Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1234/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi - Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Qobustan rayonu, Şıxzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olmasını və əxlaqsız həyat tərzi yaşamasını özünə və qohumlarına utanc bildiyi üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən fərdi yaşayış evində olduğunu bilib həmin ünvana gedərək qeyd edilən səbəbə görə Zərərçəkmiş şəxsla mübahisə etdikdə sonuncunun iradları qəbul etməməsindən və bu cür yaşayış tərzini davam etdirəcəyini bildirməsindən hiddətlənərək şəxsi münasibətlər zəminində yaranmış nifrət və ədavət nəticəsində mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs qəsdən hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, sol bazunun 2 (iki) ədəd (cəmi 7 ədəd) deşilmiş-kəsilmiş yaraları, sifətin, döş qəfəsinin, sağ bazunun və sağ əlin kəsilmiş yaraları, həmçinin canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan hər iki diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri yetirməsindən sonra Zərərçəkmiş şəxs müqavimət göstərib hadisə yerindən uzaqlaşmağa cəhd göstərməsinə baxmayaraq, həmin evin həyətyanı sahəsində sonuncunun müqavimətini qıraraq bıçaqla xəsarətlər yetirməyə davam edib hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçərək sol döş plevrasını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və ll-lll boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları ilə əlaqədar baş vermiş çoxlu qanitirmə xəsarətləri yetirərək öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, cinayət hadisəsi baş verməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində bibisi oğlu Xəyalın evində yaşamışdır. O, Qobustan rayonundan olsa da, Bakı şəhərində yaşayaraq gündəlik olaraq fəhləlik işi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun ögey əmisinin oğlu olmuşdur. O, təxminən 2014-cü ildə mərhum Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bilmişdir. O, qohuməqrəbasından eşitmişdir ki, Əvəz cinsi azlıqların nümayəndəsidir və ona görə də əxlaqsız həyat yaşayır. Həmçinin o, Əvəzin qohum-əqrəba məclislərində qadın paltarına oxşar paltar geyindiyini, özünü qadın kimi apardığını görmüşdür. Həmin ərəfədə o, qohum əqrəbasından və dost-tanışlarından tez-tez eşitmişdir ki, Əvəz əxlaqsız həyat tərzi keçirir və bu məsələ onu əsəbiləşdirmişdir. Əvəz çox vaxt evə gəlməmişdir. O, Əvəzi sonuncu dəfə hadisə baş verməmişdən təxminən 2 il əvvəl görmüşdür. Belə ki, o, Balaxanı qəsəbəsində mağazada olarkən Əvəz onun qarşısından keçmişdir. Həmin vaxt o, Əvəzin yenə qadın kimi hərəkətlər etdiyini və qırmızı qadın paltarı geyindiyini görmüşdür. Bundan sonra o, Əvəzin yaşadığı evə getmişdir. Əvəz əmisi arvadı Şahid3 və qardaşı Təbriz Şıxməmmədov ilə birlikdə yaşamışdır. O, Əvəzgilə getdikdə, Əvəz evdə tək olmuşdur. O, Əvəzə bu cür əxlaqsız həyat tərzi yaşamamalı olduğunu, nəsillərinin adını biyabır etdiyini, bu əməllərindən əl çəkməsini demişdir. Əvəz isə ona öz həyatı olduğunu, öz həyatı ilə bağlı hər şeyə özü qərar verdiyini və həyatına olduğu kimi davam edəcəyini bildirmişdir. O, Əvəzin bu sözlərindən sonra heç nə deməyərək evdən çıxıb getmişdir. Bundan başqa, o, internet səhifələrində də tez-tez Əvəzin videolarını görmüşdür. Əvəzin belə videolarının internetdə yayılması nəsillərinin adını batırdığından bu ona çox pis təsir etmişdir. Əvəz aylarla evə gəlməyərək başqa şəxslərin evində yaşamış və beləcə əxlaqsız həyat tərzi sürmüşdür. O, 22 fevral 2022-ci il tarixdə, günorta saat 14:00 radələrində əmisi Raufun işlətdiyi və Əvəzin yaşadığı evə yaxın olan məsafədə yerləşən mağaya getmişdir. Həmin vaxt mağazada olan əmisi oğlu Səiddən evdə kimin olub-olmadığını soruşmuşdur. Əvəzin ailəsi ilə birlikdə yaşadığı evin ortaq həyəti olmuş və həmin həyətdə onun 3 (üç) əmisinin ayrı-ayrılıqda evi olmuşdur. Ona görə də hər kəs kimin evdə olub-olmadığını bilmişdir. Səid isə onun əmisi Ceyhunun oğludur və Səidin yaşadığı ev Əvəzin evlərinə bitişikdir, ortaq həyətləri var. Səid də ona demişdir ki, “evdə heç kim yoxdur, hamı Qobustana gedib”. Bundan sonra o, yenə Əvəzin yaşadığı evə getmişdir. Çünki o, Əvəzin evdə olduğunu bilmişdir. Əvəzin yaşadığı həyətin darvazası və evin qapısı açıq olmuşdur. O, həyətə daxil olduqdan sonra qapını arxadan bağlamışdır. O, Əvəzin yaşadığı evə girdikdə soldakı kiçik otaqda Əvəzin oturub telefona baxdığını görmüşdür. Əvəz onu gördükdə telefonu qırağa qoymuş və oturduğu halda ona baxmışdır. O, Əvəzi gördükdə bildirmişdir ki, “özünü yığışdır, bu cür həyat yaşamaq olmaz”. Əvəz isə oturduğu yerdə ona demişdir ki, “özüm bilərəm, sənə nə var?”. Sonra Əvəz ayağa qalxmış və onlar evin giriş qapısının qabağında, yəni içəridə söhbətlərini davam etmişlər. O, Əvəzin əxlaqsız həyat tərzindən vaz keçməsi ilə bağlı təkid etmişdir. Söhbət davam edərkən onların arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb Əvəzin ona “öz həyatımdır, özüm bilərəm” deməsi olmuşdur. Nəsillərinin adını batırması Əvəzin vecinə olmamışdır. Bu vaxt o, birdən mətbəxə gedərək oradan bıçaq götürüb Əvəzin yanına qayıtmış və evin giriş qapısından içəridə bir neçə dəfə Əvəzə bıçaqla vurmuşdur. Mətbəxlə giriş qapısı bir neçə metr aralıda olmuşdur. O, mətbəxə gedəndə Əvəz onun oradan bıçaq götürdüyünü bilməmişdir. O, Əvəzi bıçaqla vurduqdan sonra Əvəz əlləri ilə onun qollarından tutaraq bıçaq vurmağına mane olmağa çalışmışdır. Bıçaq onun sağ əlində olmuşdur. Əvəz isə sağ əli ilə onun sol qolunu tutmuşdur. Əvəz sol əli ilə onun qoluna, üzünə və başına zərbələr vurmuşdur. Onlar belə vəziyyətdə bir-birləri ilə əlbəyaxa olaraq çölə çıxmışlar. Həmin vaxt Əvəz qapıya tərəf gedərək həyətdən çıxıb qaçmağa cəhd etmişdir. Hətta bu vaxt Əvəz bir neçə dəfə dizi üstə yerə yıxılmışdır. O isə Əvəzi tutmağa və bıçaqla vurmağa çalışmışdır. Həmin vaxt o, 1-2 dəfə bıçaqla Əvəzi vurmuşdur. Lakin Əvəz qapıya tərəf getmiş, qapı arxadan bağlı olduğundan qapını aça bilməmişdir. Bu zaman o, əlindəki bıçaqla Əvəzə bir neçə dəfə, eləcə də bədənin yuxarı nahiyələrinə bıçaqla vurmuşdur. Əvəz onunla üzbəüz dayandığı üçün onun vurduğu bıçaq zərbələri Əvəzin sol nahiyəsinə, əsasən də boğazına dəymişdir. Sonra Əvəz yerə yıxılmışdır. Əvəz yerə yıxıldıqdan sonra o, Əvəzin öldüyünü görüb könüllü şəkildə 12-ci Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf etməklə könüllü şəkildə təslim olmuşdur. Həmçinin o, Əvəzi öldürdüyü bıçağı da həmin vaxt polislərə təqdim etmişdir. Onun Əvəzi öldürmək niyyəti barədə heç kimin xəbəri olmamışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Əvəz öz sözləri və hərəkətləri ilə öldürülməyinə səbəb olmuşdur. O, bir neçə dəfə Əvəzi yaşadığı həyat tərzi ilə bağlı tənbeh etsə də, Əvəz onun və nəsillərinin böyüklərinin sözlərinə məhəl qoymamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, törətdiyi əməldən peşman olduğunu və buna görə də könüllü şəkildə polisə gedərək təslim olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Atası Hafiz 2012ci ildə öldükdən sonra o, anası və qardaşı Əvəz ilə birlikdə yaşamağa başlamışdır. Onun bacısı Arzu ailə həyatı qurduğundan öz ailəsi ilə birlikdə yaşayır. Onun qardaşı Əvəzlə münasibətləri həmişə yaxşı olmuşdur. O, Maştağa qəsəbəsində heyvandarlıqla məşğul olduğu üçün evdə çox az olmuş və ona görə də ailə üzvlərini tez-tez görməmişdir. O, evdə olanda da Əvəz evdə olmamışdır. Əvəz bir qədər qapalı insan olduğundan çox vaxt evə gəlməmiş, başqa yerdə qalmışdır. Onun Əvəzin həyatından və ətrafından xəbəri olmamışdır. Lakin o, Əvəzin fərqli olduğunu bir müddət əvvəl bilmişdir. Lakin bu Əvəzin öz şəxsi həyatı olduğundan o, Əvəzlə bu barədə heç vaxt danışmamışdır. Onunla Əvəzin arasında sonuncunun həyat tərzi və həyatı barədə söhbət olmamışdır. Əvəzi xx.xx.2022-ci il tarixdə öldürən Təqsirləndirilən şəxs onun əmisi oğludur. Onun Əmrulla ilə də münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə o, anası və digər qohumları ilə birlikdə Qobustan qəsəbəsində olmuşdur. Həmin gün Əvəz evdə olmuşdur. O, Əvəzə də Qobustana getməyi təklif etmişdir. Lakin Əvəz onlarla birlikdə getməkdən imtina etmişdir. Həmin gün Əvəzin əhval-ruhiyyəsi normal olmuşdur. O, Qobustanda olanda axşam vaxtı bilmişdir ki, əmisi oğlu Əmrulla onların qaldıqları evə gələrək Əvəzi öldürmüşdür. Bu məlumatı ona əmisi Ceyhun onun mobil nömrəsinə zəng edərək vermişdir. O, bunu eşidəndən sonra dərhal Bakı şəhərinə qayıtmışdır. Lakin o, evə çatdıqda, Əvəz artıq morqa aparılmışdır. Əmrulla ona heç vaxt Əvəzi öldürmək istəməsini bildirməmişdir. Əmrullanın Əvəzi öldürəcəyi barədə heç kimin məlumatı olmamışdır. O, Əmrullanın Əvəzi nə üstündə öldürməsini əvvəlcə bilməmişdir. Sonra isə o, bilmişdir ki, Əmrulla Əvəzi yaşadığı həyat tərzinə görə öldürmüşdür. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə Əvəzdən başqa, onların hamısı Qobustanda olmuşlar. Evdə sadəcə Əvəz olmuşdur. Ona görə də o, Əmrullanın Əvəzi necə öldürməsini bilməmişdir. Sadəcə onu bilir ki, Əmrulla evə gəldikdən sonra Əvəzlə mübahisə etmiş və mübahisə zamanı mətbəxə gedərək oradan bıçaq götürüb Əvəzi bıçaqlamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. Əri Hafiz 2012-ci il tarixdə öldükdən sonra onlar ailədə 3 nəfər olmuşlar və o, oğulları Əvəz və Təbrizlə birlikdə yaşamışdır. Qızı Arzu isə ailə həyatı qurduğundan öz ailəsi ilə birlikdə yaşamışdır. Onun Əvəzlə münasibətləri həmişə yaxşı olmuşdur. Digər oğlu Təbriz işlədiyi üçün evdə tez-tez olmamışdır. Əvəz jurnalist olmuş, lakin onun Əvəzin fəaliyyəti, həyatı, çevrəsi barədə məlumatı olmamışdır. O, çox gec-gec Əvəzi evdə görmüş və bir ana kimi Əvəzə hər hansı bir irad bildirməmişdir. Təqsirləndirilən şəxs onun qaynı Arifin oğludur. Onun Əmrulla ilə bir qohum kimi münasibətləri həmişə yaxşı olmuşdur. Əmrulla ilə Əvəzin də əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin sonradan Əvəzlə Əmrullanın münasibəti pisləşmişdir. Lakin o, bunun səbəbini bilməmişdir. Hətta Əmrullanın anası xəstə olduğundan o, Əmrullaya öz övladı kimi baxmışdır. Əvvəllər Əmrulla onlara tez-tez gəlib-getsə də, son zamanlar demək olar ki, gəlməmişdir. xx.xx.2022-ci il tarixdə o, Qobustanda olmuşdur. Həmin gün o, oğlu Təbriz, qaynı Ceyhun və digər qohumları ilə birlikdə Qobustana getmişdir. Həmin gün Əvəz evdə tək olmuşdur. Onlar Əvəzə də rayona getməyi təklif etsələr də, Əvəz onlarla getməmişdir. Həmin gün Əvəzin əhval-ruhiyyəsi normal oluşdur. Hadisə günü onlar Qobustanda olanda axşam vaxtı bilmişlər ki, Əmrulla Əvəzi öldürmüşdür. Belə ki, onun qaynı Ceyhun Təbrizin mobil nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. Onlar bu məlumatı eşidəndən sonra dərhal yaşadıqları evə qayıtmışlar. Onlar evə çatdıqda məlum olmuşdur ki, Əvəz artıq morqa aparılmışdır. Əmrulla ona heç vaxt Əvəzi öldürmək istəməsi ilə bağlı hər hansı bir söz deməmişdir. Həmin vaxt o, Əmrullanın Əvəzi hansı səbəbdən öldürməsini bilməmişdir. Lakin sonradan o, bilmişdir ki, Əmrulla Əvəzi yaşadığı həyat tərzinə görə öldürmüşdür. Lakin Əmrulla bunu etməməli idi. O, Əmrullaya öz övladı kimi baxmışdır. Əmrulla onun oğlu Əvəzi öldürməklə böyük günah işlətmişdir. O, evə daxil olanda hər yer qan içində olmuşdur. Hətta yorğan-döşək də qan olmuşdur. Ona görə də Əmrullaya qanun hansı cəzanı tələb edirsə həmin cəzanın da təyin edilməsini düzgün hesab edir. Ona bir ana kimi oğlu Əvəzin öldürülməsi çox pis təsir etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Əvəz onun qardaşı oğludur. Onların hər ikisi ilə mənim münasibətim yaxşı olmuşdur. Onlar Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bildikdən sonra sonuncu ilə dəfələrlə söhbət edərək düz yola qayıtmasını bildirmişlər. Əvəz isə onlara işlərinə qarışmamağı bildirmişdir. Bundan sonra onlar Əvəzə heç nə deməmişlər. O, Əvəz ilə son 4-5 ildə demək olar ki, rastlaşmamışdır. Hadisə baş verən gün onlar evdə olmamışlar. Onlar həmin gün Qobustan rayonuna bayram ilə əlaqədar getmişlər. Orada olan zaman ona zəng gəlmişdir ki, Əmrulla Əvəzi öldürüb. Sonra o, bunu Əvəzin qardaşı Təbrizə demişdir. Sonradan onlara məlum olmuşdur ki, hadisə baş verən gün Əmrulla ilə Əvəz sonuncunun yaşadığı evdə mübahisə etmiş və mübahisə zamanı Əmrulla evin mətbəxindən mətbəx bıçağı götürərək Əvəzə xəsarət yetirərək öldürmüşdür. X21 öldürmək istəməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun dayısı oğulları olmuşlar. Hadisə baş verməmişdən əvvəl Əmrulla son 3 ay idi ki, onlarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində yaşamışdır. Əmrulla əsasən fəhləlik edərək işləyib pul qazanmışdır. Əmrullanın atası Arif rayonda yaşamış və Əmrulla uzun illərdir Bakıda qohumların yanında yaşayıb işləyərək həyatını qurmağa çalışmışdır. Onun dayısı oğlu Əvəzlə münasibətləri normal olmuş, lakin son zamanlar Əvəzi gec-gec gördüyünə görə münasibətləri soyunmuşdur. O, Əvəzin cinsi azlıq olaraq normal həyat tərzi sürmədiyini bilmişdir. Lakin o, özü heç vaxt Əvəzlə bu barədə danışmamışdır. Əvəzin cinsi azlıq nümayəndəsi olmasını ailəsi, yəni qardaşı Təbriz və anası Cəmalə normal qəbul etmişlər, Əvəzə heç bir irad tutmamışlar. Əmrulla ilə bir qohum kimi münasibətləri yaxşı olmuşdur. Əvəzin cinsi azlıq nümayəndəsi olması səbəbindən Əmrulla Əvəzdən üz döndərmiş və onlar son illər danışmamışlar. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olmuşdur. Səhər vaxtı Əmrulla da evdə olmuşdur. Həmin gün o, Əmrullada hər hansı bir qeyri-adi hərəkət hiss etməmişdir. Əmrulla səhər yuxudan normal oyanmışdır. Sonra o, səhər yeməyini hazırlamış və Əmrullanı yeməyə dəvət etmişdir. Əmrulla isə paltarlarını geyinib çölə çıxaraq demişdir ki, “5 dəqiqəyə gəlirəm”. O isə evdə oturub yemək yemişdir. O, Əmrullanı gözləsə də, Əmrulla evə qayıtmamışdır. Əmrulla evdən çıxanda saat təxminən 12:00 radələri olmuşdur. Əmrulla evdən çıxarkən ona haraya getdiyini deməmişdir. Həmin gün saat 15:00 radəiərində adını xatırlamadığı qohumlardan biri onun mobil nömrəsinə zəng edərək Əmrulla ilə Əvəzin mübahisə etdiyini və mübahisə zamanı Əmrullanın Əvəzi öldürdüyünü bildirmişdir. Bu məlumatı eşidəndən sonra o, dərhal evdən çıxaraq hadisə yerinə getmişdir. Həmin vaxt Əvəz artıq morqa aparılmışdır. Əmrulla ona heç vaxt Əvəzi öldürmək istəməsini deməmişdir. O və Əmrulla Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bilirmişlər. Lakin o, Əmrullanın Əvəzə həyat tərzinin qəbul edilməz olması ilə bağlı irad bildirib-bildirməməsini bilmir. Hadisədən sonra bilmişdir ki, Əmrulla Əvəzi cinsi azlıq nümayəndəsi olması səbəbindən öldürmüşdür. O, hadisə günü Əmrullanın üzərində bıçaq görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Əvəz və Əmrulla hər ikisi onun qardaşı oğludur. Hadisə günü o, evdə olmamışdır. Həmin gün onlar ailəlikcə Qobustan qəsəbəsinə getmişlər. Orada olarkən onlara məlum olmuşdur ki, Əmrulla Əvəzi qətlə yetirib. Əvəz ilə onun 5-6 il olar ki, münasibəti olmamışdır. O, 4-5 il əvvəl bilmişdir ki, Əvəz cinsi azlıq nümayəndəsidir. O, bir neçə dəfə Əvəzlə bu barədə danışıb normal həyata qaytarmaq istəsə də, Əvəz ona sərt cavab verdiyinə görə o, Əvəzlə əlaqəsini kəsmişdir. Hadisə vaxtı onlar Qobustan qəsəbəsində olmuşlar. Sonra onlara zəng gəlmiş və Əmrullanın Əvəzi öldürdüyü deyilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu olmuşdur. Əvəzin ailəsi və onların ailəsi bir həyətdə ayrı-ayrı evlərdə yaşamışlar. Onlar Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bilmişlər. Həmçinin Əvəzin ailəsi, yəni qardaşı Təbriz və anası Cəmalə xala da Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bilmiş və buna normal baxmışlar. Təqsirləndirilən şəxs onun əmisi Arifin oğludur. Əmrulla ilə bir qohum kimi münasibətləri həmişə yaxşı olmuşdur. Əvəzin cinsi azlıq nümayəndəsi olması səbəbindən Əmrulla Əvəzdən üz döndərmiş və sonuncular son illər danışmamışlar. 22 fevral 2022-ci il tarixdə onun ailə üzvləri və qonşuları əmisigil də Qobustan qəsəbəsində olmuşlar. Həmin gün hamı qonaqlığa getdiyindən və əmisi Raufun evin yaxınlığında işlətdiyi “Şamaxı”adlı mağaza bağlı olmasın deyə o, həmin mağazada satıcı olaraq işləmişdir. 22 fevral 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Əmrulla həmin mağazaya gəlmişdir. Əmrulla həm qohumları görmək üçün, həm də mağazada işlərə kömək etmək üçün hərdən həmin mağazaya gəlirmiş. Əmrulla gələn zaman o, mağazada olmuşdur. Əmrulla mağazaya daxil olub onunla salamlaşmışdır. O, həmin vaxt Əmrullada hər hansı bir qeyri-adilik hiss etməmişdir. Onun mağazada işləri olduğundan Əmrulla ilə çox danışa bilməmişdir. Bir neçə dəqiqədən sonra Əmrulla çölə çıxmışdır. O da mağazada işini bitirdikdən sonra çölə çıxmışdır və görmüşdür ki, Əmrulla mağazanın giriş qapısının yanında siqaret çəkir. Əmrulla ona demişdir ki, “əmigil evdədir?”. O da Əmrullaya demişdir ki, “yox evdə deyillər, evdə heç kəs yoxdur, hamı Qobustana gediblər”. Bundan sonra o, mağazaya daxil olaraq işlərinə davam etmişdir. Bir neçə dəqiqədən sonra o, mağazadan çölə çıxdıqda görmüşdür ki, Əmrulla çöldə yoxdur. Həmin mağaza ilə onun yaşadığı evin arasında məsafə təxminən 300 metrdir. Bir qədər sonra yaşadıqları ev tərəfdən səs-küy gəlmiş və mağazadan çıxıb evə tərəfə gedən zaman görmüşdür ki, orada polislər var. Sonradan bilmişdir ki, Əmrulla Əvəzi bıçaqlayaraq öldürüb. Əmrulla ona heç vaxt Əvəzi öldürmək istəməsi ilə bağlı hər hansı bir söz deməmişdir. O, Əmrullanın üstündə bıçaq görməmişdir. O, həmçinin Əmrullanın Əvəzi öldürməsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəq 3-14) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, nömrəsiz küçədə yerləşən fərdi yaşayış evində baş vermişdir. Bundan başqa, hadisə yerində kişi meyiti aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəq 16-22) görünür ki, hadisə yerində aşkar edilmiş meyit kişi cinsinə aid olmuş və meyitin üzərində xəsarətlər olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsin könüllü gələrək təslim olması haqqında protokoldan (cild 1, iş vərəq 27) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə gedərək həmin gün saat 15:00 radələrində Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürdüyünü bildirməklə cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd qara tutacaqlı tiyəsi əyilmiş bıçağı təqdim etmiş və könüllüş şəkildə polis əməkdaşlarına təslim olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəq 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəq 43-44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəq 51) görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qəhvəyi rəngli jaketin və 1 (bir) ədəd qara rəngli cins şalvarın götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəq 52-57) görünür ki, Təqsirləndirilən şəxs Aif oğlunun hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qəhvəyi rəngli jaket və 1 (bir) ədəd qara rəngli cins şalvar maddi sübut kimi götürülmüş, həmçinin götürülmüş əşyalara baxış keçrilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəq 75-80) görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən bıçaqlar arasında qara tutacaqlı 3-cü yerdə yerləşən tiyəsi əyilmiş bıçağı göstərərək hadisə vaxtı Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarətlər yetirərək öldürdüyünü təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” X24 Sabunçu rayon şöbəsinin 331 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 154-155) görünür ki, Təqsirləndirilən şəxs sağ əlin səthi kəsilmiş yarası və hər iki saidin qançırları müəyyən edildi. Xəsarətlərdən sağ əlin səthi kəsilmiş yarası kəsici kənara malik əşya (alət), hər iki saidin qançırları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarm təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, sağ əlin səthi kəsilmiş yarası isə özü tərəfindən özünə yetirilə bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəq 90-91) görünür ki, həmin gün Güləliyev X9 Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-158/2022 saylı qərarından (cild 1, iş vərəq 105-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X24 Sabunçu rayon şöbəsinin 41 nömrəli meyitin ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 156-164) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: ll-İİİ boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları. Döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçərək sol döş plevrasını zədələyən 1 (bir) ədəd, döş boşluğuna keçməyə 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, sol bazunun 2 (iki) ədəd (cəmi 8 ədəd) deşilmiş-kəsilmiş yaralan. Sifətin, döş qəfəsinin, sağ bazunun və sağ əlin kəsilmiş yaraları. Hər iki diz oynağı nahiyəsinin sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər) təsirindən törənmişlər, bıçaqla yetirilə bilər; sıyrıqlar isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə: İİ-lll boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları; döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçərək sol döş plevrasını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, sol bazunun 2 (iki) ədəd (cəmi 7 ədəd) deşilmiş-kəsilmiş yaraları; sifətin, döş qəfəsinin, sağ bazunun və sağ əlin kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Hər iki diz oynağı nahiyəsinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb İl-lll boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən, yetirilmə ardıcıllığını dəqiq müəyyən etmək mümkün deyil, lakin lokalizasiya və xarakterinə görə demək olur ki, bazu və ya döş qəfəsi nahiyələrindəki xəsarətlər ona ilkin olaraq yetirilə, sağ əlində olan xəsarət isə özünümüdafiə zamanı törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs təzə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar edilmədi. Mərhumun arxa keçəcək və ağız boşluğundan götürülmüş iki ədəd tamponun məhkəmətibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli arayışdan (cild 2, iş vərəq 60) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri 1967-ci il təvəllüdlü atası X4, qardaşı 1990-cı il təvəllüdlü X6, bacıları 1991-ci il təvəllüdlü X5, 1994cü il təvəllüdlü X3, 2002-ci il təvəllüdlü X2 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 məktubundan (cild 1, iş vərəq 139) görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə almamış, lakin Zərərçəkmiş şəxs xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında müayinə olunmuş və ona “şəxsiyyətin qarışıq tip pozuntusu” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” X24 149/2022-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 2, iş vərəq 2-7) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, 03 ədəd kosmetik pambıq tamponlar, Təqsirləndirilən şəxs məxsus şalvar və jaket, Zərərçəkmiş şəxs məxsus bir ədəd şortik və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” X24 120/MTKŞ-2022 nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəq 9-13) görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin və arxa səthinin yuxarı hissəsində, yaxalığının arxa kənarında, köynəyin arxa səthinin sağ yarısında, sağ qolunun yuxarı hissəsində çoxsaylı dəlib-keçən və şortikin sağ ayağının arxa səthində bir ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun meyiti üzərində olan xəsarətlər yerləşmələrinə və xarakterlərinə görə üst-üstə düşürlər. Paltarlar üzərində olan zədələrin və mərhumun bədən səthində olan xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus şortikin sağ ayağının arxa səthində olan zədəyə uyğun onun meyiti üzərində uyğun xəsarət əks olunmamışdır ki, buda şortik üzərində olan zədənin əmələgəlmə mexanizmi və iztörədən alətin yalnız paltarı zədələməsi ilə izah oluna bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın və jaketin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 kompleks ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji ekspertizası haqqında 964 nömrəli rəyindən (cild 2, iş vərəq 68-71) görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndinlən şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətcillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək, söz götürməmək, özünəməxsus mövqe və prinsiplərə malik olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməzdən əvvəlki dövrdə Təqsirləndirilən şəxs, əmisi oğlu Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olmasını, qadın kimi geyinərək, qadınlara xas hərəkətlər etməsi, əxlaqsızlıqla məşğul olması ilə razılaşa bilməmiş, Zərərçəkmiş şəxs onların ailəsinə, nəslinə ləkə gətirməsi düşüncəsi onun psixi-emosional sferasında hirslilik halı yaratmışdır. Hadisə günü cinayət əməli törətməsini əvvəlcədən planlaşdırmış, qeyd olunan əməli törədərkən psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəq 30-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcə getdiyi Rauf Güləliyevin i.lətdiyi mağazanı, Zərərçəkmiş şəxs yaşadığı evə necə daxil olmasını, bıçağı götürdüyü yeri, Zərərçəkmiş şəxs oturduğu yeri və sonuncuya evin içərisində, habelə həyətində bıçaq zərbələri vurmasını, daha sonra bıçağı yuduğu su çənini əyani olaraq göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 2044 nömrəli rəyindən (cild 2, iş vərəq 65-66) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 77-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə yenidən ittiham irəli sürülməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.6, 228.4 və 157-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd jaketin, istintaqa təqdim etdiyi 1 (bir) ədəd qara tutacaqlı bıçağın, Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin və 1 (bir) ədəd şortikin, hadisə yerinə baxış keçirilən zaman qan ləkələrindən götürülmüş 3 (üç) ədəd kosmetik pambıq tamponda nümunələrin maddi sübut kimi tanınması və saxlanması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəq 95-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə yeni məzmunda ittiham irəli sürülmüş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona (müdafiə tərəfinə) imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qohumu olan Zərərçəkmiş şəxs cinsi azlıqların nümayəndəsi olmasını və sonuncunun əxlaqsız həyat tərzi yaşamasını özünə və qohumlarına utanc kimi qəbul etmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmişdir. Cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən fərdi yaşayış evində olduğunu bilmiş və həmin evə getmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs həyat tərzi ilə bağlı iradını bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs iradına məhəl qoymayaraq həyatını istədiyi kimi yaşayacağını bildirmişdir. Bu məsələ ilə əlaqədar X17 Şıxməmmədov arasında əvvəlcə sözlü mübahisə yaranmışdır. Sözlü mübahisəyə səbəb X18 Şıxməmmədova irad bildirməsi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs iradına məhəl qoymayaraq, istədiyi həyat tərzini yaşayacağını bildirməsi olmuşdur. İradın qarşılığında Zərərçəkmiş şəxs etiraz etməsi və istədiyi həyat tərzini yaşayacağını bildirməsi, Təqsirləndirilən şəxs özündən çıxarmış və sonuncu bundan hirslənib evin mətbəxinə keçmiş, oradan mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya həmin bıçaqla qəsdən hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, sol bazunun 2 (iki) ədəd (cəmi 7 ədəd) deşilmiş-kəsilmiş yaraları, sifətin, döş qəfəsinin, sağ bazunun və sağ əlin kəsilmiş yaraları və həmçinin canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan hər iki diz oynağı nahiyəsinin sıyrıqları xəsarətlərini yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs müqavimət göstərib hadisə yerindən uzaqlaşmağa cəhd etsə də, buna müvəffəq olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində Zərərçəkmiş şəxs müqavimətini qıraraq bıçaqla yenidən xəsarət yetirməyə davam edərək hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçərək sol döş plevrasını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və ll-lll boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları ilə əlaqədar baş vermiş çoxlu qanitirmə xəsarətləri yetirərək öldürmüş yəni, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb İl-lll boyun fəqərələrinin, traxeya, qida borusu, hər iki yuxu arteriyası, vidaci venalar və əzələ-sinir dəstlərinin köndələn istiqamətdə tam kəsilməsi ilə müşayiət olunan və boyunun travmatik natamam amputasiyasına səbəb olan boyunun orta şöbəsinin çoxsaylı kəsilmiş yaraları ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə - qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr- ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. Yuxarıda təhlil edilən işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs tərtmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən (birbaşa qəsdlə) törətmiş və həmin cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ələlxüsus törətdiyi əmələ tənqidi yanaşaraq cinayəti törətdikdən sonra könüllü olaraq 12-ci Polis bölməsinə gedərək təslim olmasını, cinayətin aləti qismində çıxış edən bıçağı polis orqanına təqdim etməsini, cinayətin açılmasına köməklik etməsini və ibtidai araşdırma zamanı etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə tənqidi yanaşır və sivil cəmiyyətdə bu kimi zorakı cinayətləri qınayaraq təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alıb hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan və cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd jaket, 1 (bir) ədəd qara tutacaqlı bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd şortik, hadisə yerinə baxış zamanı qan ləkələrindən götürülmüş 3 (üç) ədəd kosmetik pambıq tamponda nümunələr məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan və cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) jaket, 1 (bir) ədəd qara tutacaqlı bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd şortik, hadisə yerinə baxış zamanı qan ləkələrindən götürülmüş 3 (üç) ədəd kosmetik pambıq tamponda nümunələr məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1234/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1234/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver