Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1236/2024 28.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X15 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Xırdalan şəhər” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 02 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və halhazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, bir gün əvvəl bacısı Şahid7 əri Zərərçəkmiş şəxs tərəfindən aralarında baş vermiş mübahisə zamanı döyülməsini, o cümlədən sonuncunun bacısının və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən Şahid7 ata evinə qayıtmasını bilib yeznəsi Zərərçəkmiş şəxs qarşı incikli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində evə gələrkən sonuncunun təsadüfən yaşadıqları ünvan 6 ünvanının qarşısında dayanıb atası Təqsirləndirilən şəxs2 ilə söhbət etdiyini görüb salam vermədən əsəbi halda yanından keçib həyət qapısından içəri daxil olduqdan sonra Zərərçəkmiş şəxs onun evin həyət qapısını üzünə tərəf çırpmasını özünə təhqir kimi qəbul edərək arxasınca həyətə daxil olub ona təhqiredici ifadələr işlətməklə irad bildirib sağ əli ilə onun üz nahiyyəsindən şillə zərbəsi vurub itələdikdən sonra yanlarında olan atası Təqsirləndirilən şəxs2 həmin hərəkətləri görüb qəzəblənərək Zərərçəkmiş şəxs üzərinə hücum edib artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi kəsici-deşici alətlə (bıçaqla) zərbə endirib sonuncuya sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik xəsarət yetirdiyini görüb Zərərçəkmiş şəxs ona və ailə üzvlərinə nalayiq ifadələr işlətməsini, o cümlədən ona şillə ilə zərbə vurmasını özünün və ailəsinin şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində atasına qoşularaq bir qrup şəxs halında birləşməklə qabacadan əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat məişət təyinatlı, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunmayan turist bıçağını belindən çıxardaraq həmin anda yaranmış səs-küyə evin həyətinə çıxıb onlara tərəf yaxınlaşan bacısı Şahid7 gözü qarşısında qışqırıq və yalvarışlarına məhəl qoymadan xüsusi əzab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə sonuncunun əri Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 6 (altı) ədəd) hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarət, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 2 (iki) ədəd, hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik olan xəsarətlər yetirdikdən sonra ona və atasına müqavimət göstərməsi, həmçinin Şahid7 mane olaraq zərbələrin qarşısına keçməsi nəticəsində öz cinayətkar niyyətini həyata keçirə bilməsə də, Təqsirləndirilən şəxs2 öz cinayətkar əməllərini davam etdirərək qızının gözü qarşısında xüsusi əzab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs yenidən zərbələr endirərək sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarət yetirib yenidən Şahid7 yalvarışları və zərbələrin qarşısına keçməsi, o cümlədən zərərçəkmişin aktiv müqaviməti nəticəsində növbəti zərbələri vurmaq imkanından məhrum olsa da, almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn etdiyi üçün, həmçinin Şahid7 qışqırıq və ərinin həyatı üçün aman diləyən yalvarışları, kəskin təkidi nəticəsində vaxtında X32 X31 çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, bir gün əvvəl qızı Şahid7 əri Zərərçəkmiş şəxs tərəfindən aralarında baş vermiş mübahisə zamanı döyülməsini, o cümlədən sonuncunun qızının və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən Şahid7 ata evinə qayıtmasını bilib yeznəsi Zərərçəkmiş şəxsla xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında dayanıb bir gün əvvəl baş vermiş hadisəni müzakirə edərkən, oğlu Təqsirləndirilən şəxs1 evə gələrək yeznəsinin təsadüfən yaşadıqları ünvan 6 ünvanının qarşısında dayanıb onunla söhbət etdiyini görüb salam vermədən əsəbi halda yanından keçərək həyət qapısından içəri daxil olduqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 evin həyət qapısını üzünə qarşı çırpmasını özünə təhqir kimi qəbul edib arxasınca həyətə daxil olaraq sonuncuya təhqiredici ifadələr işlətməklə irad bildirib sağ əli ilə üz nahiyəsindən şillə zərbəsi vuraraq itələdikdən sonra o, həmin hərəkətləri görüb qəzəblənərək Zərərçəkmiş şəxs üzərinə hücum edib artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qəsdən öldürmək məqsədi ilə qabaqcadan əldə edib üzərində gəzdirdiyi bıçaqla zərbə endirib sonuncuya sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs özünə və ailə üzvlərinə nalayiq ifadələr işlətməsini, o cümlədən şillə ilə zərbə vurmasını özünün və ailəsinin şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində ona qoşularaq bir qrup şəxs halında birləşməklə qabacadan əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat məişət təyinatlı, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunmayan turist bıçağını belindən çıxardaraq həmin anda yaranmış səs-küyə evin həyətinə çıxıb onlara tərəf yaxınlaşan bacısı Şahid7 gözü qarşısında qışqırıq və yalvanşlarına məhəl qoymadan xüsusi əzab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə sonuncunun əri Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmaqla sonuncuya döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd nüfuz etməyən deşilmişkəsilmiş yaraları (cəmi 6 (altı) ədəd) hər biri ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarət, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 2 (iki) ədəd, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik olan xəsarətlər yetirdikdən sonra ona və oğluna müqavimət göstərməsi, həmçinin Şahid7 mane olaraq zərbələrin qarşısına keçməsi nəticəsində öz cinayətkar niyyətini həyata keçirə bilməsə də, o, öz cinayətkar əməllərini davam etdirərək qızının gözü qarşısında xüsusi əzab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs yenidən zərbə endirərək sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarət yetirib yenidən Şahid7 yalvarışları və zərbələrin qarşısına keçməsi, o cümlədən zərərçəkmişin aktiv müqaviməti nəticəsində növbəti zərbələri vurmaq imkanından məhrum olsa da, almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn etdiyi üçün, həmçinin Şahid7 qışqırıq və ərinin həyatı üçün aman diləyən yalvarışları, kəskin təkidi nəticəsində vaxtında X32 X31 çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yeznəsi və bacısı Qubaya istirahətə getmələri səbəbindən onu və ailə üzvlərini yaşadıqları evə nəzarət etmək üçün dəvət etmişlər. Ağasəlimgilin evində qaldıqları günün ertəsi səhər saatlarında yeznəsigil geri qayıtmış, avtomobili həyətdə saxladıqdan sonra bacısı avtomobildən düşmüşdür. 10 dəqiqə sonra yeznəsi qapını açaraq hər kəsi asacağını söyləmiş, həmin vaxt nə baş verdiyini soruşan zaman ona bacısının hörmətsizlik etdiyini bildirmişdir. Yeznəsini sakitləşdirməyə çalışsa da Ağasəlim hər kəsi təhqir etməyə davam etmiş, hətta bacısının üzərinə hücum da etmişdir. Ağasəlim sakitləşsin deyə avtomobili ilə bacısıgili evlərinə aparmış və onun avtomobilini qaytarmaq məqsədilə geri dönmüş, avtomobilin açarını Ağasəlimə verdikdən sonra ona söyüş söyməyin düzgün olmadığını bildirmişdir. Ağasəlim yenidən bacısını asacağını desə də, bunlara əhəmiyyət verməyərək oradan uzaqlaşmış və işə getmişdir. İşdən evə gələrkən Ağasəlimin atası ilə söhbət etdiyini görmüş, onlara məhəl qoymadan evə keçərkən evin qapısı çırpılmışdır. Bu səbəbdən Ağasəlim onun üzərinə gələrək “sən mənim üzümə qapı çırpırsan”? ifadəsini səsləndirmişdir. Ağasəlimə üzünə qapı çırpmadığını desə də Ağasəlim ailə üzvlərini təhqir etməyə davam etmişdir. Ağasəlimə bir daha xəbərdarlıq edən zaman sonuncu ona şillə vurmuşdur. Bir-birlərini vura–vura həyətdə yerləşən “hin” tərəfə çatmışlar, həmin zaman Ağasəlimin nalayiq və alçaldıcı ifadələrinin qarşısını almaq və onu qorxutmaq məqsədilə “hin”in damının üstündə şiferin arasında olan bıçağı götürmüş, həmin bıçaqla ona bir iki xəsarət yetirmişdir. Bu zaman atası onları ayırmış, Ağasəlimin köynəyindən tutan zaman anası bıçağı onun əlindən almış və bıçaq yerə düşmüşdür. Anası əlindən bıçağı aldıqdan sonra da Ağasəlim sakitləşmədiyindən həyətdə qab-qacaq yuyulması üçün nəzərdə tutulmuş sahədə olan digər ev bıçağını götürərək sonuncunun böyründən vurmuş, lakin bıçaq zərbəsinin dəymədiyini zənn edərək yenidən onun çiyninə zərbə endirmək istəyərkən bıçaq zərbəsi onun qulağına dəymişdir. Bacısının qışqırtısı ilə əlaqədar artıq bıçaqla xəsarət yetirməsini dayandırmışdır. Ağasəlimə xəstəxanaya çatdıracağını bildirsə də 200-300 metr getdikdən sonra Ağasəlimin avtomobili yolda xarab olmuşdur. Avtomobildən düşüb başqa bir qara rəngli avtomobili yolda saxlatmış, bacısını və zərərçəkmiş şəxsi həmin avtomobilə əyləşdirib yola salmışdır. Özü isə təslim olmaq üçün Polis Bölməsinə getmişdir. Ağasəlimə bütün xəsarətləri özü yetirmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və qızı Qubaya getdikləri üçün nəzarətsiz qalmasın deyə ailə üzvləri ilə birlikdə qızının yaşadığı evə getmişlər. Qubada qızı ilə Ağasəlim arasında xırda məsələ üzrə mübahisə yaranmış və bu səbəbdən onlar Bakıya geri qayıtmışlar. Ağasəlim sakitləşsin deyə oğlu bacısını Ağasəlimin avtomobili ilə evlərinə gətirdikdən sonra avtomobili aparıb özünə təhvil vermişdir. Daha sonra Ağasəlim axşam radələrində qəzəblə həyətlərinə gəlib yenidən qızına zəng edərək ona qarşı nalayiq ifadələr səsləndirmişdir. O, həyətə çıxıb Ağasəlimi qarşılamışdır. Bu məqamda oğlu da evə gəlmişdir. Ağasəlim oğlunun qapını onun üzünə çırpdığını düşündüyündən qəzəblənmiş, yenidən nalayiq ifadələr səsləndirməyə başlamışdır. Oğlu təhqirlərdən bezərək Ağasəlimlə dalaşmağa başlamışdır. Onları ayırmağa cəhd etmişdir. Allahverdi Ağasəlimə bıçaqla zərbə endirsə də Ağasəlimi yumruqla vurduğunu güman etmişdir. Allahverdini arxaya çəkmək istəyərkən arvadı da Allahverdinin yanına gəlmiş, onun əlində bıçağı gördükdən sonra bıçağı vuraraq yerə salmışdır. Buna baxmayaraq Allahverdi və Ağasəlim mübahisə edə-edə kənara çəkilmiş, onları aralamaq üçün qapı tərəfdə yerdən armatur parçasını götürmüşdür. Zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmişdir. Qızı həyətə hadisənin sonunda çıxmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə Maştağada qaynanasıgildə baş vermiş, qaynanasıgilə yoldaşını götürmək üçün getmişdir. Belə ki, hadisədən bir gün əvvəl yoldaşıyla arasında yüngül münaqişə olmuşdur. Hadisə günü isə səhər saatlarında qaynanasıgil onların evində olmuşdur. Qaynanasına qızından nigarandırsa onu da özü ilə apara biləcəyini söyləmişdir. Qaynı onun avtomobili ilə qaynanasını və arvadını öz evlərinə aparmışdır. 10 dəqiqə sonra Allahverdi avtomobili geri gətirib açarları ona təhvil vermişdir. Həmin gün axşam radələrində arvadını geri qaytarmaq qərarına gəlmiş, qaynatasıgilə yola düşmüşdür. Hadisə yerinə çatdıqda qaynatası çölə çıxmış, görüşən zaman ona əsəbi salam vermiş, söhbət edən zaman Allahverdi gəlmiş, sonuncu evə girərkən həyətin qapısı möhkəm çırpılmışdır. İçəri girib Allahverdinin üzünə niyə qapı çırpdığını soruşmuşdur. Allahverdi ona “sənə deməmişəm ki, mənimlə belə danışma” ifadəsini səsləndirmişdir. Buna görə Allahverdini yumruqla vurmuşdur. Bundan sonra əvvəlcə qaynatası daha sonra qaynı ona bıçaqla zərbə endirmişdir. Qaynanası qızı Gülnigar ifadəsini dəyişməsin deyə arvadını 7 ay onun yanına qoymamış, ondan isə ifadəsini dəyişməsini xahiş etmişdir. Bu hadisələrin başlıca səbəbkarı qaynanası olmuşdur. Həyətə girən zaman hər kəs çöldə olmuş, birinci bıçaq zərbəsini ona Yusif vurmuşdur. Eyni anda Yusif və Allahverdi tərəfindən iki müxtəlif bıçaqla ona zərbələr endirilmişdir. Ona Yusif tərəfindən iki, Allahverdi tərəfindən isə 5-6 bıçaq zərbəsi endirilmişdir. Arvadı Gülnigar onun taqətsiz olduğunu görüb ortaya keçərək” Allah sizə lənət etsin” dəyə qışqırmışdır. Məhz arvadının müdaxiləsindən sonra ona bıçaqla xəsarət yetirməsi dayandırılmışdır. Yusif hətta arvadı Gülnigara oradan çəkil bunun başını kəsək demişdir. Belə ki, Gülnigar qardaşı və atasının hücumlarının qarşısını alan zaman onun qabağını kəsərkən qaynanası Yusifə onun şah damarını kəsməsini bildirmişdir Onu xəstəxanaya Allahverdi çatdırmışdır. Allahverdi əvvəlcə avtomobili ilə onu xəstəxanaya çatdırmağa cəhd etmiş, lakin avtomobil yolda nasaz vəziyyətdə düşdüyündən, yoldan təsadüfü ötən avtomobillərdən birini saxlayıb onu və arvadını həmin avtomobilə əyləşdirib xəstəxanaya yola salmışdır. Avtomobildə adam sayı çox olduğu üçün Allahverdi onunla gələ bilməmişdir. Toydan əvvəl Allahverdi ilə dost olmuşdur. Evləndikdən sonra qaynanası həmişə onlara problem yaratmışdır. Hadisədən öncə arvadıyla yüngül münaqişə etdiyi üçün arvadına bir şillə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirmişdir ki, baldızı Gülnigar və onun həyat yoldaşı istirahətə getdiklərindən nəzarət etmək üçün onların yaşadıqları evə getmişlər. Ertəsi günü səhər saatlarında qapı döyülmüş, Ağasəlimin Gülnigara nalayiq söyüşlər işlətdiyini eşitmişdir. Ağasəlim söyüşlə Gülnigarı çağırmış, eləcə də qaynanasına və ərinə getdikləri istirahət yerində Gülnigarı yanına çağırsa da sonuncunun dostu Ceyhun və onun arvadı ilə söhbət etdiyini və onun yanına gəlmədiyini bildirmişdir. Daha sonra Ağasəlim Gülnigarı təhqir edərək onun üzərinə hücum etmişdir. Bu ərəfədə Allahverdi Ağasəlimi sakitləşdirmişdir. Sonradan Ağasəlim otaqda olan hər kəsi təhqir etməyə başlamışdır. Ağasəlim Gülnigara ondan olan uşağın lazım olmadığını bildirərək abort etdirmək üçün həkimə aparacağını deyərək Gülnigarı da götürüb xəstəxanaya aparmışdır. Bir müddət sonra Ağasəlim fikrindən dönərək Gülnigarı yarı yoldan evə qaytarmış, Gülnigarı da götürüb onlara getmələrini bildirdiyindən Allahverdi Ağasəlimin avtomobili ilə onları öz yaşadıqları evə gətirmişdir. Axşam saat 11 radələrində Ağasəlim Gülnigara zəng edərək təhqiredici ifadələrlə onun zənginə niyə cavab vermədiyini soruşmuş, Gülnigar zəng gələn kimi telefonu götürdüyünü Ağasəlimə bildirmiş, Gülnigar çantasını götürüb evinə getmək istəyərkən Ağasəlim yenidən təhqiredici ifadələrlə evin həyətinə daxil olmuşdur. Allahverdi həmin məqamda məşqdən gəlmişdir. Hava küləkli olduğu üçün həyətin qapısı Allahverdinin əlindən çıxaraq darvazaya çırpılmışdır. Bu zaman Ağasəlim Allahverdiyə söyüşlə qapını niyə onun üzünə çırpdığını soruşmuş, Allahverdi qapının külək olduğu üçün darvazaya çırpıldığını bildirmişdir. Bundan sonra uşaqlarını götürüb evə keçmişdir. Hadisənin birbaşa şahidi olmamış, sonradan Allahverdinin Ağasəlimi bıçaqla vurduğunu eşitmişdir. Özü görməsə də bildiyi qədər Allahverdi ilə Ağasəlimi qaynanasıgil ayırmaq istəmişdir. Belə ki, digər səsləri ayırd edə bilməsə də qaynanasının “etmiyin”, “bəsdirin” kimi sözlər səsləndirdiyini eşitmişdir. Ağasəlim və qaynatasıgilin aralarında əvvəllər ədavət olmamış, lakin eşitdiyinə görə Ağasəlim davakar bir insan olmuşdur. Ağasəlimin xalası hadisədən iki gün sonra onlara gələrək Gülnigarı Ağasəlim üçün istədiyini və bütün olanlardan utandığını bildirib qaynanasına sizin yerinizdə olsam Ağasəlimin şah damarlarını kəsərəm demişdir. Məhkəmə iclasına elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki,xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Ağasəlim Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində qaynatası Yusifgillə qaldığı ünvana gəlmiş, nalayiq ifadələr işlədə-işlədə həyətdə qışqırmış, o da uşaqlar qorxmasın deyə onları otağa salmışdır. Daha sonra o, həyət qapısının çırpıldığını eşitmiş, pəncərədən baxdıqda giriş qapısı qarşısında qarışıqlıq görmüş, Allahverdi və Ağasəlim bir-birilərinə girib “əlbəyaxa” dalaşmışlar. Bunu görüb dərhal həyətə çıxmış, həyətdə olan zaman görmüşdür ki, qaynanası Gülnarə və qaynatası Yusif onları ayırmaq istəmiş, elə bu vaxt qızları arxası ilə ağlaya-ağlaya həyətə çıxdıqları üçün onları də götürüb yataq otağına keçmişdir. Bir müddət sonra həyətə çıxdıqda qaynanası Gülnarə bildirmişdir ki, Ağasəlim Allahverdi ilə dalaşmış, sonuncu da Ağasəlimi bıçaqla vurmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı ünvanda Allahverdi və Ağasəlim mübahisə edən zaman Allahverdinin bıçağı haradan götürdüyünü görməmiş, ümumiyyətlə o, Allahverdinin əlində bıçaq görməmişdir. O, ümumiyyətlə hadisənin tam olaraq necə baş verdiyini dəqiq görməmişdir. O pəncərədən baxanda həyətdə onların bir-birinə girdiklərini, əlbəyaxa dalaşdıqlarını görmüşdür. Sonradan həyətə çıxanda da eyni şəkildə dalaşdıqlarını görmüşdür. Qızları ağladığı üçün içəri keçdikdən sonra isə nə baş verdiyini, kimin konkret olaraq kimi vurduğunu, nəylə vurduğunu görməmişdir. Ağasəlim və Allahverdi mübahisə edən zaman o, qaynatası Yusif və qaynanası Gülnarənin onları ayırmaq istədiklərini görmüşdür. Zərərçəkmiş şəxsla əvvəllər və hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Bakı şəhəri, ünvan 2a hər hansı mübahisəsi, söz-söhbəti olmamışdır. O ümumiyyətlə nə qaynatasının Təqsirləndirilən şəxs2, nə də Allahverdinin əlində bıçaq o cümlədən, hər hansı başqa bir alət görməmişdir. Təqsirləndirilən şəxs2 Ağasəlimə hər hansı bir zərbə vurduğunu görməmişdir. Qaynanası Gülnarənin isə Təqsirləndirilən şəxs2 “şah damarını kəs öldür” sözünü dediyini eşitməmişdir. O, ümumiyyətlə xəstəxanaya getmədiyi üçün orada baş verənlər barədə məlumatı olmamışdır. O, Allahverdigili həyət qapısından çıxan anda gördüyü üçün sonuncunun əlində bıçaq olduğuna fikir verməmişdir. Hər hansı hüquq mühafizə orqanına məlumat verməmişdir. O ümumiyyətlə sonradan bilmişdir ki, Allahverdi Ağasəlimi bıçaqla vurmuşdur, bu barədə isə ona qaynanası Gülnarə məlumat vermişdir. X4 sadəcə olaraq bıçaqla vurduğunu demiş, 1 yoxsa 2 fərqli bıçaqdan istifadə etməsi barədə hər hansı bir məlumat verməmişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasıdakı ziddiyyətləri onunla izah etmişdir ki, dindirmə protokollarındakı imzalar ona məxsus olsa da həmin protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, 2023-cü ilin iyul ayında qızı ona zəng edərək Qubaya gedəcəklərini, bunun üçün də Ağasəlimin xahişi əsasında onların evlərində qalmasını təklif etmişdir. Gəlinini, anasını və nəvələrini götürüb Ağasəlimgilə getmişdir. Yolda olarkən Ağasəlim Allahverdiyə zəng edərək həyətlərində heyvanları olduğunu və onlara yem vərməsini xahiş etmişdir. Evdə olarkən Gülnigar səhər saat 5-6 radələrində ona zəng edərək qapını açmasını xahiş etmiş, qapını açan zaman Gülnigarın üzündə xəsarətlər olduğunu görmüş,sonra Ağasəlim qışqıra-qışqıra evə girmişdir. Ağasəlim onu və Allahverdini yanına çağıraraq Gülnigarın Qubada olarkən ona yanına gəlməsini desə də sonuncu otaqdan qorxduğu üçün yanına gəlməyəcəyini dediyini bildirmişdir. Gülnigar Qubada otağa keçən zaman Ağasəlim Gülnigara nə üçün onun yanında olan zaman qorxduğunu, Ceyhunun yanında qorxmadığını soruşub onun üzünə və bədəninə zərbələr endirmişdir. Ağasəlim təhqiramiz ifadələrlə Gülnigarı təhqir etmiş, Allahverdi Ağasəlimi sakitləşdirmişdir. Ağasəlim sonradan otaqda olan hər kəsi təhqir etməyə başlamış, Gülnigara ondan olan uşağın lazım olmadığını bildirərək onu həkimə aparmaq istəmişdir. Bu zaman Allahverdi də Ağasəlimgillə getməyə qərar vermiş, yolda olarkən Ağasəlim Gülnigarı yenə də təhqir etmişdir. Ağasəlimgil yoldan evə qayıtmış, bu zaman o əvvəlki vəziyyətinə nisbətən daha mülayim olmuşdur. Ağasəlimə gecə orada qalmaq istədiyini bildirdikdə Ağasəlim Gülnigarı da özüylə apara biləcəklərini onlara bildirmişdir. Axşam saat 11 radələrində Ağasəlim Gülnigara zəng edərək təhqiredici ifadələrlə onun zənginə niyə cavab verməməsini soruşmuş, Gülnigar zəng gələn kimi telefonu götürdüyünü Ağasəlimə bildirmişdir. Ağasəlim onların həyətinə gəlib qapını döymüşdür. Hadisə günü Allahverdi və Ağasəlim çəkişməyə başlamışlar. Yusifin Allahverdinin köynəyindən dartdığı zaman Allahverdinin əlindən bıçağın yerə düşdüyünü görmüşdür. Bıçaq Allahverdinin əlində olmuşdur. Bıçaq yerə düşənə qədər Allahverdinin Ağasəlimə zərbə endirməsini bilməmişdir. Sonradan Allahverdi qab yuyulan yerdəki bıçağı əlinə götürmüşdür. Allahverdi ilə Ağasəlimi ayırmağa gücü çatmadığı üçün Yusif əlinə dəmiri alaraq “ikinizin də başını partladacam” kimi ifadə səsləndirmişdir. Bundan sonra Gülnigar ağlaya-ağlaya çölə çıxmışdır. Allahverdi Gülnigarın səsini eşidib dayanmış, Ağasəlimə onu həkimə aparacağını bildirmişdir. X10 avtomobilə əyləşdirib həkimə aparan zaman yolda avtomobil nasazlıq səbəbindən dayanmışdır. Allahverdinin birinci bıçağı haradan götürdüyünü bilməmiş, ikinci bıçağı isə qab yuyulan yerdən götürmüşdür. Yusif hadisə zamanı Allahverdi və Ağasəlimi bir-birindən ayırmağa cəhd etmişdir. Münaqişənin dayanmasına səbəb Gülnigarın qışqıra-qışqıra ağlaması olmuş, o evdən çıxıb Ağasəlim və Allahverdinin arasına girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, Qubada olarkən Ağasəlimlə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən istirahətlərini yarımçıq qoyub evə qayıtmalı olmuşlar. İstirahətə gedərkən evləri boş qalmasın deyə anasıgili evlərinə çağırmışdır. Evdə yenə mübahisə etməyə başlamış və nəticədə anasıgilin evinə getməli olmuşdur. Ağasəlim axşam saat 11 radələrində ona zəng edərək hazırlaşmasını, onu götürmək üçün gəldiyini bildirmişdir. Paltarlarını yığan zaman çöldən səs-küy gəldiyini eşitmiş, çöldə atası, anası qardaşı və Ağasəlimin əl-qol ilə mübahisə etdiyini görmüşdür. Onları aralamaq istəyərkən artıq Ağasəlim bıçaqlanmışdır. Belə ki, quşxana tərəfə keçən zaman Ağasəlimi qucaqlayanda əli qan olmuşdur. Atasının Ağasəlimi vurmasını görməsə də onun əlində bıçaq olduğunu görmüşdür. İbtidai istintaq dövründə atasının əlində bıçaq gördüyünü deməsə də hadisə zamanı atasının əlində bıçaq görmüşdür. Anasıgil ona “atanın əlində bıçaq olduğunu desən onun işi ağırlaşacaq” dediyinə görə atasının əlində bıçaq olmadığını bildirmişdir. Hadisədən sonra Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa bu işdə atasının günahı olmamasına dair ərizəni anası və bibisının təkidilə yazmışdır. Övladının ortada qaldığını görüb düzgün danışmağa qərar vermişdir. Ailə problemlərimin hazırki ifadəsinə təsiri olmamışdır. Allahverdinin Ağasəlimi yumruqla vurduğunu zənn etsə də Ağasəlimə bıçaqla zərbələr endirilmişdir. Ortaya girməsə bəlkə də Ağasəlim öldürüləcəkdi. Atasının əlində bıçaq gördüyü üçün Ağasəlimi atasından da qorumuşdur. Hadisə zamanı anası da qardaşını Ağasəlimdən ayırmışdır. Hadisə günü onun üzündə olan zədələr Qubada olarkən yoldaşı tərəfindən ona yetirilmişdir. Məhkəməyə gələn zaman ona heç bir təzyiq olunmamışdır. Hazırki məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, iş yerində olan zaman əri ona zəng edərək Ağasəlimin yüngülvari bıçaqlandığını bildirmişdir. Səhər xəstəxanaya gedən zaman Ağasəlimin çoxsaylı bıçaq xəsarətləri aldığından xəbərdar olmuşdur. Xəstəxanaya gedən zaman orada əri, kürəkəni, Gülnarə, Gülnarənin gəlini və özü olmuşdur. Yusif bacısına Nigar orada olmasaydı Ağasəlimi öldürəcəklərini bildirmişdir. Xəstəxanada olan zaman Gülnigar ona “mən elə bildim ki, Allahverdi Ağasəlimə yumruq vurur, özümü Ağasəlimin üstünə atarkən onun qan içində olduğunu gördüm”, həmçinin “mən arxaya dönən zaman atam Yusifində əlində bıçaq görüb vurmayın-vurmayın deyə onlara səsləndim” deyə bildirmişdir. Gülnigar həmçinin telefonda danışan zaman Ağasəlimin ev bıçağı ilə vurulduğunu qohumlarına bildirmişdir. Hadisədən sonra Gülnigar onların evinə qayıtmış və ona hansısa psixoloji və fiziki təzyiq edilməmişdir. Gülnigar ona bıçağı atasının əlində gördüyünü desə də atasının da Ağasəlimi vurduğunu onlara deməmişdir. Ağasəlimin qaynanası ilə əvvəllər xırda sözsöhbətləri olmuşdur. Gülnarə onlara Yusifin Allahverdini öldürmək üçün bıçaq itiləyib qoyduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxs Şahid3 ifadə verərək göstərmişdir ki, Ağasəlim onun dostudur, hadisənin şahidi isə olmamışdır. Hadisədən bir gün öncə Ağasəlimgillə 2-3 günlük Qubaya getmişdir. Ağasəlim və arvadı onlardan daha tez Bakıya qayıtmışdır. Onların nə üçün tez bir şəkildə Bakıya qayıtmalarının səbəbini bilməmişdir. Hadisə barəsində Ağasəlimin xəsarət almasından bir gün sonra xəbər tutmuş, Ağasəlimi görmək üçün xəstəxanaya getmişdir. Xəstəxanada Ağasəlimdən öncə onun qaynanasını görmüşdür. Ağasəlimin Allahverdi tərəfindən vurulmasını qaynanası ona demiş, hadisənin Allahverdigilin həyətində baş verməsini sonralar bilmişdir. Hadisə zamanı həyətdə çox adam olsa da Ağasəlimin qaynanası ona Ağasəlimi ancaq Allahverdinin vurduğunu bildirmişdir. Allahverdinin anası Gülnarə ona Allahverdinin Ağasəlimi öldürmək üçün vurduğu barədə məlumat vermişdir. Rayonda olarkən Ağasəlimin Gülnigara qarşı təzyiq etməsini həmçinin Ağasəlimgilin mübahisəsini görməmişdir. Əvvəllər Allahverdinin anası Gülnarəni üzdən tanımışdır. Gülnarəyə xəstəxanada olarkən özü ona yaxınlaşmışdır. Gülnarə ona Allahverdinin Ağasəlimi öldürmək niyyətilə vurduğunu bildirmişdir. Ağasəlim ayıldıqdan sonra Allahverdinin onu Yusiflə birlikdə vurduğunu söyləmişdir. Xəstəxanada olarkən Gülnigarı görmüş və həmin vaxt xəstəxanada Gülnigarın üzü göyərmiş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərlə ailəvi dost olmuş, Bakıxanov qəsəbəsində yaşamışdır. Hadisə Təqsirləndirilən şəxs2 evində axşam tərəfi baş vermişdir. Evdə Gülnigar da olmuşdur. X22 zəng edərək ondan hazırlaşmağını və evə aparacağını bildirmişdir. Bir müddət sonra Ağasəlim hadisə yerinə gələrək evin qapısını döyməyə və təhqiredici ifadələr səsləndirməyə başlamışdır. Bir neçə dəqiqə sonra Allahverdi işdən evə gələn zaman həyətdən içəri girmiş, və küləyin təsirindən qapı darvazaya çırpılmışdır. Ağasəlim bundan hiddətlənmiş, Allahverdiyə üzünə nə üçün qapını çırpdığını soruşmuş, mübahisə yaranmağa başlamışdır. Həmin an Təqsirləndirilən şəxs2 da həyətdə olmuş, evdə olan hər kəs qışqırışmağa başlamışdır. Ağasəlim təhqiredici ifadələrinə səsləndirməyə davam etmişdir. Allahverdi Ağasəlimi yumruqla vuran zaman Təqsirləndirilən şəxs2 darvazının yanında olan kiçik dəmir parçasını götürərək Allahverdi və Ağasəlimə bir-birindən ayrılmalarını, yoxsa dəmir parçasını onların başına vuracağını bildirmiş, Gülnarə Allahverdinin əlinə vuran zaman onun əlindən yerə bıçağın düşdüyünü görmüşdür. Allahverdi Ağasəlimi mübahisə edərək qab yuyulan yerə getdikdə Allahverdi yeni bıçaq götürərərkən Gülnigar Allahverdini qucaqlayaraq ondan Ağasəlimi vurmamasını xahiş etmişdir. Hadisəni evin içində pəncərədən müşahidə etmişdir. Ağasəlim Allahverdini təhqir etdiyi üçün Allahverdi onu bıçaqla vurmuş, lakin onun ikinci dəfə bıçaqla Ağasəlimə zərbə vurmasını görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs 2009-cu il tarixdən etibarən tanımış, sonuncu ilə dost münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə təxminən 2017-ci il tarixdən etibarən onunla birlikdə məşq edən məşq yoldaşı kimi tanımış, sonradan isə aralarında dost münasibətləri formalaşmışdır. 15 iyul 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan 050-342-32-1 və ya ***-***-**-** saylı mobil telefon nömrələrindən birinə zəng edib Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini, sonra isə xəstəxanaya çatdırdığını deyib, onun da təcili olaraq xəstəxanaya getməli olduğunu istəmişdir. O, əvvəlcə Allahverdinin zarafat etdiyini düşünmüş, sonradan isə ciddi olduğunu başa düşmüş, həmin vaxt Allahverdi gedib polisə təslim olacağını demişdir. O da Allahverdinin polisə getdiyini bilib, əlavə olaraq hər hansı hüquq-mühafizə orqanına məlumat verməmiş, dərhal xəstəxanaya getmişdir. Xəstəxanaya çatıb Ağasəlimin arvadı Gülnigarın orada gözlədiyini görmüş və sonuncudan nə baş verdiyini soruşmuşdur. X11 və Ağsəlimin evin həyətində əvvəlcə dalaşdıqlarını, sonra isə Allahverdinin bıçaqla Ağasəlimi vurduğunu bildirmiş, həmin vaxt atası Yusifin də əlində bıçaq olduğunu demişdir. Bu sözü deyəndə həmin yerə artıq Gülnigarın anası Gülnarə də gəlmiş və dərhal Gülnigarın dediklərini təkzib edərək Yusifin əlində bıçaq olmadığını bildirmişdir. Bu söhbətlərdən sonra o, Ağasəlimlə görüşmək istəmiş, lakin sonuncunun əməliyyatda olduğunu bilmiş, ona görə də görüşə bilməmişdir. Həmin gün səhərə kimi xəstəxanada olmuşdur. Növbəti gün, yəni 16 iyul 2023-cü il tarixdə səhər saatlarında artıq xəstəxananı tərk etmişdir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, Gülnigar sadəcə olaraq Yusifin əlində bıçaq gördüyün demiş, lakin həmin bıçaqla Ağasəlimi vurubvurmadığı barədə bir söz deməmişdir. Xəstəxanada olduğu müddət ərzində bir dəfə reanimasiya otağına girib çıxmış, lakin həmin vaxt Ağasəlim huşsuz vəziyyətdə yatdığı üçün sonuncu ilə danışa bilməmiş, ona görə də hadisə barədə ona hər hansı bir məlumat verməmişdir. Ağasəlim əməliyyatdan çıxdıqdan sonra həkim sonuncunun üzərində 9 bıçaq xəsarəti olduğunu bildirmiş, həmin vaxt Ağasəlimin valideynləri və qohumları gileylənərək Allahverdinin Ağasəlimi öldürmək məqsədi ilə vurduğunu dedikdə, onlar arasında mübahisə yaranmağa başlamış, Allahverdinin valideynləri isə Ağsəlimin ölməli adam olduğunu, qızlarına zülm etdiyini demişdir. Gülnarə Yusifin də Ağasəlimi bıçaqla vurduğunu, hətta sonuncuya göstəriş verərək şah damarını kəsməsini istədiyini bildirməmiş, Gülnarə sadəcə olaraq qarğış etmişdir. Əvvəllər Ağasəlim və Allahverdi arasında hər hansı mübahisə, davadalaş olmamışdır. O, Təqsirləndirilən şəxs1 nəinki əvvəllər bıçaq gəzdirdiyini, ümumiyyətlə kiminləsə mübahisə edib dava-dalaş saldığını görməmişdir. Allahverdi əvvəllər Ağsəlimi öldürməyə cəhd etməmiş, belə bir fikri olmamış, nə də ki, bu barədə ona hər hansı bir məlumat verməmişdir. Ağasəlimlə Təqsirləndirilən şəxs2 arasında əvvəllər hər hansı bir mübahisə, söz-söhbətləri olduğunu eşitməmiş, görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ona əri Seyran zəng vurub Sabunçu Xəstəxanasında olduğunu və Ağasəlimin qaynatasıgilin evində bıçaqlanması barədə məlumat vermişdir. O, növbəti gün xx.xx.2023-cü il tarixdə, səhər 08 radələrində anası Aidə ilə birlikdə Ağasəlimin yerləşdirildiyi Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. O, ora çatanda xalası Sədaqət də orada olmuşdur. Orada xalası Sədaqət onunla sakit söhbət edəndə demişdir ki, yəqin Allahverdinin Ağasəlimlə davası düşüb və sonuncuya gücü çatmadığı üçün Ağasəlimi bıçaqla vurubdur. Elə bu anda Gülnarə xalasının üstünə şığıyıb qışqırmışdır ki, “X33 gücü çatmıyıb, Allahverdi Ağasəlimi kimisinin 10-nu qatlıyar, biz Ağasəlimi öldürmək üçün vurdurmuşuq.” Bu zaman xalası Sədaqət Gülnarənin bu sözünə əsəbləşib Gülnarəyə demişdir ki, “siz kimsiniz ki, bacım oğlunu öldürəsiz”. Sonra o, bayıra çıxmış və görmüşdür ki, Gülnarə oturacaqda əyləşmişdir, yanına getmiş və sakitləşdirib demişdir ki, xalası ona pis mənada bir söz deməmişdir. Gülnarə isə demişdir ki, Ağasəlim evlərinə gəlib söyüş söymüşdür. Yusif isə Ağasəlimin başını kəsmək üçün bıçaq itiləyib qoymuşdur, o da bu sözünə əsəbləşib bu cür danışmaması barədə irad bildirmişdir. Daha sonra anası Aidə gəlini Gülnigarın yanında oturub söhbət etmiş, sonra bir yerdə Ağasəlimin dostu Siyasətin avtomobili ilə Gülnigarın atasıgilə getmişlər. Həmin vaxt avtomobildə Gülnigar qohumları ilə telefonda “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə həkim qohumu ilə danışmış, bu zaman həkim “kiçik ölçülü bıçaqla vurulub və həyat əhəmiyyətli orqanları zərər görməmişdir” sözlərini demiş, Gülnigar isə öz-özünə “yox-yox, bıçaq ev bıçağı olmuşdur” sözlərini demiş, daha sonra Gülnigarı atasıgilin evlərinə düşürmüşlər. Xəstəxanada olarkən Gülnigarın hadisə zamanı həyətə çıxmış atası Yusifin əlində böyük mətbəx bıçağı gördüyünü deməsini eşitməmişdir. Əvvəllər Ağasəlim və Allahverdi arasında hər hansı mübahisə olması barədə məlumatı olmamışdır. Onların dost olduqlarını bilmiş, ona görə bu barədə dəqiq məlumatı olmamışdır. Allahverdi əvvəllər Ağsəlimi öldürməyə cəhd etməmiş, belə bir fikri olmamış, nə də ki bu barədə onda hər hansı bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 Ağasəlimlə əvvəllər aralarında hər hansı mübahisə və söz söhbətləri olduğunu bilməmiş, bu bardə heç bir şey eşitməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 Ağasadıq qızının ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində iş yerində olarkən əri Sahib ona zəng vuraraq Sabunçu Xəstəxanasında olduğunu və Ağasəlimin qaynatasıgilin evində bıçaqlanması barədə məlumat vermişdir, lakin ciddi bir şey olmadığını bildirmişdir. Ona görə də, həmin vaxt xəstəxanaya getməmişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Ağasəlimin yerləşdirildiyi “X32 X34”nə getmişdir. Xəstəxanaya getdikdə görmüşdür ki, Ağasəlimin qaynanası Gülnarə və gəlini Gülnigar xəstəxananın həyətində daşın üstündə əyləşmişdir. Onlara fikir vermədən yanlarından keçib biraz kənarda əyləşmişdir. Həmin vaxt Gülnigar yanına gəlmiş və o da sonuncudan nə baş verdiyini soruşmuşdur. Gülnigar baş verən hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağasəlimlə istirahət üçün rayona getmiş, sonrakı gün evə qayıtdıqda Ağasəlimlə aralarında mübahisə yaranmış, bu səbəbdən anası Gülnarə ilə öz ata evinə gəlmiş, axşam 22 radələrində Ağasəlim aparmaq üçün atasının evinə gəlmiş, təxminən 2-3 dəfə zəng vurduqdan sonra telefona cavab vermiş, həmin vaxt atası kim olduğunu soruşduqda Ağasəlim olduğunu demişdir. Daha sonra Yusif Ağsəlimi qarşılamaq üçün həyətə çıxmış, Gülnigar isə paltarlarını yığmaq üçün digər otağa keçmişdir. Bir müddət sonra isə evin həyətində hay-küy səsi eşitmiş bayıra çıxıb görmüşdür ki, Allahverdi elə bil yumruqla Ağasəlimi vurmuşdur. Atası Yusifin əlində isə böyük ev bıçağı olmuşdur. Ağasəlimə yaxınlaşdıqda ərindən qan gəlməsini görüb tez atasından və qardaşı Allahverdidən qorumaq üçün qucaqlamış və sonunculara lənət oxuyaraq Ağasəlimdən əl çəkmələrini xahiş etmişdir. Sonra isə Gülnigar Ağasəlimi qucaqlayıb xəstəxanaya aparmaq istədiyi üçün Allahverdi də avtomobilinə qoyub xəstəxanaya aparmış, yolda hətta benzinləri bitmiş, sonra başqa maşınla Sabunçu Xəstəxanasına çatdırmışdır. Gülnigar bu söhbəti ona danışdığı zaman o, bacısı Sədaqətlə Gülnarənin kənarda mübahisə etdiklərini görmüş və dərhal sonunculara yaxınlaşıb sakitləşdirmək istəmişdir. Bu vaxt Gülnarə onun yaxınlaşdığını görüb əsəbi halda bildirmişdir ki, “Yusif Ağasəlimi öldürmək üçün bıçaq itiləyib qoymuş, Yusifin fikri Ağasəlimi öldürmək olmuşdur ”. Bundan sonra o, Yusifi orada görüb həqiqətən əlində bıçaq olub-olmadığını, Ağasəlimi həmin bıçaqla vurub vurmadığını soruşmuş, həmin vaxt Yusif inkar edərək hadisə vaxtı əlində bıçaq olmadığını, sadəcə olaraq Ağasəlimi və Allahverdini qorxutmaq üçün qapının cəftəsini əlində saxlayıb havada salladığını bildirmişdir. Xəstəxanadan Ağasəlimin dostu Siyasətin avtomobili ilə yaşadığı evə gedən zaman yolda Gülnigar həkim qohumları ilə telefon vasitəsi ilə danışmış Ağasəlimin böyük ev bıçağı ilə vurulduğunu bildirmişdir. Gülnigar atası Yusifi və qardaşı Allahverdini məsuliyyətdən qurtarmaq üçün yalnış məlumat vermişdir. Çünki, Gülnigar şəxsən bildirmişdir ki, evin həyətində atasının əlində bıçaq olmuşdur. Gülnigar ona atasının əlində bıçaq olduğunu deyən zaman ətrafda heç kim olmamışdır, həmin sözü başqa heç kim eşitməmişdir, çünki o, Gülnigarla təklikdə danışmaq üçün kənara aparmışdır. Gülnigar atasının əlində bıçaq gördüyünü desə də, həmin bıçaqla Ağasəlimi vurduğunu görmədiyini bildirmişdir. Siyasətin avtomobilində o, qızı Nuranə, gəlini Gülnigar və Siyasət özü olmuşdur. Əvvəllər Ağasəlim və Allahverdi arasında hər hansı mübahisə olması barədə məlumatı olmamışdır. Allahverdi əvvəllər Ağsəlimi öldürməyə cəhd etməmişdir, belə bir fikri olmamış, nə də ki bu barədə onda hər hansı bir məlumat olmamışdır. X23 nişanlı olduğu zamanlar Yusifin böyük oğlu Ramin həbs edildiyi üçün Ağasəlim nişanı qaytarmaq istəmişdir, çünki Raminin narkotik üstündə həbs edilməsini qəbul edə bilməmişdir. Ona görə də, Yusifin və Gülnarənin oğlu Ağasəlimdən xoşu gəlməmişdir. Hər dəfə Yusiflə söhbət edən zaman sonuncu oğlunun “yekəxana” olduğunu bildirmiş, lakin onların arasında hər hansı mübahisə və söz- söhbət olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Ağasəlimin yanına girmiş sonuncunun bədənində çoxsaylı deşilmiş-kəsilmiş yaralarının tikilmiş izlərini və başının sağ qulağının arxasında boyun nahiyəsində də uzun kəsik yarası olduğunu görmüşdür. O artıq başa düşmüşdür ki, həqiqətən Gülnarənin dediyi kimi onların məqsədi Ağasəlimi öldürmək olmuşdur. X18 evin həyətinə çıxanda atasının əlində böyük ev bıçağı olduğunu gördüyünü bildirmişdir. Ağasəlimə yaxınlaşdıqda isə artıq sonuncunun paltarının qan içində olduğunu görmüş dərhal özünü qabağa ataraq atası və qardaşına lənət oxumuş Ağasəlimdən əl çəkmələrini xahiş etmişdir. Gülnigar həmçinin əgər həmin vaxt özünü Ağasəlimin qarşısına atmasa idi Allahverdi və atasının Ağasəlimi öldürəcəklərini də demişdir. Yusif həmçinin Gülnigar özünü Ağasəlimin qabağına atmasaydı, sonuncunu öldürəcəklərini demişdir. O, həmçinin Allahverdinin əvvəlcə Ağasəlimi vurmaq fikri olmadığını, sadəcə olaraq gecə saatlarında Ağasəlimin onlar yaşadığı evə gedib orada mübahisə edən zaman sonuncunu əvvəlcə Yusifin bıçaqla vurduğunu, sonradan isə Allahverdinin atasının Ağasəlimi vurduğunu gördüyü üçün bıçaqla vurmağa başladığını bildirmişdir. Gülnigar atası Yusifi və qardaşı Allahverdini məsuliyyətdən qurtarmaq üçün yalnış məlumat vermişdir. Çünki, Gülnigar ona şəxsən evin həyətində atasının əlində bıçaq olduğunu gördüyünü demişdir. Gülnigar atasının əlində bıçaq gördüyünü desə də, həmin bıçaqla Ağasəlimi vurduğunu görmədiyini bildirmişdir. Əvvəllər Ağasəlim və Allahverdi arasında hər hansı mübahisə olması barədə məlumatı yoxdur. Allahverdi əvvəllər Ağsəlimi öldürməyə cəhd etməmiş, belə bir fikri olmamış, nə də ki, bu barədə onda hər hansı bir məlumat olmamışdır. Ağasəlim Gülnigarla nişanlı olduğu zamanlar Yusifin böyük oğlu Ramin həbs edildiyi üçün Ağasəlim nişanı qaytarmaq istəmiş, çünki Raminin narkotik üstündə həbs edilməsini qəbul edə bilməmişdi. Ona görə də Yusifin və Gülnarənin Ağasəlimdən xoşu gəlməmişdir. Hər dəfə Yusiflə söhbət edən zaman sonuncu Ağasəlimin “yekəxana” olduğunu bildirmiş, lakin onların arasında hər hansı mübahisə və söz-söhbət olmamışdır. “Ağasəlimin şah damarını kəsəcəkmiş” sözünü ilk dəfə Gülnarə ona demiş, bu da ondan sonra Gülnarəyə eyni məzmunda kimsə onun ünvanına gəlib ailə üzvlərinə nalayiq ifadə işlətsə, şah damarını kəsəcəyini demişdir. O, həmin sözü Gülnarəgil yaşadığı ünvanda deməmiş, həmçinin ondan əvvəl Gülnarə o, sözü demiş, sonra o işlətmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X6 İbtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini qurtarıb, Məhkmə-tibbi ekspertiza üzrə rezidenturada təhsil almışdır. 2021-ci ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X34nin Sabunçu rayon şöbəsində ekspert kimi fəaliyyət göstərmişdir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, həm 3-16-16/2-3/1987,3/1988 nömrəli rəy, həm də ki, məhkəmə tibbi ekspertizasının 16/1884 nömrəli rəyi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxsin bədən səthində olan xəsarətlərdən 3-ü bədənin köynəklə örtülməyən, yəni sağ qulaq sırğalağında, sol əlin ovuc səthində və sağ saiddə yerləşdiyindən paltar üzərində öz əksini tapmamışdır. Köynəyin arxa səthində yerləşən 4 ədəd zədə paltarın yerdəyişmə nəticəsində və yaxud, ehtimal ola bilər ki, bıçaq paltar səthinə yüngül təmas etdiyi üçün bədən səthində iz qoymamışdır. Paltar və insan dərisi bir-birindən fərqli xüsusiyyətlərə malik olduğuna görə hər hansı predmetlə yetirilməsindən asılı olmayaraq başqa ölçülərdə iz buraxması və yara açması istina edilmir. Bəzən paltarda olan zədə bədən səthindəki xəsarətdən daha böyük, bəzən isə daha kiçik ola bilir. Təcrübədə bu cür hallara rast gəlinibdir. O, məhkəmə tibb eksperti kimi rəy verərkən həm Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası, həm də xəstəxanada adına tərtib edilmiş xəstəlik tarixinə əsaslanmışdır. Zərərçəkmiş şəxs mövcud olan sol tərəfli hemopnevmotoraksa, diafraqmanın sol yarısının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd (cəmi 2) ədəd deşilmiş-kəsilmiş yara vizual olaraq baxdıqda ölçüsünə-uzunluq, en kəsiyinə münasibətdə tiyəsinin eni 1 sm-də, 0,6 sm, 3 sm-də 1,4 sm, 5 sm-də 1,5 sm olan deyil, həmin əlamətlərdən daha böyük ölçülərə məxsus bıçağın təsirindən yaranmaya daha çox xarakterik olmuşdur. Paltar və insan dərisi bir-birindən fərqli xüsusiyyətlərə malik olduğuna görə hər hansı predmetlə yetirilməsindən asılı olmayaraq başqa ölçülərdə iz buraxması və yara açması istina edilməmişdir. Bəzən paltarda olan zədə bədən səthindəki xəsarətdən daha böyük, bəzən isə daha kiçik olmuş, təcrübədə bu cür hallara rast gəlinmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1991-ci il tarixdən etibarən ekspert olaraq fəaliyyət göstərir. Hazırda Məhkəmə Ekspertiza Mərkəzinin Ballistik və X2 Böyük ekspert vəzifəsində işləyir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, həm 3-16-16/2-3/1987,3/1988 nömrəli rəy, həm də ki, məhkəmə tibbi ekspertizasının 16/1884 nömrəli rəyi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxsin bədən səthində olan xəsarətlərdən 3-ü bədənin köynəklə örtülməyən, yəni sağ qulaq sırğalağında, sol əlin ovuc səthində və sağ saiddə yerləşdiyindən paltar üzərində öz əksini tapmamışdır. Köynəyin arxa səthində yerləşən 4 ədəd zədə paltarın yerdəyişmə nəticəsində və yaxud, ehtimal ola bilər ki, bıçaq paltar səthinə yüngül təmas etdiyi üçün bədən səthində iz qoymamışdır. Paltar və insan dərisi bir-birindən fərqli xüsusiyyətlərə malik olduğuna görə hər hansı predmetlə yetirilməsindən asılı olmayaraq başqa ölçülərdə iz buraxması və yara açması istina edilməmişdir. Bəzən paltarda olan zədə bədən səthindəki xəsarətdən daha böyük, bəzən isə daha kiçik ola bilmiş, təcrübədə bu cür hallara rast gəlinmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 15 iyul 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində özü könüllü olaraq 12ci Polis Şöbəsinə gəlib, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvanda olarkən bıçaqla vurduğunu demişdir(cild 1, iş vərəqi 5). 16 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi ərazi Bakı şəhəri, ünvan 2a yerləşən Təqsirləndirilən şəxs1 valideynləri ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı hissəsidir. Həmin evin həyətinə ümumilikdə yaşıl, mərkəz hissəsi isə qəhvəyi rəngli dəmir darvaza qapısından girilir. Hadisə yerinə baxışda iştirak edən X7 həmin evin həyətyanı sahəsinin mərkəzinı göstərərək xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində yeznəsi Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində dava-dalaş etdiklərini, daha sonra sağ tərəfdəki toyuq hininin yanında küncə çəkildikdə oradakı şiferin arasından əvvəlcədən məişətdə istifadə edərək qoyduğu düyməli bıçağı götürüb Ağsəlim Məmmədovun onun ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən bıçaqla bir neçə dəfə bədəninə vurduqdan sonra qan gəldiyini görüb onu avtomobilə mindirərək Sabunçu Xəstəxanasına apardığını bildirdi. Baxış keçirilən evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən hinin küncündə yerdə və hasar daşının üzərində qana bənzər ləkələr aşkar edildi (cild 1, iş vərəqi 6-11). 16 iyul 2023-cü il tarixli “Götürmə aparılması haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd düyməli bıçaq götürülmüş,müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqi 28-29). 25 avqust 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş, hazırda X32 X34nin saxlama yerində olan 01 ədəd qara rəngli qısaqol kofta götürülmüşdür ( cild 1, iş vərəqi 176-177). 22 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs qan qrupu - 0 (1)-dir. Təqdim olunmuş şəxsiyyəti təstiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən Təqsirləndirilən şəxs1 qan qrupu - (İV)-dür. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli köynəyi, Təqsirləndirilən şəxs1 ağ rəngli köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ağ və qara rəngli köynəklər üzərində olan qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda 0 alfa beta (1) qrupunu xarakterizə edən H antigeni və alta, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0 alfa beta (1) qruplu şəxsə,o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Bıçaq və pambıq tamponu üzərindəki ləkələrdə zəif insan qanı aşkar olundu. Bu ləkələrdə tədqiqat zamanı qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün, onların qrup göstəricilərini təyin etmək mümkün olmadı ( cild 2, iş vərəqi 103-107). 17 avqust 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının ön və bayır səthlərinin döş və qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd - cəmi 3 (üç) ədəd; döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin bır)" ədəd, sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1(bir) ədəd, sağ saidin 1(bir) ədəd, sol əlin ovuc səthinin 1(bir) ədəd nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xarakterinə görə güman etmək olur ki, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 2 (iki) ədəd; döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 8 ədəd) ekspertizaya təqdim edilmiş bıçağın təsirindən, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd (cəmi 2) ədəd deşilmiş-kəsilmiş yaraları isə ekspertizaya təqdim edilmiş bıçaqdan fərqli xüsusiyyətlərə malik deşici-kəsici əşya (alət) təsirindən törənməyə daha xarakterikdir. Dərəcəsinə görə xəsarətlərdən döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2(iki) ədəd (cəmi 3 ədəd) döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər nüfuz etməyən deşilmişkəsilmiş yaralar (cəmi 7 ədəd) isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir ( cild 1, iş vərəqi 152-156). 01 sentyabr 2023-cü il tarixli 1844 nömrəli rəyin davamı əlavə məhkəmə-tibb ekspertizasının 16/1884 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının ön və bayır səthlərinin döş və qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd - cəmi 3 (üç) ədəd; döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin 1 (bir) ədəd, sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xarakterinə görə güman etmək olur ki, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), qaraciyərin və diafraqmanın sağ yarısının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 2 (iki) ədəd; döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd, sağ qoltuq çuxuru nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 8 ədəd) ekspertizaya təqdim edilən bıçağın təsirindən, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarsının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd (cəmi 2) ədəd deşilmiş-kəsilmiş yara xarakterinə (ölçüsünə-uzunluq, en kəsiyi) görə digər yaralardan kəskin fərqləndiyindən, qeyd olunan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqdan deşici-kəsici hissəsinin (tiyəsinin) eni böyük olan digər əşya (alət) təsirindən törənməyə daha çox xarakterikdir. Dərəcəsinə görə xəsarətlərdən döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2(iki) ədəd (cəmi 3 ədəd) döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarajarı ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar (cəmi 7 ədəd) isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs yuxarı qeyd olunan xəsarətləri alarkən zədə yetirən şəxs(lər)lə müxtəlif qarşılıqlı duruş (ayaqüstü, oturaq, yerə yıxılmış və s) vəziyyətlərində ola bilərdi. Təqdim edilmiş qərarlarda (ilkin və əlavə) zərərçəkmiş şəxslə zədə yetirən şəxs(lər)in birbiri ilə qarşılıqlı duruş vəziyyətləri təsvir edilmədiyindən, zədə yetirən şəxs(lər)in zədə yetirərkən sağ və ya sol əldən istifadə etməsi barədə fikir söyləmək mümkün deyildir ( cild 2, iş vərəqi 80-85). 28 sentyabr 2023-cü il tarixli məhkəmə tibbi-kriminalsitik ekspertizanın rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X8 məxsus köynəyin ön səthinin sağ nahiyəsində dörd ədəd, köynəyin ön səthinin orta nahiyəsində bir ədəd və köynəyin ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Köynək üzərində aşkar edilmiş zədələr bir alətin təsirindən yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynək üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində dörd ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sağ yarısında olan üç ədəd yarası ilə; köynəyin ön səthinin sol və ön orta səthində aşkar edilmiş iki ədəd edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısında olan iki ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəninin sağ qoltuq çuxur nahiyəsində bir ədəd və sağ saiddə bir ədəd yaralar onun paltarı üzərində öz əksini tapmamışdır, bu da, paltarın yer dəyişməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədəninin sağ qulaq sırğalığında bir ədəd və sol əlin ovuc səthində bir ədəd yaralar onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, həmin nahiyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır, lakin bıçağın tiyəsinin fiksatorunun bəzən işlək vəziyyətdə olmadığı, fiksatora təzyiq etmədən belə, tiyənin sərbəst olaraq öz yarığından çıxdığı və yenidən əvvəlki vəziyyətinə qayıtdığını, bıçağın işçi vəziyyətində tiyənin bəzən fiksatorunun onu döyüş vəziyyətində tərpənməz saxlamadığını nəzərə alaraq, hazırki vəziyyətində soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərinda sonradan heç bir dəyişiklik edilməmişdir ( cild 2, iş vərəqi 88-94). 30 noyabr 2023-cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspertizaya təqdim edilən qısaqol köynəyi üzərində olan zədələr, onun bədəninin döş qəfəsinin sağ və sol yarısında, sağ qoltuq çuxuru nahiyyəsində olan xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəninin sağ qulaq sırğalığında, sağ said və sol əlin ovuc səthində olan yaralara uyğun, təqdim edilmiş qısaqol köynək üzərində hər hansı bir zədə öz əksini tapmamışdır, bu da həmin nahiyələrin paltarla örtülməməsi və köynəyin qısaqol olması ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədəni üzərində olan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla (bıçaqlarla) yetirilmə üçün xarakterikdir, bu xəsarətlər iti ucu, kəsici kənarlara (bir kənarında zəif biruzə olunan küpünün olması da istisna edilmir) malik yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. İş materiallarında qeyd edilən digər qatlanmayan bıçaq ekspertizaya təqdim edilmədiyindən, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin bir və ya bir neçə alətin tiyəsinin təsirindən törənib-törənməməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil, beiə ki, bu xəsarətlər həm bir, həm də oxşar konstruktiv xüsusiyyətlərə malik bir neçə alətin təsirindən törənə bilər. Zərərçəkmiş şəxs ekspertizaya təqdim edilən köynəyi üzərində olan zədələrin ölçüləri ilə, onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan xəsarətlərin, sağ qoltuq çuxuru nahiyyəsində olan xəsarətin və döş qəfəsinin ön səthinin sol yarısında olan bir xəsarətin ölçüləri bir-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısında olan bir ədəd zədə ilə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan bir deşilmiş- kəsilmiş xəsarətin ölçüləri arasında, həmçinin bu xəsarətin ölçüləri ilə bədən səthində olan digər xəsarətlərin (sağ qulaq sırğalığı istisna olmaqla) ölçüləri arasında fərqlilik qeyd edilir, bununla belə, bu xəsarətin və sağ qulaq sırğalığı nahiyyəsində olan xəsarətin ölçüləri digər xəsarətlərin ölçülərindən fərqlənsə də, xəstəlik tarixindəki qeydiyyatlarda xəsarətlərin morfoloji əlamətləri arasında (kənarlarının və uclarının xüsusiyyətlərində) bəzi oxşarlıqlar qeyd edilir. Qeyd edilənləri nəzərə alaraq və digər bıçaq ekspertizaya təqdim edilmədiyindən, xəsarətlər arasında olan ölçü fərqliliyinin xəsarətlərin yetirilmə mexanizmi və ya iz törədən alətin konstruktiv xüsusiyyəti ilə əlaqədar olduğunu müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin həm ekspertizaya təqdim edilmiş cinayət aləti olmuş bıçağın, həm də onunla oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların təsirindən yaranmasının mümkünlüyünü nəzərə alaraq, onun bədən səthində olan xəsarətlərin bir və ya bir neçə alətin təsirindən törənməsinin araşdırılması istintaq yolu ilə mümkün ola bilər. Elmi ədəbiyyatlarda metodika olmadığından, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin sağ yoxsa sol əldən istifadə etməklə yetirilməsini və eyni şəxs yoxsa başqa şəxs(lər) tərəfindən yetirilməsini təyin etmək mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyasına və xarakterinə görə onun özü tərəfindən yetirilməsi mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, bu xəsarətlər yetirilərkən, o, zədə yetirən şəxslə (şəxslərlə) müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdi ( cild 3, iş vərəqi 46-53). 13 dekabr 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan “a,b,c,d,e,ə,i” zədələr iki tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Lakin həmin köynəyin üzərində olan “k” zədələri isə fərqli olaraq digər deşici, bir tərəfi kəsici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir. Zərərçəkmiş şəxs bədəni üzəridə olan xəsarətlərlə ona məxsus köynəyin üzərində olan “a,b,c,d,e,ə,i” zədələri uyğunluq təşkil edir və üst-üstə düşürlər. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Qərarda qoyulmuş “Təqdim edilmiş geyim əşyaları üzərində olan zədələr yetirilən zaman zərərçəkmiş və zədə yetirən şəxs(lər) hansı qarşılıqlı vəziyyətdə olmuşdur? Zərərçəkmişin geyim əşyası üzərində olan zədələrin və bədən səthi üzərində olan xəsarətlərin xarakterinə, lokalizasiyasına və yerləşmə nahiyyəsinə əsasən yetirən şəxs(lərin) sağ yoxsa sol əlindən istifadə etməklə yetirilməsi müəyyən edilsin. Zərərçəkmişin geyim əşyası üzərində olan zədələrin və bədən səthi üzərində olan xəsarətlərin xarakterinə, lokalizasiyasına, yerləşmə nahiyyəsinə və yetirilmə gücünə görə eyni şəxs yoxsa başqa şəxs(lər) tərəfindən yetirilməsi müəyyən edilsin. Zərərçəkmişin bədən səthi və geyim əşyaları üzərində olan xəsarətlər və zədələr özü-özünə yetirmə nəticəsində yarana bilərdimi” suallarına istintaq eksperimenti keçirməklə cavab vermək olar. Qərarda qoyulmuş “Zərərçəkmişin bədən səthi üzərində olan xəsarətlərin yerləşmə nahiyyəsindən aslı olaraq həmin xəsarətlər yetirilən zaman zərərçəkmiş və zədə yetirən şəxs(lər) hansı qarşılıqlı vəziyyətdə olmuşdur? Zərərçəkmişin bədən səthi üzərində olan xəsarətləri xarakterinə, lokalizasiyasına və yerləşmə nahiyyəsinə əsasən zərər yetirən şəxs(lər) sağ yoxsa sol əlindən istifadə etməklə yetirmişdir? Zərərçəkmişin bədən səthi üzərində olan xəsarətləri Xarakterinə, lokalizasiyasına və yerləşmə nahiyyəsinə və yetirilmə gücünə görə eyni şəxs yoxsa başqa şəxs(lər) tərəfindən yetirilmişdir?” suallar ekspert trasoloqun səlahiyyətinə aid olmadığı üçün cavablandırılmamışdır ( cild 3, iş vərəqi 57-60). 17 noyabr 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət aşkar edilmədi (cild 3, iş vərəqi 30-31). 17 iyul 2023-cü il tarixli Məhkəmə-tibb ekspertizasının 1672 nömrəli rəyə əlavə rəydən görünür ki, X1 gözyuvasıaltı və sol yanaq nahiyələrinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir ( cild 2, iş vərəqi 76-77). 12 oktyabr 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Təqsirləndirilən şəxs1 təqdim edilən bıçaqları nəzərdən keçirib göstərdi ki, 3-cü yerdə yerləşən 01 ədəd gümüşü rəngli, metal materialdan hazırlanmış bıçaqla hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirmişdir ( cild 2, iş vərəqi 141-143). 13 oktyabr 2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərdi ki, 3-cü yerdə yerləşən dəstəyi və tiyəsi gümüşü rəngli, metal materialdan hazırlanmış bıçaq hadisə vaxtı Təqsirləndirilən şəxs1lun ona xəsarət yetirdiyi bıçaqdır ( cild 2, iş vərəqi 162-168). 10 avqust 2023-cü il tarixli “Üzləşdirmə haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs və şahid X13 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzlərinə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 108-112). 10 avqust 2023-cü il tarixli “Üzləşdirmə haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs və şahid Təqsirləndirilən şəxs2 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı birbirlərinin üzlərinə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 113-117). 17 avqust 2023-cü il tarixli “Üzləşdirmə haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı birbirlərinin üzlərinə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 144-151). 17 oktyabr 2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ilkin ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzünə qarşı bir daha təsdiq etmişlər ( cild 2, iş vərəqi 174- 176). 08 sentyabr 2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir( cild 2, iş vərəqi 6-10). 08 sentyabr 2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X13 ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir ( cild 2, iş vərəqi 1-5). 12 sentyabr 2023-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahid ilkin ifadəsi zamanı göstərdiyi xüsusatları hadisə baş verən yerdə əyani olaraq göstərmişdir ( cild 2, iş vərəqi 26-31). 12 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilkin ifadəsindəki xüsusatları təsdiq edərək hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir ( cild 2, iş vərəqi 128-140). 13 oktyabr 2023-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ilkin ifadəsindəki xüsusatları təsdiq edərək hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir ( cild 2, iş vərəqi 150-161). 01 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzinin X34”ndən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs adıçəkilən xəsətəxanada qeydiyyatda olmamışlar ( cild 2, iş vərəqi 17). 11 sentyabr 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 2596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, hövsələsizlik, tez özündən çıxmaq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır, həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır ( cild 2, 97-100). 08 sentyabr 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməli törədilərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməl törədilərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hjansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs2 öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Kinlilik, inadkarlıq, emosionallıq, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməli törədilərkən psixi- emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməli törədilərkən fizioloji affekt halında olmamışdır ( cild 2, iş vərəqi 110-113). 02 sentyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 5653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 2, iş vərəqi 214- 215). 08 sentyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 217-218). 14 dekabr 2023-cü il tarixli “ Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd pampıq vasitəsi ilə hopdurulmaqla götürülmüş qana bənzər ləkə nümunəsi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan 1 ədəd qara rəngli qısaqol kofta və istintaqa təqdim etdiyi 01 ədəd düyməli dəmir bıçaq üzərində cinayətin izlərini saxladığına görə maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır ( cild 3, iş vərəqi 70-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 25 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur ( cild 1, iş vərəqi 219-220). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 25 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Mahmudov X14 Rayon Xalq Məhkəməsinin 12 sentyabr 1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi, 83-cü maddəsinin 3-cü hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi və 38-ci maddəsinə əsasən əmlakı müsadirə edilməklə 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 iyul 1992-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2009-cu il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 06 il azadlıqdan məhrum etmə cəzası 05 ilə endirilmiş, 25 aprel 2012-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli qərarı ilə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ( cild 1, iş vərəqi 222-224). Zərərçəkmiş şəxs məhkməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət, iddia və ya tələbi yoxdur, hər iki təqsirləndirilən şəxslə barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində, xüsusi amasızlıqla törədildikdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, həmin qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. “Hüseyn və digərləri Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü maddələri ilə onlara ittiham elan edilməsi üçün əsas olan işin faktiki halları mübahisələndirərək zərərçəkmiş şəxsə xəsarət yetirilməsində Təqsirləndirilən şəxs2 iştirak etməməsi, Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsi öldürmək istəməməsi barədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə əvvəla Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi barədə müdafiə tərəfinin dəlili ilə əlaqdar qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş dindirmə və üzləşdirmə protokollarından görünür ki, Şahid6, X13, habelə Təqsirləndirilən şəxs2 şahid qismində dindirilərkən ilkin ifadələrində Təqsirləndirilən şəxs1 tərəfindən tərəfindən ikinci bıçaq götürülməsi və Zərərçəkmiş şəxs xəsarət yetirilməsi barədə xüsusat öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs2 və Şahid6 verdikləri ifadələrdə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Ağasəlim Mahmudova bıçaqla xəsarət yetirməsini ümumiyyətlə başa düşmədiklərini, yalnız Şahid7 müdaxiləsindən sonra Allahverdiyinin Ağasəlimə bıçaqla xəsarət yetirdiyini bildiklərini qeyd etmişlər (Cinayət işi, İ cild, iş vərəqə 99-101, 105-112). Həmçinin Şahid7 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə protokolundan görünür ki, Gülnigar əri Ağasəlimə atası tərəfindən bıçaqla xəsarət yetirilmədiyini qeyd etsə də , sonradan zərbələr ona dəyməsin deyə Ağasəlimi qucaqladığını, onu qardaşından və atasından qoruduğunu qeyd etmişdir. Eləcə də zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi suallara cavab olaraq qardaşı Allahverdinin əvvəlcə əri Ağasəlimi bıçaqla vurduğunu, eləcə də hər hansı zaman kəsiyində hadisə yerindən ayrılmasını və hər hansısa yerə getdiyini görmədiyini bildirmiş, əri Ağasəlimi atası Yusifdən hansı səbəbdən qoruması barədə suallara isə atasının qəzəbli olması ilə əlaqədar ərinə hər hansı xəsarət yetirməsindən qorxmasını bildirmişdir (Cinayət işi, İ cild, iş vərəqə 99-101). Bundan başqa iş materiallarına əlavə edilmiş Şahid2 dindirmə protokolundan görünür ki,o, xəstəxanaya gələndə bacısı Aidə gəlini Gülnigarla söhbət edən zaman sonuncu Allahverdinin əli ilə Ağasəlimə zərbə vurması və Yusifin əlində ev bıçağı tutub sonuncunun üstünə gəlməsini gördüyünü və buna görə hadisə zamanı özünü Ağasəlimin qabağına verib Allahverdi və Yusifdən qoruduğunu Aidəyə danışmışdır. Həmin vaxt Yusif oraya yaxınlaşıb qızı Gülnigarın Ağasəlimlə barışıb-barışmadığını soruşmuş, o, isə bu məsələnin Ağasəlimin öz qərarı olduğunu,Gülnigarın hamilə olması səbəbindən uşağının böyüdüyünü və əgər ailə dağılırsa uşağı tələf etməli olduqlarını demişdir. Yusifdən Gülnigarın fikrininin nə olduğunu soruşduqda o, Gülnigarın Ağasəlimi istədiyini bildirmişdir. Gülnigarın Ağasəlimi istədiyi təqdirdə bıçaqlanmasına niyə mane olmadığını soruşduqda Yusif qızı Gülnigarın özünü Ağasəlimin qabağına atmadığı halda onu öldürəcəklərini, ona ölümünə vurduqlarını demişdir. Ağasəlimin öldüyü təqdirdə qızının aqibətinin necə olacağını soruşduqda Gülnarə qıraqdan hətta qızına siçan dərmanı verib öldürə biləcəyini, amma Ağasəlimə verməyəcəyini bildirmişdir. Bütün bu deyilənlərə bacısı Aidəylə şahid olmuşlar (Cinayət işi, İ cild, iş vərəqə 127-129). Cinayət işi materiallarına əlavə edilmiş Şahid5 dindirmə protokolundan görünür ki, xəstəxanada xalası Sədaqətlə söhbət zamanı sonuncu ona Ağasəlimlə Allahverdinin davasının düşdüyünü və gücü çatmadığı üçün Allahverdinin Ağasəlimi bıçaqladığını yəqin etdiyini bildirmişdir. Elə bu vaxt Gülnarə Sədaqətin üzərinə yeriyib ona “X33 gücü çatmayıb, Allahverdi Ağasəlim kimisinin 10-nu qatlayar, biz Ağasəlimi öldürmək üçün vurdurmuşuq” deyə qışqırmış, Sədaqət isə bu sözlərə əsəbləşib “Siz kimsiz ki,bacım oğlunu öldürəsiz” demişdir. Bu zaman xalasını oradan uzaqlaşdırmış, çölə çıxmış və Gülnarənin oturacaqda əyləşdiyini görüb yanında gəlmiş, onu sakitləşdirmək üçün xalasının ona pis söz demədiyini bildirmişdir. Gülnarə sonuncuya Ağasəlimin evlərinə gəlib söyüş söydüyünü, Ağasəlimin başını kəsmək üçün Yusifin bıçaq itiləyib qoyduğunu, Ağasəlimin hələ şükr etməli olduğunu demişdir. Gülnarənin bu sözünə əsəbləşib bu cür danışmamasını, sakitçilik olmasını istədiyini bildirmişdir. Daha sonra Ağasəlimin dostu Siyasət Gülnigarı avtomobili ilə atasıgilə yola salarkən avtomobildə Gülnigar həkim qohumu ilə “Whatsapp” proqramı vasitəsilə danışarkən, həkim ona xəstənin balaca bıçaqla vurulduğunu, həyat əhəmiyyətli orqanlarının zərər görmədiyini bildirdikdə Gülnigar öz-özünə bıçağın balaca bıçaq olmadığını, ev bıçağı olduğunu demişdir (Cinayət işi, İ cild, iş vərəqə 130-132 ). Cinayət işi materiallarına əlavə edilmiş X9 dindirmə protokolundan görünür ki, Ağasəlimin xalası Sədaqət ilə Gülnarə arasında dava yaranmışdır, buna səbəb isə Sədaqətin səsli olaraq Ağasəlimlə Allahverdinin davasının düşdüyünü və gücü çatmadığı üçün Ağasəlimi bıçaqladığını deməsi olmuşdur. Gülnarə “X33 gücü çatmayıb, Allahverdi Ağasəlim kimisinin 10-nu qatlayar, biz Ağasəlimi öldürmək üçün vurdurmuşuq” demiş və Sədaqətin üzərinə şığımışdır. Mühafizəçi araya girib Gülnarəni o isə Sədaqəti uzaqlaşdırmışdır.1 gün sonra Ağasəlim oyananda ona hadisəni danışmış və məlum olmuşdur ki, qaynatası Yusif və qaynı Allahverdi evlərinin həyətində ayrı-ayrı bıçaqlarla Ağasəlimi ölümünə vurmuşlar (Cinayət işi, İ cild, iş vərəqə 135-138). İş materiallarına əlavə edilmiş 16 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı götürdüyü yeri təsvir edərkən yalnız yaşadığı evin həyətində olan şiferin altını göstərmiş, qab yuyulan yerdən hər hansı bıçaq götürməsini bildirməmişdir. Bundan başqa eyni tarixli “götürmə” protokolundan görünür ki, təqsirləndirilən şəxs tərəfindən yalnız bir ədəd, düyməli bıçaq (şiferin altından götürdüyünü iddia etdiyi) təqdim edilmişdir. Yalnız ilk dəfə üzləşdirmə istintaq hərəkəti keçirilən zamanı zərərçəkmiş şəxs ona ayrıayrı bıçaqlarla, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 tərəfindən xəsarət yetirilməsi xüsusatı barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 iki bıçaqdan istifadə etdiyini bildirmiş, 12-ci Polis Şöbəsinə gedərkən düyməli bıçağın üstündə olmasını, digər bıçağı isə Sabunçu rayon xəstəxanasına gəlmək üçün “VAZ 2071” markalı avtomobilə əyləşmədən Maştağa yolunun kənarına atdığını qeyd etmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı evin həyətində olan toyuq hininin küncünə tərəf hasarın kənarında olduğu üçün orada şiferin arasında qoyduğu məişətdə istifadə olunan bıçaq yadına düşdüyünü, əsəbi olduğu üçün həmin bıçağı götürdüyünü, bir neçə dəfə zərbə ilə Ağasəlimi bədəninə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Ağasəlim əlini qabağa verdikdə bəzi zərbələr qoluna dəymiş,atası Yusif onları ayırmağa çalışmışdır. Daha sonra həmin xəstəxananın yerləşdiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təslim olmuş, hadisənin baş verdiyi ərazi üzrə 14-cü Polis şöbəsinin əməkdaşları gələrək onu təhvil almış və o, hadisə zamanı istifadə etdiyi düyməli bıçağı təqdim etmişdir. Həmin hadisə zamanı atası Yusifin əlində bıçaq olmamış və Ağasəlimə xəsarət yetirməmişdir. Ağasəlimin çiyin nahiyyəsinə bıçaqla vuran zaman onun başını qaçırması səbəbindən sağ qulaq tərəfdən bıçaq zərbəsi dəymişdir. Verilmiş sualları cavablandırarkən isə Təqsirləndirilən şəxs1 Ağasəlimi ilkin olaraq düyməli, hinin üzərindən götürdüyü bıçaqla vurmuş, lakin anası və atası araya girib həmin bıçağı əlindən almışlar.Bundan sonra hinin yanındakı əl üz yuyan tərəfdə olan ev bıçağını götürmüş və səhv etmirsə bir dəfə sol böyrəyindən vurmuşdur. 12-ci Polis Şöbəsinə gedəndə düyməli bıçaq (yəni, özünün iddia etdiyi kimi zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirdiyi ilkin bıçaq)üstündə olmuş, digər bıçağı isə Sabunçu rayon xəstəxanasına getmək üçün “VAZ 2071” markalı avtomobilə əyləşmədən əvvəl Maştağa yolunun kənarında atmışdır (Cinayət işi, İ cild, iş vərəqə 144-151). Göründüyü kimi ilk dəfə həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Ağasəlimlə onu ailəsi ayırdıqdan sonra həyətdə qab yuyulan yerdə digər,yəni mətbəx bıçağını götürməsi barədə istintaq orqanına məlumat versə də nə təqsirləndirilən şəxslər, nə də şahidlər əvvəlki ifadələrində, Allahverdi ilə Ağasəlim arasında mübahisənin hansısa zaman kəsiyində ara verməsi, təqsirləndirilən şəxsin əlindən bıçaq alınması, onun yenidən bıçaq götürməsini bildirməmişlər. Əksinə həm şahidlər, həm təqsirləndirilən şəxslər ifadələrində hadisənin fasiləsiz davam etdiyini təsdiq etmişlər. Təqsirləndirilən şəxs təkrar dindirilərkən nə üçün əvvəlki dindirmə dövründə hadisə zamanı iki bıçaqdan istifadə etməməsini isə iki fərqli bıçaqdan istifadə etdiyini söyləməməsinin iş üçün əhəmiyyətli ola biləcəyini dərk etmədiyini qeyd etmişdir (Cinayət işi, İ cild, iş vərəqə 225-229). Məhkəmə təqsirləndirilən şəxs Allahverdi Yusifovun Zərərçəkmiş şəxs əvvəlcə düyməli bıçaqla vurmasını, həmin bıçağın əlindən alınması ilə əlaqədar mətbəx bıçağını götürməsi barədə ifadələrini həqiqətə uyğun hesab etmir ona görə ki, əvvəla dindirilmiş şahidlər Allahverdi ilə Ağasəlim arasında mübahisə fasiləsiz davam etdiyini, həmin Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsini yalnız bacısının müdaxiləsindən sonra gördüklərini bildirmişlər. Məhkəmə belə qənaətə gələrkən həmçinin o halı əsas götürür ki, Təqsirləndirilən şəxs1 tərəfindən əlində olan son bıçaq,yəni qab yuyulan yerdən götürməsini iddia etdiyi bıçaq deyil, əlindən alınan, yəni tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilən ilk bıçaq polis bölməsinə təhvil verilmişdir. Bundan başqa təqsirləndirilən şəxs mətbəx bıçağı ilə yalnız bir dəfə zərərçəkmiş şəxsə xəsarət yetirdiyini qeyd etsə də iş üzrə təyin edilmiş 17 avqust 2023-cü il tarixli məhkəmə tibbi ekspertizanın rəyindən aydın olmuşdur ki, zərərçəkmiş şəxsin sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın sol yarısının zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və sağ qulaq sırğalığında boyunun sağ yarısına keçən 1 (bir) ədəd (cəmi 2) ədəd deşilmiş-kəsilmiş yaraları isə ekspertizaya təqdim edilmiş bıçaqdan(yəni, düyməli bıçaqdan) fərqli xüsusiyyətlərə malik deşici-kəsici əşya (alət) təsirindən törənməyə daha xarakterikdir. Beləliklə məhkəmə yuxarıda göstərilən sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs xəsarətlər yetirilmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmasını əsas gətirərək qəsdinin zərərçəkmiş şəxsin həyatdan məhrum edilməməsinə yönəlməsi barədə dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. İş materiallarından görünür ki, hadisə təqsirləndirilən şəxslərdən birinin bacısı, birinin qızı olan Şahid7 əri Zərərçəkmiş şəxs tərəfindən döyülməsi zəminində baş vermişdir. Təqsirləndirilən şəxslərdə zərərçəkmiş şəxsin hərəkətlərinə görə qisas almaq motivi yaranmışdır.Toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ardıcıl zərbələrin vurulması məhz elə Şahid7 müdaxiləsi, yəni Zərərçəkmiş şəxs qucaqlayaraq qabağına keçməsindən sonra dayandırılmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin sayını, həm xəsarətlər yetirilməsi zamanı müxtəlif bıçaqdan istifadə edilməsini, həm xəsarətlərin sayını, həm xəsarətlərin lokalizasiyasını, həm hadisənin baş vermə və qarşısının alınma şəraitini əsas götürərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər ikisinin qəsdi xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəldilmişdir. Zərərçəkmiş şəxs sonradan xəstəxanaya çatdırılması isə təqsirləndirilən şəxslərin qəsdinin formalaşması və həyata keçirilməsi dövrünü deyil, öz əməllərini başa çatdırmaq imkanından məhrum olduqdan sonrakı dövrü əhatə edir. Həmçinin zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Gülnigar Məmmədovun yalvarışları ilə əlaqədar Allahverdi Yusifov tərəfindən xəstəxanaya çatdırılmışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir, təqsirləndirilən şəxs tərəfindən qəsdən törətmişdir. Həmin əməl təqsirləndirilən şəxslərin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmamışdır Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 120.2.1, 29 120.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından olan 15 iyul 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyul 2023-cü il tarixdə saat 23 radələrində özü könüllü olaraq 12-ci Polis Şöbəsinə gəlib, 15 iyul 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvanda olarkən bıçaqla vurduğunu demişdir ( cild 1, iş vərəqi 5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözü gedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hadisədən dərhal sonra Zərərçəkmiş şəxs xəstəxanaya çatdırması halı zərərçəkmiş şəxsə digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərəri azaltması kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu, cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını həmin Məcəllənin 59.1.11-ci maddələrinə əsasən onun barəsində, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini isə həmin Məcəllənin 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını, sonuncunun cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini, hər iki təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini əsas götürərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 60-cı maddəsinin tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar, cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Təqsirləndirilən şəxs1 16 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 20 ), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 60-64). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 3, iş vərəqə 193-200). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş iş üzrə 01 ədəd pampıq vasitəsi ilə hopdurulmaqla götürülmüş qana bənzər ləkə nümunəsi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan 1 ədəd qara rəngli qısaqol kofta və istintaqa təqdim etdiyi 01 ədəd düyməli dəmir bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 128 (səksən) manat məbləğində ekspertiza xərci bərabər hissələrə bölünməklə əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 və X17 tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 56). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə mərhələsində onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir məhkəmə mərhələsində göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 Əsgər oğlunun və Müdafiəçi2 işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29,120.2.4cü maddələri ilə 11(on bir ) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 16 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29,120.2.4cü maddələri ilə 11(on bir ) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğuna saxlanılması üçün verilmiş, 01 ədəd pampıq vasitəsi ilə hopdurulmaqla götürülmüş qana bənzər ləkə nümunəsi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan 1 ədəd qara rəngli qısaqol kofta və istintaqa təqdim etdiyi 01 ədəd düyməli dəmir bıçaq məhv edilsin. 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci bərabər hissələrə bölünməklə Təqsirləndirilən şəxs1 64 (altmış dörd ) və Təqsirləndirilən şəxs2 64 (altmış dörd) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 72 (yetmiş iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 Əsgər oğlunun və Müdafiəçi2 işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 432 (dörd yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1236/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1236/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver