Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1232/2022 01.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Nikişin küçəsi, ev 27, mənzil 18 ünvanında qeydiyyatda olan, ünvan 1vanında yaşamış, 03 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 01 fevral 2022-ci il tarixdə saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenisiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı X2 ötürülməsi üçün 2 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkiləri 4,512 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,167 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini idman ayaqqabısının sağ tayının içərisinə gizlətmiş və həmin ayaqqabını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan dairəsinə qədər daşıyaraq ərzaqlar olan sovqatla birlikdə Şahid7 vermiş, sonuncu, həmin idman ayaqqabısını ayağına geyinmiş, həmin tarixdə saat 12:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenisiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində Şahid7 gətirdiyi sovqata və üzərinə xüsusi ayrılmış otaqda baxış keçirilən zaman Təqsirləndirilən şəxs əvvəlcədən Şahid7 ayağına geyindirdiyi idman ayaqqabısının sağ tayının içliyinin altından 2 ədəd ağ rəngli selofana bükülmüş həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürməyə cəhd edərkən, qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni cinayəti bilib gizlətdiyinə görə təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də narkotik vasitə onun yanında Eminə verilmiş, o, bunu bilsə də, gizlətmiş və müvafiq yerlərə məlumat verməmişdir. Hadisə baş verən gün Ağaəli adlı tanışı özünün telefonunda kontur olmadığını bildirib, onun telefonu ilə zəng etmişdir. Sonra Ağaəli onun yanında Eminlə görüşərək, maşında narkotiki sonuncuya vermişdir. Həmin vaxt onun yanında narkotik vasitə ayaqqabının içinə qoyulmamış, bükümlər şəklində Eminə verilmişdir. Onun nömrəsini isə Eminə cəzaçəkmə müəsissəsindən kimsə vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs onun nömrəsinin Eminə kimin verdiyini bilmədiyini, narkotik vasitənin iki selofan bükümdə olduğunu, Şahid7lə Şahid6 o, təcridxanada olarkən görüb tanıdığını, yəqin ki, həmin şəxslərin onun telefon nömrəsini Ağaəliyə verdiklərini fikirləşdiyini, əvvəllər onun Şahid7lə heç bir problemi olmadığını, istintaqa ifadə verdiyini, lakin onun dediklərinin hamısının yazılmadığını bildirdi. İfadələri arasında ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. 01 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Səməd Vurğun bağında adını dəqiq bilmədiyi Ağəli deyilən bir nəfərlə görüşmüşdür. Emin ona həmin gün səhər zəng edib demişdir ki, “səndə Rəşada çatacaq əmanət var, onu mənə verməlisən”. O da, Eminə demişdir ki, “məndə əmanət yoxdur, lakin mənə 8 saylı cəzaçəkmə müəssisəsindən zəng edib deyiblər”. Həmin Ağəli ilə görüşüb «Səməd Vurğun» bağının yanında ağ rəngli markasını bilmədiyi takisyə əyləşib Lökbatan dairəsinə gəlmişlər. Yanındakı Ağəlinin telefonunda konturu olmadığı üçün onun telefonundan zəng edib Emini çağırmışdır. Emin ilə Ağəli deyilən şəxs avtomobildə arxa tərəfdə oturmuşlar, o da, avtomobildə ön hissədə oturmuşdur. Ağəli əlində bir selofan bükümdə olan bükümü Eminə vermiş, Emin də həmin bükümü götürüb çıxıb getmişdir. Həmin vaxt Eminə heç nə verilməmişdir. Daha sonra Ağəli onun telefonundan bir nəfərə cəzaçəkmə müəssisəsinə zəng edib demişdir ki, “görüşdüm, əmanəti verdim”. Daha sonra onlar taksi ilə geri evlərinə qayıtmışlar (cəld 1, iş vərəqi 229-230). Elan olunmuş ifadə ilə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin ifadədə yazılanların doğru olduğunu, ona qarşı istintaq zamanı hər hansı təzyiq göstərilmədiyini, əvvəllər 7 dəfə müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rəşad adlı tanışının yanına getmişdir. Həmin vaxt Rəşad ona 1 cüt qara rəngli ayaqqabını verərək onun içərisində telefon adapteri gətirməsini xahiş etmiş, o da, Rəşadla razılaşıb oradan çıxıb getmişdir. Bir neçə gündən sonra Rəşad ona zəng edib adapterin lazım olmadığını, bir qardaş olduğunu və onunla görüşmək lazım olduğunu bildirib, həmin qardaşın bir əmanət verəcəyini və həmin əmanəti ona çatdırmalı olduğunu demişdir. Rəşad ona əmanətin nə olduğunu deməmiş, o da, bu barədə soruşmamışdır. 01 fevral 2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonundan gəlib Lökbatan dairəsində düşmüşdür. Orada onu tanımadığı kiçikboylu bir nəfər çağırmışdır. O, həmin adama yaxınlaşmış və bir az aralı dayanan ağ rəngli avtomobilin yanına getmişlər. Həmin avtomobilin yanında Tahirin dayandığını görmüşdür. Onlar maşına əyləşmiş, Tahir qabaq oturacaqda oturmuşdur. Həmin vaxt Tahir ona Rəşadın ayaqabı verdiyini xatırlatmış, həmin ayaqqabını istəmiş, onun içərisinə əmanət yerləşdirəcəyini və onu Rəşada aparmalı olduğunu bildirmişdir. O da, ayağındakı Rəşadın əvvəlcədən ona verdiyi ayaqqabını çıxarıb Tahirə vermişdir. Tahir şəffaf selofan bükümü ayaqqabının sağ tayının içərisindəki altlığı qaldırıb oraya qoymuş, daha sonra ayaqqabını ona qaytarıb geyinməyi və həmin əmanətin Rəşada çatacağını bildirmişdir. O da, həmin ayaqqabını geyinib onlardan ayrılmış və Rəşadın yanına türməyə getmişdir. Cəzaçəkmə müəssisəsinə girərkən onun üzərinə baxış keçirilmiş, bu zaman həmin büküm ayağına geyindiyi ayaqqabının içərisindən aşkar edilərək götürülmüşdür. Suallara cavabında Şahid7 avtomobildə əyləşmiş digər şəxsi tanımadığını, Tahirin ona bükümün içərisində nə olduğunu demədiyini, lakin onun həmin bükümdə narkotik olmasını bildiyini, Rəşad əvvəlcədən ona tapşırdığı üçün narkotiki ayaqqabının içərisində ona ötürmək niyyəti ilə apardığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin böyük inspektoru Şahid4 ifadəsində göstərdi ki, 01 fevral 2022-ci il tarixdə saat 12:55 radələrində cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X4 ilə qısa müddətli görüşə vətəndaş Şahid7 gəlmişdir. Onun üzərinə nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən Şahid7 əynində olan idman ayaqqabısının sağ tayının iç hissəsindən 2 ədəd ağ rəngli selofan bükümlər aşkar olunmuşdur. Bükümlərə baxış keçirilərkən birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digərində şəffaf rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Həmin bükümlər götürülərəkən onlar tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3 və Şahid5 01 fevral 2022-ci il tarixdə xidmətdə olarkən vətəndaş Şahid7 üzərinə baxış keçirilməsində iştirak etdiklərini bildirərək, həmkarları Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2008-ci ildən 8 saylı cəzaçəkmə müəssisəsində böyük mütəxəssis vəzifəsində çalışır. 01 fevral 2022-ci il tarixdə saat 12:55 radələrində cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid6 ilə qısa müddətli görüşə gəlmiş vətəndaş Şahid7 üzərinə nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən o da, iştirak etmişdir. Bu zaman Şahid7 əynində olan idman ayaqqabısının sağ tayının iç hissəsindən 2 ədəd ağ rəngli selofan bükümlər aşkar olunmuşdur. Bükümlərə baxış keçirilərkən birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digərində isə şəffaf rəngli kristal şəklində maddə olması müəyyən edilmişdir. Həmin bükümlər götürülərkən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkum X4 ifadəsində göstərdi ki, o, 2019cu ilin may ayından 8 saylı cəzaçəkmə müəssisəsində CM-nin 181.2 və 234.1-ci maddələri ilə cəza çəkir. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə ona müxtəlif tanışları tərəfindən sovqatlar göndərilmişdir. O, Şahid7 tanımamış, Eminlə heç vaxt ünsiyyəti və tanışlığı olmamış, onun kim olması barədə heç bir məlumatı yoxdur. 01 fevral 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsinin əməkdaşları onun yanına Emin adlı şəxs gəldiyini və ona sovqat gətirdiyini, lakin sovqatın içərisindən heroin və metamfetamin çıxdığını bildirmişlər. O da, cəzaçəkmə müəssisəsinin əməkdaşlarına Emin adlı şəxs tanımadığını və heç kimdən sovqat istəmədiyini demişdir. Verilən sualları cavablandıran Rəşad Zərbəliyev Təqsirləndirilən şəxs tanımadığını, Tahirlə heç bir əlaqəsi olmadığını, Şahid7 yalan danışdığını, heç kimə ayaqqabı verib onun içərisində yanına narkotik vasitə keçirilməsini tapşırmadığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin 01 fevral 2022-ci il tarixli 17/23-97 saylı xüsusi məlumatına əsasən, həmin tarixdə saat 12:55 radələrində müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum X1 yanına qısa müddətli görüşə gəlmiş qohumu Şahid7 üzərinə xüsusi ayrılmış otaqda baxış keçirilən zaman geyindiyi ayaqqabısının sağ tayının içlik hissəsindən 1 ədəd təmiz çəkisi 4,512 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə təmiz çəkisi 1,167 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək ondan götürülmüşdür. Xüsusi məlumata əlavə edilmiş 01 fevral 2022-ci il tarixli axtarış və götürmə haqqında protokolla, həmçinin digər təhqiqat materialları ilə qeyd olunan fakt öz təsdiqini tapır (cild 1, iş vərəqi 5-30). İş materiallarında olan 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid7 istifadəsində olmuş 1 ədəjd «SAMSUNQ QT-C5212i» markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefon aparatında 055 513-73-65 və 050 569-96-02 nömrə kartlarının olması müəyyən edilmişdir. Baxış zamanı «qəbul edilən zənglər» bölməsində 055 513-73-65 saylı nömrəyə iş üzrə əhəmiyyət kəsb edən 055 375-40-70 nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 08:29-da 1 dəqiqə 17 saniyə, saat 10:14-də 1 dəqiqə 3 saniyə, saat 11:00-da 31 saniyə, saat 11:41-də 38 saniyə, saat 12-də isə 22 saniyə danışıqlar aparıldığı müəyyən edilmişdir. Bundan başqa, «yığılan nömrələr» bölməsində iş üzrə əhəmiyyət kəsb edən 055 375-40-70 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 11:03-də 03 saniyə, saat 11:40-da 04 saniyə və saat 11:56-da 22 saniyə danışıqlar aparılması müəyyən edilmişdir (cild 1, iş vərəqi 74). Cinayət işində olan 03 fevral 2022-ci il tarixli arayışdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Qaradağ RPİ İstintaq şöbəsinin müstəntiqi icraatında olan cinayət işi ilə əlaqədar 055 375- 40-70 saylı mobil nömrə ilə əlaqə saxlayaraq, həmin nömrənin istifadəçisini Qaradağ RPİ-nə dəvət etmiş, bu zaman həmin şəxsin xx.xx.1973-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 75). Cinayət işinə əlavə edilmiş 04 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 şübhəli şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən, 2022-ci ilin yanvar ayının əvvəllərində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rəşad adlı tanışının yanına getdiyini, həmin vaxt Rəşadın ona 1 cüt qara rəngli ayaqqabı verdiyini, bir neçə gün sonra Rəşad ona zəng edib bir qardaş olduğunu və onunla görüşmək lazım olduğunu bildirib, həmin qardaşın bir əmanət verəcəyini və həmin əmanəti ona çatdırmalı olduğunu dediyini, 01 fevral 2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonundan gəlib Lökbatan dairəsində düşdüyünü və bir avtomobilin yanında Təqsirləndirilən şəxsla və tanımadığı digər bir şəxslə görüşdüyünü, həmin vaxt Tahirin ona Rəşadın ayaqabı verdiyini xatırlatdığını və həmin ayaqqabını istədiyini, onun içərisinə əmanət yerləşdirəcəyini və onu Rəşada aparmalı olduğunu bildirdiyini, onun isə, ayağında olan Rəşadın əvvəlcədən ona verdiyi ayaqqabını çıxarıb Tahirə verdiyini, Tahirin şəffaf selofan bükümü ayaqqabının sağ tayının içərisindəki altlığı qaldırıb oraya qoyduğunu, daha sonra ayaqqabını ona qaytarıb geyinməyi və həmin əmanətin Rəşada çatacağını bildirdiyini, o da, həmin ayaqqabını geyinib onlardan ayrıldığını və Rəşadın yanına türməyə getdiyini, cəzaçəkmə müəssisəsinə girərkən onun üzərinə baxış keçirildiyini, bu zaman həmin bükümün ayağına geyindiyi ayaqqabının içərisindən aşkar edilərək götürüldüyünü Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 91-93). Cinayət işində olan 01 fevral 2022-ci il tarixli 6/644 saylı ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: « Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı Cəzaçəkmə müəssisəsi Zərflər üçün” dairəvi möhür əksi olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,512 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 1,167 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi 4,512 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,412 qram. Metamfetaminin təmiz çəkisi 1,167 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,117 qram (cild 1, iş vərəqi 26-30). Məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2022-ci il tarixli 6/1735 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş obyekt üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 № 59” dairəvi möhür əksi olan vəziyyətdə təqdim edilmişdir. Paketi açdıqda içərisindən bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 4,412 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,117 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin və metamfetamin kimyəvi tərkibinə görə müxtəlif olduğundan müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi 4,412 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,362 qram. Metamfetaminin təmiz çəkisi 1,117 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,067 qram (cild 1, iş vərəqi 172-176). İbtidai istintaq orqanının 21 may 2022-ci il tarixli qərarı ilə Şahid7 aşkar edilərək götürülmüş təmiz çəkisi 4,512 qram 1 ədəd selofan kəsiyinə bükülmüş vəziyyətdə olan narkotik vasitə heroin və təmiz çəkisi 1,167 qram selofan kəsiyinə bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatlardan sonra qalıq qalan 4,362 qram hissəsi və metamfetaminin qalıq qalan 1,067 qram hissəsi saxlanılması üçün Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 204-212, 214). Məhkəmə narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli 1891 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 170-171). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 17 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 7 dəfə müxtəlif cinayət əməllərini törətdiyinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə isə o, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 2 ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad olunmuşdur (cild 1, iş vərəqi 187-188). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə təyin olunmuş cəzanı çəkib qurtardığı vaxtdan iki ildən artıq müddət keçmişdir. Bu səbəbdən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, verilmiş ittiham üzrə özünü qismən, yəni cinayəti bilib gizlətdiyinə görə təqsirli bildiyini, narkotik vasitəni özünün əldə etmədiyini və Eminin ayaqqabısının içərisinə gizlədilib cəzaçəkmə müəssisəsinə göndərilməsini təşkil etmədiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlara təkzib edildiyinə görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən öz məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.2 və 27.3-cü maddələrinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla, bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə yeddi dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin təyin olunmuş cəzaları çəkdikdən sonra islah olunmayıb yenidən qəsdən cinayət əməlləri törətməsi onu cinayət törətməyə meylli bir şəxs kimi xarakterizə edir və bu hal ona cəza təyin olunarkən səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə müvafiq olaraq, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli 1891 saylı rəyini əsas tutaraq belə hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş maddi sübutlar – ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1 büküm 4,362 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 büküm 1,067 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 179 (yüz yetmiş doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 179 (yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə baxışı zamanı isə Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkillərə- Şükür Şıxıyevə ödənilməli olan 294 (iki yüz doxsan dörd) manat məbləğində, vəkil Müdafiəçi ödəniləcək 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş maddi sübutlar - ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1 büküm 4,362 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 büküm 1,067 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 179 (yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirmiş vəkil X5 ödəniləcək 294 (iki yüz doxsan dörd) manat pul vəsaiti Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 72 (yetmiş iki) manat pul vəsaiti Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1232/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1232/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver