Məhkəmə qərarları › İş №1(101)-1235/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1235/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1235/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsn və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hümbətov və Patnyorları Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, xx xxx 1981-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 31 iyul 2014-cü il tarixdən 11 may 2017-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X15 Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsində inspektor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 ilə Bakı Nikah Evi tərəfindən 12 sentyabr 2003-cü il tarixdə “1827" akt qeydi ilə qeydə alınmaqla rəsmi nikaha daxil olub evləndikdən sonra 6 yanvar 2006-cı il tarixdə, yəni Şahid6 ilə birgə nikah müddətində “Elit" Mənzil-Tikinti Kooperativinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsini Azərbaycan manatının köhnə məzənnəsi ilə 138.145,5 manata (bir yüz otuz səkkiz min bir yüz qırx beş manat əlli qəpiyə) “Kooperativ binada mənzil tikinti haqqında” müqavilə əsasında aldıqdan sonra, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmasına baxmayaraq, 8 avqust 2008-ci il tarixdə Ağsu rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupundan istintaqla müəyyən edilməyən şəraitdə aldığı və həmin vaxt evli olmasına baxmayaraq, “ailə vəziyyəti" “subay" kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsindən istifadə etməklə, 2015-ci ilin mart ayının əvvəllərində ona qeyd edilən qeyri-yaşayış sahəsini satın almaq üçün müraciət edən ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs qeyri-yaşayış sahəsinin arvadı ilə birgə mülkiyyətində olmasını alıcıdan və Kooperativə rəhbərlik edən vəzifəli şəxslərdən gizlətməklə, yalnız özünə məxsus olduğunu bildirib “Elit" Mənzil- Tikinti Kooperativinin həmin ünvanda yerləşən ofisində 6 mart 2015-ci il tarixdə rəsmiləşdirmə aparılmaqla qeyri-yaşayış sahəsinin Bakı şəhər sakini Zərərçəkmiş şəxs “Kooperativ binada mənzil tikinti haqqında" müqavilə bağlanmaqla satışına nail olub ondan qeyri-yaşayış sahəsinin satışına görə həmin gün qeyd edilən ofisdə 180.000 (bir yüz səksən min) manat məbləğində pulunu alıb ələ keçirmiş, Şahid6 onunla nikahın ləğvi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciəti üzrə həmin məhkəmənin 14 oktyabr 2016cı il tarixli qətnaməsi ilə “Elit" Mənzil-Tikinti Kooperativinin ünvan 5 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən, 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı payın himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinə Şahid6 pay hüququ tanınmaqla, "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı 6 mart 2015-ci il tarixli əqd etibarsız hesab edilib, həmin qeyri-yaşayış sahəsi Dürdanə Vəkiiovadan alınmış, bununla da o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 180.000 (bir yüz səksən min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olsa da, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 1055, mənzil 186 ünvanında ailəsilə birlikdə yaşayır. 2006-cı il tarixdə "xxxx" MTK tərəfindən tikilən ünvan 6 ünvanında tikilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan, ümumi sahəsi 113,7 m2 təşkil edən qeyri- yaşayış sahəsini atası X8 ilə bərabər bəyənmiş, atası həmin qeyri-yaşayış sahəsinin pulunu özü vermiş, lakin sənədləşmə onun adına aparılmışdır. "xxxx" MTK ilə onun arasında 06.01.2006-cı il tarixdə müqavilə bağlanmışdır. X13 həmin qeyri-yaşayış yerini təmir elətdirib idman zalı kimi icarəyə vermişdir. 2013-cü ildə isə atası Muradxan vəfat etdikdən sonra əmlakları vərəsəliklə onun adına keçmişdir. Belə ki, atasıyla təxminən 2011-ci il tarixdə münasibətləri yaxşı olmamışdır, ona görə də atası Muradxan "xxxx" MTK-ya onsuz gedərək həmin qeyri-yaşayış sahəsini öz adına müqavilə ilə keçirmişdir. Onun bundan yalnız atası Muradxan 2013-cü il tarixdə öldükdən sonra məlumatı olmuşdur. Atası öldükdən sonra onun seyfindən çıxan sənədlərin arasında həmin qeyri-yaşayış sahəsinin atasının adına keçirilməsi ilə bağlı olan müqaviləni görmüşdür. Bundan sonra başa düşmüşdür ki, atası onunla incik olan vaxt obyekti öz adına keçirtmişdir. Onun bundan xəbəri olmamışdır. 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarmış, müxtəlif şəxslərə, tanışlara obyekti satmaq istədiyini demişdir. Hətta alqı-satqı işi ilə məşğul olan şəxslər tərəfindən də saytlarda 190.000 manata satışa qoyulmuşdur. 2015-ci ilin təxminən aprel ayında əmlak alqı-satqısı ilə məşğul olan Şahid3 adlı şəxs ona zəng edərək bir nəfər alıcının - sonradan adını bildiyi Bakı şəhər sakini Zərərçəkmiş şəxs obyektlə maraqlandığını, həmin yeri almaq istədiyini demişdir. O da razılaşmışdır. Makler Ziyad və alıcı Zərərçəkmiş şəxs ilə qeyri-yaşayış sahəsinin qarşısında görüşmüşlər. Görüş zamanı Dürdanə xanımla qiymətdə razılaşaraq qeyri-yaşayış sahəsini 180.000 manata sata biləcəyini demişdir. Həmin qeyri-yaşayış sahəsinin yalnız çıxarışının olmadığını və bundan başqa heç bir problemi olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, qeyri- yaşayış sahəsini dəyərindən ucuz qiymətə satır, çünki Ağsu rayonunda özünə univermaq tikmək istəyir. Əlavə olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsi olan binada mənzili və qarajı da vardır, onları da satışa çıxartmışdır. Onlar söhbət edən zaman binanın komendatı kimi fəaliyyət göstərən Fikrət adlı şəxs də onlara yaxınlaşaraq bina barədə məlumat vermiş, dediklərini təsdiq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona 1000 manat beh pul vermiş və razılaşmışlar ki, bir neçə gündən sonra qeyri-yaşayış sahəsinin qarşısında yenidən görüşsünlər. Bir neçə gündən sonra obyektin qarşısında yenidən görüşmüşlər. Görüş zamanı Dürdanə xanımın əri Şahid2, hüquqşünasları Şahid1 və makler Ziyadda gəlmişdir. O, özü tək gəlmişdir. Söhbət zamanı o, əmlakın atasından ona miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları pay şəkilində verməyə hazır olmaları barədə məlumat vermişdir. MTK-nın ofisində MTK-nın sədri Şahid4lə də görüşmüş və demişdir ki, həm onun adına, həm də atasının adına müqavilə var, o da obyekti satmaq istəyir. Famil də ona demişdir ki, atası Muradxan küsülü olduğu vaxt gəlib müqaviləni dəyişdirmişdir. Ona görə də qeyri-yaşayış sahəsini satmaq istəyirsə, atasının varislərinin razılıq ərizələri olmalıdır, notarial qaydada təsdiq edilməlidir. O da bu barədə Dürdanəyə, Elbrusa da məlumat vermiş və bundan sonra pay məsələsinin həll edilməsi və məsləhət almaq üçün 04 mart 2015-ci il tarixdə 19 nömrəli Notariusa getmişlər. Orada qeyri-yaşayış sahəsi ilə bağlı MTK-nın sənədlərini, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Notariusda da eyni sözləri ona demişlər. Həmçinin söhbət zamanı hüquqşünas Şahid1 bir daha ondan əmlakın yüklü olub-olmadığını, vərəsəlik qaydasında keçib- keçmədiyini, onun evli olubolmadığını soruşmuşdur. O da bir daha bildirmişdir ki, evi özü almışdır, lakin sonradan atası Muradxanın adına keçirilmişdir, evlidir, əmlak da yüklü deyildir. Daha sonra bildirmişdir ki, valideyinləri də rəhmətə getmişdir. 4 bacısı vardır, bacılarının notariat qaydada razılığını ala biləcəyini bildirmişdir. 06 mart 2015-ci il tarixdə o, Zərərçəkmiş şəxs, əri Şahid2, makler Ziyad və Şahid1lə Yasamal rayonunda yerləşən 19 saylı notariat kontorunda görüşmüşlər. Bacılarının razılığı barədə notarial qaydada razılıq ərizələrini də, özünün şəxsiyyətini təsdiq edən sənədi də onlara göstərmişdir. Daha sonra notariusda işlərini tamamlayıb, Yasamal rayonu, İsmayıl Qurtqaşınlı küçəsində, Nərimanov heykəlinin yaxınlığında yerləşən "xxxx" MTK-nın baş ofisinə getmişlər. O qeyd olunan həmin əmlakın ona atasından miras qalması barədə və həmçinin digər payçıların həmin payları ona pay şəkilində verdikləri barədə sənədlərin sürətini də Dürdanəyə təqdim etmişdir. MTK-nın baş ofisində ərizə yazaraq obyektdən Dürdanənin xeyrinə imtina etdiyini bildirmiş və Dürdanə də həmin obyekti almağı barədə ərizə yazmışdır. Ərizəsi notarial qaydada təsdiq edilmişdir. Bununla əlaqədar həmin vaxt kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş, pay haqqını tam ödəmiş, kooperativ üzvü kimi onun dəyişdirilməsi və ona məxsus qeyriyaşayış sahəsinin yeni payçı kimi Zərərçəkmiş şəxs adına rəsmləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs ilə kooperativ arasında müqavilə bağlanmış, kooperativdən pul borcunun olmamasına dair maliyyə arayışı da verilmişdir. Beləcə, 06 mart 2015-ci il tarixdə onların aralarında alqı-satqı baş tutmuşdur. "xxxx" MTK-nın baş ofisində Zərərçəkmiş şəxs ona 180.000 manat pul vermiş, o da MTK-da bütün sənədlərini Zərərçəkmiş şəxs dediyi kimi onun adına keçirmişdir. Həmin 180.000 manat pul onun və digər varislərin arasında bölünmüşdür. 2016-cı ilin aprelində ailə münasibətləri pozulduğu üçün o həyat yoldaşı Şahid6 ilə məhkəmə qaydasında boşanmışlar. Daha sonra əmlakların bölüşdürülməsi ilə bağlı bir-birlərinə qarşı Yasamal rayon məhkəməsində əmlak iddiası qaldırmışlar. Yasamal rayon məhkəməsi 14 oktyabr 2016-cı il tarixli qətnamə çıxardaraq sözü gedən 113,7 m2 qeyri- yaşayış sahəsininin 2/3 hissəsinin keçmiş arvadı Məlakəyə verilməsini qət etmiş, həmin obyektin onun tərəfindən Zərərçəkmiş şəxs satılması barədə əqdi isə etibarsız hesab etmişdir. Daha sonra yuxarı məhkəmələrə bu barədə şikayətlər etmiş, Bakı Apeilyasiyə məhkəməsi 12 oktyabr 2017-ci il tarixdə və Ali məhkəmə 16 aprel 2018-ci il tarixdə qərarlar qəbul edərək, Yasamal rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışlar. Zərərçəkmiş şəxs da Nərimanov rayon məhkəməsinə onun barəsində iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə Dürdanənin xeyrinə qətnamə çıxarmış və qətnamədə 180.000 manat pulun onun tərəfindən Zərərçəkmiş şəxs verilməsi əks olunmuş və icrası üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmçinin bundan sonra da Zərərçəkmiş şəxs onun barəsində müxtəlif qurumlara şikayətlər etməyə başlamış, o da dəymiş ziyanını ödəməyə çalışmışdır. Pandemiya ilə əlaqədar sərt karantin rejiminə görə də bu günə qədər 180.000 manat zərəri ödəyə bilməmişdir. 2016-cı il tarixdə məhkəmə prosesləri zamanı arvadı Məlakə Dürdanə ilə telefonda danışaraq boşandıqlarını, xəbəri olmadan qeyri-yaşayış sahəsinin satıldığını, ona görə də 113,7 m2 qeyri-yaşayış sahəsini məhkəmə yolu ilə alacağını bildirmiş, Dürdanə də bu barədə onunla telefonla danışaraq nə məsələ olduğunu soruşduqda sonuncuya demişdir ki, “Məlakə ilə indi boşanmışıq, onunla aramızda olan problemin sənə aidiyyəti yoxdur, ən pis halda sənin 180.000 manat pulunu sənə qaytaracam”. Həmçinin demişdir ki, Məlakənin danışdıqları hamısı cəfəngiyatdır və həmin məsələlər yaxın zamanda məhkəmə yolu ilə onun xeyrinə həllini tapacaqdır. Lakin məhkəmələr Məlakənin xeyrinə qərarlar qəbul etmişlər. Zərərçəkmiş şəxs ilə qeyri-yaşayış sahəsinin alqı-satısını həyata keçirən zaman o, Məlakədən boşanmamış, normal ailə həyatları olmuşdur. Dürdanə də həmin qeyri-yaşayış sahəsini 06 mart 2015-ci il tarixdən 2018-ci il tarixə kimi idman zalı kimi icarəyə verərək istifadə etmişdir. Yalnız 2018-ci il tarixdə məhkəmə icraçıları həmin obyektə getmiş və oranı boşaldaraq möhürləmişlər. Onun niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmamışdır. O, həmçinin bildirmişdir ki, "xxxx" MTK tərəfindən tikilən ünvan 6 ünvanında tikilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan, ümumi sahəsi 113.7 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqısatqısı aparılan zaman o özünü Dürdanəgilə subay kimi təqdim etməmiş, çünki ondan evli ya subay olub-olmadığını kimsə soruşmamışdır. Amma şəxsiyyət vəsiqəsini də onlara bir neçə dəfə göstərmişdir. Həmin vaxt onun bir şəxsiyyət vəsiqəsi olmuş, 2008-ci il tarixdə Ağsu RPŞ-dən almış, həmin vəsiqə verilən zaman texniki olaraq orada səhv getmiş, orada onun subay olduğu yazılmışdır. Onun özünü onlara evli ya subay kimi təqdim etməyinin heç bir mənası yox idi, çünki onsuz da qeyd edilən əmlak ona atasından miras qalmışdır. O, növbəti şəxsiyyət vəsiqəsini 2018-ci il tarixdə almış, başqa şəxsiyyət vəsiqəsi olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini etiraf etməsə də, onun ittiham olunduğu cinayət əməli aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Vəkilova Düdanə Mahmud qızı ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və Dillər kafedrasında dossent vəzifəsində işləyir. 1987-ci ildə Şahid2 ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir nitq qüsürlü övladı dünyaya gəlmişdir. Yaş həddinin artıq keçməyini nəzərə alaraq gələcəkdə övladının yaşayışını təmin etmək üçün hər hansı bir qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişlər. Təxminən 2015-ci ildə müxtəlif soraqlaşmalardan sonra sosial şəbəkələr vasitəsi ilə bir obyektə rast gəlmiş və Şahid3 adlı makler (vasitəçi) ilə tanış olmuşdur. Sözü gedən obyektə birlikdə gedib baxmış, məlum olmuşdur ki, obyekt ünvan 6 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində 113,7 m2 sahəni əhatə edir və Təqsirləndirilən şəxs məxsusdur. Həmin qeyri-yaşayış sahəsi onun tələblərinə cavab verdiyi üçün almaq qərarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da oraya gəlmiş, o qeyri-yaşayış sahəsini hansı səbəbdən satdığını soruşduqda Hüseyn bildirmişdir ki, qarşısında dayandıqları binada mənzili də vardır, onu da satır, çünki Ağsu şəhərində özü üçün univermaq tikdirir. Həmin vaxt onun bu sözlərini Ziyad da təsdiq etmiş, bundan sonra o həmin qeyri-yaşayış sahəsini bəyəndiyini bildirərək, qiymətini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsinin yalnız çıxarışının olmadığını və ondan başqa heç bir problemi olmadığını bildirmişdir. İlkin olaraq həmin obyektin qiymətini Hüseyn ona 200.000 min manat qiymətləndirmişdir. Aralarında olan danışıqdan sonra həmin qeyri-yaşayış sahəsini 180.000 min manata razılamışlar. Hüseyn həmin əmlakın atasından miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları pay şəkilində verməyə hazır olmaları barədə ona demiş, bundan sonra pay məsələsini həll edilməsi üçün 04 mart 2015-ci il tarixdə 19 nömrəli Notariusda görüşməyə qərara almışdır. Bu müddətə qədər hüquqşünas kimi tanıdığı Şahid1 xahiş etmişdir ki, alacağı qeyri-yaşayış sahəsinin sənədlərinin qaydasında olub- olmamasına baxıb fikir bildirsin. Beləcə, 04 mart 2015-ci il tarixdə o, əri Şahid2, hüquqşünas Şahid1, makler Ziyad və Təqsirləndirilən şəxs birlikdə 19 nömrəli Notariusa getmişlər. Orada Hüseyn sənədləri təqdim etmişdir. 19 saylı notariusun Hüseynlə yaxın tanışlıq münasibəti var idi, çünki onlar orada elə görüşüb söhbət etmişlər ki, elə bil uzun müddətdir bir-birlərini tanıyırlar. Sənədləşmə barədə Elbrusla söhbət zamanı ona demişdir ki, Hüseynin subay olmağı dəqiq yoxlanmalıdır, çünki birgə nikah dövründə alınmış olsa obyekti almaq mümkün olmayacaq, ya da hamınının razılığı lazım olacaq. Ona görə də, o bu barədə notariusa bildirmiş, adını xatırlamadığı notarius onlara demişdir ki, Hüseyn subaydır, yoxlamışlar, şəxsiyyət vəsiqəsində də subay yazılmışdır. Sadəcə payçıların razılığı lazımdır. Həmin vaxt ərzində Hüseynlə səmimi söhbət zamanı evli olub-olmadığını soruşduqda sonuncu bir daha bildirmişdir ki, subaydır. Sonra şəxsiyyət vəsiqəsini də təqdim etmiş, həqiqətən də vəsiqədə subay kimi qeyd olunmuşdur. Hüseyn payçıların razılığını almaq üçün çıxıb getmiş və onlar 06 mart 2015-ci il tarixdə Notariusda görüşməyə razılaşmışlar. 06 mart 2015-ci il tarixdə o, həyat yoldaşı Şahid2, makler Ziyad və Elbrusla birlikdə 19 saylı notariat kontoruna getmişlər. Hüseyn də gəlmiş və lazım olan payçıların imtina ərizələrini təqdim etmişdir. Notarius sənədləri hazırlamağa başlamışdır. Qeyri-yaşayış sahəsinin çıxarışı olmamış, "xxxx" MTK-dan verilmiş müqavilə olmuşdur. Elbrus sənədlərə baxıb demişdir ki, sənədlər hamısı yerindədir, sadəcə alqı-satqı etmək üçün onlar "xxxx" MTK-ya gedib paydan imtina edib yeni müqavilə bağlamalıdırlar. Bu barədə onlara notariusda da demişlər. Daha sonra notarisusda işlərini tamamlayıb, "xxxx" MTK-ya getmişlər. Hüseyn həmin əmlakın ona atasından miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları Təqsirləndirilən şəxs pay şəkilində verdikləri barədə sənədlərin sürətini də ona təqdim etmişdir. Orada Hüseyn ərizə yazaraq qeyri-yaşayış sahəsinin imtina etdiyini bildirmiş və o da həmin qeyri-yaşayış sahəsinin alması barədə ərizə yazmışdır. Hüseynin ərizəsi notarial qaydada təsdiq edilmişdir. Bununla əlaqədar həmin vaxt kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş, pay haqqını tam ödəmiş kooperativ üzvü olan Hüseynin dəyişdirilməsi və bununla əlaqədar ona məxsus qeyri-yaşayış sahəsinin yeni payçı kimi onun adına rəsmləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Onunla kooperativ arasında müqavilə bağlanmış, kooperativdən pul borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. O, 180.000 manat pulu isə "xxxx" MTK-nın baş ofisində MTK-nın adlarını xatırlamadığı işçilərinin yanında Hüseynə vermiş, Hüseyn isə bu barədə kağız yazıb ona vermiş, 3000 manat isə MTK-nın adını xatırlamadığı əməkdaşına vermişdir. Kooperativin ümumi yığıncağı ilə o yeni payçı kimi tanınmışdır. Bundan sonra o, təxminən 8000 manat əlavə xərc çəkərək təmir işləri görmüşdür. Bir müddət hətta obyekti icarəyə də vermişdir. 2016-cı ilin payız aylarında Məlakə kimi özünü təqdim edən qadın ona zəng vuraraq bildirmişdir ki, Hüseynin keçmiş həyat yoldaşıdır, qeyri-yaşayış sahəsini onun icazəsi olmadan satmışdır. Daha sonra ona bildirmişdir ki, həmin əmlakın satılmasından xəbərsizdir, hal-hazırda Təqsirləndirilən şəxsla boşandığı üçün əmlak iddiası ilə bağlı məhkəmədə prosses gedir. Ona satılmış əmlak da həmin əmlakların siyahısındadır. O da bildirmişdir ki, Hüseynin evli olmasından məlumatı olmamışdır, subay olması rəsmi şəkildə notariusda yoxlanılmışdır. Məlakə isə ona bildirmişdir ki, Hüseynin iki şəxsiyyət vəsiqəsi vardır, birində subay kimi, digərində evli kimi qeyd olunmuşdur. O Məlakəyə bildirmişdir ki, bunlardan heç bir məlumatı yoxdur, 180.000 manat pul ödəyərək qeyri-yaşayış sahəsini almışdır. Məlakə isə ona bildirmişdir ki, məhkəməyə verib qeyri-yaşayış sahəsini ondan geri alacaqdır. Daha sonra Məlakənin onu təhqir etməsindən əsəbləşib, Hüseynə zəng vurub bu söhbətin niyə belə olmasını soruşduqda Hüseyn bildirmişdir ki, “Məlakəni mənim boğazıma bağlamışdılar, indi boşanmışıq, onunla aramızda olan problemin sənə aidiyyəti yoxdur, ən pis halda sənin 180.000 manat pulunu sənə qaytaracam”. Həmçinin demişdir ki, Məlakənin danışdıqları hamısı cəfəngiyatdır və həmin məsələlər yaxın zamanda məhkəmə yolu ilə həllini tapacaqdır. O da bundan sonra rahat olub bir daha Hüseynə inanmışdır. Bundan bir müddət sonra sakitçilik yarandığı üçün artıq məsələnin həll olunduğunu zənn etmişdir. 2018-ci ilin iyun ayında icarəyə vermiş olduğu icarədarlardan biri ona zəng edərək Yasamal rayon icra şöbəsinin əməkdaşlarının qeyri-yaşayış sahəsinə gəldiyini bildirmişdir. O da nə baş verdiyini aydınlaşdıran zaman bilmişdir ki, Məlakə Hüseyndən məhkəmə qaydasında boşandıqdan sonra əmlakların 70% payçısı kimi tanınıb. Bundan sonra Yasamal rayon icra şöbəsinin əməkdaşları qarşı tərəfin iştirakı ilə həmin qeyri-yaşayış sahəsini boşaldaraq möhürləmişlər. O bu zaman Hüseynlə danışarkən qısa müddət ərzində məsələni həll edərək ona məxsus qeyri-yaşayış sahəsini qaytaracağını və onu qaytarması üçün ona aid olan əmlakların bəzisindən keçmiş həyat yoldaşının xeyrinə imtina edəcəyini bildirmişdir. Əks təqdirdə məsələ həllini tapmasa, ödəmiş olduğu 180.000 manat pulu və təmir üçün xərclədiyi 8.000 manatı ona qaytaracağını bildirmişdir. Lakin bir müddət keçsə də, Təqsirləndirilən şəxs vermiş olduğu sözə əməl etməmiş o, dəfələrlə əlaqə saxlasa da, Hüseyn müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Təqsirləndirilən şəxs ona təqdim etmiş olduğu sənədlər onun daxili inamının yaranmasına səbəb olmuş və Hüseyn ona yaranmış olan inamından və etibarından sui-istifadə edərək onun pulunu ələ keçirtmişdir. Onun Təqsirləndirilən şəxs arvadı Məlakə ilə boşanmasını əhatə edən 2016-2018-ci illərdə keçirilmiş Yasamal rayon məhkəməsinin, Bakı Apellyasiya məhkəməsi və Ali məhkəmənin proseslərindən qətiyyən xəbəri olmamışdır. Hər üç məhkəmə ona satılmış olan 113,7 m2 qeyri-yaşayış sahəsinin 2/3-nin Məlakəyə məxsus olmasını təsdiq etmiş, həmin qeyri-yaşayış sahəsinin Təqsirləndirilən şəxs tərəfindən ona satılması barədə əqd etibarsız hesab edilmişdir. O da bundan sonra Nərimanov rayon məhkəməsində iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə onun xeyrinə qətnamə çıxarmış və qətnamədə 180.000 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi əks olunmuşdur. Lakin dəfələrlə müraciətlərinə baxmayaraq Yasamal rayon icra şöbəsinin əməkdaşları tərəfindən qətnamə icra edilməmişdir. Bununla yanaşı 2019-cu il tarixdən başlayaraq müvafiq dövlət qurumlarına, hüquq mühafizə orqanlarına şikayət ərizələri yazmış, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində cinayət işi başlanmışdır. Həmin idarə tərəfindən cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Bu vaxta kimi Təqsirləndirilən şəxs 180.000 manat pulu ona qaytarmamışdır. Təqsirləndirilən şəxs hər dəfə ona söz vermişdir ki, qısa zamanda pulu qaytaracaqdır, lakin bu vədlərin heç bir xeyri olmamışdır. Təqsirləndirilən şəxs Yasamal rayonu, M.Seyidov küçəsi 43 ünvanında olan "xxxx" MTK-da yerləşən qarajın X2 zamanı sonuncuya qarşı etdiyi dələduzluq əməlinə görə 31 may 2019-cu il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmaqla cəza alıb məhkum edilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hüquqşünas olduğu üçün əvvəllər nümayəndə kimi fəaliyyət göstərmiş, bankda işləmişdir. Zərərçəkmiş şəxs isə onun həyat yoldaşı Natiq müəllimin vasitəsi ilə tanımış, münasibəti normal olmuşdur. O, əvvəllər tikinti şirkətində işləyərkən Natiq müəllimlə bir heykəltəraş kimi tanış olmuşdur Zərərçəkmiş şəxs isə müəllimə işləyir. 2015-ci ilin mart ayının əvvəllərində Natiq müəllim ona həyat yoldaşı Dürdanə xanımın Yasamal rayonu ərazisində qeyri-yaşayış sahəsi almaq istədiyini demişdir. Ona görə də sənədləşmə işində hər hansısa hüquqi risklərin olmaması üçün hüquqi yardım göstərilməsinə ehtiyac olduğu üçün ondan kömək istəmişdir. O da bacardığı qədər kömək edə biləcəyini, lakin ilkin olaraq kooperativin protokolu, qərarı, qeyri-yaşayış sahəsinin sxeminin lazım olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə qeyri-yaşayış sahəsinin yerləşdiyi "Elit” MTK-nın ofisinə getmiş, kooperativin sədri onlara qeyd olunan qeyri-yaşayış sahəsinin sənədlərini tədqim etmiş, həqiqətən qeyri-yaşayış sahəsi Hüseyn adlı şəxsə məxsus idi. Onlar sənədlərin surətini götürmüş və qeyri-yaşayış sahəsinin satılması ilə bağlı razılıq ərizəsinin alınması üçün 04 mart 2015-ci il tarixdə 19 nömrəli Notariat kontorunda Hüseyn adlı şəxslə görüşmüşlər. Söhbət zamanı bir hüquqşünas kimi Hüseyndən əmlakın yüklü olub-olmadığını, vərəsəlik qaydasında keçib-keçmədiyini, özünün evli olub-olmadığını soruşmuşdur. Hüseyn ona bildirmişdir ki, qeyri-yaşayış sahəsini özü almışdır, evli deyildir və əmlak da yüklü deyildir, valideyinləri rəhmətə getmişdir, dörd bacısı vardır. O Hüseyndən bacılarının notariat qaydada razılığını ala biləcəyini soruşduqda sonuncu heç bir problem olmadığını bildirmişdir. Hüseyn payçıların razılığını almaq üçün çıxıb getmiş, 06 mart 2015-ci il tarixdə həmin Notariusda görüşməyi qərara almışlar. 06 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs, əri Şahid2, makler Ziyad və o birlikdə Yasamal rayonunda yerləşən 19 saylı notariat kontoruna getmişlər. Təqsirləndirilən şəxs da gəlmiş və bacılarının razılığı barədə notarial qaydada razılıq ərizələrini və özünün subay olması barədə şəxsiyyətini təsdiq edən sənədi də onlara göstərmişdir. Şəxsiyyət vəsiqəsinin üzərində subay olduğu yazılmışdır. Daha sonra notariusda işlərini tamamlayıb, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən "xxxx" MTK-nın baş ofisinə getmişlər. Hüseyn həmin əmlakın atasından miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları Təqsirləndirilən şəxs pay şəkilində verdikləri barədə sənədlərin sürətini də Dürdanəyə təqdim etmişdir. Baş ofisdə Hüseyn ərizə yazaraq obyektin tam pulunu ödəyərək Dürdanənin xeyrinə imtina etdiyini bildirmiş və Dürdanə də həmin qeyri-yaşayış sahəsini almağı barədə ərizə yazmışdır. Hüseynin ərizəsi notarial qaydada təsdiq edilmişdir. Bununla əlaqədar həmin vaxt kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş, pay haqqını tam ödəmiş kooperativ üzvü olan Hüseynin dəyişdirilməsi və bununla əlaqədar ona məxsus qeyri-yaşayış sahəsinin yeni payçı kimi Dürdanənin adına rəsmləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs ilə kooperativ arasında müqavilə bağlanmış, kooperativdən pul borcunun olmamasına dair maliyyə arayışı da verilmişdir. Daha sonra Dürdanə, Natiq və Hüseyn kooperativin digər otağına keçib pul məsələsini həll etmişlər. Dürdanə yeni payçı kimi tanınmışdır. Xeyli müddət keçdikdən sonra Natiq müəllim ona zəng vurub Hüseynin onları aldatdığını, yəni qeyriyaşayış sahəsini onlara satdığı vaxt evli olduğunu və bunu gizlətdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Məlakə adlı xanım onları narahat edib deyir ki, qeyri-yaşayış sahəsi onun icazəsi olmadan satılmışdır və geri qaytarılmalıdır. O bununla əlaqədar Hüseyn və onun vəkili ilə görüşərkən ona bildirmişlər ki, heç bir narahatçılıq yoxdur, Dürdanə xanımdan heç kim qeyri-yaşayış sahəsini geri ala bilməz. O da danışdığı sözlərin hamısını Natiq müəllimə bildirmişdir. 2018-ci ildə isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Hüseynə 180.000 manat pul ödədiyi halda Hüseynlə sonuncunun həyat yoldaşı Məlakənin mülki mübahisələri Ali Məhkəməyə qədər gedib çıxmış, Ali Məhkəmə Hüseynin arvadının xeyrinə qərar çıxarmış, məhkəmə Dürdanə xanıma satılmış əmlak üzərində Məlakənin 2/3 hissəsinin payı olmasını tanımışdır. 1/3-i isə Hüseynə verilmişdir. Bundan sonra Dürdanə 180.000 manat pulun qaytarılması barədə Hüseyni Nərimanov rayon məhkəməsinə vermiş və məhkəməni udmuşdur. Hüseynin evli olduğu haqda məlumatının olmadığını, sonuncunun şəxsiyyət vəsiqəsində subay yazıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, “Azərbaycan Xalq Rəssamı” adına layiq görülmüşdür. 1987-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir nitq qüsürlü övladları dünyaya gəlmişdir. 2015-ci il mart ayında özləri üçün qeyriyaşayış sahəsi almaq istəmişlər. Onun işləri çox olduğu üçün bu işdə seçim etmək işini həyat yoldaşı Dürdanə xanıma həvalə etmişdir. Ona görə də Dürdanə xanım idman zalı kimi satışa çıxarılmış bir qeyri-yaşayış sahəsinin elanına internetdə baxaraq Şahid3 adlı makler (vasitəçi) ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs sözü gedən obyektə Şahid3la birlikdə gedib baxmış və məlum olmuşdur ki, qeyri-yaşayış sahəsini ünvan 6 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində olan və 113,7 m2 sahəni əhatə edir və Təqsirləndirilən şəxs adlı şəxsə məxsusdur. Həmin vaxt Təqsirləndirilən şəxs da oraya gəlmiş, Dürdanə qeyri-yaşayış sahəsini hansı səbəbdən satdığını soruşduqda Hüseyn bildirmişdir ki, qeyd olunan binada mənzili də vardır, onu da satır, çünki Ağsu şəhərində özü üçün univermaq tikdirir. Həmin vaxt Hüseynin bu sözlərini Ziyad da təsdiq etmişdir, bundan sonra yoldaşı Dürdanə həmin qeyr-yaşayış sahəsini bəyəndiyini bildirərək, qiymətini soruşmuş, Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsinin yalnız çıxarışının olmadığını və ondan başqa heç bir problemi olmadığını onun arvadına bildirmiş və ilkin olaraq həmin qeyri-yaşayış sahəsinin qiymətini 200.000 manata qiymətləndirmişdir. Arvadı Dürdanə ilə Hüseyn arasında olan razılaşma ilə həmin qeyriyaşayış sahəsini 180.000 min manata qiymətləndirilmişdir. Bu barədə Dürdanə ona məlumat vermiş və birlikdə həmin qeyri-yaşayış sahəsini almağa qərar vermişlər. Qeyriyaşayış sahəsinin sahibi Hüseyn həmin əmlakın atasından miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları pay şəkilində verməyə hazır olmaları barədə onlara demiş, bundan sonra həm obyektin satılması ilə bağlı razılıq ərizəsinin alınması, həm də pay məsələsinin həll edilməsi üçün 04 mart 2015- ci il tarixdə 19 nömrəli Notariat kontorunada görüşməyi qərara almışlar. Bu müddətə qədər hüquqşünas kimi tanıdığı Şahid1 adlı şəxsdən xahiş etmişdir ki, alacaqları qeyri-yaşayış sahəsinin sənədlərinin qaydasında olub-olmamasına baxıb fikir bildirsin. Beləcə, 04 mart 2015-ci ii tarixdə o, arvadı Zərərçəkmiş şəxs, hüquqşünas Şahid1, makler Ziyad və Təqsirləndirilən şəxs birlikdə 19 nömrəli Notariat kontoruna gəlmişlər. Orada Hüseyn sənədləri təqdim etmişdir, 19 saylı notariat kontorunun notariusunun Hüseynlə yaxın tanışlıq münasibətinin olduğunu hiss etmişlər. Çünki onlar orada elə görüşüb söhbət edirmişlər ki, elə bil uzun müddətdir bir-birlərini tanıyırlar. Sənədləşmə barədə Elbrusla söhbət zamanı onlara demişdir ki, Hüseynin subay olmağı dəqiq yoxlanmalıdır, çünki qeyri-yaşayış sahəsini birgə nikah dövründə alınmış olsa, mümkün olmayacaq, ya da hamınının razılığı lazım olacaqdır. Ona görə də, onlar bu barədə notariusa bildirmişlər və adını xatırlamadığı notarius onlara demişdir ki, Hüseyn subaydır, onlar da yoxlamışlar, şəxsiyyət vəsiqəsində də subay yazılmışdır. Sadəcə payçıların razılığı lazımdır. Həmin vaxt ərzində Hüseynlə səmimi söhbət edərək evli olub-olmadığını soruşduqda sonuncu bir daha bildirmişdir ki, subaydır, sonra şəxsiyyət vəsiqəsini də təqdim etmiş, həqiqətən də vəsiqədə subay kimi qeyd olunmuşdur. Hüseyn payçıların razılığın almaq üçün çıxıb getmiş və onlar 06 mart 2015-ci il tarixdə həmin Notariat kontorunda görüşməyi qərara almışlar. 06 mart 2015-ci il tarixdə o, həyat yoldaşı Zərərçəkmiş şəxs, makler Ziyad, hüquqşünas Elbrusla birlikdə Yasamal rayonunda yerləşən 19 saylı notariat kontoruna getmişlər. Təqsirləndirilən şəxs da gələrək payçıların imtina ərizələrini təqdim etmişdir. Elbrus da sənədlərə baxıb bildirmişdir ki, hər şey qaydasındadır. Notarius da sənədləri hazırlamağa başlamışdır. Qeyri-yaşayış sahəsinin çıxarışı olmamış, "xxxx" MTK-dan müqavilə ilə alındığından obyektin müqavilə sənədləri olmuşdur. Elbrus sənədlərə baxıb demişdir ki, sənədlər hamısı yerindədir, sadəcə alqı-satqı etmək üçün "xxxx" MTK-ya gedib paydan imtina edildikdən sonra yeni müqavilə bağlamalıdırlar. Daha sonra notarisusda işlərini tamamlayıb, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən "xxxx" MTK-nın baş ofisinə getmişlər. Hüseyn həmin əmlakın atasından miras qaldığı barədə və həmçinin digər payçıların həmin payları Təqsirləndirilən şəxs pay şəkilində verdikləri barədə sənədlərin sürətini də onlara təqdim etmişdir. Baş ofisdə Hüseyn ərizə yazaraq qeyri- yaşayış sahəsinin Dürdanənin xeyrinə imtina etdiyini bildirmiş və Dürdanə də həmin obyekti almağı barədə ərizə yazmışdır. Bununla əlaqədar həmin vaxt kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş, pay haqqını tam ödəmiş kooperativ üzvü olan Hüseynin dəyişdirilməsi və bununla əlaqədar ona məxsus qeyri-yaşayış sahəsinin yeni payçı kimi arvadı Dürdanənin adına rəsmləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs ilə kooperativ arasında müqavilə bağlanmış, kooperativdən pul borcunun olmamasına dair maliyyə arayışı da verilmişdir. Onlar da 180.000 manat pulu “ELİT" MTK-nın baş ofisində MTK- nın adlarını xatırlamadığı işçilərinin yanında Təqsirləndirilən şəxs vermişlər, Hüseyn isə bu barədə dilindən kağız yazıb onlara vermiş və qəbul etdiyi puldan 3000 manatı MTK-nın adını xatırlamadığı əməkdaşına vermişdir. Kooperativin ümumi yığıncağı ilə Dürdanə yeni payçı kimi tanınmışdır. Bundan sonra onlar təxminən 8.000 manat pul əlavə xərc çəkərək təmir işləri görmüşlər. Bir müddət hətta qeyri-yaşayış sahəsini icarəyə də vermişlər. 2016cı ilin payız aylarında Məlakə kimi özünü təqdim edən qadın Dürdanə xanıma zəng vuraraq bildirmişdir ki, Hüseynin keçmiş həyat yoldaşıdır, onlara satılan qeyri-yaşayış sahəsinin icazəsi olmadan satmışdır. Dürdanə xanım da Məlakəyə bildirmişdir ki, Hüseynin evli olmasından məlumatları olmamışdır, subay olması rəsmi şəkildə notariusda yoxlanılmışdır. Məlakə isə bildirmişdir ki, Hüseynin iki şəxsiyyət vəsiqəsi vardır, birində subay kimi, digərində evli kimi qeyd olunmuşdur. Dürdanə xanım da öz növbəsində bildirmişdir ki, bunlardan onların heç bir məlumatı yoxdur, 180.000 manat pul ödəyib qeyriyaşayış sahəsini almışlar. Məlakə isə bildirmişdir ki, məhkəməyə verib qeyri- yaşayış sahəsini geri alacaqdır. Daha sonra Dürdanə xanım Hüseynə zəng vurub bu söhbətin niyə belə olmasını soruşduqda Hüseyn bildirmişdir ki, ‘Məlakəni mənim boğazıma bağlamışdılar, indi boşanmışıq, onunla aramızda yaranan problemin sənə aidiyyəti yoxdur, ən pis halda sənin 180.000 manat pulunu sənə qaytaracam.” Bundan sonra o da narahat olub hüquqşünas Elbrus müəllimdən xahiş etmişdir ki, bu məsələ ilə maraqlansın. O da Hüseyn və onun vəkili ilə görüşüb ona bildirmişdir ki, qarşı tərəf heç bir problem yaşanmayacağına söz vermişdir. Onlar da bundan sonra rahat olub bir daha Hüseynə inanmışlar. 2018-ci ilin iyun ayında icarəyə vermiş olduqları icarədarlardan biri Dürdanə xanıma zəng edərək Yasamal rayon icra şöbəsinin əməkdaşlarının onlara məxsus qeyriyaşayış sahəsinə gəldiyini bildirmişlər. Onlar nə baş verdiyini aydınlaşdıran zaman məlum olmuşdur ki, Məlakə Hüseyndən məhkəmə qaydasında boşandıqdan sonra əmlakların 70% payçısı kimi tanınıb. Bundan sonra Yasamal rayon icra şöbəsinin əməkdaşları qarşı tərəfin iştirakı ilə həmin qeyri-yaşayış sahəsini boşaldaraq möhürləmişlər. O və Dürdanə xanım bu zaman Hüseynlə danışarkən qısa müddət ərzində məsələni həll edərək onlara məxsus qeyri-yaşayış sahəsini qaytaracağını və obyekti qaytarması üçün özünə aid olan əmlakların bəzisindən keçmiş həyat yoldaşının xeyrinə imtina edəcəyini bildirmişdir. Əks təqdirdə məsələ həllini tapmasa, ödəmiş olduqları 180.000 manat pulu və təmir üçün xərclədikləri 8.000 manatı qaytaracağını bildirmişdir. Lakin bir müddət keçsə də Təqsirləndirilən şəxs vermiş olduğu sözə əməl etmədiyi üçün arvadı Dürdanə xanım, eləcə də o dəfələrlə əlaqə saxlasalar da müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Təqsirləndirilən şəxs onlara təqdim etmiş olduğu sənədlər onların daxili inamının yaranmasına səbəb olmuş və Hüseyn yaranmış olan inamdan və etibardan sui-istifadə edərək pulu ələ keçirtmişdir. Onların Təqsirləndirilən şəxs arvadı Məlakə ilə boşanmasını əhatə edən 2016-2018-ci illərdə keçirilmiş Yasamal rayon məhkəməsinin, Bakı Apellyasiya məhkəməsi və Ali məhkəmənin proseslərindən xəbərləri olmamışdır. Hər üç məhkəmə arvadı Dürdanəyə satılmış olan 113,7 m2 qeyri-yaşayış sahəsinin 2/3-nin Məlakəyə məxsus olmasını təsdiq etmiş, həmin qeyri-yaşayış sahəsinin Təqsirləndirilən şəxs tərəfindən arvadına satılması barədə əqd etibarsız hesab edilmişdir. Arvadı Dürdanə də bundan sonra Nərimanov rayon məhkəməsində iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə Dürdanənin xeyrinə qətnamə çıxarmış və qətnamədə 180.000 manat pulun Təqsirləndirilən şəxs alınaraq arvadı Dürdanəyə verilməsi əks olunmuşdur. Lakin dəfələrlə Dürdanənin müraciətlərinə baxmayaraq Yasamal rayon icra şöbəsinin əməkdaşları tərəfindən qətnamə icra edilməmişdir. Bununla yanaşı 2019-cu il tarixdən başlayaraq Dürdanə müvafiq dövlət qurumlarına, hüquq mühafizə orqanlarına şikayətləri əsasında DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində cinayət işi başlanmışdır. Həmin idarə tərəfindən cinayət işi üzrə arvadı Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs kimi tanınmışdır. Bu vaxta kimi Təqsirləndirilən şəxs 180.000 manat pulu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2008- 2018-ci illər ərzində ev alqı-satqı işi ilə məşğul olaraq əmlakların alınıb-satılmasında vasitəçilik etmiş, yəni maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. 2015-ci ilin əvvəlində adını xatırlamadığı bir türk vətəndaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar adlanan ərazidə ev satmaq üçün ona müraciət edərkən öz aralarında söhbət zamanı ona demişdir ki, Təqsirləndirilən şəxs adlı bir tanışının qeyri-yaşayış sahəsini vardır, Hüseyn həmin sahəni satmaq istəyir, bu işdə kömək etmək lazımdır. O da həmin türk vətəndaşa Hüseynə obyektini satmaqda əlindən gələn köməklik göstərəcəyinə söz vermişdir. Qeyri-yaşayış sahəsinin harada olmasını və şəkillərini istəyərkən türk vətəndaşı demişdir ki, telefonun whatsapp sosial şəbəkəsi ilə ona göndərəcəkdir. Bir neçə gündən sonra həmin adam qeyri-yaşayış yerini və şəkillərini onun mobil telefonuna göndərmişdir. O, da həmin ünvan 6 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində olan və 113,7 m2 sahəni əhatə edən, idman zalı kimi istifadə olunan qeyri-yaşayış sahəsinin məlumatlarını bina.az internet səhifəsinə yerləşdirmişdir. Hüseyn həmin qeyri-yaşayış sahəsini 190.000 manata satışa qoymuşdur. O da saytda qiyməti elə göstərmişdir. 2015-ci ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edib Təqsirləndirilən şəxs satmaq istədiyi, bina.az internet səhifəsində yerləşdirdiyi Yasamal rayonu, Mirəli Seyidov küçəsi 43 ünvanında yerləşən, 113,7 m2 həcmində obyektlə maraqlandığını, qeyri-yaşayış sahəsinə baxmaq istədiyini bildirmiş, bilikdə qeyd edilən qeyri-yaşayış sahəsinə baxmışlar. Dürdanə xanım ona qeyri-yaşayış sahəsini 180.000 manata almaq istədiyini bildirmiş, bundan sonra o Hüseynlə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Növbəti gün obyektin qarşısında görüşmüşlər. Görüş zamanı Hüseyn qeyri-yaşayış sahəsini 180.000 manata Dürdanə xanıma satmağa razılaşmışdır. Hüseyn bildirmişdir ki, obyekti dəyərindən ucuz qiymətə satır, çünki Ağsu rayonunda özünə univermaq tikir, qeyri-yaşayış sahəsini olan binada mənzili və qarajı da vardır, onları da satır, lakin Hüseyn nədənsə digər tikililərinin satışını ona həvalə etməmişdir. Orada olan və binanın komendatı kimi fəaliyyət göstərən Fikrət adlı şəxs də Hüseynin dediklərini təsdiq etmişdir. Dürdanə xanım bu görüş zamanı Təqsirləndirilən şəxs 1000 manat beh pul vermişdir. Bir neçə gündən sonra qeyri-yaşayış sahəsinin qarşısında yenidən görüşmüşlər. Görüş zamanı Dürdanə xanımın əri Natiq, hüquqşünas Elbrusla gəlmiş, Hüseyn isə tək gəlmişdir. Binanın komendantı Fikrət obyekt barədə, xərclər barədə məlumat vermişdir. Daha sonra Dürdanə xanım ona demişdir ki, razılıq ərizəsinin alınması üçün notariusa gedirlər. O da onlarla bərabər 19 nömrəli Notariat kontoruna getmişdir. Notariusda söhbət zamanı onlar onu kənar tutmuşlar, o, çöldə onları gözləmişdir. Onlar çölə çıxdıqdan sonra söhbətlərindən başa düşmüşdür ki, "xxxx" MTK-nın payçısı kimi Hüseyn tərəfindən alınmış obyektdən imtina etmək üçün Hüseynin özünün və bacılarının notarial qaydada təsdiq edilmiş ərizələri tələb olunur. Ona görə də sənəd çatışmadığından notariat işi bir neçə gündən sonraya qalmışdır. İki gündən sonra, yəni 06 mart 2015-ci il tarixdə yenidən Yasamal rayonunda yerləşən, “Şahdağ” restoranın yaxınlığındakı 19 nömrəli notariusda Hüseyn, Dürdanə, Elbrus, Natiq və o görüşmüşlər. Görüş zamanı obyektin satılması ilə bağlı razılıq ərizəsi də yazılmış və notarial qaydada təsdiqlənmiş, o cümlədən paydan imtina barədə ərizələr də notariusa təqdim edildikdən sonra elə həmin günü "xxxx" MTKnın baş ofisinin yerləşdiyi Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən ünvana getmişlər. Ofisə onu buraxmamışlar. Hüseyn, Dürdanə, Natiq və Elbrus ofisə keçib öz aralarında söhbət etmişlər, obyekt Zərərçəkmiş şəxs adına sənədləşdirilmiş, daha sonra həmin şəxslər çölə çıxaraq bir-birlərinə xeyir-dua vermişlər. Oradan da bir yerdə obyektin qabağına getmişlər. Orada Dürdanə komendant Fikrətin vasitəsilə qıfılı dəyişdirmiş, onun xidmət haqqını da verəndən sonra o çıxıb getmişdir. Dürdanə xanım idman zalında müəyyən təmir işləri aparmışdır. Daha sonra isə o, Dürdanə üçün müştəri tapmış və obyekti icarəyə vermişdir. Təxminən bir ildən sonra isə 2016-cı ildə Dürdanə xanım onunla telefon əlaqəsi saxlayıb demişdir ki, obyektin problemi çıxıb, Hüseyn obyekti satarkən evli olub, boşanma ərəfəsində ailəsinin razılığı olmadan obyekti satıbdır. Belə ki, bir nəfər Məlakə adlı qadın ona zəng vurub bildirmişdir ki, o, Hüseynin keçmiş həyat yoldaşıdır, obyekt satılarkən onlar evli olmuşlar və onun alqı-satqı zamanı razılığı alınmamışdır, bu səbəbdən də obyekt ona qaytarılmalıdır. O da Dürdanəyə demişdir ki, onun Hüseynin ailəli olmasından xəbəri olmamışdır. Bununla əlaqədar o, Hüseynlə əlaqə saxlayıb nə üçün obyektlə bağlı problem çıxartdığını, arvadının obyekti geri almaq istədiyini bildirərkən Hüseyn ona demişdir ki, arvadının obyektə heç bir aidiyyəti yoxdur, məsələni həll edib yoluna qoyacaqdır. O da bundan sonra Hüseynə inanmış və Dürdanə xanıma dediklərini bildirmişdir. 2018-ci ildə isə Dürdanə xanım ona zəng vurub obyektdə məhkəmə icraçılarının olduğunu və onun ora getməyinin vacib olduğunu demişdir. O oraya gələndə görmüşdür ki, həqiqətən məhkəmə icraçıları, Hüseynin keçmiş həyat yoldaşı, qohumları oradadırlar. Məlum olmuşdur ki, oradakı xanım, yəni Hüseynin arvadı Məlakə məhkəmə yolu ilə obyektin 2/3-nin qaytarılmasına nail olmuşdur. O, dəfələrlə Hüseyni yığsa da sonuncu telefona cavab verməmişdir. O da Dürdanə xanıma məhkəməyə müraciət etməsini bildirmişdir. Şahid3 ifadəsində əlavə olaraq göstərmişdir ki, o, Dürdanə xanımın Hüseynə 180.000 manat pul verməsinin şahidi olmuşdur. MTK-nın baş ofisində sənədləşmə işində o iştirak etməmiş, Dürdanə, əri Natiq və hüquqşünasları Elbrus və Hüseyn iştirak etmişdir. Təqsirləndirilən şəxs alqı-satqı zamanı evli olması barədə heç bir məlumatı olmamışdır, onu maraqlandırmadığı üçün belə bir şeyi də ümumiyyətlə soruşmamışdır. Təqsirləndirilən şəxs pulu qaytarmadığı üçün Zərərçəkmiş şəxs sonuncu barəsində Nərimanov rayon məhkəməsinə iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə Dürdanə xanımın xeyrinə qətnamə çıxarmış və qətnamədə 180.000 manat pulun Təqsirləndirilən şəxs alınaraq Dürdanə xanıma verilməsi qət olunmuşdur. Lakin bildiyinə görə Hüseyn 180.000 manat pulu Zərərçəkmiş şəxs qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 03.01.2006-cı il tarixdən "xxxx" Mənzil-Tikinti Kooperativin direktoru vəzifəsində çalışır. Rəhbərlik etdiyi MTK ünvan 8 ünvanında yerləşir. Qeyd olunan MTK tərəfindən 2005-ci ilin əvvəllərində ünvan 6 ünvanında 1 girişli, 16 mərtəbəli yaşayış binası tikilmiş və 2018-ci il tarixdə sakinlərin tam olaraq istismarına verilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 113,7 m2 sahəni əhatə edən qeyri-yaşayış sahəsi “Kooperativ binada mənzil tikintisi haqqında” 06.01.2006-cı il tarixli müqavilə əsasında əslən Ağsu rayonundan olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs satılmışdır Belə ki, həmin qeyri-yaşayış sahəsinin alınması üçün ilk öncə Təqsirləndirilən şəxs atası mərhum X8 ona müraciət etmiş, bundan sonra o, maraqlanaraq almaq istədiyi qeyriyaşayış sahəsini göstərmiş, sonuncu da bəyənərək həmin qeyri-yaşayış sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra X6 Muradxanovla birgə MTK-ya gələrək qeyri-yaşayış sahəsini qəti olaraq almaq istədiklərini demişlər. Həmçinin Muradxan bildirmişdir ki, alacaqları qeyri-yaşayış sahəsi oğlu Hüseynin adına rəsmiləşəcəkdir. Daha sonra onlar MTK tərəfindən obyektin satış qiymətinə uyğun olaraq müvafiq pulu ödədikdən sonra MTK ilə Təqsirləndirilən şəxs arasında “Kooperativ binada mənzil tikintisi haqqında” 06.01.2006-cı il tarixli müqavilə tərtib edilmiş və sürəti Təqsirləndirilən şəxs verilmişdir. Hüseyn daha sonra aldığı qeyri- yaşayış sahəsini təmir etdikdən sonra onu idman zalı kimi icarəyə vermişdir. Həmin 113,7 m2 sahəni əhatə edən qeyri-yaşayış sahəsinin ilk alıcısı Təqsirləndirilən şəxs olmuşdur. Daha sonralar, yəni 06.03.2015-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı əsasında "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs razılığı ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs satılmışdır. Belə ki, 2015-ci ilin təxminən mart ayının əvvəllərində Təqsirləndirilən şəxs MTK-nın baş ofisinə gələrək onunla görüşmüş və 2006-cı ildə almış olduğu qeyri-yaşayış sahəsini satmaq istədiyini bildirmiş, bunun üçün nə etməli olduğunu ondan soruşmuşdur. O da həmin vaxt izah etmişdir ki, binadan almış olduğu qeyri-yaşayış sahəsini başqa bir alıcıya satmaq istəyirsə, bunun üçün obyektin satılmasına özünün və digər ailə üzvülərinin razılıq verməsi ilə bağlı ərizələr olmalı və notarial qaydada təsdiq edilməlidir. Bundan sonra MTKnın ofisində kooperativ üzvlərinin ümumi yığıncağı keçirilməli, qəbul edilmiş qərar əsasında yeni müqavilə bağlanmalı və pul borcunun olmaması barədə maliyyə arayışı tərtib edilməlidir. Həmin vaxt Hüseyn ona demişdir ki, subaydır, hətta şəxsiyyət vəsiqəsini də göstərmiş, doğrudan da vəsiqədə subay olduğu yazılmışdır. O da demişdir ki, razılıq ərizəsi yazıb, notarial qaydada təsdiq etdir, ondan sonra digər sənədləşmə proseduru həyata keçirilər. Bu hadisədən bir neçə gün sonra, dəqiq olaraq 06.03.2015-ci il tarixdə Təqsirləndirilən şəxs qeyri- yaşayış sahəsini satacağı şəxslə, yəni Zərərçəkmiş şəxs ilə MTK-nin baş ofisinə gəlmişdir. Dürdanə ilə yanaşı sonuncunun əri Natiq Əlliyev, hüquqşünasları Şahid1 və Ziyad adlı makler də gəlmişdir. Baş ofisdə Hüseyn ərizə yazaraq obyektdən Dürdanənin xeyrinə imtina etdiyini bildirmiş və Dürdanə də həmin qeyri-yaşayış sahəsini almağı barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs ərizəsi notarial qaydada təsdiq edilmişdir. Bununla əlaqədar həmin vaxt kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş, pay haqqını tam ödəmiş kooperativ üzvü olan Təqsirləndirilən şəxs dəyişdirilməsi və bununla əlaqədar ona məxsus qeyri-yaşayış sahəsinin yeni payçı kimi Dürdanənin adına rəsmiləşdirilməsi barədə MTK tərəfindən qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs ilə kooperativ arasında 06.03.2015-ci il tarixli müqavilə bağlanmış, kooperativdən pul borcunun olmamasına dair Dürdanəyə maliyyə arayışı da verilmişdir. Dürdanə xanım da "xxxx" MTK ilə bağladığı müqavilənin şərtlərinə uyğun olaraq aldığı qeyri-yaşayış sahəsinin ümumi dəyərinin 2,5 faizə qədərini Kooperativə ödəmişdir. Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsini Dürdanəyə 180.000 manata satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs həmin qeyri-yaşayış sahəsinin qapısının açarını binanın komendantı Şahid5 vasitəsi ilə dəyişdirmiş, daha sonra təmir işləri aparmış və yenidən həmin qeyri-yaşayış sahəsini idman zalı kimi icarəyə vermişdir. Təxminən bir ildən sonra 2016-cı ildə eşitmişdir ki, Təqsirləndirilən şəxs subay deyil, Məlakə adlı xanımla 2003-cü il tarixdən evli olmuşlar, 2016-cı il tarixdə rəsmi olaraq boşanmışlar. Yasamal rayon məhkəməsində Hüseyn və Məlakənin qarşılıqlı olaraq bir-birlərinə qarşı əmlak iddiası ilə bağlı ona sorğu gəlmiş, Hüseynin MTK-nın binasında olan əmlakları ilə bağlı məlumat istənilmişdir. Hüseynin MTK-nın sözügedən binasında 113,7 m2 qeyri-yaşayış sahəsindən başqa, 18 m2 sahəsi olan qarajı və sahəsi 175,4 m2 olan 16 saylı mənzili də olmuşdur. Qarajı və mənzili 16.12.2005-ci il tarixdə MTK ilə həmin tarixdə bağladığı müqavilələr əsasında almışdır. O da bu əmlaklar barədə məhkəməyə məlumat vermiş, müqavilələrin sürətini məhkəməyə təqdim etmiş və hətta proseslərdə də iştirak etmişdir. Daha sonra Yasamal rayon məhkəməsi 14 oktyabr 2016-cı il tarixdə qətnamə çıxardaraq 113,7 m2 qeyri-yaşayış sahəsinin 2/3-nin Məlakəyə məxsus olmasını təsdiq etmiş, həmin obyektin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs satılması barədə əqdi isə etibarsız hesab etmişdir. Daha sonrakı illərdə isə Bakı Apellyasiya məhkəməsi və Ali məhkəmə də Yasamal rayon məhkəməsinin bu qərarını təsdiqləmişdir. 2018- ci ildə məhkəmə icraçıları gələrək qeyri-yaşayış sahəsini möhürləmişlər, bundan sonra Zərərçəkmiş şəxs əşyalarını yığaraq çıxmışdır. O sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinə iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci ildə Dürdanə xanımın xeyrinə qətnamə çıxartmış və qətnamədə 180.000 manat pulun Təqsirləndirilən şəxs alınaraq Dürdanə xanıma verilməsi qət olunmuşdur. Lakin bildiyinə görə Hüseyn 180.000 manat pulu Zərərçəkmiş şəxs qaytarmamışdır. O, həmçinin ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsindəki, sahəsi 113,7 m2 olan qeyri-yaşayış sahəsini 06.01,2006-cı il tarixdə Təqsirləndirilən şəxs satan zaman sonuncunun şəxsiyyət vəsiqəsini istəmiş və almışdır. Bağladıqları 06.01 2006-cı il tarixli müqavilə onun şəxsiyyət vəsiqəsi əsasında tərtib edilmişdir. Hüseynin şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2006-cı il tarixdə ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi 2003-cü il tarixdə Ağsu RPŞ-dən alınmışdır. Sahəsi 113,7 m2 olan qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs satan zaman, yəni 2015-ci il tarixdə Hüseynin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi isə 2008-ci il tarixdə Ağsu RPŞ-dən alınmışdır. Ona görə də vəsiqələr eynilik təşkil etməmiş, lakin hər iki şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs ailə vəziyyəti subay kimi göstərilmişdir. Bundan başqa, 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsi ilk dəfə 06.01.2006-cı il tarixdə Təqsirləndirilən şəxs satılmışdır. Daha sonra isə 06.03.2015-ci il tarixdə Təqsirləndirilən şəxs həmin obyekti MTK-da müqaviləsini yeniləyərək Zərərçəkmiş şəxs satmışdır. 06.01.2006-cı il tarixdən 06.03.2015-ci il tarixə kimi sözügedən qeyri-yaşayış sahəsi başqa heç kimin adına rəsmiləşdirilməmişdir. Ona görə də həmin obyekt Təqsirləndirilən şəxs mülkiyyəti olmuş, X13dan miras qalmamışdır. Təqsirləndirilən şəxs digər ailə üzvülərindən, yəni - 4 bacısından həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılması ilə bağlı razılıq ərizələrini alması, həmçinin notarial qaydada təsdiq etdirərək Zərərçəkmiş şəxs və sənədləşmə apardıqları 19 saylı Notariusa təqdim etməsi barədə məlumatı olmamışdır, əgər belə şey olubsa da öz aralarında bu məsələni həll etmişlər. O həmin sənədləri görməmiş, ona da kimsə həmin sənədləri təqdim etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Eyni zamanda 2008-ci ildən hazırki vaxta qədər ünvan 9 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş 15 mərtəbəli binanın komendantı işləyir. Muradxan Muradxanovu 2010-cu il tarixdən bina sakini kimi tanımış, sonuncunun həmin binada həm 16 nömrəli yaşayış evi, həm də qeyri-yaşayış sahəsi olmuşdur. Muradxanla 2010-cu il tarixdə qeyd etdiyi mənzilini təmir etməyə gələn zaman tanış olmuşdur. Daha sonra isə o, Muradxan kişinin oğlu Təqsirləndirilən şəxs da tanımış və Hüseynlə ilk dəfə 2012-ci il tarixdə evin təmiri üçün baxmağa gələndə görüb tanış olmuşdur. 2012-ci ildə isə eşitmişdir ki, Muradxan vəfat etmişdir. 2015-ci ilin mart ayının əvəllərində Hüseyn zəng vurub onu birinci mərtəbədə yerləşən və idman zalı kimi icarəyə verilmiş, obyektin qarşısına onu çağırmışdır. O oraya gələndə Hüseyndən başqa bir qadın və bir neçə tanımadığı kişi olmuşdur. Sonradan məlum olmuşdur ki, qadın Zərərçəkmiş şəxsdır, yanında gələnlər isə Dürdanənin əri Şahid2, hüquqşünasları Şahid1dir. Həmin vaxt onların yanında Hüseyn ona bildirmişdir ki, özünə məxsus olan idman zalı kimi fəaliyyət göstərən, 113,7 m2 qeyri-yaşayış sahəsini Dürdanə adlı xanıma satmışdır. O da xeyir-dua vermiş və zalın giriş qapısının kilidinin dəyişdirilməsində kömək etmiş, yeni açarları da Dürdanəyə təqdim etmişdir. Dürdanə xanım aldığı həmin qeyri-yaşayış sahəsini təxminən 2 il müddətinə qədər icarəyə vermişdir. 2018-ci ildə məhkəmə orqanlarının əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən ona məlum olmuşdur ki, Hüseyn arvadından boşanmışdır, ona görə də məhkəmə icraçıları onların arasında mülk bölgüsü ilə bağlı iş aparır. O, Hüseynin ailəli olması barədə məlumatlı olmuş, lakin bunu soruşan olmadığı üçün bu barədə heç kimə bir söz deməmişdir. 2018-ci ildə isə o, konkret bilmişdir ki, Hüseynin adına olan bütün əmlaklar məhkəmə tərəfindən keçmiş həyat yoldaşı Məlakə ilə aralarında bölünmüşdür. Hüseynin arvadı Məlakə məhkəmə yolu ilə sözügedən qeyri-yaşayış sahəsinin 2/3-nin qaytarılmasına nail olmuşdur. Bundan sonra məhkəmə icraçıları Dürdanə xanımdan qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişlər və sonuncu da orada olan idman avadanlıqlarını götürüb aparmışdır. Onlarla bir binada yaşayan İlqar adlı şəxsin şikayəti əsasında o, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində və Yasamal rayon məhkəməsində ifadə vermişdir. Belə ki, Hüseyn evli olduğu halda özünü subay kimi təqdim edərək həmin binada İlqara qaraj satmış, həm də Dürdanə xanıma idman zalını satmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs pulu qaytarmadığı üçün Zərərçəkmiş şəxs barəsində Nərimanov rayon məhkəməsinə iddia qaldırmış və Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə Dürdanə xanımın xeyrinə qətnamə çıxartmış və qətnamədə 180.000 manat pulun Təqsirləndirilən şəxs alınaraq Dürdanə xanıma verilməsi əks olunmuşdur. Onun səlahiyyətinə aid olmadığı üçün obyektlərin satışında və sənədləşdirilməsində iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları vardır. Təqsirləndirilən şəxsla ailə münasibətləri 2016-cı il tarixə kimi normal olmuş, 2016-cı ilin noyabr ayında isə rəsmi olaraq Yasamal rayon məhkəməsi vasitəsi ilə boşanmışlar. Boşanmaqlarına səbəb isə Hüseynin ondan, ailəsindən xəbərsiz Bakı şəhərində başqa bir qadınla qeyri-rəsmi olaraq yaşaması olmuşdur. Hətta Hüseyn həmin qadınla özünə toy da etmiş, o bunu sonradan öyrənmiş və ailə münasibətləri pozulmuşdur. Bundan sonra Hüseyn ondan boşanmaq üçün rəsmi olaraq Yasamal rayon məhkəməsinə müraciət etmişdir. O da buna cavab olaraq əmlaklarının bölünməsinə dair qarşılıqlı iddia ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. 2016-cı il tarixdə Yasamal rayon məhkəməsində boşanma məsələləri həll edilən zaman, eyni zamanda birgə nikah dövründə əldə edilən əmlaklar araşdırılan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan xəbərsiz olaraq birgə nikah dövründə əldə etdikləri, yəni 2006-cı ildə "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsində 113,7 m2 qeyri-yaşayış sahəsini, eləcə də digər bir sıra əmlakları başqa şəxslərə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs "Elit” MTK-nın ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsini Bakı şəhər sakini Zərərçəkmiş şəxs satmış və bununla bağlı 06.03.2015- ci il tarixli "Kooperativ binada mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Sözügedən qeyriyaşayış sahəsinin Zərərçəkmiş şəxs satılmasından qətiyyən xəbəri olmamışdır. Ona görə də Bakı şəhəri Yasamal rayon məhkəməsi 14 oktyabr 2016-cı il tarixli, 2(004)-233/2016 nömrəli qətnamə çıxardaraq Təqsirləndirilən şəxs ona qarşı “əmlak bölgüsünə dair" ilkin iddia ərziəsi rədd edilmiş, onun qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmişdir. "Elit” MTK-da olan ünvan 3 ünvanındakı 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs satılması barədə 06.03.2015-ci ii tarixli əqd etibarsız hesab edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin 1/3-nə Təqsirləndirilən şəxs, 2/3- nə isə onun mülkiyyət hüququ tanınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmənin qərarından narazı qalaraq Bakı Apellyasiya məhkəməsinə şikayət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs daha sonra Ali məhkəməyə də qeyd olunan məsələ ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin 16 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Hüseynin şikayəti təmin edilməmişdir. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən 31 may 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli icra sənədi əsasında icraya başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" MTK tərəfindən verilmiş 20 iyun 2018- ci il tarixli əmrlə ünvan 3 ünvanındakı 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış 06.01.2006 və 06.03.2015-ci il tarixli mənzil-tikinti müqavilələrinə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin 1/3-nin Təqsirləndirilən şəxs, 2/3-nin isə ona məxsus olması barədə "xxxx" MTK tərəfindən yeni müqavilələr bağlanmışdır. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ünvan 3 ünvanındakı 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyriyaşayış sahəsini möhürləmişlər, orada fəaliyyət göstərən Zərərçəkmiş şəxs obyektdən çıxarılmışdır. O, 2016-cı il qeyri-yaşayış sahəsinin Dürdanə Vəkilovya satılması barədə məlumat alan zaman Dürdanə ilə telefonda danışmış, sonuncuya həmin vaxt xəbərdarlıq etmişdir ki, Hüseyndən boşanır, Hüseynin həmin qeyri-yaşayış sahəsini satmasından da xəbəri olmamışdır, məhkəmə yolu ilə həmin qeyri-yaşayış sahəsini də alacaqdır. Dürdanə də ona demişdir ki, Hüseyn ona qeyri-yaşayış sahəsini satmışdır. O, yalnız 2018-ci il tarixdə bilmişdir ki, Hüseyn Dürdanəyə həmin qeyri-yaşayış sahəsini 180.000 manata satmışdır. Həmin 180.000 manat puldan ona, eləcə də ailəsinə xərcləməmişdir. Onların həmin puldan xəbərləri olmamışdır. Sonradan öyrənmişdir ki, Hüseyn 06 mart 2015-ci il tarixdə qeyri-yaşayış sahəsini satan zaman özünü subay kimi təqdim etmiş, evli olduğunu gizlətmişdir. Doğurdan da həminki dövrdə olan şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilmişdir. Ona demişdir ki, Ağsu rayon polis şöbəsində vəsiqə verən zaman texniki səhv olaraq onun ailə vəziyyətini sənəddə subay kimi göstərmişlər. ünvan 3 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri- yaşayış sahəsinin borclu Təqsirləndirilən şəxs məxsus 1/3 hissəsi qiymətləndirilərək ona təklif olunmuşdur. Hüseynin ona borcu olmuş, həmin təklif onun tərəfindən qəbul edilmiş və göstərilən əmlaka onun tam mülkiyyət hüququ (payçılıqla) tanınmışdır. Bununla əlaqədar "xxxx" MTK tərəfindən 01 noyabr 2018-ci il tarixdə əmr verilərək həmin tarixdə qeyriyaşayış sahəsinin tam payla onun adına yeni mənzil-tikinti müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsi 12 dekabr 2018-ci il tarixdə qətnamə çıxardaraq 180.000 manat pulun Hüseyndən alınaraq Dürdanəyə ödənilməsi barədə qərar qəbul etmişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, 113,7 m2 sahəsi olan qeyri- yaşayış sahəsi ilk dəfə 06.01.2006-cı il tarixdə onlara, yəni əri Təqsirləndirilən şəxs "xxxx" MTK tərəfindən satılmışdır. Daha sonra isə 06.03.2015-ci il tarixdə Təqsirləndirilən şəxs onun xəbəri olmadan həmin qeyri-yaşayış sahəsi ilə bağlı müqaviləni MTK-da özünü subay kimi təqdim etməklə Zərərçəkmiş şəxs satmışdır. Onun bundan xəbəri olmamışdır. 06.01.2006-cı il tarixdən 06.03.2015-ci il tarixə kimi sözügedən qeyri-yaşayış sahəsi başqa heç kimin adına rəsmiləşdirilməmişdir. Həmin qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs və onun birgə mülkiyyətləri olmuş, X13dan miras qalmamışdır. Təqsirləndirilən şəxs digər ailə üzvülərindən, yəni - 4 bacısından həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılması ilə bağlı razılıq ərizələrini alması, həmçinin notarial qaydada təsdiq etdirərək Zərərçəkmiş şəxs və sənədləşmə apardıqları 19 saylı Notariat kontoruna təqdim etməsi barədə məlumatı olmamışdır. O həmin sənədləri görməmiş, ona da kimsə həmin sənədləri təqdim etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək öz müdafiəsi üçün gətirdiyi dəlillər, eləcə də ifadələrində "xxxx" MTK-nın ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsini 06 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs adlı şəxsə satarkən, həmin yaşayış sahəsinin 6 yanvar 2006-cı il tarixdə, yəni Şahid6 ilə birgə nikah müddətində öz adına sənədləşdirilməsinə baxmayaraq 2013-cü il tarixdə vəfat etmiş mərhum atası X1 ondan xəbərsiz olaraq öz adına "xxxx" MTK-da həmin əmlakı sənədləşdirməsi, yeni müqavilə bağlaması və buna görə həmin əmlakın guya ona mərhum X13 tərəfindən miras qalması, alqı-satqı edilərkən arvadı Şahid6 razılıq ərizəsinin tələb edilməsinə ehtiyac qalmaması, o cümlədən özünü Zərərçəkmiş şəxs və digərlərinə subay kimi təqdim etməməsi barədə göstərdiyi hallar cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Muradxan Hüseynovun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 11.11.2020-ci il tarixli Şahid4 ilə təqsirləndirilən şəxs Muradxan Hüseynov arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid4 istintaqa verdiyi ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona adı gedən qeyri-yaşayış sahəsini satmaq istədiyini, o, qeyri-yaşayış sahəsini satmaq üçün Hüseynə ailə üzvlərinin razılığının olmasını bildirdikdə, sonuncunun həmin vaxt ona subay olduğunu dediyini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Kooperativ binada mənzil tikintisi haqqında” 06.01,2006-cı il tarixli müqavilə və şəxsi vərəqələrindən görünür ki, Muradxanov X4 müvafiq pul ödəməklə "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsini almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 06.03.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə, həmin tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən binasının 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs razılığı ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs satılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(004)-233/2016 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şahid6 qarşı nikahın ləğvi və əmlak bölgüsü tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Şahid6 qarşı “əmlak bölgüsünə dair” ilkin iddia ərziəsi rədd edilmiş, Şahid6 qarşılıqlı iddia ərisəzi qismən təmin edilmişdir. "xxxx" MTK-da olan ünvan 3 ünvanında 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs satılması barədə 06.03.2015-ci il tarixli əqd etibarsız hesab edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin 1/3-nə Təqsirləndirilən şəxs, 2/3-ə isə Şahid6 mülkiyyət hüququ tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2017- ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs və cavabdeh Şahid6 apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(102)-2743/18 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərindən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən 31 may 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2016- cı i! tarixli icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" MTK tərəfindən verilmiş 20 iyun 2018- ci il tarixli əmrlə ünvan 3 ünvanın 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış 06.01.2006 və 06.03.2015-ci il tarixli mənziltikinti müqavilələrinə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin 1/3-nin Təqsirləndirilən şəxs, 2/3-nin isə Şahid6 məxsus olması barədə "xxxx" MTK tərəfindən yeni müqavilələr bağlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş icra sənədləri və Yasamal rayon məhkəməsinin 14.10.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, ünvan 3 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 113,7 m2 qeyri-yaşayış sahəsinin borclu Təqsirləndirilən şəxs məxsus 1/3 hissəsi qiymətləndirilərək tələbkara təklif olunmuş, həmin təklif qəbul edilmiş və göstərilən əmlaka tələbkar Şahid6 mülkiyyət hüququ (payçılıqla) tanınmışdır. Bununla əlaqədar "xxxx" MTK tərəfindən 01 noyabr 2018-ci il tarixdə əmr verilərək həmin tarixdə qeyri-yaşayış sahəsinin tam payla tələbkar Şahid6 adına yeni mənzil-tikinti müqaviləsi bağlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(005)-4097/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinə ödənilmiş pulun və əmlak üzərində aparılmış yaxşılaşdırma işlərinə görə çəkilmiş xərcin ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərziəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə göstərilən qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 180.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulmasını qət edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi icra edilməmiş, Təqsirləndirilən şəxs tərəfindən həmin qətnamədə nəzərdə tutulmuş 180.000 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında 12 sentyabr 2003-cü il tarixdə Bakı nikah evində (Səadət sarayı) 1827 nömrəli Nikah haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən daxil olmuş 22.10.2020-ci il tarixli, 022/22-10176-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07.08.1998-ci il tarixdən daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, 21.09.2017-ci il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arzusu ilə) əsasən xidmətdən xaric edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-nin Baş Kadrlar İdarəsinin 31 avqust 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2014-cü il tarixdən 11 may 2017-ci il tarixdək, yəni qeyd olunan cinayət əməlini törədərkən DİN-nin NBPİ-nin X15 Polis idarəsinin İctimai təhlükəsizlik şöbəsində inspektor vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 22.10.2020-ci il tarixli, 018-10801-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilk dəfə 15.02.2002ci il tarixdə Ağsu Rayon Polis Şöbəsi tərəfindən AZE-00075511 nömrəli, həmin sənədi itirdiyinə görə 05.09.2003-cü il tarixdə AZE-01129390 nömrəli, 25 yaşına çatması ilə əlaqədar 11.08.2008- ci il tarixdə AZE-06302149 nömrəli, ailə vəziyyətinin dəyişməsi ilə bağlı 09.10.2015-ci il tarixdə AZE-15924104 nömrəli, 35 yaşına çatması ilə əlaqədar 01.08.2016-cı il tarixdə AZE-15300336 nömrəli və ailə vəziyyətinin dəyişməsi ilə bağlı 06.04.2018-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs verilmiş AZE-00075511, AZE-01129390, AZE-06302149 nömrəli şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlər saxlanma müddəti bitdiyindən məhv edilmişlər. Qeyd olunan məktuba əlavə edilmiş 11.08.2008-ci il tarixdə verilmiş AZE-06302149 nömrəli şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs ailə vəziyyəti subay kimi qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsindən verilmiş “Nikahın pozulması haqqında Şəhadətnamə”nin sürətindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 avqust 2017-ci il tarixdə 439 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu Rayon Notariat Ofisindən daxil olmuş 05 noyabr 2020-ci il tarixli, 131 nömrəli məktubdan görünür ki, 04.11.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka mərhumun oğlu olan Təqsirləndirilən şəxs 03.12.2013-cü il tarixdə əmənət məbləğinə dair, 17.12.2013-cü il tarixdə əmənət məbləğinə dair, 29.04.2014-cü il tarixdə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 376,5 m2 olan fərdi yaşayış evinə dair və 29.04.2014-cü il tarixdə ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 187,5 m2 olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin 01.01,2015-ci il tarixdən 10.03.2015-ci il tarixədək Təqsirləndirilən şəxs heç bir müraciəti qeydə alınmamışdır. O cümlədən, ünvan 12 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 113,7 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı heç bir notariat hərəkəti rəsmiləşdirilməmişdir. 03.12.2013-cü il tarixdə verilmiş vərəsəlik şəhadətnaməsinə əlavə edilmiş vərəsələr İbadova Fəzilə, Məmmədova Vəsilə, Məmmədova Xumara, Məmmədova Mətanətin təsdiq olunmuş miras əmlakdan imtina ərizələrinin sürətləri məktuba əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 23 yanvar 2021-ci il tarixli, 018- 753-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 yaşına çatması ilə əlaqədar AZE-06302149 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs 11,08.2008-ci il tarixdə verilmiş AZE-06302149 nömrəli şəxsiyyət vəsiqəsi üçün sənədlər hazırda Ağsu Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru vəzifəsində xidmət edən polis mayoru X18 tərəfindən qəbul edilmişdir. Ölkə vətəndaşlarına köhnə nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi zamanı tələb olunan ərizə-anketdə vəsiqə sahibinə aid məlumatların, o cümlədən ailə vəziyyətinin ərizəçi tərəfindən qeyd edilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olmadığından, bu məlumatlar ərizə-anket və müvafiq sənədlər əsasında qəbul edilmişdir. Təqsirləndirilən şəxs 11.08.2008-ci il tarixdə AZE- 06302149 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 il 10 ay 20 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. 29.07.2019-cu il tarixdə Bakı Apeilyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 24.05.2021-ci il tarixli, 21-1/141079 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilməklə 01 il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökm 23.09.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 182-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti 06 ay uzadılmışdır. 08.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, icra olunması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmiş və hal-hazıradək verilmiş cəza məhkum tərəfindən çəkilməmişdir. 08.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, icra olunması üçün Bakı şəhəri Yasamal rayon polis idarəsinə göndərilmiş və verilmiş cəza məhkum tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 27-ci bəndinə əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkumetmə şəxsin sınaq müddətində qəsdən törətdiyi az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdiyi halda ləğv edilir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayət əməlini əvvəlki hökmlə təyin olunan şərti cəzanın sınaq müddətindən əvvəl törətmişdir. Belə hallarda birinci hökm üzrə şərti məhkumluq müstəqil icra olunmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları- 01.11.2013-cü il təvəllüdlü X10 və 28.03.2015-ci il təvəllüdlü X7 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qimətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hüseyn Muradxanlı oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti müəyyən edilməklə 01 il 10 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Kooperativ binada mənzil tikintisi haqqında” 06.01.2006-cı il tarixli müqavilə, şəxsi vərəqələr, 06.03.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə, həmin tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı, 12 sentyabr 2003-cü il tarixli, Bakı nikah evində (Səadət sarayı) qeydə alınmış 1827 nömrəli Nikah haqqında akt qeydi və Ağsu RPŞ tərəfindən 2008-ci il tarixdə verilmiş AZE № 06302149 şəxsiyyət vəsiqəsinin sürəti iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hüseyn Muradxanlı oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti müəyyən edilməklə 01 il 10 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Kooperativ binada mənzil tikintisi haqqında” 06.01.2006-cı il tarixli müqavilə, şəxsi vərəqələr, 06.03.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə, həmin tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı, 12 sentyabr 2003-cü il tarixli, Bakı nikah evində (Səadət sarayı) qeydə alınmış 1827 nömrəli Nikah haqqında akt qeydi və Ağsu RPŞ tərəfindən 2008-ci il tarixdə verilmiş AZE № 06302149 şəxsiyyət vəsiqəsinin sürəti iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar