Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1239/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə Manafov X1 mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına 1.000 manat pul köçürməklə satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 574,590 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq Əzizbala Manafov tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş Bakı şəhəri, Yasamal rayonu “Ağ Çiçəyim” gül salonunun yaxınlığından götürüb əldə edərək daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 29 yanvar 2022-ci il tarixdə saat 21:40 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisindən 40 ədəd kağız bükümlərdə, ayrı- ayrılıqda təmiz çəkiləri 1,20 qram, 1,09 qram, 1,58 qram, 1,75 qram, 0,99 qram, 1,28 qram, 0,98 qram, 1,63 qram, 1.20 qram, 0,98 qram, 0, 86 qram, 1.41 qram, 1,01 qram, 1.07 qram, 1.02 qram, 1,44 qram, 1,06 qram, 0,82 qram, 1,59 qram, 1,56 qram, 0,92 qram, 1,11 qram, 1,49 qram, 1,10 qram, 1,44 qram, 0,82 qram, 1,69 qram, 0,88 qram, 1,13 qram, 1,09 qram, 1,34 qram, 1,20 qram, 0,58 qram, 0,87 qram, 1,29 qram, 1,67 qram, 1,05 qram, 0,54 qram, 1,00 qram və 0,86 qram olmaqla ümumi çəkisi 46,590 qram, həmin sellofan torbanın içərisində olan plastik qabın içərisində təmiz çəkisi 528 qram, ümumi təmiz çəkisi 574,590 qram, külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilərkən üzərində heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə omlamış, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əlinə bir sellofan paket verilmiş, videoçəkilişlə baxış keçirilərkən sellofan paketi və içərisində ağ rəngli kağız bükümlərdə olan 1 ədəd ağ rəngli plastik qabda olan marixuana şakar edilmişdir. Pois əməkdaşlarının təzyiqi onda aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, mütamadi olaraq narkotik vasitədən istifadə etmişdir. 29 yanvar 2022-ci il tarixdə Yasamal rayonunda yaşayan və mobil telefon nömrəsi (070) ***-**-** olan Manafov Əzizbala adlı şəxsdən Yasamal rayonunda «Ağ Çiçəyim» mağazasının yanında marixuana kimi tanıdığı nakotik vasitəni 1.000 manata alıb üzərində saxlamışdır. 29 yanvar 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmiş, xidməti otaqların birində üzərinə videoçəkilişlə baxış keçirilərkən, üzərində qeyri-qanuni əşyaları olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və əlində olan sellofan paketi və içərisində ağ rəngli kağız bükümlərdə olan 1 ədəd ağ rəngli plastik qabda olan marixuana kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış və onda aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni çox miqdarda almasının səbəbi isə hər dəfə istifadə etdikdən sonra narkotik vasitə axtarmaması ilə əlaqədar olmuşdur. Narkotik vasitəni çox aldığına görə qalan hissə ona pay olaraq veilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır (1-ci cild iş vərəqi 88-90). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı vermiş olduğu ifadəkərinə tənqidi yanaşaraq onun bu ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, 29 yanvar 2022-ci il tarixdə saxlanılıb Polis Şöbəsinə gətirlimiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əlində olan ağ rəngli üzərində sarı gül şəkilləri olan sellofan paketi təqdim etmişdir. Həmin sellofan paketin içərisində olan ağ rəngli sellofan paketə baxış keçirilərkən orada 40 ədəd ağ rəngli üzərində yazılar olan kağız bükümlərin içərisində və ağ rəngli üzərində sarı gül şəkilləri olan sellofan paketin içərisində olan ağ rəngli üzərində sarı və yaşıl rənglər olan kapron qabın içərisində qurudulmuş ot şəkilli, spesifik iyə malik olan, qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu və Yasamal rayonunda şəxsi istifadəsi üçün 1.000 manata aldığını bildirmişdir. Aşkar olunmuş 40 ədəd kağız bükümlərdə və kapron qabın içərisində olan qurudulmuş marixuanaya bənzər maddə 2 ədəd kağız zərfdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün»165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər (1-ci cild iş vərəqi 169-171). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonundakı məhəllədən tanımışdır. 29 yanvar 2022-ci il tarixdə Rövşən şəxsi işi olduğunu bildirib yoldaşcasına Bakı şəhəri, Nizami rayonuna getməyi ona təklif etmiş və sonuncu ilə birlikdə Nizami rayonuna getmişdir. 29 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində Rövşənlə Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişdir. Rövşənlə polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci Polis şöbəsinə getmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş və buna görə tutulmadan azad edilmişdir. Polis Şöbəsində olarkən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə marixuana aşkar edildiyi ona məlum olmuşdur. Rövşənin üzərində marixuana olmasından məlumatı olmamış və narkotik vasitələrin istifadəçisi deyildir. İşdə olan 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli üzərində sarı gül şəkilləri olan sellofan paketi təqdim etmiş, həmin sellofan paketin içərisində olan ağ rəngli sellofan paketə baxış keçirilərkən orada 40 ədəd ağ rəngli üzərində yazılar olan kağız bükümlərin içərisində və ağ rəngli üzərində sarı gül şəkilləri olan sellofan paketin içərisində olan ağ rəngli üzərində sarı və yaşıl rənglər olan kapron qabın içərisində olan qurudulmuş ot şəkilli, spesifik iyə malik olan, qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu və Yasamal rayonunda tanımadığı şəxsdən 1.000 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 40 ədəd kağız bükümlərdə və kapron qabın içərisində olan qurudulmuş marixuanaya bənzər maddə 2 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefon təqdim etmişdir (1-ci cild iş vərəqi 31- 32). İşdə olan məhkəmə-bioloji (bitki mənşəli maddələrin tədqiqi) ekspertiza üzrə 30 yanvar 2022-ci il tarixli 7/90 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan 1 №-li kağız paketdə üzərində “Amprolin-300 ws“ yazısı olan 1 (bir) ədəd plastik bankada təmiz çəkisi - 528,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurulmuş marixuana, tədqiqata təqdim olunmuş üzərində Babaxanov.R. yazılar və imzalar olan 2 №-li kağız paketdə 40 (qırx) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,20 qram, 1,09 qram, 1,58 qram, 1,75 qram, 0,99 qram, 1,28 qram, 0,98 qram, 1,63 qram, 1,20 qram, 0,98 aram, 0,86 qram, 1,41 qram, 1,01 qram, 1,07 qram, 1,02 qram, 1,44 qram, 1,06 qram, 0,82 qram, 1, 59 qram, 1,56 qram, 0,92 qram, 1,11 qram, 1,49 qram, 1,10 qram, 1,44 qram, 0,82 qram, 1,69 qram, 0,88 qram, 1,13 qram, 1,09 qram, 1,34 qram, 1,20 qram, 0,58 qram, 0,87 qram, 1,29 qram, 1,67 qram, 1,05 qram, 0,54 qram, 1,00 qram, 0,86 qram ümumi çəkisi - 46,590 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (1-ci cild iş vərəqi 66-70). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 15 mart 2022-ci il tarixli 1331 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 151-152). İşdə olan maddi sübut kimi tanıma haqqında 2 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - təmiz çəkisi 574,590 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq çəkisi 573,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 125-126). İşdə olan diskə baxış keçirilməsi haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış 01 ədəd diskə baxiş keçirilmiş, baxış zamanı mobil telefonun mesajlar bölməsində heç bir fakt aşkar edilməmiş, Watsapp sosial şəbəkəsinə baxiş keçirilən zaman Əzizbala Manafovla olan yazışmasında həmin şəxslə görüşmək üçün yer müəyyən edilir. Həmçinin “Ezizbala” deyə qeyd edilmiş vatsap profilində isə onun profil ilə arasında olan yazışmada bir şəxsə Rövşənin ona yaxınlaşacağını bildirir. Daha sonra isə Rövşənin onunla yazışmasını və onunla görüşmək üçün gələcəyini bildirir. Həmçinin telefonun qaleri bölməsində isə narkotik vasitənin siqaretə doldurulmuş şəkli, narkotik vasitənin bükümdə olan foto şəkli, narkotik vasitə olan qurudulmuş marixuananın beş manatliq əskinasda olan şəkli müəyyən edilmiş və foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 154-160) İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 154-160). İşdə olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən verilmiş 6 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 144-145). İşdə olan şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 9). İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 98-103). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Nizami RPİnin maddi sübutların saxlama kamerasında saxlanılan 573,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - təqsirləndiriən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmiş təmiz çəkisi 574,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalıq çəkisi 573,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd Samsung markalı mobil telefon X3 yaxın qohumlarından birinə qaytarılsı İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1239/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1239/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver