Məhkəmə qərarları › İş №1(101)-1230/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1230/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1230/2022 21.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X7 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Fides” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda “Mamed” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə ümumi çəkisi 1,204 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə “Mamed” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində qoyulması təşkil edilmiş yerdən götürüb qanunsuz olaraq əldə edərək saxlamaqla daşımış, 25 noyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında həmin psixotrop maddənin 0,405 qramını Şahid1 25 manat pul müqabilində satmış, bundan başqa, 25 noyabr 2021-ci il tarixdə psixotrop maddə əldə etmək barədə ona müraciət etmiş Şahid1 tanışı, istintaqa şəxsiyyəti “İbrahim" adı ilə məlum olan şəxsə narkotik vasitə satmaq məqsədilə istifadəsində olan **********651293 nömrəli elektron kart hesabına “İbrahim” adlı şəxs tərəfindən 25 manat pul köçürülməsinə nail olduqdan sonra həmin tarixdə saat 18:00 radələrində əvvəlcədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1,204 qram çəkidə psixotrop maddə metamfetaminin 0,336 qramını Şahid1 tərəfindən götürülməsi üçün yaşadığı ünvan 4 ünvanın qarşısında olan köşkdə gizlədərək bu barədə sonuncuya məlumat vermiş, həmin tarixdə saat 19:40 radələrində Bakı şəhər, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda 0,405 qram çəkidə ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra onun psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat üzrə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyataxtarış tədbirləri nətcəsində o, 25 noyabr 2021 -ci il tarixdə saat 20:40 radələrində ünvan 7 ünvanmın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,215 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar ediləəkrarrək götürüfmüş, həmin tarixdə saat 22:10 radələrində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 9 ünvanın qarşısında olan köşkə keçirilmiş baxış zamanı köşkdə gizlətdiyi yerdən 0,336 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl ünvan 10 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Artıq bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti barədə məlumatı olmadığı şəxslərdən kart hesablarına pul köçürmək yolu ilə bir neçə dəfə almışdır. Şahid1 Keşlə qəsəbəsinin sakini, həmçinin onun icarə əsasında işlətdiyi “Play Station” oyun zalının müştərisi kimi tanımış, münasibətləri yaxşı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı o, polis əməkdaşlarının təziqi altında fərqli məzmunda ifadə verməyə məcbur edilmişdir. O, 25 noyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 15\7 ünvanın qarşısında olduğu zaman özlərini polis əməkdaşları kimi təqdim etmiş iki nəfər şəxs onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis bölməsinə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmasa da, bölməyə gətirildiyi zaman o, polis əməkdaşları tərəfindən döyülmüş və daha sonra videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən şalvarının sağ yan cibindən isə ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini polis əməkdaşına təqdim etmiş və şifahi sorğu zamanı həmin narkotik vasitəni kart hesabına pul köçürmək yolu ilə İran İslam Respublikasının vətəndaşı olan “Məmməd” adlı şəxsdən aldığını, “Məmməd” adlı şəxsin ona göndərdiyi bank hesabına pul köçürmələrindən sonra narkotik vasitələri tanımadığı şəxsdən Keşlə qəsəbəsində olan müxtəlif yerlərən götürürdüyünü, daha sonra isə həmin narkotik vasitənin bir hissəsini tanışlarına eyni qaydada karta pul köçürməklə satdığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 da həmin gün polis əməkdaşları tərəfindən saxlanılmış və təziq altında üzərində aşkar edilmiş narkotik vasitələri guya ondan 25 manat müqabilində aldığı və əvvəllər də bir neçə dəfə narkotik vasitələri məhz ondan aldığı barədə bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün Şahid1 tərəfindən onun kart hesabına göndərilmiş 25 manat məbləğində pulun narkotik vasitələrə heç bir aidiyyatı yoxdur. Həmin pul Şahid1 tərəfindən sonuncunun ona olan borcunu qaytarmaq məqsədilə göndərilmişdir. O heç vaxt nə Şahid1, nə də ki başqa bir şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şahid1 tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Ağazamanın narkotik vasitələrin istehlakı ilə məşğul olduğu üçün ona hər dəfə psixotrop maddə olan metamfetamin satırmışdır. O bundan başqa tanımadığı adamlara da psixotrop maddə olan metamfetamin satırmış. Belə ki, ona məxsus 4169 7385 7065 1293 bank kartına 25 manat pul göndərilir və əvəzində isə o, psixotrop maddə olan metamfetamini müxtəlif ünvanlarda qoyaraq müştərilərinə həmin yerin votçapla şəkilini çəkib atırmış. Beləliklə xx.xx.2021-ci il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 15\7 ünvanın qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən saxianılaraq polis bölməsinə gətirilmişdir.Polis bölməsində xidməti otaqların birində üzərinə baxış keçiriiəcəyi və bununla bağlı ona hüquq və vəzifələri elan olunmuşdur.Eyni zamanda ona təklif olunmuşdur ki, üzərində hər hansı bir predmet və qanunla qadağan olunmuş əşya varsa könüllü təhvil versin. O, da könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, boz rəngli cins şalvarının sağ yan cibindən isə ağ rəngli “vinston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini polis əməkdaşına təqdim etmişdir.Göstərmişdir ki, həmin narkotik vasitəni karta nəğd pul köçürməklə İranda yaşayan “Məmməd” adlı şəxsdən almışdır. Belə ki, “Məmməd” adlı şəxsin ona verdiyi bank hesabını pul köçürmələrindən sonra tanımadığı şəxsdən “Keşlə” qəsəbəsində olan müxtəlif yeriərə atırmışlar. Ona isə həmin narkotik vasitəni atdıqları yerin şəkillərini votçap vasitəsi ilə göndərilmiş və o, da götürürmüş.O, isə öz növbəsində həmin narkotikin bir hissəsini tanışlarına eyni qaydada karta pul köçürməklə satırmış. xx.xx.2021-ci il tarixdə isə Ağazamin Sadıxlı narkotik vasitə olan metamfetamin istəmişdir. O, da Ağazamandan 25 manat nağd pul alaraq ona bir büküm narkotik vasitə metamfetamin vermişdir. Bundan başqa həmin günü Ağazaman onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, həmin kart hesabına 25 manat pul köçürmüşdür.O, isə Ağazamana karta pul yükləndiyi biidirərərək ona bir büküm psixotrop maddə olan metamfetamini yaşadığı evin qarşısında olan köşkün içərisində boş qutuya qoyacağını bildirmişdir. İş üzrə təqsirləndiriiən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, psixotrop maddələrin satışmı **********651293 nömrəii kapital banka məxsus kart vasitəsi ilə həyata keçidirmiş. Belə ki, həmin kart hesabına müxtəlif vaxtlarda pul göndərilmiş o isə, psixotrop maddə və narkotik vasitələri müxtəlif yerlərdə gizlətmişdir. Fləmin yerin şəkilini isə müştərilərə votçap vasitəsi ilə göndərirmiş.O, bir neçə dəfə Ağazamana karta pul köçürmə yolu ilə metamfetamin satmışdır. Ağazamandan başqa şəxslərdə narkotik vasitə satmışdır.25 noyabr 2021-ci il tarixdə onun kart hesabına 25 manat pul göndərilmişdir. Bir az keçmiş Ağazaman ona zəng etmiş və pulun karta yüklənib yüklənmədiyini soruşduqda isə o, yüklənməsini bildirmişdir. Bundan sonra Ağazaman ondan psixotrop maddə oian metamfetamin istədikdə o, Ağazaman psixotrop maddə olan metamfetamini ünvan 12 ünvanın qarşısında olan köşkə qoyacağını bildirmişdir. Bundan başqa heç biryerdə psixotrop maddə gizlətməmişdir (cild 01, iş vər. 124-126) Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşadığı vaxtlardan həmin qəsəbənin sakini kimi tanımışdır. 25 noyabr 2021-ci tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində piyada hərəkətdə olduğu vaxt bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onun üzərinə baxış keçirildiyi zaman o, könüllü olaraq əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini hazırda təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı polis əməkdaşlarının təziqi altında o, fərqli məzmunda ifadə verərək, üzərində aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs aldığı barədə ifadə verməyə məcbur edilmişdir. O, narkotik vasitələrdən polis əməkdaşları tərəfindən tutulmamışdan 4-5 ay əvvəl istifadə etməyə başlamışıdır. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamış və yahud kiminəsə Təqsirləndirilən şəxs narkotik vasitə alınması üçün vasitəçilik etməmişdir. Şahinə məxsus kart hesabına göndərdiyi 25 manat məbləğində pul narkotik vasitənin alınması ilə əlaqəli deyildir və həmin pulu o, Şahinə olan borcunu qaytarmaq məqsədi ilə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Nizami RPİ-in 23-cü PB-nə Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində yaşayan Şahid1 narkotik maddələrin saxlanması və daşınması ilə məşğul olması, Eyni zamanda daxil olmuş əməliyyat məlumatında Şahid1 ünvan 13 ünvanda olacağı və üzərində narkotik maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra dərhal Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə daxil olmuş məlumat əsasında raportla məruzə edilmiş və həmin gün bölmənin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid3 və ondan ibarət tərkibdə ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 25 noyabr 2021ci il tarixdə axşam saatlarında onlar ünvan 13 ünvanın qarşısında Şahid1 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyini bildirmişlər və Şahid1 Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində Şahid1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin vaxt Şahid1 könüllü olaraq əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yaşayan tanışı Təqsirləndirilən şəxs həmin gün günorta saatlarında 25 manata bir büküm metamfetamini aldığını bildirmişdir. Eyni zamanda Şahid1 əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə tanışı “İbrahim” adlı şəxs ona zeng edərək ondan narkotik vasitə olub-olmadığını soruşmuş o isə özündə narkotik vasitə olmadığını bildirmiş və “İbrahimə” təklif etmişdir ki, Şahindən narkotik vasitə ala biləcəyini demişdir. Bunun üçün isə Şahinin elektron pul kartına 25 manat məbləğində pul göndərmək lazımdır.İbrahim isə onunla razılaşmış və Şahinə məxsus 4169 7385 7065 1293 nömrəli kart hesabına İbrahimə demişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanın yaxınlığında sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyi bildirərək onu 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən boz rəngli cins şalvarının sağ yan cibindən isə ağ rəngli siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini təqdim edədək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs və Şahid1 əməllərini etiraf etmişlər, onlara qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı Şahid3 digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 25 noyabr 2021-ci il tarixdə saat 19:40 radələrində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulmuşdur. 25 noyabr 2021-ci il tarixdə DİN Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşaları tərəfindən ünvan 14 ünvanın yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirildiyi nəzərə alınaraq, Şahid1 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 25 noyabr 2021-ci il tarixdə saat 19:10 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 25). “Şəxsi axtarış və götürmə” aparılması barədə protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı Elnur Əvəzli tərəfindən tərtib edilmiş protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Şahid1 üzərinə baxış zamanı könüllü əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir.Təqdim etdiyi narkotik vasitəni xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs günorta saatlarında 25 manata ona nəğd pul verərək bir büküm metamfetamini aldığını bildirmişdir (cild 01, iş vər. 35-36). “Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 25 noyabr 2021-ci il tarixdə saat 20:55 radələrində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə tutulmuşdur. 25 noyabr 2021-ci il tarixdə DİN Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşaları tərəfindən ünvan 1 ünvanın yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirildiyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 25 noyabr 2021-ci il tarixdə saat 20:40 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 59). “Şəxsi axtarış və götürmə” aparılması barədə protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı Elnur Əvəzli tərəfindən tərtib edilmiş protokoldan görünür ki, videoçəkiliş aparılmaqla baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, boz rəngli cins şalvarının sağ yan cibindən isə ağ rəngli “vinston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini polis əməkdaşına təqdim edərək bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan İran islam respublikası vətəndaşı “Məmməd” adlı şəxsdən satış məqsədi ilə almasını bİldirmişdir.Həmin psixotrop maddə olan metamfetamini Ağazaman adlı şəxsə 25 manat satmış, eyni zamanda xx.xx.2021 -ci il tarixdə Ağazaman ona zəng edərək bildirmişdir ki, elektron plastik kart hesabına 25 manat pul yüklənib. Əvəzində psixotrop maddə olan metamfetamin istədiyi üçün o, da həqiqətən kartına 25 manat yüklənməsinə əmin olduqdan sonra yaşadığı ünvan 12 ünvanında olan köşkün içərisində boş qutuya psixotrop maddə metamfetamin qoymasını bildirmişdir (cild 01, iş vər.72-73). İşdə olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 15\7 ünvanın qarşısında olan köşkdə gizlətdiyi bir büküm psixotrop maddə olan metamfetamini təqdim edərək həmin psixotrop maddə olan metamfetamini Şahid1 satmaq məqsədi ilə gizlətdiyini bildirmişdir (cild 01, iş vər. 78). Məhkəmə-kimyəvi ekspertizasının 6/5257 saylı 26 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne163” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “İştirakçılaf....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 (iki) ədəd gümüşü kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,215 qram, 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulfa hazırlapmış psixotrop maddə metamfetamindir. -üzərində “İştirakçılar Yerə atdığı” sözləri, soya və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulfa hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxlldir (cild 01, iş vər. 84-87). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 115-116). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-387/2021 saylı, 28 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 137-139). Məhkəmə-narkoloji ekspertizasının 4941 saylı 07 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən -istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İsmayılov X2 xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profiiaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 156-157). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər. 160-161). “Telefon danışıqlarına keçirilmiş baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə Təqsirləndirilən şəxs məxsus «***-***-**-** SMS_Tarixçesi», “***-***-**-** txt” ”abunəçilər” və “antena” faylı müəyyən edilmişdir. Baxış zamanı «***-***-**-** SMS_Tarixçesi» adlı fayl açılarkən xx.xx.2021- ci il tarixdə saat 11:11:40-da ***-***-**-** nömrəli abonentdən ***-***-**-** nömrəsinə «Qohum tez dur hereket ele pul 30 srcno qeweng xeyir var 170 var 30sa qoyum mal götrum bu duraba kimi divij edim 200 manata 10K 5p verir adam var», xx.xx.2021 -ci il tarixdə saat 02:06:06-da «qaqa nese yeni fikirleşme o kgmanin qeyretini sikim başqa seye göre eden kişi kimi 25 vur pati yari verim», xx.xx.2021-ci il tarixdə saat 04:10:33-da «10 luq 03 emele geler», xx.xx.2021-ci il tarixdə saat 16:22:54-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Motii durda ala ne qeder yatırsan heçneyim yoxdu acınan ölürəm zengivi gözleyirem gözüvü açan kimi zeng ele gelirm, xx.xx.2021 -ci il tarixdə saat 22:37:44-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Yetim 03 mude ver ustune 02 de qoy 2 gram ver men sene sabah 25 verim», xx.xx.2021-ci il tarixdə saat 13:13:15-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrədən 077-318- 34-01 nömrəsinə «mi vurmaliyam vurmasan iranlı yıxsa cavidan bilse aikırsı her şey», xx.xx.2021-ci il tarixdə saat 21:23:07-də ***-***-**-** nömrəli abonentdən abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Qom yari duzub qoşmaq olar», xx.xx.2021-ci il tarixdə saat 19:04:32-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Atmışam haa pulu yetim patinida 06-04 ele kolanida 06-04 ele kolani diyersen çox hansidi», xx.xx.2021-ci il tarixdə saat 19:15:32-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** nömrəsinə «pul çatmır mali götrek 8de yeri atacaq en geci 9.10 kimi bir sözle hel edecem ne kömek ede bilirse et ese bilmirsese me götreceksen onun pulunu gönder»,xx.xx.2021 -ci il tarixdə saat 23:10:26-da ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə nömrəsinə «qaqa 50 vuracam olaq temiz 1.5 gram atarsan başıva dönerem birde imkan varsa bir çet pati pay qoyda cekmeye özümçün» mətnli yazışmaların aparılması müəyyən edilir. Həmin yazışmalar 4 vərəqdə çap edilərək çıxarılıb protokola əlavə edilmişdir (cild 01, iş vər. 204-205). “Telefon danışığı cədvəllərinə baxış keçirilməsi haqqında” 25 yanvar 2022-ci il tarix protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə Şahid1 məxsus «**********47 SMS_Tarixçesi **********80508_559254»,«**********47SMS_Tarixçesi**********80511_559254»,«********** 47SMS_Tarixçesi**********80521_55925»,«**********47SMS_Tarixçesi **********80526_559254» Zənglərin detallaşması **********2162956, Zənglərin Məxsusluq tarixçəsi 202201, Zənglərin Məxsusluq tarixçəsi 202201 faylları mövcuddur.Baxış zamanı «**********47 SMS_Tarixçesi **********80508_559254», adlı fayl açılarkən xx-xx-2021-ci il tarixdə 04:10:07-də Şahid1 məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Qom”, xx-xx-2021 04:10:12-də Şahid1 məxsus **********47 nömrəli mobil telefondan **********75 “Pp lazimdi”, xx-xx-2021-ci il tarixdə 04:10:33-da Şahid1 məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “10 luq 03 emele geler”, xxxx-2021-ci il tarixdə 21:23:07 Şahid1 məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Qom yari duzub qowmaq olar", xx-xx-2021-ci il tarixdə 21:23:17də Şahid1 məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Bir soz de”, xx.xx.2021-ci il tarixdə saat 02:06:06-da «qaqa nese yeni fikirleşme o kgmanin qeyretini sikim başqa seye göre eden kişi kimi 25 vur pati yari verim», xx.xx.2021-ci il tarixdə saat 04:10:33-da «10 luq 03 emele geler», xx.xx.2021-ci il tarixdə saat 16:22:54də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Motii durda ala ne qeder yatırsan heçneyim yoxdu acınan ölürəm zengivi gözleyirem gözüvü açan kimi zeng ele gelim», xx.xx.2021-ci il tarixdə saat 22:37:44-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Yetim 03 mude ver ustune 02 de qoy 2 gram ver men sene sabah 25 verim», xx.xx.2021-ci il tarixdə saat 13:13:15-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrədən ***-***-**-** nömrəsinə «mi vurmaliyam vurmasan iranlı yıxsa cavidan bilse aikırsı her şey», xx.xx.2021-ci il tarixdə saat 21:23:07-də ***-***-**-** nömrəli abonentdən abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-866-06- 75 nömrəsinə «Qom, yari duzub qoşmaq olar», mətnli yazışmaların aparılması müəyyən edilir. Həmin yazışmalar 4 vərəqdə çap edilərək çıxarılıb protokola əlavə edilmişdir (cild 01, iş vər. 211). Məhkəmə-kimyəvi ekspertizasının 6/545 saylı 02 fevrl 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 N°58” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə olan: -1No-li zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, 165 qram, 0,198 qram ümumi təmiz çəkisi 0,363 qram metamfetaminlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. -1N°-li zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,363 qram metamfetaminlər ilə 2N°-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram maddə metamfetamin və 3Nq- İİ zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram metamfetaminlər bir —biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (cild 01, iş vər. 223-227). İşdə olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən istintaqa məlum olmayan “Mamed” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır (cild 01, iş vər 326-328). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə məhkum olunub ona görə ki, o, 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə 0,405 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə saat 19:40 radələrində ünvan 15 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda 0,405 qram çəkidə ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, narkotik vasitə və psixotrop maddələri bədənində olan dözülməz ağrılara görə qəbul etmişdir. Təqsirləndirilən şəxs tanıyır, Şahindən dəfələrlə müxtəlif vaxtlarda metamfetamin almışdır. 25 noyabr 2021-ci tarixdə saat təxminən 19 radələrində yaşadığı ünvan 17 ünvanının qarşısında mülki formada bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu şübhəli şəxs qismində 23-cü PB-nə dəvət etmişlər. 23-cü PB-də xidməti otaqların birində onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, könüllü olaraq əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, bildirmişdir ki, təqdim etdiyi həmin bir büküm metamfetamini 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs 25 manat nağd pul verərək almışdır. Çox vaxtlar o, narkotik vasitəni Şahindən almışdır. Bundan başqa 25 noyabr 2021-ci il tarixdə tanışı İbrahim ona zəng edərək ondan narkotik vasitə olubolmadığını soruşmuşdur. O isə, özündə narkotik vasitə olmadığını bidirmiş və İbrahimə təklif etmişdir ki, Şahindən narkotik vasitə ala bilər, bunun üçün Şahinin kartına 25 manat məbləğində pul göndərmək lazımdır. İbrahim onunla razılaşdıqda o, Şahinə məxsus 4169 7385 7065 1293 nömrəli kart hesabını ona demişdir. Bir qədər sonra İbrahim ona zəng edərək dediyi həmin kart hesabına 25 manat məbləğində pul köçürtdüyünü bildirmişdir. O da Şahinlə əlaqə saxlayaraq ona məxsus kart hesabına 25 manat pul göndərdiyini demişdir. Şahin isə ona 25 manat pulun onun hesabına köçürüldüyünü təsdiq etmiş və ona görə də bir büküm narkotik vasitə olan metamfetamini yaşadığı evin qarşısında olan balaca köşkün içərisinə qoyacağını bildirmişdir. Onun bu barədə könüllü məlumat verməsindən sonra polislər həmin yerdə olan narkotik vasitəni götürmüşlər. Təqsirləndirilən şəxs Şahid1 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, gəncliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 25 noyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, istər Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,215 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan psixotrop maddə metamfetamin, istərsə də Şahid1 şübhəli şəxs qismində saxlanıldığı vaxt üzərinə keçirilmiş şəxsi axtarış zamanı 0,405 qram metamfetamin, o cümlədən Təqsirləndirilən şəxs gizlətdiyi yerdən götürülmüş 0,336 qram metamfetamin tərkib əlamətlərinə görə bir biri ilə eynilik təşkil etmişdir. Belə ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 2 fevral 2022-ci il tarixli 6/545 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə təmiz çəkisi 0,463 qram (təqdiqat aparıldıqdan sonra qalan hissə 0,363 qram) metamfetamin, təqsirləndirilən şəxsin “İbrahim” adlı şəxsə satmış olduğu və ünvan 9 ünvanın qarşısında olan köşkdən aşkar edilmiş 1 bükümdə təmiz çəkisi 0,336 qram (təqdiqat aparıldıqdan sonra qalan hissə 0,286 qram) metamfetamin, o cümlədən təqsirləndirilən şəxsin Şahid1 satmış olduğu 1 bükümdə təmiz çəkisi 0,405 qram (təqdiqat aparıldıqdan sonra qalan hissə 0,355 qram) metamfetamin bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi 1,1204 qram metamfetaminin 25 noyabr 2021-ci il tarixdə iki şəxsə satması Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddələri satması ilə bağlı vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satılması əməli kimi, yəni bir əməl kimi CM-in 234.2-ci maddəsi kimi qiymətləndirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, “şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir neçə şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2 vəya 234.4.3 maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilindəittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəlişəxsin) xeyrinə həll edilir. Eyniilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamışşübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinəəsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsiüçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsiittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterliifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinəəsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin imperativ tələbinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Şahid1 narkotik vasitə satmaması, üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, heç vaxt narkotikin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zor olunaraq hədələndiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü qismən təqsirli bilərək üzərində aşkar olunan narkotikin ona məxsus olduğunu, narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini, istintaqdan yayınmaq niyyətinin olmadığını, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi qismən etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda metamfetaminin ona məxsus olmaması, habelə Şahid1 psixotrop maddə satmaması ilə bağlı göstərdiyi xüsusatlar onun üzərinə baxış keçirilməsi və götürülməsi haqqında istintaq hərəkəti protokolu, habelə Şahid1 CM-nin 234.1-ci maddəsilə məhkum olunmasına dair qüvvəyə minmiş Nizami Rayon Məhkəmsinin hökmü ilə, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, Şahid1 Nizami Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində üzərində aşkar olunan metamfetamini Təqsirləndirilən şəxs 25 manata aldığını, eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar olunan heroin və metamfetaminin ona məxsus olmasını etiraf etməsini bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qismən etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, məhkum Şahid1 barəsində quvvəyə minmiş Nizami Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmünü, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin aşkar edilməsi, Şahid1 25 manat pulun müqabilində metamfetamin satması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələrin miqdarını, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları, mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş oxşar halları, Şahid1 barəsində çıxarılmış məhkəmə hökmü ilə müəyyən edilmiş halları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 2 (iki) ədəd gümüşü kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,215 qram, 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli ksitallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu, bir qismini isə Şahid1 satmış olduğu təsdiq olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi tam sübut olunmuş, lakin, onun məhkəmə istintaqı zamanı ibtidai istintaqdan fərqli ifadə verməsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o, məhkəmədə ziddiyyətli ifadə verməklə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədini güdmüşdür. Beləliklə, cinayət işiüzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyiüzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işiüzrə olan əməli Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddəilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə bir ədəd zərfdə 2 (iki) ədəd gümüşü kağıza bükülmüş bükümlərdə ayrı-ayrıiıqda təmiz çəkisi 0,215 qram, 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli ksitallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,649 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlu və Şahid1 üzərinə xx.xx.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 (bir) ədəd zərfdə 2 (iki) ədəd gümüşü kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,215 qram, 0,248 qram, ümumi təmiz çəkisi 0,463 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli ksitallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,649 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlu və Şahid1 üzərinə xx.xx.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar