Məhkəmə qərarları › İş №1(101)-123/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-123/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-123/2022 10.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1993-cü il iyunun 04-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, işləməmiş, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğlanqala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlamaqla daşımış və gəzdirmiş, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu il noyabrın 03-də saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşayış sahəsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikili olan evinə pəncərənin kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub oradan sonuncuya məxsus 50 manat dəyərində ətiri, 1.000 manat dəyərində 106 sm ölçülü «Samsung» markalı plazma televizoru, üzərində beş manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 250 manat dəyərindəki **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonu, eləcə də Zərərçəkmiş şəxs1 övladı Zərərçəkmiş şəxs2 məxsus biri 150 manat, digəri 120 manat dəyərində iki ədəd qadın üçün qol saatını, biri 90 manat, digəri 50 manat dəyərində iki ədəd qadın üçün gümüş sep zinət əşyasını, biri 90 manat, digəri 50 manat dəyərində iki cüt qadın üçün sırğanı, 80 manat dəyərində bir ədəd qadın üçün qızıl suyuna salınmış qolbağı, biri 60 manat, digəri 40 manat dəyərində iki ədəd gümüş üzüyü, 120 manat dəyərində bir ədəd qadın üçün qızıl sep-kulonu, 40 manat dəyərində bir cüt qadın üçün sırğanı, 300 manat dəyərində bir cüt qadın üçün qızıl sırğanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1.305 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1.190 manat, ümumilikdə 2.495 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən və lüləsinin uc hissəsi kustar üsulla kəsilmiş texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ-də 1961-ci ildə «İjevsk» silah zavodunda istehsal olunmuş, 20 mm kalibrli, L- 37891 nömrəli, İJ-K modelli, çaxmaqlı, hamar təklüləli ov tüfəngini əldə edib üzərində gəzdirərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilmiş evə daşımış, oradakı zirzəmidə üzərində «Bananvey» sözləri yazılan qutunun içərisində gizlətməklə saxlamışdır. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il dekabr ayının əvvəllərindən 2021-ci il fevral ayının ortalarınadək olan müddət ərzində dəqiq günləri istintaqa məlum olmayan tarixlərdə və mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq hissə-hissə olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.104,216 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,783 qram olan psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 2021-ci il fevralın 24-də saat 23 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanaraq şöbənin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda ümumi təmiz çəkisi 0,783 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə ümumi təmiz çəkisi 4,216 qram olan külli miqdarda qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki gödəkcənin sağ döş cibindən üzərində narkotik vasitənin izləri olan bir ədəd elektron tərəzi, əməliyyat-axtarış tədbirlərinin davamı olmaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilidə olan bir otaqlı evinə baxış keçirilərkən bir ədəd istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib saxladığı odlu silah hesab edilən və lüləsinin uc hissəsi kustar üsulla kəsilmiş texniki cəhətdən saz və atəş üçün yararlı, L-37891 nömrəli, keçmiş SSRİdə 1961-ci ildə «İjevsk» silah zavodunda 1961-ci ildə istehsal olunmuş 20 mm kalibrli İJ-K modelli, çaxmaqlı, hamar, təklüləli ov tüfəngi və bir ədəd polietilen bağlamada ümumi təmiz çəkisi 1.100 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç zaman həmin maddələrin satışı ilə məşğul olmamış, eləcə də oğurluq etməmişdir. Tutularkən üstündə öz şəxsi istifadəsi üçün daşıdığı 0,783 qram psixotrop maddə metamfetamin olmuşdur. O, təklüləli ov tüfəngini əldə edib üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilmiş evin zirzəmisindəki qutuda gizlədərək saxlamışdır. İstintaqda ona qarşı fiziki zor tətbiq olunmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onlar ailəlikcə 2019-cu il noyabrın 03-də saat 18-20 radələrində övladı Zərərçəkmiş şəxs2 toy məclisinə «Sultan» şadlıq sarayına getmiş, 2019-cu il noyabrın 04-də saat 00:10 radələrində evə qayıtdıqda naməlum şəxs(lər) tərəfindən pəncərənin kilidinin sındırılıb içəridən oğurluq edildiyini aşkar etmişlər. O, dərhal polisə zəng etməklə evdən ona məxsus 50 manat dəyərində ətirin, 1.000 manat dəyərində 106 sm ölçülü «Samsung» markalı plazma televizorun, üzərində beş manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 250 manat dəyərindəki **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonun, habelə Gülnara məxsus biri 150 manat, digəri 120 manat dəyərində iki ədəd qadın üçün qol saatının, biri 90 manat, digəri 50 manat dəyərində iki ədəd qadın üçün gümüş sep zinət əşyasının, biri 90 manat, digəri 50 manat dəyərində iki cüt qadın üçün sırğanın, 80 manat dəyərində bir ədəd qadın üçün qızıl suyuna salınmış qolbağın, biri 60 manat, digəri 40 manat dəyərində iki ədəd gümüş üzüyün, 120 manat dəyərində bir ədəd qadın üçün qızıl sep-kulonun, 40 manat dəyərində bir cüt qadın üçün sırğanın, 300 manat dəyərində bir cüt qadın üçün qızıl sırğanın oğurlanması müəyyənləşdirilmiş, onlara ümumilikdə 2.495 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, dörd-beş ildir Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, 7 saylı ünvandakı «Bakıxanov» ticarət mərkəzində yerləşən lombard mağazasını işlədir. Yaxınlıqda yerləşən telefon alışı-satışı mağazasından tanıdığı Şahid2 telefonları daima sənədlə satır. 2019-cu il dekabrın 20-də əvvəllər tanımadığı Şahid4 gətirdiyi **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonun oğurluq olmamasını bildirərək 60 manata ondan alıb cihazı girova qoyduğunu qeyd etməklə getmişdir. Göstərilən şəxslə 2019-cu il dekabrın 30-da 70 manat ödəyərək telefonu geri götürmək barədə razılaşsalar da Pərvin 2020-ci il yanvar ayının axırlarında mağazaya gəlib 10 manat pul ödəmiş, sonrakı aylarda sonuncu ödəniş etmədiyindən telefonu 2020-ci il martın 21-də Elnura 100 manata satmışdır. İş üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, 10 ildir tanıdığı və dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 20-də işlədiyi yerə gələrkən şəxsiyyət vəsiqəsi olmadığından ona məxsus **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonu lombarda qoymağı xahiş edəndə o, sonuncuya inanmaqla «Razin» deyilən yerə gedərək lombarda tək daxil olmuş və telefonun oğurluq olmamasını qeyd edib cihazı 60 manata girov qoymuş, pulu çöldə dayanan Şahinə vermiş, sonuncu ona qarşıdakı günlərdə telefonun ödənişini etməklə dükandan geri alacağını bildirmişdir. Sonrakı vaxtlarda Şahini bir daha görməmişdir. Sonuncu həmin telefonu onun yanında 90 manata almışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid5 ifadəsində göstərdi ki, 2021-ci il fevralın 24-də axtarışda olan Təqsirləndirilən şəxs olduğu yer, sonuncunun narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olan məlumatı yoxlamaq üçün ondan, əməliyyat müvəkkilləri Şahid7 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə saat 23 radələrində onlar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilinin yanında həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, sonuncunu polis şöbəsinə gətirib videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr, əynindəki gödəkcənin sağ döş cibindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd olunan əşyalar qablaşdırılmaqla götürülmüş, sonuncuya heç bir təzyiq olunmamışdır. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikiliyə baxış keçirilərkən evin zirzəmisindən odlu silah və narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs bunları İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən bir müddət öncə aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis leytenantı və polis baş leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 iş üzrə Şahid5 ilə uyğun ifadələr verdilər. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri etiraf etməklə təfsilatı ilə izah etmiş, axtarışda olduğunu bilib polisdən yayındığını, 2021-ci il fevralın 25-də saat 00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki faktiki yaşadığı evin ətrafında hərəkətdə olarkən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etməklə orada videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan iki ədəd bükümü çıxararaq təqdim etdiyini, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən satmaq üçün əldə etdiyini, həmçinin faktiki yaşadığı evdə narkotik vasitə saxladığını, orada baxış keçirilməsinə etirazının olmadığını bildirdiyini, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikiliyə videoçəkilişlə keçirilən baxış vaxtı evin zirzəmisində gizlətdiyi adı çəkilən şəxsdən aldığı ov tüfəngini və bir kiloqramdan çox çəkidə narkotik vasitə heroini polis əməkdaşlarına göstərdiyini, saxlandığı ərəfədə ona heç bir zorakılıq tətbiq edilmədiyini, 2019-cu il noyabrın 03-də saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilidəki evin sahiblərinin toya getmələrini kənardan izləyib qeyd olunan yerdən əmlak və mobil telefon oğurladığını, 2019-cu ilin dekabr ayında X8 adlı tanışından «Samsung Galaxy J3» markalı mobil telefonu lombarda qoymasını xahiş etdikdə sonuncunun razılaşmaqla ona lombarddan aldığı 60 manat pulu verdiyini, Pərvinin onun oğurluq etməsi barədə xəbərinin olmadığını göstərmiş, 2021-ci il fevralın 27-də təqsirləndirilən şəxs qismindəki ifadələrini imzalamaqdan imtina etmişdir (1-ci cild, iş vərəqi 30-31, 59-62 və 74-76; 2-ci cild, iş vərəqi 33-34 və 54-56). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir (1-ci cild, iş vərəqi 136-139). Məhkəmə iclasında elan edilib tədqiq olunmuş ibtidai istintaqda şahid qismində dindirilən Şahid1 iki mobil telefon nömrəsindən istifadə etməklə 2020-ci il mart ayının ortalarında **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Tolkuçka» deyilən yerdən 130 manata aldığını, telefonun oğurluq olmasını bilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 163-165). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ibtidai istintaqda şahid qismində dindirilən Elnur Kərim oğlu X7 Kərimovu beş il müddətində yaxınlıqdakı lombard mağazasından tanıyıb daima sonuncudan telefon aldığını, 2020-ci il martın 21-də **********58550 və **********58557 imei kodlu «Samsung Galaxy J3» markalı mobil telefonu Anardan 100 manata alıb sonrakı günlərdə Şahid1 130 manata satdığını, telefonun oğurluq olmasından şübhələnmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 170-172). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 2021-ci il 24 fevral və 2021-ci il 25 fevral tarixli raportlarından, 2021-ci il fevralın 24-də tərtib etdiyi protokoldan və eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, haqqında axtarış elan edilən Təqsirləndirilən şəxs olduğu yer barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il fevralın 24-də saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikili evinin yaxınlığında saxlanaraq şöbənin inzibati binasına gətirilmişdir (1-ci cild, iş vərəqi 4-7). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 17). İş materiallarındakı 2021-ci il 25 fevral tarixli ərizədən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə zamanı sonuncu əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində iki ədəd şəffaf polietilen bükümü təqdim etməklə bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddələri 10-12 gün əvvəl X11 vətəndaşı kimi tanıdığı Ramin adlı şəxsdən aldığını bildirmiş, axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ döş cibindən bir ədəd elektron tərəzi aşkarlanmış, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 27-29). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 2021-ci il 25 fevral tarixli qərarından və tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilmiş evə baxış vaxtı sonuncu evin zirzəmisindən içərisində narkotik olduğunu etiraf etməklə üzəri qara rəngli polietilen ilə üzlənən bir ədəd bağlamanı və üzərində «Bananvey» sözləri yazılan qutudakı bir ədəd idman çantasından sökülü haldakı silah hissələrini təqdim etmiş, qeyd olunan predmetləri X11 vətəndaşı kimi tanıdığı Ramin adlı şəxsdən ümumilikdə 1.250 manata aldığını bildirmiş, bir ədəd disk protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 37-39). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 2021-ci il 25 fevral tarixli 644 №-li aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ və MET aşkarlanmaqla BYO və TNC müəyyənləşdirilməmişdir (1-ci cild, iş vərəqi 43). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2021-ci il 25 fevral tarixli 21/159R №-li rəyindən görünür ki, tədqiqata təqdi edilən bir ədəd L-37891 №-li silah «İjevsk» silah zavodunda 1961-ci ildə istehsal olunan 20 mm kalibrli İJ-K modelli, çaxmaqlı, hamar, təklüləli ov tüfəngi yivsiz odlu silah olmaqla texniki cəhətdən saz və atəş üçün yararlıdır, silahın uc hissəsi kustar üsulla kəsilməklə hazırda uzunluğu 447 mm-dir, digər hissə – mexanizmlər üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmiş, fotocədvəl rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 47-50). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 25 fevral tarixli 6/813 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs» yazısı olan kağız zərfdəki iki ədəd bükümdə təmiz çəkisi 4,216 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,783 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təmiz çəkisi 1.100 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən heroinin ümumi təmiz çəkisi 1.104,216 qram təşkil edir, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi» yazısı olan zərfdəki bir ədəd gümüşü rəngli 500g/00,01g markalı elektron tərəzinin üzərində heroinin izləri olsa da iz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 1.103,916 qram və 0,683 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1ci cild, iş vərəqi 52-56). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 63-64). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 26 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin barəsində əvvəli 2021-ci il fevralın 25-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 82-85). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1.103,916 qram və 0,683 qram qalıqları maddi sübut kimi tanınaraq saxlanılması üçün idarəyə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 92). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019cu il 13 dekabr tarixli 34059 №-li məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 2019-cu il oktyabrın 28-də **********58550 imei kodlu cihazda istifadəsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 144). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 08 yanvar tarixli 155 №-li, 2020-ci il 27 fevral tarixli 4898 №-li və 2020-ci il 07 sentyabr tarixli 13933 №-li məktublarından görünür ki, **********58550 imei kodlu cihazın 2019-cu il noyabrın 01-dən 2020-ci il yanvarın 07-dək, 2020-ci il yanvarın 01-dən 2020-ci il fevralın 26-dək və 2020-ci il fevralın 01-dən 2020-ci il sentyabrın 05-dək, **********58557 imei kodlu cihazın isə ümumiyyətlə 2020-ci il yanvarın 07-dək və 2020-ci il fevralın 26-dək şəbəkədə istifadəsi aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 146, 151 və 154). İş materiallarında olan 2020-ci il 19 sentyabr tarixli Şahid1 ərizəsindən görünür ki, o, **********58550 və **********58557 imei kodlu «Samsung J3» markalı mobil telefonu könüllü olaraq istintaq hərəkətlərinin keçirilməsi və zərər çəkənə qaytarılması üçün təqdim etmişdir (1-ci cild, iş vərəqi 166). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 19 sentyabr tarixli qərarından görünür ki, **********58550 və **********58557 imei kodlu «Samsung J3» markalı mobil telefon maddi sübut hesab edilməklə saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 167). İş materiallarında olan 2020-ci il 19 sentyabr tarixli Şahid2 ərizəsindən görünür ki, o, Şahid3 mobil telefonu alarkən imza etdiyi sənədi könüllü olaraq təqdim etmişdir (1-ci cild, iş vərəqi 173-174). İş materiallarında olan 2020-ci il 19 sentyabr tarixli Şahid3 ərizəsindən görünür ki, o, Şahid4 mobil telefonu alarkən imza etdiyi sənədi könüllü olaraq təqdim etmişdir (1-ci cild, iş vərəqi 179-180). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 19 sentyabr tarixli qərarından görünür ki, Şahid3 götürülməklə üzərində Şahid4 xətti ilə yazılmış sözləri və imzası olan sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 182). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 15 oktyabr tarixli 9/3905 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd Çin istehsalı olan «Samsung» markalı SM-J320F/DS model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına orta bazar qiyməti təxminən 80 manat müəyyən olunur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (1ci cild, iş vərəqi 193-195). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 15 oktyabr tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Samsung» markalı **********58550 və **********58557 imei kodlu mobil telefon maddi sübut kimi tanınıb saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 199). İş materiallarında olan Zərərçəkmiş şəxs1 imzaladığı 2020-ci il 15 oktyabr tarixli qəbzdən görünür ki, sonuncu özünə məxsus «Samsung» markalı **********58550 və **********58557 imei kodlu mobil telefonu saxlamaq üçün təhvil almışdır (1-ci cild, iş vərəqi 200). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 23 oktyabr tarixli 21624 №-li məktubundan görünür ki, **********58550 və **********58557 imei kodlu cihazda 2020-ci ilin mart ayından 2020-ci ilin may ayınadək, habelə 2020-ci ilin iyun ayında Şahid1 istifadəsindəki ***-***-**-**, 2020-ci ilin iyun ayında, 2020-ci ilin iyul ayından 2020-ci ilin sentyabr ayınadək sonuncunun istifadəsindəki ***-***-**-** saylı, 2020ci ilin oktyabr ayında isə X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr istifadə edilmişdir (1-ci cild, iş vərəqi 203). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il noyabrın 13-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmlərinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2014-cü il 25 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 29, 177.2.1.-ci, 29, 177.2.2.-ci və 29, 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il iyunun 04-də cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı 2016-cı il noyabrın 08-dən hesablanmışdır (1-ci cild, iş vərəqi 223-250; 2-ci cild iş vərəqi 1-11). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 10 noyabr tarixli BKC/LGL-24910/20 №-li məktubundan görünür ki, **********58550 və **********58557 imei kodlu cihazın 2019-cu il noyabrın 05-dən bu günədək şəbəkədə istifadəsi aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 12). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 11 noyabr tarixli AZF/LGL-10395/20 №-li məktubundan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 iyun tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 2020-ci il avqustun 01-dən 2021-ci il fevralın 25-dək əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində aktiv olması, 2020-ci il oktyabrın 05-də ***-***-**-** saylı nömrədən «mene qardaş olsan məni lomkada qoyacaq şəraiti yaratmır sene o gun de dedimki», «qaqaş sen balaca isin bizi malsız qoyur heç olmasa pul oturerdin taksiynen gederdim onsuzda tekem» məzmunlu, ***-***-**-** saylı nömrədən «5ci günə sənə 200 manat sirinlik verecem borc yox, kontur abarotkaya lazımdı malı rahatlıqla gonder...», «sənədə 5 barmağ təşkil ed gətr olarmı ayqa alınmasa 5b» məzmunlu, ***-***-**-** saylı nömrədən «ozm olum lomkada qaldıq manda sondu qald» məzmunlu və bu kimi narkotik vasitələrin satışı ilə bağlı bir sıra başqa mesajların göndərilməsi müəyyən edilmiş, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild, iş vərəqi 13-14 və 135-136). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 27 fevral tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikili olan evini göstərib oradan oğurluq etdiyini bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 30-32). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 fevral tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.3.-cü və 228.1.-ci maddələrindən həmin Məcəllənin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 35 və 37-39). İş materiallarında olan 2017-ci il 02 fevral tarixli AZ-İİ seriyalı 166897 №-li nikah haqqında, 2017-ci il 13 iyul AZ-İİİ seriyalı 956000 №-li doğum haqqında şəhadətnamələrin, AZE seriyalı AA1740997 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Şahin Kamil oğlu X1 ilə nikahından 2017-ci il 29 aprel təvəllüdlü Yusif adlı övladı vardır (2-ci cild, iş vərəqi 49-51). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd L-37891 №-li silah «İjevsk» silah zavodunda 1961-ci ildə istehsal olunan 20 mm kalibrli İJ-K modelli, çaxmaqlı, hamar, təklüləli ov tüfəngi maddi sübut kimi tanınıb saxlanılması üçün idarəyə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 69). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il 03 mart tarixli 012-3579-1221 №-li məktubunun kserosurətindən görünür ki, «İJ-K» markalı, 1961-ci ildə istehsal olunan, 20 mm kalibrli L-37891 №-li silahın mərkəzləşdirilmiş uçotlarında olması barədə məlumat yoxdur (2-ci cild, iş vərəqi 81). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 aprel tarixli AZF/LGL-11153/21 №-li məktubundan görünür ki, 2020-ci il oktyabrın 04-dən 2020-ci il dekabrın 19-dək ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən daxil olan sms mesajların çıxarışları məktuba əlavə olunmuş, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild, iş vərəqi 84-109). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 12 aprel tarixli 1049 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 116-117). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasına dair 2021-ci il 09 mart tarixli 512 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncuda xasiyyətin psixopatik cizgilər müəyyən olunmuş, Təqsirləndirilən şəxs ittiham edildiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 119-121). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 02 aprel tarixli 5/207 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs istifadəsində olmuş «Xiaomi Redmi 9A» markalı «M2006C3LG» modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq olunmuş «Qrafik təsvirlə» mühafizə edilən ekran kilidini keçmək üçün «UFED TOUCH 2» markalı kompleks qurğunun metodlar bazasında tətbiq olunaraq ekran kilidindən keçid əldə olunmuş, bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş **********66159 və **********66158 imei kodlu qeyd olunan mobil telefon işlək vəziyyətdə olub istifadə üçün yararlıdır, telefonun yaddaşından hər hansı məlumatın pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmamış, ekspertiza tədqiqatının dəyəri 53,65 manatdır, bir ədəd DVD-R diski rəyə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 123-127). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 iyun tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 02 aprel tarixli 5/207 №-li rəyinə əlavə edilən bir ədəd DVD-R diskinə baxış zamanı «X15» faylında Təqsirləndirilən şəxs kişi cinsindən olan şəxslə mal alqı-satqısı etməsi, dəfələrlə onlar arasında qanunsuz maddələrin satışı ilə bağlı mövzuda söhbət etməsi müəyyənləşdirilmiş, bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanmışdır (2-ci cild, iş vərəqi 128). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 02 iyun tarixli qərarından görünür ki, bir ədəd DVD-R diski və «Xiaomi Redmi 9A» markalı mobil telefon maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild, iş vərəqi 129). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 2021-ci il 02 iyun tarixli ***-**** №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kimlərə satmasını, həmin maddəni və odlu silahı kimdən almasını, həmçinin Ramin adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır (2-ci cild, iş vərəqi 130). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 10 iyun tarixli qərarından görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin göndərdiyi, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan mesajlar maddi sübut kimi tanınıb mətni cinayət işinin materiallarına əlavə olunmuşdur (2ci cild, iş vərəqi 137). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 07 iyun tarixli 6/2256 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ №59» dairəvi möhür əksi, «Ekspert rəyi 6/813» yazılı və imzalar olan zərfdə təmiz çəkisi 4,116 qram heroin ilə təmiz çəkisi 1.099,8 qram heroin kimyəvi tərkib komponentlərinə görə eynidir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 1.103,836 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88,70 manatdır (2-ci cild, iş vərəqi 145-147). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 10 iyun tarixli sübutların qiymətləndirilməsi və cinayət işi ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi, Şahid3 və Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi, Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hazırkı cinayət işindən narkotik vasitə heroinin və psixoptrop maddə metamfetaminin mənbəyi barədə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ********* nömrəli cinayət işi ayrılmışdır (2-ci cild, iş vərəqi 151-157). İş materiallarında olan 2021-ci il 14 iyun tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir (2-ci cild, iş vərəqi 190). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 01 mart tarixli 17/381166 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilərkən hər iki baldırın aşağı ön tərəfində qərtməklə yara xəsarətləri aşkarlanmış, sonuncu həmin xəsarətləri həbs olunan vaxt aldığını bildirmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası X3 2011-ci il 28 dekabr tarixli 486/2011 №-li ambulator xəstənin fərdi kartasından çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Dissosial tip şəxsiyyət pozuntusu» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y. Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 tarixsiz məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il yanvarın 05-dən «Dissosial tip şəxsiyyət pozuntusu» diaqnozu ilə dispanserdə qeydiyyatda dayanmaqla qeyd olunan tarixdən 2012-ci il yanvarın 09-dək, 2016-cı il iyunun 28-dən 2016-cı il iyunun 30-dək stasionar müalicədə olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü, 234.4.2.-ci, 234.4.3.-cü və 228.1.-ci maddələri ilə düzgün tövsif etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, eləcə də oğurluq etməməsi, tutularkən üzərindən aşkarlanan 0,783 qram psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün gəzdirməsi, istintaqda ona qarşı fiziki zor tətbiq olunması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə şahid X6 məhkəmə iclasındakı ifadəsinə qiymət verməklə hesab edir ki, bu, sonuncunun iş üzrə təqsirləndirilən şəxs olan dostu Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirməkdən irəli gələn dəlildən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncunun xəstəliyini işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs əməlində əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 07 iyun tarixli hökmü əsasında cəzaçəkmə müddətinin başlanğıcı 2016-cı il noyabrın 08-dən hesablanmaqla Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə görə cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyi üçün onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1.103, 836 qram və 0,683 qram qalıqları məhv edilməli, sonuncuya məxsus bir ədəd L-37891 №-li silah «İjevsk» silah zavodunda 1961-ci ildə istehsal olunan 20 mm kalibrli İJ-K modelli, çaxmaqlı, hamar, təklüləli ov tüfəngi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Xiaomi Redmi 9A» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan mesajların mətninin cinayət işinin materiallarına əlavə olunması, Zərərçəkmiş şəxs1 məxsus «Samsung» mobil telefonu sonuncunun təhvil alması, dörd ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 306,35 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il fevralın 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 (on) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il fevralın 25-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1.103, 836 qram və 0,683 qram qalıqları məhv edilsin, sonuncuya məxsus bir ədəd L-37891 №-li silah «İjevsk» silah zavodunda 1961-ci ildə istehsal olunan 20 mm kalibrli İJ-K modelli, çaxmaqlı, hamar, təklüləli ov tüfəngi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Xiaomi Redmi 9A» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan mesajların mətninin cinayət işinin materiallarına əlavə olunması, Zərərçəkmiş şəxs1 məxsus «Samsung» mobil telefonu sonuncunun təhvil alması, dörd ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 306,35 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar