Məhkəmə qərarları › İş №1(101)-1234/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1234/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1234/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,962 qram narkotik vasitə heroin alaraq əldə edib, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış və 21 mart 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı RPl-nin PPXB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 08:00 radəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,962 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. Bu məqsədlə 20.03.2021-ci il tarixdə saat 23 radələrində onlayn şəkildə narkotik vasitə əldə etmək üçün İran vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxslə “Whatsapp” vasitəsilə əlaqə saxlamış və ona psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamin satmasını bildirmişdir. Həmin vaxt o, həmin şəxslə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə sonuncunun hazırda xatırlmadığı İran İslam Respublikasına mənsub mobil nömrəsi ilə əlaqə saxlamış və həmin şəxsdən 50 manat dəyərində metamfetamin göndərməsini xahiş etmişdir. Həmin şəxs ona narkotik vasitə satacağını bildirib “Whatsapp” vasitəsilə həmin maddənin olduğu yerin şəkillərini göndərmişdir. O, 21.03.2021-ci il tarixdə 04 radələrində həmin şəxsin bildirdiyi yerə getmiş və yerə atılmış “Rothmans” markalı siqaret qutusunu götürüb içərisinə baxdıqda orada bir ədəd şəffaf sellofanda narkotik vasitə olan heroin olduğunu görmüşdür. Telefon danışığı zamanı həmin şəxsdən psixotrop maddə olan metamfetamin istəməsinə baxmayaraq ona heroin göndərdiyi üçün bunun qarşılığında həmin şəxsə 50 manat pul verməkdən imtina etmiş və həmin şəxsin “Whatsapp” vasitəsilə yazdığı bank hesabına pul göndərməmişdir. Bundan sonra o, həmin narkotik vasitədən münasib vaxtda istifadə etməsi üçün əynində olan gödəkçəsinin cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. 21.03.2021-ci il tarixdə saat 08 radələrində ona üç nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş, onun üzərində narkotik vasitə saxlayaraq daşımasında şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən birlikdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə getmiş və orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiiişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini bildirmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ cibində saxladığı içərisində narkotik vasitə olan bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin siqaret qutusuna baxış keçirildiyi zaman bir ədəd şəffaf sellofan bükümün içərisində olan toz şəkilli maddənin nə olması və haradan əldə etdiyini soruşulduqda o, həmin maddənin nakotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün onlayn şəkildə əldə etdiyini bildirmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı hər hansı bir qanunsuz saxladığı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra həmin narkotik maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun da tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. O, narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, həmin vasitəni heç kimə satmaq və ya vermək niyyəti olmamış, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış, üzərində narkotik vasitə olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamış, narkotik vasitəni 21 mart 2021 -ci il tarixdə onlayn şəkildə sifariş etdikdən sonra tanımadığı şəxs tərəfindən yol kənarına atılmış, onu yaşadığı Suraxanı rayonu ərzisində dəqiq ünvanını bilmədiyi yerdən götürmüş, bunun üçün həmin şəxsə hər hansı bir məbləğdə pul ödəməmiş, əldə etdiyi narkotik vasitəni daha sonra münasib vaxta istifadə etmək üçün özü ilə daşımış, narkotik vasitə əldə etdiyi şəxsi əvvəlcədən tanınımamış, birinci dəfə həmin gün onunla “Whatsapp” vasitəsilə əlaqə saxlamış, adını bilməsə də, həmin şəxs İran İslam Respublikasına mənsub mobil nömrə ilə “Whatsapp” vasitəsilə əlaqə saxladığından onu İran İslam Respublikası vətəndaşı kimi tanımış, onun həmin mobil nömrəsini xatırlamır və hazırda həmin şəxsin mobil nömrəsi, narkotik vasitəni qoyduğu yerin şəkili və pul göndərməsi üçün sonuncuya verdiyi bank hesabına dair həmin şəxslə aralarında olan yazışmalar mobil telefonundan silindiyi üçün onları istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. 21 mart 2021ci il tarixdə Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid4 ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsində xidmətdə olduğu zaman saat 08 radələrində xidməti avtomobillə keçid 1849, bina 5 ünvanın qarşısında hərətkətdə olan bir nəfər şəxs özünü narkotik vasitələrin istifadəsində şübhəli apardığından birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, narkotik vasitələrdən istifadə etdiyini və həmin vaxt üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra onlar həmin şəxsi Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət edərək bu barədə raportla məruzə etmişlər. Xidmətdə olan polis bölməsinin baş təhqiqatçısı polis mayoru Araz Osmanov tərəfindən polis bölməsinin inzibati binasının xidməti otaqlarından birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin, 31-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlkin olaraq baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə onu təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “Rothmans” yazısı olan siaqret qutusu və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Araz Osmanov tərəfindən həmin siqaret qutusuna baxış keçirildikdə onun boş olması müəyyən edilmişdir. Şəffaf sellofanda olan kütlənin nə olması barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin kütlənin narkotik vasitə olduğunu, onu şəxsi istifadəsi üçün həmin günü tanımadığı şəxsdən onlayn şəkildə əldə etdiyini və üzərində daşıdığını bildirmişdir. 31-ci PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən digər hər hansı bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün baş təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində digər şahidlər Şahid3, Şahid4, Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 mart 2021-ci il tarixli 6/1146 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,962 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 108-109-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 24 aprel 2021-ci il tarixli 1205 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-cı vərəqində olan qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan bir ədəd zərfdə qalıq 3,912 qram narkotik vastisə olan heroin işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub, saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 148-ci vərəqində olan diskə baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 91-93-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamələrinin surətindən 14 iyun 2010-cu il təvəllüdlü Duyğu Əsədova, 16 oktyabr 2014-cü il təvəllüdü Aysun Əsədova və 08 may 2016-cı il təvəllüdü Salman Əsədovun Təqsirləndirilən şəxs uşaqları olması müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroinin aşkar edilməsini, təqsirləndirilən şəxs tərəfindən əldə etdiyi narkotik vasitə heroinin dəyərini ödəməməsini, əldə etdiyi 3,962 qram çəkidə narkotik vasitə heroini satdıqdan sonra dəyərini ödəyəcəyini Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 06 və 69-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-81-ci vərəqlərində olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 21 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 24 aprel 2021-ci il tarixli 1205 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd zərfdə 3,912 qram narkotik vasitə olan heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 21 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd zərfdə 3,912 qram narkotik vasitə olan heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar