Məhkəmə qərarları › İş №1(101)-123/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-123/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-123/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X42, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 Məhiyədin oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X43, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Şahid5, Şahid16, Şahid6, müdafiəçilər - Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 15-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri maddələri, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 (üç) uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Culfa şəhəri, H.Əliyev prospekti, ev 29, mənzil 7-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla, təkrarən saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təklikdə və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını, habelə əmlak hüquqlarını ələ keçirərək dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etməyə təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Xəzər rayonu, Türkan qəsəbə bələdiyyə sədri vəzifəsində işlədiyi zaman öz qulluq mövqeyindən istifadə etməklə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ev alqı-satqısı (makler) ilə məşğul olan tanışı X59 və Türkan qəsəbə sakini X68 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını və əmlaka olan hüquqlarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1988-ci il tarixli, 17335 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında xx.xx.1994-cü il tarixdə ölmüş mərhum X26 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində “Bağlar Məscidi” deyilən yerdə yerləşən 222 saylı 0.12 hektar bağ sahəsinin, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1970-ci il tarixli, 16081 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında 1989cu il tarixdə ölmüş mərhum X3 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Bağlar Məscidi deyilən yerdə yerləşən 411/355 saylı 0.25 hektar bağ sahəsinin və “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1968-ci il tarixli, 16580 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında 1985-ci il tarixdə ölmüş mərhum X27 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində “Bağlar Məscidi” deyilən yerdə yerləşən 417 saylı 0.25 hektar bağ sahəsinin icarə müqavilələri əsasında Xəzər dənizi (gölü) sahilində daha əlverişli yerdə yerləşən dövlətin mükiyyətində olmaqla, qiyməti baha olan torpaq sahəsini vahid niyyətlə qanunsuz yolla sənədləşdirib ələ keçirməklə satmaq üçün mərhum Faiq Hüseynovun istifadəsində olmuş 222 saylı bağ sahəsinə dair xx.xx.1988-ci il tarixli, 17335 nömrəli icarə müqaviləsini, mərhum Xanımana Məmmədovanın istifadəsində olmuş 411/355 saylı bağ sahəsinə dair xx.xx.1970-ci il tarixli, 16081 nömrəli icarə müqaviləsini və mərhum Fazil Dadaşovun istifadəsində olmuş 417 saylı bağ sahəsinə dair xx.xx.1968-ci il tarixli, 16580 nömrəli icarə müqaviləsini özü və Qərib Nadirov vasitəsi ilə istintaqla müəyyən edilməyən şəraitdə əldə edib bu barədə Daşqın Nəsirova məlumat verməklə, 2019-cu ilin mart-aprel aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə 222 saylı bağ sahəsi üzrə mərhum X26 vərəsələrinin - X60, Zərərçəkmiş şəxs4, X89 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan Şahid15 olmasını göstərən guya Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Rahil Babayev tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - xx.xx.2019-cu il tarixli 412 nömrəli yaşayış yeri üzrə arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi, yəni həmin şöbənin rəisi A.Eminova tərəfindən imzalanması və həmin şöbənin möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan X26 xx.xx.1994-cü il tarixdə öldüyü halda guya 12 may 2000-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair 28 mart 2019-cu il tarixli, 578 nömrəli arayışı, sağ olduqları halda Xavər Hüseynovanın guya 29 avqust 1994-cü il tarixdə ölməsinə dair, ölüm səbəbi qeyd olunmayan 28 mart 2019-cu il tarixli, 579 nömrəli arayışı, X44 09 aprel 1957-ci il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli, 581 və sağ olduğu halda 21 dekabr 2008-ci il tarixdə guya “Hiportoniya xəstəliyi” səbəbindən ölməsinə dair 584 nömrəli arayışı, Zərərçəkmiş şəxs4 01 iyul 1959-cu il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli, 583 nömrəli və sağ olduğu halda 28 yanvar 1999-cu ildə guya “kəskin ürək-damar çatışmazlığı” səbəbindən ölməsinə dair 587 nömrəli arayışı, X45 ilə X44 arasında guya xx.xx.1977-ci ildə tarixdə nikahın qeydə alınmasına dair 28 mart 2019-cu il tarixli, 586 nömrəli arayışı və X69 ilə Xavər Abbasovanın arasında nikah qeydiyyata alınmadığı halda guya 14 iyun 1955-ci il tarixdə nikahın qeydiyyata alınmasına dair şəhadətnaməni, 411/355 saylı bağ sahəsi üzrə mərhum Xanımana Məmmədovanın vərəsələri X107, X108, X109 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan X61 olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Rahil Babayev tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - xx.xx.2019-cu il tarixli, 309 nömrəli yaşayış yeri üzrə arayışı, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X6 13 fevral 1982-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli, 216 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X70 21 iyul 1965-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli, 217 saylı arayışı, X71 11 may 1948-ci il tarixdə doğulmasına dair 11 mart 2019-cu il tarixli, 403 nömrəli arayışı, nikah bağlanmadığı halda X148 və X46 arasında nikahın qeyd alınmasına dair 26 fevral 2019-cu il tarixli, 224 saylı arayışı, X72 xx.xx.1950-ci il tarixdə doğulmasına dair xx.xx.1950-ci il tarixli şəhadətnaməni, X72 “beyin təzyiqinin yüksək həddə çatması” səbəbindən ölməsinə dair şəhadətnaməni, X71 xx.xx.1984-ci il tarixdə “Hipertoniya xəstəliyi” səbəbindən ölməsinə dair xx.xx.1948-ci il tarixli şəhadətnaməni, X46 xx.xx.1962-ci il tarixdə doğulmasına dair xx.xx.1962-ci il tarixli şəhadətnaməni və 417 saylı bağ sahəsi üzrə mərhum X27 vərəsələri X90, X110, X73 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmadığı halda qrupun digər üzvü X15 guya vərəsə olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Rahil Babayev tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - xx.xx.2019-cu il tarixli, 537 nömrəli yaşayış yeri üzrə arayışı, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan guya X27 11 oktyabr 1996-cı il tarixdə “kəskin ürək damar çatışmamazlığı” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli, 1028 nömrəli arayışı, belə bir nikah bağlanmadığı halda X74 və X47 arasında 27 sentyabr 1949-cu il tarixdə nikahın qeydiyyata alınmasına dair 10 aprel 2019-cu il tarixli, 1038 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X48 21 avqust 2000-ci il tarixdə “baş beyin damarlarının sıxılması” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli, 1027 nömrəli arayışı, X75 01 iyul 1955-ci il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli, 1029 nömrəli arayışı, X16 və X28 arasında 30 iyun 1973-cü il tarixdə nikahın qeydə alınmasına dair 10 aprel 2019-cu il tarixli, 1033 nömrəli arayışı, X29 19 yanvar 1951-ci il tarixdə anadan olmasına dair 10 aprel 2019-cu il tarixli, 1040 nömrəli arayışı, X7 12 fevral 1990-cı il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli, 1030 nömrəli arayışı, X75 xx.xx.1995-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair xx.xx.1996-cı il tarixli şəhadətnaməni, X29 xx.xx.2002-ci il tarixdə “ürək çatışmazlığı” səbəbindən ölməsinə dair xx.xx.2003-cü il tarixli şəhadətnaməni və özünün xx.xx.1976-cı il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli, 1034 nömrəli arayışları qrup üzvləri ilə birlikdə üzərində möhürləri və imzaları rəqəmsal qurğu vasitəsi ilə kompüterə köçürərək rəngli printerdə çap edilib saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, həmin saxta sənədləri və hər 3 (üç) bağın icarəyə verilməsi haqqında 16081 nömrəli müqavilələrin surətlərini 2019-cu ilin mart ayında 17335 nömrəli və 16580 nömrəli müqavilələrin surətlərini isə 2019-cu ilin aprel ayında cinayətkar qrupun vahid niyyətinə əsasən Qərib Nadirov Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 33 saylı dövlət notariat kontorunun müdiri Şahid14 təqdim etməklə bilə-bilə saxta sənədlərdən istifadə etmiş, həmin notarius tərəfindən sənədlərin əsli tələb edilmədən, araşdırma aparılmadan həmin saxta sənədlər əsasında 222 saylı bağ üzrə cinayətdən xəbərsiz olan Şahid15 adına xx.xx.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin tərtib edilməklə həmin sənəddə mərhum Faiq Hüseynovun qanun üzrə yeganə vərəsəsinin guya Şahid15 olmasına və sonuncunun adına qanunsuz vərəsəliyin açılmasına nail olub Şahid15 yeganə varis olması və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar Məscidi deyilən yerdə 222 nömrəli sahədə yerləşən 0.12 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2019-ci il tarixli, 62 nömrəli məktubu, 411/355 saylı bağ üzrə cinayətdən xəbərsiz olan X99 tərəfindən xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı Asan xidmət Mərkəzində yerləşən notariat ofisində etibarnamə verilmiş sonuncunun övladı X121 tərəfindən Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 33 saylı dövlət notariat kontorunun müdiri Şahid14 təqdim edilməklə, notarius tərəfindən sənədlərin əsli tələb edilmədən, araşdırma aparılmadan həmin saxta sənədlər əsasında Zülalə Cəfərovanın adına xx.xx.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib olunmaqla, həmin sənəddə guya Xanimana Məmmədovanın qanun üzrə yeganə vərəsəsinin Zülalə Cəfərovanın təyin edilməsinə və vərəsəliyin açılmasına nail olub Zülalə Cəfərovanın yeganə varis olması və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar Məscidi deyilən yerdə 411/355 nömrəli sahədə yerləşən 0.25 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 54 nömrəli məktubu, 417 saylı bağ üzrə isə birbaşa X15 adına xx.xx.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib edilməklə həmin sənəddə guya Fazil Dadaşovun qanun üzrə yeganə vərəsəsinin qrupun üzvü X15 təyin edilməsinə, öz adına vərəsəliyin açılmasına nail olub və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Bağlar Məscidi” deyilən yerdə 417 nömrəli sahədə yerləşən 0.25 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2019-ci il tarixli, 74 nömrəli məktubu əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi X135 və sonuncu idarənin rəis müavini Mirzəyev Eldar Babaşah oğlu tərəfindən özü, Qərib Nadirov və Daşqın Nəsirovun istntaqa məlum olmayan şəraitdə həmin vəzifəli şəxslərdən etdikləri xahişləri əsasında özü, Qərib Nadirov və Daşqın Nəsirovun xeyrinə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində, Xəzər rayonu, Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən 222 saylı 0.12 hektar bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin (gölünün) sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət reyestrində X26 adına, 11 gün sonra isə guya yeganə vərəsə kimi Şahid15 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 411/355 saylı 0.25 hektar bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət reyestrində Xanımana Məmmədovanın adına, 9 gün sonra isə guya yeganə vərəsə kimi X61 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 417 saylı 0.25 hektar bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət reyestrində X27 adını, 8 gün sonra isə guya yeganə vərəsə kimi X15 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş çıxarışı əldə etməklə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində, Xəzər dənizinin(gölünün) sahilində 0.12 hektar, 0.25 hektar və 0.25 hektar olmaqla ümumilikdə 0.62 hektar torpaq sahəsini və həmin torpaq sahələrinə dair əmlak hüquqlarını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə ümumilikdə dövlətə məxsus olan külli miqdar 105.400 manat dəyərində əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olduğu X68 və X59 ilə birlikdə bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarə etməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmin edilməsi ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə Daşınmaz əmlakın dövlət reyestri xidmətinin vəzifəli şəxslərini qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında təhrik etmişdir. Bundan başqa, o, Xəzər rayonu, Türkan qəsəbə sakini Şahid1 həmin rayon ərazisində yerləşən torpaq sahəsini sənədləşdirmək istədiyini bildirdikdən sonra, sonuncunun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib xx.xx.2019-cu il tarixdə Xəzər rayonu, Türkan qəsəbə bələdiyyə sədri kimi səlahiyyət müddəti başa çatması səbəbindən vəzifəsindən azad edilməsinə baxmayaraq, qəsəbə ərazisində vəzifəli şəxs kimi qabaqcadan yaranmış nüfuzundan istifadə edərək həmyerli kimi tanışı olan Şahid4 vasitəsilə tanıyıb, münasibət qurduğu Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin sədri kimi təqdim edərək Xəzər rayonu, Qala qəsəbəsi ərazisində dövlət mülkiyyətində olmaqla X=425984.1404, X=426013.4868, X=425978.3434, X=425941.5952, Y=4479220.1092, Y=4479177.7847, Y=4479154.0348 və Y=4479193.6714 koordinatlarda yerləşən 0.24 ha boş torpaq sahəsini Şahid1 adına özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifəli şəxslə tanışlığının olduğunu, həmin tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni hər hansı sənədi olmayan torpağa dair köhnə tarixlərə saxta sənələr hazırlanmaqla mülkiyyət hüququnu təsdiq edən yekun sənədin alınmasına görə birbaşa yolla özü vasitəsilə maddi neməti olan 25.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib Şahid1 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2020-ci ilin iyun ayında Şahid4 yanında Şahid1la birlikdə qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinə gedib həmin ərazini sonuncuya göstərərək buna səlahiyyət və imkanının çatmadığını bildiyi halda həmin ərazinin Şahid1 xeyrinə özəlləşdirmək imkanına malik olduğunu bildirib, etibarını qazanmaq, guya görəcək işinə inanması məqsədilə, əvvəlcə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpaq sahəsinin qaiməsi, sertifikatı və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınacağını vəd verib, həmin işlərin görülməsi adı ilə 2020-ci ilin iyun ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında Şahid4 və Şahid3 yanında 20.000 manatını nağd formada Şahid1 ələ keçirib, pulun qalan 5.000 manatını da torpaq sahəsinin sənədləri hazır olduqdan sonra alacağını bildirmiş, özünə olan inamı formalaşdırmaq, bu əsasla da qalan pulu ələ keçirmək məqsədilə Xəzər rayonu ərazisində, Qala qəsəbəsində 0.24 ha torpaq sahəsini Şahid1 atası X30 adına sənədləşdirmək üçün sonuncunun əvvəlcədən ona təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında 2020-ci ilin iyun-iyul aylarında istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan şəxslərlə birlikdə tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırıb əldə etdiyi saxta sənəd üzərində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin və Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun möhür əksləri olan X30 adına 0.24 hektar torpaq sahəsinin verilməsini özündə əks etdirən JN12139H, KOD 00300060 saylı, 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni Xəzər rayonu, Qala qəsəbəsində Şahid1 yaşadığı ünvana gedərək evin həyətində sonuncuya verməklə Şahid1 xeyli miqdar təşkil edən 20.000 manat məbləğində əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, istintaqla şəxsiyyətləri araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətlə təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayonu, Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, lakin Şahid1 aldadıldığını başa düşərək əvvəlcədən sövdələşdikləri məbləği tam formada verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda, yəni 25.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, Şahid6 Xəzər rayonu, Dübəndi qəsəbəsində, Bağlar massivində onlara aid olduğuna dəlalət edən heç bir hüquqi sənədi olmayan çəpərə alınmış 0.87 ha boş torpaq sahələrinin sənədləşdirilməsi üçün Şahid1 etdiyi müraciəti sonuncu vasitəsilə dinləyib, Şahid6 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbə bələdiyyə sədri kimi səlahiyyət müddəti başa çatması səbəbindən vəzifəsindən azad edilməsinə baxmayaraq, qəsəbə ərazisində vəzifəli şəxs kimi qabaqcadan yaranmış nüfuzundan istifadə edib öz cinayətkar əməllərini davam etdirərək Şahid1 vasitəsilə özbaşına özünü Şahid6 vəzifəli şəxs, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin sədri kimi təqdim edərək Xəzər rayonu, Dübəndi qəsəbəsi ərazisində dövlət mülkiyyətində olmaqla X=439763.1546, X=439805.2641, X=439730.0351, X=439678.2091, Y=4475033.9626, Y=4474976.7840, Y=4474884.9702 və Y=4474930.0473 koordinatlarda yerləşən 0.87 ha boş torpaq sahəsini Şahid1 əvvəlcədən şəxsiyyət vəsiqələrinin surətlərini verdiyi Şahid7, Şahid9 və X31 adına özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifəli şəxslə tanışlığının olduğunu, həmin tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7, Şahid9 və Səriyyə Məmmədovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni hər hansı sənədi olmayan torpağa dair köhnə tarixlərə saxta sənədlər hazırlanmaqla mülkiyyət hüququnu təsdiq edən yekun sənədin alınmasına görə birbaşa yolla özü və Şahid1 vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə buna səlahiyyət və imkanının çatmadığını bildiyi halda həmin ərazinin Şahid7, Şahid9 və Səriyyə Məmmədovanın xeyrinə özəlləşdirmək imkanına malik olduğunu bildirib, Şahid6 etibarını qazanmaq, guya görəcək işinə inanması məqsədilə, əvvəlcə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpaq sahəsinin qaiməsi, sertifikatı və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınacağını Şahid1 vasitəsilə vəd verib, həmin işlərin görülməsi adı ilə 2020-ci ilin iyul ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında Şahid4 və Şahid3 yanında Şahid6 məxsus 30.000 manatı nağd formada Şahid1 alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özünə olan inamı formalaşdırmaq, bu əsasla da razılaşdıqları məbləğin qalan hissəsini ələ keçirmək məqsədilə eyni vaxtda torpaq sahəsini adlarına sənədləşdirmək üçün Şahid7, Şahid9, X31 şəxsiyyət vəsiqələrinin surətlərini də Şahid1 götürərək pulun qalan 10.000 manatını torpaq sahəsinin sənədləri hazır olduqdan sonra alacağını Şahid1 vasitəsilə Şahid6 bildirmiş, Xəzər rayonu, Dübəndi qəsəbəsində, Bağlar massivində ümumilikdə 0.87 ha torpaq sahəsini sənədləşdirmək üçün Şahid1 əvvəlcədən ona təqdim etdiyi şəxsiyyət vəsiqələrinin kserosurətləri əsasında 2020-ci ilin iyul-avqust aylarında istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan şəxslərlə birlikdə tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü qanunsuz hazırlamaqla saxtalaşdırıb, əldə etdiyi hər birinin üzərində relyef klişe vasitəsilə birbaşa vurulmuş əslləri ilə eynilik təşkil etməyən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin və Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun möhür əksləri olan saxta sənədlərin - JN17487H, KOD 00300060 saylı, Şahid7 adına Dübəndi bağ massivindən 38/3242 saylı 0.29 hektar bağ sahəsinin verilməsini, JN17488H, KOD 00300060 saylı, Şahid9 adına Dübəndi bağ massivindən 38/3243 saylı 0.29 hektar bağ sahəsinin verilməsini, JN17489H, KOD 00300060 saylı, X31 adına Dübəndi bağ massivindən 38/3248 saylı 0.29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən 3 (üç) ədəd 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri Şahid6 çatdırması məqsədilə 2020-ci ilin avqust ayının ikinci yarısında Xəzər rayonu, Qala qəsəbəsində Şahid1 yaşadığı ünvana gedərək evin həyətində sonuncuya vermiş, ertəsi gün, yəni 2020-ci ilin avqust ayının ikinci yarısında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Şahid6 ona verdiyi 10.000 manat pulu Şahid4 və Şahid3 yanında Xəzər rayonu, Türkan qəsəbəsində, “Türkan” marketin yaxınlığında Şahid1 alıb ələ keçirməklə, habelə Şahid6 tərəfindən istifadə olunması məqsədilə saxtalaşdırılmış sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsinə nail olmaqla, ümumilikdə Şahid6 məxsus 40.000 manat pulu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7, Şahid9 və Səriyyə Məmmədovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə maddi nemət olan 40.000 manat pulu rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmiş, özbaşına özünü Şahid1 vasitəsi ilə Şahid6 vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayonu, Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, istintaqla şəxsiyyətləri araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, Şahid5 Suraxanı rayonu, Zığ qəsəbəsində sonuncuya aid olduğuna dəlalət edən heç bir hüquqi sənədi olmayan 0,07 ha torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə Şahid1 etdiyi müraciətini sonuncu vasitəsilə dinləyib, habelə bu barədə 2020-ci ilin avqust ayının birinci yarısında istintaqla dəqiq müəyyən edilməyən tarixdə özünün telefonunda “Whatsapp” proqramı vasitəsilə Şahid5la danışmaqla, sonuncunun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək qərarına gəlib, xx.xx.2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbə bələdiyyə sədri kimi səlahiyyət müddəti başa çatması səbəbindən vəzifəsindən azad edilməsinə baxmayaraq qəsəbə ərazisində vəzifəli şəxs kimi qabaqcadan yaranmış nüfuzundan istifadə edərək Şahid1 vasitəsi ilə Şahid5 özbaşına özünü vəzifəli şəxs, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin sədri kimi təqdim edərək öz cinayətkar əməllərini davam etdirərək, Şahid5 əyani olaraq Şahid1 göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində dövlət mülkiyyətində olmaqla X=414841.190, X=414852.822, X=414841.468, X=414830.089, X=414813.751, X=414818.980, X=414827.864, X=414832.550, X=414823.451, X=414824.298, X=4463004.012, Y=4469006.856, Y=4469017.242, Y=4469012.651, Y=4469021.485, Y=4469026.130, Y=4469027.792 və Y=4469024.041 koordinatında yerləşən 0,07 ha boş torpaq sahəsini Şahid1 şəxsiyyət vəsiqəsinin surətlərini verdiyi X12 adına özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifəli şəxslə tanışlığının olduğunu, həmin tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qənifə Hüseynovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni hər hansı sənədi olmayan torpağa dair köhnə tarixlərə saxta sənədlər hazırlanmaqla mülkiyyət hüququnu təsdiq edən yekun sənədin alınmasına görə birbaşa yolla özü və cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Şahid5 məxsus maddi neməti olan 15.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə buna səlahiyyət və imkanının çatmadığını bildiyi halda həmin ərazinin X12 adına özəlləşdirmək imkanına malik olduğunu bildirib, etibarını qazanmaq, guya görəcək işinə inanması məqsədilə, əvvəlcə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpaq sahəsinin qaiməsi, sertifikatı və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınacağını vəd verib, həmin işlərin görülməsi üçün 2020-ci ilin avqust ayının birinci yarısında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ümumilikdə 15.000 manat pulun verilməsi müqabilində razılaşmış, 2020-ci ilin avqust ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında Şahid4 yanında Şahid5 məxsus 15.000 manat pulu Şahid1 vasitəsilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özünə olan inamı formalaşdırmaq məqsədilə, eyni vaxtda torpaq sahəsini adına sənədləşdirmək üçün Şahid1 qabaqcadan ona təqdim etdiyi X12 şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında 2020-ci ilin avqust ayının ikinci yarısında istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan şəxslərlə birlikdə tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırıb əldə etdiyi saxta sənəd olan X17 torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 1150 saylı sərəncamın verilməsini özündə əks etdirən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən Ağcabədi rayonu, Xocavənd kənd sakini X17 ünvanlanmış xx.xx.2020-ci il tarixli, A-226 nömrəli məktubu və X12 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan JN16361D, KOD 00400036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni” Şahid5 çatdırılması üçün 2020-ci ilin avqust ayının ikinci yarısında Xəzər rayonu, Qala qəsəbəsində Şahid1 yaşadığı ünvana gedərək evin həyətində sonuncuya vermiş, habelə Şahid5 tərəfindən istifadə olunması məqsədilə saxtalaşdırılmış sənədlərin bilə-bilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsinə nail olmaqla Şahid5 məxsus xeyli miqdarda, yəni 15.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar X12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid5 təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, istintaqla şəxsiyyətləri araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, Xəzər rayonu, Türkan qəsəbə sakini Şahid1 həmin rayon ərazisində yerləşən digər torpaq sahəsini sənədləşdirmək istədiyini bildikdən sonra sonuncunun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək qərarına gəlib, xx.xx.2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbə bələdiyyə sədri kimi səlahiyyət müddəti başa çatması səbəbindən vəzifəsindən azad edilməsinə baxmayaraq qəsəbə ərazisində vəzifəli şəxs kimi qabaqcadan yaranmış nüfuzundan istifadə edərək həmyerli kimi tanışı olan Şahid4 vasitəsilə tanıyıb, münasibət qurduğu Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin sədri kimi təqdim edərək Mərdəkan qəsəbəsinin Buzovna qəsəbəsinə birləşən hissəsində dövlət mülkiyyətində olmaqla X=425520.6425, X=425511.9770, X=425481.1664, X=425458.8607, X=425451.9604, X=425452.1209, X=425456.6141, X=425485.0177, X=4481642.3126, X=4481632.2029, Y=4481632.8448, Y=4481646.3244, Y=4481664.9392, Y=4481680.9864, Y=4481693.0219 və Y=4481722.0673 koordinatlarda yerləşən 0.37 ha torpaq sahəsini Şahid1 xeyrinə özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifəli şəxslə tanışlığının olduğunu, həmin tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni hər hansı sənədi olmayan torpağa dair köhnə tarixlərə saxta sənələr hazırlanmaqla mülkiyyət hüququnu təsdiq edən yekun sənədin alınmasına görə birbaşa yolla özü vasitəsilə maddi neməti olan 40.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2020-ci ilin avqust ayında Şahid1la birlikdə yuxarıda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinə gedib baxaraq buna səlahiyyət və imkanının çatmadığını bildiyi halda həmin ərazinin sonuncunun adına özəlləşdirmək imkanına malik olduğunu bildirib, etibarını qazanmaq, guya görəcək işinə inanması məqsədilə, əvvəlcə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpaq sahəsinin qaiməsi, sertifikatı və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınacağını vəd verib, həmin işlərin görülməsi adı ilə 2020-ci ilin avqust-sentyabr aylarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə 8.000 manat pulu Şahid4 yanında Xəzər rayonu, Qala qəsəbəsində, Bələdiyyənin yaxınlığında yerləşən kafenin həyətində alıb ələ keçirmiş, bir həftə sonra, 2020-ci ilin avqust-sentyabr aylarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Bazarstore” supermarketlə üzbəüz, “Tripalma” restoranının həyətində eyni niyyətlə 13.000 manat pulu da Şahid1 alaraq, ümumilikdə xeyli miqdar təşkil edən 21.000 manat pulu vahid niyyətlə əvəzsiz və qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayonu Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, lakin Şahid1 aldadıldığını başa düşərək əvvəlcədən sövdələşdikləri məbləği tam formada verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda, yəni 40.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, X100 və istintaqa şəxsiyyəti məlum olmayan A.Roman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Türkiyə Respublikası vətəndaşı olan X18 etibarından sui-istifadə edərək sonuncuya məxsus olmayan Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, 64 saylı binanın 51 saylı mənzilini göstərərək satmaq adı ilə aldadaraq 2010-cu ilin iyul ayının ilk 10 günündə 3 (üç) dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncudan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 10.000 ABŞ dolları, ikinci dəfə ünvan 3 ünvanında 8.000 ABŞ dolları və sonuncu dəfə zərərçəkmiş Murad Odunçuda inam yaratmaq üçün əvvəlcədən öz aralarında planlaşdırılmış şəkildə “AZACO” şirkətinə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev 64, mənzil 51-ə dair hüquq verən, üzərində "xxxx" MMC-nin möhürü olan xx.xx.2010-cu il tarixli “Payın alqı-satqı müqaviləsini” saxtalaşdırmaqla zərərçəkmiş şəxsin arvadı Lalə Odunçunun adına tərtib edib Murad Odunçuya vermiş, buna görə də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 5.000 ABŞ dolları olmaqla, ümumilikdə 23.000 ABŞ dolları pulu ələ keçirməklə zərərçəkmiş şəxsə həmin dövrün məzənnəsi ilə 18.487,4 manat təşkil edən xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid16 Səbail rayonu, Badamdar qəsəbə bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli iclasının 11/1 saylı qərarına əsasən ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində yerləşən 250 kv.m torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq üçün köməklik göstərilməsi ilə bağlı qonşusu Şahid12 vasitəsilə etdiyi müraciəti ilə əlaqədar 2020-ci ilin sentyabr ayının əvvəlində ünvan 4 ünvanında yerləşən evinin qarşısında sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni konkret vəzifəsini və səlahiyət hüdudlarını bildirmədən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yüksək vəzifədə işləyən “Zaur müəllim” kimi təqdim edib, rüşvət vermə cinayətinin törədilməsi qətiyyətini yaratmağa yönəldilmiş hərəkətlər edərək qeyd olunan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı məsələnin həmin Xidmətdə daha yüksək vəzifədə işləyən səlahiyyətli tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ziyəddin Məmmədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 8.000 manat, daha sonra isə tanışlıq münasibətinə görə 6.500 manat məbləğində pul vəsaitinin özünün vasitəsi ilə birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin adla Şahid16 2020-ci il sentyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının inzibati binasının qarşısındakı parkda 5.000 manat, bundan bir həftə sonra, 2020-ci il sentyabr ikinci yarısında sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evinin qarşısında 1.500 manat olmaqla, vahid niyyətlə ümumilikdə 6.500 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının rüşvət müqabilində həyata keçirilməsi kimi ictimaiyyət arasında fikir formalaşdırmaqla hüquqi şəxsin - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin noyabr ayının əvvəllərində daşınar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaqla işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən icarəyə götürdüyü ofisinə gələrək qohumlarının adına olan torpaq sahələrini vahid çıxarışla öz adına rəsmləşdirilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid6 aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə sonuncuya Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yüksək vəzifədə işləyən tanışının olmasını, həmin tanışının vasitəsilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən vahid çıxarışın alınması imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 və sonuncunun qohumları olan Şahid7, Şahid9 və X31 xeyrinə heç bir rəsmi sənəd və qanuni əsas olmadan Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair çıxarış almağında ifadə olunan qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini, yəni Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağlar massivində 0,87 hektar (Şahid7 adına 0.29 ha, Şahid9 adına 0.29 ha və Səriyyə Məmmədovanın adına 0.29 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış alacağını yalandan vəd verib Şahid6 aldadaraq onunla sövdələşmiş, daha sonra sonuncuda özünə qarşı inamı formalaşdırmaq görüntüsünü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi tərəfindən Şahid7 adına 0.29 ha torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli, JN17487H, 00300060 kod nömrəli, Şahid9 adına 0.29 ha torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli, JN17488H, 00300060 kod nömrəli, X31 adına 0.29 ha torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli, JN17489H, 00300060 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri Şahid6 almaqla sonuncunu aldadaraq 02 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən ofisində özgənin, yəni Şahid6 6.000 manat məbləğində əmlakını (pulunu) əvəzsiz və qanunsuz olaraq alıb öz mülkiyyətinə keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid6 əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təhrik etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin dekabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən icarəyə götürdüyü ofisinə gələrək Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 37 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair çıxarışı tanışı X76 adına rəsmləşdirilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid1 aldatma və etibardan sui- istifadə etmə yolu ilə əmlakını ələ keçirmək məqsədilə sonuncuya Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yüksək vəzifədə işləyən tanışının olmasını, həmin tanışının vasitəsilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi heç bir rəsmi sənəd və qanuni əsas olmadan Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair çıxarış almağında ifadə olunan qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini bildirib onu aldadaraq sonuncu ilə sövdələşmiş, 2020-ci ilin dekabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni massivdə yerləşən “Dəyirman” adlı kafenin qarşısında görüşərək razılaşdırılmış 13.000 manat məbləğində pulu alaraq ələ keçirdikdən sonra hərəkətlərinin inandırıcı olması və qarşı tərəfdə özünə qarşı inamı möhkəmləndirmək məqsədi ilə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən icarəyə götürdüyü ofisində Şahid1la görüşərək sonuncudan X76 AZE 15658388 seriyalı şəxsiyyət vəsiqəsinin surətini alaraq Şahid1 “vətəndaş X91 Şağan qəsəbəsində sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması haqqında” keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 04 fevral 1997-ci il tarixli, 143 nömrəli sərəncamını, Şağan qəsəbəsinin şimal-şərqində istifadəsiz qalmış 37.88 sot boş sahənin əhaliyə xidmət göstərmək məqsədilə istifadə etmək üçün icarəyə verilməsinə dair X111 ilə Bakı şəhəri, Zərərçəkmiş şəxs1 arasında bağlanmış üzərində “Azərbaycan Respublikası Xəzər rayonu İcra Hakimiyyəti başçısı sənədlər üçün” yazılmış möhür olan xx.xx.2012-ci il tarixli icarə müqaviləsini, hüquqi ünvanı ünvan 7əaliyyət göstərən "xxxx" MMC tərəfindən guya mülkiyyət hüququ əldə edilməsi planlaşdırılan Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Əvəz Əhmədovun adına olmaqla inşa ediləcək 3 (üç) mərtəbəli fərdi yaşayış evinin üzərində “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti MEMAR-1” yazıları olan möhürlə təsdiq edilmiş layihə sənədini verməklə Şahid1 xeyli miqdar təşkil edən 13.000 manat məbləğində əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2014-cü ildə Türkan bələdiyyəsinə üzv seçilmiş və 2018-ci ilin əvvəlindən təxminən 1 ildən çox müddət ərzində həmin bələdiyyədə sədr vəzifəsini icra etmişdir. Onun sədr vəzifəsini icra etməsi bələdiyyə üzvlərinin səs çoxluğu ilə rəsmiləşdirilmişdir. O, sədr vəzifəsini icra edərkən səlahiyyətli şəxs kimi bələdiyyənin möhürü onda olmuşdur. İttiham aktında heç bir şey düz yazılmamışdır. O, zərərçəkmiş şəxslərdən pul istəməmiş, eləcə də zərərçəkmiş şəxslərə qarşı dələduzluq və digər cinayətlər törətməmişdir. O, X32 Türkan qəsəbə sakini kimi tanımışdır. Onların arasında heç vaxt yaxın münasibət olmamışdır. Qərib Nadirov bələdiyyəyə torpaq alqı-satqısı ilə bağlı müraciət etməmişdir. O, Qərib Nadirovla bağlı torpaq alqı-satqısına dair hər hansı sənədi və ya müqaviləni imzalamamışdır. O, Qəriblə birlikdə notariat kontoruna getməmişdir. O, Qəribdən pul almamış, eləcə də Qəribə heç bir vəd verməmişdir. Onun Qəriblə torpaq barədə heç bir münasibəti olmamışdır. O, X49 da Türkan qəsəbə sakini kimi tanımışdır. Onun Daşqınla yaxın münasibəti olmamışdır. O, bələdiyyə üzvü olduğu zaman və sədr vəzifəsini icra edərkən Daşqın ona torpaqla və ya başqa məsələ ilə əlaqədar müraciət etməmişdir. O, bələdiyyə üzvlüyündən çıxdıqdan sonra Daşqın Nəsirov ona torpağının sənədləşmə məsələsi ilə bağlı müraciət etmişdir. O da Daşqına bildirmişdir ki, onun artıq bələdiyyə ilə heç bir əlaqəsi yoxdur. Daşqın ondan başqa şəxslərin vasitəsi ilə köməklik etməsini xahiş etmişdir. O, əvvəlcə razılıq verməsə də, sonradan Daşqına köməklik etməyə razılaşmışdır. Bundan sonra Daşqın ona işi üçün 13.000 manat pul vermişdir. O, Daşqına köməkliyi makler kimi tanıdığı Bəhruz adlı şəxsin vasitəsi ilə həyata keçirməli olmuşdur. Çünki Bəhruzun makler kimi bütün bu sənədlərdən başı çıxmış və torpaq sənədləşməsini dəfələrlə həyata keçirmişdir. Lakin sonradan Bəhruz işi görə bilməmişdir. Ona görə də o, 3 aydan sonra Daşqının ona verdiyi puldan 8.000 manat pulu Daşqına geri qaytarmışdır. Qalan 5.000 manatı isə o, qaytara bilməmişdir. Onun hazırda Daşqına 5.000 manat məbləğində borcu qalmışdır. O, Şahid1 isə tanışı Şahid4 vasitəsilə tanımışdır. Əvvəllər o, Kamili “Zamiq” olaraq tanımışdır. Lakin sonradan o, bilmişdir ki, həmin şəxsin əsl adı Kamildir. Hatəm ona torpaq sənədləşməsi ilə bağlı müraciət etmişdir. Həmin sənədləşməni də o, Bəhruz vasitəsilə həyata keçirməli olmuşdur. Lakin o, bunu edə bilməmişdir. Ümumilikdə ona 6 (altı) nəfər şəxs torpaq sənədləşməsi ilə bağlı müraciət etmişdir. Lakin o, bu şəxslərlə bağlı notariat kontoruna getməmiş və həmin şəxslərə qarşı heç bir cinayət törətməmişdir. Onun zərərçəkmiş şəxslərlə pulla və torpaqla bağlı heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin avqust ayından 2021-ci ilin avqust ayınadək Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində ofis icarəyə götürüb orada “X57” MMC-ni təsis etmişdir. Onun iş fəaliyyəti təmir-tikinti işlərinin təşkilindən, layihələrin təsdiqindən ibarət olmuşdur. O, həbs edilənədək həmin fəaliyyətlə məşğul olmuşdur. İttiham aktlnda qeyd edilir ki, guya o, Türkiyə Respublikasının vətəndaşı X62 ilə görüşüb ev barəsində danışmışdır. Halbuki o, X33 tanımır. O, Muraddan pul almamış, sonuncuya qarşı heç bir dələduzluq cinayətini törətməmişdir. Onun Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 ilə heç bir qeyriqanuni münasibəti olmamışdır. O, Nümayəndə2 tanımır. O, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 da tanımır. Onun Nümayəndə1la da heç bir qeyri-qanuni münasibəti olmamışdır. O, zərərçəkmiş şəxsin hüquqi varisi X19 da tanımır, sonuncu ilə heç bir qeyri-qanuni münasibəti olmamışdır. O, ancaq Şahid16 tanıyır. 2020-ci ilin sentyabr ayının əvvəlində Şahid12 onu Şahid16la tanış etmişdir. Şahid12 ona müraciət edərək Ziyaddinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 250 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarış almaq üçün köməklik etməsini xahiş etmişdir. O da bu köməkliyə görə Ziyaddindən 6.500 manat məbləğində pul almışdır. Sonra o, Ziyaddinin adından sonuncunun ona verdiyi sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmişdir. Bununla bağlı Ziyaddinə cavab məktubu da gəlmişdir. Nəticədə Ziyaddinin işi həll olunmuşdur. Ziyaddinin ondan heç bir narazılığı olmamışdır. O, Şahid6 isə tanımır, sonuncu ilə onun arasında heç bir qeyriqanuni münasibət olmamışdır. O, Emindən heç bir məbləğdə pul almamış, Eminə qarşı dələduzluq cinayətini törətməmişdir. O, Şahid1 isə tanıyır. Şahid1 ona 21.500 manat məbləğində pul vəsaiti vermişdir. O da sonradan Şahid1 68.500 manat məbləğində pulu qaytarmışdır. Onunla zərərçəkmiş şəxslərin arasında qeyri-qanuni münasibət olmamışdır. O, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı heç bir saxtakarlıq etməmişdir. Bu işlə və ittiham aktında göstərilmiş cinayət əməlləri ilə onun heç bir əlaqəsi yoxdur. O, iş üzrə digər Təqsirləndirilən şəxs1 tanıyır. Lakin o, Mehmanla heç bir cinayət əlaqəsinə girməmiş, heç bir şəxsə qarşı dələduzluq cinayət əməlini törətməmişdir. Onların arasında hansısa cinayətin törədilməsi ilə bağlı danışıq və razılaşma olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara aid hissədə elan olunmuş ittiham üzrə təqsirli bilməmələri ilə bağlı ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, habelə öz cinayət əməllərinə haqq qazandırmaq, bu mümkün olmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdikləri ifadələrini, o cümlədən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatlarını, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrini, elan olunmuş şahid ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş bütün sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4, 308.2, 310, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər və onların törətdikləri əməllərdə hər birinə qarşı irəli sürülmüş ittiham üzrə bütün zəruri tərkib əlamətlər var, habelə təqsirləndirilən şəxslərin hər birinin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayətlərin törədilməsində təqsiri məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 1də ailəsi ilə birlikdə yaşayır. Onun atası X69 1994-cü ildə ürək çatışmazlığından vəfat etmişdir. X160 əvvəllər, yəni SSRİ dövründə xatırlamadığı tikinti kooperativində işləmişdir. X151 işi ilə əlaqədar torpaq sahəsi verilmişdir. Lakin onun həmin torpaq sahəsindən xəbəri olmamışdır. 2014-cü ildə onun bibisi X20 ona zəng edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində X160dan 0.24 ha bağ sahəsi qaldığını bildirmişdir. Bundan sonra o, bu məsələ ilə əlaqədar anası X13 maraqlanmışdır. Anası da köhnə sənədlərin özündə olduğunu və həmin sənədlərə baxıb ona xəbər verəcəyini bildirmişdir. Sonra anası köhnə sənədlərin içərisindən keçmiş bağlar idarəsi tərəfindən verilmiş icarə müqaviləsini çıxarıb ona vermişdir. O, həmin icarə müqaviləsinə baxdıqda atası X26 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.12 ha torpaq sahəsi həcmində 222 saylı bağ sahəsinin ayrılmasını görmüşdür. O, həmin bağ sahəsinin yeri ilə bibisindən maraqlandıqda onun bibisi demişdir ki, onun babası Böyükağa Hüseynov onun bibisinin əri ilə birlikdə Türkanda yan-yana keçmiş Bağlar təsərrüfatı idarəsindən icarə müqaviləsi əsasında bağ sahəsi götürmüşlər. Bundan sonra, yəni 2015-ci ildə o, həmin bağ sahəsinə getmişdir. Həmin bağ sahəsi boş olmuşdur. Bundan sonra o, həmin bağ sahəsini öz adına keçirmək istəmişdir. Buna görə də onlar atasının vərəsəsi kimi tanınmaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən 5 saylı Notariat ofisinə getmişlər. Orada onun anası X60 və onun bacısı X89 torpaq sahəsinin onun adına keçirilməsinə razı olmaları barədə ərizə yazmışlar. Bundan sonra 5 saylı Notariat ofisində onunla bağlı vərəsəlik işi açılmış və o, atasının vərəsəsi qismində tanınmışdır. Daha sonra o, həmin bağ sahəsinə hər il gedib baxmış və həmin vaxt heç bir problem olmamışdır. Bağın icarə müqaviləsi onda olmuşdur. Həmin ildə o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müqavilənin təsdiqlənmiş surətinin əldə edilməsi üçün ərizə ilə müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, onun atasına verilmiş bağ sahəsi başqa bir adamın adına rəsmiləşdirilmiş, başqa sözlə, o, bağ məsələsini həll edə bilməmişdir. Həmin vaxt onda olan sənədlərin əsliləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qalmış, yəni sənədlərin əslilərini ona verməmişlər. Bunun əvəzində ona həmin sənədlərin surətləri verilmişdir. Sonuncu dəfə o, 2020-ci ilin yay aylarında həmin bağ sahəsinə gedib baxmışdır. Həmin vaxt bağla bağlı heç bir problem olmamışdır. O, 2020-ci ilin noyabr ayında yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Növbəti gün həmin Xidmətin Bakı Ərazi İdarəsinin mühəndisi onunla əlaqə saxlayaraq bağa baxmaq istədiyini bildirmiş və o da razılaşmışdır. Sonra o, mühəndislə birlikdə baxış keçirmək üçün Türkan qəsəbəsinə getmişdir. Onlar ora çatdıqda bağ sahəsində mişar daşı ilə qoyduqları mərz nişanlarının bəzi hissələrinin sökülməsini görmüşdür. O, yenidən mərz nişanlarını düzəltmiş və mühəndis onun göstərdiyi sahələr üzrə koordinatları müəyyən etmişdir. Bundan sonra o, Bakı Ərazi İdarəsindən çıxarışın verilməsi ilə bağlı cavab gözləmişdir. xx.xx.2021-ci il tarixdə ona 1 saylı Bakı Ərazi idarəsindən cavab verilmişdir ki, onun atası X26 adına olan 0.12 ha torpaq sahəsindən ibarət 222 saylı bağ sahəsi ilkin olaraq onun atasının adına qeydiyyata alınmış, sonradan isə onların xəbəri olmadan digər şəxsin adına özgəninkiləşdirilmişdir. Sonra ona aydın olmuşdur ki, onun atasından qalan bağ sahəsi başqa bağ sahəsi ilə birləşdirilmişdir. Lakin onun bundan heç bir xəbəri olmamışdır. Məsələ bundan ibarətdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində 8 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 1 sotuna aid çıxarış olmuş, lakin qalan 7 sot torpağın çıxarışı olmamışdır. 2020-ci ilin sentyabr ayında o, Şahid1la danışan zaman Hatəm ona bir nəfər tanışının olduğunu, həmin şəxsin onun torpaq sahəsinə çıxarış ala biləcəyini demişdir. O, həmin şəxsin kimliyini və bunu necə edəcəyini Hatəmdən soruşduqda Hatəm həmin şəxsin adının heç yerdə hallanmasını istəmədiyini, Hatəmin özünə sənəd düzəldib verdiyini, ona görə də narahat olmamağını bildirmişdir. Onun Hatəmə inamı çox olduğuna görə o, tərəddüd etmədən razılaşmış və Hatəmin telefonunda olan “Votsap” proqramı ilə sonradan adının Mehman olduğunu öyrəndiyi şəxslə danışmışdır. Lakin o, həmin şəxslə danışdığı zaman həmin şəxsin adının Mehman olduğunu bilməmişdir. Həmin şəxsin səs yazıları istintaq zamanı ona təqdim edildikdən sonra o, danışan şəxsin səsi ilə eyni olması səbəbindən həmin şəxsin Mehman olduğunu bilmişdir. Mehman 7 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün Hatəmdən 15.000 manat pul istəmişdir. Hatəm də bunu ona dedikdə, o, bununla razılaşmışdır. Bu danışıqdan 2 gün sonra, yəni 2020-ci ilin sentyabr ayının ikinci yarısında dəqiq xatırlamadığı tarixdə o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Hatəmgilin evində aparıb Mehmana verməsi üçün Hatəmə 50 və 100 manatlıq əskinazlardan ibarət, ümumilikdə 15.000 manat pulu Hatəmin özünə vermişdir. Həmin torpaq sahəsi Ağcabədi rayonu, Xocavənd kəndində yaşayan onun anası Qənifə Hüseynovanın adına rəsmiləşdirilməli olmuşdur. Buna görə də o, anasının şəxsiyyət vəsiqəsini də Mehmana “Votsap” vasitəsilə göndərmişdir. O, pulu verdiyi vaxtdan sonra 1 ay ərzində, yəni 2020-ci ilin oktyabr ayının ikinci yarısında JN- 1217Н, KOD 00300060 saylı, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni Hatəmdən götürmüşdür. O, Mehmanla heç vaxt bu söhbətlə əlaqədar birbaşa canlı ünsiyyətdə olmamışdır. O, Mehmanla ancaq Hatəmin telefonunda olan “Votsap” proqramı vasitəsi ilə danışmışdır. 2020-ci ilin oktyabr-noyabr aylarında Ağcabədi rayonu, Xocavənd kəndində yaşayan anası Qənifə Hüseynovaya çıxarış verilməsindən imtina ilə bağlı cavab gəlmişdir. Belə olduqda o, verilmiş sənədlərin saxta olduğunu başa düşmüşdür. Bundan sonra o, Hatəm vasitəsi ilə dəfələrlə Mehmanla əlaqə saxlamaq istəsə də, əvvəlcə Mehmanın müxtəlif bəhanələrlə məsələni gecikdirdiyini, sonradan isə Mehmanın telefonuna zəng çatmadığını Hatəm ona demişdir. Bu söhbətlərdən sonra o, həmin şəxsin kimliyi barədə Hatəmdən təkrar maraqlandıqda Hatəm həmin şəxsin Türkan bələdiyyə sədrinin müavini Mehman olduğunu ona demişdir. O da buna görə Hatəmə əsəbiləşdir. Çünki əvvəllər də o, Tükan qəsəbə bələdiyyəsinin sədri olan Firudinə və sonuncunun müavini Mehmana Türkan qəsəbəsində 12 sot torpaq almaq üçün 5.700 manat nağd pul və 7.000 manat dəyərində qızıl “Tissot” markalı saat vermişdir. Lakin Firudin və Mehman onu aldadaraq pulu ələ keçirmişlər, lakin bunun müqabilində ona torpaq satmamışlar. O, 2013-cü ildə avtoqəza keçirərək başından travma almış, onun yaddaşında həmin vaxtdan bəri bəzi unutqanlıqlar yaranmışdır. Eyni zamanda o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “İİ Qarabağ” müharibəsinin könüllü iştirakçısı olmuşdur. O, iş üzrə digər Təqsirləndirilən şəxs2 da tanıyır, lakin onunla Zaur arasında heç bir münasibət olmamışdır. Onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. O, Hatəmə verdiyi, Hatəmin isə Mehmana verdiyi pulun qaytarılmasını tələb edir. O, bu pulun qaytarılmasını əslində Hatəmdən tələb etməlidir, lakin Hatəm həmin pulu Mehmana verdiyindən və Mehman hazırda təqsirləndirilən şəxs olduğundan o, öz pulunu Mehmandan tələb edir. O, Mehmana şəxsən pul verməsə də, Hatəm onun verdiyi pulu Mehmana verdiyini ona bildirmişdir. Məhkəmə baxışı davam edən zaman zərərçəkmiş şəxs Şahid5 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1lə barışdığını, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Şahid5 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində torpaq sahəsi, eləcə də həmin torpaq sahəsinin üstündə tikdiyi fərdi yaşayış evi var. Torpaq sahəsi 850 kv.m-dən ibarətdir. Torpaq sahəsinin 600 kv.m-dən ibarət olan hissəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 29 iyun 1994-cü il tarixli, 2504 saylı sərəncamı ilə onun adına sənədləşdirilmişdir. Qalan torpaq sahəsi, yəni 250 kv.m-dən ibarət torpaq sahəsi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli protokolunun 11/1 saylı qərarına əsasən dəyəri ödənilməklə alqı-satqı aktına əsasən ona satılmışdır. 600 kv.m-dən ibarət torpaq sahəsinə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. Lakin o, qalan torpaq sahəsi, yəni 250 kv.m-dən ibarət torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış almamışdır. O, 250 kv.m-dən ibarət torpaq sahəsinə dair çıxarış almaq istəmişdir. O, qonşusu Şahid12 ilə bu barədə danışdıqda sonuncuya torpaq sahəsinə dair çıxarış almaq istədiyini bildirmişdir. 2020-ci ilin yay aylarında onun qonşusu Bilal ona zəng edərək torpaq sahəsini özəlləşdirə biləcək tanışının olduğunu demişdir. O da Bilala torpaq sahəsinin özəlləşdirmək fikrindən daşındığını demişdir. Təxminən 1-2 aydan sonra 2020-ci ilin noyabr ayının axırlarında Bilal yenidən ona zəng edərək demişdir ki, “bir nəfər Naxçıvanlı adam var, arxası möhkəm adamdır. Sənin torpaq sahəni özəlləşdirə bilər”. O da Bilal ilə razılaşaraq həmin şəxslə görüşməyə razılıq vermişdir. Sonra o, Bilalla Badamdar qəsəbəsində maşın yuma məntəqəsində görüşmüşdür. Görüş zamanı o, həmin adamın onun işini düzəltməsinə görə kimin cavabdeh olacağını Bilaldan soruşmuşdur. Bilal da ona demişdir ki, “mən gətirirəm, özünüz söhbət edib razılaşın, problem yaranan halda mən onun arxasında dayanan adamı tanıyıram, ona deyərəm, narahat olma, problem həll olunar”. Bilal həmin adamın arxasında dayanan şəxsin kim olması barədə ona məlumat verməmişdir. Bir neçə gündən sonra Bilal Təqsirləndirilən şəxs2 adlı şəxsi onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində yerləşən evinə gətirmişdir. Bilal Zauru ona təqdim etdikdə Zaurun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində yaxşı əlaqələrnin olduğunu, torpaq məsələsinin həll etmək Zaur üçün problem olmadığını, Zaurun Bilalın da əmlakla bağlı işlərini problemsiz həll etdiyini demişdir. Sonra isə Bilan pul məsələsini də özlərinin danışmasını ondan xahiş etmişdir. Zaur da Bilalın dediklərini təsdiqləyərək özünün Əmlak Komitəsində yaxşı tanışlarının olduğunu bildirmişdir. Bundan sonra o, 250 kv.m-dən ibarət torpaq sahəsinə dair Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli protokolunun 11/1 saylı qərarından verilmiş çıxarışı, alqı-satqı aktını, ödəniş qəbzini, evin çıxarışını da Zaura göstərmişdir. Zaur da həmin sənədlərə baxdıqdan sonra ona narahat olmamağını, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan tanışlarının vasitəsilə onun işini 45 iş günü ərzində həll edərək ona 250 kv.m-dən ibarət torpaq sahəsinə dair mülkiyyət haqqında çıxarışı alacağını bildirmişdir. Söhbət zamanı Zaur özünü nüfuzlu şəxs kimi təqdim etmiş və ondan həmin 250 kv.m-dən ibarət torpaq sahəsinə dair çıxarış almaq üçün 8.000 manat pul istəmişdir. Zaur həmin puldan özünə 500 manat pul qalacağını, qalan pulu isə başqa şəxslərə verəcəyini demişdir. Lakin Zaur həmin pulu kimlərə verəcəyini ona bildirməmişdir. Ona da bu maraqlı olmadığından bu barədə Zaurdan heç nə soruşmamışdır. Nəhayət o, 250 kv.m-dən ibarət torpaq sahəsinə dair çıxarış almaq üçün Bilalın yanında Zaura 6.500 manat verməyə razılaşmışdır. Həmin vaxt o, Zaura torpaq sahəsinə dair bütün sənədlərin kserosurətlərini vermişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin noyabr ayının sonlarında o, Zaura Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının “parkı” kimi tanınan parkın qarşısında yolun kənarında qara rəngli maşının içərisində ilkin olaraq razılaşdıqları 6.500 manatın 5.000 manatını Zaura vermişdir. Zaur ondan 5.000 manat pulu aldıqda ona arxayın olmağını, 45 iş günü ərzində çıxarışın hazır olaracağını demişdir. Həmin vaxt o, Zaura bir həftəyə qalıq pulu, yəni 1.500 manatı da verəcəyini demişdir. Bir həftədən sonra, yəni 2020-ci ilin dekabr ayının birinci yarısında Zaur ona zəng edərək pulun qalanını istəmişdir. O da evdə olduğunu, həmin pulu gəlib götürməsini Zaura demişdir. Zaur da onun yaşadığı evə gələrək evin qarışısında 1.500 manat pulu ondan almışdır. Zaur 1.500 manatı aldıqdan sonra yenidən ona narahat olmamağını, 45 iş gününün tamamında çıxarışın hazır olacağını demişdir. Bir müddətdən sonra o, dəfələrlə Zaurun mobil nömrələrinə öz mobil nömrəsindən zəng edərək çıxarışının hazır olubolmadığını soruşduqda Zaur hər dəfə çıxarışın düzələcəyini və narahat olmamağını, çıxarışın üzərində iş getdiyini demişdir. Nəhayət 2021-ci il may ayında onun ünvanına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən **********18 nömrəli, 19 may 2021-ci il tarixli imtina cavabı gəlmişdir. Məktubda onun torpaq sahəsinə çıxarış verilməsindən imtina edildiyi qeyd edilmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Zaur verdiyi vədi yerinə yetirməmiş, əksinə onun pulunu ələ keçirərək aldatmışdır. Zaur ancaq 19 mart 2021-ci il tarixdə onun adından reyestrə müraciət etmişdir. O, Zaura torpaq sahəsi ilə bağlı reyestrə müraciət etməsi üçün heç bir etibarnamə verməmişdir. Zaur özü reyestrə onun adından ərizə yazmış, yəqin ki, onun imzasını saxtalaşdırmışdır. Çünki o, həmin ərəfədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etməmişdir. İmtina cavabı gələndən sonra o, Zaurun onu aldatdığını başa düşmüş və buna görə də Zaurdan 6.500 manat pulu tələb etmişdir. O, Zaurla görüş tələb etdikdə Zaur ofisinin yerini demiş, o da Zaurun dediyi ünvana getmişdir. Zaurun ofisi ünvan 9şınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin yanında yerləşmişdir. Görüş zamanı o, Zaurun dələduz və fırıldaqçı olduğunu başa düşmüşdür. Ona görə də o, Zaurla onun arasında olan danışığı öz telefonuna yazmışdır. Sonra o, həmin səs yazısını 1 (bir) ədəd disklə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı təqdim etmişdir. Söhbət zamanı Zaur ondan aldığı 6.500 manat pulun 5.700 manatını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşlarına verdiyini, habelə həmin puldan özünə 700-750 manat arasında pul qaldığını bildirmişdir. Həmçinin Zaur sənədləşmə işlərini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları olan Elvin və Rasim adlı şəxslərlə gördüyünü bildirmişdir. Lakin onun həmin şəxslərlə heç bir münasibəti və əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs Şahid16 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini, digər Təqsirləndirilən şəxs1 tanımadığından sonuncu ilə bağlı məhkəmənin mülahizəsinə əsasən qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, fərdi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Daha dəqiq isə o, icarəyə obyektlər verir və həmin obyektlərin işlədilməsinə nəzarət edir. Şahid1 onun atasının tanışı olmuşdur. O, Hatəmi öz atasının vasitəsilə tanımışdır. Eyni zamanda Hatəm ondan Hövsan qəsəbəsində “Caspian Beach” adlı restoran-hoteli icarəyə götürərək işlətmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində o, Hatəmlə görüşüb söhbət edərkən Hatəmə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağlar massivində 87 sot çəpərə alınmış boş torpaq sahəsinin olduğunu, lakin oranın heç bir rəsmi sənədinin olmadığını bildirmişdir. Həmin vaxt Hatəm ona Mehman adlı tanışının olduğunu, Mehmanın Türkan qəsəbəsində bələdiyyədə işlədiyini, torpaq sahələrinə dair sənədləşmə işlərini həll edə biləcəyini bildirmişdir. Həmçinin Hatəm ona Mehmanın vasitəsi ilə Qala qəsəbəsində 24 sot torpaq sahəsinə dair sənəd aldığını və bu məsələdə Mehmanın Hatəmə köməklik etdiyini demişdir. Hatəmin sözlərinə əsasən onda Mehmana inam yaranmışdır. Sonra, yəni iyul ayının əvvəlində Hatəm öz telefonu ilə Mehmana zəng edib Dübəndi bağlar massivində yerləşən 87 sot torpaq sahəsinə dair sənədləşmə işini görmək lazım olduğunu bildirmişdir. Mehman da bu işi görə biləcəyini və bu işin müqabilində 60.000 (altmış min) manat lazım olduğunu bildirmişdir. O, bu rəqəmin çox olduğunu demiş və ona görə də Mehmanın dediyi ilə razılaşmamışdır. 2-3 gün ərzində Hatəm təkrarən onunla bu barədə danışdıqda, özünün Mehmanla danışdığını və Mehmanın bu işi 40.000 manata həll edə biləcəyini ona demişdir. Bundan sonra o, Hatəmin dedikləri ilə razılaşmışdır. İlk dəfə 07 iyul 2020-ci il tarixdə o, 16.500 ABŞ dolları və 1.950 manat olmaqla, ümumilikdə 30.000 manat pulu Qala qəsəbəsi, Yeni massiv ünvanında Hatəmin yaşadığı həyət evinə gedərək orada Hatəmin özünə şəxsən vermişdir. Həmin vaxt o, tək olmuş, yəni yanında heç kəs olmamışdır. O, Hatəmə 30.000 manatı verdikdən sonra Hatəm 1-2 ay ərzində sənədlərin hazır olacağını, qalan pulu da həmin vaxt verəcəyini ona demişdir. Həmçinin bu iş üzrə Hatəm 3 nəfər 45 yaşdan yuxarı onun qohumunun da şəxsiyyət vəsiqələrinin lazım olduğunu bildirmişdir. Belə ki, torpaq sahəsi hissələrə ayrılmaqla həmin şəxslərin adına qeydə alınmalı idi. O da anası X77, bibisi Şahid7 və nənəsi Şahid9 şəxsiyyət vəsiqələrinin şəkillərini çəkərək “Votsap” vasitəsilə Hatəmə göndərmişdir. Bundan sonra o, anası, nənəsi və bibisi tərəfindən lazım olacağı təqdirdə sənədləşmə işlərində Hatəm iştirak edə bilsin deyə Hatəmə etibarnamə də verilmişdir. O, ilkin pulu verdikdən 45 gün keçdikdən sonra, yəni 2020-ci il avqust ayının 20-21-də Hatəm ona zəng edərək Mehmanın sənədləri gətirdiyini, qalan 10.000 manatı da gətirib verməyini və hazırlanmış sənədləri götürməyini ona bildirmişdir. O da 10.000 manatı götürüb yenidən Hatəmgilə getmişdir. Hatəm orada ona Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi tərəfindən verilmiş Şahid7 adına 0.29 ha torpaq sahəsinin, Şahid9 adına 0.29 ha torpaq sahəsinin, X31 adına 0.29 ha torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri vermişdir. Onun anası, bibisi və nənəsi bununla bağlı heç yerə gedib imza etməmişlər, eyni zamanda o, özü də heç bir yerə gedib qol çəkməmişdir. Sənədlər onda qalmış və o, çıxarış ala bilmək üçün həmin sənədləri götürüb 2020-ci ilin sentyabr-oktyabr aylarında 4 saylı ASAN xidmətə müraciət etmişdir. 4 saylı ASAN xidmət mərkəzindən ona rəsmi qaydada təqdim edilən sənədlərin arxivinin olmadığına görə imtina cavabı gəlmişdir. Belə olan təqdirdə o, Hatəmlə yenidən əlaqə saxlayıb sənədlərin saxta olduğunu bildirmişdir. Hatəm narahat olmamağını, Zaur adında bir nəfər tanışının olduğunu, Zaurun bu məsələni həll edə biləcəyini bildirmişdir. 2020-ci il noyabr ayının 1-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən obyektə o, Hatəmlə birlikdə gedib Zaurla danışmışdır. Zaur Hatəmin verdiyi sənədlər əsasında çıxarış almağın mümkün olduğunu bildirmiş və bunun üçün 10.000 manat pul istəmişdir. Lakin onlar sonradan 6.000 manata razılaşmışlar. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə o, 6.000 manatı sənədlərlə birlikdə yenidən Zaurun obyektinə gedərək orada Zaura vermişdir. Zaur 2020-ci ilin dekabrın sonuna qədər guya torpaq sahəsinin çıxarışlarını alıb ona verə biləcəyini bildirmişdir. Lakin üstündən bir ildən çox vaxt keçsə də, Zaur verdiyi vədi yerinə yetirməmişdir. Ona nə pul qaytarılmış, nədə ki, torpağa dair sənədlər verilmişdir. 2021-ci ilin birinci yarısında Hatəm Mehmanın verdiyi sənədləri qaytarmağını ondan xahiş etmişdir. Belə ki, guya həmin sənədlər əsasında Hatəm çıxarış alınacağını bildirmişdir. Hatəm sənədi kimə verəcəyini deməmiş və Mehmanın adını da çəkməmişdir. O da həmin sənədlərin təsdiq olunmuş surətlərini çıxarıb özündə saxlamış və həmin sənədlərin əslilərini Hatəmə qaytarmışdır. Lakin bu günə qədər ona heç bir sənəd verilməmiş, nə də pul geri qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs1 tanımır, sonuncu ilə birbaşa nə telefon əlaqəsi, nə də ki, görüşü olmamışdır. O, sənədləşmə ilə əlaqədar olaraq bütün pulları şəxsən Şahid1 vermişdir. Ancaq cəmi bir dəfə, yəni 2020-ci ilin iyul ayında Hatəm telefonda Mehman adlı şəxslə danışdığını dedikdə, o, Mehman haqqında məlumat əldə etmişdir. O, Təqsirləndirilən şəxs1 tanımadığından Mehmanla heç vaxt torpaq sahəsi barədə danışmamış və hər hansı məbləğdə pul verməmişdir. O, pulu şəxsən Hatəmə vermişdir. Hatəm ondan pulu alanda kimə verəcəyini ona deməmişdir. Bu ona da maraqlı olmamışdır. Məsələ alınmadıqda Hatəm onun verdiyi pulu Mehmana verdiyini demişdir. Lakin o, bunun şahidi olmamışdır. Ona görə də onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Onun torpaq sahəsi ilə bağlı bütün işləri Hatəmlə olmuşdur. O, digər Təqsirləndirilən şəxs2 isə tanıyır, sonuncu ilə ofisdə görüşmüş, eləcə də sənədlərə dair çıxarış əldə etmək üçün Zaura 6.000 manat pul vermişdir. Məhkəmə baxışı davam edən zaman zərərçəkmiş şəxs Şahid6 notarial qaydada təsdiq edilmiş ərizələr ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışdığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Şahid6 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X43 ifadəsində göstərdi ki, onun atası Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində “Bağlar Məscidi” adlanan ərazidə onun atasının nənəsi Xanımana Məmmədovanın 0.25 ha və onun babası Fazil Dadaşovun adına 0.25 ha torpaq sahəsi olmuşdur. Bu torpaq sahələri bir-birinə bitişik olmuşlar. Atasıgil 1989-cu ildə atasının nənəsi Xanımana Məmmədova rəhmətə gedənədək yay aylarında orada qalmışlar. Həmin vaxtdan sonra isə gediş-gəliş azalmış və orada daimi yaşayış olmamışdır. Nəticədə həmin torpaq sahəsində olmuş ev yararsız hala düşmüşdür. Onun babasına məxsus torpaq sahəsində birmərtəbəli, iki otaqdan ibarət daşdan tikilmiş ev olmuşdur. Onun atasının nənəsinin adına olan torpaq sahəsi isə boş ərazidən ibarət olmuşdur. O da öz növbəsində tez-tez həmin torpaq sahələrinə gedərək baş çəkmişdir. Sonradan onlara məlum olmuşdur ki, onun babası Fazil Dadaşovun və onun atasının nənəsi Xanımana Məmmədovanın hüquqi varislərinin öldüyünə dair saxta sənədlər hazırlanmış, sonra bu sənədlər 33 saylı Notariat kontorunda təsdiqlənmişdir. Nəticədə babasının adına olan torpaq sahəsi onlarla heç bir qohumluq əlaqəsi olmayan Qəribov Nadirin, atasının nənəsi Xanımana Məmmədovanın adına olan torpaq sahəsi isə yenə onlarla heç bir qohumluq əlaqəsi olmayan Zülalə adında qadının adına sənədləşdirmişdir. Bununla da onun babasından və atasının nənəsindən onlara miras qalmalı olan torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin adlarına rəsmiləşdirilmişdir. Onun atası bu iş üzrə təqsirləndirilən şəxsləri tanımamışdır. O da bu təqsirləndirilən şəxsləri tanımır. Onun bu təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də o, babasından və atasının nənəsindən onlara miras qalmalı olan torpaq sahələrinin başqa şəxslərin adlarına rəsmiləşdirilməsini qanunsuz sayır və həmin torpağı onlara qaytarılmasını zəruri olduğunu hesab edir. Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X43 ifadəsində göstərdiyi halların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində izahatı alınmış Nümayəndə2 izahatında göstərdi ki, Daşqın Nəsirov, Çingiz Səfərov, Qərib Nadirov və digərləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən və mərhum X34 adına olan 0.25 ha ölçüdə 196 saylı, mərhum X78 adına olan 0.25 ha ölçüdə 239 (199) saylı, mərhum Xanımana Məmmədovanın adına olan 0.25 ha ölçüdə 411/355 saylı, mərhum X26 adına olan 0.12 ha ölçüdə 222 saylı və mərhum X27 adına olan 0.25 ha ölçüdə 417 saylı bağ sahələrinə dair sənədlər saxtalaşdırılmaqla, Xəzər dənizi (gölü) kənarında yerləşən dövlət mülkiyyətində olan 190.400 manat dəyərində 1.12 ha ölçüdə torpaq sahəsi özgəninləşdirilərək satılmışdır. Bunun nəticəsində dövlətə külli miqdarda ziyan dəymişdir. Sonradan isə dövlətə vurulmuş 190.000 manat tam şəkildə ödənilmişdir. Onun təmsil etdiyi dövlət orqanının hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxş edən Təqsirləndirilən şəxs1, eləcə də digər Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərdiyi halların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 Məhiyədin oğlu izahatında göstərdi ki, onun təmsil etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Əslində təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri nəticəsində nümayəndəsi olduğu Əmlak Məsələləri Dövlət Xidmətinə real zərər dəyməmişdir. Ona görə də onun təmsil etdiyi qurumun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Sadəcə olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası torpaq qanunvericiliyinin bəzi müddəaları pozulmuşdur. Həmin pozuntular da hazırda aradan qaldırılmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 Məhiyədin oğlu izahatında göstərdiyi halların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X21 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2010-cu ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində kirayədə qalmış, həmin vaxtlarda ev almaq istəmişdir. Qonşuluqda yaşayan Lalə adında başqa qadın da olmuşdur. O, adi söhbət əsnasında ev almaq istədiklərini bildikdən sonra Lalənin əri, 2-3 il əvvəl rəhmətə getmiş Tofiq tanışı Zaur adlı şəxsin ev satdığını demişdir. Həmin şəxslərin deməsinə əsasən o, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi adamla görüşüb danışmış və həmin şəxs qohumu Razimin 65.000 ABŞ dollarına ev satdığını demişdir. O, Zaurun vasitəçiliyi ilə Razim adında şəxslə tanış olmuşdur. O, yoldaşı Lalə, Tofiq, Zaur və Razim ilə birlikdə 2010-cu ilin iyun ayının sonlarında dəqiq xatırlamadığ tarixdə ünvan 10 ünvanında binanın 17-ci mərtəbəsində yerləşən mənzilə baxmışdır. Zaurla Razim qapıda duran komendanta qapını açdırmışlar və sonra onlar girib evin içərisinə baxmışlar. Ev tam təmirli, əşyalı olmuşdur. Razim evin qardaşının olduğunu və qardaşının Razimdən satmasını xahiş etdiyini bildirmişdir. Zaur Razimin də özünün qohumu olduğunu demiş və Razimin dediklərini təkrarlamışdır. Evin qiymətini 65.000 ABŞ dollarına razılaşmışlar, Zaurla Razim ilk öncə 10.000 ABŞ dolları beh istəmişlər. Bundan 1 həftə sonra, o, maşınını təcili satıb 10.000 ABŞ dolları əldə etmiş və 2010-cu il iyul ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 10.000 ABŞ dollarını maşının içərisində Zaurla Razimə vermişdir. Onu inandırmaq üçün Razim özünə məxsus “Mitsubishi” markalı maşının texniki pasportunu ona vermişdir. Bir neçə gündən sonra, 2010-cu il iyul ayının birinci ongünlüyündə Razim evi 65.000 ABŞ dollara deyil, 45.000 ABŞ dollarına satdığını demiş və əlavə olaraq 8.000 ABŞ dolları istəmişdir. Ertəsi gün, 2010-cu il iyul ayının birinci ongünlüyündə o, ünvan 11 ünvanında 8.000 ABŞ dollarını Razimə vermiş, sonuncu bir neçə gündən sonra əlavə olaraq 5.000 ABŞ dolları lazım olduğunu demişdir. Bu zaman o, evin sənədlərini verdikdən sonra pul verəcəyimi demişdir. Buna görə də onu “İçərişəhər” metrosu yaxınlığında “Kristal” inşaat adlı şirkətin ofisinə çağırmışlar. O, ora yoldaşı ilə birlikdə getmiş və qapının qarşısında A.Roman yazılmış şəxs onları qarşılamış, daha sonra isə hansısa sənədlərə imza etdirmişdir. O, Bakı şəhəri, Yasamal rayonu, ünvan 12 ünvanında yerləşən mənzili guya yoldaşı Lalə Odunçunun adına almış, üzərində "xxxx" MMC-nin möhürü olan 07 iyul 2010-cu il tarixli “payın alqısatqı müqaviləsi” bağlamışlar. O, həmin sənədləri sonradan istintaqa təqdim etmişdir. Bundan bir neçə gün sonra 2010-cu il iyul ayının birinci ongünlüyündə o, 5000 ABŞ dollarını Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində şəxsən Razimin özünə vermişdir. Lakin o, sonradan həmin sənədlərin saxta olduğunu bilmişdir. Bununla da Zaur və Razim ondan 23.000 ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə həmin dövrün məzənnəsi ilə 18.487,4 manat məbləğində maddi ziyan vurmuşlar. Zərərçəkmiş şəxs X63 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 2018-2019-cu illərdə "xxxx" MMC-də memar kimi fəaliyyət göstərmişdir. O, həmin şirkətdə təxminən 6 ay müddətində işləmişdir. 2019-cu ildə isə o, "xxxx" MMC-ni təsis etmişdir. Onun təsis etdiyi şirkət bina və qurğuların, tikilmiş obyektlərin layihələndirilməsini həyata keçirir. O, 2019-cu ildən Nərimanov rayonu, “Montin” qəsəbəsində icarəyə obyekt götürmüş və hazırda da orada fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs2 da oradan tanımışdır. Zaur sənədləşmə işləri ilə məşğul olmuşdur. 2020-ci ildə dəqiq xatırlamadığı tarixdə Zaur ona yaxınlaşıb X76 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində üç mərtəbəli yaşayış evinin ilkin eskiz layihəsini hazırlamaq lazım olduğunu, sonradan həmin layihə əsasında İcra Hakimiyyətindən icazə alıb ev tikdirəcəklərini bildirmişdir. O, həmin vaxt Zaurun ona hansısa sənəd təqdim edib-etmədiyini xatırlamır. Zaurun müraciəti əsasında o, "xxxx" MMC-nin adından Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində üç mərtəbəli yaşayış evinin ilkin eskiz layihəsini hazırlamışdır. Sonra o, Zaurla birlikdə internet üzərində sputnikdən əraziyə baxmış və qabaqcadan başqa şəxslərin müraciəti ilə bağlı hazırlanmış üçmərtəbəli evin layihəsini, "xxxx" MMC-nin direktoru Xanoğlan Baloğlanova təqdim etmişdir. Bundan sonra Xanoğlan müəllim həmin sənədi imzalayıb möhür vurduqdan sonra hazır layihəni olduğu kimi 2020-ci ilin ikinci yarısında dəqiq xatırlamadığı tarixdə o, Təqsirləndirilən şəxs2 vermişdir. Bunun əvəzində Zaur ona həmin vaxt 150 manat vermişdir. Sonra o, həmin pulu Xanoğlan müəllimlə bölmüşdür. O, X92 tanımamış, sonuncu ilə heç bir münsibəti olmamışdır. O, Şahid1 da Təqsirləndirilən şəxs2 yanına dəfələrlə gəlib-getməsi ilə əlaqədar üzdən ümumi tanımış, lakin onun Şahid1la da heç bir ünsiyyəti və münasibəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, Şahid16 25 ildən çoxdur ki, tanıyır və sonuncu ilə həmişə münasibətləri yaxşı olmuşdur. O, 2020-ci ortalarında Ziyaddinlə danışarkən sonuncu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində ümumilikdə 8,5 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsindən 3 sota yaxınının sənədinin olmadığını bildirərək ondan 3 sot torpağa dair sənəd çıxara biləcək şəxs tanıyıb-tanımadığını soruşmuşdur. O da Ziyaddinə birbaşa tanışının olmadığını, ancaq maşın, ev, torpaq alqısatqısı ilə məşğul olan Elşən adlı şəxsin bu işdə Ziyaddinə köməklik edə biləcəyini bildirmişdir. O, özü Elşənə sonradan bu barədə dedikdə Elşən əslən Naxçıvan Muxtar Respublikasından olan Zaur adlı şəxsi tanıdığını, Zaurun bu işdə Ziyaddinə köməklik edə biləcəyini bildirmişdir. Elşən özü Ziyaddinlə heç vaxt görüşməmiş və Ziyaddinlə əlaqə saxlamamışdır. 2020-ci ilin avqust ayında Elşən həmin Zaur adlı şəxslə birlikdə onun işlətdiyi maşınların yuyulması məntəqəsinə gəlmişdir. Həmin ərəfədə Zaur Elşəndən maşın almışdır. Elşən Zaurla onu yuyucu məntəqəsində tanış etmiş və həmin vaxt onlar bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Orada söhbət edərkən Zaur daşınmaz əmlaklarla bağlı sənədləşmədən başının çıxdığını və bu məsələdə nə köməklik lazımdırsa göstərə biləcəyini demişdir. Lakin Zaur bu məsələni necə və kimin vasitəsi ilə düzəldəcəyini, hansı tanışının hansı vəzifədə işlədiyini ona deməmişdir. Bundan sonra o, Ziyaddinlə danışıb sonuncuya Zaur adlı şəxsin köməklik edə biləcəyini demişdir. 1-2 gündən sonra Zaur bu dəfə tək onun yanına , yəni işlətdiyi yuyucu məntəqəsinə gəlmişdir. Bu vaxt o, Ziyaddinə zəng edib Zaurun yanına gəldiyini, istəyirsə gəlib Zaurla söhbət etməsini təklif etmişdir. Bir neçə dəqiqədən sonra Ziyaddin onun işlətdiyi yuyucu məntəqəsinə gəlmişdir. Ziyaddin gəldikdən sonra o, Ziyaddinlə Zauru tanış etmiş və bundan sonra Ziyaddingil çölə çıxaraq öz aralarında söhbət etmişlər. Ziyaddingili söhbət edərkən o, həmin şəxslərin yanında olmamışdır. X130 arasında olan söhbətdən xəbəri olmamışdır. Amma o, bilmişdir ki, Ziyaddingilin arasında olan söhbət torpaq sahəsinə sənəd çıxarılması ilə bağlı olmuşdur. Bundan sonra onun heç nədən məlumatı olmamışdır. Bu söhbətdən 4-5 ay keçdikdən sonra, yəni 2021-ci ilin birinci yarısında Ziyaddin ona zəng edərək Zaurun sənədləşmə işi ilə bağlı 5.000 manat pulu Ziyaddindən alaraq sənəd düzəldəcəyini vəd etdiyini, lakin işi düzəltmədiyini bildirmişdir. Bundan sonra o, Ziyaddinin Zaura 5.000 manat pul verdiyini bilmişdir. O, Ziyaddindən pulu Zaura verdikdə, hansısa sənədə qol çəkdirib-çəkdirməməsini soruşduqda, Ziyaddin Zaurunun heç bir sənədə qol çəkmədiyini bildirmişdir. Bir müddətdən sonra Zaur ona zəng edərərk Ziyaddinin sənədlərinin yarısını həll etdiyini, ancaq Ziyaddinin pulu vermədiyini bildirmişdir. O da Zaura Ziyaddinin özünün Zaurdan narazı olduğunu, pulunu alıb işini həll etmədiyini dediyini bildirmişdir. Həmçinin o, Zaurdan onu öz söhbətlərinə qatmamalarını tələb etmişdir. Bununla belə o, Ziyaddinlə danışarkən Ziyaddin ona Zaurun əlavə olaraq 1.500 manat da istədiyini, buna görə də aralarında narazılıq yarandığını bildirmişdir. 1-2 həftədən sonra o, Ziyaddinlə danışarkən Ziyaddin Zaura 1.500 manat da əlavə olaraq verdiyini ona demişdir. O, Ziyaddindən niyə Zaura əlavə pul verdiyini soruşduqda, Ziyaddin ona heç nə deməmişdir. Lakin bir müddətdən sonra Ziyaddin işinin həll olmadığını görüb onu ünahlandırmağa başlamışdır. Bununla belə Ziyaddin onu çox narahat etdiyi üçün o, məcbur olub əvvəlki münasibətlərinin xətrinə Zaurla maraqlanmağa başlamışdır. Hazırda xatırlamadığı tarixdə o, Zaurun xatırlamadığı “Nar” nömrəsinə zəng edib danışmışdır. Hətta o, Zaurun Nərimanov rayonunda “Bağırov” adına körpünün yaxınlığında yerləşən ofisinə gedib Zaurla görüşmüşdür. Zaur ona Ziyaddinin sənədlərini hazır etdiyini, özünün Ziyaddinlə görüşəcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə də Zaurla oxşar məzmunlu danışıqlar aparmışdır. Daha sonra Zaurun telefonlarına zəng çatmamışdır. Ziyaddin Zaura pul verərkən o, Ziyaddingilin yanında olmamışdır. Yalnız sonradan Ziyaddinin özü ona demişdir ki, Ziyaddin Zaura əvvəlcə 5.000 manat, sonradan isə 1.500 manat əlavə olaraq pul vermişdir. Bundan sonra Ziyaddin hüquq mühafizə orqanlarına şikayət etmişdir. Ziyaddin ona demişdir ki, o da gedib Zaura Ziyaddinin 6.500 manat verdiyini gördüyünü bildirsin. Lakin o, bununla razı olmamışdır. Çünki o, Ziyaddinin Zaura 6.500 manat verdiyini görməmişdir. Həmin vaxt o, Ziyaddinə bildirmişdir ki, “sənin Zaura 6.500 manat pul verdiyinin şəxsən şahidi olmamışam, buna görə də belə ifadə verə bilmərəm”. O, prokurorluqda ifadə verərkən də belə ifadə vermiş, yəni Ziyaddinin Zaura 6.500 manat pul verdiyini görmədiyini, bütün bu məsələləri Ziyaddinin ona verdiyi məlumatlar əsasında bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 onun həmyerlisidir və onların arasında dostluq münasibətləri var. O, Şahid4 əvvəllər yaşadığı Qala qəsəbəsindən tanımışdır. 2020-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə o, Kamil və Hatəm ilə birlikdə olduğu zaman Hatəm Qala qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bu zaman Kamil Türkan bələdiyyəsinin sədr müavini Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu, Mehmanın ucuz qiymətə torpaq sahəsi təşkil edə biləcəyini bildirmişdir. Hatəm də X105 tanış etməsini xahiş etmişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin sentyabr ayında o, Hatəmlə birlikdə olduğu zaman Hatəm ona bələdiyyə sədrinin müavini Mehmanla danışıb razılaşdığını demiş və ondan birlikdə gedib Mehmana pul verməsini xahiş etmişdir. O, Hatəmdən hansı səbəbdən Mehmana pul verməyini soruşduqda, Hatəm ona heç nə deməmişdir. Sonra o, Hatəmlə birlikdə Türkan qəsəbəsinə gedərək orada “Türkan” marketin yaxınlığında Təqsirləndirilən şəxs1lə görüşmüşlər. O, maşından düşüb Mehmanla salamlaşmış və sonra geri qayıdaraq öz maşınına oturmuşdur. O, Mehmanı əvvəllər də Türkan qəsəbəsində bələdiyyə sədri kimi tanısa da, Mehmanın torpaq satması və ya torpaqla bağlı sənəd düzəltməsini bilməmişdir. Sonra o, çıxıb getmiş, Hatəm isə Mehmanın yanında qalmışdır. Həmin vaxt Mehman ağ rəngli maşınla gəlmişdir. Hatəm gedib Mehmanın maşınında əyləşmiş və pulu orada Mehmana vermişdir. Hatəmin özünün deməsinə görə həmin vaxt X167 qəsəbəsində torpaq sahəsi verməsi və sənədləşdirməsi müqabilində 20.000 manat pul vermişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin oktyabr ayında onlar Türkan qəsəbəsində restoranını icarəyə götürdükləri Şahid6 ilə söhbət edərkən Şahid6 Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 87 sot çəpərə alınmış boş torpaq sahələrinin olduğunu, lakin həmin torpaq sahəsinə dair heç bir sənədinin olmadığını demişdir. Emin Hatəmə həmin torpaq sahəsini satmaq istədiyini və bu səbəbdən də torpaq sahəsini sənədləşdirmək lazım olduğunu bildirmişdir. Söhbət zamanı Hatəm Təqsirləndirilən şəxs1 barəsində Eminə məlumat vermiş və özünün də sənədləşmə işlərini Mehmanın həll etdiyini, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verdiyini bildirmişdir. Həm də torpağın sənədinin “Votsap” vasitəsilə Eminə göndərəcəyini, qane etsə danışa biləcəklərini bildirmişdir. Emin də Hatəmlə razılaşmışdır. Bir neçə gündən sonra onlar Türkan qəsəbəsində işlətdikləri restoranda olan zaman Hatəm ona birlikdə Türkana getməli olduqlarını demişdir. O da Hatəmdən nə məsələ olduğunu soruşduqda, Hatəm Mehmanın sənəd düzəltdiyini, həmin sənəddən Emingilin də istədiyini, Mehmana pulu verib qayıdacaqlarını bildirmişdir. Sonra o, Hatəmlə birlikdə Türkan qəsəbəsinə “Türkan” marketin yaxınlığına getmişlər. Həmin vaxt Şahid4 da onlarla birlikdə olmuşdur. Mehman qırmızı rəngli “Vaz 2107” markalı maşınla gəlmişdir. O, Hatəm və Kamillə birlikdə maşından düşüb Mehmanla görüşmüşdür. Hatəm onun yanında Mehmana Emingilin torpağının sənədinə görə 30.000 manat pul gətirdiyini, 10.000 manatı da sənədi götürəndə verəcəyini bildirmişdir. Mehman da Hətəmdən açıq vəziyyətdə olan pulu alıb narahat olmamağını, dediyi vaxtda torpağın sənədini verəcəyini bildirmişdir. Bundan 1 ay sonra yenə eyni qaydada o, Kamil və Hatəmlə birlikdə Türkan qəsəbəsinə “Türkan” marketin yaxınlığına gedib orada Mehmanla görüşmüşdür. Hatəm bu vaxt 10.000 manatı da Kamilin və onun yanında Mehmana vermişdir. Həmin vaxt Mehman Hatəmə bir neçə sənəd vermiş və həmin sənədlərin nə olduğunu o, sonradan bilmişdir. Belə ki, o, Şahid6 torpaq sahəsinin sənədlərini gətirmiş və həmin sənədləri Hatəm götürmüşdür. 2020-ci ilin dekabr ayında Qala qəsəbəsində olan zaman Hatəm ona zəng vurub evinə çağırmışdır. O, Hatəmin evinə çatanda, Mehmanın da qırmızı rəngli maşını ilə oraya gəldiyini görmüşdür. Hatəm çölə çıxıb Mehmanla görüşmüş və Mehman əlində olan sənədləri Hatəmə vermişdir. Hatəm də həmin sənədləri ona verib kserosurətlərini çıxartmağını, əslilərini isə Mehmana qaytaracağını bildirmişdir. O da həmin sənədləri Mərdəkana aparıb kserokopiya etmiş və həmin vaxt sənədlərin torpaq şəhadətnəmaləri olduğunu görmüşdür. Həmin sənədlərdən biri Hatəmin atası Namiq İbrahimovun adına olmuşdur. O, digər torpaq şəhadətnamələrində olan adları tanımamışdır. O, sənədləri kserokopiya etdikdən sonra Mehmanın mobil telefon nömrəsinə öz mobil telefon nömrəsindən zəng vurub sənədlərin Mehmana qaytarmaq istədiyini bildirmişdir. Sonra o, Qala qəsəbəsində Mehmanla görüşüb sənədləri həmin vaxt Mehmana vermiş, həmin sənədlərin kserosurətlərini isə sonradan Hatəmə qaytarmışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2020-ci ilin iyun ayında tanışı Şahid4 ilə söhbət edərkən adi danışıq zamanı torpaq sahəsi almaq istədiyini bildirmiş, Kamil isə tanışı Təqsirləndirilən şəxs1 torpaq sahəsi almaqda ona köməklik edə biləcəyini demişdir. Həmin vaxta qədər o, Mehmanı ümumi olaraq qiyabi tanımış, ancaq yaxından heç vaxt ünsiyyəti olmamışdır. Kamilin deməsinə əsasən onlar üçü birlikdə görüşmüşlər və Mehman Xəzər rayonu ərazisində Qala qəsəbəsində 24 sot torpaq sahəsini göstərib oranı sənədləşdirə biləcəyini demişdir. Mehman sənədləşdirmə işlərini özünün rahatlıqla həll edə biləcəyini demişdir. Bunun üçün ondan 30.000 (otuz min) manat pul istəmiş, sonradan onlar danışıq aparıb 25.000 manata razılaşmışlar. Bu danışıqdan 3-4 gündən sonra 2020-ci ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı tarixdə o, Şahid4 və tanışı Şahid3 ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 özünə 20.000 manat vermişdir. Mehman ağ rəngli, hazırda markasını və nömrəsini xatırlamadığı maşınla gəlmişdir. O, Mehmanın maşınına əyləşib 8.000 ABŞ dolları və 6.400 manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat pulu Mehmana vermiş, Mehman pulu onun yanında olan şəxslərin yanında sayıb götürmüş və 10-15 gün ərzində torpaq sahəsinin sənədlərini, yəni mülkiyyət hüququna dair çıxarışı verəcəyini demişdir. Bunun üçün o, atasının şəxsiyyət vəsiqəsini Mehmana vermiş, 20.000 manatı verib qalan 5.000 manatı da sənəd alındıqdan sonra verəcəyini demişdir. Pulu aldıqdan 1-2 həftə sonra, 2020-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə Mehman özü onun yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində evinə gələrək evin həyətində JN12139H, KOD 00300060 saylı AR DTXK Bakı şöbəsi tərəfindən verilmiş, atası X30 adına 0,24 hektar torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni” ona vermiş, bundan sonra çıxarış almaq üçün özünün müraciət edəcəyini demişdir. O, həmin sənədi notariusda təsdiqlədib təsdiq olunmuş surətini özündə saxlamış və çıxarış almaq məqsədi ilə müraciət etməsi üçün şəhadətnaməni Mehmana qaytarmış, çıxarış verildikdən sonra 5.000 manatı da verəcəyini demişdir. Bundan sonra 2020-ci ilin iyul ayında o, tanışı Şahid6 ilə söhbət edərkən Emin də Xəzər rayonu, Dübəndi qəsəbəsində 87 sot boş torpaq sahələrinin olduğunu, lakin heç bir sənədinin olmadığını bildirmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 barəsində Eminə danışmış və onun da sənədləşmə işlərinin Mehmanın həll etdiyini, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aldığını demişdir. Eminə olan şəhadətnamənin şəklini nümunə kimi çəkib göndərmiş, sənədə baxandan sonra onların torpaq sahəsinə də sənəd almaqlarını demişdir. O, bu barədə Mehmanla danışanda əvvəlcə 60.000 manat demiş, sonra 40.000 manata razılaşmışdır. 2020-ci ilin iyul ayında Eminin ona göstərdiyi torpaq sahəsini o, Mehmana göstərmişdir. Eminin verdiyi 30.000 manat pulu 2020-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə o, Şahid4 və tanışı Şahid3 ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 özünə vermişdir. Bu dəfə Mehman köhnə qırmızı rəngli VAZ 2107 markalı avtomobillə gəlmiş, pulu orada saydıqdan sonra ondan götürmüşdür. O, pulla birlikdə Eminin ona verdiyi Şahid7, Şahid9 və X31 şəxsiyyət vəsiqələrinin surətlərini də Mehmana vermişdir. O, sənədləri verdikdən 1 ay sonra 2020-ci ilin avqust ayının ikinci yarısında Mehman özü onun yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində evinə gələrək evin həyətində AR DTXK Bakı şöbəsi tərəfindən verilmiş JN17487H, KOD 00300060 saylı, Şahid7 adına 0,29 hektar torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli, JN17488H, KOD 00300060 saylı, Şahid9 adına 0,29 hektar torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli, JN17489H, KOD 00300060 saylı AR DTXK Bakı şöbəsi tərəfindən verilmiş, X31 adına 0,29 hektar torpaq sahəsinin verilməsini özündə əks etdirən 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri Hatəmə vermişdir. Həmin gün də o, Emini çağırıb sənədləri sonuncuya vermiş və pulun yerdə qalan hissəsini, yəni 10.000 manatı Mehmana vermək üçün ona vermiş, o da ertəsi gün, 2020-ci ilin avqust ayının ikinci yarısında dəqiq xatırlamadığı tarixdə yenə Şahid4 və tanışı Şahid3 ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 özünə vermişdir. Bundan sonra onun Mehmana inamı artmışdır. Belə ki, o, Mehmanın verdiyi sənədlərin möhürlü dövlət sənədi olduğunu görüb Mehmana inanmışdır. Birlikdə iş gördüyü şəxs, şəriki Şahid5 ilə danışarkən söhbət əsnasında, o da Suraxanı rayonu, Zığ qəsəbəsində 7 sot torpaq sahəsinin olduğunu demiş, lakin sənədinin olmadığını bildirmişdir. 2020-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Tahir özü onun telefonunda “Votsap” vasitəsilə Mehmanla danışıb məsələni bildirmiş, 7 sot torpaq sahəsinə çıxarış almaq üçün 15.000 manata razılaşmışlar. Tahir 7 sot torpaq sahəsini ona göstərmiş, o da həmin torpaq sahəsini Mehmana göstərmiş və Tahirin anası X12 şəxsiyyət vəsiqəsinin surətini Mehmana vermişdir. Danışıq baş tutduqdan 1-2 gün sonra, 2020-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Tahirin ona verdiyi 15.000 manat pulu o, Şahid4 iştirakı ilə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 özünə vermişdir. O, pulu verdikdən 10-15 gün ərzində Mehman X2 adına JN12137H, KOD 00300060 saylı şəhadətnaməni vermiş, o da həmin sənədi Tahirə vermişdir. Bundan sonra 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 ondan Xəzər rayonunda olan 37 sot torpaq sahəsini onun adına sənədləşdirməsi üçün 50.000 manat istəmiş, lakin danışıb 40.000 manata razılaşmışlar. Mehmanla birlikdə Mərdəkanda, Buzovna qəsəbəsinə birləşən hissəsində iki tərəfi çəpərə alınmış 37 sot torpaq sahəsini ona göstərib sata biləcəyini demişdir. Razılaşdıqdan sonra 2020-ci ilin oktyabr-noyabr aylarında dəqiq xatırlamadığı tarixdə 8.000 manat pulu o, Şahid4 iştirakı ilə Xəzər rayonu, Qala qəsəbəsində Bələdiyyənin yaxınlığında yerləşən kafenin həyətində Mehmana vermişdir. Həmin vaxt onlar üç nəfər olmuşlar. Bundan 5-6 gün sonra Abşeron rayonu, Masazır qəsəbəsi, “Bazarstore” supermarketlə üzbəüz “Tripalma” restoranının həyətində sürücü ilə birlikdə gələn Təqsirləndirilən şəxs1 şəxsən özünə 13.000 manat vermiş, 20 gün ərzində sənədləri verəcəyini demişdir. Həmin vaxt Mehman tələsmiş və ona görə də pulu götürdükdən sonra heç saymadan götürüb getmişdir. Bundan sonra o, Mehmanla dəfələrlə əlaqə saxlamış, sonuncu onu müxtəlif bəhanələrlə yubatmışdır. Daha sonra Mehman telefonunu da söndürmüş və bundan sonra Mehmana zəng çatmamışdır. O, Təqsirləndirilən şəxs1 verdiyi bütün sənədlərin, şəhadətnamələrin saxta olduğunu sonradan bilmişdir. Daha sonra o, özü maraqlandıqda X58 Zaur Elburus oğlu adında şəxslə birlikdə iş gördüyünü öyrənmişdir. 2020-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə o, Xəzər rayonu, Şağan qəsəbəsində 37 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün Zaurun Nərimanov rayonunda yerləşən ofisinə getmiş, orada Zaur ona ümumi tanışlıq verib bu məsələni 20.000 manata həll edə biləcəyini demişdir. Sonra o, Zaurla birlikdə gedib həmin yerə də baxmışdır. 2020-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə o, tanışı Şahid2 yanında yenə Zaurun Nərimanov rayonunda yerləşən ofisinə gedib 13.000 manat pulu Xəzər rayonunda 37 sot torpaq sahəsinə çıxarış almaq üçün Zaura sayıb vermişdir. Həmin torpaq sahəsinin Naxçıvandan olan tanışı X76 adına sənədləşdirilməsini demişdir. Əvəz Əhmədovun ona verdiyi etibarnamə əsasında sənədləşmə işlərində o, iştirak etmiş, 13.000 manat pulu verdikdən bir ay sonra, 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində Zaur öz ofisində ona 2019-cu il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində torpaq sahəsində inşa ediləcək üçmərtəbəli fərdi yaşayış evinin planını vermişdir. Həmin sənədlər və başqa bir neçə sənədi o, araşdırma zamanı Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. Həmin sənədləşmələrlə bağlı nə o, nə də Əvəz Hüseynov heç bir rəsmi sənədə imza etməmişlər. Sadəcə olaraq o, Əvəzin şəxsiyyət vəsiqəsinin surətini Zaura vermiş və gələcəkdə lazım ola bilər deyə Əvəz ona etibarnamə vermişdir. Bundan başqa, onların arasında yaranan münasibətlə əlaqədar o, Zaura 2021-ci ilin mart-aprel aylarında ümumilikdə 22.500 manat borca pul vermiş, borcun əvəzi kimi Zaur ona 14.500 manat dəyərində maşın vermiş, 8.000 manatı isə hələ də borc kimi qalmışdır. Sonra Emin ondan torpaq sahəsinin sənədləri ilə maraqlandıqda o, Emini 2020-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə Zaurun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisinə aparıb Zaurla tanış etmiş, ofisdə Emin özü əlavə olaraq Dübəndi qəsəbəsində 87 sot torpaq sahəsinin sənədləşdirilməsinə görə 6.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəhadətnamələrin əslilərini o, Mehmanın özünə qaytarmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şahid1 15 ildir ki, tanıyır. Onların arasında heç bir ədavət, düşmənçilik olmamış, eləcə də onlar qohum deyillər. 2020-ci ilin sonlarında Hatəm maşınla götürüb Xəzər rayonunda Buzovnaya getməyi demiş, o da Hatəmi götürüb Xəzər rayonunda Buzovna yolunun üstündə bir yerə getmiş, gedərkən gedəcəyi yerə 1 km qalmış sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs də gəlmişdir. Hatəm maşından düşüb Zaurla birlikdə sonuncunun qara rəngli markasını xatırlamadığı və nömrəsinə diqqət etmədiyi maşınına əyləşib birlikdə hansısa torpaq sahəsinə baxmağa getmişdir. O da maşının içərisində yol kənarında Hatəmgili gözləmişdir. Hatəmlə Zaur yarım saatdan sonra birlikdə qayıtmışlar və onun içərisində olduğu maşına əyləşmişlər. Onlar arasında olan söhbətdən o, başa düşmüşdür ki, Hatəmlə Zaur torpaq sahəsinə sənəd almaq üçün danışmışlar. Hatəm Zaurdan sənəd verə bilib-bilməyəcəyini soruşduqda, Zaur Hatəmə bütöv paket sənəd verəcəyini, həmin sənədlərin içərisində hər şey olacağını demişdir. O, Hatəmgilin pul söhbəti edib-etmədiklərini dəqiq xatırlamır. Zaur sadəcə əmanəti nə vaxt verəcəyini soruşduqda, Hatəm 1-2 günə verəcəyini demişdir. Bu söhbətdən 2 gün sonra, 2020-ci ilin sonlarında o, Hatəmlə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi, “Dəyirman” kafesinin qarşısında 13.000 manat pulu sayaraq Təqsirləndirilən şəxs2 vermiş, Zaur da pulu götürmüş və sağollaşıb getmişlər. Zaur da sənədləşmə üçün həmin gündən işə başlayacağını demiş, lakin kiminlə, nə formada iş görəcəyi barədə heç bir şey deməmişdir. Bundan 3-4 ay sonra Hatəm ona Zaura bundan başqa, 22.500 manat borca pul verdiyini demişdir. Hatəm onu gedib Zaurun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisində sonuncudan pul alması üçün göndərmiş, lakin hər dəfə Zaur müxtəlif bəhanələrlə borcu verməkdən yayınmışdır. Həmçinin Hatəmin deməsinə görə o, sonradan bilmişdir ki, Zaur torpaq sahəsinin sənədləşməsi ilə bağlı saxta sənədlər vermişdir. Zaur 22.500 manat borcun bir hissəsinin əvəzi olaraq maşın vermişdir. Onun bu söhbətlə bağlı başqa məlumatı yoxdur. Şahid1 Təqsirləndirilən şəxs2 13.000 manat pulu Xəzər rayonu, Şağan qəsəbəsində 37 sot torpaq sahəsinə çıxarış almaq üçün 2020-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə Xəzər rayonu, Qala qəsəbəsində fəaliyyət göstərən “Dəyirman” kafesinin qarşısında onun yanında vermişdir. Həmin vaxt ancaq onlar üçü birlikdə olmuşlar, başqa kimsə olmamışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şahid1 18 ildir ki, tanıyır, sonuncu ilə hər hansı ədavəti, düşmənçiliyi, eləcə də qohumluq münasibəti olmamış, onların arasında yoldaşlıq və dostluq münasibətləri olmuşdur. O, Təqsirləndirilən şəxs1 da 5-6 ildir ki, Türkan kənd bələdiyyəsinin sədri, icra nümayəndəsinin müavini kimi ümumi tanımış, sonuncu ilə də hər hansı ədavəti, düşmənçiliyi, eləcə də qohumluq münasibəti olmamışdır. 2020-ci ilin yay aylarında söhbət əsnasında Hatəm Xəzər rayonu, Qala qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini demişdir. Həmin vaxta qədər Mehman özü kim torpaq sahəsi almaq istəsə yalnız şəxsiyyət vəsiqəsi ilə çıxarış daxil torpaq sahəsi ala biləciyini bildirmişdir. Bu onun ağlında qalmış və Hatəm ona torpaq sahəsi almaq istədiyini dedikdə, o, Mehmanla danışa biləcəyini demişdir. Həmin vaxta qədər Hatəmin özü də Mehmanı ümumi tanımışdır. Bundan sonra 2020-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə Mehman Hatəm və o, üçü birlikdə görüşmüşlər və Mehman Xəzər rayonu ərazisində Qala qəsəbəsində dəmiryolunun kənarında 24 sot torpaq sahəsini göstərib oranı sənədləşdirə biləcəyini demişdir. Danışıq zamanı Mehman həmin torpaq sahəsinin hər sotunu 1.000 manata sata biləcəyini bildirmişdir. Lakin danışıqdan sonra onlar ümumilikdə 8.000-10.000 manata razılaşmışlar. O, həmin danışıqdan 3-4 gün sonra 2020-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında Hatəm və sonuncunun tanışı Şahid3 ilə birlikdə Mehmanla görüşüb sonuncuya 2.000-3.000 manat pul vermişlər. Üzərindən vaxt keçdiyi üçün dəqiq olaraq o, nə qədər pul olduğunu xatırlamasa da, ümumi olaraq 2.000-3.000 manat pul olduğunu bilmişdir. Bundan 1-2 həftə sonra Mehman Hatəmə sonuncunun atasının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Bu söhbətdən sonra 1 ay ərzində, 2020-ci ilin yay aylarında o, Hatəmlə birlikdə Xəzər rayonu, Dübəndi qəsəbəsində Murad adlı şəxsə aid 87 sot hasara alınmış boş torpaq sahəsinin sənədləşdirmək istədiyini demişdir. Bununla bağlı Hatəmin özü Mehmanla danışıq aparmış, o, bu danışdıqların mahiyyətini bilməmişdir. X168 qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında onunla və Turalla birlikdə öz maşınında əyləşib Mehmana 30.000 manat vermiş, həmin pul 3 paçka 100 manatlıq əskinazlardan ibarət olmuşdur. O, Turalla birlikdə maşında olarkən həmin puldan 8.000-10.000 manat sayılmış, sonra o, Turalla birlikdə siqaret çəkmək üçün maşından düşmüş, bir neçə dəqiqədən sonra Mehman əlində kağıza bükülü nəyisə götürüb getmiş və o, Hatəmin maşınına oturanda necə olduğunu soruşmuş, Hatəm də 30.000 manatı Mehmana verdiyini demişdir. Bir müddət sonra Hatəm həmin torpaq sahəsinin sənədlərini Mehmanın gətirib verdiyini demişdir. 2020-ci ilin yay aylarında, daha doğrusu iyul-avqust aylarında dəqiq xatırlamadığı tarixdə Hatəm Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında onunla və Turalla birlikdə öz maşınında 10.000 manat pulu Mehmana vermiş, ancaq həmin pulun hansı torpaq sahəsinə, hansı sənədlərə görə verildiyindən onun məlumatı olmamışdır. Bundan başqa, 2020-ci ildə payız aylarında dəqiq xatırlamadığı tarixdə Xəzər rayonu, Qala qəsəbəsində Bələdiyyənin yaxınlığında yerləşən kafenin həyətində 8.000 manat pulu onun yanında Hatəm Mehmana vermiş, lakin həmin pulun da hansı torpaq sahəsinə, hansı sənədlərə görə verildiyini o, bilməmişdir. Təqsirləndirilən şəxs1 torpaq sahəsi satmağa və sənədləşdirməyə görə aldığı pullardan ona heç bir məbləğdə pul verməmişdir. Onun heç bir marağı olmamışdır. O, ancaq Hatəmlə Mehmanı bir-biri ilə yaxından tanış etmiş və sonradan Hatəmlə Mehman özləri danışıb alış-veriş etmişlər. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Şahid6 onun qardaşı oğludur. Emin 2020-ci ilin iyul ayının birinci yarısında hansısa sənədləşmə işinin keçirilməsi üçün onun şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da öz şəxsiyyət vəsiqəsinin arxasının və üz hissəsinin şəklini çəkib Eminə göndərmişdir. Bundan 3 ay sonra, yəni 2020-ci ilin oktyabr ayında Emin onlara gələrək Xəzər rayonu, Dübəndi qəsəbəsi, Bağlar massivində olan torpaq sahəsinə çıxarış almaq üçün formal olaraq kiminsə adını qeydiyyata almaq lazım olduğunu, bunun üçün onun da adının orada qeyd etdirdiyini demişdir. Hazırda onun adına hansısa sənədin artıq verildiyini, lakin çıxarış almaq üçün həmin sənədlərlə harasa müraciət etmək lazım olduğunu bildirmiş, bunun üçün də artıq əziyyət çəkməməsi və onun adına olan sənədlərlə aidiyyəti dövlət orqanına müraciət etmək üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən 15 saylı notariat ofisinin xüsusi notariusu X64 iştirakı ilə xx.xx.2020-ci il tarixdə o, Eminə həmin tarixli 162875 №-li etibarnamə vermişdir. Bundan başqa, Eminin hara müraciət etməsi, nə cavab almasından onun xəbəri olmamış, o, yalnız sonradan sənədlərin saxta olduğunu bilmişdir. Onun adına olan JN17487H, KOD 00300060 saylı, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni o, ilk dəfə istintaq vaxtı görmüşdür. O, belə bir sənəd almaq üçün heç yerə müraciət etməmişdir. Şahid X31 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, anası Şahid9 və oğlu Şahid6lə birlikdə yaşayır. Onların Xəzər rayonu, Dübəndi qəsəbəsi, Bağlar massivində 87 sot çəpərə alınmış boş torpaq sahəsi olmuşdur. Emin həmin torpaq sahəsinə çıxarış almaq üçün 2020-ci ilin iyul ayının birinci yarısında onun, onun anası Şahid9 və onun baldızı Şahid7 şəxsiyyət vəsiqələrinin şəkillərini kiməsə göndərmişdir. Sənədləşmə işinin həll edilməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində 16.500 ABŞ dolları, 1.950 manat olmaqla, ümumilikdə 30.000 manat pulu Emin aparıb sonradan adının Hatəm olduğunu bildiyi şəxsə vermişdir. Bundan 3 ay sonra, 2020-ci ilin oktyabr ayında Emin Xəzər rayonu, Dübəndi qəsəbəsi, Bağlar massivində olan torpaq sahəsinə çıxarış almaq üçün formal olaraq kiminsə adını qeydiyyata almaq lazım olduğunu, bunun üçün onun da adını orada qeyd etdirdiyini demişdir. Hazırda onun adına hansısa sənədin artıq verildiyini, lakin çıxarış almaq üçün həmin sənədlərlə harasa müraciət etmək lazım olduğunu bildirmişdir. Bunun üçün də artıq əziyyət çəkməməsi və onun adına olan sənədlərlə aidiyyəti dövlət orqanına müraciət etmək üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən 15 saylı notariat ofisinin xüsusi notariusu X64 iştirakı ilə xx.xx.2020-ci il tarixdə o, Eminə həmin tarixli 162872 №-li etibarnamə vermişdir. Bundan başqa, Emin həmin sənədlərlə 4 saylı ASAN xidmətə müraciət etmiş, lakin oradan imtina cavabı gəlmişdir. Bundan sonra onlar sənədlərin saxta olduğunu bilmişlər. Onun adına olan JN17489H, KOD 00300060 saylı, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni Emin evə gətirəndə o, görmüş, lakin həmin sənədlə vağlı o, heç vaxt heç bir orqana müraciət etməmiş, eləcə də heç yerə imza etməmiş, ancaq Emin müraciət edərək həmin sənədləri almışdır. O, Təqsirləndirilən şəxs1 tanımamış, eləcə də sonuncunun adını eşitməmişdir. O, Hatəm adında şəxsin adını eşitsə də, həmin şəxsin üzünü görməmişdir. Şahid10 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1lə 2005-ci ildə ailə həyatı qurmuşdur. Mehman 2018-2019-cu illərdə Türkan qəsəbəsində bələdiyyə sədri işləmişdir. Mehmanın iş fəaliyyətindən onun hər hansı formada məlumatı olmamışdır. 2020-ci ilin yay aylarından etibarən Mehman işlərinin qaydasında getmədiyini ona demişdir. Həmin vaxtlarda Mehman heç yerdə işləməmişdir. 2020-ci ilin oktyabr ayının 2-dən etibarən Mehman işlə əlaqədar problemlərinin olduğunu, ona görə də bir müddət ortada görünmək istəmədiyini deyib evdən çıxıb getmişdir. Mehman arada gizli nömrələrdən zəng edib onlarla danışmışdır. Mehmanın hansısa dələduzluq əməllərinə görə axtarışda olduğunu və ona görə qaçıb gizləndiyini o, sonradan bilmişdir. Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayının 10-da Türkan qəsəbəsində yaşadığı evə gəldiyi gün polislər tərəfindən tutulmuşdur. 2020-ci ilin oktyabr ayında Mehman axtarışda olarkən Hatəm və Kamil adında şəxslər 3-4 dəfə onların evinə gəlib Mehmanı soruşmuşlar, həmin vaxtlarda o, həmin şəxslərlə heç vaxt ünsiyyətdə olmamışdır. Bir dəfə o, oğlu Hüseynlə qapıda danışarkən arxadakı evdən həmin şəxslərin səsini eşitmişdir. Onda həmin şəxs Hüseynə “atan haradadır, bizə 16.000 manat verəcəyi var” demişdir. Bundan başqa, həmin şəxslər onun qayınanası Gülzar Ağayeva ilə də bir dəfə danışmışlar və Gülzardan da Mehmanın harada olduğunu soruşmuşlar. Ancaq həmin şəxslər Gülzarla danışarkən pul barəsində heç bir şey deməmişlər. Mehman axtarışda olduğu müddətdə Mehman bir dəfə onunla danışarkən o, Hatəm və Kamil adında şəxslərin bir neçə dəfə pula görə onların qapısına gəldiklərini və Mehmanın 16.000 manat pul verməli olduğunu dediklərini bildirmişdir. Həmin vaxt Mehman Hatəmin pulunun çatdırıldığını, artıq bir də onları narahat etməyəcəyini demişdir. Həqiqətən də bundan sonra Hatəmgil bir də onların qapısına gəlməmişlər. Təqsirləndirilən şəxs1 axtarışa verilməmişdən qabaq evə heç bir sənəd gətirməmiş, evdə özü heç bir sənəd hazırlamamışdır. Hatəm və Kamil onların evinə 2020-ci ilin sonlarında gəlmişlər. Həmin vaxtlarda o, şəxsən həmin şəxslərlə ünsiyyətdə olmasa da, oğlu Hüseynlə danışarkən 13.000 manat deyil, 16.000 manat borcunun olduğunu dediyini eşitmişdir. Şahid11 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ailə qurana qədər ünvan 13 ünvanında öz ailəsi ilə birlikdə yaşamışdır. Ailədə ondan başqa böyük, 1988-ci il təvəllüdlü qardaşı Elçin Ağayev olmuşdur. 2020-ci ilin dekabr ayının 1-də anası, 1967-ci il təvəllüdlü Ağayeva Hicran Şirbala qızı, bu hadisədən bir həftə sonra, dekabr ayının 8-də atası, 1959-cu il təvəllüdlü X1 rəhmətə getmişdir. Atası orta təhsilli olub və heç vaxt məhkumluğu olmamışdır. Rəsmi olaraq heç yerdə işləməmiş, maşın alveri ilə, bundan başqa, kənd ərazisində əkin işləri ilə də məşğul olmuşdur. Qardaşı Elçin 2015-ci ildə ailə həyatı qurmuş, 2018-ci ildə rəsmi olaraq boşanmışdır. Atası sağlığında ancaq maşın alveri ilə məşğul olmuş, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmamış, eləcə də hər hansı torpaq sahələrinin sənədləşdirilməsi üçün atasına müraciət edən olmamışdır. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Ailə qurmamışdan əvvəl də onun Mehmanla elə də yaxın münasibətləri olmamış, onlar ancaq xeyir-şər məclislərində görüşmüşlər, evləndikdən sonra da demək olar ki, onların əlaqələri olmamışdır. Mehmanın onun atası ilə də münasibəti ancaq qohum kimi olmuşdur, Mehmanla onun atası arasında sıx əlaqələr və yaxın münasibətlər olmamışdır. Onun atası sağlığında hər hansı sənədin hazırlanmasında iştirak etməmişdir. Bunun üçün onun atasının əlaqələri, eləcə də xüsusi biliyi olmamışdır. O, Şahid7, Şahid9, X77, X79, X22 tanımır, eləcə də atasının da sağlığında həmin şəxsləri tanımış ola biləcəyinə inanmır. Şahid14 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1998-ci ildən 2020-ci ilin avqust ayınadək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 33 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş, hazırda isə təqaüddədir. Rəhbəri olduğu notariat kontorunun əsas fəaliyyəti Xəzər rayonunun Zirə, Türkan, Pirallahı qəsəbəsində yaşayan sakinlər üçün etibarnamələrin verilməsi, müqavilələrin təsdiqlənməsi, qanun və vəsiyyət üzrə şəhadətnamələrin verilməsi və sair notariat işlərinin aparılmasından ibarət olmuşdur. Notariat kontorunda notarius olaraq onun əsas vəzifəsi isə notariat kontoruna müraciət etmiş şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirməklə zəruri sənədlərin (etibarnamələrin, vərəsəlik üzrə şəhadətnamələrin və sair sənədlərin) möhür vurmaqla həmin sənədlərin qeyd olunan şəxslərə verilməsindən ibarət olmuşdur. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi”, “Bakı şəhəri”, “Otuz üç saylı dövlət notariat ofisi”, “Dövlət notariusu Şahid14” oğlu sözləri yazılmış möhür vəzifəyə təyin olunduğu zaman ona təhvil verilmişdir. Həmin möhürdən istifadə yalnız ona aid olmaqla, hər zaman onun otağında olan seyfdə saxlanılmışdır. O, Çingiz Səfərovu Notariat kontoruna müraciət edən şəxslərdən biri kimi tanımış, sonuncu ilə yaxın münasibəti olmamışdır. 2017-ci il tarixdə Çingiz Səfərov etibarnamələr əsasında X35 və X36 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri təhvil almışdır. Həmin şəhadətnamələrin verilməsi ilə bağlı Notariat kontoruna Əlihüseyn Atayevin adına etibarnamə əsasında Çingiz Səfərov, Ülviyyə Şabanova ilə bağlı isə özünün ərizəsi əsasında vərəsəlik işi başlanmışdır. Həmin vərəsəlik işinə qeyd olunan şəxslərin ərizələri, etibarnamələr, ölüm və doğum haqqında şəhadətnamələrin kserosurətləri, icra nümayəndəliyindən arayışlar, bağ müqavilələrinin kserosurətləri və daşınmaz əmlak barədə çıxarış əlavə edilmişdir. 2017-ci ildə X142 Şabanova və Əzizxanım Atayevanın ölmələrinə dair şəhadətnamələrin əslilərini və digər sənədləri ona təqdim etmiş, o da həmin sənədlərin kserosurətlərini möhürlə təsdiq edərək vərəsəlik işinə əlavə etmiş, əslilərini isə özünə qaytarmışdır. Həmin vaxt Çingiz ona Ülviyyə Şabanova ilə bağlı X80, X112, X50 ölüm haqqında şəhadətnamələrinin və X9 doğum haqqında şəhadətnaməsinin əslilərini təqdim etmişdir. O, şəhadətnamələrin əslilərinə nəzər yetirdikdən sonra həmin şəhadətnamələrin kserosurətlərini çıxarmışdır. Həmin vaxt o, Xumara Şabanovanın şəhadətnaməsinin saxta deyil, həqiqi olmasına inanmışdır. Əlihüseyn Atayevin vərəsəlik işində də X153 Atayevlə Əzizxanımın nikah haqqında şəhadətnaməsini, Əlihüseyn Atayevin doğum, İsbat Atayevin və Əzizxanım Atayevanın ölüm haqqında şəhadətnamələrinin əslilərini təqdim etmişdir. O, həmin qaydada şəhadətnamələrin əslilərinə nəzər yetirdikdən sonra həmin şəhadətnamələrin kserosurətlərini çıxarmış, Əzizxanım Atayevanın şəhadətnaməsinin saxta deyil, həqiqi olmasına inanmışdır. O, Qərib Nadirovun da notariat kontoruna müraciət edən şəxslərdən biri kimi tanımış, sonuncu ilə yaxın münasibəti olmamışdır. O, Qəribi notariat kontoruna müraciət edən şəxslərdən biri kimi tanımış,sonuncu ilə yaxın münasibəti olmamışdır. Vərəsəlik işində özü ərizə ilə müraciət etmiş, Şahid15 işində X154 qəsəbəsində bələdiyyə sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1lə birgə gələrək ərizə yazmış, Zülalə Cəfərovanın vərəsəlik işində etibarnamə əsasında Aysel Cəfərova ərizə ilə müraciət etmiş, daha sonra gəlib təhvil almışlar. Həmin sənədlərin saxta olması ilə bağlı onun heç bir məlumatı olmamış və o, həmin sənədlərin həqiqi olmasına inanmışdır. Şahid15 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2019cu ilin təxminən yaz aylarında dəqiq xatırlamadığı gündə Türkan bələdiyyəsinin sədri vəzifəsində işləyən qonşusu Təqsirləndirilən şəxs1 ona “şəxsiyyət vəsiqəni ver, bələdiyyənin balansında olan bağ sahələrindən birini sənin adına sənədləşdirək, gələcəkdə ya özümüz istifadə edərik, ya da ki, satıb pulunu öz aramızda bölərik” demişdir. O, Təqsirləndirilən şəxs1lə qonşu olduğundan, eləcə də Mehman həmin vaxt bələdiyyə sədri vəzifəsində işlədiyindən o, Mehmana inanmışdır. Həmin ərəfədə təxminən bir neçə gün sonra Mehman onunla əlaqə saxlayaraq gəlib onu Türkan qəsəbəsində yaşadığı evin qarşısından götürmüşdür. Həmin vaxt Mehman Türkan qəsəbə sakini olan “Elşən” adı ilə tanınan X59 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə gəlmişdir. Onun Mehmanla münasibəti olsa da, onunla Qərib arasında yalnız salam-sağol olmuşdur. Daha sonra onlar üçü birlikdə Qəribin idarə etdiyi ağ rəngli nömrəsini xatırlamadığı “Priora” markalı avtomobillə Zirə qəsəbəsində yerləşən 33 saylı notariusa getmişlər. Əvvəlcə o, avtomobildə gözləmiş, sonra Mehman ondan şəxsiyyət vəsiqəsini alıb Qəriblə birlikdə avtomobildən düşüb Zirə icra nümayəndəliyinin inzibati binasında yerləşən notariat ofisinə getmişdir. Təxminən 30-40 dəqiqədən sonra Mehman ona zəng edib içəri çağırmış və bütün sənədləri hazırlatdığını, həmin sənədlərə yalnız qol çəkəcəyini bildirmişdir. O, içəri girəndə Qərib və Mehmanın yanında tanımadığı şəxslərlə dayanıb söhbət etdiklərini görmüş, Mehman notariusun otağını göstərib içəri girərək razı olduğunu bildirməyini və notariusun verəcəyi sənədləri imza etməyini söyləmişdir. O da notariusun otağına tək girmiş, orada yaşlı kişi olan adını bilmədiyi və əvvəllər tanımadığı notarius ona bir neçə ədəd sənəd vermiş və notariusun göstərdiyi yerlərə imza etmişdir. O, həmin sənədlərdə yazılanları oxumamış, notarius özü də ona həmin sənədlərin məzmununda yazılanları izah etməmiş, sadəcə olaraq notarius ondan “bu işə razısan ?” deyə soruşmuş, o da etirazı olmadığını söyləyərək notariusun təqdim etdiyi bir neçə sənəddə göstərdiyi yerlərə öz imzasını atmışdır. O, sənədləri imzaladıqdan sonra otaqdan çıxmış, həmin vaxt Mehmanla Qərib dəhlizdə olmuşlar. Mehman ona çöldə gözləməyini söyləmiş, təxminən 10-15 dəqiqədən sonra Mehman çölə çıxmış, Mehmanın arxasınca gələn tanımadığı taksi işləyən VAZ 2107 markalı nömrəsini xatırlamadığı avtomobillə Mehmanla ikisi Türkan qəsəbəsinə qayıtmışlar. Qərib onlarla qayıtmamışdır. Mehman şəxsiyyət vəsiqəsini özünə qaytararaq 0,12 hektar ölçüdə olan bağ sahəsini onun adına rəsmiləşdirdiyini söyləmiş, lakin Mehman həmin bağ sahəsinin yerini ona göstərməmiş və harada yerləşməsini də bildirməmişdir. Həmin işə görə Mehman ona heç bir məbləğdə pul verməmiş, eləcə də ondan hər hansı bir məbləğdə pul almamışdır. Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 33 saylı dövlət notariat ofisinin dövlət notariusu tərəfindən qeydiyyatda alınmış xx.xx.2019-cu il tarixli məzmununda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 222 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən istifadə etməyi, üzərində sərəncam verməyi və sair hüquqları onun adından həyata keçirməyi 50 il müddətinə X37 etibar etməsi, həmin səlahiyyətlərin başqa şəxsə verilməsinə dair razılıq verməsi barədə məlumatlar əks olunmuş etibarnamədə, həmçinin onun adından 33 saylı dövlət notariat kontoruna ünvanlanmış 03 aprel 2019-cu il tarixli ərizədə imzalar və yazılar onun tərəfindən icra edilsə də, o, həmin etibarnamənin və ərizənin məzmununu oxumadan imza etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq bələdiyyənin balansında olan 0,12 hektar bağ sahəsini onun adına keçirmək üçün onu həmin notariusa aparmış və oxumadığı sənədləri imzalamağını bildirmişdir. O, həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 222 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı Qərib Nadirova etibarnamə verdiyini bilməmişdir. O, mərhum X51 tanımır, elə bir qohumu və ya tanışı yoxdur, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 222 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsinin yerləşdiyi ərazini tanımır, heç bir zaman Türkan qəsəbəsində ümumiyyətlə bağ sahələri olmamış və hal-hazırda da yoxdur. O, X144 qəsəbəsində hamı kimi “Elşən” adı ilə tanıdığı üçün həmin şəxsin əsl ad və soyadının Qərib Nadirov olmasını istintaqa ilkin ifadəsini verdikdən sonra maraqlandıqda müəyyən etmiş, ona görə də ilkin ifadəsində onu tanımadığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatlarını, elan olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyul 2012-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 8, iş vərəqə 3-10) görünür ki, X100 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş və ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (Razim Hüseynovun Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Türkiyə Respublikasının vətəndaşı Murad Odunçunun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə sonuncuya 16.076 manat məbləğində ziyanın vurulması ilə bağlı ittiham üzrə çıxarılmış məhkəmə hökmü). 20 noyabr 2020-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 117) görünür ki, X38 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 2015-2020-ci illər ərzində, eləcə də 2019-cu ilin iyun-iyul ayları ərzində çoxsaylı telefon danışıqları olmuş, lakin bu danışıqların nədən ibarət olması və hansı məsələlərlə əlaqədar olması müəyyən edilmir. 05 yanvar 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 131) görünür ki, X68 və X39 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində bilə-bilə saxta sənədlərdən istifadə etməklə külli miqdarda əmlakları ələ keçirmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan cinayət işi icraata götürülmüşdür. 16 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/306 nömrəli ekspertiza rəyindən (cild 4, iş vərəqə 84-89) görünür ki, ekspertizaya təqdim edilmiş X78 adına olan xx.xx.2017-ci il tarixli 595 nömrəli arayışdakı yazılar həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza və X34 adına olan xx.xx.2017-ci il tarixli 607 nömrəli arayışdakı yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza X23 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X6 adına olan xx.xx.2019-cu il tarixli 309 nömrəli arayışdakı yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza, X26 adına olan xx.xx.2019-cu il tarixli 412 nömrəli arayışdakı yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza, X27 adına olan xx.xx.2019-cu il tarixli 537 nömrəli arayışdakı yazılar, həmin arayışda “R.Babayev” yazısı qarşısında “Baba” yazısından ibarət olan imza - X121 tərəfindən yox, X23 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. 16 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/251 nömrəli ekspertiza rəyindən (cild 4, iş vərəqə 171-182) görünür ki, tədqiqata təqdim edilmiş X27 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019cu il tarixli 1028 nömrəli, X74 və X52 nikah faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1038 nömrəli, X48 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1027 nömrəli, X75 doğum faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1029 nömrəli, X16 və X28 nikah faktı qeydə qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1033 nömrəli, X29 doğum faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1040 nömrəli, X7 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1030 nömrəli, X15 doğum faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 1034 nömrəli, X6 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 216 nömrəli, X70 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 217 nömrəli, X136 və X46 nikah faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 224 nömrəli, X71 doğum faktı qeydə alınmadı haqqında xx.xx.2019-cu il tarixli 403 nömrəli, X40 ölüm faktı qeydə alınması haqqında xx.xx.2017-ci il tarixli 176 nömrəli, X40 doğum faktı qeydə alınması haqqında xx.xx.2017-ci il tarixli 172 nömrəli, X78 ölüm faktı qeydə alınması haqqında xx.xx.2017-ci il tarixli 198 nömrəli, X10 doğum faktı qeydə alınması haqqında xx.xx.2017-ci il tarixli 175 nömrəli, X26 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 578 nömrəli, Hüseynova Xavərin ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 579 nömrəli, X45 və X44 nikah faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 586 nömrəli, X81 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 584 nömrəli, X44 doğum faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 581 nömrəli, Zərərçəkmiş şəxs4 doğum faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 583 nömrəli, Zərərçəkmiş şəxs4 ölüm faktı qeydə alınması haqqında xx.xx.2019-cu il tarixli 587 nömrəli arayışlarının surətlərinin, X82 doğum haqqında xx.xx.1987-ci il tarixli Xİİ-JQ 337517 nömrəli, X50 ölüm haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 608859 nömrəli, X14 ölüm haqqında xx.xx.2006-cı il tarixli AZ-İ 193555 nömrəli, X53 ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 326829 nömrəli, X36 doğum haqqında xx.xx.1971-ci il tarixli AZB 064104 nömrəli, X53 və X11 nigah haqqında xx.xx.1961-ci il tarixli ll-İE 261662 nömrəli şəhadətnamələrinin surətlərinin, X61 AZE 09695660 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 07 aprel 2021-ci il tarixli Xəzər rayon Türkan Bələdiyyəsinin 19 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2015-ci ildə Xəzər rayon Türkan Bələdiyyəsinə sədr müavini, 25 sentyabr 2018-ci il tarixdə Xəzər rayon Türkan Bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmiş, 23 dekabr 2019-cu ildə isə səlahiyyət müddəti bitdiyindən onun bələdiyyə üzvlüyünə xitam verilmişdir. 09 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 5, iş vərəqə 189-193) görünür ki, 10 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2 və 32.4,308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 10 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 119-126) görünür ki, X68 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 32.4,313, 32.4,308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 10 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 132-135) görünür ki, Mirzəyev Eldar Babaşah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 10 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 140-143) görünür ki, X135 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/462 nömrəli ekspertiza rəyindən (cild 4, iş vərəqə 186-188) görünür ki, ekspertizaya təqdim edilmiş, X50 adına olan AZ-İ seriyalı 608859 nömrəli ölüm haqqında şəhadətnamənin, X14 adına olan AZ-İ seriyalı 193555 nömrəli ölüm haqqında şəhadətnamənin, X53 adına olan AZ-İ seriyalı 326829 nömrəli ölüm haqqında şəhadətnamənin, X40 adına olan 03 fevral 2017-ci il tarixli 176 nömrəli ölüm haqqında aktın, X40 adına olan 03 fevral 2017-ci il tarixli 172 nömrəli doğum haqqında aktın, X83 adına olan 08 fevral 2017-ci il tarixli 198 nömrəli ölüm haqqında aktın, X9 adına olan 03 fevral 2017-ci il tarixli 175 nömrəli doğum haqqında aktın, X74 və X47 adına olan 10 aprel 2019-cu il tarixli 1038 nömrəli nikah haqqında aktın, X48 adına olan 10 aprel 2019-cu il tarixli 1027 nömrəli ölüm haqqında aktın, X75 adna olan 10 aprel 2019-cu il tarixli 1040 nömrəli doğum haqqında aktın, X8 adına olan 10 aprel 2019-cu il tarixli 1030 nömrəli ölüm haqqında aktın, X24 adına olan 10 aprel 2019-cu il tarixli 1034 nömrəli doğum haqqında aktın, X70 adına olan 26 fevral 2019-cu il tarixli 217 nömrəli ölüm haqqında aktın, X71 adına olan 11 mart 2019-cu il tarixli 403 nömrəli doğum haqqında aktın, X136 və X46 adına olan 26 fevral 2019-cu il tarixli 224 nömrəli nikah haqqında aktın, X26 adına olan 28 mart 2019-cu il tarixli 578 nömrəli ölüm haqqında aktın, X45 və X44 adına olan 28 mart 2019-cu il tarixli 586 nömrəli nikah haqqında aktın, X81 adına olan 28 mart 2019-cu il tarixli 584 nömrəli ölüm haqqında aktın, X44 adına olan 28 mart 2019-cu il tarixli 581 nömrəli doğum haqqında aktın, Zərərçəkmiş şəxs4 adına olan 28 mart 2019-cu il tarixli 583 nömrəli doğum haqqında aktın, Zərərçəkmiş şəxs4 adına olan 28 mart 2019-cu il tarixli 587 nömrəli ölüm haqqında aktın, Hüseynova Xavərin adına olan 28 mart 2019-cu il tarixli 579 nömrəli ölüm haqqında aktın kserosurətlərinin arxa tərəflərində möhür əksinin üzərindəki imzalar - Şahid14 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş və X6 adına olan xx.xx.2019-cu il tarixli 309 nömrəli arayışda "Qəsəbə nümayəndəliyi" qrafasındakı "Baba" yazısından ibarət olan imza, X26 adına olan xx.xx.2019-cu il tarixli 412 nömrəli arayışda "Qəsəbə nümayəndəliyi" qrafasındakı "Baba" yazısından ibarət olan imza, X27 adına olan xx.xx.2019-cu il tarixli 537 nömrəli arayışda “R.Babayev” yazısı qarşısında "Baba" yazısından ibarət olan imza - X113 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 19 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/636 nömrəli ekspertiza rəyindən (cild 5, iş vərəqə 212-217) görünür ki, ekspertizaya təqdim edilmiş X6 adına olan xx.xx.2019-cu il tarixli 309 nömrəli arayışın kserosurətlərindəki yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza və X26 adına olan xx.xx.2019-cu il tarixli 412 nömrəli arayışın kserosurətindəki yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasındakı “Baba” yazısından ibarət olan imza və X27 adına olan xx.xx.2019-cu il tarixli 537 nömrəli arayışın kserosurətindəki yazılar, həmin arayışda “R.Babayev” yazısı qarşısında “Baba” yazısından ibarət olan imza - X59 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X15 adına olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın, X27 adına olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın, Şahid15 adına olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın və X26 adına olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın - X59 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsininin 3-ü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 10 sentyabr 2021-ci il tarixli protokoldan (cild 6, iş vərəqə 12) görünür ki, həmin gün Ağayev X66 qəsəbəsi ərazisində tutulmuşdur. 10 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 6, iş vərəqə 52-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. 20 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 6, iş vərəqə 201) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. 11 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 7, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 11 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 7, iş vərəqə 83-84) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 22 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 7, iş vərəqə 110-112) görünür ki, Şahid1 13.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 verdiyi yeri əyani şəkildə göstərmişdir. 28 dekabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 7, iş vərəqə 124-128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 13 mart 2022-ci il tarixədək uzadılmışdır. 14 fevral 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 8, iş vərəqə 76-79) görünür ki, ünvan 14 ünvanında yerləşən və Təqsirləndirilən şəxs1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. 20 fevral 2022-ci il tarixli qiymətləndirmə haqqında arayışdan (cild 8, iş vərəqə 155- 157) görünür ki, ünvan 14 ünvanında yerləşən və Təqsirləndirilən şəxs1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 43.560 manat təşkil edir. 22 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 8, iş vərəqə 115-118) görünür ki, 30 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 04 mart 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 8, iş vərəqə 144-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. 11 mart 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 8, iş vərəqə 175-180) görünür ki, həmin gün Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin vaxt Şahid1 2020-ci ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 8.000 ABŞ dolları və 6.400 manat, ümumilikdə isə 20.000 manat məbləğində pul verdiyini, Təqsirləndirilən şəxs1 isə həmin pulu onun yanında sayıb götürdüyünü və 10-15 gün ərzində torpaq sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışı verəcəyinə söz verdiyini, eləcə də Şahid6 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 87 sot boş torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın alınması üçün 2020-ci ilin iyul ayında 30.000 və 10.000 manat, iki dəfəyə ümumilikdə 40.000 manat pulu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 verdiyini, eləcə də Təqsirləndirilən şəxs1 digər cinayət əməllərini sonuncunun üzünə qarşı demişdir. 29 mart 2022-ci il tarixli protokoldan (cild 8, iş vərəqə 252) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 tutulmuşdur. 30 mart 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 8, iş vərəqə 287-289) görünür ki, həmin gün Şahid16 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin vaxt Şahid16 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs2 ondan 6.500 manat pul aldığını demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 isə Şahid16 6.500 manat aldığını etiraf etmişdir. 30 mart 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 8, iş vərəqə 302-308) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 31 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 9, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Şahid16 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 14:31-də və 14:41-də zəng edilmiş, müvafiq olaraq 27 və 07 saniyə danışıq aparılmış, həmin vaxt anten dairəsi “Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 73" və “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov 1" ünvanlarını göstərmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək ümumilikdə 111 dəfə telefon danışığı olmuşdur. Danışıq zamanı anten dairələri əsasən “Nərimanov rayonu 103 Heydər Əliyev prospekti”, “Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi” göstərir. 2, 5, 11, 13, 30 dekabr 2020-ci il, 13, 15, 17, 18, 19, 21-23, 25, 26, 28, 29 yanvar 2021-ci il tarixlərdə Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə mütəmadi telefon danışıqları olmuş, həmin vaxtlarda anten dairələri “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov 2C”, “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 B”, “Bakı şəhəri, Nərimanov rayonu, H/Əliyev prospekti 105, 1951 saylı məhəllə”, “Xəzər ray, Qala qəs, Qala- Pirallahi yolunun sağ tərəfindən” və s. göstərmişdir. Şahid1 istifadəsində olmuş digər mobil nömrə ***-***-**-** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə, saat 16:29-da 43 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi “Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, 1951 saylı məhəllə" olmuşdur. Həmin nömrə ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 3 dəfə (anten - Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, 1951 saylı məhəllə) danışıq olmuş, xx.xx.2021-ci il tarixdə 1 dəfə (eyni anten) danışıq olmuşdur. 01 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 9, iş vərəqə 11-12) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Şahid1 məxsus ***-***-**-** mobil nömrəsi arasında 06 avqust 2020 və 18 avqust 2020-ci il tarixlərdə danışıq aparılmış və həmin vaxtlarda anten dairəsi məhz Bakı şəhəri, Xəzər rayonu, Türkan kəndi ərazisini göstərmişdir. 05 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialının BA-01745-2022 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən (cild 9, iş vərəqə 79-81) görünür ki, Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 1150 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda Ağcabədi rayon Xocavənd kənd sakini X54 barəsində heç bir məlumat yoxdur. Dövlət Arxivinin Bakı Filialından Ağcabədi rayon Xocavənd kənd sakini X17 xx.xx.2020-ci il tarixli, A-226 saylı çıxış məktubu ilə heç bir sənəd göndərilməmiş və ümumiyyətlə xx.xx.2020-ci il tarixli, A-226 saylı çıxış nömrəsi mövcud deyildir. 07 aprel 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 9, iş vərəqə 62-64) görünür ki, həmin gün Şahid1 ilə Təqsirləndirilən şəxs2 Elbrus oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin vaxt Şahid1 ifadəsində göstərdiyi xüsusatları onunla bağlı olan hissədə Təqsirləndirilən şəxs2 Elbrus oğlunun üzünə qarşı demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid1 13.000 manat pul aldığını etiraf etmişdir. 07 aprel 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-196/2022 saylı qərarından (cild 9, iş vərəqə 67-72) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 07 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/415-4/503 nömrəli ekspertiza rəyindən (cild 9, iş vərəqə 88-94) görünür ki, tədqiqata təqdim edilmiş Şahid7 adına JN17487H, KOD 00300060 nömrəli, Şahid9 adına JN17488H, KOD 00300060 nömrəli, X31 adına JN17489H, KOD 00300060 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X30 adına JN12139H, KOD 00300060 nömrəli, X12 adına JN16361D, KOD 00400036 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr surətlərindəki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş Şahid7 adına JN17487H, KOD 00300060 nömrəli, Şahid9 adına JN17488H, KOD 00300060 nömrəli, X55 adına JN17489H, KOD 00300060 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrində olan möhür əksləri ekspertizaya təqdim edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun möhürlərinin sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Məhkəməxətşünaslıq ekspertizası üzrə: Ekspertizaya təqdim olunmuş, Şahid7 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17487H, KOD 00300060 saylı şəhadətnamədə yazılan “1476/1” rəqəmləri, Şahid9 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17488H, KOD 00300060 saylı şəhadətnamədə olan yazılan “1438/2” rəqəmlən, X31 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17489H, KOD 00300060 saylı şəhadətnamədə yazılan “1493/1” rəqəmləri - Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X65 tərəfindən yox, X94 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və Şahid7 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17487H, KOD 00300060 saylı şəhadətnamədə “N.Məlikov” və “F.Cəfərov” qrafalarındakı imzalar, Şahid9 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17488H, KOD 00300060 saylı şəhadətnamədə “N.Məlikov” və “F.Cəfərov” qrafalarındakı imzalar, X31 adına 0,29 hektar bağ sahəsinin verilməsini özündə əks etdirən JN17489H, KOD 00300060 saylı şəhadətnamədə “N.Məlikov” və “F.Cəfərov” qrafalarındakı imzalar, X12 adına 0,07 hektar həyətyanı sahənin verilməsini özündə əks etdirən JN16361D, KOD 00300060 saylı şəhadətnamənin kserosurətində “N.Məlikov” və “F.Cəfərov” qrafalarında əks olunan imzalar - X94 tərəfindən yox, X65 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və “vətəndaş X91 Şağan qəsəbəsində sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması haqqında” keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 143 nömrəli sərəncamında göstərilən həmin torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətində əks olunan yazılar, Şağan qəsəbəsinin şimal-şərqində istifadəsiz qalmış 37.88 sot boş sahənin əhaliyə xidmət göstərmək məqsədilə istifadə etmək üçün icarəyə verilməsinə dair X111 ilə Bakı şəhəri, Zərərçəkmiş şəxs1 arasında olan xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin kserosurətində əks olunan yazılar - Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və “vətəndaş X91 Şağan qəsəbəsində sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması haqqında” keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 143 nömrəli sərəncamında göstərilən həmin torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətində əks olunan yazılar ilə Şağan qəsəbəsinin şimal-şərqində istifadəsiz qalmış 37.88 sot boş sahənin əhaliyə xidmət göstərmək məqsədilə istifadə etmək üçün icarəyə verilməsinə dair X111 ilə Bakı şəhəri, Zərərçəkmiş şəxs1 arasında olan xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin kserosurətində əks olunan yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və “vətəndaş X91 Şağan qəsəbəsində sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması haqqında” keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 143 nömrəli sərəncamının kserosurətində “Əsli ilə duzdur” yazıları qarşısında əks olunan imza, Şağan qəsəbəsinin şimal-şərqində istifadəsiz qalmış 37.88 sot boş sahənin əhaliyə xidmət göstərmək məqsədilə istifadə etmək üçün icarəyə verilməsinə dair X111 ilə Bakı şəhəri, Zərərçəkmiş şəxs1 arasında olan xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin kserosurətində “İmza” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 08 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 9, iş vərəqə 75) görünür ki, Şahid1 məxsus ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında 06 avqust 2020 və 18 avqust 2020ci il tarixlərdə danışıq aparılmışdır. Həmin nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 2020-ci il oktyabr-noyabr tarixlərində çoxsaylı danışıqlar aparılmışdır. Həmin nömrə ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında yuxarıda qeyd olunan tarixlərdə, xüsusilə də 2020-ci ilin noyabr ayında çoxsaylı danışıqlar aparılmışdır. Həmin nömrə ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında yuxarıda qeyd olunan tarixlərdə, o cümlədən 2020-ci ilin avqust aylarında çoxsaylı danışıqlar aparılmışdır. 18 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 9, iş vərəqə 100-189) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, Şahid5 Təqsirləndirilən şəxs1 və digərlərinə 5.700 manat pul və 7.000 manat dəyərində “Tissot” markalı qızıl saat verməsi faktı öz təsdiqini tapmadığından qeyd edilən hissədə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid5 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilməsi, Şahid6, Şahid16 və Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Şahid6, Şahid16, Şahid1 və Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid16 təqdim etdiyi 1 (bir) ədəd diskin, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş disklərin cinayət işinə əlavə edilməsi qərara alınmışdır. 18 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 9, iş vərəqə 190-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. 22 aprel 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-100/2022 saylı hökmdən (cild 11, iş vərəqə 27-79) görünür ki, Təqsirləndirilən şəxs1 qeyriləri ilə (X68 və X59) qabaqcadan əlbir olan şəxs halında külli miqdarda dələduzluq cinayətinin törədilməsi ilə bağlı hissədə dövlətə vurulmuş maddi ziyan, yəni ümumilikdə 190.400 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. Başqa sözlə, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə dövlətə məxsus olan külli miqdar 105.400 manat dəyərində əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq etməsi ilə bağlı Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə (qabaqcadan əlbir olduğu X68 və X59 ilə birlikdə) dövlətə vurulmuş 105.400 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cəzalanmış, lakin ona təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. 04 may 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-110/2022 saylı hökmdən (cild 11, iş vərəqə 80-108) görünür ki, X4 Daşqın Şirbala oğlu və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir bir qrup şəxs halında cinayət törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2 və 32.4,308.2-ci maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 178.3.2 və 32.4,308.2-ci maddələri ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrim edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin ona təyin edilmiş qəti cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Bundan başqa, qeyd edilən hökmlə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməmişdir. Təqsirləndirilən şəxs2 dair tərtib edilmiş xasiyyətnamədən (cild 9, iş vərəqə 238) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. 25 iyul 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 193) görünür ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. 15 avqust 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 207) görünür ki, zərərçəkmiş şəxs X63 Təqsirləndirilən şəxs2la barışmış, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. 19 avqust 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 248-249) görünür ki, şahid qismində çıxış edən Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanınmasını məhkəmədən xahiş etmişdir. 29 avqust 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 208) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X43 Təqsirləndirilən şəxs1 ilə barışmış, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. 12 noyabr 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 282) görünür ki, Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ona tam şəkildə ödənildiyini bildirmiş, bu səbəbdən də zərərçəkmiş şəxs qismində tanınmaqdan imtina etmişdir. 14 noyabr 2022-ci il tarixli ərizədən (cild 10, iş vərəqə 283) görünür ki, Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ona tam şəkildə ödənildiyini bildirmiş, ona görə də zərərçəkmiş şəxs qismində tanınmaqdan imtina etmişdir. 05 fevral 2023-cü il tarixli ərizədən (cild 11, iş vərəqə 150) görünür ki, zərərçəkmiş şəxs Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 29 mart 2023-cü il tarixli ərizədən (cild 11, iş vərəqə 170) görünür ki, zərərçəkmiş şəxs Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ona ödənildiyini, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 01 aprel 2023-cü il tarixli ərizədən (cild 11, iş vərəqə 174) görünür ki, şahid qismində çıxış edən Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ona ödənildiyini, onun Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 20 aprel 2023-cü il tarixli ərizədən (cild 11, iş vərəqə 186) görünür ki, zərərçəkmiş şəxs Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ona ödənildiyini, onun Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X67 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şəxslərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, habelə ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla təkrarən saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etməyə təklikdə və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını, habelə əmlak hüquqlarını ələ keçirərək dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etməyə təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Həmçinin məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Xəzər rayon Türkan Bələdiyyəsində həmin bələdiyyənin sədri vəzifəsində işləmişdir. Bundan başqa, o, X68 və X59 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə dövlətə məxsus külli miqdarda, yəni 105.400 manat dəyərində əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olduğu X68 və X59 ilə birlikdə bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmin edilməsi ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə daşınmaz əmlakın dövlət reyestri xidmətinin vəzifəli şəxslərini qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında təhrik etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid1 25.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmək niyyətində olmuş, bu niyyətini həyata keçirmək üçün 2020-ci ilin iyun-iyul aylarında Şahid1 20.000 manatını alaraq ələ keçirmiş, habelə qalan 5.000 manatı ələ keçirməyə cəhd etsə də, buna müvəffəq olmamışdır. Bununla da bu epizod üzrə Təqsirləndirilən şəxs1 bilavasitə cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda, yəni ümumilikdə 25.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında Şahid6 məxsus 40.000 manat pulu qanunsuz şəkildə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7, Şahid9 və Səriyyə Məmmədovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə maddi nemət olan 40.000 manat pulu rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmiş, özbaşına özünü Şahid1 vasitəsi ilə Şahid6 vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayon Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, istintaqla şəxsiyyətləri araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin avqust ayında Şahid5 məxsus 15.000 manat pulu dələduzluqla ələ keçirməklə Şahid5 məxsus xeyli miqdarda pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar X12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid5 təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayon Türkan bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, istintaqla şəxsiyyətləri araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir. Həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020ci ilin avqust-sentyabr aylarında Şahid1 məxsus 8.000 manat və 13.000 manat, ümumilkdə isə 21.000 manat pulunu iki dəfəyə vahid niyyətlə əvəzsiz və qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin, yəni Xəzər rayon Türkan Bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, lakin Şahid1 aldadıldığını başa düşərək əvvəlcədən sövdələşdikləri məbləği tam formada verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, etibardan sui- istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda, yəni 40.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin iyul ayında Türkiyə Respublikasının vətəndaşı olan X41 məxsus 10.000 ABŞ dolları, 8.000 ABŞ dolları və 5.000 ABŞ dolları, ümumilkdə isə 23.000 ABŞ dolları məbləğində pul vəsaitini dələduzluqla ələ keçirməklə qeyd edilən zərərçəkmiş şəxsə həmin dövrün məzənnəsi ilə 18.487,4 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin sentyabr ayında Şahid16 məxsus 5.000 manat və 1.500 manat pulu iki dəfəyə dələduzluqla ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının rüşvət müqabilində həyata keçirilməsi kimi ictimaiyyət arasında fikir formalaşdırmaqla hüquqi şəxsin - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Şahid6 aldadaraq 02 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66-70 ünvanında yerləşən ofisdə Şahid6 6.000 manat məbləğində pulunu əvəzsiz və qanunsuz olaraq alıb öz mülkiyyətinə keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid6 əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təhrik etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin dekabr ayında Şahid1 xeyli miqdar təşkil edən 13.000 manat məbləğində pulunu qanunsuz şəkildə öz mülkiyyətinə keçirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs/şəxslər tərəfindən törədilmiş əməlin/əməllərin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4, 308.2, 310, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri təsdiq edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs1, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara ayrı-ayrılıqda irəli sürülmüş ittiham üzrə təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2-ci maddələri üzrə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə bağlı ittiham üzrə məhkəmə qeyd edir ki, qeyd edilən cinayət əməllərinin törədilməsindən qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçdiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən o, qeyd edilən maddələr ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməməlidir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 2019-cu il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs2 irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə bağlı ittiham üzrə məhkəmə qeyd edir ki, o, qeyriləri ilə qabacadan əlbir olan bir qrup şəxs halında Türkiyə Respublikasının vətəndaşı X41 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 2010-cu il tarixdə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə 2020-ci ildə törətdiyindən o, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinməli, lakin qeyd edilən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr üzrə ona cəza təyin edilməməlidir. Bu hissədə məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməllərində başqa epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlaməti mövcud olduğundan və həmin epizodla bağlı əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən, yuxarıda göstərilən həmin maddə üzrə cəza təyin etməmə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə nisbətdə) ancaq zərərçəkmiş şəxs X41 aid hissədə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310 və 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evli olmalarını, hər birinin ayrı-ayrılıqda himayəsində 3 (üş) uşağının olmasını, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, ailədə yeganə qazanc gətirən şəxs olmalarını, hər birinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlətə vurulmuş 105.400 manat dəyərində ziyanın tam şəkildə ödənilməsini, yəni hazırda ittihamın qeyd edilən hissəsində ziyanın olmamasını, iş üzrə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs1 ilə barışmalarını, habelə zərərçəkmiş şəxs Şahid16 istisna olmaqla, digər zərərçəkmiş şəxslərin, eləcə də zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs2 ilə barışmalarını, Təqsirləndirilən şəxs1 aid cinayətlər üzrə bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini təqsirləndirilən şəxsin hər birinə aid hissədə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağıarlaşdıran hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eləcə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsinə aid hissədə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 312.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 308.2 və 310-cu maddələrində göstərilən cinayət əməlləri isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildirlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.4-ci maddələrinə nisbətdə başa çatmamış cinayət əməlləri, həmin Məcəllənin 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrinə nisbətdə isə başa çatmış cinayət əməlləri təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs2 əməlləri hər biri ayrı-ayrılıqda başa çatmış cinayət əməlləri təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 qeyd edilən maddələr üzrə cəza təyin edilməməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 qeyd edilən maddələr üzrə cəza təyin edilməməlidir. Lakin məhkəmə yuxarıda sadalanan və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 3 (üş) uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlətə vurulmuş 105.400 manat dəyərində ziyanın tam şəkildə dövlət nəfinə ödənilməsini, yəni hazırda ittihamın qeyd edilən hissəsində ziyanın olmamasını, habelə onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onun törətmiş olduğu cinayət əməlləri nəticəsində ziyan vurulmuş şəxslərin hamısının onunla barışmasını, ona qarşı heç kəsin şikayət və tələbinin olmamasını, eyni zamanda Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərini törətmiş X68 və X37 məhkəmələr tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini, başqa sözlə, tərəflərin bərabərliyi prinsipini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, o cümlədən Təqsirləndirilən şəxs1 1 (bir) il 7 (yeddi) aydan çox müddət ərzində həbsdə saxlanılmasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Məhkəmə belə nəticəyə gələrkən ilk növbədə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində ziyan vurulmuş şəxslərə həmin ziyanın tam şəkildə ödənilməsini, nəticədə isə zərərçəkmiş şəxslərin hamısının onunla barışmasını, habelə tərəflərin bərabərliyi prinsipini, yəni Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərini törətmiş X68 və X37 məhkəmələr tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini əsas tutmuşdur. Belə ki, eyni cinayət əməllərini törətmiş şəxslərə, yəni X68 və X37 məhkəmələr tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edildiyi halda, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməməsi eyni əsaslar üzrə müxtəlif şəxslərə ayrıseçkiliyin edilməsinə yol açacaq. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməsi onun öz ailəsi və uşaqları ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, onu və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 da Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi məsələsini müzakirə etmiş və belə nəticəyə gəlmişdir ki, o, digər Təqsirləndirilən şəxs1 fərqli olaraq bütün zərərçəkmiş şəxslərlə, daha dəqiq isə iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Şahid16 vurduğu ziyanı ödəmədiyindən, habelə qeyd edilən onunla zərərçəkmiş şəxs Şahid16 arasında barışıq əldə edilmədiyindən ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə belə nəticəyə gələrkən zərərçəkmiş şəxs Şahid16 vurulmuş ziyanın ödənilməməsini əsas tutmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri isə məhkəmə hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olan – elektron məlumat daşıyıcısı kimi rabitə vasitəsilə ötürülmüş məlumatları özündə əks etdirən 4 (dörd) ədəd disk, Şahid16 təqdim etdiyi 1 (bir) ədəd disk, Şahid1 təqdim etdiyi 4 (dörd) ədəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, 1 (bir) ədəd sərəncam, 1 (bir) ədəd icarə müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, zərərçəkmiş şəxs X63 ibtidai istintaq zamanı mülki iddiaçı qismində tanınsa və cinayət mühakimə icraatı qaydasında mülki iddia versə də, məhkəmə istintaqında tədqiq edilmiş onun ərizəsindən məlum olmuşdur ki, ona vurulmuş maddi ziyan ödənilmiş, habelə onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Bu isə o deməkdir ki, zərərçəkmiş şəxs X21 mülki iddiasında göstərilmiş ziyan mövcud deyil. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X63 tərəfindən verilmiş mülki iddia onun məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən rədd edilməlidir. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı epizod üzrə, yəni dövlətə vurulmuş ziyana görə xüsusi müsadirə edilməsi məqsədi ilə onun mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 72.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin üzərinə məhkəmə qaydasında həbs qoyulmuşdur. Məhkəmə istintaqında tədqiq edilmiş və qanuni qüvvəsini almış 22 aprel 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2022 saylı hökmündən məlum olmuşdur ki, qeyd edilən iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən X68 tərəfindən dövlətə vurulmuş 190.400 manat məbləğində maddi ziyan 1(101)-100/2022 saylı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı vaxt Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. Başqa sözlə, dövlətə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham üzrə dövlətə vurulmuş maddi ziyan 105.400 manat təşkil edir və bu məbləğ 1(101)-100/2022 saylı cinayət işi üzrə dövlətə vurulmuş 190.400 manata daxildir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham üzrə dövlətə vurulmuş maddi ziyan artıq ödənilmişdir. Eyni zamanda cinayət işinin materiallarında ibtidai istintaq zamanı məhkəmə qaydasında üzərinə həbs qoyulmuş ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 72.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsinə dair heç bir sübut mövcud deyil. Həmçinin məhkəmə istintaqında da üzərinə həbs qoyulmuş daşınmaz əmlakın cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsini sübuta yetirmək mümkün olmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı dövlətə vurulmuş maddi ziyana görə ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 72.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə yüksək təminat altına alınmış mülkiyyət hüququna qəsddir və ona görə də qeyd edilən daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməli və həmin əmlak xüsusi müsadirə edilməməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 692,69 (altı yüz doxsan iki manat altmış doqquz qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qeyd edilən maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 10 sentyabr 2021-ci il tarixdən 01 may 2023-cü il tarixədək həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qeyd edilən maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan və elektron məlumat daşıyıcısı kimi rabitə vasitəsilə ötürülmüş məlumatları özündə əks etdirən 4 (dörd) ədəd disk, Şahid16 təqdim etdiyi 1 (bir) ədəd disk, Şahid1 təqdim etdiyi 4 (dörd) ədəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, 1 (bir) ədəd sərəncam, 1 (bir) ədəd icarə müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X21 mülki iddiası rədd edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 692,69 (altı yüz doxsan iki manat altmış doqquz qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 72.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin və həmin əmlak xüsusi müsadirə edilməsin. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar