Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-124/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Saat 17:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla ünvan 11, mənzil 16 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və “Mehdi” adlı şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25229,641 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 11082,30 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25110,7 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 11082,30 qram çəkidə psixotrop maddə metamfetamini özünün yaşadığı ünvan 14, mənzil 35-də gizlətməklə saxlamış, qalan narkotik vasitə heroini aralarında bölməklə Təqsirləndirilən şəxs1 külli miqdarda 49,507 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 külli miqdarda 39,592 qram çəkidə narkotik vasitə heroini, Bilal Məmmədov isə külli miqdarda 29,842 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla müxtəlif ünvanlara daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14.30-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,507 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16.00-da ünvan 11 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 39,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 08 fevral 2022-ci İl tarixdə saat 16.51-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 fevral 2022-ci il tarixdə saat 17.25-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-in qonaq otağında olan masanın alt hissəsindən iki ədəd bükümdə 11 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 1009,6 qram, 998,4 qram, 1020,4 qram, 999,1 qram, 1003,2 qram, 1000,5 qram, 1010,3 qram, 999,8 qram, 1025,1 qram, 1010 qram və 1005,9 qram olmaqla ümumilikdə külli miqdarda 11082,30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020,8 qram və 1480,1 qram olmaqla ümumilikdə külli miqdarda 2500,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 3 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 999,0 qram, 1000,0 qram və 1490,3 qram olmaqla ümumilikdə külli miqdarda 3489,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə 13 ədəd bağlamada həm öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə, həm Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə eyni tərkibli olub, ayrı-ayrılıqda təmiz çəkiləri 2010,6 qram, 2009,2 qram, 2009,9 qram, 2010 qram, 2010,6 qram, 1005 qram, 2010,2 qram, 2010,3 qram, 2009,1 qram, 2010,8 qram, 2013,2 qram, 2001,7 qram və 2000,1 qram olmaqla ümumilikdə külli miqdarda 25110,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və “Mehdi” adlı şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25229,641 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 11082,30 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25110,7 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda11082,30 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu 1- ci Mədən ev 18, mənzil 35-də gizlətməklə saxlamış, qalan narkotik vasitə heroini aralarında bölməklə Təqsirləndirilən şəxs1 külli miqdarda 49,507 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 külli miqdarda 39,592 qram çəkidə narkotik vasitə heroini, Bilal Məmmədov isə külli miqdarda 29,842 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla müxtəlif ünvanlara daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14.30-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,507 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16.00-da ünvan 11 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 39,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 08 fevral 2022-ci il tarixdə saat 16.51-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 fevral 2022-ci il tarixdə saat 17.25-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-in qonaq otağında olan masanın alt hissəsindən iki ədəd bükümdə 11 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 1009,6 qram, 998,4 qram, 1020,4 qram, 999,1 qram, 1003,2 qram, 1000,5 qram, 1010,3 qram, 999,8 qram, 1025,1 qram, 1010 qram və 1005,9 qram olmaqla ümumilikdə külli miqdarda 11082,30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020,8 qram və 1480,1 qram olmaqla ümumilikdə külli miqdarda 2500,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 3 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 999,0 qram, 1000,0 qram və 1490,3 qram olmaqla ümumilikdə külli miqdarda 3489,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə 13 ədəd bağlamada həm öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə, həm Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə eyni tərkibli olub, ayrı-ayrılıqda təmiz çəkiləri 2010,6 qram, 2009,2 qram, 2009,9 qram, 2010 qram, 2010,6 qram, 1005 qram, 2010,2 qram, 2010,3 qram, 2009,1 qram, 2010,8 qram, 2013,2 qram, 2001,7 qram və 2000,1 qram olmaqla ümumilikdə külli miqdarda 25110,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “Mehdi” adlı şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25229,641 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 11082,30 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq külli miqdarda 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3489,3 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 25110,7 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 11082,30 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 14, mənzil 35-də gizlətməklə saxlamış, qalan narkotik vasitə heroini aralarında bölməklə Təqsirləndirilən şəxs1 külli miqdarda 49,507 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 külli miqdarda 39,592 qram çəkidə narkotik vasitə heroini, Bilal Məmmədov isə külli miqdarda 29,842 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla müxtəlif ünvanlara daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14.30-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,507 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16.00-da ünvan 11 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 39,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 08 fevral 2022-ci il tarixdə saat 16.51-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 fevral 2022-ci il tarixdə saat 17.25-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-in qonaq otağında olan masanın alt hissəsindən iki ədəd bükümdə 11 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 1009,6 qram, 998,4 qram, 1020,4 qram, 999,1 qram, 1003,2 qram, 1000,5 qram, 1010,3 qram, 999,8 qram, 1025,1 qram, 1010 qram və 1005,9 qram olmaqla ümumilikdə külli miqdarda 11082,30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020,8 qram və 1480,1 qram olmaqla ümumilikdə külli miqdarda 2500,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 3 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 999,0 qram, 1000,0 qram və 1490,3 qram olmaqla ümumilikdə külli miqdarda 3489,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə 13 ədəd bağlamada həm öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə eyni tərkibli olub, ayrı-ayrılıqda təmiz çəkiləri 2010,6 qram, 2009,2 qram, 2009,9 qram, 2010 qram, 2010,6 qram, 1005 qram, 2010,2 qram, 2010,3 qram, 2009,1 qram, 2010,8 qram, 2013,2 qram, 2001,7 qram və 2000,1 qram olmaqla ümumilikdə külli miqdarda 25110,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddət əvvəl “İnstaqram sosial şəbəkəsi vasitəsi ilə “Mehdi” adlı şəxslə tanış olmuş və onunla münasibət saxlamağa başlamışlar. Onun şəxsi maşını olmuş, o, sosial şəbəkədə şəklini paylaşmış, “Mehdi” adlı şəxs Horadizdə işləmişdir. O, ondan həmin tərəflərə yolu düşüb-düşmədiyini maraqlanmış və onda olan “silikon”u Bakıya çatdırmaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 sürücü işləmiş, o, Təqsirləndirilən şəxs2 məsələni “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə bildirmiş, Təqsirləndirilən şəxs2 “Mehdi” adlı şəxslə əlaqə saxlayaraq danışmış, sonra Təqsirləndirilən şəxs2 “Mehdi” adlı şəxsdə olan “silikon”u gedib götürmüşdür. O da Horadizdə polis idarəsinin qarşısında avtomobilində Təqsirləndirilən şəxs2 gözləmiş, Təqsirləndirilən şəxs2 “silikon”u götürüb gəlib avtomobilinə əyləşmiş və onlar Bakıya yola düşmüşlər. Bakıya gəldikləri günün səhəri saat təxmini 13:30 radələrində yaşadığı ünvana pəncərələri sındıraraq daxil olan polis əməkdaşları onda narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da kənarda olan kiçik ölçülü bağlamanı təqdim etmiş, daha sonra polis əməkdaşları onu BNMİ-nə aparmış və onu sərbəst buraxmaq üçün ondan küllü miqdarda pul tələb etmişlər. O, onlara pulu olmadığını amma avtomobilini onlara verə biləcəyini bildirdikdə, ona daha başqa bir büküm narkotik vasitə təqdim edib, ifadəsində polis əməkdaşlarının evə daxil olduqlarını yox, onu yolda görüb şübhəli şəxs kimi saxladıqda həmin narkotik vasitələrin onun üzərindən çıxdığını qeyd etməsini bildirmişlər. Onlar əlavə olaraq bildirmişlər ki, “biz səndən pul alıb səni sərbəst buraxsaq sən daha sonra gedib bizi şikayət edə bilərsən, ona görə sübut kimi hazırda bu narkotik vasitələrin sənin üzərindən çıxmasını əks etdirən çəkiliş aparacayıq”. Çəkiliş aparılan zaman bağlamaların faktiki çəkilərindən daha artıq çəkilər protokola qeyd edilmişdir. O, polis əməkdaşları tərəfindən BMCMİ-nə gətirilmiş və sabah pul qarşılığında onu sərbəst buraxacaqlarını bildirsələr də BMCMİ-nə gətirildiyi günün səhəri onu BİT-ə etap etmişlər. Məhkəmə iclasında yeni müdafiəçisi Müdafiəçi4 vəsatəti əsasında əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə 2014-cü ildə Bakı şəhərinə köçmüş, ilk əvvəl Əhmədli qəsəbəsində yaşadıqdan sonra, 2017-ci ildən isə Binəqədi rayonunda yaşamışdır. Öz şəxsi yük avtomobili ilə Türkiyəyə, Rusiyaya sürücülük etmişdir. Hadisədən təxminən 1-2 ay əvvələ qədər həmin avtomobili özü idarə etmiş, daha sonra qardaşının qayınatasına icarəyə vermişdir. O, idman zalında olanda günortadan sonra Rafiq ona zəng edib “gəl Füzuli rayonundan məni götür, Bakıya qayıdaq” demişdir. O, “Mercedes ML” markalı şəxsi avtomobili ilə yol düşmüş, təxmini saat 9 radələrində Füzuli rayonuna çatmış və polis bölməsinin qarşısında gözləməyə başlamışdır. Polis əməkdaşları ilə söhbət edib, Rafiqi gözləməyə başlamış, Rafiqin yanında əvvəllər tanımadığı Bilal adlı şəxs də gəlmişdir. Rafiqgil ona yaxınlaşanda bir sürücü Rafiqə bağlama vermişdir ki, “Bakıda bu bağlama sizdən götürəcəklər”. Həmin sürücü Rafiqin telefon nömrəsini götürmüş, amma Rafiqin telefonunun batareyası az olduğuna görə, sürücü onun da telefon nömrəsini götürmüşdür. Onlar həmin bağlamanı az açıb baxmış, bağlamanın içərisində buz kimi silikon olmuşdur. Sürücü onlara həmin bağlamanı soyuducuda saxlamaqlarını bildirmişdir. Bundan sonra onlar yola düşmüş, Bakıya çatana yaxın restoranların birində yemək yeyib orada təxmini 1 saat qalmışlar. Bakıya gələndə Bilal 20 yanvarda, Rafiq isə Şamaxinka deyilən ərazidə avtomobildən enmişlər. Rafiq bacısıgilə getmiş və əlində paltarları olan torbalar çox olduğuna görə silikon olan bağlamanı götürməmiş və “onsuz ikimizin də nömrəsini götürüblər zəng vursalar bağlamanı gəlib götürərlər” demişdir. O da evə gəlib yatdığını, səhəri gün, yəni 08 fevralda mətbəx tərəfdən səs gəldiyini və oyandığını və polis əməkdaşlarının pəncərəni sındırıb içəri daxil olduğunu görmüşdür. Həmin vaxtı onlardan Səttar adlı polis əməkdaşı onun qoluna qandal vurub zor tətbiq edərək onu yataq otağına aparmışlar. Polis əməkdaşları özlərini təqdim etməmiş, o, polis əməkdaşlarının aralarındakı danışıqlardan onların adlarını öyrənmişdir. Polis əməkdaşları ondan Rafiqi və Bilalı tanıyıb-tanımadığını soruşmuşlar. O da onlara Rafiqlə eyni kənddən olduqlarını, amma Bilalı tanımadığını demişdir. O, məsələnin nə olduğunu soruşduqda polis əməkdaşlarından Bəylər adlı şəxs onda narkotik vasitə olduğunu bildirmişdir. O etiraz etdikdə Səttar ona zor tətbiq etdikdən sonra, Bəylər pulu nəzərdə tutaraq “bəs başqa nəyin var?” demişdir. O da pulunun olduğunu bildirmiş, polis əməkdaşları evi axtarmağa başlamışlar. Sonra o, evdən çıxarılmış, onunla birlikdə Bəylər, Səttar, Babək adlı polis əməkdaşları daxil olmaqla 5-6 nəfər polis əməkdaşı evdən çıxmış, digər 5-6 nəfər polis əməkdaş isə evdə qalmışdır. Səttar ondan dünənki bağlamanın harada olduğunu soruşmuş, o da avtomobilin baqajında olduğunu bildirmişdir. Səttar adlı polis əməkdaşı evdən avtomobilin açarını götürmüş və bağlamanı götürüb birlikdə İdarəyə getmişlər. İdarədə ondan narkotik vasitə olubolmadığını soruşmuşlar. O da narkotik vasitə olmadığını bildirdikdə dünən gətirdiyi bağlamanın narkotik vasitə ilə dolu olduğunu bildirmişlər. O, bundan xəbərinin olmadığını dedikdə, Səttar adlı polis əməkdaşı ona yenidən təzyiq göstərməyə başlamışdır. Səttar və Bəylər adlı polis əməkdaşları ona “səndən pul alıb, səni buraxacayıq” deyərək ondan 50.000 manat pul istəmişlər. O, onlara o qədər pulunun olmadığını bildirmiş, bu zaman onlar 30.000 manat pul istəmiş o, yenə də pulunun olmadığını bildirdikdə onlar onun şəxsi istifadəsində olan “Mercedes ML” markalı avtomobili və əlavə olaraq 10.000 manat pulun onlara verməsini tələb etmişlər. O da sərbəst buraxılacağına inanıb polis əməkdaşları ilə razılaşmış, bir müddət keçdikdən sonra polis əməkdaşları “sənin üzərinə narkotik vasitə qoymalıyıq və çəkilişdə sən həmin narkotik vasitənin sənə məxsus olduğunu bildirməlisən ki, səni buraxdıqdan sonra bizim əməkdaşlara zərər dəyməsin” demişlərə. Sonra müdafiəçisi gəlmiş, o, müdafiəçisinə olan məsələləri danışmış, müdafiəçi isə ona hər şeyin pul üçün olduğunu bildirdikdən sonra o, polis əməkdaşları ilə razılaşdığı üçün rahatlamışdır. Bəylər adlı polis əməkdaşı telefonda danışa-danışa çəkiliş aparmış, onun cibinə narkotik vasitə qoymuş və 40 manat pul və evin açarını ona verərək çəkiliş zamanı evində yaşayış olmadığını bildirməsini tələb etmişlər. O da polis əməkdaşları ilə razılaşmış, ona verdikləri telefonda onun öz telefonu olmamışdır. Onun yanında Bəylər və Səttar adlı polis əməkdaşlarının telefonda kiminləsə danışaraq birinin 5 kq, digərinin isə 7 kq narkotik vasitə taparaq onun öhdəliyinə verdiklərini dediyini eşitmişdir. Saat təxmini 11- 12 radələrində çəkiliş üçün o, yaşadığı evə geri gətirilmiş, həmin vaxtı onun ailə üzvlərini və qohumlarını evə buraxmamışlar. O, narkotik dolu torbaları qapının qabağında görmüş, daha sonra polis əməkdaşları həmin torbaları evdə kiçik otaqda masanın altına qoyaraq çəkilişdə ona aid olmasını bildirməyini tələb etmişlər. Samir adlı polis əməkdaşı onu mətbəxə aparıb narahat olmamağını, çəkilişi rəisinin göstərişi əsasında həyata keçirməli olduqlarını demişdir. Ona çəkilişdən əvvəl çəkiliş zamanı nələr deməli olduğu bildirilmiş və təxmini 10 dəfəyə yaxın çəkiliş olmuş, çünki o, bəzən narkotik vasitələrin adını unutmuşdur. O, tək “nəşə”nin adını bilmiş, videoçəkilişdə Bəylər adlı polis əməkdaşı onun qulağına narkotik vasitələrin adını demiş, çəkiliş bitdikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, “general tədbirdədir və səni saxlayacaq yer olmadığına görə, onu BNMİ-nə göndərmişlər. BNMİ-nə gətirildiyi günün səhəri onu BİT-ə etap etmişlər. Bundan sonra müstəntiq onun qabağına sənədlər qoymuş, o da sərbəst buraxılacağına əmin olduğu üçün həmin sənədləri imzalamışdır. Amma iş materiallarında olan imzalardan 5-6-sı dəqiqliklə ona məxsus olmadığını vurğulamışdır. Bundan əlavə Rafiqlə yaxın münasibətdə olduqlarını, Rafiqin 2 ədəd Xocahəsəndə yük maşını olduğunu və onların təmiri ilə əlaqəli pulun yarısını özünün verdiyini bildirmişdir. İzahatında olanları istintaq zamanı müdafiəçi Faiq adlı şəxs demiş, ibtidai istintaqdakı ifadəsində göstərilənlərin heç biri doğru deyil. Onun mobil telefonundakı yazışmalarla bağlı heç bir araşdırma aparılmamış, “İnstaqram” sosial şəbəkəsindəki səhifəsinə baxış keçirilməmişdir. Bundan əlavə silikon olan bağlamaya onun iştirakı ilə baxış keçirilməmişdir. Evinin girişində kamera olduğunu və evin girişini və küçəni çəkdiyini, həmin kameranın yaddaşında onun evə külli miqdarda narkotik vasitə gətirməyi ilə bağlı heç bir görüntü olmamışdır. Polis əməkdaşları onun evindən 10100 manat pul götürmüş, bu barədə müstəntiqə bildirmiş, müstəntiq də ona əlində əsaslı sübut olmadığı üçün araşdırma aparılmayacağını bildirmişdir. Qaynı, Samir adlı polis əməkdaşına pulu geri qaytarmaları ilə bağlı bir neçə dəfə zəng etmiş, Samir də pulun Bəylərdə olduğunu bildirmiş, Bəylər də zənglərə cavab vermədiyindən həmin pul ortalıqda batmışdır. Hazırda baxılan cinayət işi ilə bağlı onun heç bir günahı olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 ona “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə “Mehdi” adlı şəxslə tanış olduğunu və onda olan “silikon”u Bakıya çatdırmaq lazım olduğunu bildirmişdir. O da razılaşmış və Horadizdə ağ saçlı adının “Mehdi” olduğunu bildiyi şəxsdən bağlamanı götürmüş və Polis İdarəsinin qarşısında avtomobildə onu gözləyən Təqsirləndirilən şəxs1 yanına gətirmişdir. Təqsirləndirilən şəxs3 onun Bakıya getdiyindən xəbər tutub, onu da Bakıya aparmağını xahiş etmiş, Təqsirləndirilən şəxs3 bütün bu hadisələrdən xəbərsiz olmuşdur. Bakıya gəldiyinin səhəri günü təxmini saat 15:00 radələrində evdə olduğu zaman BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, İdarəyə gətirilmiş və orada protokollara təzyiq altında imza atmışdır. Hazırda onun bu cinayət işi ilə bağlı bir günahı olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2021-ci ilin avqust ayından Cəbrayıl rayonunda işləmişdir. O, özünə məxsus “Shacman” markalı **-JA-*** nömrəli yük avtomobili ilə özü və tanışı Təqsirləndirilən şəxs2 yük daşıma sahəsində xidmət etmiş, o, kreditlə 2 ədəd əlavə avtomobildə almışdır. Həmin maşınların motoru nasaz olduğundan Rafiqlə birlikdə onları ustaya təhvil vermişlər. Usta onunla əlaqə saxlayıb əlavə avtomobil ehtiyat hissələrini alıb ustaya təhvil verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 da Bakıya yola düşdüyünü və birlikdə gedə biləcəklərini demişdir. O da Təqsirləndirilən şəxs2 qoşulmuş, ilk öncə Horadizə gəlmiş, sonra Polis İdarəsininin qarşısında onları gözləyən əvvəllər 1 və ya 2 dəfə gördüyü Təqsirləndirilən şəxs1 avtomobilinə əyləşib Bakıya yola düşmüş, gecə saat 2-3 radələrində Bakıya çatmışlar. Bundan sonra hər kəs öz evinə getmiş, o, səhər saat təxmini 13:00-14:00 arası olan zaman, Təqsirləndirilən şəxs2 zəng edib ustanın yanına getməli olduqlarını bildirmişdir. O, 20 yanvarda Təqsirləndirilən şəxs2 gözlədiyi zaman BNMİ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, onlarla birlikdə İdarəyə getməli olduğunu bildirmişlər. Ona dünən harada olduğunu soruşub, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə çıxdığını qeyd edib, cinayətdə iştirakçı olduğunu bildirmişlər. Polis əməkdaşları daha sonra məsələnin həll olunduğunu, sadəcə çəkilişdə əlavə bağlamaları göstərməli olduqlarını bildirib çəkilişi həyata keçirmişlər. Növbəti gün onları BMCMİ-nə gətirilmiş, sonra o, məhkəməyə aparılmış, məhkəmə onun ifadəsinə məhəl qoymayaraq, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. Hazırkı cinayət iş ilə bağlı onun heç bir günah olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 08 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt və Bakı şəhərləri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 08 fevral 2022-ci il tarixdə saat 14:30-da ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Etiram saxlanılan zaman üzərində narkotik vasitənin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 fevral 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki həmin gödəkcənin sağ yan cibindən bir ədəd açar, əynindəki şalvarın sol yan cibindən bir ədəd içərisində 050 ***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 40 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 50,9 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 01 ədəd açar və 40 manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş, kütlənin özünə məxsus olduğunu, həmin kütləni bir gün əvvəl sosial şəbəkədə tanış olduğu, “Mehdi” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən Cəbrayıl rayonundan tanışları Rafiq və Bilal adlı şəxslər götürərək Füzuli rayonunda idarə etdikləri “Şaqman” markalı avtomobildə sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə ona verdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Mehdi” adlı şəxsin gördüyü işə görə ona 5000 manat pul göndərəcəyini, o da əvvəlcədən 5000 manat puldan 2000 manatını Rafiq adlı şəxsə, 1000 manatını isə Bilal adlı şəxsə verdiyini, həmçinin Binəqədi rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan əməliyyat qrupu həmin ünvana yollanıb «Baxış və götürmə aparılması haqqında» 08 fevral 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında stolun alt hissəsindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, iki ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütləni, iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin ümumilikdə çəkisi 25 kq 620 qram, tiryəkə bənzər kütlənin çəkisi 3 kq 675 qram, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 2 kq 650 qram və metamfetaminə bənzər kütlənin çəkisi 11 kq 350 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və tərəzi qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzini özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl sosial şəbəkədə tanış olduğu, “Mehdi” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən Cəbrayıl rayonundan tanışları Rafiq və Bilal adlı şəxslər götürərək Füzuli rayonunda idarə etdikləri “Şaqman” markalı avtomobildə sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə ona verdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Mehdi” adlı şəxsin gördüyü işə görə ona 5000 manat pul göndərəcəyini, o da əvvəlcədən 5000 manat puldan 2000 manatını Rafiq adlı şəxsə, 1000 manatını isə Bilal adlı şəxsə verdiyini bildirmişdir. Razılığı əsasında keçirilən baxışda iştirak edən Təqsirləndirilən şəxs1 arvadı X9 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs1 ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Baxış keçirilən yerdə sənədləşmənin aparılması üçün münasib şərait olmadığından sənədləşmə aparılması üçün iştirakçılar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və orada müvafiq protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onlar Təqsirləndirilən şəxs1 evinə hansısa narkotik vasitəni yerləşdirməmiş, özləri səmimi şəkildə etiraf etmişlər ki, narkotik vasitəni təhvil vermək istəyirlər. Buna uyğun olaraq da, evə baxış keçirilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs1 saxlanılmış, sonradan digər şəxslər saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs1 evindən hansısa kamera və digər əşyalar söküb aparmamış, onlara qarşı hər hansı təyziqlərdə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 08 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt və Bakı şəhərləri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16:00-da ünvan 11 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, BNMİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 fevral 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd sellofan bükümdə heroinə bənzər kütləni və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 165 manat məbləğində pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul vəsaiti özünə qaytarılsa da bir ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 41 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 şəxsi axtarışdan öncə üzərinin yoxlanılmadığını, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, tanışları istəyərsə onlara verməsi üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadəçisi olmadığını, uzun müddətdir ki, tanıdığı, Etiram adlı şəxsin 2-3 gün bundan öncə ona etdiyi 3000 manat pul müqabilində Cəbrayıl rayonu ərazisindən narkotik tərkibli maddələr götürdüyünü, onunla birlikdə Cəbrayıl rayonuna getmiş tanışı Bilalın da bu işdən xəbəri olmasını, Etiram dediyi yerdən narkotik maddələri özünün götürdüyünü, həmin vaxt Bilalın onu Cəbrayıl rayonunda yerləşən qarajda gözlədiyini, geri qayıdan zaman Bilalın onu gözlədiyi yerdən götürdükdən sonra Etiramla görüşmək üçün Füzuli rayonuna getdiyini, orada Etirama məxsus minik avtomobilinə həmin maddələri yüklədiyini və həmin avtomobillə hər üçünün Bakı şəhərinə doğru gəlməsini, üzərindən aşkar edilmiş maddə olan heroinin də Etirama gətirdiyi torbadan götürdüyünü, bu əməli törətməyə görə Etiram adlı şəxsdən 3000 manat pul almasını, həmin pulun 1000 manatını Bilal adlı şəxsə onunla birlikdə getdiyi üçün verməsini, Etiram və Bilaldan Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi adlanan yerdən ayrıldıqdan sonra Sumqayıt şəhərinə getməsini, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olan məlumat əsasında Rafiqi Sumqayıtda küçədə saxladıqlarını, həm müdafiəçi həm də çəkiliş olmadığından yerində baxış keçirə bilmədiklərini, Rafiqin üzərindən telefon, narkotik vasitə heroin və pul çıxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, 08 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt və Bakı şəhərləri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 08 fevral 2022-ci il tarixdə saat 16.51-də ünvan 12 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 fevral 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs3 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən, bir ədəd “İphone” markalı mobil telefon və 20 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kütlə elektron tərəzidə çəkildi və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 31 (otuz bir) qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar olunmuş “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 20 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni bir gün bundan əvvəl ona məxsus olan “Şaqman” markalı avtomobili idarə edən “Rafiq” adlı tanışı ilə birlikdə Cəbrayıl rayonundan əldə etdiyini, Rafiqin tanışı olan Etiram adlı şəxs üçün Cəbrayıl rayonuna narkotik maddələr qoyulduğunu, həmin narkotik maddələri götürməyə getməsi üçün Rafiq ondan “Şaqman” markalı avtomobili istədiyini, birlikdə Cəbrayıl rayonundan həmin narkotik maddələri götürüb “Etiram” adlı şəxsə təqdim edəcəklərini, gördükləri işin qarşılığında “Rafiq” adlı tanışının ona 1.000 manat məbləğində pul verəcəyini, sonuncu ilə birlikdə ona məxsus “Şaqman” markalı avtomobil ilə Cəbrayıl rayonuna gedərək qeyd edilən narkotik maddələri birlikdə götürüb həmin avtomobilə qoyaraq Füzuli rayonunda onları gözləyən Etirama məxsus mersedes markalı avtomobilə yığdıqlarını, gördükləri işin qarşılığında Rafiqin ona 1.000 manat pul verdiyini, özünün də həmin narkotik maddələrdən birinin üstündən üzərindən aşkar olunan heroini götürdüyünü, özünün narkotik maddələrin aludəçisi olmadığını, narkotik maddələrin satışını həyata keçirmədiyin, Cəbrayıl rayonuna “Rafiq” ilə birlikdə konkret olaraq narkotik maddələr götürmək üçün getdiklərini qabaqcadan bildiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid6 da Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşı Lalə Baxşəliyevanın vasitəsilə tanımış, həmin əraziyə onlar 2016-cı ildə, Təqsirləndirilən şəxs1 və ailəsi isə 2017-ci ildə köçmüşlər. Lalə Baxşəliyeva ilə qonşu kimi yaxın münasibətləri olmuş, 08 fevralda saat təxmini 13:00-14:00 radələrində o, mətbəxdə nahar hazırlayan zaman qapı döyülmüş, o, kim olduğunu soruşduqda qapını açmaq tələb olunmuşdur. O, qorxduğu üçün həyat yoldaşına zəng etmiş, bu zaman hasardan kiminsə tullanıb həyətə daxil olduğunu görmüşdür. Həmin şəxs ona açarla qapını açıb küçədə gözləyən adamların içəri daxil olmasına şərait yaratmağını və onunla işləri olmadığını demişdir. Həmin şəxs böyük darvazanı açmış bir nəfər də içəri daxil olmuşdur. Həyat yoldaşı isə işdə olduğundan tez gəlib çata bilmədiyi üçün ona xəbər vermişdir ki, Etiramla əlaqə yaradıb məsələnin nə olduğunu aydınlaşdıracaq. Amma Etirama zəng çatmamış, o da öz mobil telefonu ilə Etiramın yoldaşına zəng vurmuş, amma cavab verən olmamışdır. Daha sonra o, qapını bağlayıb, içəri keçmiş, axşam həyat yoldaşı işdən gəlmiş, təxmini saat 21:00 radələrində həyat yoldaşı Etiramgilə nələr olub-bitdiyini öyrənmək üçün getdikdə qapını mülki geyimli bir şəxs açmış, özünü polis əməkdaşı olduğunu bildirmişdir. Daha sonra həyat yoldaşı evə gəlmiş, bir xeyli vaxt keçdikdən sonra həyətdən səs gəlməyə başlamışdır. Yoldaşı küçəyə çıxmış, amma polis əməkdaşları ona içəri keçməyini bildirmiş, həmin vaxt Küçədə çox adam olmuş, lakin tanış səs olduğuna görə Etiramın səsini eşitmiş, amma məzmunu bilməmişdir. Səhər açıldıqda Lalə Baxşəliyeva narkotikə görə Etiramı gəlib apardıqlarını demiş, Laləgilin evlərinin qarşısında kamera olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 08 fevral tarixində səhər uşaqları məktəbə qoyub evə qayıtmış, gedərkən darvazanı bağlamamışdır. Saat 13:30 radələrində o, hamam otağında olmuş, bu zaman pəncərəni sındıraraq evə 9-10 nəfərin daxil olduğunu və ona qışqıraraq kənarda durmasını və onlara sadəcə Etiramın lazım olduğunu bildirmişlər. Həmin vaxtı Etiram yatırmış, səsə-küyə oyanmış və polis əməkdaşları onun qolunu qandallamış və evi axtarmağa başlamışlar. Aradan 5-10 dəqiqə keçmiş, Etiram alt paltarında otaqdan çıxmış, polis əməkdaşlarından biri onu geyindirmiş, Etiramın əlləri qandallı olmuş, buna görə də o da Etiramın corablarını geyindirmişdir. Polis əməkdaşları uşaqların, Etiramın və onun telefonlarını əllərindən alıb, onun telefonundan başqa hamının telefonunu söndürmüşdür. Həmin vaxtı ona qardaşı və anası durmadan zəng vururmuş, lakin polis əməkdaşları onlarla danışmağa icazə verməmiş, onu uşaqların otağına salıb qapını bağlamışlar. Saat 17:00-da uşaqları məktəbdən götürmək lazım olduğunu bildirsə də, polis əməkdaşları ona heç cür imkan verməmişlər. Elmar adlı polis əməkdaşı rəis dediyi kiminləsə telefonla danışmış və onu özləri ilə birlikdə məktəbə aparıb, uşaqları götürüb geri evə qayıtmışlar. Yenə uşaqlarını və onu uşaqların otağına keçirmişlər, amma bu dəfə qapını bağlamamışlar. Axşam məktəbdən gələndə 5 nəfər polis əməkdaşı gedib yerlərinə başqa polis əməkdaşları gəlmişlər. Saat təxmini 23:00 radələri olmuş, Etiramı yenidən evə gətirmişlər. Bir-iki dəqiqə həyətdə saxlayıb polis əməkdaşlarının əllərində torbalar olduğunu və onları qonaq otağına masanın altına qoyduqlarını, 5-6 dəfə çəkiliş apardıqlarını görmüşdür. Hər dəfə Etiramı həyətə çıxarıb yenidən çəkiliş üçün evə salmışlar. Etiramın yanında Bəylər adlı polis əməkdaşı dayanıb, çəkiliş zamanı narkotik vasitələrin adını demişdir. Etiram deyilənləri unudanda çəkilişi dayandırıb yenidən başlanılmış, sonra Etiramın qolunu qandallayıb aparmışlar. Həmin vaxtı Etiramı uşaqları ilə görüşməsinə icazə verilməmiş onlar getdikdən sonra evdə iki nəfər polis əməkdaşı təxmini 1 saata yaxın qalmış, evdəki kameraların yaddaş kartını və 10100 manat da pulu polis əməkdaşları götürmüşlər. Bəylər adlı polis əməkdaşı əlindəki torbaları masanın altına qoyduğunu görmüş, çünki, o, qapını aralayıb polis əməkdaşlarını izləmişdir. İstintaq zamanı verdiyi ifadəsi polis əməkdaşlarının təzyiqi ilə yazmış, evdə söz sahibi olmadığı üçün heç bir yerə şikayət edə bilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 da ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1lə qonşu olduqlarını, onu tır sürücüsü kimi tanıdığını, 08 fevral 2022-ci il tarixdə saat təxmini 13:00-14:00 radələrində evlərinin yaxın olduğundan Etiramgilin həyətindən səs gəldiyi üçün, küçəyə çıxdığını və iki avtomobil olduğunu görüb geri həyətə qayıtdığını, təxmini 30 dəqiqə sonra Etiramın qolu qandallı halda evdən çıxdığını və sonra evində olan kameralar axşamçağı polis əməkdaşlarının gəlib sökdüyünü bilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 08 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt və Bakı şəhərləri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16:00-da ünvan 11 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, BNMİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 fevral 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd sellofan bükümdə heroinə bənzər kütləni və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 165 manat məbləğində pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul vəsaiti özünə qaytarılsa da bir ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 41 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 şəxsi axtarışdan öncə üzərinin yoxlanılmadığını, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, tanışları istəyərsə onlara verməsi üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadəçisi olmadığını, uzun müddətdir ki, tanıdığı, Etiram adlı şəxsin 2-3 gün bundan öncə ona etdiyi 3000 manat pul müqabilində Cəbrayıl rayonu ərazisindən narkotik tərkibli maddələr götürdüyünü, onunla birlikdə Cəbrayıl rayonuna getmiş tanışı Bilalın da bu işdən xəbəri olmasını, Etiram dediyi yerdən narkotik maddələri özünün götürdüyünü, həmin vaxt Bilalın onu Cəbrayıl rayonunda yerləşən qarajda gözlədiyini, geri qayıdan zaman Bilalı onu gözlədiyi yerdən götürdükdən sonra Etiramla görüşmək üçün Füzuli rayonuna getdiyini, orada Etirama məxsus minik avtomobilinə həmin maddələri yüklədiyini və həmin avtomobillə hər üçünün Bakı şəhərinə doğru gəlməsini, üzərindən aşkar edilmiş maddə olan heroini də Etirama gətirdiyi torbadan götürdüyünü, bu əməli törətməyə görə Etiram adlı şəxsdən 3000 manat pul almasını, həmin pulun 1000 manatını Bilal adlı şəxsə onunla birlikdə getdiyi üçün verməsini, Etiram və Bilaldan Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi adlanan yerdən ayrıldıqdan sonra Sumqayıt şəhərinə getməsini, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/797-7/1 19 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən...heroinə bənzər kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd bağlamada təmiz çəkisi 49,507 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs3 təqdim etdiyi heroinə bənzər kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd bağlamada təmiz çəkisi 29,842 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinə bənzər maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd bağlamada təmiz çəkisi 39,592 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 mənzilindən 01 ədəd elektron tərəzi..." yazılan 2 ədəd çəhrayı rəngli torbada 3 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 999,0 qr, 1000,0 qr və 1490,3 qram olmaqla, ümumi təmiz çəkisi 3489,3 qram qətranabənzər maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitədir- tiryəkdir. 11 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1009,6 qr, 998,4 qr, 1020,4 qr, 999,1 qr, 1003,2 qr, 1000,5 qr, 1010,3 qr, 999,8 qr, 1025,1 qr, 1010,0 qr və 1005,9 qram olmaqla, ümumi təmiz çəkisi 11082,30 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 13 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2010,6 qr, 2009,2 qr, 2009,9 qr, 2010,0 qr, 2010,6 qr, 1005,0 qr, 2010,2 qr, 2010,3 qr, 2009,1 qr, 2010,8 qr, 2013,2 qr, 2001,7 qr, 2000,1 qram olmaqla, ümumi təmiz çəkisi 25110,7 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ağ rəngli polietilen bağlamada 2 ədəd, qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1020,8 qram və 1480,1 qram olmaqla, ümumi çəkisi 2500,9 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş 1 ədəd ağ rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən İ psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Qalıq - qurudulmuş marixuana - 2500,8 qram, tiryək - 3489,15 qram, heroin- 25228,841 qram, metamfetamin - 11081,75 qram. (cild 01, iş vərəqə 104-111) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 1147 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 107-108) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 1161 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 109-110) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 1165 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Deməsinə görə, 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. (cild 02, iş vərəqə 111-112) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə”, eləcə də, “baxış və götürmə barədə” protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14:30-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,507 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 08 fevral 2022-ci il tarixdə saat 17:25-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-in qonaq otağında olan masanın alt hissəsindən iki ədəd bükümdə 11 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 1009,6 qram, 998,4 qram, 1020,4 qram, 999,1 qram, 1003,2 qram, 1000,5 qram, 1010,3 qram, 999,8 qram, 1025,1 qram, 1010 qram və 1005,9 qram olmaqla ümumilikdə külli miqdarda 11082,30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020,8 qram və 1480,1 qram olmaqla ümumilikdə külli miqdarda 2500,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 3 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 999,0 qram, 1000,0 qram və 1490,3 qram olmaqla ümumilikdə külli miqdarda 3489,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə 13 ədəd bağlamada həm öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə, həm Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə eyni tərkibli olub, ayrı-ayrılıqda təmiz çəkiləri 2010,6 qram, 2009,2 qram, 2009,9 qram, 2010 qram, 2010,6 qram, 1005 qram, 2010,2 qram, 2010,3 qram, 2009,1 qram, 2010,8 qram, 2013,2 qram, 2001,7 qram və 2000,1 qram olmaqla ümumilikdə külli miqdarda 25110,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 35-36; 41-42) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə saat 16:00-da ünvan 11 ünvanının yaxınlığında saxlanılaraq ünvan 13 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 39,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 65-67) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 08 fevral 2022-ci il tarixdə saat 16:51-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli olan, bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 93-94) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 3431 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Xarici dövlətlərin mobil telefon operatorlarına məxsus hər hansı mobil telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Bundan başqa qeyd olunan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığı aşkar edilməsə də, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 12 telefon danışığının olması müəyyən edilmişdir. (cild 02, iş vərəqə 54-58) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 5205/22 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 ***-***-**-**, Təqsirləndirilən şəxs2 isə 077- ***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Xarici dövlətlərin mobil telefon operatorlarına məxsus hər hansı mobil telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında telefon danışığı aşkar edilməsə də, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 170 telefon danışığının olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 8 telefon danışığının olması, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 148 telefon danışığının olması müəyyən edilmişdir. (cild 02, iş vərəqə 63-67) İş materiallarında olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 008-2788-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitənin və psixotrop maddələri “Mehdi” adlı Azərbaycan Respublikasının vətəndaşından satış məqsədi ilə əldə edilməsi və onların bu kimi maddələri qanunsuz əldə edib saxlamaqla daşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilsə də, həmin şəxsin şəxsiyyətini, əldə etməsini görə biləcək şəxsləri, eləcə də həmin narkotik vasitənin əldə etdiyi digər mənbəni müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 97) İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(006)- 62/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanunauyğun hesab edilmişdir. (cild 01, iş vərəqə 7-8; 155) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 08 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanunauyğun hesab edilmişdir. (cild 02, iş vərəqə 12-14) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş 14 ədəd bağlamada qablaşdırılan 2500,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3489,15 qram çəkidə narkotik vasitə tiryək, 25228,841 qram çəkidə narkotik vasitə heroin, 11081,75 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. (cild 02, iş vərəqə 7-10) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 04 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 02, iş vərəqə 113-127) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən şəxslərin mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən 02 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılır. (cild 02, iş vərəqə 113-127) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmələri, onlara verilən bağlamada silikon olması, narkotik vasitələrin Təqsirləndirilən şəxs1 evinə polis əməkdaşları tərəfindən yerləşdirilməsi, polis əməkdaşları tərəfindən onlara təzyiq və zor göstərilməsi, barədə verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri, “şəxsi axtarış və götürmə”, eləcə də “baxış və götürmə barədə” protokolları, “üzləşdirmə” protokolları, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 04 ədəd DVD diskdə olan görüntülər, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X9 və azyaşlı uşağı ilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş və bu səbəbdən maddi çətinliklə qarşılaşmışdır. Təxminən 10-15 gün qabaq “İnstaqram” sosial şəbəkəsi vasitəsi İlə “Mehdi” adlı şəxslə tanış olmuş və onunla münasibət saxlamağa başlamışdır. Danışıqların birində “Mehdi” ona təklif etmişdir ki, onun külli miqdarda narkotik vasitələri var, həmin malları Bakı şəhərinə göndərmək lazım olsa da o, işlədiyi Cəbrayil rayonundan çıxa bilmir və Cəbrayıl rayonunda dediyi yerdən götürüb Bakı şəhərində yerləşən başqa yerə aparıb təhvil verəcəyi halda ona 5.000 manat pul verə bilər. “Mehdi” bunu da qeyd etmişdir ki, narkotik vasitəni işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində gizlədiləcəkdir. Onun pula ehtiyacı olduğundan Mehdi ilə razılaşmışdır. Onun işğaldan azad olunmuş ərazilərə keçməyə icazəsi olmadığından, Cəbrayıl rayonu ərazisində yük daşıma xidməti ilə məşğul olan tanışları Rafiq və Bilalla görüşüb Mehdinin ona etdiyi təklif barədə danışıb bu işdə onların köməyinə ehtiyacının olduğunu bildirmişdir. Rafiq və Bilal da narkotik vasitəni götürüb deyilən yerə çatdırılmasına razılıq vermişlər. Razılığa əsasən bu işə görə Rafiqə 2.000 manat, Bilala isə 1.000 manat pulu əvvəlcədən verməli olmuşdur. Beləliklə də 07 fevral 2022-ci il tarixdə Bilal və Rafiq sonuncunun idarə etdiyi yük avtomobili ilə “Mehdi” adlı şəxsin izah etdiyi Cəbrayıl rayonunun ərazisinə gedib külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini götürüb Fizuli rayonunda ona təhvil vermişlər. O da həmin külli miqdarda müxtəlif növ narkotik vasitələri psixotrop maddələri və elektron tərəzini yaşadığı mənzildə qonaq otağındakı masanın alt hissəsində gizlətmişdir. Qeyd etmək lazımdır ki, narkotik vasitə heroindən hər biri bir bükümünü götürmüşlər ki, istəyən olsa hədiyyə etsinlər. 08 fevral 2022-ci il tarixdə saat 14:30 dəqiqədə ünvan 14 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, bundan sonra barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onu təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkcənin sağ yan cibindən bir ədəd açar, əynində olan şalvarının sol yan cibindən bir ədəd içərisində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefon, şalvarının sağ yan cibindən 40 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyim heroin elektron tərəzidə çəkilməklə 50,9 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefonu götürülmüşdür. Bir ədəd açar və 40 manat pul isə özünə qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu, “Mehdi” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən Cəbrayıl rayonundan tanışları Rafiq və Bilal adlı şəxslər götürərək Füzuli rayonunda idarə etdikləri “Şaqman” markalı avtomobildə Mehdinin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə ona verdiklərini, narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında “Mehdi” adlı şəxsin gördüyü işə görə ona 5000 manat pul göndərəcəyini, o, də əvvəlcədən 5000 manat puldan 2000 manatını Rafiq adlı şəxsə, 1000 manatını isə Bilal adlı şəxsə verdiyini, əvvəllər məhkum olunmadığını, həmçinin Binəqədi rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birlikdə yaşadığı mənzilə yollanmış, orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə qonaq otağında stolun alt hissəsindən iki ədəd bükümdə heroini, iki ədəd bükümdə tiryəki, İki ədəd bükümdə qurudulmuş marixuananı, iki ədəd bükümdə metamfetamini və bir ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi təxminən 25 kiloqram 620 qram, tiryəkin ümumi çəkisi təxminən 3 kiloqram 675 qram, qurudulmuş marixuananın çəkisi 2 kiloqram 650 qram və metamfetaminin çəkisi təxminən 11 kiloqram 350 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaların içərisinə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri onun, müdafiəçi, baxışda iştirak edən həyat yoldaşı Lalə Baxşəliyeva və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu “Mehdi” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən Cəbrayıl rayonundan tanışları Rafiq və Bilal adlı şəxslər götürərək Füzuli rayonunda idarə etdikləri “Şaqman” markalı avtomobildə Mehdinin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə ona verdiklərini, narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında “Mehdi” adlı şəxsin gördüyü işə görə ona 5000 manat pul göndərəcəyini, o, də əvvəlcədən 5000 manat puldan 2000 manatını Rafiq adlı şəxsə, 1000 manatını isə Bilal adlı şəxsə verdiyini bildirmişdir. X1 yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir. (cild 01 iş vərəqə 124-127, 163-166, cild 02 iş vərəqə 171-173) Əlavə olaraq, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə iki dəfə ifadə vermiş və ifadələri bir-biri ilə ziddiyyət təşkil edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 məxsus “Shacman” markalı **-JA-*** nömrəli yük avtomobilinin sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs1 həm yerli kimi uzun müddətdir ki tanımışdır, onunla dostluq münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin Bilal da onun vasitəsi ilə Etiramla tanış olmuşdur. Beləliklə də onlar görüşüb söhbət edərkən Etiram onlara bildirmişdir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Mehdi” adlı şəxs təklif etmişdir ki, Cəbrayıl rayonu ərazisində yerləşən külli miqdarda narkotik vasitələri Cəbrayıl rayonundan dediyi yerdən götürüb başqa yerə aparıb təhvil versək 5.000 manat pul verə bilər. “Mehdi” adlı şəxs işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində işlədiyini, işi ilə bağlı oranı tərk edə bilmədiyini və narkotik vasitələri Cəbrayıl rayonu ərazisində gizlədiləcəyini demişdir. İşğaldan azad olunmuş torpaqlarda tikinti işlərinin həyata keçirilməsi ilə bağlı həmin ərazilərə o və Bilal gedib-gəlirmişlər. Beləliklə də o və Bilal Etiramın təklifi ilə razılaşmışlar. Razılığa əsasən bu işə görə ona 2.000 manat, Bilala isə 1.000 manat pul əvvəlcədən verilməli idi. Etiram da həmin pulu onlara vermişdir. Beləliklə də 07 fevral 2022-ci il tarixdə o və Bilal idarə etdiyi “Shacman” markalı **-JA-*** nömrəli yük avtomobili ilə Etiramın izah etdiyi Cəbrayıl rayonuna getmiş, Bilal rayonda qarajda qalmış, o, isə rayonun mərkəzində yerləşən Etiramın dediyi yerə gedib külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini götürüb, daha sonra Bilalı götürüb qayıtmışdır. Bundan sonra külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini Fizuli rayonunda Etirama təhvil vermişlər. Qeyd etmək lazımdır ki, narkotik vasitə heroindən hər biri bir bükümünü götürüb ciblərinə qoymuşlar ki, istəyən olsa hədiyyə edərlər. 08 fevral 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində ünvan 11 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkcənin sağ yan cibindən “Samsung” markalı mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəni, sol yan cibindən bir ədəd sellofan bükümdə heroini və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 165 manat pulumu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Ona məxsus 165 manat pul özünə qaytarılsa da, “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki narkotik maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma İlə birlikdə çəkisinin 41 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı o, təqdim etdiyim sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, dost-tanışları istəyərsə onlara vermək üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadə etmədiyini, uzun müddətdir ki, tanıdığı Etiram adlı şəxsin 2-3 gün bundan öncə ona etdiyi 3000 manat pul təklifi müqabilində 1 gün öncə Cəbrayıl rayonu ərazisindən kisədə narkotik tərkibli maddələr götürdüyünü, onunla birlikdə Cəbrayıl rayonuna getmiş tanışı Bilalın da bu işdən xəbəri olmasını, Etiramın dediyi yerdən narkotik maddələri özünün tək götürdüyünü, həmin vaxt Bilalın onu Cəbrayıl rayonunda yerləşən avtomobil qarajında gözlədiyini, narkotik maddələri götürdüyü yerdən geri qayıdan zaman Bilalın onu gözlədiyi yerdən götürdükdən sonra Etiramla görüşmək üçün Füzuli rayonuna getdiyini, burada Etirama məxsus minik avtomobilinə həmin maddələri yüklədiyini, elə həmin avtomobil ilə birlikdə hər üçü Bakı şəhərinə doğru gəlməklərini, təqdim etdiyi maddə heroini də Etirama gətirdiyi torbadan götürdüyünü, bu əməli törətməyə görə Etiramdan 3000 manat pul aldığını, həmin pulun 1000 manatım Bilala verdiyini, Etiram və Bilaldan Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi adlanan yerdən ayrıldıqdan sonra Sumqayıt şəhərinə getməyini bildirmişdir. (cild 01 iş vərəqə 144-147, 185-187, cild 02 iş vərəqə 145- 147) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Shacman” markalı **-JA-*** nömrəli yük avtomobili ilə özü və tanışı Təqsirləndirilən şəxs2 yük daşıma sahəsində xidmət edir. Təqsirləndirilən şəxs1 Rafiqin vasitəsi ilə tanımış, onunla ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Görüşüb söhbət edərkən Etiram onlara bildirmişdir ki, Cəbrayıl rayonunda işləyən Mehdi adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonuncu təklif etmişdir ki, külli miqdarda narkotik vasitələri dediyi yerdən götürüb başqa yerə aparıb təhvil versələr 5.000 manat pul verə bilər. “Mehdi” adlı şəxs narkotik vasitələri Cəbrayıl rayonu ərazisində gizlədiləcəyini demişdir. Bildirmək lazımdır ki, işğaldan azad olunmuş torpaqlarda tikinti işlərinin həyata keçirilməsi ilə bağlı həmin ərazilərə yük aparıb gətirirdilər. Beləliklə də o və Rafiq Etiramın təklifi ilə razılaşmışlar. Razılığa əsasən bu işə görə Rafiqə 2.000 manat, ona isə 1.000 manat pul əvvəlcədən verilməli olmuşdur. Etiram da, həmin pulu onlara əvvəlcədən vermişdir. Beləliklə də, 07 fevral 2022-ci il tarixdə o və Rafiq sonuncunun idarə etdiyi “Shacman” markalı **-JA-*** nömrəli yük avtomobili ilə Etiramın izah etdiyi Cəbrayıl rayonuna getmiş, o, rayonda qarajda qalmış, Rafiq isə Etiram dediyi yerə gedib külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini götürüb qayıtmışdır. Bundan sonra onlar külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini Fizuli rayonunda Etirama təhvil vermişlər. Qeyd etmək lazımdır ki, narkotik vasitə heroindən hər biri bir bükümünü götürmüşlər ki, istəyən olsa hədiyyə etsinlər. 08 fevral 2022-ci il tarixdə saat təxminən 16:51 radələrində ünvan 12 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən bir bükümdə heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon və 20 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkildi və heroinin çəkisi qablaşdırma ilə birlikdə 31 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 20 manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 gün əvvəl ona məxsus olan “Şaqman” markalı avtomobili idarə edən Rafiq adlı tanışı ilə birlikdə Cəbrayıl rayonundan əldə etdiklərini, Rafiqin tanışı olan Etiram adlı şəxs üçün Cəbrayıl rayonuna narkotik maddələr qoyulduğunu, həmin narkotik maddələri götürməyə getməsi üçün “Şaqman” markalı avtomobili Rafiqin ondan istədiyini, birlikdə Cəbrayıl rayonundan həmin narkotik maddələri götürüb Etiram adlı şəxsə təqdim edəcəklərini, həmin işin qarşılığında Rafiq adlı tanışının ona 1000 manat məbləğində pul verəcəyini, sonuncu ilə birlikdə dünən ona məxsus “Şaqman” markalı avtomobillə Cəbrayıl rayonuna gedərək qeyd edilən narkotik maddələri birlikdə götürüb həmin avtomobilə yükləyərək Füzuli rayonunda onları gözləyən Etirama məxsus Mersedes markalı avtomobilə boşaltdıqlarını, bunu müqabilində Rafiqin ona 1000 manat pul verdiyini, özünün də həmin narkotik maddələrdən birinin üstündən üzərindən aşkar olunan heroini götürdüyünü, özünün narkotik maddələrin aludəçisi olmadığını, narkotik maddələrin satışını həyata keçirmədiyini, Cəbrayıl rayonuna Rafiqlə birlikdə konkret olaraq narkotik maddələr götürmək üçün getdiklərini qabaqcadan bildiyini bildirmişdir. (cild 01 iş vərəqə 134-137, 174-176, cild 02 iş vərəqə 158-160) Habelə, iş üzrə xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 istintaqa əvvəllər verdiyi ifadələrini bütünlüklə təsdiq etmiş və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir ki, o, Rafiq və Bilalla görüşüb onların tanımadığı onun tanışı olan "Mehdi" adlı şəxsin ona Cəbrayılda olan narkotik vasitələri və psixotrop maddəni Cəbrayıl rayonu ərazisindən götürüb özündə saxlamalı olduğunu, deyilən vaxt müxtəlif yerlərə paylamalı olduğunu, bu işə görə 5.000 manat pul veriləcəyinə dair etdiyi təklif barədə danışıb, bu işdə onların köməyinə ehtiyacının olduğunu bildirmiş, Rafiq və Bilal da narkotik vasitəni götürüb deyilən yerə çatdırılmasına razılıq vermişlər. Razılıqlarına əsasən bu işə görə o, Rafiq 2.000 manat, Bilala isə 1.000 manat pulu əvvəlcədən verməli imiş. O da həmin pulu düzəldib onlara vermişdir. Beləliklə də 07 fevral 2022-ci il tarixdə Bilal və avtomobili ilə "Mehdi" adlı şəxsin izah etdiyi Rafiq sonuncunun idarə etdiyi yük avtomobili ilə Cəbrayıl rayonuna şəhərin mərkəz tərəfinə gedib külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini götürüb Fizuli rayonunda ona təhvil vermişlər. Onlar narkotik vasitə heroindən hər biri bir bükümünü götürüb ciblərinə qoymuşlar ki, istəyən olsa hədiyyə edərlər. Sonradan eşitmiş ki, Rafiq tutularkən bir büküm narkotik də ondan aşkar edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 148-153) Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X20 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X20 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-in qonaq otağında olan masanın alt hissəsindən iki ədəd bükümdə 11 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 1009,6 qram, 998,4 qram, 1020,4 qram, 999,1 qram, 1003,2 qram, 1000,5 qram, 1010,3 qram, 999,8 qram, 1025,1 qram, 1010 qram və 1005,9 qram olmaqla ümumilikdə külli miqdarda 11082,30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020,8 qram və 1480,1 qram olmaqla ümumilikdə külli miqdarda 2500,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 3 ədəd bağlamada öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 999,0 qram, 1000,0 qram və 1490,3 qram olmaqla ümumilikdə külli miqdarda 3489,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə 13 ədəd bağlamada həm öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə ayrı-ayrılıqda təmiz çəkiləri 2010,6 qram, 2009,2 qram, 2009,9 qram, 2010 qram, 2010,6 qram, 1005 qram, 2010,2 qram, 2010,3 qram, 2009,1 qram, 2010,8 qram, 2013,2 qram, 2001,7 qram və 2000,1 qram olmaqla ümumilikdə külli miqdarda 25110,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq olaraq Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,507 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş bir ədəd bükümdə külli miqdarda 29,842 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, onlar, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özlərində saxlamış və daşımışlar. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 38) İş materiallarında olan AR Naxçıvan MR Babək rayonu İH Vayxır kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 256 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Naxçıvan MR Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla, ailə tərkibi həyat yoldaşı X9, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 ibarətdir. (cild 02, iş vərəqə 99-102) İş materiallarında olan AR Naxçıvan MR Babək rayonu İH Vayxır kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 98) Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində iki azyaşlı qız uşaqlarının olmasını, yaşayış yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 43) İş materiallarında olan AR Naxçıvan MR Babək rayonu İH Vayxır kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 268 saylı arayışdan görünür ki, Məmmədov X7 MR Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla, ailə tərkibi həyat yoldaşı X10, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X5 ibarətdir. (cild 02, iş vərəqə 104-106) İş materiallarında olan AR Naxçıvan MR Babək rayonu İH Vayxır kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 103) Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir qız və bir oğlan azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 52-53) İş materiallarında olan AR Bakı şəhəri İH Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X8 121 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli 90 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, ünvan 15 ünvanında qeydiyyatda olmaqla, himayəsində xx.xx.2020-ci il təvəllüdlü X12 vardır. (cild 02, iş vərəqə 46-47) İş materiallarında olan AR Bakı şəhəri İH Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X8 121 saylı Mənzil Kommunal İstismarı Sahəsindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 45) Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olmamasını, ailənin yeganə qazanc gətirəni olmasın onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-152/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 26, 220-226) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1147 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 111-112) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-150/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 56, 207-213) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1165 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. (cild 02, iş vərəqə 109-111) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-151/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 84, 214-219) Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1161 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 107-108) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88 (səksən səkkiz manat) manat pul vəsaitindən 29 manat, 34 qəpik Təqsirləndirilən şəxs1, 29 manat, 33 qəpik Təqsirləndirilən şəxs2, 29 manat, 33 qəpik isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar–Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14 ədəd bağlamada qablaşdırılan 2500,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatı nəticəsində qalıq qalan 2500,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3489,3 qram çəkidə narkotik vasitə tiryəkin ekspertiza tədqiqatı nəticəsində qalıq qalan 3489,15 qram çəkidə narkotik vasitə tiryək, 25229,641 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatı nəticəsində qalıq qalan 25228,841 qram çəkidə narkotik vasitə heroin, 11082,3 qram çəkidə psixotrop maddə metamfetaminin 11081,75 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 04 ədəd CD disk, eləcə də "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən şəxslərin mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən 02 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 09 il müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 14 ədəd bağlamada qablaşdırılan 2500,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3489,15 qram çəkidə narkotik vasitə tiryək, 25228,841 qram çəkidə narkotik vasitə heroin, 11081,75 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 04 ədəd CD disk, eləcə də "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən şəxslərin mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən 02 ədəd CD disk isə cinayət işində saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 88 (səksən səkkiz manat) manat pul vəsaitindən 29 manat, 34 qəpik Təqsirləndirilən şəxs1, 29 manat, 33 qəpik Təqsirləndirilən şəxs2, 29 manat, 33 qəpik isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-124/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-124/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver