Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1235/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X1 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma dövründə işin məhkəmə baxışına verilməsini qeyri-mümkün edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulması aşkar edilməmişdir. Məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. İttiham aktının prosessual formasına riayət edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələni araşdırarkən hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Cinayət prosesi tərəfləri məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə vəsatətlər verməmiş, habelə məhkəmə baxışında tədqiq edilməsi üçün ittiham aktında göstərilənlərdən əlavə sübutlar siyahısı təqdim etməmiş və etirazlar verməmişdir. Cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X1 və İsmayılov Eldar Herov oğluna həvalə edilmişdir. Cinayət prosesi tərəflərinin hakimlərə, habelə hakimlərin özü-özünə etirazı olmamışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili X4 təmsil etdiyi qurumun orderini məhkəməyə təqdim etmiş və onun dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət prosesində iştirakını istisna edən hallar yoxdur. Təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət verilmədən təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər əsaslar vardır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ittiham aktında adları qeyd olunan şahidlərin məhkəmə baxışında iştirakı təmin edilməlidir. Cinayət işi üzrə məhkəmə baxışı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.1 və 27.1-ci maddələrinə əsasən Azərbaycan dilində, açıq məhkəmə iclasında aparılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-301 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkəməyə verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X1 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə baxılsın. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ittiham aktında adları qeyd olunan şahidlərin məhkəmə baxışında iştirakı təmin edilsin. Məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına (ünvan: ünvan 2. Məhkəmə baxışı Azərbaycan dilində, açıq məhkəmə iclasında aparılsın.
Məhkəmə qərarları › İş №1(101)-1235/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1235/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver