Məhkəmə qərarları › İş №1(101)-1237/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1237/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1237/2025 05.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Laçın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 az yaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə, xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yayma əməlini törətmişlər. İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs1 vahid niyyətlə, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km” adlanan bazarda ticarət edərkən tanış olduğu Təqsirləndirilən şəxs2, "Azərbaycan Naminə Birlik" adlı watsapp qrupunun idarəçisi kimi tanıdığı Şahid1, şəxsiyyəti istintaqla araşdırılan "AXCP-nin Dostluq qrupu" adlı watsapp qrupunun idarəçisi və qeyriləri ilə 2019-cu ilin istintaqla dəqiq müəyyən olunmayan tarixindən başlayaraq Azərbaycan dövləti əleyhinə açıq çağırışlar etmək, habelə bu cür materialları yaymaq məqsədi ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Qabaqcadan aralarında razılaşdırdıqları cinayəti icra etmək üçün Şahid1 özünə məxsus “İphone” və “HUAWEİ nova 2i” markalı mobil telefonlardan istifadə etməklə, Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+999 839 68 42” mobil telefon nömrəsinin watsapp tətbiqində yaratdığı və həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 200 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də təmsil olunduğu "Azərbaycan Naminə Birlik" adlı watsapp qrupunu, eləcə də hazırda şəxsiyyəti istintaqa məlum olmayan şəxs watsapp tətbiqində yaratdığı və həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 70 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də təmsil olunduğu "AXCP-nin Dostluq qrupu" adlı watsapp qrupunu yaratmışlar. Təqsirləndirilən şəxs1 2019-cu ilin istintaqa dəqiq müəyyən olunmayan tarixindən başlayaraq xx.xx.2025-ci ilədək Bakı şəhəri, Qaradağ rayonu ərazisində istintaqa məlum olmayan ünvanlardan özünə məxsus “Bakcell” telefon operatoruna məxsus 055 801-77-59 mobil telefon nömrəsinin watsapp tətbiqi vasitəsi ilə həmin qruplara qoşulmaqla, “......Gör, ölkə nə gündədir ....... Allah bu ölkəni viran qoysun, xaraba qoysun ki, haqq ədalət bərqərar olsun. Kişilər gəlsin burada yaşasın, axır ki, edə bilsin”, “....... Bu gün müqavimət, hərəkat olsun, ya Azərbaycan naminə olsun, ya Xalq Cəbhəsinin hansısa bir şeyi olsun, bizi real bu hakimiyyətdən qurtarsın......”, ......Hamımız Azərbaycanı ......rejimdən xilas etmək üçün mübarizə aparırıq”, “....... Gedin, gedin, biz də görək sizi, bizdə gələk dalınızca.......”, “....... Gəlsinlər, azad olaq, gəlsinlər, çıxsınlar, haqq sözlərini çatdırsınlar. Heç kim qorxmasın, İnsan həyata bir dəfə gəlir, bir dəfə də çıxıb gedəcəyik, bu gün .......... yanında qalıb kölə olmaqdansa, ölümü hər şeydən üstün tuturam ........ qabağında əyilməkdənsə, şərəfsiz kimi yaşamaqdansa, torpağın altında yaşamağı mən üstün bilirəm. Gəncə, Tovuz, Balakən, Zaqatala, Lənkəran, Cəlilabad, Astara zonasından gələnlərə yol puluna kömək etmək lazımdır ki, mitinqlərə gələ bilsinlər. Köməklik etmək lazımdır, gətirməliyik. Əl-ələ verməliyik, kimin pulu yoxdur gələndə burada köməklik edək. Bu mitinq, mən elə bilirəm davamlı olacaq. 600 manata əxlaqsız qadın alan polisin üzünə tüpürəcəm orada, and içmişəm. Onlar da bezəcəklər, onlar da bezib. Nəyə görə? Onlar da evdə eşşək saxlamırlar, arvad-uşaq saxlayırlar. Onlar da nə vaxtsa qeyrətə gələcəklər. Hansını görürəm, deyir, yüz min olsun, qoşulacayıq sizə”, “Dostlar, mən özüm Tərtər söhbətində burada tanış oğlan var, ona demişəm Tərtər hadisələrində zərərçəkənləri, demişəm, çağırış elə, onları çağır....... bu gün həqiqəti isbat etmək, milləti ayıltmaq, bütün zərərçəkənlər tökülməlidir, meydanlara. Ondan sonra yüz mini görsə, ........ Bir dənə düşmənimiz var, o da hakimiyyətdir, onu da devirməliyik, devirəndən sonra onun yanındakıların başına ip atıb aparıb... yerinə bağlayacağıq”, “cihad etməliyik”, “rejimə dəstək verən hər bir insan mənim düşmənimdir”, “Sizin qapınızı çırpacaqlar, sizi məhv edəcəklər”, “.....hamınıza zülmlər olacaq, ev nədir hələ sizi diri-diri torpağın altına soxduracaq”, “Mən elə təsəvvürümə gətirirəm ki, polis öldürmək Qarabağda erməni öldürməkdən üstündür. Bəlkə də vaxt olacaq həmin oğlan Milli Qəhrəman adı alacaq. ....... haqqı bərqərar etməkdən ötrü ....... hakimiyyəti qoruyan şərəfsizlərin üçünü öldürüb ..... Həmin qardaşa mən Milli Qəhrəman kimi baxıram”, “Bu haqq yolunda mübarizə aparanlar öləcəkdə, başı yarılacaqda, tutulub türmələrə düşəcək də, bu qaçılmazdır”, “Biz mübarizə yolundayıq, hələ heç nə etməmişik”, “Bu günkü gün hər bir şeyin sonu var”, “ A kişi Azərbaycanın azadlığı “Azadlıq” meydanındadır”, “Azərbaycanda millət qalxıb, o vaxt matəm olmayacaq, ........ axrına çıxacağıq”, “Sizi and verirəm “Azadlıq” meydanında dayanan hər bir şəxsin canına, gəlin bu günkü mübarizəni Azərbaycanda aparın”, “Bu təzə il bizə düşərli olsun 2025, bu ......rejimi çıxardaq tökək çölə, təzə hakimiyyət gəlsin” məzmunlu audio yazılar paylaşmaqla Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, qeyri-konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanuni yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları kütləvi şəkildə yaymışdır.

3. Digər Təqsirləndirilən şəxs2 vahid niyyətlə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km” adlandırılan bazarda ticarət edərkən tanış olduğu Təqsirləndirilən şəxs1, "Azərbaycan Naminə Birlik" adlı watsapp qrupunun idarəçisi kimi tanıdığı, Şahid1, şəxsiyyəti istintaqla araşdırılan "AXCP-nin Dostluq qrupu" adlı watsapp qrupunun idarəçisi və qeyriləri ilə 2019-cu ilin istintaqla dəqiq müəyyən olunmayan tarixindən başlayaraq Azərbaycan dövləti əleyhinə açıq çağırışlar etmək, habelə bu cür materialları yaymaq məqsədi ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Qabaqcadan aralarında razılaşdırdıqları kimi cinayəti icra etmək üçün Şahid1 özünə məxsus “İphone” və “HUAWEİ nova 2i” markalı mobil telefon cihazlarından istifadə etməklə, Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+999 839 68 42” mobil telefon nömrəsinin watsapp tətbiqində yaratdığı və həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 200 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də qoşulduğu "Azərbaycan Naminə Birlik" adlı watsapp qrupunu, eləcə də hazırda şəxsiyyəti istintaqla məlum olmayan şəxs watsapp tətbiqində yaradılmış və həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 70 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də qoşulduğu "AXCP-nin Dostluq qrupu" adlı watsapp qrupunu yaratmışlar. Təqsirləndirilən şəxs2 2019-cu ilin istintaqa dəqiq olmayan tarixindən etibarən hazıradək Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan ünvanlardan özünə məxsus “Bakcell” telefon operatoruna məxsus 055 778-95-66 mobil telefon nömrəsinin watsapp tətbiqi vasitəsi ilə həmin qrupa qoşulmaqla, təmsil olunduğu "Azərbaycan Naminə Birlik" adlı watsapp qrupunda "Bunlar getməyin astanasındadırlar, biz də qalibiyyətin astanasındayıq. Qan töküləcəksə, qan tökülsün ...... yeri gəlsə, yandırıb dağıtmalıyıq ki, çıxıb rədd olsunlar. Bu təbliğatı mütləq gücləndirmək lazımdır. Bəsdir! Ölkəmizi sovurub qərbə, rusa verdilər...... 100 minlik mitinqi qaldırmaq üçün biz qeyri-ölkələrin söhbətini etməli deyilik", "Elxan bəy, mitinqi həyata keçirmək üçün 90-cı ildən olan məsələni və 20 Yanvar hadisəsini sadalayıb camaatı oyatmaq kifayət edər........ Elxan bəy, çıxmaq üçün təbliğatı gücləndirmək lazımdır, iş yerimizə gün ərzində 20-30 nəfər insan gəlirsə, onların 30-na çatdırırıq", “.........Şad olmağımızın məqsədi ən birinci problemimizin inqilabda həlli üçün .........”, “"Admin"dən, qrup təşkilatçılarından xahiş edirəm ki, bu mövzu bu gün bu məzmunda ictimaiyyətə verilsin və burada səslənib müzakirə olunsun ki, buradakı savadsız insanlarımız da bunu bilib dərk etsinlər ki, bizim vəziyyətimiz nədən qaynaqlanır", "İnqilab birinci mərhələdir. Azərbaycanda bundan keçmək mümkün deyil. Müsbət təsiri olacaqdır ........”, "........ Müxalifətə xalqı qoşmalıyıq......qalxıb hərəkət etməliyik”, "Qardaş, bunları devirdikdən sonra meydandan əl çəkməli deyilik.", “........ Fevralın 10-na qədər kütləni çoxaltmalıyıq ...... Ona görə də qalxıb hərəkət etməliyik”, “......Dedim ki, Əli bəy deyir ki, yüz min-iki yüz min insan meydana çıxsın və mən də nə desəniz, edəcəyəm ....... Qardaşlar, təbliğatı genişləndirmək lazımdır. Ruhdan da düşmək lazım deyil……. Rejim məhv olmamış biz bu yoldan çəkilən deyilik ...... Bizim hədəfimiz rejimdir” məzmunlu audio yazılar paylaşmaqla audio yazılar paylaşmaqla Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, qeyri-konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanuni yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları kütləvi şəkildə yaymışdır. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında "Azərbaycan Naminə Birlik" whatsapp qrupunu yaratmış, həmin qrupun idarəçisi olmuşdur. Qrup əsasən diasporaya alternativ kimi Rusiyada fəaliyyət göstərmişdir. O, "Azərbaycan Naminə Birlik" qrupunu yaratdıqdan sonra müəyyən adamlar qrupa daxil olmuşlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qrupun üzvləri olmuşlar. O, təqsirləndirilən şəxsləri qiyabi tanımış, Təqsirləndirilən şəxs2lə bir dəfə Bakıda görüşmüş, Təqsirləndirilən şəxs1 isə görməmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yaratdığı və idarəçisi olduğu "Azərbaycan Naminə Birlik" adlı whatsapp qrupunda Azərbaycan dövləti əleyhinə çevriliş edilməsi ilə bağlı söhbətlər olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qrupda hakimiyyətin ələ keçirilməsi ilə bağlı söhbətlər etməmiş, həmçinin o, belə söhbətlərin edilməsinə icazə verməmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 “+7 999 839-68-42” mobil telefon nömrəsi vasitəsi ilə xx.xx.2019-cu ildə whatsapp tətbiqində “Azərbaycan Naminə Birlik” adlı qrupunu yaratmış və həmin qrupa Azərbaycan, İran və Rusiya Respublikalarında yaşayan çoxsaylı şəxslərin mobil nömrələri daxil etmişdir. 3 il əvvəl Şahid1 whatsapp tətbiqi üzərindən ona məxsus ***- ***-**-** mobil telefon nömrəsinin whatsapp tətbiqinə zəng edib ona azərbaycanlılara maddi yardım edilməsi üçün “Azərbaycan Naminə Birlik” adlı qrupunun yaradıldığını və onun da həmin qrupa üzv olmasını bildirmişdir. Şahid1 izahatına görə həmin qrupun yaradılmasında məqsəd azərbaycanlıları bir yerə toplamaq, kiminsə ehtiyacı olduğu təqdirdə qrup üzvləri tərəfindən maddi yardım göstərmək, Qarabağ qazilərinə, imkansız şəhid ailələrinə kömək etmək və s. ibarət olmuşdur. Şahid1 whatsapp tətbiqinin "Azərbaycan Naminə Birlik" qrupunda “.... gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat” və sair məzmunlu paylaşdığı audio yazılara qulaq asmış və məzmununu dərk etmişdir. O, "Azərbaycan Naminə Birlik" qrupunda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid1 və digər Azərbaycanlı əsilli şəxslərin, “AXCP-nin dostluq qrupu” qrupunda Təqsirləndirilən şəxs1 və digər şəxslərin paylaşımlarını görmüşdür. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qrupda hakimiyyət əleyhinə hər hansı çağırışını görməmişdir. Sonuncu ilə 3 ildən uzun müddətdir ki, ünsiyyəti olmamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1237 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş audio paylaşımlarda olan çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri müəyyən olunmuşdur. Həmin açıq çağırışlar və bu cür məzmunlu materialları yayma “Whatsapp” sosial şəbəkəsindəki “Azərbaycan Naminə Birlik” qrupundan danışan şəxslərin nitqlərindəistifadə edilmiş sözlərdə, söz birləşmələrində və cümlələrdə ifadə olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş audio paylaşımlarda olan çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla “Whatsapp” sosial şəbəkəsində Şahid1 tərəfindən yaradılmış “Azərbaycan Naminə Birlik” qrupunda üzv olan Təqsirləndirilən şəxs1, Elza Əlizadə, Vəfadar, Həmzə, Rza Səfərsoy və digər şəxslər tərəfindən icra olunmuşdur (İİ cild i/v 122-128). Aparılmış tədqiqatın dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir (İİ cild i/v 123).

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/436 saylı rəyindən görünür ki, 1. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd "Kodak" markalı DVD-R diskdə qeydə alınmış audio materiallarda aşkar edilmiş məlumatlarda ekspert qarşısında qoyulmuş suallara əsasən, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keşirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri müəyyən olundu. 2. Bu tipli açıq çağırışlar ".. Həqiqətən, nə qədər Heydərizm faşizm rejimi davam edirsə, Azərbaycanda Azərbaycan üçün matəmdir. Ən ağır, ən qara günləri yaşayırıq. Bunu hər bir 10 Azərbaycan vətəndaşı, anlamalıdır, bilməlidir, dinləməlidir. Bugünkü gün tutulan qızlarımız "Abzas Media", "Toplum TV", "Meydan TV" bu cavan bir gənc qızı, oğlanı, baxmır hamsını soxurlar içəri. Matəmdir də. Bu 90-cı ildə qırılanlardan indiyənə qədər bugünkü günnəri həqiqətən çox acınacaqlıdır. Çox dəhşətdir, dəhşət. Bu gün Azərbaycan vətəndaşı 30 nəfərlə, 40 nəfərlə həlak olub Azərbaycanın telekonalizasiyası hələ bugünkü günə qədər fikir verdim İran dilləndi, Türkiyə xəbər verdi, Rusiya xəbər verdi, Qazaxıstanın bütün telekanalları xəbər verdi. Bizim telekonalizasiyanın başına baş düşdü, hələ düzgün xəbər vermədilər. Ne də verməyəcək. Nəyə görə ki? Heydərizm faşizm rejimi şərəfsiz, vicdansız, exlaqsız siyasətinin ucbatından hər gün Azərbaycanın balaları yarı tutulur, türmələrdə, yarı da belənçik küçələrdə. Nə üçün bugünkü gün yolları bağlamaq, sərhəd///Özləri monopoliya yaradıblar Azərbaycanda. Millət qalxıb o vaxt Azərbaycan matəmi olmayacaq Heydərizmin axırına çıxacayıq. Onsuz Azərbaycan xoşbəxt olacaq. Nə qədər Heydərizm faşizm hakimiyyətdədirsə, nə bu millətin bayramı var, nə dincliyi var, nə də kefi var"; "Həqiqətən, bugünkü bu ağır gündə bütün o qəzada ölənlərin valideynlərinə, ailə üzvlərinə hamısına Allahdan səbr diləyirəm. Allah yerlərini cənnət eləsin. Yenə də bu hakimiyyətin - bu rejimin oyununa düşüb dünyasını dəyişənlər. Həqiqətən də yazıq, yetim-yesir insanlardır. İlkin qardaşımın sözünə dəstək, yadıva gəlir də, bir neçə vaxt bundan qabaq erməni söhbəti ilə camaatın balalarını postda vururdular qiymət qaldırmaqdan ötrü. Öldürürdülər, deyirdilər erməni, məsuliyyəti erməni daşıyır. İndi də bugünkü gün bu ölənlərin məsuliyyətini quşlar daşıyır. Bunu hamımız gördük, hamımız da bildik ki, o vaxt polkovniki///Söhbət olanda dedilər, ruslar vurub. Vertolyot qəzası oldu içində 15 nəfər polkovnik, mayor, kapitan. Bu da quşlar. İndi də bu hakimiyyət bilirsiz də, apardığı siyasətdir. Necə ki, Azərbaycanda günlərlə tonlarla geroin tutulur mənbəyi məlum deyil, ünvan məlum deyil. Bugünkü gün üçün cinayətkar adını qoyub öldürürlər nəyə görə ki, mənbəyi olmasın, bundan izahat alınmasın. Bu bu cür ölkəni idarə edir. Mən elə başa düşürəm ki, Allah qoysa, bunun özünü də elə eliyəcüyük. Ünvanı, adresi olmayan yerə həmin bu Heydərizm faşizm rejimini göndərmək lazımdır. Nəyə görə ki, bugünkü gün həqiqətən də, bunun 93-cü ildən iyun ayından bu yana nə qədər ünvansız, adressiz insanlar ölüb, hamısını bu şərəfsiz, bu beqiryət eliyib. İndi də atıb quşların üstünə. Vallah, biabırçı vəziyyətdir, and ola Allaha. Bir millət olaraq millət də bədbəxt olub"; "...Allah-tala bugünkü gün bu üzümüzə gələn bu 2025-ci ildə bu xaricdə olanları təbrik edirəm. Azərbaycanda olanlar üçün bayram yoxdur. X5 nə qədər Azərbaycandadırsa, onu bayram hesab eləmirəm. Özü də ki, bugünkü gündə. Allah rəhmət eləsin. Həqiqəti, bacımız söhbət edir. Mən də bacımın sözünə qoşuluram, onun sözdərinə şərikəm. Bu gün həqiqəti, Putinin bugünkü gün etdiyi birinci samalyot qəzası döyül. Bunu hamı bilir. Bu, Azərbaycanda Rusiyanın etdiyi birinici faciə deyil. Buna heç kim nəsə təəccüblənməsin. Bunu həmişə edib Azərbaycanda. Bugünkü gün bunun bu yerə gəlib çıxmağının səbəbkarı Allah rəhmət eləsin yenə də, yerlərini cənnət etsin, dinc, yazıq bir millət. Bugünkü gün İlham Əliyev bilməzdi ki, onlar Xəzər dənizinə düşüb balıqlar yemiyəcəkdi. Adını da quş sürüsü qoyacaqdı. İndi hamımız görürük, Azərbaycanda yaşayırıq. Adı quş sürüsüdür. Bugünkü gün dindarlarımızı geroinlə şərləyir, jurnalistlərimizi pulnan. Bu hakimiyyət Heydərizm 93-cü ildən gələndən özü şərəfsiz, (söyüş) hamıya (söyüş) donu geyindirib yola sala bilir, bunu hamımız bilirik. Bir Azərbaycan vətəndaşı olaraq, hamımız bunu anlayırıq, hamımız qanırıq. Ancaq ki, bugünkü günnəri Allah o insanların hamısının yerini cənnətdik eləsin. İnsan yaranıb ölməkdən ötrü. Ancaq ki, vaxt var da. Məsələn, insan 70 il yaşayar, 90 il yaşayar və yaşadar. Bu Heydərizm yaşayır, yaşayanları məhv edir. Bu şərəfsiz bugünkü günnəri əgərləri o, oların fikri ilə onlar Bakıya qaytarmadığı bu samalyotu nəyə görə Aktauya göndərdilər? Ki, düşsün dənizə. O da dənizə düşmədi. Qurban olum Allaha. Haqq-ədalət deyilən bir şey var. Görürsünüz, haqq yerini tapdı. Bu gün həm İlhamın maskası cırılsa da, İlham genə də şərəfsiz olaraq Putinə qarşı xəyanət eliyir. Mən bunun adını xəyanətkar qoyuram. Nəyə görə? Arvad kisiyə xəyanət elədiyi kimi, bu günnəri Putin də, İlham da öz ərinə xəyanət edib Putinə. Bunu bütün Azərbaycan xalqı anlamalıdır, bilməlidir. Bunun ikinci bir yolu yoxdur. Bu gün İlham Əliyev durub Putini təhqir eləsin, tənqid eləsin, heç mənim üçün tafotu yoxdur. Necə ki Azərbaycanda ildə 50 min ailə qurulub bunun 25 mini ayrılırsa, bugünkü gün İlham Əliyev də onun siyahısına düşdü. 2024- cü ilin axırlarında Putindən boşanmaq qərarı verdi. Bu, ümumiyyətlə, bütün Azərbaycan xalqı anlasın ki, Azərbaycan işğal olunub Rusiva tərəfindən. Azərbaycanda müstəqil adlı bir şey yoxdur. Mən Azərbaycanda yaşayan bir vətəndaş olaraq heç bir müstəqil nə olduğumu mən anlamamışam. Allah rəhmət eləsin, ulu öndərimiz X11, onun da davamçısı Elçibəyə. On bir ay orda görmüşük azadlıq nədi, müstəqillik nədi. Ondan sonra bu Heydərizm gələndən sonra hər bir şeyi baltalayıb, kəsib. Nə də ki, bu gün yenə də deyirəm, X10rşı pis ola bilməz. Azərbaycanın 94-cü ildə MTN-nin, bunu hər Azərbaycan vətəndaşı bilir, arxivi Putinin əlindədir. Heydər Əliyev Azərbaycanda nələr edib, neyniyib///93-də yox-e, 69-dan buyana. Onu çıxardar, İlham Əliyevi burada sürüyərlər. İlham Əliyev genə də Putinin nişanlısıdır, genə də həyat yoldaşıdır. Bunun ikinci bir yolu yoxdur. Baxma, indi hirslənər, bəlkə nəsə qatıqlayar. İndi onda arada kişiləşmə gedir də. Nəsə deyər, ona inanmayın. Mümkünat söhbət döyül. X14 da təsdiq eləmişdi. Ondan sonra da yerazdarı qırdılar. Yadınıza gələr, 2003-cü ildə bu Əli İnsanov şərəfsizlik elədiyinə görə Karl Marksda binalar sökülmək, Qafarov Nazimin xəstəxanada guya ki, ürəyi dayandı öldü. Onun qardaşı MTN-in Namiq Abbasovun müavini guya ki, Mətanət İsgəndərlinin evinə girişi var, çıxışı yoxdur. Tək o deyil e, 7 dənə generalın onun evinə girişi var, çıxışı yoxdur. Çox şeylər var e, adam danışdıqca qurtarmır. Ona görə deyirəm ki, bugünkü günnəri İlham Əliyev nəsə Putinə qarşı, Rusiyaya qarşı vabşem çaşanməz. Bugünkü gün bu hakimiyyətdə oturanların hamısının ipi Putinin əlindədir. Allah bunlara nəhlət eləsin"; "Həqiqətən, Məzahir əminin sözünə qüvvət, ay Etibar əmi, genə gəldin, tapıldın, Allah səni var etsin. Sən də bizim dəyərli qardaşlarımızdan birisən. Səni and verirəm Allaha, bizi yaradana. Sən o qədər bu Avropada Xalq parlamentinə inanma. Gəl bizim bu Cəbhəyə inan. Onlarda inamlı bir şey yoxdur. Trampla sənin nə işin var? A kişi, bugünkü gün Azərbaycanın azadlığı Azadlıq meydanındandır. Səni and verirəm o Azadlıq meydanında dayanan hər bir şəxsiyyətin canına, gəlin bugünkü gün mübarizəni Azərbaycanda olanlarla aparın. Sən Avropada, Fransada, İtaliyada, Almaniyada///Mübarizə deyil o. Demirəm e, Allah-tala bizə dəstək verən qardaşların köməyi olsun. Allah-tala hamını var eləsin. Var kimi də qalın. Ancaq gəlin orda olanda mübarizədən danışmayın da. Başına dönüm, ay Etibar emi. Dubinkanın sən təsirini görməmisən, ona görə danışırsan. Allah sənə qismət eləsin, gələsən, bura." və s. kimi ifadələrdə öz əksini tapmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd "Kodak" markalı DVD-R diskdə qeydə alınmis audio materiallarda özünü "Zaur kimi təqdim edən şəxsin nitqində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və həmin materialların qrupa atılması kimi yayma əlamətləri müəyyən olundu. 4. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd "Kodak" markalı DVD-R diskdə qeydə alınmış audio materiallarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri müəyyən olunmamışdır (İİİ cild i/v 218-226). Aparılmış tədqiqatın dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir (İİİ cild i/v 219).

8. Təqsirləndirilən şəxs1 səs yazılarını özündə əks etdirən DVD diskə və xx.xx.2025-ci il tarixli protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 "AXCP-nin dostluq qrupu" whatsapp tətbiqində - “...... Həqiqətən, nə qədər “........”, faşizm rejimi davam edirsə, Azərbaycanda Azərbaycan üçün matəmdir, ən ağır, ən qara günləri yaşayırıq. Bunu hər bir Azərbaycan vətəndaşı, anlamalıdır, bilməlidir, dinləməlidir. Bu günkü gün tutulan qızlarımız "Abzas Media", "Toplum TV", "Meydan TV" bu cavan bir gənc qızı, oğlanı, baxmır hamısını soxurlar içəri. ........... “.............” faşizm rejimi şərəfsiz, vicdansız, əxlaqsız siyasətinin ucbatından hər gün Azərbaycanın balaları yarı tutulur, türmələrdə, yarı da belənçik küçələrdə. Millət qalxıb o vaxt Azərbaycan matəmi olmayacaq “.............” axırına çıxacayıq. Onsuz Azərbaycan xoşbəxt olacaq. Nə qədər “...........” faşizm hakimiyyətdədirsə, nə bu millətin bayramı var, nə dincliyi var, nə də kefi var", “................. Mən elə başa düşürəm ki, Allah qoysa, bunun özünü də elə eliyəcüyük. Ünvanı, adresi olmayan yerə həmin bu “............” faşizm rejimini göndərmək lazımdır. Nəyə görə ki, bu günkü gün həqiqətən də, bunun 93-cü ilin iyun ayından bu yana nə qədər ünvansız, adressiz insanlar ölüb, hamısını bu ..............., bu edib. İndi də atıb quşların üstünə. Vallah, biabırçı vəziyyətdir, and ola Allaha. Bir millət olaraq millət də bədbəxt olub", "...........Allah-tala bugünkü gün bu üzümüzə gələn bu 2025-ci ildə bu xaricdə olanları təbrik edirəm. Azərbaycanda olanlar üçün bayram yoxdur. ..........nə qədər Azərbaycandadırsa, onu bayram hesab eləmirəm. .............bu günkü gün etdiyi birinci samolyot qəzası deyil. Bu, Azərbaycanda Rusiyanın etdiyi birinci faciə deyil. Buna heç kim nəsə təəccüblənməsin. Bu hakimiyyət “.................” 93cü ildən gələndən özü ........... donu geyindirib yola sala bilir, bunu hamımız bilirik, Bir Azərbaycan vətəndaşı olaraq, hamımız bunu anlayırıq, hamımız qanırıq. Bu “.................” yaşayır, yaşayanları məhv edir. .............. Bakıya qaytarmadığı bu samolyotu nəyə görə Aktauya göndərdilər? Ki, düşsün dənizə. O da dənizə düşmədi. Qurban olum Allaha. Haqq-ədalət deyilən bir şey var. Görürsünüz, haqq yerini tapdı. ............... bunu bütün Azərbaycan xalqı anlamalıdır, bilməlidir. Bunun ikinci bir yolu yoxdur. Bu, ümumiyyətlə, bütün Azərbaycan xalqı anlasın ki, Azərbaycan işğal olunub Rusiya tərəfindən. Azərbaycanda müstəqil adlı bir şey yoxdur. Allah rəhmət eləsin, ulu öndərimiz X11, onun da davamçısı Elçibəyə. On bir ay orda görmüşük azadlıq nədi, müstəqillik nədi. Ondan sonra bu “...........” gələndən sonra hər bir şeyi baltalayıb, kəsib............. Allah bunlara lənət etsin"; "Həqiqətən, Məzahir əminin sözünə qüvvət, ay Etibar əmi, ......... Sən o qədər bu Avropada Xalq parlamentinə inanma. Gəl bizim bu Cəbhəyə inan. Onlarda inamlı bir şey yoxdur. Trampla sənin nə işin var? A kişi, bu günkü gün Azərbaycanın azadlığı Azadlıq meydanındandır. Səni and verirəm o Azadlıq meydanında dayanan hər bir şəxsiyyətin canına, gəlin bu günkü gün mübarizəni Azərbaycanda olanlarla aparın. Sən Avropada, Fransada, İtaliyada, Almaniyada……mübarizə deyil o. Demirəm ə, Allah-tala bizə dəstək verən qardaşların köməyi olsun. Ancaq gəlin orda olanda mübarizədən danışmayın da. Başına dönüm, ay Etibar əmi. Allah sənə qismət eləsin, gələsən, bura" və s. kimi ifadələr paylaşmışdır (İİ cild i/v 133-141).

9. 03.04.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət əleyhinə açıq çağırışlar etmələrini özündə əks etdirən audio yazıların olduğu disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İV cild i/v 63-92).

10. Cinayət işinin V cildinə əlavə edilmiş“Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs2dir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

11. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “AXCP” partiyasının Binəqədi rayon şöbəsinin üzvü olmaqla, həmin partiyanın fəaliyyətində iştirak edirdi. O, ilk olaraq könüllü şəkildə 2019-cu ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Binəqədi rayon şöbəsinə üzvü olmuş, 2020-ci ildən isə həmin Partiyadan ayrılıb Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü olmuş, lakin partiyaya üzvlük haqqı ödəməmiş, eləcə də üzvlük vəsiqəsi olmamışdır. Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü olduğu müddətdə konkret hər hansı fəaliyyətlə məşğul olmamış, lakin AXCP-ə üzv olduğu müddətdə 2020-ci ildə qanunsuz keçirilmiş mitinqdə iştirak etdiyi üçün məhkəmə məsuliyyətinə verilmiş və şərti cəzaya məhkum edilmişdir. Bundan başqa, onun AXCPdə hər hansı siyasi və ya digər fəaliyyəti olmamışdır. AXCP-nin Binəqədi rayon şöbəsinin sədri Ramid Nağıyev olmaqla şöbənin təxminən 70-80 nəfər üzvü vardır. O, öz adına rəsmiləşdirilmiş “Bakcell” telefon operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etməklə “Whatsapp” tətbiqində qeydiyyatdan keçmiş və “mirzeyevg72” adı ilə həmin tətbiqdən istifadə etmişdir. “Facebook”, “Tik-tok” və “Whatsapp” sosial şəbəkələrinin aktiv istifadəçisi olmaqla AXCP üzvlərinin paylaşımlarını həmin sosial şəbəkələr üzərindən izləmişdir. “Facebook” sosial şəbəkəsində “Təqsirləndirilən şəxs2” adı ilə, “Tik-tok” sosial şəbəkəsində “@user**********578”, “Whatsapp” sosial şəbəkəsində “mirzeyevg72” adı ilə qeydiyyatdan keçmişdir. Şahid1 “Whatsapp” tətbiqində olan “Azərbaycan Naminə Birlik” adlı qrupu vasitəsi ilə tanımışdır. Vəfat etmiş dostu Babək Həsənli onu həmin qrupa dəvət etmişdir. Şahid1 Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən telefon operatoruna məxsus “+7 999 839-68-42” mobil telefon nömrəsi vasitəsi ilə xx.xx.2019cu ildə “Whatsapp” tətbiqində “Azərbaycan Naminə Birlik” adlı qrupu yaratmış və həmin qrupa Azərbaycan, İran və Rusiya Respublikalarında yaşayan çoxsaylı şəxslərin mobil nömrələrini daxil etmişdir. Şahid1 izahına görə həmin qrupun yaradılmasında məqsəd azərbaycanlıları bir yerə toplamaq, kiminsə ehtiyacı olduğu təqdirdə qrup üzvləri tərəfindən maddi yardım göstərmək, Qarabağ qazilərinə, imkansız şəhid ailələrinə kömək etmək və s. ibarət olmuşdur. O, 2019-2020-ci illərdə həmin qrupda aktiv iştirak edərək dövlət əleyhinə açıq çağırışlar etmiş və bu məzmunlu audio yazılar paylaşmışdır. İİ Qarabağ müharibəsində Azərbaycan Respublikası qalib gəldikdən sonra o, dövlət əleyhinə açıq çağırışlar etməmiş, onun siyasi paylaşımlarının hamısı müharibədən əvvələ məxsus olmuşdur. “Whatsapp” tətbiqində “Azərbaycan Naminə Birlik” adlı qrupunun hazırda üzvü deyil, lakin həmin qrupda təmsil olunduğu ərəfədə həmin qrupun 100 nəfərdən çox üzvü olmuşdur. Dövlət əleyhinə açıq çağırışlar etməklə bağlı partiya rəhbərliyi tərəfindən ona heç bir təlimat verilməmiş, başqa şəxsə də təlimat verilib-verilməməsi barədə məlumatı olmamışdır. O, 2020-ci ilin iyun ayında Milli Məclisin inzibati binasının qarşısında keçirilmiş iğtişaşda iştirak etməyi ilə bağlı tutularkən Şahid1 və “Azərbaycan Naminə Birlik” adlı qrupu üzvləri tərəfindən ailə üzvlərinə 50 manat maddi yardım edilmişdir. Şahid1 “Whatsapp” tətbiqinin "Azərbaycan Naminə Birlik" qrupunda “..... gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat” və sair məzmunlu paylaşdığı audio yazılara "Azərbaycan Naminə Birlik" qrupunda qulaq asmış və məzmununu dərk etmişdir. “Whatsapp” tətbiqində "Azərbaycan Naminə Birlik" adlı qrupunda “+7 999 839 68 42, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız,” paylaşımı Şahid1 məxsusdur. Şahid1 və Rusiya Federasiyasında yaşayan digər Azərbaycanlı əsilli şəxslər maddi yardıma ehtiyacı olan AXCP üzvlərinə köməklik göstərilməsi məqsədi ilə pul toplayıb “Zalotoya korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aidiyyəti şəxslərə göndərmişlər. Şahid1 “Facebook” internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili üzərindən Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, qeyri konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanunu yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etməsi, bu cür məzmunlu materialları kütləvi şəkildə yayması barədə heç bir məlumatı olmamışdır. O, yalnız “Whatsapp” tətbiqində "Azərbaycan Naminə Birlik" qrupunda Şahid1 və digər Azərbaycanlı əsilli şəxslərin paylaşımlarını və dövlət əleyhinə açıq çağırışlarını görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş ona məxsus səs yazıları 2019-2020-ci illərə təsadüf edir. O, həmin ildə Polad Həşimovun ölümü ilə əlaqədar olaraq keçirilmiş yürüşdə iştirak etmiş, həmin vaxt polis əməkdaşları onu tutmuş və ona qarşı fiziki təzyiq göstərmişlər. Bu hadisədən sonra həmin səs yazılarını qrupa göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 da qrupda danışmış, fikir bildirmiş, lakin bir-birlərinə şərh, istinad verməmişlər. Daha sonra törətdiyi əməldən peşman və himayəsində 3 az yaşlı uşaqlarının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

12. Digər Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, işlətdiyi qeyri-etik ifadələrə görə peşmandır. Həyat şəraiti ağır olduğu üçün siyasi fəaliyyətlə məşğul olmağa, AXCP-nin sıralarına qoşulmağa, mitinqlərdə iştirak etməyə və haqq-ədalətin bərpası üçün açıq çağırışlar etməyə başlamışdır, 2024cü ilin sentyabr ayından AXCP-nin Qaradağ rayon şöbəsinin sədridir. 2019-cu ilin payız aylarında – tanışı Ramin adlı şəxs onun mobil telefon nömrəsini “Whatsapp” tətbiqindəki “Azərbaycan Naminə Birlik” qrupuna qoşmuş və orada qrupun idarəçisi Şahid1la tanış olmuşdur. Həmin qrup sonuncu tərəfindən yaradılmış və qrupda təxminən 200 nəfər şəxs olmuşdur. 2019-cu ildə eyni məqsədlərlə tanışı Ramin vasitəsi ilə “Whatsapp” tətbiqindəki "AXCP-nin dostluq qrupu" qrupuna qoşulmuşdur. Həmin qrup Rusiya Federasiyasının vətəndaşı İlkin Məcidov tərəfindən yaradılmış və orada Məzahir Məmmədov, İlkin Vətənoğlu, Məmməd İbrahim, Qənimət Zayıd və adlarını xatırlamadığı təxminən 70 nəfər şəxs təmsil olunmuşdur. O, “Whatsapp” tətbiqi üzərindən, eləcə də digər sosial şəbəkələrdə hər hansı qrup təşkil etməmiş, əlavə olaraq “Whatsapp” tətbiqi üzərindən yaradılmış “Sədrlər qrupu” və “Qaradağ qrupu” adlı qrupların üzvü olmuş, lakin həmin qruplarda dövlət əleyhinə hər hansı çağırışları olmamışdır. 2020-ci ildə Polad Həşimovun ölmü ilə əlaqədar olaraq keçirilən mitinqdə iştirak etmiş, orada fiziki təzyiqə məruz qalmışdır. Bu hadisədən sonra qəzəblənərək qrupa səslər göndərmişdir. Onun həmin məzmunda səsləri qrupa göndərməkdə məqsədi dövlət əleyhinə çevriliş etmək deyil, seçki yolu ilə hakimiyyəti dəyişmək istəyi olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hakimiyyətin zorla ələ keçirilməsinə dair heç bir hərəkət etməmiş və qrupa göndərdiyi səsli mesajlar hakimiyyətin zorla ələ keçirilməsinə yönəlməmişdir. Bundan başqa səs yazılarında işlətdiyi qeyri-etik ifadələrə görə peşmandır. Daha sonra əməlindən səmimi peşman olduğunun nəzərə alınmasını, azadqlıdan məhrumetmə ilə bağlı olayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

13. Maddə 281.2. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

15. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

16. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

17. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

19. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

20. Maddə 71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

21. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

22. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

23. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

24. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

28. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir).

33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

34. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

35. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

36. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

37. Beləliklə, Təqsirləndirilən şəxs2 hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma cinayətini törətməsi özünün qismən etiraf edici, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan səs yazıları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsi ilə tövsif olunmalı, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 27-ci bəndi).

38. Bundan başqa digər Təqsirləndirilən şəxs1 hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma cinayətini törətməsi özünün etiraf edici, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan səs yazıları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 27-ci bəndi).

39. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsinə əsasən beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 13-cü bəndi). 40.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

41. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində üç az yaşlı uşağının olmasını yüngülləşdirici hallar kimi nəzərə alır.

42. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən olunmuşdur.

43. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315, 66.2, 69.3, 70-ci maddələri ilə 04 il (qəti olaraq 03 (üç) il 01 (bir) ay 02 (iki) gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 03 (üç) il şərti olaraq sınaq müddəti verilmişdir. Sınaq müddəti bitdiyindən hökm icraatdan çıxarılmışdır (İİİ cild i/v 26).

44. Beləliklə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)- 116/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, həmin Məcəllənin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə, həmin Məcəllənin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 34.2, 315-ci maddəsi ilə 03 (üç) il müddətə, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 10 (on) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-556/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanmışdır.

45. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmü ilə 03 il şərti sınaq müddəti təyin edilməklə 03 (üç) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, hazırkı cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 2019-cu ildən başlayaraq xx.xx.2025-ci ilədək törətmişdir.

46. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları yəni əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində üç az yaşlı uşağının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.

47. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 281.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)- 116/2021 saylı hökmü ilə sonuncunun barəsində təyin olunmuş 03 (üç) il şərti sınaq müddəti ləğv edilməli, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən sonuncuya Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə cəza təyin edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmünə əsasən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 10 ay 28 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti cəza saxlanılmalıdır.

48. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 18-ci bəndi).

49. Bundan başqa işdə olan məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılanadək həbsdə saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (İİ cild i/v 238-244).

50. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalıdır (hökmün 29-cu bəndi).

51. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən digər Təqsirləndirilən şəxs1 gənc və əməlindən səmimi peşman olmasını yüngülləşdirici hallar kimi nəzərə alır.

52. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

53. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə məlumat aşkar edilməmişdir (İİİ cild i/v 21).

54. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

55. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 18-ci bəndi).

56. İşdə olan məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılanadək həbsdə saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (İİ cild i/v 200-206).

57. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalıdır (hökmün 29-cu bəndi).

58. İş üzrə maddi sübut kimi tanınmış, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 31-ci bəndi).

59. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 400 (dörd yüz) və 400 (dörd yüz) manat məbləğində ekspertiza xərcinin cəmi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

60. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 32-ci bəndi).

61. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 24 və 33-cü bəndləri).

62. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində təyin olunmuş 03 (üç) il şərti sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-116/2021 saylı hökmünə əsasən 25 iyul 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 05 beş il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 800 (səkkiz yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar