Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1239/2025 12.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X16 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-1 maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,592 qram çəkidə psixotrop maddə metamletamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 dekabr 2024-cü il tarixdə saat 20:30-da ünvan 3 ünvanda yerləşən «28 Mall»ticarət mərkəzində saxlanılaraq 22-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,592 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-1 maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o,16 dekabr 2024-cü il tarixdə səhər saat 8-9 radələrində evdən çıxmış, “20 yanvara” ordan da Ceyranbatana gedərək Şamama adlı dostunu götürmüş, daha sonra isə onunla birlikdə Sumqayıt şəhərinə gedib Rüfət adlı dostunu götürmüşdür. Sonra üçü birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall» ticarət mərkəzinə gəlmişlər. «28 Mall»-da olarkən polis əməkdaşları onlara yaxınlaşmış və vəsiqələrini təqdim etmişlər. Hər üçünü Bakı şəhər Baş Polis İdarəsinə aparmışlar. Onlar Bakı şəhər BPİ-nə çatanda səhv etmirsə saat 12-13 radələri olardı. Daha sonra o, orada qalmış və həmin gün axşam saat 7-8 radələrində onu 22-ci polis şöbəsinə aparmışlar. 22-ci polis şöbəsində ona narkotiki göstərərək “bu narkotikin sənin üzərindən çıxdığını deməlisən” demişər. O, özü narkotik istifadəçisi olmamışdır. Bu narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə onu polis şöbəsində döymüşlər. O, həmin narkotiki boynuna götürmədiyində, “əgər boynuna götürməsən narkotik vasitə olan paketi satış məqsədilə Şamama ilə sənə yükləyəcəyik, amma belə şəxsi istifadə üçün narkotiki götürsən yükləməyəcəyik” demişlər. O, da başqa seçimi olmadığından məcbur olub həmin narkotikin özünə məxsus olmasını boynuna götürmüşdür. Ona polis şöbəsində “məhkəməyə gedəndə olduğu kimi danışacaqsan, narkotiki hardan, necə aldığını deyəcəksə, səni məhkəmədə 1000 manat cərimə ilə buraxacaqlar” dediklərindən bununla razılaşmışdır. Məhkəməyə gedəndə bunların hamsını olduğu kimi danışmış və məhkəmədə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. 22-ci polis şöəsində ona “kola” içizdirmişlər. “Kola”nın içinə nə isə atmışdılar, buna görə dadı acı olmuşdur. Ona görə də analizindən qanında narkotik çıxmışdır, çünki həmin “kola”nın içində narkotik vasitə var idi. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2024-cü ilin dekabr ayının 16-sı dostu Şamamanı Ceyranbatandan saat 10-da götürmüş, sonra Sumqayıta gedib dostu Rüfəti götürmüşlər. Birlikdə «28 Mall»-a gəlmişlər. «28 Mall»-a çatanda saat təxminən 12-13 radələri olardı. Onlar 4-cü mərtəbədə terasın yanında oturmuş, yemək sifariş vermiş, yemək yeməyə başlayanda qoraddelin işçiləri gəlmişlər. Polislər vəsiqələrini göstərmiş, onun qolunu tutaraq sakit durmasını tələb etmişlər. Onları «28 Mall»-ın arxa qapısından çıxararaq üçünü də Bakı şəhər BPİ-nə aparmışlar. Onlar «28 Mall»-a icarəyə götürdüyü “rent a car”-a məxsus «BMW» markalı **- LS-*** dövlət qeydiyyat nişanlı maşınla gəlmişlər, həmin maşın orda qalmışdır. Sonradan maşının “rent a car”-a qaytarıldığını bilmişdir. Onları mall-ın arxa qapısından yük çıxarılan yerdən çıxarıb maşına mindirmişlər. Həmin mindirildikləri maşın polis maşını deyil, şəxsi maşın olmuşdur. Şamama, Rüfət və onu birlikdə Bakı şəhər BPİ-nə aparmışar. Həmin vaxt telefonunu polislər götürmüşdülər. Onları Bakı şəhər BPİ-də 3 və ya 4–cü mərtəbəyə çıxanda sola döndükdən sonra sağdan 2-ci qapıya apardılar. Ona orada heç nə demədilər. Liftdən çıxıb sola dönəndə birinci qapıya Şamama və Rüfəti saldılar, onu isə o biri otağa apardılar. O, 2023-cü ilin yay aylarında AR CM–nin 178-ci maddəsi ilə təqsirli bilinmişdir. Yaxta kirayəsi ilə bağlı bir nəfərdən 50 manat pul aldığı üçün onu Bakı şəhər BPİ-nə şikayət eləmişdilər, Bakı şəhər BPİ həmin vaxt onu tutmuş, həmin vaxt ondan pul istəmişlər. İstədikləri məbləğ çox olduğuna görə bununla razılaşmadığından onlar da işi məhkəməyə vermiş, məhkəmə isə barəsində inzibati cəza təyin etmişdir. Bakı şəhər BPİdə ona “səni yaxta kirayəsi ilə bağlı bura gətirmişik” demişlər. O, axşam 7-8-ə qədər Bakı şəhər BPİ-də qalmışdır. Sonradan Rüfəti ordan buraxmışdılar. Şamama və onu isə 22-ci polis şöbəsinə aparmışlar. Onları nə üçün 22-ci polis şöbəsinə apardıqlarını deməmişlər. Şamama və onu “podval”a salıb, üzərlərinə baxış keçirmişdilər. Həmin vaxt telefonu Bakı şəhər BPİ-də qalmışdır. Sonra onu təhqiqatçının otağına apararaq, təhqiqatçı “narkotik vasitənin üzərindən çıxmağını boynuna al” demiş, o isə boynuna almadığından orada onu döymüşlər. Sonradan qara böyük paketi göstərərək “əgər narkotikin üzərindən çıxmağını boynuna almasan səni və Şamamanı narkotik vasitələrin satışı ilə yükləyəcəyik” dediklərindən bununla razılaşmışdır. Kiçik bükümü götürmüş, çəkiliş zamanı da polislər ona nə dedilərsə onu demişdir. Guya onu tanımadığı İran vətəndaşından aldığını demiş və çəkiliş qurtarmışdır. Sonra ona içmək üçün “kola” vermışlər. Kola acı daddığından “sən səhərdən yemək yeməmisən, ona görə dadı sənə acı gəlir” demişdilər. Sonra onu Şamama olan otağa apardılar. Şamama da həmin koladan istədi. O, da içdi və dedi ki, “bu niyə acıdı”. Kürdəxanıya gedəndən sonra kolanın içində narkotik olduğunu bilmişdir. Çəkilişdə vəkil iştirak etmişdir. Onu 22-ci polis şöbəsinə aparanları tanımır. Onu Bakı şəhər BPİ-dən ora polis maşınında aparmışlar. Video çəkiliş 3 dəfə olmuşdur. Birinci çəkilişdə sözləri səhv demişdir, 2-ci də əməliyyatçılar polis paltarında idi, onlara dedilər ki, forma ilə çəkiliş olmaz. Biri üstünə kurtka geyindi, biri paltarını dəyişib gəldi ki, polis paltarında olduğu bilinməsin. Təhqiqatçı onun başına vurmuşdur, xəsarətinin olmamasının səbəbi 4 gün müvəqqəti saxlama yerində qalmağı idi. Ayın 16-sı tutulmuşdur. Ayın 17, 18, 19-u orda qalmıdır. Başında şiş var idi həmin şiş qeyd olunmadı. Polislər ona “bizim dediklərimizi desən məhkəmədə 1000 manat cərimə olunacaqsan” desələr də, məhkəmədə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Ona görə apellyasiya məhkəməsinə şikayət etmişdir, bu gün hazırki məhkəmədə nə demişdir sə, bu ifadəni apellyasiya məhkəməsində də demişdir. Apellyasiya məhkəməsində məni nə üçün tutduqlarını deməmişdir. Yenidən onu müstəntiq dindirməmişdir. Müstəntiq işi bağlayanda müvəqqəti saxlama yerinə çağırdı. O zaman vəkili olmayıb. Onun 2 telefonu var idi. Həmin telefonlar Bakı şəhər BPİ-də qalmışdır. Həmin telefonlardan hələ də xəbər yoxdu. Həmin telefonların üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. Ona «28 Mall»-da 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Biri polis vəsiqəsini göstərsə də, digəri göstərməmişdir. Onlarla birlikdə «28 Mall»-ın 2 nəfər nəzarətçisi də gəlmişdir. Onun üzərinə Bakı şəhər BPİ-də baxış keçirməmişlər, baxışı 22-ci polis şöbəsində keçirmişlər. O, Bakı şəhər BPİ-də otağa girən kimi üzünü divara çevirməsini ona demişlər. Orda yaxta məsələsi ilə bağlı zərərçəkən var idi, o, onun üzünü görməmişdir. Onu orada danışdırdılar və zərərçəkmiş şəxsdən soruşdular ki, ona zərər verən odur ya yox. Həmin şəxs də zərərvuranın o olmadığımı dedikdən sonra onu başqa otağa aparmışlar. Hər üçünün telefonlarını mall-da əllərindən polislər almışlar. Rüfəti Bakı şəhər BPİ-dən buraxmışlar, Şamama və onu saxlamışlar. Şahid1 saxlanılarkən görməmiş, 22-ci PŞ-də təhqiqatçının otağında görmüşdür. Həmin şəxs onların polis şöbəsinə gətirilməyində iştirak etməmış. ***-***-**-** nömrəsini yaxta kirayəsi ilə bağlı işlətmışlər. Yaxta kirayəsi ilə bağlı “İnstagram”da gələn mesajların bəzilərini cavablandırmaq üçün Şamamaya yönləndirmişdir. Şamama ilə birlikdə yaxta kirayəsindən 3000 manat pul almışlar. Həmin pulun çoxunu özü xərcləmişdir. Həmin fəaliyyətin qanunsuz olduğunu bilmişdir. Yaxta kirayəsi fəaliyyəti ilə bağlı inzibatı məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı onu Bakı şəhəri Baş Polis İdarəsi saxlamışdır, sonra Xəzər rayonunda inzibati cəza verilmışdir. Onu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Baş İdarəsindən götürəndə Ələkbərov Pərvin adlı hazırda əlavə şahid kimi dindirilən polis əməkdaşı iştirak etmiş. Digər polis əməkdaşı olmayıb. Digərləri onu Xidməti maşında gözləmişlər. 22-ci Polis şöbəsində çəkilişə qədər üzərinə əməkdaşlar tərəfindən baxış keçirilmişdi. 22-ci polis şöbəsinin aşağısında onun üzərinə baxış keçirmişlər. Əvvəldən ayaqqabılarının qara rəngli bağı var idi, Polis şöbəsində ayaqqabılarının bağını açmışlar. Əynində olan koftasının ipi çıxmadığına görə polis əməkdaşları ona “ipi koftanın içinə atarsan” demişdilər. Qeyd etdiklərinə əsasən hazırkı iş üzrə heç bir günahı olmadığından, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi şəhərində qeydiyyatdadır. Bakı şəhərində, Xətai rayonunda yaşayır. Subaydır. Əvvəl məhkum olunmamışdır. Psixi cəhətdən sağlamdır. Texniki Universiteti bitirmişdir. O, bir neçə müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri adətən tanımadığı şəxslərdən alır. Polis əməkdaşları tərəfindən saxlanmağı ilə bağlı deyə bilər ki, 15 dekabr 2024-cü il tarixdə gecə saatlarında onun telefonuna teleqramdan bir nəfər yazmışdır. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş, lakin adını deməmişdir. Ona yazaraq psixotrop maddə və ya narkotik vasitə təşkil edə biləcəyini demişdir. O da razılaşmışdır. Növbəti günü, yəni 16 dekabr 2024-cü il tarixdə həmin İran vətəndaşının onun telefonuna göndərdiyi Kapitalbank kartına 20 manat göndərmişdir. Həmin şəxs də ona mobil telefonda teleqramdan 20 manat müqabilində ona verəcəyi psixotrop maddəni qoyulacağı yerin ünvanını göndərmişdir. Həmin ərazi Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində yerləşir. Lakin dəqiq hansı tərəf olmasını bilmir. 16 dekabr 2024-cü il tarixdə o, İranlının qoyduğu yerdən selofana bükülmüş psixotrop maddəni götürmüş və şalvarının cibinə qoymuşdur. İran vətəndaşı ilə yazışmalarının hamısını silmişdir. Həmçinin həmin şəxs də ona yazdığı mesajları teleqramdan silmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 28 mail ticarət mərkəzində tanışı Şahid2 ilə birlikdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmışlar. Şahid2nm onun üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını dedikdən sonra ondan anket məlumatlarını bildirməyini demişlər. O, özünü təqdim etmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddə əldə etməyi, saxlamağı, daşımağı və satışı ilə məşğul olmağı barədə daxil olmuş məlumatla əlaqədar onu tanışı Şahid2 ilə birlikdə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən ondan üzərində, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, ilk öncə əynində olan qara rəngli şalvarın sağ cibində bir ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmadı. Bundan sonra Özünə məxsus 3 manat pulu da təqdim etmişdir. Təqdim etdiyim bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olmasını, saxlanılmamışdan əvvəl şəxsi istifadəm üçün onlayn qaydada İran İslam Respublikasının vətəndaşından 20 manata alaraq üzərimdə saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metafetaminə bənzər kütlə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada kağız zərfdə qablaşdırılaraq möhürlənmişdr. O, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa ona məxsus 3 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların, onun və vəkilinin heç bir şikayəti və vəsatətləri olmamışdır. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilən zaman və Şöbədə olduğu zaman ona hər hansı bir zorakılıq olmamışdır. O, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmur. Şahid2 onun hansısa maddə qəbul etməyindən və üzərində psixotrop maddə saxlamağından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı dəqiqləşdirmək üçün 16 dekabr 2024-cü il tarixdə axşam radələrində Nəsimi rayonu, Azadlıq prospekti, «28 Mall»-ın yaxınlığında şəxsə yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə polis şöbəsinə dəvət etmışlər. Polis şöbəsinə gəldikdən sonra vəkilin və təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Şöbəyə gətirilərkən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, məlumat 15 dekabr 2024-cü il tarixdə ona daxil olmuşdur, məlumat şəxsin narkotik vasitəni üzərində gəzdirməsi və daşıması ilə bağlı daxil olmuşdur. Əməliyyat tədbiri 16 dekabr tarixdə axşam saat 9 radələrində keçirilmişdir. Əməliyyat qrupunda onunla birlikdə Pərvin Ələkbərov da iştirak etmişdir. Təqsirləndirilən şəxs «28 Mall»-ın yanında, 2-ci çıxış “Kontakt Home” tərəfdə, yəni çöldə saxladıqlarını, saxlayarkən yanında bir qızın olduğunu, xidməti avtomobildə olduqlarını, həmin gün növbədə olduğunu təqsirləndirilən şəxsi avtomobildə polis şöbəsinə o gətirdiyini bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi barədə 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə şöbənin sahə inspektoru Pərvin Ələkbərovun və onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qrup təşkil edilmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq qrupa o və onunla birlikdə sahə inspektoru Pərvin Ələkbərov daxil edilmişdir. Onlar 16 dekabr 2024-cü il tarixdə Pərvin Ələkbərovla birlikdə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28MALL” ticarət mərkəzinə yollanmışlar. Saat 20:30 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib və daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt yanında olan Şahid2 da polis şöbəsinə dəvət etmişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasındakı xidməti otaqların birində şöbənin təhqiqatçısı tərəfindən müdafiəçi təyin edilmiş və onun üzərinə şəxsi axtarışın keçirilməsini video qeydiyyata almaq üçün polis əməkdaşı dəvət edilmişdir. Onların və video qeydiyyata almaq üçün çağırılmış polis əməkdaşının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirildikdə onun əynindəki paltarlardan hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış, DİN-in 190 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallar cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. (c.1, i/v 103-104) Məhkəmə iclasında verilmiş əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, bir çox əməliyyat tədbirlərində iştirak etdiyinə görə şəxsi «28 Mall»-ın içində və ya çölündə saxladığını dəqiqliyi ilə xatırlamadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin üzərindən çox keçdiyinə görə bəzi şeyləri xatırlamadığını bildirmişdir. Şəxsin üzərinə baxış video çəkilişlə təhqiqatçının və vəkilin iştirakı ilə aparılmışdır. Ondan əvvəl şəxsin üzərinə baxış keçirilməmişdir, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman bir büküm aşkar edilmişdir. Şəxsə məxsus hər hansı şəxsi əşya aşkar edilib-edilmədiyini xatırlamadığını, şəxsin əvvəllər hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumatı olmadığını, şəxsi saxlayarkən Rüfət adlı şəxsin yanında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü X26 İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları onları şöbəyə aparmışlar. Nihatın cibində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə saat təxminən 16:00-dan sonra polislər onlara yaxınlaşmışlar. Onlara Bakı şəhəri Baş Polis İdarəsindən Aslanov Vüsal və onun komandası yaxınlaşmışdır, digər polis əməkdaşlarını tanımamışdır. Təqdimatı Nihatın özünə edərək onun axtarışda olduğunu, onu aparmalarını bildirmişlər. Birinci onları Bakı şəhəri Baş Polis İdarəsinə aparmışlar, orda Nihatı sorğu-sual eləmişlər, həmin vaxt o, otaqda gözləmişdir. O, Vüsal Aslanovun otağında oturmuş, Nihatı isə başqa otağa aparmışdılar. Nihatla nə söhbət etdiklərini bilməmiş, Nihatın dostu Rüfət də onlarla olmuşdur, sonradan onu buraxmışdılar, onu isə Nihatla birlikdə 22-ci polis şöbəsinə gətirmişdilər. Şöbədə də o, aşağıda qalmış, Nihatı yuxarı aparmışlar. Bakı şəhəri Baş Polis İdarəsində onları çox saxlamışlar, dəqiq neçə saat saxladıqlarını bilmir, ora gedəndə hava işıqlı olmuş, oradan çıxanda isə hava qaralmışdır. Onu, sadəcə otaqda saxlamışlar, heç bir söhbət aparmamışlar. Bakı şəhəri Baş Polis İdarəsinə apararkən yolda Nihatı tanıdıqlarını, Nihatın axtarışda olduğunu, neçə vaxt idi ki, axtardıqlarını, ancaq Nihatı niyə axtardıqlarını deməmişlər. Nihatla kursdan bir-birilərini tanımışlar, ortaq tanışları olmuşdur. Bildiyinə görə Nihat dostu ilə birlikdə mağaza işlətmişdir, Nihat da onun çatdırılması ilə məşğul olmuşdur. Həmin günü o, Nihatla birlikdə kursa gedəcəkdilər, o, ingilis dili kursuna, Nihat isə komputer kursuna getmişdir. Kurslar ayrı idi, sadəcə olaraq yolları bir olmuşdur. 22-ci polis şöbəsində o, aşağıda gözləmiş, Nihatı isə yuxarıya aparmışlar. İki saat, bəlkə də daha uzun müddətdən sonra video çəkiliş olmuş, çünki o, aşağıda çox gözləmişdir. Saat bəlkə də 23:00 olardı, ona çəkilişin olacağını deyərək “sən də çəkilişdə sənə verilən suallara cavab verərsən” demişlər. Nihat da hardasa 3 dəqiqə aşağıda onunla gözləmişdir, yanlarında isə nəzarət üçün polis qoyulmuşdur. Sonra Nihatı yuxarı qaldırmışlar. O, baş polis idarəsinə gedəndə üzərində olan gümüş bijuteriyanı çıxarmışlar, sellofana qoymuşdular. Nihatın da cibindən manat, qəpik və salfetka çıxmışdır, telefonlarını da onlardan Bakı şəhəri Baş Polis İdarəsində götürmüşdülər. Çəkiliş zamanı Nihatın cibini yoxlamağa başladılar, cibindən salfetka, manat və sellofan paket çıxmışdır. Nihatın nə dediyini bilmir, amma orda sellofanı açıb baxanda gördülər ki, narkotikdir. Nihat həmin narkotikin onun olduğunu, istifadə məqsədilə aldığını demişdir. Onları «28 Mall»ticarət mərkəzində axrıncı mərtəbədə yemək yeyərkən saxlamışdılar. İstintaq zamanı da onları birinci Bakı şəhəri Baş Polis İdarəsinə, sonra da 22-ci polis şöbəsinə apardıqlarını demişdir. İfadəsini oxuyub imzalamışdır. O, proses necə olubsa müstəntiqə danışmış, düşünmüşdür ki, müstəntiq onun dediklərini yazmışdır. Həmin günü müstəntiqin yanına gedəndə axşam vaxtı olmuşdur. Ola bilər ki, bəzi şeylər fikrindən çıxmışdır. Rüfət Bakı şəhəri Baş Polis İdarəsinə getmişdir, 22-ci polis şöbəsində olan heç bir prosesdə iştirak etməmişdir. Nihatı keçən ilin avqustun 27-dən tanımışdır. 16 dekabr tarixdə Nihat onu Ceyranbatandan götürmüşdür, Nihat “BMW” markalı maşınla gəlmişdir. Yoldan Nihatın dostunu götürüb, ordan «28 Mall»-a getmişdilər. «28 Mall»-a gedəndə Nihat maşınını aşağıda 1-ci mərtəbədə saxlamışdır. 4-cü mərtəbədə yemək yeyərkən 3 nəfər onlara yaxınlaşmışdır. Onları birinci «28 Mall»-da nəzarət otağında saxlamışlar, sonra isə maşınla aparmışlar. Polis əməkdaşlarının onları apardıqları maşın xidməti maşın olmamış, şəxsi maşın olmuşdur. Bakı şəhəri Baş Polis İdarəsində onu Vüsal bəyin otağına gətirmiş, Nihatı isə başqa otağa aparmışlar. O, Nihatın narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Bakı şəhəri Baş Polis İdarəsinə gedənə qədər telefonları özlərində olmuş, maşında telefonları götürmüşlər. 22-ci polis şöbəsində onun telefonunu qaytarmamışlar, telefonu bu gün də ona qaytarılmamışdır. Rüfət onunla bir otaqda olmuş, ondan izahat almışlar. Onları nə üçün Bakı şəhəri Baş Polis İdarəsinə gətirməklərinin səbəbindən xəbəri olmamışdır. Haqqında həmin vaxta qədər inzibati iş olmamış, Nihat və Rüfətin də barələrində hər hansı bir iş olub-olmadığını bilmir. Barəsində 22-ci polis şöbəsində o günə qədər və o gündən sonra araşdırma və ya hər hansı cinayət işi olmamışdır. «28 Mall»-da onlara yaxınlaşan polis əməkdaşları ilə, 22-ci polis şöbəsinə aparan polis əməkdaşları eyni olmamışdır. 22-ci polis şöbəsinə polis şöbəsinin maşınında aparılmışlar. Bakı şəhəri Baş Polis İdarəsinə getməmişdən əvvəl “İphone 15” markalı mobil telefonu ***-***-**-** nömdəsi ilə üzərində olmuşdur, hazırda həmin nömrə işləmir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir.xx.xx.2024cü il tarixdə saat 20:30 radələrində tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 28 mail ticarət mərkəzində olan zaman onlara iki nəfər mülki geyimli şəxs yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını dedikdən sonra Nihatdan və ondan anket məlumatlarını bildirməklərini demişlər. O və Nihat özünü təqdim etmişdir. Sonra polis əməkdaşları Nihatı narkotik vasitə və psixotrop maddə əldə etməyi, saxlamağı, daşımağı və satışı ilə məşğul olmağı barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə 22-ci Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində dövlət hesabına vəkil təyin edilmiş və Nihat şübhəli şəxs kimi tutulmuşdur. Sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən Nihata üzərində, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, ilk öncə əynində olan qara rəngli şalvarın sağ cibində bir ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmadı. Bundan sonra Nihatın üzərindən çıxan 3 manat pulu da təqdim etmişdir. Təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Nihat həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olmasını, saxlanılmamışdan əvvəl şəxsi istifadəsi üçün onlayn qaydada İran İslam Respublikasının vətəndaşından 20 manata alaraq üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metafetaminə bənzər kütlə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada kağız zərfdə qablaşdırılaraq möhürlənmişdr. O, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa Nihata məxsus 3 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. ( c.1, i/v 60-62) Məhkəmə iclasında verilmiş əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, istintaq zamanı ifadə verərkən ona təzyiq edən olmamışdır, sadəcə həmin ərəfələrdə prosesin stresində, həyəcanında olduğu üçün ola bilər ki, nəyisə səhv demiş və ya orda yazılmış olanı deməmişdir. Proses onların Bakı şəhəri Baş Polis İdarəsinə getməmişdən başlamışdır, o, ona verilən suallara cavab vermişdir, ifadəni oxuyarkən verilən sualların cavabına baxmış və həmin cavabların yazıldığını görmüşdür. Telefon nömrəsi ***-***-**-**dir. Yaxta kirayəsi ilə bağlı “İnstagram” səhifəsini Nihat idarə edirdi, arada olurdu ki, Nihat gələn mesajları ona yönləndirmişdir. Mesajların hansı nömrəyə gəldiyini bilmir. O, yaxta kirayəsinin qanunsuz fəaliyyət olduğunu bilmişdir. Yaxta kirayəsinin qanunsuz fəaliyyət olduğundan onun sonradan xəbəri olmuş, həmin vaxtı da səhifəni silmişlər, 2 gün sonra da bu hadisə baş vermişdir. O, biləndən sonra Nihatla danışıb ortaq qərara gəlib səhifəni silmişlər. Bakı şəhəri Baş Polis İdarəsinə daxil olarkən onun şəklini çəkmişdilər. O, yaşıl “kapşonka” geyinmişdir, Nihat da səhv etmirsə boz rəngli “kapşonka” geyinmişdir. O, həmin vaxta qədər Bakı şəhəri Baş Polis İdarəsində olmamışdır. Nəsimi RPİ-ni 22-ci polis şöbəsində video çəkiliş həyata keçirilən zaman da üzərində yaşıl “kapşonka” olmuş, Nihatın da əynində boz “kapşonka” olmuşdur. Şəkilləri nə üçün çəkdiklərini bilməmişdir. Nihatla şəkillərini yanbayan çəkməmişlər. O, Nihatla yaxta kirayəsi işi ilə məşğul olmuş, yaxta kirayəsi işi ilə bağlı Bakı şəhəri Baş Polis İdarəsinə gətirib gətirmədiklərini bilmir. Ona Nihatın axtarışda olduğuna görə gətirdiklərini demişdilər, o səbəbdən Bakı şəhəri Baş Polis İdarəsinə gətirdiklərini deməmişdilər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 16 dekabr saat təxminən 13:30 və ya 14:00 radələrində Təqsirləndirilən şəxs maşınla onu Sumqayıtdan götürmüş onlar Bakıya gəlmişlər. Maşında o, Şamama və Nihat olmuşdur. Onlar «28 Mall»ticarət mərkəzinə gedib, 4-cu mərtəbəyə qalxmışlar. Orda yemək yeyən zaman 2 polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Telefonlarını istəmişlər, “«28 Mall»”ın mühafizə otağında 10-15 dəqiqə gözləyib, sonra «28 Mall»-ın arxa çıxışından onları çıxararaq maşına oturdub şöbəyə aparmışlar. Şöbədə onu və Şamamanı bir otağa, Nihatı isə başqa otağa aparmışlar. Bir saat ərzində ona heç bir sual verməmişlər. Təxminən iki saat sonra onun telefonunu yoxlayıb, heç nə tapmayıb onu yola salmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Rüfət Kərimov bildirmişdir ki, Təqsirləndirilən şəxs akademiyada bir yerdə oxuduqlarına görə tanımışdır. Nihat Sumqayıta onun arxası ilə “BMW” markalı maşınla gəlmişdir. Nihatın öz şəxsi maşını olmamış, maşını “Rent a car”dan götürmüşdür. Nihatın maşını götürdüyü yer Nərimanovda olan “Kral Rent car” olmuşdur. Nihat onu götürməyə gələndə Şamama maşında olmuşdur. Nihat maşını “28 Mall” ticarət mərkəzinin parkinqində saxlamışdır, təxminən 20-25 dəqiqə “28 Mall”-da olmuşlar. Onların getdikləri polis şöbəsinin dəqiq yerini bilməmiş, Həmin yer “Port Baku”-ya gedən yolda Baş idarə idi. Evdən çıxandan baş idarəyə aparılana qədər telefonu üzərində olmuş, həmin vaxt ***-***-**-** nömrəsini istifadə etmişdir, o, baş idarədən buraxılanda axşam olmuşdur, telefonu ona Vüsal adlı polis əməkdaşı qaytarmışdır. Ona Təqsirləndirilən şəxs dələduzluq etdiyini, ona görə tutulduğunu demişlər. Polis əməkdaşları Nihatı saxlayanda görmüşdür, Nihatın narkotik vasitədən istifadə etdiyini görməmiş, Nihatı 8 aydır ki, tanımışdır. Onun telefonuna Nihatın dələduzluq işi ilə bağlı nəsə olub olmadığına baxmışlar. Nihatı Bakı şəhərində 28 mayda yerləşən “Kod akademiya” kursunda tanımışdır. Həmin kurs Kibertəhlükəsizlik sahəsi üzrə olan kursdur. Hazırda işləmir, orta təhsillidir. Akademiyanı bitirəndə sertifikat vermişlər. Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilməmişdir. Nihat əvvəllər də “rent a car”dan maşın götürüb sürmüşdür. Nihat ona yazanda 13:30 olmuş, onunun yanına çatanda saat 14:00 radələri olmuş, hardasa təxminən 15-15:30-da mall-a çatmışlar, 25-30 dəqiqə orda olmuşlar. Saat təxminən 16-16:30-da onları baş idarəyə aparmışlar. Polis əməkdaşları oraya mülki geyimdə və mülki maşınla gəlmişdilər. O, özü Bakı şəhərini normal tanımadığını bildirmişdir, Polis idarəsində olduqdan saat yarımdan sonra onun telefonunu yoxlayıb iş barədə heç nə tapmayıb, telefonu qaytarıb, buraxmışlar. O, Şamama ilə bir otaqda olmuşlar, otaqda olduqları müddət ərzində onlara su, çay təklif etmişlər, onlar da su içmişlər. Ordan çıxandan sonra evdəkilərə zəng edib, belə bir hadisə olduğunu demişdir. Nihat yaxta kirayəsi işi ilə məşğul olubmuş, neçə müddət məşğul olduğunu bilməmişdir, Şamama ilə tanış olandan sonra birlikdə çox vaxt keçirmişdilər. Yaxta kirayələmək istəyən şəxslər Nihata yazmış, onlar Nihata pul göndərəndən sonra Nihat onları bloka atmış, nə qədər şəxsin Nihata yazdığını dəqiq bilmir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 15 dekabr 2024-cü il tarixdə 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkilinə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri vətəndaşın narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olmasına dair məlumat daxil olmuşdur. Həmin şəxs həmin gün onlar tərəfindən “28 Mall” ticarət mərkəzi tərəfdə saxlanılaraq, polis şöbəsinə gətirilmişdir. Şəxsin üzərinə təhqiqatçının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Rüfət Kərimov bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək xx.xx.2025-ci il tarixdə Nihatı saxladıqlarını, həmin tarixdə şöbədə xidmətdə olduğunu, növbədə olmadığını, şəxsi səhv etmirsə, axşam saat 21 radələrində «28 Mall» ticarət mərkəzinin qarşısında saxladıqlarını, havanın qaranlıq olduğunu, şəxsi dəqiq olaraq «28 Mall»-ın hansı tərəfində saxladıqlarını xatırlamadığını, saxlanılan zaman yanında Şamama adlı xanımın olduğunu bildirmişdir. Nihatı 22-ci PŞ-yə apardıqlarını, üzərinə təhqiqatının iştirakı ilə baxış keçirildiyini, üzərinə şöbəyə gətirildikdən 20-25 dəqiqə sonra baxış keçirildiyini bildirmişdir. Müdafiçi dəvət edilmiş, vəkil gəldikdən sonra çəkiliş həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yanında Şamamadan başqa heç kim olmamışdıır. Təqsirləndirilən şəxsin ifadəsi tamamilə yalandır, şəxs «28 Mall»ticarət mərkəzinin yanından götürərək 22-ci PŞ-yə gətirilmişdir. Ola bilər ki, şəxsi «28 Mall»ticarət mərkəzinin içində saxlamışlar, dəqiq xatırlamır, ola bilər ki, 16 dekabr tarixində şəxs saxlanılıb, hadisənin üzərindən 1 il keçib. Şəxs şöbəyə aparılaraq üzərinə baxış keçirilmiş, əməliyyat müvəkkilinə daxil omuş məlumat əsasında şəxs saxlanılıb, Ali Məhkəmənin Plenium qərarının həmin vaxt qüvvədə olub-olmadığını bilmir, yəgin ki, həmin vaxt «28 Mall»ticarət mərkəzinin içində çox adam olmuşdur, ona görə də həmin yerdə şəxsin üzərinə baxış keçirmək mümkün olmamışdır. 16 dekabr tarixində üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur, həmin günü Bakı şəhəri Baş İdarəsinə getməyini xatırlamır. Şəxsin üzərində telefon olub-olmamasını xatırlamır, Nihat Şamama ilə birlikdə olmuş, yanında başqa heç kim olmamışdır. Tədbirə baş əməliyyat müvəkilli Şahid1lə birlikdə getdiklərini, 22-ci polis şöbəsində olarkən şəxsi axtarışdan sonra təqsirləndirilən şəxsi görmədiyini, iş vaxtı bitdiyi üçün çıxıb getdiyini, şəxsə şöbədə içmək üçün nəsə təklif edilib edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 01, iş vər.01); xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə Bakı şəhəri «28 Mall»ticarət mərkəzinin yaxınlığında “Nihat” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər.03); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə “Nihat” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyən etmək üçün müvafiq tədbirlər keçirilməsi, şəxsiyyəti müəyyən edildikdən sonra tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması qərara alınmışdır (cild 01, iş vər.04); xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən «28 Mall»ticarət mərkəzində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edərək özündə saxlamaqda şübhəli olan “Nihat” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılaraq Polis Şöbəsinə dəvət edilmişdir (cild 01, iş vər.06); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 21:15-də qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edərək özündə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən «28 Mall» ticarət mərkəzində saxlanılması və həmin vaxtdan onun azadlığının məhdudlaşdırılması nəzərə alınmaqla o, xx.xx.2024-cü il tarixdə saat 20:30-da tutulmuş hesab olunmuşdur (cild 01, iş vər. 18-19); xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 22:45-dən saat 23:10-dək video çəkilişlə polis əməkdaşlarının, şahid qismində dəvət olunmuş Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd büküm, həmçinin 3 manat pul aşkar edilmiş, həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-30); Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5499 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,592 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq-2,542 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır (01 cild, iş vər.51-55); Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7857 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 63-64); “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 65-66); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-719/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 20:30-dan hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 89-91); Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 1696 saylı rəydən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 01, iş vər. 93-94); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-1393/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-719/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən işə baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində döyüldüyünü, ona edilmiş fiziki və mənəvi təzyiqlər nəticəsində ittihamı boynuna aldığını, hazırki cinayət işinin əvvəllər yaxta kirayəsi ilə bağlı ayrı-ayrı şəxsləri aldadaraq pul alması ilə əlaqəli olduğunu bildirmişdir (cild 1, iş vər 96- 101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vər 106-107); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-234/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-1599/2023 saylı qərarından görünür ki, Azadov X6 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1392/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-1599/2023 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilmişdir. Sözügedən iş üzrə vurulmuş ziyan - Təqsirləndirilən şəxs yaxta kirayəsi adı ilə aldadaraq aldığı 77 manat pul sonuncunun qohumları tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir; Müdafiə tərəfinin təqdim etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 227/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması ilə bağlı rayon məhkəməsinə müraciət daxil olmamışdır; Müdafiə tərəfinin təqdim etdiyi fotoşəkildən görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmi internet səhifəsində Təqsirləndirilən şəxs və Şahid2 fotoşəkilləri əlavə edilməklə “Sosial şəbəkələrdə “rent.yaxta”,“yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər başlığı ilə məlumat paylaşılmış, habelə həmin məlumatda Təqsirləndirilən şəxs və Şahid2 saxlanıldığı və onların əməlləri ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırmaların davam etdiyi qeyd olunmuşdur; Müdafiə tərəfinin təqdim etdiyi məhkəmə qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli 6(006)-143/2025 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanunsuz hesab edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 21742 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus +**********60 və +**********88 mobil nömrələrinin anten dairə məlumatlarından həmin nömrələrin 16 dekabr 2024-cü il tarix saat 12:55-dən 13:27-yə qədər müddət ərzində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, saat 13:47-dən 15:00a qədər müddət ərzində Sumqayıt şəhəri, 18-ci MKR-da, saat 15:09-dan 16:00-a qədər müddət ərzində Bakı şəhəri, «28 Mall» Shopping Centerdə, saat 16:47-dən 19:13-ə qədər müddət ərzində ünvan 6 ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrələrdən müəyyən müddətli telefon danışıqlarının və SMS yazışmalarının aparılması müəyyən olunur. Həmin gün saat 20 radələrindən sonra isə nömrədən istifadə qeydə alınmamışdır. +**********60 və +**********88 saylı nömrələr Təqsirləndirilən şəxs adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 24766 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə əlavə şahid X5 məxsus +**********13 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin 16 dekabr 2024-cü il tarix saat 13:46-dən 13:47-yə qədər müddət ərzində Sumqayıt şəhəri, Koroğlu pr., Yasıl Ada restoranı, saat 15:21-dən 16:00-a qədər müddət ərzində Bakı şəhəri, «28 Mall»Shopping Centerdə, saat 17:50-dən 18:47-ə qədər müddət ərzində ünvan 6 ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrələrdən müəyyən müddətli telefon danışıqlarının və SMS yazışmalarının aparılması müəyyən olunur. +**********13 saylı nömrə X10 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 26178 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru əlavə şahid X4 məxsus +**********64 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrə 16 dekabr 2024-cü il tarix saat 13:22-dən 13:58-ə qədər müddət ərzində Bakı şəhəri, «28 Mall» Shopping Centerdə, saat 18:28-dən 18:30-a qədər müddət ərzində ünvan 6 ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrələrdən müəyyən müddətli telefon danışıqlarının, internet istifadəsinin və SMS yazışmalarının aparılması müəyyən olunur. +**********64 saylı nömrə X7 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli GQ-2- 845-782-2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə əlavə Şahid2 məxsus +**********28 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin 16 dekabr 2024-cü il tarix saat 11:00-dan 14:06-ya qədər müddət ərzində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi, saat 15:20-dən 15:59-a qədər müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, «28 Mall» Shopping Centerdə, saat 16:10-dən 19:04-ə qədər müddət ərzində ünvan 7 ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrədən GPRS internet istifadəsinin aparılması müəyyən olunur. Həmin gün saat 20:30 radələrindən sonra isə nömrədən istifadə qeydə alınmamışdır. +**********28 saylı nömrə Şahid2 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli GQ-2- 1027-994-2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, ibtidai istintaq zamanı təqsirləmdirilən şəxsin müdafiəçisi olmuş “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili X11 məxsus +**********90 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin 16 dekabr 2024-cü il tarix saat 19:23-dən 23:57-ə qədər müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 54, ATS-40 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrədən GPRS internet istifadəsinin, habelə müəyyən müddətli telefon danışıqlarının və SMS yazışmalarının aparılması müəyyən olunur. +**********90 saylı nömrə X17 adlı şəxsin adına qeydiyyatdan keçmiş və həmin nömrə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" şəbəkəsindən "xxxx" şəbəkəsinə daşınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-1 maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-nin 234.1-1 maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1 maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (1 büküm metamfetaminin) aşkar olunduğu xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5499 №-li rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7857 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 və Şahid2 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1 maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (1 büküm olmaqla 2,592 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1 maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunanadək əməliyyat axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİnin 22-ci Polis şöbəsinə Bakı şəhəri «28 Mall»ticarət mərkəzinin yaxınlığında “Nihat” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat araşdırması ilə həmin şəxsin xx xxxxxx 2001-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, C.Əliyev küçəsi, ev 6, mənzil 60 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Azadov X12 rayon polis idarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 dekabr 2024-cü il tarixdə saat 20:30da ünvan 3 ünvanında yerləşən «28 Mall»ticarət mərkəzində saxlanılaraq 22-ci Polis şöbəsinin inzibati binasına aparılmış saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, 22-ci Polis Şöbəsinə gətirilmiş, daha sonra müdafiəçi ilə təmin olunmaqla həmin tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 22:45-dən saat 23:10-dək olan zaman kəsiyində onun üzərinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və iş üzrə maddi sübut kimi tanınan, həmçinin hazırki ittihamın əsasını təşkil edən və Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,592 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi, habelə şübhəli şəxs kimi faktiki tutulduğu vaxt kimi 16 dekabr 2024-cü il saat 20:30 göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanmasının hazırki iş üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, daha dəqiq 16 dekabr 2024-cü il tarixdə günorta saat 16 radələrində olduğu (Nəsimi RPİ-nin 22ci Polis şöbəsində şəxsi axtarış və götürmə aparılma bundan 6 saat 45 dəqiqə sonra həyata keçirilmişdir), onu saxlayan polis əməkdaşlarının Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin deyil, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu, habelə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra rəsmi sənədlərdə qeyd olunduğu kimi ilkin olaraq Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına deyil, Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılması müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində 16 dekabr 2024-cü il tarixdə səhər saat 8-9 radələrində evdən çıxdığını, “20 yanvara” ordan da Ceyranbatana gedərək Şamama adlı dostunu, daha sonra isə onunla birlikdə Sumqayıt şəhərinə gedib Rüfət adlı dostunu götürdüklərini, sonra isə üçü birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall»ticarət mərkəzinə gəldiklərini, «28 Mall»-da olarkən polis əməkdaşlarının onlara yaxınlaşaraq vəsiqələrini təqdim etdiklərini, üçünü də Bakı şəhər Baş Polis İdarəsinə apardıqlarını, uzun müddət orada qaldıqdan sonra həmin gün axşam saat 7-8 radələrində o, və X19 adlı polis əməkdaşı tərəfindən 22ci Polis şöbəsinə aparıldıqlarını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı iş üzrə şahid və əlavə şahid qismində dindirilən müvafiq olaraq Şahid2 və Rüfət Kərimov öz ifadələri ilə təsdiq etmiş, habelə məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilən polis əməkdaşı Pərvin Ələkbərov ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (sonradan tarixdə yanlışlığa yol verməsini hadisənin üzərindən çox vaxt keçməsi ilə əlaqələndirmişdir) axsam saat 21 radələrində “28 Mall” ticarət mərkəzində Şahid2 ilə birlikdə saxlanılaraq 22-ci Polis şöbəsinə gətirildiklərini, şöbəyə gətirildikdən 20-25 dəqiqə sonra (rəsmi sənədlərdə şəxsin üzərinə baxışın saxlanıldığı gün saat 22:45-dən saat 23:10-dək yəni şahidin dediyi vaxtdan bir saatdan çox sonra keçirildiyi müəyyən olunur) Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının və vəkilin iştirakı ilə baxış keçirildiyini, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə gedib-getməməsini xatırlamadığını (ona məxsus telefon anten məlumatları Pərvin Ələkbərovun xx.xx.2024-cü il tarixdə saat 13:22-dən 13:58-ə qədər müddət ərzində Bakı şəhəri, «28 Mall»Shopping Centerdə, saat 18:28-dən 18:30-a qədər müddət ərzində ünvan 6 ünvanında olması müəyyən olunur) bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı tələb edilərək cinayət işinin materiallarına əlavə olunmuş Azercell Telekom MMC, Azərfon MMC və Bakcell MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə və iş üzrə əlavə şahidlər qismində dindirilən Rüfət Kərimovun, Şahid2 istifadəsində olan mobil nömrələ ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********60 və +**********88 mobil nömrələrinin anten məlumatlarda həmin nömrələrin 16 dekabr 2024-cü il tarix saat 12:55-dən 13:27-yə qədər müddət ərzində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, saat 13:47-dən 15:00-a qədər müddət ərzində Sumqayıt şəhəri, 18-ci MKR-da, saat 15:09-dan 16:00-a qədər müddət ərzində Bakı şəhəri, «28 Mall»Shopping Centerdə, saat 16:47-dən 19:13-ə qədər müddət ərzində ünvan 6 ünvanında olmuş, həmin gün saat 20 radələrindən sonra isə nömrədən istifadə qeydə alınmamışdır. Həmin tarixdə Rüfət Kərimovun istifadəsində olan +**********13 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin 16 dekabr 2024-cü il tarix saat 13:46-dən 13:47-yə qədər müddət ərzində Sumqayıt şəhəri, Koroğlu pr., Yasıl Ada restoranı, saat 15:21-dən 16:00-a qədər müddət ərzində Bakı şəhəri, «28 Mall»Shopping Centerdə, saat 17:50-dən 18:47-ə qədər müddət ərzində ünvan 6 ünvanında olmuşdur. Həmin tarixdə Şahid2 məxsus +**********28 mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin 16 dekabr 2024-cü il tarix saat 11:00-dan 14:06ya qədər müddət ərzində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi, saat 15:20-dən 15:59-a qədər müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, «28 Mall»Shopping Centerdə, saat 16:10-dən 19:04-ə qədər müddət ərzində ünvan 7 ünvanında olmuş, həmin gün saat 20:30 radələrindən sonra isə nömrədən istifadə qeydə alınmamışdır Dolayısı ilə müəyyən olunmuşdur ki, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs və Şahid2 məxsus həmin qeyd olunan nömrələr aktiv olmamışdır, yəni telefonlar söndürülmüşdür. Dövlət ittihamçısının məhkəmə çıxışı zamanı şahid və əlavə şahid qismində dindirilən müvafiq olaraq Şahid2 və Rüfət Kərimovun ifadələrinə tənqidi yanaşaraq onlarla təqsirləndirilən şəxsin əvvəldən münasibətinin olmasına istinad etməklə şəxslərin məhz Təqsirləndirilən şəxs xeyrinə ifadə verdiyini bildirməsinə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsinə deyil, şahidin və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı əldə olunan məlumatların etimad doğuran olması ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Şahid2 məhkəmə istintaqı zamanı müdafiə tərəfin mənafeyi naminə həmin tərəfin sübutu qismində irəli sürülən və müdafiə tərəfin vəsatəti əsasında dindirilən əlavə şahid olmamış, əksinə iş üzrə ittiham tərəfinin şahidi olmuş, digər tərəfdən Şahid2 və əlavə şahid Rüfət Kərimov məhkəmə istintaqı zamanı yalan ifadə verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunacaqları ilə bağlı yazılı iltizama imza etdirilməklə dindirilmişlər. Bununla yanaşı, təqsirləndirilən şəxsin, şahidin və müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidin məhkəmə istintaqı zamanı veridikləri ifadələri rabitə qovşağından (Azercell və Azərfon MMC-lərdən) götürülən telefon məlumatları ilə də üst-üstə düşmüşdür. Əlavə şahid Pərvin Ələkbərovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sonuncu xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsində olub-olmaması barədə verilən suala cavab olaraq P.Ələkbərov həmin tarixdə qeyd olunan idarəyə getməyini xatırlamadığını bildirsə də, onun istifadəsində olan +**********64 mobil nömrəsinin anten məlumatlarda həmin nömrənin xx.xx.2024-cü il tarixdə saat 13:22-dən 13:58-ə qədər müddət ərzində Bakı şəhəri, «28 Mall»Shopping Centerdə (bundan fərqli olaraq polis əməkdaşı məhkəmə istintaqında verdiyi ifadəsində təqsirləndirilən şəxsi həmin tarixdə saat 21:00 radələrində “28 Mall” ticarət mərkəzində saxladıqlarını bildirir), saat 18:28-dən 18:30-a qədər müddət ərzində ünvan 6 ünvanında olması yəni Bakı şəhər Baş Polis İdarəsinin yerləşdiyi ərazidə olması müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinin materiallarında əlavə şahid Rüfət Kərimovun xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs ilə birlikdə saxlanılması barədə heç bir, qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 11 ünvanında, həmin idarənin qarşısında yolun əks istiqamətində isə “Sevgi Parkı” yerləşir. Təqsirləndirilən şəxs, Şahid2 və əlavə şahid Rüfət Kərimovun istifadəsində olan mobil nömrələrinin anten məlumatlarından da məlum olur ki, hər üç şəxs məhkəmə istintaqında verdikləri ifadələrində göstərdikləri kimi üçü də eyni vaxtda, eyni yerdə birlikdə yəni həmin gün saat 12-13 aralığında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, həmin gün saat 13-15 aralığında Sumqayıt şəhərində, həmin gün saat 15-16 aralığında Nəsimi rayonunda yerləşən «28 Mall»ticarət mərkəzində və həmin gün saat 16-20 aralığında yekunda Bakı şəhər Baş Polis İdarəsinin yerləşdiyi Y.Səfərov küçəsində olmaları rabitə qovşağından (Azercell və Azərfon MMC-lərdən) götürülən telefon məlumatları ilə də üst-üstə düşmüşdür. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, şahid qismində dindirilən Şahid2 və əlavə şahid qismində dindirilən Rüfət Kərimovun məhkəmədə verdiyi ifadələrini əsaslı sayaraq Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına qoyur, Təqsirləndirilən şəxs, şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrə isə tənqidi yanaşaraq onları qəbul etmir. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs heç də Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:30-da deyil, həmin tarixdə məhz saat 16 radələrində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Habelə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra rəsmi sənədlərdə qeyd olunduğu kimi ilkin olaraq Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına deyil, Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə nümayiş etdirilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin həyata keçirilməsini özündə əks etdirən video görüntülərdən tam aydın görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onunun əynində olan idman tipli ayaqqabılarının bağlıarı yoxdur və ayaqqabıları əvvəlcədən açıq vəziyyətdədir, həmin çəkilişdə şahid qismində iştirak edən Şahid2 isə əynində olan yaşıl rəngli idman köynəyinin boyun hissəsinin bağları yerində yoxdur (cild 01, iş vər. 28-30), bu hal da özlüyündə polis əməkdaşları tərəfindən şəxslərin üzərinə sözügedən çəkiliş həyata keçirilməmişdən öncə müvafiq baxış keçirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə həmin Məcəllənin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə həmin Məcəllənin 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində Bakı şəhər Baş Polis İdarəsinin Əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə məhz saat 16 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun şübhəli şəxs qismində tutulması xx.xx.2024-cü il tarixdə saat 21:15-də rəsmiləşdirilmiş, protokolda həmin tarixdə saat 20:30-da faktiki saxlanılması qeyd edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı vaxt olaraq məhz 20:30 götürülmüş, yəni onun şübhəli şəxs kimi sözügedən saatdan tutulması qəbul edilmişdir (cild 01, iş vər. 18-19). Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə məhz saat 16 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə 20:30-adək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (yaxınlarına təxminən 5 saat sonra, yəni yalnız saat 21:15-də telefonla məlumat verilmiş), habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməmiş, tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulması rəsmiləşdirildikdən sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxsin saxlanılması həmin tarixdə saat 21:15-də sənədləşdirildikdən sonra məlumat verilmişdir cild 01, iş vər. 20). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhz saat 16 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan 6-7 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs a qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tanışları Rüfət Kərimov və Şahid2 ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən «28 Mall»ticarət mərkəzinin 4-cü mərtəbəsində saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirildikdən sonra uzun müddət orada saxlanmasını, bir neçə saat sonra Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına aparılmış, həmin şöbənin əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin isə ona aid olmamasını, üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu sual zamanı məcbur qalıb həmin metamfetaminin ona məxsus olmasını bildirdiyini qeyd etdiyindən, habelə ibtidai araşdırmanın sonrakı mərhələsində də polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalacağından qorxduğu üçün məcbur qalıb etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında sözügedən maddi sübutun onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaranmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin də pozuntularını müəyyən etmiş və həmin qərarında bir sıra digər məsələllərlə yanaşı göstərmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X14rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X8rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 16 radələrində «28 Mall»ticarət mərkəzinin 4-cü mərtəbəsində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şahidlər Şahid2 və Rüfət Kərimovun iştirakı ilə saxlanılaraq sözügedən idarəyə aparılmış, həmin tarixdə saat 20:30-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, həmin tarixdə saat 21:15-də barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş, saat 22:45-dən saat 23:10-dək üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan 1 büküm metamfetamin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onun saxlanıldığı vaxtda və yerdə deyil, saxlanılmasından 6-7 saat sonra aparılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində «28 Mall»ticarət mərkəzinin 4-cü mərtəbəsində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şahidlər Şahid2 və Rüfət Kərimovun iştirakı ilə saxlanılaraq sözügedən idarəyə aparılmış, həmin gün saat 20:30 radələrində Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən «28 Mall»ticarət mərkəzində saxlanılması sənədləşdirilmiş və sonda şəxsi axtarış və baxış isə həmin tarixdə saat 22:45-dən saat 23:10-dək keçirilmişdir. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 6-7 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs Bakı şəhər Baş Polis İdarəsində, həmin gün saat 20.30-dan sonra isə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 16 radələrində saxlanılmasını və üzərinə şəxsi axtarış keçirilənədək keçən müddət ərzində, yəni 6-7 saat ərzində polis nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (1 büküm metamfetaminin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 20:30-dan saatlar öncə baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Bakı Şəhər Baş Polis İdarəsində, daha sonra Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 6-7 saatlıq vaxt boşluğu məhkəmə heyətində həm aşkar olunan psixotrop maddə metamfetaminin şəxsin üzərinə qoyulması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi qismən etirafedici ifadələrində göstərdiyi xüsusatlara, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən (bu qərar apellyasiya instansiyasında mübahisələndirilmiş və həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs döyüldüyünü, ona edilmiş fiziki və mənəvi təzyiqlər nəticəsində ittihamı boynuna aldığını, hazırki cinayət işinin əvvəllər yaxta kirayəsi ilə bağlı ayrı-ayrı şəxsləri aldadaraq pul alması ilə əlaqəli olduğunu bildirmişdir) qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin cinayət işinin materiallarında olan müvafiq qərarlarından və Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən xx.xx.2024cü il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı şahid və əlavə şahid qismində dindirilən Şahid2 və Rüfət Kərimovun ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs un məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Polis əməkdaşlarının (Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin ona məxsus olmaması və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Digər tərəfdən məhkəmə istintaqı ilə müəyyən olunan hallarla, yəni Təqsirləndirilən şəxs saxlanılmasında əslində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirak etməsi və sonuncunun xx.xx.2024-cü il tarixdə saat 16 radələrində saxlanılması ilə Nəsimi rayon polis idarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı göstərdikləri arasında (rayon polis idarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları ifadələrində israrla bildirmişdilər ki, Təqsirləndirilən şəxs onların əmkdaşları saxlayıb və Təqsirləndirilən şəxs onlar tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:30-da saxlanılıb) ziddiyyət müəyyən olunmuşdur ki, yuxarıda da göstərildiyi kimi məhkəmə birinci halın müəyyən olunması ilə bağlı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən sözügedən polis əməkdaşlarının ifadələrinə də tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin psixotrop maddə metamfetamin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin psixotrop maddə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-nə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. CPM-nin 447.2-ci maddəsinə görə məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci madəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və Başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsverçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirləri barədə qərar 48 saat müddətində göndərilməli olduğu halda həmin qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməmiş, habelə sözügedən qərar müdafiə tərəfi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli 6(006)-143/2025 saylı qərarı ilə qanunsuz hesab edilmişdir. Belə ki, məhkəmə nəzarətini həyata keçirən məhkəmə əməliyyat-axtarış tədbirinin keçirilməsinin qanuniliyi məsələsinə baxarkən məhdud sayda sübatlar əsasında yalnız keçirilən prosedurun qanuniliyini yoxlamışdır ki, həmin qərar sonradan mahiyyəti üzrə işə baxan məhkəmə üçün şəxsin təqsirliliyinin müəyyən edilməsi baxımından əvvəlcədən heç bir preyudisial qüvvəyə malik olmamaqla məhkəmənin həmin halları yenidən yoxalyıb qiymətləndirməsinə maneə deyildir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 2,592 qram psixotrop maddə metamfetamin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 80 AZN (səksən manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 2,542 qram psixotrop maddə metamfetamin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin. Təqsirləndirilən şəxs 80 AZN (səksən manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Əliyev Hakimlər: Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1239/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1239/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver