Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-124/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X21 ibarət tərkibdə, X6 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Ağaməmməd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4 (daha sonra onun hüquqi varisinin) nümayəndəsi Nümayəndə6 Əlmusa oğlunun, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MTK-nın sərdi işləmiş, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Rafiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən hazırki vaxtadək "xxxx" MTK-nın sədri kimi xx.xx.2017-ci il tarixli nizamnaməyə əsasən kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 1 ünvanında yerləşən və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X8 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış Zərərçəkmiş şəxs11 məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək Zərərçəkmiş şəxs1 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 2 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 18 noyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd edilən mənzili 170000 manata X3, bununla da qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs1 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə ünvan 1 ünvanında yerləşən və xx.xx.2008-ci il tarixli müqavilə əsasında 76.269 ABŞ dollarına alınmış Zərərçəkmiş şəxs6 mülkiyyətində olmaqla uzun illərdir yaşayış olmayan 126 nömrəli mənzili həmin binanın xx.xx.2008-ci il tarixli müqavilə əsasında 79.380 manata alınmış Əli-zadə Lalə Sadəddin qızına məxsus olan 114 nömrəli mənzili kimi təqdim edərək Zərərçəkmiş şəxs3 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 həmin mənzili ona guya 135.000 manata satmaq adı ilə aldadaraq Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasının avtodayanacağında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs3 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə, ünvan 1 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Zərərçəkmiş şəxs9 mülkiyyətində olmaqla yaşayış olmayan 203 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 100.800 manata alınmış Zərərçəkmiş şəxs8 qızma məxsus olan 201 nömrəli mənzili kimi təqdim edərək Zərərçəkmiş şəxs3 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 həmin mənzili ona guya 132.000 manata satmaq adı ilə aldadaraq Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasının avtodayanacağında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs3 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə ünvan 1 ünvanında yerləşən və xx.xx.2010-cu il tarixli müqavilə əsasında 67.717 manata alınmış Zərərçəkmiş şəxs4 mülkiyyətində olmaqla uzun illərdir yaşayış olmayan 139 nömrəli mənzili təqdim edərək Zərərçəkmiş şəxs3 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 həmin mənzili ona guya 105.000 manata satmaq adı ilə aldadaraq ünvan 3 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs3 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə, ünvan 1 ünvanında yerləşən və xx.xx.2009-cu il tarixli müqavilə əsasında 61.540 manata alınmış Zərərçəkmiş şəxs7 mülkiyyətində olmaqla yaşayış olmayan 11 nömrəli mənzili həmin binanın xx.xx.2015-ci il tarixli müqavilə əsasında 65.000 ABŞ dollarına alınmış Zərərçəkmiş şəxs12 məxsus olan 13 nömrəli mənzili kimi təqdim edərək Zərərçəkmiş şəxs2 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 həmin mənzili ona guya 95.000 manata satmaq adı ilə aldadaraq Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasının avtodayanacağında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs2 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən "xxxx" MTK-da işləmişdir. MTK-da əvvəl fəhlə işləmiş, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində işləməyə başlamışdır. MTK-nın sədri vəzifəsində işlədiyi vaxt Zərərçəkmiş şəxs3 5-ci mərtəbədə 87 kv.m sahəsi olan ev satmış, sonra həmin evi dəyişib Rövşənə 12-ci mərtəbədən Elçin adlı şəxsə məxsus evi 60.000 manata satmışdır. O, həmin mənzili müqavilə əsasında satmışdır. Həmin evi satandan sonra Zərərçəkmiş şəxs3 ona nə isə fırıldaq işlə məşğul olduğunu demiş və onu şantaj etməyə başlamış, nə yolla olur-olsun ona həmin binadan ev verməsini tələb etmişdir. O da məcbur qalıb Zərərçəkmiş şəxs3 130.000 manata başqa bir ev satmış, daha sonra Zərərçəkmiş şəxs3 həmin evi satdığını öyrənmiş, başqa bir evi satıb həmin evi almışdır. Daha sonra məcbur olub müxtəlif yerlərdən pul tapıb, qarajı satıb pul toplamış, Rövşənə 190.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 həmin MTK-nın makleri olmuşdur. Rövşən həmin MTK-dan ev alıb, təmir edərək satmaqla məşğul olmuşdur. Borc məbləğləri həddindən artıq böyüdüyü üçün, borcları ödəyə bilməyəcəyini anlayıb özünü ölmüş kimi göstəmək qərarına gəlmiş, Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının içinə qoymuş və maşını yandırmışdır. Bir müddət ailəsi də daxil olmaqla hər kəs onu ölmüş kimi qəbul etmişdir. O, özünə yeni nömrə almış, həmin nömrədən balaca oğluna arada zəng edib səsinə qulaq asmış, lakin danışmamışdır. Həyat yoldaşı həmin nömrəni araşdırması üçün polisə vermiş, araşdırma zamanı nömrə onun adına qeydiyyatlı çıxdığı üçün şübhəli vəziyyət yaranmış, buna görə də ona ölüm haqqında şəhadətnamə verməmişlər. Beləliklə də yalanı ortaya çıxmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, binanın sahibinin oğlu olan Şahid1 18.000 manat borcu olmuş, həmin borcu ödəmək üçün məcbur qalıb ifadəsində göstərdiyi 87 kv.m olan evi Zərərçəkmiş şəxs3 satmışdır. O, qarajların icarəsində toplanan pulları binanın işlərinə xərclədiyi üçün 18.000 manat borc yaranmışdır. Sabir ondan həmin pulu tələb etdiyindən, dediyi vaxtda ödəməyəcəyi təqdirdə onu tutduracağını bildirdiyindən məcbur qalıb həmin mənzilə dair saxta alqı-satqı müqaviləsi bağlamışdır. X8 evini Teymur adlı satmış, həmin şəxs də qeyd olunan mənzili Aysel adlı şəxsə satmışdır. Teymura çıxarışı o, yazıb vermiş, lakin evin müqaviləsinə Sabir imza etmişdir. O, həmçinin Zərərçəkmiş şəxs6 evini Zərərçəkmiş şəxs3 satmış, reyestrdən çıxarış ala bilməsi üçün sənəd yazıb vermişdir. Belə ki, mənzil 11-ci mərtəbədə yerləşdiyi halda, reyestrdən çıxarış 9-cu mərəbədə yerləşən mənzil üçün verilmişdir. Zərərçəkmiş şəxs3 həmin sənədlərin saxta olduğu bildiyi halda, qəsdən onu buna məcbur etmişdir. O, həmçinin Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 mülkiyyətində olan evləri də Zərərçəkmiş şəxs3 satmışdır. MTK-nın möhürü onda olmuş, “maliyyə arayışları”na möhürü o vurmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçini bildirmişdir ki, Zərərçəkmiş şəxs3 139 nömrəli mənzilə baxmağa gələn zaman qapını o açmış, o, qapını qıraraq açmışdır. Zərərçəkmiş şəxs3 ona 105.000 manat pul vermişdir. Həmin m ənzil təmirli olmuşdur. Maliyyə protokollarına o qol çəkmiş, Şahid2 da yerinə o qol çəkmişdir. Onun bu əməlləri törətməsi üçün haqlı səbəbləri olmuş, o, bu əməlləri törətməyə məcbur olmuşdur. Ona görə də özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxs3 evlərin heç birinin başqasına məxsus olduğunu bilməmiş, Bəxtiyar və Sabirin evləri başqa şəxslərə satması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aid epizod üzrə ona verilən çarpaz suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 aldığı 95.000 manat pulla borclarını bağlamışdır. Binada alqı-satqı işlərini o həyata keçirmişdir. Şahid2 ona bu işlərlə məşğul olmaq üçün səlahiyyət vermiş, həmin şəxs MTK-nın sədri olmuşdur. Onun ümumilikdə 370.000 manat borcu olmuş, o, ümumilikdə 4 mənzil satmışdır. Təqsirləndirilən şəxs ona verilən çarpaz suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun ifadəsində bildirdiyi 18.000 manat qarajdan yığılan pullar olmuş, pulla bağlı problemlər yaranan vaxt bina və qarajlar onun adına qeydiyyatda olmuş, Sabir 10-15 nəfərin kommunal pulunu götürmüş, 7-8 nəfərdən isə kommunal pulu almağa icazə verməmişdir. Sabir atasının bundan xəbərinin olmamasını tapşırmış, ona görə də Sabirin bu hərəkətlərindən Şahid2 şikayət etməmişdir. Bəxtiyar isə onu sıxışdırmış, o, kommunal pulunu yığıb Bəxtiyara vermiş, Bəxtiyara bu problemləri deyəndə, kənar şəxslərin yanında Rafətin onun ailə üzvləri ilə arasını vurmağa çalışdığını demişdir. O da Sabirə məxsus olan 18.000 manat pulun üzərindən götürüb borclarını qaytarmışdır. Sabir ondan 18.000 manatı istəyəndə, o, məcbur olub evlərə dair saxta alqı-satqı etmişdir. Şahid2 ona çox əziyyətlər vermiş, onu çox təhqir etmiş, daim onu söyüb alçaltmış, səhərə qədər qumar oynamış, ona istirahət verməmiş, bütün işləri ona gördürmüş, o da evləri satmaqla Bəxtiyardan qisas almışdır. Bəxtiyarın bu davranışı ilə bağlı işdən ayrılmamasının səbəbi o olmuşdur ki, Bəxtiyar əvvəllər ona qarşı bu münasibətdə olmamış, sonradan belə davranmağa başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən ünvan 4 ünvanında yaşayır. O, Təqsirləndirilən şəxs 11 ildir ki tanıyır, onunla heç bir zaman söz-söhbəti olmamışdır. O, valideynlərini öz qonşuluğunda yerləşən mənzilə köçürtmək niyyətində olduğundan Təqsirləndirilən şəxs yaxınlaşıb, əgər boş mənzil varsa almaq istədiyini bildirmişdir. O, həmin binadan iki mənzil almış, mənzili təmir etdikdən sonra birini satmışdır. Evi satdıqdan sonra mənzillə bağlı problem olduğu müəyyən olmuşdur. Ona telefonla zəng edib mənzilin ona aid olmadığını bildirmişlər. Həmin zamanlarda Təqsirləndirilən şəxs maşını yanmış, hər kəs onun öldüyünü düşünmüş, daha sonra aydın olmuşdur ki, Təqsirləndirilən şəxs ölməmiş, özü-özünü ölmüş kimi qələmə vermək istəmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, mənzili 2021-ci il aprel ayında almış, evi protokoldan çıxarış və maliyyə arayışı əsasında almışdır. Təqsirləndirilən şəxs həmin binada komendant işləmiş, o, Rafətin MTK-nın sədri olduğunu, ümumiyyətlə sədrin kim olduğunu bilməmiş, müqaviləni Rafətlə bağlamışdır. Onun 5.000 (beş min) manat təmirə, 10.000 (on min) manat avadanlığa pulu çıxmış, o, mənzili 170.000 (yüz yetmiş min) manata Aysel adlı şəxsə satmış, bir müddət keçdikdən sonra Aysel adlı şəxs ona telefon vasitəsilə zəng edərək evə daxil ola bilmədiyini bildirmişdir. Daha sonra məsələni araşdırdıqda bu problemin təkcə onun mənzili ilə bağlı deyil, bir neçə nəfərin də mənzilində belə problemlərin yarandığını öyrənmişdir. O, pulu Rafətə hissə-hissə verməmiş, bütöv şəkildə nağd qaydada vermişdir. Mənzil təmir olunub bitən vaxtlarda bir nəfər şəxs gəlib mənzilin ona məxsus olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxslə əlaqə saxlayıb məsələni aydınlaşdırmaq istədikdə, Rafət həmin şəxsin yanlış bildiyini, mənzilləri qarışdığını, həmin mənzilin o şəxsə məxsus olmadığını bildirmişdir. O, mənzili alıb, təmirinin yekunlaşdırılmasına az bir müddət qalmış mənzilin onlara məxsus olmadığını öyrənmişdir. Maliyyə arayışını və digər sənədlərin hamısını Rafət özü hazır qaydada gətirib ona vermişdir. Ona təqdim edilən sənədlərin arasında maliyyə arayışı və protokol olmuş, başqa sənəd olmamışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ona verilən dövlət reyestrindən çıxarış hal-hazırda aldığı mənzilə aid deyil, başqa bir mənzilə aiddir. Ona verilən çıxarışda başqa mənzil qeyd olunmuş, həmin mənzildə isə artıq yaşayış var. O, mənzili təmir etdirdiyi dövdə heç bir maneə olmadan mənzilə girib-çıxmış, orada təmir işləri aparmışdır. Rafət ona 38 nömrəli mənzili göstərsə də, 37-ci mənzili 38-ci mənzil kimi göstərmişdir. O, ev sahibinin özü ilə heç bir müqavilə bağlamamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş olmamış, ondan şikayətçidir və pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında "xxxx" MTK-dan ev almaq istəmiş, vasitəçilər ona həmin binada satışda mənzil olduğunu demiş, o, gələndə binanın həyətində Rafət adlı şəxs onu və vasitəçini qarşılamış və binanın 11 nömrəli mənzilini onlara göstərmişdir. Həmin mənzildə bəzi əşyalar olmuş, o, həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, Rafət binanın işçilərinin əşyalarını müvəqqəti olaraq həmin mənzilə yerləşdirdiklərini, əgər evi alsa, həmin əşyaları mənzildən yığışdıracağını demişdir. O, alqısatqı ilə bağlı ona hansı sənədlərin veriləcəyini soruşduqda, Rafət ona protokoldan çıxarış veriləcəyini, həmin sənədi “Asan Xidmət” Mərkəzinə təqdim etməklə mənzil üçün reyestrdən çıxarış ala biləcəyini demişdir. Onlar öz aralarında qiyməti razılaşdırmış və o, mənzilin kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs mənzilin heç kimə məxsus olmadığını, bina tərəfindən satıldığını demişdir. Həmin gün onlar binanın həyətində görüşmüş və Rafət ona protokoldan çıxarış və maliyyə arayışını vermişdir. O, A.M.Şərifzadə küçəsində yerləşən “Asan Xidmət” Mərkəzinə getmiş və Xidmət onun təqdim etdiyi həmin sənədləri qəbul etmişdir. O, müvafiq olaraq dövlət rüsumlarını da ödədikdən sonra yenidən binanın həyətinə qayıtmış, binanın avtomobillərin park yerində maşında Rafətlə görüşmüş, Rafətin yanında başqa bir şəxs də olmuşdur. O, pulu Rafətə təqdim etmiş, mənzildəki əşyaları soruşduqda isə, Rafət ona həmin əşyaları çıxaracağını demişdir. O, bir həftə gözləmiş, lakin əşyalar hələ də mənzildən çıxarılmamışdır. O, bu barədə Rafətə dedikdə, Rafət həmin əşyaları yerləşdirmək üçün yer axtardığını bildirmişdir. Bu məsələnin üstündən bir müddət keçdikdən sonra o, həmin mənzili notarial qaydada Elxan Məmmədov adlı şəxsə satmış, alqı-satqı bank vasitəsilə ödəniş edilməklə həyata keçirilmiş, Elxan da həmin mənzili təmir etməyə başlamışdır. Daha sonra Rafətin ona binanın 11 saylı mənzilini göstərib, lakin 13 saylı mənzilin sənədlərini təqdim etdiyi məlum olmuşdur. Bu məsələlər açıldıqdan sonra 2021-ci ilin noyabr və ya dekabr ayında Elxan ona zəng edərək, artıq mənzili təmir etməyə başladığını, lakin binanın işçiləri ona saxta sənədlə ev aldığını dediklərini bildirmişdir. O, həmin gün məsələyə aydınlıq gətirmək üçün binaya gəlmiş və binanın həyətində Elxanla görüşmüşdür. O, orada başqa şəxslərin də narazılıq etdiklərini görmüş, onlar birlikdə MTK-nın sədri Şahid2 ofisinə keçmiş, orada Rafətin evi ona saxta sənədlər əsasında satdığı müəyyən edilmişdir. Daha sonra o, Elxan Məmmədovla görüşmüş, Elxan Məmmədov ona saxta sənədlə ev almaq istəmədiyini bildirmiş, onlar notariusa gedərək alqı-satqı müqaviləsinə xitam vermiş və o, Elxan Məmmədovun pulunu geri qaytarmışdır. Bu işlə bağlı ona 95.000 manat məbləğində ziyan dəymiş və həmin ziyan hal-hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 11 nömrəli mənzili göstəmiş, lakin sənədləşmə zamanı ona 13 nömrəli mənzil verilmişdir. Bu məsələlər açıldıqdan sonra o, aldığı mənzilin 13 nömrəli mənzil olduğunu öyrənmişdir. O, sonradan öyrənmişdir ki, 11 nömrəli mənzil Afər Məmmədova məxsusdur, belə ki, həmin şəxs mənzilin çıxarışını ona göstərmişdir. O, evin Afər Məmmədova məxsus olduğunu biləndən sonra evin açarlarını həmin şəxslərə təqdim etmişdir. 13 nömrəli mənzildə Süleyman adlı şəxs ailəsi ilə yaşamışdır. Hal-hazırda tələbi 95.000 manatdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Ağaməmməd oğlu ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən yeni tikilən binalarda mənzillər alıb təmir edərək onların satışı ilə məşğul olmuşdur. 2014-cü ildə Caspian-İnşaat MB şirkəti tərəfindən ünvan 5 ünvanında inşa edilmiş yeni tikili binada mənzil alan zaman, həmçinin həmin mənzilin təmirinə başlayan zaman binada komendant kimi işləyən Təqsirləndirilən şəxslə tanış olmuşdur. Həmin mənzili təmir edib satdıqdan sonra Rafətə telefon nömrəsini verib, həmin binada ucuz qiymətə mənzil satılan zaman ona məlumat verməsini xahiş etmişdir. 2020-ci ilin avqust ayında Rafət ona zəng edərək binada 2 otaqlı mənzilin satıldığını demiş, o binaya getmiş, Rafət və mənzilin sahibi ilə birlikdə həmin mənzilə baxmış və razılığa gəlmişlər. Həmin zaman Rafətin binanın sədri təyin olduğunu öyrənmiş, çıxarış almaq üçün sənədlər Rafət tərəfindən hazırlanıb ona verilmişdir. O da həmin sənədlər əsasında reyestrdən çıxarışı almış və həmin mənzilin alqı-satqısını etmişdir. Həmin vaxt pandemiya dövrü olduğuna görə ustaların gəlib-getməsində çətinlik yaranmış, bu səbəbdən mənzili təmir etmədən satmaq qərarına gəlmişdir. Dekabr ayının əvvəlində Tamerlan adlı vasitəçi tərəfindən gətirilən alıcı ilə razılığa gəlmiş və həmin şəxs beh verib mənzili ipoteka ilə almaq fikrində olduğunu bildirmişdir. Bundan sonra 20 gün ərzində bankda lazımi prosedurlardan keçdikdən sonra bank tərəfindən təyin edilmiş notariat kontorunda mənzilin alqı-satqısını etmişlər. Onlar alqı-satqıdan sonra binaya gəlmiş və mənzili yeni sahibinə təhvil vermişlər. O, alıb-satdığı 2 otaqlı mənzilin nömrəsini xatırlamır. xx.xx.2021-ci ildə Rafət ona yenidən zəng edərək binada 4 otaqlı, 130 kvadrat metr sahəli, 11-ci mərtəbədə yerləşən 114 nömrəli mənzilin satışa çıxarıldığını bildirmişdir. O, binaya gəlib Rafətlə birlikdə mənzilə baxdmış və mənzildə müəyyən təmir işlərinin başladığını, lakin sonradan təmirin dayandırıldığını görmüşdür. Mənzildə təmir-tikinti materialları da olmuşdur. Rafət məzilin MTK-ya məxsus olduğunu və özləri tərəfindən təmirə başlanıldığını, lakin hal-hazırda maddi imkanları olmadığına görə satışa çıxarmalı olduqlarını bildirmişdir. Onlar qiymət barədə razılığa gəldikdən sonra o, 135.000 manat pulu Rafətə vermiş, Rafət də çıxarış almaq üçün binanın ofisində lazımi sənədləri hazırlayaraq ona təqdim etmişdir. Aralarında olan razılığın şərtlərindən biri də mart ayının 15-nə qədər mənzildə təmir işlərinin aparılmaması olmuş, buna səbəb isə mənzildəki təmir-tikinti materiallarının çıxarılması olmuşdur. O, razılığa gəldikləri məbləği ofisin qarşısında Rafətə vermiş və sənədləri çıxarış almaq ücün Asan xidmətə təqdim etmişdir. Mart ayının 15-dən sonra o, binaya gələrək Rafətlə birlikdə mənzilə baxış və materialların hələ də mənzildən çıxarılmadığını görmüşdür. Bu zaman Rafət ona bildirmişdir ki, onlar fikrini dəyişmiş və bankdan kredit götürüb mənzili özləri yenidən geri almaq istəyirlər. Daha sonra onların kredit götürmək prosesi uzanmış və o, Rafətə mənzili ya satmaq, ya da təmir etmək istədiyini bildirmişdir. Həmin ərəfədə bir neçə vasitəçi gətirib Rafətlə birlikdə mənzili göstərmiş və satışa çıxardığını bildirmişdir. Rafət onun mənzili satmaq fikrinin ciddi olduğunu görüb, təxminən 2021-ci ilin aprel ayının əvəllərində 135.000 manat pulunu geri qaytarmışdır. Daha sonra Rafət mənzilin alışı ilə bağlı kredit məsələsinin yaxın günlərdə həll olunacağını və mənzilin sənədləşmə işinin yekunlaşacağını bildirmişdir. Bir müddət keçdikdən sonra onların kredit məsələsinin həll olunmadığını görüb mənzilin sənədlərini gətirib Rafətə vermiş və tez bir zamanda adından çıxarmasını ondan tələb etmişdir. Rafət ona narahat olmamasını, MTK tərəfindən əmlak idarəsinə məktub yazılacağını və onun razılığı ilə çıxarışın ləğv ediləcəyini demişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Rafət ona yenidən zəng vurub sədri olduğu MTK-nın yerləşdiyi binada 11-ci mərtəbədə, 131 kvadrat metr sahəsi olan, 3 otaqlı mənzilin satışa çıxarıldığını bildirmiş, o, binaya gedib mənzilə baxdıqdan sonra razılaşdıqları kimi 132.000 manat pul vəsaitini həyətdə yerləşən ofisin qarşısında Rafətə verdikdən sonra Rafət maliyyə arayışı, protokoldan çıxarış, forma 2 sənədlərini ona vermiş, o da həmin sənədləri Asan xidmətə təqdim etmişdir. Rafətin ona verdiyi sənədlərdə binanın 3-cü girişinin, 11-ci mərtəbəsində olan 201 saylı, 3 otaqlı mənzil qeyd olunmuşdur. Həmin mərtəbədə ümumilikdə 5 mənzil olmuşdur. Mənzillərin 4-ü təmirli və yaşayışlı olmuş, yeganə təmirsiz mənzil ona satılan həmin mənzil olmuşdur. Mərtəbədəki mənzillərin heç birinin girişində nömrələri qeyd olunmamışdır. O, bir neçə gün sonra mənzilin təmirinə başlamaq üçün binanın həyətinə tikinti materialları gətirmiş və Rafətin iştirakı ilə fəhlə tərəfindən materialların yuxarı qaldırılmasına başlamışdır. Materiallar qaldırılan zaman İlkin adında qapı qonşu gələrək, özünü polis əməkdaşı kimi təqdim etmiş və xeyir-dua verdikdən sonra evdə körpə uşaq olduğuna görə təmir zamanı səs-küylü işlərin yalnız günorta vaxtı aparılmasını xahiş etmişdir. Bir neçə gün sonra Rafət ona zəng edib, binanın həmin girişində yaşayan bir sakinin ona satılan mənzilin təmirinə başladığını öyrəndiyini bildirib həmin mənzili təmirdən sonra satılacağı təqdirdə qardaşı üçün almaq istədiklərini demişdir. O, Rafətə mənzilin təmirdən sonrakı təqribi qiymətini demiş, Rafət həmin şəxslərlə yenidən danışıb bu qiymətin onlar üçün baha olduğunu demiş və onların mənzili təmirsiz alıb sonradan özlərinin təmir etmək fikrində olduqlarını bildirmişdir. O, Rafətə mənzilin təmirsiz qiymətini dedikdən sonra Rafət onlarla bir daha danışıb ona razı olduqlarını və 2000 manat beh vermək istədiklərini bildirmişdir. O, Rafətə behi ozü ilə götürməsini və alqı-satqının vaxtını həmin şəxslərlə razılaşdırmasını demişdir. Bir neçə gün sonra Rafət ona zəng edib, bu məsələnin gözlənilməz olduğunu və alıcının bütün məbləği toplamaqda çətinlik çəkdiyini və alqı-satqının rəsmiləşdirilməsinə görə bir müddət vaxt istədiyini demişdir. O da Rafətə onun adına olan çıxarışın hələ hazır olmadığını, buna görə də heç bir narahatçılıq olmadığını, gözləyə biləcəyini demişdir. Avqust ayının əvvəlində çıxarışı aldıqdan sonra o, Rafətə alqı-satqıya hazır olduğunu demiş, Rafət isə ona alıcının hələ hazır olmadığını və bir müddət də gözləməsini xahiş etdiklərini demişdir. Sentyabr ayının əvvəllərində o, yenidən Rafətlə əlaqə saxlamış və alqı-satqının bu qədər yubanması ilə bağlı artıq gözləmək istəmədiyini və mənzili satışa çıxarmaq istədiyini bildirmişdir. Bundan sonra vasitəçilər dəvət edib mənzilin şəkillərini çəkdirib internetdə olan alqı-satqı saytlarında elan yerləşdirmələrini istəmiş, bundan sonra vasitəçilər alıcıları mənzilə baxışa gətirib təklif etməyə başlamışlar. Oktyabr ayının 30-da ona bir nəfər Aslan adlı şəxs zəng vurmuş, ona məxsus mənzilə baxdıqlarını və onunla görüşüb mənzilin alışı barədə ətraflı danışmaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı o, həmin şəxsdən onun nömrəsini haradan götürdüyünü soruşmuş, həmin şəxs isə elanı saytda görüb, zəng vurub mənzillə maraqlandıqda vasitəçidən mənzilin ünvanını öyrənib, özü binaya gələrək orada Rafət ilə rastlaşdığını və Rafət mənzilin ona məxsus olduğunu bildirib, özündə olan açarla mənzili ona göstərdikdən sonra onun telefon nömrəsini ona verdiyini demişdir. O, Rafətə mənzilin açarını həm mənzildə baş verə biləcək su sızması zamanı müdaxilə edə bilməsi, həm də maraqlanan alıcılara göstərməsi məqsədi ilə özü vermişdir. Onlar görüşün vaxtı və yeri barədə razılaşmış, görüş zamanı Aslan mənzili almaq istəyən Əlinin dostu və özünün də vasitəçi olduğunu demişdir. Onlar qiymət barədə danışmış, lakin həmin an razılığa gəlməmişlər. Ayrıldıqdan sonra Aslan zəng vurub Əlinin mənzilə ailəsi ilə birlikdə bir daha baxmaq istədiyini bildirmiş, onlar bir neçə dəfə ailə ilə gəlib mənzilə baxdıqdan sonra son qərara gəlmiş və noyabr ayının 3-də 500 manat beh verib səhəri gün alqı-satqının vaxtını və yerini təyin etmişlər. Noyabr ayının 4-də 44 saylı notariat kontorunda onlar alqı-satqını rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi alıcı Əli adlı şəxsin həyat yoldaşı Gülşən Məmmədlinin adına rəsmiləşdirilmişdir. Əlinin dostu və vasitəçi kimi özünü təqdim edən Aslan adlı şəxsə o, 3280 manat vasitəçilik faizi vermişdir. Bundan sonra Əli ilə həmin gün axşam mənzildə görüşüb mənzili ona təhvil vermək barədə razılaşmışlar. Onlar axşam binanın həyətində görüşmüş, Rafətə zəng vurub oraya gəlməsini xahiş etmiş və hamısı birlikdə mənzilə qalxmışlar. Onlar mənzildə olarkən Əli Rafətlə təmir zamanı ortaya çıxan məsələlər, həmçinin təmir-tikinti materiallarının qaldırılması üçün həyətdəki qaldırıcı qurğunun ödəniş haqqı və sair detallar barədə danışaraq razılığa gəlmişlər. Rafət alqı-satqıda özünün də vasitəçilik etdiyini əsas gətirərək Aslandan ona çatası payını istəmiş, lakin Aslan müəyyən məbləğdə pulu Rafətə verəcəyini söz versə də, heç nə verməmiş və Rafətə çatası 1500 manat pulu o, öz qazancından Rafətə verməli olmuşdur. Lakin 2021-ci ilin dekabr ayında Əli çıxarışı götürdükdən sonra mənzilə qayıtdığı zaman içəridə başqa şəxs tərəfindən təmir işlərinin aparıldığını gördüyü üçün ona zəng etmiş, o, həmin binaya getdiyi zaman ona aldığı mənzilin 201 nömrəli deyil, 203 nömrəli olduğunu demişlər. Onlara həmçinin bildirilmişdir ki, 203 nömrəli mənzilin də sahibinin müqaviləsi və müvafiq sənədləri vardır. Bu səbəbdən o, Əli Məmmədliyə ona ödədiyi 160.000 manat pul vəsaitini qaytarmış, hazırda Təqsirləndirilən şəxs aldığı 201, lakin faktiki olaraq nömrəsi 203 olan mənzillə bağlı mülki qaydada məhkəməyə müraciət etmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Rafət ona yenidən zəng vurub binanın 2-ci girişi, 13-cü mərtəbəsində 2 otaqlı, 84 kv.m sahəli 139 nömrəli mənzilin satıldığını bildirmiş, o, binaya gəlib mənzilə bir neçə dəfə baxdıqdan sonra həmin mənzili almaq qərarına gəlmişdir. Rafətlə razılaşdıqdan sonra sonuncu mənzilə aid protokoldan çıxarış, maliyyə arayışı və forma 2-ni ona təqdim etdikdən sonra həmin sənəndləri Asan xidmətdə yoxlatdırmış, hər hansı problem olmadığı üçün 105.000 manat pul vəsaitini həmin mənzilin içərisində Rafətə ödədikdən sonra mənzil üçün çıxarış almışdır. Noyabr ayının 25-də mətbuatdan Rafətin Sabirabad rayonu ərazisində bədbəxt hadisə nəticəsində avtomobildə yanaraq öldüyünü öyrənmiş, xx.xx.2022-ci ildə 139 nömrəli mənzili 112.000 manat məbləğə Fərhad Osmanov adlı şəxsə satmışdır. Həmin vaxtdan hazırki vaxtadək mənzildə hər-hansı problem yaranmamışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 201 nömrəli mənzili satdığı Əli adlı şəxs mənzildə problem yaraması ilə bağlı onu çağırdığı zaman, sonuncu ilə birlikdə yaşayış binasının ofisində qeyd edilən yaşayış binasını tikən Bəxtiyar müəllimlə söhbət edərkən sonuncu 2021-ci ilin iyun ayında problem yarandığı üçün MTKnın sədri Təqsirləndirilən şəxs möhürü aldığını demişdir. O isə həmin ilin iyun və avqust ayında Rafətin evləri satdığını demiş, Bəxtiyar isə ona inanmamış, sonuncun oğlu Sabir söhbətə müdaxilə edərək möhürün hər zaman ofisdə olan dolabın içərisində olduğunu demişdir. Ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 114 nömrəli mənzilin çıxarışı onda olmuş, o da həmin çıxarışı mülki məhkəmədə geri qaytarmışdır. Prokurorluqda cinayət işi başlanan zaman o, müstəntiqin yanına gələrək onda 139 nömrəli mənzil olduğun demiş, müstəntiq ondan evin sənədlərinin düzgün olub-olmadığını soruşduqda o da bütün sənədlərin uyğun gəldiyini bildirmişdir. O, həmin mənzili təmir edib Fərhad Osmanova satmışdır. O, həmin mənzili 105.000 manata alıb, 112.000 manata satmışdır. O, Zərərçəkmiş şəxs4 görməmişdir. Rafət mənzili ona 2021-ci ilin yanvar ayında satmış, 139 nömrəli mənzilə 105.000 manat pul verərək almışdır. Həmin zaman Rafət hələ də orada işləmişdir. O, həmin mənzildə təmir işinə başlamış, daha sonra bu məsələlər ortaya çıxmışdır. Hazırda bu işlə bağlı mülki iş məhkəmənin icraatındadır. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, mənzillərin üzərində nömrələri olmamış, 201 və 203 nömrəli mənzillərə baxış keçirilən zaman o, orada olmamış, Rafətə zəng edərək, həmin mənzillərə baxış keçirmək üçün şərait yaratmasını demişdir. Həmin mənzillərin açarı Rafətdə olmuşdur. 201 və 203 nömrəli mənzillərdə ziyanın ödənilməsini MTK-dan tələb etmişdir. İcrada olan işin qətnaməsi bu iş başlamamışdan əvvəl çıxmışdır. İcra ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onun həmin mənzillərlə bağlı Rafətə qarşı tələbi yoxdur, ona dəymiş ziyanın ödənilməsini MTK-dan tələb edir. Onun Rafətlə bu söhbətlərə qədər alış-verişi olmamışdır. Müqavilə və maliyyə arayışına Rafət qol çəkmişdir. O, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 öz ifadəsində bildirmişdir ki, o, 07 avqust 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 1055-ci məhəllə, ev 3 binasında yerləşən yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 38 nömrəli mənzili almış, 2021-ci ilə qədər evin açarı onda olmuş, lakin mənzilin çıxarışı olmamışdır. O, çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməmişdir. 2021-ci ilin yanvar ayında qonşuların ona xəbər etməsi nəticəsində onun evinin başqa adama satıldığını öyrənmişdir. O, binaya gələrək binanı tikən Şahid2 tapmış, evi ondan aldığını demiş, Bəxtiyar da ona “sənə evi mən satmışam, heç kim bu məsələyə qarışa bilməz” demişdir. Yaşadığı mənzil olan mərtəbədə 5 mənzil olmuş, bütün mənzillərdə yaşayış olsa da, ancaq 37 nömrəli mənzildə evini alan şəxs evini təmir etdirib, sonra da başqasına satmışdır. Onun evi müqaviləyə görə 100 kv.m olmuşdur. Evini alan şəxs isə evin 90 kv. metr olduğunu demişdir. Onda evin çıxarışı olmamış, yalnız müqavilə olmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərər çəkmiş şəxs Rəsul Rəhmanov bildirmişdir ki, o, 2012-ci ildə evi almış, 2021-ci ilə qədər evin açarı onda olmuşdur. O, həmin evdə yaşayır. Evini alan Teymur və Aysel adlı şəxslərdə evin çıxarışı olmuş, o, evi “X25” MMC-dən almışdır. Onun hazırda heç kimdən şikayəti yoxdur. Evi birinci dəfə alan o olmuş, müqaviləni ilk o bağlamışdır. Ondan çıxarış üçün pul istəmişlər, o da həmin məbləği verməmiş və beləliklə çıxarış da almamışdır. O, Təqsirləndirilən şəxs görmüş, belə ki, Rafət binada komendant işləmişdir. O, Təqsirləndirilən şəxslə heç bir müqavilə bağlamamış, onunla aralarında hər hansı pul məsələsi olmamışdır. Onun mənzilinin çıxarışı olmasa da, həmin mənzildə faktiki olaraq o yaşayır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 öz ifadəsində bildirmişdir ki, onu bu işlə bağlı Yasamal Rayon Prokurorluğuna dəvət edərək zərərçəkmiş şəxs qismində tanımışlar. Onun mənzilinin reyestrdən çıxarışı var. Onu narahat edən heç bir məsələ yoxdur. Evi aldığı gündən etibarən evin açarları hər zaman onda olmuş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus mənzilin nömrəsi 126-dır, hal-hazırda evin çıxarışı ondadır. Mənzili ilə bağlı onu heç kim narahat etməmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ildə ipoteka krediti ilə mənzil almaq istədiyi üçün “İnstagram” sosial şəbəkəsində ev satışı ilə məşğul olan Tural adlı maklerin elanları arasında ünvan 6 ünvanında yerləşən 38 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 13, M9, m3 nömrəli mənzil) 173000 (bir yüz yetmiş üç min) manata satışa çıxarılması barədə məlumatı görmüş, mənzili bəyəndiyi üçün almaq qərarına gəlmiş, bu məqsədlə Bakı şəhərində yaşayan valideyinlərinə mənzilə baxmağı tapşırmışdır. Valideyinləri mənzilə baxarkən orada Turalın tanışı və özünü mənzilin mülkiyyətçisi kimi qələmə verən Zərərçəkmiş şəxs1 olmuş, mənzili valideyinlərinə göstərdikdən sonra bəyəndikləri üçün Zərərçəkmiş şəxs1 ilə alqı-satqı barədə razılıq əldə etmişlər. Bundan sonra müvafiq sənədləşmə işlərinin aparılması və mənzilin ipoteka ilə alqı-satqısı üçün bankla danışıqlar apararaq ipoteka krediti ayrılması haqqında razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs1 18 noyabr 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında qeyd edilən mənzili ona satmışdır. Həmin vaxt Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən 38 nömrəli mənzilə baxmış, mənzil 92 kvadrat metr sahəli olmaqla sənəd üzərində 2 otaqlı olmuş, lakin sonradan 3 otaqlı düzəldilmiş və təmir olunmuşdur. Həmin müqavilə əsasında qeyd edilən mənzil üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır. Lakin başqa bir şəxs gələrək həmin mənzilin ona məxsus olduğunu bildirmiş və aldıqları mənzilin 38 deyil 37 olduğunu bildirmişdir. Apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, həqiqətən də hazırda sahiblik etdiyi mənzil 38 deyil 37 nömrəlidir. Həmin mənzil tamamilə başqa bir şəxsə məxsusdur və uzun illərdir ki, həmin mənzildə yaşayır. Mənzili Zərərçəkmiş şəxs1 satan "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs isə qısa bir müddət əvvəl müəmmalı şəkildə nəqliyyat vasitəsində yanaraq ölmüşdür. "xxxx" MTK-nın təsisçilərinin ofisi isə birbaşa qeyd edilən mənzilin qarşısında olmasına, koopertivin sədrinin də həmin ofisdə oturmasına və gözlərinin qarşısında uzun müddət təmir işlərinin aparılmasına baxmayaraq "xxxx" MTK-nın təsisçiləri neçə ay ərzində qeyd edilən məsələlərə heç bir reaksiya vermədikləri halda onlar mənzili satın aldıqdan sonra qəflətən meydana çıxaraq bu məsələlərə aktiv şəkildə müdaxilə etməyə başlamışlar. Nəticədə isə həm mənzilindən məhrum olmuş həm də "xxxx" ASC-yə hazırda 100.000 manat məbləğində borclanmışdır. Zərərçəkmiş şəxs1 isə ona aid olmayan mənzili saxta sənədlər əsasında satmaqla onun 170.000 manat məbləğində pulunu mənimsəmişdir. Belə ki, 70.000 manat məbləğində özünə aid olan pul vəsaitini və "xxxx" ASC-dən kredit kimi aldığı 100.000 manat məbləğində pulu ünvan 6 ünvanında yerləşən 38 nömrəli mənzilin müqabilində Zərərçəkmiş şəxs1 ödəmiş, halbuki həmin mənzil onun mülkiyyətində olmamışdır. Zərərçəkmiş şəxs1 isə vəziyyət barədə tərəfindən məlumatlandırılsa da, aldığı pulu geri ödəməkdən imtina etmişdir. (cild İ, i/v: 247-250) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə ünvan 7 ünvanının 9-cu mərtəbəsində yerləşən 140 kvadrat metr sahəsi olan 4 otaqlı 114 nömrəli mənzili tam ödəniş edərək almış, bununla bağlı “X25” MMC ilə aralarında 101 nömrəli sifariş müqaviləsi bağlanmış, 2016-2017-ci il tarixlərdə mənzili təmir etdirərək hazırki vaxtadək ailəsilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs yaşadığı binanın komendantı kimi tanımışdır. 25 noyabr 2021-ci il tarixdə sakinlərdən Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisindən özünə məxsus “Kia” markalı avtomobilin içində yanaraq vəfat etdiyini öyrənmiş, hadisədən təxminən bir neçə gün sonra “X25” MMC-nin rəhbəri Bəxtiyar müəllim həyat yoldaşı Rəşad Əlizadəyə zəng edərək Rafətin vəfat etməmişdən öncə ona məxsus evi guya kiməsə satdığını və həmin şəxsin 114 nömrəli mənzilə çıxarış aldığını bildirmişdir. Həmin çıxarış etibarsız hesab edilməsi üçün mülki qaydada Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. (cild İİ, i/v: 242-245) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə X5 ünvan 8 ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 120,4 kvadrat metr sahəsi olan 3 otaqlı 203 nömrəli mənzili 150.000 manata almışdır. Binanın sahibi Şahid2 adlı şəxs olsa da, komendant kimi Təqsirləndirilən şəxs tanımış, mənzili aldığı zaman G.Məmmədova ilə aralarında notarial qaydada alqı-satqı olmuş və sənədləri ASAN Xidmət mərkəzinə təqdim etdikdən sonra çıxarış almışdır. Lakin 2021-ci ilin avqust ayında mənzildə təmir işlərinə başlanmış, təmirə başladığı zaman mənzilə gedərək qapının kilidinin sındırıldığını, içəri daxil olduqda tanımadığı şəxsin mənzilə kərpic daşıdığını və mənzildə müəyyən təmir işlərinə başlandığını görmüşdür. Həmin şəxsdən ona məxsus mənzildə nə iş gördüyünü soruşduqda sonuncu komendantın tapşırığını yerinə yetirdiyini demişdir. O, mənzildən çıxaraq yaşayış binasının həyətində komendant Təqsirləndirilən şəxslə görüşüb nə baş verdiyini soruşmuş, sonuncu aşağı mərtəbədə təmir işləri getdiyini, orada artıq qalan kərpiclərin yuxarı daşındığını və fəhlənin həmin kərpicləri səhvən onun evinə apardığını demişdir. Bundan sonra Rafətdən mənzilin qapısını təmir etdirməyini tələb edərək bir daha belə bir halın baş verəcəyi təqdirdə 102 xidmətinə məlumat verəcəyini demişdir. Həmin vaxtdan sonra təmir işlərinə başlamış, 2021-ci ilin noyabr ayının sonlarında mənzilini təmir edən usta ona zəng edərək binanın komendantı Təqsirləndirilən şəxs avtomobildə yanaraq vəfat etdiyini bildirmişdir. Bununla bağlı qonşular maddi yardım etmək üçün öz aralarında pul yığaraq Rafətin ailəsinə göndərmişlər. Bundan bir neçə gün sonra bina sakinləri arasında Rafət tərəfindən bir neçə mənzilin dələduzluq yolu ilə saxta sənədlər əsasında başqa şəxslərə satıldığını eşitmiş, təmir ilə maraqlanmaq məqsədilə mənzilə getdiyi zaman, yaşayış binasında Rafəti əvəz etmək üçün müvəqqəti komendantlıq edən Anar ona yaxınlaşaraq Rafətin ölməmişdən öncə ona məxsus mənzili 201 adı ilə Rövşən adlı şəxsə satdığını bildirmişdir. Lakin satdığı adam başqa mənzilin nömrəsi üçün çıxarış aldığından onun mənzili ilə bağlı hər hansı təhlükə olmadığından rahat olmuşdur. Bundan sonra 201 nömrəli mənzilin əsl sahibi sonradan saxta sənədlər əsasında mənzilə çıxarış almış şəxsləri mülki qaydada məhkəməyə vermiş və bununla bağlı ona Yasamal rayon Məhkəməsində bildiriş göndərilmişdir. Hazırda ailəsi ilə birlikdə 203 nömrəli mənzildə yaşayır. (cild İİİ, i/v: 183-185) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 04 aprel 2012-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “X25” MMC-yə məxsus yaşayış binasının 3-cü blokunun, 12-ci mərtəbəsində yerləşən 144 kv.m sahəsi olan 201 nömrəli mənzili 100.800 manata nağd almış, həmin vaxt MMC-nin direktoru Şahid2 ilə aralarında xx.xx.2012-ci il tarixli 113 nömrəli sifariş müqaviləsi bağlanmış, pulun tam şəkildə ödənilməsi ilə bağlı isə Kaspian İnşaat MMC-nin sədri Şahid2 tərəfindən imzalı və möhürlü maliyyə arayışı verilmişdir. 2012-ci ildən qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin vaxtdan binanın komendantı kimi Təqsirləndirilən şəxs tanımışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı binanın məxsus olduğu MMC-nin direktoru Şahid2 onu və həyat yoldaşını yanına dəvət edərək, yaşadığı mənzilin 3 ay öncə komendant Təqsirləndirilən şəxs tərəfindən başqa şəxsə satdığını bildirmişdir. Araşdırdıqları zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 203 nömrəli mənzili Rövşən adlı şəxsə göstərərək həmin mənzilin guya 201 nömrəli mənzil olduğunu bildirmiş və bununla bağlı saxta sənədlər tərtib edib həmin şəxsə satmışdır. Bundan sonra 201 nömrəli mənzilin adına alınmış çıxarışın etibarsız hesab edilməsi üçün Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. (cild İİİ, i/v: 259-261) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı ərəfəsində vəfat etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən "xxxx" MMC-nin idarə heyətinin sədridir, MMC-nin fəaliyyət istiqaməti beton satışıdır və Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllə, ev 3 ünvanında yerləşən yaşayış binası tikilərkən beton MMC tərəfindən verilmişdir. X22 da tikinti sahəsində işlədiyi üçün ortaq tanışlıqları var və sonuncu həmin vaxtlar “X25” MMC-dən mənzil almışdır. ünvan 10 ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 14-cü mərtəbədə, 84 kvadrat metr sahəsi olan 2 otaqlı 139 nömrəli mənzili 2010-cu ilin avqust ayında Natiqdən almış, həmin vaxt sənədləşmə işləri müqavilə əsasında həyata keçirilmişdir. Mənzili aldığı zaman təmirli olsa da, 2010-cu ilin avqust ayından mənzildə yaşayış olmadığı üçün təmiri yararsız hala düşmüşdür. 25 yanvar 2022-ci il tarixdə X22 ona zəng edərək “X25” MMC-nin direktoru Şahid2 sonuncuya zəng edib 139 nömrəli mənzilin qanunsuz olaraq başqa şəxsə satıldığını demişdir. Bundan sonra o, Natiqlə birlikdə qeyd edilən yaşayış evinə getmiş, orada müqavilə əsasında ona məxsus olan 139 nömrəli mənzilin 2021-ci ilin noyabr ayında "xxxx" MTK-nın direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 adlı şəxsə müqavilə əsasında satıldığı, sonuncunun həmin ilin dekabr ayında 139 nömrəli mənzilə öz adına çıxarış alması müəyyən olmuşdur. Onlar birlikdə baş verən anlaşılmazlığı aralarında müzakirə edərkən mənzilin aqibətinin istintaq və məhkəmənin gəldiyi yekun nəticədən asılı olması barədə razılaşmışlar. Daha sonra “X25” MMC-nin direktoru Şahid2 ofisində görüşərək söhbət etmiş, həmin vaxt Şahid2 baş vermiş hadisədə Təqsirləndirilən şəxslə birgə Zərərçəkmiş şəxs3 günahlandırsa da, sonuncu da, qarşılıqlı olaraq Şahid2 günahlandırmışdır. (cild İİ, i/v:220-223) Zərərçəkmiş şəxs4 (vəfat etdikdən sonra onun varisi X2) nümayəndəsi Nümayəndə6 Əlmusa oğlu məhkəmə iclaslarında iştirak etməklə Zərərçəkmiş şəxs4 (ölümündən sonra onun varisinə) dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkməsinə müraciət etdiklərini, həmin mülki işin icraatının hazırki cinayət işi ilə bağlı icraatının dayandırıldığını, dəymiş zərərin ödənilməsini tələb etdiklərini bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmamasına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri 12 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 187 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs4 vərəsəsi arvadı X4r. X2 notarial qaydada təsdiq edilmiş 26 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, onlara dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərilmişdir ki, 2008-ci ildə ünvan 8 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 86.5 kvadrat metr sahəsi olan 2 otaqlı 11 nömrəli mənzili 70.000 manata almış, həmin binanı tikən Şahid2 olmuş, mənzili aldığı zaman Şahid2 tərəfindən maliyyə arayışı və müqavilə verilmişdir. 2019-cu il tarixdə maliyyə arayışı, müqavilə və iclas protokolundan çıxarışı ASAN Xidmət mərkəzinə təqdim edərək 11 nömrəli mənzil üçün xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış almış, 2021-ci ilin noyabr ayının sonlarında televiziya xəbərlərindən komendant Təqsirləndirilən şəxs özünə məxsus avtomobildə yanaraq vəfat etdiyini eşitmişdir. Təxminən 2022-ci ilin yaz aylarında yaşadığı ünvana Yasamal rayon Məhkəməsindən bildiriş göndərilmiş, həmin bildirişlə bağlı məhkəməyə getdikləri zaman ona məxsus 11 nömrəli mənzilin Təqsirləndirilən şəxs tərəfindən həmin binada olan 13 nömrəli mənzil adı ilə Zərərçəkmiş şəxs2 adlı şəxsə satıldığını öyrənmiş, dərhal həmin ünvana getmiş və mənzilin içərisində az da olsa təmir işlərinin aparıldığını görmüşdür. Daha sonra mənzilin açarını Zərərçəkmiş şəxs2 almış, hazırki vaxtda mənzil ilə bağlı hər hansı problem yoxdur. Yasamal rayon Məhkəməsinin 2(004)-1508/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 13 nömrəli mənzil üçün aldığı xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilmişdir. (cild İİİ, i/v: 191-193) Məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə baxmayaraq məhkəmədə iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki o, öz ifadəsində bildirmişdir ki, 2015-ci ilin yanvar ayında ünvan 8 ünvanında yerləşən yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 86,5 kvadrat metr sahəsi olan 2 otaqlı 13 nömrəli mənzili 130.000 manata almış, həmin binanı tikən Şahid2 olsa da, komendantı və "xxxx" MTK-nın direktoru Təqsirləndirilən şəxs Rafık oğlu olmuşdur. Mənzili aldığı zaman Şahid2 tərəfindən maliyyə arayışı və müqavilə verilmiş, həmin tarixdən etibarən mənzildə təmir işləri görülmüş və oğlu X9 qeyd edilən mənzildə ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayının sonlarında oğlunun yaşadığı binanın komendantı Təqsirləndirilən şəxs avtomobildə yanaraq vəfat etdiyini eşitmiş, həmin hadisədən bir neçə gün sonra 13 nömrəli mənzil ilə üzbəüz mənzildə təmir işləri aparıldığım görmüş, orada təmir işləri aparan Elxan adlı şəxslə tanış olmuş və sonuncu mənzili Tofiq adlı şəxsdən aldığım desə də, ona həmin mənzilin Afər adlı şəxsə məxsus olduğunu bildirmişdir. Bundan sonra Elxan yaşayış binasını tikən Bəxtiyar Məmədovun yanma getmiş, orada sonuncu mənzilin Afər adlı şəxsə məxsus olduğunu təsdiqləmiş və Elxan Tofiqdən ödədiyi pulun hamısını geri almışdır. Məlum olmuşdur ki, mənzili Tofıqə MTK-nm sədri Təqsirləndirilən şəxs saxta sənədlər əsasında satmış, bu səbəbdən Tofiq ilə qarşılıqlı olaraq iddia ərizələri ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(004)-1508/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 ona məxsus 13 nömrəli mənzil üçün aldığı xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilmişdir. (cild İİİ, i/v:199- 200) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə 22 ildir ki ailəlidir. Birgə nikahlarında 18-20 yaşlarında iki oğlan övladları var. Rafət "xxxx" MTK-da əvvəl fəhlə, sonra komendant işləmişdir. Rafət işi barədə evdə çox danışmadığı üçün onun işlərindən heç bir məlumatı olmamışdır. 24 noyabr 2021-ci il tarixdə Rafət Türkiyə Respublikasında təhsil alan oğlu Maqsudun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini evdən götürüb Sabirabad rayonuna getmiş, oradan qayıdanda hadisə baş vermiş, səhər tezdən saat 8-ə işləmiş ona zəng edib, Rafətin maşınının yandığını, lakin özünün içində olmadığını demişlər. Onun Rafətin borcları barədə məlumatı olmamış, Rafət evdən çıxanda Sabirabad rayonuna sənəd apardığını demişdir. Sənədləri Sabirabad rayonunda Anar adlı dostuna verəcəyini demişdir. Rafət gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etmiş, Rafət maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini demiş, o da Rafətə evakuator çağırıb onunla gəlməsini təklif etmişdir. Rafət isə ona hirslənib gecə vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini demişdir. Səhər isə hadisə barədə xəbər gəlmişdir. Hadisə barədə xəbər aldıqdan sonra Rafətin telefonlarına zəng etmiş, bir nömrəsinə zəng çatmamış, digər nömrəsinə isə zəng çatmış, lakin Rafət zəngə cavab verməmişdir. Bu xəbərdən sonra o, Salyan rayonuna getmiş, Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü onlara deməmişlər. Yeznəsi Rafətin xəstəxanada vəziyyətinin ağır olduğunu demişdir. Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə Rafətin öldüyünü anlamışdır. Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini soruşmuş, həmin vaxt Rafətin öldüyünü demişlər. Rafətin ölməsi ona inandırıcı gəlməmiş, uşaqlarından biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən təsirlənməməsi üçün özünü sakit aparmağa çalışmışdır. Həmin gün Rafətin dəfn mərasimi keçirilmiş, onlara qəbir yerini göstərmişlər. Bütün yas mərasimini keçirmiş, 40 mərasimini verib Bakı şəhərinə qayıdıb, yaşadıqları evdən çıxıb Biləcəri qəsəbəsinə köçmüşlər. Həmin müddətdə Rafət onları uzaqdan izləmiş, lakin onlara yaxın gəlməmişdir. Aprel ayının 21-i onlar Rafətin sağ olduğunu öyrənmişlər. Belə ki, gecə saat 21 radələrində qapı döyülmüş, o, qapını açmış, Rafət gəldiyini demişdir. O, həmin zaman şok keçirtmiş, onlara niyə bu qədər travma yaşatdığını soruşmuşdur. Rafət məcbur qalıb bu yola əl atdığını özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orda qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, "xxxx" MTK-da onun atasına məxsus olmuşdur. Təqsirləndirilən şəxs 2007-ci ildən binanın ofisinin işlərini görmüş, belə ki, o, əvvəl tikinti vaxtı fəhlə kimi işləmiş, bina istismara veriləndən sonra MTK-nın sədri olmuşdur. Rafət atasının və onun işlərini görmüş, daha sonra Rafətin ölüm xəbəri çıxdıqdan sonra müəyyən problemlər ortaya çıxmışdır. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, binada bütün mənzillər satıldığı üçün Rafəti direktor kimi təyin etmişlər ki, o, protokoldan çıxarışları yazıb direktor kimi imzalasın. Daha sonra sakinlər həmin sənədlər əsasında ASAN xidmətə müraciət edərək mənzillərinə dair dövlət reyestrindən çıxarışlar almışlar. Binanın kommunal ödənişlərini Rafət yığmışdır. Rafətin “KİA Sportage” markalı maşını olmuş, həmin maşının pulunu bir az Rafət özü, qalan hissəsini isə atası Şahid2 vermişdir. Binada kommunal ödənişlərin ödənilməməsi kimi hallar olmamışdır. Rafət atasının etibarını qazandığı üçün atası bütün işləri Rafətə tapşırmışdır. Onlar pul məsələsində Rafətə güvənmişlər, o, özü maşın alveri ilə məşğul olmuş, alverdən qazandığı 18.000 manat pulu ofisdə saxlaması və təcili lazım olanda götürmək şərti ilə Rafətə vermişdir. Binanın qarajları onların şəxsi istifadələrində olan yerdir, qarajlar sakinlərin mülkiyyətinə verilməmişdir. Qarajlardan 27-si satılmış, qalan 100-120 yer isə onların öz mülkiyyətində olmuşdur. Həmin yerlər icarəyə verilmiş, Rafət də etibarlı adam kimi icarə pullarını yığmışdır. Qarajın icarəsindən yığılan pullar onların ailə büdcələrinə aid olmuşdur. Kommunaldan yığılan pullar bina üçün xərclənmiş, lakin qarajın icarəsindən yığılan pullar isə onların ailə büdcələrinə getmiş, MTK-nın işlərinə xərclənməmişdir. Hazırda da qarajlara özü baxır, icarə haqlarını özü yığır və ailə büdcələrinə əlavə edir. Rafətə verdiyi 18.000 manat onun maşın alverindən qazandığı pul olmuş, Rafət hansısa səbəbə görə ona verdiyi həmin pulu xərcləmiş və bu barədə ona məlumat verməmişdir. O, Rafətə zəng edib maşın alacağını və ona pul lazım olduğunu demişdir. Rafət isə problemin olmadığın və ofisə gəlməsinə demişdir. O, ofisə gəlib çatanda Rafətin ürəyi gedərək yerə yıxılmış, halı pisləşmişdir. Rafətin halının pisləşməsi ilə bağlı pul məsələsi yaddan çıxmış, Rafəti hospitala aparmışlar. Dörd gündən sonra Rafət həmin pulu ona geri qaytarmışdır. Rafət 18.000 manatı xərclədikdən sonra o, atasına Yasamal RPİ-nə oğurluq hadisəsi baş verməsi ilə bağlı şikayət ərizəsi yazmaq istədiyini bildirmiş, lakin atası ona icazə verməmişdir. Bu sözü deməkdə məqsədi, Rafətin özündə məsuliyyət hiss etməsini istəməsi olmuşdur. O, Rafəti ofisə gətirmiş, üç-dörd nəfərin iştirakı ilə ofisin hər yerini axtarmışlar, lakin ofisdən pul tapılmamışdır. Rafət həmin pulu traktor alması üçün qardaşına verdiyini bildirmiş, bir neçə gün sonra pulu qaytaranda rayonda traktoru qardaşına satdırıb pulu geri aldğını demişdir. Mənzillər MTK-nın balansında olmuş, qarajlar isə MMC-nin mülkiyyətində, Şahid2 adına qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs direktor olaraq səlahiyyəti yalnız mənzillər üzərində olmuş, onun qaraja heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006 və 2010-cu illərdə ünvan 12 ünvanında təsisçisi olduğu “X25” MMC tərəfindən 3 bloklu, 16 mərtəbəli yaşayış binasının tikintisi aparılaraq yekunlaşdırılmışdır. xx.xx.2017-ci ildə "xxxx" MTK yaradılmış və həmin tarixədək yaşayış binasındakı bütün mənzillər satılıb qurtarmışdır. 2019-cu il tarixdə yaşayış binası istismara təhvil verilmişdir. Təqsirləndirilən şəxs Rafık oğlunu 2008-ci il tarixdən tanımış, həmin vaxt sonuncu tikilməkdə olan binada fəhlə işləmiş, bir neçə il tikintidə işlədikdən sonra yanında inam qazandığı üçün 2017-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MTK-nın direktoru təyin edilmişdir. Direktor kimi Təqsirləndirilən şəxs vəzifəsi yaşayış binasında yaranmış texniki məsələləri həll etmək, həmçinin yaşayış binasının sakinləri mənzillərin texniki pasport və çıxarışlarını almaq üçün ofisə yaxınlaşdıqları zaman ona təqdim edilən müqavilələrə əsasən, həmin müraciətləri müvafiq qaydada qeydiyyata alıb təsisçilərin ümumi yığıncağının protokolundan çıxarış verməkdən ibarət olmuşdur. Sakinlər də, həmin çıxarış əsasında Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək mənzillərin texniki pasport və çıxarışlarını almışlar. Təqsirləndirilən şəxs 2014-cü ildən ona məxsus ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Sonuncunun və ya ailə üzvlərinin adına direktoru olduğu binada hər hansı mənzil və ya obyekt olmamışdır. Təqsirləndirilən şəxs ona aldığı Kia Sportage markalı AZ **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, avtomobil sonuncunun öz adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs kommunaldan yığılan pullardan hər ay ortalama 1000-1200 manat əmək haqqı vermiş, bundan başqa bina sakinləri də, göstərdiyi xidmətlərə görə Rafətə mütəmadi olaraq pul vermişlər. Sonuncu hər gün səhərdən axşama kimi yaşayış binasında olmuş, bina sakinlərinə xidmət göstərmiş, gecə saatlarında belə olsa hansısa sakinin evində texniki problem yarandığı zaman Rafəti çağıran kimi gəlib köməklik göstərmişdir. Təqsirləndirilən şəxs əvvəllər spirtli içki içməsi, qumar oyunlarına qurşanması barədə eşitsə də, onun yanında işlədiyi vaxtlarda qeyd edilənlərlə bağlı hər-hansı hal olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021ci il tarixdə saat 20:00 radələrində görmüş, həmin vaxt onu avtomobil ilə H.Əliyev sarayının yanında düşürərək çıxıb getmişdir, lakin hara getməsi barədə məlumat verməmişdir. Həmin vaxtdan sonra Rafətlə aralarında hər-hansı telefon və ya digər formada əlaqə olmamışdır. Təqsirləndirilən şəxs dostu olan X12 uzun müddətdir ki, tanımış, belə ki, sonuncunun təxminən 2010-cu ildən yaşadığı binada mənzili olsa da, həmin mənzili kirayəyə verərək Sabirabad rayonunda yaşamışdır. Kia Sportage markalı AZ **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2018-ci ildə avtomobil bazarından 26000 manata alaraq Təqsirləndirilən şəxs adına rəsmiləşdirmiş, çünki Rafət onun demək olar ki, bütün işlərini görmüş, lazım olduğu zaman sürücü kimi də fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs naməlum şəraitdə avtomobilin içində yanaraq ölməsi ilə bağlı məlumat daxil olduqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rafık oğlu ayrı-ayrı şəxslərə qarşı dələduzluq edərək çıxarış almamış bəzi sakinlərin əmlaklarına dair "xxxx" Mənzil Tikinti Kooperativi adından heç bir əsası olmadan "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və əmlak sahibinin MTK-ya borcunun olmaması barədə arayış təqdim edərək onlara həmin əmlakları müxtəlif qiymətlərə satmış və onların AR DƏDRXdən çıxarışlar almasına səbəb olmuşdur. xx.xx.2021-ci il tarixdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 14 ünvanında “X25” MMC tərəfindən inşa edilmiş çoxmənzilli binanın bir neçə mənzilini sahibləri ola-ola başqa şəxslərə satmışdır. O, qeyriqanuni yolla adıçəkilən binanın 201, 139 və 114 saylı mənzilləri borcun olmaması barədə arayış və iclas protokolundan çıxarışlarla Zərərçəkmiş şəxs3 satmış və sonuncu həmin sənədlər əsasında xx.xx.2021-ci il tarixdə 201 saylı mənzil üçün, xx.xx.2021-ci il tarixdə 139 saylı mənzil üçün çıxarışlar almışdır. xx.xx.2021-ci il tarixdə 114 saylı mənzil üçün çıxarış alınıb-alınmaması barədə məlumatları olmamışdır. Qeyd edilən mənzillərin hər birinin müqavilə əsasında sahibləri vardır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda göstərilən 13 saylı mənzili iclas protokolundan çıxarış və borcun olmamasına dair arayış əsasında Zərərçəkmiş şəxs2 Faiq oğluna satmış, sonuncu qeyd edilən sənədlər əsasında 13 saylı mənzilə çıxarış alaraq Elxan adlı şəxsə satmışdır. Elxan adlı şəxs 13 saylı mənzili təmirə başlasa da, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ölüm xəbəri yayıldıqdan sonra məlum olmuşdur ki, sonuncu 13 saylı mənzili T. Hacızadəyə saxta sənədlər əsasında satdığı zaman 11 saylı boş mənzili 13 saylı mənzil əsasında sonuncuya göstərmişdir. Çünki 13 saylı mənzildə 2013-cü ildən Süleyman adlı şəxs yaşamış və həmin mənzil müqavilə əsasında ona məxsusdur. Həmçinin bildirmişdir ki, 11 saylı mənzil də 2017-ci ildən çıxarış əsasında Zərərçəkmiş şəxs7 məxsusdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adlı şəxsə 38 nömrəli (faktiki müqavilə əsasında başqa sahibi olan) mənzil adı ilə 37 nömrəli (faktiki çıxarış əsasında başqa sahibi olan) mənzili göstərərək müqavilə əsasında satmış, Zərərçəkmiş şəxs1 da 38 nömrəli mənzil adı ilə 37 nömrəli mənzili təmir etdirərək çıxarış alıb başqa şəxsə satmışdır. Təxminən 2021-ci ilin yay aylarında 37 nömrəli mənzilin sahibi Rövşən onunla əlaqə saxlayaraq mənzilin başqa şəxsə satılıb-satılmaması ilə bağlı soruşmuş, bununla bağlı Rafəti yanına çağıraraq soruşduğu zaman sonuncu həmin mənzilin satılmadığını bildirmişdir. Daha sonra Rövşənin qayınatası Alik onunla əlaqə saxlayaraq mənzili satmaq istədiklərini demiş, həmin vaxt özü evi almaq qərarına gəlmiş və 100.000 manat məbləğində razılaşmışlar. Həmin pulu Rövşənə verməsi üçün razılıq əsasında sonuncunun qardaşı Rüstəmə təqdim etmiş və Rövşən 37 nömrəli mənzilin alqı-satqı edilməsi üçün baş etibarnamə vermişdir. İlk dəfə metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən notarial kontoruna getdikləri zaman Rövşən evli olduğu üçün həyat yoldaşının da gəlməsinə ehtiyac yarandığından 2022-ci ilin yanvar ayında Rövşən və hayat yoldaşı alqı-staqı edə bilməyi üçün ona baş etibarnamə vermişdir. Daha sonra 2022-ci ilin aprelində həmin 37 nömrəli mənzil tərəfindən 100000 manata vəkili X1. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Yasamal rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulduğunu öyrənmişdir. 2018-ci ilədək yaşayış binasının sakinlərindən kommunal pullarını oğlu Sabir yığsa da, həmin vaxtdan sonra göstərişi ilə kommunal pullarını ancaq Rafət yığmış və Sabirin ona qarışacağı olmamışdır. Yaşayış binasının sakinləri olan Araz, Ramin, İlkin, Neptun, Sadiq və Ağalar adlı şəxslər hazırki vaxtadək kommunal pulları ödəmirlər və indi də, onlardan heç kim məcbur olaraq pul tələb etmir. (cild İİİ, i/v: 26-30) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, o, Macarıstan Respublikasının Budapeşt şəhərində yaşayır. 2021-ci il tarixdə dəqiq xatırlamadığı tarixdə qardaşı Rövşən Rüstəmov həmin vaxtlar ölkə hüdudlarından kənarda olduğu üçün ondan Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 3-də yerləşən yaşayış binasında olan mənzili satmağını xahiş etmiş, bununla bağlı həyat yoldaşı ilə birlikdə həmin yaşayış binasına getmiş, həyat yoldaşı binanın həyətində gözləsə də, özü mənzilə baxmaq üçün bloka daxil olmuş, 9-cu mərtəbədə yerləşən mənzilə baxdığı zaman içəridə təmir işlərinin aparıldığını görmüş, içəridə olan şəxslərə həmin mənzilin qardaşına məxsus olduğunu desə də, onlar mənzilin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Buna baxmayaraq dəqiq xatırlamadığı üçün yanlış etdiyini düşündüyündən eyni blokda bir neçə mənzilə baxmış, mənzillərdən bəzilərinin qapısının bağlı olduğunu, digər mənzillərdə yaşayış olduğunu görmüşdür. Daha sonra binanın komendantı Rafət adlı şəxsə yaxınlaşaraq qardaşına məxsus mənzili tapa bilmədiyini desə də, sonuncu mənzilin həmin blokda deyil digər blokda olduğunu israrla bildirmiş, buna baxmayaraq sonuncu ilə mübahisə etməyərək oradan uzaqlaşmışdır. Bununla bağlı qardaşı Rövşənə bildirdikdə, sonuncu Şahid2la əlaqə saxlamış və mənzili satmaq istədiklərini, lakin anlaşılmazlığın olduğunu bildirmişdir. Şahid2 məsələni araşdıracağını desə də, qardaşı təcili pul lazım olduğunu deyərək mənzili satmaq istədiklərini demişdir. Bu səbəbdən Şahid2 orta bazar qiyməti ilə mənzili dəyərləndirərək özü almağı qərarlaşdırmış və aralarında olan razılaşmaya əsasən sonuncu 100.000 manat ona pul və bunun müqabilində mənzil barəsində sərəncam verə bilməsi üçün Şahid2 baş etibarnamə verilmişdir. (cild İV, i/v: 1-10) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs5 2006-cı ildə Emin Dünyamalıyev ilə rəsmi qaydada evlənərək ailəsi ilə birlikdə Naxçıvan şəhərində yaşamış, 2021-ci ildə qızı Zərərçəkmiş şəxs5 ipoteka ilə mənzil almaq qərarına gəlmiş, sosial şəbəkə ev satışı ilə məşğul olan Tural adlı şəxsin elanları arasında ünvan 6 ünvanında yerləşən 38 nömrəli mənzilin 173.000 manata satışa çıxarıldığını görmüşlər. Bu məqsədlə Tural adlı şəxslə danışaraq mənzilə baxmaq üçün görüş təyin etmiş, arvadı X13 ilə birlikdə mənzilə baxmağa getmişlər. Həmin vaxt özünü mənzilin mülkiyyətçisi kimi qələmə verən Zərərçəkmiş şəxs1 gələrək mənzilin qapısını açıb onlara göstərmiş, mənzilə baxıb bəyəndikdən sonra alqı-satqı barədə razılıq əldə etmişlər. Bundan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması və mənzilin ipoteka ilə alqısatqısı üçün bankla danışıqlar aparıldıqdan sonra ipoteka krediti ayrılması haqqında razılıq əldə edilmiş, daha sonra Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında qeyd edilən mənzili qızına satmışdır. Həmin müqavilə əsasında qızının verdiyi etibarnamə əsasında xx.xx.2021-ci il tarixində qeyd edilən mənzil üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, çıxarışı aldıqdan sonra evə gəlmiş, evdə olarkən mobil telefonuna zəng edilmiş, özünü təqdim edən şəxs adının Rafət olduğunu və qızının aldığı evin komendantı olduğunu bildirmişdir. Həmçinin mənzil üçün kommunal xidmət haqqının ödənilməli olduğunu bildirmişdir. Sonuncudan kommunal xidmət haqqının nə qədər olduğunu soruşanda aylıq 35 manat olduğunu bildirmişdir. Həmin gün saat 15:30 radələrində Rafətin oturduğu ofisə gəlmiş, otaqda tək olmuş, ondan başqa otaqda bir də yekə bir it olmuşdur. Rafət ondan kim olduğunu soruşanda ünvan 6 ünvanında yerləşən 38 nömrəli mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 atası olduğunu, nə qədər pul ödəməli olduğunu bir daha soruşanda Rafət 35 manat ödəməli olduğunu bildirmiş, qeyd edilən məbləğdə pulu Rafətə ödədikdən sonra sonuncu mədaxil qəbzi vermişdir. Bundan təxminən 10 gün sonra arvadı İradə ilə gedib qeyd edilən mənzilə baxmaq qərarına gəlmiş, həmin mənzilin qapısına bir kağızın yapışdırıldığını görmüş, kağızda “hörmətli 37 nömrəli mənzilin sahibi xahiş olunur mənzilin sənədləri ilə birlikdə binanın ofisinə yaxınlaşasınız” sözləri yazılmışdır. Bundan sonra qapını açaraq mənzilə daxil olanda elektrik enerjisinin kəsildiyini görmüş, aşağı düşərək ofisə yaxınlaşmış, içəridə olan 5-6 nəfər ilə salamlaşdıqdan sonra Rafətin harada olduğunu soruşmuş, sonuncunu nə üçün axtardığını soruşanda aldığı mənzilin elektrik enerjisinin kəsildiyini bildirmişdir. Həmin şəxslər ondan hansı mənzilin olduğunu soruşanda 38 nömrəli olduğunu bildirmiş, gəlib baxacaqlarını demişlər. 10-15 dəqiqə sonra iki nəfər cavan adam qeyd edilən mənzilə gəlmiş, onlar mənzilin nömrəsinin 38 deyil 37 nömrəli olduğunu demişlər. Həmin şəxslərə mənzilin çıxarışını göstərsə də, öz aralarında mübahisə etməyə başlamışlar. Həmin şəxslərdən komendant Rafətin harada olduğunu soruşduqda onun 3-4 gün əvvəl maşının içində yanaraq öldüyünü demişlər. Sonra onlardan özünü Bəxtiyarın oğlu kimi təqdim edən şəxs mübahisəyə başlayaraq mənzilin 38 deyil, 37 nömrəli mənzil olduğunu bildirmişdir. Həyat yoldaşı aralarında mübahisə getdiyini gördüyündən onu evə ötürərək həmin şəxslərlə özü danışmağa başlamış, bundan sonra özünü elektrik kimi qələmə verən şəxs gedib elektrik enerjisini bərpa etmişdir. Onlar mənzili havalandırdıqdan sonra çıxıb getmişlər. Daha sonra Teymura zəng edib onunla görüşmək istədiyini demiş, onunla axşam saat 19:00 radələrində metronun “Gənclik” stansiyasının yanında olan bağda yerləşən çayxanada görüşmüş, baş verən hadisələr barədə Teymura danışmış və onu aldatdığını, yəni 38 nömrəli mənzil əvəzinə 37 nömrəli mənzili onlara satdığını demiş, Teymur mənzili may ayında alıb, təmir edərək satdığını demişdir. Teymurdan pulunu geri tələb etsə də, sonuncu həmin mənzilə külli miqdarda xərc çəkdiyini bildirmişdir. Bundan sonra oradan uzaqlaşaraq evə getmiş, bir neçə gündən sonra yenə qeyd edilən mənzilə gedəndə elektrik enerjisinin kəsildiyini görmüş, arvadı ilə birlikdə ofisə getdikdə özünü Bəxtiyar kimi təqdim edərək MMC-nin təsisçisi olduğunu, digər şəxslərdən birinin vəkili, o birinin isə oğlu olduğunu demişdir. Söhbət zamanı 38 nömrəli mənzildə yaşayan şəxsin 10 ildən çoxdur ki, həmin mənzildə yaşadığını, 37 nömrəli mənzilin sahibinin isə Almaniyada yaşadığını demişlər. (cild İ, i/v: 112-118) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4/12665/1009 nömrəli 28 sentyabr 2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2020-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışda, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarışda “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzalar - Təqsirləndirilən şəxs Rafık oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2020-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışda, xx.xx.2019- cu il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarışda “Mühasib” və “Katibi” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Sənədlərin texniki ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2020-ci il tarixli "xxxx" MTK-nm üzvlərinin ümumi iclasının 129 nömrəli protokolunan çıxarışda, xx.xx.2021 -ci il tarixli 01-M nömrəli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışda, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışında və xx.xx.2021-ci il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışda, xx.xx.2019-cu il tarixi 01-M nömrəli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarışın üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. (cild İİİ, i/v: 50-52) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2568 saylı rəyin məhkəmə-psixiatrik ekspertizasının yekun hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməllər dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət işi materiallarında təsvir olunan dələduzluq əməllərini, həmçinin xx.xx.2021-ci il tarixdə avtomobilini yandırdığı zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən dələduzluq əməllərini törədərkən və xx.xx.2021-ci il tarixdə avtomobilini yandırdığı zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmüşdür. Həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs nümayişkaranəlik, kinlilik, inadkarlıq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində şüurlu olaraq idarə etməsinə təsir edəcək hər hansı dəyişiklik (kəskin stress, güclü ruhi həyacan vəziyyəti, psixi emosional gərginlik, affekt və s.) yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt (kumulyativ, fizioloji) halında olmamışdır. (cild İİİ, i/v: 43-47) «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsi, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurması, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmiş, Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs cinayət işi üzrə ilkin baxış iclasında özünü təqsirli bilmədiyini qeyd etsə də, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərdən sonra ifadə vermiş və faktiki olaraq özünü təqsirli bilmişdir. Belə ki, təqsirləndirilən şəxs MTK sədri işlədiyi dövrdə borclarının olması ilə əlaqədar həqiqətən də saxta sənədlər tərtib edərək binada uzun müddətdir istifadə olunmayan və başqa şəxslərin mülkiyyətində olan mənzilləri başqa nömrə altında müxtəlif şəxslərə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs sərbəst ifadə verərkən istinad olunan cinayət əməllərini törətdiyini etiraf etsə də, o, əvvəl Zərərçəkmiş şəxs3 onu şantaj etməsi ilə bağlı, daha sonra isə MTK-nın təsisçisi Şahid2 oğlu Şahid1 kommunal ödənişlərlə bağlı toplanan pulların üzərindən müəyyən məbləğdə pul götürməsi ilə bağlı məcbur qalıb bu əməli törətdiyini, ona görə də özünü qismən təqsirli bildiyini, məhkəmə iclasında Şahid1 şahid qsimində dindirildikdən sonra isə MTK-nın təsisçisi Şahid2 onunla pis davranması, onu alçatması, istirahətsiz işləməyə məcbur etməsi ilə əlaqədar ondan qisas almaq məqsədi ilə binadakı mənzilləri saxta sənədlər əsasında satdığını bildirmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətdiyini etiraf etsə də, müxtəlif səbəblər gətirməklə həmin əməli törətməyə məcbur olması və ya bu əməli törətməyə haqqının çatması ilə (Şahid2 onunla pis davranması ilə bağlı hissədə) əsaslandırmağa çalışmış, buna görə də özünü qismən təqsirli bildiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün gətirdiyi dəlillər işin obyektiv müəyyən edilmiş halları ilə uzlaşmamaqla, dindirilmiş şəxslərin ifadələri ilə tam təkzib edilir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tərəfindən şantaj olunması, Şahid1 və Şahid2 tərəfindən pulların mənimsənilməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirməklə, həmin ifadəyə tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham verilmiş, lakin həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, təqsirləndirilən şəxs isə məhkəməyə ərizə təqdim edərək həmin maddə üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsinə etiraz etmədiyini bildirdiyindən dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Belə ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 23-cü bəndinə əsasən, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən olunan mövqeyi ilə bağlı qeyd edir edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminə qarşı dələduzluq cinayəti deyil, yalnız onların mülkiyyətinə dair saxta sənəd tərtib edərək, faktiki olaraq onları mənzil hüquqlarından məhrum etməklə, həmin zərərçəkmiş şəxslərə münasibətdə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə əhatə olunan cinayət əməli törətmişdir. Qeyd olunanlara əsaəsn məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yanaşı, 308.2-ci maddəsi ilə ittiham verilməsi əsaslı olmuş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməklə, əməlin tövsifi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyi ilə ziddiyyət təşkil etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir hissəsi ilə barışıq əldə etməsini, məhkəməyə səmimi ifadələr verməsini, əməlindən səmimi peşman olmasını, öz əməlinə tənqidi münasibət göstərməsini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v: 197-198) Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələrinin maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İİ, i/v: 38-39), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmış (cild İİ, i/v: 82-83), bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manat (cild İİİ, i/v: 49) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2021-ci il tarixli "xxxx" MTKnın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarış, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışı və xx.xx.2019-cu il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********01 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” X24nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Salyan rayonu, Sarvan kəndində yerləşən 2,81 ha kənd təsərrüfat və 0,24 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. (cild İİ, i/v: 214) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələri üzərinə həbs qoyulmuşdur. (cild İİİ, i/v: 94-95) Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan Salyan rayonu, Sarvan kəndində yerləşən 2,81 ha kənd təsərrüfat və 0,24 ha həyətyanı torpaq sahələrinin hansı tarixdə və hansı əsasla (vərəsəlik, bağışlama müqaviləsi və ya alqı-satqı müqaviləsi əsasında) Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin adına qeydiyyata alındığı qeyd edilməmiş, həmin əmlakın cinayət yolu ilə və ya cinayətin törədilməsi nəticəsində əldə edilmiş pul vəsaiti hesabına alınmasını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər hazırki cinayət işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə mülki iddia ərizəsi ilə müraciət etməsələr də, hazırda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı mülki iddia tələblərinə baxılır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış və üzərinə həbs qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən 2,81 ha kənd təsərrüfat və 0,24 ha həyətyanı torpaq sahələri xüsusi müsadirə edilməməli, bununla belə zərərçəkmiş şəxslərin Bakı şəhəri Yasamal rayon Məhkəməsində mülki icraat qaydasında pul tələblərinə dair iddialarına baxılması nəzərə alınmaqla, gələcəkdə onlara vurulmuş zərərin ödənilməsinin təmin edilməsi zərurəti yaranacağından həmin əmlakların üzərinə qoyulmuş həbs götürülməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 98 saat hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Rafiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs Rafiq oğluna qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Rafiq oğlu ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Rafiq oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2020-ci il tarixli "xxxx" MTK- nm üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışın, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2019-cu il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Rafiq oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs Rafık oğlunun barəsində xüsusi müsadirə tətbiq edilməsin, Təqsirləndirilən şəxs Rafık oğlu və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələrinin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarı əsasında qoyulmuş həbs götürülməsin. Məhkəmədə Təqsirləndirilən şəxs Rafiq oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan həbsdə olan Təqsirləndirilən şəxs Rafiq oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-124/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-124/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver