Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1233/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, X16 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay ə/d, Xırdapay kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 06 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində arvadı- 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun mobil telefonunda aşkar etdiyi yad kişiyə aid fotodan, yəni Şahid2 fotoşəkilindən hiddətlənərək, ondan qisas alıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, arvadını yaxın adamlarının, o cümlədən valideyni övladının, bacını bacının gözü qarşısında qəsdən öldürmək niyyəti ilə, onlara xüsusi əzab verdiyini dərk edib, birgə nikahdan doğulmuş övladları X1, eləcə də arvadının bacısı Şahid1 aşkar gördüyü şəraitdə həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs qəflətən hücum edib, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə ardıcıl olaraq zərbələr endirərək, sonuncuya ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qaraciyərin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, ümumilikdə 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, həmin vaxt yaxınlıqda olan zərərçəkmişin bacısı Şahid1 dərhal hərəkətə keçərək ona mane olduğundan, eyni zamanda zərərçəkmiş vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsulla digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməllərinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Təqsirləndirilən şəxsə ifadə verməsi təklif edilərkən o, törətdiyi cinayət əməlindən xəbəri olmadığını bildirmişdir. Belə ki, ittiham olunduğu cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. Onun xəstəliyi var və cinayət əməlini törədərkən də həmin xəstəliyinin təsiri altında olmuşdur. Törətdiyi cinayət hadisəsi barəsində heç nə yadında qalmadığından həmin cinayət əməli haqqında heç nə deyə bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ətraflı verdiyi ifadələri məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 08 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşamışdır. 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən çörək sexində Kəmalə adlı qızla tanış olmuş və onunla bir müddətdən sonra münasibətləri normal olmağa başlamışdır. Beləliklə, onlar 2017-ci ildə ailə həyatı qurmuşlar. Həmin nikahdan onların 2018-ci il təvəllüdlü X6 və 2021-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Onların münasibətləri son vaxtlara qəər normal olmuşdur. Lakin 2022-ci ildə o, Rusiya Federasiyasına valideynlərinin yanına gedib qayıtdıqdan sonra Kəmalə ilə münasibətləri soyumağa başlamışdır. Təxminən 1 ay bundan əvvəl o, Kəmalənin mobil telefonunda İbrahim adlı şəxslə görüntülü danışığının şəkilli vəziyyətini görmüşdür. O, bundan sonra onun mobil telefonunu əlindən almış, lakin sonradan Kəmalə özünə əlavə mobil telefon almışdır. O, Kəmalənin əlindən aldığı mobil telefonu özü işlətməyə başlamışdır. Öz telefonunu isə uşaqlara oyun oynamaq üçün vermişdir. Bundan sonra o, xəstəliyi ilə əlaqədar 03 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya gedərək orada stasionar müalicə almağa başlamışdır. O, 06 yanvar 2025-ci il tarixdə günorta yeməyindən sonra xəstəxanada həkimdən yuyunmaq üçün evə getməyə icazə alaraq xəstəxanadan çölə çıxmış və xəstəxananın yanında olan mağazadan 1 manat 50 qəpiyə mətbəx bıçağı almışdır. Kəmaləyə zəng edərək uşaqları görmək istədiyini bildirmişdir. Kəmalə ona anası ilə yaşadığı evin məkan göstəricisini göndərmişdir. O, taksi vasitəsi ilə Kəmalənin göndərdiyi ünvana getmişdir. Həmin ərazi Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ massivində imiş. O, həyət qapısından Kəmaləyə zəng etmişdir ki, həyətin qapını açsınlar. Bu zaman Kəmalənin bacısı Aylin qapını açmış və o, həyətə daxil olmuşdur. O, həyətə daxil olan zaman qızı və oğlu həyətə çıxmışlar. O, onları qucaqlayaraq öpüb görüşmüşdür. Bu zaman Kəmalə qapıya çıxmışdır. Kəmalə qapıya çıxanda qızı və oğlu, eləcə də Aylin evə girərək qapını örtmüşlər. O, Kəmaləyə onu sevdiyini və belə etməməsini dedikdən sonra yolda mağazadan aldığı bıçağı cibindən çıxararaq onun qarın və döş nahiyyəsindən vurmuşdur. Kəmalə qışqırmış, Aylin qapıdan çölə çıxmış, uşaqlar isə qapının arasında baxmağa başlamışlar. O, əlində olan bıçağı yerə ataraq həyəti tərk edib yol maşını ilə xəstəxanaya qayıtmışdır. O, yola çıxana qədər piyada gəldiyi yerdə mobil telefonunu divara çırparaq sındırmışdır. O, xəstəxanaya gəldikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qətl hadisəsi törətdiyi barədə məlumat verərək olduğu yeri bildirmişdir. O, arvadı Zərərçəkmiş şəxs qısqanaraq öldürmək məqsədi ilə vurmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Belə ki, o, xəstəxanada epilepsiya xəstəliyindən müalicə olunurmuş (iş vərəqə: cild İ, səh.24-26,46-48). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 mart 2025-ci il və 10 aprel 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü qismən təqsirli bilməklə bildirmişdir ki, Zərərçəkmiş şəxs qəsdən öldürmək fikri və niyyəti olmadığını, xəyanətə görə Zərərçəkmiş şəxs cəzalandırmaq üçün sadəcə olaraq xəsarət yetirmək fikri olduğunu qeyd etməklə, bu əməlinə görə özünə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilməsini xahiş etmişdir. O, həmçinin ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirməklə göstərmişdir ki, 2017-ci il tarixdə işlədiyi Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Azəri” çörək zavodunda Kəmalə adlı qızla tanış olmuşdur. Bir müddət sonra aralarında sevgi münasibəti yaranmış və onlar ailə qurmaq qərarına gəlmişlər. Kəmalənin yaşı az olduğuna görə aralarında rəsmi nikah müqaviləsi bağlanılmamış, lakin dini kəbin kəsdirmişlər. Həmin nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü Nihat Məmmədov və xx.xx.2021-ci il təvəllüdlü Sevdanur Məmmədova adlı övladları dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Evli olduqları dövrdə Kəmalə ilə münasibətləri normal olmuşdur. Bir müddət sonra təxminən 2024-cü ildən artıq aralarında sözlü mübahisələr başlamışdır. Daha sonra onlar boşanmaq qərarına gəlmişlər. Boşanma ərəfəsində rəsmi sənədlərin hazırlanması üçün Kəmalə mediasiya orqanına müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Kəmalə mediasiya prosesinin sürətləndirilməsi üçün İbrahim adlı şəxslə tanış olmuşdur. Məlum hadisədən təxminən 1 ay əvvəl o, Kəmalənin mobil telefonunu əlindən almışdır, lakin sonradan Kəmalə özünə əlavə telefon almışdır. O, Kəmalənin əlindən aldığı mobil telefonu özü işlətməyə başlamışdır. Öz telefonunu isə uşaqlara oyun oynamaları üçün vermişdir. Təxminən 2024-cü ilin dekabr ayının sonlarında yeni il bayramını qeyd etmək üçün Kəmalə, oğlu və qızı ilə birlikdə qaynanası Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən evə getmişlər. Yeni il bayramını həmin ünvanda ailə üzvləri ilə birlikdə qeyd etmişlər. Bildirmişdir ki, o, təxminən 2 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən mütəmadi olaraq müvafiq dərman preparatları qəbul edir. Hazırda da ani epilepsiya tutmaları ilə qarşılaşır. Epilepsiya tutmaları zamanı etdiyi hərəkətləri dərk etmir. Hazırda müalicə məqsədi ilə “Depakine chrono 500mg” və “Keppra 500mg” dərman preparatları qəbul edir. xx.xx.2025ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X20” publik hüquqi şəxsdə stasionar müalicə almağa başlamışdır. Xəstəxanada olduğu müddətdə arvadı Zərərçəkmiş şəxs dəfələrlə zəng etməsinə baxmayaraq, sonuncu onun zənglərinə cavab vermirmiş. Bu da onu daha da hiddətləndirmişdir. Bir anlıq arvadı Zərərçəkmiş şəxs ona İbrahim adlı şəxslə xəyanət etdiyi yadına düşmüşdür. O, xx.xx.2025-ci il tarixdə günorta yeməyindən sonra xəstəxanada həkimindən yuyunmaq üçün evə getməsi üçün icazə alaraq çölə çıxmışdır. Xəstəxananın yaxınlığında yerləşən adını xatırlamadığı mağazadan 1 manat 50 qəpik ödəniş edərək mətbəx bıçağı almışdır. Daha sonra Kəmalədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə anasının yaşadığı evin məkan göstəricisini göndərməsini istəmişdir. Sonra xəstəxananın yaxınlığında olan markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksiyə oturaraq həmin ünvana getmişdir. Həmin ünvan qayınanası Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, ünvan 3 ünvana çatdıqda Kəmaləyə zəng etmişdir ki, həyət qapısını açsınlar. Bu zaman Kəmalənin bacısı 2008-ci il təvəllüdlü Şahid1 qapını açmış və o, həyətə daxil olmuşdur. O, həyətə daxil olan zaman qızı və oğlu evin həyətyanı sahəsinə çıxmışlar. O, hər iki övladını qucaqlayaraq öpüb onlarla görüşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs qapıya çıxmışdır. O, Kəmalə ilə təkbətək danışmaq üçün Aylinə, oğluna və qızına evə girmələrini xahiş etmişdir. Daha sonra Aylin, qızı və oğlu evə girərək qapını örtmüşlər. O, Kəmaləyə onu həqiqətən çox sevdiyini bildirdikdən sonra İbrahim adlı şəxslə ona xəyanət etdiyi yadına düşmüş və mağazadan aldığı mətbəx bıçağı ilə onun bədəninə 2 bıçaq zərbəsi endirmişdir. Lakin bıçaq xəsarətlərini bədəninin hansı nahiyəsinə yetirdiyini xatırlamır. Daha sonra Kəmalə qışqırmış, qışqırtı səsinə bacısı Aylin evin həyətyanı sahəsinə çıxmışdır. O, əlində olan bıçağı yerə ataraq evin həyətyanı sahəsini tərk etmişdir. Daha sonra müalicə aldığı xəstəxanaya qayıtmışdır. Yolda gələn zaman mobil telefonunu əsəbi olduğundan divara çırparaq sındırmışdır. O, “X20” X18 gəldikdən sonra DİN-in “102” zəng xidmətinə zəng edərək törətdiyi cinayət hadisəsi barədə məlumat verərək hazırda olduğu yeri bildirmişdir. Bir müddət sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər, o, törətdiyi əməli etiraf etmiş və onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hadisəni törətdiyi zaman öz əynində, həmçinin Zərərçəkmiş şəxs əynində konkret olaraq nə olduğu, həmin geyim əşyalarının nə rəngdə olması yadında qalmamışdır. Hadisə zamanı evin həyətyanı sahəsində o və Zərərçəkmiş şəxs savayı, hər hansı bir şəxs olmamışdır. Bildirmişdir ki, arabir yüngül formada spirtli içki qəbul etsə də, son 2 ay idi ki, ümumiyyətlə spirtli içki içmirmiş. Narkotik vasitə istifadəçisi deyil. İstifadəsində məlum hadisəyədək ***-***-**-** mobil nömrəsi olmuşdur. Əvvəllər hər hansı bir ağır xəstəlikdən əziyyət çəkməsə də, təxminən 2 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən mütəmadi olaraq müvafiq dərman preparatları qəbul edir. Hazırda da, ani epilepsiya tutmaları ilə qarşılaşır. Epilepsiya tutmaları zamanı etdiyi hərəkətləri dərk etmir. Hazırda müalicə məqsədi ilə “Depakine chrono 500mg” və “Keppra 500mg” dərman preparatları qəbul edir. Məlum hadisə vaxtı hər hansı bir xəsarət almamışdır (iş vərəqə: cild İ, səh. 174-180, cild İİ, səh 104-110). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq dövründə ifadə verərəkən anlaqlı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini xatırlamır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verməmişdən bir neçə gün əvvəl səhhətində iki il öncədən yaranmış xəstəliklə bağlı xəstəxanaya yerləşdirilmişdir. Həkimlərin bəziləri onun xəstəliyi ilə bağlı epilepsiya, bəziləri isə “kişisəl pozğunluq”, bəziləri isə şizofreniya diaqnozu qoymuşlar. Aqildə tez-tez belə hallar olurmuş. Hətta bir dəfə üzərlərinə hücum çəkən zaman video görüntü də qeydə almışlar. Hadisə günü niyə belə bir hadisə törətdiyini anlamamışdır. O, hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır. 06 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs xəstəxanada olmuşdur. Həmin vaxtlar münasibətlərində müəyyən soyuqluqlar olsa da, münasibətləri bu həddə çatacaq qədər korlanmamışdır. Onların arasında telefonla bağlı mübahisə cinayət hadisəsi baş verməmişdən 6 ay əvvəl olmuşdur. Belə ki, o, Aqildən boşanmaq üçün bir hüquqşünasla telefon əlaqəsi saxlamışdır. Həmin hüquqşünasın nömrəsini ona məktəbdən bir valideyn vermişdir. O, daha sonra həmin şəxsin Fövqəladə Hallar Nazirliyinin hüquqşünası olduğunu bilmişdir. Aqil də telefonda həmin şəxsin nömrəsini görüb onu qısqanmış və bununla bağlı aralarında mübahisə olmuşdur. Həmin vaxt o, Aqil ilə eyni evdə yaşamırmış. Aqilin xəstəliyi şiddətləndiyi üçün onu xəstəxanaya yatırmışlar. O özü isə anasıgildə qalırmış. Hadisə günü Aqil ona övladlarını görmək istədiyini bildirib telefonda ərazinin konumunu göndərməsini xahiş etmişdir. O, anası gilin evinin yerləşdiyi ərazinin konumunu Aqilə göndərdikdən sonra, Aqil gəlib övladları ilə görüşmüşdür, onu da elə həmin vaxt bıçaqlamışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərmişdir ki, Aqil gələn zaman qapını bacısı Şahid1 açmışdır. Aqil uşaqlarla görüşdükdən sonra, uşaqları evə göndərmiş və bacısı Aylinə onu çağırmasını bildirmişdir. Bacısı da onu çağırmış və o, Aqilin yanına getmişdir. Bu zaman Aqil ona “mən səni nə qədər sevirdim” deyərək belindən çıxardığı bıçaqla onun döş qəfəsi və qarın nahiyələrinə iki dəfə bıçaqla zərbə endirmişdir. Aqil ona ilk bıçaq zərbəsini endirdikdən sonra o, qışqırmış və onun səsinə bacısı Aylin çıxmışdır, bacısı Şahid1 Aqilin ona ikinci dəfə bıçaqla zərbə endirməsinin şahidi olmuşdur. Həmin vaxtlar uşaqlar içəridə olmuşdur. Övladı çölə çıxanda Aqil qaçmışdır. Bacısı Aylin dərhal polisə və X11 zəng edərək məlumat vermişdir. İlk olaraq polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onu xəstəxanaya aparmışlar. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı bacısı Şahid1 onunla Təqsirləndirilən şəxs aralaşdırmağa çalışırmış. Hadisədən sonra Təqsirləndirilən şəxs bıçağı atıb qaçmışdır. Təqsirləndirilən şəxsla aralarında mübahisə zamanı bacısı Aylin gəlib onu qorumaq istəyən zaman Aqil bıçağı atıb qaçmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı 21 yanvar 2025-ci il, 07 mart 2025ci il tarixlərdə verdiyi ifadələrində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivi, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs onun əridir. Belə ki, 2017-ci il tarixdə işlədiyi Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Azəri” çörək zavodunda onunla tanış olmuşdur. Bir müddət sonra aralarında sevgi münasibəti yaranmış və onlar ailə qurmaq qərarına gəlmişlər. Onun yaşı az olduğuna görə aralarında rəsmi nikah müqaviləsi bağlanmamış, lakin dini kəbin kəsdirmişlər. Həmin nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü Nihad Məmmədov və xx.xx.2021-ci il təvəllüdlü Sevdanur Məmmədova adlı övladları dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Evli olduqları dövrdə Aqil ilə münasibətləri normal olmuşdur. Aqillə arasında hər hansı ciddi bir mübahisə və münaqişələri olmamışdır. Buna baxmayaraq, təxminən son 3 ildə artıq aralarında sözlü mübahisələr başlanmışdır. Belə ki, Aqil onu qısqandırmaq üçün müxtəlif qadınlarla yaşadığı sevgi macəralarını ona danışaraq dəfələrlə mübahisələr yaratmışdır. Bundan əlavə olaraq Aqilin ailəsi onların daxili işlərinə çox qarışdığından aralarında mübahisələr yaranmışdır. 30 dekabr 2024-cü il tarixdə Yeni il bayramını qeyd etmək üçün Aqil onları, yəni oğlu və qızı ilə birlikdə anası Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən evə gətirmişdir. Yeni il bayramını həmin ünvanda ailə üzvləri ilə birlikdə qeyd etmişlər. Bildirmişdir ki, Aqil təxminən 2 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən mütəmadi olaraq müvafiq dərman preparatları qəbul etmişdir. O, xx.xx.2025-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X20” publik hüquqi şəxsdə stasionar müalicə almağa başlamışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Aqil ondan uşaqları görmək üçün “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə anasının yaşadığı evin məkan göstəricisini göndərməsini istəmişdir. O da həmin evin məkan göstəricisini ona göndərmişdir. Təxminən 15:10 radələrində Aqil anası Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən evə gəlmişdir. O və 2 övladı 30 dekabr 2024-cü il tarixdən etibarən anasının yaşadığı yuxarıda qeyd etdiyi ünvanda qalmışlar. Aqil ünvana çatdıqda ona zəng etmişdir ki, həyət qapısını açsın. O da bacısı 2008-ci il təvəllüdlü Şahid1 qapını açmasını xahiş etmişdir. Aylin evin həyət qapısını açmış və Aqil həyətə daxil olmuşdur. Aqil həyətə daxil olan zaman qızı və oğlu evin həyətyanı sahəsinə çıxmışlar. O, həmin zaman evin qonaq otağında olmuşdur. Aqil hər iki övladı ilə görüşdükdən sonra Aylindən onu evdən çağırmasını istəmişdir. Daha sonra o, evdən həyətə çıxmışdır. O, evin həyətyanı sahəsinə çıxdıqdan sonra Aylin, oğlu və qızı evə daxil olmuşlar. Həmin vaxt evin həyətyanı sahəsində Aqil ilə ondan savayı heç kəs olmamışdır. O, evin həyətinə çıxan zaman Aqil siqaret çəkmişdir. Daha sonra siqareti ataraq ona yaxınlaşıb əlini onun saçının arxasından tutaraq özünə tərəf çəkərək “mən səni həqiqətən sevirdim” deyərək belindən bıçaq çıxararaq boğaz nahiyəsinə yönəldən zaman onu özündən kənarlaşdırmışdır. Bu zaman Aqil əlindəki bıçağı onun qarın nahiyəsinə vurmuşdur. Bıçaq qarın boşluğuna daxil olan kimi o, qışqıraraq bacısı Aylini çağırmışdır. Aylin həmin vaxt evdən çıxaraq onların yanına gəlmişdir. Bu zaman azyaşlı qızı Sevdanur da həyətə çıxmışdır. Aylin onlara çatanda o, yerə yıxılmışdır. Aqilin yenidən ona xəsarət yetirməsinin qarşısını almaq üçün Aylin də özünü onun üzərinə atmışdır. Lakin buna baxmayaraq, Aqil onun ikinci dəfə döş nahiyəsindən bıçaq zərbəsi endirmişdir. O, iki bıçaq zərbəsindən sonra özünü itirmiş və ani olaraq nə baş verdiyini bilməmişdir. X12 arxası ilə həyətdən qaçdığını görmüşdür. O da Aqilin Aylini vurmasından qorxaraq əynində olan jiletini çıxararaq yaralarının üzərinə sıxaraq qan axmasını bir az da olsa saxlamağa çalışmış və Aylinin arxası ilə küçəyə çıxmışdır. Daha sonra Aylinin geri qayıtdığını görüb evə qayıdaraq mətbəxdə yerdə uzanmışdır. Sonra Aylin DİN-in “102” zəng xidmətinə və TTYS-ə zəng edərək baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Qısa müddət ərzində polis əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə gəlmişlər. Təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra onu “X13” X18 aparmışlar. Aqil ona dəstəyi göy-qırmızı-ağ rənglərdə olan, tiyəsi isə gümüşü rəngdə olan mətbəx bıçağı ilə zərbələr vuraraq xəsarətlər yetirmişdir. Təxminən 2024-cü ildə Aqillə aralarında olan mübahisələrdən sonra onlar boşanmaq qərarına gəlmişlər. Boşanma ərəfəsində rəsmi sənədlərin hazırlanması üçün mediasiya orqanına müraciət etmişdir. Mediasiya prosesinin sürətləndirilməsi üçün İbrahim adlı şəxslə tanış olmuşdur. Aqil onun mobil telefonunda İbrahim adlı şəxsin fotoşəkillərini gördüyündən ona xəyanət etdiyini düşünmüş, lakin İbrahim adlı şəxslə aralarında heç bir münasibət olmamışdır. Sadəcə olaraq İbrahim adlı şəxs hüquqşünas olduğundan boşanma məsələsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasında ona köməklik göstərmişdir. Hadisənin üzərindən təxminən iki aydan çox müddət keçdiyi üçün hadisə zamanı Təqsirləndirilən şəxs üzərində hansı geyim əşyalarının olması yadında qalmamışdır. Hadisədən sonra onun geyim əşyaları əməliyyat olunduğu üçün X8 üzərindən çıxarılmış və polislərə təhvil verilmişdir. Həmin vaxt əynində qara rəngli idman şalvarı, mavi rəngli qolsuz idman köynəyi və boz rəngli jilet olmuşdur. Aqil ona xəsarətlər yetirdiyi üçün və o, Aqilə hər hansı bir xəsarət yetirmədiyi üçün Aqilin geyim əşyalarında zədələr olmamışdır. Hadisə zamanı Aqil bıçaqla qarın nahiyəsinə, döş qəfəsinin sağ yarısına xəsarətlər yetirmişdir. Ümumiyyətlə Aqil ona 2 ədəd xəsarət yetirmişdir. Məlum hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən evin həyətində Təqsirləndirilən şəxs ona bıçaq zərbələri endirərkən bacısı Aylin və qızı Sevdanur hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs arabir yüngül formada spirtli içki qəbul etsə də, son 2 ay idi ki, ümumiyyətlə spirtli içki içməmişdir. Lakin Aqilin narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumatı yoxdur. Heç bir ağır xəstəlik keçirməmiş və hər hansı psixoloji xəstəliyi olmamışdır (iş vərəqə: cild İ, səh. 68-71, 192-196). Zərərçəkmiş şəxs həmin ifadələri ilə bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs onu bıçaqla vurarkən uşaqlarının görməsini bildirmişdir, lakin sonradan o, başa düşmüşdür ki, uşaqları hadisəni görməmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Hadisə baş verən gün o, evdə imiş. Təqsirləndirilən şəxs zəng edib bildirmişdir ki, uşaqlarını görməyə gəlmək istəyir. Aqil gələndə bacısı Kəmalə ona qapını açmasını demişdir. O, qapını açanda Aqil ona “bacını çağır görüşüm” demişdir. Ona bildirmişlər ki, evə keçsin. O, bacısının uşaqları ilə birlikdə evə keçmişdir. Bundan sonra, bacısı Kəmalə “Aylin” deyə qışqırmış və o, çölə çıxmışdır. Çölə çıxan zaman görmüşdür ki, Aqil bacısının saçından tutmuşdur. Bu zaman o, Aqili itələmişdir. Kəmalə yerə yıxılmışdır, o da Kəmalənin üzərinə yıxılmışdır. Sonra o, Kəmalə ilə Aqilin aralarına girmişdir. Aqil qaçıb getmişdir. O, yerdə bıçağı görəndən sonra bilmişdir ki, Aqil bacısını vurmuşdur. O, bundan sonra bacısının Aqil tərəfindən bıçaqla vurulmasını bilmişdir, o, Aqilin bacısını bıçaqla vurmasının şahidi olmamışdır. Daha sonra o, polisə zəng etmiş, bıçağı və yerdə qanı gördükdən sonra bacısından Aqilin onu bıçaqla vurması haqqında soruşmuş, bacısı isə bunu təsdiq etmişdir. Hadisə vaxtı o, Kəmalənin üzərinə uzanmışdır ki, Aqil onu vurmasın. Aqil görmüşdür ki, o, onları aralaşdırmağa çalışır. Əynindəki jileti çıxarıb vermişdir ki, Kəmalə yarasının üstünə tutsun ki, uşaqlar bunun şahidi olmasın. Daha sonra uşaqları evə salmışlar, Kəmaləni uzandırmaq istəyəndə Kəmalə uzanmamışdır. Uşaqlar hadisənin şahidi olmamışlar. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, bacısı Kəmalə onu səslədiyi üçün çölə çıxmışdır. Hadisə vaxtı evdə bacısından başqa yalnız uşaqlarla o, olmuşdur. Hadisə zamanı o, Aqili itələmiş və o, yerə yıxılmışdır. İkinci dəfə itələyən zaman o, Aqilin ayağından tutmuşdur ki, qaça bilməsin, lakin o, qaçmışdır. O, Kəmalənin üzərinə yıxılmış və Aqil onların üzərinə gəlməyə başlamışdır. O, düşünmüşdür ki, Aqil onu yumruqlamaq istəyir. Hadisə zamanı o, yerdə qan olduğunu görmüşdür. Aqil ikinci dəfə bacısı Kəmaləyə yenidən hücum edəndə o, firlanıb Aqili itələmiş, Aqil isə qaçmışdır. O, fırlanan zaman Aqil ikinci dəfə bacısına bıçaq vurmuşdur. Aqil ümumilikdə bacısına iki dəfə bıçaq zərbəsi vurmuşdur. O, Aqilin bacısı Kəmaləyə iki dəfə bıçaq zərbəsi vurmasını sonradan bilmişdir. O, Aqili aralaşdırmaq istəyən zaman Aqil Kəmalənin üzərinə yenidən hücum etmişdir. O, fırlanıb yenidən Aqili itələyən zaman Aqil yerə yıxılmış və durub qaçmışdır. O, Aqili aralaşdırdığına görə Aqil çıxıb getmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı 21 yanvar 2025-ci il, 19 mart 2025-ci il tarixlərdə verdiyi ifadələrində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır və o, 2017-ci il tarixdə X5 ilə ailə həyatı qurmuş və həmin nikahdan onların iki övladları vardır. Son zamanlar Aqil ilə bacısı Kəmalənin münasibətləri korlanmışdır. Lakin buna baxmayaraq, onlar xx.xx.2024-cü il tarixdə birlikdə onlara gələrək yeni ili qeyd etdmişlər. xx.xx.2025-ci il tarixədək Aqil onlarda qalmış və həmin gün o, səhhətində olan problemlərlə əlaqədar Mərdəkan qəsəbəsində yerləşən xəstəxanaya getmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 15:10 radələrində o, Kəmalə və Kəmalənin uşaqları evdə olan zaman Kəmalə ona bildirmişdir ki, gedib həyət qapısını açsın. O, həyət qapısını açmağa getmiş və orada Aqili görmüşdür. Aqil həyətə daxil olaraq ona Kəmaləni və uşaqları həyətə çağırmağını istəmişdir. O, Kəmaləni çağırdıqda uşaqlar da Kəmalənin arxası ilə çölə çıxmışlar və Aqil onları qucaqlayıb öpmüşdür. Aqil ona bildirmişdir ki, uşaqları evə aparsın, Kəmalə ilə söhbət edəcək. O, uşaqları evə aparmış və evə daxil olub mətbəxdə mobil telefona baxmaq istəmişdir. Təxminən 2 dəqiqədən sonra Kəmalənin səsi gəlmiş və qışqıraraq onu çağırmışdır. O, çölə çıxanda Aqilin Kəmalənin saçından tutduğunu görmüş və Aqilin üzərinə tullanmışdır. Bu zaman Kəmalə yerə yıxılmışdır. O da Kəmalənin üzərinə uzanmışdır ki, Aqil əlindəki bıçaqla Kəmaləni vurmasın, lakin Aqil Kəmaləni əlində olan dəstəyi qırmızı, göy və ağ rəng olan bıçaqla vurmaq üçün əlində ətrafa fırlayanda o, Aqilin ayağından tutaraq kənara itələmiş, lakin Aqil əlində olan bıçaqla Kəmalənin döş nahiyyəsindən vurmuşdur. Aqil yenə də Kəmaləni vurmaq istəyəndə o, öz bədəni ilə Kəmaləni qorumuşdur. Bu zaman Aqil Kəmaləni vurmasına imkan verməyəcəyini görüb əlində olan bıçağı həyətə tullayaraq qaçmışdır. O da Kəmaləni evə aparıb mətbəxdən bıçaq götürüb Aqilin arxası ilə çölə çıxmışdır. Lakin Aqili görməmişdir. O, tez evə gələrək polisə və X11 zəng etmişdir. Aqil Kəmaləni bıçaqla vuran zaman o, araya girmiş və Kəmalənin üzərinə uzanmışdır. Buna baxmayaraq, Aqil Kəmalənin sinə nahiyəsindən ürəyi üzərindən bıçaqla bir dəfə vurmuş, lakin o, Kəmalənin üzərində uzandığından Aqil bıçaqla Kəmaləni vurmaq istəsə də, vura bilməmişdir. Aqil Kəmaləni öldürmək üçün onlara gəlmişdir. Aqil Kəmaləni əlində olan dəstəyi qırmızı, göy və ağ rəngli olan bıçaqla vurmuşdur. Həmin bıçaq Aqil qaçandan sonra həyətdə qalmışdır. O, hadisə zamanı xəsarət almamışdır (iş vərəqə: cild İ, səh. 65-67). Bundan başqa, Şahid1 məhkəməyədək icraat zamanı 19 mart 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, (....ifadənin əvvəli xx.xx.2025-ci il tarixli ifadə ilə eynidir) xx.xx.2025-ci il tarixdə təxminən saat 14 radələrində o, işləri ilə əlaqədar evdən çölə çıxmağa hazırlaşırmış ki, bacısı Kəmalə ona Aqilin onlara gələcəyini, övladlarını görmək istədiyini bildirmişdir. O da bu səbəbdən çölə çıxmayaraq Aqilin onlara gəlib-getməsini gözləmişdir. Həmin vaxt evdə o, bacısı Kəmalə və onun övladları - Nihad və Sevdanur olmuşlar. Saat 15 radələrində qapı döyülmüş, Kəmalə ona Aqilin gəldiyini bildirmişdir. O, həyət qapısını açmış, Aqil həyətə daxil olmuşdur. Aqil onunla mehriban şəkildə salamlaşaraq Kəmaləni və uşaqları həyətə çağırmasını bildirmişdir. Nihad və Sevdanur ataları Aqilin gəldiyini görüb həyətə çıxmışlar. Həmin vaxt Kəmalə evin qonaq otağında olmuşdur. Aqil hər iki övladı ilə görüşdükdən sonra ondan Kəmaləni evdən çağırmasını istəmişdir. Daha sonra Kəmalə evdən həyətə çıxmış, Kəmalə həyətə çıxdıqdan sonra Aqil Kəmalə ilə söhbət edəcəyini, ona görə ona və uşaqlara evə girmələrini bildirmişdir. O və uşaqlar evə girmiş, Kəmalə və Aqil isə həyətdə qalmışlar. Təxminən 2-3 dəqiqə keçmiş həyətdən Kəmalənin “Aylin, mənə kömək elə” deyərək qışqırıq səsini eşitmişdir. Çölə çıxanda Aqilin Kəmalənin saçından tutduğunu görmüşdür. O, dərhal Aqili kənara itələməyə çalışmışdır. Aqil Kəmalənin saçını əlindən buraxmış, Kəmalə yerə yıxılmışdır. Aqilin təkrar olaraq Kəmalənin üzərinə gəldiyini görüb özünü qabağa verərək yerdə yıxılmış vəziyyətdə olan bacısı Kəmaləni qorumağa çalışmışdır. Aqil onu Kəmalənin üstündən kənara itələmiş, həmin vaxt bacısı Kəmalənin qızı Sevdanur da həyətə çıxmışdır. Aqil onu kənara itələdikdən sonra bacısı Kəmalənin döş qəfəsi nahiyəsinə əlində olan dəstəyi qırmızı, göy və ağ rəngli, tiyəsi dəmir materiallı bıçaqla zərbə endirmişdir. O, Aqilin Kəmaləyə daha artıq zərbə endirməsinin qarşısını almaq üçün Aqilin ayaqlarından tutmuş, Aqil arxası üstə yerə yıxılmışdır. Daha sonra Aqil ayağa qalxaraq qaçıb həyətdən çıxmışdır. Kəmalənin bədənindən qan axdığını görüb onu evin mətbəx otağına gətirmişdir. Mətbəx otağından evdə istifadə etdikləri mətbəx bıçağını götürüb həyətə çıxmışdır. Bıçaqla həyətə çıxmaqda məqsədi o olmuşdur ki, birdən Aqil geri qayıdıb gəlsə özlərini müdafiə etsin. Daha sonra DİN-in “102” zəng xidmətinə və TTYS-ə zəng edərək baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Qısa müddət ərzində polis əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə gəlmişlər. Təcili tibbi yardım briqadasının həkimləri tərəfindən bacısı Kəmaləyə ilkin tibbi yardım göstərildikdən sonra onu “X13” X18 aparmışlar. Məlum hadisə vaxtı Aqilin əlində dəstəyi qırmızı, göy və ağ rəngli, tiyəsi dəmir materiallı bıçaq olmuş, həmin vaxt Aqilin həmin bıçaqla Kəmalənin döş qəfəsi nahiyəsinə xəsarət yetirməsinin şahidi olmuşdur. Bacısı Kəmalə təxminən 2024-cü ildə Aqillə aralarında olan mübahisələrdən sonra onlar boşanmaq qərarına gəlmişlər. Boşanma ərəfəsində rəsmi sənədlərin hazırlanması üçün bacısı Kəmalə mediasiya orqanına müraciət etmişdir. Mediasiya prosesinin surətləndirilməsi üçün bacısı Kəmalə İbrahim adlı şəxslə tanış olmuşdur. Aqil qısqanc insan olduğundan Kəmaləni qısqanırdı, lakin Kəmalənin İbrahim adlı şəxslə aralarında heç bir münasibət olmamışdır. İbrahim adlı şəxs hüquqşünas olduğundan boşanma məsələsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasında bacısı Kəmaləyə köməklik göstərmişdir. Məlum hadisə zamanı Aqilin yalnız həyətə çıxan zaman bacısı Kəmalənin saçından tutduğunu, yerə yıxılan zaman bacısı Kəmalənin döş qəfəsinə əlindəki bıçaqla bir dəfə zərbə endirməsinin şahidi olmuşdur. Məlum hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən evin həyətində Təqsirləndirilən şəxs bacısı Kəmaləyə xəsarət yetirərkən o və bacısı Kəmalənin qızı Sevdanur hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs arabir yüngül formada spirtli içki qəbul etmiş, lakin Aqilin narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumatı olmamışdır. O, heç vaxt Aqilin üzərində məlum hadisədən qabaq hər hansı bir kəsici-deşici alət olmasının, gəzdirməsinin şahidi olmamışdır (iş vərəqə: cild İİ, səh. 04-08). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında ziddiyyətli və fərqli hallara münasibət bildirməsi Şahid1 təklif edilərkən o, bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı Kəmaləni bıçaqla vurmasını görməmişdir, o, ibtidai istintaq zamanı verdiyi ifadələrinin Aqilin bacısını bıçaqla vurmasının şahidi olmasına dair hissələrini təsdiq etmir. O, Aqil qaçandan sonra Kəmaləni bıçaqla vurmasını bilmişdir. Həmin ifadələrinin qalan hissələrini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Hazırki cinayət işi ilə əlaqədar bildirir ki, Zərərçəkmiş şəxs ilk öncə ona mesaj yazaraq bir nəfər xanımdan onun nömrəsini aldığını bildirmişdir. Zərərçəkmiş şəxs onun telefon nömrəsini özünün boşanma məsələsi ilə bağlı kömək istəməklə əlaqədar götürdüyünü bildirmişdir. O isə özünün boşanma işləri ilə əlaqəsinin olmadığını, sadəcə olaraq hüquqi anlayışının olduğunu bildirmişdir. O, bir nəfər tanıdığı vəkilin nömrəsini Kəmaləyə vermiş və ona həmin vəkilin kömək edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin vəkilin yanına getdikdən sonra ona müraciət edərək həmin sənədlərlə hansı məhkəməyə müraciət etməli olduğunu soruşmuşdur. O, sənədlərə baxmaq üçün Zərərçəkmiş şəxs görüşə çağırmışdır. Sənədlərə baxdıqdan sonra vəkildən bu haqda soruşub Kəmaləyə istiqamət vermişdir. Onların arasında bundan başqa heç bir danışıq olmamışdır. Zərərçəkmiş şəxs bir dəfə bildirmişdir ki, əri tərəfindən çox incidilir və boşanmaq istəyir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _06 yanvar 2025-ci il tarixli “hadisə yerinə baxış və götürmə barədə protokol”dan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 5). _07 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisə yerini və hadisənin baş vermə mexanizmini göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 37-42). _07 aprel 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində ona bıçaq zərbələri ilə vurduğu yeri əyani olaraq göstərmiş, həmçinin hadisəni ifadəsində olduğu kimi təsvir etmişdir (iş vərəqə: cild İİ, səh. 43-49). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X10 13 yanvar 2025-ci il tarixli, 37 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; qaraciyərin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş- kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən onun “X13” X18 müraciətdən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqə: cild İ, səh. 135-138). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X10 06 mart 2025-ci il tarixli, 194 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 55-58). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X10 məhkəmə-tibbi kriminalistik ekspertizasının 03 aprel 2025-ci il tarixli, 97-2025/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İİ, səh. 59-62). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X10 məhkəmə tibbi-bioloji ekspertizasının 02 aprel 2025-ci il tarixli, 162/2025-TBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu AB/İV/-dür (təqdim olunmuş sənədə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/İ/-dir (təqdim olunmuş sənədə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində zəif intensivlikdə qan aşkar olundu. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmamışdır (iş vərəqə: cild İİ, səh. 63-66). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 68-69). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs epilepsiya nevroloji xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİ, səh. 70-74). _09 aprel 2025-ci il tarixli “sübutarın qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı cinayət aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 80-97). _06 yanvar 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 19). _Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.54-58). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 134). _Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh. 189-191). _Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, zərərçəkmiş şəxs və şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs mobil telefonunda aşkar etdiyi Şahid2 fotoşəkilini gördükdən sonra, bununla əlaqədar qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək məqsədilə əvvəlcədən üzərində gətirdiyi bıçaqla birgə nikahlarından olmuş azyaşlı uşaqları X1, həmçinin arvadının yetkinlik yaşına çatmamış bacısı Şahid1 gözləri qarşısında qəsdən öldürmək niyyəti ilə, onlara xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs hücum edib, həmin bıçaqla ardıcıl olaraq zərbələr endirərək, ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətlərini yetirmiş, bu zaman onların yanında olan zərərçəkmişin bacısı Şahid1 dərhal Təqsirləndirilən şəxs mane olması və hərəkətlərini davam etməsinə imkan verməməsi, həmçinin zərərçəkmişin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas edilməsi mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayətini xüsusi amansızlıqla törətməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120-ci maddəsinin ağırlaşdırıcı halı olan xüsusi amansızlıqla həmin cinayəti törətməyə cəhdə dair ittiham ona görə elan edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs birgə nikahlarından anadan olmuş azyaşlı uşaqları X1 və arvadının yetkinlik yaşına çatmamış bacısı Şahid1 gözləri qarşısında sonunculara xüsusi əzab və iztirab verdiyini dərk edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə cəhd etmişdir. Göstərilən xüsusatla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs üzərində gətirdiyi bıçaqla ardıcıl zərbələri vurarkən və onu qəsdən həyatdan məhrum etməyə cəhd edərkən azyaşlı uşaqları X1, həmçinin arvadının yetkinlik yaşına çatmamış bacısı Şahid1 şüuruna, emosional sferasına təsir edəcəyini, onların əzab, iztirab çəkəcəklərini görməyə bilməzdi. Çünki, azyaşlı uşağının anasının və yetkinlik yaşına çatmayan uşağın bacısının bıçaq zərbələri yetirilməklə öldürülməsinə yönələn hərəkətlərdən güclü emosional sarsıntı keçirmələri, əzab və iztirab çəkmələri– bu da adi müşahidəçinin qiymətləndirilməsində belə qəbul edilən davranışdır. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin dispozisiyasına nəzər yetirdikdə sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün cinayətin adam öldürməyə cəhdə münasibətdə birbaşa qəsdlə hərəkət etməsi zəruri olsa da, təqsirləndirilən şəxsin qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni əməlin xüsusi amansızlıqla törədilməsi üçün onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk etməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla törədilən cinayət kimi tövsif edilsin. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8ci bəndində qeyd olunur ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir.” Həmin hüquqi mövqedən də göründüyü kimi, törədilmiş əməlin xüsusi amansızlıqla bağlı tövsifedici əlamətlə səciyyələndirilməsi üçün təqsirləndirilən şəxsin əməlində həm birbaşa, həm də dolayı qəsdin mövcudluğu halında mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, “...Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki cinayət işində isə qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs ardıcıl olaraq bıçaq zərbələri ilə arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən azyaşlı uşaqları X1, həmçinin arvadının yetkinlik yaşına çatmamış bacısı Şahid1 emosional vəziyyətini, azyaşlı uşağın anasına qarşı, həmçinin yetkinlik yaşına çatmayan uşağın bacısına qarşı edilən hərəkətlərdən xüsusi əzab çəkməsini görməyə və dərk etməyə bilməzdi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini məhz azyaşlı uşaqları Sevdanur Məmmədovanın və zərərçəkmiş şəxsin bacısı Şahid1 gözləri qarşısında törətməsi ilə bağlı Zərərçəkmiş şəxs və Şahid1 həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdiyi ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Belə ki, Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq zərbələrini yetirərkən sonuncunun uşağı Sevdanur Məmmədova və bacısı Şahid1 hadisənin şahidi olmuşlar. Hətta Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suala cavab olaraq bacısının bıçaq zərbəsinin vurulduğu anı görmədiyini bildirsə də, o, sərbəst ifadəsində Təqsirləndirilən şəxs ona ilk bıçaq zərbəsini endirdikdən sonra qışqırdığını və onun səsinə bacısı Aylinin çıxdığını, bacısı Şahid1 Aqilin ona ikinci dəfə bıçaqla zərbə endirməsinin şahidi olduğunu söyləmişdir. Həmçinin Şahid1 da məhkəmə istintaqı zamanı bıçaq zərbəsinin vurulduğu anı görmədiyini bildirsə də, o, ifadəsində bütün hadisə zamanı iştirak etdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurarkən onları aralaşdırdığını bildirmişdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı bir neçə dəfə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bıçaq zərbələri yetirilərkən Şahid1 və azyaşlı Sevdanur Məmmədovanın hadisənin şahidi olduqlarını hər dəfə bildirmişlər (iş vərəqə: cild İ, səh. 68-71, 192-196; 65-67, cild İİ, səh. 04-08). Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən göründüyü kimi, o, əri olan Təqsirləndirilən şəxsla barışmış, şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və bacısı olan Şahid1 cinayət hadisəsini uşağı Sevdanur Məmmədovanın və bacısı Şahid1 görməmələri ilə bağlı ifadə vermələri, yəni təqsirləndirilən şəxsin əleyhinə ifadə verməmələri onların cinayət işinin nəticəsində maraqlı olmaları və məhkəmə baxışı zamanı bu cür ifadə vermələrinin göstərilən halla əlaqədar olması müəyyən edildiyindən, həmçinin onların məhkəmədə ifadələrində göstərdikləri qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onların məhkəmədə verdikləri ifadələrinin həmin xüsusatla bağlı hissəsini sübut növü kimi qəbul etmir, həmin xüsusatla bağlı onların ibtidai istintaq zamanı verdikləri ifadələri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən məhkəmə onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən onların göstərilən xüsusatla bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Bundan başqa, cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərsə də, ona ifadə verməsi təklif edilərkən o, törətdiyi cinayət əməlindən xəbəri olmadığını, ittiham olunduğu cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyini, onun xəstəliyi olduğunu və cinayət əməlini törədərkən də həmin xəstəliyinin təsiri altında olduğunu, törətdiyi cinayət hadisəsi barəsində heç nə yadında qalmadığından həmin cinayət əməli haqqında heç nə deyə bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar cinayət işinin materialları, iş üzrə toplanmış obyektiv və mötəbər sübutların məcmusu, həmçinin həmin sübutlara əsaslanan işin faktiki halları ilə müqayisə edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində bir neçə dəfə verdiyi bütün ifadələrində törətdiyi cinayət əməlini etiraf etmiş, həmin cinayət əməlini hansı qaydada törətməsini təfərrüatlı şəkildə göstərmiş (iş vərəqə: cild İ, səh.24-26,46-48, 174-180, cild İİ, səh 104-110), həmçinin cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1030 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs epilepsiya nevroloji xəstəliyinin əlamətləri müəyyən edilsə də, hal-hazırda onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, onun əməlinin Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmədiyi, psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmadığı müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 70-74). Odur ki, cinayət işi üzrə ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübut, zərərçəkmiş şəxs və şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlər kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə Təqsirləndirilən şəxs digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tamamilə sübuta yetirildiyindən və onun məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar isə həmin sübutlar və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmiş hüquqi mövqeyə əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən bıçaq alıb arvadı Zərərçəkmiş şəxs yanına gedərək, həyat üçün təhlükəli olan və daxilə keçən xəsarətlərdən ibarət yetirdiyi ardıcıl iki bıçaq zərbələri nəticəsində onu öldürməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - zərərçəkmiş şəxsin bacısının onların mübahisəsinə aktiv şəkildə müdaxilə edərək təqsirkarın hərəkətlərini davam etməsinə maneçilik törətməsi, bundan sonra isə ona göstərilmiş ixtisaslı tibbi müdaxilənin səbəbindən baş verməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı cinayət işi üzrə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış bütün iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-in 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. .....Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.” Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının yuxarıda göstərilən müddəalarının, həmçinin Cinayət Məcəlləsinin 63.4-cü maddəsinin cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməməsinə dair tələblərindən göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə təqsirləndirildiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulsa da, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən isə başa çatmayan cinayətə görə cəza təyin edilməsinin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Odur ki, Cinayət Məcəlləsinin 60.1-ci və 63.3-cü maddələrinin tələblərinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilməsi mümkün olan daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 06 yanvar 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübut- Təqsirləndirilən şəxs hadisə zamanı cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, ekspertiza xərcləri müəyyən edilməmiş, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda saxlanca verilmiş bir ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1233/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1233/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver