Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1231/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili: Müdafiəçi2 iştirakları ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 163-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4.-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Bəhmən" adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində "Bəhmən" adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 27 yanvar 2022-ci il tarixdə saat 01 radələrində sonuncunun tapşırığı ilə ünvan 1 ünvanında yerləşən Nizami rayon Telefon Qovşağının yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 590 qram olan, külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 120,815 qram olan külli kiqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:10 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı, üzərində «Ao Kİ J İ A» sözləri yazılmış idman çantasının içərisindən bir ədəd bükümdə təmiz çəkisi 590 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 4 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,293 qram, 0,458 qram, 4,189 qram. 115,875 qram, ümumi təmiz çəkisi 120,815 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər olan bir ədəd elektron tərəzi, içərisində metamfetaminin izləri olan 2 ədəd şüşə ampula, 2 ədəd lampa və 1 ədəd qəlyana məxsus şəffaf və çəhrayi rəngli plastik materialdan olan borucuq formalı əşya aşkar edilərək götürülmüşdür. Bundan başqa, o. istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qaz silahı hesab edilən zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğunu əldə edərək üzərində saxlamaqla gəzdirmiş, 27 yanvar 2022-ci il tarixdə saat 01:10 radələrində ünvan 3 ünvanında Nizami RPİ-nin əməkdaşları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nizami RPİ-nə gətirilərək, orada keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən uzunluğu 97 mm, orta hissədən diametri 35 mm olan zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu - qaz silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Razində imiş və həmin vaxt yaxın dostu əlaqəsi ilə tanış olduğu Bəhməndən ona zəng gəlmişdir. Bu barədə Whatsapda səsli mesajları var. O həmin əraziyə yaxınlaşanda polis əməkdaşlarını görmüş və həmin əraziyə yaxınlaşmamışdır. O öz şəxsi maşınına yaxınlaşarkən, polis əməkdaşları onu orada tutmuşlar və ondan sonra onu bölməyə aparmışlar. Onun üzərində nə çanta, nə də başqa bir şey olmayıb. Bunların hamısını gedib evdən götürmüşlər. Qəlyanı və digər şeyləri gedib evdən götürmüşlər. Orada, binada müşahidə kameraları da var, onların hamısı müşahidə olunub. Yəni onun üzərindən heç nə çıxmamış, evdən cəmi 1 qrama yaxın öz istifadəsi üçün çıxmışdır. Orada yazıldığı kimi, yəni 590 qram heroin, 120 qram metamfetamin onun üzərindən çıxmamışdır. Bəhməndən 1 dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Bəhmənin kartına vəsaiti köçürürmüş, Bəhmən yerin şəklini atırmış, o da gedib götürürmüş. Bəhmən Whatsapp vasitəsilə ona yeri deyirmiş və o da həmin yerdən götürürmüş. Külli miqdarla özünü təqsirli bilmir, evindən çıxan narkotik vasitə ilə razılaşır. Qəlyan ona aiddir, evindən çıxmışdır. Öz istifadəsi üçün narkotik vasitə əldə etmək istəyirmiş. İbtidai istintaqda ifadə verərkən təzyiq altında olmuşdur. Qaz silahı ona aiddir, qaz silahını tapmışdır, qaz silahı maşında aşkar edilmişdir. Polislər onu Nizami rayon Polis İdarəsindən 50 metr yuxarıda, Çinar restoranının yanındakı avtomobil yuma yerinin düz yanında saxlamışlar, həmin vaxt avtomobili qızdığı üçün su tökmək məqsədilə avtomobil yuma yerinin yanında saxlamışdır. Avtomobilə su tökürmüş və buna moykanın işçiləri də şahid olmuşdur, o görmüşdür ki, polis əməkdaşları mühafizəçilərin oturduğu yerə girmişlər. O, avtomobilinə oturan vaxt polis əməkdaşları onu arxadan gəlib tutmuşlar, birbaşa bölməyə aparmışlar. Polis əməkdaşları onu hansı səbəbdən tutduqlarını deməmişlər, sadəcə olaraq polis olduqlarını demişlər. Onlarla əlbəyaxa olmuş, sonra onu polis bölməsinə aparmışlar. Bölməyə aparandan sonra ona təzyiq göstərmişlər. Səhərə yaxın kirayə qaldığı evə polis əməkdaşları getmişlər. Evində idman çantasının içində ona məxsus qəlyan və 1 qrama yaxın metamfetamin olmuşdur, polis əməkdaşları onu bölməyə gətirmişlər. Bundan sonra polis əməkdaşları külli miqdarda narkotik vasitəni qabağına qoymuşlar ki, qol çəksin, o da qol çəkmişdir. Onlar 590, 120 qram qoymuşlar, lakin onların ona heç bir aidiyyatı yoxdur. Düzdür, Bəhmən ona şəkil yox, yer atmışdır ki, o yerə gesin, ancaq o yerə çatanda görmüşdür ki, orada polis əməkdaşları var və onlar hasarlanmış bir yerə girmişlər. Bəhmənin dediyi yerdən bir dəfə narkotik vasitə götürmüşdür, ikincidə isə tutulmuşdur. Saxlanıldığı yerlə Bəhmənin dediyi yer arasında 20- 30 metr məsafə olmuşdur, piyada getmək olarmış. Avtoyuma yeri Bəhmənin dediyi yerlə yaxın imiş, lakin ora hasarlanmışdır. Polis əməkdaşlarının oradakı gözətçi yerinə daxil olduqlarını görmüş və həmin yerə getməmişdir. O, whatsapp vasitəsilə Bəhmənə səsli zəng edərək “Tutdurmaq istəyirsən sən məni ?” deyə soruşduqda, Bəhmən “Dəlisən sən?” demişdir. O, telefon danışığını dayandırmışdır. Bu vaxt avtomobilin qabaq qapağını bağlayıb avtomobilə əyləşmək istəyəndə polis əməkdaşları qaça-qaça üzərinə “Polis, polis” deyərək gəlmişlər. Orada əlbəyaxa olmuşlar və mübahisə yaranmışdır. Birinci dəfə tutulmamışdan iki ay qabaq Bəhməndən 10 qram heroin götürmüşdür. 10 qramın hamısını özü istifadə etmişdir. 2-3 nəfərə dostları ilə istifadə etmişlər, onlar tutulmuşdur, o tək qalmışdır, onlara narkotik vasitə satmamışdır, öz istifadələri üçün imiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2022ci il tarixdə Kamil adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o, Şahid1 və Şahid3 iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində ünvan 9 ünvanının qarşısında saxlayıb, idarəyə gətirmişlər. İdarədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs cibində telefon, sağ yan cibindən gözyaşardıcı qaz balonu aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əlində idman çantası var imiş. Həmin idman çantasının içərisində qəlyan, iki ədəd şüşə, iki ədəd lampa, bir ədəd qara rəngli sellofan bağlama, 1 ədəd qırmızı rəngli qapağı olan qutu aşkar edilmişdir. Qara rəngli sellofan bağlamanın içərisində metamfetamin və kakos, qutunun içərisində isə 3 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün iranlı şəxsin şəklini çəkib göndərdiyi yerdən götürdüyünü və narkotik vasitə aldığı şəxsin adının Bəhmən olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərmişdir, onu döyməmişlər. Təqsirləndirilən şəxs telefonunda iranlı şəxsin ona göndərdiyi narkotik vasitənin şəkli, ünvan və həmin şəxslə digər danışıqları aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində polislər tərəfindan saxlanılarkən onda narkotik vasitələrinin olmamasına və eyni zamanda ona polislər tərəfindən təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadələrində göstərmişdir ki, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 163-də yaşamışdır. Heç bir yerdə işləmir. Təxminən iki ildir ki. narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin və «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin qəbulu ilə məşğul olur. Təxminən 2021-ci ilin sentyabr ayında internetdə «İnstaqram» sosial şəbəkəsində özünü İran İslam respublikasının vətəndaşı kimi təqdim edən Bəhmən adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Bəhmən «İnstaqram»da narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin və «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin satışı ilə məşğul olduğunu bildirib pul qazanmaq üçün onunla birlikdə işləməyi təklif etmişdir. Pula ehtiyacı olduğuna görə Bəhmənin təklifi ilə razılaşmışdır. Bəhmən Bakı şəhərində «İnstaqram» vasitəsilə heroin və metamfetamin satışı ilə məşğul olduğunu, müştəri tapdıqda onunla «İnstagram» və ya «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlayaraq müştəriyə çaldırmaq üçün «mal»ı gizlətdiyi yerlər barədə ona məlumat verəcəyini, heroini və metamfetamini onun dediyi ünvanlara çatdırdıqdan sonra isə bunun müqabilində bank vasitəsilə ona pul göndərəcəyini demişdir. Bu məqsədlə Bəhmən onun «WhatsApp» nömrəsini soruşub öyrənərək tezliklə onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra Bəhmənin təklifini gözləmədən ondan özü üçün 20 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. Bu barədə «WhatsApp»da Bəhmənə bildirdikdə Bəhmən ondan 1500 manat pul istəmişdir. Pulunun olmadığını bildirdikdə Bəhmən etiraz etməyərək, sonra haqq-hesab etməyi təklif edib onun üçün Nərimanov merto stansiyas min yaxınlığındakı “Maqdonals" restoranının yanında 20 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamin gizlədəcəyini bildirmişdir. Razılığını bildirmiş və Bəhmən vəd eldiyi kimi, onun üçün Nərimanov mctrostansiyasının yaxınlığında 20 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamin gizlətdiyi yerin şəkilini çəkərək «WhatsApp» vasitəsilə ona göndərmişdir. Dərhal həmin yerə gedib Bəhmənin onun üçün gizlətdiyi «mal»ı götürmüşdür. İki-üç ay ərzində həmin heroin və metamfetamini özü qəbul edib tükətmişdir. 26 yanvar 2022-ci il tarixdə gecə saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman Bəhmən «WhatsApp» vasitəsilə ona zəng vuraraq Nizami rayonu ərazisində Qara Qarayev mctrostansiyasının yaxınlığına heroin və metamfetamin qoyduğunu bildirib həmin «mal»ı götürərək onun deyəcəyi ünvana aparmasını söyləmişdir. Bunun müqabilində Bəhməndan ona nə qədər pul verəcəyini soruşduqda Bəhmən «mal»ı gizlətdiyi yerin fotoşəkilini «WhatsApp» vasitəsilə ona göndərərək «mal»ı dediyi ünvana çatdırdıqdan sonra ona olan 1500 manat borcundan 150 manat çıxacağını vəd etmişdir. Razılaşaraq 27 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdən çıxıb tanımadığı şəxsin idarə etdiyi markasım və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə əyləşərək Nizami rayonu. Şirin Mirzəyev küçəsinə getmişdir. Nizami rayonu. Şirin Mirzəyev küçəsində taksidən düşüb piyada həmin küçədə yerləşən X4 doğru hərəkət etməyə başlamışdır. X3 yaxınlığında 1-2 (bir-iki) dəqiqə ətrafı müşahidə edib sakitlik olduğunu, yaxınlıqda və ətrafda başqtı şəxsin olmadığını yəqin etdikdən sonra yaxınlaşıb Bəhmənin dediyi yerə diqqətlə baxdıqda orada üzərində «Ao Kİ JİA» sözləri yazılmış idman çantasının gizlədildiyini görmüşdür. Həmin idman çantasını götürərək cibindəki alışqanın fənərindən istifadə etməklə içərisini diqqətlə yoxladıqda çantada şüşə qəlyan, qutuda olan ağ rəngli kiçik ölçülü elektron tərəzi, bir ədəd qapaqlı plastmass qabın içərisində metamfetamin qəbul etmək üçün istifadə olunan iki ədəd şüşə lampa və iki ədəd şüşə ampula, bir ədəd qara rəngli sellofan bağlamanın içərisində iki ədəd ayrı-ayrı sellofan bükümdə qablaşdırılmış narkomanlar arasında «kakos» kimi tanınan heroin və «şüşə» kimi tanınan metamfetamin, həmçinin bir ədəd qırmızı rəngli qapağı olan plastmass qabın içərisində üç ədəd bükümdə metamfetamin olduğunu aşkar edərək cəld piyada oradan uzaqlaşmağa başlamışdır. Şirin Mirzəyev küçəsi ilə piyada hərəkət edərək oradan uzaqlaşan zaman bir neçə nəfər polis əməkdaşının ona yaxınlaşdıqlarını görmüşdür. Əlindəki çantada olan heroin və metamfetaminə görə həbs olunacağımı düşünüb cəld mobil telefonunun «WhatsApp» proqramından Bəhmənin əlaqə nömrəsini, o cümlədən ona göndərdiyi mesaj və fotoşəkilləri silərək polis əməkdaşlarına yaxalanmamaq üçün qaçmağa başlamışdır. Lakin bir neçə addım atdıqdan sonra ayağı yerdə daşa ilişdiyi üçün yıxılmış və polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami rayon polis idarəsinə dəvət etmişlər. Həmin vaxt əlində tutduğu idman çantasının içərisindəki heroin və metamfetaminə görə həbs olunacağını başa düşsə də. polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb həmin çantanı kənara tullaya bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nizami rayon polis idarəsinə getmişdir, idarədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzi fələni izah edilmişdir. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl öz təşəbbüsü ilə ərizə yazaraq vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etmişdir. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa, onlara təqdim etməyi təklif etmişlər. Etiraz etməyərək əvvəlcə şalvarının sağ yan cibində olan «Samsung A5» və «Samsung J 7» markalı iki ədəd mobil telefonu çıxarıb stolun üstünə qoymuşdur. Bunun ardınca gödəkcəsinin sağ yan cibində saxlayıb gəzdirdiyi üzərində «Şok» yazısı olan gözyaşaradıcı qaz balonunu və bir ədəd alışqanı çıxarıb stolun üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi qaz balonu barədə ondan soruşaraq həmin əşyam haradan əldə etməsini soruşduqda həmin əşyanın gözyaşaradıcı qaz balonu olduğunu və tapdığım bildirmişdir. Polis əməkdaşları nə məqsədlə həmin qaz balonunu üstündə gəzdirdiyini soruşduqda isə nə deyəcəyini bilməmişdir. Sonra polis əməkdaşları ondan üstündə başqa nə kimi əşyalar olduğunu soruşmuşlar. Üstündə başqa əşya olmadığını bildirmiş və polis əməkdaşları bu zaman sol əlində tutduğu çantaya işarə edərək çantanın içərisində nə olduğunu soruşmuşlar. Buna cavab olaraq çantanı stolun üzərinə qoyub açaraq içərisindəki şüşə qəlyanı, qutuda olan bir ədəd kiçik ölçülü elektron tərəzini, qəlyanın borusunu, bir ədəd qapaqlı plastmass qabın içərisində metamfetamin qəbul etmək üçün istifadə olunan iki ədəd şüşə lampa və iki ədəd şüşə ampulanı. bir ədəd qara rəngli sellofan bağlamanın içərisində iki ədəd ayrı-ayrı sellofan bükümdə qablaşdırılmış narkomanlar arasında «kakos» kimi tanınan heroini və «şüşə» kimi tanınan metamfetamini, həmçinin bir ədəd qırmızı rəngli qapağı olan plastmass qabın içərisində üç ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi həmin maddə kütlələri və əşyalar barədə ondan soruşduqda səmimi etiraf edərək təqdim etdiyi bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, şüşə lampa və şüşə ampulalarm isə metamfetamin qəbulu zamanı istifadə edildiyini bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümləri və əşyaları diqqətlə gözdən keçirib yoxlayaraq üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmişlər və ondan aşkar olunmuş həmin narkotik vasitə heroini, habelə metamfetamin bükümlərini, elektron tərəzi və digər əşyaları qablaşdırmışlar. Həmin protokolu, heroin və metamfetamin bükümlərinin, eləeə də digər əşyaların qablaşdırıldığı kağız paketləri imzalamışdır. Həmin qaz balonunu nə vaxt və haradan tapıb əldə etməsini xatırlamır. Həmin qaz balonunu təsadüfən yerdən tapmış və maraq üçün cibində saxlayıb üzərində gəzdirmişdir. Həmin qaz balonunu üzərində gəzdirməkdə başqa heç bir məqsədi olmamışdır. "Bəhmən" adlı həmin şəxsin adını, soyadını, atasının adını, yaşayış ünvanını və digər anket məlumatlarını bilmir. Bəhmənin «WhatsApp» nömrəsini xatırlamır. Əməlindən peşmandır. Cinayət işində olan 27 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında Nizami RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli üzərində “Ao Kİ JİA" sözləri yazılmış idman çantasının içərisindən ağ şəffaf yapışqan lentlə bağlanılmış 01 ədəd qara sellofana bükülmüş bükümü təqdim etdi. Həmin qara rəngli sellofanın içərisindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddə və 01 ədəd ağ şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə məxsus olan maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni Nizami rayonu, Q.Qarayev mctrostansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı kimi sosial şəbəkədə tanış olduğu "Bəhman” adlı şəxslə Vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşaraq həmin narkotik vasitəni Bəhmanın dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan əlavə həmin çantanın içərisində olan balaca ölçülü şəffaf rəngli qapağı qırmızı rəngli plasmas qabın içərisindən qara rəngli sellofanın içərisində ağ şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında spesifik İyə məxsus olan maddə və həmin qabın içərsindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş ağ kristal halında maddə və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ şəffaf sellofanın içərisində olan ağ kristal halında olan maddə aşkar edildi. Bundan əlavə çantanın içərisindən ağ plasmas qabın içərisindən 02 ədəd lampa, 02 ədəd ampula, 01 ədəd qəlyan 01 ədəd üzərində "JY-V02” yazıları olan kiçik ölçülü elektron tərəzi, K.Nəzrovun əynində olan qara rəngli qısaqol gödəkçənin sag yan cibindən 01 ədəd üzərində “ЩOK» göz yaşardan bibər qazı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsug A-5 markalı mobil telefon və 01 ədəd Samsung J-7 markalı mobil telefon aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs əlində olan çantanın içərisindən aşkar olunaraq götürülmüş tünd qəhvəyi rəngli maddə və ağ şəffaf kristal halında olan maddələr müvafiq ekspertizaya təqdim olunması üçün protokol iştirakçılarının və onun özünün iştirakı ilə qablaşdınlaraq Azərbaycan Respublikası DİN-nin 162 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu CD disk protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuşdur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2022-ci il tarixli 6/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Saxlanılan şəxs (imza) К.B.Nəzərov...» sözləri olan 1 №-li paeketdəki bir ədəd bükümdə təmiz çəkisi 590 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,293 qram, 0,458 qram, 4,189 qram, 115,875 qram, ümumi təmiz çəkisi 120,815 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 2 №-li paketdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfctamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-n siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 590 qram,tədqiqata sərf edildi 0,100 qram, qalıq 589,9 qram, metamfetaminin ümumi təmiz çəkisi 120,815 qram,tədqiqata sərf edildi 0,100 qram 120,715 qram.(ekpertiza tədqiqatın dəyəri 81 (səksən bir) manat. Cinayət işində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 4(007)-46/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2022-ci il tarixli 1455 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 19 may 2022-ci il tarixli 6/2482 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM- nin «Tədqiqat Obyekti № 67»-li ştamp əksi olan vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdə olan metamfelaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N162» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qəlyan, 2 ədəd lampa...» yazısı olan paketdə 2 (iki) ədəd şüşə ampulada, 2 (iki) ədə lampada və 1 (bir) ədəd qəlyana məxsus şəffaf və çəhrayi rəngli plastik materialdan olan borucuq formalı əşyanın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün deyildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 120,715 qram, tədqiqata sərf edildi 0,04 qram 120,675 qram.(ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat. Cinayət işində olan məhkəmə-ballistik ekspertizasının 12 may 2022-ci il tarixli 3/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet-zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğudur, qaz silahıdır, soyuq silah hesab edilmir. (ekpertiza tədqiqatın dəyəri 64 (atmış dörd) manat. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon prokurorluğundan tələb olunan 137-C-22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs prokurorluqda izahat verərək, bildirmişdir ki, o saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərərkən xəsarətlər almışdır, sonra o polis idarəsinə gətirilmiş və orada ona polis əməkdaşları tərəfindən xəsarətlər yetirilməmiş və onlara qarşı şikayəti yoxdur. Prokurorluğun müstəntiqi Anar Namazov tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təstiqinin tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 yanvar 2022-ci il tarixdən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, barəsində ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 589,9 qram heroin, qalıq 120,675 qram metamfetamin, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qəlyan, 2 ədəd lampa...» yazısı olan paketdə 2 (iki) ədəd şüşə ampulada, 2 (iki) ədəd lampada və 1 (bir) ədəd qəlyana məxsus şəffaf və çəhrayi rəngli plastik materialdan olan borucuq formalı əşya, 1 ədəd “JY-V02” yazıları olan kiçik ölçülü elektron tərəzi məhv edilməli, uzunluğu 97 mm, orta hissədən diametri 35 mm olan zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu- qaz silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 259 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7(yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 259 (iki yüz əlli doqquz) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 589,9 qram heroin, qalıq 120,675 qram metamfetamin, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qəlyan, 2 ədəd lampa...» yazısı olan paketdə 2 (iki) ədəd şüşə ampulada, 2 (iki) ədəd lampada və 1 (bir) ədəd qəlyana məxsus şəffaf və çəhrayi rəngli plastik materialdan olan borucuq formalı əşya, 1 ədəd “JY-V02” yazıları olan kiçik ölçülü elektron tərəzi məhv edilsin, uzunluğu 97 mm, orta hissədən diametri 35 mm olan zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğuqaz silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1231/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1231/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver