Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1234/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Belə ki, o, rəsmi nikahda olmaqla əri və uşaqları ilə birlikdə yaşayan, həmçinin müxtəlif vaxtlarda onunla da sevgi münasibətlərində olan Zərərçəkmiş şəxs ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində birgə yaşadıqdan sonra sonuncunun onunla münasibətlərdən və faktiki nikahdan imtina etməsi səbəbi ilə qısqanclıq zəminində Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə 24 avqust 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanına gələrək özü ilə əvvəlcədən götürdüyü polietilen materialdan olan “bizon” qabındakı benzin məhlulunu Zərərçəkmiş şəxs baş nahiyyəsinə töküb əlindəki alışqanla yandırmaq istəyərkən həmin vaxt ərazidə olan şəxslərin və polis əməkdaşlarının gəldiyini görüb qaçaraq hadisə yerindən uzaqlaşmış, bundan sonra Zərərçəkmiş şəxs öldürmək niyyətinin davamı olaraq yaşadığı mənzildən zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını əvvəlcədən götürüb üzərində gəzdirməklə Zərərçəkmiş şəxs ilə görüşməsi üçün fürsət axtarmış, bir neçə dəfə telefonla danışdıqdan sonra onun hadisə baş verən ünvana gələcəyini bilmiş, 29 avqust 2023- cü il tarixdə saat 12:25 dəqiqədə spirtli içkinin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 162 ünvanın qarşısına, “İnşaatçılar” metrostansiyasının həmin ünvan tərəfdən çıxışına gələrək Zərərçəkmiş şəxs ilə görüşüb bir qədər söhbət etmiş, söhbət zamanı onunla gedib birlikdə yaşamaq və ailə qurmaq kimi təkliflərinə Zərərçəkmiş şəxs rədd cavabı aldıqdan sonra əvvəlcədən planlaşdırdığı kimi sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarını qətiləşdirib bunun üçün özü ilə gətirdiyi bıçaqla həmin gün saat 12:27-də onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq insan həyatı üçün təhlükəli və sağlamlığa ağır zərər vurmağa aid olan qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən qaraciyərin, öd kisəsinin və 12 barmaq bağırsağın yaralanması ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yara və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd və sol kürəyin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə 4 ədəd bıçaqla yetirilməyə xarakterik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs yetirmiş olduğu həmin xəsarətlərdən öləcəyini yəqin edib hadisə yerindən uzaqlaşmaqla sonuncunu qəsdən öldürməyə cəhd etmiş, lakin ətrafda olan insanların köməyi ilə Zərərçəkmiş şəxs təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən Ak.Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qısqanclıq zəminində qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xutor qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşamışdır. 2023-cü ilin yanvar ayında kirayə yaşadığı evi təmizlətdirmək üçün internetdə “tap.az” saytı vasitəsilə xadimə kimi çağırdığı Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət özünə məxsus ***-***-**-** nömrəli və Çinarənin ***-***-**- ** mobil nömrəsi vasitəsilə yazışmışlar. İlk dəfə 8 mart 2023-cü il tarixdə Yasamal rayonu ərazisində “Jasmin” parkda görüşmüş, orada bir az söhbət etmiş və onu evinə yola salmışdır. Həmin görüş zamanı Çinarə ona ailəli və 3 övladı olduğunu demiş, guya əri ilə münasibətinin olmadığını, bir-birilərini sevmədiklərini, başqası ilə ailə həyatı qurmaq üçün boşanmaq istədiyini bildirmişdir. Ona görə də telefonla yazışmağa davam etmişlər, 19 mart 2023-cü il tarixdə Novruz bayramı ilə əlaqədar Çinarənin evinə 260 manatlıq bazarlıq göndərmiş, 100 manat kart hesabına pul atmışdır. Belə ki, artıq Çinarə ilə bağlı fikri qəti olmuş, onu sevmiş və onsuz həyatda yaşamaq istəməmişdir. 1 aprel 2023-cü il tarixdə Çinarəni Zirə qəsəbəsində kirayə tutduğu evə aparmış və təxminən 2 ay 10 gün Çinarə ilə birlikdə ər-arvad kimi yaşadıqdan sonra Çinarə guya Fərid adlı balaca oğlunu gətirmək üçün evinə gedib qayıdacağını demiş, lakin gecəyə kimi Çinarəni gözləsə də, o gəlməmiş və Çinarənin onu aldatdığını, geri dönməyəcəyini anlamışdır. Çinarə ilə telefonla əlaqə saxlayıb danışmış, söhbət zamanı 2023-cü ilin avqust ayının əvvəllərində Çinarə Bakıda yaşamaq istəmədiyini deyərək rayona getməyi təklif etdikdə o razılaşmış, Çinarə ilə oğlu Fəridi ata-baba yurdu olan Cəlilabad rayonu Arxayol kəndindəki dayısıgilin evinə aparmış, Çinarə ərinə mesaj yazaraq daha ona geri dönməyəcəyini də demişdir. Kənddə axşama kimi qalmışlar, lakin Çinarə oranı bəyənməyib Bakıya qayıtmaq istədiyini dedikdən sonra onları Bakıya, Çinarənin əri Sarvanın yanına gətirmiş, buna baxmayaraq Çinarə ona ev tutmasını, gəlib onunla yaşayacağını demişdir. O da kirayəyə ev tutmuş, işləyib pul qazanaraq ərzaq almış ki, evdə yeyib-içmək olsun. Çinarə gəlib evə baxmış, lakin yenə də bəyənməyib əri Sarvanın yanına qayıtmışdır. O, bütün baş verənlərdən Çinarənin onu aldatdığını, hissiyatı ilə oynadığını, ondan istifadə etməklə ailəsini dolandırdığını, onu sevmədiyini anlamış, birtərəfli sevgi yaşamaq istəmədiyini dəfələrlə Çinarəyə xəbərdarlıq edərək belə yaşamaqdansa ayrılacağını demişdir. Çinarə isə ona ayrılmaqdansa onu öldürməsini demişdir. Sonuncu dəfə bu məzmunda danışıqları 24 avqust 2023-cü il tarixdə baş vermiş, Çinarənin Xətai İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı binalarda işlədiyini bilmiş, onun iş yerinə getmiş və orada İcra Hakimiyyətinin yaxınlığında Çinarə ilə görüşmüşdür. Çinarə ondan onu öldürməsini, ona uşaqları bir tərəfdə, özü isə bir tərəfdə olmaqdansa ölmək istədiyini demişdir. Bir-iki gün sonra Çinarə ilə yenə də, Azərsu ASCnin yaxınlığında görüşmüşlər, söhbət zamanı Çinarə ona 1-2 gün möhlət verməsini deyərək yanına qayıdacağına dair söz vermişdir. Çinarəyə inanmış, onunla yenə görüşdükdə Çinarə arxayın olmağını, xəyanət etmədiyini, əri ilə cinsi əlaqədə olmadığını demişdir. O da bir daha xəbərdarlıq edib əgər əri ilə cinsi əlaqədə olduğunu bilsə ikisini də yandırıb öldürəcəyini demişdir. Lakin müddət uzandığı üçün o anlamış ki, Çinarə onu aldadır. 29 avqust 2023-cü il tarixə keçən gecə səhərə kimi yatmayıb bir neçə şüşə pivə və bir neçə ədəd “Go” spirtli energetik içki qəbul edərək Çinarə ilə telefonla danışmış, səhər saatlarında Çinarə ilə telefonla danışdığı vaxt söhbət zamanı Çinarə ona konkret olaraq onunla yaşaya bilməyəcəyini, anasının icazə vermədiyini demişdir. Çinarə ilə “İnşaatçılar” metrosunun yanında görüş təyin etmişlər, içkili olduğu üçün kirayə yaşadığı Xutor qəsəbəsindəki evdən mətbəx bıçağını özü ilə götürmüşdür. Bıçağı götürmək və aparmaqda məqsədi Çinarəni qorxutmaq olmuşdur, 29 avqust 2023-cü il tarixdə saat 11- 12 radələrində Çinarə ilə Bakı şəhəri, “İnşaatçılar” metrostansiyasnın yaxınlığında görüşmüşlər, söhbət zamanı Çinarə bir daha ona ortalıqda qaldığını, uşaqları bir tərəfdə, özü bir tərəfdə, onun isə bir tərəfdə qaldığını deyərək ona qayıtmayacağını bildirmiş, bu sözlərdən özünü itirib Çinarəni qorxutmaq məqsədi ilə üstündə gəzdirdiyi mətbəx bıçağını çıxarıb Çinarənin qarın və kürək nahiyəsindən 4 dəfə vurmuş, ancaq onu öldürmək fikrim olmamışdır, sadəcə qorxutmaq istəmişdir. Bıçaqla ona xəsarət yetirdikdən sonra dərhal oradan qaçaraq uzaqlaşmış, onlar kimsə ayırmamış, heç kəs onlara müdaxilə etməmişdir. Sonradan qıraqda özünə bıçaqla xəsarət yetirmək istədikdə polis əməkdaşları və ətrafda olan şəxslər onu tutaraq bıçağı götürmüşlər. Həmin vaxt sol qoluna bıçaqla xəsarət yetirmiş, özünə xəsarət yetirməkdə məqsədi əsəbini soyutmaq olmuşdur, ona qarşı amansız rəftar və işgəncə olmamışdır. Həmçinin polis əməkdaşlarından qaçarkən yıxılaraq sifəti yerə dəydiyi üçün xəsarətlər almışdır. Çinarə əri ilə yaşamadığını, uşaqları ilə ayrı yaşadığını demişdir. O, Çinarəyə 260 manatlıq bazarlıq etmiş və oğluna siqaret almışdır. Onun Çinarəyə xəsarət yetirməkdə məqsədi onu qorxutmaq olmuşdur.Onlar Çinarəylə 5 ay ər-arvad kimi yaşamışlar. İnşaatçılar metrosunun yanına Çinarəyə telefon götürmək üçün getmişlər. Çinarənin böyük oğlunun 20 yaşı vardı. Çinarə ona dəfələrlə onu öldürməyini demişdir. Çinarənin uşaqları Yasamalda “Qismət” şadlıq sarayının yaxınlığında yaşamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, müxtəlif ev və idarələrdə təmizlik işləri görməklə çörək pulu qazanır və bununla əlaqədar iş axtardığı üçün Yadigar onun elanına rast gəlmiş və ona təmizlikçi lazım olduğundan onunla əlaqə saxlamışdır. Yadigar onunla telefonla danışmış, lakin xidmətə dəvət etməmişdir. Bir neçə gün sonra Yadigar yenidən telefonla əlaqə yaradaraq onu haradansa tanıdığını bildirərək görüşə dəvət etmiş, təxminən bir ay onunla telefonla danışmışlar, harada işlədiyini soruşmuş, iş yerini dedikdən sonra iş yerinə gələrək onu işdən evə, evdən işə yola salmış, ondan əl çəkmədiyi üçün görüşə razılıq vermişdir. Görüş zamanı Yadigar ondan xoşunun gədiyini bildirmişdir. İlk əvvəl çox yaxşı təəssürat yaradan və özünü çox mədəni bir insan kimi apardığı üçün Yadigarı bəyənmişdir. Həyatından gileylənən Yadigar ailə qurmaq istədiyini təkidlə demiş, Yadigara ərinin və uşaqlarının olduğunu desə də, yenə də onunla ailə qurmaq istədiyini bildirmişdir. Yadigarın səmimiyətinə inanıb onunla yaşamağa razılıq vermiş və təxminən 2023-cü ilin aprel-iyul ayları aralığında Yadigarla birlikdə Xutorda və Zirə qəsəbəsində kirayə tutduğu evdə qeyrirəsmi ər-arvad kimi yaşamışlar. Həmin vaxt Yadigar bir neçə dəfə ona qarşı kobudluq etmiş, ona görə də, o, təxminən 2 ay 10 gün sonra müxtəlif bəhanələrlə Zirə qəsəbəsindəki evdən çıxıb əri və uşaqlarının yanına qayıtmış, daha sonra Yadigar onunla telefon vasitəsilə əlaqə saxlayaraq daha kobud olmayacağını, onu incitməyəcəyini deyərək qayıtmağı üçün yalvarmışdır. 2023-cü ilin yay aylarında, təxminən avqustun əvvəli Yadigar təkidlə ailə qurmaq istədiyini və hətta oğlu Fəridi də qəbul etdiyini deyərək ona təklif etmişdir ki, birlikdə Cəlilabad rayonuna gedib orada yaşasınlar. O da razılaşmış və Fəridi də götürüb Yadigarla birlikdə Cəlilabad rayonunun Arxayol kəndinə getmişlər, ancaq orada bir gün də qalmamış, geri qayıtmağı tələb etmiş və Yadigar onları ərinin kirayə tutduğu evə geri qaytarmışdır. 2023-cü ilin avqust ayı ərzində Yadigar dəfələrlə onunla telefon vasitəsilə əlaqə yaradaraq ailə qurmağı təkid etmiş, əri Sarvanla telefonla danışaraq boşanmaqlarını tələb etmiş, lakin əri və o etiraz etmişlər. 24 avqust 2023-cü il tarixdə saat 17 radələrində Yadigar ünvan 6 ünvanına gələrək ona yaxınlaşmış, əlində olan bizon qabındakı mayeni başına tökmüş, sonra öz başına da maye tökərək həm onu, həm də özünü yandıracağını demişdir. Çünki dəfələrlə onunla birlikdə yaşamağı təkid etsə də o imtina etmişdir. Yadigar əlindəki alışqanı başına yaxınlaşdırmaq istədikdə mane olmuş, sakitləşdirməyə çalışmışdır. Sonra parkda oturub söhbət edərkən Yadigar yenidən mübahisə edib təkidlə onunla ailə qurmağını tələb etmiş, benzin olan qabını əlində saxlamışdır. Həmin vaxt yoldan keçənlər onlara yaxınlaşarkən Yadigar kəsici alət olan lezva çıxarıb boyun nahiyəsinə tutmuş, onu qorxudaraq onunla getməyini tələb etmiş, bu zaman Yadigarı itələdikdə kəsici alət onun sağ əlinin iki barmağını kəsmişdir. Polis əməkdaşları onlara yaxınlaşdıqda Yadigar qaçıb getmiş, Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə hadisə ilə bağlı müraciət etmişdir. Buna baxmayaraq, Yadigar yenə də əl çəkməmiş, telefonla əlaqə quraraq onunla yaşamasa onu öldürəcəyini demişdir. Yadigar hər telefon zəngində, hər görüşdə onu öldürəcəyini desə də, onun aqressiv olmasını nəzərə alıb onunla ailə qurmaqdan imtina etmişdir. 29 avqust 2023-cü il tarixdə saat 12 radələrində kreditlə mobil telefon almaq məqsədilə ünvan 7 ünvanı qarşısında “Kapital” Bank və digər ictimai-iaşə obyektlərinin qarşısında Yadigarla görüşmüşdür. Yadigar onunla getməyini təklif etdikdə ailəsinin olduğunu, uşaqlarını ata bilməyəcəyini demiş, bu zaman Yadigar bıçaq çıxarıb ona göstərmiş, ancaq, heç nə deməmişdir. O isə ona bıçağı yığışdırmasını, artıq hərəkət etməməsini demiş, elə bu vaxt hər ikisi ayaqüstü vəziyyətdə olarkən Yadigar 4-5 dəfə bıçaqla bədəninin qarın və sol nahiyələrinə vurmuşdur. Ətrafdakı insanlar onlara yaxınlaşmamış, Yadigar isə qaçmışdır. Zərbə vurması təxminən 10 saniyə çəkmiş, həmin an pul qabı əlindən düşmüş və o qışqırmışdır. Daha sonra, Yadigar oradan uzaqlaşdıqda pul qabını yerdən götürmüş və biraz sonra yerdə arxası üstə uzanmışdır. Ətrafdakı insanlar ona yaxınlaşmağa başlamış, orada olan şəxslər onu xəstəxanaya aparmışlar. Gözlərini açdığında artıq Mirqasımov adına xəstəxanada olmuşdur. Hadisədən əvvəl Yadigar ilə aralarında mübahisə olmuşdur. Hadisə zamanı Yadigar bıçaqla ona xəsarət yetirmişdir. Hadisədən sonra ətrafda olan şəxslər ona yaxınlaşmışlar. Ətrafda olan şəxslər ona yaxınlaşdıqdan sonra Yadigar çıxıb getmişdir.Yadigarla barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onların rəsmi nigahı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən X5 Alayının 6-cı Patrul bölüyündə xidmət edir, xidməti ərazisi Yasamal rayon ərazisidir, 29 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində “İnşaatçılar “metrostansiyasının yaxınlığında piyada xidmətdə olarkən yolun qırağında, “Başkent” restoranının qarşısında hadisə baş verdiyini, 1 nəfər kişi cinsli şəxsin qadına bıçaq zərbələr vuraraq qaçdığını görüb dərhal onun arxasınca qaçmış, bir qədər qaçdıqdan sonra həmin şəxsi tutmuşlar. Həmin şəxs yerə yıxılaraq üzü üstə yerə dəymiş, buna görə də sifətində xəsarətlər yaranmışdır. Onlar şəxsi tutarkən o, bıçağı tutduqları yerdən aralıya atmış, qara rəngli mətbəx bıçağını yerdən götürmüşlər. Şəxsi polis avtomobilinə mindirib ərazi aidiyyəti üzrə 29-cu polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermiş, bıçağı da raportla bölməyə təqdim etmişlər. Bıçaqlanmış qadını təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmışlar. Şöbədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, ilkin söhbət zamanı Təqsirləndirilən şəxs bıçaqladığı qadını sevdiyini, həmin qadının onunla yaşamaq istəmədiyinə görə onu öldürmək istədiyini demişdir. Yadigar adlı şəxsin qaçmağını görmüşdür. Yadigar adlı şəxs qaçdıqdan sonra onun “Bizim Market”-in qarşısında saxlamışlar. Yadigar saxlanılan zaman özünə xəsarət yetirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun 21 ildir ki, həyat yoldaşıdır. 2023-cü ilin aprel ayının 30-da telefon vasitəsi ilə danışdığı vaxt Çinarə işdə olmuş, ona oğlunun xəstə olduğunu dedikdə birazdan evə gələcəyini bildirmişdir. Lakin, axşam saatlarında həyat yoldaşı ilə əlaqə kəsilmiş, tez-tez ona zəng vurmasına baxmayaraq telefonu götürməmişdir. Hadisədən 2 gün sonra onun telefonuna zəng gəlmiş, həmin vaxt adını Yadigar deyən edən şəxs Çinarənin onun yanında olduğunu bildirərək telefonu söndürmüşdür. Təxminən may ayının 12-də Çinarə oğlu İbrahimlə əlaqə saxlayaraq telefonda danışmış və bu danışıqdan sonra İbrahim anası ilə görüşə onların Binəqədidə yaşadıqları evə getmişdir. Həmin günün səhəri oğlu İbrahim geri qayıdaraq anasının Yadigarla evdən çıxıb getdiyini demişdir. Təxminən bir neçə müddət keçdikdən sonra Çinarə oğlu İbrahimin iş yerinə gedərək ona telefonla zəng etmiş və görüşmək istədiyini demişdir. O, Çinarə ilə görüşdükləri vaxt sonuncu ona artıq Yadigar adlı şəxslə yaşamaq istəmədiyini və evə qayıtmaq istədiyini dedikdə onunla razılaşmışdır. Hətta İbrahimə pul verərək onu Qala kəndindəki Çinarənin yaşadığı evə yollayaraq əşyalarını gətirməsini demişdir. Ondan sonra Çinarə ilə araları yaxşı olmuş, heç bir problem yaşanmamışdır. Bir müddət keçdikdən sonra Çinarə ağlaya-ağlaya telefonla yığaraq Xətai rayon İcra Hakimiyyətinin yanındakı parkda Təqsirləndirilən şəxs onun üstünə benzin tökdüyünü bildirərək onu təcili ora çağırmışdır. O, həmin yerə getdikdə Çinarənin çox qorxduğunu, lakin hər hansı yanma hadisəsinin olmadığını, yəni Yadigarın onu yandırmadğmı, ancaq barmağının kəsildiyini görmüşdür. Təxminən 4-5 gün sonra o, işdə olduğu vaxt tanımadığı şəxs ona zəng edərək həyat yoldaşının vəziyyətinin pis olduğunu və təcili onun “İnşaatçılar” metrostansiyasının yanına gəlməsini bildirmiş, o, birbaşa AK.Mirqasımov adına olan xəstəxanaya getmiş, çünki artıq Çinarəni təcili tibbi yardım maşınında Ak.Mirqasımov adına xəstəxanaya gətirmişlər. Orada Çinarənin pis vəziyyətdə olduğunu görmüş, Çinarə təxminən həkimlərin dediyinə görə 5 lt qan itirmişdir. 15 gün müalicə aldıqdan sonra Çinarənin vəziyyəti düzələrək onu xəstəxanadan çıxardıb müalicəsini evdə davam etdirmişlər. Yadigar adlı həmin şəxs Çinarəyə 4 bıçaq xəsarəti yetirmiş, biri qarın nahiyəsindən olmaqla Çinarəni ağır vəziyyətə salmışdır. Yadigar Çinarəyə onunla getməsini tələb etdikdə Çinarə imtina edərək ailəsi olduğunu demişdir. Yadigar ona da bir neçə xəbər yollayaraq Çinarədən boşanmağsmı, Çinarə ilə evlənmək istədiyini bildirmiş, o, isə imtina etmişdir. Çinarə özü də ona boşanmaqlarını desə də o, imtina etmişdir (cild 1, iş vərəqə 153-156). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə barədə” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd dəstəyi gümüşü-qara rəngli, tiyəsi gümüşü rəngli metaldan olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rafael Əskərov tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanının qarşısında piyadalar üçün nəzərdə tutulmuş səkidir. Səki 4 metr enində olmaqla avtomobil yolundan 10 sm hüdürlükdədir. Səkidən sağda pilləkanlar vardır ki, ictimai iaşə obyektlərinə qalxmaq üçündür. Belə ki, pilləkanlar vasitəsilə “Başkent” restoranına gedilir. Başkent restoranından solda şirniyyat mağazası, "xxxx" ASC-nin filialı yerləşir. Baxış keçirilən yerdə səkinin sol kənarından pilləkanlara doğru 2,3 metr məsafədə asfalt üzərində qanabənzər izlər müşahidə olunur (cild 1, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Başkent” restoranının çöl və iç hissəsini özündə əks etdirən görüntülər olduğu müəyyən edildi. Baxış zamanı 29 avqust 2023-cü il tarix saat 12:25 saniyədən saat 12:28 saniyəyə qədər “Başkent” restoranının çöl hissəsində olan videogörüntülərə nəzər saldıqda saat 12:27 radalərində səkinin kənarında piyada gəzən əynində qara rəngli paltar olan bir nəfər qadm və bir nəfər kişi olduğu, digər insanların isə oradan keçdiyi, ətrafda xeyli sayda insan olduğu görünür. Videogörüntüdə həmin əynində qara rəngli paltar olan bir nəfər qadm və bir nəfər kişi gəzərək qara rəngli avtomobilin yanında dayandıqlarını daha sonra qadının hərəkət etməyə dəvam etməsini və həmin an söhbət etdiyi əynində qara rəngli paltar olan şəxsin onun qolundan tutub saxlaması görünür. Daha sonra onların bir biriləri ilə əl-qol hərəkətləri danışmaqları, yəni mübahisə etməkləri görünür. Bu vaxt əynində qara rəngli paltar olan kişinin qəflətən qadma hər ikisi ayaqüstü vəziyyətdə olduğu anda sağ əli ilə əlində olan videogörüntüdə aydın görünməyən əşya ilə 4-5 dəfə qadına qarın və sol qol nahiyyəsi tərəfdən xəsarət yetirərək dərhal oradan qaçaraq uzaqlaması görünür. Həmin vaxt, bıçaqla xəsarətlər alan zaman qadının hansısa əşyası yerə düşür, qadm dərhal yerə yıxılmır, xəsarət aldığım deyərək ətrafda olan insanlardan kömək istəyərək yavaş-yavaş yerə, asfaltın üzərinə uzanır. Ətrafda olan insanlar da qadının başına yığışırlar. Bununla da video görüntü başa çatır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yolun kənarında səkidə mübahisə edən əynində qara rəngli kimi görsənməklə göy rəngli cins şalvar olan və qısaqol köynək olan qadm və bir nəfər kişinin o və ona bıçaq xəsarətləri yetirən Təqsirləndirilən şəxs olduğunu, ondan düşən əşyanın onun pul çantası olduğunu, Təqsirləndirilən şəxs bıçaqla ona xəsarətlər yetirdiyini və bıçağı da qaçarkən özü ilə apardığını qeyd etdi (cild 1, iş vərəqə 129-131). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 5 noyabr 2023-cü il protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxsın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11:59-da ***-***-**- ** saylı nömrə ilə 40 saniyə, saat 12;24-də isə həmin nömrə ilə 41 saniyə telefon danışığı olmuşdur, Azercell Telekom” MMC-dən verilmiş 1 ədəd CD diskdə olan “Abunəçilər” adlı fayla əsasən müəyyən olundu ki, ***-***-**-** saylı nömrə iş üzrə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bundan başqa, müəyyən olundu ki, Zərərçəkmiş şəxsın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gündən qabaq da iş üzrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr və başqa şəxslərə məxsus mobil nömrələrlə çox sayda danışıqlar olmuşdur. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 12:25 radələrində baş vermiş hadisə zamanı ***-***-**-** və ***-***-**-** mobil nömrə ilə olan danışıqlar “Yasamal distr. Sharifzadeh str” anten qurğusu tərəfindən qeydə alınmışdır. Bundan başqa işi üzrə Zərərçəkmiş şəxsın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin SMS yazışmalarına baxış zamanı həmin nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, 051-562 -13 -64 və ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2023-cü il tarixdən başlayaraq çox sayda SMS yazışmaları olduğu müəyyən edildi. Həmin SMS yazışmalarında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında müxtəlif vaxtlarda sözlü mübahisələr olduğu, müxtəlif vaxtlarda bir-birilərini necə sevməkləri, tezliklə qovuşacaqları barədə danışıqlar olduğu müəyyən edildi. Həmçinin, Zərərçəkmiş şəxs SMSlərdə dəfələrlə yazaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs dəlicəsinə sevir, ailəsi və valideynlərinin narazılığı olmasaydı onunla birlikdə yaşayardı. Bundan başqa, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** arasında olan xx.xx.2023-cü il tarixə aid SMS yazışmalarına baxış zamanı iş üçün əhəmiyyətli halların olduğu müəyyən edildi. Belə ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümə hazır olmağını, onu məhv edəcəyini, onun kabusu olduğunu, özünü də onu da yandıracağını, onu diri-diri yandıracağını, çəkdirdiyi hər acıvcı sörə ona əzab çəkdirəcəyini qeyd edir. Bundan başqa, həmin nömrələr arasında hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə də SMS yazışmalarının olduğu müəyyən edildi və həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saat 11:54dən saat 12:19-adək SMS yazaraq parka 2əlməvini, hər dəfə görüşdükləri verə gəlməyini deyərək tez-tez harada olduğunu soruşur. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxsnm əri Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə “Çinarə zec deyil qayit səl evimizə, Çinarə gec deyil qayit səl evimizə, Çinarə gec deyil qavit səl evimizə, hələ heç kimə hecnə deməmişəm, heçnə olmamis kimi gəl evə, uşaqlar cox pərişan olublar, hec olmasa usaqlarimizin xətrinə qavit gya”məzmunda SMS-lər getdiyi müəyyən olundu. Baxış zamamı işi üzrə Zərərçəkmiş şəxsın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə Təqsirləndirilən şəxs məxsus mobil nömrələr arasında olan və iş üçün əhəmiyyətli olan yazışmalar ayrıca cədvəl şəklində çap edilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 198-204). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 24 noyabr 2023-cü il protokoldan görünür ki, işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gündən qabaq müxtəlif şəxslərlə, o cümlədən, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda danışıqlar olmuşdur.Bundan başqa ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxsnm istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək başlayaraq SMS yazışmaları olduğu müəyyən edildi. Həmin SMS yazışmalarında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında müxtəlif vaxtlarda sözlü mübahisələr olduğu, müxtəlif vaxtlarda bir-birilərini necə sevməkləri, tezliklə qovuşacaqları barədə danışıqlar olduğu müəyyən edildi. Bundan başqa, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** arasında olan xx.xx.2023-cü il tarixə aid SMS yazışmalarına baxış zamanı iş üçün əhəmiyyətli halların olduğu müəyyən edildi. Belə ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aşağıdakı sözləri yazır, “ra/ ac omrm. telı ac balam menı olme mehkm etme bele etme axan goz yasmzdan utan. teli ac menle oyn oynama sen omrm ,buda olmdu mene praduka kımı aldr sora de evdedı meni dolamsan sen? , bunu untma sen menim vaz kecımeyen varlomsan me sene. sevgmle gel dedm ama sen seni seven oğlanı sevgnle oldrdn. ındı men sene gelecem men sene gelene qeder sevgmgımı qoru xeyanet etme xeyanetsz olek senin cesaretn. yoxsa menm seni seven ureym var menmsen yada torpaqn sene. demısdm. ama ındı dnya blecek sevgi nedı sen dedn sevgin pasdan ole o sevgi sona yetecek ama olmdu sonu satları say ama gel. oucolasao beraber olek bu son ısdeym snot del perm. qucolasao beraber olek bu son ısdeym senden canm menm sevgin varsa mene bunu et ama esla xeyanet. etmd tek byn pasdan olacaq bu sevgi . bu qeder yeter . senin bır teln yere du sen de canm yand ama en pısı senin ondan, cekmeyndgı o men qeder srnmedı sencn bılrdı qaydasan sen o, serefsze satdn meni mense bu esrın mecnunu oldm menmkmı yansaydı vaz kecerdm sen xosbexd, olasan deye ama deymez o serefsze satdn meni ama olmayacaq, blrsen ya menmsen yada torpaqn. men ona sozmu yazdm senede . meni aldatmaq nedı goz yası medı? meni aldadn elemı goz yasndan utammmadn budu sevgın?” CD diskdə olan digər mesajlarda iş üçün əhəmiyyətli hər hansı SMS müəyyən edilməmişdir (cild 1, iş vərəqə 243-244). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs başına benzin töküb yandırmaq istəməsi barədə Zərərçəkmiş şəxsnm şikayəti əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış materialdan görünür ki, Zərərçəkmiş şəxsnm həmin şikayətlə bağlı izahatı alınmış, barəsində məhkəmə-tibbi ekspertiza təyin edilmiş, lakin çağırışlara baxmayaraq Təqsirləndirilən şəxs izahat vermək üçün polis şöbəsinə gəlməmişdir (cild 1, iş vərəqə 63-76). Cinayət işinin materiallarında olan Nərimanov RPİ-nin 16-cı PŞ-də toplanmış materialdan görünür ki, həmin məlumatla bağlı izahatının alınması üçün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlanıldıqda Təqsirləndirilən şəxs sərxoş halda tanışı Zərərçəkmiş şəxsm öldürəcəyini, bunun yaxın günlərdə olacağını demişdir (cild 1, iş vərəqə 77-90). Cinayət işinin materiallarında olan 29 avqust 2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün orta dərəcəli sərxoşluq müəyyən edilmişdir (cild 1, iş vərəqə 9). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 30 sentyabr 2023-cü il tarixli 1169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən, qaraciyərin, öd kisəsinin və 12 barmaq bağırsağın yaralanması ilə müşayiət olunan 1 ədəd, döş qəfəsinin sol yarısının daxilə nufuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd və sol kürək nahiyəsinin 1 ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsiçi alətin, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən qaraciyərin, öd kisəsinin və 12 barmaq bağırsaq ilə müşayiət olunan 1 ədəd deşilmiş- kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd və sol kürəyin 1 ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 116-119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 22 noyabr 2023-cü il tarixli 34/1169 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən, qaraciyərin, öd kisəsinin və 12 barmaq bağırsağın yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının daxilə nufuz etməyən 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd və sol kürək nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsiçi alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilərdi, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən qaraciyərin, öd kisəsinin və 12 barmaq bağırsaq ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd və sol kürəyin 1 (bır) ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs, almış olduğu xəsarətlərdən qarının ön divarının sağ yan səthində, döş qəfəsinin sol yarısmdə və sol bazu nahiyəsində olan deşilmiş-kəsilmiş yaraları alarkən ayaqüstə xəsarətləri yetirən şəxslə qarşı-qarşıya, sol kürək nahiyəsində olan deşilmiş-kəsilmiş yaranı alarkən isə ayaqüstə onun bədənin arxa səthinin sol yarısı bu yaranı yetirən şəxsə qarşı olan vəziyyətdə ola bilərdi (cild 1, iş vərəqə 246-250). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 11 oktyabr 2023-cü il tarixli 662/2023-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızmın ABO sistemi üzrə qrup göstəricisi: O (1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus cins şalvar, üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Cins şalvar, üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. "ET antigeni O qrupunun əsasını təşkil etdiyindən, bu qan ləkələri O alfa, beta(İ) qruplu şəxsə o cümlədən də Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq üzərində olan ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri aqqlyutininlər alınmadığı üçün qrup barəsində fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqə 211-215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 1 noyabr 2023-cü il tarixli 484/2023- MTKŞ nömrəli rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus şalvar üzərində hər hansı bir zədə aşkar edilmədi. Paltar üzərində hər hansı bir zədə aşkar edilmədiyindən təqdim edilmiş bıçaqla müqayisəli müayinə üçün experiment aparılmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 206-210). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 6 noyabr 2023-cü il tarixli 3093 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 29 avqust 2023cü il tarixdə saat 12 radələrində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan hallan düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs başqalarının hiss və yaşantılarına qarşı biganəlik, aqressiv davranışlara meyillilik, inadkarlıq, kobudluq, qıcığa qarşı həssaslıq, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hadisədən əvvəlki dövrdə Təqsirləndirilən şəxs, fərdi-psixi xüsusiyyətləri fonunda Zərərçəkmiş şəxs onunla yaşamaq istəməməsi, sevgisinə qarşılıq verməməsi ilə razılaşa bilməməsi səbəbindən qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməsini əvvəlcədən planlamış, hadisə baş verən zaman onun emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. İş materiallarına əlavə edilmiş baş vermiş hadisənin görüntülərini özündə əks etdirən videogörüntüyə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmadığı qənaətinə gəlinib (cild 1, iş vərəqə 252-256). Cinayət işinin materiallarında olan 5 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş cins şalvarı və hadisə yerinin yaxınlığından götürülmüş 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal rayon Prokurorluğuna təhvil verilmiş, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk və telefon danışıqlarına dair 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 5-20). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid axtarış sistemindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 noyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarına əsasən 19 iyun 2012-ci il tarixdə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 132-135 və 192-195). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi ilə bağlı məsələni müzakirə edərkən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilən bir sıra tövsiyələri də nəzərə almışdır. Belə ki, adı çəkilən Plenum Qərarının 9-cu bəndində göstərilmişdir ki, cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 14 (on dörd) il olduğundan həmin cinayəti törətməyə cəhdə görə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən 14 (on) ilin dörddə üçündən, yəni 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi 10 (on) il 6 (altı) ayın dörddə üçündən, yəni 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 59-61). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş cins şalvarı və hadisə yerinin yaxınlığından götürülmüş 1 ədəd bıçaq məhv edilməli, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş cins şalvarı və hadisə yerinin yaxınlığından götürülmüş 1 ədəd bıçaq məhv edilsin, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1234/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1234/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver