Məhkəmə qərarları › İş №1(101)-1236/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1236/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1236/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs1, ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi – X5, ölmüş Zərərçəkmiş şəxs3 hüquqi varisi – X6, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 aprel 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) QSC-də elektrik montyoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 dekabr 2023-cü il tarixdə, saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs ona məxsus olmaqla idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” mağazasının yaxınlığında “X30” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön hissəsini sola, onun hərəkət hissəsinə doğru manevr edən X11 idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa yan hissəsi ilə toqquşduraraq idarəetməni itirib əks istiqamətli hərəkət hissəsinə doğru hərəkət etməklə yolun hərəkət hissəsinin kənarında yerləşən “Dəmir Yumruq” mağazasına dəyərək dayanmış, nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 baş beyin əzilməsi, alın sümüyünün qəlpəli sınığı və təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan başın küt travması, dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilib-dağılması, sümük defekti ilə müşayiət olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli açıq, sağ körpücük sümüyünün qapalı, yerini dəyişən sınıqları, sağ ağciyərin kontuziyası, başın, sifətin, döş qəfəsinin, hər iki yuxarı ətrafın və sağ diz oynağının əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət edilən və Zərərçəkmiş şəxs3 isə baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli sınıqları, l-ll-lll boyun fəqərələrinin, sağ körpücük sümüyünün qapalı qəlpəli yerini dəyişən sınıqları, sağ yuxarı ətrafın sağ saidin orta 1/3 hissəsindən travmatik amputasiyası, sağ bazu sümüyünün açıq sınığı, sağ ağciyərin kontuziyası, başın, sifətin, boynun, döş qəfəsinin və sağ yuxarı ətrafın əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuşdur.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən, ona verilmiş suallara cavab verməkdən imtina etdiyini və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirdi.

3. Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixli məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, o, müstəntiq Şahid4 zərərçəkmiş şəxsin hüquqi varisi X12 təqdim edilməsi üçün 3260 manat, taksi pulu kimi isə 60 manat pul vermişdir. Əvvəlcə ona Zərərçəkmiş şəxs2 hadisədən əvvəl evinə zəng edərək 500 manat karta pul göndərəcəyini deməsi bildirilmişdi. Lakin sonradan həmin 500 manat 3000 manat olmuşdur. O, həmin pulu müstəntiq Şahid4 yanında Səmayə Nuriyevaya vermişdir. Həmçinin əmisi və dayısı Zərərçəkmiş şəxs2 yas mərasimində iştirak etmişlər.

4. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şahid qismində və ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Qeyd edilən ifadələrin məzmunu əsasən eyni olmaqla həmin ifadələr Təqsirləndirilən şəxs etibarnamə üzrə nümayəndələri olan, Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə verilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. “SOCAR”da elektrik işləyir, boş vaxtlarında isə dolanışıq məqsədi ilə ona məxsus olan “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi kimi fəaliyyət göstərir. Təxminən 2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi almış, həmin tarixdən də avtomobil idarə edir. 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində ona məxsus texniki cəhətdən saz vəziyyətdə olan **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə saatda 60-70 km arası sürətlə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkətdə olmuşdur. Həmin vaxt avtomobilində yük olmamış, dörd nəfər sərnişin olmuşdur. Həmin şəxslərin ikisi Sabunçu rayonu Pirşağı qəsəbəsində, ikisi isə Kürdəxanı qəsəbəsində yolda müştəri kimi avtomobilinə əyləşmişdir. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Hərəkətdə olarkən onun qarşısında eyni istiqamətdə hərəkət edən heç bir nəqliyyat vasitəsi olmamışdır. Ona görə də qarşını, yəni istər öz yolunu, istərsə də əks hərəkət istiqamətini kifayət qədər uzaq məsafədən çox yaxşı görmüşdür. Qarşıdan əks yolla ağımtıl rəngli, markasını dəqiq bilmədiyi yük avtomobilinin gəldiyini görmüşdür. Hərəkət etdikləri yol yaşayış məntəqəsi ərazisi olduğundan qarşıdan gələn avtomobilin də 60-70 km/saat sürət aralığında əks istiqamətdə hərəkət etdiyini hesab etmişdir. Yük avtomobilini görsə də, diqqəti öz hərəkət yolunda olmuş, birdən həmin yük avtomobilinin icazə verilməyən yerdə qoşa xətti kəsərək hərəkəti istiqamətində soldan sağa doğru onun yoluna daxil olduğunu görmüş, anidən toqquşmanın qaçılmaz olduğunu dərk edərək avtomobili dayandırmaq üçün hərəkət istiqamətini dəyişmədən sərt tormozlama aparmış, lakin buna baxmayaraq avtomobili yolun hərəkət hissəsi yaş olduğundan yük avtomobilinin banının arxa tininə dəymişdir. Bundan sonra avtomobili idarə olunmaz vəziyyətə düşərək sola istiqamətlənib əks istiqamətli yolu da kəsib keçərək əks istiqamətli hərəkət hissəsində yolun kənarında olan mağazaya dəyərək dayanmışdır. Hadisə nəticəsində o və avtomobilində olan iki nəfər sərnişin xəsarət almışdır. Bununla bağlı onu və həmin iki nəfər sərnişini 3 saylı Şəhər Klinik Xəxstəxanasına aparmışlar. Avtomobilində olan iki nəfər sərnişin isə hadisə yerində ölmüş, bu barədə onun sonradan xəbəri olmuşdur. O və avtomobilində olan daha iki nəfər sərnişin 3 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə almışdır. O, avtomobilinin sürətinin 60-70 km aralığında, təxminən 65 km/saat olduğunu hesab edir. Əks hərəkət yolu ilə hərəkət edən yük avtomobilinin onun hərəkət yoluna daxil olmazdan əvvəl hər hansı bir formada tormozlama aparması, sürəti azaltması diqqətini cəlb etmədiyindən qeyd olunanlarla bağlı heç bir məlumat verə bilməmişdir. O, yük avtomobilinin qoşa xətti kəsib onun hərəkət yoluna daxil olduğu anda sürətinin nə qədər olması barədə dəqiq fikir söyləməkdə çətinlik çəksə də, onun hərəkət yoluna yüksək sürətlə daxil olmasını dəqiq bildiyini qeyd etmişdir. Yük avtomobili qoşa xətti kəsərək onun hərəkət yoluna daxil olduğu zaman onun idarə etdiyi avtomobil toqquşma yerindən təxminən 20-30 metrə qədər məsafədə olmuşdur. O, yük avtomobilinin qoşa xətti kəsərək yoluna daxil olduğu anda bunu görüb dərhal hərəkət istiqamətini dəyişmədən sərt tormozlama aparsa da, toqquşmanın qarşısını ala bilməmiş, bu zaman ani müddət ərzində toqquşma baş vermişdir. Toqquşma bir və ya bir-iki saniyə ərzində baş vermişdir. Hava yağışlı olduğundan yolun hərəkət hissəsi yaş olmuş, bu səbəbdən də o, tormoz versə də, avtomobilini saxlaya bilməmişdir. Hazırkı cinayət işi üzrə 9 mart 2023-cü il tarixli şahid qismində dindirilərkən müstəntiq Şahid4 tərəfindən “Hazırda sizə təklif olunur ki, hadisənin görüntüləri ilə bağlı təkrarən hadisə yerinə çıxaq və bir daha hadisənin baş vermə şəraitini əyani olaraq hadisə yerində göstərəsiniz. Bununla bağlı nə deyə bilərsiniz” verilmiş suala cavab olaraq göstərmişdir ki, o, hadisə yerinə çıxmış, istintaq zamanı vermiş olduğu ifadəsi hadisə yerində yoxlanılaraq bununla bağlı protokol tərtib edilmiş, həmin protokol o və nümayəndələri tərəfindən imzalanmışdır. Hazırda hadisə yerinə təkrar çıxmaqla bağlı heç bir zərurət görmür və ifadəsinin hadisə yerində bilmədiyi səbəblərdən təkrar yoxlanılması ilə bağlı hadisə yerinə təkrar çıxmaqdan imtina edir. (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 115-117, Cild 2 i.v. 12-14; 160-162;).

5. Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində hazırkı cinayət işi üzrə verdiyi ifadəsində cinayət işi üzrə ilkin ifadələrini təsdiq etdiyini, həmin ifadələrə hər hansı dəyişiklik etmək istəmədiyini qeyd edərək həmin ifadəsinin hadisə yerində yoxlanıldığını bildirmişdir. O, ifadəsində göstərmişdir ki, lakin müstəntiq tərəfindən verdiyi ifadələr əsasında deyil, qərəzli olaraq hadisə yerinə çıxılaraq həqiqəti əks etdirməyən protokol tərtib olunub məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilərək rəy alınmışdır (Cild 2, i.v. 191-192).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 12 dekabr 2021-ci il tarixdə, saat 8 radələrində işə getmək üçün Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yolun kənarına çıxıb orada yerləşən “Kürdəxanı” marketin qarşısında dayanmış və yol avtomobilini gözləmişdir. Həmin vaxt “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, həmin avtomobilin sürücüsündən “Koroğlu” metrostansiyasına gedib-getməməsini soruşmuş, sürücü də “Koroğlu” metrostansiyasına getdiyini bildirmiş, yol haqqını isə bir manata razılaşmışlar. O, avtomobilə əyləşərkən sürücü orada 2 nəfər sərnişinin olduğunu, özünün isə üçüncü sərnişin olduğunu bildirmişdir. Daha sonra isə “Zeytun” marketin qarşısında bir nəfər də sərnişin əyləşmişdir. O, avtomobilin arxa oturacağında ortada əyləşmişdir. Bundan sonra sürücü avtomobilini idarə etməyə davam etmiş və “Mercedes Benz” markalı avtomobili Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın yüksək sürətlə, təxminən 150-160 km/saat sürətlə hərəkət etdirmişdir. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Sərnişini olduğu “Mercedes Benz” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən Kürdəxanı qəsəbəsində yola baxarkən onların hərəkət hissəsinə yük avtomobilinin daxil olduğunu görmüşdür. Sonra toqquşma hadisəsi baş vermiş və o, huşunu itirmiş, kəllə-beyin travması almış, sonrakı hadisələrdən isə xəbəri olmamışdır. O, yalnız 7 gündən sonra koma vəziyyətindən ayılaraq xəstəxanada özünə gəlmişdir. **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobil yüksək sürətlə, təxminən 150-160 km/saat sürətlə hərəkət etmişdir. Sürücü Təqsirləndirilən şəxs işə tələsdiyinə görə avtomobili sürətlə hərəkət etdirdiyini və narahat olmamalarını demişdir. Sərnişini olduğu “Mercedes Benz” markalı avtomobilin hərəkət yoluna yük avtomobilinin daxil olmasından əvvəl hər hansı bir formada tormozlama aparması, sürəti azaltması, yük avtomobilinin qoşa xətti kəsib onların hərəkət yoluna daxil olarkən sürətinə dəqiq fikir verməmiş, buna görə də qeyd olunanlarla bağlı ətraflı heç bir məlumat verə bilməmişdir. Sürücü Təqsirləndirilən şəxs başı nəyəsə qarışdığından və avtomobili yüksək sürətlə idarə etdiyindən hər hansı manevr etmədən birbaşa olaraq yük avtomobili ilə toqquşduğunu düşünür. Seymurun diqqəti yolda olmadığına və tələsdiyinə görə avtomobili manevr etdirərək toqquşmadan yayına bilməmişdir. Yük avtomobilinin sərnişini olduğu “Mercedes Benz” markalı avtomobilin hərəkət yoluna daxil olduğunu gördükdə toqquşmanın qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirlərini görməsinə, habelə yük avtomobilinin qoşa xətti kəsərək sərnişini olduğu “Mercedes Benz” markalı avtomobilin hərəkət yoluna daxil olduğu andan toqquşma anınadək nə qədər müddət keçməsinə dəqiq fikir verməmiş, bu səbəbdən də ətraflı heç nə deyə bilməmişdir. O, avtomobilin arxa oturacağında ortada əyləşdiyindən və hər hansı diqqətini yayındıran işlə məşğul olmadığından Seymurun avtomobili təxminən saatda 150-160 km aralığında, yüksək sürətlə idarə etdiyini öz gözləri ilə görmüşdür. Hətta yanında oturan şəxs Seymura bir neçə dəfə havanın yağışlı olduğunu bildirərək avtomobili yavaş sürməsi barədə xəbərdarlıq etsə də, sonuncu ona arxayın olmasını söyləmişdir. Hadisə baş verən yerdə yolun ortasında yük avtomobilinin döndüyü yerdə qırıq-qırıq xətlər olmuş, yük avtomobili düz istiqamətdə gəlmiş, Seymur isə avtomobilə tormoz vermədən iki avtomobili ötüb keçərək həmin yük avtomobilə çırpılmışdır.

9. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək göstərdi ki, hadisənin görüntüsünü özündə əks etdirən videodan da görünür ki, Seymurun idarə etdiyi avtomobil digər iki avtomobili ötüb keçərək yük avtomobilinə çırpılır. Seymur ibtidai istintaq zamanı ifadəsində tormoz verdiyini desə də, həqiqətdə Seymur avtomobilə tormoz vermədən yük avtomobilinə çırpılmışdır. Həmçinin Seymurun idarə etdiyi avtomobilin sürəti 60 km/saat olmamışdır. Belə ki, onun yanında oturan şəxs Seymura avtomobili yavaş sürətlə idarə etməsini demiş, Seymur isə ön sərnişin oturacağında oturan şəxslə söhbət edərək harasa tələsdiyini demişdir. Sonda isə bu ağır hadisə baş vermişdir. Seymurun mobil telefonla oynaması, yaxud başqa səbəbdən yüksək sürətlə yük avtomobili ilə toqquşduğunu düşünür. Əgər Seymurun fikri dağınıq olmasaydı, idarə etdiyi avtomobili saxlaya bilərdi. Həzin çiskinli yağış yağdığı üçün yol nəm olmuşdur. Yük avtomobili qarşıdan gəlirdi və artıq yolu dönmüşdü, Seymur da yüksək sürətlə gəldiyi üçün tormoz vermədən yük avtomobilinin arxa hissəsindən küncünə çırpıldı. Yük avtomobili arxa tərəfi ilə sürüşüb onların hərəkət istiqamətində dönmüşdür. Ön sağ oturacaqda əyləşmiş X1 edirdi. Onun sağ və solunda əyləşmiş şəxslərin kim olduğunu xatırlamır. O, Seymura avtomobili yavaş sürməsini deməmişdir. O, yük avtomobili qırıq-qırıq xətdən döndüyü andan toqquşmanın baş verdiyi ana qədər nə qədər vaxt keçdiyini dəqiq bilmədiyini, ibtidai istintaq zamanı ifadəsində qeyd edilmiş hadisənin toqquşma nöqtəsindən sərnişi olduğu “Mercedes Benz” markalı avtomobilin təxminən 30 metr aralıda olduğunu bildirdiyi hissəni təsdiq etdiyini, lakin hadisədən əvvəl Təqsirləndirilən şəxs tormozlama etməsi ilə bağlı hissəni təsdiq etmədiyini bildirdi. Belə ki, ibtidai istintaq zamanı ifadə verərkən xəstəxanadan yeni çıxdığından danışmağa halı olmamış, müstəntiq tərəfindən verilən suallara yalnız hə və yox cavabları vermişdir. Avtomobilin dəqiq sürətini görüb-görməməsi ilə bağlı müstəntiq tərəfindən ondan soruşulmamış, o isə sürücünün avtomobili yüksək sürətlə idarə etdiyini demişdir. Həmin avtomobilin ən yüksək sürəti həddi 240 km/saat olmuşdur. Hadisədən əvvəl sürücü Seymur harasa tələsirdi və ön oturacaqda oturan şəxslə söhbət edirdi. O, avtomobilə əyləşəndə həzin yağış çiskinləyirdi və avtomobilinin şüşəsiləni gur işləyirdi. O, avtomobillə hərəkətdə olarkən yol boyu yola baxmışdır. Yol açıq, görmə məsafəsi uzaq olmuş, yolda heç bir maneə isə olmamışdır. Yük avtomobili yolun ortasında arxası ilə sürüşərək onların yolu istiqamətinə dönmüşdü.

10. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək verdiyi mülki iddiasını müdafiə etdiyini, 17730 manat məbləğində maddi ziyanın və ödədiyi dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Belə ki, həmin məbləğdən 11460 manat hissəsi “X38” tibb müəssisəsində ödəniş qəbzləri ilə atası tərəfindən ödənilmiş xərcdir. 3000 manat pul isə müalicəsi üçün zəruri olan dərman preparatları və digər xərclərdir. Hadisədən əvvəl işlədiyi yerdə 345 manat rəsmi əmək haqqı və hər ay əmək haqqısına 200 manat bonus almışdır. Lakin hadisədən sonra 6 aydan çox müddətdə işləyə bilməmişdir. Buna görə də 3270 manat məbləğində həmin pulu da mülki iddiasında göstərmişdir. O, ifadəsinin sonunda hadisə nəticəsində almış aldığı xəsarətlərlə bağlı atası tərəfindən borc alınaraq çəkilmiş xərclərlə əlaqədar hazırkı tarixədək borcları ödəməyə davam etdiklərini bildirərək Təqsirləndirilən şəxs qanunda nəzardə tutulmuş ən ağır cəza verilməsini və onun mülki iddiasının təmin edilməsini xahiş etdi.

11. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, övladları ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı olmuş, sonuncu ilə 2007-ci ildə ailə qurmuş, lakin nikahlarını 5 avqust 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 noyabr 2008-ci il təvəllüdlü Maarif Nuriyev, 4 noyabr 2010-cu il təvəllüdlü Murad Nuriyev və 26 iyul 2014-cü il təvəllüdlü Kənan Nuriyev adlı üç övladı vardır. Mərhum əri Zərərçəkmiş şəxs2 xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş, işləmək məqsədi ilə Bakı şəhərində Sabunçu rayonu Pirşağı qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşayaraq Bakı şəhərində fərdi əməklə məşğul olmuşdur. 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində X11 idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” ərzaq mağazasının yaxınlığında Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı şossesi ilə Pirşağı qəsəbəsi istaqamətindən Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş həyat yoldaşı Zərərçəkmiş şəxs2 və digər sərnişin ölmüş, digər sərnişinlər isə xəsarət almışdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaqı aparılmışdır. 14 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində yaşadığı ünvan 6 ünvanında olarkən əvvəllər tanımadığı özünü polis əməkdaşı kimi təqdim edən şəxs yaşadığı ünvana gəlmiş, Bakı şəhəri, Sabunçu rayonu ərazisində həyat yoldaşı Zərərçəkmiş şəxs2 yolnəqliyyat hadisəsi nəticəsində öldüyünü və bununla bağlı Sabunçu RPİ-nə müraciət etməsini bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə gələrək Sabunçu RPİ-nə getmiş, oradan isə Məhkəmə-Tibbi Ekspertiza və X10 Sabunçu rayon şöbəsinə getmişdir. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs2 meyitini MTE və PA Birliyinin Sabunçu rayon şöbəsində görən kimi tanımış və həyat yoldaşı Zərərçəkmiş şəxs2 meyitini götürüb Şirvan şəhərinə aparıb orada dəfn etmişdir. O, Zərərçəkmiş şəxs2 ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsinin şahidi olmamışdır. Onun və ya ailə üzvlərinin sürücülər X18 və Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamış və sonuncuları əvvəllər tanımamışdır.

12. Zərərçəkmiş şəxsin hüquqi varisi S.M.Nəsirova ifadəsinə əlavə edərək göstərdi ki, hadisə baş verən zaman o, Şirvan şəhərində olmuşdur. Tanımadığı mülki geyimli şəxs gecə vaxtı onların evinə gələrək mobil telefonda həyat yoldaşı Zərərçəkmiş şəxs2 şəklini göstərib onu tanıyıb-tanımadığını soruşduqdan sonra sonuncunun ölüm xəbərini ona vermişdir. Həyat yoldaşı şəhid qardaşı olduğundan onlara pul verilmiş, həmin pulla evlərini təmir etdirdikdən sonra qalan pulu avtomobil almaq üçün Bəxtiyar özü ilə götürmüşdür. Əli adlı müstəntiq həyat yoldaşının üzərindən çıxdığını qeyd edərək ona 3000 manat pul vermiş, mobil telefonunu tapmaq mümkün olmadığından 200 manat da əlavə olaraq vermişdir. Müstəntiq pulu ona təqdim edərkən qəbzə imza atdırmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili işlər nazirinin qəbuluna getməmişdən əvvəl müstəntiq ona zəng edərək həyat yoldaşının cibindən çıxan pulu ona verəcəyini və nazirliyə şikayət etməməyini bildirmişdir. Nazirin qəbuluna getməmişdən bir gün əvvəl pulu ona verərək sonuncuya pulu müstəntiqin öz cibindən verdiyini deməsini tapşırmış, pulu ona Seymurun verdiyini deməmişdir. O, baş vermiş cinayət hadisəsinin videogörüntülərini görmüşdür və həmin hadisənin baş verməsində yük maşınının sürücüsünü təqsirli bilsə də, həyat yoldaşı Bəxtiyar Seymurun avtomobilində dünyasını dəyişdiyindən sonuncunu daha çox təqsirli bilir. Təqsirləndirilən şəxs onlarla maraqlanmamış, dəfn və yas mərasimi, habelə qəbir daşı üçün hər hansı köməklik etməmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə hadisədən sonra ona qarşı tamamilə laqeyd olmuşdur. Əri Təqsirləndirilən şəxs avtomobilində vəfat etdiyindən onun cəzalandırılmasını istəyir. O, ifadəsinin sonunda məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini xahiş etdi.

13. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Təqsirləndirilən şəxs ilə aralarında uzaq qohumluq münasibəti vardır. Onun Röyal və Orxan adlı iki oğlan övladı vardır. Mərhum Turxan isə ortancıl övladı olmuşdur. Sonuncu orta təhsilini Gədəbəy rayonu, Köhnəqışlaq kənd orta məktəbində almış, daha sonra X21 mühasibat uçotu ixtisası üzrə təhsil almışdır. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Mingəçevir Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə ali təhsil almışdır. Turxan 2018-ci ildə X22 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların 9 iyun 2020-ci il təvəllüdlü Gülnarə adlı bir qız övladları dünyaya gəlmişdir. Turxan hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşamışdır. Belə ki, Turxan əvvəllər Əhmədli qəsəbəsində, sonradan isə Bakıxanov qəsəbəsində yerləşən hansısa mebel sexində usta işləmiş və Pirşağı qəsəbəsində yerləşən ünvanını bilmədiyi evdə kirayədə yaşamışdır. Turxanın sürücülük vəsiqəsi, o cümlədən avtomobili olmamışdır. İşə ya qatarla, ya da taksi ilə gedib-gəlmişdir. Turxan tərbiyəli, işgüzar və ailəcanlı bir övlad olmuşdur. Dost-tanışı çox, düşməni, ədavətdə olduğu şəxs isə olmamışdır. Turxan hər hansı ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. 12 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində kiçik oğlu Orxan ona zəng edərək övladı Turxanın Bakı şəhərində qəzaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bildirmişdir. O, Turxanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, zənglərə cavab verilməmişdir. O, Bakı şəhərində yaşayan qaynı Azərə zəng edib Turxanı soruşmuş, Azər də ona Turxanın qəzaya düşdüyünü və hazırda komada olduğunu bildirmişdir. Bir qədər sonra qohumlardan Turxanın dünyasını dəyişdiyini və onun meyitinin Gədəbəy rayonuna gətirildiyini eşitmişdir. Bir ata kimi oğlunun ölüm xəbəri onu çox sarsıtmış və o, oğlunun ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin necə baş verməsi, hadisənin günahkarının kim olması barədə xeyli müddət maraqlanmamışdır. Oğlunu dəfn edərək yas mərasimi keçirmiş, yas yerində danışıqlardan oğlu Turxanın 12 dekabr 2021-ci il tarixdə işə getmək üçün Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən Seymur adlı şəxsin idarə etdiyi “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiyini, həmin tarixdə, saat 08:15 radələrində Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin Seymurun idarə etdiyi avtomobili vurduğunu eşitmişdir. Seymurun özünü müdafiə edərək harasa zəng etməsi videokameralara düşmüşdür. Seymuru xəstəxanaya aparsalar da, avtomobilin içərisində olan digər şəxslər isə hadisə yerində qalmışdır. Hadisədən 47 gün sonra DİN-nin “102” məlumat mərkəzinə zəng edərək məlumat istəmiş, bundan sonra Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə gedərək müstəntiq Şahid4la görüşmüşdür. Həmçinin qəzaya uğramış “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dayanacağa gedib baxmış və həmin avtomobilinin sürət göstəricisinin 164-də qırıldığını görmüşdür. Şahid4 ona hadisənin videogörüntülərini göstərmiş, videogörüntülərə baxdıqdan sonra Seymurun yüksək sürətlə avtomobili idarə edərək yük avtomobili ilə toqquşduğunu görmüşdür. Müstəntiqdən Seymuru niyə məsuliyyətə cəlb etməməsini soruşduqda müstəntiq ona əsəbi cavab verərək otağından qovmuşdur. Sonrakı tarixlərdə müstəntiq onunla maraqlanmamış və istintaqa dəvət etməmişdir. Bundan sonra o, mobil telefonla Seymurla danışmış, ondan şikayət edəcəyini bildirmişdir. Seymur isə ona “Get nə bilirsən onu elə, mən müstəntiqə pulumu verib işimi qurtarmışam” demişdir. Lakin Seymur müstəntiqə nə qədər pul verdiyini ona deməmiş, o da bu barədə ondan soruşmamışdır. Seymurun onunla belə formada danışması, müstəntiqin onu otaqdan qovması onda müstəntiq Şahid4 Seymurdan pul alıb oğlunun “qanını batırması” inamını yaratmışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayət etmişdir. İfadəsinin sonunda Nizami Cəfərov məhkəmədən təqsirləndirilən şəxs Şeymur Şahkərəmova ən ağır cəza verilməsini xahiş etdi.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda fərdi qaydada milli əşyaların satışı mağazasında satıcı işləyir. 12 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində işə getmək üçün Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yolun kənarına çıxıb orada yerləşən “Kürdəxanı” marketin qarşısında dayanaraq “Koroğlu” metrostansiyasına getmək üçün avtomobil gözləmişdir. Həmin vaxt “Kürdəxanı” marketin qarşısındakı avtobus dayanacağında “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, həmin avtomobilin sürücüsündən “Koroğlu” metrostansiyasına gedib-getməməsini soruşmuş, sürücü də “Koroğlu” metrostansiyasına getdiyini bildirmiş və yol haqqını bir manata razılaşmışlar. O, avtomobilə minərkən artıq sürücüdən başqa 3 nəfər sərnişin də olmuş, o isə dördüncü sərnişin olmuşdur. O, avtomobildə arxa sol oturacaqda sürücünün arxasında əyləşmişdir. Bundan sonra sürücü avtomobilini idarə etməyə başlamış, o isə arxada mobil telefonunda söz quraşdırma ilə bağlı “Krasvord” oyununu oynamış və mesajlaşmışdır. Sürücü **-DO- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət edirmiş. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Kürdəxanı qəsəbəsində olarkən sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobilin siqnal verməsini eşidib və tormozlama etməsini görüb yola baxmış və görmüşdür ki, onların hərəkət hissələrinə yük avtomobili daxil olmuşdur. Sərnişini olduğu “Mercedes Benz” markalı avtomobil yük avtomobilinin banının arxa tininə dəymiş və bundan sonra avtomobil idarə olunmaz vəziyyətə düşərək sola istiqamətlənib əks istiqamətli yolu da kəsib keçərək əks istiqamətli hərəkət hissəsində yolun kənarında olan mağazaya dəyərək dayanmışdır. Hadisə nəticəsində sərnişini olduğu avtomobildə olan sərnişinlər və sürücü xəsarət almışlar. Bununla bağlı onu, sürücünü və sərnişinləri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Sonradan bildiyinə görə, avtomobildə olan iki nəfər sərnişin hadisə yerində ölmüşlər. O, sərnişini olduğu avtomobilin dəqiq sürətini bilmir. Sərnişini olduğu “Mercedes Benz” markalı avtomobilinin hərəkət yoluna yük avtomobilinin daxil olmazdan əvvəl hər hansı bir formada tormozlama aparması və ya sürəti azaltması onun diqqətini cəlb etmədiyindən bununla bağlı heç bir məlumat verə bilmədiyini qeyd etmişdir. Yük avtomobilinin qoşa xətti kəsib onların hərəkət yoluna daxil olarkən sonuncunun sürəti barədə heç nə deyə bilmir.

15. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, “Mercedes-Benz” markalı avtomobilin tormoz və siqnal səsinə başını qaldırdıqdan 2-3 saniyə sonra qəza baş vermişdir. Onlar avtomobillə hərəkət edən zaman yağış artıq dayanmışdı. O, Kürdəxanı marketin yanında avtomobilə əyləşdikdən təxminən 3-4 dəqiqə sonra hadisə baş vermişdir. Avtomobilə əyləşdiyi yer ilə hadisə yeri arasında təxminən 3-4 avtobus dayanacağı olduğuna görə həmin məsafənin təxminən 3-4 dəqiqəlik yol olduğunu hesab edir. O, sürücü Təqsirləndirilən şəxs uzunmüddətli siqnal verdiyini eşitdikdə başını qaldırmış, bu zaman sonuncunun tormoz verdiyini hiss etmişdir. “Kürdəxanı market” hazırda “Oba market” kimi fəaliyyət göstərir və həmin marketdən hadisə yerinə qədər olan məsafənin təxminən 3-4 km olduğunu hesab edir. O, Təqsirləndirilən şəxs tormoz verdiyini dəqiq xatırlamasa da, siqnal verdiyini dəqiq xatırladığını bildirmişdir. O, başını qaldıranda yük maşınının fırlanaraq onların irəlilədiyi istiqamətdə dayandığını və yük maşını ilə Seymurun idarə etdiyi maşın arasında təxminən 3-5 metr məsafə olduğunu qeyd etmişdir. Sərnişini olduğu avtomobilin tormoz və siqnal səsinə başını qaldıranda qəza olmuşdur. Seymur tormoz və siqnal verəndə qəza anına xeyli məsafə var idi. O, telefonla oynayırdı, telefondan başını qaldırıb yola baxanda yük maşınına təxminən 3-5 metr məsafə qalmışdı. Sərnişini olduğu avtomobilin tormoz səsini dəqiq xatırlamasa da, siqnal səsini dəqiq xatırlayır. İbtidai istintaq zamanı ifadə verərkən sərnişini olduğu avtomobilin sürəti barəsində hər hansı məlumat verməmişdir. Bir daha bildirir ki, sərnişini olduğu avtomobilin dəqiq sürəti barədə hər hansı məlumatı yoxdur. O, başını qaldıranda yük maşını artıq fırlanıb onların irəlilədiyi istiqamətdə dayanmışdı. Onlar avtomobillə hərəkətdə olarkən artıq yağış yağmırdı. Bir daha bildirir ki, siqnal səsi eşidəndə başını qaldırıb yola baxmış, sonra tormozlama hiss eləmişdir. Seymurun avtomobili üzərində taksi fəaliyyətilə məşğul olması barədə hər hansı nişan olmamışdır.

16. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, “Howo Sinotruk” markalı yük maşını ilə qaraja doğru hərəkət etmək üçün sola doğru istiqamətlənmək üçün sürəti azaltmaq məqsədi ilə əyləci basmış, nəticədə idarə etdiyi avtomobil sürüşərək idarəolunmaz vəziyyətə düşərək qarşı yola keçmişdir. Qarşı tərəfdən gələn və onu görən avtomobillər dayansa da, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayanmadan sürətlə onun idarə etdiyi yük avtomobilin sol arxa hissəsinə çırpılmış, bununla da yoldan çıxaraq yol kənarındakı mağazaya dəymişdir. Yük avtomobilini idarə etdiyi yol iki istiqamətli olmuş, hərəkət istiqamətləri isə yolayrıcı xətlərlə ayrılmışdır. Onun idarə etdiyi yük avtomobilinin mümkün olan maksimal sürəti 70 km/saatdır. Qarşıdan gələn avtomobillərin sürətini və hansı markaya məxsus olmasını bilmir. Onun qarşı yolu keçdiyini görüb dayanan avtomobillər “Mercedes Benz” markalı avtomobildən öndə olmuşdur. Hadisədən əvvəl ekspert rəyinə əsasən onun avtomobilinin hərəkət sürəti 45-50 km/saat olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinin sürətinin nə qədər olduğunu dəqiq bilməsə də, sonuncunun avtomobili ötmə əməliyyatı etməsi ilə əlaqədar yüksək sürətlə hərəkət etdirməsi səbəbindən qəza baş vermişdir. Hadisə vaxtı hava çiskinli, yollar yaş, avtomobilinin təkərləri isə palçıqlı olduğundan idarə etdiyi avtomobilin arxa hissəsi sürüşərək idarəolunmaz vəziyyətə düşmüşdür. Hadisədən əvvəl onun idarə etdiyi yük avtomobili sürüşərək hərəkətsiz dayanmış, dayandığı anda “Mercedes Benz” markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. İdarə etdiyi yük avtomobili saz vəziyyətdə olmuş və sürüşmə nəticəsində onun avtomobili idarəolunmaz vəziyyətə düşmüşdür. O, idarə etdiyi yük avtomobilinin sürətini azaltmaq üçün əyləcə basmış, lakin yol yaş, idarət etdiyi avtomobilinin təkərləri palçıq və ağır yük avtomobili olduğundan avtomobil sürüşərək əks yola daxil olmuşdur. O, idarə etdiyi avtomobilinin əyləcini sıxaraq sürətini azaltmaq istəyərkən dönmək istədiyi yerə qədər müəyyən interval olmuş, lakin avtomobili sürüşərək idarəolunmaz vəziyyətə düşdüyündən yığışdıra bilməmişdir. “Mercedes Benz” markalı avtomobil digər avtomobillərin arxasında olduğundan həmin avtomobili görməmiş və qəza məhz Təqsirləndirilən şəxs avtomobili sürətlə sürməsi səbəbindən baş vermişdir.

17. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında müstəntiq Şahid4 Mustafa oğlu izahatında göstərdi ki, 19 ildir müstəntiq vəzifəsində işləyir. “Mercedes-Benz" markalı avtomobilin hadisə yerində məsafəsinin müəyyən edilməsi üçün ekspertlərlə danışaraq onları təkrarən dəvət etmiş, lakin ekspertlərin hadisə yerində iştirakının təmin olunması mümkün olmamışdır. Buna görə də, ekspertlərin iştirakı olmadan hadisə yerinə gedərək videogörüntüyə baxmış və həmin videogörüntüyə əsasən oriyentirləri dəqiqləşdirib təxmini istiqamətləri müəyyən edərək ölçmə aparmış, bu zaman toqquşma məsafəsinin 145 metr olduğunu müəyyən etmiş və yenidən ekspertiza təyin etmişdir. Videotexniki ekspert Lətif Əliyev ibtidai istintaq zamanı bir dəfə hadisə yerinə gəlmiş, orada videogörüntülərə baxaraq ölçmələr aparmışdır. Sonuncunun verdiyi rəyə görə, yük avtomobilinin məsafəsi müəyyən edilsə də, “Mercedes-Benz” markalı avtomobilinin məsafəsi müəyyən oluna bilməmişdir. 10 mart 2023-cü il tarixli hadisə yerinə təkrar baxış protokolunu isə digər proses iştirakçılarının iştirakı olmadan tərtib etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxmaqdan imtina etmişdir. O, videolara baxaraq avtomobillərin təxmini istiqamətlərini müəyyən etmişdir ki, yük avtomobili dönməyə başlayanda bu və ya digər avtomobil hansı obyektin, predmetin və oriyentirin yanında olmuş və sonra məsafəni ölçmə apararaq müəyyən etmişdir. O, hadisə yerində olan iki işıq dirəyi arasında olan məsafənin ölçülərini və digər predmetləri orientir kimi götürərək ölçmələr aparmışdır. Hadisə yerinə baxış keçirilərkən tormaz izi müəyyən etmədiyindən bu barədə protokolda qeyd aparmamışdır.

18. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş ekspert X29 ifadəsində göstərdi ki, o, əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini, ali fizika təhsilli, “Audio və videoyazıların şərait, vasitə, material və izlərinin tədqiqi ixtisası üzrə” 2017-ci ildən ekspert iş stajına malik olmaqla, fiziki-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Videoyazıya görə nəqliyyat vasitələrinin hərəkət parametlərinin (təcil, məsafə, sürət, zaman, toqquşma bucağının) müəyyən edilməsi onun ekspert sahəsinin predmetinə aididir. O, 8 iyun 2022-ci il tarixli, 8/1254-4/767 nömrəli ekspert rəyini təqdim edilmiş videoyazının tədqiqatını apararaq özünə aid hissədə rəy tərtib edərkən hadisə yerində olmuşdur. Videogörüntülərə baxaraq hadisənin baş verməsini düzgün müəyyən etmək üçün yerində ətraflı baxış keçirmək lazımdır. Ona təqdim edilmiş videogörüntüyə əsasən avtomobillərin konturları dəqiq müəyyən edilməmiş, videogörüntülərin keyfiyyəti yaxşı olduğu halda avtomobillərin konturlarını dəqiq müəyyən etmək mümkündür. Etalon məlumat kimi ekspertin hadisə yerinə baxışı zamanı müəyyən olunmuş “Howo Sinotruk” markalı yük avtomobilinin hərəkəti istiqamətində hərəkət zolaqlarını ayıran asfalt üzərində olan iki qırıq xətt və onlar arasındakı məsafənin 16,7 metr olmasından istifadə olunmuşdur. Aparılmış tədqiqat nəticəsində “Howo Sinotruk” markalı yük avtomobili dönmə əməliyyatına başladığı yerə qədər getdiyi məsafəni 1,333 saniyə müddətində qət etmişdir və bu zaman orta sürəti 45 km/saat olmuşdur. Lakin tədqiqata təqdim edilmiş videoyazının keyfiyyəti yaxşı olmadığı üçün həmin videogörüntüyə əsasən “Mercedes-Benz” və “Nissan Sunny” markalı avtomobillərin koordinatlarının və konturlarının müəyyən edilməsi və hərəkətlərinin dəqiq izlənilməsi mümkün olmadığından həmin avtomobillərin hərəkət parametlərini müəyyən edilmək mümkün olmamışdır. Təhlükə anının yaranmasını müəyyən etmək onun ekpert kimi tədqiqat predmetinə aid deyildir. Ekspert kimi o, yalnız təqdim edilmiş video görüntülərə əsasən hərəkət parametlərini müəyyən edə bilər.

19. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ekspert Şahid3 ifadəsində göstərdi ki, o, yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti, ali texniki təhsilli olmaqla “Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ixtisası” üzrə 2019-cu ildən ekspert iş stajına malikdir. O, 8 iyun 2022-ci il tarixli, 8/1254-4/767 nömrəli, 18 noyabr 2022-ci il tarixli, 8/2751 nömrəli və 14 mart 2023-cü il tarixli, 8/750 nömrəli ekspert rəylərini tərtib etmişdir. 8 iyun 2022-ci il tarixli, 8/1254-4/767 nömrəli rəy üzrə tədqiqat apararaq özünə aid hissədə rəy tərtib etmişdir. Həmin rəyi tərtib edərkən hadisə yerində olaraq ölçmələr olmuşdur. 18 noyabr 2022-ci il tarixli, 8/2751 nömrəli rəydə qeyd etdiyi kimi ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlar yəni, hərəkət üçün təhlükənin keçmə müddətləri və hərəkət üçün təhlükə yarandığı andan “Mercedes-Benz” markalı avtomobilin toquşma yerinə kimi 28,2 metr məsafə olması real deyildir, reallıqda həmin məsafədən dəfələrlə böyük olmuşdur. Müstəntiq tərəfindən təqdim edilmiş materiallara əsasən göstərilmişdir ki, “Howo Sinotruk” markalı yük avtomobilinin yolun orta hissəsindən sola doğru istiqamətləndiyi andan Təqsirləndirilən şəxs toqquşma məsafəsi 28 metr olmuşdur. Lakin ekspertlər kimi videogörüntülərə əsasən və videoda görünən işıq dirəkləri arasında olan məsafəni müəyyən edərək qeyd etmişlər ki, toqquşma məsafəsi 28.2 metrdən dəfələrlə böyükdür. Daha dəqiq məsafəni müəyyən etməkdən ötrü ibtidai istintaq orqanı videoya əsasən avtomobillərin hansı oriyentirdə olmasını müəyyən etmək üçün avtomobillərin hansı evin qarşısında, hansı predmetin yanında olmasını aydınlaşdıraraq toqquşma məsafəsini ona uyğun aşkar edə bilər. O, toqquşma məsafəsini videoya baxaraq avtomobillərin istiqaməti və olduğu yeri müəyyən edərək oriyentirləri qeyd edərək rəy vermiş və toqquşma məsafəsinin 28 metrdən dəfələrlə çox olduğunu müəyyən etmişdir.

20. Azərbaycan Respublikası hüdüdlarından kənarda olduğundan məhkəmə iclasında dindirilə bilməmiş ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsi elan edilərək tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki, hazırda Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq taksi kimi fəaliyyət göstərir. 2 fevral 2015-ci il tarixdən BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır, həmin vaxtdan da avtomobil idarə edir. **-NR-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobil ona məxsusdur. Həmin avtomobil X3 adına rəsmiləşdirilsə də, faktiki olaraq onun əmlakıdır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində ona məxsus texniki cəhətdən saz vəziyyətdə olan **-NR-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə saatda 60-70 km sürətlə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət etmişdir. Həmin vaxt avtomobilində yük olmamış, üç nəfər sərnişin olmuş, lakin həmin şərnişinləri tanımır. O, həmin şəxsləri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində müştəri kimi avtomobilinə əyləşdirmişdir. Hadisə zamanı yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Avtomobilindən təxminən 50 metr irəlidə Kürdəxanı şossesi ilə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın tünd rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi “Mercedes Benz” markalı avtomobil hərəkət etmişdir. “Mercedes Benz” markalı avtomobillə sürətləri təxminən eyni olmuş, belə ki, hərəkət zamanı aralarında olan məsafə stabil olmuşdur. Onun avtomobilindən təxminən 70-80 metr irəlidə qarşıdan hərəkət edən dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili kimi tanıdığı avtomobilin dayanmadan yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xətti kəsərək onun və “Mercedes Benz” markalı avtomobilin hərəkət zolağına daxil olmasını görmüş, qarşıda hərəkət edən “Mercedes Benz” markalı avtomobil tormozlama etsə də avtomobilini saxlaya bilməmiş, nəticədə “Mercedes Benz” markalı avtomobil ön hissəsi ilə yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun əks istiqamətli hərəkət hissəsinə keçib orada daş hasara çırpılaraq dayanmışdır. Hadisəni görüb o da tormoz etmiş, lakin onun avtomobli şürüşərək ön hissəsi ilə onun yolunun hərəkət hissəsində yanakı vəziyyətdə dayanmış yük avtomobilinin arxa hisəsi ilə toqquşmuş, bundan sonra o, avtomobilini saxlamışdır. Lakin nə o, nə də avtomobilində olan sərnişinlər xəsarət almamışdır. Həmin vaxt yük avtomobilinin sürücüsü hərəkətə başlayaraq avtomobilini Kürdəxanı kəndinin içərisinə doğru hərəkət etdirməklə hadisə yerindən uzaqlaşmışdır. O isə hadisə yerində qalmış və polis əməkdaşlarını gözləmişdir. Sonra isə ətrafa çoxlu adamlar toplaşmışlar. O da həmin adamlarla birlikdə “Mercedes Benz” markalı avtomobilin yanına getmiş və həmin avtomobilin dövlət qeydiyyat nişanının **-DO-*** olduğunu görmüşdür. O, ətrafa yığılmış şəxslərlə “Mercedes-Benz” markalı avtomobildə sərnişin olub xəsarət almış şəxslərə köməklik göstərməyə başlamışdır. “Mercedes-Benz” markalı avtomobildə sərnişin olmuş iki nəfər şəxsin vəfat etdiyini görmüşdür. Həmin avtomobilin sürücüsü və xəsarət almış digər şəxslər isə hadisə yerindən X35 Stansiyasının avtomobili ilə xəstəxanaya aparılmışlar. 2015-ci ildən avtomobil idarə edir, avtomobilin hərəkətini gördükdə təxmini sürətini bilir. Ona görə də, hesab edir ki, yük avtomobilinin sürəti təxminən 20-25 km/saat olmuşdur (Cild 1, i.v 25-26).

21. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

22. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 1 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şahid4 tərəfindən ********* nömrəli cinayət işi materiallarından “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və sonuncu cinayət işi ayrıca icraatda müstəntiq Şahid4 icraatına qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v 1-2).

23. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə, saat 8:15 radələrində X11 idarə etdiyi “Howo Sınotruk” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsində olan iki nəfər sərnişinin ölməsi, iki nəfər sərnişinin və həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alması, “Howo Sınotruk” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Xəyal Qənbərovun isə hadisə yerindən yayınması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə müstəntiq Şahid4 tərəfindən ********* nömrəli cinayət işi başlanılaraq sonuncu tərəfindən istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 5).

24. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 dekabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesində yerləşən “Dəmir Yumruq” marketinin qarşısıdır. Baxış çiskin havada, 10 dərəcə temperaturda, Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisənin növü toqquşmadır. Hadisənin yerinin Sabunçu rayonu, Kürdəxanı şossesində yerləşən “Dəmir Yumruq” marketinin qarşısının olması baxışda iştirak edən Şahid2 tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi üfuqi, düz, asfalt örtüklü və yaş olmuşdur. Yol örtüyünün eni 12,4 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 12 metrdir. Hərəkət hissəsində yolu əks istiqamətli hərəkət hissələri 40 sm endə qoşa xətt bölür. Hərəkət hissəsinə sağdan və soldan torpaq ehtiyat hissə birləşir. Daha sonra sağda və solda kənd tipli tikililər yerləşir. Hadisə yerində hərəkət nizamlanmayan, yol nişanları zonası isə yoxdur. Yol gündüz, təbi işıqlanma ilə işıqlandırılır. Şinlərin və tormozlama izləri aşkar olunmamışdır. Hərəkət yolunun Zabrat qəsəbəsi istiqamətində qoşa xəttin üzərində və bir metr sağ məsafədə avtomobillərin sınmış hissələri, şüşə və torpaq hissəciklər aşkar edilmişdir. Baxış saat 9:15-də başlanmış, saat 10:15-də qurtarmışdır (Cild 1, i.v. 8-12).

25. “DVD diskə baxış keçirilməsi haqqında” 6 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı hadisənin qeydiyyata alındığı videogörüntü əldə edilərək (Bakı şəhəri, “Dəmir Yumruq” mağazasının hadisənin baş verdiyi yolun hərəkət hissəsini çəkən kameralarından) DVD diskə köçürülərək götürülmüş, həmin görüntüyə sürücü Təqsirləndirilən şəxs, onun etibarnamə üzrə nümayəndələri Müdafiəçi2 və Müdafiəçi1, sürücü Şahid2 və mütəxəssis X16 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mütəxəssis tərəfindən saniyəölçənlə müvafiq ölçmələr aparılaraq müəyyən edilmişdir ki, “Howo Sınotruk” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət zamanı sola istiqamətlənərək, hərəkət istiqamətlərini ayıran qoşa xətti kəsib sola, yəni əks hərəkət yoluna daxil olduğu andan əks istiqamətdə hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yük avtomobilinin arxa tini ilə toqquşduğu an arasında keçən orta vaxt 1,992 saniyə, habelə həmin andan Şahid2 idarə etdiyi “Nissan Sunny” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yük avtomobilinin arxa tini ilə toqquşduğu an arasında keçən orta vaxt isə 5,33 saniyə olmuşdur (Cild 1, i.v. 138-139).

26. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 1 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, onun ölməsi ilə əlaqədar arvadı X14 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 149).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin rəis müavini Kamran Əliyevin 2 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2018-ci il tarixdə (25 yanvar 2028-ci il tarixədək etibarlı olan) AD 085238 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (Cild 1, i.v. 247).

28. “İfadənin yerində yoxlanılması haqqında” 12 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş sürücü Təqsirləndirilən şəxs ifadəsi onun etibarnamə üzrə nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. Protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs Yaraməmməd oğlu özünün göstərdiyi istiqamətlər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” mağazasının qarşına gələrək toqquşmadan əvvəl idarə etdiyi “Mercedes Benz” markalı,**- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin 60 km/saat olduğunu və bu zaman yolun hərəkət hissəsinin yaş olduğunu bildirmişdir. Daha sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerində idarə etdiyi “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqsirləndirilən şəxs X11 idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşduğu yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs toqquşma nöqtəsini tam dəqiqliklə göstərməkdə çətinlik çəksə də, hər bir halda toqquşma yerini göstərə biləcəyini qeyd edərək yolun hərəkət hissəsinin mərkəzinə yaxın nöqtəni göstərməklə toqquşmanın təxminən həmin nöqtədə baş verməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisədən əvvəl hərəkət edərkən qarşıdan əks istiqamətdə gələn “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin onun hərəkət yoluna doğru istiqamətləndiyi anda iki avtomobilin arasındakı məsafəni hadisə yerinə göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs qarşıdan əks istiqamətdə gələn həmin yük avtomobilinin yüksək sürətlə hərəkət etdiyindən, qəflətən sola istiqamətlənərək eyni zamanda yan tərəfi üstündə onun yoluna doğru sürüşməkdə davam etdiyindən və toqquşma anında da həmin yük avtomobili sürüşmə hərəkətində olduğundan o, “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna doğru istiqamətləndiyi anda həmin avtomobillə idarə etdiyi avtomobil arasındakı məsafəni müəyyən edib göstərə bilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qarşıdan əks istiqamətdə gələn “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna doğru istiqamətləndiyi anda özünün idarə etdiyi “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsindən hansı məsafədə olmasını göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin nöqtəni əyani olaraq göstərmiş və ölçmə ilə iki əks istiqamətdə hərəkətdə olan “Howo Sınotruk” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edərək sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yaratdığı anda, sonuncunun 60-70 km/saat sürətlə idarə etdiyi avtomobilin toqquşma nöqtəsindən 28,2 (iyirmi səkkiz metr iyirmi santimetr) metrlik məsafədə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs toqquşma baş verən anda “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkəti istiqamətinin əksinə yan tərəfi üzərində sürüşməkdə davam etdiyini və toqquşma anında hər iki avtomobilin hərəkətdə olduğunu bildirmişdir. İstintaq hərəkəti zamanı “Samsung” markalı fotoaparat vasitəsi ilə fotoşəkillər çəkilmişdir (Cild 1, i.v. 248-251).

29. X5 23 iyun 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, “Mercedes Benz” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən ona 3200 manat pul ödənilmişdir (Cild 2, i.v. 15).

30. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, onun ölməsi ilə əlaqədar atası X15 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 2, i.v. 18-19).

31. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 2, i.v. 48).

32. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 15 yanvar 2022-ci il tarixli, 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin əzilməsi, alın sümüyünün qəlpəli sınığı və təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan başın küt travması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alına bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (Cild 2, i.v. 67-69).

33. “Meyitin məhkəmə tibbi ekspertizasının” 30 dekabr 2021-ci il tarixli, 277 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində baş-beyin maddəsinin əzilibdağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli sınıqları, l-ll-lll boyun fəqərələrinin, sağ körpücük sümüyünün qapalı qəlpəli yerini dəyişən sınıqları, sağ yuxarı ətrafın sağ saidin orta 1/3 hissəsindən travmatik amputasiyası, sağ bazu sümüyünün açıq sınığı, sağ ağciyərin kontuziyası, başın, sifətin, boynun, döş qəfəsinin və sağ yuxarı ətrafın əzilmiş yaraları, qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin, l-ll-İll boyun fəqərələrinin çoxsaylı qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (Cild 2, i.v. 70-76).

34. “Meyitin məhkəmə-tibbi ekspertizasının” 30 dekabr 2021-ci il tarixli, 278 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Müslüm oğlunun meyitində baş-beyin maddəsinin əzilib-dağılması, sümük defekti ilə müşayiət olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli açıq, sağ körpücük sümüyünün qapalı, yerini dəyişən sınıqları, sağ ağciyərin kontuziyası, başın, sifətin, döş qəfəsinin, hər iki yuxarı ətrafın və sağ diz oynağının əzilmiş yaraları, qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərkküt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 Mislüm oğlunun ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 Mislüm oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (Cild 2, i.v. 77-83).

35. “Kompleks məhkəmə-yol nəqliyyat hadisələri və video yazıların məhkəmə ekspertizasının” 8 iyun 2022-ci il tarixli, 8/1254-4/767 saylı rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, 26 may 2022-ci il tarixdə ekspert Lətif Əliyev tərəfindən hadisə yerinə baxış keçirilmiş, etalon məlumat kimi ekspertin hadisə yerinə baxışı zamanı müəyyən olunmuş “Howo Sınotruk” markalı yük avtomobilinin hərəkət istiqamətində hərəkət zolaqlarını ayıran asfalt üzərində olan iki qırıq xətt və onlar arasındakı məsafənin 16,7 metr olmasından istifadə olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, “Howo Sınotruk” markalı yük avtomobili dönmə əməliyyatına başladığı yerə qədər getdiyi 16,7 metr məsafəni 1,333 saniyə müddətində qət etmişdir və bu zaman orta sürəti V(“Howo)=16,7 m : 1,333 saniyə = 45 km/saat olmuşdur. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, ekpertizaya təqdim olunmuş 1 (bir) ədəd “PRİNCO” markalı, DVD-R diskdə qeydə alınmış “VİD-20220531-WA0006” adlı videoyazıdakı görüntülərə görə tədqiqi hissədə qeyd olunmuş məsafədə “Howo Sınotruk” markalı avtomobilinin orta sürəti 45 km/saat olmuş, “Mercedes Benz” və “Nissan Sunny” markalı avtomobillərin koordinatlarının və konturlarının müəyyən edilməsi, hərəkətlərinin dəqiq izlənməsi mümkün olmadığından həmin avtomobillərin hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Nissan Sunny” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyərinin 320 (üç yüz iyirmi manat) olması müəyyən edilmişdir (Cild 2, i.v. 84-94).

36. “Məhkəmə-kimyəvi ekspertizasının” 105 A/K saylı, 19 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (Cild 2, i.v. 99- 101).

37. “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 18 noyabr 2022-ci il tarixli, 8/2751 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Mercedes Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Nissan Sunny” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deydildir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlar, yəni hərəkət üçün təhlükənin keçmə müddətləri və hərəkət üçün təhlükə yarandığı andan “Mercedes Benz” markalı avtomobilin toqquşma yerinə kimi 28,2 metr məsafə qət etməsi real deyildir. Reallıqda həmin məsafə 28,2 metr məsafədən dəfələrlə böyük olmuşdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Bu isə onu izah edir ki, istintaq tərəfindən göstərildiyi kimi, “Mercedes Benz” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Nissan Sunny” markalı avtomobilin sürücüsü Şahid2 hərəkəti üçün təhlükə yaranması real hadisə mezanizminə uyğun deyildir. Çünki “Howo Sınotruk” markalı avtomobil 1.3 üfuqi nişanlanma xəttini kəsməzdən əvvəl hərəkəti istiqamətində iki zolaqlı yolun ortası ilə hərəkətdə olub oradan sola istiqamətlənməyə başlayır. İstintaq tərəfindən ifadənin yerində yoxlanılması protokolundan isə belə məlum olur ki, “Mercedes Benz” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərməsinə əsasən onun hərəkəti üçün təhlükə yarandığı andan idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafə müəyyən olunmuşdur və həmin məsafənin 28,2 metr olması göstərilmişdir. Qeyd edilir ki, hadisənin baş verdiyi anı əks etdirən video görüntü olduğu halda məsafələr sürücünün göstərməsinə əsasən yox, hərəkət hissəsinin kənarında olan orientirlərə əsasən müəyyən olunur. Video görüntü ilə belə məlum olur ki, “Howo Sınotruk” markalı avtomobil idarəolunmaz vəziyyətdə sola doğru istiqamətlənməyə başladığı anda onunla eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitələrini kəskin sürət fərqi ilə ötüb keçən “Mercedes Benz” markalı avtomobil toqquşma yerindən kifayət qədər böyük məsafədə olur. Odur ki, istintaq tərəfindən “Mercedes Benz” markalı avtomobilin toqquşma nöqtəsindən 28,2 metr məsafədə olması real deyildir. Reallıqda məsafə 28,2 metr məsafədən dəfələrlə böyük olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 50 (əlli) manat olması qeyd edilmişdir (Cild 2, i.v. 141-143).

38. 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq Şahid4 tərəfindən 12 dekabr 2021-ci il tarixdə, saat 8:15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X11 idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşduğu yeri və sonuncu yük avtomobilinin Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna doğru istiqamətləndirdiyi anda, yəni, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yarandığı anda aralarında olan məsafəni hadisənin qeydiyyata alındığı videogörüntüdən müəyyən etmək məqsədi ilə hadisə yerinə çıxılmış, hadisə yerində bir daha videogörüntü dəfələrlə tədqiq edilərək görüntülərə uyğun olaraq hərəkət hissəsində real ölçmələr aparılmışdır. Müəyyən edilmişdir ki, X11 idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə öz hərəkət hissəsində sola doğru dönmə əməliyyatı aparmağa başladığı an sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yarandığı an hesab edilməlidir. Həmin anda “Mercedes Benz” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 145 (yüz qırx beş) metr məsafədə olmuşdur (Cild 2, i.v. 163).

39. “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının 14 mart 2023-cü il tarixli, 8/750 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, qeyd olunmuş vəziyyətdə “Mercedes Benz” markalı avtomobilin dayanma yolu həmin avtomobilin 60 km/saat sürətində 52 metr, 70 km/saat sürətində isə 66,2 metrdir. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, hərəkət üçün təhlükə yaranan andan, yəni “Howo Sınotruk” markalı avtomobilin öz hərəkət zolağından sola doğru manevr etdiyi anda “Mercedes Benz” markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=145 metr) onun mövcud yol şəraitinə uyğun dayanma yolundan (Sd=52-66,2 metr) böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərəkətlərində “X30” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Aparılmış tədqiqatın dəyərinin 85 (səksən beş) manat olması qeyd edilmişdir (Cild 2, i.v. 167-170).

40. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq Şahid4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edələrək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 2, i.v. 179-180).

41. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2023cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində müstəntiq Şahid4 tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 213-214).

42. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (Cild 2, i.v. 216).

43. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X20 tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 218- 219).

44. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 7 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şahid4 tərəfindən ibtidai istintaq tamamlanaraq tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v. 221-237).

45. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(101)-1477/2022 saylı hökmündən və “Hökmün icrası barədə” 13 dekabr 2022-ci il tarixli göstərişdən görünür ki, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66-cı maddəsinə əsasən 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm 13 dekabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir (Cild 2, i.v. 238-252; Cild 3).

46. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(101)-1477/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, X18 “X30” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməməklə, ona verilmiş AE 530094 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Saatlı Rayon Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 (altı) ay müddətinədək məhdudlaşdırılmasına baxmayaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ, X7 adına rəsmiləşmiş, faktiki olaraq X8 məxsus “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməyə hüquq verən etibarnamə olmadan 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” mağazasının yaxınlığında “X30” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin, 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, 69-cu maddəsinin 7-ci bəndinin 1-ci hissəsinin üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib, sola doğru manevr edərək yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə bölən 1.3 üfüqi xəttini kəsib, əks hərəkət zolağına daxil olaraq idarətməni itirmiş, avtomobilinin yana-irəli və sola fırlanma hərəkəti zamanı arxa ban hissəsini qarşıdan əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə “Mercedes-Benz” markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək, əks istiqamətli hərəkət hissəsinə doğru hərəkət edib, yolun hərəkət hissəsinin kənarında yerləşən “Dəmir Yumruq” adlı mağazaya dəyərək dayanmış, həmin vaxt Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan Şahid2 etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” markalı, Az **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə qarşıda eyni hərəkət hissəsində dayanmış vəziyyətdə olan “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa tin hissəsi ilə toqquşmuş, “Mercedes-Benz” markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmasından sonra “Dəmir Yumruq” adlı mağazaya dəyməsi nəticəsində “Mercedes- Benz” markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X13 baş beyin əzilməsi, alın sümüyünün qəlpəli sınığı və təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan başın küt travması, dərəcəsinə görə həyat üçün təhlükəli olub, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər dərəcəli, Şahid1 baş beyin silkələnməsi ilə müşayiət olunan təpə, sağ alın-gicgah, alın və ənsə nahiyyələrinin əzilmiş yaraları, sürücüsü Təqsirləndirilən şəxs baş beyin silkələnməsi, alın və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun nahiyəsinin əzələ-bağ aparatının gərilməsi, sol təpə və bel-oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 Müslüm oğluna baş-beyin maddəsinin əzilibdağılması, sümük defekti ilə müşayiət olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli açıq, sağ körpücük sümüyünün qapalı, yerini dəyişən sınıqları, sağ ağciyərin kontuziyası, başın, sifətin, döş qəfəsinin, hər iki yuxarı ətrafın və sağ siz oynağının əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət edilən, Zərərçəkmiş şəxs3 baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli sınıqları, l-ll-lll boyun fəqərələrinin, sağ körpücük sümüyünün qapalı qəlpəli yerini dəyişən sınıqları, sağ yuxarı ətrafın sağ saidin orta 1/3 hissəsindən travmatik ampitasiyası, sağ bazu sümüyünün açıq sınığı, sağ ağciyərin kontuziyası, başın, sifətin, boyunun, döş qəfəsinin və sağ yuxarı ətrafın əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət müşayiət edilən xəsarətlər yetirib, ehtiyyatsızlıqdan sonuncuların ölümünə səbəb olmaqla “Mercedes-Benz” markalı, Az **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs 11000 manat, “Nissan Sunny” markalı, Az **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 2420 manat ziyan vurmuş, həmçinin "X30" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni, nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X35” maşını çağırmalı, zərərçəkənlərə həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır (Cild 2, i.v. 238-252)

47. “Sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin qeydiyyata alındığı görüntünün köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir (Cild 2, i.v.253- 264).

48. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən ibtidai istintaq tamamlanaraq tərtib edilmiş ittiham aktı 17 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v. 287-302).

49. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahdan 3 noyabr 2014-cü il təvəllüdlü Ayxan Şahkərəmov, 21 aprel 2020-ci il təvəllüdlü Məryəm Şahkərəmova və 19 sentyabr 2013-cü il təvəllüdlü Sevinc Şahkərəmova adlı üç azyaşlı uşağı vardır (Cild 3).

50. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 “Cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair” 11 may 2023-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 özünün mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmasını, sonuncunun törətmiş olduğu cinayət əməli üzrə ümumilikdə ona vurulmuş 17730 (on yeddi min yeddi yüz otuz) manat məbləğdə pul vəsaitinin və ödənilmiş 144 (bir yüz qırx dörd) manat məbləğdə dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hazırlıq iclasının qərarı Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir (Cild 3).

51. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsinə əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Resept Blankından görünür ki, Zərərçəkmiş şəxs1 müayinə və müalicəsi üçün çoxsaylı dərman preparatları yazılmışdır. Həmçinin mülki iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, “X38” xəstəxanasına 12 dekabr 2021-ci il tarixdə 5000 (beş min) və 460 (dörd yüz altmış) manat, 14 dekabr 2021-ci il tarixdə 1000 (bir min) manat, 15 dekabr 2021-ci il tarixdə 1000 (bir min) manat, 16 dekabr 2021-ci il tarixdə 1000 ( bir min) manat, 17 dekabr 2021-ci il tarixdə 1000 ( bir min) manat, 19 dekabr 2021-ci il tarixdə 1000 (bir min) manat və 20 dekabr 2021-ci il tarixdə 1000 (bir min) manat məbləğində olmaqla, ümumilikdə 11460 (on bir min dörd yüz altmış) manat məbləğində ödənişlər edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs1 fiziki şəxs olan işəgötürən X23 tərəfindən 4 fevral 2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi ilə işə götürülmüş, işlədiyi dövrdə aylıq orta əmək haqqı 345 manat olmuşdur (Cild 3). Əməlin tövsifi və digər hüquqi məsələlər:

52. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

56. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.

57. CM-in 263.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

58. “X30” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X30” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.

60. Hökmün 59-cu bəndində qeyd edilmiş qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X30” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

61. Həmçinin hökmün 59-cu bəndində qeyd edilən qərarın 25 və 26-cı bəndlərində isə göstərilmişdir ki, məhkəmələr diqqət yetirməlidirlər ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 9-cu bölməinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərərçəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır.

62. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “X30” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

63. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir.

64. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

66. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “X30” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti nəqliyyat vasitəsini idarə edən, cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş fiziki anlaqlı şəxs ola bilər.

67. Müdafiə tərəfinin məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hadisənin qarşısının alınmasına texniki imkanının olmaması, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın yalnız hökmün 38-ci bəndində qeyd edilmiş 10 mart 2023-cü il tarixli qanunsuz və əsassız protokola əsaslanması, o cümlədən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində və həmin ifadələrin yerində yoxlanılarkən onun üçün təhlükənin “Howo Sinotruk” markalı avtomobilin əks hərəkət istiqamətlərini ayıran bütöv xətti kəsərək onun hərəkət yoluna daxil olduğu andan yaranmasını qeyd etmələri işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə və müdafiə tərəfinin mövqeyinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin istintaqın sonrakı mərhələsində meydana çıxmış xüsusatlarla əlaqədar təkrarən hadisə yerində yoxlanılmasına dair istintaq orqanının təklifindən hər hansı əsaslı səbəb olmadan imtina etmişdir.

68. Halbuki, həm “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 18 noyabr 2022-ci il tarixli, 8/2751 saylı rəyi, həm də isitntaq orqanı tərəfindən təqdim edilmiş video görüntüyə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə dəfələrlə baxılması ilə müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən onun guya hərəkəti üçün təhlükənin keçmə müddətləri və hərəkəti üçün təhlükənin yarandığı andan “Mercedes Benz” markalı avtomobilin toqquşma yerinə kimi 28,2 metr məsafə qət etməsi real deyildir. Reallıqda həmin məsafə 28,2 metr məsafədən dəfələrlə böyük olmuşdur. Bu isə onu izah edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi kimi idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin sürücüsü kimi onun hərəkəti üçün təhlükənin yaranmasını göstərdiyi mexanizm real hadisə mezanizminə uyğun olmamışdır. Çünki “Howo Sınotruk” markalı avtomobil 1.3 üfuqi nişanlanma xəttini kəsməzdən əvvəl hərəkəti istiqamətində iki zolaqlı yolun ortası ilə hərəkətdə olub oradan sola istiqamətlənməyə başlayır. Təqsirləndirilən şəxs isə 2 iyun 2022-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən onun göstərməsinə əsasən onun hərəkəti üçün təhlükə yarandığı andan idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafə müəyyən olunmuş və həmin məsafənin 28,2 metr olması göstərilmişdir. Halbuki, video görüntüdən məlum olur ki, “Howo Sınotruk” markalı avtomobil idarəolunmaz vəziyyətdə sola doğru istiqamətlənməyə başladığı anda onunla eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitələrini kəskin sürət fərqi ilə ötüb keçən “Mercedes Benz” markalı avtomobil toqquşma yerindən kifayət qədər böyük məsafədə olur.

69. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli həmçinin hadisənin bilavasitə iştirakçıları olan Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid2 və X11 ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

70. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

71. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və bir şəxsin isə sağlamlığına ağır dərəcəli zərərvurulmasına səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

72. Bundan başqa, məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsinə dair iddia ərizəsində vurulmuş zərərin məbləği düzgün müəyyən edilməmişdir.

73. Belə ki, CPM-in 179-cu maddəsinin tələbinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

74. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində ona dəymiş zərərin məbləği ilə bağlı təqdim etdiyi sübutları üç qrupa bölmüşdür. Birinci qrupa onun “X38” xəstəxanasında müalicə olunması ilə əlaqədar çəkdiyi xərclərlə bağlı təqdim edilmiş ödəniş qəbzlərinə əsasən ümumilikdə 11460 (on bir min dörd yüz altmış) manat pul vəsaitinin ödənilməsi, ikinci qrupa müalicəsi dövründə müxtəlif dərman preparatlarına 3000 (üç min) manat məbləğində pul vəsaitinin xərclənməsi və nəhayət üçüncü qrupa isə yol-nəqliyyat hadisəsindən əvvəl məşğul olduğu əmək fəaliyyətindən məhrum olması nəticəsində aylıq 345 manat aldığı əmək haqqı və həyata keçirdiyi satışlara görə əmək haqqısına əlavə olaraq aldığı 200 manat olmaqla, işləmədiyi altı ay ərzində 3270 (üç min iki yüz yetmiş) manat məbləğində qazancından məhrum olması daxildir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verdiyi mülki iddiası üzrə birinci qrup xərclərlə bağlı təqdim etdiyi sübutlar mötəbər olduğundan həmin ziyanın vurulması düzgün müəyyən edilmişdir. Lakin ikinci qrup üzrə dərman preparatlarına xərclənmiş vəsaitin təqdim olunmuş reseptlərə əsasən 3000 (üç min) manat məbləğində deyil, 2000 (iki min) manat məbləğində olması müəyyən edilir. Həmçinin üçüncü qrup üzrə isə yol-nəqliyyat hadisəsindən əvvəl aylıq əmək haqqısının 345 (üç yüz qırx beş) manat olmasına dair mötəbər sübut kimi əmək müqaviləsinə dair bildirişi təqdim etsə də, onun əmək haqqısına hər ay 200 manat əlavə almasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, Zərərçəkmiş şəxs1 əmək fəaliyyətindən 6 (altı) ay müddətinə məhrum olması nəzərə alınmaqla 2070 (iki min yetmiş) manat əldən çıxmış qazanc kimi qəbul edilə bilər.

75. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

76. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

79. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

80. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinin tələbinə əsasən (bax hökmün 29cu bəndinə) zərərçəkmiş şəxsin hüquqi varisi X12 münasibətdə cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

81. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

82. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

83. CM-nin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.

84. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.

85. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

86. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

87. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 14 mart 2023-cü il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 2, i.v. 213-216; Cild 3).

88. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclası zalından dərhal həbsə alınmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 1 dekabr 2023-cü il tarixdən hesablanmalıdır.

89. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır.

91. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

92. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 455 (dörd yüz əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

93. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur.

94. İş üzrə verilmiş mülki iddianı müzakirə edərək məhkəmə hesab edir ki, hökmün 74cü bəndində qeyd edilənlərə əsasən, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən 17730 (on yeddi min yeddi yüz otuz) manat məbləğində maddi ziyanın və ödənilmiş 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddiası qismən təmin edilməli, 15530 (on beş min beş yüz otuz) manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 (bir yüz otuz yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı iddiaçı Zərərçəkmiş şəxs1 aid edilməlidir.

95. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

96. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

97. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 1 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün həbs qətimkan tədbiri ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilsin, 15530 (on beş min beş yüz otuz) manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 (bir yüz otuz yeddi) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin, ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı iddiaçı Zərərçəkmiş şəxs1 aid edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 455 (dörd yüz əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar