Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-123/2020 22.05.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Əli İrfan oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – x2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları Dövlət ittihamçısı və x4, zərərçəkmiş şəxs x5, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxxxx 1995-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, Kəlbəcər rayonu Bəzirxana kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə ev 31 mənzil 20-də yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tanışları Şahid3 və x9 ilə birlikdə 07 aprel 2019-cu il tarixdə saat 23 radələrində x5 işlədiyi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Telekom” mağazasına gələrək təxmənən 1 ay əvvəl həmin mağazada işləyən Şahid2 təmir üçün verdiyi “İphone 5S” markalı mobil telefonu Cavid Əlizadədən istəyərkən sonuncunun həmin telefonu verməməsini irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən şəxsi münasibətlər zəmnində Cavid Əlizadənin sifət nahiyəsindən bir sillə vurub yerə yıxmış, sonuncu ayağa qalxdıqdan sonra mağazaya gələn şəxslərlə birlikdə həmin mağazanın qarşısına çıxmış, bu zaman o, üzərində gəzdirdiyi bıçağın dəstəyi ilə qəsdən bir neçə dəfə Cavid Əlizadənin baş nahiyəsindən zərbələr vurub ənsətəpə nahiyəsinin əzilmiş cırılmış yarası ilə müşaiyət olunan xəsarət yerirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa, o, 08.04.2019-cu il tarixdə saat 00:03 radələrində qeyd olunan hadisə ilə bağlı Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “x14” adlı oyun salonunun həyətində əvvəlcədən mobil telefon vasitəsi ilə onun ünvanına nalayiq söyüşlər söyən və x10 ilə birlikdə həmin ünvana gəlmiş x1 yenidən, dostu Şahid3 ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı ilk olaraq Şahid3 Şahid2 yumuqla vurması nəticəsində baş verən davada o, istintaqa məlum olmayan üzərində gəzdirdiyi deşeici-kəsici alət qara rəngli bıçaqla qəsdən Cavid Əlizadəyə üç ardıcıl zərbələr vurub ona döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə İİ-İİİ qabırğalar proyeksiyasında yerləşən boşluğa nüfuz etmədən kor qurtaran 1(bir) ədəd yarsı, bel nahiyəsinin sağ yarısının boşlğua nüfuz etmədən kor qurtaran 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yarısının otra qoltuq xətdi üzrə, Vİİ qabırğa proyeksiyasında yerləşən döş və qarın boşluğuna nüfuz edən, sol ağciyəri diafraqmanı və mədəni dəlib keçən, sol tərəfli hemopnevmatoraks (döş boşlğuuna qanın və havanın toplanması) və daxili qanaxma törədən, şokla nəticələnən xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş Cavid Əlizadəyə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Xırdalan şəhəri “Heydər” parkının yaxınlığında dostu Şahid3 ilə birlikdə “Oddo” kişi geyimləri mağazasını işlədir. x10 və Şahid2 təxminən 8-9 ay əvvəl Xırdalan şəhəri, «Köhnə bazar» deyilən yerdə “telekom” adlı telefon mağazası işlədən şəxs kimi tanımışdır. Onlarla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 1 ay əvvəl o, özünə məxsus «İphone-5s» markalı mobil telefonunu təmir elətdirmək üçün Atamoğlan və Cavidin işlətdiyi telefon mağazasına vermişdir. 07 aprel 2019-cu il tarixdə saat 11 radələrində Atamoğlan ona zəng edərək, ona təmir üçün verdiyi telefonun xarab olduğunu və təmir oluna bilməyəcəyini əvəzinə başqa telefon verəcəyini və həmin telefonu mağazaya qoyacağını demişdir. 07 aprel 2019-cu il tarixdə saat 23 radələrində o, Şamillə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Taleh Yolları” şadlıq sarayında toy məclisindən içkili vəziyyətdə çıxıb evə getmək istəyirmiş. Bu vaxt Xırdalan şəhəri, «Köhnə bazar» deyilən yerdə “Bakcell”-də işləyən Elşad adlı müştəriləri ona zəng edərək, onlardan borca aldığı paltara görə borcunu vermək istədiyini və pulu işlədiyi yerdən götürə biləcəklərini demişdir. O, Şamillə birlikdə taksiyə minib Xırdalan şəhəri «Köhnə bazar» deyilən yerdə yerləşən «Bakcel»lin dillerinə gəlmişlər. O, orada Elşaddan onlara paltara görə borclu olduğu 60 manat pulu götürüb Şamilin olduğu taksinin yanına gəlmişdir. Bu vaxt Şamil ona Atamoğlanın işlətdiyi telefon mağazasından təmirə verdiyi telefonu götürüb-götürmədiyimi soruşmuşdur. Həmin vaxt Cavid onu telefon mağazasına çağıraraq Atamoğlanın adını niyə çəkdiyini və nə lazım olduğunu soruşmuşdur. O, Cavidə təxminən 1 ay əvvəl Atamoğlana təmir üçün telefon verdiyini demişdir. Cavid də ona həmin telefonun təmir edilə bilməyən vəziyyətdə olduğunu buna görə də onun üçün Atamoğlanın başqa «İphone-5S» markalı telefon qoyduğunu demişdir. O, həmin vaxt Caviddən həmin telefonu istəmişdir. Cavid də ona «pulunu say ver götür apar» sözlərini demişdir. Həmin vaxt telefon mağazasında Cavid və telefon ustası Sərvərdən başqa heç kim olmamışdır. O, Cavidə demiş ki, «əgər bu telefonu mənə verməyəcəksənsə məni niyə mağazaya çağırmısan» sözlərini deyib Cavidlə mübahisə etməyə başlamışdır. Bu vaxt dostu Şamil də mağazaya daxil olub Cavidə və ona «niyə mübahisə edirsiz» sözlərini demişdir. Cavid də bu vaxt Şamilə «siz mənim dostum və qardaşımsız» sözlərini demişdir. Şamil də Cavidə «əgər dost qardaşıqsa niyə mübahisə edirsən, biz də içkiliyik sabah gələrik bu barədə söhbət edərik» sözlərini demişdir. O, həmin vaxt kənarda Cavidə yenidən «sən əgər telefonu verməyəcəkdinsə məni niyə mağzaya çağırdın» sözlərini demişdir. Cavid də bu sözdən sonra oturduğu yerdə ayağa qalxıb onlara siz «mənimlə nə indi, nə sabah, nə də heç vaxt söhbət edə bilməzsiz» sözlərini demişdir. O, Cavidə «nəinki sən kim olsa mən sözümü deyərəm» deyib şillə ilə Cavidin sol sifət nahiyəsindən vurmuşdur. Cavid onun zərbəsindən müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Daha sonra Cavid ayağa qalxıb onunla dalşmaq istədiyini deyib mağazanın qarşısına çıxmışdır. Bu vaxt Şamil və o, mağazanın qarşısına çıxmışlar. Bu vaxt o, Cavidlə dalaşmağa başlamışdır. Həmin vaxt Şamil, Sabir və Srəvar, Cavidlə onu aralayırmışlar. O, bu vaxt üzərində olan dəstəyi qara rəngli cib bıçağını çıxardıb arxası ilə Cavidin baş nahiyəsindən 4-5 dəfə vurmuşdur. Bu vaxt Cavid yerə yıxılmışdır. Cavid yerə yıxılarkən o, təpiklə bir dəfə Cavidin sifətindən, bir dəfə də çiynindən vurmuşdur. Bundan sonra o, Şamil və Sabir 2 nömrəli tam orta məktəb istiqamətində piyada hərəkət edərək onun yasşadığı məhlənin həyətinə gəlmişlər. Təxminən 10 dəqiqə sonra Atamoğlan ona zəng edərək, nalayiq sözlərlə Cavidi döydüyü üçün onu başa salacağını demişdir. O, Atamoğlana onunla harda istəsə görüşə biləcəyini demişdir. O, Şamil və Sabir bundan sonra həmişə playstation oynadıqları Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “x14” adlı oyun salonunun yaxınlığına getmişlər. Orada Kamran, Hikmət, Şamil, Əziz, Nəriman, Sabir və o, dayanıb Atamoğlan və Cavid barəsində söhbət edirmişlər. Bu vaxt Kamran və Əziz dalaşmağa ehtiyac olmadığını mehriban formada baırşmağı təklif etmişlər. Kamranın bu sözündən sonra hər-biri oyun salonuna daxil olub kabinetə tərəf gedərkən, Atamoğlan və Cavid də oyun salonuna daxil olmuşlar. Oyun salonunda barın qarşısında Kamran Atamoğlangili qarşılayıb Əziz və Sabir ilə birlikdə oyun salonun həyətinə çıxarmışdır. O, həmin vaxt həyətdən kiminsə onun adını çəkib çağırdığını eşitmiş və Şamillə birlikdə həyətə çıxmışdır. Həmin vaxt, yəni 08 aprel 2019-cu il tarixdə saat 00 radələrində Kamran, Cavid və Atamoğlanla söhbət edirmiş. Atamoğlan Cavidi döyən şəxsin barəsində nalayiq söyüş söyəndə, dostu Şamil Atamoğlanın onun söyməsinə görə Atamoğlana yaxınlaşıb yumruqla sifətindən vurmuşdur. Bu vaxt Cavid də ona tərəf gəlib dava etmək istəyəndə o, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən özünə məxsus qara rəngli balaca dəstəyi olan ümumi uzunluğu təxminən 20 sm. ölçüdə bıçağı çıxardıb Cavidin sol döş nahiyəsindən, daha sonra qarın nahiyəsindən vurmuşdur. Yenidən üçüncü bıçağı hansı nahiyəsindən vurduğunu xatırlamır. Bundan sonra Cavid kənara çəkilərək aşağı əyilmişdir. O, bıçağı cibinə qoyub dayanmışdır. Bu vaxt Kamran Cavidin yerdə olduğunu görüb qışqırmışdır. Daha sonra Şamil və Kamran Cavidi yerdən qaldırıb Atamoğlanın albalı rəngli «Mersedes Benz C» klas markalı avtomobilə mindirmişlər. Atamoğlan da avtomobili idarə eədərək Cavidi xəstəxanaya aparmışdır. Bunun ardınca o, Şamil, Kamran, Hikmət, Sabir, Nəriman və Əziz oyun salonunu tərk edərkən, o, sonunculara Cavidi bıçaqladığını demişdir. Bundan sonra Kamran, Hikmətin ağ rəngli «Hyundai Elentra» markalı avtomobillə çıxıb getmişdir. Nərman da Əzizlə sağollaşıb getmişdir. Onun ardınca Sabir və Əziz də çıxıb getmişlər. O, Şamillə birlikdə evə gedərkən, yolda cibindən bıçağı çıxardıb naməlum istiqamətdə atmışdır. Daha sonra Şamillə birlikdə yaşadığı evə gəlib gecəni yatmışlar. 08 aprel 2019-cu il tarixdə saat 13 radələrində o, yuxudan oyanarkən artıq Şamilin evdən getdiyini görmüşdür. Bundan sonra heç nə olmamış kimi işə getmişdir. Səhəri gün yəni 09 aprel 2019-cu il tarixdə tutulmaqdan qorxduğu üçün Gürcüstan Respublikasına getmişdir. Lakin, o, 13 aprel 2019-cu il tarixdə artıq polisin onu axtardığını eşidib yenidən ölkəyə qayıtmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş x10 ifadəsində göstərmişdir ki, o, dostu Şahid2la birlikdə Xırdalan şəhəri “Köhnə bazar” deyilən yerdə “Telekom” adlı telefon mağazası işlədir. Onlar telefon mağazasında mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olurmuşlar. 07 aprel 2019-cu il tarixdə saat 18 radələrində işlədikləri mağazada Atamoğlan və Sərvərlə birlikdə çaxır içmişlər. Daha sonra acdıqları üçün qardaşı Mahirin aşbaz işlədiyi Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Ülkər Lahmacun” kafesinə gedib çörək yemək qərarına gəlmişlər. Lakin, mağazada mobil telefonların təmiri ilə məşğul olan Sərvər yemək istəmədiyini və işləyəcəyini demişdir. Buna görə də Atamoğlan ilə o, piyada həmin kafeyə gəlib ilk olaraq mərci supu sifariş vermişlər. Daha sonra işlədikləri mağazanın qarşısına gəlmişlər. Atamoğlan ailəsinin evdə tək olduğu üçün evə getmək istədiyini demiş, o, isə Atamoğlana mağazada olacağını demişdir. Atamoğlan yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə getmişdir. O isə Sərvərlə birlikdə mağazada oturmuşlar. Təxminən bir saat sonra mağazaya sonradan adının Əli olduğunu bildiyi şəxs daxil olub kobud surətdə ona “burada bizə çatası telefon olmalıdır” sözlərini demişdir. O, Əliyə onunla sakit formada danışmasını və sonuncuya veriləsi telefonun olmadığını demişdir. Bu vaxt Əli ona “axı mən Atamoğlan ilə danışanda o, mənə çatası telefonun mağazada olduğunu” sözlərini demişdir. O, Əliyə «təmirin pulun ver telefonu verim» sözlərini demişdir. Bu vaxt Əli ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli şillə ilə onun sifətindən vurmuşdur. O, həmin vaxt müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Daha sonra o, ayağa qalxıb Əli ilə mübahisə etməyə başlayarkən, Şamil də mağazaya daxil olmuşdur. Bundan sonra o, Əli və Şamil ilə birlikdə mağazanın qarşısına çıxmışlar. Orada Əli və Şamil onunla dalaşmağa başlayıb onu döymüşlər. Bu vaxt ətrafda gecə olduğu üçün Sabir və onunla işləyən Sərvərdən başqa heç kim olmamışdır. Həmin şəxslər onları aralaşdırmışlar. O, baş və sifət nahiyəsindən xəsarətlər almışdır. Bu vaxt Şamil və Əli, Sabir ilə birlikdə dərhal oradan kənarlaşmışlar. O, Sərvərə tez Atamoğlana zəng etməsini və onun yanına gəlməsini demişdir. Sərvər də Atamoğlana zəng edərək, onun döyülməyi barədə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Atamoğlan özünə məxsus «Mercedes Benz C» klass markalı **-FC-*** dövlət nömrə nişanlı avtomobil ilə işlədikləri mağazanın qarşısına gəlmişlər. O, həmin vaxt Atamoğlana heç nə deməyərək onunla Xırdalandakı obyektləri axtarmağı və onu döyən Əli və Şamili tapıb söhbət etməyi demişdir. Atamoğlan onunla Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən oyun salonlarını axtararkən Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “x14” adlı oyun salonuna gəlmişlər. Həmin vaxt onlar oyun salonuna daxil olub Şamil və Əlini çağırmışlar. Həmin vaxt qarşılarına onunla eyni məhəllədə yaşayan Kamran və bir neçə nəfər tanımadıqları şəxs çıxmışdır. Kamran onunla görüşüb sakit olmağını və dava-dalaşa ehtiyac olmadığını demişdir. Daha sonra onu sakitləşdirmək üçün həyətə çıxarmışdır. Həmin şəxslər də onlarla birlikdə oyun salonunun həyətinə çıxmışlar. O, Kamrana Əlinin onu döydüyünü və buna görə gəlib onunla söhəbt etmələrini demişdir. Elə bu vaxt Əli və Şamil oyun salonundan həyətə çıxıb onlara tərəf gəlmişlər. Atamoğlan onu döyənin barəsində söyüş söyərkən, Şamil yumruqla Atamoğlanı vurmuşdur. Bundan sonra dava başlamışdır. O, Şamilin Atamoğlanı döyməsini görüb sonuncuya tərəf getmişdir. Bu vaxt Əli ona tərəf gəlib mübahisə etməyə başlamışdır. Həmin vaxt sağ kürək nahiyəsindən bıçaq vuruluduğunu hiss etmişdir. Həmin andan sonra baş verənləri xatırlamır. Sadəcə olaraq Atamoğlanın onu xəstəxanaya gətirməsini və ona dava vaxtı üç bıçaq zərbəsi vuruluduğunu bilir. Həmçinin, o, baş vermiş davada, Əli ilə dava etdiyini xatırladığını bildirmişdir. Daha sonra 07 aprel 2019-cu il tarixdə, saat 23 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “köhnə bazar” deyilən yerdə işlədiyi “Telekom” adlı mağazada o, yalnız Əli ilə dalaşmışdır. Həmin vaxt onu Əlidən başqa heç kim vurmamışdır. Sadəcə olaraq orada olan Şamil adlı şəxs Əli ilə onu aralaşdırmışdır. Həmin davanın davamı olaraq 08 aprel 2019-cu il tarixdə saat 00 radələrində Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “x15” adlı oyun salonunun qarşınıda isə o, yalnız Təqsirləndirilən şəxs ilə dalaşmışdır. Onu həmin davada Təqsirləndirilən şəxs bıçaqlayaraq xəsarət yetirmişdir. Həmin dava vaxtı dostu Atamoğlan isə Əlinin dostu Şamil ilə dalaşmışdır. Sonuncuların dalaşmasına səbəb isə Atamoğlanın nalayiq söyüş söyməsi olmuşdur. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 07 aprel 2019cu il tarixdə, saat 21 radələrində o, dostu Hikmətlə birlikdə palystation oyunu oynamaq üçün Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Pərvinin işlətdiyi “x14” adlı oyun salonuna gəlmişlər. Onlar orada kabinetdə oturub oyun oynayıb çay içirmişlər. Təxminən 2 saat sonra tanışı Şahid3 ona zəng edərək, Xırdalan şəhəri «Köhnə bazar» deyilən yerdə Cavid Əlizadə adlı şəxslə dostu Əlinin dalaşdığını və Əlinin onu döydüyünü deyib onu Xırdalan şəhərində “Su idarəsi” deyilən yerə gləməyimi xahiş etmişdir. O, da həmin yerə gəlmiş və bu vaxt orada Şamil, Əli və Sabirdən başqa heç kim olmamışdır. Şamil ona telefon təmir elətdirmək məqsədi ilə təxminən 1 ay əvvəl köhnə bazarda Atamoğlanın işlətdiyi “Telekom” adlı mağazaya telefon verdiklərini lakin, bu günədək həmin telefonun təmir edilmədiyini buna görə də Cavid Əlizadə ilə Əlinin arasında mübahisə baş verdiyini və Əlinin, Cavid Əlizadəni döyərək xəsatər yetirdiyini, bundan sonra Cavidin dostu Atamoğlanın Əliyə zəng edərək dava-dalaş etmək istədiyini və onların yanına gələcəklərini demişdir. O, Şamil və yanındakılara “siz sərxoşsuz davaya ehtiyac yoxdur icazə verin mən sizi barışdırım” demişdir. Bundan sonra o, həmin şəxslərlə birlikdə həmin oyun salonuna gələrkən, oyun salonunun qarşısında Əziz və Nəriman da onların yanlarına gəlmişlər. O, sonradan bilmiş ki, Əziz və Nərimanı ora Şamil zəng edərək çağırmışdır. Onlar hamılıqla kabinetə girən vaxt, oyun salonuna tanışları Atamoğlan və Cavid gəlmişlər. O, həmin vaxt Cavidin üz və baş nahiyələrində xəsarətlər olduğunu və qan içində olduğunu görmüşdür. Bu vaxt orada dava-dalaş olmaması üçün Cavidlə əl verib öpüşüb görüşmüşdür. Daha sonra səbirli olmalarını deyib onları oyun salonunun həyətinə çıxarmışdır. Bu vaxt Atamoğlan uca səslə nalayiq söyüş söyərək «kim mənim qardaşım Cavidi döyüb» sözlərini demişdir. O, həmin vaxt Atamoğlana sakit olmasını və davaya ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt onun yanında Hikmət, Əziz və Nəriman olmuşdur. Cavidin yanında Atamoğlandan başqa heç kim olmamışdır. Bu vaxt Şamil Atamoğlanın söyüş söyməsini eşidib Əli ilə birlikdə həyətə onların yanlarına gəlmişlər. Şamil Atamoğlana “söyüşü sən söydün?” sözlərini demişdir. Atamoğlan da «hə mən söymüşəm» sözlərini deyəndə Şamil yumruqla Atamoğlanın sifətindən vurmuşdur. Bundan sonra dava-dalaş başlamışdır. Həmin dava vaxtı Şamil Atamoğlanla, Əli isə Cavidlə dalaşırmış. O, dava bitənədək dalaşanları sakitləşdirməyə çalışırmış. Qəflətən o, Cavidin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt o, qışqıraraq Cavidin bıçaqlandığını demişdir. Daha sonra o və Şamil, Cavidi yerdən qaldırıb Atamğolanın avtomobilinə mindirmişlər. Atamoğlan avtomobilə əyləşib oradan kənarlaşmışdır. Bundan sonra o, Hikmət, Sabir, Əli, Şamil, Nəriman və Sabir oyun salonunun həyətini tərk edərkən, Əli onlara Cavidi bıçaqladığını demişdir. O, bundan sonra dostu Hikmətlə onun idarə etdiyi «Hyundai Elentra» markalı avtomobilə minib oradan kənarlaşmışdır. O, Xırdalan dairəsi deyilən yerdə düşərək evinə getmişdir. O, dava baş verən vaxtı heç kimi vurmamış, heç kim də onu vurmamışdır. Cavidə bıçaq vuran şəxsi görməsə də sonradan Əli özü ona, Əziz, Şamil, Sabir və Hikmətin yanında Cavidə üç bıçaq zərbəsi vurduğunu demişdir. Dava vaxtı Şamil Atamoğlan ilə Cavid isə Əli ilə dalaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmşdir ki, 07 aprel 2019-cu il tarixdə saat 21 radələrində özünə məxsus «Hyundai Elentra» markalı ağ rəngli ** AK *** dövlət nömrə nişanlı avtomobil ilə dostu Şahid5 ilə birlikdə palystation oyunu oynamaq üçün Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Pərvinin işlətdiyi “x14” adlı oyun salonuna gəlmişdir. Onlar orada kabinetdə oturub oyun oynayıb çay içirmişlər. Təxminən 1-2 saat sonra Kamrana Şamil zəng edərək Xırdalan şəhəri «Köhnə bazar» deyilən yerdə Cavid Əlizadə ilə Əlinin dalaşdığını və onu döydüyünü demişdir. Kamran da Şamilə telefonda Əlinin niyə daladşığını soruşmuşdur. Şamil də Kamrana oyun salonunun qarşısna gələcəyini və orada söhbət edəcəyini demişdir. Bundan sonra Kamran onların olduqları kabinetdən çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra atası Azər ona zəng edərək nənəsi xəstə olduğu üçün, dərman almalı olduğunu demişdir. O, tez oyun salonunu tərk etmişdir. Bu vaxt həmin obyektin qarşısında Kamrannan, Şamil, Nəriman, Sabir, Əli və Əziz adlı şəxsin söhbət etdiklərini görüb Kamrandan nə baş verdiyini soruşmuşdur. Kamran da ona Əlinin «köhnə bazar»-da dalaşdığını və “sən evə get “ sözlərini demişdir. O, Kamrana evə dərman alıb gələcəyini bildirmişdir. Daha sonra idarə etdiyi «Hyundai Elentra» markalı ağ rəngli avtomobilə minib “Günay” şadlıq sarayının yanındakı aptekdən dərman alıb evə verib yenidən avtomobillə oyun salonuna gəlmişdir. O, avtomobilini oyun salonunun qarşısındakı həyətinin yaxınlığında saxlamışdır. Həmin vaxt onun avtomobilinin yanında albalı rəngli «Mercedes Benz C» klass markalı avtomobildə olmuşdur. O, oyun salonunun giriş qapısını açıb içəri daxil olarkən obyektin sağ tərəfində yerləşən barın qarşısnda sonradan adlarını bildiyi Cavid və Atamoğlanın Kamran, Sabir, Nəriman, Əli, Əziz və Şamil ilə söhbət etdiklərini Kamranın Cavidə “səbirli ol həyətə çıxaq söhbət edərəik” deməsini eşitmişdir. Bundan sonra Atamoğlan, Cavid, Kamran, Nəriman, Sabir və Əli oyun salonunun qarşısındakı həyətə çıxmışlar. Həmin vaxt Kamran Cavidə səbirli ol dava-dalaş lazım deyil demişdir. Atamoğlan “Cavidi vuranın ünvanına nalayiq sözlər” deyirmiş. Həmin vaxt Şamil də oyun salonundan həyətə çıxıb Kamran ilə üzbə-üz dayanmış Atamoğlana “Ataş sənsən?” demişdir. Atamoğlan da Şamilə «hə mənəm» deyəndə Şamil yumruqla Atamoğlanın sağ sifət nahiyəsindən vurmuşdur. Bu vaxt orada dava-dalaş başlamışdır. Həmin vaxtı Şamil Atamoğlan ilə dalaşmağa başlamışlar. Bu vaxt Cavid də Əli ilə dalaşmağa başlamışdır. Həmin vaxt o, Kamranla qışqıraraq dalaşanları ayrırmışlar. Bu vaxt Əli bıçaqla Cavidə bir neçə zərbə vurmuşdur. Bundan sonra Cavid yerə yıxılmışdır. Həmin vaxt Atamoğlan tez Cavidə tərəf gəlib onu yerdə qaldırmaq istəyərkən Şamil və Kamran da ona kömək edərək Atamoğlanın idarə etdiyi «Mersedes Benz C» klass markalı avtomobilnə mindirdikdən sonra Atamoğlan oradan kənarlaşmışdır. Bu vaxt onlar oyun salonunun həyətini tərk edərkən Əli dostlarına Cavidi bıçaqladığını demişdir. O, artıq vəziyyətin pis olduğunu görüb Kamranı da götürüb özünə məxsus «Hyundai Elentra» markallı ** AK *** dövlət nömrə nişanlı avtomobilə minmişdir. Bu vaxt avtomobilini sürərək oradan kənarlaşmışdır. Daha sonra Kamranı Xırdalan dairəsi deyilən yerdə düşürdüb idarə etdiyi avtomobilini dayanacaqda saxlayıb evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 aprel 2019-cu il tarixdə 23 radələrində dostları Əli və Sabir ilə birlikdə Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Taleh Yolları” şadlıq sarayında toy mərasimində yeyib içib həmin mərasimi tərk etmişlər. Bu vaxt onun kiçik qardaşının doğum günü ilə əlaqədar yeyib-içmək olduğu üçün Mehdiabad qəsəbəsinə getmək istəyərkən, Əli «Köhnə bazar» deyilən yerdə Elşad və Atamoğlanın ondan aldığı paltarın pulunu almağa getməyi, daha sonra Mehdiabad qəsəbəsinə gedəcəklərini təklif etmişdir. O və Sabir, Əlinin təklifi ilə razılaşıb tanımadıqları taksi ilə ilk olaraq Xırdalan şəhərində yerləşən “Köhnə bazar” deyilən yerə gəlmişlər. Həmin vaxt Sabir taksidə oturubmuş, bu vaxt Əli Atamğolanın işlədiyi “Telekom” mağazasına daxil olmuşdur. O, həmin mağaza ilə qonşuluqda «Bakcell» mağazasında işləyən Elşadın yanına gəlmişdir. O, Elşadla görüşüb mağazadan aldığı paltarın pulunu yəni 30 manatı almışdır. O yenidən taksiyə yaxınlaşıb oturmuşdur. Bu vaxt Əlinin gəlmədiyini görüb harda olduğunu soruşanda, Sabir ona Əlinin Atamoğlanın mağazasında olduğunu demişdir. O, həmin mağazaya baxarkən Əlinin mağazada Cavid Əlizadə ilə mübahisə etdiklərini görmüşdür. Bu vaxt o, Sabir ilə birlikdə taksidən düşüb həmin mağazaya daxil olmuşlar. Bu vaxt mağazada Əli, Cavid və telefon təmiri ilə məşğul olan Sərvər olmuşdur. O, Cavid və Sərvər ilə salamlaşmış, bu vaxt o, Əli və Cavidin bir-birinə “sən mənimlə belə danışa bilmərsən” dediyini eşidib nə baş verdiyini soruşmuşdur. Bu vaxt Cavid Əlizadə ona Əlinin ondan Atamoğlana verdiyi mobil telefonu və Atamoğlanın aldığı paltarının pulunu istədiyini və ona nə telefon, nə də ki, veriləsi puldan məlumatı omadığını desə də, Əlinin ondan həm telefonu, həm də Atamoğlanın verməli olduğu pulu istəməsi üçün aralarında mübahisə baş vermişdir. Bu vaxt Əli əsəbiləşərək, şillə ilə Cavid Əlizadəni vurmuşdur. Bu vaxt Cavid Əlizadə də Əlini əli ilə vurmuşdur. Həmin vaxt o, Sabirlə dalaşanları aralaşdırmışlar. Daha sonra Cavid mağazanın qarşısına çıxıb Əli ilə dalaşmağa başlamışdır. Daha sonra birlikdə 2 nömrəli məkətəbə tərəf getmişlər. Onlar məktəbə çatana yaxın Sabiri atası çağırdığı üçün evə getmişdir. Lakin, gedərkən qayıdacağını da demişdir. Bu vaxt Atamoğlan Əliyə zəng edərək “sən mənim mağazamda dava salıb Cavidi vurmusan buna görə biz bu gün görüşməliyik” deyəndə o, mobil telefonu Əlidən alıb Atamoğlana telefonda “mənəm Şamildir gəlin bu gün yox sabah görüşüb söhbət edək” demişdir. Bu vaxt Atamoğlan onu təhqir etdiyi üçün o, Atamoğlana Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “x14” adlı oyun salonunda olacaqlarını və əgər söhbət etmək istəsə həmin yerə gəlməsini demişdir. Bundan sonra o, və Əli birlikdə həmin playstation salonuna gedirmişlər. Bu vaxt dostu Şahid4 Əlinin mobil nömrəsinə zəng edərək, harada olduqlarını və çay içməyə gəlmək istədiyini demişdir. Əli də Əzizə telefonda hər gün oturduqları palystation salonunda olacaqlarını və ora gəlməsini demişdir. Daha sonra onlar, həmin playstation salonuna gəlmişlər. Orada dostu Kamran, Əli, Hikmət, Əziz, Nəriman və özü olarkən, Sabir də onlarnı yanlarına gəlmişdir. Kamran və Əziz davaya ehtiyac olmadığını və mehribançılıqla barışmağı məsləhət görmüşlər. Sonra onlar birlikdə oyun salonunun kabinetinə daxil olarkən Atamoğlan və Cavid onların arxası ilə oyun salonuna daxil olmuşlar. Bu vaxt dava-dalaş olmaması üçün Kamran, Sabir, Əziz və Nəriman, Atamoğlanla Cavidi oyun salonun qarşısındakı həyətə çıxarmışlar. O və Əli isə oyun salonunun kabinetində oturmuşlar. Bu vaxt həyətdən onun ünvanına nalayiq sözlər deyildiyini eşidib Əli ilə həyətə çıxmışdır. Bu vaxt Atamoğlan onun Əli və onun ünvanına nalayiq söyüş söyərkən o, yumruqla Atamoğlanın sifətindən vurmuşdur. Bundan sonra o, Atamoğlanla dalaşmağa başlamışdır. Həmin vaxt Əli də Cavidlə dalaşırmış. Həmin vaxt Əziz, Nəriman və Kamran onları aralaşdırmışlar. Təxminən 5 dəqiqə sonra Kamran qışıqraraq Cavidin bıçaqlandığını demişdir. O, Atamoğlanla dalaşmağı dayandırmışdır. Bundan sonra mən və Kamran Cavidi yerdən qaldırıb Atamoğlanının idarə etdiyi Mersedes Benz C klass markalı avtomobilə mindirdikdən sonra o, sürüb getdi. Bundan sonra mən, Sabir, Əziz, Əli, Nəriman, Hikmət və Kamran birlikdə oyun salonunun həyətini tərk edərkən Əli onlara Cavidi bıçaqladığını demişdir. Bundan sonra Kamran Hikmətin ağ rəngli «Hyundai markalı avtomobili ilə getmiş, onun ardınca Nəriman və Əziz də getmişlər. Sabirə də atası zəng edib çağırdığı üçün çıxıb getmişdir. O, Əli ilə birlikdə Əlinin yaşadığı mənzilə gedib gecəni orada qalmışlar. Səhəri gün isə Əli yatılı olarkən o, oyanıb işə getmişdir. Cavid Əlizadəni dostu Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirmişdir. O, həmin gün baş verən dava zamanı yalnız Şahid2 vurmuşdur. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Məhkəmə – tibbi ekspertizasının 30.04.2019-cu il tarixli, 797 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, x5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarsının orta qoltuq xətdi üzrə, Vİİ qabırğa proyeksiyasında yerləşən döş və qarın boşluğuna nüfuz edən, sol ağciyəri diafraqmanı və mədəni dəlib keçən, sol tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) və daxili qanaxma törədən, şokla nəticələnən 1(bir) ədəd, döş qəfəsinin sol yarsının arxa qoltuq xətdi üzrə İİ-İİİ qabırğalar proyeksiyasında yerləşən boşluğa nüfuz etmədən, kor qurtaran 1(bir) ədəd, bel nahiyəsinin sağ yarsının boşluğa nüfuz etmədən kor qurtaran 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə deşici-kəsici alətin (alətlərin) əşyanın (əşyaların) təsirindən törənmişdir; ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış bərk küt əşya təsirindən törənmişdir, 08.04.2019-cu il tarixə uyğun gəlir.
2. Dərəcələrinə görə - döş qəfəsinin sol yarsının orta qoltuq xətdi, Vİİ qabırğa proyeksiyasında yerləşən döş və qarın boşluğuna nüfuz edən, sol ağciyəri diafraqmanı və mədəni dəlib keçən, sol tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) və daxili qanaxma törədən, şokla nəticələnən 1(bir) ədəd deşilmiş kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərərvurmaya aiddir -döş qəfəsinin sol yarsının arxa qoltuq xətdi üzrə İİ-İİİ qabırğalar proyeksiyasında yerləşən boşluğa nüfuz etmədən, kor qurtaran 1(bir) ədəd, bel nahiyəsinin sağ yarsının boşluğa nüfuz etmədən kor qurtaran 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları; ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcələrinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Səhiyyə Nazirliyi MTE və PA ETDBdən alınmış 25.06.2019-cu il tarixli, 265-MTKŞ/2019 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,
1. Ekspertizaya təqdim edilmiş x7 məxsus sviterin arxa səthində, aşağıda sağda bir ədəd, aşağıda solda bir ədəd və yuxarıda solda bir deşilmiş kəsilmiş zədə aşkar olundu.
2. Ekspertizaya təqdim edilmiş x7 məxsus sviterin üzərində olan deşilmiş-kəsilmiş zədələr yastı tiyə tipli deşici kəsici alətin təsirindən əməli gəlmişdirlər.
3. Ekspertizaya təqdim edilmiş x7 məxsus sviterin üzərində olan zədələrlə onun bədəni üzərində olan döş qəfəsinin sol yarısının orta qoltuq xətdi üzrə, Vİİ qabırğa proyeksiyasında yerləşən döş və qarın boşluğuna nüfuz edən, sol ağciyəri diafraqmanı və mədəni dəlib keçən sol tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) və daxili qanaxma törədən, şokla nəticələnən 1(bir) ədəd, döş qəfəsinin sol yarsının arxa qoltuq xətdi üzrə İİ-İİİ qabırğalar proyeksiyasında yerləşən boşluğa nüfuz etmədən, kor qurtaran 1(bir) ədəd, bel nahiyəsinin sağ yarsının boşluğa nüfuz etmədən kor qurtaran 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər.
4. x5 bədəni üzərində aşkar olunmuş ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası paltarla örtülmədiyi üçün öz əksini tapmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x3 Məhkəmə Psixiatrik Ekspertizasının 05.07.2019-cu il tarixli, 1221 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal – hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə baxışında iş üzrə dindirilmiş onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 126.1-ci və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə aid hissədə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunur ki, "Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir". Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Cavid Əlizadə ilə barışıq əldə etmiş və ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 14.04.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 16.04.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 14.04.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli qərarından görünür ki, 04.07.2019-cu il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, müsbət xarakterizə olunması və törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib peşman olması - Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.04.2019-cu il tarixdən 04.07.2019-cu il tarixədək həbsdə və 04.07.2019-cu il tarixdən məhkəmə hökmünün elan olunduğu tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün təyin edilmiş cəza müddətinə hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, onun şəxsiyyətini, cinayət nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasını mümkin sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sınaq müddəti ərzində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və sınaq müddəti ərzində davranışları üzərində nəzarət müvafiq olaraq daimi yaşayış yeri üzrə, Abşeron rayon İcra və Probasiya şöbələrinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsində qeyd olunur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. İş üzrə maddi sübut kimi Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd jaket (sviter) - məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Cinayət işi üzrə mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə aid hissədə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs 14.04.2019-cu il tarixdən 22.05.2020-ci il tarixədək həbsdə və hökmün elan olunduğu tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən cəza 1 (bir) il, 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri ləğv edilərək barəsində "başqa yerə getməmək iltizam" qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd jaket (sviter) - məhv edilsin. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
1. (sədrlik edən) Rahib Salmanov
2. Əli Məmmədov
3. Mahmud Ağalarov