Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1237/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, prsixotrop maddə, gülclü təsir edən maddələri əldə edib üzərində saxlayaraq daşımış, həmçinin qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış digər şəxslərlə narkotik vasitələrin, psixtrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qabaqcadan əlbir olub bir qrup təşkil edərək və əvvəlcədən razılaşmalarına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rövşən adlı şəxsin tapşırığı ilə onun Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşdirdiyi bir ədəd qara rəngli üzərində «Giorgio Armani» yazısı olan çantada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 715 qram, 14,292 qram, 1,542 qram və 6,526 qram ümumi təmiz çəkisi 737, 36 qram kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,863 qram, 0,826 qram, 0,816 qram, 0,840 qram, 0,809 qram, 34,866 qram, ümumi təmiz çəkisi 39,020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə - metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram, 0,284 qram, ümumi təmiz çəkisi 0,388 qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə tiryək, 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,448 qram, 0,474 qram, ümumi təmiz çəkisi 0,922 qram olan ağ rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - kokain, təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 8 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutunda 80 ədəd olan açıq-qəhvəyi rəngli külli miqdarda narkotik vasitə metadon, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısı»-na daxil edilmiş 175 ədəd dərman kapsulasında təsir maddəsinin ümumi miqdarı 52,5 qram təşkil edən üzərində “Gerica 300 mg” göstəriciləri olan külli miqdarda preqabalin, təsiredici maddəsinin ümumi miqdarı 14,86 qram təşkil edən 91 ədəd ağ rəngli, 1 ədəd çəhrayı rəngli, 1 ədəd mavi rəngli dairəvi formalı dərman həbləri olan külli miqdarda psixotrop maddə - MDMA, həmin yerdən götürməklə satış məqsədilə qanunsuz olaraq əldə edəndən sonra çantadan 1 ədəd bükümdə 6,526 qram heroini gödəkcəsinin sağ cibinə qoymuş və “Rövşən” adlı şəxsin tapşırığı ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə çantada daşıyarkən 07 fevral 2022-ci il tarixdə saat 00:15 dəqiqədə ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərində keçirilən şəxsi axtarış zaman 6, 526 qram narkotik vasitə heroin əynindəki gödəkcəsinin sağ yan cibində, qalan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr isə əlindəki çantasında aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı əldə edib üzərində gəzdirmiş və 07 fevral 2022-ci il tarixdə saat 00:15 dəqiqədə ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərində keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan tünd boz rəngli şalvarın arxa sol cibindən həmin bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gənclik istiqamətində 5 nömrəli xəstəxananın yanında avtomobildə əyləşib, telefonla danışmışdır. Həmin avtomobil ona məxsus olmamış, rayona toya gedəcəyi üçün “rentacar”–dan kirayələmişdir. Bir müddət sonra bir neçə post patrul əməkdaşı ona yaxınlaşmış və avtomobildən düşməyini bildirmişlər. O, avtomobildən düşmüş və əllərini yuxarı qaldırmış, belindəki bıçağı polis əməkdaş götürmüş, əlindən telefonu almış və post patrul avtomobilinə əyləşməyini bildirmişdir. Sonra ondan narkotik vasitə istifadəçi olub-olmadığını soruşmuş, o da narkotik vasitə istifadəçisi olduğunu bildirdikdən sonra üzərində olan narkotik vasitəni ona təqdim etməyini bildirmişdir. Sonra avtomobildən enmiş və onda olan narkotik vasitəni polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərində 2 ədəd metadon və 5 qram “kokos” olmuş, polis əməkdaşlarına atasının döyüşlərdə iştirak etdiyini, özünün isə universitet tələbəsi olduğunu bildirib, onu buraxmalarını söyləmişdir. Təxmini 1 saat sonra dəqiq bilmədiyi hansısa bölmənin əməkdaşları onlara yaxınlaşıb malı istəmiş, onların səslərini əyləşdiyi post patrul avtomobilindən eşitmişdir. O, Əməkdaşlara onu buraxmalarını söyləsə də, qarşılığında “səni buraxa bilmərik aləm bir-birinə dəyib, bölmənin əməkdaşları malı istəyirlər” demişlər. Onu bölməyə aparıb orada onu döymüşlər. Ondan qarşısına qoyduqları içərisində 3-4 bağlama mal olan çantanın ona aid olub-olmadığını soruşmuşlar. O da malın ona aid olmadığını, üzərində olan 2 ədəd metadon və 5 qram “kokos”u isə post patrul əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra onu Nazirliyin əməkdaşları gəlib aparmış və ondan polis əməkdaşı olan Orxan və digərləri ilə iş görüb-görmədiyini soruşmuşlar. O, da onları tanımadığını bildirmiş, bundan sonra onu buraxacaqlarını deyib sadəcə çəkilişdə iştirak edəcəyini bildirmişlər. Çəkiliş başlayanda dövlət tərəfindən təyin olunan müdafiəçi həmin çantanın içərisindən bağlamaları çıxarıb ona göstərmiş, bunların nə olduğunu soruşduğunda, müdafiəçi “ külli miqdardı qəbul elə” deyə bildirmiş, o, etiraz etdikdə onu döymüşlər. O da döyülməyə dözə bilməyib deyiləni qəbul etmiş, çəkiliş aparılmış, onu məhkəmədən sonra müvəqqəti saxlama yerinə aparmışlar. Ona Guya əvvəllər münasibəti olan Aytən adlı qızın oraya gəldiyini bildirib, onun adresini ondan soruşmuşlar. O, bilmədiyini və həmin qızı tanımadığını dedikdə isə yenidən onu döymüşlər. Onu döyərək məcbur etmişlər ki, malı Rövşən adlı şəxsdən aldığını desin, o isə bildirmişdir ki, həmin şəxsi tanımır, onda olanları isə izahatında da qeyd etdiyi kimi İran vətəndaşı olan Ələmdar adlı birindən sosial şəbəkə vasitəsilə əldə etmişdir. O, sonra təcridxanaya aparılmış, həmin vaxt bədənində döyülmənin əlamətləri və izləri olmuşdur. İlk məhkəməyə çıxanda qorxduğu üçün hakimə döyülməyi ilə bağlı heç nə deyə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 07 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində polis nəfərləri Şahid3 və Şahid1 ilə xidmətdə olmuşlar. Onlar xidmətdə olarkən həmin küçənin 18 ünvanının yaxınlığında bir nəfərin özünü davranışı ilə şübhəli aparan şəxsi görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina edib həmin yerdən yayınaraq uzaqlaşmaq istəmiş, həmin şəxsin hərəkətləri daha da şübhə yaratdığından həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə dəvət etmişlər. Bundan sonra həmin şəxs etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində həmin şəxsin xx.xx.2001-ci ildə Bərdə şəhəri, Bakı küçəsi ev 26 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis İdarəsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, sağ əlində saxladığı, üzərində “Giorgio Armani” yazısı olan, qara rəngli dəri materialından hazırlanmış 01 ədəd kişi əl çantasını təqdim edərək, içərisində müxtəlif növ narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda, içərisində, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 14 ədəd həb olmaqla 09 konvalyut, cəmi 126 ədəd dərman preparatı, üzərində “Methadone 40 mg” sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 08 konvalyut, cəmi 80 ədəd dərman preparatı, hər biri ayrı-ayrılıqda ağ rəngli yapışqan kağızla bağlanmış, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 07 ədəd həb olmaqla 07 konvalyut, cəmi 49 ədəd dərman preparatı, hər biri, şəffaf rəngli selofanlara bükülmüş, içərilərində, ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 ədəd büküm, hər biri şəffaf rəngli selafana bükülmüş, içərisində ağ rəngli toz halında maddələr olan 02 ədəd büküm, şəffaf rəngli selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd büküm, içərisində 91 ədəd ağ rəngli həb olan 01 ədəd şəffaf polietilen torba, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 ədəd polietilen torba, içərisində açıq qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd selofan torba, içərisində tünd qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd polietilen torba, siqaretin gümüşü rəngli kağızına bükülmüş, biri mavi digər isə çəhrayı rəngdə olan 02 ədəd həb, içərisində 02 ədəd qara rəngli kristal formalı maddə olan 01 ədəd büküm və 01 qatlanan bıçaq aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən, Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 01 ədəd tələbə biletini, "xxxx" ASC tərəfindən verilmiş 02 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd C 25794223 nömrəli 05 manatlıq, 01 ədəd A 34303465 nömrəli 05 manatlıq, 01 ədəd A 41099505 nömrəli 10 manatlıq pul əskinaznı və 01 ədəd «Samsung» markalı mobil telefon cihazını, həmin şalvarın arxa sol cibindən isə gümüşü rəngli metaldan hazırlanmış, qatlanan bıçağı çıxardıb təqdim etmişdir. Həmin bıçaq tam metaldan olmaqla tutacağının bir hissəsi taxtaya bənzər qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Bıçağın tiyəsinin ucu deşici, bir tərəfi isə kəsici xassəyə malik olmaqla üzərində “Columbia” yazısı olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd şəffaf rəngli polietilen torbanı təqdim edib, içərisində olan maddənin şəxsi istifadəsi üçün üzərində saxladığı, heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində müxtəlif növ narkotik vasitələrin olduğu 01 ədəd qara rəngli kişi əl çantasını Ələmdar kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və 500 manat müqabilində Ələmdarın deyəcəyi ünvana çatdırmaq məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar kütlər və dərman preparatları və 02 ədəd bıçaq zərfə qoyaraq qablaşdırmış və bu haqda protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğundan həmin protokola və zərfin üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan edilmiş şahid Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində polis nəfərləri Şahid3 və Şahid2 ilə xidmətdə olmuşlar. Onlar xidmətdə olarkən həmin küçənin 18 ünvanının yaxınlığında bir nəfərin özünü davranışı ilə şübhəli aparan şəxsi görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina edib həmin yerdən yayınaraq uzaqlaşmaq istəmiş, həmin şəxsin hərəkətləri daha da şübhə yaratdığından həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə dəvət etmişlər. Bundan sonra həmin şəxs etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində həmin şəxsin xx.xx.2001-ci ildə Bərdə şəhəri, Bakı küçəsi ev 26 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis İdarəsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, sağ əlində saxladığı, üzərində “Giorgio Armani” yazısı olan, qara rəngli dəri materialından hazırlanmış 01 ədəd kişi əl çantasını təqdim edərək, içərisində müxtəlif növ narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda, içərisində, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 14 ədəd həb olmaqla 09 konvalyut, cəmi 126 ədəd dərman preparatı, üzərində “Methadone 40 mg” sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 08 konvalyut, cəmi 80 ədəd dərman preparatı, hər biri ayrı-ayrılıqda ağ rəngli yapışqan kağızla bağlanmış, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 07 ədəd həb olmaqla 07 konvalyut, cəmi 49 ədəd dərman preparatı, hər biri, şəffaf rəngli selofanlara bükülmüş, içərilərində, ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 ədəd büküm, hər biri şəffaf rəngli selafana bükülmüş, içərisində ağ rəngli toz halında maddələr olan 02 ədəd büküm, şəffaf rəngli selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd büküm, içərisində 91 ədəd ağ rəngli həb olan 01 ədəd şəffaf polietilen torba, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 ədəd polietilen torba, içərisində açıq qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd selofan torba, içərisində tünd qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd polietilen torba, siqaretin gümüşü rəngli kağızına bükülmüş, biri mavi digər isə çəhrayı rəngdə olan 02 ədəd həb, içərisində 02 ədəd qara rəngli kristal formalı maddə olan 01 ədəd büküm və 01 qatlanan bıçaq aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən, Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 01 ədəd tələbə biletini, "xxxx" ASC tərəfindən verilmiş 02 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd C 25794223 nömrəli 05 manatlıq, 01 ədəd A 34303465 nömrəli 05 manatlıq, 01 ədəd A 41099505 nömrəli 10 manatlıq pul əskinaznı və 01 ədəd «Samsung» markalı mobil telefon cihazını, həmin şalvarın arxa sol cibindən isə gümüşü rəngli metaldan hazırlanmış, qatlanan bıçağı çıxardıb təqdim etmişdir. Həmin bıçaq tam metaldan olmaqla tutacağının bir hissəsi taxtaya bənzər qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Bıçağın tiyəsinin ucu deşici, bir tərəfi isə kəsici xassəyə malik olmaqla üzərində “Columbia” yazısı olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd şəffaf rəngli polietilen torbanı təqdim edib, içərisində olan maddənin şəxsi istifadəsi üçün üzərində saxladığı, heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində müxtəlif növ narkotik vasitələrin olduğu 01 ədəd qara rəngli kişi əl çantasını Ələmdar kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və 500 manat müqabilində Ələmdarın deyəcəyi ünvana çatdırmaq məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar kütlər və dərman preparatları və 02 ədəd bıçaq zərfə qoyaraq qablaşdırmış və bu haqda protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğundan həmin protokola və zərfin üzərinə imza etmişlər. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi o, Tofiqlə tanışlıqdan bir müddət sonra Tofiqin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Gənclik» metrostansiyasının yaxınlığında dəqiq ünvanını xatırlamadığı kirayə tutduğu evdə görüşərkən Tofiq narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bir müddət əvvəl tarixini dəqiq bilmədiyi gündə yaşadığı evdə Tofiqlə görüşdüyü zaman Tofiq ona 4 ədəd bükümdə marixuana verib xahiş etmişdir ki, özü rayona gedəcəyi üçün həmin 4 bükümdə olan marixunanı 1 bükümünü yaşadığı binanın blokunun 9-cu mərtəbələrindəki su sayğacının qutusunun içərisinə qoysun. O, da Tofiqin deməsinə görə həmin 4 bükümdən 1 bükümünü yaşadığı binanın blokunun 9-cu mərtəbəsindəki su sayğacının qutusunun içərisinə qoymuş, digər 3 bükümü isə özündə saxlamışdır. Təxminən 1 saat keçmiş Tofiqin vasitəsi ilə tanıdığı Rövşən ona Whatsapp proqramı vasitəsi ilə sms yazaraq Tofiq tərəfindən ona verilmiş 4 ədəd bükümdən qalmış 3 ədəd bükümdən 1 bükümünü yaşadığı blokun 1-ci mərtəbəsində olan su sayğacının qutusunun içərisinə, digər 2 bükümü isə qonşu blokda 2-ci və 5-ci mərtəbələrdə su sayğacının qutusunun içərisinə qoysun. O, da razılaşmış və Rövşənin dediyi kimi etmiş 03 bükümdə olan marixuananın qonşu blokda 2-ci və 5-ci mərtəbələrdə olan su sayğacının qutularının içərisinə qoymuşdur. Öz bloklarındakı 9-cu mərtəbədə su sayğacının qutusunun içərisinə qoyduğum narkotik vasitə marixuanının yerinin şəkilini çəkib Whatsapp proqramı vasitəsi ilə Tofiqə, digər 3 bükümda olan marixuanaları qoyduğu yerin şəkillərini isə Whatsapp proqrammı vasitəsi ilə Tofiqin tanışı Rövşənə göndərmişdir. Bundan sonra o, narkotik vasitələri götürən şəxsləri görməmiş, təxminən 10 gündən sonra Tofiq yaşadığı Bərdə rayonundan gəlmiş və Tofiqlə Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən «Montin» oteldə qalmışlar. 07 fevral 2022-ci il tarixdə Tofiq onun ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi «Whatsapp»-a sms yazaraq tutulduğunu bildirib anası və tanışı Raminə xəbər verməyini demişdir. O, da Tofiqin tutulmasını anası və tanışı Raminə məlumat vermişdir. Rövşən adlı şəxsi Tofiqin vasitəsi ilə tanımış, Rövşənlə canlı ünsiyyətdə olmamış, Rövşənin anket məlumatlarını bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə Rövşən adlı şəxsin göstərişinə əsasən müxtəlif ünvanlara yerləşdirilməsindən xəbəri olmamışdır. Tofiq ona narkotik vasitələrdən istifadə etməsini bildirsə də, narkotik vasitələrin satışı ilə məşğul olmasını deməmişdir. Tofiq tutulduqdan sonra Rövşən adlı şəxsin deməsinə əsasən onun narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməsini bilmişdir. İstifadəsində «HTC» markalı mobil telefon olmuş, telefonunda olan bütün Whatsapp yazışmalarını Tofiq ona tutulmasını dedikdə silmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/752 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,526 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd qatlanan bıçağın səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 40-45) İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/753 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış bağlamadakı bir ədəd qara rəngli çantada 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 715 qr.. 14,292 qr., 1,542 qr., ümumi təmiz çəkisi 730,834 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,863 qr., 0,826 qr., 0,816 qr., 0,840 qr., 0,809 qr., 34,866 qr., ümumi təmiz çəkisi 39,020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qr., 0,284 qr., ümumi təmiz çəkisi 0,388 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,448 qr., 0,474 qr.,ümumi təmiz çəkisi 0,922 qram olan ağ rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - kokaindir, 8 ədəd üzərində “Methadone 40”göstəriciləri olan dərman konvolyutunda 80 ədəd olan açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edir, üzərilərində “Gerica 300 mg" Göstəriciləri olan dərman konvolutlarında 175 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsullaırn tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 52,5 qram təşkil edir, 91 ədəd ağ rəngli, 1 ədəd bənövşəyi rəngli, 1 ədəd mavi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi psixotrop maddə-MDMA-dır (metilendioksimetamfetamindir) və həmin həblərin tərkibində MDMA-nm (metilendioksimetamfetaminİn) təsir maddəsinin ümumi miqdarı 14,86 qram-dır (14,56 +0,300 qram), bir ədəd qatlanan bıçağın səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin və MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin, tiryək, kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısına (1 nömrəli əlavə) daxildir. (cild 01, iş vərəqə 47-59) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 2/219 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 2, iş vərəqə 30-33) İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 689 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və sintetik tərkibli Opiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 25-26) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22- ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 2, iş vərəqə 28-29) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ əlində saxladığı, üzərində “Giorgio Armani” yazısı olan, qara rəngli dəri materialından hazırlanmış 01 ədəd kişi əl çantasını təqdim edərək, içərisində müxtəlif növ narkotik vasitələrin olduğunu bildirdi. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda, içərisində, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 14 ədəd həb olmaqla 09 konvalyut, cəmi 126 ədəd dərman preparatı, üzərində “Methadone 40 mg” sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 08 konvalyut, cəmi 80 ədəd dərman preparatı, hər biri ayrı-ayrılıqda ağ rəngli yapışqan kağızla bağlanmış, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 07 ədəd həb olmaqla 07 konvalyut, cəmi 49 ədəd dərman preparatı, hər biri, şəffaf rəngli selofanlara bükülmüş, içərilərində, ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 ədəd büküm, hər biri şəffaf rəngli selofana bükülmüş, içərisində ağ rəngli toz halında maddələr olan 02 ədəd büküm, şəffaf rəngli selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd büküm, içərisində 91 ədəd ağ rəngli həb olan 01 ədəd şəffaf polietilen torba, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 ədəd polietilen torba, içərisində açıq qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd selofan torba, içərisində tünd qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd polietilen torba, siqaretin gümüşü rəngli kağızına bükülmüş, biri mavi digər isə çəhrayı rəngdə olan 02 ədəd həb, içərisində 02 ədəd qara rəngli kristal formalı maddə olan 01 ədəd büküm və 01 qatlanan bıçaq, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən, Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 01 ədəd tələbə biletini, "xxxx" ASC tərəfindən verilmiş 02 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd C 25794223 nömrəli 05 manatlıq, 01 ədəd A 34303465 nömrəli 05 manatlıq, 01 ədəd A 41099505 nömrəli 10 manatlıq pul əskinazı və 01 ədəd «Samsung» markalı mobil telefon cihazını, həmin şalvarın arxa sol cibindən gümüşü rəngli metaldan hazırlanmış, qatlanan bıçaq, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd şəffaf rəngli polietilen torba aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 24-26) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Nərimanov RPİ-nin inzibati binasının xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı, üzərində “Giorgio Armani” yazısı olan, qara rəngli dəri materialından hazırlanmış 01 ədəd kişi əl çantasını təqdim edərək, içərisində müxtəlif növ narkotik vasitələrin olduğunu bildirdi. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda, içərisində, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 14 ədəd həb olmaqla 09 konvalyut, cəmi 126 ədəd dərman preparatı, üzərində “Methadone 40 mg” sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 08 konvalyut, cəmi 80 ədəd dərman preparatı, hər biri ayrıayrılıqda ağ rəngli yapışqan kağızla bağlanmış, üzərində “Gerica 30 mg” sözləri yazılmış, hər birində 07 ədəd həb olmaqla 07 konvalyut, cəmi 49 ədəd dərman preparatı, hər biri, şəffaf rəngli selofanlara bükülmüş, içərilərində, ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 ədəd büküm, hər biri şəffaf rəngli selofana bükülmüş, içərisində ağ rəngli toz halında maddələr olan 02 ədəd büküm, şəffaf rəngli selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd büküm, içərisində 91 ədəd ağ rəngli həb olan 01 ədəd şəffaf polietilen torba, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 ədəd polietilen torba, içərisində açıq qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd selofan torba, içərisində tünd qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd polietilen torba, siqaretin gümüşü rəngli kağızına bükülmüş, biri mavi digər isə çəhrayı rəngdə olan 02 ədəd həb, içərisində 02 ədəd qara rəngli kristal formalı maddə olan 01 ədəd büküm və 01 qatlanan bıçaq aşkar edildi. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən, Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 01 ədəd tələbə biletini, "xxxx" ASC tərəfindən verilmiş 02 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd C 25794223 nömrəli 05 manatlıq, 01 ədəd A 34303465 nömrəli 05 manatlıq, 01 ədəd A 41099505 nömrəli 10 manatlıq pul əskinazını və 01 ədəd «Samsung» markalı mobil telefon cihazını, həmin şalvarın arxa sol cibindən isə gümüşü rəngli metaldan hazırlanmış, qatlanan bıçağı çıxardıb təqdim etdi. Həmin bıçaq tam metaldan olmaqla tutacağının bir hissəsi taxtaya bənzər qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Bıçağın tiyəsinin ucu deşici, bir tərəfi isə kəsici xassəyə malik olmaqla üzərində “Columbia” yazısı vardır. Bundan əlavə Təqsirləndirilən şəxs, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd şəffaf rəngli polietilen torbanı təqdim edib, içərisində olan maddənin şəxsi istifadəsi üçün üzərində saxladığı, heroin narkotik vasitəsi olduğunu bildirdi. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində müxtəlif növ narkotik vasitələrin olduğu 01 ədəd qara rəngli kişi əl çantasını Ələmdar kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və 500 manat müqabilində Ələmdarın deyəcəyi ünvana çatdırmaq məqsədi ilə üzərində daşıdığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə oxşar kütlər və dərman preparatları və 02 ədəd bıçaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 44 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (cild 1, iş vərəqə 217-219) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Samsung A12» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, «Samsung A12» markalı olmaqla ön və arxa tərəfi qara rənglidir, arxa hissəsində 04 ədəd kamerası vardır, arxa hissəsində «Samsung» sözləri yazılmışdır. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda olan “Whatsapp” tətbiqetməsinə baxış keçirildi. Baxış zamanı «Ələmdar» adlı şəxsin istifadəsində olmuş +**********85 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********1 mobil nömrələri arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların, səsli və yazılı ismarıcların, göndərilməsi müəyyən edildi. Digər nömrələr arasında müxtəlif məzmunlu ismarıclar olsa da istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilən zaman fotoşəkil bölməsində müxtəlif ünvanların fotoşəkilləri müəyyən olunmuşdur. Mobil telefonun daxil olan və çıxan zənglər siyahısına tərəfimdən baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 220-233) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 3953 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə Şahid4 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə və digər nömrələr arasında fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılmışdır. Telefon danışıqlarına və sms yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən danışıqları müəyyən olunmuşdur. (cild 2, iş vərəqə 77) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli BKC/LGL-4427/22 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılmışdır. Telefon danışıqlarına və sms yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən danışıqlar müəyyən olunmamışdır. (cild 2, iş vərəqə 80) İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş bank əməliyyatları üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 5103 0714 4041 3827 seriya nömrəli kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pul vəsaitlərin mədaxil və məxaric olunması müəyyən edilməmişdir. (cild 2, iş vərəqə 85-86) Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli sorğusu əsasında Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalmasına dair qeyd etdikləri araşdırma zamanı öz təsdiqini tapmadığından, AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi, ona təqdim edilmiş çantanın içərisindəki 3-4 bağlama narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunması, Aytən adlı şəxslə tanışlıq və əlaqəsinin olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun cinayət işinin başlanması rədd edilməsinə dair 02 sentyabr 2022-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı kimi göstərdiyi Ələmdar adlı şəxsin əsl adı Rövşəndir, Rövşən deməsinə görə Bərdə rayonundadır, lakin anket məlumatlarını bilmir. Rövşəni bir iki dəfə Bakı şəhərində görmüş, hər-hansı bir münasibəti olmamışdır. 2021-ci ilin təxminən oktyabr ayının axırlarında oxuduğu universitetin qarşısında dayandığı zaman Rövşənlə təsadüfən orada görüşmüş, Rövşənlə görüşüb hal-əhval etmiş və bir qədər söhbət etdikdən sonra Rövşən çıxıb getmişdir. Təxminən 3-4 gün keçdikdən sonra Rövşən +**********85 Whatsapp nömrəsi ilə onun + **********1 saylı Whatsapp nömrəsi ilə əlaqəsi saxlayıb görüşmək istədiyini demişdir. Rövşənlə kirayə yaşadığı evin yaxınlığında görüşmüş və söhbət zamanı Rövşən yaşayış vəziyyətini soruşmuş, Rövşənə dolanışığının çətin olmasını bildirmişdir. Söhbət əsnasında Rövşən ona demişdir ki, narkotik vasitələrin satışında ona köməklik edərsə, yəni hər gün 10 ünvana narkotik vasitə yerləşdirsə ona gündəlik 50 manat pul veriləcəkdir. Bundan sonra Rövşən demişdir ki, onun Whatsapp nömrəsini Anar adlı şəxsə verəcək, Anar onunla özü əlaqə saxlayacaqdır. O, həmin vaxt Rövşənə demişdir ki, fikirləşib bir söz deyər. Təxminən 2-3 gün sonra Rövşənlə əlaqə saxlayıb dediyi işə razılıq vermiş və demişdir ki, Anar onunla əlaqə saxlasın. Bu söhbətdən 3-4 gün keçdikdən sonra Anar adlı şəxs Whatsapp vasitəsi ilə ona zəng etmiş və söhbət əsnasında Anar adlı şəxs ona Whatsapp vasitəsi ilə ünvanın şəkilini atıb demişdir ki, həmin yerə gedib sellofan torbanı götürsün. O, da konum vasitəsi ilə saat təxminən 23 radələrində Anar adlı şəxsin dediyi yerə getmiş və bir ədəd sellofan torbanı ağacın dibindən götürüb evə gəlmişdir. Sellofan torbanı açmış, içərisində 25 bükümdə heroin, 25 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə marixuana və 6 list Metadon narkotik vasitəsi olduğunu görmüşdür. Həmin narkotik vasitə heroindən 1 bükümün içərisindən öz istifadəsi üçün götürüb siqaretə doldurub çəkməklə istifadə etmiş, qalanını isə üzərində saxlamışdır ki, istədikdə istifadə etsin. Həmin günün səhəri, Anar adlı şəxsin göstərişinə əsasən 3 büküm heroin, 3 büküm metamfetamin, 3 list Metadon və 1 bükümdə olan mariuxananı Gənclik metrostansiyasmın yaxınlığında hazırda ünvanlarını xatırlamadığı yaşayış binalarının bloklarında olan su sayğaclarının qutularının içərisinə yerləşdirib fotoşəkillərini çəkib Whatsapp vasitəsi ilə Anara göndərmişdir. 2021-ci ilin oktyabr ayının 29-da atası xəstələndiyi üçün yaşadığı Bərdə rayonuna getməyini Anara demiş və onda qalan digər narkotik vasitələri götürməsini bildirmişdir. Anar ona hədə qorxu gələrək heç yerə getməməyi, malları tam yerləşdirməyini tələb etmişdir. O, da qorxmuş və qalan malları özü ilə götürüb Bərdə rayonuna getmişdir. Rayona çatdıqda özü ilə götürdüyü narkotik vasitələr olan sellefon torbanı su kanalına atıb yaşadığı evə getmişdir. Səhəri gün öz mobil telefon nömrəsini dəyişmiş, təxminən dekabr ayının sonlarında Rövşən Whatsapp vasitəsi ilə onunla əlaqə saxlamış və telefon danışığı zamanı Rövşənə qalıq qalmış narkotik vasitələri su kanalına atdığını demişdir. Rövşən ona hədə qorxu gəlib hədələmişdir. O, da qorxduğundan Rövşənlə razılaşmış və Bakı şəhərinə gələcəyi təqdirdə xəbər edəcəyini demiş, 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və Rövşənlə əlaqə saxlayıb Bakı şəhərində olduğunu bildirmişdir. Rövşən ona Whatsapp vasitəsi ilə yerin şəkilini atmış və demişdir ki, gedib həmin yerdən bir bükümdə narkotik vasitəni götürsün. O, da həmin yerə getmiş və oradan bir bükümdə marixuana narkotik vasitəni götürüb tanış olduğu Şahid4 adlı qızla qaldığı «Montin» otelə gəlmişdir. Səhər açıldıqda Aytənlə oteldən çıxmış, Aytən evə o, isə işlərinin arxasınca getmişdir. Rövşənin yönləndirilməsinə əsasən götürdüyü bir bükümü də üzərində götürmüşdür ki, Rövşən ona yer deyərsə həmin yerə qoysun. O, 28 May metrostansiyasının yaxınlığında hazırda adını xatırlamadığı günü 25 manata olan otelə getmiş və Aytəni də oraya dəvət etmişdir. O, üzərində olan bükümdəki 4 bükümdə olan marixuanadan bir qədər götürüb siqaretə doldurub istifadə etmişdir. Səhər açıldıqda o, üzərində olan 4 bükümdə marixuananı Aytənə vermişdir ki, rayondan qayıdana kimi özündə saxlasın. Səhəri gün Rövşən onunla əlaqə saxlamış və onda olan 4 bükümdə marixuananın harada olmasını soruşduqda o, narkotik vasitə marixuananı saxlamaq üçün tanışı Aytənə verdiyini demişdir. Bir qədər sonra Aytən onunla əlaqə saxlayıb Rövşənin ona zəng etməsini, marixuananın bir bükümünü dediyi yerə qoymasını bildirmişdir. O, da həmin yerin şəkili əvvəlcədən onda olduğu üçün Aytənə bildirmişdir ki, bir bükümdə olan marixuananı həmin yerə, yəni yaşadığı binanın 9-cu mərtəbəsindəki su sayğacının qutusunun içərisinə qoysun. Sonradan Aytənlə əlaqə saxladıqda Aytən ona demişdir ki, özündə qalan digər 3 bükümdə olan marixuanaları da Rövşənin xahişi əsasında dediyi yerlərə yerləşdirmiş və yerlərin şəkillərini ona göndərmişdir. Aytənin bu hərəkəti ona pis təsir etdiyindən Aytənlə telefonda mübahisə etmiş və əlaqəni kəsmişdir. 2022-ci ilin fevral ayının 4-də Bakı şəhərinə gəlmiş və Aytənlə onların evində görüşüb gecəni orada qalmış və aralarında mübahisə yarandığı üçün səhəri gün Aytənin evindən çıxıb getmişdir. 06 fevral 2022-ci il tarixdə Rövşənlə əlaqə saxlamış və Bakı şəhərində olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rövşən ona Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində olan bir yerin konumunu göndərmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində Rövşənin qeyd etdiyi ünvana gedərək orada olan bir ədəd qara rəngli kişi çantasını götürmüşdür. Çantanı götürüb açdıqda içərisində dərman preparatlarının və digər narkotik vasitələrin olduğunu görmüşdür. Həmin çantada olan bir bükümdə olan heroini özünə əlavə qazanc əldə etmək üçün götürüb əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra tez çantanı bağlayıb həmin ünvandan uzaqlaşmağa başlamışdır. Bu zaman üç nəfər polis əməkdaşının ona diqqətlə baxdıqlarını görmüş, üzərində narkotik vasitələr olduğundan həmin ünvandan yayınmağa cəhd etmişdir. Bu səbəbdən həmin polis əməkdaşları ona yaxınlaşaraq, özünü təqdim etməyini xahiş etmişlər. O, özünü şübhəli apardığı üçün həmin polislər onun narkotik maddələrdən istifadə etməyindən şübhələndiklərini deyərək birlikdə Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O, da həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə getmiş, idarədə bildirmişlər ki, üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. X1 adlı vəkil gəldikdən sonra Nərimanov RPİ-nə gətirmiş polis əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşları ona təklif etmişlər ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, da üzərimdə heç bir məqsəd güdmədən gəzdirdiyi 01 ədəd bıçağı, bundan başqa şəxsi istifadəsi üçün üzərində saxladığı içərisində heroin narkotik vasitəsi olan 01 ədəd bükümü və Rövşənin yönləndirməsinə əsasən Nərimanov rayonu ərazisində götürdüyü, içərisində müxtəlif növ dərman və narkotik vasitələr olan qara rəngli əl çantasını təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 ədəd bükümü, bıçağı və çanta, içərisində olan maddələrlə birlikdə qablaşdırıb götürərək bu barədə protokol tərtib etmişlər. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Əl çantasında saxladığı balaca ölçülü qatlanan bıçağı narkotik vasitələrin bükümlərini kəsmək və onları hissələrə bölmək üçün saxlamış, digər böyük ölçülü gümüşü rəngli metaldan hazırlanmış bıçağı isə özünü müdafiə etmək üçün üzərində saxlamış, balaca ölçülü qatlanan bıçağı Bakı şəhərindən xatırlamadığı mağazadan, digər gümüşü rəngli metaldan hazırlanmış qatlanan bıçağı isə Bərdə rayonunda xatırlamadığı yerdən tapmışdır. Üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx"-a məxsus bank kartı ona məxsusdur, tələbə təqaüd kartıdır, digər bank kartı isə qardaşı Məhəmməd Əliyevə məxsusdur, həmin bank kartlarından hər-hansı köçürmələr aparılmamış, adına olan bank kartının müddəti bitmişdir. Bir dəfə Rövşənin ona verdiyi 4 bükümdə olmuş marixuana narkotik vasiəsini Şahid4 onun və Rövşənin deməsinə əsasən 4 yerə yerləşdirib şəkillərin ona və Rövşənə göndərmişdir. Şahid4 onun narkotik vasitələrdən istifadə etməsini bilsə də onun narkotik vasitələrin satışını həyata keçirməsindən məlumatsız olmuş, Şahid4 azyaşlı olmasından xəbəri olmamış, bu barədə Şahid4 ona bildirməmişdir. Rövşən və Anar adlı şəxslər ona narkotik vasitələri ünvanlara yerləşdirdiyi təqdirdə günlük 50 manat pul veriləcəyini bildirsələr də, Rövşən və Anar ona pul verməmiş, daha çox qazanc əldə etmək üçün narkotik vasitə və psixotrop maddələrdən götürüb həm özü istifadə etmiş, həm də müxtəlif şəxslərə satmış, bunları Rövşən və Anar da bilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli üzərində «Giorgio Armani» yazısı olan çantada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 715 qram, 14,292 qram, 1,542 qram və 6,526 qram ümumi təmiz çəkisi 737, 36 qram kustar üsulla hazırlanmış eyni tərkibli küllü miqdarda narkotik vasitə heroin, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,863 qram, 0,826 qram, 0,816 qram, 0,840 qram, 0,809 qram, 34,866 qram, ümumi təmiz çəkisi 39,020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə - metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram, 0,284 qram, ümumi təmiz çəkisi 0,388 qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə tiryək, 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,448 qram, 0,474 qram, ümumi təmiz çəkisi 0,922 qram olan ağ rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - kokain, təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 8 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutunda 80 ədəd olan açıq-qəhvəyi rəngli külli miqdarda narkotik vasitə metadon, 175 ədəd dərman kapsulasında təsir maddəsinin ümumi miqdarı 52,5 qram təşkil edən üzərində “Gerica 300 mg” göstəriciləri olan külli miqdarda preqabalin, təsiredici maddəsinin ümumi miqdarı 14,86 qram təşkil edən 91 ədəd ağ rəngli, 1 ədəd bənövşəyi rəngli, 1 ədəd mavi rəngli dairəvi formalı dərman həbləri olan külli miqdarda psixotrop maddə - MDMA, 1 ədəd bükümdə 6,526 qram heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, onlar, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 13-cü bəndinə əsasən, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. X3 9-cu bəndinin 3 və 4-cü abzasına əsasən, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda AR CM-in 240.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli, AR CM-in 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi ilə əhatə olunur. AR CM-in 240.3-cü maddəsində həmin Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrinin xüsusilə tövsifedici əlamətləri öz əksini tapmışdır. Belə ki, AR CM-in 240.3.2-ci maddəsinin dispozisiyasında həmin Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Odur ki, AR CM-in 240.3.2-ci maddəsi ilə əhatə olunduğundan, AR CM-in 240.2.1-ci maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 5) İş materiallarında olan Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1478 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər, Bakı küçəsi, ev 26-da yaşamış və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 60-61) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-147/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 16-17, 109-114) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5ndən daxil olmuş xx.xx.2022-ci il tarixli, 689 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 226 (iki yüz iyirmi altı) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nərimanov RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 715 qram, 14,292 qram, 1,542 qram və 6,526 qram ümumi təmiz çəkisi 737, 36 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 730,774 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,863 qram, 0,826 qram, 0,816 qram, 0,840 qram, 0,809 qram, 34,866 qram, ümumi təmiz çəkisi 39,020 qram təşkil edən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 38,900 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə - metamfetamin, təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 08 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutunda 80 ədəd açıq-qəhvəyi rəngli külli miqdarda narkotik vasitə metadonun ekspertiza tədqiqatından sonra qalıq miqdarı 78 ədəd həb olan narkotik vasitə metodon, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram, 0,284 qram, ümumi təmiz çəkisi 0,388 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,288 qram olan narkotik vasitə tiryək, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,448 qram, 0,474 qram, ümumi təmiz çəkisi 0,922 qram təşkil edən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,822 qram olan ağ rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - kokain, 175 ədəd dərman kapsulasında təsir maddəsinin ümumi miqdarı 52,5 qram təşkil edən üzərində “Gerica 300 mg” göstəriciləri olan külli miqdarda preqabalinin ekspertiza tədqiqatından sonra qalıq qalmış miqdarı 173 ədəd güclü təsir edən maddə preqabalin, təsiredici maddəsinin ümumi miqdarı 14,86 qram təşkil edən 91 ədəd ağ rəngli, 1 ədəd çəhrayı rəngli, 1 ədəd mavi rəngli dairəvi formalı dərman həbləri olan külli miqdarda psixotrop maddə - MDMA-nın ekspertiza tədqiqatından sonra qalıq miqdarı 90 həb psixotrop maddə MDMA, 2 ədəd 1/2 hissə mavi və çəhrayı rəngli psixotrop maddə MDMA, 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən, üzərində “Columbia A3154” yazı və rəqəmləri həkk edilmiş, tiyəsinin uzunluğu 105 mm, orta hissədən eni-25 mm, maksimal qalınlığı 3 mm olan ümumi təyinatlı ov bıçağı, 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsinin üzərində “STAİNLESS” yazısı həkk edilmiş, tiyəsinin uzunluğu 75 mm, orta hissədən eni 15 mm, maksimal qalınlığı 1,5 mm olan soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalı, 01 ədəd «Samsung A12i» markalı mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 240.2.1-ci maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 730,774 qram olan narkotik vasitə heroin, 38,900 qram psixotrop maddə - metamfetamin, 78 ədəd həb narkotik vasitə metodon, 0,288 qram olan narkotik vasitə tiryək, 0,822 qram narkotik vasitə - kokain, 173 ədəd preqabalin, 90 həb psixotrop maddə MDMA, 2 ədəd 1/2 hissə mavi və çəhrayı rəngli psixotrop maddə MDMA, 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən, üzərində “Columbia A3154” yazı və rəqəmləri həkk edilmiş, tiyəsinin uzunluğu 105 mm, orta hissədən eni-25 mm, maksimal qalınlığı 3 mm olan ümumi təyinatlı ov bıçağı, 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsinin üzərində “STAİNLESS” yazısı həkk edilmiş, tiyəsinin uzunluğu 75 mm, orta hissədən eni 15 mm, maksimal qalınlığı 1,5 mm olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın, 01 ədəd «Samsung A12i» markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 226 (iki yüz iyirmi altı) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1237/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1237/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver