Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-124/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X26 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qaradağ küçəsi, ev 14, mənzil 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında kirayə yaşadığı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 3, 12 nömrəli mənzili arvadı Şahid1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsini təsdiq edən “çıxarış”ı hazırlamaq üçün onun cinayətkar niyyətindən xəbərsiz olan yetkinlik yaşına çatmayan Şahid14 işlətdiyi «İphone» markalı «X» modelli mobil telefonuna «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə «çıxarış» nümunəsi göndərib Şahid14 vasitəsilə “PicsArt” proqramından istifadə etməklə «çıxarış»da zəruri dəyişikliklər etdirib həmin «çıxarış»ı sonradan çap etdirib saxtalaşdıraraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinə ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 3, 12 nömrəli mənzili göstərdikdən və mənzilə dair qiymətlə bağlı razılığa gəldikdən sonra həmin saxta sənəddən istifadə etmək məqsədilə “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinə gəlib orada saxta «çıxarış»ı Zərərçəkmiş şəxs təqdim etməklə istifadə edərək həmin mənzili 260 000 manata ona satacağı barədə yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs ilkin ödəniş kimi istədiyi 100000 manat puldan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində müxtəlif vaxtlarda və yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 14 ünvanında fəaliyyət göstərən “Zamin Əmlak” daşınmaz əmlak agentliyinin ofisində, vahid niyyətlə hissə-hissə olmaqla ümumilikdə külli miqdar hesab edilən 61.000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanında ailə üzvləri ilə birlikdə 2020-ci ilin mart ayının əvvəllərindən etibarən mənzil sahibi Şahid4la bağladığı kirayə müqaviləsi əsasında yaşamağa başlamışdır. Mənzilin mülkiyyətçisi Şahid4 1.500 manat məbləğində kirayə haqqını hər dəfə vaxtı-vaxtında vermişdir. Təxminən 2020-ci ilin oktyabr ayında dostluq münasibətlərində olduğu “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin müdiri X1 zəng edib ona sözünün olduğunu bildirərək onun ofisinə gəlməyini demişdir. O da ofisə gedən zaman Oqtay Zərbəliyev Zərərçəkmiş şəxs adlı birindən ipotekaya ev satmaq adı ilə 100.000 manat pul aldığını, hazırda ona satmaq üçün evinin olmadığını, Şücayət adlı şəxsin isə evini istədiyini, pulu isə bank hesabına yatırdığını və oradan gəlir əldə edəcəyini bildirərək ona 2 ay vaxt lazım olduğunu, onun yaşadığı kirayədə olan evi Şücayətə onun öz şəxsi evi kimi göstərməyini, həmin evin ona veriləcək ev olduğunu bildirməyini, sonradan isə hər şeyi özünün qaydaya qoyacağını demişdir. O isə əvvəlcə razı olmasa da, sonradan Oqtayın çətin vəziyyətdə olduğunu görüb onunla razılaşmışdır. Oqtay Zərbəliyevi “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyindən tanımışdır. Tutulmazdan əvvəl 5 il “Rent a Car” işlətmişdır. Oqtay Zəbəliyevi 2020-ci ilin sentyabr ayının əvvəllərindən Quba rayonunda yerləşən torpağı satmaq üçün “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə müraciət edəndə Oqtay Zərbəliyevi tanımışdır. Həmin torpağı Oqtay sata bilməmişdir. Oqtay Zərbəliyev onunla görüşmək üçün təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında zəng etmişdir. O, Şəbnəm xanımı Oqtay Zərbəliyevin ofisində görmüşdür. Vüsalə xanımı tanıyır. Onun ailə üzvlərinin adına hər hansı bir əmlak olmamışdır. Yaşadığı ev Telman adlı şəxsə məxsus olmuşdur. Oqtay Zərbəliyev ondan tutulmazdan 10-15 gün əvvəl 5.000 manat pul istəmişdir. Oqtay Zərbəliyev onu Şücayətə evin sahibi kimi tanıtmışdır. O, kirayə haqqını evin sahibi Telmana 2 dəfə şəxsən vermiş, digər hallarda isə karta köçürmüşdür. Həyat yoldaşı elə bilmişdir ki, kirayədə yaşadıqları ev onlara məxsusdur. Kirayədə yaşadıqları evə köçənə qədər ata evində yaşamışlar.-Evin mülkiyyətçisi Telmanın həmin evdə neçə il yaşadığını bilmir. Həmin evin yaşamadığı dövrdə də kirayə haqqını vermişdir. Şəbnəm xanım Oqtay Zərbəliyevin işçisi olmuşdur. Rəna və Gültəkin adlı qadınları tanımır. O, Oqtay Zərbəliyevin istədiyi 5.000 manat pulu onun işçisi Şahid13 vermişdir. X3 100.000 manat pul aldığını bildirmişdir. Oqtay Zərbəliyev həmin 100.000 manat pulu qaytarmaq üçün ona 2 ay vaxt lazım olduğunu demişdir. Şücayət evə baxmağa həyat yoldaşı ilə gəlmişdir. Oqtayın ofisində Yalçın adlı şəxs işləməmişdir. Şücayət ilə Oqtayın arasında evin alğı-satqısı ilə bağlı hər hansı bir sənəd imzalanmamışdır. O, yalnız 39.000 manat məbləğində pul yazılan beh müqaviləsini imzalamışdır. Mənzilin qiyməti 160.000 manat olmaqla 5 illik ipoteka ilə satılmalı olmuşdur. Oqtayın maddi vəziyyəti yaxşı olmuşdur. O, 12.000 manat pulun yazıldığı beh müqaviləsini imzalamamışdır. Xətai RPİ-nin müstəntiqi işin mülki iş olduğunu və xitam olunacağını bildirmişdir. Onun Oqtayla dostluq münasibəti olmuşdur. Şücayəti 2 dəfə görmüş və ondan heç bir məbləğdə pul almamışdır. Şücayətlə kirayədə yaşadığı mənzildə görüşmüşdür. Şücayətlə onu Oqtay görüşdürmüşdür. Onun Oqtayla arası çox yaxşı olmuş, hətta ona Masallıdan pay olaraq təndir çörəyi və qril gətirmişdir. Alğı-satqı müqaviləsi bağlamaq üçün deyil, Oqtayın aldığı pulu rəsmləşdirmək üçün notariusa getmişdir. Saxta çıxarışı Oqtayın işçisi Şahid7 təqdim etmişdir.Saxta çıxarışı hazırlamağı ona Oqtay demişdir. Ona bu iş ilə bağlı heç bir məbləğdə pul verilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o əvvəllər Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olmuş və maddi vəziyyəti yaxşı olmuşdur. Lakin son vaxtlar müflis olduğundan ayrı-ayrı tanışlarına yüksək məbləğdə borcları yaranmışdır. 2020-ci ilin iyul-avqust aylarında həmin şəxslər pullarını tələb etmişlər. Onlara Rusiya Federasiyasında yaşayan biznes ortaqları əmisi oğlanları Valeh və Saleh adlı şəxslərdən köməklik məqsədi ilə pul gözlədiyini bildirmişdir. Uzun müddət keçməsinə baxmayaraq biznes ortaqları söz verdikləri pulu gecikdirmişlər. Belə olan halda qərara gəlmişdir ki, kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını arvadı Şahid1 adına olmasına dair saxta çıxarış hazırlayıb, mənzil əldə etmək istəyən şəxsə satsın, həmin şəxsdən beh şəkilində müəyyən məbləğdə pul alsın, həmin pulla borclarını bağlasın, bundan sonra Rusiya Federasiyasından gələn pulu mənzil almaq istəyən şəxsə verib, alğı-satqının alınmadığını desin, bununla da vəziyyətdən çıxsın. Beləliklə, mənzili satmaq üçün Şahid8 adlı maklerə müraciət etmişdir. Şahid8 əvvəllər mənzilində kombi ustasının köməkçisi kimi işləmiş Ramin adlı şəxs vasitəsi ilə tanımışdır. Belə ki, söhbət zamanı Raminə mənzilini satmaq istədiyini bildirmiş, sonuncu isə makler işləyən Şahid8 mobil nömrəsini vermişdir. Şəbnəmə zəng edib, mənzilini satmaq istədiyini dedikdə, sonuncu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” Daşınmaz əmlak agentliyində işlədiyini bildirmişdir. Həmçinin Şəbnəm satmaq istədiyi mənzilə baxmaq istədiyini bildirmiş və bu məqsədlə kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına gəlib bir dəfə baxmışdır. Şəbnəmə həmin mənzilin özünə məxsus olduğunu və 280.000 manata satmaq istədiyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Şəbnəm zəng edib, işlədiyi agentliyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs adlı şəxsin ipoteka qaydasında 4 otaqlı mənzil əldə etmək istədiyini, onun mənzilini təklif etdiyini, həmçinin təklifi qüvvədə olduğu halda müştəri ilə birlikdə gəlib, mənzilə baxmaq istədiklərini bildirmişdir. Şəbnəmə etiraz etməmiş və mənzilə gəlib, baxa biləcəklərini bildirmişdir. Arvadı Şahid1 isə əvvəlcədən bildirmişdir ki, maddi sıxıntılarla bağlı mənzili satmaq qərarına gəlmişdir. Arvadı inanmışdır. Mənzilin arvadı Şahid1 adına olmasına dair saxta çıxarışı istifadəsində olan “İphone 6” markalı mobil telefonuna yüklədiyi “Picsat” proqramı vasitəsi ilə tərtib etmiş, internet klubların birində printer vasitəsi ilə rəngsiz şəkildə çap etdirmişdir. Beləliklə, kirayə yaşadığı, lakin arvadı Şahid1 adına olduğunu dediyi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına baxış keçirmək üçün ilk olaraq Şahid8 gəlmişdir. Şəbnəmdən sonra isə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə gəlmişlər. Şücayət ailəsi ilə mənzilə baxış keçirib, bəyəndiklərini bildirmişlər. Orada Şücayətlə razılığa gəlmişdir ki, mənzili sonuncuya 260.000 manata ipoteka yolu ilə satacaq. Həmçinin Şücayətlə aralarında olan razılaşmaya əsasən sonuncu ilkin olaraq 100.000 manat məbləğində pulu notarial qaydada ona verməli olmuşdur. Bundan sonra mənzil Şücayətin arvadı X4 adına keçməli olmuşdur. Qalan 160.000 manat məbləğində pulu isə Şücayət notarial qaydada nisyə alğı-satqı müqaviləsi bağlamaqla 60 ay müddətinə ödəməli olmuşdur. Şücayətdən hər şeydən əvvəl beh şəklində müəyyən məbləğdə pul verməsini istəmiş, müqavilə bağlanana kimi isə ailə üzvləri ilə birlikdə köçüb, mənzildə yaşaya biləcəyini bildirmişdir. Beh adı ilə Şücayətdən almaq istədiyi pulla borclarını tezliklə ödəmək istəmişdir. Şücayət isə “Zamin Əmlak” daşınmaz əmlak agentliyinin vasitəsi ilə müqavilə əsasında beh vermək istədiyini bildirmişdir. Şücayətlə razılaşmış və növbəti gün həmin agentliyə getmişlər. Həmin vaxt agentliyin işçiləri Şahid7 və Şahid8, həmçinin Zərərçəkmiş şəxs orada olmuşlar. Şahid7 müvafiq sənədləşdirmə işlərinin aparılmasından ötrü, mənzilin çıxarışını və arvadı Şahid1 şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. İstifadəsində olan “İphone 6” markalı mobil telefonuna yüklədiyi “Picsat” proqramı vasitəsi ilə tərtib edib, internet klubların birindən printer vasitəsi ilə rəngsiz şəkildə çap etdirdiyi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanının arvadı Şahid1 adına olmasına dair saxta çıxarışı və arvadının şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Şahid7 həmin çıxarışın müvafiq yoxlama işləri aparılmasından ötrü, onda qalmasını, notarial qaydada Zərərçəkmiş şəxs ilə müqavilə bağladıqdan sonra sənədlərin qaytarılacağını bildirmişdir. Sənədin saxta olmasının üzə çıxmasından ehtiyat edib, həmin sənədi təkidlə geri istəmiş və ilk olaraq beh verilməsini bildirmişdir. Bundan sonra Şahid7 həmin çıxarışın surətini çıxarıb, əslini ona qaytarmışdır. Daha sonralar həmin saxta çıxarışı cırıb, tullamışdır. Beləliklə, Zərərçəkmiş şəxs “Zamin Əmlak” Daşınmaz əmlak agentliyində qeydiyyata alınmaqla və müqavilə əsasında birinci dəfə beh müqaviləsi əsasında 9.000 manat, ikinci dəfə 8.000 manat, üçüncü dəfə 17.000 manat, dördüncü dəfə Nəsimi rayonu ərazisində yerləşən “İST” petrolun yaxınlığında avtomobildə Şahid7 işitrakı ilə həmçinin müqavilə əsasında 15.000 manat, beşinci dəfə isə 12.000 manat pulu həmin şirkətdə beh şəklində vermişdir. Bununla da Zərərçəkmiş şəxs ona ümumilikdə beh şəkilində 61.000 manat məbləğində pul vermişdir. Həmin pulla borclarını ödəmiş və Zərərçəkmiş şəxs pulunu geri qaytarmaq üçün müxtəlif bəhanələr gətirərək müqavilənin bağlanma vaxtını uzatmaqla gözləməyə başlamışdır. İkinci dəfə beh şəkilində Şücayət pul verdikdən sonra sonuncu ailə üzvləri ilə birlikdə onun icazəsi ilə təhviltəslim əsasında ünvan 4 ünvanına köçüb, yaşamağa başlamışlar. Həmçinin mənzilin giriş qapısının kilidini dəyişdirmişlər. Şücayət ona ilkin olaraq ödəməli olduğu 100.000 manatdan artıq 61.000 manat hissəsini beh şəkilində ödəmişdir. Qalan 39.000 manatı ödəmək və nisyə alğı-satqı müqaviləsi bağlamaq üçün Zərərçəkmiş şəxs təkidi ilə əvvəlcədən müəyyən etdikləri kimi 01 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən 28 saylı notariat kontorunda görüşmüşlər. Həmin görüşə mənzilin onun adına olmasını dediyi arvadı Şahid1, agentliyin işçisi Şahid8, Zərərçəkmiş şəxs və sonuncunun arvadı Rəna Həbibova gəlmişdir. Yaxşı bilmişdir ki, notarial qaydada müqavilə bağlamalı olsalar, notarius müvafiq dövlət orqanına sorğu göndərib, təqdim etdiyi çıxarışın saxta olduğunu biləcəkdir. Bu səbəbdən Zərərçəkmiş şəxs notariat qaydada olmadan öz aralarında “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinin iştirakı olmadan müqavilə bağlamağı təklif etmişdir. Həmçinin ona izah etmişdir ki, həmin agentliyin iştirakı olarsa hər ikisi əlavə pul itirəcək. Bu məqsədlə notariat kontorunda olan tanımadığı cavan oğlana aralarında əvvəllər razılaşdığı şərtlərlə müqavilə bağlamaq istədiyini bildirmişdir. Həmin şəxs dediyi formada müqavilənin notariat qaydada deyil, öz aralarında bağlana biləcəyini bildirmişdir. Razılaşmış və həmin şəxsdən xahiş etmişdir ki, dediyi formada müqavilə hazırlayıb versin. Həmin şəxs müqaviləni hazırlayıb verdikdən sonra Şücayətə təqdim etmişdir. Həmin vaxt agentliyin işçisi Şahid7 də oraya gəlmişdir. Ramin tərtib edilmiş müqaviləyə baxdıqdan sonra şübhələnmiş və Şücayətə imtina etməyini bildirmişdir. Şücayət Şahid7 sözündən sonra müqaviləni ancaq notariat qaydada bağlayacağını deyib, müqaviləni imzalamaqdan imtina etmişdir. Həmçinin ilkin ödənişə daxil olan 39.000 manatı ödəməmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və birlikdə notariat kontorunu tərk etmişlər. Həmin ərəfədə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanının həqiqi sahibi Şahid4 zəng edib, mənzili başqasına satmağı barədə eşitdiyini bildirmişdir. Telmana bunun yalan olduğunu deyib, ailə üzvləri ilə birlikdə həmin mənzildə özünün yaşadığını bildirmişdir. Telman təkidlə bir neçə dəfə gəlib, mənzilə baxış keçirmək istəsə də, müxtəlif bəhanələr gətirərək sonuncunu bu fikirindən daşındırmışdır. Çünki Şücayət ailəsi ilə birlikdə artıq mənzildə yaşayırdı və köçdükdən sonra mənzilin giriş qapısının kilidini dəyişdirmişdir. Buna görə də Şücayətə təklif etmişdir ki, növbəti gün yəni, 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində həmin 28 saylı notariat kontorunda görüşüb, notariat qaydada nisyə alğı-satqı müqaviləsi bağlasınlar. Şücayəti ailəsi ilə 28 saylı notariat kontoruna göndərib, vaxt qazanmaq istəmiş, bu müddətdə isə Şahid4 mənzilə gətirib, hələ də ailəsi ilə birlikdə mənzildə kirayə yaşadığını göstərmək istəmişdir. Bununla da Telmanla məsələni həll etdikdən sonra Şücayətin pulunu qaytarmağa çalışacaqmış. 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Şücayətgil mənzildə olmadığı müddətdə ora gedib, giriş qapısının kilidini sındırıb, dəyişdirmişdir. Mənzilə daxil olub, baxdıqda görmüşdür ki, Şücayət mənzildə olan və Şahid4 məxsus bəzi mebelləri aparmışdır. Bundan sonra mənzili tərk etmiş və bacısıgilə gedib, bacısı Şahid2 və arvadı Şahid1 bildirmişdir ki, “Şücayət pulu gecikdirdiyi üçün mənzili ona satmaq fikrindən daşınmışam, buna görə də bizim aramızda mübahisə yaranmışdır, həmin mənzilə yeni müştəri tapmışam və həmin müştəri bu gün gəlib mənzilə baxmaq istəyir”. Bu səbəbdən də onların baxışda iştirakının vacib olduğunu bildirmişdir. Bacısı Aygül və arvadı Tamara razılaşmış və onlar mənzilə getmişlər. Onlar mənzildə qalmış, özü isə oranı tərk edib, Telmana zəng etmiş və sonuncunu mənzilə dəvət etmişdir. Daha sonra məlum olmuşdur ki, Telman mənzildə olarkən Şücayət də ora getmiş və hər şeyin üstü açılmışdır (cild 1, iş vərəqə 178-184 və 200-206) Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında ifadəsi elan olunub sübut kimi qəbul edilmiş mərhum Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmiş, İ qrup əlil olmuş və buna görə də dövlət tərəfindən təqaüd almışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində ipoteka yolu ilə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə tanışlarının məsləhəti ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən və mənzillərin alğısatqısını təşkil edən “Zamin Əmlak” daşınmaz əmlak agentliyinə müraciət etmişdir. Həmin agentlikdə onu özünü müdir müavini kimi təqdim edən Şahid7 qarşılamışdır. Mənzil almaq istəyini Raminə bildirmiş, sonuncu isə ona satılan mənzillərin şəkillərini göstərmişdir. Bununla bağlı müxtəlif ünvanlarda olmuşdur. Lakin həmin mənzil sahiblərinin irəli sürdüyü şərtlərlə razılaşmadığından aralarında heç bir alğı-satqı baş tutmamışdır. Növbəti dəfə agentliyə gəlib, Raminlə birlikdə sözügedən məsələ ilə bağlı söhbət edərkən həmin agentliyin işçisi olan Şahid8 onlara yaxınlaşıb, uzaq qohumu Təqsirləndirilən şəxs adlı şəxsin sahibi olduğu Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını satdığını bildirmişdir. Şəbnəm həmin mənzili ona tərifləmiş və mənzili alacağı halda uduzmayacağını bildirmişdir. Şəbnəm həmçinin Təqsirləndirilən şəxs adlı qohumunun sahibi olduğu həmin mənzili 280.000 manata satdığını, hətta qiymətində endirim edəcəyini, eləcə də Ramilin mənzilini satmaqla bağlı hələki heç bir yerdə elan vermədiyini, bu barədə yalnız ona dediyini bildirmişdir. Həmin mənzilə gedib baxmaq istədiyini Şəbnəmə bildirmişdir. Sonuncu isə razılaşmışdır. Bu məqsədlə ailə üzvləri ilə birlikdə Şəbnəmin bildirdiyi ünvan 4 ünvanına getmişdir. Həmin ünvanı axtararkən Şəbnəm mobil telefon vasitəsi ilə yolu onlara izah etmiş və onlar oraya çatdıqda Şəbnəm artıq Ramillə birlikdə mənzildə olmuşlar. 14 mərtəbəli yeni yaşayış binasının 7-ci blokda, 4-cü mərtəbədə, solda yerləşən 12 saylı mənzilə getmişlər. 165.68 kv metr sahəsi olan mənzilə Şəbnəm və Ramilin iştirakı ilə baxış keçirmişlər. Özü və ailə üzvləri mənzili bəyənmişlər. Orada mənzilin satın alınması məqsədi ilə qiymətlə bağlı Ramil və Şəbnəmlə 260.000 manata ipoteka yolu ilə mənzili əldə edəcəyi barədə razılaşmışlar. Razılaşmaya əsasən mənzil sahibi olan Ramilə ilkin olaraq 100.000 manat pulu notariat qaydada verməli imiş, bundan sonra mənzil arvadı X4 adına keçirilməli idi. Daha sonra qalıq qalmış 160.000 manatı isə notariat qaydada nisiyə alğı-satqı müqaviləsi bağlamaqla 60 ay müddətinə ödəməli idi. Həmçinin orada Ramillə ilkin olaraq müqavilənin baş tutması üçün “Zamin Əmlak” Daşınmaz əmlak agentliyində müəyyən miqdarda beh verəcəyi barədə razılığa gəlmişlər. Növbəti gün həmin agentliyə getmiş, Şahid7, Şəbnəm və mənzil sahibi olan Ramilin iştirakı ilə birinci dəfə beh müqaviləsi əsasında Ramilə 9.000 manat pul vermişdir. Qeyd etmişdir ki, ilk dəfə Ramil orada həmin mənzilin arvadı Şahid1 adına olmasına dair çıxarışı ona və digərlərinə təqdim etmişdir. Bu zaman Şahid7 həmin çıxarışın surətini çıxarmışdır. Əslini isə Ramil Musazdə özü ilə götürmüşdür. Beh kimi bundan sonra müxtəlif tarixlərdə “Zamin Əmlak” Daşınmaz əmlak agentliyində qeydiyyata alınmaqla və müqavilə əsasında Ramilə ikinci dəfə 8.000 manat, üçüncü dəfə 17.000 manat, dördüncü dəfə Nəsimi rayonu ərazisində yerləşən “İST petrol” YDM-nin yaxınlığında avtomobildə Ramil Nağdəliyevin iştirakı ilə həmçinin müqavilə əsasında 15.000 manat, beşinci dəfə isə 12.000 manat pulu həmin şirkətdə beh şəkilində vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ümumilikdə beh şəkilində 61.000 manat məbləğində pul vermişdir. İkinci dəfə beh şəkildə Ramilə pul verdikdən sonra təhvil-təslim əsasında ünvan 4 ünvanına ailə üzvləri ilə birlikdə köçmüş və orada yaşamağa başlamışdır. Bundan sonra razılaşmamıza əsasən Ramilə söz verdiyi 100.000 manatı tam ödəmək məqsədi ilə qalıq qalmış 39.000 manatı ödəmək üçün əvvəlcədən müəyyən etdikləri kimi 1 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən 28 saylı notariat kantorunda görüşmüşlər. Həmin görüşə Şahid7, Təqsirləndirilən şəxs özü, sonuncunun arvadı Şahid1 və Şəbnəm gəlmişdir. Notariusda olarkən Təqsirləndirilən şəxs təklif etmişdir gətirdiyi 39.000 manat pulu sonuncuya versin, nisyə alğı-satqı müqaviləsini isə notariat qaydada olmadan aralarında bağlasınlar. Həmçinin Təqsirləndirilən şəxs özü ilə müqavilə forması gətirmişdir. Orada olan Şahid7 həmin müqaviləyə baxdıqdan sonra bunun oyun olduğunu ona bildirmiş və pulu verməməyi məsləhət bilmişdir. O, Şahid7lə razılaşmış və pulu verməmişdir. Həmçinin notariatdan kənar olan Təqsirləndirilən şəxs təklif etdiyi müqaviləyə qol çəkməmişdir. Beləliklə, notariat kontorunu onlar tərk etmişlər, küçədə olarkən Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, sabahsı gün saat 12 radələrində 28 saylı notariusda görüşsünlər və orada nisyə alğı-satqı müqaviləsi bağlasınlar. O razılaşmış və oranı Şahid7lə birlikdə tərk etmişdir. 28 saylı notarius kontorunda görüşməzdən əvvəl Şəbnəm ona zəng edib, İnqilab küçəsində görüşməyi təklif etmişdir. O həmin yerə getmiş, oraya Təqsirləndirilən şəxs də gəlmişdir. Şəbnəm və Təqsirləndirilən şəxs ona təklif etmişlər ki, “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinin iştirakı olmadan aralarında alğı-satqı etsinlər ki, agentliyə artıq pulları çıxmasın. O razılaşmamış və hər şeyin əmlak agentliyinin vasitəsi ilə həyata keçirilməsini istədiyini bildirib, oranı tərk etmişdir. Beləliklə Təqsirləndirilən şəxs ilə danışıqlarına əsasən 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində o, Şahid7, arvadı Rəna 28 saylı notariat kontorunun yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və arvadı Tamara gəlmədiyindən onlarla əlaqə saxlamağa çalışmışlar, lakin zənglərinə cavab verilməmişdir. Həmin vaxt Şahid7 bu işdən şübhələndiyini deyib, mənzilə getmələrini təklif etmişdir. Çünki hesab etmişlər ki, Təqsirləndirilən şəxs özü onları ora bilərəkdən göndərmişdir. Bundan sonra onlar həmin aldığı mənzilə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs ona gizli nömrədən zəng edərək bildirmişdir ki, notariusa qayıdın alğı-satqını tamamlayaq. Həmin vaxt artıq saat 13 radələri olmuşdur. Avtomobilini binanın qarşısında saxlayıb enəndə mühafizəçi Fərasət adlı şəxs ona yaxınlaşmış və adını sonradan bildiyi Şahid4 adlı şəxsin ***-***-**-** olan telefon nömrəsini ona verib bildirmişdir ki, sonuncu həmin mənzilin, yəni onun Təqsirləndirilən şəxs aldığı mənzilin əsil sahibidir. O, dərhal Telman adlı şəxslə əlaqə saxlamışdır. Telman ona bildirmişdir ki, “mən hazırda mənzilin içərisindəyəm”. O, tez mənzilə qalxmış və görmüşdür ki, qapının kilidi sındırılmış vəziyyətdədir, mənzildə isə Ramilin arvadı Tamara, bir nəfər Ramilin bacısı kimi tanıdığı qadın və Telman adlı şəxs olmuşdur. Telman özünü ona mənzilin sahibi kimi təqdim etmiş və bildirmişdir ki, mənzili əslində Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona aldığı mənzilin arvadı Tamaranın adına olmasına dair saxta çıxarış təqdim edib, mənzili ona satmaq adı ilə aldatmaqla beh şəkilində ümumilikdə 61.000 manat məbləğində pulunu alıb ələ keçirmişdir. Belə olduqda mənzili ona göstərən Şəbnəm adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq olanları bildirmişdir. Şəbnəm bir daha ona zəng etməməyini, bu işlə əlaqəsi olmadığını bildirməklə sadəcə mənzili göstərdiyini deyib, hazırda xəstəxanada olduğunu söyləmişdir. Daha sonra Şahid7 və o həmin şəxslərin mənzildən çıxmalarına imkan verməmişlər və Şahid7 bu barədə DİN-in 102 Zəng Mərkəzinə zəng edib bildirmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib onları 37-ci Polis Şöbəsinə aparmışlar. O da bu barədə ərizə ilə müraciət etmişdir (cild 1, iş vərəqə 57-63). Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında mərhum əri Zərərçəkmiş şəxs ilə qərara gəlmişlər ki, Bakı şəhəri, Xətai rayonu ərazisindən mənzil alsınlar. Bu məqsədlə internet saytlarına baxmışlar və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 14 saylı yaşayış binasının 4-cü mərtəbəsində olan mənzilin satış elanını görmüşlər. Həmin elanda qeyd edilmişdir ki, satılan mənzil 4 otaqlı və təmirli vəziyyətdədir. Mərhum əri Şücayətlə qərara gəlmişlər ki, həmin mənzilə gedib baxsınlar. Həmin elanda qeyd edilmiş xatırlamadığı mobil nömrəyə əri Şücayət zəng etmişdir. Bir nəfər tanımadığı şəxslə danışdıqdan sonra həmin şəxs əri Şücayəti mənzili satın almaq məqsədi ilə həmin yaşayış binasının altında yerləşən “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə dəvət edərək mənzilin satışının agentlikdə həyata keçiriləcəyini bildirmişdir. Bu məqsədlə bir neçə gün sonra əri Şücayətlə birlikdə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə getmişlər. Orada onları agentliyin işçisi Şahid7 qarşılamışdır. Orada onlar Şahid7 internet saytında agentliyin yerləşdiyi binanın 4-cü mərtəbəsində olan mənzilin satış elanını gördüklərini və həmin mənzilə baxmaq istədiklərini bildirmişlər. Həmin vaxt Raminin tapşırığı ilə agentliyin bir nəfər tanımadığı işçisi ilə birlikdə həmin mənzilə qalxmış, lakin mənzilin qapısı bağlı olduğundan geri qayıtmışlar. Ramin bildirmişdir ki, həmin mənzilin sahibi onların tanışlarıdır. X23 mənzili ipoteka yolu ilə almaq istədiyini dedikdə sonuncu əvvəlcədən şirkətə 1.000 manat məbləğində beh qismində pul verməli olduğunu demişdir. O da həmin məbləğdə pulu sənədləşdirmə əsasında Şahid7 vermişdir. Həmin sənəd agentlikdə qalmışdır. Bundan sonra Ramin kompüter vasitəsi ilə onlara bir neçə satış elanı verilmiş mənzillərin fotoşəkillərini göstərmişdir. Bir neçə gün ərzində həmin agentliyin vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir neçə mənzilə baxmış, lakin mənzilləri bəyənməmişlər. Növbəti dəfə eyni məqsədlə agentliyə gedərkən Ramin onları agentliyin direktoru Oqtay Zərbəliyevlə tanış etmişdir. Söhbət zamanı o, Oqtaya demişdir ki, ipoteka yolu ilə mənzil əldə etmək istəyir. Oqtay isə ona ipoteka yolu ilə mənzillərin ay yarıma başa gəldiyini və pulu nə qədər tez ödəsə işinin o qədər tez başa gələcəyini bildirmişdir. Oqtay nə qədər pul ödəmək istədiyini soruşduqda o, 53.000 ABŞ dolları pulunun olduğunu demişdir. Oqtay da həmin pulun manata çevrilməli olduğunu bildirmişdir. Oqtayın işçiləri həmin pulu aparıb 90.100 manat pula çevirmişlər. Ay yarım keçdikdən sonra agentliyə gəlmiş və orada ona məlum olmuşdur ki, ona verilməli olan mənzil satılıb. Agentlikdə Oqtayın işçisi olan Şəbnəm xanım rəfiqəsinin “Neftçilər” xəstəxanasının arxasında əşyalı olaraq 260.000 manata evini satdığını və həmin evi ona ipoteka yolu ilə sata biləcəklərini bildirmişdir. Bu zaman Oqtay ona vaxtın keçdiyini və yenidən ay yarım gözləməli olduğunu demişdir. Sabahısı o, Şəbnəm və Ramin ilə Şəbnəmin dediyi həmin mənzilə baxmağa getmişlər. O, Təqsirləndirilən şəxs adlı şəxsdən həmin mənzilin niyə belə ucuz satıldığını soruşduqda Şəbnəm ona evi satan adamın evlərinin çox olduğunu, təcili pula ehtiyacının olduğunu demişdir. Sabahısı gün o, əri Şücayətlə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə gedib 90.000 manat pulu Oqtaya vermişdir. Bundan sonra onlar öz əşyalarını həmin mənzilə yığmağa başlamışlar. Təqsirləndirilən şəxs hələ həmin mənzildən köçməmişdir. Ramil köçmədiyi üçün 1 ay yenə mənzilin təhvil-təslimi gecikmişdir. Sonra o, notariusda Şəbnəmlə görüşən zaman Şəbnəm “2.500 manatımı alsaydım artıq bu işdən çıxardım” demişdir. Bu zaman Şəbnəm yüksək səslə bağıraraq ona demişdir ki, “sizinlə aparılmış sənədləşmələrin hamısı saxta idi və sizin ödədiyiniz 90.100 manat pulu Oqtay müəllim sizi aldadıb özünə götürmüşdür, Oqtay müəllim sizin kimi bir çoxunu belə aldadıb”. Bundan sonra o, Oqtayın ofisinə gedib pulu ona verdiyini və ondan alacağını deyərək pulunu verməsə polisə şikayət edəcəyini bildirmişdir. Oqtay isə ona vaxt verməyini, Türkiyədə yaşayan dostunun ofisinin yerləşdiyi binada evinin olduğunu, həmin evi satmaq istədiyini və həmin evi onlara 5 illik ipoteka ilə verəcəyini demişdir. O da Oqtayın dediyi vaxta kimi, yəni 2021-ci ilin fevral ayının 15-nə kimi gözləmişdir. Fevralın 15-də Oqtaya zəng etmiş, ancaq Oqtaydan bir xəbər çıxmamışdır. 1 mart 2021-ci il tarixdə həyat yoldaşı Şücayət vəfat etmiş, bu ərəfələrdə onların əşyalarını yığdıqları evin sahibi ona zəng edib evin kirayə haqqının 2 aydır ki, ödənilmədiyini və pulunu istədiyini demişdir. Ev sahibi həmçinin Oqtayın onlaı aldatdığını və onları həmin evə kirayəçi kimi gətirdiyini bildirmişdir. O, Şahid7 evə görə 1.000 manat beh vermişdir. 90.000 manat pulu Oqtaya ofisində vermişdir. Oqtay həmin pula görə ona öhdəlik kağızı vermişdir. Həmin pulu o, Rusiyada özü işləyib qazanmışdır. Onlar Rusiyadan 2019-cu ildə əri Şücayət xəstə olduğu üçün gəlmişlər. Ev ilə bağlı bütün danışıqlar onun iştirakı ilə aparılmışdır. “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin yerləşdiyi binadakı mənzilin alğı-satqısı ilə bağlı Oqtay və Raminlə danışmışdır. Həyat yoldaşı heç bir beh müqaviləsini imzalamamışdır. “Neftçilər” Xəstəxanasının arxasında yerləşən evin Ramilə məxsus olmadığı ona məlum olduqdan sonra Oqtayla mübahisə etməyə başlamışdır. 30.000 manat yazılmış beh müqaviləsi ilə bağlı söhbətlər Oqtayla müstəntiqin yanında olduqları vaxt olmuşdur. O, Ramili 3 dəfə görmüşdür. 90.000 manat pulu Oqtaya "xxxx" MTK-da yerləşən evə görə vermişdir. Evin sahibi ilə razılaşa bilmədiklərindən agentlikdə ona başqa ev təklif etmişlər. 90.000 manat pulu Oqtaya verdikdən 1 ay sonra Ramili görmüşdür. Ramilin evindən kirayə pulunu ödəyə bilmədiyi üçün çıxmışdır. Həyat yoldaşı xəstə olduğu üçün ev ilə bağlı olan danışıqlarda iştirak edə bilməmişdir. Beh müqavilələri ilə bağlı onda heç bir qəbz yoxdur. “Neftçilər” Xəstəxanasının arxasında yerləşən evi ona Oqtayın köməkçisi Şəbnəm tapmışdır. Əri Şücayət xəstəliyi ilə bağlı xəstəxanada yatmışdır. Ramilə heç bir məbləğdə pul verməmişdir. "xxxx" MTK-da yerləşən ev 4 otaqlı olmuşdur. Oqtayın onlara verəcəyi əvvəlki evin satıldığını tanış maklerdən öyrənmişdir. Oqtayın onlara verəcəyi birinci evin sahibinin kim olduğunu xatırlamır. “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi Xətaidə yerləşir. Onlar "xxxx" MTK-ya məxsus olan evə baxmamışlar. Oqtay ona bütün işləri özünün həll edəcəyini və narahat olmamağını bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində əmlak üzrə menecer vəzifəsində çalışır. 2020-ci ilin avqust ayında şirkətdə olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxs müştəri qismində şirkətə gələrək Bakı şəhərində ipoteka yolu ilə 100.000 manat məbləğində ilkin ödəniş etməklə mənzil almaq istədiyini bildirmişdir. O, bir neçə mənzili Şücayətə təqdim etsə də, Şücayət faizlərin çox olmasını əsas gətirib imtina etmişdir. Həmçinin şirkətdə satış elanı verilmiş bir mənzili də işçiləri aparıb Şücayətə göstərmiş, lakin o, mənzil sahibinin şərtləri ilə razılaşmamışdır. Şücayət yenə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində olarkən şirkətə praktikant kimi işə düzəlmiş Şahid8 yaxınlaşıb bir nəfər qohumunun olduğunu və həmin şəxsin Xətai rayonu ərazisində olan mənzilini satmaq istədiyini dedikdə Şücayət mənzilə baxmaq istədiyini bildirmişdir. Həmin mənzil şirkətdə satılan mənzillərin siyahısında olamış və bu barədə heç bir elan verilməmişdir. Sonra Şəbnəm və Şücayət birlikdə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına baxmağa getmişlər. Həmin gün Şücayət agentliyə gəlib mənzilə baxdığını və bəyəndiyini deyərək mənzil sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə qiymət barədə razılaşdığını bildirmişdir. Şücayət mənzilin alğı-satqısını onların şirkəti vasitəsi ilə həyata keçirilməsini xahiş etmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Şücayətin arasındakı razılaşmaya əsasən Şücayət Ramilə ilkin olaraq 100.000 manat məbləğində pul verməli olmuş, qalıq qalmış pulu isə notarial qaydada təsdiq edilmiş nisyə alğı-satqı müqaviləsi ilə 60 ay müddətində ödəməli olmuşdur. Mənzilin ümumi qiyməti isə 260.000 manat məbləğində müəyyən edilmişdir. O, Şücayətin xahişini nəzərə alaraq Şəbnəmin vasitəsilə Təqsirləndirilən şəxs şirkətə dəvət etmişdir. Təqsirləndirilən şəxs şirkətə gəlib Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını arvadı Şahid1 məxsus olmasına dair çıxarışı və arvadı Şahid1 şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O həmin çıxarışın müvafiq yoxlamalar aparılması üçün şirkətdə qalmasını istəmişdir. Lakin Təqsirləndirilən şəxs sənədlərin özündə qalmasını istəmişdir. O da sonuncuya sənədləri saxlayıb notariusa verəcəyini və alğı-satqı vaxtı onlara gəlməsini xəbər edəcəyini demişdir. Daha sonra hər ehtimala qarşı həmin çıxarışın surətini çıxarıb özündə saxlamışdır. Təxminən 10 dəqiqə sonra Şəbnəm təkidlə ondan çıxarışın əslini almış və tanımadığı bir cavan oğlan gəlib Şəbnəmdən həmin çıxarışı götürmüşdür. Şücayət Ramilə beh müqaviləsi əsasında müəyyən miqdarda pul verməyə razılaşmışdır. Şücayət Təqsirləndirilən şəxs birinci dəfə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində qeydiyyata alınmaqla və müqavilə əsasında beh qismində 9.000 manat məbləğində pul vermişdir. Daha sonra isə Şücayət beh kimi müxtəlif tarixlərdə Ramilə ikinci dəfə 8.000 manat, üçüncü dəfə 17.000 manat, dördüncü dəfə Nəsimi rayonu ərazisində yerləşən “İST” petrolun yaxınlığında avtomobildə onun iştirakı ilə müqavilə əsasında 15.000 manat, beşinci dəfə isə şirkətdə 12.000 manat, ümumilikdə isə 61.000 manat məbləğində pul vermişdir. İkinci dəfə beh şəklində Ramil pul verdikdən sonra Şücayət ailəsi ilə birlikdə onların vasitəçiliyi ilə təhvil-təslim əsasında ünvan 4 ünvanına köçmüşdür. Behin ödənilməsinə baxmayaraq Təqsirləndirilən şəxs alğı-satqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır. O da Ramildən alğı-satqı etməsini tələb etmişdir. 1 dekabr 2020-ci il tarixdə Şücayət ona zəng edib Şəbnəmin onu 28 saylı notariusa alğı-satqı etməyə çağırdığını və onsuz getmək istəmədiyini demişdir. O isə alğı-satqı onların şirkəti vasitəsi ilə həyata keçirildiyindən həmin notariat ofisinə yaxınlaşıb notariat ofisinin işçisinin Təqsirləndirilən şəxs ilə hazırladıqları müqaviləyə baxdıqda orada saxtakarlıq olmasından şübhələnib Şücayət müəllimə alğı-satqı müqaviləsinə imza etməməsini demişdir. Həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə Şahid1 və Şücayətin arvadı Rəna Həbibova arasında bağlanmalı olmuşdur. O həmin müqavilənin formasını götürmüş və bundan sonra notariat ofisindən çıxmışlar. 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Şücayət ona zəng edib təxminən 1 saat sonra notariat ofisində olmağını, Ramilin sözünə əsasən alğı-satqı olacağını bildirmişdir. 28 saylı notariat ofisinə çatdıqda Şücayətin orada olsa da, Ramil gəlmədiyini görmüşdür. Ramilə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng vurduqda telefon sönmüş vəziyyətdə olmuşdur. Bundan sonra Şücayətə dərhal mənzilə getməsini məsləhət görmüş, çünki Ramilin bilərəkdən Şücayəti notariusa göndərdiyini düşünmüşdür. Bundan sonra oradan çıxıb işə getmişdir. Bir qədər sonra Şücayət ona zəng edib evə çatdıqda mənzilin sahibinin Təqsirləndirilən şəxs deyil, başqa şəxs olduğunu müəyyən etdiyini və onun da ora gəlməyini xahiş etmişdir. O da gedib həmin yerə çatdıqda mənzilin giriş qapısının kilidinin sındırıldığını görmüşdür. Beləliklə, məlum olmuşdur ki, mənzil Təqsirləndirilən şəxs arvadı Şahid1 yox, Telman adlı şəxsə məxsusdur və sadəcə Telman mənzili Ramilə kirayə vermişdir. Ramil isə mənzili saxta sənədlə arvadının adına sənədləşdirib Şücayətə sataraq 61.000 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, DİNnin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi saxta çıxarışın surətini və digər zəruri sənədləri, həmçinin Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı öhdəlik ərizəsini, həmçinin notariat ofisində tərtib edilmiş müqavilənin özünü təqdim etmişdir. Həmin mənzilin Tamaranın adına qeydiyyatda olmaması ortaya çıxdıqdan sonra Tamara Şücayətin ailəsi ilə həmin mənzilə köçməsinə və qapının kildini dəyişdirməsinə baxmayaraq qapının kilidini sındırıb mənzilə daxil olmuşdur. X16 aldadıb hələ də mənzildə kirayə yaşadıqları görüntüsünü yaratmaq istəmişdir. Həmçinin Tamara mənzilin təhvil-təslim edilməsində və notariat ofisində iştirak etmişdir. Şəbnəm də aktiv şəkildə Şücayətin pulunun ələ keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs evin çıxarışını ofisdə vermişdir. Ramil şəxsiyyət vəsiqəsinin surətini də vermişdir. Çıxarışı polisə o təqdim etmişdir. Əvvəlcə 91.000 manat pulu Şücayət onlara vermişdir. 91.000 manat pul Şücayətə qaytarılmışdır. Onlar 91.000 manat pulu əmlak sahibinə vermək üçün almışlar. Şücayət 1.000 manat pulu beh kimi vermişdir. Şücayəti birinci dəfə 2020-ci ilin avqust ayında görmüşdür. Şücayətlə yoldaşı onlara müraciət edərək 100.000 manat pullarının olduğunu, ipotekaya və yaxud kreditə mənzil almaq istədiklərini bildirmişlər. 91.000 manat pulun içində həm manat, həm də dollar olmuşdur. O, evlə bağlı olan söhbətləri Şücayətlə aparmışdır. Beh müqavilələrini Şücayət imzalamışdır. 91.000 manat pulu alıb Şahid6 vermişdir. Evə ofisin əməkdaşları ilə baxış keçirilmişdir. Əmlak sahibi onlara ilkin razılıq verdiyi üçün 91.000 manat pulu almışlar. Beh müqaviləsini o imzalamışdır. Əmək müqaviləsi əsasında işləyir. Orta təhsillidir. Təqsirləndirilən şəxs 2020ci ilin avqust ayından tanıyır. Pulu qaytaran zaman Şücayətdən qəbz almamışlar. Pulu alarkən Şücayətə öhdəlik kağızı verilmişdir. Şücayət pulu aldıqları günün sabahısı ofisə gəlmişdir. Həmin pul 30.000 manat və 60.000 manat şəklində Şücayətə ofisdə geri qaytarılmışdır. 30.000 manat pulu şəxsən o özü Şücayətə qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyini VÖEN əsasında işlədir. Həmin agentlik 31 may 2016-cı il tarixdən etibarən vergi orqanlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərir. Təxminən 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs müştəri qismində həmin agentliyə gəlmişdir. Müştəri Zərərçəkmiş şəxs Bakı şəhərindən ipokeka yolu ilə 100.000 manat məbləğində ilkin ödəniş etməklə mənzil almaq istədiyini onun işçilərinə bildirmişdir. Bir neçə mənzil Şücayətə təqdim edilsə də, Şücayət şərtlərlə razı olmayaraq, yəni faizlərin çox olmasını əsas gətirib imtina etmişdir. Şücayətə həmçinin şirkətdə satılması elanı verilmiş bir mənzili də işçiləri aparıb göstərmişdir. Bu mənzil Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən "xxxx" MTK-ya məxsus olmuşdur. Şücayət və onun həyat yoldaşı Rəna ilə aralarında olan razılaşmaya əsasən onlar ilkin ödəniş kimi 150.000 manat pul verməli olmuş, bundan sonra ümumilikdə 370.000 manatı ipoteka krediti ilə verilməli və mənzil əldə ediməli olmuşdur. Lakin həmin mənzilin adını bilmədiyi sahibi mənzili başqa şəxsə satdığından alğı-satqı baş tutmamışdır. Rəna və Şücayət həmin mənzilə baxış keçirmişlər, lakin mənzil sahibi ilə aralarında pulla bağlı razılıq əldə edilməmişdir. Şücayət növbəti dəfə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində olarkən şirkətə praktikant kimi işə düzəlmiş Şahid8 yaxınlaşıb bir nəfər qohumunun olduğunu, həmin şəxsin Xətai rayonu ərazisində olan mənzilini satmaq istədiyini deyib həmin Şücayətə təklif etmişdir. Şücayət də mənzilə baxmaq istədiyini bildirmişdir. Həmin mənzil şirkətdə satılan mənzillərin siyahısında olmamışdır. Bu barədə heç bir elan verilməmişdir. Bundan sonra Şəbnəm özü Şücayətlə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına baxmağa getmişlər. Həmin günü Şücayət qayıdıb gələrək mənzilə baxdığını və bəyəndiyini demişdir. Həmçinin mənzil sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə qiymət barəsində razılaşdığını bildirmişdir. Şücayət mənzilin alğı-satqısını onların şirkəti vasitəsi ilə həyata keçirilməsini xahiş etmişdir. Beləliklə, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Şücayət aralarında razılaşmışlar ki, Şücayət Ramilə ilkin olaraq 100.000 manat məbləğində pul versin. Daha sonra isə qalıq qalmış pulu notarial qaydada təsdiq edilmiş nisyə alğı-satqı müqaviləsi ilə 60 ay müddətində ödənməli olmuşdur. Mənzilin ümumi qiyməti isə 260.000 manat məbləğində müəyyən edilmişdir. Həmin 100.000 manat məbləğində ilkin ödənişdən isə onların şirkətinə Şücayət 1 faiz xidmət haqqı ödəməli olmuşdur. Şücayətin xahişini nəzərə alaraq Şəbnəmin vasitəsilə Təqsirləndirilən şəxs şirkətə dəvət etmişlər və sonra o, şirkətə gələrək Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanının arvadı Şahid1 məxsus olmasına dair çıxarışı və arvadı Şahid1 şəxsiyyət vəsiqəsini təqdim etmişdir. İşçisi Şahid7 həmin çıxarışın surətini çıxarıb özündə saxlamışdır. Çıxarışın əslini isə özünə qaytarmışdır. Beləliklə, Şücayət Ramilə beh müqaviləsi əsasında müəyyən miqdarda pul verməyə razılaşmışdır. Şücayət Təqsirləndirilən şəxs birinci dəfə 9.000 manat məbləğində pulu “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində qeydiyyata alınmaqla və müqavilə əsasında beh qismində vermişdir. Sonra isə beh kimi müxtəlif tarixlərdə Ramilə ikinci dəfə 8.000 manat, üçüncü dəfə 17.000 manat, dördüncü dəfə 15.000 manat, beşinci dəfə 12.000 manat pulu şirkətdə və yaxud özləri görüşüb beh şəklində vermişdir. Beləliklə, Şücayət Təqsirləndirilən şəxs ümumilikdə beh şəklində 61.000 manat məbləğində pul vermişdir. İkinci dəfə Şücayət beh şəkildə Ramilə pul verdikdən sonra onların vasitəçiliyi ilə təhvil-təslim əsasında ünvan 4 ünvanına Şücayət ailə üzvləri ilə birlikdə köçmüşlər. Beh ödənilməsinə baxmayaraq Təqsirləndirilən şəxs alğı-satqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələr gətirərək yayınmışdır. Daha sonra ona məlum olmuşdur ki, 1 dekabr 2020-ci il tarixdə notariusda alğı-satqı müqaviləsi Təqsirləndirilən şəxs yayınması səbəbindən baş tutmamışdır. Çünki Təqsirləndirilən şəxs onların agentlikdən kənar olaraq Zərərçəkmiş şəxs razılşama təklif etmişdir. Şirkət işçisi Şahid7 isə buna mane olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Şücayətə qanuni əsası olmayan müqavilə bağlamağı təklif etmişdir. Şahid7 isə Şücayəti fikrindən daşındırmışdır. 2 dekabr 2020-ci il tarixdə isə günorta saatlarında işçiləri Şücayətə zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxs satmaq istədiyi mənzil əslində başqa şəxsə məxsusdur. Belə ki, Təqsirləndirilən şəxs həmin mənzilin arvadı Şahid1 adına olmasına dair saxta çıxarış təqdim edib Zərərçəkmiş şəxs aldatmaqla beh qismində sonuncudan 61.000 manat məbləğində pul almışdır. O özü də dərhal həmin mənzilə getmişdir. Oraya mənzilin əsil sahibi Telman adlı polis əməkdaşı da gəlmişdir. Telman ona bildirmişdir ki, həmin mənzil ona məxsusdur və sonuncu mənzili Təqsirləndirilən şəxs kirayə vermişdir. Təqsirləndirilən şəxs satmaq istədiyi mənzil onların şirkətində satılan mənzillər siyahısında olmamışdır. Əgər həmin mənzil onların şirkətində satılan mənzillər siyahısında olsaydı, çıxarışı yoxlanılmamış mənzili heç vaxt müştəriyə təklif etməzdilər. Həmin mənzili Şəbnəm Şücayətə təklif etmişdir. Şücayət isə mənzili bəyəndiyindən və Təqsirləndirilən şəxs irəli sürdüyü şərtləri sərfəli hesab etdiyindən mənzili satın almaq məsələsində onları tələsdirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqdim etdiyi çıxarış yoxlanılmamışdır. O, Şücayətin ona vermiş olduğu 91.000 manat puldan ilkin olaraq 30.000 manat pulu 2020-ci ilin sentyabr ayında Şücayətə geri qaytarmışdır. Şücayət ona demişdir ki, taxta biznesi ilə əlaqədar harasa pul köçürür, bununla bağlı ona təcili pul lazımdır. Qalan 61.000 manat pulu isə 30.000 manatı verdikdən az müddət sonra Şücayətə qaytarmışdır. Hazırda ona Şücayət tərəfindən verilmiş pul tam olaraq qaytarılmışdır. Həmin 91.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə mənzil alğı-satqısı ilə bağlı ilkin ödəniş kimi vermişdir. Şahid7 əmək müqaviləsi əsasında 1 il yarımdır ki, “Zamin Əmlak”da işləyir. Şücayətdən 91.000 manat pulu Ramilin mənzilinə görə almamışlar. 91.000 manat alınan zaman orada Şücayət, Rəna xanım və Şahid7 olmuşdur. Pulun alınması ilə bağlı öhdəlik sənədi vermişlər. Pulun nə vaxt alındığını xatırlamır. 91.000 manat pulu 30.000 və 61.000 manat olaraq iki dəfəyə ofisdə Şücayətə geri qaytarmışlar. 91.000 manat pulun Şücayətə qaytarılması ilə bağlı hər hansı bir sənəd alınmamışdır. Şücayətlə arasında səmimiyət yarandığı üçün o, pulun qaytarılması ilə bağlı ondan hər hansı bir sənəd almamışdır. Şəbnəmə Şücayətə ev tapması ilə bağlı tapşırıq verməmişdir. Təqsirləndirilən şəxs Şücayəti və Rənanı tanıdıqdan sonra tanımışdır. 91.000 manat puldan 30.000 manat pulu geri qaytaran zaman Şahid7 də orada olmuşdur. "xxxx" MTK-da olan mənzili Şücayət və Rənanın özü tapmışdır. 91.000 manat pulu "xxxx" MTK-da olan mənzilə görə almışdır. 91.000 manat pulun içində 1.000 manat beh olmuşdur. 91.000 manat pulu Şücayətdən alanda Rəna xanım da orada olmuşdur. Şahid7 91.000 manat pulu Şücayətdən alıb ona vermiş, o da həmin pulu şirkətin seyfinə qoymuşdur. 91.000 manat pulu Şücayətə geri qaytarmışdır. Şücayəti və Rəna xanımı tanıdıqdan 1 ay sonra Ramil Müsazadəni tanımışdır. Şücayət ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrı vaxtlarda ümumilikdə 61.000 manat məbləğində beh müqaviləsi imzalanmışdır. Onlar behdən faiz götürməmişlər. Təqsirləndirilən şəxs ilə onun arasında 1-30 sentyabr 2020-ci il tarixlərdə telefon danışığı olub-olmamasını xatırlamır. Şücayət Ramillə bağladığı beh müqavilələrini “Zamin Əmlak”ın möhürü ilə təsdiq etməyini demişdir. “Zamin Əmlak”ın möhürü onda olmuşdur. Həmin beh müqavilələrinin olduğu “Zamin Əmlak”ın blankı əvvəlcədən möhürlənmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı DİN-in “102” xidmətinə zəng edib xəbər vermişdir. Onlar Şücayət müəllimgilə Təqsirləndirilən şəxs evindən çıxarıldıqdan sonra onlara ayrı bir kirayə ev tapmışlar. Həmin mənzilin kirayə haqqını o vermişdir. Həmin mənzili Şücayət müəllimgilə onların agentliyin əməkdaşları tapmışdır. Həmin mənzilin kirayə haqqının nə qədər olduğunu xatırlamır. Onun “Range Rover” markalı avtomobili olmuşdur. 61.000 manat pulu Rəna xanımın və Şahid7 iştirakı ilə Şücayətə geri qaytarmışdır. 91.000 manat pulu Şücayətə geri qayataranda ondan qəbz almamışdır. Şücayət öhdəlik kagızının evdə olduğunu və gətirəcəyini bildirmişdir. O, sonradan öhdəlik kagızını Şücayətdən tələb etməmişdir. Təqsirləndirilən şəxs ilə Şücayət arasında olan beh müqavilələri çox vaxt onların ofislərində bağlanmışdır. Həmin beh müqavilələrinin hamsını Təqsirləndirilən şəxs imzalamışdır. Beh müqavilələri imzalandıqdan sonra Şücayət pulu Ramilə vermişdir. 91.000 manat pulu "xxxx" MTK-da olan mənzilə görə almışdır. Şücayət müəllimgil "xxxx" MTK-da olan mənzilə baxmışlar, o həmin şəxslərlə getməmişdir. 91.000 manat pulu alan zaman "xxxx" MTK-da olan mənzilin sahibi orada olmamışdır. Həmin mənzilin sahibi ilə ofisin əməkdaşları danışmışlar. "xxxx" MTK-da olan mənzilin sahibi ilə Şücayət müəllimgil pula görə razılığa gələ bilməmişlər. O, Şücayət müəllimgilin kirayədə qaldıqları evin 2 ay kirayə haqqını ödəmişdir. 17.000 manat beh müqaviləsinin nə vaxt bağlandığını xatırlamır. Beh müqavilələri bağlandıqdan sonra pulların Şücayət müəllim tərəfindən Ramilə verilməsini görmüşdür. "xxxx" MTK-da olan mənzilin sahibi ilə görüşməmişdir. Beh müqavilələrinin çoxu agentlikdə imzalanmışdır. Mənzilin alğı-satqı formasına riayət olunmadığı üçün iş baş tutmamışdır. Şücayət müəllimə pulu geri qaytarandan sonra o, bir daha agentliyə gəlməmişdir. Ramili ilk dəfə evin saxta çıxarışını agentliyə təqdim edən zaman görmüşdür. İlk dəfə baş verənlər ilə bağlı DİN-in “102” xidmətinə zəng edən zaman Ramilin evini görmüşdür. Ramili onlarla Şəbnəm xanım tanış etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 1 sentyabr 2019-cu il tarixdən etibarən 2020-ci ilin noyabr ayına kimi “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində riyeltor (vasitəçi) vəzifəsində işləmişdir. Hazırda fərdi sahibkarlıqla məşğul olur. 25 noyabr 2020-ci il tarixdə daşınmaz əmlak sahəsində layihələrin hazırlaması üzrə fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. 2020-ci ilin sentyabr ayının 4-də “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində işdə olarkən həmin şirkətin rəhbəri Oqtay Zərbəliyev otağa daxil olub işçilərdən 4 otaqlı mənzil olubolmamasını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs adlı şəxsin ünvan 6 ünvanını satmaq istədiyini bildirmişdir. O gündən təxminən 1 ay əvvəl həmin Təqsirləndirilən şəxs adlı şəxs onun internet saytına yerləşdirdiyi “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin ona verdiyi ***-***-**-** saylı mobil nömrəyə vasitəçi olduğundan zəng edib mənzilini satmaqda köməklik etməyini xahiş etmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımamışdır. Buna görə də Oqtay müəllimə həmin mənzil barədə məlumat vermişdir. Bu məsələ ilə bağlı müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs adlı şəxslə danışmışdır. Təqsirləndirilən şəxs təklif etdiyi mənzil barədə Şücayətə məlumat vermişdir. Həmin mənzil Şücayətin istəklərinə uyğun olduğundan mənzilə baxmaq istədiyini bildirmişdir. O həmçinin Təqsirləndirilən şəxs mənzilinin qiymətinin 280.000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin qiyməti demiş, lakin qiymətdə endirim edəcəyini bildirmişdir. Beləliklə həmin gün Şücayətin istəyi ilə o, Şücayət özü, Şücayətin arvadı və iki qız övladı birlikdə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına gedib həmin mənzilə baxmışlar. O onlardan əvvəl Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb həmin mənzilə getmişdir. Həmin mənzil binanın 4-cü mərtəbəsində yerləşmişdir. Şücayət ailəsi ilə mənzilə baxdıqdan sonra mənzili bəyənmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şücayət razılığa gəlmişlər ki, Şücayət mənzili 260.000 manata əldə edəcək. Daha sonra mənzil sahibi Təqsirləndirilən şəxs və müştəri Şücayəti ailə üzvləri ilə birlikdə şirkətə gətirib Oqtay Zərbəliyevə təhvil vermişdir. Onlar arasında başqa nə söhbət olduğunu bilməmişdir. Onun sonrakı prosesdən heç bir xəbəri olmamışdır. 2020-ci ilin noyabr ayının 15-də “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyindən işdən çıxmışdır. 30 noyabr 2020-ci il tarixdə Şücayət ona zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxs mənzili almaq üçün beh şəkilində ümumilikdə 61.000 manat məbləğində pul vermişdir, hazırda isə notariat ofisində alğı-satqı müqaviləsi bağlamaq istəyir, ona görə də ondan xahiş etmişdir ki, o, vasitəçi olaraq, yəni onu Təqsirləndirilən şəxs ilə tanış etdiyi üçün 1 dekabr 2020-ci il tarixdə 28 saylı notariat ofisinə gələrək müqavilə bağlamasında köməklik etsin. Beləliklə 1 dekabr 2020-ci il tarixdə saat 17 radələrində o, Şahid7, Şücayət arvadı Rəna ilə birlikdə, Təqsirləndirilən şəxs arvadı Tamara ilə birlikdə 28 saylı notariat ofisində görüşmüşlər. Orada olarkən notariat ofisində işləyən bir nəfər tanımadığı cavan oğlan müqavilə gətirib Şücayətlə Təqsirləndirilən şəxs təqdim etmişdir. Onda olan məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanı Təqsirləndirilən şəxs arvadı Şahid1 məxsus olmuşdur. Beləliklə, notariat ofisində tərtib edilmiş müqaviləyə əsasən mənzil Təqsirləndirilən şəxs arvadı Tamaranın adından Şücayətin arvadı Rənanın adına keçirilməli olmuşdur. Müqaviləyə əsasən mənzil üçün ilkin olaraq 100.000 manat pul nağd şəkildə, qalan 160.000 manat isə 60 ay müddətində ödənilməli olmuşdur. Notariat ofisində Təqsirləndirilən şəxs razılaşmamış, çünki ümumi pulun 6 ay müddətində ödənilməsini istəmişdir. Buna görə də mübahisə yaranmış və onlar oranı tərk etmişlər. Bundan sonra həmin məsələ ilə bağlı heç bir şeydən xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs təqdim etdiyi çıxarışın saxta olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs satmaq istədiyi mənzilə müştəri Şücayətin və sonuncunun ailə üzvləri ilə birlikdə baxış keçirib şirkətə gəldikdən sonra Təqsirləndirilən şəxs mənzilin arvadı Tamaranın adına olmasına dair çıxarışı təqdim etmişdir. Həmin çıxarışı şirkətin işçisi Şahid7 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şücayət ilkin behin məbləği ilə razılaşmadıqlarından Təqsirləndirilən şəxs çıxarışı götürmüşdür. Təqsirləndirilən şəxs onun mobil nömrəsini konkret olaraq hansı saytdan götürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs arvadı Tamara ilə birlikdə ona mənzillərinin satılmasında köməklik etməyi üçün əvvəllər 2-3 dəfə zəng etmişlər. Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3 ünvanında binanın həyətində o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görüşmüşlər. Həmin görüşdə Şücayət demişdir ki, “Zamin Əmlak” Daşınmaz əmlak agentliyi vasitəsi ilə alğı-satqı baş tutarsa ipoteka fonduna əlavə 40.000 manat məbləğində pul verəcəkdir. Ona görə də təklif etmişdir ki, həmin şirkətin iştirakı olmadan notariat qaydada alğı-satqı etsinlər. Lakin Şücayət əvvəllər “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə verdiyi 91.000 manat pulu ala bilmədiyindən bu iş baş tutmamışdır. Şücayət həmin pulu “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə vermişdir ki, ona mənzil tapsınlar. Şücayət müəllim 91.000 manat pulu Təqsirləndirilən şəxs evinə görə deyil, başqa evə görə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə verdiyini demişdir. Təqsirləndirilən şəxs yalnız Şücayət müəllimgilə Ramilin mənzilini göstərən zaman görmüşdür. Təqsirləndirilən şəxs onun nömrəsini internetdən götürmüşdür. İbtidai istintaq orqanına ifadə verən zaman müstəntiqin otağında o və Şücayət müəllim olmuşdur.Müstəntiq ondan ifadə alaraq Şücayət müəllim ilə onu üzləşdirmişdir. Şücayət müəllim həmin pulu “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə verdiyini demişdir. Şücayət müəllim “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə verdiyi pulun geri qaytarılması ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs ona zəng edib Oqtayın ona pulu 5.000, 4.000 manat kimi hissələr şəklində verdiyini demişdir. Notariusda alğı-satqı zamanı o, Şücayət müəllim, onun həyat yoldaşı, Ramil, onun həyat yoldaşı və Şahid7 olmuşlar. Şahid7 orada onunla mübahisə edərək onu vurmaq istəmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir qohumluğu yoxdur. O, komisiya haqqının kəsilməməsi üçün Ramilin qohumu olduğunu demişdir. 91.000 manat pulun kimə verildiyini görməmişdir. Ramil ilə Şücayət müəllimin şirkətdə neçə dəfə görüşdüyünü bilmir. Şücayət müəllim “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə dəfələrlə gəlmişdir. Şücayət müəllim ilə bağlı proseslər 2020-ci ilin dekabr ayına kimi davam etmişdir. Şahid7 notariusda Ramilə ilkin olaraq 61.000 manat pulun, sonradan isə qalan 30.000 manat pulun verilməli olduğunu bildirmişdir. Notariusda baş verən hadisələr 2020-ci ilin dekabr ayının 1-də baş vermişdir. Ramin onu Oqtay ilə bağlı dediklərinə görə vurmaq istəmişdir. Onun notariusda Oqtay ilə bağlı dediyi sözlər yalan olmuşdur. O, beh müqavilələri imzalanan zaman ofisdə olmamışdır. Şücayət müəllim pulu Oqtaya verdiyini bildirmişdir. O, cinayət işi ilə bağlı iki dəfə dindirilmişdir. Şücayət müəllim ilə üzləşmişdir. Şücayət müəllim üzləşmədə onun pul aldığını və pulu Oqtaya verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanı Rusiya Federasiyasının vətəndaşı olan və hazırda həmin ölkədə yaşayan dayısı X8 məxsusdur. Həmin mənzil dayısı Sabir Həsənovun adına 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Təxminən 7 ildir ki, dayısı Sabir Rusiya Federasiyasında yaşadığı üçün şifahi formada ona tapşırmışdır ki, mənzili kirayə versin, əldə edilən pulu özündə saxlasın və Azərbaycan Respublikasına gələndə ona versin. Həmin mənzili kirayə vermək üçün müştəri tapmaq məqsədi ilə “tap.az” internet saytına fotoşəkillərin çəkib elan vermişdir. 2020-ci ilin mart ayının əvvəllərində Gültəkin adlı maklerin vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs dayısı Sabirin mənzilini kirayə götürmək istəmişdir. O, Təqsirləndirilən şəxs ilə həmin mənzildə görüşmüşdür. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mənzildə arvadı Şahid1 ilə birlikdə yaşamaq istəyir. Həmçinin söhbət zamanı kirayə haqqının 1.500 manat olacağını müəyyənləşdirmişlər. Bununla bağlı makler Gültəkinin vasitəçiliyi ilə kirayə müqaviləsi imzalanmış və sonra mənzili Təqsirləndirilən şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs bu müddətdə vaxtı-vaxtında kirayə haqqını ödəmişdir. 1 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına getmişdir. Yaşayış binasının qarşısında olarkən Fərasət adlı nəzarətçi ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, dayısının mənzilində artıq ay yarım olar ki, Ramil özü yaşamır və mənzil başqa bir şəxsə satılmışdır. O, tez mənzilə qalxmış, lakin giriş qapısı bağlı olmuşdur. Bundan sonra dərhal Ramilə zəng edib bu barədə bildirdikdə sonuncu mənzildə özünün qaldığını, heç kəsə satmadığını bildirmişdir. Həmçinin onun növbəti gün gəlib şəxsən mənzilə baxmağını təklif etmişdir. O da Ramillə razılaşmış və bu məqsədlə 2 dekabr 2020-ci il tarixdə saat 13 radələrində dayısının mənzilinə getmişdir. Orada olarkən mənzilin giriş qapısının kilidinin sındırıldığını görmüş, qapını döymüş və qapını Ramilin arvadı Tamara açmışdır. O, mənzilə daxil olduqda görmüşdür ki, Tamaradan başqa mənzildə Ramilin adını bilmədiyi bacısı da oradadır. O onlara özünü ev sahibi kimi təqdim etmişdir. Bu vaxt Tamara təəccüblə mənzilin onun atası tərəfindən onun üçün alındığını bildirmiş, əlində olan saxta çıxarışı ona göstərmiş, o isə həmin çıxarışın əslini ona göstərərək evin dayısına məxsus olduğunu bildirmişdir. O, Tamaradan Təqsirləndirilən şəxs harada olmasını soruşduqda o, Ramilin 10 dəqiqəyə gələcəyini bildirmişdir. O da Ramili mənzildə gözləmişdir. O, mənzildə olarkən otaqlara baxış keçirmiş və müəyyən etmişdir ki, bəzi otaqlarda dayısına məxsus bəzi əşyalar yerində yoxdur. O bu barədə və mənzilin giriş qapısının kilidinin sındırılması barədə Tamaradan soruşduqda o, Ramilin gələrək məlumat verəcəyini, özünün bununla bağlı məlumatının olmadığını bildirmişdir. Ona Tamaranın sözləri inandırıcı gəlməmiş, Tamara ondan nə isə gizlətmişdir. Mənzildə Ramili təxminən 1 saat gözləmiş, lakin sonuncu gəlib çıxmamışdır. Ramilə zəng etdikdə isə o, bir neçə dəqiqəyə çatdığını bildirmişdir. Mənzildə olarkən nəzarətçi Fərasət ona zəng edib bildirmişdir ki, Ramilin mənzili satdığı Şücayət adlı şəxs buraya gəlmişdir. O, mobil telefon vasitəsi ilə Şücayətlə danışmış və mənzildə olduğunu deyib mənzilə gəlməsini təklif etmişdir. Bundan sonra Şücayət və adını bilmədiyi arvadı mənzilə gəlmişdir. Şücayət ondan kim olduğunu soruşduqda o, sonuncuya evin sahibi olduğunu demişdir. Bu vaxt Şücayət evi aldığını bildirmişdir. O isə cavabında Şücayətə evi yalnız kirayəyə verdiyini, satmadığını bildirmişdir. Bu vaxt Şücayət Tamaraya demişdir ki, “bəs evin sizin olduğunu demişdiniz, noldu”, Tamara da demişdir ki, “mən elə bilirdim ki, evi mənim atam alıb, Ramil gəlsin hər şey aydınlaşar”. Bundan sonra Şücayət baş verənləri aydınlaşdırmaq üçün “Zamin Əmlak” agentliyinin əməkdaşlarını mənzilə çağırmışdır. “Zamin Əmlak” agentliyinin əməkdaşları mənzilə gəlmişlər. Bu vaxt görmüşdür ki, orada olan xanımlar ilə “Zamin Əmlak” şirkətinin əməkdaşları arasında dava düşəcək və xanımlardan biri özünü doğrayacağını bildirdiyi üçün o, yenə də Ramilə zəng vurmuşdur ki, gəlsin baş verənləri aydınlaşdırsın. Orada Şücayətlə söhbət zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun dayısına məxsus olan və sonuncuya kirayə verdiyi mənzili saxta çıxarış təqdim edib Şücayət adlı şəxsə satmaq istəmişdir. Ramil gəlmədiyi üçün və mübahisə baş verməsinin qarşısını almaq məqsədi ilə məsləhət görmüşdür ki, polisə zəng edib bu barədə məlumat verilsin. Şücayət də Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə zəng edib məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Mənzildə aşkar etmədiyi 12.000 manat qiymətində xalçanın və mebellərin isə Şücayətdə olmasını müəyyən etmişdir. Şücayətə bu barədə bildirdikdə sonuncu əmlakı Novxanıda yerləşən bağ evinə apardığını bildirmişdir. Lakin daha sonra həmin əmlakı tam olaraq ona qaytarmışdır. Həmçinin müəyyən etmişdir ki, 2 ədəd xalçanı Ramil “166” xidmətinə yuyulması üçün vermişdir. O həmin xalçaları da “166” xidmətindən almışdır. Şahid1 bilmişdir ki, həmin mənzil sonuncuya məxsus deyildir və orada kirayə yaşayır. 2 dekabr 2020-ci il tarixdə saat 13 radələrində mənzilə gedərkən Tamara da orada olmuşdur. Tamara ilə söhbət edərkən sonuncu mənzildə kirayə yaşadığını, onun isə mənzili ona və əri Təqsirləndirilən şəxs kirayə verdiyini şüurlu surətdə bilmişdir. Təqsirləndirilən şəxs onunla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs dayısı Sabir Həsənova məxsus Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanında kirayə olaraq yaşadığı müddətdə kirayə pulunu gecikdirmişdir. Bununla da ona 640 manat məbləğində borcu yaranmışdır. Ramillə bu barədə söhbət edərkən sonuncu ona borcunu ödəməklə yanaşı əlavə olaraq gələcək ayların kirayə haqqını ödəməyə razı olmuşdur. Ramil 28 noyabr 2020-ci il tarixdə saat 16 radələrində əvvəllər tanımadığı bir nəfər oğlan uşağı vasitəsi ilə 5.000 manat məbləğində ona pul göndərmişdir. Həmin pulu ona tanımadığı oğlan uşağı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi pulu kimdən aldığını bilməmişdir. Şahid6 dayısına məxsus mənzilin başqa şəxsə satıldığını bildiyi gün, yəni 2 dekabr 2020-i il tarixdə tanımışdır. Şücayət evi 264.000 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə Şücayətin özü zəng etmişdir. Təqsirləndirilən şəxs evin kirayəsinə görə 28 noyabr 2020-ci il tarixdə mənə 5.000 manat pul vermişdir. Həmin pulun içində həm keçmiş aylardan qalan kirayə haqqı, həm də gələcək bir neçə aya aid kirayə haqqı olmuşdur. Ramil həmin pulu verib ona demişdir ki, “Moskvaya gedəcək, evdə atası, anası və bacısı olacaq”. Ramil həmin pulu başqa bir şəxslə ona göndərmişdir. Ramilə evin satıldığını eşitdiyini deyəndə o, elə bir şeyin olmadığını və hal-hazırda evdə yaşadığını bildirmişdir. “Zamin Əmlak” agentliyinin əməkdaşlarını Şücayət çağırmışdır. Mənzildə Oqtay ilə Şücayət arasında olan söhbəti eşitməmişdir. Şücayət orada “Zamin Əmlak” agentliyindən narazılıq etmişdir. Şücayət pulu “Zamin Əmlak” agentliyinə verdiyini və pulu agentlikdən tələb etdiyini bildirmişdir. Agentliyin əməkdaşı Ramil evə görə pul istəyəndə pul vermədiklərini, sonradan Şücayətin icazəsi ilə Ramilə pul verdiklərini bildirmişdir. Ramilə nə qədər pul verildiyini bilməmişdir. Qapını Ramilin yolladığı usta sındırmışdır. O, mənzilə gələndə qapı sınmış vəziyyətdə olmuşdur. Qapının kim tərəfindən sındırıldığını görməmişdir. Şücayət tərəfindən şirkətə 61.000 manat pulun verilməsini ərizədə görmüşdür. Təqsirləndirilən şəxs mənzilə gəlməsi üçün “Zamin Əmlak” agentliyinin əməkdaşı Şahid7 Ramilin bacısının mənzildən getməsinə icazə verməmişdir. O, Ramilə zəng edib Şücayət adlı şəxsin kim olmasını soruşduqda Ramil Şücayətin onun dayısı olduğunu bildirmişdir. Ramil karqo şirkətinin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrdə 61.000 manat pulun Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verildiyinin ona məlum olduğunu dediyini xatırlamır. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən əlavə olaraq göstərmişdir ki, Şücayətlə söhbət zamanı Təqsirləndirilən şəxs onun dayısına məxsus olan və sonuncuya kirayə verdiyi mənzili saxta çıxarış təqdim edib, Şücayət adlı şəxsə satmaq istədiyini və hətta beh şəkilində Şücayətdən ümumilikdə 61.000 manat məbləğində pul aldığını bildirmişdir (cild 1, iş vərəqə 72-76 və cild 3, iş vərəqə 152-154). Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə təxminən 2012-ci il tarixdən etibarən onlarla ünvan 7 ünvanında 2020-ci ilin mart ayına kimi yaşamışdır. 2020-ci ilin əvvəllərində qardaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Şahid1 adına Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını almışdır. Bundan sonra 2020-ci ilin mart ayında qardaşı Ramil ailə üzvləri ilə birlikdə arvadı Tamaranın adına aldığı ünvan 13müşdür. Ramil ailəsi ilə birlikdə həmin mənzildə 2020-ci ilin sentyabr ayının əvvəllərinə kimi yaşamışdır. 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində qardaşının arvadı Şahid1 ona demişdir ki, mənzillərini satmaq istədikləri Şücayət adlı şəxs mənzilə köçdükdən sonra başqa bir şəxsə mənzili satmaq istəyir. Tamara ondan xahiş etmişdir ki, onunla birlikdə getsin. O da razılaşmışdır və onlar birlikdə taksi ilə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına getmişlər. Oraya gedəndə 2 nəfər ustanın mənzilin giriş qapısının kilidini dəyişdirdiyini görmüşlər. Həmin ustalar ondan Təqsirləndirilən şəxs yaxınları olduqlarını soruşduqdan sonra Tamaraya yeni quraşdırılmış açarları təqdim etmişlər. Bundan sonra onlar mənzilə daxil olmuşlar və içəridə Şücayətin əşyaları olduğundan narahat olmuşlar və Tamara Ramilə zəng edib bu barədə dedikdə o, oraya polis əməkdaşını dəvət etdiyini və narahat olmamalarını bildirmişdir. Bir müddət sonra qapı döyülmüş, 1 nəfər əvvəllər tanımadığı polis geyimində olan şəxs gəlmiş və Tamara həmin şəxsi içəriyə buraxmışdır. Həmin polis əməkdaşı adının Telman olduğunu demiş və Tamaradan kim olduğunu soruşmuşdur. Tamara isə mənzilin sahibi olduğunu bildirdikdə Telman gülərək özünün mənzilin sahibi olduğunu demişdir. Həmin vaxt məsələnin nə yerdə olmasını başa düşməmişlər. Tamara bu barədə dərhal qardaşı Təqsirləndirilən şəxs zəng edib dedikdə o belə bir şeyin ola bilməyəcəyini demişdir. Tamara Ramildən mənzilə gəlməyini və hər şeyə aydınlıq gətirməyini tələb etmişdir. Telmanla söhbət zamanı o, bilmişdir ki, həmin mənzili qardaşı Təqsirləndirilən şəxs aylıq 1.500 manat müqabilində kirayə vermişdir. Sonra Telman qardaşı Ramilə zəng edib oraya gəlməsini tələb etmiş, lakin Ramil gəlib çıxmamışdır. Sonra Şücayət ailə üzvləri ilə birlikdə bir nəfər makler və tanımadığı şəxslər mənzilə gəlmişlər. Telman həmin şəxslərə demişdir ki, mənzili Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin vaxt mübahisə yaranmışdır. Bundan sonra bir nəfər adını bilmədiyi makler Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib məlumat vermişdir. O və Tamara isə oranı tərk etmişlər. Qardaşı Təqsirləndirilən şəxs bildirdiyinə görə “Meyvəli” adlanan bazardan Rusiya Federasiyası ərazisinə meyvə göndərib qazanc əldə etmişdir. Təxminən 2020-ci ilin yay aylarında Qanuni nümayəndə ilk dəfə Masallı rayonunda olarkən görmüşdür. Belə ki, qardaşı Təqsirləndirilən şəxs Qanuni nümayəndə həmin evə gətirmişdir. Vüsalə Masallı rayonunda olan evlərinə anası Tükəzban və 3 oğlan övladı ilə birlikdə gəlmişdir. Qardaşı Ramil isə öz körpə uşağını oraya gətirmişdir. Orada ilk dəfə olaraq bilmişdir ki, qardaşı Ramil Vüsalə ilə birlikdə nikahdan kənar yaşayır. Vüsalə ilə Tamaranın ölüb-ölməməsi barədə heç bir danışıqları olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs kiməsə borcunun olması barədə məlumatı yoxdur. Ramil Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanında olan mənzilin ona məxsus olduğunu demişdir. Baş verənlərdən sonra Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanında olan mənzilin Telman adlı şəxsə məxsus olmasını bilmişdir. DİN-in “102” xidmətinə Ramin adlı şəxs zəng etmişdir. Həmin hadisə baş verən zaman Oqtay adlı şəxs demişdir ki, “pul məndədir”. Atası, anası, Tamara və o bir evdə yaşayırlar. İbtidai istintaq zamanı müstəntiq dediklərinin hamısını ifadəsinə daxil etməmiş və həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən aptekdə satıcı işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə təxminən 2012-ci il tarixdən etibarən onun da yaşadığı ünvan 7 ünvanında 2020-ci ilin mart ayına kimi yaşamışdır. 2020-ci ilin əvvəllərində qardaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Şahid1 adına Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını almışdır. Onlar ailə üzvləri olaraq Ramildən mənzilin arvadı Tamaranın adına olmasına dair çıxarışın göstərməsini istəmişlər. Lakin o, mənzilin Tamaranın adına olmasına dair çıxarışı görməmişdir. Həmçinin Ramil demişdir ki, hazır ki, dövrdə çıxarışlar elektron formada olur. Bununla da bütün ailə üzvləri Ramilə inanmışlar. Beləliklə 2020-ci ilin mart ayında qardaşı Ramil ailə üzvləri ilə birlikdə arvadı Tamaranın adına aldığı ünvan 13müşlər. Ramil ailəsi ilə birlikdə həmin mənzildə 2020-ci ilin sentyabr ayının əvvəllərinə kimi yaşamışlar. Sentyabr ayının əvvəllərində eşitmişdir ki, Təqsirləndirilən şəxs borclarının olması ucbatından aldıqları mənzili satmaq qərarına gəlmişdir. Buna görə də həmin mənzili Şücayət adlı şəxsə satırmış. Şücayət, onda olan məlumata əsasən, qardaşı Təqsirləndirilən şəxs beh şəklində müəyyən məbləğdə pul vermişdir və qərara gəlmişlər ki, Şücayət ailə üzvləri ilə birlikdə mənzilə köçməli olmuşlar. Həmin ərəfə də o da köməklik məqsədi ilə qardaşının arvadı Tamara ilə birlikdə həmin mənzildə olmuş və əşyaların yığılmasında iştirak etmişdir. İlk dəfə Şücayəti və onun arvadını orada görmüşdür. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs ailəsi ilə yenidən ünvan 7 ünvanına köçmüşlər və onlarla birlikdə yaşamağa başlamışlar. Lakin qardaşı ikinci dəfə köçdükdən sonra çox az hallarda mənzilə gəlmişdir. Daha sonra Ramilin mənzil məsələsi ilə bağlı maraqlanmamışdır. 2 dekabr 2020ci il tarixdə saat 12 radələrində qardaşının arvadı Şahid1 ona demişdir ki, mənzillərini satmaq istədikləri Şücayət adlı şəxs mənzilə köçdükdən sonra başqa bir şəxsə mənzili satmaq istəmişdir. Ona bu barədə Ramil demişdir. Həmçinin Ramil ona zəng edib, demişdir ki, getsin tez mənzilə. Tamara isə ondan xahiş etmişdir ki, onunla birlikdə getsin. O razılaşmış və onlar birlikdə sürücüsünü tanımadığı taksi ilə həmin Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanına getmişlər. Oraya gedəndə görmüşdür ki, iki nəfər usta mənzilin giriş qapısının kilidini dəyişdirmişdir. Həmin ustalar ondan Təqsirləndirilən şəxs yaxınları olduqlarını soruşduqdan sonra Ramilin arvadı Tamaraya yeni quraşdırılmış açarları təqdim etmişlər. Bununla da onlar mənzilin içərisinə daxil olmuşlar. İçəridə Şücayətin əşyaları olduğundan onlar narahat olmuşlar və Tamara Ramilə zəng edib, bu barədə bildirdikdə sonuncu oraya polis əməkdaşını dəvət etdiyini və narahat olmamağımızı bildirmişdir. Bir müddət sonra qapı döyülmüş və bir nəfər əvvəllər tanımadığı polis geyimində olan şəxs gəlmişdir. Tamara həmin şəxsi içəriyə buraxmışdır. Həmin polis əməkdaşı adının Telman olduğunu demiş və Tamaradan kim olduğunu soruşmuşdur. Tamara isə mənzilin sahibəsi olduğunu bildirdikdə Telman gülmüş və özünün mənzilin sahibi olduğunu demişdir. Həmin vaxt məsələnin nə yerdə olmasını başa düşməmişlər. Tamara bu barədə tez qardaşı Təqsirləndirilən şəxs zəng edib dedikdə, Ramil belə bir şeyin ola bilməyəcəyini demişdir. Həmçinin bildirmişdir ki, həmin Telman adlı şəxs onun adamıdır. Tamara Ramildən mənzilə gəlməyini və hər şeyə aydınlıq gətirməyini tələb etmişdir. Telmanla söhbət zamanı bildirmişdir ki, həmin mənzili qardaşı Təqsirləndirilən şəxs aylıq 1.500 manat müqabilində kirayə vermişdir. Daha sonra Telman özü qardaşı Ramilə zəng edib, oraya gəlməsini tələb etmişdir. Lakin Ramil gəlib çıxmamışdır. Sonra Şücayət ailə üzvləri ilə birlikdə, bir nəfər makler və tanımadığı şəxslər mənzilə gəlmişlər. Telman həmin şəxslərə demişdir ki, mənzili Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin vaxt mübahisə yaranmışdır. Bundan sonra bir nəfər adını bilmədiyi makler Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. O isə oranı tərk etmişdir. Qardaşı Təqsirləndirilən şəxs bildirdiyinə görə “Meyvəli” adlanan bazardan Rusiya Federasiyası ərazisinə meyvə göndərirmiş. Belə ki, müxtəlif rayonlara gedib, oradan meyvə-tərəvəz alıb, Meyvəli bazardan Rusiyaya satış məqsədi ilə göndərərək qazanc əldə edirmiş. O, 2 dekabr 2020-ci il tarixdə saat 12 radələrində mənzilə Tamaranın xahişi ilə getmişdir. O, qardaşı Ramilin həqiqətdə həmin mənzildə kirayə yaşadığını bilməmişdir. O elə bilmişdir ki, Təqsirləndirilən şəxs həmin mənzili arvadı Tamaranın adına almışdır. Şahid8 tanımamışdır. Təxminən 2020-ci ilin yay aylarında Qanuni nümayəndə ilk dəfə Masallı rayonunda olarkən görmüşdür. Belə ki, qardaşı Təqsirləndirilən şəxs Qanuni nümayəndə həmin evə gətirmişdir. Vüsalə Massalıdakı evlərinə anası Tükəzban, 3 oğlan övladı ilə birlikdə gəlmişdir. Qardaşı Ramil isə öz körpə uşağını da oraya gətirmişdir. Orada ilk dəfə olaraq bilmişdir ki, qardaşı Ramil Vüsalə ilə birlikdə nikahdan kənar yaşayırlar. Ona bu barədə anası Zenfira demişdir. Vüsalə gəldikdə Tamara yaşadıqları Xətai rayonu ərazisindəki mənzildə olmuşdur. O, Qanuni nümayəndə bir dəfə Masallı rayonundakı evlərində görmüşdür. Onunla Tamaranın ölüb-ölməməsi barədə heç bir danışığı olmamışdır. Həmçinin qardaşı Ramilin Vüsalənin əmlakını ələ keçirib-keçirməməsi barədə məlumatı olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs kiməsə borcunun olduğu barədə hər hansı məlumatı olmamışdır. Qardaşının arvadı Şahid1 ona demişdir ki, Ramilin dediyinə görə Şücayət mənzili başqa bir şəxsə satmaq istəmişdir. Bu məqsədlə həmin mənzilə müştəri gətirmək istəmişdir. Tamaradan xahiş etmişdir ki, mənzilə getsin. Tamara isə onda xahiş etmişdir ki, o da sonuncu ilə birlikdə mənzilə getsin. Ramil özü onları yaşadıqları mənzildən gəlib aparmamışdır. Onlara mobil telefon vasitəsi ilə mənzilə getmələrini demişdir. Onlar taksi ilə həmin mənzilə getmişlər. Ümumiyyətlə, Ramil həmin gün mənzilə gəlməmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanının arvadı Şahid1 adına olmasına dair saxta çıxarış hazırlayıb, Zərərçəkmiş şəxs təqdim etdiyini əvvəlcədən bilməmişdir (cild 2, iş vərəqə 59-64). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 34-37). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 3 ünvanında nəzarətçi işləyir. Şahid4 təxminən 6 il əvvəl nəzarətçi işlədiyi yaşayış binasının sakini kimi tanımışdır. Onda olan məlumata əsasən həmin binanın 12 saylı mənzili Telmana məxsusdur. Həmin mənzil 14 mərtəbəli yaşayış binasının 7-ci blokunda, 4-cü mərtəbədə yerləşir. T2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs adlı şəxs Telmana məxsus ünvan 8 ünvanında kirayə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin mənzilə Təqsirləndirilən şəxs ağ rəngli, markasını bilmədiyi avtomobillə gəlib getmişdir. Təxminən 9 ay əvvəl Telmana məxsus ünvan 8 ünvanını Zərərçəkmiş şəxs adlı şəxs satın almışdır. Şücayət həmin mənzilə ailə üzvləri ilə birlikdə köçüb yaşamağa başlamışdır. O özü də Şücayətin təklifi ilə mənzilə məişət avadanlıqlarının daşınmasında köməklik etmişdir. Şücayətdən mənzili alması barədə soruşduqda sonuncu ona mənzili həqiqətən də aldığını bildirmişdir. 1 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 3 ünvanının qarşısında olarkən Telman oraya gəlmişdir. Telmana yaxınlaşıb mənzili satmağı ilə bağlı təbrik etdikdə o, mənzili heç kimə satmadığını bildirmişdir. O isə ona Şücayət adlı şəxsin mənzili aldığını və artıq orada yaşadığını bildirmişdir. Bundan sonra Telman dərhal həmin mənzilə qalxmış və bir neçə dəqiqədən sonra aşağı enib ondan öz mobil nömrəsini mənzili alan Şücayət adlı şəxsə verməyini xahiş etmişdir. Növbəti gün, yəni 2 dekabr 2020ci il tarixdə saat 13 radələrində Telman yenidən həmin yaşayış binasının qarşısına gəlib mənzilə qalxmışdır. Bir müddət sonra mənzili almış şəxs Şücayət də oraya gəlmiş, o Şücayətə yaxınlaşıb Telmanın mobil nömrəsini vermiş və sonuncunun mənzilin əsl sahibi olduğunu bildirmişdir. Daha sonra Şücayət Telmanla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb mənzilə qalxmışdır. O isə oranı tərk etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Telmanın mənzilində kirayə yaşayan Təqsirləndirilən şəxs hansısa yolla özünü mənzilin sahibi kimi təqdim edib mənzili Şücayət adlı şəxsə satmışdır. Lakin Təqsirləndirilən şəxs bu məqsədlə Şücayətdən hansısa məbləğdə pul alıb-almamasını bilmir. Baş vermiş hadisələrdən sonra Təqsirləndirilən şəxs görməmişdir. Şücayətə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 3dən köçməyə o köməklik etmişdir. Şahid6 tanıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, anası xx xxxx 1957-ci il təvəllüdlü Şahid10, oğlulları xx xxxxxxx 2001-ci il təvəllüdlü Şahid13, xx xxxx 2003-cü il təvəllüdlü Şahid14 və 16 mart 2006-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X14 Aynur adlı rəfiqəsinin evində müvəqqəti məskunlaşmışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 36 saylı notariat kontorunda işləyərkən tanımışdır. Təqsirləndirilən şəxs oraya xatırlamadığı sənədlərin surətini notarial qaydada təsdiq etdirmək üçün gəlmişdir. Oradan münasibətləri yaranmış və sonra nikahdankənar ona məxsus olan ünvan 9 ünvanında anası və övladları ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs ona özünü subay kimi təqdim edərək Bakı şəhəri ərazisində “Rent a car” işlətdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onu ailə üzvləri ilə tanış etmişdir. Tanış olduqları müddət ərzində bir neçə dəfə Ramillə birlikdə Masallı rayonuna gedərək orada yaşayan Ramilin ailə üzvləri ilə ünsiyyəti olmuşdur. Ramil anası Zenfira, atası Ağaddin, bacısı Aygül və digər bacısı Səliqəni onunla tanış etmişdir. Ramil ona demişdir ki, arvadı Tamara onkoloji xəstə olduğundan ölmüşdür. Ailə üzvləri Tamaranın ölməsini deməsələr də, şüurlu surətdə bu barədə söhbət düşərkən susmuşlar. Beləliklə, o, Ramillə faktiki olaraq ailə kimi yaşamışdır. Ramil daimi olaraq mənzilində yaşayaraq nümunəvi davranışı ilə anasının, həmçinin övladlarının etibarını qazanmışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında ona demişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanı ona məxsusdur. Həmçinin mənzili satmaq istədiyini və buna görə də beh aldığını demişdir. Lakin behin məbləğini ona bildirməmişdir. Təqsirləndirilən şəxs saxta çıxarış təqdim edib Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanını satmaq adı ilə aldadaraq Zərərçəkmiş şəxs beh şəkilində 61.000 manat məbləğində pul alıb ələ keçirməsindən məlumatı olmamışdır. Ramil Oqtay adlı şəxs ilə bağlı ona heç nə deməmişdir. Saxta çıxarış ilə bağlı heç nə bilmir. Ramil 5.000 manat beh aldığını demişdir. Digər beh müqavilələri ilə bağlı məlumatı yoxdur. Ramilin ailəli olduğunu bilməmişdir. Ramil “Rent a car” ilə məşğul olduğunu bildirmişdir. Ramil 2020-ci ilin yay aylarında polisə işə düzəldiyini demişdir. Ramilin polis formasında şəkli olmuşdur. Ramil 60.000 manatlıq qızıl-zinət əşyalarımı lombarda qoyub 37.000 manat pul götürmüşdür. Mənzilini 135.000 manata satıb pulu Ramilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 şahid Qanuni nümayəndə ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə təxminən 9 il əvvəl tanımışdır. Sonuncunun oğlu Murad və onun oğlu Sübhan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 60 saylı orta məktəbdə birlikdə təhsil almışlar. Vüsalə ilə yaxın münasibəti təxminən son 2 ildir ki, yaranmışdır. Onlar rəfiqə kimi bir-birlərinin evinə qonaq qismində gedib-gəlmişlər. Həmin ərəfədə Qanuni nümayəndə ünvan 9 ünvanında yaşamışdır. Daha sonra həmin mənzili satmışlar və ünvan 10 ünvanına köçmüşlər. Təqsirləndirilən şəxs Qanuni nümayəndə əri kimi tanımışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs Vüsalə və sonuncunun ailə üzvləri ilə yaşadığı evə qonaq kimi gəlmişdir. Daha sonralar Vüsalə ilə söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Vüsalə nikahdan kənar olaraq birlikdə ailə kimi yaşamışlar. Həmçinin Vüsalə ilə söhbət zamanı ona demişdir ki, Təqsirləndirilən şəxs borcları vardır və onun borclarını bağlamaq üçün Vüsalə və anası Şahid10 məxsus daşınmaz əmlaklarını satmışlar. Əldə edilmiş pulu isə Ramilə vermişlər ki, sonuncu borclarını bağlaya bilsin. X15 borclarını qaytarmaq üçün ondan müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 18.571 (on səkkiz min beş yüz yetmiş bir) manat məbləğində borca pul almışdır. Həmin pulları Vüsalə və Ramil birlikdə gəlib ondan götürmüşlər. Hətta həmin puldan 700 (yeddi yüz) manatını Ramil özü tək gəlib yaşadığı evdən götürmüşdür. 2020-ci ili təxminən noyabr ayında məlum olmuşdur ki, Vüsalənin yaşadığı ünvan 10 ünvanında kirayədə yaşamışlar. Həmin mənzilə köçməzdən əvvəl Ramil onlara demişdir ki, həmin mənzili Vüsalənin adına almışdır. Daha sonra məlum olmuşdur ki, həqiqətdə orada kirayə yaşamışlar. Kirayə haqqını ödəmədiklərindən mənzil sahibi onları mənzildən çıxarmışdır. Bundan sonra onlar ailə üzvləri ilə birlikdə onun evində yaşamağa başlamışlar. Bütün bunlardan sonra o başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə ilə ailə kimi yaşayaraq Vüsaləni aldadıb əmlaklarını satdırmaqla pulunu ələ keçirmişdir. Həmin borc verdiyi puldan Qanuni nümayəndə ona 1.200 (min iki yüz) manat məbləğində pul qaytarmışdır. Qanuni nümayəndə ona zəng edərək Ramilə məxsus olan, ünvan 11 ünvanından çap etdirmək lazım olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, gəlsinlər onlara və sənədi onların evimizdə çap etdirsinlər. O da buna etiraz etməmişdir. Vüsaləgilin konkret olaraq hansı sənədi çap etdirmək istədiklərini bilməmişdir. Karantinə görə evdən işlədiyi üçün evə işdən printer gətirmiş, Vüsalə də bunu bilmişdir. Vüsalə, Ramil və Vüsalənin oğlu Murad onlara gəlmişlər. Murad çalışmışdır ki, sənədi printerlə çap etdirsin, lakin bunu edə bilməmişdir. Ramil əri Müzəffərə yaxınlıqda internet klubun olub-olmadığını soruşmuş, Müzəffər karantin rejiminə görə heç bir internet klubun işləmədiyini bildirmişdir. Bundan sonra Vüsalə, Ramil və Murad çıxıb getmişlər. X24 sənədin çap etdirilməsində heç bir köməklik göstərməyib, nə də ki, Ramilin yaşadığı Xətai rayonu, H.Salmani küçəsi, ev 3, 12 nömrəli mənzilə kilidi dəyişdirmək üçün usta aparmayıb. Ramil Müzəffərə kilidi dəyişdirməyi təklif etsə də, o bundan imtina etmişdir. Sonradan Ramil özü usta taparaq mənzilin kilidini dəyişdirmiş, ustaya pul vermək üçün Müzəffərə zəng edib xahiş etmişdir ki, pulu götürüb ustaya çatdırsın. Müzəffər də ustaya çatacaq pulu Ramildən götürüb aparıb ustaya vermişdir. Ramilin saxta sənəd hazırlamaq istəməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Vüsalənin bununla bağlı ona 1.000 manat vəd verməsi ilə bağlı Ramilin dedikləri də tamamilə yalandır. Təqsirləndirilən şəxs özünü ona 37-ci PŞ-nin əməkdaşı kimi təqdim etmiş, lakin o, Ramili polis əməkdaşının xüsusi geyim formasında görməmişdir. Ramildə qırmızı rəngdə olan polis vəsiqəsini görmüş, həmin vəsiqədə Təqsirləndirilən şəxs polis əməkdaşının xüsusi geyim formasında olan fotoşəklini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşı deyil və saxta sənəddən və polis əməkdaşının xüsusi geyim formasından istifadə etdiyinə görə 22-ci PŞ-nin əməkdaşları onu saxlayıb. Qanuni nümayəndə ona 20.000 manata yaxın borcu vardır. Ramilin saxta sənəd hazırlaması ilə bağlı onun xəbərii olmamışdır. Təqsirləndirilən şəxs ona borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 Şahid11 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin fevral ayından tanıyır. Ailələrinin böyük oğlu olduğu üçün anası Vüsalə həmin ərəfədə ona Ramil adlı şəxslə tanış olduğunu və həmin şəxslə kəbin əsasında ailə quracağını bildirmişdir. Həmçinin anası ona demişdir ki, “əgər sənin razılığın olmasa bu iş baş tutmayacaqdır”. O isə anasına Ramillə görüşüb danışmaq istədiyini demişdir. Anası Vüsalə atası Anarla təxminən 10 il əvvəl ayrılmışdır. O, Ramillə görüşüb danışmış və sonuncu onda normal insan təəssüratı yaratdığı üçün bu evliliyə etiraz etməmişdir. Onlar Ramili subay şəxs kimi tanımışlar. Çünki Ramil demişdir ki, əvvəllər evli olmuş, arvadı Tamara adlı qadın xəstə olduğundan vəfat etmişdir. Həmçinin öhdəliyində Aylin adlı qızı da vardır. Onlar Ramili qəbul etmişlər və birlikdə anası Vüsaləyə məxsus olan ünvan 9 ünvanında yaşamağa başlamışlar. Birlikdə yaşadıqları müddətdə Ramil nümunəvi davranış göstərərək daimi olaraq onlarla yaşamışdır. Bununla da onların etibarını qazanmışdır. Bundan başqa Ramilin ailə üzvləri ilə də tanış olmuşlar. Ramil onları ailə üzvlərinin yaşadığı Masallı rayonuna “Qurban bayramı” günü qonaq kimi aparmışdır. Orada Ramilin anası Zenfira və atası Ağaddinlə tanış olmuşlar. Hətta Ramilin anası Zenfira və atası Ağaddin də onlara qonaq gəlmişlər. Təxminən 2019-cu ilin oktyabr ayından etibarən nənəsi Tükəzban və anası Vüsalə onlara məxsus olan əmlakları satmağa başlamışlar. O və qardaşları bu məsələyə qarışmamışlar. Anası və nənəsindən bu barədə soruşduqda isə ona bildirmişlər ki, Ramilin prolemlərini həll etmək üçün həmin əmlakları satırlar. Birlikdə yaşadıqları müddət ərzində Ramil söhbət zamanı dəfələrlə adını demədiyi şəxslərə borclu olduğunu, həmçinin meyvə-tərvəz işi ilə bağlı da borclarının yarandığını demişdir. Ramil onlarla yaşadığı müddət ərzində, yəni son 2 il ərzində sonuncunun borcları ucbatından anası və Tükəzbana məxsus əmlakları satmışlar. Hazırda yaşamağa yerləri yoxdur. O və qardaşları pul işlərinə qarışmasalar da, sonradan anası və nənəsi bildirmişlər ki, həmin əldə edilmiş pulları Ramilə borclarını bağlamasından ötrü vermişlər. Onda olan məlumata əsasən anasının və nənəsinin kiməsə borcu olmamışdır. Həmin pulu Oqtayın ofisindən götürmüşdür. Həmin pulu götürməyini Ramil istəmişdir. Pulu Ramilin dediyi başqa bir adama aparıb vermişdir. Oqtayın ofisi binanın birinci mərtəbəsində yerləşmişdir. O, Ramilin dediyi yerə gedib orada binaların qarşısında olan adama həmin pulu vermişdir. Pulu verdiyi şəxsin adını bilmir. Həmin adam ona demişdir ki, “səni Ramil göndərib?”. Pulu həmin adama 2020-ci ilin noyabr ayında vermişdir. Pul 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Oqtay adlı şəxsi bir dəfə görmüşdür. O, Oqtayın ofisində olan zaman Oqtay Ramilin harada olduğunu soruşmuşdur. Oqtay ona pulu verən zaman onların yanında heç kəs olmamışdır. Ofisdə çox adam olmuşdur. Oqtayın ofisindən çıxandan sonra Ramilə zəng etmişdir. Həmin pulu verdiyi şəxsin 24-25 yaşı olmuş və mülki geyimdə olmuşdur. O, ***-***- **-** saylı nömrəni işlətmişdir. Ramil onlara demişdir ki, “Rent a Car” işlədir və obyektləri var. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid14 Şahid13 oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir Şahid1 Təqsirləndirilən şəxs arvadı olduğuna görə məhkəmə istintaqında ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və bu nikahdan 2012-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanında ailə üzvləri ilə birlikdə 2020-ci ilin mart ayının əvvəllərindən etibarən yaşamağa başlamışlar. Əvvəllər isə ailə üzvləri ilə birlikdə əri Təqsirləndirilən şəxs bacısı Şahid2 yaşadığı ünvan 12 ünvanında yaşamışlar. ünvan 13məmişdən əvvəl əri Təqsirləndirilən şəxs ona demişdir ki, həmin mənzili onun adına almışdır. Bir müddət sonra əri Təqsirləndirilən şəxs ona istifadəsində olan “İphone 6” markalı mobil telefonunda həmin mənzilin onun adına olmasına dair çıxarışın şəkilini göstərmişdir. O həmin vaxt əri Təqsirləndirilən şəxs soruşmuşdur ki, o, tərəfindən heç bir imza atılmadan, necə ola bilərdi ki, onun adına mənzil almışdır. Əri Ramil isə bildirmişdir ki, artıq bu dövrdə hər şey elektron qaydada olur və üstəlik də həyat yoldaşının imzası tələb olunmur. Bununla da onu inandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanı ona məxsusdur. Beləliklə, onlar həmin mənzildə 2020-ci ilin mart-sentyabr aylarında yaşamışlar. 2020-ci ilin sentyabr ayının əvvəllərində əri Təqsirləndirilən şəxs ona demişdir ki, maddi sıxıntıları ilə əlaqədar olaraq yaşadıqları və onun adına olan mənzili satmaq qərarına gəlmişdir. Bir müddət sonra əri Təqsirləndirilən şəxs ona demişdir ki, mənzilə müştəri gəlib, baxmaq istəyir, buna görə də ona uşaqlar və şəxsi geyim əşyaları ilə birlikdə mənzili tərk etməyi tapşırmışdır. O isə baldızı Aygülün mənzilinə getmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs ilə söhbət zamanı ona bildirmişdir ki, müştəri Şücayət adlı şəxs mənzilə baxıb, bəyənib və almaq fikiri vardır. Həmçinin bildirmişdir ki, artıq ona Şücayət tərəfindən beh verilmişdir. Bir müddət sonra təhvil-təslim üçün Təqsirləndirilən şəxs onu mənzilə aparmış, orada ilk dəfə Zərərçəkmiş şəxs görmüşdür. Mənzildə onlara aid olan əşyaları götürmüşlər və həmçinin Təqsirləndirilən şəxs giriş qapısının açarını Şücayətə vermişdir. Bundan sonra Aygülün mənzilində yaşamağa başlamışdır. Bir müddət sonra mənzilin satılmadığını görüb, əri Təqsirləndirilən şəxs bu barədə maraqlanmış və sonuncu isə hər dəfə işin uzandığını deyib, Şücayətin Rusiya Federasiyasından pul gözlədiyini, buna görə də alğı-satqının geikdiyini bildirmişdir. Həmin ərəfədə əri Təqsirləndirilən şəxs ona demişdir ki, «Zamin Əmlak»a getsinlər və orada həqiqətən də onun adına olan mənzilin satılmasına heç bir etirazının olmadığını təsdiqləsin. Əri Təqsirləndirilən şəxs ona demişdir ki, «Zamin Əmlak» şirkətinin müdiri Oqtay müəllim inanmır ki, mənzil onun adınadır. O, Ramillə razılaşmış və bu məqsədlə o, Zamin Əmlaka getmiş, orada Oqtay adlı şəxsin qəbulunda olmuş və onun adına olan mənzilin satılmasına etirazının olmadığını bildirmişdir. Oqtay müəllimə niyə mənzilin onun adına olduğuna inanmadığını soruşmuşdur. Oqtay müəllim isə bildirmişdir ki, bəlkə əri onu məcbur eləmişdir ki, adına olan mənzili satsın. Bu səbəbdən də onun dilindən soruşmaq istəmişdir ki, buna etiraz edir ya yox. Daha sonra xatırlamadığı tarixdə saat 17 radələrində əri Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, “hazırlaş mənzil sənin adına olduğu üçün gəlib müqavilə bağlamaqdan ötrü, səni aparıram notariusa”. O razılaşmış və onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 saylı notariusa getmişlər. Oraya o, əri Təqsirləndirilən şəxs, Şücayət, sonuncunun arvadı Rəna, agentliyin işçisi Şəbnəm və agentliyin tanımadığı işçiləri gəlmişlər. O, əri Təqsirləndirilən şəxs idarə etdiyi “DODGE” markalı avtomobildə əyləşmişdir. Qalan digər şəxslər isə əri Ramillə birlikdə bir neçə dəfə notariusa daxil olub-çıxmışlar. Daha sonra onlar mübahisə etməyə başlamışlar. Bir neçə dəqiqə sonra əri Təqsirləndirilən şəxs onu notariusun içərisinə dəvət etmişdir. O, içəriyə daxil olduqda əri Təqsirləndirilən şəxs ona kağız sənəd verib demişdir ki, buraya adının qarşısına imza çəksin. Həmin vaxt yenidən mübahisə yaranmış və əri Təqsirləndirilən şəxs ona demişdir ki, imza etməyə ehtiyac yoxdur. Ona görə də onlar oranı tərk etmişlər. Orada baş vermiş mübahisənin məzmununu başa düşməmiş, lakin hesab etmişdir ki, Şəbnəmlə Təqsirləndirilən şəxs bir tərəf olmuş, digər şəxslər isə bir tərəfdə. X17 və agentliyin işçiləri ilə mübahisə etmişlər. Bundan sonra Şücayətin arvadı Rəna onlar notariusdan çıxdıqdan sonra onu Şücayətin avtomobilinə dəvət etmişdir. O, avtomobilə əyləşmiş və Rəna ona demişdir ki, mənzil onun adınadırmı, o isə bildirmişdir ki, bəli, mənzil adınadır. Sonra isə əri Ramilin niyə razılaşmadığını soruşmuş, o isə Ramilin onların pulu vermədikləri ucbatından alğı-satqının baş tutmadığını bildirmişdir. Rəna isə demişdir ki, pul hazırdı, Ramil isə razılaşmır. Həmin vaxt Təqsirləndirilən şəxs oraya gəlmiş və Rəna ilə Şücayətə demişdir ki, eşidib ki, Şücayət başqa şəxsə mənzil satmaq qərarına gəlmişdir. Şücayət isə belə bir şeyin olmamasını bildirmişdir. Beləliklə heç bir müqavilə baş tutmamış və o yaşadığı ünvana getmişdir. Bundan sonra növbəti gün saat 12 radələrində əri Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, Şücayətə satdıqları mənzilin giriş qapısının kilidini dəyişdirib, buna səbəb isə Şücayətin onu aldatmağıdır. Şücayət mənzili kiməsə satmaq istəmişdir. Əri Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, həmin mənzilə getsin, ona görə ki, Şücayət kimisə müştəri qismində gətirib, mənzilə baxdıra bilməsin. O, Təqsirləndirilən şəxs soruşmuşdur ki, mənzildə Şücayətin əşyaları vardır, buna görə də problem yaranmasın deyə ona polisin gəlməyini təklif etmişdir. Əri Təqsirləndirilən şəxs isə polis əməkdaşının gələcəyini bildirmişdir. O isə baldızı Aygüldən xahiş etmişdir ki, onunla birlikdə mənzilə getsin. Sonuncu isə onunla razılaşmış və onlar birlikdə mənzilə getmişlər. Oraya çatdıqda görmüşdür ki, ustalar mənzilin giriş qapısının kilidi dəyişdirirlər. O, mənzil sahibi olduğumu deyib, mənzilə daxil olmuşdur. Ustalar isə getmişlər. Aygüllə birlikdə mənzildə olarkən təxminən 10 dəqiqə sonra mənzilə bir nəfər polis geyimində şəxs gəlib, qapını döymüşdür. O, kameradan görmüşdür ki, bir nəfər polis əməkdaşı gəlmişdir. Bu barədə əri Təqsirləndirilən şəxs zəng edib, bildirdikdə, Ramil qapını açmağını bildirmişdir. O, qapını açmış, polis əməkdaşı adının Telman olduğunu demiş və ondan kim olmağını soruşmuşdur. O, mənzilin sahibi olduğunu bildirdikdə sonuncu gülmüş və özünü mənzilin sahibi olduğunu bildirmişdir. Məsələnin nə yerdə olmağını başa düşməmişdir. Bu barədə tez əri Təqsirləndirilən şəxs zəng edib dedikdə, sonuncu belə bir şeyin ola bilməyəcəyini demişdir. Həmçinin bildirmişdir ki, həmin Telman adlı şəxs onun adamıdır. Telmanla söhbət zamanı ona bildirmişdir ki, həmin mənzili əri Təqsirləndirilən şəxs aylıq 1500 manat müqabilində kirayə vermişdir. Sonra Şücayət ailə üzvləri ilə birlikdə, bir nəfər Ramin adlı makler və tanımadığı şəxslər mənzilə gəlmişlər. Telman həmin şəxslərə demişdir ki, həmin mənzili Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin vaxt mübahisə yaranmışdır. O isə əri Təqsirləndirilən şəxs zəng etmişdir ki, gəlib bütün bu məsələlərə aydınlıq gətirsin. Bundan sonra Ramin adlı makler qapını bağlamış və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib, məlumat vermişdir. O da mənzil də qalıb, polislərin gəlməsini gözləmişdir. Bir qədər sonra polislər də gəlmişlər. Lakin əri Təqsirləndirilən şəxs polislər nə qədər dəvət etsələr də, sonuncu gəlməmişdir. Mənzilin sahibinin Telman adlı şəxs olması ortalığa çıxandan sonra ona məlum olmuşdur ki, əri Ramil onları aldatmışdır. Əri Ramilin mənzili onun adıma alması barədə dediklərinin yalan olduğunu başa düşmüşdür. Daha sonra Polis Bölməsində izahat vermişdir. Əri Təqsirləndirilən şəxs ona istifadəsində olan “İphone 6” markalı mobil telefonunda həmin mənzilin onun adına olmasına dair çıxarışın şəkilini göstərmişdir. O, həmin vaxt əri Təqsirləndirilən şəxs soruşmuşdur ki, onun tərəfindən heç bir imza atılmadan, necə ola bilərdi ki, onun adına mənzil almışdır. Əri Ramil isə bildirmişdir ki, artıq bu dövrdə hər şey elektron qaydada olur və üstəlik də həyat yoldaşının imzası tələb olunmamışdır. Bununla da onun inandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 3, mənzil 12 ünvanı ona məxsusdur. Ramil ona demişdir ki, mənzilin əldə edilməsinə həyat yoldaşının imzası tələb olunmasa da, satılmasında tələb olunmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə “Meyvəli” adlanan bazardan Rusiya Federasiyası ərazisinə meyvə göndərmişdir. Müxtəlif rayonlara gedib, oradan meyvətərəvəz alıb, “Meyvəli” bazarından Rusiyaya satış məqsədi ilə göndərirmiş. Bununla da qazanc əldə etmişdir. O, Şahid4 ümumiyyətlə tanımamışdır. Telmanı ilk dəfə qeyd etdiyi şəraitdə görmüşdür. Orada məlum olmuşdur ki, Telman həqiqətdə mənzili ərinə kirayə vermişdir. Bu barədə Telman özü həmin gün demişdir. Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, Şücayətə satdıqları mənzilin giriş qapısının kilidini dəyişdirib, buna səbəb isə Şücayətin onu aldatmağıdır. Şücayət mənzili kiməsə satmaq istəmişdir. Əri Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, həmin mənzilə getsin, ona görə ki, Şücayət kimisə müştəri qismində gətirib, mənzilə baxdıra bilməsin. Bu səbəbdən o, mənzilə getmişdir. Əşyalarını mənzildən yığdığı gün həmin binanın həyətində ilk dəfə Şəbnəmi Şücayətin yanında görmüşdür. İkinci dəfə isə notariat ofisində görmüşdür. Şəbnəmlə ümumiyyətlə heç bir ünsiyyəti olmamışdır. Hətta Şəbnəmin adını əri Ramil ona demişdir. Nə də ki, Şəbnəmə heç bir vaxt zəng etməmişdir. Qanuni nümayəndə təxminən 5-6 ay əvvəl əri Ramilin mobil telefonuna baxarkən Vüsalə ilə yazışdığını görmüşdür. Bununla da ona məlum olmuşdur ki, əri Ramilin Vüsalə ilə münasibəti vardır. Ramillə mübahisələri yaranmışdır. Vüsalə ilə bağlı başqa heç bir şey bilməmişdir. Əri Təqsirləndirilən şəxs kiməsə borcunun olduğu barədə onun heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqə 39-44). Cinayət işinin materiallarında olan ölmüş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 187-193). Cinayət işinin materiallarında olan Şahid4 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 68-70). Cinayət işinin materiallarında olan ölmüş Zərərçəkmiş şəxs ilə Şahid8 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 107-110). Cinayət işinin materiallarında olan Şahid7 ilə Şahid8 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 111-114). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə Şahid6 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 3, iş vərəqə 134-143). Cinayət işinin materiallarında olan Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 3, iş vərəqə 144-148). İş üzrə Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş “ZYKLEN” markalı CD-R formatlı kompakt disk və Təqsirləndirilən şəxs Şahid14 vasitəsilə “PicsArt” proqramından istifadə etməklə zəruri dəyişikliklər etdirdikdən sonra çap etdirib saxtalaşdırdığı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 20; cild 4, iş vərəqə 171-228). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 155). Məhkəmə çıxışlarında dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə üzrə irəli sürülmüş ittihamın qanuni və əsaslı olmasını bildirsə də, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamla razılaşmamış və sözügedən ittihamla bağlı epizod üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərinin qeyd edilən maddədən Cinayət Məcəlləsinin 320.1-ci maddələsinə tövsif edilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının qeyd edilən məsələ üzrə gəldiyi nəticəni və verdiyi təklifi məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında tamamilə qanuni, əsaslı və ədalətli sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən, dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə verilmiş epizod üzrə əməlləri həmin Məcəllənin 178.3.2 və 320.1-ci maddələrinə tövsif edilməlidir. Cinayət işi üzrə irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında kirayə yaşadığı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 3, 12 nömrəli mənzili arvadı Şahid1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsini təsdiq edən «çıxarış»ı hazırlamaq üçün onun cinayətkar niyyətindən xəbərsiz olan yetkinlik yaşına çatmayan Şahid14 işlətdiyi «İphone» markalı «X» modelli mobil telefonuna «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə «çıxarış» nümunəsi göndərib Şahid14 vasitəsilə “PicsArt” proqramından istifadə etməklə «çıxarış»da zəruri dəyişikliklər etdirib həmin «çıxarış»ı sonradan çap etdirib saxtalaşdıraraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinə ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 3, 12 nömrəli mənzili göstərdikdən və mənzilə dair qiymətlə bağlı razılığa gəldikdən sonra həmin saxta sənəddən istifadə etmək məqsədilə “Zamin Əmlak” Daşınmaz əmlak agentliyinə gəlib orada saxta «çıxarış»ı Zərərçəkmiş şəxs təqdim etməklə istifadə edərək həmin mənzili 260.000 manata ona satacağı barədə yalan vəd vermişdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrinə tövsif edir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 46-47). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X9 61.000 manat maddi ziyanı tam olaraq ödədiyindən zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmışdlr (cild 6). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X9 maddi ziyanı tam olaraq ödəməsini və onunla barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 tam olaraq ödədiyindən və onunla barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs tərəfindən ölmüş Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 tam olaraq ödəməsini və onunla barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmaları mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 174). Cinayət işinin materiallarında olan Xətai rayon məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 213-217). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 25-ci bəndinin 5-ci abzasında qeyd olunur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə və ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdən hökm çıxarıldığı 3 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 15 (on beş) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş “ZYKLEN” markalı CD-R formatlı kompakt disk və Təqsirləndirilən şəxs saxtalaşdırdığı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdən hökm çıxarıldığı 3 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 15 (on beş) gün müddət nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş “ZYKLEN” markalı CD-R formatlı kompakt disk və Təqsirləndirilən şəxs saxtalaşdırdığı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-124/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-124/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver