Məhkəmə qərarları › İş №1(101)-1233/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1233/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1233/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci ildə Şuşa şəhərində anadan olmuş, evli, işsiz, məhkumluğu olmayan, Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi, ev 34, mənzil 57 ünvanında yaşamış, hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 03:09-da tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib sonuncunu cəzalandırmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi 3/ 26 saylı binanın yaxınlığına gələrək Zərərçəkmiş şəxs ilə rastlaşdıqda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və ümumi davranış qaydalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb sonuncunu vuraraq sol baldır sümüklərinin (qamış və incik) orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınıqları, sağ kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, burun, qaşarası, sağ çiyinüstü, sağ said, sol bazu, sol dirsək, sol əlin arxa səthinin, sağ diz oynağı və sağ qalça nahiyələrinin sıyrıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, Orxanı beş-altı aydır ki, tanıyır. Hadisə günü gecə saat 02:00 radələrində zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vuraraq ona söyüb onu “Qobu Park” Yaşayış Kompleksi 3-də yerləşən 34-cü binanın qarşısına çağırmışdır. O da oraya getmişdir. Bir müddət sonra Orxan da əlində bıçaqla onun idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına tullandı və avtomobilin ön şüşəsinə əlində tutduğu bıçaqla vurmağa başladı, sonra da avtomobilinin altına yıxılmışdır. Bütün bunlara səbəb Orxanın ona qarşı nalayiq ifadələr işlətməsi səbəb olmuşdur. O, Orxana kömək edərək xəstəxanaya müraciət etmişdir. O, Orxandan pul almamışdır. O, Orxanı maşınla qəsdən vurmamışdır. Orxan özünü onun avtomobilinin altına atmışdır. Hadisə gecə saat 03:00 radələrində baş vermişdir. Orxanın evindən hadisə yerinə piyada gəlmək olardı. Onun Orxan ilə ədavəti olmamışdır. Orxan xəstəxanada olanda ona təhdid mesajları yazmışdır. Yüz manatla bağlı deyilənləri o, sonradan bilmişdir. Onun avtomobili irəli sürmək imkanı olmamışdır. O, avtomobilin Orxanın ayağının üstündən keçdiyini bilməmişdir. Orxan onun üzərinə əlində bıçaqla gəldiyinə görə, məcbur olub avtomobili hərəkət etdirmişdir.İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. O, əvvəllər Bakı şəhəri ərazisində dəfələrlə davadalaş etdiyinə görə, dalaşdığı şəxslərlə barışdığı üçün xitam, eləcə də məhkəmə tərəfindən islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs yaşadığı Qobu Park yaşayış kompleksindən tanıyır, onunla əvvəllər aralarında narazılıq və düşmənçilik olmamışdır. Orxan həmişə içkili olur və yaşadığı binanın həyətində hər kəsin ünvanına nalayiq söyüşlər söyərək narazılığa səbəb olan hərəkətlər edir. Orxan dəfələrlə onun idarə etdiyi taksi avtomobili ilə müxtəlif ünvanlara gedib, yol haqqın da vermişdir. 11 avqust 2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Orxan ona zəng vurub Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsi adlanan ərazidə olduğunu deyib onu yaşadığı evə aparmağını bildirmiş. O isə Orxana çox yorğun olduğunu və bu səbəbdən gələ bilməyəcəyini demişdir. Orxan onunla telefonda danışan zaman hiss etmişdir ki, Orxan içkili vəziyyətdədir. Təxminən 1 saat sonra Orxan yenidən onun mobil telefonuna zəng vurub ona nalayiq söyüşlər söyməyə başlamışdır. O da Orxana cavab qaytarıb telefonu söndürmüşdür. 12 avqust 2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksinə gəlirmiş. Həmin vaxt Orxan ona mobil telefon vasitəsi ilə mesajla nalayiq söyüşlər söyürmüş, o da Orxanın yazdığı mesajlara cavab qaytarıb onu 3-cü massivdə yerləşən 26-cı binanın yaxınlığına çağırmışdır. Təxminən 5 dəqiqəyə avtomobillə həmin yerə yaxınlaşmış və 4 yol ayrıcına çatan zaman Orxan binaların arasından, yəni onun sol tərəfindən yoluna çıxıb avtomobilin üzərinə tullanmış və əlində tutduğu bıçaqın dəstəyi ilə avtomobilin ön alın şüşəsinə vurmuşdur. Avtomobil hərəkətdə olduğu üçün Orxan yerə yıxılmış, Orxanın mobil telefon vasitəsi ilə ünvanına nalayiq söyüşlər söyməsini bir anda düşünüb avtomobili Orxanın üstünə sürmüşdür ki, qorxub evinə getsin və bir də ona söyüş söyməsin. Orxan avtomobilin qarşısından çəkilmədiyi üçün avtomobilin qabaq hissəsi ilə Orxanı vurmuş və Orxan avtomobilin altına yıxılmışdır. Bundan sonra o, avtomobildən düşüb Orxana yaxınlaşmış və ona “bir də ünvanıma nalayiq söyüşlər söysən səni öldürərəm” sözlərini deyib avtomobilinə əyləşmiş və avtomobili geriyə sürüb yaşadığı evə getmişdir”. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. O, əvvəllər Bakı şəhəri ərazisində dəfələrlə dava-dalaş etdiyinə görə, dalaşdığı şəxslərlə barışdığı üçün xitam, eləcə də məhkəmə tərəfindən islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs yaşadığı Qobu Park yaşayış kompleksindən tanıyır, onunla əvvəllər aralarında narazılıq və düşmənçilik olmamışdır. Orxan həmişə içkili olur və yaşadığı binanın həyətində hər kəsin ünvanına nalayiq söyüşlər söyərək narazılığa səbəb olan hərəkətlər edir. Orxan dəfələrlə onun idarə etdiyi taksi avtomobili ilə müxtəlif ünvanlara gedib, yol haqqını da vermişdir. 11 avqust 2023-cü il tarixdə təxminən saat 22 radələrində Orxan ona zəng vurub Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsi adlanan ərazidə olduğunu deyib onu yaşadığı evə aparmağını bildirmiş. O, isə Orxana çox yorğun olduğunu və bu səbəbdən gələ bilməyəcəyini demişdir. Orxan onunla telefonda danışan zaman hiss etmişdir ki, Orxan içkili vəziyyətdədir. Təxminən 1 saat sonra Orxan yenidən onun mobil telefonuna zəng vurub ona nalayiq söyüşlər söyməyə başlamışdır. O, da Orxana cavab qaytarıb telefonu söndürmüşdür. 12 avqust 2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksinə gəlirmiş. Həmin vaxt Orxan ona mobil telefon vasitəsi ilə mesajla nalayiq söyüşlər söyürmüş, daha sonra Orxan onu yaşadıqları “Qobu Park” Yaşayış Kompleksi 3-də yerləşən 26-cı binanın yaxınlığına çağırmış, o, da Orxana həmin ünvana gələcəyini demişdir. Təxminən 5 dəqiqə sonra Orxan piyada dediyi yerə gəlmiş, o, avtomobili az sürətlə hərəkət etdirirmiş. Həmin vaxt Orxanın əlində bıçaq idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına tullanmış və avtomobilin ön alın şüşəsinə əlində tutduğu bıçaqla vurmağa başlamışdır. Düşünmüşdür ki, Orxan avtomobilin alm şüşəsinə bıçaqla vurduqdan sonra kənara çəkiləcək, çünki avtomobil hərəkətdə olmuşdur. Bu zaman avtomobil hərəkətdə olduğu üçün Orxan avtomobilin qarşısından sürüşmüş və avtomobilin qarşısından çəkilmədiyi üçün avtomobilin qabaq hissəsi ilə Orxanı vurmuş və Orxan avtomobilin altına yıxılmışdır. Daha sonra avtomobili saxlayıb yerə düşmüş, həmin vaxt Orxan avtomobilin sol qabaq təkərinin yanına yıxılmışdır. Aşağı düşdükdən sonra Orxana “bir də söyüşsə gələn səfər sənə ağır olacaqdır” sözlərini deyib avtomobili geriyə sürüb yaşadığı evə getmişdir. Sonradan eşitmişdir ki, Orxanı avtomobillə vurduğu üçün onun barəsində polisə şikayət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi, 3-cü massiv, 26 saylı binanın yaxınlığında baş vermişdir. Hadisəyə səbəb Orxanın onun ünvanına nalayiq söyüşlər söyməsi olmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurub xəsarət yetirmiş, Orxanın yalan danışır, belə ki, Orxanın ona satmaq üçün mobil telefon verməmişdir, onun Orxana borclu olmamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, 2023-cü ilin iyul-avqust aylarında gecə radələrində Təqsirləndirilən şəxs ilə telefonla danışarkən Nahid ona qarşı nalayiq ifadələr işlətmiş, daha sonra evi tərəfə gəlib aşağı çağırmışdır. Nahidin ona borcu olmuşdur. O, borcunu az-az ödəyə biləcəyini desə də, Nahid qəbul etməmişdir. Nahid də gecə saat 2-3 radələrində evi tərəfə gəlib aşağı düşməyini istəmişdir. O da marketin qabağına düşəndə Nahidin avtomobil ilə gəldiyini görmüşdür. Nahid də onu görsə də avtomobilin sürətini azaltmadan onun üzərinə doğru sürmüşdür. Bu səbəbdən də o, məcbur qalıb kapotun üzərinə tullanmış, buna baxmayaraq Nahid yenə də avtomobili dayandırmamış və ayağı üç yerdən qırılmışdır. Bundan sonra o, X7 Yardıma yığmasını xahiş etsə də, Nahid bunu etmədən oradan uzaqlaşıb getmişdir. Bir il yarım bundan əvvəl Nahidin ona 100 manat borcu yaranmışdır. Əvvəl özünün iki telefonu olub, da birini Nahidə vermişdir. O, Nahiddən borcunu az-az ödəməsini istəsə də, Nahid bir il idi ki, borcunu ödəmirdi. İlk olaraq Nahid nalayiq ifadələrdən istifadə etdi. Onun əlində bıçaq olmayıb, sadəcə Qobu qəsəbəsində itlər çox olduğuna görə şalvarının cibində çox da iti olmayan bıçaq olub. Özünün də cibində olan bıçaqdan xəbəri olmayıb. Bıçaq onun cibində bir neçə ay əvvəldən onun cibində qalmışdır. İstintaq zamanı həmin bıçaq ona təqdim olunub. O da bıçağı tanıyıb, özünə məxsus olduğunu bildirib. İstifadə etdiyi nömrənin “whatsapp” şəbəkəsi vasitəsilə Nahidlə telefon danışıqları və mesajlar qalır. Binada kənar şəxslər var idi. Üzərində bıçağın olduğunu xəstəxanada bildi. Bıçağın hadisə yerindən, yoxsa cibindən çıxarıldığını xatırlamır. Bıçağın müstəntiqə necə çatdırıldığını bilmir. Hadisə bitdikdən sonra Nahidlə əlaqə saxlaya bilməmişdir. Avtomobil yolu 3-4 metrlik yol idi. Həmin maneə ilə divar arasında yarım metr məsafə var idi. Həmin vaxt Nahidin hansı sürətlə üzərinə gəldiyini dəqiq bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, göstərilən ünvanda ailə üzvlərimlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Qeyd etmişdir ki, ara bir hallarda ayıq sürücü, bəzi hallarda isə icarə əsasında avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir narazılıq və ədavəti olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə gecə saat 22 radələrində Nahidin mobil telefonuna mesaj yazaraq kef-əhval tutmuş, daha sonra Nahiddən ona olan 100 manat borcunu ödəməsini demişdir. Qeyd etmişdir ki, uzun zaman öncə Nahidə 1 ədəd Samsung markalı mobil telefon vermiş, aralarında olan razılaşmaya əsasən Nahid ona 100 manat ödəməli olmuş, bu səbəbdən Nahiddən pulunu tələb etmiş, Nahid isə telefonda ona çox acıqlı cavablar vermişdir. Telefonda onların mübahisəsi yaranmış və Nahid ona bildirmişdir ki, hal-hazırda işdədir, işini bitirdikdən sonra onunla görüşəcəkdir. O da Nahidə gözləyəcəyini demişdir. 12 avqust 2023-cü İl tarixə keçən gecə saat 02 radələrində Nahid ona zəng vurub bildirmişdir ki, işdən indi çıxıb onun yaşadığı binanın yaxınlığına gəlir. O da Nahidə “pulsuz yanıma gəlmə, mənə borclu olduğun 100 manat pulumu gətir ver” sözlərini demiş, Nahid isə hazırda maddi imkanının zəif olduğunu, pulu olanda borcunu qaytaracağını demişdir. O, da Nahidin sözündən möhkəm əsəbləşmiş və onu təhqir etmişdir. Nahid də onu təhqir etmişdir. Artıq telefon danışığı zamanı aralarında yaranmış sözlü mübahisənin dava-dalaşla bitəcəyini hiss etmiş, Nahid ona telefonda 26 nömrəli binanın yaxınlığına gəlməyini demişdir. Yaşadığıı binanın yaxınlığında həyətdə sahibsiz itlər çoxdur. Düşünmüşdür ki, itlər birdən üzərinə hücum edib ona xəsarət yetirə bilər, bu məqsədlə evin mətbəxində olan dəstəyi göy rəngli tiyəsi ağ rəngli bıçağı götürüb həyətə düşmüşdür. Artıq saat 03 radələri olarmış, yaşadığı yerin yaxınlığındakı 26 nömrəli binanın qarşısına çatmış, yola baxan zaman Nahidin gəldiyini görmüş, Nahidin onu görüb avtomobili saxlayacağını düşündüyü üçün yola keçməyə başlamışdır. Bu zaman Nahid avtomobili qəsdən üzərinə sürmüş, Nahid avtomobillə onu vurmasın deyə avtomobilin kapotu üstünə çıxmış və tarazlığını saxlaya bilməyib yerə yıxılmışdır. Yerə yıxılmış vəziyyətdə olan zaman Nahid yenidən avtomobili qəsdən üzərinə sürərək sol ayağından vurmuş və avtomobil təxminən 1-2 metr məsafədə yerdə uzanmış vəziyyətdə onu sürümüşdür. Daha sonra Nahid avtomobili saxlayıb yerə düşmüş və ona “birdə məni söysən bu səfər səni öldürəcəm” sözlərini deyib avtomobilinə minərək oradan uzaqlaşmışdır. Həmin vaxt aldığı xəsarətlərdən möhkəm ağrıları yaranmış və küçənin ortasında qışqırırmış. Onun səsinə bir nəfər tanımadığı qadın cinsli şəxs yaxınlaşmış, həmin qadından xahiş etmişdir ki, X11 zəng vurub çağırsın. Həmin tanımadığı qadın ilk öncə X11, daha sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Əvəllər Nahidlə mübahisə və narazılığı olmamış, əksinə çox yaxşı münasibətləri olmuşdur. Hadisənin xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi 3/ 26 saylı binanın yaxınlığında baş vermişdir. Hadisəyə səbəb Nahidin ona olan 100 manat borcunu ödəməməsi olmuşdur. Hadisə zamanı Nahidi vurmamış, əksinə Nahid avtomobillə qəsdən onu vurub xəsarət yetirmişdir, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. 1 ədəd diskdəki görüntülərə kompyuter vasitəsi ilə baxmışdır, həmin görüntüdə olan boz rəngli “Toyota Prius” markalı avtomobili idarə edən şəxs tanışı Nahiddir, görüntüdə qeyd olunan avtomobillə vurulan piyada isə özüdür, evdən 1 ədəd mətbəx bıçağını götürməkdə məqsədi gecə qaranlıq olduğundan sahibsiz itlər küçədə üzərinə hücum etdiyi təqdirdə özünü qorumaq, eyni zamanda Nahidin telefonda ünvanına nalayiq söyüşlər söydüyü üçün dava-dalaşın baş verə biləcəyini düşündüyünü, Nahidin fiziki cəhətdən ondan böyük olduğunu, bu səbəbdən özünü müdafiə etmək üçün bıçağ götürmüşdür, lakin hadisə zamanı əlindəki bıçaqla Nahidin üzərinə hücum etməmişdir, nədəki Nahidi vurub xəsarət yetirməmişdir. Ona təqdim olunan CD diskdəki səs yazısına qulaq asmış, səs yazısında Təqsirləndirilən şəxslə aralarındakı dialoqdur, həmin səs yazısı özünə məxsusdur. Həmin CD diskdəki səs yazısında danışan şəxs özüdür, lakin Nahidlə aralarındakı səs yazılarının hamısı təqdim edilməmiş, təkcə ona aid nüsxə istintaqa təqdim edilmişdir. Nahid ona yazdığı səs yazılarma görə möhkəm əsəbləşmiş və o, da Nahidin səs yazısına cavab qaytarmışdır. Əslində isə onun Nahidi vurmaq niyyəti olmamış, nədki Nahidi vurub xəsarət yetirməmişdir. Onu hadisə yerinə çağıran şəxs Nahid olmuşdur, avtomobili ilə də qəsdən onu vurmuşdur, ona təqdim edilən mesaj mətnləri ilə tanış olmuşdur, mesaj mətnlərini yazan şəxsin özüdür. Nahid onu avtomobillə qəsdən vurduqdan sonra qaçıb gizlənmiş, həmin ərəfədə xəstəxanada müalicə olunmağı üçün heç bir yardım etməmiş, o, da Nahidin bu hərəkətlərinə əsəbləşib sonuncuya mesaj yazmışdır. Şahid ifadələrində göstərdi ki, həmin gün eyvanda paltar sərən zaman, eyvandan bir şəxsin köməksiz vəziyyətdə qaldığını görüb X11 zəng edib aşağı düşmüşdür. Şəxsi kimin vurduğunun şahidi olmamışdır, hadisənin hansı tarixdə baş verdiyini də xatırlamır. Bir nəfər şəxsin köməksiz vəziyyətdə olduğunu gördüyü üçün yardım etmək məqsədilə aşağı düşmüşdür. O, zərərçəkmiş şəxsin əlində deyil, yerdə bıçaq görmüşdür. Xatırladığına görə zərərçəkmiş şəxs özünü avtomobilin üzərinə atmışdı. Tam hadisənin gedişatının şahidi olmamış, lakin zərərçəkmiş şəxs başqa şəxsdən avtomobili saxlamasını istəyərək özünü avtomobilin üzərinə atmışdır. Zərərçəkmiş şəxs hansı səbəblə vurulduğunu deməmişdir. Hadisə gecə təxminən saat 2-3 radələrində baş vermişdir. O, binanın 3-cü mərtəbəsində yaşayır, oradan da hadisə yeri aydın şəkildə görünürdü. Zərərçəkmiş şəxsin avtomobili saxlatmaq istərkən onun səsini eşitmiş, həmin vaxtda qədər hadisənin şahidi olmamışdır. Heç bir nalayiq ifadə və ya təhqir eşitməmişdir. O, hadisə yerinə gələndə avtomobil zərərçəkmiş vurub getmişdi. Hadisə yolun orta hissəsində baş verib. polis əməkdaşları hadis yerinə gəldikdə yerdə olan bıçağın kimə məxsus olduğunu soruşduqda o, bilmədiyini, bıçağı yerdə gördüyünü bildirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır, rəsmi olaraq Qaradağ Rayon MİKS-də kargüzar işləyir. 11 avqust 2023-cü il tarixdə yaşadığı evdə imiş. Qeyd etmişdir ki, ümumiyyətlə gecələr çox gec yatır. Gecə, yəni xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində evdə paltarlarım yuyurmuş. Bu zaman küçədən bir nəfər şəxsin ucadan qışqırıq səslərini eşitmişdir. O, yaşadığı binanın 3-cü mərtəbəsində yaşadığı üçün küçədən gələn səsi eşitməyin mümkün olduğunu, qışqırıq səsini eşidib mənzilin eyvanına çıxdığını, bu zaman tanımadığı avtomobilin bir nəfər şəxsin üzərindən keçib sürətlə hərəkət etdiyini gördüyünü, həmin vaxt yolun ortasında tanımadığı bir nəfər şəxsin uzandığını və qışqıraraq kömək istədiyini gördüyünü bildirmişdir. O, bir vətəndaş olaraq həmin şəxsə köməklik etmək məqsədi ilə küçəyə çıxıb həmin şəxsə yaxınlaşmış, həmin şəxsi ilk dəfə idiki görürmüş. Adını sonradan bildiyi Orxan adlı şəxs ondan xahiş etmişdir ki, ona köməklik etsin. O, tez X11, daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin vaxt hadisə yerinə tanımadığı iki nəfər şəxs gəlmiş, həmin şəxslər də Orxan adlı şəxsin yerdə uzanaraq ağrıdan əzab çəkdiyini görmüşlər. Həmin vaxt hadisə baş verən yerdə, yolun ortasında 1 ədəd dəstəyi göy rəngli mətbəx bıçağına oxşar bıçaq görmüşdür. Daha sonra hadisə yerinə X12 avtomobili gəlib Orxan adlı şəxsi aparmışlar. Bundan sonra o, da yaşadığı evə getmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 625 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sol baldır sümüklərinin (qamış və incik) orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınıqları, sağ kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, burun, qaşarası, sağ çiyinüstü, sağ said, sol bazu, sol dirsək, sol əlin arxa səthinin, sağ diz oynağı və sağ qalça nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış massivi 3, 26-cı binanın yaxınlığıdır. Odur ki, hadisə yerinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış massivi 3, 26-cı binanın yaxınlığı olması nəzərə alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, boz rəngli “Toyota Prius” markalı arxa işıqlar yandığı üçün və hava qaranlıq olduğundan dövlət qeydiyyat nişanı görünməyən avtomobilin yol ilə hərəkətdə olan zaman piyada keçidinə az məsafə qalmış 1 nəfər şəxs avtomobilin qarşısına çıxır, həmin avtomobilin sürücüsü avtomobillə piyadanı vurduqdan sonra yenidən avtomobili qəsdən piyadanın üzərinə sürərək vurur. Daha sonra avtomobilin sürücüsü avtomobildən yerə düşüb vurub xəsarət yetirdiyi piyadaya tərəf əyilir, sonra avtomobilə əyləşərək oradan çıxıb gedir. İbtidai istintaq zamanı həmin DVD diskə təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan boz rəngli “Toyota Prius” markalı avtomobili idarə edən şəxs o özüdür. Görüntüdə qeyd olunan avtomobillə vurduğu piyada tanışı Zərərçəkmiş şəxsdir. Orxan mobil telefon vasitəsi ilə ünvanına nalayiq söyüşlər söydüyü üçün əsəblərini cilovlaya bilməyib Orxanı idarə etdiyi avtomobillə qəsdən vurmuşdur. Həmin 01 ədəd DVD diskdə cinayətin izləri olduğundan iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki,xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi-3, 26 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. İstintaq zamanı X6 ərizə ilə müraciət edərək özünə məxsus “Toyota Prius” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri, yəni özünə qaytarılmasını xahiş etmiş, həmin avtomobil sahibinə saz vəziyyətdə təhvil verilmişdir. Odur ki, “Toyota Prius” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş cinayət hadisəsinin predmeti olduğundan maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 2958 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməldir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun üzərinə bıçaqla hücum çəkdiyindən avtomobili saxlamadan hərəkətə davam etmiş, bu zaman Orxan avtomobilin üzərinə qəfildən bıçaqla avtomobilin şüşəsinə hücum çəkmiş, bu səbəbdən də o, sürətini azaltmadan hərəkətə davam etmiş və hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri ilə, həmçinin, məhkəmə tibbi ekspertizasının rəyi, DVD diskə baxış keçirilməsi haqqında protokol və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Çünki onun həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələri yuxarıda sadalanan sübutlarla təkzib olundu. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə məhkəməyə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılmasını və 01 ədəd “TOYOTA PRİUS” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmasını əsaslı sayır. Məhkəmə iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 64 (altmış dörd) manat vəsaitin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə döymə və xuliqanlıq cinayətləri törətmiş, sonuncu dəfə Xəzər RPİ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilməsi halları barəsində ətraflı ifadələr verib, cinayət əməlinin baş verməsinin gedişatının, nəticələrinin müəyyən olunmasında iştirakını cinayət işinin istintaqında fəal iştirak kimi qiymətləndirir və bunu onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 29 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 27 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “TOYOTA PRİUS” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına məhkəmə xərclərini təşkil edən 64 (altmış dörd) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar