Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1238/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, “Fortiori” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 5-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 7 iyun 2024-cü il tarixdə, saat 14:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədilə Babək adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində Babək adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin satışını həyata keçirəcəyinə dair onlarla razılığa gəlmiş, 27 sentyabr 2023-cü il tarixdə Babək adlı şəxsin tapşırığı ilə Bakı şəhəri Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd polietilen torbanın içərisində 1 ədəd bağlamada olmaqla külli miqdarda, təmiz çəkisi 478,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd digər bağlamada olmaqla külli miqdarda, təmiz çəkisi 495,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, 27 sentyabr 2023-cü il tarixdə, saat 23:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə-BNMİ) əməkdaşlarının göstərilən ünvanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində tutularaq Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, məhəllə 25/37-də yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin (bundan sonra mətndə-Nizami RPİnin 25-ci PŞ) inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman onun sağ əlində olan polietilen torbanın içərisindən 1 ədəd bağlamada olmaqla külli miqdarda, təmiz çəkisi 478,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd digər bağlamada olmaqla külli miqdarda, təmiz çəkisi 495,1 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 24 aprel 2024-cü il tarixli ifadəsində göstərdi ki, hadisə vaxtı “Sevinc” şadlıq sarayının arxa tərəfində yerləşən küçə ilə hərəkət edərkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu maşına əyləşdirmiş, bu zaman əlində sellofan bağlama olmamış, sonuncular özlərində olan sellofan bağlamanı təqdim etməklə həmin bağlamanın ona məxsus olmasını boynuna almasını tələb etmiş, bundan imtina edəcəyi təqdirdə isə evindən narkotik vasitə çıxarıb videoçəkiliş aparacaqları, habelə valideynlərini də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə sənədləşdirəcəklərini bildirməklə onu hədələmiş, bu səbəbdən törətmədiyi əməli boynuna almışdır. İstintaq təcridxanasında müayinədən keçirilərkən bədənində gözlə görünən hər hansı xəsarəti olmamış, evində narkotik vasitələr olmamışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, sonunculardan birinin adı Alxas olmuş, digər polis əməkdaşları tərəfindən döyülərkən Şahid1 onlara videoçəkiliş aparacaqlarını, bu səbəbdən döyməmələrini bildirmiş, habelə Şahid1 tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə ifadəsinə əlavə edərək göstərdi ki, hadisə günü “Qara Qarayev”, habelə “Neftçilər” metrostansiyası ərazisində olarkən dostları ilə birlikdə çay içib söhbət etmiş, daha sonra tanışının xahişi ilə sonuncunu götürmək üçün Koroğlu metrostansiyasına gedərək orada taksi sifariş edib “Sevinc” şadlıq sarayının yerləşdiyi ünvana getmiş, yaxınlıqdakı marketə girib çıxdıqdan sonra həmin şadlıq sarayına tərəf gedərkən 2 nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşaraq qolundan tutmaqla maşına mindirmişlər. Polis əməkdaşları maşında mədəsinə, habelə başının arxasına yumruq vuraraq özlərində olan sellofan paketi ona verib videoçəkiliş aparacaqlarını bildirmiş, habelə videoçəkiliş zamanı onların dedikləri kimi etməyəcəyi təqdirdə isə evinə narkotik vasitə qoymaqla ana və atasını da polis idarəsinə gətirib əzab verməklə hədələmiş, bu səbəbdən polis əməkdaşları nəyi necə tələb etmişlərsə, elə də etmiş və demişdir. Onu saxlayan polis əməkdaşlarından birinin adı Alxas olmuş, sonuncu ilə birlikdə adını bilmədiyi digər polis əməkdaşı onu otağa salaraq döymüş, habelə nəyi necə demişlərsə elə də etməyini tələb etmiş, atasının 3-cü qrup gözdən əlilliyi, anasının xəstəliyi səbəbindən törətmədiyi əməli etiraf etmişdir. Onu saxlayan polis əməkdaşları arasında Şahid1 olmamışdır. İbtidai istintaq zamanı ona müdafiəçi təqdim olunmamış, habelə müstəntiq tərəfindən təzyiqlərə məruz qalmış, təzyiqlərə məruz qalması barədə heç bir orqana şikayət etməmiş, habelə barəsində qətimkan tədbiri məsələsi həll olunarkən məhkəməyə, o cümlədən müdafiəçisinə bildirməmişdir. O, spirtli içkilərdən istifadə etsə də, narkotik vasitə qəbul etməmiş, habelə narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kim ondan narkotik vasitə istəməmiş, eləcə də narkotik vasitəni aparıb harasa qoymasını tələb etməmişdir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Anar, Vasif, Alxas və adını bilmədiyi polis əməkdaşlarından ibarət 4 nəfər şəxs tərəfindən tutulmuş, onlardan ikisi polis olmamışdır. İstintaq təcridxanasına daxil olarkən üzərində görünən xəsarətləri olmamış, eləcə də xəsarətləri barədə heç kimə məlumat verməmişdir. Onun uşağı yoxdur, əvvəllər məhkum olunmamışdr. Mobil telefonunda “Babək əmi” kimi qeyd etdiyi şəxs iranlı olmaqla sonuncu ilə aralarında vatsap vasitəsi ilə apardığı danışıq zamanı mobil telefonundan aşkar olunmuş mesajlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmamışdır. O, narkotik vasitəni götürməyə tanıdığı taksi sürücüsü ilə getmişdir. O, şəxsi istifadəsi məqsədilə iranlı Babək adlı şəxsdən narkotik vasitə götürmək üçün ona bildirilmiş ünvana getmiş, saxlanılarkən üzərində 5 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, lakin sellofan paket üzərində olmamış, həmin paket onun üzərinə maşında qoyulmuşdur. O, narkotik vasitə götürməyə getməmiş, ibtidai istintaq zamanı pul müqabilində narkotik vasitəni götürüb başqa yerə qoyması barədə deməmiş, iş materiallarında olan etirafedici ifadələri polislərin uydurması olmuş, habelə şəxsi axtarış zamanı aparılmış videoçəkiliş 4 dəfə çəkilmişdir. O, Babək adlı şəxsdən daha əvvəl də öz şəxsi istifadəsi üçün 5-6 qram narkotik vasitə almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində yaşlı anası və atasının olmasını, atasının Azərbaycan Respubliaksı Silahlı Qüvvələrində xidmət etməklə əlil olmasını və narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini bildirərək ailədə yeganə qazanc gətirən şəxs olmaqla ailəsinə özünün baxmasını nəzərə alaraq məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 1 ildən çoxdur heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən çəkmə yolu ilə könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən, son vaxtlar isə özlərini İran İslam Respublikasının vətəndaşları kimi təqdim edən “Babək” və “Məhəmməd” adlı şəxslərin vasitəsilə əldə etmişdir. Tutulanadək istifadəsində "Samsung" markalı 1 ədəd mobil telefon olmuş, həmin mobil telefona +**********38 saylı mobil nömrə taxaraq ondan istifadə etmişdir. İstifadəsində olmuş “Samsung” markalı mobil telefon “web” proqramları dəstəklədiyindən, həmin telefona taxılmış +**********38 saylı nömrə vasitəsilə “Whatshapp web” proqramı açaraq ondan istifadə etmişdir. Təxminən 3-4 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi “Məhəmməd” adı ilə təqdim edən şəxslə, daha sonra onun vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Babək” adlı şəxslə tanış olmuş, onlarla qısa müddət ərzində yazışandan sonra, birbirilərindən telefon nömrələrini götürərək “Whatshapp web” proqramı vasitəsilə əlaqə saxlamağa başlamışlar. Danışıq əsnasında “Məhəmməd” və “Babək” adlı şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu biləndən sonra, onlarla aralarındakı qarşılıqlı razılıq əsnasında “Məhəmməd” və “Babək” adlı şəxslərin “Whatshapp web” proqramı vasitəsilə fotoşəkillərini ona göndərdikləri kartların hesablarına pul göndərərək tanımadığı şəxslərin vasitəsilə ayrı-ayrı yerlərdə qoyduqları narkotik vasitələri və psixotrop maddələri əldə edib həm özü istifadə etmiş, həm də tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Eyni zamanda, həmin şəxslərlə aralarında olan danışıq zamanı “Məhəmməd” və “Babək” adlı şəxslər müəyyən qədər zəhmət haqqı müqabilində ona deyəcəyi yerlərdən narkotik vasitələri və psixotrop maddələri götürüb digər yerlərə çatdırmağı təklif etdiklərindən, onların bu təklifləri ilə razılaşmışdır. 27 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində olan zaman “Babək” xarici operatorların birinə məxsus olmaqla hazırda xatırlamadığı mobil telefon nömrəsindən “Whatshapp web” proqramı vasitəsilə onun “Whatshapp web” proqramına qoşulub istifadə etdiyi nömrəyə zəng edərək Nizami rayonu ərazisində polietilen torbada olmaqla narkotik vasitə-heroin və psixotrop maddəmetamfetamin qoyulduğunu, müəyyən qədər zəhmət haqqı müqabilində ona deyəcəyi yerdən həmin narkotik vasitəni və psixotrop maddəni götürüb digər yerə çatdırmağını təklif edəndə, onunla razılaşmış, aralarında razılıq əldə olunduqdan sonra “Babək” “Whatshapp web” proqramı vasitəsilə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Nizami rayonu, Məmmədəli Şərifli küçəsində qoyulduğunu demiş, heroini və metamfetamini götürəcəyi yerin fotoşəklini ona göndərərək narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini oradan götürüb deyəcəyi yerə aparmağını tapşırmış, buna görə zəhmət haqqı olaraq onun kartının hesabına 300 manat pul göndərəcəyini söyləmişdir. Həmin gün, saat 23 radələrində “Babək”in ona izah etdiyi yolla o, göstərilən yerə gedib orada qoyulmaqla polietilen torbada olan 2 ədəd bükülünü götürmüş və sağ əlində saxlayaraq həmin küçə ilə piyada hərəkət etməyə başlamışdır. Təxminən 100 metr məsafə qət edəndən sonra, yəni Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 4A saylı ünvanın yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamağını və onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-yə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 nəfər mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o artıq hər şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, sağ əlindəki içərisində narkotik vasitə-heroin və psixotrop maddəmetamfetamin olan polietilen torbanı, əynindəki göy rəngli şalvarın sol yan cibindən içərisində +**********38 saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu, adına olan şəxsiyyət və sürücülük vəsiqələrini, üzərində 4098 5844 5861 5174 rəqəmləri yazılmış 1 ədəd plastik bank kartını və 41 manat pulu çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt polietilen torbanın içərisində nəyin olduğu soruşulduqda, o, səmimi olaraq polietilen torbanın içərisində 2 ədəd bükülünün, bükülülərdən birinin içərisində narkotik vasitə-heroinin, digər bükülünün içərisində isə psixotrop maddə-metamfetaminin olduğunu, həmin heroini və metamfetamini saxlanmağından az müddət əvvəl zəhmət haqqı müqabilində "Babək" adlı şəxsin tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Nizami rayonu ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, polietilen torbada olmaqla həmin heroini və metamfetamini ekspertizaya göndərmək məqsədilə bağlamaya qoyaraq qablaşdırmaqla möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və bağlamanın üzərini imzası ilə təsdiq etmişdir. Həmin vaxt onun üzərindən narkotik vasitə-heroinin və psixotrop maddəmetamfetaminin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə 41 manat pul onun özünə qaytarılmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 33-34; 47- 50, 60-65;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən BNMİ-yə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş Baş İdarənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə 27 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanın yaxınlığına gedərək orada gözləmə mövqeyi seçmişlər. Həmin gün, saat 23:20 dəqiqədə Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında əlində sellofan torba omaqla piyada hərəkət etməsi müşahidə olunanda ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını bildikdən sonra yayınaraq qaçmaq istəyərkən tərəflərindən saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu Nizami RPİ-nin 25-ci PŞ-yə dəvət etmiş, sonuncu artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən hər hansı etiraz bildirmədən onlarla birlikdə həmin şöbənin yerləşdiyi inzibati binaya getmişdir. Bununla bağlı araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabova həvalə olunduğundan, o, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X8 dəvət edib Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncunun üzərində şəxsi axtarış aparılacağı nəzərlərinə çatdırmış, sonra təhqiqatçı X11 Qasımova hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etdikdə, sonuncu sağ əlindəki polietilen torbanı, əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, adına olan şəxsiyyət və sürücülük vəsiqələrini, 1 ədəd plastik bank kartını və 41 manat pulu çıxarıb təqdim etmişdir. Həmin vaxt polietilen torbanın içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq onun içərisində 2 ədəd bükülünün olduğunu, bükülülərdən birinin içərisində narkotik vasitə-heroinin, digər bükülünün içərisində isə psixotrop maddə-metamfetaminin olduğunu, həmin heroini və metamfetamini saxlanmağından az müddət əvvəl “Babək” adlı şəxsin tapşırığı əsasında zəhmət haqqı müqabilində digər şəxsə çatdırılması üçün Nizami rayonu ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra mobil telefonda danışıq kartının olub-olmaması yoxlanılanda “Samsung” markalı mobil telefona +**********38 saylı danışıq kartının quraşdırıldığı aydın olmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, sellofan torbanın içərisində olan 1 ədəd bağlama açılıb içərisinə baxıldıqda içərisində açıq-qəhvəyi rəngdə, spesifik iyə malik narkotik vasitə-heroinə bənzər maddənin, digər bağlama açılıb içərisinə baxıldıqda isə içərisində ağ rəngli, kristal şəklində psixotrop maddəmetamfetaminə bənzər maddənin olması, heroinə bənzər maddə elektron tərəzidə çəkiləndə çəkisinin 513 qram, metamfetaminə bənzər maddə elektron tərəzidə çəkiləndə isə çəkisinin 515 qram olması məlum olmuşdur. Sonda təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, polietilen torbada olmaqla həmin heroinə və metamfetaminə bənzər maddələri ekspertizaya göndərmək məqsədilə bağlamaya qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və bağlamanın üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə-heroinə və psixotrop maddəmetamfetaminə oxşar maddələrin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, 41 manat pul onun özünə qaytarılmışdır.
10. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən əlində sellofan torba olmuş, sonuncu həmin sellofan torbadan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini iranlı “Babək” adlı şəxsin tapşırığı əsasında götürüb başqa yerə qoyacağını, habelə bunun müqabilində 300 manat haqq alacağını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirində iki nəfər olmuş, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra özünə məxsus “Toyota Prius” markalı avtomobillə Nizami RPİ-nin 25-ci PB-yə aparılmış, bu zaman avtomobildə onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən əlində sellofan torba olmaması, habelə guya ona saxlanılarkən və ya bölmədə olarkən fiziki və ya psixi təsir və təzyiqə, pis rəftara məruz qalması və sair ilə bağlı ifadəsində bildirdiyi xüsusatlar isə tamamilə yalandır.
11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 həmin ifadəsində Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (Cild 1, i.v.126-130;).
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 23:20-də BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 4A ünvanın qarşısında saxlanılaraq Nizami RPİnin 25-ci PŞ-yə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun sağ əlində olan polietilen torbanın içərisindən 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 478,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1 ədəd digər bağlamada olmaqla külli miqdarda, təmiz çəkisi 495,1 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən 28 sentyabr 2023-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəis müavini, polis polkovniki Ələkbər Xələfov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 23:20-də ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman əlində olan sellofan torba ilə birlikdə saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-11;).
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 5(007)- 617/2023 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəis müavini, polis polkovniki Ələkbər Xələfov tərəfindən təsdiq edilmiş 27 sentyabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun və əsaslı hesab edilmişdir (Cild 1, 145-149;).
16. “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə həmin tarixdə, saat 01:20də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 sentyabr 2023-cü il tarixdə, saat 23:20 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 12; 21;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 23:20 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 4A ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmiş, orada sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sağ əlində olan sellofan torbanın içərisindən 1 (bir) ədəd bağlamada açıq-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 41 (qırx bir) manat pul və 1 (bir) ədəd üzərində 4098 5844 5861 5174 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 513 (beş yüz on üç) qram, metamfetaminə bənzər kütlənin çəkisi 515 (beş yüz on beş) qram olmuş, aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, 1 (bir) ədəd “Samsung" markalı mobil telefon, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 41 (qırx bir) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 300 (üç yüz) manat pul verəcəyini, “Babək” adlı şəxsi təxminən 2-3 ay olar ki, tanıdığını, habelə əvvəllər ondan istifadəsi üçün narkotik vasitə götürdüyünü, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 02:10dan 02:40-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 sentyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 13 dəqiqə 59 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq G.M.Abdulov tərəfindən müvafiq olaraq müdafiəçi E.Babışov və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair 29 sentyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 32; 69-70;)
19. “Məhkəmə-kimyəvi” (materialların) ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 3- 16-16/2-6/5105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd polietilen bağlamadakı 2 ədəd polietilen bağlamada: 1 ədəd bağlamada təmiz çəkisi 478,1 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 ədəd bağlamada təmiz çəkisi 495,1 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 478,1 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 478,05 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 495,1 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 495,05 qram. Aparılmış tədqiqatın dəyərinin 89 (səksən doqquz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 38-43;).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 51-52;).
21. “Mobil telefonun baxışının aparılması haqqında” 29 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Gündüz Abdulov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisi E.A.Babışovun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus +**********38 (EG ləqəbi ilə həmin mobil tətbiqdə qeydiyyatdan keçmişdir) mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələrlə “Whatsapp web” proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********85 (Babek Emi adlı ilə həmin mobil tətbiqdə qeydiyyatdan keçmişdir) mobil telefon nömrəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı danışıq və yazışmaların olması, bununla bağlı birbirlərinə səs yazıları göndərmələri müəyyən edilmişdir. Protokolda aşkar olunmuş mesajların fotoşəkillərinin çəkilərək protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 71-82;).
22. “Maddi sübut kimi tanıma haqqında” 29 sentyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 478,1 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 495,1 qram olan psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 478,05 qram narkotik vasitə heroin, qalıq çəkisi 495,05 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon yekun məhkəmə qərarı qəbul olunanadək saxlanılması üçün Nizami RPİ-nin məsul saxlanışına verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aparılmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD formatlı disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v.83-88;).
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 4(007)- 415/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın rədd olunmasını xahiş etmişdir (Cild 1, i.v. 109-111;).
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 7 oktyabr 2023-cü il tarixli cavabından, müvafiq hökmün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2012-ci il tarixli, 1(003)-156/2012 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 200 (iki yüz) saat ictimai işlər cəzasına məhkum edilmiş, 5 iyul 2012-ci il tarixdə cəza müddəti başa çatdığından Xəzər Rayon İcra Şöbəsinin qeydiyyatından çıxarılmış və Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 124-125; 151-154;).
25. Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Turab Paşayevin 13 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlaması müəyyən edilmişdir. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini konkret olaraq haradan, kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.133;).
26. 16 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, X9 oğlu Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsini, sonuncunun adına olan **********615174 nömrəli “Leobank” bank kartını təhvil almışdır (Cild 1, i.v. 142;)
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş 25 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v.155;).
28. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 28 oktyabr 2023-cü il tarixli, 7059 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 1 ildir ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v. 159-160;).
29. “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və başqa cinayət işinin ayrılması haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan, müvafiq qəbz və raportdan görünür ki, Təqsirləndirilən şəxs “Babək” adlı və digər şəxslərlə qabaqcadan əlbir olması ilə əlaqədar sonuncuların şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işinin materiallarından başqa cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi qərara alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus sürücülük vəsiqəsi, 4098 5844 5861 5174 nömrəli “Leobank” kartının maddi sübut kimi tanınmamaqla Təqsirləndirilən şəxs atasına təhvil verilməsinin nəzərə alınması göstərilmişdir (Cild 1, i.v.142; 173-189;198;).
30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq G.M.Abdulov tərəfindən 29 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.201-211;).
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 9581/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sağ said nahiyəsində köhnə çapıq toxumalar aşkar olunmuş, hər hansı yeni xəsarət izləri aşkar edilməmişdir (Cild 2;).
32. Müdafiə Sənayesi Nazirliyi “İqlim” Bakı Aviasiya İstehsalat Birliyi tərəfindən təqdim olunmuş diplomdan görünür ki Təqsirləndirilən şəxs 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr edilmiş “Karate-do” yarışında İ yeri qazandığına görə təltif olunmuşdur (Cild 2;).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların № saylı hərbi hissəsi tərəfindən təqdim olunmuş fərmandan görünür ki, Təqsirləndirilən şəxs mükafatlandırılmışdır (Cild 2;)
34. Müdafiəçi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X9 Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir(Cild 2;).
35. Müdafiəçi tərəfindən təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ********** nömrəli arayışdan görünür ki, X9 3-cü dərəcəli gözdən əlildir(Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
37. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrn 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
41. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
42. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
44. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 478,1 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 3187 dəfədən, külli miqdarından isə təxminən 239 dəfədən artıq olması, habelə 495,1 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından 3300 dəfədən, külli miqdarından isə təxminən 247,5 dəfədən artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil telefonundan aşkar edilmiş qeyriləri ilə qabaqcadan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı vatsap yazışmaları və danışıqları onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
48. Hökmün 47-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
49. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından, habelə evinə narkotik vasitə yerləşdirməklə valideynlərinin də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə sənədləşdiriləcəyindən qorxduğu üçün təqdim olunmuş narkotik vasitəni boynuna götürməsi, habelə saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 5 qram narkotik vasitə marixuana olması ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
50. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
51. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 17-18, 23 və 31-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı orqana, habelə məhkəmə nəzarəti qaydasında 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında yalnız müdafiəçisinin iştirakı ilə baxılarkən məhkəməyə və vəkilinə məlumat verməmişdir.
52. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
53. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
54. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
56. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
57. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
60. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
61. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən atasının 3-cü dərəcəli gözdən əlilliyi olmasını, cavan olmasını, narkomaniya xəstəliyindən müalicə almaq istəməsini qeyd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
62. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
63. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
64. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
65. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
66. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
67. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
68. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 27 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
69. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır.
70. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
71. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Nizami RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 478,05 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 495,05 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntünün köçürüldüyü 1 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
73. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
74. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
75. İş üzrə mülki iddia verilməmişdir.
76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 478,05 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 495,05 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 1 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.