Məhkəmə qərarları › İş №1(101)-123/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-123/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-123/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, tərcüməçi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Xaçmaz rayonu, Şollar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan «Seyid» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan «Seyid» adlı şəxsdən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda 8051,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram olan ümumilikdə 499 ədəd narkotik vasitə metadon həbini əldə edib satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananın 1,81 qram olan hissəsini üzərində, qalan narkotik vasitələri isə yaşadığı ünvan 2 ünvanında nömrəsiz fərdi yaşayış evinə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saat 16:35-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq öz könüllü razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin qonaq otağında olan divanın altında 01 ədəd çantanın içərisindən 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 200 qram və 6900 qram olmaqla ümumilikdə 8050 qram eyni təkibli narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram olan təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni tərkibli 499 ədəd narkotik vasitə metadon həbləri, üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 1,81 qram yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, uzun müddətdir narkotik vasitələrin marixuana növündən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl üzərində az miqdarda marixuana olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən edilən fiziki təzyiqlər nəticəsinə məcbur qalaraq narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. O, 17 iyun 2023-cü ildə saat 12:00 radələrində Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində avtoyuma məntəqəsində 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada da polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları ona yaşadığı evə gedəcəklərini və həmin evdə də olan narkotik vasitələri götürəcəkləri demişlər. O da yaşadığı evdə qonaqlarının olduğunu demiş, polis əməkdaşları qonaqlarla bağlı heç bir problem olmadığını demişdir. Yaşadığı evə getdikdən sonra polis əməkdaşları Ramikə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini və sonuncunun baxış zamanı evdə olan narkotik vasitələri etiraf etməsi izah edilmişdir. Baxış zamanı yaşadığı evdən aşkar edilən narkotik vasitələri ona məxsus olmasını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş və o, ibtidai istintaq zamanı boş kağıza imza atdığını bildirərək həmin ifadəsini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdi ki, təxminən 1 ay bundan qabaq istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində istifadə etdiyi Whatsapp proqramına İran İslam Respublikasına məxsus mobil nömrədən “Salam” məzmunlu mesaj gəlmişdir. Bundan sonra həmin şəxslə Whatsapp proqramında danışmış və qiyabi olaraq onunla tanışlığı yaranmışdır. Bundan sonra İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşının adının “Seyid” olması məlum olmuşdur. Whatsapp proqramı vasitəsi ilə aralarında olan danışıq zamanı “Seyid” adlı İİR vətəndaşı ona bildirmişdir ki, əgər maddi vəziyyətin pisdirsə və pul qazanmaq istəyirsənsə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitə qoymuş, həmin narkotik vasitəni qoydurduğu yerdən götürərək onun deyəcəyi ünvanlara qoyacağı təqdirdə 300-400 manat pul verəcəkdir. Onun bu təklifi ilə razılaşmışdır. Tutulduğu vaxtdan təxminən 1 həftə qabaq İİR vətəndaşı “Seyid” adlı şəxs ona Whatsapp proqramında yazaraq Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsinə narkotik vasitə qoyduracağını və onun da qoydurduğu narkotik vasitələri həmin yerdən götürərək özündə saxlamağını və onun dediyi vaxtda deyəcəyi ünvanlara həmin narkotik vasitələri qoymağını bildirmişdir. Onunla razılaşmış və həmin günü Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsinə getmişdir. Həmin yerə çatdıqda “Seyid” adlı İİR vətəndaşı Whatsapp proqramında narkotik vasitələri qoydurduğu yerin şəklini və həmin yerini məkanını ona göndərmişdir. Həmin ünvana gedərək göndərdiyi narkotik vasitələri götürüb yaşadığı ünvana gətirərək qonaq otağında divanın altında çantanın içərisində gizlədərək saxlamışdır. Həmin çantanın içərisində narkotik vasitə qurudulmuş marixuana və metadon həbləri olmuşdur. Bundan sonra Seyid adlı şəxsdən xəbər gözləmişdir. Nə vaxt desəydi həmin vaxt narkotik vasitələri onun dediyi ünvanlara qoyacaqdır. Bunun qarşılığında da narkotik vasitələri qoyduqdan sonra ona kart vasitəsi ilə təxminən 300-400 manat pul göndərəcəkdir. Təxminən 14-15 yaşlarında bir-iki dəfə qurudulmuş marixuana istifadə etmişdir. Ondan sonra istifadə etməmişdir. Lakin son 1 aydır ki, yenə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. İİR vətəndaşı “Seyid” adlı şəxsin göndərdiyi narkotik vasitə qurudulmuş marixuananın üzərindən bir hissəsini götürərək sellofan bükümdə özünün istifadə etməyi üçün üzərində saxlamış, 17 iyun 2022-ci il tarixdə saat 16:35-də ünvan 1 ünvanında yaşadığı mənzildən çıxdıqdan sonra ona mülki geyimdə bir neçə şəxs yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etməyini xahiş etmişdir. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişdir. Qərara əsasən bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərinə, yaşadığı ünvana baxış keçirilməsi zəruridir. Üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Təklif edilmişdir ki, üzərində və yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra o üzərində və yaşadığı ünvanda narkotik vasitələr olduğunu bildirmişdir. Yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, buna etiraz etmədiyni bildirmişdir. Bundan sonra üzərinə, eləcə də, yaşadığı ünvan 1 ünvanında yaşadığı mənzilə 17 iyun 2022-ci il tarixdə saat 16:37-də videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi onun özünün razılığı və iştirakı ilə aparılmışdır. Mənzildə “Rauf və “Nurlan” adlı tanışlarının olduğunu bildirib qapını döymüşdür. Mənzilin giriş qapısını tanışları açmışdır. Rauf və Nurlana polis əməkdaşları özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Rauf və Nurlan özlərini təqdim edib qeyd edilən ünvana Bakı şəhərində iş axtarmaq məqsədi ilə qonaq gəldiklərini bildirmişdir. Tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. İlk öncə ona üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qonaq otağında olan divanın altından 01 ədəd böyük çantanı təqdim etmiş və həmin çantanın içərisində narkotik vasitə marixuana və metadon həbləri olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisində 02 ədəd qara rəngli sellofan torba, 01 ədəd ağ rəngli sellofan torba və 05 ədəd rezin bağlamalarda qəhvəyi rəngli konvalyutlar aşkar edilmişdir. 03 ədəd sellofan torba açılarkən torbaların içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 05 ədəd rezin bağlamada olan konvalyutlara baxış keçirilib sayılarkən hər rezin bağlamada 10 ədəd üzərində “Methadone 40” sözləri qeyd edilmiş konvalyut olmaqla ümumilikdə 50 ədəd konvalyut müşahidə edilmişdir. 50 ədəd konvalyutun üzərində olan dərman həbləri sayılarkən 49 ədəd konvalyutun üzərində 10 ədəd dərman həbi, 01 ədəd konvalyutun üzərində 09 ədəd dərman həbi olmaqla ümumilikdə 499 ədəd dərman həbi aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 50 ədəd konvalyutda olan 499 ədəd dərman həbləri 01 ədəd çantada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən iştirakı ilə imzalanmışdır. Şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı və Metadon həblərini “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə “Whatsapp” ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə əldə etdiyi məlumatı “Seyid” adlı şəxsdən öyrənərək narkotik vasitələri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən təxminən bir həftə əvvəl götürdüyünü, əldə etdiyi narkotik vasitələri “Seyid” adlı şəxsin göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində “Seyid” adlı şəxsdən 300-400 manat pul alacağını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı yaşadığı ünvanda narkotik vasitə saxlamağından Rəşid Raufovun və Şahid5 məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid4 və Şahid5 yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin olmasından məlumatlarının olmadıqlarını həmin ünvana bir günlük qonaq gəldiklərini bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, o cümlədən şalvarımın cibindən 82 manat 80 qəpik pulu təqdim etmişdir. 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmşdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək İmzalanmışdır. Aşkar edilmiş 82 manat 80 qəpik pul geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananın üzərindən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Şahid4 və Şahid5 üzərinə baxış keçirilmişdir. Nulan Mamedovun və Şahid4 üzərindən baxış zamanı qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 üzərindən aşkar edilmiş 3 manat 60 qəpik pul onun özünə geri qaytarılmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə getməyə razı olduqlarını bildirmişdir. Müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Üzərindən və yaşadığı ünvandan narkotik vasitə marixuananın və metadon həblərinin aşkar edilməsini və ona məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. 18 iyun 2022-ci il tarixdə saat 16:35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, Mehmandarov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra kirayə yaşadığı evdə narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında yerləşən divanın altında saxladığı idman çantasını təqdim etmiş və idman çantasından 2 ədəd qara rəngli, 1 ədəd isə ağ rəngli olmaqla ümumilikdə 3 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin bükümlərin içərisində qurudulmuş marixuana və 50 list metadon həbi olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını, həmçinin həmin narkotik vasitələri İran vətəndaşının dediyi ünvana çatdıracağını və bunun qarşılığında pul alacağını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs cibində olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təqdim etmiş, qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onlar daha sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 iyun 2022-ci il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 17 iyun 2022-ci il tarixdə saat 16:35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində kirayə yaşadığı evin qarşısında saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana və üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Ramikin üzərindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Baxış zamanı isə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvanda divanın altından 1 ədəd çanta təqdim etmişdir. Çantanın içərisinə keçirilən baxış nəticəsində 3 ədəd sellefan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 50 list metodon m40 həbi aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 iyun 2022-ci il tarixdə saat 16:35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Ramikin kirayə yaşadığı evə baxış zamanı qurudulmuş marixuana və metadon həblərini könüllü surətdə təqdim etmişdir. Ramik həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Seyid adlı şəxsdən aldığını bildirmişdir. O həmçinin bildirmişdir ki, Ramik narkotik vasitələri Türkan qəsəbəsində başqa bir şəxsə verəcəyini və bunun qarşlığında 300-400 manat pul qazanacağını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə sinif yoldaşıdır. Ramiki 20 ildir tanıyır. Bu müddət ərzində sonuncunun narkotik vasitə istifadə etməsi və ya dövriyyəsi ilə məşğul olduğunu eşitməmişdir. 16 iyun 2022-ci il tarixdə iş məqsədi ilə bir günlük həmkəndlisi Şahid5 ilə Bakıya getmişdir. Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşayan Ramikdən sonuncunun evində qalmalarını xahiş etmişlər. Ramik də buna razılıq vermişdir. Həmin günün səhəri Ramik işləri ilə əlaqədar evdən çıxmış, o da Nurlanla birlikdə çay içmişlər. Çay içdikdən sonra saat 12:00-13:00 radələrində evdən çıxarkən qapı döyülmüşdür. Qapını açdıqdan sonra 7-8 nəfərdən çox mülki geyimli şəxslər Ramiklə birlikdə sonuncunun evinə daxil olmuşlar. Ramikin qaldığı ev iki otaqdan ibarətdir. Ramiklə birlikdə gələn şəxslər polis əməkdaşları olduqlarını bildirib onunla Nurlanı mənzildəki otaqlardan birinə salmış, otaqlarda axtarış aparmağa başlamışlar. Polis əməkdaşları Ramikin evinə daxil olan zamanı onların əlində çanta görməmişdir. Ramikin evində olarkən sonuncuya qarşı heç bir fiziki təzyiq edilməmişdir. Təxminən 40 dəqiqə keçdikdən sonra, polis əməkdaşları onlardan şəxsi axtarış aparılmasına icazə veribvermədiklərini soruşmuş, onlar buna etiraz etməmişlər. Daha sonra həmin polis əməkdaşları qapını döyüb yenidən evə daxil oldular. Bir nəfər mülki geyimli şəxs telefonla çəkiliş aparmağa başlamışdır. Ramik polis əməkdaşlarının göstərişi ilə çantasındakı içərisində narkotik vasitə olan bağlamaları stolun üstün qoymuş, həmin narkotik vasitələri İran vətəndaşından aldığını bildirmişdir. Sonra onlardan izahat alaraq BMCMİ-ə aparmışlar. BMCMİ-də ona və Nurlana qarşı heç bir fiziki təzyiq edilməsə də polis əməkdaşları Ramiki onların gözü qarşısında döymüşlər. Baş İdarədə izahat verdikdən sonra sərbəst buraxılmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Ramikin narkotik vasitə istifadəçisi olub-olmadığını bilməsə də onun nakrotik vasitələrin satışı ilə məşğul olmadığını dəqiq bilir. İşə düzəlmək məqsədilə Şahid4 ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakıda yaşamağa yerləri olmadığı üçün yaxın dostu olan Ramikin evində qalmışlar. Ramik polis əməkdaşları tərəfindən saxlanılan gün işə qəbul olmaq üçün sənədlərini şirkətə təqdim etmək üçün evdən çıxmış, digər tanışı Rauf isə evdə qalmışdır. Sənədləri təqdim edib evə qayıtdıqdan 10-15 dəqiqə sonra qapı döyülmüşdür. Qapını açdıqda 7-8 nəfər mülki geyimli şəxs evə daxil olaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onu və Raufu digrə otağa göndərmişlər. Həmin otaqdan digər otağa keçən zaman stolun üstündə bağlamalar görmüşdür. Həmin bağlamaların hardan aşkar olunduğunu bilməmişdir. Onlardan baxış keçirilməsinə icazə aldıqdan sonra polis əməkdaşları yenidən evə daxil olmuş və Ramikin evinə baxış keçirmişlər. Baxış zamanı Ramik həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən aldığını demişdir. Daha sonra hər üçü BMCMİ-ə aparılmışdır. Orada ifadə versə də, verdiyi ifadə olduğu kimi yazılmamışdır. Baş İdarədə olarkən polis əməkdaşlarının Ramikin sifətinə şillə, belinə yumruq vurmalarını görmüşdür. Məhkəmə iclası zamanı şahid X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməyərək həmin ifadənin polis əməkdaşları tərəfindən yazıldığını bildirmişdir. 18 iyun 2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elvin Həsənov tərəfindən başlanaraq istintaqı aparılmışdır. (İ.v. 1) 18 iyun 2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Ramik” adlı şəxsin qannsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 4) 17 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 18:30-da (faktiki tutulma 16:35-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyev tərəfindən Azərbaycan Resbulikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ.v. 35) 18 iyun 2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən özünü təqsirli bilərək içərisində narkotik vasitə olan bağlamaları İran vətəndaşının göstərişi ilə götürdüyünü və müəyyən olunmuş yerə çatdıracağını bildirmişdir. (i.v 136-140) 18 iyun 2022-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 17 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v 156-157) 12 oktyabr 2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ibtidai istintaq müddəti həddində, yəni 17 yanvar 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2 i.v 20-24) 17 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçiilməsinə etiraz etməmişdir. (İ.v. 11) 17 iyun 2022-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saat 16:35-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq yaşadığı ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın altında 01 ədəd çantanın içərisindən 03 ədəd sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 499 ədəd metadon həbinə bənzər, üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (İ.v. 12-16) 22 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən BKC/LGL-12930/22 məktubla daxil olmuş məktuba baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəldən olan yazışmaların sms mətnləri və anten əhatə dairələri müəyyən edilmişdir. (Cild 2 i.v. 34) 18 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/649 nömrəli rəyindən görünür ki, «Azərbaycan Respublikası DİN Zərflər üçün № 6 dairəvi möhür əksi olan bir ədəd zərfdə və tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbaçığda 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi-1,81 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan sintetik çantadakı 03 ədəd qara rəngli polietilen bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri: 950 qram; 200 qram; 6900 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küsutar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 8051,81 qramdır. (İ.v. 69-71) 18 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 6/3397 nömrəli rəyindən görünür ki, «Azərbaycan Respublikası DİN Zərflər üçün № 6 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş...50 konvalyutda 499 ədəd dərman həbi” yazısı və imzalar olan çantasındakı üzərində “Methadone 40” markalanma olan göstəricisi olan 50 ədəd konvalyutda ümumilikdə 499 ədəd dərman həbi “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman peraparatıdır və 499 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edir. Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. (İ.v. 74-76) 24 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası”nda müalicə almamışdır. (İ.v. 167) 10 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin ambulator məcburi narkoloji tibbi yoxlamanın 5097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 35-36) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. (İ.v 189) Cinayət işinin materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının Qusarçay inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.C.Hacıyevin imzası ilə təsdiq olunmuş xasiyyətnamədən görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndində yaşadığı müddət ərzində nömrəsiz fərdi evdə yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs Qusarçay İƏD rəhbərliyinə hət hansı irad, şiakyət xəbərdarlıq daxil olmamışdır. Qusarçay İƏD rəhbərliyi tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. (i.v 182) 20 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 8051,46 qran narkotik vasitə qurudulmuç marixuana və 489 ədəd narkotik vasitə metodon həbləri maddi sübut kimi tanınaraq BMCMİ-NİN maddi sübutları saxlama otağına təhvil verilmişdir. 24 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi çəkisi 8051,46 qram narkotik vasitə qurudulmuş marixuana və 489 ədəd narkotik vasitə metadon həbləri Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmışdır. (Cild 2 i.v 37-46) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən hər iki çiyin nahiyəsində sarımtıl qançır, sol kürəsi və sağ saidin arxa səthində üzəri qartmaqlı yara aşkar edilmişdir. Aərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 15 mart 2024-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X4 27 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi kitabçasında qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənə bilər, törənmə müddəti xəsarət alanın istintaq təcridxanasında müayinə olunduğu vaxtdan, yəni xx.xx.2022-cü il tarixdən 9-11 gün əvvələ uyğun gələ bilər, boyunun sol tərəfində, sağ saidin arxa səthində və sol saidin ön səthində, arının ön divarında səthi kəsilmiş yaralar isə iti kəmarlı əşyanın təsirindən törənə bilər, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, özü-özünə yetirilməsi istisna olunmur, ayrı-ayrılıqda və ya ümumilikdə sağlamlığa zərər vurmayann xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Disk 38 dəqiqə 04 saniyədən ibarətdir. 17 iyun 2022-ci il tarixli baxış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə yaşadığı evin qonaq otağında olan divanın altından 01 ədəd böyük çantanı təqdim etdi və həmin çantanıniçərisində narkotik vasitə marixuana və metadon həbləri olduöunu bildirdi. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisində 02 ədəd qara rəngli sellofan torba, 01 ədəd ağ rəngli sellofan torba və 05 ədəd rezin bağlamalarda qəhvəyi rəngli konvalyutlar aşkar edildi. 03 ədəd sellofan torba açılarkən torbaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. 05 ədəd rezin bağlamada konvalyutlara baxış keçirilib sayılarkən hər rezin bağlamada 10 ədəd üzərində “Methadone 40” sözləri qeyd edilmiş konvalyut olmaqla ümumilikdə 50 ədəd konvalyut müşahidə edildi. Həmin 50 ədəd konvalyutun üzərində 499 ədəd dərman həbi aşkar edildi. 50 ədəd konvalyutda 499 ədəd dərman həbi və 03 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd çantada qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuana və metadon həbini “Seyid” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, sonuncu ilə “WhatsApp” ilə əlaqə yaratdığını, onun göndərdiyi narkotik vasitənin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ndən təxminən 1 həftə əvvəl götürdüyünü , əldə etdiyi narkotik vasitələri “Seyid” adlı şəxsin göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində “Seyid” adlı şəxsdən 300-400 manat pul alacağını bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdəm : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş mariuxana külli miqdar, 1-ci siyahısının 13-cü bəndinə əsasən təmiz halda 1,6 (bir tam onda altı) qramdan artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 17 iyun 2022-ci il tarixli baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı evin qonaq otağında divanın altında olan çantadan çıxan qurudulmuş maruxana ve metadon həbini, üzərində saxladığı marixuananı könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olmasını, üzərindən aşkar edilmiş marixuananın özünə məxsus olmasını, evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyülərək onun üzərinə qoyulduğunu bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri polis əməkdaşlarının tutularkən onu yumruqla, təpiklə və rezin dəyənəklə vurulması nəticəsində almasını göstərmişdir. Göstərilən halın araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilmiş və alınmış sorğuya cavabdan müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsində əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa həmin araşdırma zamanı Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərlə bağlı məhkəmə-tibb ekspertizasından keçirilmiş və müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olarkən onda aşkar edilmiş hər iki çiyin nahiyyəsinin sarımtıl qançır, sol kürək və sağ saidin arxa səthində üzəri qərtməkli yara-küt əşyanın təsirindən törənə bilər, törənmə müddəti xəsarət alanın təcridxanada müayinəsindən, yəni xx.xx.2022-cş il tarixdən 9-11 gün əvvələ uyğun gələ bilər. Göründüyüi kimi Ramiq Məmmədovda aşkar edilmiş, həmin xəsarətlər onun tutulduğu tarixə, yəni xx.xx.2022-ci tarixə deyil, ondan əvvəlki tarixə, yəni 9-11 iyun 2022-ci il tarixlərinə uyğun gəlir. Yəni xəsarətlər o, tutulmamışdan əvvəl əmələ gəlmiş və ona görə də, polis əməkdaşları tərəfindən yetirilən xəsarət kimi qəbul edilə bilməz. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan xx.xx.2022-ci il şəxsi baxış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilmiş narkotik vasitələri könüllü təqdim etmiş və onlar qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin qablaşdırmanı imzalamış və məhkəmə fiziki-kimyəvi və məkəmə-bioloji ekspertizasına göndərilmişdir. Məhkəmə bioloji ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 6 №-li dairəvi möhür əksi… “Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar qeyd edilmiş bir ədəd kağız paketi içərisində sellofan tobacığın içərisində 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi – 1,81 qram yaşılımtıl rəngli, spesifik qoxuya malik, çətənə kannabis bitkisinə oxşar, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə, “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar qeyd edilmiş sintetik çantanın içərisindəki 03 ədəd politilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 950 qram, 200 qram, 6900 qram olan yaşılımtıl rəngli, spesifik qoxuya malik, çətənə kannabis bitkisinə oxşar, xırdalanmış qurudulmuş bitki mənşəli kütlələr, materialların məhkəmə ekspertizasının rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 6 №-li dairəvi möhür əksi… “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş .... 50 konvalyutda 499 ədəd dərman həbi” yazısı və imzalar qeyd edilmiş çantanı açdıqda içərisində üzərində “Methadone 40” markalanma göstəricisi olan 50 ədəd konvalyutda, ümumilikdə 499 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi marixuana və metadon həbləri aşkar edilərək götürüldükdən sonra heç bir tamlığı pozulmadan məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tutulma vaxtını mübahisələndirməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin nömrə xx.xx.2022ci il tarixdə saat 13.01-də "Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, R.Rüstəmov küçəsi"/Khatai antenasının əhatə dairəsində olmuş, həmin vaxtdan sonrakı anten məlumatı saat 18:37-də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 13, 13A, 17"/Narimanov ərazisində olmuşdur. Sonradan saat 19:30-dək həmin antendə olmaqda davam etmişdir. Tutuma, baxış və götürmə protokollarından Təqsirləndirilən şəxs faktiki olaraq saat 16:35-də ünvan 1 ünvanının qarşısında saxlanılması, daha sonra 16:37-dən 17:23-dək həmin ünvandakı evə, Təqsirləndirilən şəxs üzərinə baxış və götürülmə keçirilməsi müəyyən olunmuş, saat 18:30-da tərtib edilmiş şübhəli şəxs qismində tutuma protokolundan isə ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında olması müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs tutulması və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilməsinə dair istintaqın müəyyən etdiyi hallar anten məlumatları ilə üst-üstə düşmüşdür. Bununla da, Təqsirləndirilən şəxs dediyi kimi saat 11-12 radələrində tutularaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılması, orada saxlanılıb döyülməsi, daha sonra yaşadığı evə gətirilməsi dair xüsusatlar anten məlumatları ilə də təsdiq olunmur. Beləliklə, məhkəmə isitntaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən və yaşadığı evdən marixuana və metadon həbinin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla videoçəkiliş zamanı aparılmış baxış protokolları, şahidlərin ifadələri, həbi qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi ifadəsi, eləcə də, anten məlumatları ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarışlar zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan və evindəki narkotik vasitəni təqdim etmişdir. Şahidlər Şahid4 və X3 məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadələr digər sübutlarla dəstəklənməmişdir. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, Şahid4 və Nurlan Təqsirləndirilən şəxs Məmmədovla dostdurlar və ona görə də, onlar ifadələrində dostluq münasibətinin təsiri altında vermələri, daha çox Təqsirləndirilən şəxs ifadəsinin təsdiqinə yönəlməsi nəzərə çarpır. Odur ki, Şahid4 və X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələr daha mötəbər hesab edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs marixuana və “Methadone 40” həbini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu 17 iyun 2022-ci il tarixli baxış zamanı tanımadığı şəxsdən Seyid adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, əldə etdiyi narkotik vaitələri həmin şəxsin göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində ondan 300-400 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş marixuananın 8051,46 qram və 489 ədəd “Methadone 40” həbinin 19,96 qram olması satış məqsədinin olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, İran İslan Respublikasının Seyid adlı vətəndaşı ilə tanış olmuş, Həmin İİR vətəndaşı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamış, sonuncunun göndərdiyi narkotik vasitə marixuana və Metadon həblərinin yerini öyrənərək həmin narkotik vasitələri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən təxminən bir həftə əvvəl götürdüyünü, əldə etdiyi narkotik vasitələri “Seyid” adlı şəxsijn göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində sonuncudan 300-400 manat pul alacağını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Seyid adlı şəxs narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 17 iyun 2022-ci il tarixdən hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 8051,46 qram narkotik vasitə marixuana, ümumi miqdarı 19,56 qram təşkil edən 489 ədəd “Methadone 40” həbi məhv edilməli, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 8051,46 qram narkotik vasitə marixuana, ümumi miqdarı 19,56 qram təşkil edən 489 ədəd “Methadone 40” həbi məhv edilsin, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 600 (altı yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar