bundan sonra əlində olan qara rəngli polietilen torbada nə olduğu soruşulduqda o, orada narkotik vasitə olan marixuana olduğunu və əynindəki qara rəngli gödəkcənin sol yan cibindən təqdim etdiyi narkotik vasitə olan marixuananı həmin torbadan götürdüyünü bildirmişdir. Daha sonra şərait olmadığı üçün müvafiq sənədləşmə aparılmasından ötrü onları Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər; o, artıq bir neçə dəfə həmin qara maşını köhnə tikilinin yanında gördüyündən orada narkotik vasitə olduğunu təxmin etmişdir. Həmin torbanı açan zaman isə orada narkotik vasitə olan mariaxuana olduğunu bilmişdir. O, həmin qara maşını axşam saatlarında gördüyündən maşının seriya nömrəsi və markası barədə məlumatı olmamışdır. Həmin maşında olan insanları tanımamış, anket məlumatları barədə məlumatı olmamışdır. 18 fevral 2021-ci il tarixdə də həmin qara rəngli maşını uzaq məsafədən gördüyündən seriya və nömrəsini xatırlamamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitəni köhnə tikilinin birinci mərtəbəsində olan qara rəngli torbadan götürüb öz istifadəsi üçün cibinə qoymuşdur. O, narkotik vasitələrin istifadəçisidir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, həmin torbadan özü üçün bir qədər narkotik vasitə götürdükdən sonra həmin torbada olan narkotiki zibil qutusuna atmağı düşünmüşdür. Həmin torbanı atmağa gedən zaman yolda polis əməkdaşları onu saxlamışlar. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə Kürdəmir rayonu, Cəyli Ərazi Dairəsi, Cəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Mirzə Davud küçəsi ev 11A-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, o, Mehdi ilə birlikdə məlumat əsasında saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən köhnə tikilinin yaxınlığına getmişlər. Həmin vaxt onlar orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin əlində qara rəngli polietilen torba ilə köhnə tikilinin içərisindən çıxmasım və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Kürdəmir rayonu, Cəyli Ərazi Dairəsi, Cəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Mirzə Davud küçəsi ev 11A-da yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sərxana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlamışlar və üzərinə şəxsi axtarışın keçirilməsi məqsədilə Xətai RPİ-nin 37-ci PŞ-dən sənədləşmə aparılması üçün X2u dəvət etmişlər. Kamran Muxtarov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən köhnə tikilinin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Sərxana üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxardıb təqdim etməsi təklif edilmişdir. Sərxan da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 02 ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş içərisində yaşıl rəngli bitki kütləsi olan bükümləri çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd şəffaf rəngli siqaret sellofanında olan bükümlərdə narkotik vasitə olan marixuana olmasını, həmin maddələri taparaq şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Sərxanın üzərindən aşkar olunmuş 02 ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X2 Təqsirləndirilən şəxs əlində olan qara rəngli polietilen torbanın içərisində nə olduğunu və haradan əldə etdiyini soruşan zaman, Sərxan həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni köhnə tikilinin içərisindən tapdığını, üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitəni həmin torbanın içərisindən götürdüyünü, həmin torbanın qara rəngli avtomobillə gəlmiş iki nəfər şəxs tərəfindən tikilinin içərisinə qoyulduğunu, həmin bağlamanı açan zaman bağlamanın içərisində marixuana olduğunu görüb torbadan istifadə etmək məqsədi ilə üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitəni götürüb cibinə qoyduğunu, bağlamanı yaxınlıqda olan zibil qutularına atmaq məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli polietilen torbanın içərisinə baxış keçirilən zaman həmin torbanın içərisində narkotik vasitə olan marixuananın elektron tərəzidə çəkilən zaman 5 kq 175 qram çəkidə olması aşkar olunmuşdur. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sərxanın üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli polietilen torba qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Sərxanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Sərxanın üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra sənədləşdirmə işlərinin aparılması üçün şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər. Orada Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sərxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 19 fevral 2021-ci il tarixli 7/201 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Bağırov...” yazıları və imzalar olan kağız paketdəki 02 (iki) ədəd şəffaf siqaret sellofanı bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3,107qram; 3,283qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində təmiz çəkisi-5010 qram (5kq10qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ümumi çəkisi - 5016,390 qramdır (1-ci cild iş vərəqi 44-46). İşdə olan maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd şəffaf rəngli siqaret sellofanında və 1 ədəd qara rəngli sellofan torbada olan ilkin təmiz çəkisi 5016,390 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 5016,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 114-116). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 29 mart 2021-ci il tarixli 890 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 157-158). İşdə olan 18 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, 18.02.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən iki mərtəbəli köhnə tikilinin qarşısında Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd şəffaf rəngli siqaret sellofanda bükülmüş bükümdə, vəziyyətdə, hər biri ayrı-ayrılıqda 3,107 və 3,283 qram, 1 ədəd qara rəngli polietilen sellofan torbada 5010 qram olmaqla, ümumilikdə 5016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 31-33). İşdə olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd şəffaf rəngli siqaret sellofanda bükülmüş bükümdə 3,107 qaram və 3,283 qram, 1 ədəd qara rəngli polietilen sellofan torbada 5010 qram olmaqla, ümumilikdə 5016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (1-ci cild iş vərəqi 53-54). İşdə olan sübutların qiymətləndirilməsi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 163-171). İşdə olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixdə qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün hissəsi 04 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 10.07.2020-ci i tarixdə cəzasının sonu ilə azad edilmişdir (1-cicild iş vərəqi 119-148). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residiv müəyyən edilmir. İşdə olan Xətai rayon məhkəməsinin 25.02.2021-ci il tarixli qərarından görünür ki, Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Xətai Rayon Polis idarəsinin rəisi polis polkovniki İlqar Məmmədov tərəfindən təsdiq edilmiş 18 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından alınmış 07.05.2021-ci il tarixli 3850 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb (1-ci cild iş vərəqi 104-106). İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 21-22). İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 18 fevral 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 84-87) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil: əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)” əsasən, qurudulmuş marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə qurudulmuş marixuana 5016,390 qram çəkidə olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 69.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağıraşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır”. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 18 fevral 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 29 mart 2021-ci il tarixli 890 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 157-158). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 5.016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir; “şəxsi axtarış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla videoçəkilişlər aparılmış və həmin videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarının dəyəri 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 5.016,390 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin; “şəxsi axtarış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla videoçəkilişlər aparılmış və həmin videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarının dəyəri 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar