Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-123/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1971-ci ildə, Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, əvvəllçər məhkum olunmuş, işləməyən, Neftçala şəhəri, məhəllə 7, fərdi yaşayış evində qeydiyyatda olmaqla faktiki ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Behzat” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Behzat” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 21 iyul 2023-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş içərisində külli miqdarda, təmiz çəkisi 733,897 qram narkotik vasitə-heroini satış məqsədilə qanunsuz olaraq əldə etməklə yaşadığı ünvan 1 ünvanına daşıyıb həmin heroini hissələrə bölərək bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 28 iyul 2023-cü il tarixdə, saat 22:15 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 59 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-ə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olmaqla külli miqdarda, təmiz çəkisi 23,897 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 29 iyul 2023-cü il tarixdə, saat 00:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 4 ünvanında yerləşən 49 saylı mənzilə baxış keçirilən zaman mənzilinin qonaq otağında qoyulmuş divanın arxasından ağ rəngli sellofanda olan bir ədəd bağlamada, üzərindən aşkar olunmuş narkotik vasitə-heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olmaqla külli miqdarda, təmiz çəkisi 710 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla, əvvəllər məhkum olunmuş, birinci evlilikdən iki böyük övladı var, onlar xaricdə yaşayır, ikinci evlilikdən isə övladı olmamışdır. Onun iranlı bir tanışı var, ondan şəxsi istifadəsi üçün marixuana əldə edirdi. Telefonunda həmin iranlının nömrəsi də vardır. 28 iyul 2023-cü il tarixdə, saat 19:15-də yaşadığı Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 59 ünvana maşınla gəlib bloka daxil olub liftə minmək istədiyi zaman 2 mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Həmin vaxt maşında həyat yoldaşı olmuş, onu polislər şöbəyə gətirməmişlər. Yəni, gördüyü o olmuşdur ki, yoldaşı maşında qalmışdır. Şöbədə Elşad, Anar və Emin adlı polis əməkdaşları ona təzyiqlər edərək üzərinə 24 qrama yaxın heroin qoyaraq onu baxış zamanı özünə məxsus maddə kimi təqdim etməyi tələb etmişlər. O, razı olmadıqda onu ailəsi ilə təhdid etmişlər ki, ailəsini də bu işə qoşacaqlar. Həmçinin bu şəxslər ona qarşı fiziki zor tətbiq etmiş, ona təpə nahiyyəsindən xəsarətlər yetirmişlər.yalnız bundan sonra o, polislərin tələbi ilə razı olmuş və polkovnik Elşad onun şalvarının sağ cibinə bir sellofan bükümü qoymuşdur. Baxış zamanı həmin maddəni təqdim etmiş, bundan sonra, yəni polisə gətirildikdən 3 saat sonra onu yaşadığı evə aparıb onun iştirakı ilə baxış keçirmişlər. Evində mənzilin qonaq otağındakı divanın arxasından 1 ədəd elektron tərəzi və 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim etmiş, lakin həmin əşyalar ona məxsus deyildir. Guman edir ki, bu 3 saat ərzində polis əməkdaşları özləri həmin əşyaları gətirib evinə qoymuşlar. Dediklərini arvadı Günel Mirzəyeva təsdiq edə bilər. O, ona qarşı edilən haqsızlıqlarla əlaqədar Baş prokurorluğa, DİN-ə, Ombudsmana şikayətlər yazmış, Baş prokurorluqdan gəlib ondan izahat almışlar. Onu döysələr də İT-na daxil olanda üzərində xəsarətlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Şahid3 Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq qərar və əməliyyat qrupunun təyin edilməsi barədə əmr tərtib edilmiş, qrupa rəhbər olaraq Şahid3, üzvü olaraq isə o təyin edilmişdir. 28 iyul 2023cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı 49 saylı mənzilin yerləşdiyi Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 59 saylı evi tərəflərindən müşahidəyə almışlar. Həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxs həmin evin yaxınlığında piyada hərəkət etməsini gördükdə ona yaxınlaşıb özlərini təqdim edərək onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmışlar. Orada onu Baş İdarənin təhqiqatçısı, polis mayoru Anar Aslanova təqdim etmişlər. Sonuncu vəkil dəvət edərək Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, o və Şahid3 həmin baxışda iştirak etmişlər. Baxış başlamadan əvvəl təhqiqatçı Elnura təklif etmişdir ki, üzərində olan bütün əşyaları masanın üzərinə qoysun . Elnur heç bir müqavimət göstərmədən özü könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd açarı, 1 ədəd "Tecno" və 1 ədəd "Huawei" markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində narkotik vasitə-heroindir, Bundan sonra, həmin büküm açılıb içərisinə baxılanda, içərisində spesifik iyə malik qəhvəyi rəngində heroinə oxşar maddənin olması, elektron tərəzidə çəkiləndə çəkisinin 27 qram olması məlum olmuşdur. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə 1 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Eyni zamanda, iş üçün əhəhmiyyət kəsb etdiyindən, içərilərindəki nömrələrlə birlikdə markaları qeyd olunmuş mobil telefonlar götürülərək qablaşdırılmışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 5 ünvanda narkotik vasitə-heroinin olduğunu bildirdiyindən və yaşadığı mənzilin baxışının aparılmasına etirazının olmadığına dair ərizə ilə müraciət etdiyindən, 29 iyul 2023-cü il tarixdə, saat 00:30 radələrində baxış keçirmişlər. Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı divanın arxasında qoyulmuş 1 ədəd elektron tərəzini və 1 ədəd sellofanda olan bükülünü onlara təqdim etmiş, içərisində narkotik vasitə-heroin olduğunu söyləmişdir. Bundan sonra, təhqiqatçı Anar Aslanov həmin sellofan bükülünün içərisinə baxış keçirəndə, oradan spesifik iyə malik açıq qəhvəyi rəngində heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini 7 gün öncə, yəni 21 iyul 2023-cü il tarixdə "Behzat" adlı İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Bakı şəhəri Suraxanı rayonu ərazisində əldə etmiş, buna görə Behzat ona 500 manat pul verməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Belə ki, ona Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumat əsasında müvafiq qərar və əməliyyat qrupunun təyin edilməsi barədə əmr tərtib edilmiş, o qrupun rəhbəri təyin edilmiş, həmkarı Şahid1 isə qrupun üzvü olmuşdur. Bundan sonra onlar 28 iyul 2023cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı 49 saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 59 saylı evi tərəflərindən müşahidəyə almış, həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxs həmin evin yaxınlığında piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlayıb Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparmışlar. Orada onu Baş İdarənin təhqiqatçısı, polis mayoru Anar Aslanova təqdim etmişlər. Sonuncu vəkil dəvət edərək Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, o və Şahid1 həmin baxışda iştirak etmişlər. Baxış başlamadan əvvəl təhqiqatçı Elnura üzərində olan bütün əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Elnur heç bir müqavimət göstərmədən özü könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd açarı, 1 ədəd "Tecno" və 1 ədəd "Huawei" markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində narkotik vasitə-heroindir, Bundan sonra, həmin büküm açılıb içərisinə baxılanda, içərisində spesifik iyə malik qəhvəyi rəngində heroinə oxşar maddənin olması, elektron tərəzidə çəkiləndə çəkisinin 27 qram olması məlum olmuşdur. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə 1 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Eyni zamanda, iş üçün əhəhmiyyət kəsb etdiyindən, içərilərindəki nömrələrlə birlikdə markaları qeyd olunmuş mobil telefonlar götürülərək qablaşdırılmışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 5 ünvanda narkotik vasitə-heroinin olduğunu bildirdiyindən və yaşadığı mənzilin baxışının aparılmasına etirazının olmadığına dair ərizə ilə müraciət etdiyindən, 29 iyul 2023-cü il tarixdə, saat 00:30 radələrində baxış keçirmişlər. Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı divanın arxasında qoyulmuş 1 ədəd elektron tərəzini və 1 ədəd sellofanda olan bükülünü onlara təqdim edərək içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Anar Aslanov həmin sellofan bükülünün içərisinə baxış keçimiş, oradan spesifik iyə malik açıq qəhvəyi rəngində heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini 7 gün öncə, yəni 21 iyul 2023-cü il tarixdə "Behzat" adlı İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Bakı şəhəri Suraxanı rayonu ərazisində əldə etmiş, buna görə Behzat ona 500 manat pul verməli idi. İstər saxlanılan zaman, istərsə də polis bölməsinə aparan zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamış, onun kartından hər hansı bir vəsait çıxarılaraq mənimsənilməmişdir. Üzərinə baxış zamanı təhqiqatçı tərəfindən hər hansı bir bank kartı aşkar edilməmişdir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, saxlanılan zaman onun üzərində heç nə olmamış, onu 19.15-də evinin blokunda tutublar, həmin vaxt 6-7 nəfər polis əməkdaşı evə daxil olaraq 3 saat evdə oturmuşlar, həyat yoldaşı da həmin vaxt evdə olmuşdur. Onu yoldaşı ilə təhdid etdikləri üçün məcbur qalıb polislərin dediyi ilə razılaşmışdır. Bundan sonra Şahid3 ona məxsus «LeoBank» kartından 690 manat pulu çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 28 iyul 2023-cü il tarixdə Neftçala rayonundan Bakı şəhərinə ərinin idarə etdiyi maşınla axşam vaxtı çatmışlar. Yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B saylı binanın qarşısında maşından düşüb bloka daxil olaraq liftin qarşısında lifti gözlədikləri zaman 4-5 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq Elnuru kənara çəkib qoluna qandal vuraraq onu və ərini polislərin qara rəngli maşınına mindirmişlər. Orada ərini narkotiklə bağlı sorğu-sual etməyə başlamışlar, o isə polislərə bildirmişdir ki, bu məsələdən heç bir məlumatı yoxdur. Bundan sonra onu Anar adlı polis əməkdaşı ərinin maşınına mindirmiş və maşina baxış keçirərək ərinin bank kartını aşkar edərək götürmüşdür. Həmin bank kartına o özüdə əri üçün pul köçürmüşdür. Maşında başqa qanunsuz əşya tapmadıqdan sonra Anar digər maşında olan əməkdaşa zəng edib bunu bildirmiş və bundan sonra əri polislərlə binanın 9-cu mərtəbəsində qaldıqları mənzilə qalxmış, onu isə Anar adlı polis əməkdaşı 15 dəqiqədən sonra həmin mənzilə aparmışdır. Orada Anar evin bütün otaqlarını axtarmış, lakin bir şey tapmamışdır. Qeyd etmək istəyir ki, rayona getməmişdən əvvəl evi təmizləmiş, o cümlədən yataq otağında qanunsuz əşya görməmişdir. Bundan sonra yoldaşını digər polislər harasa aparmış, o isə Anarla evdə qalmışdır. Təxminən 1 saat yarıma yoldaşı həmin polis əməkdaşları ilə evə daxil olmuşlar. Bundan sonra polis əməkdaşları yenidən mənzilə baxış keçirmişlər. Baxış zamanı onu Anar bloka çıxarmış, bu səbəbdən evə baxışla bağlı videogörüntüyə o düşməmişdir. Axtarış qurtardıqdan sonra ərini polis əməkdaşları aparmışlar. Axtarış zamanı polis əməkdaşları evdən ərinin qızıl qol saatını və bank kartını aparmışlar. Sonrakı günlər o, Anarla əlaqə saxlayaraq kartla saatın qaytarılmasını istəmiş, Anar isə həmin əşyaları müstəntiqə təhvil verdiklərini bildirmişdir. Ona evinə baxış keçirilməsinə dair videogörüntü nümayiş etdirilmişdir. Həmin görüntüdə o olmasa da evdə axtarışın aparılmasını təsdiq edir, lakin evdə aşkar edilmiş narkotiklə bağlı bildirir ki, evlərində belə bir əşya olmamışdır. Ona ərinin istintaq təcridxanasından yazdığı xx.xx.2024-cü il tarixli ərizəsi elan edilir. Həmin ərizəsində əri göstərir ki, evdə onu arvadının gözü qarşısında polis əməkdaşları döyüb əziyyət verdikdən sonra yoldaşını da ona qoşacaqları ilə təhdid etmişlər. Yoldaşının ərizəsində göstərdiklərini təsdiq edir. Polis əməkdaşları həqiqətən ərini evdə onun gözü qarşısında döymüşlər, onu hədələmişlər ki, narkotikin yerini deməsə onu da bu işə qoşacaqlar. Yoldaşı ərizəsində göstərmişdir ki, evdən bir ədəd «ROLEKS» markalı saat, qızıl-brilyant və 500 manat yoxa çıxmışdır. Bunları görməmişdir, yəni saatın yoxa çıxmasını görmüş, lakin qızıl-brilliyant və 500 manat pulun götürülməsindən məlumatı yoxdur. Yoldaşı həmçinin ərizəsində göstərir ki, özünü qismən təqsirli sayır, çünki marixuana istifadə etmiş və tutulma anında evində 10-15 qram arasında marixuana olmuş, onu da təqdim etmişdir. Ərinin evdə marixuana saxlamasından xəbəri yoxdur. Axtarılan otaqlara buraxılmadığı üçün 10-15 qram marixuananı polislərə ərinin təqdim etməsini görməmişdir. Evdə baş verənlərlə bağlı heç bir yerə şikayət etməmişdir, yalnız Anar adlı polis əməkdaşı ilə əlaqə saxlayıb bank kartı ilə qol saatını istəmişdir. Şahid2 adında şəxsi tanımır. Həmin şəxsin kartına ərinin kartından xx.xx.2023cü il tarixdə 690 manat pulun köçürülməsindən xəbəri yoxdur. Şahid X5 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, ərizəsində göstərdiyi əşyalardan qol saatı, cibindən 250 manat pul və telefonunda olan bank proqramı vasitəsilə 690 manat pulu çıxarılmışdır. Ona Unibank bankından daxil olmuş arayışda onun kartından xx.xx.2023-cü il tarixdə Şahid2 məxsus karta 690 manat pulun köçürülməsi ilə bağlı bildirir ki, Şahid2 adlı şəxsi tanımır, xx.xx.2023-cü il tarixdə mobil telefonları və bank kartı polislərdə olduğu üçün bu şəxsə tərəfindən pul köçürülə bilməzdi. Həmçinin onu da təsdiq edir ki, evində axtarış olduğu zaman yalnız 10-15 qram arası marixuana olmuş, həmin marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Belə ki, o, marixuana istifadəçisi olduğu üçün evində marixuana saxlamışdır. Lakin üzərində və evində heroin olmamışdır, onları polis əməkdaşları döyüb hədə-qorxu gəlməklə üzərinə və evinə qoymuşlar. Məhkəmədə elan edilib araşdırılmış Unibankın arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 409858******4740 nömrəli kartdan xx.xx.2023-cü il tarixində 690 manat məbləğində vəsait Şahid2 məxsus 409858******6343 nömrəli karta köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır O, Bakı şəhərində Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 30-da qeydiyyatda olmaqla yaşayır, kompyuter və kameraların təmiri və alqı-satqısı ilə məşğul olur. Onun Unibankın plastik kartı var. Həmin karta gördüyü işə görə ödənişlər edir, eyni zamanda həmin kart vasitəsilə ödənişlərini həyata keçirir. Ona "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli HTİD-OUT-08421-2024 saylı arayışı təqdim edildi. Həmin arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 409858******4740 nömrəli kartdan xx.xx.2023-cü il tarixində 690 manat məbləğində vəsait Şahid2 məxsus 409858******6343 nömrəli karta köçürülmüşdür. Həmin vəsaitin köçürülməsini xatırlamasa da bunu inkar etmir. Ola bilər gördüyü işlə bağlı xidmət haqqı kimi köçürülmüş məbləğdir. O, gündəlik olaraq müştərilərlə haqq-hesab apardığı üçün karta daxil olan mədaxil və məxaricləri xatırlamır. O, fərdi sahibkarlıqla məşğul olsa da vergi ödəyicisi kimi qeydiyyatda deyildir. Onda olan bank kartını təxminən 3 il əvvəl almışdır. xx.xx.2023-cü il tarixdə kartına mədaxil olan 690 manat pulla bağlı heç kəs ona zəng etməmiş və maraqlanmamışdır. Onun Nizami RPİ-də tanışları yoxdur, həmçinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tanımır. Qeyd etmək istəyir ki, işindən aslı olaraq bank kartına ayda 1.000 manat, bəzən 2.000 manat mədaxil olub. xx.xx.2023-cü il tarixdə kartına mədaxil olan 690 manat pulun çıxarılıb-çıxarılmamasını xatırlamır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli “əməliyyat qrupunun yaradılması haqqında” əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, onun olduğu yerin və nəqiliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərinə şəxsi axtarış aparılması, aşkar edilmiş əşyalara baxış keçirilməsi, nəqiliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerinə baxış keçirilməsi qət olunmuş, qrupa rəhbər kimi DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, qrupa üzv kimi isə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, xx.xx.2023-cü il tarixdə, saat 22:15 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 iyul 2023-cü il tarixdə saat 23:00 dəqiqədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra, onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra, üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən 1 ədəd açar, içərisində ***-***-**-** saylı simkart nömrəsi olan 1 ədəd “Tecno” markalı mobil telefon, içərisində ***-***-**-** saylı simkart nömrəsi olan 1 ədəd “Huawei” markalı mobil telefon və 16 manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş digər hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkiləndə, çəkisinin 27 qram olması məlum olmuşdur. Aşkar olunmuş həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, onunla yanaşı iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün içərisində ***-***-**-** saylı simkart nömrəsi olan 1 ədəd “Tecno” markalı mobil telefon və içərisində ***-***-**-** saylı simkart nömrəsi olan 1 ədəd “Huawei” markalı mobil telefon da götürülmüşdür. 1 ədəd açar və 16 manat pul onun özünə qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 7 gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində “Behzat”ın ona 500 manat pul ödədiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa yaşadığı ünvan 7 ünvanında narkotik vasitə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanova ünvanlanmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına getmiş, onun və müdafiəçisinin iştirakları ilə polis əməkdaşları evə baxış keçirirməyə başlamış və videoçəkilişlə qeydiyyat aparılmışdır. Evə baxış keçirilən zaman o, yaşadığı mənzilin qonaq otağındakı divanın arxasından 1 ədəd elektron tərəzini və 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkiləndə, çəkisinin 721 qram olması aydın olmuşdur. Həmin maddə və 1 ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üstünüo, müdafiəçisi və təhqiqatçı imzalamışlar. Sonra yaşadığı mənzilinin digər hissələrinə baxış keçirilmiş, oradan narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 7 gün əvvəl, yəni 21 iyul2023-cü il tarixdə sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, bunun müqabilində “Behzat”ın ona 500 manat pul ödədiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçisinin iştirakı ilə ifadə vermiş, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfində fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olduğunu, narkotik vasitələri sosial şəbəkədə təsadüfən tanış olduğu İİR-nın vətəndaşı “Behzat” adlı şəxsdən aldığını, onun narkotik vasitəni qoyulduğu yerin şəklini ona göndərməsi vasitəsi ilə gedib götürdüyünü, qazanc əldə etmək üçün və özü üçün narkotik vasitə götürdüyünü, satışdan 500 manat qazanc əldə etdiyini və satdığı şəxsləri tanımadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 4(007)- 322/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 iyul 2023-cü il tarixdən olmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədibir seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixatriya Xəstəxanası X11 daxil olmuş 10495 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 5(007)- 490/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkili Şahid3 tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonların baxışlarının aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və SMS-lərin mətnlərindən və telefonda olan digər məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş "Huawei" markalı mobil telefona baxışdan Təqsirləndirilən şəxs həmin mobil telefona "xxxx" MMC-ə məxsus +**********40 saylı sim kart quraşdırması və həmin nömrədən "e.ə.c" ləqəbi ilə "WhatsApp web" proqramı vasitəsilə qeydiyyatdan keçməsi, müxtəlif mobil telefon nömrələri ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərlə, eyni zamanda +**********31 saylı mobil telefon nömrəsinin istifadəçisi ilə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar aparması, bununla bağlı bir-birilərinə səs yazıları göndərmələri, eləcə də mobil telefonun qalereya menyusunda ayrı-ayrı yerlərdə, o cümlədən elektron tərəzi üzərində açıq və sellofan paketdə narkotik vasitələrin müxtəlif növlərinə oxşar və müxtəlif işarələrlə ayrı-ayrı yerlərin koordinatlarını göstərən fotoşəkillərin olması məlum olur. Digər mobil telefon “Tecno”-da isə "xxxx" MMC-ə məxsus +**********03 saylı sim kart quraşdırılmışdır, həmin mobil telefona baxış keçirilən zaman hər hansı məlumat aşkar edilməmişdir. “Huvaei” markalı mobil telefon iştirakçıların iştirakı ilə qablaşdırılmış, 162 saylı möhürlə möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs qohumu olan vətəndaş X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus +**********03 saylı mobil nömrə quraşdırılmış 01 ədəd “Tecno” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş AZF/LGL- 11360/23 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus "Huawei" markalı mobil telefonda olan "xxxx" MMC-ə məxsus +**********40 nömrəyə +**********03 saylı mobil nömrədən “Dayi meni niye blok eliyirsen vermirsen denen vermirem. Men seni 2 saatdi gozzirem gelmeyimi meni atirsan bloka ... neyney”, +**********26 saylı mobil nömrədən “Sənə qurban. olum. Mən pis vəzyəddəyəm.tez məni yığ indi.” tipli mesajlar daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış materialların məhkəmə ekspertizasının 29 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4075 saylı rəyindən müəyyən olunur ki: - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə, təmiz çəkisi 23,897 qram bozumtul rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd bükülüdə, təmiz çəkisi 710 qram olan bozumtul rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 733,897 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. - Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr"in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış "Respublika Narkoloji Mərkəzi" X11 verilmiş 06 oktyabr 2023-cü il tarixli, 6339 saylı rəyindən müəyyən olunur ki: - Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata aınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşarkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 733,597 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin məsul saxlanış yerinə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi naınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə və mənzilinə axtarış aparılması görüntülərini əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Huawei” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nə təhvil verilmiş, 01 ədəd “Tecno” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən yaxın qohumlarına qaytarılması qət olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CPM-nin 211-ci maddəsinin tələblərinə əsasən ********* nömrəli cinayət işinin materiallarından başqa cinayət işi ayrılaraq icraataq qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs səciyyələndirən sənədlərdən müəyyən olunur ki, o, xx xxxxxx 1971-ci ildə, Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, tam orta təhsillidir, təhsilini azərbaycan dilində almışdır, evlidir, övladları yoxdur, əmək qabiliyyətli olsa da, heç bir yerdə işləməmişdir, Neftçala şəhəri, məhəllə 7, fərdi yaşayış evində qeydiyyatda olmaqla faktiki ünvan 1-da yaşamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və cinayət işinin materiallarına əlavə edilmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4, 65.1, 68.1.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına və 3200 manat cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1-1-ci bəndinə əsasən həmin cəzadan azad edilmişdir. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə məhkum olunduğu əməl, yəni CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ağır cinayətdir. CM-nin 83.3.4-cü maddəsinə əsasən onun cəzasını çəkib qurtardığı gündən baxılan iş üzrə törətdiyi əməlin vaxtınadək altı il keçmədiyi üçün onun əməlində CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi var və CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsində müəyyən edilmiş daha ciddi cəza növünün son hədinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nizami rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, 893C-23 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs DİN BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə daxil olmuş müraciəti əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs fiziki zor tətbiqinə məruz qalması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “LeoBank” adlı kartında olan 690 (altı yüz doxsan) manat pulun ələ keçirilməsinə dair məlumat müvafiq bank sənədləri ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, üzərinə və mənzilinə baxış və götürmə protokolları, mənzilindən aşkar edilmiş elektron tərəzi, telefon məlumatlarına baxılması protokolu, "xxxx" MMC-dən daxil olmuş CD disk, cinayət işinin rədd edilməsi haqqında qərar, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 12-ci bəndinə əsasən cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin onun əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 28 iyul 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 733,597 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs cinayət işin işindən ayrılmış cinayət işinin materiallarında saxlanılmalı, “Tecno” markalı mobil telefonun təqsirləndirilən şəxsin qohumlarına qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs nun hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 26 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X6 üçün isə 320 AZN (üç yüz iyirmi) manat pul Bakı şəhəri 26 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 733,597 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs cinayət işin işindən ayrılmış cinayət işinin materiallarında saxlanılsın, “Tecno” markalı mobil telefonun təqsirləndirilən şəxsin qohumlarına qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi) manat pul Bakı şəhəri 26 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Təqsirləndirilən şəxs “LeoBank” adlı kartında olan 690 (altı yüz doxsan) manat pulun ələ keçirilməsinə dair məlumat müvafiq bank sənədləri ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-123/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-123/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver