Məhkəmə qərarları › İş №1(101)-1231/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1231/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1231/2023 22.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1007,833 qram (1kq 7,833 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində və yaşadığı evdə saxlamaqla daşımış və 27 yanvar 2023-cü il tarixdə saat 17:30-da Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram və 0,938 qram olmaqla, ümumi təmiz çəkisi 2,033 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış zamanı həmin mənzilin yataq otağında çarpayının altından bir ədəd bağlamada təmiz çəkisi 1005,8 qram,üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilmələrində ondan etirafedici ifadələr almasına baxmayaraq, onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilərkən, Təqsirləndirilən şəxs məhkəmədə izahatında narkotik vasitənin onun yaşadığı evdən aşkar olunmasına baxmayaraq ona məxsus olmadığını bildirmiş, ona istinad edilən cinayət əməlini törətdiyini etiraf etməmişdir. İbtidai araşdırmanı həyata keçirən müstəntiq bu halı araşdırmayaraq, onun əlavə dindirilməsini həyata keçirməmiş, eyni zamanda təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbirinin uzadılması zamanı məhkəmədə izahatında oğurluq hadisəsi ilə əlaqədar olaraq tutulduğunu, tutulduğu zaman üzərində heç bir narkotik vasitə olmadığınıı bildirsə də müstəntiq yenə də təqsirləndirilən şəxsi əlavə dindirmə aparmadan onun cinayəti etiraf etməməsini bildirməsinə hüquqi qiymət verməyərək ittiham aktında Təqsirləndirilən şəxs cinayəti törətdiyini etiraf etdiyini qeyd edərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyini göstərməklə Təqsirləndirilən şəxs müdafiə hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3, 289.3.3-cü maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Lakin, hazırki cinayət işi üzrə ittiham aktının tərtib olunması zamanı bu maddələrin tələblərinin pozulması müəyyən olunmuşdur, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozur. Göründüyü kimi, ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmişdir. Avropa Məhkəməsinin mövqeyinə əsasən cinayət təqibinə məruz qalan şəxslərin müdafiə hüquqlarının reallaşdırılması vaxtında təmin edilməli, cinayət işinin konkret şəxslərə qarşı başlandığı hallarda onlara həmin andan Konvensiyanın 6(3) maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirilməsinə şərait yaradılmalıdır. Formal olaraq fakta görə cinayət işi başlayıb, əsil həqiqətdə isə konkret şəxsin barəsində cinayət təqibi üzrə hərəkətlərin aparılması İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin birbaşa pozuntusu sayılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, "İnsan hüquqlarının və X4 haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. "İnsan hüquqlarının və X4 haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsasları" haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir". Azərbaycan Respublikası Konstitusiyanın 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələsinə dair cinayət işi üzrə ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparıldığından, təqsirləndirilən şəxsin konstitusion hüquqları pozularaq öz istədiyi kimi müdafiələsini həyata keçirə bilməmişdir, buna görə də cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri 16 iyun 2023-cü il tarxədək uzadılsın. Qərardan şikayət və protest verilə bilməz. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar