Məhkəmə qərarları › İş №1(101)-1238/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1238/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1238/2021 30.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Aşağı Əskipara kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4, 312.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətin müqabilində özü və üçüncü şəxslər vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,03 ha ölçüdə torpaq sahəsi üzərində hər hansı sahiblik, istifadə və sərəncam hüququnun olmamasına baxmayaraq, Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin sahibi kimi özünü yalandan təqdim etməklə özü barəsində sonuncuda yaratdığı inam və etibardan sui-istifadə edərək guya sahibliyində olan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satacağı və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın rüsumunu alıb ödəməklə torpaq sahəsini onun adına rəsmiləşdirəcəyi ilə bağlı 2015-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsində görüşləri zamanı Zərərçəkmiş şəxs yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin adla Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz olan ümumi tanışları Şahid4 vasitəsilə 22 iyul 2015ci il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 38831 manat 50 qəpik təşkil edən 37000 ABŞ dolları, 24 iyul 2015-ci il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 20988 manat təşkil edən 20000 ABŞ dolları məbləğində pul vəsaitini ünvan 2 ünvanında alaraq, özünə olan inamı daha da möhkəmlətmək, pul vəsaitini guya təyinatı üzrə rüsumların ödənilməsinə sərf etdiyinə inandırmaqla əlavə olaraq rüsümların ödənilməsi adı ilə 2016-cı ilin aprel ayından 2019-cu ilin iyul ayına qədər hissə-hissə olmaqla cəmi 20000 manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında Zərərçəkmiş şəxs şəxsən almaqla, ümumilikdə 79819 manat 50 qəpik məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa sovxozu adlanan ərazidə yerləşən X1 olan 16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2014-cü ilin yay aylarında özünə müraciət etmiş X18 özünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpaq sahəsinin rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Səfa Şükürovun xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 39220 manat təşkil edən 50000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Səfa Şükürova yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2014-cü ilin yay aylarında Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı ərazi idarəsinin inzibati binasının qarşısında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ofisində Səfa Şükürovdan 5 gün ardıcıl şəkildə müvafiq olaraq həmin dövrün rəsmi məzənnəsi ilə 7844 manat təşkil edən 10000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7844 manat təşkil edən 10000 ABŞ dolları, 2000 manat, 8000 manat və 5000 manat olmaqla, ümumilikdə 30688 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Səfa Şükürova xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Səfa Şükürovun xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısında yerləşən dayanacaq kimi istifadə olunan üzərində yarımtikili olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar özünün vasitəsi ilə 2019-cu ilin mart ayında Şahid6 müraciət etmiş Şahid2 Şahid6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü və Şahid6 vasitəsilə maddi nemət olan 18000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya Şahid6la birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yaxınlığında Şahid2 ümumilikdə 18000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Şahid6la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş” kafesində qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinin məzmununa Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısındakı ümumi sahəsi 188,3 m2 olan sahənin Şahid2 mülkiyyətinə verilməsi barədə məlumatlar əlavə edib X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin vəzifəli şəxsləri M.A.Maqsudov və İ.İ.Qurbanov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edilməsi görüntüsü yaradaraq qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş” kafesində həmin saxta sənədi Şahid2 təqdim etməklə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X10 istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 18500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” Şadlıq evinin yaxınlığında Şahid1 ilkin olaraq 2500 manat məbləğində pul vəsaitini, bir neçə gün sonra isə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yaxınlığında 6000 manat məbləğində pul vəsaitini, daha sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” Şadlıq evinin yaxınlığında 10000 manat olmaqla, ümumilikdə qeyd edilən qaydada ümumilikdə 18500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” Şadlıq evinin yaxınlığında Şahid1 müraciət edərək guya hansısa tanışının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinə nail olduqdan sonra həmin sahənin satışından əldə edəcəyi 50000 manat məbləğində qazancı Şahid1la böləcəyini yalandan bildirib buna görə də, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 yalandan bildirərək inandırıb sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin niyyətlə 2019-cu ilin aprel ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” Şadlıq evinin yanında Şahid1 9000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. 2011-2015-ci illərdə qeyri-rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən ofisdə işləmişdir. Şahid1la 2016-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən çayxanaların birində tanış olmuşdur. Fizuli hər zaman torpaq sahələrinə dair sənədləri Çingiz Bayramova gətirmişdir. Sonradan ona borc pula ehtiyacı olanda müraciət etmişdir. 08 avqust 2015-ci il təvvəllüdlü qızı Əsgərli Əsrar ürək xəstəsi olduğuna görə “Gömrük Hospital”ında müalicə olunmuş, pul lazım olduğuna görə 2019-cu ilin mart aylarında Fizuliyə müraciət etmişdir. 2019-cu ildə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ondan ümumilikdə faizə 27000 manat məbləğində borc pul almışdır. Həmin borc məbləğinin 2000 manatını Yeni Günəşli qəsəbəsində “Xəzər market”in yanında özünə qaytarmış, daha sonra yenə 2000 manat məbləğində pulu özünə zəng edib məlumat verərək, Şahin adlı taksi sürücüsü vasitəsilə ona göndərmişdir. Fizuli evdə olmadığına görə taksi sürücüsü pulu oğluna vermişdi. İmkanı olmadığına görə qalan borc məbləğini vaxtında qaytara bilməmişdir. Daha sonra ümumilikdə 10000 manat daha Fizuliyə pul qaytarmışdır. Şahid1 bu barədə 26 avqust 2019-cu ildə Suraxanı Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, müraciət araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə göndərilmişdir. Bölmədə araşdırma aparıldıqdan sonra müraciətdə qeyd olunan əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə 07 sentyabr 2019-cu il və 22 oktyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edimişdir. 2019-cu ilin mart aylarında Fizuli ona müraciət etmiş, Xətai rayonunda, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən X6 aldığı 0,06 ha torpaq sahəsinin sənədlərinin surətlərini ondan götürmüş, həmin dövrdə artıq o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən ofisdə işləməmiş, çünki artıq 2016-cı ildə barəsində cinayət işi olmuş və həbs edilmişdir. Ona görə də həmin vaxtı Şəmsi Şahvələdovun qohumu kimi tanıdığı əvvəllər “Bank Respublika”da kredit şöbəsində işləmiş Elçin adlı şəxsə bildirmiş, o həmin sənədlər barədə onun dediyinə görə rəhbərə bildirmiş, sonuncu isə sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsində “Qəbul şöbəsinin” müdiri işləmiş Samir Pənahova təqdim etmiş, idarədən mühəndis gələrək həmin ərazini müayinə etmiş, sonradan Elçinin dediyinə görə torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən olunması üçün fotoşəklini çəkmək tələb olunanda Fizuliyə bu barədə bildirmişdir. Fizuli də torpaq sahəsinin koordinatları göstərilmiş fotoşəkli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xətai rayon filialına təqdim etmişdir. Sonradan idarədən Elçinə ona həmin torpaq sahəsinin Xətai rayonunda, Ukrayna dairəsinin yaxınlığında yerləşən “Heydər Parkı”nın ərazisinə düşdüyü və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə sxeminin saxta olduğu bildirilmişdir. Bu səbəbdən həmin torpaq sahəsini özəlləşdirmək mümkün olmamışdır. O, Şahid1 torpaq sahəsinin sənədləşdirilməsi üçün hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Ondan aldığı pullar borc kimi aldığı pullar olmuşdur. O, Sadiq adlı şəxsi tanımır, həmin şəxs heç vaxt torpaq sahəsinin sənədləşdirilməsi üçün ona müraciət etməmişdir, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinin kim tərəfindən hazırlandığı, kimə verildiyi barədə məlumatı olmamışdır. O, Sadiq ilə görüşməmiş, ondan heç vaxt pul almamış, Sadiqə heç bir söz deməmişdir. Hal-hazırda Fizuliyə olan borcu tam şəkildə qaytarmışdır və sonuncunun ona qarşı heç bir tələbi və şikayəti yoxdur. X19 tanıyır, 2014-cü ilin yay aylarında Səfa Maştağa qəsəbəsində yerləşən, üzərində tikili olan 16 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ona müraciət etmişdir, Əliyev Vidadi adlı şəxsin adına rəsmiləşdirilmiş həmin tikiliyə dair çıxarışı və texniki pasportu ona təqdim etmişdir. Ssənədləri idarədə razılaşma üçün “Qəbul şöbəsinin” müdiri işləmiş Samir Pənahova təqdim etmiş, bir qədər sonra 1 saylı mərkəzdə Şəmsi Şahvələdovun 3-cü mərtəbədə yerləşən otağına getmiş, orada Şəmsi müəllim ona həmin torpağa görə çıxarış verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilib Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə çıxarış verilməsi haqqında vəzifə qoyulmasını təmin etmək və həmin qərar əsasında çıxarış alınması üçün üçün 150000 manat məbləğində pulun verilməsinin vacib olduğunu bildirmişdir. Bu barədə Səfaya və Vidadiyə bildirəndə onlar 150000 deyil, 130000 manat məbləğində pulun verilməsinə razılaşmışlar. Qiymət barədə 130000 manata razılaşmağını Şəmsi müəllimə bildirmiş, o da həmin məbləğə razılıq vermiş, yanında ofisdə işləyən Akif adlı vəkil vasitəsi ilə ilkin olaraq İqtisad Məhkəməsinin qərarının alınması üçün 10000 manat məbləğində pulun məhkəməyə verilməsi müqabilində qərarın alına biləcəyini Səfaya və Vidadiyə bildirmiş, onları da həmin vəkillə tanış etmişdir. Səfa Aqil adlı tanışının yanında 2013-cü ilin yay aylarında 10000 manat və sonradan 20000 ABŞ dolları məbləğində pulu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən, ona məxsus olan ofisin ikinci mərtəbəsində ona vermiş, həmin puldan 10000 manatı vəkil Akifə, qalan 10000 manat məbləğində pulu Şəmsi Şahvələdovun tapşırığına əsasən Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi olmuş 401-ci otaqda oturan Nazim adlı işçiyə vermiş, 3000 manat məbləğini isə özündə saxlayaraq xərcləmişdir. İqtisad məhkəməsindən qərar Səfanın xeyrinə çıxarılmışdır. 2015-ci ildə barəsində cinayət işi başlanıldığından Səfa da razılaşdırılmış qalan məbləği gətirmədiyindən onun çıxarışı verilməmişdir. Həmin dövrdə o, Xəzər Rayon Polis İdarəsi tərəfindən həbs edilmişdir. Səfanın ona təqdim etdiyi sənədlərin saxta olmasını o sonradan bilmişdir. Zərərçəkmiş şəxs isə əslində faizlə borca pul vermiş, qeyd olunan pulu o, şəxsən Sabirdən özü almamış, Mikayıl vasitəsi ilə ümumilikdə Zərərçəkmiş şəxs 36000 ABŞ dollar məbləğində pulu faizə borc almışdır. Hazırda ona qarşı iəli sürülmüş ittiham üzrə keçən bütün şəxslərə münasibətdə pulları tam ödənilmişdir. Həmin şəxslərin heç birinin ona qarşı heç bir tələb və şikayətləri yoxdur. Vurulmuş ziyan kimi göstərilən məbləğlər tam şəkildə ödənilmişdir. Himayəsində azyaşlı uşaqları, ağır xəstə olan övladı vardır. Ailəsinin yeganə gəlir gətirənidir. Ona görə də bütün bu halların nəzərə alınaraq məhkəmədən onun barəsində ən humanist qərarın qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, özünə ev tikmək məqsədi ilə torpaq sahəsi almaq istəmiş, Badamdar qəsəbəsində torpaq sahəsi axtardığı üçün müxtəlif torpaq alqı-satqı mərkəzlərinə müraciət etmişdir. Bununla bağlı qaynı Şahid5 ona zəng edərək bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində özünə məxsus torpaq sahəsini təcili satır. O, Əlövsətin sözü ilə Badamdar qəsəbəsində 2015-ci ilin iyul ayında Təqsirləndirilən şəxsla tanış olmuş, Elşən ona bildirmişdir ki, onun şəxsi torpaq sahəsi var, həmin torpaq sahəsini təcili olaraq satır. O, Elşənlə satdığı torpaq sahəsində görüşmüş, bu zaman yanlarında Əlövsət və Mikayıl adlı şəxs də olmuşdur. Söhbət zamanı Elşənlə torpaq sahəsinin qiymətini birinci mərhələdə 37000 ABŞ dollara razılaşdırmışdır. Daha sonra ikinci mərhələdə torpağın sənədləşməsi üçün Elşən ondan 20000 ABŞ dolları alacağını söyləmişdir. O, Badamdar qəsəbəsində yerləşən həmin 4 sot torpaq sahəsini almaq üçün Elşənlə bu məbləğlərdə pula razılaşmışdır. 22 iyul 2015-ci il tarixdə 37000 ABŞ dolları məbləğində pulu Elşənin göndərdiyi Mikayıl adlı şəxsə yaşadığı evin qarşısında, yəni ünvan 2 ünvanında vermişdir. Bundan iki gün sonra 20000 ABŞ dolları məbləğində pulu yenə yaşadığı evin qarşısında Mikayıl adlı şəxsə vermişdir. O, hər iki halda özünə məxsus telefonla pulun Mikayıl vasitəsi ilə Elşənə çatıb-çatmadığını dəqiqləşdirmişdir. Lakin Elşən sonradan olanları təsdiq etməyərək bildirmişdir ki, ona ümumilikdə 49000 ABŞ dolları məbləğində pul çatmış, qalan 8000 ABŞ dollarını Mikayıl özünə götürmüşdür. O, Elşənə bildirmişdir ki, Mikayıl adlı şəxsə onun istədiyi məbləğdə pulları vermişdir, onlar arasında olan pul məsələləri onu maraqlandırmır. Bundan sonra aralarında olan torpaq rəsmiləşməsi ilə bağlı danışıqlar zamanı o, Elşənin onu aldatdığını görüb ondan heç bir torpaq sahəsi istəmədən pullarını geri qaytarmasını tələb etmişdir. Lakin 2015-ci ilin noyabr aylarında xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları şikayət əsasında şübhəli şəxs qismində tutmuşlar. Təxminən Elşəni 7 ay ərzində barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar görə bilməmişdir. O, azadlığa çıxdıqdan sonra ona Mikayıl adlı şəxsin yanında söz vermişdir ki, verdiyi pullar əsasında ona satacağı torpaq sahəsini rəsmiləşdirərək mülkiyyət hüququnu təsdiq edən sənədi adına alıb verəcəkdir. Lakin rüsum ödəmək üçün əlində pulları olmadığından ondan əlavə olaraq borc qismində 20000 manat məbləğində pul istəmişdir. O, Elşənin səmimiyyətinə inanıb yenə yaşadığı evin yanında Elşənə 3 dəfəyə 2016-cı ilin aprel ayından 2019-cu ilin iyul ayına qədər ümumilikdə 20000 manat məbləğində borca pulu şəxsən özü vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan hal-hazırda tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də Eləşənin barəsində qərar qəbul edilərkən onun bu mövqeyinin nəzərə alınmasını, mümkün olan ən humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şahid6 2018-ci ildən evalqı satqısı ilə məşğul olan makler kimi tanımış, aralarında yaranmış tanışlığa görə həmin vaxt ona bacısı oğlu Şahid2 vasitəsi ilə Günəşli qəsəbəsində yerləşən torpağa dair çıxarışın alınmasına görə 100000 manat pul vermiş, lakin o, vədinə əməl etməyərək 100000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi üçün Şahid6 barəsində şikayətindən sonra cinayət işi başlanılıb istintaqı aparılmış və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə bacısı oğlu Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə 20 dekabr 2017-ci il tarixdə hökm çıxardaraq Şahid6 4 il 7 ay 7 gün azadlıqdan məhrum etmə cəzası verərək, onun üzərində iki il sınaq müddəti müəyyən etməklə həbsdən azad etmişdir. Musa ziyanı qismən ödəsə də ona verilən pulları tam olaraq qaytaracağına söz vermişdir. Buna görə də hər dəfə onunla əlaqə saxlamışdır. 2019-cu ilin əvvəllərində dostu Şahid3 iştirakı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində «Xəzər market»lə üzbəüz çayxanada Musa ilə söhbət edərkən Şahid6 ona Əmlak Komitəsində və Reyestr Xidmətində işləyən şəxslərlə çox yaxın əlaqələrinin olduğunu, qeyri-rəsmi formada əmlakların sənədləşdirilməsinə onlara icazə verildiyini, Çingiz və Elşən adlı tanışı vasitəsilə əmlakın qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı istənilən problemin həll edilə biləcəyini bildirmişdir. Bununla da ona kömək etməklə əvvəldən borclu olduğu pulları da qaytaracağını söyləmişdir. O, Musaya ona və tanışlarına məxsus olan bir neçə torpağa dair çıxarışların alınmasında köməklik etməsini xahiş etmişdir. Belə ki, tanışı Müsabir adlı şəxsin istifadəsində olan lakin rəsmi sənədlərlə mülkiyyətində olmayan Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsini yeznəsi Sərdar Abbasovun mülkiyyətinə verilməsini, bundan başqa qaynı Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin Rəşad Əzizovun mülkiyyətinə verilməsini, bundan başqa tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahələrinə dair çıxarışların alınmasına dair nə kimi köməklik edə biləcəyini soruşmuş, Şahid6 ona torpaq sahələrinə dair əlində olan sənədlərin surətlərini ona verməsini və Musa müəyyən pul müqabilində rəsmiləşdirmə işlərini aparacağını söyləmişdir. O, Musanın dediyi kimi həmin torpaq sahələrinə dair sənədlərin surətlərini təqdim etmişdir. Bundan bir neçə gün sonra Musa ona zəng edərək həmin torpaq sahələrinin koordinatlarının tam şəkildə müəyyən olunması, sonradan isə peykdən çəkilişləri çıxarılması üçün torpaq sahələrinə yerində baxılmalı olduğunu demişdir. O, dostu Şahid3 xahiş etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən gələn işçilərə həmin üç torpağı yerində göstərsin. O da Musanın göndərdiyi adamlara həmin torpaq sahələrini göstərmişdir. 2019-cu ilin mart ayında Şahid6 istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng edərək ünvan 3 ünvanında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının yaxınlığında yerləşən Çingiz Bayramova məxsus ofisə çağırmış və onlar həmin ofisdə görüşmüşlər. O, əvvəllər Çingiz Bayramovu tanımamış, ilk dəfə ofisdə görmüşdür. Şahid6 həmin ofisdə onu Çingizlə tanış edərək bildirmişdir ki, ofisi işlədən Çingiz Bayramovdur, Çingiz evlərin və torpaq sahələrinin mülkiyyətə verilərək çıxarışların alınması işinə baxır və onun Musadan xahiş etdiyi torpaqlara dair çıxarışların alınmasında köməklik edəcəkdir. Çingiz Bayramov orada Zabrat qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsinə dair peykdən çəkilmiş şəkili ona təqdim etmişdir. Bundan sonra Çingiz Musanın yanında torpaq sahəsinin sənədləşdirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və “şirinlik” kimi Əmlak Komitəsinin vəzifəli şəxslərinə verilməsi adı altında 50000 manat məbləğində pulu ondan tələb etmişdir. Çingiz əlavə olaraq 5000 manat məbləğində pulu özü üçün zəhmət haqqı olaraq ondan istəmişdir. O, Çingiz və Musanın dedikləri ilə razılaşmış, dostu Şahid3 ilə təxminən 2019-cu ilin mart ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yaxınlığında Çingiz Bayramovla görüşmüşlər. Çingiz və Musa onun maşınına oturmuşlar və Nurlandan avtomobildən çıxmasını, bayırda gözləməsini xahiş etmişlər. Əvvəldən danışdığı kimi Zabrat qəsəbəsində olan 1 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair sənədin alınmasından ötrü ilkin olaraq 15000 manat məbləğində pulu Musanın yanında sayaraq Çingiz Bayramova vermişdir. Çingiz 21 gün ərzində torpaq sahəsinə dair şəhadətnaməni verəcəyinə söz vermişdir. 21 gündən sonra Çingiz Bayramov ona Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair Sərdar Abbasovun adına olan JN-10646H, KOD 00500026 nömrəli şəhadətnamə vermişdir. O, Çingizə qalan 40000 manat məbləğində pulu isə danışığa görə alqı-satqı edildikdən sonra çıxarış alınan günü verməyə razılaşmışdır. Çingizin ona verdiyi şəhadətnamənin növbəti gün notariusda yoxlatdırıb saxta olduğunu öyrənmişdir. Daha sonra Çingizə və Musaya bu barədə bildirərək verdiyi pulu geri qaytarmalarını istəmişdir. Həmin ərəfələrdə 2019-cu ilin mart ayında qaynı Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin Rəşad Əzizovun mülkiyyətinə verilməsinə dair Musa ilə danışıqlar aparmışdır. Musa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində işləyən adını demədiyi tanışının vasitəsilə bu məsələni həll edə biləcəyini ona bildirmişdir. Bundan sonra Musa ona torpaq sahəsinin koordinatlarının tam şəkildə müəyyən olunması üçün torpaq sahəsinin peykdən çəkilmiş şəklini çəkib vermişdir. Musa 30000 manat pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini və torpaq sahəsinə dair çıxarış ala biləcəyini demişdir. 2019-cu ilin mart ayında ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının yanında yerləşən çayxanada Musa ilə görüşərək 20000 manat məbləğində pulu Musaya vermişdir. Bir neçə gün sonra isə qalan 10000 manat məbləğində pulu iki dəfəyə hər dəfə 5000 manat olmaqla Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Altun Şadlıq sarayının yanında Xəzər market ilə üzbəüz çayxanada görüşərək Musaya vermişdir. Musa həmin pulları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən tanışı olan vəzifəli şəxsə verəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra X34 qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinə dair ona texniki pasport və çıxarış təqdim etmişdir. O, sənədləri Musadan alıb torpağı satacağını ona bildirmişdir. Musa dediklərindən sonra bir az gözləməyi sənədin tam elektron bazaya qeydiyyata alınmadığını söyləmişdir. O, həmin çıxarışın saxta olmasını sonradan öyrənmişdir və Musaya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinə görə verdiyi 30000 manat məbləğində pulu geri tələb etmişdir. Lakin Musa bu günə kimi pulları qaytarmamışdır. Bundan başqa təxminən 2019-cu ilin mart ayında Musa ilə torpaqlara dair çıxarışların alınması ilə bağlı görüşlərin birində Təqsirləndirilən şəxs onun yanında görmüşdür. Onun Təqsirləndirilən şəxsla əvvəllər heç bir münasibəti olmamışdır. Söhbət zamanı tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasını Musaya bildirəndə Musa bu işlərin Təqsirləndirilən şəxs səlahiyyətində olduğunu, Elşənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində işlədiyini və idarənin rəisi Şəmsi adlı şəxslə qohum olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs bu barədə deyəndə o, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi üçün 18500 manat məbləğində pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini demişdir. İlkin olaraq sənədləşmə prosesinin başlanması üçün 2019-cu ilin mart ayında Elşən ondan Yeni Günəşli qəsəbəsində yerləşən «Altun» şadlıq evinin yanında 2500 manat pul istəmiş və o, həmin pulu Elşənə şəxsən Musanın yanında vermişdir. Bu hadisədən bir neçə gün sonra Elşənlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yanında görüşüb tanışı Şahid3 yanında 6000 manat məbləğində pulu Elşənə vermişdir. Elşən qalan 10000 manat məbləğində pulu istəyən zaman ona həmin pulları bir neçə günə verəcəyini söyləmişdir. 2019-cu ilin mart ayının sonlarında qalan 10000 manat məbləğində pulu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında Elşənin idarə etdiyi “Mercedes-Benz” markalı «E class» modelli avtomaşının içində Musanın iştirakı ilə Elşənə 10.000 manat məbləğində pul vermişdir. Beləliklə, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasından ötrü şəxsən Elşənə ümumilikdə 18500 manat məbləğində pul vermişdir. Həmin vaxt Elşən ona bildirmişdir ki, onun tanışının Badamdar qəsəbəsində 9 sot torpaq sahəsi var və o, həmin torpaq sahəsinə dair çıxarış almaq üçün 9000 manata ehtiyac vardır. Elşən bildirmişdir ki, o, həmin işə 9000 manat verdiyi təqdirdə Badamdar qəsəbəsindəki 9 sot torpaq sahəsini rəsmiləşdirib satacaq və oradan əldə olunmuş 50000 manat xeyirdən ona da pay verəcəkdir. O, Elşənlə razılaşıb ona 9000 manat məbləğində pulu 2019-cu ilin aprel ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında Badamdar qəsəbəsində yerləşən torpağa dair çıxarışın alınması üçün vermişdir. Həmin torpaq sahəsini ona Elşən göstərmişdir. Bundan başqa onun Elşənə inanmağı üçün ona torpağın bələdiyyə sərəncamı və torpaq sahibinin adından etibarnamə vermişlər. Lakin sonradan məlum olmuşdur ki, Elşən onun pulunu ələ keçirmək üçün ona yalan danışmışdır X21 rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsinə dair çıxarışın alınması görüntüsü yaratmaq üçün ona Sərdar Abbasovun adına JN-10646H, KOD 00500026 torpaq şəhadətnaməsi və peykdən çəkilmiş şəkil vermişdir. Lakin həmin sənədlər saxta olduğu üçün o, Çingizə verdiyi 15000 manat məbləğində pulunu tələb etmişdir. Bundan sonra Çingiz Musanın vasitəsi ilə onun 15000 manat məbləğində pulunu qaytarmışdır. Həmin şəhadətnamənin saxta olmasını sonradan Çingiz onunla üzləşmə zamanı etiraf etmişdir. O, bildirmişdir ki, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Şahid6 verdiyi 30000 manat müqabilində Musa ona ******* nömrəli çıxarış təqdim etmişdir. O, sonradan həmin çıxarışın saxta olmasını bilmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün konkret olaraq ona heç bir sənəd təqdim etməmişdir. X11, Şahid6 və Təqsirləndirilən şəxs ondan aldıqları pulları tanışları olan adlarını çəkmədikləri vəzifəli şəxslərə verməklə istədiyi torpaq sahələrinə dair çıxarışları alacaqlarını, həmin vəzifəli şəxslərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışdıqlarını söyləmişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, ona aid olan zərər ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Şahid1 onun yaxın dostudur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Şahid1 işlərinə həmişə köməklik etmişdir. Ona görə də çox vaxt onun yanında olmuşdur. Şahid6 2018-ci ildən ev alqısatqısı ilə məşğul olan makler kimi tanımışdır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Şahid1 yanında olan zaman Musanı tanımışdır. 2019-cu ilin əvvəllərində onun iştirakı ilə Şahid1 Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Xəzər market ilə üzbəüz çayxanada Musa ilə söhbət edərkən Şahid6 Fizuliyə Əmlak Komitəsində və Reyestr Xidmətində işləyən şəxslərlə çox yaxın əlaqələrinin olduğunu, Çingiz və Elşən adlı tanışı vasitəsilə əmlakın qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı istənilən problemin həll edilə biləcəyini bildirmişdir. Bununla da Fizuliyə kömək etməklə əvvəldən borclu olduğu pulları da qaytaracağını söyləmişdir. Şahid1 Musaya ona və tanışlarına məxsus olan bir neçə torpağa dair çıxarışların alınmasında köməklik etməsini xahiş etmişdir. Zabrat qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsini Fizulinin yeznəsi Sərdar Abbasovun mülkiyyətinə verilməsini, bundan başqa Fizulinin qaynı Rəşad Əzizovun istifadəsində olan Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin qaynı Rəşad Əzizovun mülkiyyətinə verilməsini, bundan başqa tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahələrinə dair çıxarışların alınmasına dair nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Şahid6 onun yanında Fizuliyə onun qeyd etdiyi torpaq sahələrinə dair əlində olan sənədlərin surətlərini verməsini və Musa müəyyən pul müqabilində rəsmiləşdirmə işlərini aparacağına söz vermişdir. Fizuli ona zəng edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən gələn işçilərə torpaqları yerində göstərilməsini xahiş etmişdir. O da Musanın göndərdiyi adamlara həmin torpaq sahələrini göstərmişdir. Həmin adamları konkret olaraq o, tanımır. 2019-cu ilin mart ayında o, Fizuli ilə birlikdə ünvan 3 ünvanında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının yaxınlığında yerləşən Çingiz Bayramova məxsus ofisə gedərək orada Musa ilə görüşmüş , o, Çingiz Bayramovu orada tanımışdır. Əvvəllər isə onu tanımamış və münasibəti olmamışdır. Çingizi ilk dəfə ofisdə görmüşdür. Şahid6 həmin ofisdə onları Çingizlə tanış edərək bildirmişdir ki, ofisi işlədən Çingiz Bayramovdur. Musa əlavə edərək bildirmişdir ki, Çingiz evlərin və torpaq sahələrinin mülkiyyətə verilərək çıxarışların alınması işinə baxır və Fizulinin Musadan xahiş etdiyi torpaqlara dair çıxarışların alınmasında köməklik edəcəkdir. Çingiz Bayramov orada Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsinə dair peykdən çəkilmiş şəkili Fizuliyə təqdim etmişdir. Bundan sonra Çingiz Musanın yanında torpaq sahəsinin sənədləşdirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və “şirinlik” kimi Əmlak Komitəsinin vəzifəli şəxslərinə verilməsi adı altında 50000 manat məbləğində pulu Fizulidən istəmişdir. Çingiz əlavə olaraq 5000 manat məbləğində pulu özü üçün zəhmət haqqı olaraq tələb etmişdir. Fizuli Çingiz və Musanın dedikləri ilə razılaşmışdır. O, Fizuli ilə təxminən 2019-cu ilin mart ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yaxınlığında Çingiz Bayramovla görüşmüşdür. Çingiz və Musa Fziulinin maşınında oturmuşlar və onlar onun avtomobilindən çıxmağını, çöldə gözləməyini xahiş etmişlər. O, uzağa getməyib maşının yanında olmuşdur. Fizuli ilə əvvəldən danışdıqları kimi Zabrat qəsəbəsində olan 1 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair sənədin alınmasında ötrü ilkin olaraq 15000 manat məbləğində pulu Musanın yanında sayaraq X23 vermişdir. Çingiz 21 gün ərzində torpaq sahəsinə dair şəhadətnaməni verəcəyinə söz vermişdir. 21 gündən sonra X20 Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair Sərdar Abbasovun adına olan JN- 10646H, KOD 00500026 nömrəli şəhadətnamə vermişdir. Çingizə qalan 40000 manat məbləğində pulu Fizulinin vermədiyini bilmişdir. X24 verdiyi şəhadətnamə saxta olmuşdur. Daha sonra Çingizə və Musaya bu barədə Fizuli bildirərək verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Həmin ərəfələrdə Fizuli 2019-cu ilin mart ayında qaynı Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin qaynı Rəşad Əzizovun mülkiyyətinə verilməsinə dair Musa ilə danışıqlar aparmış, Musa Fizulinin ona 30000 manat pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini və torpaq sahəsinə dair çıxarış ala biləcəyinə söz vermişdir. 2019-cu ilin mart ayında ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının yanında yerləşən çayxanada Fizuli onun iştirakı ilə Musa ilə görüşərək 20000 manat məbləğində pulu Musaya vermişdir. Bir neçə gün sonra isə qalan 10000 manat məbləğində pulu iki dəfəyə hər dəfə 5000 manat olmaqla Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “Altun” şadlıq sarayının yanında “Xəzər market”lə üzbəüz çayxanada görüşərək Musaya vermişdir. Musa həmin pulları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən tanışı olan vəzifəli şəxsə verəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Musa Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinə dair Fizuliyə texniki pasport və çıxarış təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, çıxarışlar da saxtadır. Bundan başqa Fizuli ilə bərabər olduğu vaxt Fizuli tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasını Musaya bildirəndə Musa bu işlərin Təqsirləndirilən şəxs səlahiyyətində olduğunu, Elşənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində işlədiyini və idarənin rəisi Şəmsi adlı şəxslə qohum olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs bu barədə deyəndə o, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi üçün 18500 manat məbləğində Fizulinin pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini demişdir. İlkin olaraq sənədləşmə prosesinin başlanması üçün 2019-cu ilin mart ayında Elşən Fizulidən onun yanında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında 2500 manat pul istəmiş və o, həmin pulu Elşənə şəxsən Musanın yanında Fizuliyə vermişdir. Fizuli bu hadisədən bir neçə gün sonra Elşənlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yanında görüşüb onun iştirakı ilə 6000 manat məbləğində pulu Elşənə vermişdir. Elşən qalan 10000 manat məbləğində pulu istəyən zaman ona həmin pulları bir neçə günə verəcəyəni Fizuliyə söyləmişdir. 2019-cu ilin mart ayının sonlarında qalan 10000 manat məbləğində pulu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında Elşənin idarə etdiyi “Mercedes-Benz” markalı «E class» modelli avtomaşının içində Musanın iştirakı ilə Elşənə 10.000 manat məbləğində pul vermişdir. Beləliklə, Fizuli Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0,6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasından ötrü şəxsən Elşənə ümumilikdə 18500 manat məbləğində pul vermişdir. Həmin vaxt Elşən Fizuliyə bildirmişdir ki, tanışının Badamdar qəsəbəsində 9 sot torpaq sahəsi var və o, həmin torpaq sahəsinə dair çıxarış almaq üçün 9000 manata ehtiyacı vardır, bundan sonra torpaq satılaraq xeyir bölünəcəkdir. Fizuli Elşənlə razılaşıb ona 9000 manat məbləğində pulu 2019-cu ilin aprel ayında Yeni Günəşli qəsəbəsində yerləşən «Altun» şadlıq evinin yanında Badamdar qəsəbəsində yerləşən torpağa dair çıxarışın alınması üçün vermişdir. Bildiyinə görə hazırda onların arasında olan problem həllini tapmışdır və heç bir narazılıq yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Təqsirləndirilən şəxs sürücü kimi xidmətlər göstərmişdir. Elşən özü isə Badamdar qəsəbəsində torpaq və evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Aralarında Elşənlə əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Kürəkəni Zərərçəkmiş şəxs özünə ev tikmək məqsədi ilə torpaq sahəsi almaq istədiyi üçün müxtəlif torpaq alqı-satqı mərkəzlərinə müraciət etmiş, bununla bağlı Təqsirləndirilən şəxsla tanış olmuş, Elşən ona Badamdar qəsəbəsində özünə məxsus torpaq sahəsini təcili Sabirə satacağını bildirmişdir. 2015-ci ilin iyul ayında Sabir ona Elşənin təklif etdiyi torpaq sahəsinə bu sahədə çalışan Şahid4 baxmağını və bu barədə fikrini söyləməyi xahiş etmişdir. Elşənin özünün dediyi kimi onun Badamdar qəsəbəsində şəxsi torpaq sahəsinə baxış keçirib orada ev tikmək üçün uyğun olduğunu Sabirə Mikayıl bildirmişdir. Belə ki, Sabirlə Elşənin söhbətlərində o da iştirak etdiyi üçün bilmişdir ki, Sabir söhbət zamanı Elşənlə torpaq sahəsinin qiymətini birinci mərhələdə 37000 ABŞ dollara, ikinci mərhələdə isə torpağın sənədləşməsi üçün Elşən Sabirdən rüsum qismində 20000 ABŞ dolları alacağını söyləmişdir. Sabir həmin Badamdar qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini almaq üçün Elşənlə həmin məbləğlərdə pula razılaşmışdır. 22 iyul 2015-ci il tarixdə 37000 ABŞ dolları məbləğində pulu Elşən Mikayılı göndərdiyi üçün Sabir yaşadığı evin qarşısında yəni ünvan 4 ünvanında Mikayıla vermişdir. Mikayıl pulu Badamdar qəsəbəsində yerləşən “Gəlin qayası” adlı şadlıq evinin qarşısında Elşənə şəxsən onun yanında vermişdir. Bundan iki gün sonra 20000 ABŞ dolları məbləğində pulu yenə Sabir yaşadığı evin qarşısında Elşən Mikayılı göndərdiyi üçün pulu Sabir Mikayıla vermişdir. Mikayıl həmin pulları Elşənə elə həmin günü Badamdar qəsəbəsində yerləşən Qurd qapısı adlanan restoranın yanında verən zaman Mikayıl Elşənə bildirmişdir ki, ona olan 8000 dollar borcu qaytarsın. Elşən 20000 ABŞ dolların üstündən 8000 ABŞ dollarını götürüb onun yanında Mikayıla olan borcunu qaytarmışdır. Bundan sonra Sabir ilə Elşən arasında olan torpaq rəsmiləşməsi ilə bağlı danışıqlar zamanı Sabir Elşənin onu aldatdığını görüb ondan heç bir torpaq sahəsi istəmədən pullarını geri qaytarmasını tələb etmişdir. Hazırda onun bildiyinə görə Elşən aldığı pulların hamısını Sabirə qaytarmışdır və onlar barışmışlar, aralarında heç bir narazılıqları yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, əvvəllər Badamdar qəsəbəsində torpaq sahələrin və evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs da onun kimi Badamdar qəsəbəsində torpaq və evlərin alqı-satqısı ilə məşğul olmuş. Bu səbəbdən də Elşənlə tanışlıqları yaranmışdır. Zərərçəkmiş şəxs isə özünə ev tikmək məqsədi ilə torpaq sahəsi almaq istədiyi üçün tanımışdır. Zərərçəkmiş şəxs Badamdar qəsəbəsində torpaq sahəsi axtardığı üçün müxtəlif torpaq alqı-satqı mərkəzlərinə müraciət etmiş, bununla bağlı Təqsirləndirilən şəxsla tanış olmuş, Elşən ona Badamdar qəsəbəsində özünə məxsus torpaq sahəsini Sabirə satacağını bildirmişdir. 2015-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ona Elşənin təklif etdiyi torpaq sahəsinə onun baxmağını və bu barədə fikrini söyləməyini xahiş etmişdir. O, Badamdar qəsəbəsində şəxsi torpaq sahəsinə baxış keçirib orada ev tikmək üçün uyğun olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Həmin torpaq sahəsini Elşən təcili satdığına görə Sabirə bildirmişdir ki, Elşənin təklif etdiyi qiymət münasibdir. Belə ki, Sabir söhbət zamanı Elşənlə torpaq sahəsinin qiymətini ilkin mərhələdə 37000 ABŞ dollara razılaşdırmışdır. Daha sonra növbəti mərhələdə torpağın sənədləşməsi üçün Elşən Sabirdən 20000 ABŞ dolları alacağını söyləmişdir. Sabir həmin Badamdar qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini almaq üçün Elşənlə yuxarıda göstərdiyi məbləğlərdə pula razılaşmışdır. 22 iyul 2015-ci il tarixdə 37000 ABŞ dolları məbləğində pulu Elşən onun göndərdiyi üçün Sabir yaşadığı evin qarşısında, yəni Yasamal rayonu, Tağı Şahbazi küçəsi 8/28 ünvanında ona vermişdir. O, pulu Badamdar qəsəbəsində yerləşən «Gəlin qayası» şadlıq evinin qarşısında Elşənə şəxsən vermişdir. Bundan iki gün sonra 20000 ABŞ dolları məbləğində pulu yenə Sabir yaşadığı evin qarşısında Elşən onu göndərdiyi üçün pulu Sabir ona vermişdir. O, həmin pulları Elşənə həmin günü Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının yanında verən zaman Elşənə bildirmişdir ki, ona olan 8000 dollar borcu qaytarsın. Elşən 20000 ABŞ dolların üstündən 8000 ABŞ dollarını götürüb ona olan borcunu qaytarmışdır. Bundan sonra Sabir ilə Elşən arasında olan torpaq rəsmiləşməsi ilə bağlı danışıqlar zamanı Sabir Elşənin onu aldatdığını görüb ondan heç bir torpaq sahəsi istəmədən pullarını geri qaytarmasını tələb etmişdir. X14 yanında söz vermişdir ki, Sabirin ona verdiyi pullar əsasında Sabirə satacağı torpaq sahəsini rəsmiləşdirərək mülkiyyət hüququnu təsdiq edən sənədi Sabirin adına alıb verəcəkdir. Amma bu alınmamışdır. Ona görə də Elşən borcu hissə-hissə qaytarmağa başlamışdır. Bildiyinə görə hal-hazırda onların arasınedakı bu məsələ artıq bitmişdir və Elşən borcunun hamısını qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, əvvəllər Badamdar qəsəbəsində daşınmaz əmlakın alqı-satqısı üzrə makler fəaliyyəti ilə məşğul olmuşdur. Çingiz Bayramovu 20 ilə yaxındırki tanıyır. Belə ki, Çingiz də əvvəllər Bayıl qəsəbəsində makler kimi işləmiş, həmin dövrdə onunla müştəri məsələsində əməkdaşlıq etmişdir. İşi ilə bağlı Çingiz ilə ara-sıra məsləhətləşmiş, daşınmaz əmlakın qeydiyyatı məsələsində müştərilərə hüquqi xidmət göstərmişdir. Bəzən müştərilər daşınmaz əmlakın sənədləri ilə bağlı hüquqi məsləhət istədikləri halda o, müştəriləri Çingizin yanına aparmışdır ki, sənədlərin qaydasında olub-olmamasına dair fikir bildirsin. Bir çox hallarda Çingiz məsləhət vermiş, müraciət üçün sənədlərin toplanmasında yardım etmişdir. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Şahid1la 2013-cü ildə köhnə tanışlarından biri vasitəsilə tanış olmuş, sonradan Fizuliyə borc pula ehtiyac olanda müraciət etmişdir. 2018-2019-cu illərdə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ondan ümumilikdə 15000 manat məbləğində borc pul almışdır. Həmin borc məbləğinin 3000 manatını Yeni Günəşli qəsəbəsində “Xəzər market"in yaxınlığında, tanışı Nurlan adlı şəxsin yanında, 3000 manatını Nərimanov rayonunda, “Kapital Bank"ın yaxınlığında, 500 manatını isə Nərimanov parkının içərisində yerləşən “İstanbul" adlı çayxanada özünə qaytarmışdır. X13 Fizulidən Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsini sənədləşdirmək üçün 15000 manat məbləğində pul aldığını, lakin sonradan həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğu məlum olduğundan torpaq sahəsini sənədləşdirmək mümkün olmadığını, Çingizin 1 ay ərzində 15000 manat məbləğində aldığı pulu Fizuliyə qaytardığını bilmişdir. Təqsirləndirilən şəxs Fizulidən hər hansı məbləğdə pul aldığına dair məlumatı olmamışdır. Şahid1 Suraxanı rayonu ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin satılması üçün ona müraciət etmişdir. Həmin torpaq sahəsinin sənədləri düz olmadığından satmaq mümkün olmamışdır. O, Şahid1 qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi üçün ümümilikdə 30000 manat məbləğində pul almamış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, sonradan saxta olduğu məlum olan ******* nömrəli çıxarış onun tərəfindən verilməmişdir. O, Suraxanıda yerləşən torpaq sahəsi ilə bağlı Fizuli ilə hər hansı söhbət aparmamışdır. Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən X12 məxsus 0,6 ha torpaq sahəsininin sənədləşdirilməsi Elşən və Fizuli arasında olmuşdur. Torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı ona pul verilməmiş və o, bildiriş təqdim etməmişdir. Fizuli Çingizi əvvəldən tanımış, Elşənlə isə Günəşli qəsəbəsində çayxanada olarkən tanış olmuşlar. Elşən Sadiqi tanımır, o da Sadiqin Fizulinin bacısı oğlu olduğunu bilmiş, lakin həmin şəxsi heç kəslə tanış etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, o, bələdiyyə sənədi ilə etibarnamə əsasında ona məxsus Günəşli qəsəbəsindəki “AB” 137 və 139 saylı binaların qarşısında yerləşən dayanacaq kimi istifadə olunan, üzərində yarım tikili olan torpaq sahəsini sənədləşdirərək dövlət reyestrindən çıxarış almaq istədiyini Şahid6 və Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında bildirmişdir. Musa və Elşən ona Əmlak Komitəsində və Reyestr Xidmətində işləyən şəxslərlə çox yaxın əlaqələrinin olduğunu, qeyri-rəsmi formada əmlakların sənədləşdirilməsinə onlara icazə verildiyini bildirmişdilər. Musa ona Elşənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin rəisi Şəmsi Şahvələdovun qohumu olduğunu, Elşən ilə yaxın münasibətinin olduğunu, torpaq sahəsinin sənədləşməsində Elşənin köməklik edə biləcəyini demişdir. 2016-cu ilin mart ayında Suraxanı rayonu Günəşli qəsəbəsi Xəzər market adlanan mağazanın yanında yerləşən 5 qardaş kafesində torpağa çıxarış alınmasından ötrü Musa və Elşənə 18000 manat məbləğində pul vermişdir. Bir neçə gün sonra Elşən ilə Musa yenidən onunla görüşərək torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsini ona təqdim etmişlər, o, torpaq sahəsinə dair çıxarış almaq istədiyini dedikdə Elşən bir həftə sonra həmin qeydiyyat vəsiqəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə yaxınlaşmağı, həmin qeydiyyat vəsiqəsi əsasında torpaq sahəsinə dair çıxarış ala biləcəyini demişlər. Təxminən 10-15 gün sonra dayısı Fizuli həmin qeydiyyat vəsiqəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qeyri rəsmi müraciət etdikdə həmin qeydiyyat vəsiqəsinin saxta olduğunu bilmişdir. Bu barədə Musaya və Elşənə bildirəndə onlar qeydiyyat vəsiqəsini saxlamağını, ondan aldığı pulu geri qaytaranda vəsiqəsini ondan alacağını demişlər. Bundan sonra dəfələrlə verdiyi pulların alınması ilə bağlı Elşən və Musayla görüşüb danışsa da ona hər hansı məbləğdə pul qaytarmamışlar. X31 Orqanlarına müraciətindən sonra Musa ondan aldadaraq dövlət rüsumu adı altında aldığı 18.000 manat məbləğində pulu geri qaytarmış və bununla ona dəymiş ziyan tam ödənilmişdir. Yuxarıda qeyd etdiyi hadisənin şahidi dostu Şahid3 və dayısı Şahid1 olmuşdur (cid 01, iş vərəqə 198-201). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Şahid6 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 Şahid1 üzünə qarşı ifadə verərək 2018-2019-cu illərdə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə Fizulidən ümümilikdə 15000 manat məbləğində borc pul aldığını, hazırda ona 8500 manat məbləğində borcu qaldığını, torpağa aid çıxarışın alınması məqsədi ilə pulun alınmasında iştirak etdiyini, Fizuliyə həmin torpağa çıxarış alınmasının təmin edilməsini 55000 manata razılaşdıqlarını, Şahid1 avtomobilinin içində Çingiz Bayramova onun iştirakı ilə 15000 manat pul verdiyini, lakin həmin pul çıxarışın alınması üçün olduğunu ona pul çatmadığını, Çingiz də X16 adına rəsmilişdirlməsi barədə JN-10646H, KOD 00500026 torpağ şəhadətnamə təqdim etdiyini, Suraxanı rayonu ərazisində yerləşən 0,3 ha ölçüdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Əmlak Komitəsinin vəzifəli şəxslərinə verilməsi üçün 30000 manat deyil, 6000 manat aldığını, sonradan isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilməsi görüntüsünü yaradan ******* nömrəli saxta çıxarışı və torpaq sahəsinin texniki pasportuna bənzəyən kağız səhifələrini Fizuliyə təqdim etdiyini bildirmiş, Şahid1 üzünə qarşı deyilənləri qismən təsdiq etmiş və bildirmişdir ki, Çingiz Musanın yanında torpaq sahəsinin sənədləşdirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və Əmlak Komitəsinin vəzifəli şəxslərinə verilməsi adı altında 50000 manat məbləğində pul tələb olunduğunu, əlavə olaraq 5000 manat da Çingizlə Musaya verməli oduğunu, ilkin olaraq 15000 manat məbləğində pulu Musanın yanında sayaraq Çingizə verdiyini, Çingiz 21 gün ərzində torpaq sahəsinə dair şəhadətnamə verəcəyini, 21 gündən sonra Çingiz ona həmin torpaq sahəsinə dair Sərdar Abbasovun adına JN-10646H, KOD 00500026 torpaq şəhadətnaməsi verdiyini, qalan 40000 manat məbləğində pulu isə danışığa görə alqı-satqı edildikdən sonra onun adına verilmiş çıxarışın alınmasından sonra verməyi razılaşdıqlarını, şəhadətnamənin saxta olduğunu öyrəndiyini, 2019-cu ilin fevral-mart aylarında isə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının yanında yerləşən çayxanaların birində Musa ilə görüşərək 20000 manat, sonra isə qalan 10000 manat, hər dəfə 5000 manat olmaqla iki dəfəyə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Altun Şadlıq sarayının yanında «Xəzər market»lə üzbəüz çayxanada görüşərək Musaya verdiyini bildirmişdir (cild 2, iş vərəqə 06-11). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı ifadə verərək Şahid1 ümumilikdə faizə 27000 manat məbləğində borc pul aldığını, Şahid1 üzünə qarşı deyilənləri təsdiq etməmiş və bildirmişdir ki, Xətai rayonunda, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən X12 məxsus 0,6 ha torpaq sahəsini torpaq sahəsini öz adına sənədləşdirərək çıxarış almaq üçün 27500 manat məbləğində pulu Elşənə vermişdir. Təqsirləndirilən şəxs heç vaxt borc vermədiyini bildirmişdir (cild 2, iş vərəqə 19-22). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə X7 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmsi Şahvələdovun üzünə qarşı ifadə verərək X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin rəisi kimi tanıdığını, 2011-2015-ci illərdə qeyri-rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən ofisi kirayə götürdüyünü, xidmət tərəfindən imtina verilmiş sənədlərin sahibləri ona yönləndirilmiş və ona müraciət etmiş vətəndaşların sənədlərinin surətlərini çıxardıb bir başa idarəyə Şəmsi Şahvələdovun tapşırığı əsasında Samir Pənahova təqdim etdiyini, bundan 1 həftə sonra təqdim etdiyi sənədlərin verilməsindən ötrü şəxsən Şəmsi Şahvələdov ona hər sənədə görə rüşvətlərin həcmini bildirdiyini, o isə qeyri-rəsmi formada tələb olunan pul vəsaitlərini toplayaraq birbaşa olaraq idarənin rəisi Şəmsi Şahvələdov və Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Nazim adlı şəxsə verdiyini bildirmişdir. Şəmsi Şahvələdov üzünə qarşı deyilənləri təsdiq etməmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs üzünə qarşı dedikləri ilə razı deyildir. Onun iş otağında Təqsirləndirilən şəxs olmayıb, ondan hər hansı məbləğdə rüşvətlərin alınması ilə bağlı onunla heç bir söhbətlər aparmamışdır. Elşənin vətəndaşlardan qanunsuz aldığı pulları onun üstünə yıxmaqla məsuliyyətdən azad olmaq istədiyini bildirmişdir. O, heç bir vətəndaşdan pulların alınıb ona gətirilməsini Elşəndən xahiş etməmiş, bu barədə aralarında söhbət olmamışdır (cild 2, iş vərəqə 168-171). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək Təqsirləndirilən şəxs ümumilikdə 79819 manat 50 qəpik məbləğində torpaq almaq məqsədi ilə pul verdiyini və aldadıldığını bildirmiş, Təqsirləndirilən şəxs üzünə qarşı deyilənləri təsdiq etməmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs 36000 ABŞ dollar məbləğində pulu faizə borc almışdır (cild 2, iş vərəqə 4-43). Məhkəmə-xətşünaslıq ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 4/854 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binanın qarşısında yerləşən 188,30 m² qeyri yaşayış sahəsinin Şahid2 adına mülkiyyət hüququ əsasında qeydiyyat keçməsinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsidə “Rəis” və “Qeydəalma üçün məsul şəxs” qrafalarındakı imzaların – Təqsirləndirilən şəxs tərəfindən, Şahid6 tərfindən və ya başqa şəxs(şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Əksləri Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” YM də 0,30 ha ölçüdə torpaq sahəsinin X15 adına mülkiyyət hüququ əsasında qeydiyyat keçməsinə dair 29.03.2018-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurətində “Ərazi idarəsinin rəisi”, “Qeydiyyat icraçısı” qrafasında olan imzaların; X15 adına tərtib olunmuş “A№ 227876 saylı “Torpaq sahəsinin planı və ölçüsünün” kserosurətində “T.Həsənov” və “M.Hüseynov” soyadlarının qarşısında olan imzaların – Şahid6 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 152-157). Sənədlərin məhkəmə-texniki ekspertizasının 18 noyabr 2020-ci il tarixli 5/760 nömrəli rəyindən görünür ki, 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsindəki və Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod 00500026 şəhadətnamədəki möhür əksləri axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) hazırlanmışdır (cild 2, iş vərəqə 174-179). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyun 2020-ci il tarixli, **********10 nömrəli məktubundan görünür ki, Şahid2 və X15 adına qeydiyyat aparılması ilə bağlı məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqə 05). Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, 537 saylı qeydiyyat vəsiqəsinin məzmununa “Verilir Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən ondan ötrü ki, Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısı ümumi sahəsi 188.3 m2 Şahid2 adına mülkiyyət hüququ verilməsinə dair məlumatlar əlavə edilmiş, X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin vəzifəli şəxsləri M.A.Maqsudov və İ.İ.Qurbanov adından imzalar vardır. Üzərində “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksi ilə təsdiq edilmişdir (cild 1, iş vərəqə 39). Cinayət işinin materiallarında olan 18 avqust 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 233-234). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4, 312.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan əməllər ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan əməllər isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4, 312.2-ci, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə ona cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsində isə göstərilir ki, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayət epizodu 2019cu ilin mart ayında törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməsi hallarının olmadığı da nəzərə alınmaqla istinad edilən cinayət əməllərinin törədilməsindən hal-hazıradək olan müddət 2 ildən artıqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə verilən ittihamla özünü təqsirli bilməmiş, əməlini etiraf etməmiş, onun özü və ya müdafiəçisi tərəfindən həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsi üçün məhkəməyə müraciət edilməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci və 44.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42-ci və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda - cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsinin kserosurətinin ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə 207 (iki yüz yeddi) manat 30 (otuz) qəpik məbləğində ekspertiza xərcinin ********* nömrəli cinayət işində nəzərə alındığı qeyd edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4, 312.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri üzrə cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar