Məhkəmə qərarları › İş №1(101)-1231/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1231/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1231/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X10 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi qaydada əməklə məşğul olmuş, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2023cü il tarixli, 1(008)-440/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 iyul 2025-ci il tarixdə, saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda 33615,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib sərnişin kimi əyləşdiyi Şahid2 idarə etdiyi “Lada Granta” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlətməklə orada saxlayaraq ünvan 2vanının qarşısına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən 19 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:00-da yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi 3 saylı evin yaxınlığında qeyd edilən avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq sərnişin kimi əyləşdiyi Şahid2 idarə etdiyi “Lada Granta” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə özünün iştirakı ilə həmin gün saat 11:05-dən etibarən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən çıxarıb təqdim etdiyi on yeddi ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2375,0 qram, 4335,0 qram, 1500,0 qram, 1485,0 qram, 1460,0 qram, 1480,0 qram, 2850,0 qram, 1790,0 qram, 1505,0 qram, 1525,0 qram, 2325,0 qram, 1525,0 qram, 1490,0 qram, 3005,0 qram, 1925,0 qram, 1565,0 qram və 1475,0 qram olmaqla tərkibinə görə eyni olan ümumilikdə külli miqdarda 33 kiloqram 615 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürmək üçün ittihamda qeyd olunan ünvana getmiş, narkotik vasitəni götürüb ona deyilən ünvana qoymaqla hər kiloqram üçün 1000 manat məbləğində pul almalı olmuşdur. Belə ki, iranlı şəxs 19 yanvar 2025-ci il tarixdə onunla gecə saat 3-də əlaqə saxlayaraq narkotik vasitəni Lənkəran şəhərinə qoyduğunu deyib narkotik vasitənin olduğu yerin şəklini ona göndərərək 13-14 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qeyd olunan ünvandan gedib götürməsini bildirmişdir. O, gecə saat 3-də evdən çıxıb taksi sürücüsü Şahid2lə birlikdə 150 manat müqabilində Lənkəran şəhərinə getmiş, 52 nömrəli yol işarəsinin yanından torbanı götürüb avtomobilin yük yerinə qoyaraq həmin gün səhər təxminən saat 11 radələrində Bakı şəhərinə geri qayıtmışdır. Bundan sonra o, taksidən düşüb narkotik vasitəni götürərək evinə yollanmış, həyətə daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu tutmaq üçün ilk növbədə maşına yaxınlaşmışdır. Halbuki polislərin ibtidai istintaq zamanı deməsinə görə hadisə guya sonuncuların ona yaxınlaşıb özlərini təqdim etməsi ilə başlamış, o da sonunculara avtomobilində narkotik vasitə olmasını etiraf etmişdir. O, ünvandan götürdüyü narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 33 kiloqram olmasını bilməmiş, həmin narkotik vasitənin çəkisi ona yalnız polislər tərəfindən çəkisi tərəzi vasitəsilə ölçülərkən məlum olmuşdur. Taksi sürücüsü Şahid2 Lənkəran şəhərindən götürdüyü torbanın içərisində narkotik vasitə olmasından məlumatı olmamış, habelə o, içərisində narkotik vasitə olan torbanı avtomobilin yük yerinə qoyarkən sürücü İmran avtomobildən düşməmiş, yalnız avtomobili idarə etməklə məşğul olmuşdur. O, Şahid2 Lənkəran şəhərində guya Bakıya paltar göndərməli olan şəxslə görüşəcəyini demişdir. Onun taksi sürücüsünün sonrakı taleyindən xəbəri olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini, himayəsində yaşlı anasının olmasını və 30 yaşında olmaqla cavan olmasını bildirərək məhkəmədən ona təqsirləndirildiyi cinayət əməli üzrə ən aşağı həddə cəza təyin edilməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə göstərmişdir ki, uzun müddət müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik maddələri müxtəlif üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, təsadüfən Maştağa ərazisində qarşılaşdığı şəxslərdən almışdır. Konkret iş yeri olmamış, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə təxminən 2024-cü ilin iyul ayında azadlığa buraxılmışdır. “Huawei” markalı mobil telefondan istifadə etmiş, həmin telefonun pin kodu 4789 olmuşdur. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman hazırda xatırlamadığı məhbuslardan narkotik vasitələrin satışı ilə məşğul olan Bəybala adlı iranlının mobil telefon nömrəsini əldə etmişdir. Azadlığa çıxdıqdan sonra narkotik vasitələrin satışı ilə məşğul olub qazanc əldə etməyi planlaşdırmışdır. Azadlığa buraxıldıqdan sonra iranlı Bəybala ilə “WhatsApp" vasitəsilə əlaqə saxlamış və telefon danışığı zamanı Bəybala narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirib ona təklif etmişdir ki, narkotik vasitələri müəyyən yerlərdən götürüb digər ünvanlara çatdıraraq qazanc əldə etsin. Bəybala ona İrandan göndərilən narkotik vasitələri götürüb deyilən yerlərə paylaması müqabilində 1500 manat pul təklif etmişdir. Təklif əlverişli göründüyündən bu işlə məşğul olmağa qərar vermişdir. Sonuncu danışıqları zamanı Bəybala təxminən axşam saatlarında “WhatsApp" vasitəsilə əlaqə saxlayaraq Lənkəran şəhəri ərazisində külli miqdarda narkotik vasitənin olduğunu, həmin yeri izah edərək götürməyi tapşırmışdır. O, əvvəllər taksi kimi xidmətindən istifadə edərək tanış olduğu İmran adlı taksi sürücüsünə müraciət edərək şəxsi əşyalarını Lənkəran şəhərindən götürməli olduğunu bildirib və onu 150 manata aparıb-gətirməsini xahiş etmişdir. İmran bu təkliflə razılaşmış, lakin narkotiklə bağlı heç bir məlumatı olmamışdır. 19 yanvar 2025-ci il tarixdə İmran onu Bakı şəhərindən götürərək Lənkəran şəhərinə aparmışdır. Orada onun göstərdiyi yerdə İmran maşını saxlamış, o isə maşından enərək Bəybalanın göndərdiyi koordinatlara uyğun şəkildə hərəkət edərək 3 kisə içərisində olan narkotik vasitəni götürmüş və gətirib İmranın avtomobilinin yük yerinə yerləşdirmişdir. İmrana bunun şəxsi yükü olduğunu demiş, taksi sürücüsü isə kisələrin içində nə olduğunu soruşmamışdır. Daha sonra İmran onu yaşadığı ünvana gətirmişdir. Həmin gün, yəni 19 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində ünvan 2vanının qarşısında olarkən İmranın idarə etdiyi “Lada Granta” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən "Huawei" markalı mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni təklif Şahid2 də edilmiş, o da üzərində qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını bildirmiş, onun üzərinə baxış keçirilərkən “Redmi” markalı mobil telefon və avtomobil açarı aşkar edilmişdir. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, açar isə sahibinə qaytarılmışdır. Daha sonra o, sərnişini olduğu avtomobilin yük yerində narkotik vasitələrin olduğunu bildirmişdir. Polis əməkdaşlarının təklifi ilə avtomobilin arxa yük yerindən üç kisə çıxarılmış və on yeddi bağlamada qurudulmuş marixuana aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Onun çəkisi 35 kq 750 qram təşkil etmişdir. Daha sonra həmin maddələr qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. O, polis əməkdaşlarının suallarına cavab olaraq avtomobildə aşkarlanmış narkotik vasitənin qurudulmuş marixuana olduğunu, taksi sürücüsünün narkotik vasitələrdən xəbərsiz olduğunu, onunla Lənkəran rayonuna gedibgəlməsi üçün 150 manat qarşılığında razılaşdığını, narkotik vasitələri İran vətəndaşı Bəybalanın göstərişi ilə Lənkəran rayonu ərazisində gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Şahid2 isə verilən suallara cavab olaraq avtomobildən aşkar edilmiş narkotik vasitələrdən xəbərsiz olduğunu, həmin kisələrin içərisində nə olduğunu bilmədiyini və narkotik vasitə daşımaq niyyətində olmadığını bildirmişdir. Daha sonra onun yaşadığı ünvan 2vanına baxış keçirilmiş, evdə olan narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Evə baxış zamanı əlavə hər hansı narkotik vasitə və ya iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Baxışda iştirak edən anası Xalidə Quliyeva aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən BNMİ-yə aparılmış, ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Təqdim olunmuş əşyalara yenidən baxış keçirilmiş, həmin maddələrin qurudulmuş marixuana olduğu təsdiq edilmişdir. O, Bəybala adlı İran vətəndaşının göstərişi ilə narkotiki 1500 manat alacağını, Bəybalanın telefon nömrəsini mobil telefonunun yaddaş kitabçasında qeyd etmədiyini, tapşırıqlara əsasən hər danışıqdan sonra silməli olduğunu bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 39-40; 60-64; 74-76; 194-195;).

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Lada” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 2vanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 19 yanvar 2025-ci il tarixdə, saat 11:00-da ünvan 2vanın yaxınlığında, Şahid2 idarə etdiyi “Lada” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanmış, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol cibindən bir ədəd üzərində “Huavei” markalı mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon sonuncudan götürülmüşdür. Daha sonra üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, Şahid2 əynindəki boz rəngli şalvarın sağ cibindən bir ədəd açar, həmin şalvarın sol cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon sonuncudan götürülmüş, açar isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs sərnişini olduğu, Şahid2 idarə etdiyi “Lada” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sərnişini olduğu “Lada” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən üç ədəd kisədə on yeddi ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisinin 35 kiloqram 750 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, yanında saxlanılan şəxsin taksi sürücüsü olduğunu, onun narkotik vasitələrdən xəbərinin olmadığını, onunla narkotik vasitələri əldə etdiyi Lənkəran rayonuna gedib-gəlməyinə görə 150 manat pul müqabilində razılaşdığını, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə həmin gün Lənkəran rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik vasitələrdən xəbərinin olmadığını, həmin kütlələrin narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmişdir. ünvan 2vanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına və digər hissələrinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs anası Xalidə Quliyeva verilən suallara cavab olaraq avtomobildə aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Protokolun yerində tərtibi üçün şərait olmaması səbəbindən iştirakçılar BNMİ-yə dəvət edilmiş və Baş İdarədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.

7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs tək halda külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməklə Bakı şəhərində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 yanvar 2025-ci il tarixdə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o həmin tarixdə, saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində saxlanılmış, ona saxlanılma səbəbi elan edilərək müdafiəçi ilə təmin ediləcəyi bildirildikdən sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitələri taksi sürücüsü Şahid2 avtomobilində saxladığını, sonuncu ilə pul müqabilində Lənkəran şəhərinə getdiyini, narkotik vasitələri də ünvandan götürüb onun avtomobilinin yük yerinə qoyduğunu, lakin Şahid2 həmin narkotik vasitələrdən xəbərinin olmadığını bildirmişdir. Həmçinin Şahid2 üzərinə baxış keçirilmiş, üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Maşına baxış keçirilərkən yük hissəsindən 35 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra evinə anasının iştirakı ilə baxış keçirilmiş, lakin oradan hər hansı narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri özü göstərərək iranlı ilə danışdığını, narkotik vasitələri Lənkəran şəhərindən götürüb Bakı şəhərinə gətirərək pul müqabilində hansısa ünvanlara qoymaq məqsədinin olmasını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində iranlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gedişinin çəkilişi olmamış, yalnız şəxs tərəflərindən saxlanılarkən yerindəcə videoçəkiliş aparılmışdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı X12 3 mart 2025-ci il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və onun şahidlər Şahid1 və Vüqar Qənbərovla əsasən eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 160- 163;).

10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X6 24 yanvar 2025-ci il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. X.A.Quliyeva həmin ifadəsində göstərmişdir ki, 1991-ci ildə X28 ilə ailə həyatı qurmuş, həmin nikahdan bir övladı – Təqsirləndirilən şəxs doğulmuşdur. 2019-cu il tarixdə əri vəfat etmiş və o isə övladı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Elgün subay olmaqla 2011-ci ildən etibarən üç dəfə müxtəlif maddələrlə məhkum olunmuş, sonuncu dəfə 2024-cü ilin iyul ayında azadlığa buraxılmışdır. Elgünün sözlərindən ona oğlunun narkotik vasitələri qəbul etməsi məlum olmuş, ancaq kimdən aldığını heç vaxt deməmişdir. Azadlığa buraxıldıqdan sonra səhhəti ilə bağlı heç bir işlə məşğul olmamışdır. ***-***-**-** nömrəli mobil telefon nömrəsini istifadə etmişdir. 19 yanvar 2025-ci il tarixdə, saat 11:15 radələrində evdə olan zaman bir neçə mülki geyimli şəxs qapısını döymüş, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onların yanında oğlu Elgün və daha bir tanımadığı şəxs olmuşdur. Polis əməkdaşları Elgünün narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, yaşadığı evdə narkotik vasitələrin olub-olmamasını yoxlamaq üçün evə baxış keçirəcəklərini bildirmişdir. Polis əməkşdaşları o və Elgünün iştirakı ilə evə baxış keçirmiş, baxış zamanı evdən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Elgün də polis əməkdaşlarına evdə narkotik vasitə olmadığını bildirmişdir. Həmin vaxt o, qısa şəkildə Elgünlə söhbət etmiş, sonuncu ona iranlının göndərdiyi narkotiki Lənkərandan götürüb Bakı şəhərinə gətirdiyini və evin qarşısında polislər tərəfindən tutulduğunu, habelə gətirdiyi narkotiklərin hamısını polislərə təqdim etdiyini demişdir. Aşkar olunan narkotik vasitələrdən, eləcə də Elgünün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından onun xəbəri və məlumatı olmamış, övladı bu barədə ona heç vaxt danışmamışdır (Cild 1, i.v. 107-109;).

11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 28 yanvar 2025-ci il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, heç bir narkotik vasitələrdən istifadə etmir. Əvvəllər son 3-4 il ərzində kirayə götürdüyü avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmuş, təxminən bir ay əvvəl “Xəzər Lada” avtomobil salonundan lizinq şərtləri ilə “Lada Granta” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobili alıb taksi fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. Vergi ödəyicisi olaraq qeydiyyatdan keçmiş, taksi fəaliyyəti ilə məşğul olması ilə bağlı bütün lazımı sənədləri vardır. Belə ki, təxminən bir ay bundan əvvəl müştəri kimi xidmətindən istifadə edən Təqsirləndirilən şəxslə tanış olmaqla onunla münasibəti yaranmışdır. Elgün onun mobil telefon nömrəsini götürüb lazım olanda onun taksi xidmətlərindən istifadə etmək üçün müraciət etmişdir. Son bir ay ərzində bir neçə dəfə onu Bakı şəhərinin müxtəlif ünvanlarından götürüb Maştağa qəsəbəsinə deməsinə görə yaşadığı evə aparmışdır. Saxlanılmamışdan 3 gün əvvəl, təxminən 16 yanvar 2025-ci il tarixdə Elgün onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq onu Lənkəran rayonuna aparmasını istəmiş, o da Lənkəran rayonuna aparıb-gətirməyə görə 150 manat pula razılaşmışdır. Elgün oradan öz əşyalarını (yükləri) Bakıya gətirməli olduğunu bildirmiş, lakin həmin əşyaların dəqiq nə əşyaları olmasını deməmiş, o da bununla maraqlanmamışdır. Beləliklə, xx.xx.2025-ci ildə gecə saat 01 radələrində Elgünlə birlikdə Lənkəran rayonuna getmiş, Lənkəran rayonundan Masallı rayonundakı dövlət yol polisi postu yaxınlığında yol qırağında avtomobili Elgünün xahişi ilə saxlamış, sonuncu avtomobildən düşüb onu gözləməsini bildimişdir. O, Elgünün hara getməsini görməmiş, ətrafda yaşayış yerləri olmasa da, qeyri-yaşayış obyektləri olmuşdur. Bir neçə dəqiqədən sonra Elgünün əlində 3 kisə ilə birlikdə avtomobilə gəldiyini görmüşdür. Avtomobildən enib maşının arxa yük yerini açmış, Elgün də arxa yük yerinə həmin kisələri qoymuşdur. Bundan sonra onlar Elgünün yaşadığı evin qarşısına gəlmiş, həmin gün, yəni 19 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində ünvan 6 ünvanın qarşısında idarə etdiyi “Lada” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Elgünlə olan zaman polis əməkdaşları onları saxlamışdır. Elgünün polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması səbəbi ilə saxlanılmasını öyrənmişdir. Daha sonra Elgünün üstü yoxlanılmış, üstündən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı üzərindən mobil telefonla avtomobil açarı aşkar edilmişdir. Üstləri yoxlanılarkən Elgün maşının baqajında narkotik vasitə olduğunu demiş, lakin onun xəbəri olmamışdır. Buna görə də onun idarə etdiyi “Lada” markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobili yoxlanılmış, Elgün avtomobilin arxa yük yerindən 3 (üç) üç ədəd kisəni, ümumilikdə 17 (on yeddi) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixunaları çıxarıb polislərə təqdim etmişdir. Həmin kütlələrə baxış keçirilmiş, ölçülərək çəkilərinin ümumilikdə təxminən 35 kq olması müəyyən edilmişdir. Elgün onun narkotik vasitələrdən xəbərsiz olmasını, taksi kimi onu tanımasını, kütlələri Lənkəran rayonundan əldə etməsini bildirmişdir. O da öz növbəsində onun dediklərini təsdiq etmişdir. Bundan sonra Elgünün evinə baxış keçirilmiş, lakin o həmin baxışda iştirak etməmişdir. Elgün onunla və onun yanında ümumiyyətlə hər hansı bir şəxslə narkotik barədə telefonla və ya bilavasitə danışmamışdır. Avtomobilin yük yerinə narkotik vasitə qoymasından onun xəbəri və məlumatı olmamışdır. Elgün Lənkərana narkotik üçün getdiyini deməmişdir. Əks halda o, Elgünü Lənkərana aparmaqdan imtina edərdi (Cild 1, i.v. 136-139;).

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eləcə də ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 19 yanvar 2025-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi 3 saylı evin yaxınlığında saxlanılmış və onun sərnişin kimi əyləşdiyi Şahid2 idarə etdiyi “Lada Granta” markalı **-YK-*** dövlət qeydyyat nişanlı avtomobilin arxa yük yerinə keçirilən baxış zamanı sonuncunun saxlanc yerindən çıxarıb təqdim etdiyi 17 (on yeddi) ədəd bükümdə ümumilikdə külli miqdarda 33 kq 615,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı X14 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Lada” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 2vanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı X16, polis kapitanları X13 və X3 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 11:00-da ünvan 2vanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmişdir (Cild 1, i.v. 5-9;).

15. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” 19 yanvar 2025-ci il tarixli protokoldan və müvafiq raportdan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 tərəfindən həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı X16, polis kapitanları X13 və X7, habelə Şahid2 və X6 iştirakı ilə həmin gün saat 11:05-dən 11:31-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması, avtomobilə və yaşadığı evə baxış keçirilməsi həyata keçirilmişdir. Protokoldan görünür ki, 19 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2vanının yaxınlığında, Şahid2 idarə etdiyi **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs saxlanılaraq hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol cibindən 1 (bir) ədəd “Huawei” markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefon aşkar edilmişdir. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan boz rəngli şalvarının cibindən 1 (bir) ədəd açar, həmin şalvarın sol cibindən 1(bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** və ***-***-**-** nömrəsi olan mobil telefonu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərnişini olduğu Şahid2 idarə etdiyi “Lada” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sərnişini olduğu “Lada” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 3(üç) ədəd kisədə 17 (on yeddi) ədəd bağlamada, çəkisi 35 (otuz beş) kq 750 (yeddi yüz əlli) qram qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlə imzalanmaqla möhürlənərək götürülmüşdür. Bundan başqa, avtomobildən qanunla qadağan edilmiş hər hansı predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik maddənin qurudulmuş marixuana olduğunu, yanında saxlanılan şəxsin taksi sürücüsü olmaqla onun narkotik vasitələrdən xəbərinin olmadığını və onunla narkotik vasitələri əldə etdiyi Lənkəran rayonuna gedib-gəlməyinə görə 150 (yüz əlli) manat müqabilində razılaşdığını, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsi ilə bu gün Lənkəran rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik vasitələrdən xəbərinin olmamasını, həmin kütlələrin narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmişdir. Videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanında narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar edilməmişdir. Protokolun yerində tərtib edilməsi üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 12:10-dan 12:40-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Üstünü yoxlama, avtomobilə və evə baxış ünvan 2vanının qarşısında keçirilmişdir. Protokolda “İphone” markalı videokameradan istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı X13 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 10-13;).

16. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 yanvar 2025-ci il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X15 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun olduğu maşından aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 1 (bir) ədəd mobil telefona, 2 (iki) ədəd kisəyə və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 13:00-dan saat 13:11-dək BNMİ-nin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid1, polis polkovnik-leytenantı X16 və polis kapitanı X9 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı kisələrdən 17 (on yeddi) ədəd qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlə yenidən qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra 1(bir) ədəd DVD diskə baxış zamanı “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” 19 yanvar 2025-ci il tarixli protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillərin tam olaraq videogörüntüdə öz əksini tapması müəyyən olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə 19 yanvar 2025-ci il tarixdə, saat 13:15-dən 13:30-dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 14-16;).

17. “Şübhəli şəxsin tutulması haqqında” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə həmin tarixdə, saat 13:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 yanvar 2025-ci il tarixdə, saat 11:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 28;).

18. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” 19 yanvar 2025-ci il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 25 dəqiqə 10 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması və evinə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama və evinə baxış keçirilməsi zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi müəyyən edilməklə, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1;).

19. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 yanvar 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 10 dəqiqə 12 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1;).

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 19 yanvar 2025-ci il tarixli, 7/123 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd narıncı rəngli sintetik torbalarda ümumi sayı 17 (on yeddi) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2375,0 qram, 4335,0 qram, 1500,0 qram, 1485,0 qram, 1460,0 qram, 1480,0 qram, 2850,0 qram, 1790,0 qram, 1505,0 qram, 1525,0 qram, 2325,0 qram, 1525,0 qram, 1490,0 qram, 3005,0 qram, 1925,0 qram, 1565,0 qram və 1475,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi - 33615,0 qram, tədqiqata sərf edildi - 1,7 qram (hər obyektdən 0,1 qram), qalıq - 33613,3 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 45-49;).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (Cild 1, i.v. 65-66;).

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(005)- 61/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 yanvar 2025-ci il tarixdən hesablanmaqla 4(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs hazırkı məsələ ilə bağlı heç nə deyə bilmədiyini, bu əməllə əvvəldən deyil, ilk dəfə məşğul olduğunu, əvvəllər quldurluq məsələsi ilə məhkum olunduğunu bildirmişdir (Cild 1, i.v. 83-88;).

23. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə imzaladığı BMCMİ-nin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Ramil Məmmədova ünvanlanmış 20 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmiş və dindiriləcək şəxslərlə üzləşməkdən imtina etmişdir (Cild 1, i.v. 88;).

24. “Maddi sübut hesab edilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunaraq götürülmüş üç ədəd kisədə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 33 kq 613,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 96-97;).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X29 tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021 – xx.xx.2021, xx.xx.2022 – xx.xx.2022, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeyd olunan mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur (Cild 1, i.v. 103; 115;).

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X29 tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 105; 152;).

27. Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının hüquq şöbəsi tərəfindən təqdim edilmiş 20 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X5 ibarətdir. Hazırkı dövrədək Pirallahı rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 159 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (Cild 1, i.v. 110-112;).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamənin 27 yanvar 2025-ci il tarixli cavabından və müvafiq hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2012-ci il tarixli, 1(101)-638/2012 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib cinayətlərin və hökmlərin məcmusu qaydasında qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 7(002)-11/2017 saylı qərarı ilə həmin hökmdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi və “xeyli miqdar” ifadəsi xaric edilərək Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş cəza iki ay endirilmiş, 19 dekabr 2020-ci ildə cəzaçəkmə müddətinin sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 1(008)-440/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10 iyun 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir (Cild 1, i.v. 116-133;).

29. BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətovun 7 mart 2025-ci il tarixli məktubundan görünür ki, əlavə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni sonuncunun “Bəybala” adlı şəxslə əlbir olub satış məqsədi ilə əldə edib saxladığına dair əlavə məlumatlar əldə edilmişdir. Tapşırıqda göstərilən digər xüsusatların, eləcə də “Bəybala” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v. 154;).

30. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd “Huawei” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Huawei” markalı mobil telefondan iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 155;).

31. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara (Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar) baxış keçirilmiş, baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon nömrələri ilə telefon danışığı və sms mətn yazışması aşkar edilməmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (Cild 1, i.v. 156-158;).

32. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 17 fevral 2025-ci il tarixli, 923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə (F19x1) diaqnozu ilə dispanser qeydiyyatdadır. Müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə onda viruslu “Hepatit C” xəstəliyi aşkar edilmiş, 2021ci ildən psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmiş, əvvəllər narkotik vasitə qurudulmuş marixuanandan siqaretə doldurub çəkməklə istifadə etmiş, narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar Respublika Narkoloji Mərkəzdə stasionar şəraitdə müalicə kursu almışdır (Cild 1, i.v. 167-169;).

33. “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs götürülmüş üç ədəd kisədə qablaşdırılan tədqiqatdan sonra qalıq qalmış 33 kq 613,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilərək məhkəmənin hökmünə kimi BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılması barədə 20 yanvar 2025ci il tarixli qərarın nəzərə alınması, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünün yoxlanılması, eləcə də ünvana və təqdim olunan əşyaya baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon cihazının onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, i.v. 170-178;).

34. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması cinayətində iştirak edən “Bəybala” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (Cild 1, i.v. 180-181;).

35. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 1 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 186- 187;).

36. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.N.Məmmədov tərəfindən 14 aprel 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.200-211;).

37. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 may 2025-ci il tarixli, 1(101)-1231/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

38. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “X20” X19 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan publik hüquqi şəxsdə qeydiyyatda yoxdur (Cild 2;).

39. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “X27” X19 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan publik hüquqi şəxsə müraciət etməmişdir (Cild 2;).

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 596/2025 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı hər iki saidin və qarının ön səthində köhnə çapıqlar aşkar olunmuşdur. Hər iki yuxarı və aşağı ətraflarında və qasıqda narkotik inyeksiyası izləri və çapıqlaşmış sahələr vardır. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 yaşından heroin və metamfetamini aspirasion və inyeksion yolla istifadə edir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

45. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

46. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

47. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

48. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

49. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

50. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

51. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

52. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

53. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Bəybala” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən “Bəybala” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin külli miqdarda 33615,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədiləcəyi yerdən götürüb sonradan satışını həyata keçirmək məqsədi ilə özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə aldığı təlimata, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra “Bəybala” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri istintaqla müəyyən edilməmiş yerdən külli miqdarda 33615,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib sərnişin kimi əyləşdiyi Şahid2 idarə etdiyi “Lada Granta” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlətməklə orada saxlayaraq ünvan 7 ünvanının qarşısına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən 19 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11.00-da yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi 3 saylı evin yaxınlığında qeyd edilən avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq onun sərnişin kimi əyləşdiyi Şahid2 idarə etdiyi “Lada Granta” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə özünün iştirakı ilə həmin gün saat 11:05-dən etibarən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən çıxarıb təqdim etdiyi on yeddi ədəd bağlamada ayrı-ayrıhqda təmiz çəkiləri 2375,0 qram, 4335,0 qram, 1500,0 qram, 1485,0 qram, 1460,0 qram, 1480,0 qram, 2850,0 qram, 1790,0 qram, 1505,0 qram, 1525,0 qram, 2325,0 qram, 1525,0 qram, 1490,0 qram, 3005,0 qram, 1925,0 qram, 1565,0 qram və 1475,0 qram olmaqla tərkibinə görə eyni olan ümumilikdə külli miqdarda 33 kq 615 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

54. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqla araşdırılan “Bəybala” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

55. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

56. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

57. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Eyni zamanda, CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

58. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir.

59. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

60. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

61. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı 33615,0 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından təxminən 6723 dəfə, külli miqdarından isə təxminən 67 dəfədən artıq olması, satış üçün külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı xüsusi formada hazırlanmış çoxsaylı, o cümlədən iri bağlamalara bükülməkdə 17 (on yeddi) ədəd miqdarda olması, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə, habelə məhkəmə icraatı zamanı verdiyi ifadələri zamanı qazanc əldə etmək məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

62. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

63. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

65. Hökmün 64-cü bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

66. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs çoxsaylı 17 (on yeddi) ədəd xüsusi bağlamalarda hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taksi vasitəsilə Lənkəran şəhərindən Bakı şəhərinə gətirməsi və həmin narkotik vasitə qurudulmuş marixuana vasitəsilə qazanc əldə etmək məqsədinin olması barədə həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı etirafedici ifadələri və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

67. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin bilavasitə satışı ilə məşğul olmaması, ittihamda göstərilən ünvana 13-14 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün getməsi, yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra əldə etdiyi narkotik vasitənin 33 kq olmasını bilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

68. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

69. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 64-cü bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

70. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxsa həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Bəybala” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitələri müəyyən ünvanlara çatdırmasını” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin qeyri-müəyyən və hər hansı digər mötəbər sübutla təsdiq olunmayan sözlərinə əsaslanmış, cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, o cümlədən qeyri-müəyyən şəxslərlə aralarında real şəkildə birgə cinayət törədilməsinə dəlalət edən hər hansı danışıqların aparılmasına (hər hansı tapşırığın verilməsi, vəzifə bölgüsünün təşkili və sair) dair sübut təqdim edə bilməmiş, əksinə təqsirləndirilən şəxsin yalnız özünün təkbaşına şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hallara istinad etmişdir. Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində CM-in 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır.

71. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

72. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

73. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

74. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

75. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

76. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Bəybala” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitələri müəyyən ünvanlara çatdırması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

77. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs razılığı və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə sonuncunun yaşayış yerində həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərinin CPM-in tələblərinin kobud pozulmaqla yerinə yetirilməsinə dair iddialarının işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından tam olaraq təkzib edildiyini qeyd edir.

78. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

80. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur

81. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

82. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

83. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

84. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

85. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

86. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

87. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.4.2-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

88. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalaraq normal həyat tərzinə geri qayıtmaq istəməsini, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini, “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, 30 yaşında olmaqla cavan olmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

89. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 28, 86-87-ci bəndlərinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

90. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

91. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

92. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

93. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

94. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

95. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

96. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(005)-61/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 19 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

97. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2025-ci il tarixdən hesablanmalıdır.

98. Məhkəmə hökmün 32-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

99. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

100. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 33613,3 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” əməliyyat tədbiri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

101. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

102. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

103. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

104. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

105. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

106. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 19 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 33613,3 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar