Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1230/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X4 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X9 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Goranboy rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim etməklə övladı X2 rayonunda uşaq bağçasına tərbiyəçi kimi işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin sentyabr ayında Cəlilabad şəhərində yerləşən Cəlilabad Rayon İcra Hakimiyyətinin yaxınlığında tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 4.000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Məleykə Məmmədovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim etməklə qısa müddətdə qaytaracağı adı ilə 2022-ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində Cəlilabad şəhəri ərazisində X5 hissə-hissə olmaqla cəmi 2.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 daxili işlər orqanlarının əməkdaşı kimi təqdim etməklə onu Cəlilabad şəhəri, 4 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, razılığını almaqla onunla sövdələşib, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs3 15.000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 təkrar təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 əvvəllər tanımamış, əvvəlcə onun qohumunu tanımış, sonra isə 2021-ci ildə həmin qohumu vasitəsi ilə Əfqanla tanış olmuşdur. Həmin vaxtdan indiyədək Əfqanla münasibətləri yaxşı olmuş, heç bir problemləri olmamışdır. Bir dəfə Əfqan ona Fəxri müəllim adlı tanışının imtahan verdiyini, müsabiqədən və müsahibədən keçdiyini, üç aydır ki, pulunu verib geri ala bilmədiyini bildirmişdir. Bir müddətdən sonra Əfqan Bakıya gəlib onunla görüşmüş və Fəxri müəllimin pulunun özündə olduğunu bildirib, ondan işin düzəlməsi üçün necə etmək lazım olduğunu soruşmuşdur. O isə, hələ bir adam tapmadığını və maraqlanıb tanış tapsa deyəcəyini Əfqana bildirmişdir. O, Əfqana 15.000 manatı özünə verməyi demiş, belə ki, həmin vaxt o, alver etmiş və ona pul lazım olmuşdur. Əfqana pulu 15-20 günə qədər qaytaracağını söyləmişdir. Əfqan da ona həmin 15.000 manatı vermiş, o isə, pulu alandan 18 gün sonra geri Əfqana qaytarmışdır. Digər epizodlarla bağlı ifadəsində Təqsirləndirilən şəxs ittihamda adları çəkilən şəxsləri, həmçinin baxça məsələsində adları keçən şəxsləri tanımadığını bildirdi. Onun sözlərinə görə, Orxan Abıyevi də tanımamışdır, həmin uşaq da sonradan demişdir ki, ona ərizəni zorla yazdırmışlar və sənədlərə qol çəkdirmişlər. O, 2021-ci ildə 2000 manat borc almış, həmin pulu Əfqan onun kartına atmış, sonradan iki günə həmin pulu qaytarmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs Məleykə Məmmədovanın işinə görə onun atasından 4000 manat pulu onun almadığını, həmin pulun Əfqana verildiyini və pul Əfqanda olanda onun kartına 2000 manat pul köçürüldüyünü, Məleykənin işə düzəldilməsi ilə bağlı onun heç bir hərəkəti olmadığını, bu barədə Əfqanla onun arasında söhbət olmadığını, Orxan Abıyevi tanıdığını, ondan 2500 manat pul almadığını, onunla arasında işlə bağlı hər hansı söhbət olmadığını, o, heç kimə özünü daxili işlər orqanının əməkdaşı kimi təqdim etmədiyini, Əfqanın onu tanıdığını və daxili işlər orqanında işləmədiyini bildiyini, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində onun polisə çağırılmaması üçün Əfqanın guya onun daxili işlər orqanının işçisi olmasını bildirdiyini, Əfqanın sonradan ona bunları danışdığını, Zərərçəkmiş şəxs3 15.000 manat pulu almadığını, həmin pulu Əfqandan aldığını və 18 gün müddətinə qaytardığını, zərərçəkmiş şəxslərin hamısının onların şikayət etmədiklərini bildirdiyini, istintaqda ona təsir və təzyiqlər olunduğunu, istintaqda hadisələr necə olubsa, o cür də ifadə verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, Cəlilabad rayon sakini Şahid1 təxminən 7-8 ay olar ki, qohumu Aygünün vasitəsi ilə tanımışdır. Sonuncunu isə, alqı-satqı ofisində işləyən şəxs kimi tanımış, işgüzar münasibətləri olmuşdur. Qeyd etmək lazımdır ki, o, özünü polis əməkdaşı kimi təqdim etmiş, Əfqan da onu polis kimi tanımışdır. Özünü poilis kimi təqdim etməkdə məqsədi özünə inam yaradılması olmuşdur. İlk dəfə metronun «20 Yanvar» stansiyasının qarşısında Əfqanla görüşdükdə, sonuncu, ona bir nəfər şəxsin ona borclu olduğunu deyərək, pulun geri alınmasında polis kimi köməklik göstərməyi xahiş etmişdir. O da, maraqlandıqda məlum olmuşdur ki, Əfqan artıq həmin qadının barəsində şikayət etmiş, bu faktla bağlı cinayət işi də qaldırılmışdır. Ona görə də, heç bir köməklik edə bilməyəcəyini demişdir. 2021-ci ilin sentyabr ayında Əfqan ona demişdir ki, bir nəfər Fərhad adlı qohumu var, qızı Cəlilabad rayonunda bağçaların birinə müəllimə kimi işə düzəlməsinə köməklik göstərsin. O da, maraqlanıb deyəcəyini bildirmişdir. Əfqan bildirmişdir ki, həmin şəxsin əlində 4000 manat var. O da, demişdir ki, pulun yarısını kartına atsın, qalan 2.000 manatı isə lazım olanda Cəlilabad Təhsil şöbəsində deyilən adama çatdıracaq. Əfqan da 2.000 manat pulu onun kartına köçürmüşdür. Lakin bir neçə gündən sonra demişlər ki, həmin adam pulu istəyir, özləri işləri düzəldəcəklər. O da, həmin 2.000 manat pulu kart vasitəsi ilə Əfqana qaytarmışdır. Onun həmin adamlara bu işlə bağlı heç bir borcu yoxdur. Bundan başqa, Əfqan ona bildirmişdir ki, tanışı olan Cəlilabad rayon 4 saylı orta məktəbin müəllimi Zərərçəkmiş şəxs3 direktor vəzifəsinə qəbulla bağlı imtahanları və müsabiqəni keçib, lakin öz işlədiyi məktəbə direktor təyin olunmaq istəyir. O da, maraqlanıb deyəcəyini bildirmişdir. Dini ocaq ziyarət etmək məsqədi ilə 2022-ci ilin təxminən oktyabr ayında Cəlilabad rayonuna getdikdə Əfqanla görüşmüşdür. Əfqan öz növbəsində Fəxri Müradovu çağırıb onunla tanış etmişdir. Çayxanaların birində oturub çay içib, sonra isə çörək yemişlər. Zərərçəkmiş şəxs3 da istəyini ona çatdırmışdır. Bundan əvvəl Əfqan demişdir ki, bu iş üçün 15.000 manat pul verə bilərlər. O da, maraqlanıb deyəcəyini söyləmişdir. Qeyd etmək istəyir ki, həmin ərəfələrdə o, Elnur adlı şəxslə tanış olmuşdur. Elnur da əvvəllər Təhsil Nazirliyində işlədiyini demişdir. O da, Zərərçəkmiş şəxs3 məsələsi barədə Elnura demiş, sonuncu isə, maraqlanacağını bildirmişdir. 2022-ci ilin noyabr ayında Əfqan və Fəxri Bakı şəhərinə gəlib onunla metronun "Nizami" stansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Əfqangil ona 15.000 manat vermiş, o da, elə onların yanından çıxıb gözlərinin qabağında 11.000 manat pulu Elnura vermişdir. Həmin vaxt Elnur «Nizami» metrosunun yaxınlığındakı ofisində olmuşdur. Sonradan 1.000 manat pulu da Elnurun kartına atmışdır. Onun qazancı 3.000 manat olacaqdı və həmin pulu özündə saxlamışdır. Təxminən 15 gündən sonra Elnur demişdir ki, iş alınmır. Bundan sonra ona çatan pulu dərhal, üstündən bir neçə gündən sonra Elnurun qaytardığı pulu tam şəkildə Əfqana qaytarmışdır. Puldan 400 manat borc qalmışdır. Əfqan cibindən 100 ABŞ dolları da verib demişdir ki, bu pul halal xoşundur, əziyyət çəkmisən. Bundan başqa, Əfqanın oğlu Orxan Abıyevi təxminən 2021-ci ildən etibarən tanımış, onunla yaxın münasibəti, o cümlədən ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Orxanı təxminən 4-5 dəfə atasının yanında görmüş, birlikdə çörək yemişlər. Orxanın onun barəsində yazdıqları yalan və böhtandır. O, heç vaxt Orxandan qısa müddətə qaytarmaq şərti ilə heç bir məbləğdə, o cümlədən 2.500 manat pul almamış, ona və digər şəxslərə borcu yoxdur (cild 1, iş vərəqi 75-78, 131-132). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, dindirmə protokolundakı imzalar ona məxsusdur, lakin o, özünü polis əməkdaşı kimi təqdim etməmiş, istintaqda dindirilərkən həmin işdə özünün 3000 manat xeyri olacağını deməmişdir. İstintaq zamanı müdafiəçi tərəfindən həmin ifadə oxunmuş və məzmunu ona bildirilmiş, vəkil ona ifadənin düz yazıldığını demiş, bundan sonra o, protokola imza etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı Məleykə Məmmədova universiteti bitirmiş və onu işə düzəltmək üçün Şahid1lə danışmışdır. Əfqan bu işin 4000 manata düzələcyini ona bildirmiş və o, həmin məbləğdə pulu Əfqana vermişdir. Bir müddətdən sonra Əfqan onun pulunu qaytararaq işin düzəlmədiyini bildirmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tanımadığını, iş üçün özünün Əfqana müraciət etdiyini, Əfqandan işi kimin vasitəsi ilə düzəldəcəyini soruşmadığını, 4000 manat pulu verəndən bir ay sonra Əfqanın onun pulunu geri qaytardığını, pulu keçən ilin payız aylarında verdiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, pulu verəndən hansı müddət sonra polisə çağırıldığını xatırlamadığını, özünün polisə müraciət etmədiyini, Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, onu bu işlə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırdıqlarını, pulun verilməsi ilə qaytarılması arasında nə qədər müddət keçdiyini xatırlamadığını, pulu və diplomun surətini Əfqana verdiyini, sonradan özünün notariusa gedərək orada şikayəti və tələbi olmaması barədə ərizə yazdığını, ərizəni yazanda ona qarşı heç bir təsir və təzyiq olunmadığını ifadəsinə əlavə etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanısa da, həmin şəxsə bir manat da olsa pul verməmişdir. Həm də o, bu işdə özünü zərərçəkmiş şəxs kimi görmür və o, heç bir zərər çəkməmişdir. Verilən sualları cavablandıran zərərçəkmiş şəxs Orxan Abıyev bildirdi ki, o, hazırkı işlə bağlı onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olmuş, oraya onu 3-4 gün çağırmışlar. Təqsirləndirilən şəxs o, atasının dostu kimi tanımışdır. Rəşadla onu bibisi qızı Aygün xanım tanış etmiş, Aygün Rəşadın harada işlədiyini ona deməmişdir. O, işə düzəlməklə bağlı Rəşada müraciət etməmişdir. Belə ki, onun özü xidmətə yararsızdır, buna görə də polisə işə düzəlməklə bağlı onun müraciət etməsi mümkün deyildir. İstintaq vaxtı sənədləri oxumadan imzalamışdır. Onun bank kartı vardır və həmin karta atası pul atmış, o da, həmin pulu Rəşadın kartına köçürmüşdür. Rəşadın kartına 50-100 manat məbləğində pullar köçürmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması barədə ərizəni o, yazmamışdır. İdarədə həmin ərizəni yazmışlar və ona oxumadan imzalatmışlar. Zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Orxan Abıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs bir ilə yaxındır ki, tanıyır, onu atası Əfqanın vasitəsilə tanımışdır. Onları isə Rəşadla bibisi qızı Aygün tanış etmiş, sonuncu Rəşadın polis işçisi olduğunu bildirmişdir. Aygün Rəşada atasının nömrəsini vermiş, bir gün Rəşad özü atasına zəng eləmiş və onlar tanış olmuşlar. Bir gün də Rəşad özü Cəlillabad rayonuna gəlmiş, o, atası ilə Rəşadı qarşılamış və birlikdə yemək yemişlər. Sonradan Rəşad ondan dəfələrlə müxtəlif məqsədlər üçün pul istəmiş, o, həmin pulları Rəşadın kartına göndərmişdir. Bu minvalla o, 2022-ci ilin noyabr ayına qədər Rəşada pul göndərmişdir. Ümumilikdə o, Rəşada 2.500 manat pul vermişdir. Sonradan atasından bilmişdir ki, Rəşad daxili işlər orqanının əməkdaşı deyil, onlarıi aldadıb pulları almışdır. Rəşad ondan aldığı pulları qısa müddətdə qaytaracağına vəd versə də, bir neçə ay keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Ona görə də Rəşadın barəsində ərizə ilə şikayət etmək qərarına gəlmişdir (cild 1, iş vərəqi 46-49). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran zərərçəkmiş şəxs Orxan Abıyev dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, rayonda olarkən Rəşadın oraya gəlmədiyini və onunla oturmadığını, Rəşadın özünü ona polis işçisi kimi təqdim etmədiyini, dindirmə protokolunu oxumadan imzaladığını, Rəşadın ona borcu olmadığını və onun Rəşada borc pul vermədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, uzun müddət təhsil sahəsində çalışmışdır. 2019-cu ildə o, direktor vəzifəsinə təyin olunmaqla bağlı keçirilən imtahandan keçmiş və bununla bağlı Təhsil nazirliyində görüşlər olmuşdur. Lakin ona təklif edilmiş məktəblər yaşayış yerindən uzaq olduğu üçün qəbul etməmişdir. 2019-cu ildən Cəlilabad rayonunda yerləşən 4 nömrəli məktəbdə direktor yeri boş olduğundan həmin məktəbə direktor təyin olunmaq istədiyini öz tanışları və qohumları da bilmişlər. Həmin vaxt qohumu Əfqan yaxın bir tanışının olduğunu, onun əlinin hər yerə girdiyini və həmin şəxslə onun işi ilə bağlı danışıb nəticəsini deyəcəyini bildirmişdir. Bir müddət sonra Əfqan tanışı Rəşadla danışdığını, bunun üçün 15000 manat pul lazım olduğunu demişdir. O, Əfqanla birlikdə «Nizami» metrostansiyasının yanında Rəşadla görüşmüş və həmin pulu ona vermişdir. Rəşad da tez bir zamanda işi həll edəcəyini bildirib onlardan ayrılıb getmişdir. Təxminən 15-20 gündən sonra Rəşad işin düzəlmədiyini bildirmiş və aldığı 15000 manat pulu geri qaytarmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs3 bildirdi ki, onun pulu qaytarılandan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə yazmış, istintaq zamanı ona qarşı təsir və təzyiq olmamışdır. Onu 2023-cü ilin yanvar ayında Baş idarəyə dəvət etmişlər. Orada ondan pul alındığını polis əməkdaşları əvvəldən bilmişlər. O, Təqsirləndirilən şəxs pulu 2022-ci ilin noyabr ayının əvvəllərində vermiş, təxminən 15-20 gün sonra isə onun pulu qaytarılmışdır. Baş idarəyə onu Rəşadı şübhəli şəxs kimi saxlayandan sonra çağırmışlar və ərizə yazdırmışlar. Rəşad onlara özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs3 direktor təyin olunması ilə bağlı Rəşada 15000 manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 qızının işə düzəlməsi ilə bağlı 4000 manat vermişdir. Sonradan həmin işlərin heç biri alınmamış və Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmışdır. Sualları cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, 15000 manatı Zərərçəkmiş şəxs3 direktor təyin olunması üçün verildiyini, 4000 manatın isə Zərərçəkmiş şəxs1 qızının bağçaya işə düzəlməsi üçün verildiyini, onun Rəşadı tanıdığını, buna görə də Rəşadın tanış adamı olması və həmin işləri düzəldə bilməsi imkanı olduğunu fikirləşdiyini, Rəşadın onun oğluna borcu olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 aydır tanıyır. Sonuncunu bacısı qızı Aygünün vasitəsi ilə tanımışdır. Belə ki, bacısı qızı Aygün əvvəllər Abşeron rayonu, Saray qəsəbəsində evlərin alqı-satqısı ofisində işləyərkən ona demişdir ki, işlədiyi yerə tez-tez gələn və özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən Rəşad adlı şəxslə tanış olmuşdur. Rəşad onların ofisinə tez-tez müştəri gətirmişdir. Aygün ona həmin şəxsin yaxşı insan olduğunu demişdir. O da, buna görə, həm də Daxili İşlər Nazirliyinin əməkdaşı kimi həmin şəxslə tanış olmaq istəmişdir. Çünki öz oğlunu polisə işə düzəltmək istəmişdir. Bacısı qızı Aygün Rəşada onun nömrəsini vermişdir. Bir müddət sonra Rəşad ona özü zəng edərək onunla tanış olmuş, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Rəşad bir gün özü də Cəlillabad rayonuna gəlmişdir. O, Rəşadı rayonda qarşılamış və birlikdə yemək yemişlər. Həmin zaman Rəşad polis şöbəsində işi olduğunu deyib getmişdir. O da, X12 Nazirliyində işləməsinə lap əmin olmuşdur. 2021-ci ilin sentyabr ayında ailəvi dost olduğu Zərərçəkmiş şəxs1 ona qızını Cəlillabad rayonunda uşaq bağçalarının birinə müəllimə kimi işə düzəltmək istədiyini bildirmişdir. O da, bu sahədə tanışının olduğunu və maraqlanıb ona bir cavab deyəcəyini bildirmişdir. O, bu barədə Rəşada danışmış, Rəşad bu işi həll edə biləcəyini demişdir. Bu işi 4.000 manat əvəzində edə biləcəyini, 2.000 manatın ona, qalan pulun isə Cəlillabad rayonunda Təhsil İdarəsinin müdiri Ağaxan müəllimə çatacağını demişdir. O da, bunu sonradan Fərhada demiş, Fərhad razılaşmış və 2021-ci ilin sentyabr ayının ortalarında Fərhadla Cəlillabad şəhərində yerləşən İcra Hakimiyyətinin yaxınlığındaki çayxanaların birində görüşdükdə, Fərhad orada ona 4.000 manat pulu və qızı Məleykənin diplomunun surətini vermişdir. O da, pulun 2.000 manatını Rəşadın dediyi kimi onun özünə göndərmişdir. Qalan pulu isə Rəşadın tapşırığı ilə Ağaxan müəllimə verilməsi üçün saxlamışdır. O, Təhsil İdarəsinə gedib Ağaxan müəllimlə görüşmüş, Rəşadın göndərdiyi adam olduğunu demişdir. Ağaxan müəllim ona “Bildim, hal-hazırda uşaq bağçalarında yer yoxdur, boş olan zaman əlaqə saxlayarsınız, imtahan verər keçər, əgər imtahandan keçə bilsə işləyər” demişdir. Ağaxan müəllim onunla heç pul söhbəti etməmiş və pul istəməmişdir. O, Rəşadın dediyi kimi həmin şəxsə 2.000 manat pul təqdim etmiş, lakin sonuncu pulu götürməmiş və ona polis çağıracağını, pulu götürüb dərhal oradan çıxmasını tələb etmişdir. O da, pulu götürüb oradan çıxmış və olanları Rəşada zəng edib danışmışdır. Rəşad isə oradan uzaqlaşmasını tapşırmışdır. Bir neçə gün sonra Rəşad 2.000 manatı onun hesab kartına göndərmiş, o isə, 4.000 manat pulu aparıb Fərhada qaytarmış və qızının işinin alınmadığını demişdir. Onun həmin işdə hər hansı bir maddi marağı olmamış, Fərhad onun ailəvi gediş-gəlişi olduğu dostu olduğundan yaxşılıq edib qızını işə düzəltmək istəmişdir. Bundan bir müddət sonra Cəlillabad şəhər 4 saylı tam orta məktəbdə müəllim işləyən Fəxri müəllim ona bildirmişdir ki, direktor vəzifəsinə keçirilən imtahanlardan uğurlu nəticə əldə etmiş, lakin işlədiyi məktəbdə direktor vəzifəsinə təyin olunmaq istəyir, başqa məktəblərə getmək istəmir. Bu barədə danışan zaman o, Rəşad adlı vəzifəli tanışının olduğunu Fəxri müəllimə demişdir. Fəxri də ondan xahiş etmişdir ki, bu məsələ ilə bağlı Rəşada desin. O, bu barədə Rəşada demiş, Rəşad da bir gün Cəlillabad rayonuna gələrək onlarla birlikdə gedib yemək yemişdir Fəxri də onlarla birlikdə getmişdir. Fəxri orada Rəşada işlədiyi məktəbdə direktor vəzifəsinə keçmək istədiyini bildirmişdir. Bir müddət sonra o, Rəşad və Fəxri ilə birlikdə görüşdükdə, Rəşad Fəxriyə ilkin olaraq 15.000 manat əvəzində direktor vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Əmr olduqdan sonra yenidən 15.000 manat verməli olduğunu demişdir. Fəxri Rəşadla razılaşmışdır. 2022-ci ilin noyabr ayında o, Fəxri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində «Nizami» metrostansiyasının yaxınlığında Rəşadla görüşmüşlər. Fəxri orada Rəşada 15.000 manat pul vermişdir. Bundan sonra Rəşad bir həftə ərzində əmr veriləcəyini demişdir. Lakin bir həftə keçdikdən sonra maralandıqda, Rəşad hələ əmr olmadığını, gələn həftəyə qaldığını demişdir. Belə Rəşad hər həftə vaxtı uzadmışdır. Artıq Rəşadın onları aldatdığını başa düşüb dirənmişdir ki, pulu qaytarsın. Pulu verdikdən təxminən 15-20 gün sonra təxminən 2022-ci ilin dekabr ayında Rəşad pulun 3400 manatını Bakı şəhərində «Nizami» metrostansiyasının yaxınlığında ona qaytarmışdır. Bundan bir həftə sonra Rəşadla yenidən Bakı şəhərində «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşmüş, həmin zaman da Rəşad qalan 11.600 manat pulu ona qaytarmışdır. O da, Fəxriyə pulun hamısını qaytarmışdır. Bu işdə də onun heç bir marağı olmamışdır. Yəni, bir qohum kimi həm Fərhada, həm də Fəxriyə köməklik etmək istəmişdir. Pulu Fəxri özü onun yanında Rəşada vermişdir. Rəşada isə əvvəldən inanmış, sonuncunun dələduzluq edəcəyini bilməmişdir. Sonradan bilmişdir ki, Rəşad heç Daxili İşlər Nazirliyinin əməkdaşı deyil, bunları onlara yalan demişdir (cild 1, iş vərəqi 50-53). Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 aydır tanıyır. Rəşad özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Onunla işgüzar münasibətləri olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Rəşad ona Rusiya Federasiyasına meyvə idxal etmək biznesini təklif etmiş, o da, bu barədə fikirləşsə də, heç bir birgə bizneslə məşğul olmamışlar. 2022ci ilin noyabr ayında Rəşad qohum kimi təqdim etdiyi Əfqanla birlikdə yanına gəlib bildirmişdir ki, Əfqanın Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbdə kimya müəllimi vəzifəsində işləyən qohumu var, onu həmin məktəbə direktor təyin etdirmək istəyirlər, lakin rayon təhsil şöbəsindən buna imkan vermirlər. Təhsil Nazirliyində tanışının olub-olmadığını soruşub bu işdə köməklik göstərilməsini xahiş etmişdir. O da, maraqlanacağını bildirmişdir. Həmin ərafədə ona bir aylığa borca pul lazım olduğundan bu söhbətdən qabaq Rəşaddan borca 10.000 manat istəmişdir. Əfqanla gəldiyi gün Rəşad ona 11.000 manat verib demişdir ki, bu iş düzəlsə, pul özündə qalsın. O isə, heç bir pul götürməyəcəyini, bir aya qaytaracağını demişdir. Bundan sonra məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, iş düzələn məsələ deyil, bu işə görə böyük problemlər yaranmışdır. Ona görə də dərhal Rəşadı çağırıb 11.000 manat pulu özünə qaytarmışdır. Bundan sonra eşitmişdir ki, Rəşad işə düzəltmək adı ilə Cəlilabad rayon sakini Fəxri adlı şəxsdən 15.000 manat pul alaraq ələ keçirmişdir (cild 1, iş vərəqi 93-95). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, X9 isə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməsi barədə şikayət ərizələri ilə müraciət etmişlər (cild 1, iş vərəqi 4, 6, 21). İş materiallarına əlavə edilmiş izahatlarda Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Orxan Abıyev Təqsirləndirilən şəxs dələduzluq əməlləri barədə ətraflı məlumat vermişlər (cild 1, iş vərəqi 7-8, 12-13, 22-23). Cinayət işinə əlavə olunmuş 26 fevral, 03 mart və 17 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X9 onlara vurulmuş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayətləri və tələblərinin qalmadığını bildirmişlər. Elektron Məhkəmə portalından götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü Süleyman adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 136). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, Məleykə Məmmədovanın işinə görə onun atasından 4000 manat pulu onun almadığını, həmin pulun Əfqana verildiyini və pul Əfqanda olanda onun kartına 2000 manat pul köçürüldüyünü, Məleykənin işə düzəldilməsi ilə bağlı onun heç bir hərəkəti olmadığını, bu barədə Əfqanla onun arasında söhbət olmadığını, Orxan Abıyevi tanıdığını, lakin ondan 2500 manat pul almadığını, onunla arasında işlə bağlı hər hansı söhbət olmadığını, o, heç kimə özünü daxili işlər orqanının əməkdaşı kimi təqdim etmədiyini, Zərərçəkmiş şəxs3 15.000 manat pulu almadığını, həmin pulu Əfqandan aldığını və 18 gün müddətinə qaytardığını, istintaqda ona qarşı təsir və təzyiqlərin olunduğunu qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirdi. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxsin heç kəsə qarşı dələduzluq cinayətləri törətmədyini, həmçinin heç kəsi rüşvət verməyə təhrik etmədiyini qeyd edərək Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məhkəmə iclasında müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadələr verməsi onun tərəfindən məsuliyyətdən yayınmaq və ya məsuliyyəti yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməli, digər sübutlarla təsdiq olunduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Həmçinin müdafiə tərəfinin məhkəmə çıxışları zamanı məhkəmə iclasında səslənməmiş və tədqiq edilməmiş fikirlərə istinad etməsi, bununla da təqsirləndirilən şəxsə bəraət verilməsi barədə mövqeyi müdafiəçinin subyektiv fikirləri hesab edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildi. Lakin ona Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirərək, həmin hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsini, həmin Məcəllənin 312.2-ci maddəsi isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməni və ya təkrar rüşvət verməni nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət-hüquq elmində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “CM-in 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Beləliklə, təqdiq olunmuş iş materiallarından aydın olur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək, təqsirləndirilən şəxsə CM-nin 32.4,312.2-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı (2001)” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı2 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə qanunla müəyyən edilmiş qaydada, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağın olması Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə görə, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiqi ilə əlaqədar onun üzərinə maddədə nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalı, həmçinin onun hazırkı iş üzrə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cinayət qanunvericiliyinə uyğun olaraq hesablanmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin həmin müddəasına uyğun olaraq, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 25 fevral 2023-cü il tarixdən hökmün çıxarıldığı 31 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə yaşadığı yaşadığı ünvan 1 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən hökmün çıxarıldığı 31 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 5 (beş) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı2 imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1230/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1230/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver