Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1231/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X14, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 18 A, mənzil 108-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid2 məxsus olan «Mersedes-Benz 240» markalı, **- NH-*** nömrə nişanlı avtomobili satacağını vəd etdikdən sonra avtomobili 28 iyun 2019-cu ildə ünvan 1 ünvanda yerləşən «Nərimanov» parkının yaxınlığında Zərərçəkmiş şəxs1 etibarnamə əsasında 12.700 manata satdıqdan sonra, pulu avtomobilin sahibi Şahid2 verməmiş, sonuncu avtomobilə dair etibarnaməni ləğv etdirərək avtomobili Zərərçəkmiş şəxs1 geri almış, beləliklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin avtomobilə görə almış olduğu 12.700 manat məbləğində pulu ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, X11 adına sənədləşdirilmiş, lakin, faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 25.500 manat dəyərində «Audi A4» markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs3 məxsus dəyəri 16.500 manat olan «Mini Cooper» markalı, **- TT-*** qeydiyyat nişanlı avtomobilə barter üsulu ilə dəyişdirib satacağına dair yalan vəd verib aldadaraq, «Audi A4» markalı avtomobili 2 iyul 2019-cu ildə tarixdə ünvan 3 ünvanında yerləşən 44 saylı notariat ofisində Zərərçəkmiş şəxs3 satılmasına dair etibarnamə əsasında sənədləşdirdikdən sonra, həmin avtomobili ünvan 4 ünvanda yerləşən avtodayanacaqdan götürüb ələ keçirmiş və 2019-cu ilin iyul ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə metal dəyərində 2800 manata sataraq, Zərərçəkmiş şəxs2 25.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 adına olan, faktiki olaraq oğlu Zərərçəkmiş şəxs3 məxsus 16.500 manat dəyərində «Mini Cooper» markalı, **-TT-*** qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 məxsus 25.500 manat dəyərində «Audi-4» markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobil ilə barter üsulu ilə dəyişdirib satacağına dair yalan vəd verib aldadaraq, avtomobili Zərərçəkmiş şəxs3 satılmasına dair 2 iyul 2019-cu ildə Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani 87-93 ünvanında yerləşən 44 saylı notariat ofisində etibarnamə əsasında onun adına rəsmiləşdirmiş, 2019-ci ilin avqust ayının 26-da ünvan 6 ünvanın qarşısında avtomobili Şahid8 Qəmbər oğluna 13.000 manata satmış və həmin gün ünvan 7 ünvanda yerləşən 43 saylı notariat ofisində Orxan Hüsynovun anası Zərərçəkmiş şəxs4 adından Şahid8 Qəmbər oğlunun adına etibarnamə əsasında sənədləşdirdikdən sonra, almış olduğu 13.000 manat pulu guya Zərərçəkmiş şəxs2 verəcəyini, bununla da 25.500 manat dəyərində avtomobilin dəyərini bağlayacağını Zərərçəkmiş şəxs3 yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu ələ keçirmiş və Zərərçəkmiş şəxs3 13.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs4 2019-cu ilin aprel ayında Şahid9 mülkiyyətində olan «Toyota CHP» markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobili 31.000 manata Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bag evində satıb pulunu alaraq, avtomobili onun adına notariat ofisində sənədləşdirəcəyini yalandan vəd verdikdən 2 saat sonra həmin avtomobilin əvvəllər qəzaya uğradığını, avtomobili almağı Mətanət Hüseynovuya məsləhət görmədiyini bildirmiş, ondan almış olduğu 31.000 manat pulu geri qaytarmadan onun üçün «X16» MMC vasitəsi ilə ABŞ-dan 76.000 manat məbləğində yeni «Toyota» CİP markalı avtomobil gətirdirəcəyini yalandan vəd verib aldatmaqla, 2019-cu ilin aprel ayının ortalarından sentyabr ayının əvvəllərinə qədər olan müddət ərzində Mətanət Hüseynovudan əlavə hissə-hissə 1700 manat nisbətində 1000 ABŞ dollarını Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «X16» MMC-də, ünvan 8 ünvanında 45.600 manat, ünvan 9ğlu Zərərçəkmiş şəxs3 vasitəsi ilə 400 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 77.700 manat məbləğində-külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etmək məqsədi ilə tanışı X15 X9 Dubay şəhərindən Bakı şəhərinə «İphone- 11» modelli mobil telefonlar gətirib satışını təşkil edəcəyini və əldə olunacaq qazancdan ona da fayda verəcəyini yalandan vəd verib aldadaraq, 2019-cu ilin avqust aymda yaşadığı Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 14 saylı evin yaxınlığında 14.450 manat nisbətində 8.500 ABŞ dollarını iki dəfəyə, həmin ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsində yerləşən «Hadisə Yeri» kafesində 8.500 manat nisbətində 5000 ABŞ dollarını iki dəfəyə alaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 22.950 manat nisbətində 13.500 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs5 22.950 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2010-cu ildə Bakı şəhəri Nərimanov rayonunda etibarnamə əsasında xatırlamadığı şəxsdən 11.300 manata «Mersedes Benz» markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobili almışdır. Sonra həmin avtomobili Şahid1 adlı tanışma nağd pula 11.800 manata satmışdır. Daha sonra həmin avtomobil Şahid1 tərəfindən kiməsə satılmışdır. Zərərçəkmiş şəxs1 tanımır və ona avtomobil satmamışdır. Avtomobilin sahibi Şahid2 tanımır. Sonuncu ilə avtomobillə bağlı heç bir söhbəti olmamışdır. Həmin avtomobilin Şahid1 tərəfindən hansı məbləğə satılmasını bilməmişdir. Tanışı Zərərçəkmiş şəxs2 «Audi A4» markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobili satışa çıxartmış, digər tanışı Zərərçəkmiş şəxs3 isə həmin avtomobili almaq istəmişdir. 2019-cu ilin yayında Orxan özü Zaurun yanına getmiş, bir qədər sövdələşib, həmin avtomobili 18.000 manata etibarnamə əsasında almışdır. Daha sonra Orxan həmin avtomobili idarə edərkən İsmayıllı yolunda aşırımda aşırtmış və avtomobil yararsız hala düşmüşdür. O, İsmayıllı rayonuna getmiş və heç kimin xəsarət almadığını görmüşdür. Həmin avtomobili Orxanın köməkliyi ilə evakuatora yükləyib Bakı şəhərinə Ayna Sultanova heykəlinin yanında yerləşən avtodayanacağa gətirmişdir. Bu barədə Zaura xəbər vermiş, sonuncu bir nəfəri dayanacağa göndərmiş və həmin şəxs avtomobili ölüxanada tanımadığı bir şəxsə 3800 manata satmışdır. O, həmin avtomobili satmamış və satışdan ona pul verilməmişdir. Zərərçəkmiş şəxs3 məxsus olan «Mini Cooper» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobili Zaura barter yolu ilə vermiş, yəni həmin avtomobili Zaurun «Audi A4» markalı avtomobili ilə dəyişmişdir. Sonra Zaur «Mini Cooper»i sata bilmədiyi üçün Orxana geri qaytarmışdır. Bundan sonra həmin avtomobili sonuncunun vasitəsi ilə tanışı Şahid8 Nərimanov rayonunda 13.000 manata satmışdır. Avtomobil notariusda Orxanın anası Mətanət xanımın adından Şahid8 adına rəsmiləşdirilmişdir. Həmin avtomobilin pulunun ona heç bir aidiyyəti olmadığı üçün ona pul verilməmiş və onun bu məsələdə heç bir marağı olmamışdır. Bundan başqa 2019-cu ildə Zərərçəkmiş şəxs3 ilə görüşlərinin birində sonuncu anasının avtomobil almaq istədiyini bildirmişdir. Həmin ərəfədə tanışı Şahid9 onun mobil telefonuna özünə məxsus **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərini göndərmiş və onu 32.000 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Orxanla Nərimanov rayonunda yerləşən Megafonun yanında görüşmüş, Ayseli də həmin yerə çağırmışdır. Aysel həmin yerə gəldikdən sonra onlar birlikdə Kürdəxanı qəsəbəsinə yollanmış və Mətanət xanımın bağ evinin həyətində sonuncu ilə görüşmüşlər. Avtomobili Mətanət xanıma göstərmiş, sonuncu ilə avtomobili 31.000 manata alınmasına razılaşmışlar. Mətanət xanım ona avtomobili almaq barədə fikrini bildirəcəyini demişdir. Sonra o, həmin avtomobilin ban nömrəsini mobil telefonu vasitəsi ilə yoxlayanda, həmin avtomobilin əvvəllər qəzaya uğradığını bilmişdir. Orxana və Mətanət xanıma bu barədə bildirmiş və onlara avtomobili almağı məsləhət görmədiyini demişdir. Beləliklə, bu söhbət belə də bitmişdir. O, həmin avtomobilə görə Mətanətdən 31.000 manat pul almamış, ümumiyyətlə ona heç bir məbləğdə pul verilməmişdir. Bundan sonra Orxan ilə birlikdə «Abşeron» servisə getmişlər. Orada təzə «Toyota» sifariş vermək üçün Mətanət xanım tərəfindən 1.000 ABŞ dolları pul ödənilmişdir. Servisdə onlara avtomobilin 3-4 aya gətiriləcəyini demişlər. Bundan sonra onlar ayrılmışlar. O, həmin avtomobilə görə nə Mətanət xanımdan, nə də oğlundan 76.000 manat pul almamışdır. Zərərçəkmiş şəxs5 2019-cu ilin əvvəllərindən tanıyır, onların birgə işləri olmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs5la birlikdə mobil telefonlar alıb satmışlar. Həmin alver zamanı 10.000 manat ziyana düşmüşlər. O, Zərərçəkmiş şəxs5 13.500 ABŞ dolları məbləğində pul almamış və ona heç bir borcu olmamışdır. 18-ci polis bölməsində və İdarədə tanımadığı polis əməkdaşlarının təzyiqinə məruz qalmışdır. Dindirmə zamanı eynəksiz olduğundan ifadəsini oxumadan imzalamışdır. İfadəsini təsdiq etmir. Ona verilən ittihamlarla razı deyildir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Möhübət oğlu ifadəsində göstərdi ki, 2 iyul 2019-cu il tarixdə Yasamal rayonu Patamdar qəsəbəsində yerləşən avtomobil bazarında X7 18.000 manata baş etibarnamə əsasında «Audi» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili bir neçə gün sürdükdən sonra, təxminən 2500 manat əlavə təmir xərclərinə pul xərcləmişdir. Bundan sonra avtomobili satmaq qərarına gəlmişdir. 2019-cu ilin iyun ayında uzun müddət tanıdığı Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu Ayna Sultanova küçəsində avtomobil dayanacağında təsadüfən görüşüb söhbət edərkən, ona avtomobilini satmaq istədiyini demişdir. Səməd həmin avtomobilə baxdıqdan sonra sata biləcəyini demişdir. Onlar danışıb razılaşdıqdan sonra avtomobili o, ona 15.000 ABŞ dollarına sata biləcəyini demişdir. 7 iyul 2019-cu ildə təxminən saat 11-12 radələrində Səməd onun telefonuna zəng etmiş və avtomobili qeyd etdiyi qiymətə almaq istədiyini bildirmişdir. Sonra günorta saatlarında Səməd onun yaşadığı məhəlləyə gəlmiş və onlar görüşmüşlər. Səməd ona avtomobilə müştəri tapdığını, müştərinin dostu Orxan olduğunu demişdir. Səməd avtomobili sənədləşmədən ona verməsini, avtomobili sürüb vəziyyətinə baxmaq istədiyini təklif etmişdir. Səmədi yaxşı tanıdığı və ona etibar etdiyi üçün avtomobili və açarlarını ona vermişdir ki, Orxan sürüb avtomobilin vəziyyətinə baxsın. Bundan sonra Səməd sükan arxasına, Orxan isə onun yanındakı oturacağa əyləşib getmiş, 1-2 saatdan sonra qayıdıb gələcəklərini və fikirlərini ona bildirəcəklərini demişlər. Onlar gec gəldiyindən o, narahat olmuş və Səmədin mobil telefonuna zəng etmişdir. Səməd ilə danışanda o, Orxanın avtomobili sürüb İsmayıllı rayonuna getdiyini, aşırımda idarə etməni itirərək avtomobili aşırdığını bildirmişdir. Səhəri gün saat 5 radələrində evakuatorla avtomobili Ayna Sultanova küçəsində yerləşən avtomobil dayanacağına gətirmişlər. O da həmin yerə gəlmiş, yararsız vəziyyətdə olan avtomobilin fotoşəkillərini çəkmişdir. Bundan sonra Səməd ona avtomobili ondan bu vəziyyətdə danışdığı qiymətə, yəni 15.000 ABŞ dollarına alacağı demişdir. O, Səmədə etiraz etməmiş və bir-iki gün keçmiş Səməd məhəlləyə «Mini» markalı avtomobil gətirmiş, avtomobili ona təklif etmiş və üstündə 5.000 ABŞ dolları verəcəyini və bununla da avtomobilin alqı-satqısını tamamlayacağını təklif etmişdir. Səmədin təklifi ilə razılaşmışdır. Bundan sonra Səməd, ona Ayna Sultanovada yerləşən notariat kontorunda «Mini» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobilə Orxanın anasının adından baş etibarnamə vermişdir. Səməd həmin avtomobili 10.000 ABŞ dollarına qiymətləndirmiş və həmin qiymətə ona satmışdır. Qalan 5000 ABŞ dollarını isə 3-gün müddətinə ona çatdıracağını söyləmişdir. Bundan sonra əzilmiş «Audi» avtomobilini satmaq üçün ona baş etibarnamə verməsi ilə bağlı notariusa getmişlər. Səmədin şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onun göstərişi ilə Zərərçəkmiş şəxs3 baş etibarnamə vermişdir. Bir daha Səməd ona, yaxın vaxtlarda yəni 3 gün müddətinə 5000 ABŞ dollarını da verəcəyini demişdir. Səmədə inanmış, bu səbəbdən də Zərərçəkmiş şəxs3 baş etibarnamə vermişdir. 3 gün keçdikdən sonra Səməd ilə görüşmüş və ondan 5000 ABŞ dolları məbləğində pulunu niyə vermədiyini soruşmüşdür. Səməd müxtəlif bəhanələr gətirərək, pulu verməmişdir. Bir müddət keçəndən sonra Səməd onun yanına gəlmiş və «Mini» avtomobilinə müştəri tapdığını, 10.000 ABŞ dollarına satmaq istədiyini, ona bütöv şəkildə 15.000 ABŞ dolları pul vermək istədiyini demişdir. O, Səmədə inanmış və sonuncunun xahişi ilə Zərərçəkmiş şəxs3 adına baş etibarnamə vermiş, avtomobilin açarlarını və texniki pasportunu Səmədə vermişdir. Bir həftə sonra o, avtomobil barədə Səməddən maraqlananda, sonuncu ona həmin avtomobilə dair Orxanın anasından öz adına notariusda baş etibarnamə aldığını və həmin avtomobili kiməsə satdığını, ona narahat olmamasını, pulunu verəcəyini demişdir. Səməd nə onun avtomobillərini qaytarmış, nə də pullarını vermişdir. O, Səmədin onu aldatdığını başa düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, münasibətləri normal olmuşdur. 2018-ci il tarixdə 16.500 manata «Mini Copper» markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobil almış, avtomobil onun anası Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmişdir. O, avtomobili öz vəsaiti hesabına almış, faktiki olaraq avtomobil ona məxsus olmuşdur. Ailəsində problemlər olduğundan avtomobili anasının adına rəsmiləşdirmişdir. 29 iyun 2019-cu il tarixdə o, avtomobili ehtiyatsızlıqdan yolda divara vurmuş, bundan sonra həmin avtomobili təmir etdirmək istəmişdir. Həmin ərəfədə təsadüfən Təqsirləndirilən şəxs ilə görüşmüş və söhbət zamanı ona avtomobilinin əzildiyini demişdir. Səməd ona tanışı Zərərçəkmiş şəxs2 «Audi A4» markalı avtomobili olduğunu, onu satmaq istədiyini, Zaurla danışacağını, avtomobili təmir etdirməsini, Zaurun avtomobili ilə barter eləyəcəyini, əlavə heç bir məbləğ ödəməyəcəyini, baş-başa dəyişdirəcəyini demişdir. O, Səmədin təklifini qəbul etmişdir. Sonra onlar Zaurun evinin həyətində avtomobilə baxmağa getmişlər. Avtomobil normal vəziyyətdə olduğundan Zaura avtomobili bəyəndiyini demişdir. Zaur ona Səmədin onunla telefonla danışdığını avtomobilləri dəyişdirəcəyini demişdir. Razılıq olunduqdan sonra o, şəxsiyyət vəsiqəsini Zaura verib, ona avtomobilə dair baş etibarnamə verməsini demişdir. Zaur da ona baş etibarnamə vermişdir. Səmədə bu barədə bildirmiş və Səməd onun avtomobilini özü Zaura satacağını demişdir. O, anasının adından Zaura baş etibarnamə vermiş, lakin, həmin «Audi»yə görə Zaura əlavə pul ödənməli olduğunu bilməmişdir. Bundan sonra, 7 iyul 2019-cu il tarixdə o, xalası oğlu Şahid3 ilə «Audi» avtomobilində Qəbələ rayonuna yollanmış və həmin gün də qayıtmalı olmuşdur. Yolda Baskal aşırımında avtomobilin idarə etməsini itirmiş və avtomobil yoldan çıxaraq aşmışdır. Xoşbəxtlikdən nə o, nə də Sahib xəsarət almamışlar. Səmədə zəng vurub bu barədə ona demişdir. Səməd 2 saatdan sonra həmin yerə gəlmiş və o, avtomobili evakuatora yükləyib ünvan 10 ünvanında yerləşən avtomobil dayanacağına gətirmişdir. Orada işləyən bir ağsaqqal kişiyə avtomobilin qorumasını həvalə edilmişdir. Heç kim xəsarət almadığından polisə müraciət edilməsinə ehtiyac olmamışdır. Avtomobil icbari sığortalı olmuşdur. Avtomobili ya təmir etdirmək və ya belə vəziyyətdə satmaq barədə fikirləşmişdir. Onun avtomobilin Səməd tərəfindən satılmasına və yaxud təmir etdirilməsinə dair heç bir söhbəti və razılaşması olmamışdır. Səhəri günü o, şəxsi işi ilə bağlı Türkiyəyə getmişdir. 14 gündən sonra yəni 2019-cu ilin iyul ayının axırında Bakıya qayıtmış və avtomobilini saxladığı dayanacağa getmiş, lakin, avtomobilinin orada olmadığını görmüşdür. Dərhal Səmədə zəng etmiş, sonuncu ona avtomobili ondan icazəsiz «Audi» avtomobillərinin ölüxanasına 4100 manata satdığını bildirmişdir. Səməddən niyə ondan icazəsiz həmin avtomobili satmasını soruşmuş, Səməd ona narahat olmamağı, avtomobili satdığı adama baş etibarnamə verməsini, avtomobilin pulnun ona çatacağını demişdir. Səməddən həmin avtomobili satdığı şəxslə onu görüşdürməsini xahiş etmişdir. Səməd həmin şəxsin Dubayda olduğunu, nə vaxt qayıdacağını bilmədiyini, gələndən sonra məsələni həll edəcəyini demişdir. Bundan sonra Zaur ona zəng etmiş, «Mini Cooper»i istəmədiyini, onun avtomobilini qaytarmasını bildirmişdir. O da Səmədin avtomobili hadisədən sonra gətirdirİb dayanacağa qoyduğunu və onun icazəsi olmadan həmin avtomobili kiməsə satdığını demişdir. O, avtomobili Səməddən soruşmaq lazım olduğunu demişdir. «Mini Copper»i isə ondan geri ala bilməyəcəyini, bu məsələnin Səmədlik olduğunu qeyd etmişdir. O, nə qədər Səmədi axtarsada onu tapa bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, Səməd onu aldadaraq etibarından sui-istifadə etməklə «Audi» markalı avtomobilini ələ keçirmişdir. 2019-cu ilin aprel ayında evlərində söhbət zamanı Səməd anasının maşın almaq istəyini bilmişdir. Söhbət zamanı anası ona «Toyota» markalı maşın istədiyinini və 31.000 manat pulu olduğunu bildirmişdir. Səməd anasına maşın tapa biləcəyini demiş və 2019-cu ilin aprel ayında Kürdəxanıdakı bağ həyətinə əvvəllər tanımadığı bir nəfər qadının idarə etdiyi qırmızı rəngli «Toyota» markalı bir maşın gətirmişdir. Anası və onlar maşına baxıb bəyənmiş, anasından evlərində 31.000 manat pul və şəxsiyyət vəsiqəsini alıb, notariusda maşını adına sənədləşdirməsi üçün getmişdir. 2 saatdan sonra Səməd anasına zəng etmiş, bu maşının əvvəllər vuruğu olduğunu, ona başqa maşın tapacağını söyləmişdir. Onlar da Səmədə inanmış və gözləmişlər. 2019-cu ilin avqust ayında Səməd «Toyota» mərkəzi ilə danışdığını və anasına təzə maşın gətirdəyəcəyini bildirmişdir. 6 avqust 2019-cu il tarixdə bir yerdə, anası və Səməd ilə «Toyota» mərkəzinə getmişlər. Səməd sifariş üçün də 1000 ABŞ dollarını onlara ödətdirmiş, avtomobilin 4 aya ABŞ-dan Bakıya gələcəyini, avtomobilin 76.000 manat təşkil edəcəyini bildirmişdir. Anası da Təqsirləndirilən şəxsla razılığa gəlmişdir. Səməd anasına maşın alveri etdiyini, alıb-satmaq üçün yaxşı variant əlinə düşdüyünü bildirib, onu inandırmışdır. 2019-cu ilin aprel ayında anasının müalicəsi üçün yığıb saxladığı 31.000 manat məbləğində pulu ilkin olaraq Kürdəxanı qəsəbəsində yerləşən bağ evində anasından almışdır. Səməd anasından və onun vasitəsilə hissə-hissə müxtəlif məbləğlərdə cəmi 45.000 manat məbləğində pulu 2019-cu ilin iyun ayından sentyabr ayına kimi olan müddət ərzində almışdır. Səməd anasına və ona artıq avtomobilin pulunu tam ödədiklərini bildirmişdir. 2019-cu ilin dekabr ayın ortalarına kimi onlarla mütəmadi əlaqə saxlayaraq götürdüyü 45.000 manata anası üçün sifariş edilən maşını alacağını bildirmişdir. Dəfələrlə ondan avtomobilin gəlib-gəlmədiyini soruşduqda o, müxtəlif bəhanələr gətirməyə başlamışdır. O və anası Səmədə inandığından gözləmişlər. Lakin, sifariş edilən avtomaşın Bakıya servisə gələndən sonra Səmədi axtarmış, lakin tapa bilməmişlər. Sonuncu telefon zənglərinə cavab verməmiş, qaçıb onlardan gizlənmişdir. Valideynləri ilə dəfələrlə görüşsələr də, Səmədin tapılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs anasının etibarından sui-istifadə edərək aldadıb aldığı pulu qaytarmamışdır. 2019-cu ilin avqust ayının 26-da ünvan 6 ünvanın qarşısında Səməd onun razılığı ilə «Mini Cooper» avtomobilini tanışı Şahid8 Qəmbər oğluna 13.000 manata satmışdır. Həmin gün ünvan 11 ünvanda yerləşən 43 saylı notariat ofisində anası Zərərçəkmiş şəxs4 Şahid8 Qəmbər oğlunun adına avtomobili etibarnamə əsasında sənədləşdirdikdən sonra, Səməd Elşaddan almış olduğu 13.000 manat pulu və «Audi» avtomobilinin satışından əldə etdiyi 4100 manat pulu da onun üzərinə qoyub güya Zərərçəkmiş şəxs2 verəcəyini, bununla da 25.500 manat dəyərində «Audi» avtomobilin dəyərini bağlayacağını vəd verərək onu inandırmışdır. Sonradan Səməd 13.000 manat məbləğində pulu Zaura vermədiyi məlum olmuşdur. Səməd ona əvvəlcə Zaurun pulunu verməyi, sonra ona münasib qiymətə avtomobil təşkil edəcəyini demişdir. O, da Səmədə inanıb, onun təklifini qəbul etmişdir. Bir müddətdən sonra Səmədlə əlaqə yaratmış və ondan niyə pulu Zaura vermədiyini soruşmuşdur. Səməd ona narahat olmamağı, Zaurla məsələni özü həll edib yoluna qoyacağını, ona aid burada heç nə olmadığını söyləmişdir. Beləliklə, Səməd yenə də onu aldatmağa nail olmuş və ona məxsus 13.000 manat pulu mənimsədir. O, hətta hələ «Audi» avtomobilini qəzadan sonra təmir etdirib sonra satışa çıxarmaq istəyini Səmədə həmin vaxtı bildirsə də, sonuncu onunla razılaşmamış və narahat olmamağını, avtomobili təmir etdirib xərcini də özü çəkəcəyini, sonra avtomobili normal qiymətə satıb Zaurun pulunu verəcəyini demişdir. Lakin Səməd avtomobili ondan icazəsiz və xəbərsiz 4100 manata satdıqdan sonra, sonuncuya bu hərəkətinə görə iradını tutsa da, Səməd avtomobili təmirə yararsız olduğundan satdığını demişdir. Səməd dəfələrlə onların evində ünvan 12 ünvanında pulları anasından almışdır. Bir neçə dəfə onun vasitəsilə anasının verdiyi pulu Səmədə çatdırmışdır. Belə ki, bir dəfə 1000 manat, sonuncu dəfə isə 400 manat pulu 2019-cu ilin sentyabr ayında Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə 49A ünvanının qarşısında Səmədə vermişdir. Sonradan Səməd onlardan yayınaraq gizlənmişdir. Səməd pulu onlardan alanda, pulu özü «Toyota Mərkəzi»nə keçirəcəyini və sonda maşını götürəndə qəbzləri onlara verəcəyini və avtomobili bir başa anasının adına keçirəcəyini desə də, vədinə əməl etməmiş, onları aldatmış, pullarını da qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Münasibəti normal olmuşdur. Oğlu Zərərçəkmiş şəxs3 2018-ci ildə 16.500 manata «Mini Cooper» markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobil almışdır. Həmin avtomobil onun adına alınsa da, faktiki olaraq oğlu Orxana məxsus olmuşdur. Sonuncuya həmin avtomobili idarə etməsinə dair etibarnamə vermişdir. Orxanın ailəsində boşanma problemləri olduğundan sonuncu avtomobili öz adına rəsmiləşdirməmişdir. 29 iyun 2019-cu il tarixdə Orxan avtomobili ehtiyatsızlıqdan yolda divara vurmuşdur. Bundan sonra Orxan həmin avtomobili təmir etdirmək istəmiş, lakin həmin ərəfədə təsadüfən Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət zamanı Orxan Səmədə avtomobilinin əzildiyini demişdir. Səməd Orxana tanışı Zərərçəkmiş şəxs2 «Audi A4» markalı avtomobil olduğunu, onu satmaq istədiyini demişdir. Səməd Zaurla danışacağını, avtomobili isə təmir etdirməsini demiş, Zaurun avtomobili ilə barter eləyəcəyini qeyd etmiş, əlavə heç bir məbləğ ödəməyəcəyini, başbaşa dəyişdirəcəyini söyləmişdir. Orxan Səmədin təklifini qəbul etmiş, sonra Orxan Zaurun evinin həyətində avtomobilə baxmış, avtomobilin normal vəziyyətdə olduğu üçün avtomobili bəyənmişdir. Zaur Səmədlə telefonla danışmış, avtomobilləri dəyişəcəyinə söz vermişdir. Razılıq əldə edildikdən sonra Orxan şəxsiyyət vəsiqəsini Zaura vermişdir ki, ona avtomobilə dair baş etibarnamə versin. Zaur da Orxana baş etibarnamə vermişdir. Bu barədə Səmədə dedikdə, sonuncu Orxanın avtomobilini özü Zaura satacağını demişdir. Orxan da Zaura baş etibarnamə vermişdir. Lakin Orxan, həmin «Audi»yə görə Zaura əlavə 5000 manat və ya dollar pul ödənməli olduğunu bilməmişdir. Bundan sonra, 7 iyul 2019-cu il tarixdə Orxan, xalası oğlu Şahid3 ilə «Audi» avtomobilində Qəbələ rayonuna şəxsi işi ilə bağlı getmişdir. Həmin gün də qayıdarkən yolda Baskal aşırımında Orxan avtomobilin idarə etməsini itirmiş və avtomobili aşırmışdır. Xoşbəxtlikdən nə Orxan, nə də Sahib xəsarət almamışlar. Orxan Səmədə zəng vurub bu barədə demişdir. Səməd hadisə yerinə gəlmiş və avtomobili evakuatora yükləyib ünvan 10 ünvanında yerləşən avtomobil dayanacağına gətirmişdir. Heç kim xəsarət almadığından polisə müraciət edilməmişdir. Avtomobil icbari sığortalı olmuşdur. Orxan avtomobili ya təmir etdirmək, ya dakı belə vəziyyətdə satmaq istəmişdir. Orxanın avtomobili Səməd tərəfindən satılmasına və yaxud təmir etdirilməsinə dair heç bir söhbəti və razılaşması olmamışdır. Səhəri günü Orxan şəxsi işi ilə bağlı Türkiyəyə getmiş və 2019-cu ilin iyul ayının axrında Bakıya qayıtmışdır. Sonuncu avtomobilini saxladığı dayanacağa getmiş, orada avtomobili görməmişdir. Orxan Səmədə zəng etmiş və dayanacağda avtomobilinin olmadığını bildirmişdir. Səməd ona, ondan icazəsiz həmin avtomobili «Audi» avtomobillərinin ölüxanasına 4100 manata satdığını demişdir. Orxan ona irad tutmuş, niyə görə ondan icazəsiz avtomobilini satdığını soruşmuş, Səməd Orxana cavabında narahat olmamağı, onun avtomobilinin pulunu özü verəcəyini, ona isə avtomobili satdığı adama baş etibarnamə verməsini bildirmişdir. Orxan ondan pulun kimdə olmasını soruşmuş, Səməd ona narahat olmamağı pulun ona çatacağını demişdir. Orxan Səmədə avtomobili satdığı şəxslə onu görüşdürməyi xahiş etmişdir. Səməd həmin şəxsin Dubayda olduğunu, nə vaxt qayıdacağını bilmədiyini demiş, qayıdan kimi pulu tam şəkildə ona verəcəyini, gələndən sonra məsələni tam həll edəcəyini bildirmişdir. Bundan sonra Zaur Orxana «Mini Cooper»i istəmədiyini, onun avtomobilini geri qaytarmasını bildirmişdir. Orxan da ona, Səməd avtomobili hadisədən sonra gətirdirib dayanacağa qoyub və onun icazəsi olmadan həmin avtomobili kiməsə satdığını bildirmişdir. Orxan Zaura «Mini Copper»i geri ala bilməyəcəyini, bu məsələnin Səmədlik olduğunu bildirmişdir. Səməd də ona heç bir narahatçılığın olmadığını, özü hər şeyi həll edəcəyini demişdir. Sonra Səməd onun «Mini Cooperi»nə müştəri tapdığını demiş, Orxanla Səməd birlikdə Nərimanov rayonunda müştəri ilə görüşmüş, razılaşdıqdan sonra Səməd müştəridən 13.000 manat pul almış, aldığı pulu Zaura avtomobilə görə verəcəyini bildirdiyi üçün Orxan razılaşmışdır. Sonra Orxanın adından Şahid8 adlı şəxsə 2019-cu ilin avqust ayında notariusda etibarnamə vermişdir. Həmin puldan nə ona nə də ki, Zaura pul verməmişdir. 2019-cu ilin aprel ayında evlərində söhbət zamanı «Toyota» markalı maşın istədiyini və 31.000 manat pulunun olduğunu demişdir. Səməd ona maşın tapa biləcəyini bildirmiş və 2019-cu ilin aprel ayında Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki bağ evinin həyətində əvvəllər tanımadığı bir qadının idarə etdiyi qırmızı rəngli «Toyota» markalı **-TE-*** markalı bır maşın gətirtmişdir. Maşına baxıb bəyənmişdir. Həmin qadın avtomobildə qalmış, o, evindən 31.000 manat pulu sayıb şəxsiyyət vəsiqəsi ilə birlikdə Səmədə vermişdir ki, maşını adına notariusda sənədləşdirsin. Avtomobili idarə edən qadın avtomobildə qalmış, Səməd onlardan ayrıldıqdan 2 saat sonra ona zəng etmiş, bu maşının əvvəllər vuruğu olduğunu, buna görə avtomobili almamağı məsləhət görmüş, ona başqa maşın tapacağını bildirmişdir. Avtomobilin vuruğu barədə ona mobil telefon vasitəsi ilə fotoşəkil göndərmişdir. Onlar da Səmədə inanmış və gözləmişlər. 2019-cu ilin iyun ayında Səməd ona sellofanda «Toyota» avtomobili təşkil edəcəyini, avtomobilin qiymətinin isə 76.000 manata başa gələcəyini demişdir. Səmədlə razılaşmış və ona pulu hissə-hissə verəcəyini demişdir. Səmədə pulu hissə-hissə, müxtəlif məbləğlərdə verməyə başlamışdır. 2019-cu ilin avqust ayında Səməd «Toyota» mərkəzindən ona təzə maşın gətirdəcəyini söyləmişdir. Oğlu Orxan və Səmədlə «Toyota» mərkəzinə getmişlər. «Toyota» avtomobilinin sifarişi üçün 6 vavqust 2019-cu il tarixdə Səməd onlara 1.000 ABŞ dolları kassaya pul ödətdirib demişdir ki, avtomobil 4 aya ABŞ-dan Bakıya gələcəkdir. Səməd onlara bir daha avtomobilin 76.000 manata başa gələcəyini bildirmişdir. Səmədi tanıdığından dediklərinə inanmışdır. Beləliklə Səməd ondan və oğlu Orxanın vasitəsi ilə hissə-hissə müxtəlif məbləğlərdə cəmi 45.000 manat məbləğində pulu 2019-cu ilin iyun ayından sentyabr ayına kimi olan müddət ərzində almışdır. Səməd ona və oğluna artıq avtomobilin pulunu tam ödədiklərini demişdir. 2019-cu ilin dekabr ayın ortalarına kimi onunla mütəmadi əlaqə saxlamış, Səməd götürdüyü 76.000 manata onun üçün sifariş edilən maşını alacağını bildirmişdir. Dəfələrlə Səməddən avtomobilin gəlib-gəlmədiyini soruşduqda sonuncu, müxtəlif bəhanələr gətirməyə başlamışdır. Səmədə inandıqlarından gözləmişlər. Sifariş edilən maşın Bakıya «Toyota» mərkəzinə gələndən sonra, Səmədi axtarsalar da, onu tapa bilməmişlər. Sonuncu telefon zənglərinə cavab verməmiş, qaçıb aradan çıxmış və onlardan gizlənmişdir. Səmədin valideyinləri ilə dəfələrlə görüşsələr də, sonuncunun tapılması mümkün olmamışdır. Sonuncu onun etibarından sui-istifadə edərək aldadıb aldığı pulu qaytarmamışdır. Ümumilikdə ona 77.700 manat ziyan vurulmuşdur. 2019-cu ilin avqust ayının 26-da «Mini Cooper» avtomobilini Şahid8 Qəmbər oğluna 13.000 manata Səməd Orxanın razılığı ilə satmışdır. Belə ki, Orxan «Audi» avtomobilini qəzaya uğratmış, bundan sonra 43 saylı notariat ofisində o, Şahid8 Qəmbər oğlunun adına avtomobili etibarnamə əsasında sənədləşdirmişdir. Səməd Elşaddan almış olduğu 13.000 manat pulu və satdığı «Audi» avtomobilinin 4100 manat pulunuda onun üzərinə qoyub Zərərçəkmiş şəxs2 verəcəyini, bununla da «Audi» avtomobilin dəyərini bağlayacağını vəd verərək onları inandırmışdır. Sonradan Səmədin 13.000 manat məbləğində pulu Zaura vermədiyi məlum olmuşdur. Səməd onlara Zaurun pulunu verilməsinin və onunla üzləşmələrinin vacibliyini demiş, sonra da Orxana münasib qiymətə avtomobil təşkil edəcəyini söyləmişdir. Onlar da Səmədə inanıb, təklifini qəbul etmişlər. Bir müddətdən sonra Orxan Səmədlə əlaqə yaratmış və niyə pulu Zaura vermədiyini soruşmuşdur. Səməd Orxana narahat olmamağı, Zaurla məsələni özünün həll edib yoluna qoyacağını demişdir. Beləliklə Səməd onları aldatmağa nail olmuş və oğluna məxsus 13.000 manat pulu ələ keçirmişdir. Oğlu Orxan «Audi» avtomobilini qəzadan sonra təmir etdirib satışa çıxarmaq istəsə də, Səməd onu fikrindən daşındırmış, narahat olmamağı, özü avtomobili təmir etdirib, sonra avtomobili normal qiymətə satıb Zaurun pulunu verəcəyini demişdir. Lakin Səməd avtomobili Orxandan icazəsiz və xəbərsiz 4100 manata metalolom kimi kiməsə satdıqdan sonra, Səmədə bu hərəkətinə görə irad tutsalar da, sonuncu avtomobili təmirə yararsız olduğu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun atası olmuşdur. Sonuncu 17 aprel 2020-ci il tarixdə ürək xəstəliyindən dünyasını dəyişmişdir. 28 iyun 2019-cu il tarixdə mərhum atası Şahid1 vasitəsi ilə 12700 manata «Mersedes Benz E240» markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomobilin əsas mülkiyyətçisi Şahid2 olmuşdur. Şahid1 avtomobili atasına satarkən özünə məxsus olduğunu bildirmişdir. Atası avtomobili təxminən 1-2 ay sürdükdən sonra yol polisi avtomobili saxlayaraq, qanunsuz idarə etdiyini və mülkiyyətçisinə verilməli olduğunu bildirib, avtomobil atasından alınmışdır. Atası bunun səbəbi ilə maraqlanmış və ona avtomobilə dair etibarnamənin avtomobilin mülkiyyətçisi tərəfindən ləğv olunduğunu bildirmişlər. Bundan sonra atası dərhal bu məsələləri araşdırmış və müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azər adlı şəxsə borcu olduğu üçün avtomobili başqa bir şəxsə satmışdır. X26 tapıb onunla görüşmüş, avtomobili ondan aldığını deyib, pulunu tələb etmişdir. Atası aldadlığını başa düşmüş və ona qarşı dələduzluq edildiyi üçün polisə müraciət etmişdir. O, Şahid2, Azər, Şahid1 və Təqsirləndirilən şəxs tanımamışdır. Bununla bağlı mərhum atası Binəqədi rayon məhkəməsinə iddia ilə bağlı müraciət etmiş və məhkəmə Təqsirləndirilən şəxs 12.700 manat pulun tutularaq onlara ödənilməsini qət etmiş, lakin Təqsirləndirilən şəxs onların pulunu qaytarmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, 2019-cu iln avqust-sentyabr aylarında Nərimanov rayonu Hidayətzadə küçəsində yerləşən «Hadisə yeri» kafesində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Səməd ona «X23» markalı avtomaşın satmaq istəmiş, o, isə özünün «Prado» markalı avtomaşını ilə dəyişdirmək istədiyini demişdir. O, «X23» markalı avtomaşını servisə aparıb yoxlatdırmış və avtomobilin yararsız olduğu müəyyən olunduğundan, avtomobili almaqdan imtina etmişdir. Bundan sonra Səməd «İphone 11» markalı telefonları Dubaydan gətirib satdığını bildirmiş, ona bir neçə mobil telefon göstərib, satışını təklif etmişdir. Səməd ona Dubaydan mobil telefonları gətirib satıb ona qazanc verəcəyini bildirmişdir. O, Səmədə inanmış və onun təklifi ilə razılaşmışdır. Səməd birinci dəfə bir ədəd mobil telefon gətirmiş, həmin vaxtı ona mobil telefonun qiymətinin 1500 ABŞ dolları olduğunu bildirmiş, hər dəfə gətirdiyi telefondan 200 ABŞ dolları qazanc qalacağını, həmin xeyri onunla böləcəyini demişdir. 2019-cu ilin sentyabr ayında Səməd ona qardaşının arvadının ağır xəstə olduğunu və təcili əməliyyat olunağacını deyib, ondan borca 2000 ABŞ dolları pul istəmiş və həmin pulun əvəzinə mobil telefonlar gətirəcəyini, borc əvəzinə ödəyəcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs mobil telefon gətirmək və ona satmaq üçün vermək adı ilə hissə-hissə ümumilikdə ondan 13.500 ABŞ dolları pul almışdır. Belə ki, Səmədə 2019-cu ilin avqust ayının əvvəllərində Nizami rayonu A.Manafov küçəsində yaşadığı evin yanında iki dəfəyə 8.500 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə Nərimanov rayonu Hidayət zadə küçəsi «Hadisə yeri» kafesində 2000 və 3000 ABŞ dolları təklikdə vermişdir. Səməd cəmi bir dəfə mobil telefon gətirmiş və həmin telefonu satmışlar. Sonradan isə heç bir mobil telefon gətirməmiş, nə də aldığı pulları qaytarmamışdır. Səmədin başqa adamları da aldatdığını eşidib, polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elbrus oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2011-ci ildən tanıyır. Sonuncu avtomobil alğı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin iyun ayında Səməd onunla görüşmüş və bildirmişdir ki, bir müddət Azərbaycanda olmayacaq, xaricə gedəcək, bir nəfər tanışı isə «Mersedes Benz E240» markalı **- NH-*** dövlət nömrə nişanlı avtomobili ona satmağa vermişdir. O, həmin avtomobili onun adına etibarnamə ilə müvəqqəti rəsmiləşdirmək istəyir, ona zəng edəcəyi təqdirdə həmin avtomobillə bağlı göndərəcəyi şəxsə etibarnamə verməsini xahiş etmişdir. O, heç nədən şübhələnməmişdir. Səməd ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və o, Səmədə sənədinin surətini vermişdir. Səməd notariusda Şahid2 adlı şəxsin adından ona etibarnamə vermişdir. Sonra Səməd həmin avtomobili gətirmiş və avtomobili birlikdə Babək prospektində dayanacağa qoymuşlar. Bir müddət sonra Səməd xaricdən gəldiyi barədə ona zəng edib demiş, avtomobili müştəriyə satmaq istəyini ona bildirib ondan Nərimanov rayonunda yerləşən metro parkın yanındakı notariusa gəlməyi xahiş etmişdir. Səməd avtomobili dayanacaqdan götürmüşdür. Səmədin xahişi ilə notariusun qarşısına gəlmişdir. Orada Səmədlə görüşmüş, bu zaman sonuncunun yanında avtomobili alan şəxs Zərərçəkmiş şəxs1 və tanışları olmuşdur. Notariusda Səmədin göstərişi ilə Zərərçəkmiş şəxs1 adına etibarnamə vermiş və onlarla sağollaşıb getmişdir. Səməd avtomobilə görə Yahyadan 12.700 manat pulu onların yanında almışdır. Həmin puldan Səməd ona heç nə verməmişdir. Səmədin xahişinə görə ondan pul marağı güdməmişdir. Səməd avtomobili satdıqdan sonra avtomobilin mülkiyyətçisi Şahid2 pul verməmiş, sonuncu da avtomobilə dair etibarnaməni ləğv etdirmiş və Yahyadan avtomobili geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şirvan şəhərində yaşayır. Şahid4 onun əsgərlik yoldaşı və dostudur. Təqsirləndirilən şəxs da Azərin tanışıdır. 2019-cu ilin may ayında Azərdən özünə məxsus «Mercedes-Benz E240» markalı, **-NH- *** dövlət nömrə nişanlı avtomaşını satmaqda köməklik etməsini xahiş etmişdir. Azər də onu Səmədlə görüşdürmüşdür. O, maşını satmaq üçün Səmədə etibarnamə vermiş və avtomobili də sonuncuya vermişdir. Maşın satılandan sonra ona 11.000 manat verilməli olmuşdur. Avtomaşın Səməddə olmuşdur. Bir müddət keçdikdən sonra o, Azərdən maşının satışı barədə maraqlanmış, sonuncu Səmədin maşını qardaşı Asifə satmasını və pulunu da verəcəyini demişdir. O, bir neçə ay Səmədin maşının pulunu ödəməsini gözləmişdir. Daha sonra avtomobili sistemdə yoxlatmış və sonuncu etibarnamənin Asifin adına deyil, Zərərçəkmiş şəxs1 adlı şəxsin adına verildiyi məlum olmuşdur. Bu haqda Azərə demiş, sonuncu Səmədin onları aldatdığını başa düşüb, polisə müraciət etməsini bildirmişdir. Odur ki, etibarnaməni ləğv etdirmişdir. Bir müddət sonra polis onu çağırmış və o, cərimə meydançasından avtomaşını təhvil almışdır. Səmədin avtomaşınını başqa adama satmasından məlumatı olmamışdır. O, avtomaşını təhvil alarkən onu idarə edən Yahya adlı şəxsə zəng etmiş və avtomaşının açarını gətirməsini xahiş etmişdir. Daha sonra Azərlə birlikdə Yayha kişi ilə görüşmüş, sonuncu avtomaşını 12.700 manata Təqsirləndirilən şəxs aldığını və pulunu da Səmədə verdiyini bildirmişdir. Orada Səməd onları aldatdığı məlum olmuşdur. Yahya Səməd onun pulunu qaytarandan sonra avtomaşının açarını verəcəyini söyləmişdir. O, ehtiyyat açarı ilə avtomaşını işə salıb Şirvana getmişdir. 2020-ci ilin fevral ayında həmin avtomaşını 11.000 manata bir nəfərə satmışdır. Şahid1 Elbrus oğlunu Yayha kişi ilə görüşüb açarı ondan istəməyə gedəndə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğlu Orxanın «Mini Copper» avtomobilini Zaur adlı şəxsin «Audi» avtomobili ilə barter etmişdir. 7 iyul 2019-cu il tarixdə xalası oğlu Zərərçəkmiş şəxs3 ilə birlikdə sonuncunun təzə aldığı «Audi» avtomobili ilə Qəbələ rayonuna getmişlər. Həmin gün qayıdarkən Baskal qəsəbəsində Orxan avtomobili aşırtmışdır. Xöşbəxtlikdən onlar xəsarət almamışlar. Sonra Səməd hadisə yerinə gəlib, avtomobili evakuatorla Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığındakı dayanacağa aparmışdır. Təxminən 15 gündən sonra Orxanla görüşəndə sonuncu Təqsirləndirilən şəxs onları aldatdığını, avtomobili ondan icazəsiz kiməsə satdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid2 onun əsgərlik yoldaşı olmuşdur. Sonuncu ilə yaxın dost olmuşlar. Ceyhun 2019-cu ilin may ayında özünə məxsus «Mercedes-Benz E240» markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomaşını satmaqda ondan köməklik etməsini xahiş etmişdir. Ceyhun Şirvan şəhərində yaşamış, maşın satışından anlayışı olmamışdır. Odur ki, maşın alveri ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Ceyhun maşını 11.000 manata təklif etmiş, maşının bəzi xərcləri olmuşdur. Ceyhun Səmədə etibarnamə vermiş, sonuncu avtomobili götürmüşdür. O, həmin avtomaşının təmiri üçün Səmədə 1.400 manat pul vermişdir. Avtomaşın təmir edilmişdir. Səməd avtomaşını «turbo.az» saytında yerləşdirmişdir. Avtomaşının 12.400 mayası olmuş, onlar maşını baha qiymətə satmaq istəmişlər. Sonra Səməd ona maşını qardaşı Asif üçün istədiyini demişdir. O, maşında heç bir xeyir götürmədən 12.400 manata Səmədin avtomobili qardaşına satmasına razı olmuşdur. Daha sonra Səməd ona avtomaşını qardaşına verdiyini bildirmişdir. Səməddən pulunu istədikdə, sonuncu ona səbirli olmağı, qardaşının bankdan pul götürəcəyini, o zaman avtomaşının pulunu verəcəyini demişdir. Səmədin ona həmin ərəfədə ümumilikdə 19.000 manat borcu olmuşdur. Bir müddət sonra pulu tələb etdikdə Səməd müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonda sistemdə yoxlanılarkən, Asifin adına deyil, Zərərçəkmiş şəxs1 etibarnamə verildiyi məlum olmuşdur. Bu barədə Səməddən soruşmuş, sonuncu əvvəlcə bunu dansa da, sonradan ona: «sənin üçün fərqi nədir, maşını kim sürür, sənin borcunu da, maşının pulunu da qaytaracağam»-demişdir. Odur ki, Ceyhuna vəziyyəti danışmış, maşının başqa bir şəxsə etibarnamə ilə verildiyini bildirmişdir. Ceyhun da avtomaşının etibarnaməsini ləğv etdirmişdir. Bir müddət sonra Ceyhun ona zəng etmiş, avtomaşının saxlanıldığını bildirmişdir. Həmin gün o, Ceyhunla birlikdə polisdən avtomaşını idarə edən Yəhya adlı şəxsin mobil nömrəsini götürmüş, Ceyhun Yəhyaya zəng edib, avtomaşının açarını gətirməsini bildirmişdir. Daha sonra Ceyhunla ikisi Yayha ilə görüşmüşdür. Yahya avtomaşını 12.700 manata Səməddən aldığını bildirmişdir. Bundan sonra Səmədin onu və Ceyhunu aldatdığını, avtomaşını qardaşı Asif üçün almadığını, Yahyaya 12.700 manata satdığını bilmişdir. Yahya avtomaşının açarını qaytarmamış, onun 12.700 manat pulunu Səməddən alıb qaytarandan sonra açarı verəcəyini demişdir. Ceyhun ehtiyyat açarı ilə avtomaşını işə salıb sürüb getmişdir. O, Səmədə zəng etsə də, sonuncu onun mobil telefon nömrələrini qara siyahıya saldığından zəng edə bilməmişdir. Səmədin maşını Yayha Mustafayevə satmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə yaxın dost olmuşdur. 2019-cu ilin yayında Yahya ona və Şahid6 özünə avtomaşın almaq istədiyini demişdir. Onlar birlikdə gedib avtomaşına baxmışlar. Təqsirləndirilən şəxs onlara 13.000 manata 1999-cu il istehsallı «Mercedes-Benz E240» markalı avtomaşın göstərmiş və onlar avtomaşını bəyənmişlər. Avtomobili Babək prospektində Yahyanın tanış ustasının yanına aparmışlar. Usta maşının sürət qutusunda problem olduğunu demiş və onu təmir etmişdir. Səməd ustanın pulunu ödəmişdir. Bundan sonra avtomobilin qiymətini 12.700 manata razılaşmışlar. 28 iyun 2019-cu il tarixdə Yahya onların yanında Təqsirləndirilən şəxs 12.700 manat pul verməklə «Mercedes-Benz E 240» markalı, **-NH-*** nömrə nişanlı avtomaşını almışdır. 21 saylı notariat kontorunda Şahid1 Yahyaya etibarnamə vermişdir. Yahya avtomobili noyabr ayınadək sürmüşdür. 2019-cu ilin noyabr ayında Yahya yol patrul əməkdaşlarının avtomaşını ondan alıb cərimə meydançasına yerləşdirdiklərini demişdir. Avtomaşın Badamdar qəsəbəsindəki cərimə meydançasında olmuşdur. X13 aldatdığını, pulunu ələ keçirib, avtomobilin sahibinə vermədiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun yaxın dostdur. 2019-cu ilin yayında Yahya ona və ortaq olduğu Şahid5 özünə avtomaşın almaq istədiyini demişdir. Onlar birlikdə avtomaşına baxmışlar. Təqsirləndirilən şəxs onlara 13.000 manata 1999-cu il istehsallı «Mercedes-Benz E240» markalı avtomaşın göstərmişdir. Onlar avtomobili Babək prospektində Yahyanın tanış ustasının yanına aparmışlar. Usta maşının sürət qutusunda problem olduğunu demiş və onu təmir etmişdir. Səməd ustanın pulunu ödəmişdir. Bundan sonra onlar 12.700 manata razılaşmışlar. 28 iyun 2019-cu il tarixdə Yahya onların yanında Təqsirləndirilən şəxs 12.700 manat pul verməklə «Mercedes-Benz E 240» markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomaşını almışdır. 21 saylı notariat kontorunda Şahid1 Yahyaya etibarnamə vermişdir. Yahya avtomobili noyabr ayınadək sürmüşdür. 2019-cu ilin noyabr ayında yol patrul əməkdaşı Yahyanın avtomaşını Badamdar qəsəbəsində cərimə meydançasına yerləşdirmişlər. X13 aldatdığı, avtomobilin pulunu Yahyadan alıb, avtomobilin sahibinə vermədiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, «Turbo az» saytında satışa qoyulmuş «Mini Cooper» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobil diqqətini cəlb etmişdr. Elanda göstərilmiş mobil telefona zəng edib, Şahid8 ilə danışmışdır. 9 sentyabr 2020ci il tarixdə Binəqədi rayonunda yerləşən BDYP-də Elşadla görüşmüşdür. Sonuncu avtomobili nömrəsi ilə birlikdə 15.000 manata satdığını demişdir. Avtomobili yoxlatdırandan sonra, saz vəziyyətdə olduğu üçün onu almaq qərarına gəlmişdir. Şahid8 15.000 manat pulu verəndən sonra birlikdə BDYP-nə getmiş və avtomobil onun adına sənədləşdirilmişdir. Şahid8 əvvəllər tanımamış, sonuncu avtomobili satanda özünə məxsus olduğunu demişdir. Şahid8 olan etibarnaməyə baxmamış, avtomobilin mülkiyyətçisinin kim olduğunu bilməmişdir. BDYPİ-də avtomobil yoxlanılarkən hər şeyin qaydasında olduğunu bilmişdir. Hazırda avtomobil onun mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən tanıyır. 2019-cu ilin avqust ayının 26-da Nərimanov rayonu İslam Abışov küçəsində yaşadığı evin həyətində Təqsirləndirilən şəxsla görüşmüşdür. Sonuncu ona «Mini Cooper» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobili satığını bildirmişdir. Səmədə həmin avtomobili Zərərçəkmiş şəxs3 sürdüyünü demişdir. Səməd avtomobilin Orxan tərəfindən ona satmaq üçün verildiyini bildirmişdir. Avtomobilə baxıb, onu almaq qərarına gəlmişdir. 2019-cu ilin avqust ayının 26-da ünvan 11 ünvanda yerləşən 43 saylı notariat ofisində Zərərçəkmiş şəxs3, onun anası Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxsla görüşmüşdür. Mətanət xanımın adından onun adına etibarnamə verilmişdir. Zərərçəkmiş şəxs3 iştirakı ilə 13.000 manatı əlbəəl Nərimanov rayonu İslam Abışov küçəsi 35 saylı evin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Sonra həmin avtomobili 9 sentyabr 20İ9-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şosessi 4 ünvanında yerləşən DİN-nin BDYPİ-də alqısatqı müqaviləsinə əsasən Şahid7 15.000 manata satmışdır. Təqsirləndirilən şəxs ona verdiyi pulu Orxana verib-verməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2018-ci ildə onun mülkiyyətində «Mazda» markalı avtomobil olmuşdur. Həmin avtomobili satmaq istəyərkən avtomobil alverçisi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Avtomobili Səmədin gətirdiyi müştəriyə satmışdır. Həmin vaxtdan Səmədi tanımış və onun mobil telefon nömrəsini götürmüşdür. 2018-ci ildə 40.000 manata qırmızı rəngli «Toyota C-HR» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 2019-cu ilin əvvəllərində həmin avtomobili satmaq istəmiş və bu məqsədlə Səmədə müraciət etmişdir. Səməd ondan avtomobilin fotoşəkilini istəmiş və o, mobil telefon vasitəsi ilə avtomobilin şəkillərini sonuncuya göndərmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs zəng etmiş və ondan avtomobilə müştəri tapıb-tapmadığını soruşmuşdir. Səməd güya müştərinin avtomobilin pinkodunu yoxlatdırdığını və avtomobilin vuruğu olduğunu bildirmişdir. Səmədə avtomobilin əvvəllər vuruğu olduğunu bildirmişdir. Sonra Səməd ona zəng etmiş, Nərimanov rayonunda hazırda xatırlamadığı yerə gəlməsini, görüşüb avtomobili aparıb müştəriyə göstərməsini demişdir. Səmədin dediyi yerə getmiş və birlikdə avtomobili Kürdəxanı qəsəbəsinə aparmışdır. Yolda Səməd ona müştəri ilə danışmamağı, avtomobilin vuruğu barədə heç nə deməməyi, özünün klientlə danışacağını söyləmişdir. Həyət evlərinin birinin qarşısında avtomobili saxlamış və orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs4, onun oğlu və bir kişi ilə görüşmüşlər. Səməd Mətanət xanımla görüşdükdən sonra ona məxsus avtomobili xanıma tərifləmiş və xanım avtomobilə baxıb bəyənmişdir. Sonra birlikdə evə keçmişlər. O, avtomobildə əyləşib gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış və oradan getmişlər. Yolda Səməddən qadınla razılaşıb-razılaşmadığını soruşduqda, Səməd ona Mətanət xanımın ona çox yaxın bir insan olduğunu, fikirləşib sonra fikirini deyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla bir daha əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs həmin xanımdan onun avtomobilinə görə 31.000 manat və şəxsiyyət vəsiqəsini alıb notariusa getməkləri barədə heç bir söz deməmişdir. İşin 1-ci cildinin 128-ci vərəqindəki Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 17 aprel 2020-ci ildə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 aprel 2020-ci ildə 166 sayda qeydiyyat aparılmışdır. İşin 1-ci cildinin 68-ci vərəqindəki 26 yanvar 2019-cu il tarixli Zərərçəkmiş şəxs1 izahatından görünür ki, o, 2019-cu iyun ayında özünə avtomaşın almaq istəmişdir. Bunun üçün «turbo.az» saytından avtomaşınlara baxmışdır. Orada «Mercedes-Benz E240» markalı avtomaşını görüb bəyənmişdir. Orada olan mobil nömrəyə zəng etmiş və Zakir adlı şəxslə danışmışdır. Sonuncu ona avtomaşının Səməd adlı şəxsdə olduğunu bildirmişdir. Zakir ona Səmədin 055 985-00-09, 050 ***- **-** adlı şəxsin mobil nömrələrini vermişdir. Səməd adlı şəxsə zəng etmiş və onunla Ayna Sultanova heykəlinin yanında görüşmüşdür. Səməd ona «Mercedes-Benz E 240» markalı avtomaşını göstərmiş və o, avtomaşını bəyənmişdir. Avtomaşın 1999-cu il istehsalı olmuş və 13.000 manata Səməd satışa çıxarmışdır. Onlar 12.700 manata razılaşmışlar. 28 iyun 2019-cu il tarixdə o, dostu Şahid6, Şahid5in yanında Nərimanov parkının yaxınlığında Təqsirləndirilən şəxs 12.700 manat pul verməklə «Mercedes-Benz E 240» markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomaşını avtomobili almışdır. Avtomobilin əsas mülkiyyətçisi Şahid2 olmuşdur. 12.700 manat pulu Səmədə verdikdən sonra onlar İ saylı notariat kontoruna gəlmiş və orada Şahid1 onda olan əsas etibarnamə əsasında ona etibarnamə vermişdir. Şahid1 ona avtomobili satarkən avtomobilin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, avtomobili noyabr ayınadək sürmüşdür. 2019-cu ilin noyabr ayında yol patrul əməkdaşları avtomobili saxlayaraq, avtomobili qanunsuz idarə etdiyini bildirmiş və avtomobili mülkiyyətçisinə təhvil verilməli olduğunu demiş, ondan avtomobili alıb cərimə meydançasına yerləşdirmişlər. Bunun səbəbni soruşduqda etibarnamənin avtomobilin mülkiyyətçisi tərəfindən ləğv olunduğunu bildirmişlər. Bundan sonra o, dərhal bu məsələləri araşdırdıqda, bir sıra şəxslərin qabaqcadan qrup şəklində əlbir olaraq ona avtomobili satmağı, daha sonra isə dərhal etibarnaməni ləğv etməyi planlaşdırdıqları məlum olmuşdur. O, araşdırdıqda ona Səməd səmimi etiraf edərək bildirmişdir ki, onun, Azər adlı şəxsə 7.000 manat borcu olmuşdur. Azər ondan borcunu qaytarmasını tələb edəndə, hər dəfə pulu olmadığını, pulu olduqda borcunu qaytaracağını demişdir. X27 demişdir ki, onsuz o, onun borcunu qaytara bilməyəcək, gəl o, dediyi kimi etsin. Həm o qazansın, həmdə özü və beləliklə də o, borcunu qaytarmış olacaqdır. Azər Səmədə bildirmişdir ki, onun Ceyhun adlı dostunun «Mercedes-Benz E240» markalı avtomaşını vardır. O, Ceyhuna demişdur ki, Səmədə əsas etibarnamə versin. Daha sonra isə Azər Səmədə izah etmişdir ki, həmin avtomaşını «turbo.az» saytında satışa qoysun. Daha sonra isə Azər Səmədə başqa bir tanışına iz itirmək üçün etibarnamə versin. Səməd isə dostu Şahid1lə əlaqə saxlamış, ona işin gedişatmı izah etmiş, işin sonuna əldə olunan puldan 2.000 manat ona veriləcəkdir. Zakir isə razılıq vermişdir. Bundan sonra avtomaşın «turbo.az» saytı vasitəsilə ona satılmışdır. Pulu Səmədə verdikdən sonra Səməd Azərə olan borcunu qaytarmışdır. Həmin puldan bu işdə iştirak edən Zakirə 2000 manat verilmişdir. Qalan 3.700 manat isə Səmədə qalmışdır. Bütün bunları ona Səməd etiraf etmişdir. Bu işin təşkilatçısı Azər adlı şəxs olmuşdur. O işi planlaşdıraraq Təqsirləndirilən şəxs adlı şəxsin ona 7.000 manat borcunu ödətdirmişdir. Daha sonra bu şəxslər planlaşdırdığı kimi baş etibarnaməni ləğv etdirmişlər, avtomobili ondan almışlar. İşin 1-ci cildinin 235-239-cu vərəqlərindəki protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 özünə məxsus «Audi-4» markalı **-SA-*** qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 avtomobilıi ilə barter edib dəyşdirəcəyinə və üstündə əlavə 5000 ABŞ dolları pul verəcəyi adı ilə aldadaraq avtomobili qəzaya uğradıqdan sonra satmasını və pulu ələ keçirməsini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 söylədiklərini təsdiq etmişdir. İşin 1-ci cildinin 240-245-ci vərəqlərindəki protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 özünə məxsus «Mini Cooper» markalı **-TT-*** nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus «Audi-4» markalı 99- SA-091 qeydiyyat nişanlı avtomobil ilə barter üsulu ilə başa-baş dəyşdirəcəyi adı ilə aldadaraq avtomobilləri satdığını və avtomobillərin satışından əldə olunmuş pulları və anası Mətanət Hüseynovuya «Toyota Mərkəzi» vasitəsi ilə «Toyota CİP» markalı təzə avtomobil təşkil edəcəyi adı ilə anasından və onun vasitəsi ilə ümumilikdə 76.000 manat məbləğində pulun ələ keçirməsini demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 göstərdiklərini təsdiq etmişdir. İşin 1-ci cildinin 246-250-ci vərəqlərindəki protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Bu zaman Zərərçəkmiş şəxs4 oğlu Zərərçəkmiş şəxs3 məxsus «Mini Cooper» markalı **-TT-*** nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus «Audi» markalı **-SA-*** qeydiyyat nişanlı avtomobil ilə barter üsulu ilə başa-baş dəyşdirəcəyi adı ilə aldadaraq, avtomobilləri satdığını və satışından əldə olunmuş pulları və eləcə də ona X2 adına olan «Toyota C-HR» markalı, **-TE- *** qeydiyyat nişanlı avtomobili 31.000 manata satmaq adı ilə aldatmasını, pulu ələ keçirməsini, bundan sonra ona «Toyota Mərkəzi» vasitəsi İlə «Toyota CİP» markalı təzə avtomobil təşkil edəcəyi adı ilə aldadaraq onun və oğlunun vasitəsi ilə əlavə 45.000 manat məbləğində pulun ələ keçirdiyini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 söylədiklərini təsdiq etmişdir. İşin 2-ci cildinin 186-188-ci vərəqlərindəki protokolundan görünür ki, Şahid1 Elbrus oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Bu zaman X19 Ceyhuna məxsus olan etibarnamə ilə ona müvəqqəti verilmiş «Mersedes Benz» markalı avtomobili Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 sataraq pulu ondan almasını söyləmişdir. Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq etmişdir. İşin 2-ci cildinin 38-40-cı vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs avtomobil alması məqsədi ilə harada və necə hansı məbləğlərdə pul verdiyi yerləri dəqiqliyi ilə göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 2-ci cildinin 189-212-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş Zərərçəkmiş şəxs4 adına olan faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsus dəyəri 16.500 manat olan «Mini Cooper» markalı və X5 etibarnamə əsasında satılmış Şahid2 məxsus olan «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobillər, eləcə də Şahid9 məxsus «Toyota C-HR» markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobil cinayətin predmeti olmasını, iş üzrə mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq maddi sübut kimi tanınmış, «Mini Cooper» markalı **-ET-*** nömrə nişanlı avtomobilin Şahid7, Şahid2 məxsus olan «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilin X1 onun istifadəsində və «Toyota C-HR» markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin Şahid9 istifadəsində olması nəzərə alınmışdır. Şahid2 tərəfindən Şahid1 Elbrus oğluna və sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilə dair 15 iyul 2019-cli il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894554 saylı etibarnamə, Zərərçəkmiş şəxs4 adından Zərərçəkmiş şəxs2 «Mini Cooper» markalı **-TT-*** nömrə nişanlı avtomobillə dair 24 iyul 2019-cu il tarixli Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894473 saylı etibarnamə, X11 adına olan və Zərərçəkmiş şəxs2 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən «Audi-4» markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 verilməsinə dair 2 iyul 2019-cu il tarixli Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş ƏN-V1-811089 saylı etibarnamə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 1 vərəqədən ibarət çıxarış maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs4 «Toyota RAV4» markalı avtomobilin sifarişi ilə əlaqədar 1700 manat nisbətində 1000 ABŞ dolları nağd pulun «X16» MMC-yə köçürülməsi ilə bağlı beh blankı və pulun ödənişinə dair kassa mədaxil orderinin kvitansiyası maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 110-111-ci vərəqlərindəki 29 noyabr 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsində yerləşən kafedə aldadaraq pulunun bir hissəsini aldığını qalan hissəsini isə yaşadığın evin yaxınlığında almasını bildirmişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. İşin 1-ci cildinin 70-71-ci vərəqlərindəki 26 yanvar 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, 28 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 16 ünvanda yerləşən «Nərimanov» parkında Zərərçəkmiş şəxs1 12.700 manata satdığı müəyyən edilmişdir. İşin 2-ci cildinin 42-ci vərəqəsindəki protokoldan görünür ki, 7 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarışa Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin yazışmalardan görünür ki, 1 oktyabr 2019-cu il tarixdən 13 mart 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq mobil telefon vasitəsi ilə yazşmalar olmuşdur. Həmin yazışmaların mətnindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 15.000 ABŞ dolları məbləğidə pulun ödənilməsini israrla tələb etmişdir. Sonuncu isə Zərərçəkmiş şəxs2 müxtəlif vədlərin verdiyi müəyyən edilmişdir. İşin 2-ci cildinin 41-ci vərəqindəki protokoldan görünür ki, 7 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarışa Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmişdir. Həmin yazışmalardan müəyyən olunmuşdur ki, zərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında mütamadi olaraq mobil telefon vasitəsi ilə yazışmalar olmuşdur. həmin yazışmaların mətnindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 76.000 manat anasına aid və özünə aid pulun ödənilməsini israrla ondan tələb etmişdir. Sonuncu isə Zərərçəkmiş şəxs3 müxtəlif vədlərin verdiyini, puları qaytaracağına dair sözlər verdiyi müəyyən edilmişdir. İşin 1-ci cildinin 205-ci vərəqindəki protokoldan görünür ki, 8 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarına dair 1 vərəqədən ibarət çıxarışa Zərərçəkmiş şəxs4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin yazışmalardan görünür ki, 5 iyun 2019-cu il tarixdən 11 avqust 2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında mütamadi oluraq mobil telefon vasitəsi ilə yazışmalar olmuşdur. Həmin yazışmaların mətnindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 avtomobilin rəngləri, təzə modeli barədə məlumatlar vermişdir. Mobil telefon vasitəsi ilə aparılmış həmin yazışmalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 2-ci cildinin 89-93-cü vərəqlərindəki 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3281/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 Elbrus oğluna qarşı müştərək qaydada 12.700 manat tələbinə dair iddiasına baxılmışdır. Məhkəmə tərəfindən iddiaçı X3 iddia ərizəsi qismən təmin olunmuş, Təqsirləndirilən şəxs maddi ziyana görə 12.700 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 12.730 manat X3 xeyrinə tutulması qət edilmişdir. İşin 1-ci cildinin 161-163-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 219-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Zərərçəkmiş şəxs3 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun xeyrinə 16.500 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs4 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun xeyrinə 77.700 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs2 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun xeyrinə 25.500 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətini başlanğıcı şübhəli şəxs kimi tutulduğu 3 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 mülki iddiaları tam, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 13.000 manat Zərərçəkmiş şəxs3 xeyrinə, 77.700 manat Zərərçəkmiş şəxs4 xeyrinə, 25.500 manat Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Maddi sübutlar: «Mini Cooper» markalı **-ET-*** nömrə nişanlı avtomobilin Şahid7, Şahid2 məxsus olan «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilin X1 onun istifadəsində və «Toyota C-HR» markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin Şahid9 istifadəsində olması nəzərə alınmalı, Zərərçəkmiş şəxs4 «Toyota CHP» markalı avtomobilin sifarişi ilə əlaqədar 1000 ABŞ dolları nağd pulun «X16» MMC-yə köçürülməsi ilə bağlı beh blankı və pulun ödənişinə dair kassa mədaxil orderinin kvitansiyası, Şahid2 tərəfindən Şahid1 Elbrus oğluna və sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilə dair 15 iyul 2019-cli il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894554 saylı etibarnamə, Zərərçəkmiş şəxs4 adından Zərərçəkmiş şəxs2 «Mini Cooper» markalı **-TT-*** nömrə nişanlı avtomobillə dair 24 iyul 2019-cu il tarixli Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894473 saylı etibarnamə, X11 adına olan və Zərərçəkmiş şəxs2 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən «Audi-4» markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 verilməsinə dair 2 iyul 2019-cu il tarixli Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş ƏN-V1-811089 saylı etibarnamə, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 1 vərəqədən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 mülki iddiaları tam, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 13.000 manat Zərərçəkmiş şəxs3 xeyrinə, 77.700 manat Zərərçəkmiş şəxs4 xeyrinə, 25.500 manat Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Maddi sübutlar: «Mini Cooper» markalı **-ET-*** nömrə nişanlı avtomobilin Şahid7, Şahid2 məxsus olan «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilin X1 onun istifadəsində və «Toyota C-HR» markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin Şahid9 istifadəsində olması nəzərə alınsın. Zərərçəkmiş şəxs4 «Toyota CHP» markalı avtomobilin sifarişi ilə əlaqədar 1000 ABŞ dolları nağd pulun «X16» MMC-yə köçürülməsi ilə bağlı beh blankı və pulun ödənişinə dair kassa mədaxil orderinin kvitansiyası, Şahid2 tərəfindən Şahid1 Elbrus oğluna və sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 «Mersedes-Benz-240» markalı, **-NH-*** nömrə nişanlı avtomobilə dair 15 iyul 2019-cli il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894554 saylı etibarnamə, Zərərçəkmiş şəxs4 adından Zərərçəkmiş şəxs2 «Mini Cooper» markalı **-TT-*** nömrə nişanlı avtomobillə dair 24 iyul 2019-cu il tarixli Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş ƏN-Vİ-894473 saylı etibarnamə, X11 adına olan və Zərərçəkmiş şəxs2 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən «Audi A4» markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 verilməsinə dair 2 iyul 2019-cu il tarixli Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş ƏN-V1-811089 saylı etibarnamə, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 18 vərəqədən ibarət çıxarış və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarına dair 1 vərəqədən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1231/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1231/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver