Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1232/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi - X2 və müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 28 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 21 iyun 2021-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt şəhər prokurorluğundan 04 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və 21 iyun 2021-ci il tarixə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr keçirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkəməyə verilmiş, məhkəmə baxışı 25 iyun 2021-ci il tarixə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilmiş, lakin 25 iyun 2021-ci il və sonrakı tarixlərdə məhkəmə istintaqının başlanılması və işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Müdafiəçi məhkəmənin 12 iyul 2021-ci il tarixli iclasında vəsatət qaldırıb, Azərbaycan Respublikası ərazisində yeni – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətə başladığını, qanunla qeyd olunan məhkəmənin ərazi yurisdiksiyasının müəyyənləşdirildiyini, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin Sumqayıt şəhəri ərazisində baş verdiyini, Sumqayıt şəhərinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu, məhkəmə baxışının 25 iyun 2021-ci il tarixə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilməsinə baxmayaraq iş üzrə məhkəmə istintaqının başlanılmasının və işə mahiyyəti üzrə baxılmasının mümkün olmadığını, ona görə də hazırkı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını qeyd edib, cinayət işinin məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Digər proses iştirakçıları müdafiəçinin vəsatətini əsaslı hesab edib, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cinayət işinin məhkəmə aidiyyatı üzrə göndərilməsi haqqında qaldırılan vəsatəti müzakirə edib, bununla bağlı cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, müdafiəçinin vəsatəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmiş və həmin sərəncamın 2-ci bəndinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etmək Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına tövsiyyə olunmuşdur. Qeyd olunan sərəncam imzalandığı gündən, yəni 03 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasi Prezidentinin 03 fevral 2021-ci il tarixli həmin sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı Məhkəmə-Hüquq Şurasının qərarına əsasən Azərbaycan Respublikasının Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Şamaxı, Şuşa və Zəngilan rayonları, həmçinin Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 75.2-ci maddəsinin tələbinə görə məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə həmin Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 21 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, “həbs” qətimkan tədbirinin axımı məhkəmə hazırlıq iclasının qərarının çıxarıldığı 21 iyun 2021-ci il tarixdən dayandırılmışdır ki, bu hal cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılarkən nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2 və 321.1-ci maddərini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 21 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması nəzərə alınsın.
Məhkəmə qərarları › İş №1(101)-1232/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1232/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver