Məhkəmə qərarları › İş №1(101)-1231/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1231/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1231/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 189da yaşamış, barəsində həbs qətimkan tədbiri seçidlmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə tanışı X15 və şəxsiyyəti istintaqa məlum olmayan «Mehram» adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi təmiz çəkisi 118,040 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, təmiz çəkisi 50,0 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və təmiz çəkisi 1054,285 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı qrupun digər üzvü Əli Cabbarov həmin yerdən götürüb əldə edərək sonradan şəxsiyyəti istintaqa məlum olmayan «Mehram» adlı şəxsin təlimatı ilə onun deyəcəyi istintaqa məlum olmayan şəxslərə çatdırılması üçün ayrı-ayrı yerlərə qoymaq üçün üzərində saxlamaqla birgə kirayədə yaşadıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 189 ünvanında yerləşən həyət evinə daşıyaraq həmin evin ikinci mrətəbəsində olan qonaq otağındakı pianonun altına yerləşdirib həmin yerdə saxlamış, o, qrup üzvləri arasında olan cinayətkar razılaşmaya uyğun olaraq 17 may 2023 tarixdə saat 23 radələrində Ə.H.Cabbarovun təlimatı ilə sonuncuya çatdırmaq üçün qeyd edilən narkotik vasitə olan heroinin təmiz çəkisi 8,040 qram və narkotik vasitə olan marixuananın təmiz çəkisi 19,285 qram olan hissəsini ayırıb əynində olan çəhrayı rəngli şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxıb piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 189 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan çəhrayı rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 8,040 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və təmiz çəkisi 19,285 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 18 may 2023-cü il tarixdə saat 02:10 dəqiqədən etibarən onun X15 ilə birlikdə kirayə yaşadıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 189 ünvanında yerləşən həyət evinə baxış keçirilən zaman həmin evin ikinci mrətəbəsində olan qonaq otağındakı pianonun alt hissəsindən göy rəngli sellofan torbada olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 110,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 01 ədəd bükümdə təmiz çəkisi 50,0 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 3 azyaşlı övladı ilə birlikdə yaşayır. Həyat yoldaşı Vüsal Yaqubov narkotiklə bağlı cinayətə görə məhkum edilmiş və hal-hazırda cəza çəkir. Əri tutulandan sonra Cabbarov Əli ad-soyadı olan şəxslə tanış olmuş, onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Sonuncu onun övladlarına da himayədarlıq etmişdir. X17 adlı iranlı ilə əlaqəsinin olmasından məlumatı olmamışdır. Lakin bir dəfə Əlinin telefonuna baxdıqda sonuncu ona acıqlanmışdır ki, onun telefonuna niyə baxır. 17 may 2023-cü il saat 20-21 radələrində Əli sumkasını evdə qoyaraq çıxmış, bir azdan zəng edib sumkasının dalınca qayıtdığını qapını açmasını xahiş etmişdir. O da qapını açmışdır. Əli birneçə polis əməkdaşları ilə birlikdə qapının ağzında durmuşdur. O, qapını açan kimi Əli polislərdən aralanaraq qaçmağa başlamış, 2 nəfər polis əməkdaşı da onun arxasınca qaçmışlar. Digər polis əməkdaşları isə Əliyə məxsus sumkanı ondan istəmişlər. Həmin sumka 1-ci mərtəbədə polkanın üstündə idi. Polislər həmin sumkanın içində 1 kq-a yaxın marixuana, bir ovuc narkotik vasitələr, bir ovuc da başqa növ vasitələr aşkar edilmişdir.. Bu maddələrin hamısı Əliyə məxsus olmuşdur. Onun sumkadakı əşyalar haqqında məlumatı olmamışdır. Polislər Əlini tuta bilmədikləri üçün həmin sumkadakı qanunsuz əşyalara görə onun özünü məsuliyyətə cəlb etmişlər. Ona edilən təzyiqlərə görə o, polislərlə razılaşmalı olmuş və polislər onu təkrar evinə apararaq həmin sumkanı 2-ci mərtəbədə olan pianonun altına qoyub çəkiliş təşkil etməklə polislərin göstərişi əsasında o, pianonun altında olan sumkanı polislərə təqdim etmişdir. Ona ərinin bibisi Yaqubova Vüsalənin ərizəsi elan edildi. Həmin ərizəsində Vüsalə Yaqubova göstərmişdir ki, guya o, narkotiklərin satışı ilə məşğuldur. Hətta bunu sübut edən CD dis də təqdim etmişdir. Qeyd etmək istəyir ki, Vüsalə Yaqubova onun uşaqlarını əlindən almaq istədiyi üçün ona şər-böhtan atır. Əvvəl onun övladları sığınacaqda yaşamış, hal-hazırda uşaqları anasının himayəsindədirlər. Vüsalə Yaqubovanın özünün psixoloji problemləri var.. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-də baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 17 may 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Bakı şəhəri,Yasamal rayonu Nərimanov prospekti 189 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olur. Həmin məlumatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iranlı şəxsin ona göndərdiyi narkotikləri müəyyən yerlərdən götürüb həmin narkotikləri ayrı-ayrı yerlərə zakladka edib yerlərin fotoşəkillərini iranlıya göndərirmiş, bunun muqabilində isə sonuncu onun kartına pul yatızdırırdı. Faktiki isə nə iranlı Sevdanı görmüş, nə də ki, Sevda zakladkalara yerləşdirdiyi narkotiklərin kim tərəfindən götürüldüyünü görmürdü. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə idarənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 17 may 2023-cü il tarixdə təxminən saat 23:30-da əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu,Nərimanov küçəsi 189 yaxınlığında iki azyaşlı övladı ilə piyada hərəkətdə olan zaman onu saxlayaraq xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu üçün BNMİ-nə dəvət etmişlər. Sevdaya təklif etmişlər ki, yaxın qohumlarından biri gəlib uşaqları aparsın. Sevda özündə olan telefonla anasına zəng etsə də sonuncu gəlib uşaqları götürməkdən imtina etdiyi üçün həmkarı Şahid1 uşaqları sığınacağa aparmış, o isə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq təhqiqatçıya təhvil vermişdir. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və videoçəkiliş aparılmaqla müdafiəçisinin və bir qadın iştirakçının iştirakları ilə üzərinə baxış keçirmişlər. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd «Xiomi» markalı mobil telefonu, 1 ədəd ev açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə iki ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər maddələri, digər bir ədəd sellofan bükümdə isə bitki mənşəli çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoyaraq ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki tanıdığı X15 və İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən qadının vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvanında əldə etdiyi narkotik vasitə və psixotrop maddələri saxladığını,həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırmışdır. 17 may 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə olan narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirdiyini etiraf etmişdir. Bu əməli daha öncə bir neçə dəfə törətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında tərəflərindən müdəfiəçisinin də iştirakı ilə 18 may 2023-cü il tarixdə saat 02:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində qonaq otağındakı pianinonun altında saxladığı bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı torbaya baxış keçirdikdə içərisindən bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə içərisində bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edərək həmin əşyaları qablaşdırmaqla möhürləyərək götürmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki, ər-arvad kimi yaşadığı X15 ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, onları yaşadığı halhazırkı ünvanda saxladığını,həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi tam həqiqətə uyğun deyildir, belə ki, onlar X18 saxlayan zaman müəyyən etməmişlər, belə bir şəxsdən xəbərləri olmamışdır. Həmin şəxslə birlikdə Sevdanın yaşadığı ünvana gəlməmişlər və həmin şəxs fürsət taparaq onlardan qaçmamışdır, belə bir hal olmamışdır. Onlar Sevdanı yaşadığı ərazidə küçədə iki azyaşlı uşaqları ilə birlikdə görərək saxlamışlar. Sevdanın guya ona qarşı zorakılıq olması barədə şikayətləri ilə əlaqədar Yasamal rayon prokurorluğunda müstəniqə izahat verdikdə müstəntiq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə əlbir olan Əli Cabbarov adlı şəxs artıq tutulmuş, barəsində istintaq gedir. Həmçinin qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs yaxın ətrafı olan əri və digər qohumları narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün cəza çəkirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, Sevdaya qarşı fiziki zor və yaxud psixoloji təzyiqlər olmamış, əksinə onun övladlarına sahib çıxan olmadığı üçün sığınacağa yerləşdirmişlər . Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 17 may 2023-cü il tarixdə həmkarı Şahid2 Bakı şəhəri,Yasamal rayonu Nərimanov prospekti 189 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə idarənin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, 17 may 2023-cü il tarixdə təxminən saat 23:30-da əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu,Nərimanov küçəsi 189 yaxınlığında iki azyaşlı övladı ilə piyada hərəkətdə olan zaman onu saxlayaraq xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu üçün BNMİ-nə dəvət etmişlər. Sevdaya təklif etmişlər ki, yaxın qohumlarından biri gəlib uşaqları aparsın. Sevda özündə olan telefonla anasına zəng etsə də sonuncu gəlib uşaqları götürməkdən imtina etdiyi üçün o, uşaqları sığınacağa aparmış, Şahid2 isə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq təhqiqatçıya təhvil vermişdir. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və videoçəkiliş aparılmaqla müdafiəçisinin və bir qadın iştirakçının iştirakları ilə üzərinə baxış keçirmişlər. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd «Xiomi» markalı mobil telefonu, 1 ədəd ev açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə iki ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər maddələri, digər bir ədəd sellofan bükümdə isə bitki mənşəli çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoyaraq ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki tanıdığı X15 və İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən qadının vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvanında əldə etdiyi narkotik vasitə və psixotrop maddələri saxladığını, həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında tərəflərindən müdəfiəçisinin də iştirakı ilə 18 may 2023-cü il tarixdə saat 02:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində qonaq otağındakı pianinonun altında saxladığı bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı torbaya baxış keçirdikdə içərisindən bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin,bir ədəd sellofan bükümdə içərisində bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edərək həmin əşyaları qablaşdırmaqla möhürləyərək götürmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki, ər-arvad kimi yaşadığı X15 ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, onları yaşadığı halhazırkı ünvanda saxladığını, həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi tam həqiqətə uyğun deyildir, belə ki, onlar X18 saxlayan zaman müəyyən etməmişlər, belə bir şəxsdən xəbərləri olmamışdır. Həmin şəxslə birlikdə Sevdanın yaşadığı ünvana gəlməmiş və həmin şəxs fürsət taparaq onlardan qaçmamışdır, belə bir hal olmamışdır. Onlar Sevdanı yaşadığı ərazidə küçədə iki azyaşlı uşaqları ilə birlikdə görərək saxlamışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, Sevdaya qarşı fiziki zor və yaxud psixoloji təzyiqlər olmamış, əksinə onun övladlarına sahib çıxan olmadığı üçün sığınacağa yerləşdirmişlər . Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında sosial şəbəkə vasitəsi ilə tanımış, həmin ilin sentyabr ayından isə Sevda ilə görüşməyə başlamışdır. O, Sevda ilə bir neçə dəfə müxtəlif ünvanlarda görüşdükdən sonra Təqsirləndirilən şəxs Yasamal rayonu, ünvan 5inə gedibgəlmiş, həmin vaxt Sevdada narkotik vasitə görməmiş, onun kiməsə narkotik vasitə verməsinin şahidi olmamışdır. Ona barəsində Yasamal RPİ-də istintaqı aparılan cinayət işi üzrə xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində təkrar dindirilmə protokolu və həmin tarixli üzləşdirmə protokolu elan edildi. Həmin protokollardakı ifadələri təsdiq etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və üzləşdirmə zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, həqiqətdə isə bu maddələrin ona heç bir aidiyyatı yoxdur, Sevdanın özünə məxsusdur. O, iranlı Mehramı tanımamış, Sevda tutulan zaman orada olmamış, Sevdanın tutulduğunu görməmiş və onun anasına zəng etməmişdir. Əksinə, Sevdanın tutulması barədə ona anası zəng edib məlumat vermişdir. Anası ondan xahiş etmişdir ki, Sevdanın törətdiyi əməli öz boynuna götürsün, o isə bununla razılaşmamışdır. Məhkəməyə ərizəsini təqdim edir, ərizəsində göstərmişdir ki, polis orqanı tərəfindən saxlanıldıqda ona bildirmişlər ki, Sevda adlı xanımla bir yerdə narkotik satışı ilə məşğuldur. Onun isə Sevdanın narkotik vasitələrin satışına heç bir aidiyyatı olmamışdır. Sevda xanımı bir ildir tanımış, onunla heç bir cinayət əlaqəsi olmamışdır. O, ona aid olan cinayət işi üzrə müstəntiqin otağında Sevda xanımla üzləşdirilmişdir. Həmin üzləşdirmədə Sevda xanımın vəkili də iştirak etmişdir. Üzləşdirmədə də o, bir daha narkotik satışının ona aid olmadığını bildirmişdir. Sevdanı isə şəxsi münasibətlər zəmnində tanımışdır. Üzləşdirmə zamanı Sevda xanım doğruya zidd olaraq onun onunla birlikdə narkotik alveri etdiyini demiş, o isə buna öz etirazını bildirmişdir. Sevda xanım onun evindən və üstündən tapılan narkotiklərin ona məxsus olduğunu desə də o, etirazını bildirmiş və bu bir il ərzində Sevda ilə yaşadığı ünvanda nəyin harada olduğunu bilmirdi. Bunu müstəntiqə bildirmiş, amma Sevda ziddiyyətli ifadə verərək onun əleyhinə ifadə vermişdir. Təqsirləndirilən şəxs Fərhad qızının ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Fərhad qızı qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Fərhad qızının müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun rəhbəri kimi, Azərbaycan Respublikası DİN-nin BNMİnin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 qrupun üzvü kimi təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Fərhad qızı Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olduğu üçün, 17 may 2023-cü il tarixdə, saat 23:30 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında 2 azyaşlı uşağı ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş, zərurət yarandığından uşaqları isə sığınacağa yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Təmiz Dünya” Qadınlara yardım ictimai birliyi tərəfindən tərtib edilmiş 63/23 №-li xx.xx.2023-cü il tarixli təhvil aktında Təqsirləndirilən şəxs Fərhad qızının 2017-ci il təvəllüdlü övladı X6 və 2020-ci il təvəllüdlü övladı X7 polis əməkdaşı Şahid1 tərəfində eyni tarixdə saat 23:55 dəqiqədə birliyə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Fərhad qızı müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə BNMİ-nin İnzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs Fərhad qızının üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan çəhrayı rəngli şalvarının sol yan cibindən içərisində ***-***-**-** GSM nömrə olan 1 ədəd Xiaomi markalı mobil telefonunu, 1 ədəd yaşadığı evin açarını, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş X5 tərəfindən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncuya məxsus evin açarı özünə qaytarılsa da 1 ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür.Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan bükümə baxış keçirilən zaman bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə tünd yaşıl rəngli kəsklin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin aşkar edilmiş maddə 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra BNMİ-nin təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən götürülmüşdür.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddənin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri təxminən 2 ay əvvəl, sosial şəbəkələrdə tanış olduğu “Mehran” adlı şəxsdən əldə etdiyini, onun bildirdiyi yerlərə həmin vasitələri qoyaraq pul əldə etmək üçün üzərində saxladığını, bu işdə ona tanışı olan, təxminən 8 aydır ki tanıdığı, "Cabbarov Əlinin" ona kömək etdiyini demişdir. ünvan 6 ünvanında da narkotik vasitələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini və qeyd olunan ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını, bu əməlindən başqa heç kimin məlumatının olmamasını saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi və götürmə haqqında» 18 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Fərhad qızının yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı evin ikinci mərtəbəsində yerləşən qonaq otağındakı pianonun altından 1 ədəd göy rəngli torbanı təqdim etmişdir və başqa heç bir yerdə narkotik vasitə saxlamadığını qeyd etmişdir. Bundan sonra BNMİ-nin təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi torbaya baxış keçirilən zaman bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin,bir ədəd sellofan bükümdə içərisində bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana,bir ədəd sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddələrqablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddənin narkotik vasitə heroin və qurudulmuş marixuana və metamfetamin olduğunu, həmin maddələri təxminən 2 ay əvvəl sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Mehran" adlı şəxsin vasitəsilə əldə edərək onları yaşadığı evinə gətirdiyini həmin maddələri deyilən yerlərə qoymaqda "Əli Cabbarov" adlı şəxsində ona kömək etdiyini, bundan başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirdi. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı üzərinə və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən CD disklərə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin baxışlarda olan halları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 17 may 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Fərhad qızının barəsində həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 may 2023-ci il tarixli 6/2876 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd göy rəngli sellofan bağlamada olan: -üzərində “ Təqsirləndirilən şəxs üzərindən...” sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. -üzərində “ Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan bağlamanı açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 110,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir.Digər bir ədəd bükümdə təmiz çəkisis 50,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüşüəlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 01 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 18 may 2023ci il tarixli 7/720 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi 19,285 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələrolan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen torbada təmiz çəkisi 19,285 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələrolan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş göy rəngli polietilen torbada olan 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur.Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanaların ümumi çəkisi 1054,285 qramdır. Təqdim edilmiş həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 4513 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniyadan Əzab Çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 18 avqust 2023-cü il tarixli, 3493 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş 531/2-11576 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, X8 yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlbir olduğu X15 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrə altında ayrıca cinayət işi ayrlmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs və X15 arasında keçirilmiş 07 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini X15 ilə əlbir olaraq törətmiş, Əli Cabbarov isə Təqsirləndirilən şəxs ilə heç bir cinayət əlaqəsində olmadığını,Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qanunsuz əşyaların ona aid olmadığını göstərmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkisi külli miqdarda 117,94 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi külli miqdarda 49,95 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi külli miqdarda 1054,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 02 ədəd DVD disk və 03 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində olan nikah haqqında şəhadətnamədən və övladlarının doğum haqqında şəhadətnaməsindən müəyyən olunur ki, o, evlidir və himayəsində 2017 və 2020-ci il təvəllüdlü uşaqları var. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X12 tərəfində qəbul edilən 06 aprel 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 351-C-24 nömrəli material üzrə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlər müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cinayət əməlləri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, şahid qismində dindirilmiş X9 ifadəsi, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə və izahatları, ekspertiza rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 17 may 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra olan: çəkisi külli miqdarda 117,94 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi külli miqdarda 49,95 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi külli miqdarda 1054,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilməli, 02 ədəd DVD disk və 03 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 137 (yüz otuz yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və DİN-nin Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra olan: çəkisi külli miqdarda 117,94 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin; çəkisi külli miqdarda 49,95 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi külli miqdarda 1054,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilsin, 02 ədəd DVD disk və 03 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 137 (yüz otuz yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar