Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1230/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşaq olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 235.4.2 və 29,317-1.1-ci maddələri ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşaq olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkməklə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham akından görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq daşımaqla göndərmiş, külli miqdarda narkotik vasitələri talamış, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 əri X5 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda 2,794 qram çəkidə narkotik vasitə olan heroin və 0,048 qram çəkidə psixotrop maddə olan metafetamini əldə edərək yaşadığı ünvan 2 ünvanında saxladığı vasitələrdən həmin ünvanda 2021-ci ilin yanvar ayının ortalarından başlayaraq həmin narkotik vasitə olan heroindən külli miqdarda, yəni 2,033 qram və psixotrop maddə olan 0,048 qram metafetamini talayaraq 05 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan qaynı Təqsirləndirilən şəxs1 onunla olan intim münasibəti barədə əri Emin Ağayevə deyəcəyi hədəsi ilə tələb etməsinə görə həmin narkotik vasitə və psixotrop maddəni sonuncunun qış gödəkçəsinin astarına xüsusi üsulla yerləşdirməklə tikərək gizlətmiş, 06 fevral 2021-ci il tarixdə həmin qadağan olunmuş əşyaları digər ərzaq sovqatı ilə birgə Şahid2 Qüdrət oğlunun vasitəsilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan qaynı Təqsirləndirilən şəxs1 çatdırılmasından ötrü sonuncunun kamera yoldaşı Şahid1 göndərməklə ötürməyə cəhd etmiş və həmin gün, saat 15:50 radələrində təcridxananın nəzarətçiləri tərəfindən sovqata baxış keçirilən zaman gödəkcənin astar hissəsində gizlədilmiş 1 ədəd polietilen bükümdə təmiz çəkisi 2,033 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,048 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, qalan 0,761 qram çəkidə heroin 08 fevral 2021-ci il tarixdə, saat 19:00-da Xəzər RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında təxirəsalınmaz axtarış və götürmə aparılan zaman evin tavanının altından hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni hədəqoxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı X5 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda 2,794 qram çəkidə narkotik vasitə olan heroin və 0,048 qram çəkidə psixotrop maddə olan metafetamini əldə edərək yaşadığı ünvan 2 ünvanında saxladığı narkotik vasitəni hədə-qorxu ilə ələ keçirmək üçün Emin Ağayevin arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəllər aralarında olan intim münasibəti barədə ərinə deyəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs2 həmin hədəyə görə göstərilən ünvanda 2021-ci ilin yanvar ayının ortalarından başlayaraq qeyd olunan narkotik vasitə olan heroindən külli miqdarda, yəni 2,033 qram və psixotrop maddə olan 0,048 qram metafetamini talayaraq 05 fevral 2021-ci il taixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan qaynı Təqsirləndirilən şəxs1 onunla olan intim münasibəti əri Emin Ağayevə deyəcəyi hədəsi ilə tələb etməsinə görə həmin narkotik vasitə və psixotrop maddəni sonuncunun qış gödəkçəsinin astarına xüsusi üsulla yerləşdirməklə tikərək gizlətmiş, 06 fevral 2021-ci il tarixdə həmin qadağan olunmuş əşyaları digər ərzaq sovqatı ilə birgə Şahid2 Qüdrət oğlunun vasitəsilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan qaynı Təqsirləndirilən şəxs1 çatdırılmasından ötrü sonuncunun kamera yoldaşı Şahid1 göndərməklə ötürməyə cəhd etmiş və həmin gün, saat 15:50 radələrində təcridxananın nəzarətçiləri tərəfindən sovqata baxış keçirilən zaman gödəkçənin astar hissəsində gizlədilmiş 1 ədəd polietilen bükümdə təmiz çəkisi 2,033 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,048 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, qalan 0,761 qram çəkidə heroin 08 fevral 2021-ci il tarixdə, saat 19:00-da Xəzər RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında təxirəsalınmaz axtarış və götürmə aparılan zaman evin tavanının altından hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 235.4.2 və 29,317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, qaynanası və oğlu ilə birlikdə bir evdə yaşayırlar. Həyat yoldaşı Emin törətdiyi cinayətə görə həbs edilmiş və hal-hazırda istintaq təcridxanasında saxlanılır. Qaynı Təqsirləndirilən şəxs1 də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə azadlıqdan məhrum edilmişdir. Nurəli saxlandığı istintaq təcridxanasından evə zəng edib bildirmişdir ki, evdən bir-neçə dəst paltar, ərzaq yığıb ona aparsınlar. O, həmçinin demişdir ki, əgər onun ziyarətinə gedə bilmirlərsə tanışı olan bir nəfər şəxs gələcək, sovqatları həmin adama versinlər. Nurəli həmin şəxsin nömrəsini onlara vermişdir ki, o, həmin şəxslə əlaqə saxlayıb sovqatları versin. O, həmin oğlanın adının nə olduğunu bilmir. X6 üçün paltar və ərzaqlar hazırlamış, daha sonra Nurəlinin dediyi oğlandan zəng gəlmiş və qaynanası sovqatı aparıb həmin oğlana vermişdir. Səhərisi gün evlərinə polis əməkdaşları gəlib onları bölməyə aparmışlar. Bölmədə ona məlum olmuşdur ki, Nurəliyə göndərdikləri əşyaların içində narkotik aşkarlanmışdır. Onun gödəkçənin içində narkotik vasitənin olmasından xəbəri olmamış, o, narkotik vasitələrdən istifadə etməmiş, Şahid10 adlı şəxsi tanımır. Bununla belə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3, 235.4.2 və 29, 317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam şəkildə təqsirli bilmiş, verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində göstərmişdir ki, o, 2015-ci ildə X7 ilə ailə həyatı qurmuş, bu nigahdan 4 yaşında Hüseyn adlı oğlu vardır. Əri Emin dörd qardaşdırlar, onlardan Nurəli və Əfqan Ağayevlər hazırda həbsdədirlər, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün həbs olunublar. Onun anası Sevil 6 il bundan əvvəl ürək tutmasından vəfat etmiş, atası Sabir onun 3 yaşı olanda onları atmış, həmin vaxtdan o, anasının himayəsində yaşamış, çox kasıbçılıqla və imkansızlıq içində yaşamışlar, buna görə də təhsilini davam etdirə bilməmiş, 2-ci sinfə qədər oxumuşdur. Heç bir yerdə işləmir, hazırda qaynanası Məlahətin təqaüdü ilə dolanırlar. Əri Emin də narkotik vasitəyə görə tutulmuş, hazırda işi Suraxanı məhkəməsindədir. Bildirmişdir ki, onun Ravid adlı şəxslə münasibəti var, onunla telefon vasitəsi ilə tanış olmuş, adını mobil telefonunda qeyd etmişdir. Ravidlə bir dəfə onun yaşadığı Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasımn yaxınlığında yerləşən evində görüşüb cinsi əlaqədə olmuşlar. Hazırda Ravidlə mobil telefon vasitəsilə danışır, onun mobil nömrəsini əzbər bilmir. Ravidin nömrəsi mobil telefonunda qeyd edilmişdir. Ravid ev ustası işləyir. Onun Ravidlə olan münasibətlərindən qaynı Nurəli xəbər tutmuşdur. Belə ki, o, bir dəfə həmin Ravid adlı şəxslə mobil telefonla danışanda qaynı bunu eşitmiş və buna görə də onu hər dəfə şantaj etmişdir ki, bunu ailə üzvlərinə deyəcək. Buna görə də qaynı Nurəli ona özü ilə cinsi əlaqədə olmağı təklif etmişdir. O da fikirləşmişdir ki, əgər Nurəlinin təklifi ilə razılaşmasa onun Ravidlə aralarında olan münasibətlərini evdə danışa bilər və belə olan halda isə o, rüsvay olacaqdır. Çünki, o, ailəlidir və 4 yaşlı bir oğlu vardır. Buna görə də Nurəli ilə razılaşmış və hər dəfə Nurəli istəyən vaxt yaşadığı evdə onunla cinsi əlaqədə olmuşlar. Bundan sonra, 2020-ci ilin səhv etmirsə mart ayında Nurəli narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis tərəfindən tutulmuş və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılır. Əri Emin 2020-ci ilin noyabr ayında narkotik vasitələrdən istifadə etdiyi üçün Suraxanı polisi tərəfindən həbs olunmuş, sonra onu zaminə buraxmışlar, hazırda isə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsində iş gedir. Əri Emin armatur zavodunda işləmiş, o, narkotik vasitə olan heroin və metafetamindən istifadə etmişdir. Qaynı Nurəli həbs olunduqdan sonra bir neçə dəfə təcridxanadan evdə olan (012)458-17-34 nömrəyə zəng edib onunla danışmış və ona narkotik vasitə gətirməyi tapşırmışdır, gətirməsə intim münasibətlərini ərinə deyəcəyi ilə hədələmişdir. O da biabır və rüsvay olmamaq üçün Nurəlidən çox qorxmuş, bilmişdir ki, əgər Nurəlinin dediklərini yerinə yetirməsə, Nurəli bunu ərinə və ailə üzvlərinə deyəcəkdir. Buna görə də o, Nurəliyə haradan narkotik vasitə tapa biləcəyini soruşduqda, Nurəli onu başa salıb əri Emin özünə narkotik vasitə alanda az-az həmin narkotikən oğurlayıb yığıb saxlamağı, özü deyəndə təcridxanaya göndərməyi tapşırmışdır. O da öz növbəsində qorxaraq Nurəlinin dediyi kimi, bu ilin yanvar ayının ortasından əri Eminin istifadə etdiyi narkotik vasitələrdən əri evdə olmadığı vaxtlarda az-az oğurlamağa başlamış, yığıb toplamışdır, lakin neçə qram heroin və metamfetamin oğurladığını bilmir. Bundan sonra, 05 fevral 2021-ci il tarixdə qaynı Nurəli təcridxanadan zəng edərək Xeyrullanın onlara sovqat gətirəcəyini demiş, ona da tapşırmışdır ki, evdə olan qış gödəkçəsinin astarını sökərək həmin narkotik vasitələri ora yerləşdirsin. Belə ki, Xeyrulla adlı şəxs bundan əvvəl də onlara təcridxanadan Nurəlinin çirkli paltarlarını göndərmişdir. O da Nurəlinin dediyi kimi etmiş, gödəkçənin astarını sökmüş və narkotik vasitələri xüsusi üsulla oraya yerləşdirərək yenidən tikmişdir. X4 sovqat istəməsi, ərzaq sovqatı göndərəcəyini demiş, lakin həmin sovqatın içində olan gödəkçəyə narkotik qoyduğundan qaynanasının heç bir məlumatı olmamışdır. Qaynanasına demişdir ki, Xeyrulla adlı bir nəfər türməyə gedəndə onlara deyəcək və soqatı ona verər. 2021-ci ilin fevralın 5-də və 6da Xeyrulla ilə yenidən vatsap ani mesajlaşma proqramı vasitəsi ilə danışmış, təcridxanaya gedəcəyini ona demişdir. O, göndərəcəyi sovqatı hazır edən kimi Xeyrullaya məlumat verəcəyini demişdir. 06 fevral 2021-ci il tarixdə Xeyrulla ilə əvvəlcədən danışmışlar və saat təxminən 14 radələrində Xeyrulla Əmircana gəlmiş, orada kənd sovetinin yaxınlığında olduğunu demiş, bundan sonra qaynanası Məlahət həmin yerə gedərək Xeyrulla ilə görüşmüş və sovqatı sonuncuya vermişdir. O, gəlin olduğuna görə tanımadığı Xeyrulla ilə görüşməyə getməmiş, buna görə də yaşlı qaynanası Məlahətdən xahiş etmişdir ki, sovqatı o aparıb versin və qaynanası da aparmışdır. Onun sovqata narkotik vasitə yerləşdirməsindən Xeyrullanın məlumatı olmamışdır. Bunu Xeyrulla ilə qaynanası bilməmiş, yalnız tək o bilmişdir. O, təxminən 5-6 aydır ki, metamfetamini yandırıb tüstünü nəfəsinə çəkməklə istifadə etmişdir. Həmin maddəni də ərindən götürüb gizlicə istifadə etmişdir. Onu narkotik vasitədən istifadə etməyə heç kim təhrik etməmiş, o sadəcə olaraq ərinin istifadə etdiyi narkotik vasitədən evdə, özü tək olanda yandırıb tüstüsü ilə istifadə etmişdir. Bunu narkoloji ekspertiza müayinəsində də həkimlərə könüllü olaraq bildirmişdir. Hazırda narkotik vasitədən daha istifadə etmir. Yaşadıqları evdə əri Eminə məxsus olan narkotik vasitə 08 fevral 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən təxirəsalınmaz axtarış və baxış zamanı aşkar olunaraq götürülmüşdür. O, Eminin narkotik vasitəni haradan əldə etməsini bilmir və bu barədə məlumatı yoxdur. Əri olsa da o, Eminin kimlərlə münasibətdə olmasını tam olaraq bilmir və maraqlanmır. Həmin narkotik vasitə və çətənə bitkisinin toxumları əri Emin Ağayevə məxsusdur, onlardan əri özü istifadə edir (cild 1, iş vərəqi 166-169). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvələr bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda 3 saylı İstintaq Təcridxanasında 4-cü korpus 73 nömrəli kamerada saxlanılır. Onunla eyni kamerada Şahid1 saxlanılır. Anarın yanına dostu gəlmişdir. O, Anardan xahiş etmişdir ki, çirkli paltarlarını aparıb onun anasına versin. Anası mobil telefondan istifadə etmədiyi üçün qardaşının həyat yoldaşı Könülün nömrəsini Anara vermişdir. Anarın dostu Xeyrulla onun paltarlarını Könüllə danışıb aparıb anasına vermişdir. Bundan sonra o bilmişdir ki, Xeyrulla yenə Anarın yanına gələcək və xahiş etmişdir ki, anası yaşlı qadındır, gəlib-gedə bilmir, Xeyrulla onlara gedərək anasının verəcəyi sovqatı gətirsin. Bundan sonra o, anası Məlahətlə danışıb onun gödəkçəsini və bir az ərzaq göndərməsini demişdir. Özü həbs olunmamışdan əvvəl həmin gödəkçənin astarını özü sökərək ora narkorik vasitə heroin və metamfetamin yerləşdirmişdir. Lakin həbs olunduğu üçün həmin narkotik vasitələr gödəkçənin astarında qalmış, nə anasının, nə də ki, Könülün bundan məlumatı olmamışdır. Belə ki, onlar gödəkçəyə onun narkotik vasitə yerləşdirməsini bilməmişlər. Bundan sonra o, Xeyrullanın 06 fevral 2021-ci il tarixdə Anar üçün sovqat gətirəcəyini bilmiş və Anardan Xeyrullanın onun verdiyi nömrə ilə əlaqə saxlayaraq onun üçün də sovqat gətirməsini xahiş etmişdir. Bundan sonra 06 fevral 2021ci il tarixdə Xeyrulla sovqatı anasından götürüb təcridxanaya gələn zaman əvvəlcədən yerləşdirdiyi gödəkçədə olan narkotik vasitənin aşkar olunduğunu bilmişdir. O, Ravid adlı şəxsi tanımır, onun Könülün kiminləsə şəxsi münasibətinin olduğu barədə məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olur və hazırda Xudat rayonunda fəhlə işləyir. Təqsirləndirilən şəxs2 təxminən 1 il olar ki, sosial şəbəkə vasitəsilə tanımışdır. Könüllə özünün istifadəsində olan (051)794-49-88 və (070)862-30-33 nömrələri ilə əlaqə saxlamışdır. Könüllə cəmi bir dəfə, təxminən 2020-ci ilin axırlarında Bakı şəhərində “Əcəmi” metro stansiyasının qarşısında görüşmüş və həmin ərəfədə ünvan 5 ünvanında kirayədə yaşadığı evə aparıb orada cinsi əlaqədə olmuşdur. Könül onunla təxminən iki-üç saat qaldıqdan sonra çıxıb getmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs2 ilə görüşməsə də arada onunla “whatsapp” vasitəsi ilə yazışmışdır. Təqsirləndirilən şəxs2 övladının olduğunu bilir, lakin həyat yoldaşının olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, cinayət törətdiyinə görə məhkum olunaraq 05 dekabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu yaxınlarda isə cəzasının müddəti bitdiyinə görə azad olunmuşdur. Bildirir ki, 06 fevral 2021-ci il tarixdə, saat 15:50 radələrində təcridxanaya sovqat gətirmiş vətəndaş Şahid2 Qüdrət oğlunun gətirdiyi sovqata onun və məhkum yoldaşının iştirakı ilə Şahid2 yanında baxış keçirilərkən sovqatda olan qış gödəkcəsinin astarında gizlədilmiş 2 ədəd sellofan bükülüdə kristal və toz şəkilli narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr hamının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, fəhləliklə məşğul olur. İkinci Qarabağ müharibəsi başlamamışdan qabaq Şahid1 yanında fəhlə, Anar isə usta işləmişdir. O, müharibə başladıqdan sonra Səfərbərlik Xidməti tərəfindən müharibəyə çağırılmış, döyüşlərdə olan zaman Anar oğurluq cinayəti törətdiyinə görə həbs olunmuş və 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. 28 yanvar 2021-ci il tarixdə o, Anara sovqat aparmışdır. Həmin vaxt Anar ona pal-paltar vermiş və (050)871-44-36 mobil nömrə verib xahiş etmişdir ki, o, paltarları həmin nömrə ilə əlaqə saxlayıb versin. O, təcridxanadan çıxandan sonra həmin nömrə ilə əlaqə saxlamış, telefona cavab verən şəxs cavan qadın səsi olmuş, o, təcridxanadan pal-paltar gətirdiyini demişdir. Həmin şəxs ondan xahiş etmişdir ki, paltarları Əmircan qəsəbəsinə gətirsin. O, Əmircan qəsəbəsində kənd sovetinin yanına gəlmiş, həmin vaxt yaşlı qadın çıxaraq paltarları ondan götürmüşdür. Bundan sonra o, həmin nömrəni telefonunun yaddaşına yazmış, lakin həmin qadınların heç birinin adını bilmədiyi üçün qadının adının yerinə “nöqtə” işarəsi qoymuşdur. 05 fevral 2021-ci il tarixdə saat 16 radələrində Anar ona təcridxanadan zəng edərək Əmircan qəsəbəsinə getməyini, həmin nömrə ilə əlaqə saxlamağını və orada olacaq sovqatı təcridxanaya gətirməyini xahiş etmişdir. 06 fevral 2021-ci il tarixdə o, həmin nömrə ilə əlaqə saxlamış, telefona cavab verən qadın saat 14 radələrində Əmircan qəsəbəsində yerləşən kənd sovetinin yanına gəlməyini xahiş etmiş, o, deyilən yerə gəlmiş, həmin yaşlı qadın ora gələrək iki ədəd bağlama vermiş, birinin içərsinində gödəkçə, digərində isə ərzaq olmuşdur. Bundan sonra saat təxminən 16 radələrində o, 3 saylı İstintaq Təcridxanasına gəlmiş, sənədləşməni edəndən sonra sovqatları içəri vermiş, həmin vaxt onun iştirakı ilə bağlamaya baxış keçirilmiş, bağlamada olan gödəkçənin astarına baxış keçirilən zaman oradan iki ədəd büküm çıxmışdır. Bükümlərə baxış keçirilmiş və həmin bükümlərdə narkotik vasitə olması müəyyən edilmişdir. Bundan sonra protokol tərtib edilmiş, o, orada təcridxananın əməkdaşına izahat vermişdir. Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, əvvələr bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Xəzər RPİ-nin İŞ-si tərəfindən CM-nin 177.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda işə Xəzər rayon məhkəməsində məhkəmə baxışındadır. 15 noyabr 2020-ci il tarixdən 3 saylı İstintaq Təcridxanasında 4-cü korpus 73 nömrəli kamerada saxlanılır. Onunla eyni kamerada CMnin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 Balağa oğlu saxlanılır. Şahid2 Firudin oğlu ilə əvvəllər tikintidə bir yerdə işləmişdir. Sonradan Xeyrulla 2-ci Qarabağ müharibəsinə getmiş, o, isə cinayət törətdiyi üçün həbs olunmuşdur. Bundan sonra Xeyrulla müharibədən qayıtdıqdan sonra bir dəfə onun yanına gəlmişdir. Həmin vaxt Nurəli ondan xahiş etmişdir ki, onun çirkli paltarlarını anasına göndərsin. O, Nurəli ilə razılaşmış, Nurəli mobil nömrə və çirkli paltarlar vermiş, o da Xeyruladan xahiş etmişdir ki, paltarları gedəndə aparıb Nurəlinin anasına versin. Xeyrulla onun yanından gedəndən sonra ona demişdir ki, “qoy bir az pul əldə edim sənə azuqə gətirəcəm”. Həmin vaxt o, Nurəli ilə söhbət edən zaman sonuncu bilmişdir ki, Xeyrulla onun yanına gələcək və ondan xahiş etmişdir ki, “Xeyrulla sənin yanına gələndə verdiyim nömrə ilə əlaqə saxlasın, anam yaşlı adamdır, mənim yanıma gəlib-gedə bilmir, mənə gələcək sovqatı mənə gətirisin”. Bundan sonra o, Xeyrullaya demişdir ki, “mənim yanıma gələndə Nurəlinin verdiyi mobil nömrə ilə əlaqə saxlasın, onun anasından sovqatı götürüb təcridxanaya gətirsin”. Bundan sonra 06 fevral 2021-ci il tarixdə Xeyrulla təcridxanaya gətirdiyi Nurəlinin anasının verdiyi sovqatda narkorik vasitə aşkar olunduğunu bilmişdir. Nə onun, nə də ki, Xeyrullanın sovqatın içərisində narkotik maddələrin olmasından məlumatları olmamışdır. Nurəlinin ondan və Xeyrulladan istifadə etməklə narkotik vasitə əldə etmək fikri olmuşdur. O, Şahid2 gətirəcəyi sovqatda narkotik vasitələrin olacağı barədə əvvəlcədən məlumatı olsaydı o, buna imkan verməzdi. O, narkotik vasitələrdən istifadə etmir (cild 1, iş vərəqi 121-123). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Zabit oğlu ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərovun icraatında olan cinayət işi üzrə Xəzər RPİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 və iş üzrə barəsində istintaq hərəkətləri aparılmış Şahid3 iştirakları ilə Şahid3 yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılmasına şübhələr olması ilə əlaqədar olaraq təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilməsindən ötrü 08 fevral 2021-ci il tarixdə, saat 19:00-da ünvan 2 ünvanına gəlmişlər. Qeyd olunan ünvana gəldikdən sonra ev sahibi Şahid3 dəvəti və iştirakı ilə yaşayış evinə daxil olaraq Şahid3 axtarış və götürülmə aparılması barədə təxirəsalınmaz qərarla tanış olaraq yaşadığı ünvanda axtarış və götürmə aparılmasına dair heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra istintaqəməliyyat qrupunun üzvləri ilə Şahid3 yaşadığı evdə axtarış aparılmasına başlamış və axtarış zamanı mənzilin içəridəki otağında olan tavana baxış zamanı tavanın altından bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış zamanı içərisində çəhrayı rəngli sellofanda qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Bundan əlavə, baxış zamanı bir ədəd boz rəngli elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddələrlə və tərəzi ilə bağlı tərəflərindən sorğu aparılarkən Şahid3 bildirmişdir ki, həmin maddələr narkotik vasitələrdir və həmin narkotik vasitələr onunla birlikdə yaşayan, narkotik vasitə istifadəçisi olan Emin adlı oğluna məxsusdur. Bundan sonra qeyd olunan ünvandan axtarış və götürmə zamanı aşkar edilmiş narkotik vasitəyə oxşar maddələr və bir ədəd elektron tərəzi müvafiq qaydada götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 Zabit oğlunun göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur, digər Təqsirləndirilən şəxs2 isə onun gəlinidir. Onun dörd oğlu var və hal-hazırda üçü azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmaqla həbsxanada saxlanılır. Təqsirləndirilən şəxs2 onun oğlu Ağayev Emin ilə evlidir və sonuncu hal-hazırda həbsxanada saxlanılır. Hadisənin baş verdiyi gün oğlu Təqsirləndirilən şəxs1 ona zəng edib havalar soyuq olduğu üçün onun paltarlarını, gödəkçəsini, ayaqqabısını və bir neçə qutu siqaret götürüb çatdırmağı demişdir. O, Könüllə birlikdə Nurəliyə verməli olduqları əşyaları çantaya yığmışlar. Nurəli ona bir oğlanın taksi ilə evə gələcəyi demiş, həmin çantanı oğlana verməyi tapşırmışdır. O, həmin oğlanın adını xatırlamır. Çantanı göndərdikdən sonra səhərisi gün polislər evlərinə gəlmiş, evə baxış keçirmiş, evin tavanında nə vaxtdan orada olduğunu bilmədiyi bir büküm və şkafdan bir ədəd tərəzi götürmüşlər. Daha sonra onu polis idarəsinə aparmışlar. Narkotik vasitə onun oğlu Ağayev Eminə məxsus olmuş, oğlu Emin isə hal-hazırda azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müəssisəsindədir. Buna görə də məsuliyyət gəlini Təqsirləndirilən şəxs2 üzərində qalmışdır. Əlavə olaraq bildirmək istəyir ki, ibtidai istintaqda verdiyi ifadəsini oxumadan protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X1 bölməsinin rəisi vəzifəsində işləyir. Bildirir ki, 18 noyabr 2020-ci il tarixdə təcridxanaya qəbul olunmuş, 4-cü rejim korpusunun 74 saylı kamerasında saxlanılan, xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, 15 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cəlb edilərək həbsdə saxlanılan Şahid1 06 fevral 2021-ci il tarixdə, təxminən saat 15:50 radələrində sovqat gətirmiş qohumu, xx xxxxxx 1995-ci il təvəllüdlü Şahid2 Qüdrət oğlunun gətirdiyi sovqata baxış keçirilərkən sovqatda olan qış gödəkçəsinin astarında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələrlə bağlı Şahid2 Qüdrət oğlu yazdığı izahatda bildirmişdir ki, sovqatı həbsdə saxlanılan Şahid1 sifarişi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı qadınla görüşərək götürüb Şahid1 gətirmişdir. Bundan sonra, aşkar olunaraq götürülmüş 2 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələrin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədi ilə hal şahidləri və vətəndaş Şahid2 Qüdrət oğlunun iştirakı ilə zərfə qablaşdırılmaqla təcridxananın zərflər üçün möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertiza tədqiqatına göndərilmişdir. Bu barədə protokol tərtib edilmişdir Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs1 Şahid1 həmin sovqatın gətirilməsini sifariş vermiş, Şahid1 isə Şahid2 gedib Təqsirləndirilən şəxs2 sovqatı götürməsini tapşırmışdır. Bükümlərdən birinin içində heroin, digərinin işində isə metamfetamin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş 3 saylı İstintaq təcridxanasının digər əməkdaşları Şahid8 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanası tərəfindən tərtib edilmiş 06.02.2021-ci il tarixli 17/358 və 17/360 saylı məktublardan görünür ki, 18.11.2020-ci il tarixdə təcridxanaya qəbul edilmiş, 4-cü rejim korpusunun 73 saylı kamerasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə həbsdə saxlanılan Şahid1 barəsində qabaqcadan alınmış əməliyyat məlumatına əsasən 06.02.2021-ci il tarixdə təxminən saat 15:50 radələrində ona sovqat gətirmiş qohumu Şahid2 Qüdrət oğlunun gətirdiyi sovqata baxış zamanı sovqatda olan qış gödəkçəsinin astarında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə kristal və toz şəkilli narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 4-5, 202). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 18.11.2020-ci il tarixdə təcridxanaya qəbul edilmiş, 4-cü rejim korpusunun 73 saylı kamerasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə həbsdə saxlanılan Şahid1 barəsində qabaqcadan alınmış əməliyyat məlumatına əsasən 06.02.2021-ci il tarixdə təxminən saat 15:50 radələrində ona sovqat gətirmiş qohumu Şahid2 Qüdrət oğlunun gətirdiyi sovqata baxış zamanı sovqatda olan qış gödəkçəsinin astarında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 6-10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi barədə 07.02.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, bir ədəd qara rəngli gödəkçəyə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncu bildirmişdir ki, baxış keçirilən gödəkçəni o, 06 fevral 2021-ci il tarixdə Şahid2 Qüdrət oğlunun vasitəsilə sovqatla birlikdə 3 saylı İstintaq təcridxanasına göndərmiş, əvvəlcədən həmin gödəkçənin astarını sökərək ora narkotik vasitələri yerləşdirmiş və tikmişdir (cild 1, iş vərəqi 78-80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış və götürmə aparılması barədə 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid3 yaşadıqları ünvan 2 ünvanında axtarış keçirilmiş, axtarış zamanı mənzilin içəri otağında olan servantın gözlüyündə olan xrustal qabın içərisindən ağ vərəqdə olan bükülü aşkar edilmiş, həmin bükülüyə baxış zamanı içərisində narkotik vasitəyə oxşar qəhvəyi rəngli xırda tumların olması aşkar olunmuşdur. Evin içəri otağının tavanına baxış zamanı tavanın altından bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış zamanı içərisində çəhrayı rəngli sellofanda qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Bundan əlavə, axtarış və götürmə zamanı servantın üzərindən qırmızı rəngli şkatulka aşkar edilmiş və həmin şkatulkya baxış zamanı içərisindən çoxlu sayda siqaretin gümüşü rəngli kəsikləri aşkar edilmişdir. Bundan əlavə, servantın üzərindən bir ədəd qara rəngli karton qutu aşkar edilmiş, həmin qutuya baxış zamanı içərisindən bir ədəd boz rəngli elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddələrlə və tərəzi ilə bağlı sorğu aparılarkən Şahid3 bildirmişdir ki, həmin maddələr narkotik vasitələrdir və həmin narkotik vasitələr onunla birlikdə yaşayan, narkotik vasitə istifadəçisi olan Emin adlı oğluna məxsusdur. Bundan sonra qeyd olunan ünvandan axtarış və götürmə zamanı aşkar edilmiş narkotik vasitəyə oxşar maddələr və bir ədəd elektron tərəzi götürülmüşdür (cild 1, iş vərəqi 144-150). İşdə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Elvin Cəfərov tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 08 fevral 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 179). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06.02.2021-ci il tarixli, 6/544 saylı rəyindən görünür ki, “Şahid2 Qüdrət oğlundan aşkar edilmiş” yazısı olan zərfdəki iki ədəd polietilen bükümdə təmiz çəkisi 2,033 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,048 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 19-21). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə kimyəvibioloji ekspertizasının 09.02.2021-ci il tarixli, 7/177 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ünvan 2-də aşkar edilmiş maddi sübutlar - 2 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitəyə oxşar maddələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə bir ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,754 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 66,46 (altmış altı manat 46 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 182-187). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə kimyəvibioloji ekspertizasının 10.02.2021-ci il tarixli, 6/588 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ünvan 2-də aşkar edilmiş maddi sübutlar” sözləri, ad və soyad kağız paketə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,761 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №59” dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketə qablaşdırılmış üzərində “Şahid2 Qüdrət oğlundan aşkar edilmiş” sözləri qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,933 qram olan heroin ilə təmiz çəkisi 0,761 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 188-194). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 05.05.2021-ci il tarixli, 6/1700 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış, üzərində “Şahid2 Qüdrət oğlundan aşkar edilmiş” sözləri soyadar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,028 qram olan heroin ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,883 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. 06 fevral 2021-ci il tarixli 6/544 nömrəli ekspert arayışında heroinin təmiz çəkisi 2,033 qram, qalın çəkisi 1,933 qram, 10 fevral 2021-ci il tarixli, 6/588 nömrəli ekspert rəyində heroinin təmiz çəkisi 1,933 qram, qalıq çəkisi isə 1,883 qram olmuşdur. 6 fevral 2021-ci il tarixli, 6/544 nömrəli ekspert arayışında metamfetaminin təmiz çəkisi 0,048 qram, qalıq çəkisi isə 0,028 qram olmuşdur. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 2, iş vərəqi 9-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.03.2021-ci il tarixli, 629 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 250-251). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1549 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 110-111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 07.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 Təqsirləndirilən şəxs2 tapşırığı ilə sovqatı Nuraəliyə çatdırmaq üçün Xeyrullaya verdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 Nurəlinin tapşırığı ilə narkotik vasitələri əri Emindən talayaraq gödəkçənin astarına tikdiyini və Nurəliyə göndərdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 110- 113). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 07.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahidlər Şahid3 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 Təqsirləndirilən şəxs2 tapşırığı ilə sovqatı Nurəliyə çatdırmaq üçün Xeyrullaya verdiyini bildirmişdir (cild 1, iş vərəqi 114-116). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 07.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Nurəlinin tapşırığı ilə narkotik vasitələri əri Emindən talayaraq gödəkçənin astarına tikdiyini və Nurəliyə göndərdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 117-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 25.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Ravid adlı şəxslə arasında yaxın münasibətlərin olduğu, həmin münasibətlərdən xəbər tutan Nurəli onu bu barədə ərinə deyəcəyi ilə şantaj edərək onunla da yaxın münasibətlərə girməyi tələb etməsi, rüsvay olmamaq üçün Nurəli ilə sonuncunun istədiyi vaxt cinsi əlaqəyə girməsi, Nurəli tutulandan sonra da onu şantaj etməsi və sonuncunun tapşırığı ilə narkotik vasitələri əri Emindən talayaraq gödəkçənin astarına tikdiyini və Nurəliyə göndərdiyini Təqsirləndirilən şəxs1 üzünə deyərək bir daha ibtidai istintaqa verdiyi ifadələrini təsdiq etmişdir (cild 1, iş vərəqi 123-125). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 05.05.2021-ci il tarixli qərardan görünür ki, içərisindən narkotik vasitənin aşkar olunduğu bir ədəd gödəkcə, gödəkçənin astarından aşkar edilmiş təmiz çəkisi 0,048 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin tədqiqatdan sonrakı 0,018 qram qalıq çəkisi, təmiz çəkisi 2,033 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,883 qram qalıq çəkisi maddi sübut kimi tanınmış və saxlanılmasi üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 19-31, 144). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında və ərazi aidiyyəti göndərilməsi haqqında 05.05.2021-ci il tarixli qərarlardan görünür ki, cinayət işinin materiallarından aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 33-39, 41-44). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 05.05.2021-ci il tarixli qərardan görünür ki, ünvan 2-də aşkar edilmiş maddi sübutlar - 2 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitəyə oxşar maddələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə bir ədəd kağız bükümdə ümumi təmiz çəkisi - 0,754 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, kağız paketə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,761 qram olan qəhvəyi rəngli maddə kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,711 qram qalıq çəkisi ayrılmış ********* saylı cinayət işinə əlavə edilməklə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 19-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 05.05.2021-ci il tarixli, 3775 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar (cild 2, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin 2 nömrəli X2 05.05.2021-ci il tarixli, 1/858 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar (cild 2, iş vərəqi 8). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 24.10.2016-cı il təvəllüdlü Hüseyn adlı övladı vardır (cild 1, iş vərəqi 173). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 3 saylı İstintaq təcridxanasında saxlanılır və Suraxanı RPİ-nin hesabındadır (cild 1, iş vərəqi 124). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 204). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2020-ci il tarixdən hesablanmışdır. Hökm 04 mart 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir (cild 2, iş vərəqi 13-18). Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs2 münasibətdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş və məhkəmədən Təqsirləndirilən şəxs2 əməllərinin 234.1, 35.4.2 və 29,317-1.1-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 235.4.2 və 29,317-1.1ci maddələri ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə Təqsirləndirilən şəxs2 əməllərinin tövsifində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun həmin Qərarının 15-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən istehlak miqdarından artıq miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi və saxlanılması və ya bu maddələrin miqdarından asılı olmayaraq onların satış məqsədi ilə hazırlanması, saxlanılması və daşınması əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.2-ci, yaxud 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi ilə əhatə olunur, həmin maddələrlə tövsif edilməli və həmin əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Plenumun həmin Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə talan edilməsi başa düşülməlidir. Törədilmiş əməlin CM-in 235-ci maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların dövlət və ya ictimai, yaxud özəl müəssisələrə, idarələrə, təşkilatlara yaxud da bu maddələrə qanuni və ya qanunsuz olaraq sahiblik edən ayrı-ayrı vətəndaşlara məxsus olması əhəmiyyət daşımır. Narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hədə-qorxu ilə tələb etmə dedikdə, zor tətbiq etmə, yaxud özgənin əmlakını məhv etmə və ya zədələmə, habelə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə adı çəkilən maddələri tələb etmə başa düşülməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmədə tamamilə sübuta yetirildi ki, Təqsirləndirilən şəxs2 əri Emin Ağayevdən narkotik vasitə və psixotrop maddəni talayarkən onun həmin maddələri satmaq məqsədi olmamış, həmin maddələri iş üzrə digər Təqsirləndirilən şəxs1 onunla və Şahid10 ilə olan intim münasibəti barədə ərinə deyəcəyi hədəsi altında gizlin olaraq talamışdır. Buradan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni talamaqda hər hansı qazanc əldə etmək məqsədi güdməmiş, onun məqsədi məcburiyyət altında həmin maddələri cəza çəkən Təqsirləndirilən şəxs1 ötürmək olmuşdur. Məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 234.1, 35.4.2 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 234.4.3, 35.4.2 və 29,317-1.1-ci maddələrindən həmin Məcəlləsinin 234.1, 35.4.2 və 29,317-1.1-ci maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs1 hələ azadlıqda olarkən narkotik vasitələri gödəkçənin astarına özünün tikib yerləşdirməsi, bu hərəkətə digər Təqsirləndirilən şəxs2 aidiyyətinin olmaması barədə məhkəmədə verdiyi ifadələrini həmin ifadələr məntiqə və iş üzrə toplanmış sübutlara zidd olduğundan sübut kimi qəbul etmir və hesab edir ki, onun bu ifadələri qohumu olan Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitələri gödəkçənin astarına yerləşdirməməsi, narkotik vasitələri talamaması və istintaq təcridxanasına keçirilməsi üçün göndərməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzadan yayınmaq məqsədi daşıyır. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin halları barədə ibtidai istintaq zamanı daha düzgün ifadələr vermişdir və məhkəmə bu ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arqıt, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddəni saxlayaraq daşımaqla göndərməsi, külli miqdarda narkotik vasitələri talaması, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etməsi, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni hədə-qorxu ilə tələb etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayəti psixi məcburiyyət altında törətməsini Cinayət Məcəlləsinin 59.1.6-cı maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1, 235.4.2 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən, az ağır və xüsusilə ağır cinayət kimi, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci maddəsinin tələbinə görə başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 27 aprel 2020-ci il tarixdə törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2020-ci il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə ittiham olunduğu hazırkı cinayət əməli isə 2021-ci ilin fevral ayının 5-də bitmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 235.4.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 07.02.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 09.02.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin gün həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 97, 174-176). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06.05.2021-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində qətimkan tədbiri seçilməmişdir (cild 2, iş vərəqi 68-70). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 27 aprel 2020-ci il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan içərisindən narkotik vasitə aşkar olunmuş bir ədəd gödəkcə, gödəkçənin astarından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,018 qram psixotrop maddə metafetaminin və 1,883 qram narkotik vasitə heroin, iş üzrə götürülmüş və maddi sübut kimi tanınmayan Bakı şəhəri Xəzər RPİ-də saxlanılan 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 261,46 (iki yüz altmış bir manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 235.4.2 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 235.4.2 maddəsilə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək tutulduğu 2 (iki) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan maddi sübutlar - içərisindən narkotik vasitə aşkar olunmuş bir ədəd gödəkcə, gödəkçənin astarından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,018 qram psixotrop maddə metafetaminin və 1,883 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə götürülmüş və maddi sübut kimi tanınmamış Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan 1 ədəd elektron tərəzi məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 261,46 (iki yüz altmış bir manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər qaydada tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1230/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1230/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver