Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1236/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı vəkil bürosunun vəkili X6, X5 və X2 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, Müəyyən etdi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Daxil olmuş cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə basqın edib quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayət əməlini törətmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişляr. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli 2476 nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında Sərəncamına əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri Abşeron rayonu; Xaçmaz rayonu; Xızı rayonu; Qobustan rayonu; Quba rayonu; Qubadlı rayonu; Qusar rayonu; Siyəzən rayonu; Sumqayıt şəhəri; Şabran rayonu; Şamaxı rayonu; Şuşa rayonu; Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini törətdiyi yer olan Abşeron rayonu ərazi yurisdiksiyasına görə Suмqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3., 74.1., 74.5., 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(101)-1236/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1236/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver