Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1239/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X12 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçiləri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Şirvan Şəhər Məhkəməsinin 1(032)-05/2020 saylı, 27 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-354/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 4(057)- 55/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələri, xx xxxx 1993-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 4(057)-56/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələri, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləmiş, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 4(057)-57/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(057)-60/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-73/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 4(057)-60/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ləğv edilərək məhkəmə iclas zalından həbsə alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 dayısı oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 05 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladları Murad Əhmədovu qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, Anar Talibimin avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 bibisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 05 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladları Murad Əhmədovu qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, Anar Talibimin avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 05 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladı Murad Əhmədovu qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan razılaşdırılmadan ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, iyunun 5-də saat 18 radələrində o, cəzaçəkmə yerindən azadlığa çıxdıqda küçədə Ayazı və əvvəllər tanımadığı Anar adlı dostunun onu gözlədiklərini görmüşdür. Görüşüb hal-əhval tutduqdan sonra onlar Anarın idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişdir. Yaşadığı Salyan rayona qayıtmazdan əvvəl Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan oğlu Murad ilə görüşmək üçün Ayaz və Anardan xahiş etmiş ki, onu Lökbatan qəsəbəsinə aparsınlar. O bilirmiş ki, oğlu Murad həftənin 1-3-5-ci günləri idman məktəbində məşq edir, məşqi saat 18-də başlayır və saat 20-də bitir. Ona görə təxminən saat 19 radələrində onlar birlikdə Lökbatan qəsəbəsinə gəldikdə o, oğlu Murad ilə müəliminin yanında görüşmüşdür. Oğlundan ayrıldıqdan sonra keçmiş arvadı Aygünə zəng edib oğlu Murad ilə görüşdüyünü deyib Aygünlə də görüşmək üçün yanına gəlməsini istəmişdir. Aygün etiraz etməmiş və bir neçə dəqiqə sonra idman məktəbin yanına gəlmiş və onlar görüşmüşlər. Aygün ilə görüşməyinin səbəbi həbsxanada olduğu müddətdə Aygünün barəsində ona çatan yaxşı olmayan məlumatların nə qədər doğru olubolmadığını özündən soruşub öyrənmək olmuşdur. Ona görə Aygün ilə görüşdükdə təklif etmiş ki, birlikdə sakit yerdə əyləşib çay içib söhbət etsinlər. Aygün yenə etiraz etməmiş və onların avtomobilinə arxa oturacağına Ayazın yanında əyləşmişdir. O, Anara avtomobili yaxınlıqdakı Şıxov çimərliyinə sürməsini, orada dəniz kənarında çay içib söhbət etməsini demişdir. Onlar yola düşdükdə həbsdə olan zaman Aygünün haqqında ona pis söhbətlər çatdığını Aygünə deyib bu söhbətlərin nə qədər doğru olub-olamdığım izah etməsini istəmişdir. Lakin həmin vaxt Aygünün hərəkət edən avtomobilin qapısını açmaq istədiyini gördükdə o, əsəbləşib Aygünün qolundan yapışıb Aygünün sifət nahiyyəsinə bir-iki dəfə yumruq vurmuşdur. Sonra arxada oturan Ayaza demiş ki, “yerimizi dəyişək”. Onlar Ayaz ilə yerlərini dəyişdikdən sonra o, arxaya keçib Aygünün yanında əyləşmişdir. Yol boyu o, dəfələrlə Aygünə verdiyi suallara cavab ala bilmədiyini, Aygünün isə bir neçə dəfə sürücüdən avtomaşını saxlamağı tələb etməsini gördükdə o da əsəbləşib Aygünün başına və sifətinə bir neçə dəfə yumruq zərbələri vurub Aygünü döymüşdür. Salyan rayonu ərazisində Şirvan kanalını keçdikdən sonra başı siqaret yandırmağa qarışdıqda Aygün qəfildən öz tərəfindən avtomaşının qapı pəncərə şüşəsini endirib özünü pəncərədən bayıra atmışdır. Bunu gördükdə o, əl atıb Aygünün paltarından yapışıb böyük sürətlə hərəkət edən avtomobilin pəncərəsindən yıxılmamasına imkan verməmişdir. Anar cəld tormozu basıb avtomaşını saxladıqda Aygün əlindən çıxıb geriyə doğru Bakı şəhəri istiqamətində qaçmağa başlamışdır. O, Anar və Ayaza demişdir ki, avtomaşını arxaya doğru sürsünlər və özü avtomaşından düşüb Aygünün arxasınca qaçmışdır. Bir neçə metrdən sonra Aygünə çatıb saçından yapışıb Aygünü döyməyə başlamışdır. Həmin vaxt yanından keçən qırmızı rəngli avtomobil tormozlarını basıb dayanmaq istədikdə o, sürücüyə əli ilə yoluna davam etmək işarəsi vermiş və həmin avtomobil dayanmadan sürüb getmişdir. Anar və Ayaz avtomobili arxaya sürüb yanlarına gəldikdə o, Aygünü sürüyüb avtomaşının arxa oturacağına atmış, oradan isə döşəmə üzərinə ayaqlarının altına yıxmışdır. Aygün ona müqavimət göstərib qalxmaq istəyəndə isə daha bir neçə dəfə yumruq və təpiklə vurmuşdur. Onlar yollarına davam edib Kürsəngi kəndi ərazisindəki DYP postunu keçən vaxt o, Aygünü yenidən ayağının altına basmış ki, postan keçən vaxt polis əməkdaşları heç nə görməsinlər. Onlar DYP postunu keçərkən o görmüşdür ki, bir az əvvəl yol kənarında o, Aygünü döyən zaman onları görüb saxlamaq istəyən qırımızı rəngli “Vaz-2107” markalı avtomobilin sürücüsü ilə yol polisi əməkdaşı söhbət edirlər. Başa düşmüşdür ki, sürücü gördüyü hadisə barədə polisə məlumat verir və polislər onları saxlayacaqlar. Ona görə Anara tapşırmışdır ki, polis saxla işarəsi versə də, saxlamasın, yoluna davam edib postu keçən kimi sağa dönüb Kürsəngi kəndi istiqamətində sürsün. Anar da onun dediyi kimi edib avtomobili saxlamadan idarə etməyə davam etmiş, lakin onlar Kürsəngi kəndinə gedən yola çıxdıqda arxadan yol polisi avtomobilinin gəldiyini, sirena və işıqlarla onlara saxla əmri verdiyini görmüşlər. O, Anara demiş ki, “narahat olma, sürəti artırıb sürməyə davam et, kənd yoluna girdikdə yol polisi bizim arxamızca gəlməyəcək”. Anar da onun dediyini edib avtomobilin sürətini artırmış, lakin arxadan gələn polis əməkdaşları onları təqib etməyə davam etmişlər. Onlar İİ Varlı kəndi istiqmətində gedərkən asfalt yol qurtarmış və onlar çöllük əraziyə çatanda onların avtomobili qabaq təkərləri çalaya düşdükdə polislər onların avtomaşınını saxlatdıra bilmişlər. Polis əməkdaşları onları avtomaşından yerə düşürüb hamısını rayon polis şöbəsinə gətirmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Aygünə heç bir xəsarət yetirməmişlər. Zərər çəkmiş şəxsin üzü qana bulaşdığından onlar yolda maşını saxlamışlar ki, sonuncu üzünü yusun, bu vaxt Aygünün onların əlindən qaçması üçün fürsəti olmuşdur. Sonuncunun Salyan rayonuna aparmaqda məqsədi o olmuşdur ki, Aygünün üzündəki xəsarət izləri onlar Bakı şəhərinə qayıdanadək sağalmış olsun. Həmçinin onun bu əməli törədərkən Aygünü oğurlamaq niyyəti də olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur, 2023-cü il iyunun 5-də sonuncu cəzaçəkmə müəssisəsindən azad edilməli olduğundan saat 18 radələrində o, dostu Anar ilə birlikdə Anarın avtomobilində Şamonu qarşılamağa getmişlər. Şamo həbsxanadan çıxıb onlarla görüşdükdə o, Şamonu Anar ilə tanış etmişdir. Onlar Salyan rayonuna yola düşdükdə Şamo demiş ki, əvvəlcə Lökbatan qəsəbəsində yaşayan azyaşlı oğlu Murad ilə görüşmək istəyir. Buna görə onlar Şamonun oğlu Muradın məşq etdiyi Lökbatan qəsəbəsindəki idman məktəbinin qarşısına gəlmişlər. Şamo oğlu Murad ilə görüşdükdən sonra Aygünə zəng edib idman məktəbin yanında olduğunu deyib Aygünü yanına dəvət etmişdir. Bir azdan Aygün onların olduğu yerə gəlmiş və Şamo Aygünə təklif etmiş ki, onlarla birlikdə çay içib söhbət etsin. Aygün Şamonun dəvəti ilə onların avtomaşına oturmuş və arxa oturacaqda onun yanında əyləşmişdir. Yola düşdükdən sonra Şamo Aygünü vurmuş və Anardan onları birbaşa Salyan rayonuna yaşadığı kəndə aparmağını istəmişdir. Yolda Aygün bir neçə dəfə sürücüdən avtomaşını saxlamağı istəsə də, Şamo buna imkan verməmiş və yoluna davam etmişdi. Yolda o və Şamo oturduqları yerləri dəyişmiş, o, qabaq sərnişin yerinə keçmiş, Şamo isə Aygünün yanında əyləşmişdir. Aygünün üzü qana bulandığından onlar maşını saxlamışlar ki, Aygünə su versinlər, sonuncu əlini üzünü yusun. Bu zaman Aygün qaçmağa cəhd etmiş və Bakı istiqamətində qaçarkən yoldan keçən maşınlara əl etmişdir. Həmin vaxt qırmızı rəngli “VAZ 2107” markalı avtomobil saxlamaq istəmiş, lakin Şamo buna icazə verməmişdir. Daha sonra Şamo Aygünü maşına mindirmiş və onlar yollarına davam etmişlər. Həmin qırmızı rəngli VAZ 2107 markalı avtomobil polis əməkdaşlarına hadisəni xəbər verdiyindən, polis əməkdaşları da onların avtomobillərini izlədiklərini başlamışdır. Şamo Anara maşını saxlamamağı və sürməyi bildirmişdir. Anar polis əməkdaşlarının saxla əmrinə tabe olmamış və maşını sürməyə davam etmişdir. İİ Varlı kəndi istiqmətində gedərkən asfalt yol qurtarmış və çöllük əraziyə çatanda polislər avtomaşını saxlatdıra bilmişlər. Polis əməkdaşları onları avtomaşından yerə düşürüb rayon polis şöbəsinə gətirmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərər çəkmiş şəxsin saçından dartmamışdır, ona görə ki, Şamo sonuncunu vurarkən Aygünü dartıb kömək edə bilsin. Onun tərəfindən Aygünə qarşı heç bir zorakılıq hərəkəti icra edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir tanıyır, həmyerli kimi aralarında dost münasibətləri vardır, aralarında ədavət və ziddiyyət olmamış, hazırda da yoxdur. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, ilk dəfə 05 iyun 2023-cü il tarixdə həmin şəxsləri Ayazın vasitəsilə görüb tanımışdır. Həmin gün saat 16 radələrində evdə olduğu zaman Ayaz ona zəng edib bibisi oğlu Şamonun bir-iki saatdan sonra həbsxanadan buraxılacağını deyib birlikdə gedib Şamonu qarşılamağını xahiş etmişdir. O, etiraz etməmiş və təxminən saat 18 radələrində Ayaz ilə birlikdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakı şəhəri, Dəməgül qəsəbəsindəki 11 saylı cəzaçəkmə müəssisəsinin qarşısına gəlmişlər. Şamo həbsxanadan çıxdıqda onlar görüşmüşlər və Ayaz onları Şamo ilə tanış etmişdir. Onun avtomaşınına əyləşdikdə Şamo əvvəlcə oğlu ilə görüşmək üçün Lökbatan qəsəbəsinə getmək istədiyini demişdir. O, Ayaz və Şamo onun avtomobili ilə Lökbatan qəsəbəsinə gəlmişlər və Şamonun yolunu göstərdiyi idman məktəbinin yanına gəlmişlər. Burada Şamo gözləməklərini deyib avtomaşından düşüb idman məktəbinə getmiş və təxminən 10-15 dəqiqədən sonra geri qayıtmışdır. Şamo avtomobilə əyləşib kiməsə mobil telefonla zəng edib idman məktəbin yanında olduğunu demiş, lakin kiminlə danışdığını o bilməmişdir. Bir azdan onların olduğu yerdə sonradan adı və Şamonun keçmiş arvadı olduğu ona məlum olan Aygün adlı qadın gəlmişdir. Aygün ilə Şamo salamlaşdıqdan sonra qadın onun avtomaşınının arxa oturacağında Ayazın yanında, Şamo isə qabaq sərnişin yerində əyləşmişdir. O, avtomaşını hərəkətə gətirib yola düşmüşlər. Şamo və Aygün öz aralarında söhbət etməyə başlamışlar, lakin o, Şamo ilə Aygün nə haqqında danışdıqlarına fikir verməmişdir. Öz aralarında söhbət edərkən arabir Şamo ilə Aygün arasında mübahisələr də olurmuş, lakin o, Şamogili əvvəllər tanımadığından gedən söhbətdən və mübahisədən heç nə başa düşə bilməmişdir. Onlar Lökbatan qəsəbəsindən çıxdıqda Şamo əsəbi halda ona demiş ki, avtomaşını birbaşa Salyan rayonuna sürsün. O, avtomobili Lökbatan dairəsindən döndərib Salyan rayonu istiqamətində sürməyə başlamışdır. Yolda gedə-gedə Şamo ilə Ayaz öz yerlərini dəyişmişlər və Şamo arxa oturacağa keçib Aygünün yanında əyləşmişdir. Şamo ilə Aygünün arasındakı mübahisə getdikcə qızışırmış və Aygün bir neçə dəfə avtomaşını saxlamağını istəsə də, hər dəfə Şamo Aygünün sözünü kəsib sərt şəkildə ona “saxlama, sür” deyə tapşırmışdır. Müəyyən qədər yol getdikdən sonra Şamo demişdir ki, maşını saxlasın ki, Aygünə üçünü yumaq üçün su versin. O, maşını saxlamış və Aygünə üçünü yumaq üçün su vermişdir. Bu zaman onları həmin yoldan avtomobil ilə keçən başqa bir sürücü görmüşdür, daha sonra onlar yenə yollarına davam etmişlər. Şamo tapşırmış ki, avrtomobili İİ Varlı kəndinə sürsün. O, avtomaşını hərəkətə gətirib irəliyə doğru sürməyə başlamışdır. Ələt-Astara avtomobil yolundakı DYP postunu keçən zaman burada 2-3 nəfər polis əməkdaşının olduğunu görmüş, lakin polis əməkdaşlarından heç biri ona “saxla” işarəsi verməmişdir. O, Kürsəngi kəndinə gedən yola döndükdən sonra arxalarınca YPX avtomobilinin gəldiyini güzgüdən görmüşdür. Polis avtomobili səs siqnalı verib avtomobili saxlamağını tələb etsə də, Şamo ondan dayanmamağı, avtomobili sürməyə davam etməyi tələb etmişdir. O da qorxusundan Şamonun dediyi kimi edib avtomobili saxlamamışdır. Şamo demiş ki, yol polisləri bir qədər arxalarınca gəlib sonra dayanacaqlar, lakin belə olmamış, polis əməkdaşları onların arxalarınca gəlməyə davam edirmişlər. Şamo sürəti artırmağı tələb etdikdə o, Şamonun dediyi kimi edib avtomobilin hərəkət sürətini artırmışdır. İdarə etdiyi avtomobili kanala salmışdır ki, polislər onlara çata bilsin, bu zaman arxadan gələn polis əməkdaşları onlara çatmış, onları avtomaşından endirib daha sonra onların hamısını rayon polis şöbəsinə gətirmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, X17 qəsəbəsində və daha sonra da yolda olduqları zaman vurmuş, o, hadisəyə müdaxilə etmək istəmiş, Şamo ona demişdir ki bu ailə məsələsidir və o, buna qarışmamalıdır. Aygün Salyan rayonuna getməyə etiraz etməmişdir. Sonuncu yolda cəmi bir dəfə ondan maşını saxlamasını, Salyan rayonuna getmək istəmədiyini bildirmişdir. Maşını saxlayan zaman Aygün qaçmağa cəhd göstərməmişdir. Əgər DYP postunda polis əməkdaşları onların avtomobillərini saxlasaydı, o, özü də maşından düşüb qaçacaqdı. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü və 144.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-cı İldə Salyan rayonu 2-ci Varlı kənd sakini Təqsirləndirilən şəxs1 ilə ailə qurmuş, birgə nikahdan 2010-cü il təvəllüdlü X13 adlı bir övladı vardır. Ailə qurduqdan sonra Şamo ilə birlikdə bir müddət Şirvan şəhərində onun valideynlərinin evində yaşamışlar. 2019-cu ildə Şamo onun anasının evinə basqın edib soyğunçuluq cinayətini törətdiyinə görə Şirvan şəhər polis şöbəsi tərəfindən tutulmuş və Şirvan şəhər məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Şamo məhkum olunduqdan sonra 2022-ci ildə onlar məhkəmə yolu ilə boşanmışlar və həmin vaxtdan sonra o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki qaçqınlar yataqxanasında azyaşlı oğlu Murad və qardaşı Zaur ilə birlikdə yaşamağa başlamışdır. O, Şamodan ayrıldıqdan sonra bir daha heç bir əlaqə saxlamamışlar. Oğlu Murad həftənin 1-3-5-cü günləri Lökbatan qəsəbəsindəki idman məktəbində qaydasız döyüş üzrə məşqə gedir, axşam saat 18-də məşqi başlayır, saat 20də isə məşqi başa çatır və o, oğlunu qarşılayıb birlikdə evə gedirlər. 2023-cü il iyunun 5-də saat 19:45 dəqiqədə oğlu Muradı qarşılamaq üçün məşq etdiyi məktəbə gedərkən istifadəsində olan ***-***-**-** nömrəli telefona tanımadığı və hazırda xatırlamadığı nömrədən zəng gəlmişdir. Zəngə cavab verdikdə xəttin o biri başında keçmiş əri Şamonun olduğunu bilmişdir. Şamo ona demiş ki, oğlu Muradı məktəbdən götürüb bacısı Günelin yanına aparıb və əgər oğlunu görmək istəyirənsə məktəbin qarşısında Şamo ilə görüşməlidir. O, qaçaraq oğlunun məşq etdiyi məktəbin qarşısına gəlmiş və məktəbin qarşısında ağ rəngli “Toyota Corolla” markalı avtomobilə **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən avtomobilin qabaq sərnişin yerində oturmuş, Şamo onu səsləyib onunla söhbət etmək üçün avtomaşına əyləşməyini istəmişdir. O, oğlu Muradın harada olduğunu soruşub oğlunu görmədən avtomobilə əyləşməyəcəyini dedikdə, Şamo əsəbi halda oğlunu məktəbdən qaçırdığını, hazırda Muradın bibisi Günelgildə olduğunu, oğlunu sağ-salamat görmək istəyirənsə avtomaşına oturmağını tələb etmişdir. O, Şamonun bu cür hədəsindən qorxub demiş ki, “nə istəsə edəcəm, təki uşağımla işi olmasın”, bundan sonra avtomaşının arxa qapısını açıb arxa oturacağa oturmuş və görmüş ki, arxa oturacaqda Şamonun dayısı oğlu Ayaz oturmuşdur. O, avtomaşına əyləşən kimi Anar avtomaşını hərəkətə gətirib sürməyə başlamışdır. Sürücünün avtomobili hərəkətə gətirməyindən narahat olub hara gedəcəklərini soruşduqda Şamo əsəbi halda cavab vermiş ki, “narahat olma, hara gedəcəyimizi çatanda görəcəksən”. Sonra Şamo evində pul və qızıl olub-olmadığını soruşmuşdur. O, Şamoya cavab vermiş ki, “heç bir qızılım və pulum yoxdur, nə olubsa da hamısını anamın evindən oğurlamısan, inanmırsan gedək evə baxaq”. Bunu dedikdə düşünmüşdür ki, Şamo onunla birlikdə evə qalxmaq istəsə o, səs-küy salıb qonşuları köməyə çağırar. Lakin Şamo onun qaldığı evə getmək istəməmiş, üstündə pul olub-olmadığını soruşduqda o, cəmi 15 manatı olduğunu deyib öz mobil telefonunun çexolunda saxladığı 15 manatı çıxardıb Şamoya uzatmış, lakin Şamo pulu götürməyib üstünə atmışdır. O, daha da qorxmağa başlamış və qarşıdakı 10-cu polis bölməsinin yanından keçərkən qapını açıb özünü küçəyə atmaq məqsədilə əl atıb öz tərəfindəki qapını açmaq istədikdə yanında oturan Ayaz arxadan boynundan və saçlarından yapışıb var gücü ilə başını aşağı əyməyə başlamışdır. O, qışqırıb müqavimət göstərməyə başlamış, düşünmüş ki, polis bölməsinin qarşısından keçərkən səsini eşidən olan, lakin həmin vaxt qabağda oturanlardan kimsə radionun səsini yüksəltmiş ki, onun qışqırmağını küçədə eşidən olmasın. O, Ayazın əlindən çıxmaq üçün müqavimət göstərməyə davam edirmiş, başını zorla aşağı əyildiyindən nəfəs almağa çətinlik çəkirmiş, boğulurmuş, lakin Ayaz onu buraxmamış, saçından yapışıb boynundan aşağıya doğru basırmış. Ayaz ona güc gələ bilmədiyini görüb saçından yapışıb başını yuxarı qaldırmış və bu vaxt qabağ sərnişin yerində oturan Şamo geriyə doğru dönüb onun sifət nahiyəsinə ardıcıl olaraq 2-3 dəfə yumruq zərbəsi vurmuşdur. O, Şamonun sifətinə vurduğu zərbələrdən yayına bilməmiş, çünki Ayaz saçından yapışıb başını sağa-sola qaçırtmağa imkan verməmişdir. Şamonun vurduğu yumruq zərbələrindən sonra burnundan və ağzından qan açılmış, buna baxmayaraq o, qışqırıb köməyə çağırıb müqavimət göstərmişdir. Eyni zamanda Şamo da qabaq oturacaqdan arxaya doğru əyilib ardıcıl olaraq başına yumruq və şillə vurmuşdur. Şamo və Ayaz hər ikisi avtomaşının salonunda onu döydükləri zaman sürücü Anar heç nəyə müdaxilə etmədən avtomaşını idarə etmişdir. Həmin vaxt o, gözünün kənarı ilə görə bilmiş ki, artıq onlar Ələt-Astara magistral avtomobil yolundadırlar. Şamo qabaq oturacaqdan arxaya oturacağa keçmiş və Ayaz onu Şamoya təhvil verib qabaq oturacağa keçmişdir. Şamo yanına keçdikdən sonra onu daha şiddətlə döyməyə başlamış, sifəti, paltarı qan içində olmuş, ağzından və burnundan qan gəlməyi dayanmamışdır. O, qana bulaşmış əllərini avtomobilin arxa sağ-sol qapı pəncərələrinə sürtürmüş ki, bəlkə küçə tərəfdən kimsə qanlı pəncərələri görüb polisə xəbər verər. Bunu görüb başa düşən sürücü Anar arxaya əski parçası uzadıb Şamoya demiş ki, pəncərə şüşələrindən qan ləkələrini silsin. Şamo sürücü Anarın uzatdığı əski parçasını alıb arxa qapı şüşələrində olan qan izlərini silməyə başlamışdır. Şamo bir əli ilə şüşələri silir, digər əli ilə isə onu tutub başını aşağı əymişdir. Onun ağzından və burnundan axan qanın dayanmadığını, ağzındakı qan laxtasından öskürüb boğulduğunu görən Şamo öz əynindəki maykasını çıxardıb dürmələyİb onun ağzına tıxamışdır. Şamo avtomobilin salonunda onu döşəməyə uzadıb döyən vaxt o, bir neçə dəfə sol qolunu sürücü oturacağı ilə sürücü qapısının arasından irəliyə doğru uzadıb pəncərə şüşəsinin düyməsini basmağa və yaxud sürücü qapısını açmağa cəhd etsə də, hər dəfə sürücü bunu hiss edib əlini geri itələyib Şamoya demiş ki, ona nəzarət etsin. Şamo onu arxa oturcaqda döyən zaman Ayaz qabaq sərnişin yerində oturub deyib gülürmüş, radionun səsini qaldırıb ucadan mahnılara qulaq asmışdır. Bir neçə dəfə Ayaz arxaya dönüb Şamoya demişdir ki, onu birdəfəlik vurub uydursun ki, səsi çıxmasın. O, imkan tapıb bir neçə dəfə Şamodan onu hara apardıqlarını soruşduqda Şamo onu döyə-döyə cavab vermişdir ki, aparıb onu çöllükdə öldürüb dərəyə tullayacaq, heç kim bunu bilməyəcək və heç kim onu axtarmayacaq, uşağılarını da bacısı saxlayacaq. O, pəncərədən küçəyə baxdıqda artıq Salyan rayonun Xıdırlı kəndini keçdiklərini görə bilmiş və qarşıda yol polisin postunun olduğunu bilmişdir. Ona görə üzünü sürücü Anara tutub qarşıda yol polisi postunun olduğunu, burada avtomobili saxlamağını xahiş etmiş, Şamo və Ayazın onu öldürəcəkləri təqdirdə cinayət məsuliyyəti daşıdığını demişdir. Həmin vaxt Anar cavab vermiş ki, bu məsələ Şamo ilə onun ailə məsələsidir, Anara heç bir aidiyyəti yoxdur, onu taksi kimi tutublar, yol haqqını 70 manata danışıblar, onun işi bizi lazım olan yerə çatdırıb düşürüb özü geri qayıtmaqdır. Lökbatan qəsəbəsindən Salyan rayonuna gələnədək əvvəlcə bir neçə dəfə Ayaz, daha sonra Şamo dayanmadan onun başına, sifətinə və bədəninə yumruqla vurub onu döymüşlər, artıq müqavimət göstərməyə halı qalmamışdır. Şamo onu döyəndə o, sürücü Anardan su istəmişdir. Həmin vaxt Anar su butulkasını açıb üzərinə soyuq su tökmüşdür və Anarın bu hərəkəti ona çox pis təsir etmişdir. Avtomobilin pəncərə şüşələri daim bağlı olduğundan havası çatmamış, boğulmağa başlamış və yalvarıb Şamodan xahiş etmiş ki, bir qədər pəncərə şüşəsini aşağı endirsin ki, salona təmiz hava gəlsin nəfəs ala bilsin. Şamo razılaşıb onu sakit buraxıb demiş ki, özü də siqaret çəkmək istəyir və siqaret çəkəcəyi müddətdə pəncərə şüşəsini bir az aşağı endirəcək. Bundan sonra Şamo öz tərəfindən və onun tərəfindən qapı şüşələrini bir qədər aşağı endirib Ayazdan siqaret alıb alışqan axtarmağa başlamışdır. Şamonun alışqan axtarmağa başı qarışdığını gördükdə o, öz tərəfindəki qapının yarı açıq pəncərə şüşəsini var gücü ilə hər iki əlləri ilə aşağıya doğru basmış və pəncərə şüşəsinin tam açıldığını görüb sonunu düşünmədən cəld özünü pəncərədən küçəyə atmışdır. Asfalt yolun ortasına düşdükdən sonra cəld ayağa qalxıb yolun ortası ilə geriyə doğru qaçmağa başlamışdır. Həmin vaxt Salyan şəhəri istiqamətində bir xarici markalı və bir “VAZ-2107” markalı avtomobillərin gəldiyini görüb özünü həmin avtomobillərin qarşısına atıb saxlayıb ona kömək etmələri üçün onlara qışqırıb əlləri İlə işarələr etmiş, lakin avtomobillərin heç biri saxlamamış, yanından ötüb keçmişlər. O, geriyə çevrilib baxdıqda isə Şamo və Ayazın qaçaraq onun istiqamətdə gəldiklərini, Anarın isə avtomobili geriyə doğru onun istiqamətində sürdüyünü görüb yenidən Bakı şəhəri istiqamətində axsayaraq qaçmağa başlamışdır. Bir neçə metr qaçsa da, Şamo və Ayaz arxadan ona çatmışlar və Şamo yumruqla vurub onu yolun kənarındakı dərəyə yıxmışdır. Sonra Şamo yanına gəlib burada onu təpiklə döyməyə başlamış, həmin vaxt Ayaz gəlib həmin yerə çatmış Anarın avtomobilinin yanında dayanmışdır. Onu döyməkdən yorulan Şamo saçlarından yapışıb onu yerə uzadaraq qışqırıb Ayaza demiş ki, yolda avtomobil olmayanda xəbər etsin. Bir azdan Ayaz yolun boş olduğunu deyib qaçaraq yanlarına gəlmiş, Şamo saçlarından, Ayaz isə ayaqlarından yapışıb onu yerdən qaldırıb yola tərəf aparmışlar. Avtomobildən düşən Anar arxa sağ qapını açdıqda Şamo və Ayaz onu avtomobilin arxa oturacağına atıb qapını bağlamışlar və həmin vaxt onun sağ ayağı qapı arasında qalıb əzilmişdir. O, ağrıdan qışqırdıqda Şamo qapını açıb arxa oturacağa yanında oturub qapını örtmüşdür. Ayaz və Anar öz yerlərinə əyləşdikdən sonra yenidən yola düşmüşlər. Şamo yenidən saçlarından yapışıb yumruqla başına vura-vura onu oturacaqdan sürüşdürüb avtomobilin döşəməsinə uzatmış, ayaqlarını qaldırıb başına və belinə qoyaraq dayanmadan onu təpikləməyə başlamışdır. Həmin vaxt Ayaz demiş ki, qarşıda yol polisi postu var. Bunu eşidən Şamo sürücü Anara tapşırmış ki, əgər polis “saxla” işarəsi versə avtomaşını saxlamasın, postu keçib sağa çölləmə yola dönsün. O, avtomobilin döşəməsində uzanıqlı vəziyyətdə olsa da, polis fitin çalındığını eşidə bilmiş, lakin həm Şamo, həm Ayaz sürücü Anara tapşırmışlar ki, avtomaşını saxlamasın, qazı basıb sürsün, polis arxalarınca gəlməyəcək. Anar belə də etmiş, postda avtomaşını saxlamamış, sürməyə davam etmiş və sonra o, hiss etmiş ki, onlar əsas yoldan dönüb torpaq yola çıxmışlar. Bir neçə saniyədən sonra eşitmiş ki, arxadan yol polisi avtomobilinin sirenası və saxla komandası gəlir və həmin vaxt başa düşmüş və sevinmiş ki, artıq Şamo və Ayaz onu öldürə bilməyəcəklər. Buna baxmayaraq Şamo və Ayazın tapşırığı ilə sürücü Anar avtomobili yüksək sürətlə sürməyə davam etmişdir. Nəhayət polis əməkdaşları onların avtomobilini saxlatdıra bilmiş və onu Şamonun ayağının altından çəkib çıxatmışlar. Daha sonra onları Salyan rayon polis şöbəsinə gətirmişlər və o şikayət ərizəsi yazmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı hirsli olduğundan təqsirləndirilən şəxslərə qarşı vermiş olduğu ifadələrin bəzi yalnışlıqlara yol vermişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində o, avtomobilinin pəncərəsindən özünü çölə atdıqdan sonra Şamo və Ayazın onu avtomobilə döyərək mindirdiyini bildirsə də, əslində bu zaman sonuncular onu döyməmişdir. Bundan başqa o, avtomobilə minən kimi Təqsirləndirilən şəxs3 dərhal avtomobilin qapılarını kilidlədiyini bildirsə, əslində bu avtomatik olaraq baş vermişdir. Həmçinin sonuncu tərəfindən ona xəsarət yetirilməmişdir. Digər Təqsirləndirilən şəxs2 saçından tutmuş, ona qarşı başqa heç bir zorakılıq hərəkəti icra etməmişdir. Sonda təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayının Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən 728-saylı DYPX-i postunun inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü İl iyunun 5də iş yoldaşı, YPX-in inspektoru polis serjantı Şahid1 ilə birlikdə həmin 728-saylı DYPX-i postunda xidmət aparmışlar. Həmin gün təxminən saat 20:00 radələrində postda xidmətdə olarkən dövlət qeydiyyat nişan nömrəsini hazırda xatırlamadığı, tünd qırmızı rəngli Vaz- 2107 markalı avtomobil onların yanında dayandıqda sürücü avtomobilin sükanı arxasından düşmədən onlara məlumat verib onun arxasınca onların olduqları istiqamətdə hərəkətdə olan ağ rəngli “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər kişi sərnişinin həmin avtomobildə olan 1 nəfər qadın sərnişini döydükləri barədə məlumat verib öz yoluna davam etmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra Ələt- Astara magistral avtomobil yolu ilə Astara rayonu istiqamətində hərəkətdə olan ağ rəngli “Toyota Corolla” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların olduqları posta yaxınlaşdığını görmüşlər. Əmrah hərəkətdə olan həmin avtomobilin qarşısına yeriyib sürücüyə fit və əlindəki jezl ilə “saxla” işarəsi verdikdə avtomobilin sürücüsü onun göstərişinə əhəmiyyət verməyib tabesizlik göstərib avtomobilin surətini bir qədər artıraq yanından ötüb keçmişdir. Bundan dərhal sonra onlar ona təhkim olunmuş **- YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə əyləşib həmin avtomobili təqib etməyə başlamışlar. “Toyota Corolla” markalı avtomobil DYPX-i postunun yaxınlığındakı yol qovşağına daxil olub magistral avtomobil yolundan sağ tərəfə dönüb Salyan rayonu Kürsəngi kəndi istiqamətində hərəkətini davam etdirdiyindən o da idarə etdiyi avtomobili həmin istiqamətdə hərəkət etdirmişdir. Onlar xidməti avtomobilin sayrışan işıqlarından və səsgücləndiricidən istifadə etməklə təqib etdikləri avtomobilin sürücüsündən təkrar-təkrar avtomobili saxlamağı tələb etsələr də, sürücü onların göstərişlərə əhəmiyyət verməyib avtomobilin hərəkətini davam etdirmişdir, bəzən isə avtomobilin hərəkət surətini artırıb onlardan uzaqlaşmağa çalışmışdır. Buna baxmayaraq onlar həmin “Toyota Corolla” markalı avtomobili təqib etməyə davam etmişlər və nəhayət Salyan rayonu, 2-ci Varlı kəndi ərazisindəki çöllük sahədə həmin avtomobili saxlatdıra bilmişlər və həmin vaxt radiostansiya vasitəsi ilə köməyə əlavə qüvvə çağırmışlar. O və Əmrah “Toyota Corolla” markalı avtomobilə yaxınlaşıb əvvəlcə sürücünü sükan arxasından, daha sonra qabaq sərnişin yerində olan sərnişini avtomobildən düşürmüşlər. Daha sonra avtomobilin arxa qapısını açdıqda arxa oturacaqda oturmuş bir nəfər kişini, həmin kişinin ayaqları altında döşəmədə 1 nəfər qadının qıvrılıb uzanıqlı vəziyyətdə olduğunu, onları gördükdə isə bağırıb imdad istədiyini görmüşlər. Onlar dərhal arxa oturacaqda olan kişi sərnişini avtomobildən düşürmüş, daha sonra avtomobilin döşəməsində bükülü vəziyyətdə qalmış qadına kömək etməyə başlamışlar. Həmin qadının bütün sifəti və əynindəki paltarları xeyli qan ləkələrinə bulaşmışdır, qadının sifəti və gözləri ağlamaqdan şişmişdir. Həmin vaxt qadın danışmış ki, arxa oturacaqda oturmuş Təqsirləndirilən şəxs1 onun keçmiş əridir, həmin gün türmədən çıxmışdır, Lökbatan qəsəbəsində həmin qadını aldadıb azyaşlı oğlunu qaçırdığını deyib zorla həmin avtomobilə əyləşdirib yol boyunca döyərək Salyan rayonuna öldürməyə apardığını demişdir, bu işdə Şamoya qabaq sərnişin yerində oturmuş qohumu Ayaz yaxından kömək etmişdir, sürücü isə yol boyu qadının yalvarışlarına baxmayaraq idarə etdiyi avtomobili saxlamamışdır. Yanlarında kömək üçün əlavə polis əməkdaşları gəldikdən sonra onlar avtomobilin sürücü və sərnişinlərinin şəxsiyyətlərini müəyyən etmişlər və məlum olmuş ki, avtomobilin sürücüsü Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 Məhərərm oğludur, sərnişinlər isə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs, Salyan rayonu 2-ci Varlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra həmin şəxslər və “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil onlar tərəfindən Salyan rayon polis şöbəsinə gətirilmiş və baş vermiş hadisə barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, sürücü idarə etdiyi avtomobili kanala doğru bilərək sürmüşdür. Sürücü DYP postunu normal sürətlə keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayının Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən 728-saylı DYPX-i postunun inspektoru, polis serjantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, sürücü idarə etdiyi avtomobili kanala doğru bilərək sürmüşdür. Saxlanılan zaman təqsirləndirilən şəxslər onlara tabesizlik göstərməmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 avtomobili yol boyu saxlamaq istəmiş, lakin o, barmağını Təqsirləndirilən şəxs3 böyrək nahiyəsindən dirəyərək avtomobili saxlayarsa əgər böyrəyini deşər. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs3 bir neçə dəfə yolda ona kömək etmək istəmiş, lakin Təqsirləndirilən şəxs1 imkan verməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli 232 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərburun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun orta 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 05 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-lifli ekspertizasının 08 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/3720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və həmçinin “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası və əski parçasının səthlərinin üzərində kənar lif mikrihissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-1İ cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli (topa şəkilli lif mikrohissəcikləri (ehtimal etmək olarki kəsilərək və ya didilərək ayrılmış )) poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın və köynəyin üzərindən aşkar edilmiş qara rəngli (topa şəkilli lif mikrohissəcikləri (ehtimal etmək olarki kəsilərək və ya didilərək ayrılmış )) poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın və köynəyin üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləti cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının və həmçinin “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası və əski parçasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilİyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin materiallarının təhlili və aparılmış psixioloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs3 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamnətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəməpsixioloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixioloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamnətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2274 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilİyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilİyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixioloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixioloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin 1(032)-05/2020 saylı, 27 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dindirilmə protokollarındakı imzalarının saxtalaşdırılması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğurlamaq niyyətinin olmaması barədə ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq materiallarında olan ifadələri özünün imzalamadığını bildirsə də, məhkəmə istintaq zamanı da ibtidai istintaq zamanı vermiş olduğu ifadələrlə anoloji məzmunlu ifadələr vermiş, həmin ifadələrdəki xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə də həmçinin sonuncunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni sübut qismində qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğurlamaq niyyətinin olmamasını bildirsə də, işin faktiki hallarından, zərər çəkmiş şəxsin və digər təqsirləndirilən şəxslərin ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə, oğurlamaq niyyət ilə qaçırmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təzyiqə məruz qalması, tərəfindən zərər çəkmiş şəxsə qarşı heç bir zorakılıq hərkətinin icra edilməməsi ilə bağlı Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs1 təzyiqi altına avtomobili idarə etməsi, polis əməkdaşları onlara çata bilsin deyə idarə etdiyi avtomobili kanala salması, beləcə də, cinayətdən könüllü imtina etməkdə ifadə olunan hərəkətlər etməsi barədə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsində təsbit edilmiş adam oğurluğu cinayəti formal tərkibli cinayətdir, yəni hər hansı bir nəticənin baş verib-verməməsindən asılı olmayaraq, həmin maddənin dispozisiyasında obyektiv cəhətin əsas əlaməti olan hərəkətin edildiyi andan cinayət başa çatmış hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmişin ifadəsi, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü, Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mənfi xarakterizə olunmayan şəxsiyyətlərini, Təqsirləndirilən şəxs3 birlikdə yaşadığı ailə üzvləri, anasının və qardaşının ikinci dərəcəli əlil olmasını, təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri olan anası X5 və qardaşı X7 ilə birlikdə ünvan 5 ünvanında yaşadığı müddətdə barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 anası X2 ayağı Şarp üsulu ilə amputasiya olunub, sonuncuya ağır formalı insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulub, ikinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı X18 sol ayağı Şarp üsulu ilə amputasiya olunub, sonuncuya ağır formalı insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulub, ikinci dərəcəli müddətsiz əlildir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 09 mart 2024cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-354/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Şirvan Şəhər Məhkəməsinin hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 06 aprel 2023-cü il təvəllüdlü X9 adlı bir nəfər azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmamasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 15 mart 2015-ci il təvəllüdlü X10, 05 oktyabr 2020-ci il təvəllüdlü X14 və 04 dekabr 2022-ci il təvəllüdlü X11 adlı üç azyaşlı uşağı var. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə ona istinad edilən cinayət əməllərini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 144.2.3-ci və 144.2.4-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-354/2023 saylı, 05 iyun 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin müvafiq olaraq 1(005)-610/2023 saylı, 4(057)-55/2023 saylı və 4(057)- 56/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs306 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 4(057)-57/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(057)-60/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-73/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 4(057)-60/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ləğv edilərək məhkəmə iclas zalından həbsə alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət və Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci müştərək tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi3 və Müdafiəçi4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-354/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Şirvan Şəhər Məhkəməsinin 1(032)-05/2020 saylı, 27 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraatı zamanı ev dustaqlığında saxlanıldığı müddət, məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci müştərək tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1239/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1239/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver