Məhkəmə qərarları › İş №1(101)-1235/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1235/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1235/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1- (xx.xx.1997-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Cəbrayıl rayonu, Alıkeyxalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmişhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2- (xx.xx.1987-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Zəngilan rayonu, Ördəkli ərazi dairəsi, Qaradərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqa məlum olmayan «Mehdi» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, internet sosial şəbəkə vasitəsi ilə «Mehdi» adlı şəxslə əlaqə saxlayıb istintaqa məlum olmayan vaxt və tarixdə sonuncunun göndərdiyi külli miqdarda 38,713 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə həmin narkotik vasitə heroinin bir qismini, yəni 4,679 qramını sataraq Təqsirləndirilən şəxs2 vermiş, 9,229 qram çəkidə hissəsini üzərində, qalan 24,805 qram çəkidə hissəsini isə yaşadığı evində saxlamış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:20-də o, Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2a yerləşən DİN-nin BNMİ-nin inzibati binasına aparılmış, orada həmin gün saat 17:55-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 isə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə axtarış keçirilərkən, evin girişinin sol tərəfində yerləşən üçüncü otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən içrisində bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 24,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə 4,679 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istifadə məqsədi ilə əldə etmiş xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:20-də o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2a yerləşən DİN-nin BNMİ-nin inzibati binasına aparılmış, orada həmin gün saat 17:55-də Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun isə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qonşu olmuşdur. 16 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 zəng edib şəhərə Bakı İcra və Probasiya Şöbəsinə gedecəyini bildirəndə o da telofonu düzəltdirmək üçün şəhərə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 “Hyundai” marakalı taksi çağırmış və onlar birlikdə şəhərə getmişlər. Taksini Cavid adlı şəxs idarə etmişdir. Daha sonra o, Bakı İcra və Probasiya idarəsindən çıxan zaman ona 2 nəfər polis əməkdaşı yaxınlaşmış və onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Onlar orada saxlanılan zaman 5-6 nəfər polis əməkdaşı olmuşdur. Sənan və onu ayrı-ayrı maşınlarda, Sənanı polis əməkdaşları şəxsi maşınları ilə, onu isə taksi ilə polis idarəsinə aparmışlar. Daha sonra idarədə Polis əməkdaşları fiziki təzyiq altında ona ittihamla razılaşmasını və imza etməsini məcbur etmişlər. Ona təyin edilmiş müdafiəçini isə videoçəkiliş olandan sonra otağa dəvət etmişlər. Bundan sonra idarənin maşını ilə evə baxış keçirməyə getmişlər. Evə baxış 2 dəfə keçirimiş, 1-ci dəfə heç nə aşkar olunmamış və onu idarəyə aparıb 2-ci dəfə evə gətirmişlər. Evdə yaşayan ata və anasını aşağı düşürdüb, daha sonra polis əməkdaşları narkotik vasitəni otaqda yastığın altına qoymuşlar. Evə baxış keçirilən zaman vəkil və əməliyyatçılar da iştirak etmişdir. Evdə protokollaşdırma aparılmamış, videoçəkiliş olmuş və daha sonra onu idarəyə gətirmişlər. Bundan başqa onun Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi barədə məlumatı olmamışdır. Telofonuna gələn smslər ilə tam tanış olmamış, ancaq narkotik narkotikadan ilə bağlı mesajların istifadə etmə ilə əlaqədar olmuş, satış məqsədilə olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, dekabr ayının 15-i axşam radələrində Tural ilə qonşu kimi qapının ağzında rastlaşmışdır. Tural ona demişdir ki, 3 ay olar ki, Probasiya idarəsinə imza çəkməyə getmir. O isə Turala bele şey etməməsini və gedib imza etməsini demişdir. Daha sonra Tural ona idarənin Nərimanovda yerləşdiyini demiş, o da ona sabah Nərimanova uşaqların telofonunu düzətməyə aparacağını bildirmiş və sabah oraya bir yerdə gedə biləcəklərini söyləmişdir. Onlar səhər saat 11-12 radələrində görüşmüşlər və Binəqədi rayonundan Yasamal rayonuna getmişlər. Orada tanıdığı taksi sürücüsü Cavid onları Nərimanov rayonuna, oradan da Binəqədi rayonun aparacaqmış. Daha sonra Cavidin taksisindən Nərimanov metrostansiyası yanında düşüb telefonu ustaya vermişdir. Bundan sonra həmin taksiyə minib Probasiya idarəsinə getmişlər və Tural düşüb idarəyə girmiş, onlar isə maşında gözləmişlər. İdarənin qabağında gözləyəndə onlara 3 nəfər polis əməkdaşı yaxınlaşmış və daha sonra maşının içində bir nəfər polis əməkdaşı onu boğma vəziyyətində saxlayanda digər polis əməkdaşı üstünü yoxlamışdır. Həmin vaxt üstündə heç nə aşkar olunmamışdır. Ona “sakit dur, bizə Tural lazımdı demişlər” və bu vaxt Tural idarədən çıxan zaman 2 nəfər polis əməkdaşı Turala yaxınlaşmışdır. Daha sonra onu arxa tərəfə aparmışlar nə olduğunu görməmişdir. Bundan sonra Şirəli adlı polis əməkdaşı maşının qapısının sağ tərəfindən ona aid olan pul kisəsini görmüş və kimin olduğunu soruşanda o, pul kisəsinin ona aid olduğunu demişdir. İçində nə olduğunu soruşanda isə 5-6 manat pul və təxminən 2-3 qr. qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Cavidin maşınında, onu isə öz maşınlarında polis idarəsinə aparmışlar. Cavidi də idarəyə aparmışlar, ancaq tutulduqları yerdə Cavidin üzərinə baxış keçirməmişlər. İdarənin qarşısında təxminən 40-50 dəqiqə onları orda saxlamışlar. Daha sonra idarədə onları ayrı-ayrı yerlərə aparmışlar. İdarədə onun üzərinə baxış keçirilməmiş və videoçəkiliş zamanı narkotik vasitəni onun cibinə qoymuşlar. Daha sonra ona pisxoloji təsir edərək ittiham ilə razılaşmağını və imza etməyə məcbur etmişlər. İdarədə videoçəkilş zamanı vəkili iştirak etmişdir. Turalın evinə baxış keçirilməmişdən əvvəl idarədə polis əməkdaşları “qrupu hazırlayın gedirik Turalın evindən kilo ilə narkotik vasitə çıxartmağa” sözlərini dediklərini eşitmişdir. Polis əməkdaşları təxminən saat 19-20 radələrində evə baxış keçirmək üçün idarədən getmişlər. O, Turaldan narkotik vasitə almamış, narkotik vasitə istifadə etməyi Turala təklif etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin satışı məqsədi ilə narkotik vasitəni əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Nərimanov rayonu ərazisinə getmişlər, A.Nemətulla küçəsində 2 nəfər şəxsə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib xidmət göstərdikləri idarəyə getmələrini təklif etmişlər. Onları saxladıqları yerdə 3-cü bir şəxs olmamışdır. İdarədə videoçəkiliş ilə qanunvericiliyə uyğun olaraq onların üzərinə müdafiəçilərin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 könüllü olaraq siqaret qutusunun içərsində bir ədəd büküm narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 isə 1 bükümün içərisində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində nömrəsiz fərdi evə baxış keçirilməsi üçün getmişlər. Polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə saatını tam xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1 evinə 1 dəfə baxış keçirilmişlər. Evin girişinin sol tərəfində yerləşən üçüncü otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən içrisində bir ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Mehdi adlı iranlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa o, saxlanılan şəxslərin üzərinə baxışın qanunvericiliyə uyğun olaraq aparıldığını, saxlanılan şəxslərə heç bir fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə bağlı bölməyə hər hansı məlumatın daxil olmadığını, onu barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs1 ilə bir yerdə saxladıqlarını göstərmişdir. Sənanın üzərindən aşkar olunun narkotik vasitəni heroinə bənzəmiş, saxlanılan şəxsləri eyni maşında yoxsa ayrı-ayrı maşınlarda idarəyə apardıqlarını, evə baxış zamanı evdə kimin olmasını, Turalın özünün qapını açarla açmasını, baxış protokolunu harada imzaladıqlarını xatırlamadığını, 1 il müddət keçdiyi üçün hadisə ilə bağlı çox şeylərin yadında olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri baş əməliyyat müvəkkili Şahid1, qrupun üzvləri isə o, polis baş leytenantı Şahid3 təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 olduğu ehtimal olunan ünvan 1 ünvanının qarşısına getmişlər. Orada onlar qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs1 və onunla birlikdə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlara birlikdə xidmət göstərdikləri idarəyə getmələrini təklif etmişlər. Həmin şəxslər onlarla birlikdə DİN-nin BNMİ-nin inzibati binasına getmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə onların və müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən onlara hüquq vəzifələri izah olunmuş, üzərlərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən siqaret qutusunun içərisində bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslərin təqdim etdikləri bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər kütlələrin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində nömrəsiz fərdi evə onların, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və evin girişinin sol tərəfində yerləşən üçüncü otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən içrisində bir ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, saxlanılan şəxslərə fiziki və psixi təzyiq etmədiklərini, hadisəyə qədər Tural və Sənanı tanımadıqlarını, idarədə videoçəkiliş zamanı vəkilin iştirak etdiyini, evə baxış keçiriləndə Turalın özünün açarla qapını açdığını və evdə heç kim olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin BNMİnin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci ildə mülki geyimdə polis əməkdaşları onun oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə 1-ci dəfə saat 7-də, 2-ci dəfə isə saat 11-12 radələrində onlara gəlmişlər. O, polis əməkdaşları qapını döyəndə özü açmış və həyat yoldaşı da həmin zaman evdə olmuşdur. Daha sonra polislər onları evdən çıxararaq evdə axtarış etmişlər. Polislər ona narahat olmamağını və Turalı 15 dəqiqəyə buraxacaqlarını bildirmişlər. Bundan başqa o, 1-ci dəfə evə gələnlərin 3 nəfər olduğunu, 2-ci dəfə gələndə onların yanında vəkil görmədiyini bildirmişdir. O, oğlunun evdə sol künc otaqda yatığını, yerini həmişə onun yığışdırdığını, orada nəisə görmədiyini, evdən tərəzi və narkotik vasitə çıxdığını görmədiyini, oğlunun narkotik vasitə istifadə etmədiyini, polislərin oğlunu evə gətirdikləri zaman oğlunun halsız olduğunu, ancaq onun üzərində xəsarət görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə polis işçiləri evə gəldiklərində o və arvadı evdə olmuşlar. Polislər oğlu Tural ilə birlikdə 1-ci dəfə gələndə saat 7, 2-ci dəfə gəldikləri zaman isə saat 11-12 arası olmuşdur. Polislər gələndə qapını yoldaşı açmış və onları çölə çıxarıb evə girmişlər. Bundan başqa o, evdə hər hansı narkotik vasitə olmadığını,videoçəkiliş aparılıb-aparılmamasını bilmədiyini, görmə qabiliyyətinin zəif olduğunu, 5 nəfər içində öz oğlunu seçə bilməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadığı vaxtda Tural tutulan günü bacısıgilə getmiş, həmin vaxt qapı döyülmüş və daha 4 nəfər mülki geyimli şəxs içəri daxil olmuşdur. Daha sonra polislər bacısı Ayxanım Eyvazovanı, bacısının yoldaşını və onu çölə çıxarıb özləri içəri daxil olmuşlar. Turalı isə evə qolu qandallı şəkildə gətirmişlər. 2-ci dəfə evə saat 11-12 arası gəlmişlər və Tural da polislərlə gəlmişdir Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan 16 dekabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması barədə» protokoldan görünür ki, DİN-nin BMİ-də baş ə/m, polis polkovnik-leytenantı Şahid1, DİN-nin BNMİ-nin baş ə/m polis polkovnik-leytenantı Şahid2, DİN-nin BNMİ-nin ə/m polis baş leytenantı Şahid3 Cəmiyət oğlu, müdafiəçilər X10 və X5 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən özünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq vəzifələri izah olunduğu, üzərlərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunmasının təklif edilir, təklifdən sonra Turla Əhmədov əynində olan şalvarının sol yan cibindən siqaret qutusunun içərsində bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, Təqsirləndirilən şəxs2 isə əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün 3 gün öncə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. «Şəxsi axtarış və götürmə aparılması barədə» videogörüntülərin əks olunduğu 01(bir) ədəd DVD disk protokola əlavə olunmuşdur. Məhkəmədə həmin diskə baxış keçirilmiş və yuxarıda göstərilənlər öz təsdiqini bir daha tapmışdır. Cinayət işinin materiallarında olan 16 dekabr 2021-ci il tarixli “ mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, DİN-nin BNMİ-də baş ə/m, polis polkovnik-leytenantı Şahid1, DİN-nin BNMİ-nin baş ə/m polis polkovnik-leytenantı Şahid2 və müdafiəçi X6 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 çarpayının üzərindəki döşəyin alt hissəsindən içərisində bir ədəd bükümdə qəhvəyi rəngli maddəni və 01 ədəd elektron tərəzini təqdim edərək, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütləni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını bildirmişdir. “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” videogörüntülərin əks olunduğu 01(bir) ədəd DVD disk protokola əlavə olunmuşdur. Məhkəmədə həmin diskə baxış keçirilmiş və yuxarıda göstərilənlər öz təsdiqini bir daha tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» diskə baxış keçiriləməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi və zəng edən abunəçilərin anket məlumatlarının qeyd olunduğu müəyyən edilmiş, baxış zamanı həmin fayllarda olan mesajların məzmunlarından görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5526 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlə Nazirliyi zərflər üçün№7» dairəvi möhür əksi olan üç ədəd kağız paketdə olan: - üzərində «Təqsirləndirilən şəxs1 təqdim etdiyi…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,229 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Təqsirləndirilən şəxs2 təqdim etdiyi…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,679 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Təqsirləndirilən şəxs1 təqdim etdiyi…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 24,805 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər üç ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005 il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022ci il tarixli 904 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Opiodlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Aslılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022ci il tarixli 1000 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opiodlərin qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekpertiza Mərkəzi” X14 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 429 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müsissələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli hazırda Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekpertiza Mərkəzi” X14 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 564 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdır. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli 4(001)-1326/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli 4(001)-1325/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış, evinə keçirilmiş baxış və götürmə zamanı götürülmüş və qalıq qalan 33,934 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş və qalıq qalan 4,629 qram narkotik vasitə heroin 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanıldığı otağa təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarışı və mənzilə baxışı əks etdirən 02 ədəd «DVD», həmçinin "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disklər maddi sübut növü kimi cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 1(001)-244/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs1 cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumuluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona Cinayət Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törədiyinə görə ona təyin olunmuş azadlıqdan 02 il 05 ay 28 gün müddətinə şərti məhkumetmə ləğv edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzayla qismən birləşdirilməklə barəsində qəti cəza müəyyən olunmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 adında yetkinlik yaşına çatmayan iki övladı vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3–cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3–cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamda nəzərdə tutulan cinayətləri törətmədiyini bildirərək öz müdafiəsi üçün dəlil gətirib narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə verilən uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs1 ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, ekspertiza arayışı və rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs1 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və o törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi yoxdur. Belə ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat olmamışdır. Şahid qismində ifadə vermiş DİN-in BNMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 olduğu ehtimal olunan ünvan 1 ünvanının qarşısına getmişlər. Orada onlar qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs1 və onunla birlikdə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlara birlikdə xidmət göstərdikləri idarəyə getmələrini təklif etmişlər. Həmin şəxslər onlarla birlikdə DİN-nin BNMİ-nin inzibati binasına getmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə onların və müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən onlara hüquq vəzifələri izah olunmuş, üzərlərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən siqaret qutusunun içərisində bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslərin təqdim etdikləri bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Həmçinin şahidlərin ifadələrindən görünür ki, onlarda Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat olmamış və satış ilə bağlı tərəflərindən hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında 15 fevral 2022-ci il tarixli Protokoldan da məlum olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş “Nokia” və”Samsung” markalı telefon aparatlarına baxış keçirilmiş, cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Bakcell MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 aid telefon məlumatlarından da məlum olur ki, həmin məlumatda onun narkotik vasitələrin satışı ilə bağlı hər hansı bağlı məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıb-daşımaması ilə bağlıdır. Məhkəmədə dindirilmiş şahid ifadələrindən də görünür ki, onlarda Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə əlaqədar heç bir məlumat olmamışdır. Buna baxmayaraq ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs "təqsirsizlik prezumpsiyası"nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. "İnsan Hüquqlarının və X3 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad.6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. İbtidai istintaq orqanı qeyd edilən halları, bu qədər ziddiyəti nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik maddə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağının olmasıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəlsi ilə nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Təqsirləndirilən şəxs1 əməlində cinayəti sadə residivi vardır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olsa da o, əvvəlki cəzasını cəzaçəkmə müəssəsində çəkmədiyi üçün onun cəzaçəkmə müəssəsi müəyyən edilərkən ümümi rejimli cəzaçəkmə müəssəsi müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış, evinə keçirilmiş baxış və götürmə zamanı götürülmüş və qalıq qalan 33,934 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş və qalıq qalan 4,629 qram narkotik vasitə heroin 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; iş üzrə şəxsi axtarışı və mənzilə baxışı əks etdirən 02 ədəd «DVD», həmçinin "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki) manat 50 (əlli) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətdiyinə görə ona təyin olunmuş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan şərti məhkum etmə ləğv edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki) manat 50 (əlli) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış, evinə keçirilmiş baxış və götürmə zamanı götürülmüş və qalıq qalan 33,934 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş və qalıq qalan 4,629 qram narkotik vasitə heroin 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; iş üzrə şəxsi axtarışı və mənzilə baxışı əks etdirən 02 ədəd «DVD», həmçinin "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar