Məhkəmə qərarları › İş №1(101)-1240/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1240/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1240/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər və Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi İbayeva-Hüseynli Şəhri Adil qızı, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 Məhərrəm oğlu, Müdafiəçi2 və "Pro Bono" Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4,312.2-cü maddələri ilə xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Abşeron rayon Polis idarəsinin ünvan 3 ünvandakı inzibati binasında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə 20 avqust 1977-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, X47 küçəsi ev 1v, mənzil 71 ünvanda kirayədə yaşamış, əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxslərə təkrar rüşvət verməyə təhrik etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu özgələrin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə görüşərək sonuncunun birinci instansiya məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu X23 cəzasının guya yuxarı instansiya məhkəmələrində olan səlahiyyətli tanışları vasitəsilə azaldılacağı ilə bağlı həmin məhkəmələrin vəzifəli şəxslərinə 14000 (on dörd min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, həmin pulun 5000 (beş min) manatını 2017-ci ilin 7 avqust tarixində Bakı şəhəri Nəsimi rayonu, Vaqif küçəsində yaşadığı evin yaxınlığında, 9000 (jlqquz min) manatını isə 11 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında vahid qəsdlə aldatma yolu ilə Şahid1 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib onun xeyli miqdarda, yəni 14000 (on dörd min) manat məbləğində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı olmaqla həmin əmələ görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət məsuliyyətinə cəlb edilmiş X24 cəzasını 5400 (beş min dörd yüz) manat pulun müqabilində guya Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağına atası Zərərçəkmiş şəxs2 inandıraraq, 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanda yerləşən «Saatlı» binanın yaxınlığında 3000 (üç min) manat pulunu, 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 8 ünvanda yerləşən «Bizim Marketin» yanında 1400 (bir min dörd yüz) manat pulunu, 29 noyabr 2018-ci il tarixdə saat 19-30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesində 1000 (bir min) manat pulunu vahid qəsdlə aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğində əmlakını ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, həmin əmələ görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 övladı X10 adına tərtib edilmiş xarici Ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin veriləcəyinə yalandan vəd verərək inandırıb, onun 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində ünvan 9 ünvanda yerləşən metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında 5000 (beş min) manat pulunu, 18 aprel 2019-cu il tarixdə saat 15 radələrində ünvan 10 ünvanda yerləşən metronun «Qara Qarayev» stansiyasının qarşısında 500 (beş yüz) manat pulunu, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində əmlakını vahid qəsdlə aldatma yolu ilə, ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurub, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs3 ilə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il yanvar ayının sonlarında Azərbaycan Respublikası vətəndaşı Şahid3 ilə görüşərək sonuncunun əvvəllər işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirməklə bağlı Dövlət Neft Şirkətinin Maliyyə İdarəsinin rəisinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid3 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib, 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mc Donalds” kafesinin qarşısında 5000 (beş min) manat pulunu, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, metronun «Koroğlu» stansiyasının çıxışının yaxınlığında 500 (beş yüz) manat pulunu vahid qəsdlə, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 ilə görüşərək sonuncuya məxsus Çin Xalq Respublikasından idxal edilmiş qızdırıcı radiator məhsullarının nəzərdə tutulmuş həddən guya daha aşağı məbləğdə gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyinə inandırıb yalandan vəd verərək, 2020-ci ilin avqust ayının 20-də 20380 (iyirmi min üç yüz səksən) manat pul vəsaitini Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük İdarəsinin yaxınlığında aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Şahid2 ilə görüşərək sonuncunun işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Binəqədi neft-qaz çıxarma idarəsində guya daha yüksək vəzifəyə irəli çəkilməsi ilə bağlı Dövlət Neft Şirkətinin rəhbər vəzifəli şəxsinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, 2020-ci ilin avqust ayının sonunda 10000 (on min) manat pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində «Bakı Olimpiya» stadionunun yaxınlığında aldatma yolu ilə ələ keçirərək Şahid2 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilməklə əvvəllər məhkum olunduğu əməllərdən başqa, öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il yanvar ayının sonlarında Azərbaycan Respublikası vətəndaşı Şahid3 ilə görüşərək sonuncunun əvvəllər işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirməklə bağlı Dövlət Neft Şirkətinin Maliyyə İdarəsinin rəisinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid3 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib, 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mc Donalds” kafesinin qarşısında 5000 (beş min) manat pulunu, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, metronun «Koroğlu» stansiyasının çıxışının yaxınlığında 500 (beş yüz) manat pulunu vahid qəsdlə, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş və xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 ilə görüşərək sonuncuya məxsus Çin Xalq Respublikasından idxal edilmiş qızdırıcı radiator məhsullarının nəzərdə tutulmuş həddən guya daha aşağı məbləğdə gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyinə inandırıb yalandan vəd verərək, 2020-ci ilin avqust ayının 20-də 20380 (iyirmi min) manat pul vəsaitini Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük İdarəsinin yaxınlığında aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Şahid2 ilə görüşərək, sonuncunun işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Binəqədi neft-qaz çıxarma idarəsində guya daha yüksək vəzifəyə irəli çəkilməsi ilə bağlı Dövlət Neft Şirkətinin rəhbər vəzifəli şəxsinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, 2020-ci ilin avqust ayının sonunda 10000 (on min) manat pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində «Bakı Olimpiya» stadionunun yaxınlığında aldatma yolu ilə ələ keçirərək Şahid2 vəzifəli təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xeyli müddətdir ki, tanıyır, münasibətləri yaxşıdır və aralarında heç bir ədavət yoxdur. İş üzrə zərərçəkmiş şəxslər kimi keçən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, həmçinin işlərində köməklik etmək istədiyi şahid kimi keçən şəxslərlə də onun arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, 2017-ci ilin axırlarında Masallı rayonundan olan Şahid1 onun hazırda adını xatırlamadığı bir tanışı vasitəsilə onunla əlaqə yaradaraq istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Sonra o, Şahid1la Bakı şəhərində hazırda dəqiq xatırlamadığı bir yerdə görüşmüşlər. Söhbət zamanı Şahid1 ona öz oğlunun narkotik vasitə satışına görə məhkəmə tərəfindən səkkiz ya da on il müddətinə azadlıqdan məhrum edildiyini və oğluna Şirvan Apelyasiya məhkəməsində köməklik etməyi ondan xahiş etmişdir. O, isə öz növbəsində tanışları olduğunu, bu işi tanışlarının vasitəsilə müəyyən pul müqabilində həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, hazırda xatırlamadığı bir tanışı ilə bu barədə söhbət edən zaman sonuncu bu işi 15000 manata həll edə biləcəyini ona demişdir. O da öz növbəstində bu barədə Şahid1 bildirmiş, sonuncu isə oğlunun işindən üç il azaldılarsa, ona cəmi 14000 manat pul verə biləcəyini demişdir. O da öz tanışı ilə danışaraq bu işlə bağlı ona 12000 manat pul verəcəyini demiş və sonuncu onun təklifi ilə razılaşmışdır. Bundan sonra onun özü Şahid1la Bakı şəhərində görüşərək iki dəfəyə onadan cəmi 14000 manat pul götürmüşdür. Belə ki, birinci dəfə 7 avqust 2017-ci ildə günorta saatlarında o, Ağa ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşadığı evin yaxınlığında görüşərək ondan 5000 manat pul götürmüşdür. Bundan isə 11 avqust 2017-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında Ağa ilə görüşərək ondan 9000 manat pul almışdır. Sonra isə o, həmin puldan 2000 manatını özünə götürərək, yerdə qalan 12000 manat pulu isə həmin tanışına vermişdir. Lakin, bir müddət sonra həmin şəxs Şirvan Apelyasiya Məhkəməsində işin alınmadığını, orada cəza müddətinin bir ildən artıq azaltmağın mümkün olmadığını ona bildirmişdir. O da bu barədə Ağaya demiş, lakin sonuncu cəza müddətinin üç ildən az müddətə, yəni bir il azaldılmasına razılıq verməmişdir. Daha sonra Ağa bu işin Ali Məhkəmədə həll edə bilməyin mümkünlüyü barədə ondan soruşmuş, o isə ondan aldığı pulun çox hissəsini başqa bir adama verdiyinə görə vaxt qazanmaq üçün bu işi güya Ali Məhkəmədə həll edə biləcəyini Ağaya demişdir. Əslində isə onun həmin işi həll eləmək üçün heç bir tanışı olmamışdır. Bundan bir müddət keçəndən sonra Ağa ona zəng edərək verdiyi 14000 manat pulu geri tələb etməyə başlamışdır. O isə Ağaya həmin pulu ona hissə-hissə qaytaracağına söz vermişdir. Bundan sonrakı dövrdə o, 2019-2020-ci illər ərzində hissə-hissə olmaqla cəmi 12500 manat pulu şəxsən Şahid1 qaytırmış və son nəticədə ona cəmi 1500 manat borclu qalmışdır. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxta qədər öz qohumları tərəfindən qalan borc da Şahid1 ödənilmişdir. Hal-hazırda onun Şahid1 heç bir borcu qalmamışdır və onunla arasında heç bir narazıılıq yoxdur. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni Zərərçəkmiş şəxs2 işində köməklik edilməsi ilə bağlı bildirmək istəyir ki, sonuncu onun həmyerlisidir, lakin əvvəllər onunla yaxın münasibətləri olmamışdır. Təxminən 2018-ci ilin ortalarında o, Qadirlə təsadüfən rastlaşıb söhbət edən zaman sonuncu ona öz oğlunun işinin Bakı Ağır Cinayətlər məhkəməsində olduğunu və məhkəmədə oğlunun cəzasını yüngülləşdirmək üçün ona köməklik etməyini xahiş etmişdir. O isə özünün belə bir tanışının olmadığını, lakin Müşfiq adlı geniş əlaqəyə malik bir tanışının olduğunu ona bildirmişdir. Bundan bir müddət sonra o, tanışı Təqsirləndirilən şəxs3la Qadiri tanış etmiş və Müşfiq öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini Qadirə vermişdir. Onu da bildirmək istəyir ki, Qadiri aldadaraq onun pulunu ələ keçirmək barədə onunla Müşfiqin arasında heç bir razılaşma olmamışdır. Sonrakı məsələləri həmin şəxslər öz aralarında həll etmişlər. Qadirdən hissə-hissə olmaqla cəmi 5400 manat pul alınması ilə bağlı onun özünün heç bir iştirakı olmamış və bu barədə ona sonradan Qadirin özünün ona deməsindən sonra məlum olmuşdur. Həmin məsələ ilə bağlı özünü təqsirli hesab etmir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni Zərərçəkmiş şəxs3 onun özü əvvəllər tanımamış və həmin qadından hər-hansı məbləğdə pul almamışdır. Bununla bağlı bildirmək istəyir ki, təxminən 2018-ci ilin iyun ayında Novruz adlı tanışı ilə görüşən zaman sonuncu ona bir nəfər şəxsin xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınmasında köməklik etməsini ondan xahiş etmişdir. Bundan bir neçə gün sonra o, həmin məsələni əvvəllər Rizvan adı ilə tanıdığı, tanışı Təqsirləndirilən şəxs3 bildirmişdir. Müşfiq isə özünün əlaqələri vasitəsilə Təhsil Nazirliyi tərəfindən tələb olunan şəhadətnaməni ala biləcəyini ona bildirmişdir. Müşfiq bu işin qarşılığında ondan 5000 manat pul istəmiş, o da bu barədə tanışı Novruza bildirmişdir. Novruz deyilən 5000 manat pulu verməyə razılaşdıqdan sonra onlar görüş təyin edərək 2018-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrosunun qarşısında görüşmüşlər. Orada Müşfiq və Novruz onun özünə məxsus **-MM-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobildə oturub birlikdə söhbət etmişlər. Həmin vaxt onun özü sükan arxasında, Novruz onun sağ tərəfində, Müşfiq isə avtomobilin arxa oturacağında oturmuşlar. Orada Novruz özü ilə gətirdiyi 5000 manat pulu, həmçinin Azərbaycan Respublikasında tanınmalı olan diplomun surətini və həmin diplomun sahibinin şəxsiyyət vəsiqəsinin surətini Müşfiqə vermişdir. Onu da bildirmək istəyir ki, həmin görüşdən əvvəl Müşfiq və Novruz bir-birilərini tanımamış və onları o zaman özü tanış etmişdir. Müşfiq həmin pulu və sənədləri götürdüyükdən sonra iki ay müddətinə diplomun Azərbaycan Respublikasında tanınması və şəhadətnamə verilməsi işini yekunlaşacağını və bu barədə Novruza məlumat verəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin iki ay müddət ərzində və həmçinin həmin müddət tamam olduqdan sonra da Novruz öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif vaxtlarda onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edərək söz verilmiş şəhadətnamənin ona verilməsini, əks təqdirdə verdiyi 5000 manat pulu geri qaytarmağı tələb elədiyini ona bildirmişdir. O da öz növbəsində zəng edərək Novruzun dediyi sözləri Müşfiqə demişdir. Müşfiq isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək vaxt uzatmışdr. Bu qayda ilə bir neçə ay keçdikdən sonra o, Novruza Müşfiqin mobil telefon nömrəsini verərək, sonuncu ilə birbaşa özü əlaqə saxlamasını və şəhadətnaməni ya da ödənilmiş pulun geri qaytarılmağı Müşfiqdən tələb etməsini məsləhət görmüşdür. Bundan bir neçə ay keçdikdən sonra Lətifə adlı qadın onun özünə zəng edərək Müşfiqə Novruz tərəfindən verilmiş 5000 manat pulun onun özünə məxsus olduğunu, şəhadətnamənin isə öz qızı Nuranə adlı qıza lazım olduğunu bildirmişdir. Həmin vaxta qədər onun özünün Lətifə və yaxud sonuncun qızı Nuranə adlı şəxslə heç bir tanışlığı, yaxud telefon əlaqəsi olmamışdır. Bundan sonra Lətifə adlı qadın onunla bir neçə dəfə telefon əlaqəsi yaradaraq şəhadətnamənin verilməsini, ya da ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. O, bir neçə dəfə Lətifə ilə danışdıqdan sonra ona Müşfiqlə birbaşa əlaqə yaratmasını, pulun Müşfiqə verildiyini, şəhadətnamənin əldə olunmasına həmin şəxsin söz verdiyini bildirmişdir. Bundan təxminən bir ay keçəndən sonra Novruzla telefonla qeyd olunan məsələ barədə danışarkən Novruzun ona Müşfiqin Lətifə xanımla təkrar görüşərək şəhadətnamənin hazır olması bəhanəsi ilə əlavə olaraq 500 manat pul aldığını ona bildirmişdir. Onu da bildirmək istəyir ki, o, Novruzla heç bir sənədin hazırlanmasında və ya hər hansı bir məsələnin həllində iştirak etməmişdir. Onun özünün Zərərçəkmiş şəxs3 heç bir əlaqəsi olmamış, onu şəxsən tanımamış və onunla heç vaxt görüşməmişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 qızının diplomunun Azərbaycan Respublikasında tanınması məsələsi ilə bağlı onun özü hər-hansı məbləğdə pul almamışdır. Tanışı Müşfiq həmin məsələni həll edə biləcəyini ona bildirdiyinə görə bununla bağlı ona müraciət etmiş və sonra tanışı Novruzu Müşfiqlə tanış etmişdir. Son nəticədə isə Müşfiq onu və Novruzu aldadaraq əvvəlcə onun yanında Noruzdan 5000 manat, daha sonra isə onun iştirakı və məlumatı olmadan Novruzdan əlavə olaraq 500 manat pul almışdır. Bir daha bildirir ki, onun özünün Zərərçəkmiş şəxs3 aldadıb onun pulunu ələ keçirmək niyyəti olmamış və bununla bağlı özünü təqsirli hesab etmir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə 2020-ci il yanvar ayında Şahid3 aldadaraq sonuncunu Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirmək üçün həmin şirkətin Maliyyə idarəsinin rəisinə 10000 manat pulu rüşvət kimi vermək lazım olduğunu bildirərək, ondan həmin məbləğdə pul almaqda özünü təqsirli hesab etmir. Həmin pulu Şahid3 Müşfiq özü almışdır və onun özünün bununla bağlı heç bir iştirakı olmamışdır. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni öz tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 Çin Xalq Respublikasından o zaman idxal edimiş qızdırıcı radiatorların daha aşağı qymətlə gömrük rəsmiləşdirilməsində ona köməklik edəcəklərini bildirərək, sonuncudan 2020-ci ilin avqust ayında Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük İdarəsinin yaxınlığında 20380 manat pul almaları ilə bağlı özünü qismən təqsirli bilir. Bununla bağlı onu bildirmək istəyir ki, onun özü və tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışlar. 2020-ci ilin iyul ayında onun yaxın tanışı olan Zaur ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Buna razılıq verdikdən sonra Zaur onunla görüşə onun özü əvvəllər tanımadığı Rəsul adlı bir şəxslə birlikdə gəlmişdir. Söhbət əsnasında Rəsul ondan Çin Xalq Respublikasından satmaq üçün gətirmək istədiyi istilik radiatorlarının daha sərəfəli qaydada gömrük rəsmiləşdirilməsinə köməklik edə biləcəyini ondan soruşmuşdur. O isə bu işlə maraqlanacağını və bu barədə bir tanışına deyəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, dostu Təqsirləndirilən şəxs2 Valeh adlı bir dostunun gömrükdə işlədiyini ona əvvəllər bildiyinə görə o, bu barədə Təqsirləndirilən şəxs2 demişdir. Sərdar isə heç bir problem olmadığını və istənilən malın gömrük rəsmiləşdirməsini həyata keçirə biləcəyini ona demişdir. Bundan bir neçə gün sonra o, həmin Rəsul adlı şəxs, Sərdarın özü və sonuncunun Dövlət Gömrük Komitəsində işləyən Valeh adlı dostu ilə birlikdə Bakı şəhəri metronun “Gənclik” stansiyasının yaxınlığında olan “Dədə Qorqud” parkında görüşərək söhbət etmişlər. Söhbət zamanı Rəsul gətirmək istədiyi mal barədə onlara məlumat vermişdir. Valeh isə 30000 manat depozit ödəmək şərti ilə rəsmi rüsumun 50 faizi həddinə kimi həmin malları rəsmiləşdirə biləcəyini və əgər Rəsul razı olarsa bu barədə Sərdarın vasitəsilə ona bildirməsini Rəsula demişdir. Rəsulun da fikirləşib və məsləhətləşib Sərdarın vasitəsi ilə əlaqə saxlayacağını demişdir. Bundan bir neçə gün sonra, yəni 2020-ci ilin avqust ayında Zaur ona zəng edərək Rəsulun onunla və Sərdarla görüşmək istədiyini ona bildirmişdir. Bundan sonra o, Sərdarla birlikdə metronun “Nərimanov” stansiyasını yanına gedərək orada Zaur və Rəsulla görüşmüşlər. Orada görüşüb söhbət edən zaman Rəsul artıq malların Çindən çıxaraq yolda olduğunu və həmin malların rəsmiləşdirilməsində ona nə köməklik edə biləcəkləri barədə onlardan soruşmuşdur. Sərdar isə 20000 manat müqabilində həmin malları gömrükdən rəsmiləşdirərək çıxardacağını Rəsula demişdir. Rəsul buna razılaşmış və Sərdarla birlikdə Rəsula gömrükdə işləyən vəzifəli tanışlarının vasitəsilə həmin malları gömrükdə daha ucuz qiymətə rəsmiləşdirəcəklərini Rəsula bildirmişlər. Sonradan Sərdarın deməsindən ona məlum olmuşdur ki, Sərdar malları hansı şirkətin adına vurmaq lazım olmasını Rəsula bildirərək, onun özü adını bilmədiyi hansısa şirkətin adını və rekvizitlərini ona göndərmişdir. Lakin, bundan bir neçə gün sonra Sərdarla görüşüb söhbət edən zaman sonuncu ona gömrükdən işləyən tanışı Valehin bu işə etiraz etdiyinə görə bu işi düzəldə bilməyəcəyini ona bildirmişdir. Həmçinin Sərdar pul lazım olduğu üçün Rəsula bu barədə bildirməyəcəyini və gömrük rəsmiləşdirməsini guya uyğun qiymətə həll edəcəkləri adı ilə həmin 20000 manat pulu Rəsuldan götürəcəyini də ona bildirmişdir. Sərdarla dost münasibətlərində olduğuna görə o, buna etiraz etməmişdir. Bundan bir neçə gün sonra tanışı Zaur ona zəng edərək öz tanışı Rəsulun malının gəldiyini və Bakı Baş Gömrük idarəsinin “İpək yolu” terminalında olduğunu ona bildirmişdir. O isə Zaura bu barədə Sərdara zəng edərək məlumat verməsini xahiş etmişdir. Bundan az sonra Sərdar ona zəng etmiş və onunla metronun “Nərimanov” stansiyasının yaxınlığında görüşmüşdür. Orada Sərdarla ikisi bir qədər söhbət etdikdən sonra Sərdara zəng gəldikdən sonra Sərdar avtomobildən düşərək o zaman onların yaxınlıqda dayanmış nömrəsini xatırlamadığı qara rəngli “BMW” markalı avtomobilə əyləşmiş və orada onun özününün iştirakı olmadan kiminləsə görüşmüşdür. Az sonra Sərdarın geri qayıdaraq cibindən bir bağlama pul çıxardaraq həmin pulun Rəsulun verdiyi pul olduğunu ona bildirmişdir. X35 terminal xərcləri adı ilə əlavə olaraq 380 manat pul aldığını və ümumilikdə Rəsuldan 20380 manat pul aldıığını ona bildirmişdir. Sonra isə Sərdar həmin puldan cəmi 6000 manat pulu ona vermiş və imkanı olanda həmin pulu ona qaytarmasını demişdir. Həmin məbləğdə olan borc pulu o, Sərdardan qəbul edərək avtomobildən düşüb çıxıb getmişdir. Bundan bir neçə saat sonra Rəsul ona zəng edərək gömrük məsələsi ilə maraqlanmış, o isə bu barədə Sərdarla danışmağı Rəsula məsləhət görmüşdür. Növbəti gün saat 19 radələrində Rəsul ona zəng edərək onunla görüşmüş və həmin görüşdə Rəsulun yanında Cəmil adlı bir şəxs də olmuşdur. Həmin Cəmil adlı şəxsi onun özü əvvəllər bir dəfə Sərdarın yanında görmüşdür. Aralarında olan söhbət zamanı o, onlara pulun Sərdarda olmasını bildirmişdir. Həmin söhbət zamanı ona məlum olmuşdur ki, həmin pulun Rəsulgildən alınıb Sərdara çatdırmasını sonuncu özü tanışı Cəmildən xahiş etmişdir. Belə ki, Cəmil adlı şəxs Rəsuldan qəbul etdiyi 20380 manat pulu tam olaraq Sərdara çatdırdığını, lakin Sərdarın həmin pulu nə məqsədlə Rəsuldan aldığı barədə özünün məlumatı olmadığını bildirmişdir. O zaman onlar Sərdara zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. Sonrakı dövrdə onun özü dəfələrlə Sərdara zəng etsə də, onu tapa bilməmişdir. Onu da bildirmək isitəyir ki, Sərdarın həmin puldan ona altı min manat pul verdiyini o zaman o, Rəsula bildirməmiş, lakin sonradan hər şeyi necə olmuşdursa bildirmişdir. Həmin pulun alınması ilə bağlı görüşlərdə iştirak etdiyi, həmin puldan altı min manat pulu Sərdarın özü qəbul etməsi ilə bağlı peşmançılıq çəkir və bununla bağlı vurulmuş maddi ziyanı tam aradan qaldırmağa çalışırlar. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid2 aldadaraq sonuncunun işldədiyi Dövlət Neft Şirkətinin Binəqədi neft-qaz çıxarma idarəsində daha yüksək vəzifəyə təyin olunması üçün Dövlət Neft Şirkətinin rəhbər vəzifəli şəxsinə verilməsi adı ilə 2020-ci ilin avqust ayında ondan 10000 pulu almaqla bağlı özünü qismən təqsirli hesab edir. Bununla bağlı bildirmək istəyir ki, 2020-ci ilin yay aylarında Həsən adlı həmyerlisi ona müraciət edərək, Dövlət Neft Şirkətinin hansısa idarəsində işləyən qohumunun iş yerini daha yüksək vəzifəyə dəyişdirməyə köməklik etməsini ondan xahiş etmişdir. Tanışı Təqsirləndirilən şəxs2 ona geniş əlaqələri olmasını əvvəllər ona bildirdiyinə görə o, sonra bu iş barədə Sərdara bildirmişdir. Sərdar isə bu məsələni həll edə biləcək tanışlarının olmadığını ona bildirmişdir. Lakin, həmin dövrdə maddi imkanları olmadığına görə, sonra Sərdarla belə qərara gəlmişlər ki, həmin işi həll etmək adı ilə həmin pulu götürüb istifadə etsinlər və imkanları olanda isə pulu qaytarsınlar. Bundan sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında o, Sərdarla birlikdə Həsənlə görüşüb söhbət etmişlər. Söhbət zamanı Sərdar Həsənə bu işi guya tanışının Dövlət Neft şirkətindəki vəzifəli şəxslər vasitəsilə həll edə biləcəyini demiş və bunun üçün Azər adlı şəxsin 15000 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra Azər adlı şəxs bu işə görə cəmi 10000 manat verə biləcəyini Həsənin vasitəsilə onlara xəbər göndəmiş və onlar buna razılıq vermişlər. Bundan sonra, yəni 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu ərazisində olan “Bakı Olimpiya Stadionunun” yaxınlığında o, Sərdar və Həsənlə birlikdə həmin Azər adlı şəxslə görüşərək bu barədə sonuncu ilə söhbət etmişlər. Həmin görüş vaxtı onlar Azərə həmin işi güya on günə həll edəcəklərini bildirmişlər. Azər isə onların dediklərinə inanaraq özü ilə gətirdiyi 10000 manat pulu qohumu Həsənə verərək oradan çıxıb getmişdir. Həsənin də həmin pulu maşında onun özünə vermişdir. Tanışı Həsən çıxıb getdikdən sonra isə o, həmin puldan 5000 manatını Sərdara vermiş, qalan 5000 manatı isə özünə götürmüş və pulu əsasən öz borclarına xərcləmişlər. Lakin, Azərin işini düzəltmədiklərinə görə, bundan təxminən iki həftə sonra, yəni 2020-ci ilin sentyabr ayından başlayaraq Azər öz pulunu qohumu Həsənin vasitəsi ilə onlardan geri tələb etməyə başlamışdır. Buna görə də 1000 manat pulu onun özü, 2000 manat pulu isə Sərdar toplayaraq cəmi 3000 manat pulu 2020-ci ilin noyabr ayının ortalarında Həsənlə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Mac Donalds” restoranının yaxınlığında görüşərək ona vermişdir. Həsən də öz növbəsində həmin pulu aparıb öz qohumu Azərə vermişdir. Onu da bildirmək istəyir ki, sonradan hissə-hissə olmaqla Azərə olan borclarını tam olaraq qaytarmışlar və sonuncuya dəymiş maddi ziyanı aradan qaldırmışlar. Onun özü Şahid2 və yaxud digər şəxslərə onların işlərində köməklik etmək üçün kiməsə rüşvət vermək lazım olmasını heç vaxt deməmişdir və buna görə də kimsə rüşvət verməyə təhrik etməklə bağlı özünü təqsirli hesab etmir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 hadisədən əvvəl 2-3 dəfə görmüşdür. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 səhv etmirsə 2017 yaxud 2018-ci ildə bir dəfə görmüşdür. Zərərçəkmiş şəxs3 ilə isə yalnız telefonda danışmışdır. Lətifəni ilk dəfə məkhəmə iclasında görüb tanımışdır. Şahid1 ilə isə 2017-ci ildə tanış olmuşdur. Şahid1 oğlunun həbsdən qurtarılması ilə bağlı onun özü ona söz verməmişdir. Belə ki. onun məhkəmə ilə əlaqəsi olmayıb. Şahid1 ona verdiyi pulla maşın alveri ilə məşğul olduğundan maşın almışdır. Ağa pullari ona məhkəməyə vermək üçün yox, saxlamaq üçün ona vermişdir. Daha sonra həmin pulu Ağaya qaytarmış və ona 1500 manat borcu qalmışdır. Sonradan isə Ağaya qalan borcu öz qohumları tərəfindən Ağaya ödənilmişdir. Qadirdən hissə-hissə olmaqla cəmi 5400 manat pul alınması ilə bağlı onun özünün heç bir iştirakı olmamış və bu barədə ona sonradan Qadirin özünün ona deməsindən sonra məlum olmuşdur. Zərərçəkmiş şəxs2 almış oldğu cəmi 5400 manat puldan 2700 manat hissəsini ona verdiyi barədə Təqsirləndirilən şəxs3 iverdiyi ifadələri təsdiq etmir. Onun özü Qadirdən heç bir məbləğdə pul almamış və həmçinin Müşfiq həmin puldan ona verməmişdir. Tanışı Təqsirləndirilən şəxs3la birlikdə Oqtay Həmzəyevi işə düzəltmək adı ilə aldadaraq Oktaydan pulunu almaq barədə plan qurduqlarını və həmin şəxsin 5000 manat pulunu birlikdə aldıqları, həmin vaxtı hər ikisinin pula ehtiyaclarını olduğu üçün bunun etdikləri barədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini hal-hazırda təsdiq etmir. Həmin pulu Şahid3 Təqsirləndirilən şəxs3 özü almışdır. Sonradan Təqsirləndirilən şəxs3 Şahid3 5000 manatdan əlavə olaraq aldığı 500 manatdan onun məlumatının olmadığı, həmin 500 manat pulu Müşfiqin öz təşəbbüsü ilə ondan xəbərsiz Oktaydan aldığını sonuncunun özü ona bildirdiyi barədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Şahid3 olan borcunu tam qaytarmışdır. Şahid2lə bağlı bildirmək istəyir ki, Dövlət Neft Şirkətində hansısa vəzifəyə təyin etdirməklə bağlı ondan pul almışdır, lakin sonra pulun hamısını qaytarmışdır. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs3 ilk dəfədir ki, məhkəmədə görür və həmin qadını əvvəllər görməmiş və onunla yalnız sonradan telefon söhbətləri olmuşdur. İş üzrə istintaq zamanı yaşadığı evə baxış keçirilən zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən onun evindən 3000 ABŞ dolları pul aşkar olunaraq götürülmüşdür. Həmin pulu o, qanunsuz yolla əldə etməmişdir və iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyan ödənilmədiyinə görə, həmin pulun sonuncuya ödənilməsini xahiş edir. Tanışı Təqsirləndirilən şəxs3 hər-hansı bir dövlət orqanında, yəni Fövqəladə Hallar nazirliyi, Təhsil Nazirliyi və digər dövlət qurumlarında heç vaxt işləməmiş, həmçinin onun özünün və yaxud Təqsirləndirilən şəxs3 məhkəmə sistemində, digər hüquq mühafizə orqanlarında yaxın tanışı və yaxud qohumları işləmir. Təqsirləndirilən şəxs3 və onun özü əvvəllər xırda alverlə məşğul olmuşlar. İş üz keçən Zərərçəkmiş şəxs2, Şahid10 və Zərərçəkmiş şəxs3 və digərlərinə o, özünü hər hansı dövlət orqanının əməkdaşı kimi təqdim etməmişdir. Həmçinin həmin şəxslərə özünün vəzifəli şəxs olması barədə hər hansı vəsiqə və ya sənəd təqdim etməmiş və həmin şəxslərə geniş əlaqələri olan tanışlarının vasitəsilə köməklik edəcəyini bildirmişdir. Bir daha bildirir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin digər şəxsləri aldadaraq onların pulun alaraq öz aralarında bölüşmək barədə onunla tanışıları Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs2 arasında qabaqcadan heç bir razılaşma olmamışdır. O zaman özlərinin maddi çətinlikləri olduğuna görə öz tanışlarının vasitəçiliyi ilə onlara işlərində köməklik edib bu yolla bir qədər qazanc əldə etmək istəmişlər və buna görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxta qədər iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1və və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan onlar tərəfindən tam ödənilmişdir və onlarla barışıq əldə etmişlər. Maddi imkanı olmadığına görə yalnız iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı aradan qaldıra bilməmişlər. Lakin, iş üzrə istintaq zamanı yaşadığı evinə baxış keçirilən zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş 3000 ABŞ dolları məbləğində özünə məxsus olan pulun Zərərçəkmiş şəxs3 dəymiş ziyanın aradan qaldarılması üçün yetərli olduğunu nəzərə alınaraq, həmin pulun Zərərçəkmiş şəxs3 ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını, həmçinin Zərərçəkmiş şəxs3 istisna olmaqla digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci ilin oktyabr ayına kimi, yəni o zaman barəsində olan digər cinayət işi ilə bağlı həbs olunanadək öz ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşamışdır. Qeyd etdiyi kimi onun özü əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, əvvəllər 2009-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci maddəsilə altı il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonra 2015-ci ildə şərti olaraq azadlığa çıxmış və həmin məhkumluğu ödənilmişdir. Bundan sonra 2020ci ilin iyun ayında barəsində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsilə cinayət işi başlanılmış və həmin ilin oktyabr ayında həbs olunmuşdur. Sonra isə 2020-ci ilin aprel ayında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə başqa bir şəxsə qarşı dələduzluq etməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin iş üzrə istintaq zamanı həbsdə saxlanıldığı iki gün müddəti cəzasından çıxılmaqla onun üzərində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sonuncu dəfə isə 2021-ci ilin may ayında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən o, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə dələduzluq cinayəti törətdiklərinə görə onun özü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum emtə cəzasına məhkum olunmuşdur. Həmçinin həmin hökmə ona Səbail Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 3 il 06 ay müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilmiş və hal-hazırda həmin hökm üzrə cəzasını çəkir. Beləliklə, sonuncu hökm üzrə onun özü hal-hazırda Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamlar üzrə, yəni onunla əlbir olan bir qrup şəxs halında hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduqları dələduzluq cinayət əməllərinə görə məhkum olunmuşdur. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1la o, təxminən beş-altı il bundan əvvəl tanış olmuş və onunla həmişə yaxşı münasibətlərdə olmuşdur və hal-hazırda da münasibətləri normaldır və aralarında heç bir ədavət yoxdur. Təqsirləndirilən şəxs1la onun heç bir iş birliyi olmamışdır. Lakin, tanışlıqdan sonra bəzi adamların işlərində öz tanışlarının vasitəsi ilə köməklik etmək istəmişlər. Lakin, o zaman bu kimi şəxslərdən pul alıb sonradan onların işini düzəldə bilmədikləri, aldıqları pulları isə digər borclu olduğu şəxslərin borcunu qaytarmağa sərf etdiklərinə görə həmin şəxslərin və o cümlədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 adlı qadının işlərində köməklik etmək üçün aldıqları pulları vaxtında qaytara bilməmişlər və buna görə də barələrində cinayət işi başlanmışdır. O, öz ailəsini dolandırmaq üçün bu yolla bir qədər pul qazanmaq istəmişlər və həmin əməllərinə görə peşmançılıq çəkir. Hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham, yəni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 2020-ci il yanvar ayının sonlarında Şahid3 ilə görüşərək güya sonuncunu Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirmək adı ilə Dövlət Neft Şirkətinin Maliyyə İdarəsinin rəisinə 10000 manat pulun rüşvət olaraq verilməsini bildirərək, hissə-hissə olmaqla 2020-ci ilin fevral ayında ondan cəmi 5500 manat məbləğində pulunu ələ keçirməkləri ilə bağlı özünü qismən təqsirli hesab edir. Bununla bağlı Rasimlə birlikdə Şahid3 aldadaraq onun cəmi 5500 manat pulunu ələ keçirdiklərini təsdiq edir. Lakin, onun özü və yaxud Təqsirləndirilən şəxs1 Şahid3 rüşvət verməyə təhrik etməmişlər və bununla bağlı özünü təqsirli hesab etmir. Bununla bağlı istintaq zamanı verdiyi ifadələrini tam təsdiq edir. Həmin hadisə ilə bağlı bildirmək istəyir ki, Şahid3 ilə o, təxminən 2020-ci ilin yanvar ayının sonlarında tanış olmuşdur. Belə ki, həmin ərəfədə tanışı Təqsirləndirilən şəxs1 ona Asəf adlı tanışının Oktay adlı tanışının “Sokar” da işə düzəlmək istədiyini, lakin müsabiqələrdən keçsə də, işə düzələ bilmədiyini ona demişdir. Rasim ona Oktay barədə dedikdə o, “Sokar” da işləyən İlqar Şərifov adlı tanışının Vüqar Şərifov adlı qardaşının “Sokar” da maliyyə şöbəsinin müdiri işlədiyini Rasimə bildirmişdir. Bundan sonra o, Rasimlə öz aralarında razılaşmışlar ki, Rasim onun nömrəsini Asəfə verərək onu X70 adı ilə təqdim etsin. Razılaşmaya uyğun olaraq onun guya “Sokar” da şöbə müdiri olan Vüqar Şərifov adlı şəxslə yaxın münasibəti olması, həmçinin Oktayı müəyyən pul müqabilində Vüqar müəllimin vasitəsilə həmin şirkətə işə düzəldə bilmək imkanına malik olması barədə Rasim Asəfə bildirmişdir. Həmin dövrdə maddi imkanalrı olmadığına görə tanışı Rasimə və onun özünə təcili pul lazım olduğu üçün Oktaydan işə düzəltmək adı ilə ala bildikləri qədər pulu alıb özlərinin ehtiyaclarına xərcləmək barədə razılığa gəlmişlər. Onu da bildirmək istəyir ki, onlar Oktaydan pulu sonuncunu işə düzəltmək adı ilə alsalar da, onu hər-hansı bir işə düzəltmək üçün imkanları olmamış və buna görə də Oktaya qarşı dələduzluq etiməkdə özünü təqsirli hesab edir. O zaman Rasim onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsini Asəfə verərək, onun adını X70 kimi təqdim etmişdir və Asəfə guya onun əvvəllər də kimisə “Sokar” da işə düzəltməsi barədə yalandan bildirmişdir. Rasim pulu şəxsən özü almamağı üçün bu işləri onun adı ilə həyata keçirmişdir. Onu da bildirmək istəyir ki, bununla bağlı hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmamaq üçün və Rasimin məsuliyyətdən kənarda qalması məqsədilə Oktayla pul söhbətlərini edərək pulu Oktaydan onun özü alsa da, sonra həmin pulu ikisinin arasında yarı böləcəkləri barədə razılaşmışlar. Həmçinin sonradan hüquq mühafizə orqanlarının onu tapa bilməməyi üçün adını da səhv təqdim eləmişlər. Onu da bildirmək istəyir ki, o zaman işlətdiyi ***-***-**-** mobil telefon nömrəsini təxminən iki il əvvələ qədər Faiq Ələkbərov adlı tanışı istifadə eləmişdir. Həmin nömrəni işlədən şəxsin adının Faiq olduğunu şəhərdə çox adamların bildiyinə görə, o da Rasimlə belə qərara gəlmişlər ki, adını Oktay və Asəfə Faiq kimi təqdim etsinlər. Sonradan müxtəlif proqramlarda həmin telefon nömrəsi yoxlanılsa da, həmin nömrənin istifadəçisinin adının Faiq olduğu görünmüşdür. Beləliklə, Oktay və Asəf onun adının Faiq olduğuna tam əmin olmuşlar. Amma ətrafında onu tanıyanlar hamısı onu Müşfiq kimi tanımış, heç biri Faiq adı ilə ona müraciət eləməmişlər. O isə Asəf və Oktaydan başqa heç kimə özünü Faiq adı ilə təqdim etməmişdir. Beləliklə, Rasim onun nömrəsini Asəfə verdikdən sonra Asəfin Oktay adlı tanışı ona zəng edərək Faiq müəllim kimi ona müraciət eləmişdir. O, Oktay adlı şəxsi bu işi müzakirə eləmək üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Kiyev” restoranına dəvət etmiş və bu danışıq barədə Rasimə məlumat verərək, Rasimlə birlikdə həmin şəxslə görüşə getməyi planlaşdırmışdır. Görüşə getməzdən əvvəl Rasimlə bir daha razılaşmışlar ki, Oktayla söhbəti onun özü aparacaq, Rasim də gözə gəlimli “Range Rover” markalı maşını və görüntü yarada bilən geyimi ilə onun yanında olacaqdır. Beləliklə, təxminən 2020-ci ilin yanvar ayının sonlarında o, Rasimlə birlikdə sonuncuya məxsus “Range Rover” markalı maşınla “Kiyev” restoranına getmiş və onları orada gözləyən Oktayla restoranın qarşısında görüşmüşlər. Onlar həmin restoranın kabinetlərinin birində əyləşib çay süfrəsi arxasında Oqtayın işi ilə bağlı söhbət etməyə başlamış, həmin söhbət zamanı o, Rasimi Oktaya öz dostu kimi təqdim eləmişdir. Orada Rasim çox az danışmış, bütün söhbəti demək olar ki, onun özü eləmiş, Rasim isə ancaq onun fikirlərini təsdiq etmişdir. Söhbət zamanı o, güya ki, “Sokar”ın maliyyə idarəsinin rəisi Vüqar Şərifovla qohumluq münasibətinin olduğunu, onu, yəni Oktayı “Sokar”da mühasib kimi işə düzəldə biləcəyini, bunun üçün 5000 manat pul verməsini bildirmişdir. Oktay bu məbləğlə razılaşaraq, pulu ancaq işə çıxdıqdan sonra verə biləcəyini demişdir. O, isə mart ayının əvvəllərinə kimi onun əmrini verdirəcəyinə söz vermiş və Oqtay da həmin əmrdən sonra pulu verəcəyini demişdir. O isə işə düzəlməsi üçün CV məlumatı hazırlayaraq və onlara təqdim etməsini Oktaya tapşıraraq ondan ayrılmışlar. Səhəri gün Oktay ona zəng edərək CV-nin hazır olduğunu demiş, o da CV-ni elə həmin «Kiyev» restoranına verməsini Oktaya tapşırmış, sonuncu da həmin CV ni deyilən ünvana qoyandan sonra Rasim bu sənədi götürüb maşınına qoymuşdur. Onu da bildirmək istəyir ki, o zaman Oktayın əvvəlcədən pul vermək istəmədiyini görüb Oktaya yalandan guya işini düzəltmək üçün bazar günü Vüqar Şərifova bağda görüşərək vermək adı ilə Oktaydan 5000 manat pulu almaq barədə Rasimlə aralarında razılaşmışlar. Belə ki, Oktayla ilk görüşdən təxminən bir həftə sonra o, Oktayla telefon danışığında bazar günü axşam bağda X39 işi üçün görüşəcəyini və bu səbəbdən də həmin görüşdə 5000 manat pulu Vüqar Şərifova verməli olduğunu yalandan Oktaya demişdir. Oktay isə pulu iş düzələndən sonra verməyi barədə razılaşdıqlarını ona demişdir. O isə pulu güya ki, məhz bağdakı məclisdə Vüqar müəllimə verməyinin vacib olduğuna Oktayı inandırmış və sonuncu ona pulu qabaqcadan verməyə razı olmuşdur. Bu barədə o, Rasimə məlumat verərək, Oktaydan pulu götürməyə birlikdə getməyi Rasimlə razılaşmışlar. Oktay ona zəng edib pulun hazır olduğunu dedikdən sonra o, 2020-ci ilin fevral ayının 5-də Rasimlə brilikdə sonuncunun idarə elədiyi “Range Rover” markalı avtomaşında Bakı şəhərində Nərimanov rayonu ərazisində metronun «N.Nərimanov» stansiyasının yaxınlığında yerləşən “MC Donalds” restoranının qarşısında Oktayla görüşə getmişlər. Orada onun özü maşından düşüb yolu keçərək Oktayla görüşmüş və sonuncudan 5000 manatı alıb Rasimin maşınına geri qayıtmışdır. O, maşına oturan kimi aldığı 5000 manatı pulu Rasimlə yarı bölmüşdür. Belə ki, ikisinin başqa bir şəxsə 2500 manat ortaq borcu olduğu üçün dərhal həmin puldan 2500 manatını ümumi borclarına verərək, qalan 2500 manatı da yenə yarı bölərək öz ehtiyaclarına xərcləmişlər. Səhəri gün o, Rasimlə razılaşdıraraq Faiqə yenidən zəng edərək 5000 manatı verdiyini, amma guya əlavə olaraq bu işin düzəlməsi üçün əlavə 5000 manat pul lazım olduğunu, hətta guya həmin pulu cibindən verdiyini Oktaya bildirmişdir. Oktay isə əmri verilən kimi həmin 5000 manat pulu da ona verəcəyinə söz vermişdir. Bu cür razılaşsalar da sonradan Oktay işin əslini anlayandan sonra Oktaydan əlavə 5000 manat pulu ala bilməmişlər. Onu da bildirmək istəyir ki, təxminən 2020-ci il fevral ayının ortalarında o, cibində pulu olmadığı üçün Oktaya zəng edib bir bəhanə ilə sonuncudan 500 manat pul almağı qərara almışdır. Buna görə də Oktaya zəng edib yalandan işi ilə bağlı guya Vüqar müəllimlə görüşə gedəcəyini və bu görüşdə Vüqar müəllimə onun işi üçün hədiyyə olaraq qızıl qələm almaq istədiyini, buna görə də bu adla Oktaydan əlavə olaraq 500 manat pul istəmişdir. Həmin günü axşam saat 18 radələrində o, Oktayla Nizami rayonu ərazisində yerləşən, «Koroğlu» metrostansiyasının qarşısında görüşərək 500 manat pulu almışdır. Lakin, tanışı Rasimin onun Oktaydan əlavə olaraq 500 manat pul almasından o zaman məlumatı olmamış və bu barədə ona yalnız sonradan məlumat vermişdir. Həmin pulları alandan bir müddət sonra Oktay ona zənglər edəndə o, işinin düzəlməməyinə görə müxtəlif bəhanələr gətirərək Oktaydan qaçmağa başlamışdır. Oktayın işinin düzəlməsi ilə bağlı isə hər hansı bir iş görməmiş və buna imkanı da olmamışdır. O zaman o, Vüqar Şərifovun qardaşı İlqarın rəhmətə getdiyi xəbərini internetdə görmüş və bu bəhanə ilə işi bir neçə gün yubatmağı qərara almışdır. Buna görə də Oktayla bağlı Asəf ona zəng edib Oktayın pulunu qaytarmaq lazım olduğunu dedikdə o, Oktayın pulunu qaytaracağını Asəfə desə də, sonra başqa bir işlə bağlı tutulduğu üçün həmin pulu geri qaytara bilməmişdir. Daha sonra Oktay hüquq mühafizə orqanlarına şikayət eləməyə başladığına görə o, Rasimlə birlikdə Oktayın pulunu qaytarmaq qərarına gəlmişlər. Çünki Rasim də bununla bağlı artıq polisdə izahat vermiş və polis onu da axtarmağa başlamışdır. O da Oktayı və Asəfi pulu ödəyəcəyinə inandırmağa çalışsa da, tutulduğuna görə pulu ödəyə bilməmişdir. Son nəticədə başqa bir işlə bağlı onun özü 2020-ci ilin fevral ayında həbs olunmuş və hal-hazırki vaxta qədər həbsdə saxlanıldığına görə Oktaydan aldığı pullardan hər-hansı məbləğdə pulu ona qaytara bilməmişdir. Tutduğu həmin əmələ görə peşmançılıq çəkir. Onun özü 2000-2002ci illərdə Nərimanov rayon Polis idarəsində polis nəfəri kimi xidmət etmiş, lakin sonra xəstəliyi ilə əlaqədar təqaüdə çıxmışdır. Onun özü və yaxud Təqsirləndirilən şəxs1 özlərini Şahid3 polis işçisi kimi heç vaxt təqdim etməmişlər. Onu da bildirmək istəyir ki, bütün yaxın tanışları onu Müşfiq adı ilə tanımışlar. Təqsirləndirilən şəxs1la tanışlığı zamanı ona özünü Rizvan adı ilə heç vaxt təqdim etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 işləri ilə bağlı onlara qarşı dələduzluq cinayəti törətdiklərinə görə onun özü 2021-ci ilin may ayında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən əvvəlki məhkumluğu nəzərə alınmaqla ona qəti olaraq 3 il 06 ay müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilmişdir. Həmin hadisələrlə bağlı bildirmək istəyir ki, təxminən 2018-ci ilin iyun ayında tanışı Təqsirləndirilən şəxs1 ona müraciət edərək bir nəfər qızın xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınmasında köməklik etmək lazım olmasını ona demişdir. O zaman Rasim ondan bu işi görə bilən tanışınının olubolmamasını ondan soruşmuş, o isə belə bir tanışının olmadığını Rasimə bildirmişdir. Daha sonra Rasimlə öz aralarında razılaşaraq güya bu işi düzəltmək adı ilə Rasimin tanışı Novruz adlı şəxsdən 5000 manat pul istəmişlər. Onu da bildirmək istəyir ki, həmin pulu Noruz adlı şəxsdən onun özü deyil, Rasim özü götürmüşdür. Belə ki, o zaman Rasimin idarə etdiyi avtomaşında Bakı şəhəri «Elmlər Akademiyası» metrosunun yanına gedərək orada Rasimin tanışı olan sonradan familyasını bildiyi Şahid10la görüşmüşlər. Həmin vaxt Rasim həmin görüşə onunla birgə getsə də, Novruz gəlib avtomaşına əyləşəndən sonra Rasim ona avtomaşından düşməyini və Novruzla özü danışacağını ona demişdir. Novruzla Rasim öz aralarında söhbət etdikdən sonra o, yenidən Rasimin idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Rasim Novruz adlı şəxsin tanışı olan Zərərçəkmiş şəxs3 qızının xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və ona şəhadətnamənin verilməsi üçün Rasim Novruzdan 5000 manat pul almış və üç ay ərzində həmin məsələni həll edəcəyini bildirmişdir. Novruz adlı şəxs çıxıb getdikdən sonra isə Rasim Novruzdan aldığı 5000 manat puldan cəmi 500 manat pulu ona vermiş və üç ay müddətində şəhadətnaməni verə bilməyəcəkləri təqdirdə 5000 manat pulu Novruza qaytaracaqlarını ona bildirmişdir. Lakin, həmin müddət tamam olduqdan sonra şəhadətnaməni verə bilmədiyi üçün Novruz bir neçə dəfə Rasimə zəng edərək pulu geri qaytarmasını tələb etmişdir. Rasim isə hər dəfə müxtəlif bəhanələr gətirib vaxt qazanmağa çalışmış, buna görədə onun istifadəsində olan mobil telefon nömrəsini Novruza vermişdir. Onu da bildirmək istəyir ki, o zaman Rasim özü onu Novruz adlı şəxsə Rizvan adi ilə təqdim etmiş və güya ki, onun Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Həmçinin Rasim ona Zərərçəkmiş şəxs3 ona zəng edəcəyini və həmin qadına müxtəlif yalan danışaraq vaxt qazanmaq lazım olmasını demişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs3 və sonuncunun qızı Nuranə dəfələrlə ona zəng edərək ödənilmiş pulu geri qaytarmağını demişlər. O isə həmin telefon danışıqlarında onları müxtəlif bəhanələrlə aldadıb özləri üçün vaxt qazanmışdır. 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs3 ona növbəti dəfə zəng edərək şəhadətnamənin verilməsini, əks halda ödədiyi 5000 manatın geri qaytarılmasını tələb etmişdir. O isə Lətifə adlı qadını aldadaraq ona şəhadətnamə hazır olduğunu, lakin verilməsi üçün əlavə 1000 manat pul tələb olunduğunu bildirmişdir. Lətifə isə cəmi 500 manat pulunun olduğunu və həmin məbləği ödəyəcəyini bildirmişdir. Bundan sonra o, xatırlamadığı tarixdə Rasimlə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs3 yaşadığı məhəlləyə gedərək 500 manat pulu ondan götürmüşdür. Zərərçəkmiş şəxs3 həmin pulu götürdükdən sonra isə həmin məhəllənin yuxarısında onu gözləyən Rasimlə görüşmüş və əldə etdiyi 500 manat pulun 250 manat hissəsini ona vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 alınmış pullardan onun özünə cəmi 750 manat pul çatmışdır. 2018-ci ilin iyun ayının sonunda Bakı şəhəri, «Elmlər Akademiyası» metrosunun qarşısında tanışı Təqsirləndirilən şəxs1la sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobildə Novruz adlı şəxslə oturub birlikdə söhbət edən zaman Novruz 5000 manat pulu, həmçinin Azərbaycan Respublikasında tanınmalı olan diplomun surətini və həmin diplomun sahibinin şəxsiyyət vəsiqəsinin surətini onun özünə deyil, Rasimə vermişdir. Rasim həmin pulu və sənədləri götürdüyükdən sonra üç ay ərzində həmin məsələni həll edəcəyini Novruza bildirmişdir. Güya ki, həmin vaxt 5000 manat pulu və sənədləri Novruz adlı şəxsdən onun özü götürdüyü və bu məsələni özü həll edəcəyini bildirdiyi barədə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmir. Yuxarıda qeyd etdiyi kimi, həmin 5000 manat pulu və sənədləri Novruz adlı şəxsdən Rasim özü götürmüşdür və həmin puldan ona cəmi beş yüz manat pul vermişdir. Zərərçəkmiş şəxs2 işində köməklik edilməsi ilə bağlı bildirmək istəyir ki, təxmtinən 2018-ci ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs1 ona Qadir adlı bir tanışının olmasını və sonuncunun oğlunun məhkəmədə işinin yüngülləşdirilməsi üçün Qadirdən 5400 manat pul almalı olmasını ona demişdir. Bundan sonra Rasim onu Qadir ilə tanış etmişdir. Daha sonra isə Rasim ona həmin Qadir adlı şəxslə görüşərək ona çatmalı olan pulu Qadirdən özü götürməsini ondan xahiş etmişdir. Buna görə də o, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2lə telefon əlaqəsi saxlayıb onunla Bakı şəhərində muxtəlif yerlərdə görüşərək ondan hissə-hissə olmaqla cəmi 5400 manat pul götürmüşdür. Sonra isə həmin pulun 2700 manat hissəsini Rasimə vermişdir. O zaman onun özünün Rasimə 3000 manat pul borcu olmuş və buna görə də özünə qalan 2700 manat pulu da borcuna görə Rasimə vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 almış olduğu 5400 manat pulu Rasimlə öz aralarında bölüşmüşlər. Onun özü Zərərçəkmiş şəxs2 onun oğlunun işində köməklik edəcəyini söz verməmişdir. Onun Zərərçəkmiş şəxs2 cəmi 5400 manat pul alması barədə tanışı Rasimin məlumatı olmuşdur. Zərərçəkmiş şəxs2 və digər şəxslərdən o zaman maddi imkanı olmadığına görə pul almışdır və həmin əməllərinə görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, digər şəxslərə qarşı da dələduzluq cinayət əməlini törətdiyinə görə onun özü 2020-ci ilin oktyabr ayında həbs olunmuş, halhazırki vaxta qədər həbsdə saxlanıldığı və ailə vəziyyəti ağır olduğuna görə də həmin şəxslərdən aldığı pulları onlara ödəyə bilməmişdir. Bir daha bildirir ki, iş Şahid3 Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirmək adı ilə tanışı Rasimlə birlikdə ona aldadaraq onun cəmi 5500 manat məbləğində pulunu ələ keçirməklə bağlı özünü təqsirli hesab edir. Lakin, Şahid3 rüşvət verməyə təhrik etməmiş və bununla bağlı özünü Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli hesab etmir. Şahid3 dəymiş maddi ziyanın aradan qaldırıldığını, həmçininq ailə vəziyyətini, yəni həyat yoldaşının evdar qadın olmaqla ailəsinin qazanc yeri olmadığını, özünün ikinci qrup əlil olmaqla kəskin miakart infarkt və şəkərli diabet xəstəliklərindən əziyyət çəkdtiyini, ailəsini əlilliyə görə aldığı pensiya ilə dolandığını nəzərə alaraq onun barəsində mümkün qədər yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, onunla münasibəti həmişə yaxşı olmuş və hal-hazırda da münasibətləri normaldır. Digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3la isə onun heç bir münasibəti olmamışdır. Onun özü uzun müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla orada taksi sürücüsü kimi işləmiş, 2015-ci ildə isə ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək avtomaşın, torpaq, evlərin alqı-satqısı işləri ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs1la o, təxminən 2018-ci ildə Bakı şəhərində ümumi dostlarının vasitəsi ilə tanış olmuşdur. Rasimin də daimi iş yeri olmamış və onun kimi evlərin alqı-satqısı işləri ilə məşğul olmuşdur. Tanışlıqdan sonra Rasimlə onun arasında dostluq münasibəti yaranmış və arada görüşərək əlaqə saxlamışlar. Təxminən 2020-ci ilin yay aylarında növbəti görüşlərinin birində Rasimin ona Həsən adlı dostunun Şahid2 adlı qohumunun Dövlət Neft Şirkətinin Binəqədi Neft-Qaz çıxarma idarəsində mədən müdiri vəzifəsinə işə düzəltmək istədiyini və əgər alınarsa onlara pul verə biləcəklərini demişdir. Həmin dövrdə onun özünün də həmin vaxt pula ehtiyacı olduğuna görə Azər adlı şəxsi aldadaraq guya həmin onu mədən müdiri vəzifəsinə təyin etdirəcəklərinə söz verərək ondan pul alaraq öz ehtiyaclarına xərəcləmək və sonra imkanları olanda isə pulu qaytarmaq barədə Rasimlə öz aralarında razılaşmışlar. Bundan sonra Rasim onu öz tanışı Həsənlə görüşdürüb tanış etmiş və aralarında olmuş söhbət əsnasında o, Rasimlə birlikdə Həsənə yalandan guya ki, Dövlət Neft Şirkətinin rəhbər vəzifədə çalışan tanışları vasitəsilə Azər adlı şəxsi mədən müdiri vəzifəsinə təyin etdirə biləcəklərini Həsənə bildirmişlər. Əslində isə nə Rasimin nə də ki, onun özünün həmin Azər adlı şəxsi hər hansı vəzifəyə təyin etdirmək imkanları olmamışdır. Sadəcə olaraq həmin vaxtı pula ehtiyacları olduğu üçün Həsəni və Azəri inandırıb Azərin əlində olan pulu ələ keçirmək üçün belə bir yalan vədlər vermişlər. Həmin söhbətdən bir neçə gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında o, Sərdarla birlikdə Həsənlə görüşüb söhbət etmişlər. Söhbət zamanı onlar Həsənə bu işi guya ki, Azər adlı şəxsin Dövlət Neft Şirkətində mədən müdiri vəzifəsinə təyin olunması üçün 15000 pul verməli olduğunu bildirmişlər. Həsən adlı şəxs isə bununla bağlı öz qohumu Azər adlı şəxslə məsləhətləşəcəyini və onlara xəbər verəcəyini demişdir. Bundan bir neçə gün sonra Həsən onlara Azərin həmin məbləğdə pul verməyə imkanı olmadığını, lakin 10000 manat pul verə biləcəyini onlara demişdir. Bü yolla onları aldadaraq həmin pulu almaq istədiklərinə görə həmin məbləğlə razılaşmışlar. Bundan sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında Rasimlə birlikdə sonuncunun tanışı Həsənlə görüşərək Azər adlı şəxsin özü ilə görüşmək üçün Bakı şəhəri Xəzər rayonu ərazisində olan “Bakı Olimpiya Stadionu”nun yanına getmişlər. Orada əvvəllər tanımadığı həmin Şahid2 adlı şəxslə tanış olmuşlar. Orada öz aralarında olan söhbət zamanı Rasimlə birlikdə Azərə 10000 manat pulun vəzifəli tanışlarına verilməsi müqabilində on gün ərzində onu işlədiyi yerdə vəzifədə irəli çəkərək, mədən müdiri vəzifəsinə təyin etdirəcəklərini və bunun üçün guya Dövlət Neft Şirkətinin rəhbərliyinə müvafiq xahiş ediləcəyini demişlər. Azər onların sözlərinə inanaraq o zaman özü ilə gətirdiyi 10000 manat pulu Həsənə vermiş və Həsən də həmin pulu onun yanında Rasimə vermişdir. Şahid2 isə pulu verdikdən sonra çıxıb getmişdir. Həsən də onların yanından çıxıb getdikdən sonra Şahid2 aldıqları 10000 manat pulu Rasimlə öz aralarında bərabər bölərək, hər biri 5000 manat pul götürmüşlər. Lakin, Şahid2 hər-hansı bir vəzifəyə təyin etdirmək üçün onların elə bir tanışları olmadığına görə götürdükləri pulları öz ehtiyaclarına xərcləmişlər. Vəd etdikləri müddət bitdikdən sonra, yəni təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Azərin işini həll etmədiklərinə görə Həsənin pulu geri istədiyini Rasim ona bildirmiş və onlar həmin pulu qaytarmağa çalışmışlar. Bundan sonra, yəni 2020-ci ilin ortalarında onun özü cəmi 2000 manat pul toplayaraq Həsənə çatdırmaq üçün Rasimə vermiş, qalan 3000 manat pulu isə yaxın vaxt ərzində qaytaracağını Rasimə bildirmişdir. O zaman Rasim də Həsənə pul qaytardığını ona bildirmişdir. Onu da bildirmək istəyir ki, qədər borclu qaldığı 3000 manat pulu da o, hal-hazırki vaxta qədər hissə-hissə olmaqla Azərə qaytarmışdır və baş vermiş hadisə ilə bağlı ona üzürxaqlıq etmişdir. Həmçinin tanışı Rasim də Azərə olan borcunu tam olaraq qaytarmışdır. Şahid2 onu yüksək vəzifəyə təyin etdirəcəkləri adı ilə aldadaraq onun pulunu bu yolla ələ keçirdiklərinə görə peşmançılıq çəkir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni öz tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 Çin Xalq Respublikasından gətirdiyi qızdırıcı radiatorların daha aşağı qymətlə gömrük rəsmiləşdirilməsində ona köməklik edəcəklərini bildirərək, ondan 2020-ci ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinin yaxınlığında 20380 manat pul almaları ilə bağlı özünü qismən təqsirli bilir. Bununla bağlı onu bildirmək istəyir ki, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 ona bir nəfər Rəsul adlı tanışının Çin Xalq Respublikasından kombi qızdırıcılarını gətirmək istədiyini və bununla bağlı həmin yükün gömrük rəsmiləşdirilməsindən mümkün qədər ucuz qiymətə keçirilməsində köməklik etmək lazım olduğunu ona bildirmişdir. Onu da bildirmək istəyir ki, Rasim onun Valeh adlı dostunun Dövlət Gömrük Komitəsində işlədiyi barədə məlumatlı olmuşdur və həmin məsələnin həll etmək mümkün olubolmadığını ondan soruşmuşdur. O isə bu işlə maraqlanacağını demişdir. Bundan bir neçə gün sonra o, Rasimlə birlikdə sonuncunun tanışı Rəsul adlı şəxs və həmçinin Dövlət Gömrük Komitəsində işləyən dostu Valeh ilə birlikdə Bakı şəhəri metronun “Gənclik” stansiyasının yaxınlığında olan “Dədə Qorqud” parkında görüşərək birlikdə söhbət etmişlər. Həmin söhbət zamanı Rəsulun ona məxsus kombi qızdırıcılarının gömrük rəsmiləşdirilməsini ucuz qiymətə həll etməsində köməklik göstərməyi xahiş etmiş, dostu Valehin isə həmin malları 30000 manat depozit ödəmək şərti ilə rəsmi rüsumun 50 faizi həddində rəsmiləşdirə biləcəyini, əgər bu şərtlə razı olarsa ona xəbər verməsini Rəsula demişdir. Rəsul da məsləhətləşib əlaqə saxlayacağını demişdir. Bundan bir neçə gün sonra ona onun özü Valehlə yenidən əlaqə saxlayaraq bü işlə bağlı mümkün qədər köməklik etməsini xahiş etmişdir. Valeh isə ona Rəsula məxsus həmin malları 27000 manata rəsmiləşdirə biləcəyini və bundan aşağı qiymətə mümkün olmadığını demişdir. O isə bu barədə Rasimə məlumat vermişdir. Rasim isə tanışı Rəsulun 27000 manat məbləğə razı olmayacağını və Rəsul üçün cəzb edici bir qiymət demək lazım olmasını ona demişdir. Bununla bağlı Rasimlə öz aralarında söhbət edərək, Rəsula yalandan həmin malları guya onun dostu Valehin vasitəsilə 20000 manata rəsmiləşdirəcəklərini vəd verərək, həmin məbləğdə pulu Rəsuldan alaraq öz aralarında bölməyə razılaşmışlar. Belə ki, həmin dövrdə onun özünün və həmçinin Rasimin də pula ehtiyacları olduğuna görə həmin pulu bu adla almaq barədə razılaşmışlar. Əslində isə onun özünün və yaxud Rasimin həmin yükün, yəni kombi qızdırıcılarının gömrük rəsmiləşdirilməsinin 20000 manata mümkün olmadığını bilmişlər. Həmçinin bununla bağlı dostu Valehdən bir daha maraqlandıqda, sonuncu ona həmin qiymətə gömrük rəsmiləşdirilməsinin mümükün olmadığını ona bildirmişdir. Lakin, onlar belə qərara gəlmişlər ki, həmin pulu Rasimdən alıb öz aralarında bölsünlər və maddi vəziyətləri düzələndən sonra isə həmin pulu qaytarsınlar. Bundan bir müddət sonra, yəni 2020-ci ilin avqust ayında Rasimlə birlikdə növbəti dəfə metronun “Nərimanov” stansiyasının yaxınlığında Rəsulla görüşmüşlər və həmin görüşə Rəsul Rasimin də tanışı olan Zaur adlı şəxslə birlikdə getmişlər. Görüş zamanı Rəsul artıq mallarının Çindən yola çıxaraq yolda olduğunu onlara bildirmiş və həmin malların rəsmiləşdirilməsində nə köməklik edə biləcəkləri barədə bir daha onlardan soruşmuşdur. Həmin vaxt o, Rasimlə birlikdə Rəsula yalandan 20000 manat müqabilində həmin malları Valehin vasitəsilə gömrükdən rəsmiləşdirərək çıxardacaqlarını vəd etmişlər. Rəsul da əvvəllər Valehi onların yanında gördüyü üçün onların dediklərinə inanaraq onlarla razılaşmışdır. Əslində isə dostu Valehin onların həmin qiymətə gömrük rəsmiləşdirilməsini vəd etdikləri barədə məlumatı olmamışdır. Həmin söhbətdən sonra o, alqı-satqı işi ilə məşğul olan Cabir adlı tanışına məxsus şirkətin adını və rekvizitlərini malları adına vurmaq üçün Rəsula göndərmişdir. Bunu o, Rəsulun onların dediklərinə inandırmaq üçün etmişdir. Bundan sonra avqust ayının ortalarında Rəsulun dostu Zaurun ona zəng edərək malın artıq gəldiyini və hazırda Bakı Baş Gömrük idarəsinin “İpək yolu” terminalında olduğunu bildirmişdir. O isə Zaura Cəmil adlı şəxsin yaxınlaşıb guya gömrük rəsmiləşdirilməsi üçün tələb olunan pulu, yəni 20000 manatı ondan təhvil alacağını demişdir. Onu da bildirmək istəyir ki, Cəmil onun tanışı olduğu üçün ondan bir nəfərdən pul götürüb ona çatdırmasını xahiş etmişdir. Lakin, tanışı Cəmilin həmin pulun nəyə görə alındığı və onların əsl məqsədləri barədə xəbəri olmamış, sadəcə olaraq onun pul götürmək barədə xahişini yerinə yetirmişdir. Bundan sonra onun tanışı Cəmil onun xahişi ilə Zaur adlı şəxslə Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük idarəsinin qarşısında görüşərək 20380 manat pulu alaraq ona metronun “Nərimanov” stansiyasının yaxınlığında təhvil vermişdir. Onu da bildirmək istəyir ki, o zaman əvvəlcə Rəsulla 20000 manat verməsi barədə razılaşsa da, sonra ona yük terminalının da əlavə xərci adı altında Rəsuldan 380 manat da pul istəmişdir. Buna görə də Cəmil Rəsulgildən 20380 manat pulu onun xahişi əsasında götürərək idarə etdiyi “BMW” markalı avtomobildə metronun “Nərimanov” stansiyasının yaxınlığına gəlmişdir. Orada o, Rasimlə birlikdə Cəmili qarşılamış və Cəmilin Rasimin yanında ona 20380 manatı verib çıxıb getmişdir. O da Cəmildən aldığı 20380 manat puldan 6000 manat pulu Rasimə vermişdir. Qalan 14380 manat pulu isə öz borclarına və digər ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra Rəsul və Zaur dəfələrlə ona zəng edərək verdikləri pulu geri qaytarmağını tələb etmişlər. O isə pulu xərclədiyinə görə ona vaxt verilməsini və bir aya kimi həmin pulu qaytaracağına söz vermişdir. Sonrakı dövrdə onun özü və Rasim Rəsuldan aldıqları pulları hissə-hissə olmaqla qismən ona qaytarmışlar. Tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 gömrük rəsmiləşdirilməsində ona köməklik edəcəklərini adı ilə aldadaraq onun pulunu ələ keçirməkdə özünü tam təqsirli bilir və törətdiyi həmin əmələ görə peşmançılıq çəkir. Dövlət Neft Şirkətində onun heç bir qohumu və yaxud tanışı işləmir. Öz tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid2 aldadaraq onu Dövlət Neft Şirkətinin Binəqədi Neft-Qaz çıxarma idarəsində mədən müdiri vəzifəsinə təyin etdiricəkləri və bunun üçün güya həmin şirkətdə rəhbər vəzifədə çalışan tanışlarına pul vermək lazım olmasını bildirdiklərini bir daha təsdiq edir. Bu kimi hərəkətləri ilə Şahid2 rüşvət verməyə təhrik etmələri ilə bağlı özünü təqsirli hesab edir. Yuxarıda qeyd etdiyi kimi Şahid2la görüşüb söhbət edən zaman sonuncu özü ilə gətirdiyi 10000 manat pulu öz qohumu Həsənə vermişdir. Həsən də həmin pulu Pasimə vermişdir. Həmin şəxslər çıxıb getdikdən sonra isə Təqsirləndirilən şəxs1 həmin puldan 5000 manatı pulu ona vermişdir. Tanışı Təqsirləndirilən şəxs1 Şahid1 adlı şəxsdən sonuncunun oğlunun barəsində məhkəmədə baxılmış cinayət işi üzrə köməklik eədəcəyi adı ilə aldadaraq 14000 manat məbləğində pulunu ələ keçirdiyi, həmçinin Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 adlı şəxsi aldadaraq sonuncunun oğlunun barəsində məhkəmədə baxılmış cinayət işi üzrə cəzasını yüngülləşdirmək adı 5400 manat məbləğində pulunu ələ keçirdikləri, həmçinin Zərərçəkmiş şəxs3 adlı qadının qızının xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması adı ilə aldadaraq onun 5500 manat məbləğində pulunu ələ keçirdikləri, bundan başqa Təqsirləndirilən şəxs3 ilə birlikdə Şahid3 adlı şəxsi Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirəcəkləri adı ilə onun 5500 manat məbləğində pulunu ələ keçirdikləri barədə onun özünün heç bir məlumatı olmamışdır. Həmin şəxslərlə onun özünün heç bir tanışlığı olmamış və bu barədə yalnız istintaq zamanı eşidib bilmişdir. Yuxarıda qeyd etdiyi kimi, tanışı Təqsirləndirilən şəxs1 xahişi ilə onun özü yalnız Şahid2 güya ki, Dövlət Neft Şirkətinin xətti ilə daha yüksçək vəzifəyə təyin ediləcəyi adı ilə, həmçinin Təqsirləndirilən şəxs1 xahişi ilə onun özü əvvəllər tanımadığı X57 Xalq Respublikasından gətirdiyi kombi qızdırıcılarının gömrük rəsmiləşdirilməsi daha ucuz qiymətə etdirəcəkləri adı ilə aldadaraq onun 20380 manat məbləğində pulunun ələ keçrilməsində iştirak etmişdir və bununla bağlı özünü təqsirli bilir. Həmin əməllərinə görə peşmançılıq çəkir. Bir daha bildirir ki, öz tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 aldadaraq onun Çin Xalq Respublikasından gətirdiyi kombi qızdırıcılarının gömrük rəsmiləşdirilməsindən daha ucuz qiymətə rəsmiləşdirəcəkləri adı ilə aldadaraq onun 20380 manat məbləğində pulunun ələ keçirdikləri və həmçinin Şahid2 də aldadaraq onu Dövlət Neft Şirkətinin Binəqədi Neft-Qaz çıxarma idarəsində mədən müdiri vəzifəsinə təyin etdiricəkləri adı ilə aldadaraq onun 10000 manat pulunu ələ keçirməklə bağlı öznü təqsirli hesab edir. Həmin cinayət əməllərini o zaman maddi vəziyyəti ağır olduğuna görə yaxın tanışı Təqsirləndirilən şəxs1 xahişi ilə etmişdir və bununla bağlı peşmançılıq çəkir. Onu da bildtirmək istəyir ki, hal-hazırki vaxta onun özü Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1və və Şahid2 dəymiş maddi ziyanı tam ödəmişlər və onlarla barışıq əldə etmişlər. Himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını və ailəsinə qazanc gətirə bilən yeganə şəxs olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə tlə bağlı olmayan qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunmaqla onlara aid epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı qarşılıqlı ziddiyətli qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, telefon danışıqlarına dair məlumatlar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş dindirilimiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. İş üzrə Təqsirləndirilən şəxs1 bir həmyerli kimi, yəni Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini kimi uzun müddətdir ki, tanıyır, onunla münasibətləri həmişə yaxşu olmuş və hal-hazırda da münasibətləri yaxşıdır. Digər Təqsirləndirilən şəxs3 ilə isə sonradan Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamış və həmin şəxslə heç bir ünsiyyəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 13 avqust 2018-ci il tarixdə öz oğlu X41 Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə aparılan cinapyət işi üzrə həbs olunmuş və sonradan həmin iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X62 barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməzdən qabaq çalışmışdır ki, həmin məhkəmədə oğlunun cəzasını yüngülləşdirsin və azadlığa buraxılsın. Buna görə də uzun illərdir tanıdığı və həmkəndlisi olan Təqsirləndirilən şəxs1 köməklik istəmişdir. Bundan sonra 2018-ci ilin sentyabr ayının əvvəllərində Rasim onu Təqsirləndirilən şəxs3 ilə tanış etmiş və həmçinin Müşfiqin əlaqələrinin geniş olduğunu və bu işdə ona köməklik edəcəyini bildirmişdir. O zaman o, Rasim və Müşfiq ilə bir yerdə oturub söhbət etmiş və o, oğlunun tutulma səbəbləri barədə Müşfiqə məlumat vermişdir. Müşfiq isə məhkəmədə oğlunun işini yüngülləşdirib şərti qaydada azadlığa buraxılmasını təşkil edəcəyini bildirmişdir. Bunun müqabilində Müşfiq ona 5000 manat pul verməli olmasını və pulu sabahısı gün ona çatdırmağını demişdir. O, Müşfiqin təklifi ilə lə razılaşmışdır. Lakin, növbəti gün onu tapıb pulu verə bilməmişdir. Bundan bir neçə gün sonra, yəni 2018-ci ilin sentyabr ayının 15-də o, yenidən öz istifadəsində olan mobil telefonundan Müşfiqin istifadəsində olmaqla hazırda xatırlamadığı "xxxx" nömrəsinə zəng edərək oğlunun işi ilə bağlı ona köməklik etməyini bir daha xahiş etmişdir. Müşfiq ona ilkin olaraq 3000 manat pul verməyini və oğlunun işini yüngülləşdirib onu azadlığa çıxardacağını bildirmişdir. Bunun sabahısı gün, yəni 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Saatlı» binanın yanında o, Müşviqlə görüşərək 3000 manat pulu ona vermişdir. Sonradan Müşfiq oğlunun işini məhkəmədə danışdığını bildirərək, əlavə olaraq 2400 manat pul məhkəməyə vercəyi, 400 manat isə ekspertiza xərci adı ilə ondan pul istəmişdir. Buna görə də o, 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Bizim market» adlanan mağazanın yanında Müşfiqlə görüşərək 1400 manat pulu ona vermiş, Müşfiq isə yaxın vaxtda oğlunu azadlığa çıxardacağını ona demişdir. Bundan sonra Müşviq yenə pul lazım olmasını ona demiş və 29 noyabr 2018-ci il tarixdə saat 20-30 radələrində Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesində o Müşviqlə görüşərək əlavə olaraq 1000 manat pulu da ona vermişdir. Müşviq yenə də ona söz vermişdir ki, oğlunu tez bir vaxtda azadlığa çıxardacaqdır. Beləliklə, həmin vaxta qədər o, ümumilikdə Müşfiqə 5400 manat pul vermişdir. Lakin, 2018-ci ilin dekabr ayının 24-də oğlu Elnurun azadlığa buraxılmadığı və onun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini bildikdən sonra o, Müşfiqin onu aldadaraq ona verdiyi 5400 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Həmin məhkəmə prosesindən sonra Müşfiqlə əlaqə saxlayan zaman sonuncu yenə onu aldadaraq oğlunun işini sonra düzüb-qoşacağını ona bildirmişdir. Lakin, sonrakı dövrdə o, Müşfiqə dəfələrlə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə də öz həmyerlisi Rasimə zəng edərək Müşfiqin onu aldatdığını və zənglərinə cavab vermədiyini bildirmişdir. Rasim isə yaxın vaxtda onun pullarını qaytarılacağını ona bildirmişdir. Hal-hazırki vaxta qədər ona dəymiş maddi ziyan ödənilmişdir və buna görə işlə bağlı şikayəti yoxdur. Müşviq Mehdixanovun onu aldadaraq aldığı puldan Rasimə veribvermədiyi barədə onun özünün heç bir məlumatı yoxdur. Həmyerlisi Rasim onu Müşviqlə tanış edən zaman sonuncunun geniş əlaqələri olan bir şəxs kimi təqdim etmişdir və onun oğlunun azadlığa buraxılmasına köməklik edə biləcək şəxs olmasını ona bildirmişdir. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxta qədər ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də iş üzrə iddia tələbi yoxdur. Onun öz həmyerlisi Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 isə ədalətli cəza təyin edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs3 Bahdur qızı ifadəsində göstərmişdir ki, o, öz ailə üzvüləri ilə birlikdə Bərdə şəhərində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış və həmin şəxslərlə öz qızının işi ilə bağlı sonradan tanış oluşdur. Digər Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamış və onunla heç bir ünsiyyəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, öz qızı X25 1998-ci ildə Rustya Federasiyası Rostov şəhərində özü adını bilmədiyi fakültədə ali təhsil almışdır. Onlar qızının həmin diplomunu Azərbaycan Respublikasında tanıtmaq istədikləri üçün 2018-ci ilin iyun ayın 08-də qızı X10 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamənin verilməsi üçün Bakı şəhərində yaşayan Novruz adlı tanışının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kömək istəmişdir. Bir müddət sonra Novruz onunla telefon əlaqəsi yaradaraq qeyd edilən diplomun tanınması və şəhadətnamənin verilməsi üçün 5000 manat pul tələb olunduğunu ona bildirmişdir. Buna görə d o, Novruzla razılaşaraq qızı Nuranəyə məxsus diplomunun və şəxsiyyət vəsiqəsinin surətini, eyni zamanda 5000 manat pulu 2018-ci ilin iyun ayının 08-də Bakı şəhəri, Yasamal rayonu ərazisində Novruz adlı tanışına vermişdir. Novruzla aralarında olmuş söhbət zaman sonuncu məsələnin həllində Rasim adlı dostundan kömək istədiyini, onun vasitəsi ilə tanıdığı və Təhsil Nazirliyində işləyən Rizvan adlı şəxsin onlara köməklik göstərəcəyini, 5000 manat pulun ona təqdim ediləcəyini bildirmişdir. Razılaşmaya əsasən bir ay keçəndən sonra qeyd olunan şəhadətnamə Novruz tərəfindən onlara təqdim edilməli olmuşdur. Novruz tərəfindən deyilən müddət tamam olduğu üçün o, şəhadətnamənin verilməsini, əks halda ödədiyi pulun geri qaytarılmasını Novruzdan tələb etmişdir. Bir neçə dəfə Novruzla əlaqə saxlayaraq şəhadətnamənin verilməsini, ya da pulunun qaytarılmasını Novruzdan tələb etdikdə Novruz, Rasim və Rizvan adlı şəxslərin istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrini ona vermiş və ondan xahiş etmişdir ki, özü birbaşa həmin şəxslərlə əlaqə saxlasın. O, da buna görə Rasim adlı şəxsin mobil nömrəsinə zəng edərək ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etdikdə, sonuncu ona polis əməkdaşı olduğunu, heç kimin onu aldada bilməyəcəyini, narahat olmamağını bildirib onu inandırmışdır. Daha sonra isə Rizvan adlı şəxsə zəng edərək ödədiyi 5000 manat pulu geri qaytarılmasını tələb etdikdə, sonuncu da yaxın zamanlarda şəhadətnamənin hazır olacağını deyib onu gözlətmişdir. Rasim və Rizvan adlı şəxslərin onu gözlətmələri bir neçə dəfə baş vermişdir. Nəhayət 18 aprel 2019-cu il tarixdə saat 14 radələrində Rizvan adlı şəxs ona zəng edərək şəhadətnamənin iki gün sonra hazır olacağını və buna görə əlavə 1000 manat pul tələb olunduğunu bildirmişdir. O, da Rizvana inanıb həmin gün saat 15 radələrində onunla ünvan 11 ünvanda yerləşən «Qara Qarayev» metrosunun yanında görüşmüşdür. Rizvan adlı şəxs, yəni hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş və sonradan adını bildiyi Təqsirləndirilən şəxs3 onun qızı Nurayə Qənbərovanın sənədinin əslini ona verərək iki günə şəhadətnaməni verəcəyini bildirmişdir. O, da Novruzdan borca aldığı 500 manat pulu həmin yerdə Rizvan adlı şəxsə, yəni Təqsirləndirilən şəxs3 verib ona şəhadətnaməni verəcəyi gün də əlavə olaraq 500 manat pulu verəcəyini bildirmişdir. Rizvan adlı şəxs onunla razılaşaraq ona verdiyi 500 manat pulu alıb oradan uzaqlaşmışdır. Rizvan adlı şəxsin ona dediyi iki gün başa çatdıqdan sonra onunla əlaqə saxlayıb şəhadətnamənin hazır olub-olmadığını soruşduqda, ona yaxın qohumunun vəfat etdiyini və qısa müddət ərzində həmin sənədi alaraq verəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, Qızı Nuranə ona məxsus olan xarici ali diplomunun Azərbaycan Respublikasında tanınması üçün onlar Təhsil Nazirliyinə rəsmi qaydada müraciət etməmişlər. İş üzrə istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs1 və sonradan adının Rizvan deyil, Təqsirləndirilən şəxs3 olmasını bildiyi şəxslər onun qızı X11 xarici ali təhsil diplomunun tanınması və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamənin verilməsi üçün ümumilikdə verdiyi 5500 manat pulu ona yaxın vaxtda qaytaracaqlarını söz versələr də, hal-hazırki vaxta qədər ona hər-hansı məbləğdə pul qaytarmamışlar. Onlar onun pulunu qaytaracaqlarına söz verdiklərinə görə onlara qarşı pul tələbi irəldi sürməmişdir. Son nəticədə ona dəymiş maddi ziyan .dənilməmişdir. Ona görə də iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş 3000 ABŞ dolları məbləğində pulun ona dəymiş maddi ziyanın aradan qaldırılması üçün əsasən yetərli olduğuna görə həmin pulun onun özünə ödənilməsini məhkəmədən xahiş edir. İş üxzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ədalətli cəza təyin edilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayır. İş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilə o, hadisədən bir müddət əvvəl tanış olmuşdur, djaha sonra isə Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun dostu Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin şəxslərlə onun araında heç bir ədavət və ya düşmənçilik yoxdur. Digər Təqsirləndirilən şəxs3la onun heç birp tanışlığı və ya ünsiyyəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü ali təhsilli olmaqla, daimi iş yeri olmadığına görə arada öz tanışları ilə birlikdə alverlə məşğul olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1la o, 2020-ci ilin iyul ayında Zaur adlı dostunun vasitəsi ilə tanış olmuşdur. Söhbət əsnasında Rasim ona gömrükdə nə mal olsa rəsmi rüsumun yarı qiymətinə rəsmiləşdirə biləcəyini bildirmiş və bir tanış kimi bir-birlərinin telefon nömrələrini götürmüşlər. dir. demişdir. 2020-ci ilin avqust ayında o, Araz adlı şəriki ilə birlikdə Çindən satmaq üçün kombi radiatorları gətirmək niyyətinə düşmüşdür. Bu məqsədlə həmin malların gömrük rəsmiləşdirilməsi barədə maraqlanmaq üçün tanışı Rasimə zəng edərək onunla görüşmüş və həmin görüş zamanı X73 Respublikasından kombi radiatorları gətirmək istədiyini bildirmişdir. Həmçinin Rasimdən həmin malların gömrük rəsmiləşdirməsini həyata keçirə bilib-bilməyəcəyi barədə soruşmuşdur. Rasim isə heç bir problemin olmadığını, yaxın günlərdə onu həmin işi görən adamlarla görüşdürəcəyinə söz vermişdir. Bu söhbətdən bir neçə gün sonra Rasimlə birlikdə görüşə gəlmiş gömrük xidmətinin formasında olan Valeh adlı şəxs və Sərdar adlı şəxslə o, “Dədə Qorqud” parkının yaxınlığında görüşərək həmin şəxslərlə də tanış olmuşdur. Görüş zamanı o, gətirmək istədiyi mallar barədə onlara məlumat vermiş, Valeh də həmin malları 30000 manat depozit ödəmək şərti ilə rəsmi rüsumun 50 faizi məbləğinə rəsmiləşdirə biləcəyini ona deyərək, bu şərtlə razı olacağı təqdirdə Sərdara məlumat verməsini ona məsləhət bilmişdir. Həmçinin Sərdar ona həmin təkliflə razı olduğu təqdirdə gətirdiyi malları adına rəsmiləşdirmək üçün konkret şirkətin adını ona bildirəcəyini demişdir. O da bu barədə fikirləşərək cavab verəcəyini demişdir. Həmin görüşdən sonra o, bir neçə dəfə Rasim və Sərdarla sonuncuların təşəbbüsü ilə görüşmüş və hər görüşdə Sərdargil gömrük söhbətini ortaya ataraq bu işdə heç bir problemin olmayacağını ona bildirmişlər. 2020-ci ilin avqust ayında o, Araz adlı şəriki ilə Çindən kombi radiatorlarını gətizdirməyi dəqiqləşdirəndən sonra bu barədə Sərdarla telefonda danışaraq bu barədə ona demiş, Sərdar isə ona 20000 manat müqabilində həmin malları gömrükdən çıxardacağı barədə vəd vermiş və həmin qiymət sərfəli olduğuna görə həmin qiymətə razılaşmışdır. Bundan sonra Sərdar ona “Ceris” adlı şirkətin rekvizitlərini «Whatsap» qısa mesajlaşma proqramı vasitəsi ilə göndərmiş, o da həmin malları Sərdarın verdiyi şirkətin adına Çindən göndərilməsini təşkil etmişdir. 2020-ci ilin təxminən avqust ayının 17-də ona məlumat gəlmişdir ki, onun mallarını gətirən yük avtomobili artıq Bakı şəhəri Baş Gömrük idarəsinə daxil olmuşdur. Buna görə də o, Sərdara zəng edərək bu barədə məlumat vermiş, sonuncu isə dediyi 20000 manat pulu götürüb həmin gömrük idarəsinə gəlməsini ona tapşırmışdır. Həmçinin Sərdar ona Cəmil adlı onun özü tanımadığı şəxsin telefon nömrəsini «Whatsap» qısa mesajlaşma proqramı vasitəsilə göndərərək, şirkətin nümayəndəsi kimi təqdim etdiyi Cəmil adlı şəxsin orada onu qarşılayacağını demiş və pulu həmin şəxsə verməyi ona tapşırmışdır. O həmin gün dostu Şahid12la birlikdə Bakı şəhəri Baş Gömrük idarəsinə gedərək oradan həmin Cəmil adlı şəxsə zəng edib harada olduğunu soruşmuşdur. Cəmil adlı şəxs həmin idarənin qarşısında olduğunu ona demişdir. Bundan sonra o, özü ilə apardığı 20000 manat pulu Cəmilə çatdırması üçün dotu Zaura vermişdir. Sonuncu da pulu götürüb avtomobildən düşərək aralanmış və bir müddətdən sonra geri qayıdaraq 20000 manat məbləğində pulu və əlavə olaraq həmin pulun üstündə 380 manat “İpək yolu” terminalının xərcləri üçün Cəmilə verdiyini ona demişdir. Onu da bildirmək istəyir ki, Baş Gömrük İdarəsinin qabağında həmin avtomobil saxlamağa yer olmadığından o, avtomobilin yerini dəyişməli olduğu üçün pulu özü aparmamışdır. Lakin, həmin pulu Pul Cəmilə verdikdən sonra o, Sərdarla bir daha telefon əlaqəsi saxlayaraq pulu verdiyi barədə ona bildirmişdir. Sərdar isə narahat olmamasını və bir neçə saata malı çıxacağına onu inandırmışdır. Təxminən bir saatdan sonra Sərdar özü ona zəng edərək vergi məsələsi ilə bağlı problem olduğu üçün həmin gün rəsmiləşdirmənin mümkün olmadığını, sabah mütləq həmin yükün rəsmiləşdirilib gömrükdən çıxacağını ona demişdir. Səhəri gün o, Sərdara zəng edərək mallar barədə maraqlandıqda Sərdar ona narahat olmamasını və həmin gün məsələnin həll olunacağını bildirmişdir. Həmin gün o, saat 14- 00 radələrinədək kimi Sərdarla telefon əlaqəsi saxlasa da, həmin vaxtdan sonra Sərdara zəng çatmamışdır. Buna görə də o, Rasimə zəng edərək Sərdara zəng çatmadığını demişdir. Rasim də narahat olmamasını malların həmin gün rəsmiləşəcəyini ona bildirmişdir. Lakin, buna baxmayaraq həmin gün mallar rəsmiləşməmiş və həmin gün saat 19 radələrində o, Rasim və Cəmillə görüşmüşdür. Söhbət əsnasında Cəmil ona heç bir şirkətin nümayəndəsi olmadığını, sadəcə olaraq Sərdarın tanışı olduğunu, Sərdarın ondan Bakı Baş Gömrük İdarəsinin qarşısında onunla görüşüb pulu alıb Sərdara çatdırması barədə Sərdarın xahişini yerinə yetirdiyini bildirmişdir. Rasim isə həmin gün Sərdarla görüşə bilmədiyini, sabah görüşüb bu məsələni mütləq həll edəcəyi barədə ona söz vermişdir. Həmin gündən başlayaraq o, demək olar hər gün Sərdara zəng etmiş lakin, Sərdar onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, bir neçə dəfə Rasimlə görüşüb bu məsələni həll etməsi barədə xahiş etsə də, Rasim hər dəfə bu məsələni həll edəcəyini, yada pulu Sərdardan alıb ona qaytaracağına söz versə də, son nəticədə Sərdara verdiyi pulu geri ala bilməmişdir. Onu da bildirmək istəyir ki, o zaman o, gətirəcəyi malların gömrükdə rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanından maraqlanmış, gətirəcəyi malların gömrük rəsmiləşdirilməsinin təxminən 28000- 29000 manat məbləğində olacağını ona bildirmişlər. O, isə gömrük əməkdaşı olan tanış şəxslə bu rəsmiləşdirməni bir qədər aşağı qiymətə rəsmiləşdirə biləcəyini ehtimal etmiş və buna görə də Rasim vasitəsilə gömrük əməkdaşı olan Valehlə tanış olmuşdur. Valehin isə onunla danışığından belə başa düşmüşdür ki, ondan istənilən 30000 manat pulun müqabilində onun malları 28000 manata deyil, onun yarısına yəni 14000 manata rəsmiləşdirəcəkmiş və həmçinin gələcəkdə gətirdiyi bütün mallar gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan məbləğin yarısına rəsmiləşdiriləcəkmiş. Amma o, bunun üçün bu məbləğdən əlavə kimlərəsə vermək üçün 30000 manat da pul verməli imiş. Buna görə də o, gömrük rəsmiləşməsindən əlavə pul verməyəcəyini Valehə bildirmiş və bu onun təklifini qəbul etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcə ona Valeh adlı gömrük əməkdaşını göstərməklə onun inamını qazanmış, daha sonra isə onu aldadıb mallarını rəsmiləşdirmək adı altında ondan 20380 manat pul almışlar. Onu da bildirmək istəyir ki, hazırki vaxta qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan aldıqları 20380 manat məbləğində pulu hissə-hissə olmaqla ona tam ödəmişlər. Odur ki, hal hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur və həmin şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, otuz ilə yaxındır ki, Dövlət Neft Şirkətində işləyir və hal-hazırda Binəqədi Neft-Qaz Çıxarma idarəsinin 1 saylı neft-qaz çıxarma sexinin böyük geoloqu vəzifəsində çalışır. Hadisə ilə bağlı bildirir ki, 2020-ci ilin avqust ayında o, əvvəllər bir yerdə işlədiyi və dostluq münasibəti saxladığı Yaqub Mehtiyevlə ümumi söhbəti zamanı bir neçə ildir ki, aşağı vəzifədə işlədiyini, hazırda işlədiyi mədəndə müdir vəzifəsinin boş olduğunu demişdir. Yaqub Meytiyev isə oğlu Nicatın geniş əlaqələrə malik olan Həsən adlı tanışından onu vəzifədə irəli çəkilməkdə köməklik göstərməsini xahiş edəcəklərini demişdir. Bir müddət sonra isə X18 Həsən adlı şəxslə görüşüb onun mədən müdiri vəzifəsinə təyin olunmağında köməklik göstərməsini xahiş etdiyini, Həsənin isə bir nəfərin vasitəsilə bu işi həll edə biləcəyini Nicata xəbər elədiyini ona bildirmişdir. Bundan sonra o, Nicatın vasitəsilə Həsənlə tanış olaraq «Koroğlu» parkının yaxınlığında onunla görüşmüş və həmin görüş zamanı Həsən öz tanışları olan Rasim və Sərdar adlı şəxslərin vasitəsi ilə onun iş məsələsini həll edəcəklərini, lakin bunun müqabilində həmin şəxslərin 15000 manat pul istədiklərini ona bildirmişdir. O isə 15000 manata imkanı çatmadığını və bu işə görə yalnız 10000 manat pul verə biləcəyini və həmçinin onun özünü həmin adamlarla görüşdürüb onlarla tanış etməsini Həsəndən xahiş etmişdir. Həsənin buna etiraz eləməmiş və 2020-ci ilin avqust ayının təxminən ortalarında Həsən ona həmin adamların razılaşdırılmış 10000 manat pulu qabaqcadan istədiklərini demişdir. O isə həmin pulun bir hissəsini özünün, qalan hissəsini isə tanışlarından borc alaraq bir təhər düzəldiyini və pulu verməmişdən öncə Sərdar və Rasim adlı şəxslərlə onu tanış etməsini Həsəndən xahiş etmişdir. Həsən də onu Rasim və Sərdar adlı şəxslərlə görüşdürmək üçün Bakı şəhəri Xəzər rayonu ərazisində “Bakı Olimpiya” Stadionunun yaxınlığına dəvət etmişdir. O, özü idarə etdiyi avtomobildə həmin yerə getdikdə Həsənnin onun özü əvvəllər tanımadığı Sərdar və Rasimin Sərdarın idarə etdiyi bahalı “Land Rover” markalı avtomobildə oraya gəldiklərini görmüşdür. Orada o, Həsənin iştirakı ilə Sərdar və Rasim adlı şəxslərlə görüşərək onlarla tanış olmuşdur. Söhbət zamanı Sərdar və Rasim özlərindən razı şəkildə “Socar”-ın müavini işləyən Mikayıl müəllimlə onu görüşdürəcəklərinə və on gün müddətində Mikayıl müəllimin vasitəsilə onun əmrini şöbə müdiri vəzifəsinə verdirəcəklərinə inandırmağa çalışmışlar. O, əvvəlcə onlara inanmayaraq bu fikirdən bir qədər çəkinsə jdə, həmin şəxslər guya “Socar”-da yüksək vəzifəli şəxsə 10000 manat pul verməklə onu deyilən vəzifəyə təyin elətdirəcəkləri barədə bildirdikdən sonra onların dediklərinə inanmışdır. Həmçinin Sərdar və Rasim deyilən məbləği həmin vaxt onlara verilməli olduğunu ona dediklərinə görə o, özü ilə apardığı 10000 manat pulu Həsənin yanında Rasim və Sərdara verərək oradan çıxıb getmişdir. Lakin, Sərdar və Rasimin ona söz verdikləri vaxt, yəni pulu onlara verdikdən sonra 10 gündən də çox vaxt keçməsinə baxmayaraq onun mədən müdiri vəzifəsinə təyinatı məsələsi həll olunmadığını görərək o, dəfələrlə Həsənlə telefonda danışıb işinin həll olunmama səbəbini soruşmuş və işinin alınmadığı təqdirdə verdiyi pulu Sərdarla Rasimdən geri qaytarmalarını tələb etmişdir. Bununla bağlı o, əvvəlki günlər Sərdar və Rasimlə də telefon əlaqəsi saxlamış, lakin sonra həmin şəxslərin onun telefonunu bloka ataraq onun zənglərinə cavab verməmişlər. Buna görə də o, Həsəndən həmin şəxsləri tapıb verdiy pulu geri qaytarmasını tələb etmişdir. Həsən isə özü də həmin adamlara inandığını, onu həmin şəxslərlə tanış etdiyinə görə peşman olduğunu bildirərək, tez bir zamanda onun pulunu həmin şəxslərdən alıb ona qaytaracağına söz vermişdir. Bundan bir müddət sonra, yəni 2020-ci noyabr ayının təxminən 16-17-də Həsən ona 3000 manat pulu verərək, qalan pulu Sərdarla Rasimin yaxın bir neçə gün ərzində ona qaytaracaqlarını bildirmişdir. Lakin, sonra xeyli vaxt keçməsinə baxmayaraq həmin şəxslər vaxt uzadaraq onun pulun qaytarmamışlar. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxtə qədər hissə-hissə olmaqla Sərdar və Rasim qalan pulu da ona tam ödəmişlər və buna görə də onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun özü aili təhsilli olmaqla 2010-cu ildə Odlar Yurdu Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdir. 2003-2015-ci illərdə “Socar”ın Gürcüstan nümayəndəliyində işləmiş, sonradan bəzi yerdəyişmələrlə əlaqədar 2016-2017-ci illərdə "xxxx" ASC-də mühəndis kimi işləsə də, bir müddət sonra öz xahişi ilə işdən çıxaraq bir müddət başqa işlərlə məşğul olmuş, sonra yenidən “Socar”da işləmək üçün müsabiqələrə baş vursa da, uğur qazana bilməmişdir. Təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində o, işsiz olduğu üçün iş axtaran zaman Şahid11 adlı tanışına bu barədə danışdıqda, sonuncu ona “Socar”a işə düzəltmək üçün Faiq və Rasim adlı tanışlarının onu həmin işə düzəldə biləcəyini demişdir. O isə həmin şəxslər haqqında Asəfdən maraqlandıqda, sonuncu ona Faiqin “Socar” da işləyən Vüqar adlı qohumu vasitəsilə onu rahatlıqla işə düzəldə biləcəyini, hətta əvvəllər Asəfin başqa bir tanışını 3000 manat müqabilində “Socar”a çilingər vəzifəsinə düzəltdiklərini ona bildirmişdir. Asəf Faiqin ***-***-**-** əlaqə nömrəsini ona verdikdən sonra o, Faiqlə əlaqə saxlayaraq nömrənin Asəf tərəfindən ona verildiyini demiş, Faiq isə bu söhbətdən xəbərinin olduğunu ona bildirərək, görüş üçün onu Nərimanov rayonu ərazisində yerləşən “Kiyev” restoranına dəvət etmişdir. Təxminən 2020-ci ilin yanvar ayının sonlarında o, Faiqin dediyi həmin restorana getmiş və Faiq Rasim adlı tanışı ilə birlikdə sonuncuya məxsus “Range Rover” markalı avtomaşınla həmin ünvana gəlmişdir. Onlar birlikdə orada çay süfrəsi arxasında iş barəsində söhbət etdən zaman Faiq Rasim adlı şəxsi göstərərək sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu, özünün isə keçmiş polis mayoru olduğunu ona bildirmişdir. Söhbət zamanı o, Faiqdən onu hara işə düzəldəcəyi barədə soruşmuş, Faiq isə cavabında “Socar”ın maliyyə idarəsinin rəisi Vüqar Şərifovla qohum olduğunu deyərək onu həmin idarəyə mühasib kimi işə düzəldə biləcəyini demiş və bunun müqabilində ondan 5000 manat pul istəmişdir. O da bu məbləğlə razılaşsa da, pulu ancaq işə qəbul olunduqdan sonra verə biləcəyini deyərək işin çox uzanmamağını xahiş etmişdir. Faiq isə həmin ilin mart ayının əvvəllərinə kimi əmrinin veriləcəyini və işə çıxa biləcəyini bildirmiş və Rasim də Faiqin dediklərini təsdiqləyərək, əmri verildikdən sonra pulu verəcəyini demişdir. Həmin söhbətdən sonra Faiq ona CV hazırlayaraq təqdim etməsini tapşırdıqdan sona xudahafizləşərək həmin restorandan çıxıb getmişlər. Səhəri gün o, Faiqə zəng edərək CV-nin hazır olduğunu demiş, Faiq CV-ni elə “Kiyev” restoranına verməsini tapşıraraq, sonra özünün gəlib oradan götürəcəyini ona bildirmişdir. Səhəri gün o, CV-ni deyilən ünvana təqdim etmiş və həmin günün axşam saatlarında Faiq ona zəng edərək CV-ni guya çatdırdığını və onu bəyəndiklərini bildirmişdir. Bundan təxminən bir həftə sonra Faiq ona zəng edərək bazar günü axşam bağda Vüqar Şərifovla görüşəcəyini və bu səbəbdən də həmin görüşdə 5000 manat pulu Vüqar Şərifova verməli olduğunu ona bildirmişdir. O da əvvəlki razılaşmanı, yəni iş düzəldikdən sonra pulun verilməsi məsələsini Faiqə xatırlatsa da, sonuncu işi yoluna qoyması üçün pulu məhz bağdakı məclisdə Vüqar müəllimə verməyin vacib olduğunu bildirərək onu aldatmayacağı barədə and içmişdir. O da Faiqin bu cür danışıqlarına inanaraq ona etibar etmişdir. Beləliklə, 2020-ci ilin fevral ayının 5-də o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “MC Donalds” restoranının qarşısında Faiqlə görüşərək 5000 manat pulu ona vermişdir. Onu da bildtirmək istəyir ki, Faiq həmin görüşə Rasimlə birlikdə sonuncunun idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomaşında gəlmiş və maşını yolun digər tərəfində saxlamışdır. Orada Faiq pulu ondan aldıqdan sonra həmin Rasimin idaorə etdiyi həmin maşına minərək getmiş və çıxıb gedərkən onunla növbəğti gün əlaqə saxlayacağına söz vermişdir. Səhəri gün Faiq ona zəng edərək, guya danışıq apardığı şəxslərin 5000 manata razı olmadıqlarını və buna görə də əlavə olaraq 5000 manat da pulu onun verdiyi pulun üstünə qoyaraq həmin şəxslərə verdiyini ona bildirmişdir. O isə Faiqə onlar onun işi düzələndən sonra əlavə 5000 manat pulu ona vercəcəyini demiş və Faiq buna razılıq vermişdir. Bundan bir müddət sonra, yəni təxminən 2020-ci il fevral ayının ortalarında Faiq ona zəng edərək onun işi ilə bağlı Vüqar müəllimlə görüşə gedəcəyini bildirərək, həmin görüşdə Vüqar müəllimə bu iş üçün qızıl qələm almaq üçün ondan əlavə olaraq 500 manat pul istəmişdir. Həmin günü axşam saat 18 radələrində o, Faiqlə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, «Koroğlu» metrostansiyasının qarşısında görüşərək 500 manat pulu ona vermişdir. Lakin, həmin gündən sonra Faiq telefonu söndürərək onun zənglərinə cavab verməmiş və onların əlaqələri kəsilmişdir. Bununla bağlı o, Asəfə Faiqin onu aldatdığını bildirmiş, Asəf isə Rasimlə bu barədə danışdığını, həmin şəxslərin onun puluna ehtiyacları olmadığından belə iş tutmaqlarına inanmadığını ona bildirmişdir. Bundan bir qədər sonra Asəf ona yenidən zəng edərək Rasimlə əlaqə saxladığını, guya Faiqin rəhmətə gedən əmisi oğlunun yas mərasimində iştirak etdiyinə görə telefonunu söndürdüyünü ona bildirmişdir. Təxminən bir həftə sonra Asəf yenə ona zəng edərək, onun işinin həll olduğunu, işə Faiqlə bərabər getmək lazım olduğunu, lakin Faiqin rayondan 15 gün sonra qayıdacağını ona bildirmişdir. Bundan iki həftə sonra o, Faiqlə telefon əlaqəsi saxlaya bilmədiyi üçün Rasimin istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək onunla danışmışdır. Rasim ona işi ilə bağlı heç bir problem olmadığını və Faiqin onunla əlaqəyə çıxacağını ona bildirmişdir. Səhəri gün Faiq özü ona zəng edərək narahat olmamağını, “Socar”da yoxlamalar olduğundan bir ay da əlavə olaraq gözləməli olmasını ona demişdir. O da bir ay yenidən gözlədikdən sonra Faiqə zəng etmiş, lakin sonuncu yenə də müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. Belə olan halda o, yenidən Asəfə zəng edərək Faiqlə Rasimin onu aldatdığını və bu şəxslər barəsində polisə şikayət edəcəyini bildirmişdir. Asəf isə ona həmin şəxslərlə ilk dəfə iş görmədiyini, onların əvvəllər birlikdə bir neçə dəfə FHN-ə adam düzəltdiyini deyərək, onu şikayət etməkdən çəkindirmiş və Faiqin tezliklə onunla əlaqə saxlayacağını bildirmişdir. Səhəri gün Faiq ona zəng edərək yalandan andlar verərək, işində heç bir problemin olmadığını, sadəcə pandemiya ilə əlaqədar işə qəbulun dayandığını, on beş gün ərzində işinin düzəlmədiyi təqdirdə 5500 manat pulunu qaytaracağına söz vermişdir. Bundan bir həftə sonra o, “Socar”a onlayn işə qəbulla bağlı müsabiqə olduğunu öyrənib, Faiqə bu barədə bildirəndə sonuncu, ona bir həftə ərzində onun 5500 manat pulunu qaytaracağını bildirmişdir. Lakin, bundan bir həftə sonra o, Faiqlə yenidən əlaqə saxlayan zaman sonuncu yenə də müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmış və sonda heç nədən qorxmadığını, hara istəyirsə şikayət edə biləcəyini ona bildirmişdir. O da polisə şikayət etmiş və həmin şikayəti qeydiyyata salmamışdan qabaq şikayətin şəklini çəkib votsap vasitəsilə Faiqə göndərmişdir. Faiq isə yenidən heç nədən qorxmadığını və polisdə tanışının olduğunu ona bildirmişdir. O, bu işdə Rasimlə Faiqin əvvəldən əlbir olduqlarını və hər ikisindən şikayətçi olduğunu demişdir. Onu da bildirmək istəyir ki, halhazırki vaxtə qədər hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Buna görə də hal-hazırda onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qimsində dinriilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ali təhsilli olmaqla 2013-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və Moskva şəhərində yerləşən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 2012-ci ildən Bakı şəhəri, 7-ci mikrorayonda bir tanışı vasitəsilə tanımış, həmin vaxtlar onun Sərdarla Rusiya Federasiyasının Moskva şəhərində bir məsələnin həlli üçün təxminən iki-üç əzində ay ərzində münasibəti olmuşdur. Lakimn, elə həmin vaxtlarda Sərdarı düzgün insan kimi tanımamışdır. Həmin vaxtdan 2020-ci ilədək o, Sərdarı görməmiş və onunla münasibəti olmamışdır. 2020-ci ildə o, icraçı direktoru olduğu şirkətin Bakı şəhərində filialını yaratmaq üçün Azərbaycana gəlmiş, lakin pandemiya şəraitində həmin filialı açmaq mümkün olmadığından Bakı şəhərində özünü dolandırmaq üçün başqa işlərlə məşğul olmağa başlamışdır. Belə ki, öz dostlarının işlətdikləri “Rent a car” dan ucuz qiymətə maşınları götürüb, bəzi müştərilərə baha qiymətə icarəyə vermişdir. O zaman Rüstəm adlı şəxslə tanış olmuş və 450 manata özünün icarəyə götürdüyü “BMW X7” markalı avtomobili günlük 600 manat müqabilində Rüstəmə icarəyə vermişdir. Həmin avtomobili Rüstəm on günlük icarəyə götürmüş və sonda ona 6000 manat borcu qalmışdır. 2020-ci ilin avqust ayında o, Rüstəmdən maşını geri alarkən Rüstəmin yanında Sərdarı görmüş və onu tanımışdır. Sərdar ondan maşını Rüstəmdən geri almamağı xahiş etmiş və həmin pulu özünün ödəyəcəyini bildirmişdir. Lakin o, Sərdarı düzgün bir insan kimi tanımadığı üçün ona etibar etməmiş və maşını geri almışdır. Təxminən 2020-ci il avqust ayının ortalarında Sərdar ona zəng edərək icarəyə maşın götürmək istədiyini və ondan hazırda hansı maşınlarının olduğunu soruşmuşdur. O isə “BMW 530” markalı maşının olduğunu dedikdə, Sərdar həmin maşının üç saatlıq icarəsinə 300 manat verəcəyini ona bildirmiş və o bununla razılaşmışdır. Sonra onlar Sərdarla Bakı şəhərində “Ağ şəhər” adlanan ərazidə görüşmüş və Sərdar hazırda təcili işinin olduğunu və Bakı şəhər Baş Gömrük idarəsinin yanında bir nəfərdən pul götürmək lazım olduğunu ona demişdir. O, Sərdarı yaxşı tanıdığı üçün Sərdarın həmin pulu kiminsə etibarından sui-istifadə etməklə aldığından şübhələnmişdir. Bu səbəbdən o, özünü bu işə qatmamağı Sərdara deyərək pulu götürməyə getməyə razı olmamışdır. Lakin, Sərdar heç bir qeyri-qanuni iş olmadığını, pulu hansısa yükün gömrük rəsmiləşdirməsi üçün aldığına onu inandırmışdır. Bundan sonra o, Sərdarla razılaşaraq pulu götürmək üçün Sərdar deyən ünvana getmişdir. O, Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük idarəsinin “İpək yolu” terminalının qarşısında əvvəllər tanımadığı Zaur adlı şəxslə görüşmüş və sonuncu ona 20000 manat pul verərək bunu Sərdara çatdırmağını ona bildirmişdir. Həmin pulu götürdükdən sonra Sərdar ona zəng edərək nə qədər pul aldığını soruşmuş, o da ona 20000 manat pul verildiyini dedikdə Sərdar əlavə olaraq yük terminalı üçün 380 manat da Zaurdan almağı ona tapşırmışdır. O da Zaura əlavə olaraq yük terminalı üçün 380 manat da ödəməli olduqlarını bildirmiş və əlavə olaraq 380 manat pulu da Zaurdan götürərək Sərdarla görüşməyə getmişdr. O, Sərdarla Nərimanov rayonunda “Şəki” restoranın yaxınlığında görüşmüş və həmin şəxsdən qəbul etdiyi cəmi 20380 manat pulu Sərdara vermişdir. Onu da bildirmək ist əyir Sərdarla görüşən zaman Təqsirləndirilən şəxs1 da orada olmuşdur. O, həmin pulu onlara verdikdən sonra o, həmin yerdən uzaqlaşaraq çıxıb getmiş və öz işləri ilə məşğul olmuşdur. Lakin, bundan sonra Zaur ona zəng edərək işin nə yerdə olduğunu soruşduqda o, özünün bu işlərdən məlumatlı olmadığını və bunun üçün Sərdara zəng eləməli olduqlarını Zaura demişdir. Həmin söhbətdən üç gün sonra Rəsul adlı şəxs ona zəng edərək gömrükdə olan malın sahibi olduğunu və onların işinin hansı yerdə olduğunu soruşmuşdur. O da əvvəldən bu işə aidiyyətinin olmadığını və pulu götürən zaman Zaura bu barədə məlumat verdiyini Rəsula demişdir. Daha sonra eyni məsələ ilə əlaqədar malın Araz adlı digər sahibi olan şəxs də ona zəng etmiş və o, həmin şəxsə də eyni cavabı vermişdir. Bundan təxminən bir saat sonra o, Bakı şəhəri, 8-ci mikrorayon ərazisində həmin şəxslərin dəvətilə onlarla görüşə gedərək Rasim, Rəsul, Araz və Zaurla görüşmüşdür. O, həmin görüşdə Zaura işlə bağlı məlumatı olmadığını ona qşabaqcadan dediyini bildirmiş və Zaur da onunla razılaşmışdır. Sonra Araz onu qırağa çəkib söhbət etmək istədiyini demiş, onlar qırağa çəkilərəl söhbət edərkən o, Araza Sərdargilin düzgün adam olmadığını və pulu onlara təhvil verərkən Rasimin də orada olduğunu Araza demişdir. Həmin gün axşam o, Sərdarla görüşərək onu niyə belə bir oyuna saldığını soruşaraq öz etirazını bildirmişdir. Sərdar isə yenidən bu pulun gömrük rəsmiləşdirməsi üçün alındığını, burada heç bir qeyri-qanuni işin olmadığını ona bildirmişdir. Belələiklə, o, həmin pulu götürmək üçün getdiyi zaman həmin pulun dələduzluq yolu ilə alındığı barədə məlumatsız olmuşdur. Qeyd etdiyi kimi əvvəlcə bundan şübhələnsə də, Sərdar ona bununla bağlı heç bir qeyri-qanuni iş olmadığını, pulu hansısa yükün gömrük rəsmiləşdirməsi üçün aldığını deyib onun özünü də aldatmışdır. Son nəticədə Sərdar özü də onun həmin məsələdən məlumatsız olmasını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qimsində dinriilmiş Şahid10 ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayır və fərdi əməklə məşğul olur. İş üzrə Zərərçəkmiş şəxs3 xeyli müddətdir ki, tanıyır və münasibətləri yaxşıdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 2018-ci ilin iyun ayının əvvəllərində Lətifə xanım ona müraciət edərək öz qızı Nuranənin xariji ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamə verilməsi üçün ona köməklik etməyini ondan xahiş etmişdir. O, da Lətifə xanımın xahişini yerə salmayıb öz tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ondan bu barədə məsləhət almışdır. Rasim isə həmin şəhadətnamənin alınması üçün ondan 5000 manat pul istəmişdir. O isə Lətifə xanımla bu barədə danışıb qızının diplomunun tanınması və şəhadətnamənin verilməsi üçün 5000 manat pul tələb olunduğunu bildirmişdir. Lətifə xanımda razılaşıb onunla görüşüb 5000 manat pulu ona vermiş və bir daha həmin işi həll olunmasında ona köməklik etməyini bir daha xahiş etmişdir. Bundan sonra 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində o, Bakı şəhəri, Yasamal rayonu «Elmlər Akademiyası» metrosunun qarşısında Rasimlə görüşərək Lətifə xanımın qızının xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamə verilməsi üçün 5000 manat pulu ona vermişdir. Rasim ondan pulu aldıqdan sonra iki aya şəhadətnamənin hazır olacağını bildirmişdir. Rasim onunla görüşə qara rəngli “Range Rover” markalı avtomobillə gəlmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Rasim verdiyi vədə əməl etməyib şəhadətnaməni təhvil verə bilmədiyindən onu aldatmağa çalışmış, buna görə də o, dəfələrlə Rasimlə əlaqə saxlamışdır. Artıq Rasimin onu aldatdığını bilib Rasimə zəng edərək ona verdiyi pulu geri qaytarmasını bildirmişdir. Daha sonra Rizvan adlı şəxs ona zəng edərək Təhsil Nazirliyində işlədiyini, Rasimin pulu ona verdiyini bildirərək qeyd olunan şəhadətnamənin onun tərəfindən hazırlanaraq gətiriləcəyini demişdir. Onu da bildirmək istəyir ki, həmin Rizvan adlı şəxs ona zəng etdiyi vaxtadək onu tanımamış və yalnız sonradan həmin şəxsin əsil adının Təqsirləndirilən şəxs3 olmasını bilmişdir. Həmin söhbətdən sonra özünü Rizvan adı ilə təqdim edən şəxs sonrakı dövrdə də bir neçə dəfə zəng edərək muxtəlif bəhanələr gəğirmişdir. Buna görə də o, Rizvan adlı şəxsin də ona yalan vədlər verdiyini görüb Rizvanın istifadəsində olan ***-***-**-** mobil nömrəsini Lətifə xanıma verərək ona həmin Rizvan adlı şəxslə əlaqə saxlamasını bildirmişdir. Onu da bildirmək istəyir ki, Rasimlə onun yaxın münasibətləri olmamış və onunla həmin hadisədən təxminən iki-üç ay əvvəl təsadüfən tanış olmuşdur. O zaman Rasim ona özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş və geniş əlaqələrinin olduğunu ona bildirmişdir. Buna görə də o, Rasimin ciddi bir adam olmasını inanqaraq tanışı Lətifə xanımın qızının diplomunun tanınması məsələsi ilə bağlı ona müraciət etmiş və işlə bağlı heç bir şəxsi marağı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu X23 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlunun heç bir cinayət törətmədiyi halda günahsız cəzalandırıldığı üçün məhkəmə prosesinin ədalətsiz aparıldığına inanaraq bir neçə dəfə yuxarı instansiyalara ərizə yazsa da, bunun xeyri olmadığını, ona görə də oğlunun gələcək məhkəmə instansiyalarında cəzasının müddətinin azaldılması üçün kənar yollar axtarmağa başlamışdır. Bu məqsədlə 2017-ci ilin avqust ayında adını hazırda xatırlamadığı tanışının vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və çoxsaylı görüşləri ərzində söhbət əsnasında Təqsirləndirilən şəxs1 oğlunun işinin ədalətsiz aparıldığını demiş və əgər mümkündürsə sonrakı məhkəmə instansiyasında bu işə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə Şirvan Apelyasiya Məhkəməsində vəzifəli tanışının olduğunu və həmin tanışının vasitəsilə 14000 manat pul müqabilində bu işi həll edə biləcəyini onunla razılaşdırmışdır. Bundan sonra həmin məbləği Təqsirləndirilən şəxs1 Bakı şəhərində tarixini dəqiq xatırlamasa da avqust-sentyabr aylarında iki dəfəyə , əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında 5000 manatı, sonra isə Bakı şəhəri Nərimanov rayonu ərazisində isə 9000 manat pul vermişdir. 2017-ci ilin sentyabr ayında oğlu Elnur Məmmədovun işinə Şirvan Apelyasiya məhkəməsində baxıldığı zaman bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmış və sonuncu ilə həmin məhkəmənin qarşısında görüşmüşdür. Lakin, həmin məhkəmədə sonda heç bir nəticə olmamış, oğlunun barəsində çıxarılmış hökmün qüvvəsində qalmışdır. Rasimin isə ona narahat olmamağını, bu işi guya Ali Məhkəmədə həll edəcəyinə dair söz vermişdir. Bir müddət sonra Rasimlə yenidən görüşmüş və sonuncu ona Ali Məhkəmədə işləyən tanışı ilə danışdığını və 14000 manat müqabilində oğluna verilmiş cəzanı üç il aşağı saldıracağına söz vermişdir. Buna görə də Təqsirləndirilən şəxs1 vermiş olduğu 14000 manatı geri istəməmişdir. Lakin, Ali Məhkəmədə də oğlu Elnur Məmmədovun işi düzəlmədiyi üçün Təqsirləndirilən şəxs1 pulunu geri istəmiş, sonuncu isə dəfələrlə pulu geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Həmin pulu almaq üçün yaşadığı kənddən ən azı on dəfə Bakı şəhərinə gəlsə də, Təqsirləndirilən şəxs1 hər dəfə gah onun telefonlarına cavab verməmiş, gah da pandemiya dövrünü əsas gətirərək evdən çıxa bilmədiyi kimi bəhanələr gətirərək onunla Bakı şəhərində görüşməkdən yayınmışdır. 2017-ci ildə oğlunun cəzasının yüngülləşdirilməsi üçün guya məhkəmənin vəzifəli şəxslərinə verilməsi adı ilə Təqsirləndirilən şəxs1 tərəfindən ondan alınmış pulların ona 2019-cu ilə qədər qaytarılmamışdır. Nəhayət Bakı şəhərinə çoxsaylı səfərlərindən və Təqsirləndirilən şəxs1 zənglərindən sonra birinci dəfə Rasim ona 2019-cu ilin fevral ayında 5000 manat qaytarmış, 2020-ci ilin sentyabr ayına qədər isə Rasimin ona müxtəlif vaxtlarda ümumilikdə 6200 manat pul qaytarmışdır. 2020-ci ilin oktyabr ayında isə poçt vasitəsi ilə iki dəfə, hər dəfəsində 500 manat olmaqla cəmi 1000 manat pulu ona göndərərək, ona 1800 manat pul borclu qalmışdır. Rasimdən bir neçə dəfə pulunu istəsə də, sonuncu, müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan imtina etmiş və bu səbəbdən də məcbur olub ərizə ilə DTX ya müraciət etmiş və müraciətində ona qarşı bu cinayət əməlini törətmiş şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun oğlunun cəzasının guya məhkəmədə işləyən hansısa vəzifəli tanışının vasitəsilə yüngülləşdirəcəyi barədə ona söz vermiş, lakin onun yanında Cəmil adlı şəxsin adını çəkməmiş və ya onunla görüşə Cəmil adlı şəxslə gəldiyini xatırlamır. Rasim ona bu işi məhkəmədəki vəzifəli tanışı vasitəsilə həll edəcəyini bildirmiş, lakin heç vaxt konkret olaraq kiminsə adını onun yanında hallandırmamışdır. Sonda artıq əmin olmuşdur ki, Təqsirləndirilən şəxs1 hər hansı vəzifəli tanışı olmamış, əgər olubsa da bu işdən ötrü Rasimin heç kimə söz deməmiş və ondan aldığı pulları dələduzluq yolu ilə mənimsəmişdir. (cild 1, iş vər. 22 -23). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında tanışı Nicat adlı şəxs ona zəng edərək atasının bir nəfər Azər adlı dostunun Dövlət Neft Şirkətinin Binəqədi rayonundakı mədəndə geoloji şöbəsində işlədiyini, mədənin müdirinin işdən çıxdığını və Azərin həmin mədənə müdir təyin olunmaq niyyəti barədə məlumat verərək, Azər adlı şəxsin bu işinin həll olunmasında köməklik göstərməsini ondan xahiş etmişdir. O da maraqlanıb cavab deyəcəyini söyləmiş, bir neçə gün sonra, tanışı və həmyerlisi Təqsirləndirilən şəxs1la təsadüfü görüşü zamanı Azər adlı tanışının mədəndə müdir vəzifəsinə təyin olunmaq niyyətini Rasimə bildirmiş, Rasim isə belə işləri Sərdar adlı tanışının əlaqələri vasitəsilə həll edə biləcəyini demişdir. O da bundan sonra Şahid2la görüşərək bu barədə məlumatlandırmışdır. Azərin də ona şöbə müdiri vəzifəsinin boş olduğunu və özünün həmin vəzifəyə keçmək istədiyini bir daha bildirmiş, o da Azərə kömək etmək niyyəti ilə bununla bağlı tanışları ilə maraqlanıb xəbər edəcəyini demişdir. 2020-ci ilin avqust ayında Rasimin onu Sərdar adlı tanışı ilə “Elit” ticarət mərkəzinin yaxınlığında görüşdürmüş və həmin görüş zamanı Sərdar adlı şəxs Azərin məsələsini özünün yüksək vəzifəli tanışları vasitəsilə həll edə biləcəyini və bunun müqabilində Azərin 15000 manat pul verməli olduğunu demişdir. Bundan sonra o, Azərə zəng edərək işi həll edən şəxslərin 15000 manat pul istədiyini demiş, Azərin isə 15000 manata imkanının çatmadığını, bu işə görə 10000 manat pul verə biləcəyini demişdir. O da Azərin bu təklifini Rasim və Sərdara çatdırmış, Rasim və Sərdar bu işdə guya hansısa böyük adamın imkanlarından istifadə edəcəklərini ona bildirmişlər. Sərdar və Rasim bu işi Azərin təklifindən sonra 10000 manata həll olunması barədə razılaşdıqdan sonra o, Azər, Sərdar və Rasimin birlikdə görüşmək barədə qərara gəlmişdir. İşin sonradan alınmama ehtimalına görə sonradan arada qalmamaq məqsədilə həm də Azərin bu şəxsləri tanıyaraq şəxsən söhbət edib razılaşmasında özünün də maraqlı olmuş, həmçinin Azərin də bu şəxslərlə üzbəüz görüşmək istədiyinə görə o, Azər, Sərdar və Rasim Bakı şəhəri, Xəzər rayonu ərazisində olan “Bakı Olimpiya Stadionu”nun yaxınlığında 2020-ci ilin avqust ayının sonlarında görüşmüşlər. Həmin görüşə Rasim və Sərdarla birlikdə sonuncunun idarə etdiyi avtomobildə getmiş, Azər isə ora şəxsi avtomobili ilə gəlmişdir. X71 və Sərdarla tanış etdikdən sonra Rasim və Sərdar yüksək vəzifəli tanışları vasitəsilə Azəri işində irəli çəkəcəklərini və guya həmin vəzifəli şəxsə vermək üçün 10000 manat pul lazım olduğunu Azərə bildirmişlər. Azər Rasim və Sərdarı dinlədikdən sonra bu şəxslərin danışıqlarına tam inanıb və işinin bu şəxslər tərəfindən həll olunacağına əmin olduqdan sonra 10000 manat pulu ona vermiş, o da həmin pulu Rasimə vermiş, Rasim pulu alan zaman bu işi 10 günə həll olunacağına söz vermişdir. X58 Şirkətinin rəhbərliyinin qarşısında bu işin həll olunması barədə məsələ qaldırılacağını və bu şəxslərin özlərindən çox razı şəkildə Azərin mədənə müdir təyin olunması məsələsinin həll olunacağına əmin olduqlarını, bu da həm Azəri həm də onu bu şəxslərə tam inandırmışdır. Lakin, pul Sərdarla Rasimə verildikdən 10 gün keçməsinə baxmayaraq məsələ həll olunmamış, dəfələrlə Rasim və Sərdarla görüşərək məsələnin həll olunmadığından narahat olduğunu və Azərin də narahatçılıq keçirdiyini bu şəxslərə bildirmişdir. Məsələ həll olunmadığından Azər artıq ona bir neçə dəfə zəng edərək narahatlığını çatdırmış, əgər iş alınmırsa pulu qaytarmağı tələb etmişdir. O, 2020-ci ilin noyabr ayının əvvəllərinədək dəfələrlə Sərdar və Rasimlə əlaqə saxlamış və iş düzəlmirsə aldıqları pulu qaytarmalarını tələb etmişdir. Onların da işin düzəlməməyinə görə yalandan müxtəlif bəhanələr gətirmişlər. Sərdarla bu işlə bağlı bir dəfə olan görüşləri zamanı sonuncu, ona cəmi 3000 manat pul çatdımış, qalan pulun Rasimdə olduğunu deyən zaman bu şəxslərin pulu iş düzəltmək adı ilə yox, məhz aldadaraq və etibardan sui istifadə edərək mənimsəyib aralarında böldüklərini anlamışdır. Bundan sonra onlardan daha da təkidlə həmin pulu geri tələb etmiş və təxminən 16-17 noyabr tarixində Sərdar və Rasimin ona ümumilikdə 3000 manat pul qaytarmış, qalan pulu isə 20 noyabr 2020-ci il tarixdə tam şəkildə verəcəklərinə söz vermişlər. O da 3000 manatı Azərə çatdırmışdır. Azərin işini düzəltməkdə məqsədi yaxın tanışının ondan elədiyi xahişi təmənnasız olaraq yerinə yetirməkdən ibarət olmuş, hər hansı maddi marağının olmamış və Rasimgilin aldığı 10000 manat puldan ona bir manat da qalmamışdır. Rasim və Sərdarın dələduzluq niyyətlərindən əvvəlcədən xəbərdar olmamış, bildiyi halda Azəri bu şəxslərlə tanış etməzdi. (cild 1, iş vər. 56-59). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 Möhsün oğlu ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin iyul ayında dostu Rəsul Araz adlı şəxslə şərikli Çindən kombi radiatorları gətizdirdiyini, gömrük rəsmiləşdirməsindən daha aşağı qiymətə keçirmək istədiyini ona demiş, o da təxminən 20 ilə yaxındır tanıdığı Təqsirləndirilən şəxs1 bu barədə dedikdə, sonuncu gömrükdə tanışının olduğunu, həmin malları gömrük rəsmiləşdirməsindən aşağı qiymətə keçirdə biləcəyini ona demişdir. O bunu Rəsula demiş və onlar Rəsulla birlikdə Rasimlə görüşmüş, Rasim onlara həmin gömrükdəki tanışı ilə danışacağını və xəbər edəcəyini demişdir. Səhəri gün onlar yenidən Rəsulla birlikdə “Dədə Qorqud” parkının yanında həmin şəxslərlə, yəni Rasimin dediyi şəxslərlə görüşə getmiş, onlar həmin yerə çatanda Rasim, Sərdar adlı şəxs və xüsusi geyimdə olan Gömrük Xidmətinin Valeh adlı əməkdaşı artıq orada olmuşlar. Görüş zamanı Rəsul gətirmək istədiyi mallar barədə məlumat verdikdən sonra Valeh onlara həmin malları 30000 manat depozit ödəmək şərti ilə rəsmi rüsumun 50 faiz aşağı qiymətə rəsmiləşdirə biləcəyini demiş, eyni zamanda bu şərtlə razı olacaqları təqdirdə Sərdara bu barədə məlumat verməyi və bundan sonra Rəsulun gətirdiyi malların adına vurulacağı şirkətin adını onlara verəcəyini demişdir. Rəsul da bu barədə fikirləşəcəyini demişdir. Lakin, Rəsul sonradan bu məbləğə razı olmadığı onlara bildirmişdir. Həmin görüşdən təxminən üç gün sonra Rasim, o, Sərdar və Rəsul yenidən görüşdükdə Sərdar Valehin təklif elədiyi qiymətdən daha aşağı qiymətə, yəni 20000 manat müqabilində həmin malları gömrükdən çıxardacağını onlara demiş və onlar da bu sərfəli təkliflə razılaşmışlar. Bundan sonra Sərdar və Rasim onlara “Ceris” adlı şirkətin rekvizitlərini «Whatsap» qısa mesajlaşma proqramı vasitəsi ilə göndərmiş və Rəsul da malları Sərdarın verdiyi şirkətin adına keçirmişdir. 2020-ci ilin avqust ayının 17-də Rəsula məlumat verilmişdir ki, həmin malları gətirən yük avtomobili artıq Bakı şəhəri Baş Gömrük idarəsinə daxil olmuşdur. Rəsul da bu barədə Sərdara məlumat vermiş, sonuncu da 20000 manatı götürüb həmin gömrük idarəsinə gəlməsini və orada şirkətin Cəmil adlı nümayəndəsinin onları qarşılayacağını və pulu həmin şəxsə verməyi Rəsula tapşırmış və Cəmilin ********** mobil telefon nömrəsini də «Whatsap» qısa mesajlaşma proqramı vasitəsi ilə Rəsula göndərmişdir. O da həmin gün Rəsulla bir yerdə Bakı şəhəri Baş Gömrük idarəsinə gedərək oradan Cəmil ilə görüşərək özləri ilə gətirdikləri 20000 manat pulu gömrük idarəsinin qarşısında Cəmilə vermişlər. Görüş zamanı Cəmil ondan əlavə olaraq 380 manatı guya “İpək yolu” terminalının xərcləri üçün ondan istəyərək almışdır. O, Cəmillə görüşdən geri qayıdaraq Cəmilə 20000 manatdan əlavə olaraq 380 manat “İpək yolu” terminalının xərcləri üçün də pul verdiyini Rəsula demişdir. Bundan 15-20 dəqiqə sonra onlar Cəmilə zəng edərək işin nə yerdə olduğunu soruşduqda, o isə cavabında bu işlə məşğul olduğunu və gün ərzində malı gömrükdən çıxacağını demiş, onlar bir daha Cəmilə zəng vuran da isə sonuncu onlara bu barədə Sərdarla əlaqə saxlamağı bildirmiş, onlar da Sərdara zəng edərək işin nə yerdə olduğunu soruşduqda Sərdar narahat olmamağı, guya vergidə problem olduğu üçün sabah saat 11:00 üçün malları təhvil götürə biləcəklərini onlara söz vermiş, onlar sabahı gün saat 11:00-da Sərdara zəng etmiş, telefona zəng çatmadığına görə Rəsulla birlikdə Bakı Baş Gömrük idarəsinə daxil olaraq işlərinin hal-hazırda hansı yerdə olduğunu soruşduqda gömrük əməkdaşları onlara həmin işlə məşğul olmadıqlarını, bununla bağlı heç kimin müraciət etmədiyini və yükün sənədlərini qırağa qoyduqlarını demişlər. Bu söhbətdən sonra o, dəfələrlə Rasimə zəng edərək işi həll etməklərini, edə bilmədikləri təqdirdə isə pulu geri qaytarmaqlarını tələb eləmiş, lakin Rasim də hər dəfəsində onlara yalan danışaraq, “pulu bu günə, sabaha verəcəyik” deyə-deyə, həmçinin guya Sərdarı tapa bilmədiyi barədə müxtəlif bəhanələr gətirmişdir. Bu məqsədlə Rasimlə o, dəfələrlə danışmış, sonuncu isə hər dəfə yalan danışaraq pulu qaytaracağını desə də, ortada heç bir nəticə hasil olmamışdır. (cild 1, iş vər. 168 -170). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə şərikli şəkildə Çindən 2020-ci ilin yay aylarında satmaq məqsədilə istilik radiatoru gətirsələr də, bu malların gömrük rəsmiləşdirilməsini başlarına gələn dələduzluq cinayəti üzündən həyata keçirə bilməmişlər. Belə ki, bu malları onlar 2020-ci ilin iyun-iyul aylarında Çindən Bakıya göndərmişlər. Bu malların gömrük rəsmiləşdirilməsi üçün onlar tanış axtararkən dostu Rəsul ona demişdir ki, bu malları uyğun qiymətə gömrük rəsmiləşdirilməsi üçün müəyyən adamlarla razılığa gəlmişdir. Rəsuldan eşitdiyinə görə bu adamlar Valeh adlı gömrük əməkdaşı, Rasim və Sərdar adlı şəxslər olmuşdur. Onlar malların rəsmiləşdirilməsi üçün Şahid12 adlı tanışları vasitəsilə tanıdıqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 20380 manat pul vermişlər. Bu şəxslərlə ilkin danışıqların hamısını Rəsul aparmış və pulu da Gömrük idarəsinin yaxınlığında Sərdarın Cəmil adlı tanışına Rəsul və Zaurun vermiş və həmin pul Rəsulun pulu olmuşdur. Belə ki, o, malların pulunu Çinə göndərmiş, Rəsul isə malları burada rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Onlar pulu Sərdara çatdırandan sonra onlara məxsus mallar gömrükdə rəsmiləşməmiş və bu barədə dəfələrlə həm Rasim, həm Sərdarla əlaqə saxlasalar da hər dəfə bu adamlar onları müxtəlif bəhanələrlə aldadmışr. Son nəticədə malları gömrükdə rəsmiləşməmiş, nə də Rasim və Sərdar onlardan aldıqları 20380 manat pulu onlara geri qaytarmamışlar. Bu şəxslər məqsədli şəkildə onların etibarından sui istifadə edərək onlara qarşı dələduzluq etmişlər. (cild 1, iş vər. 195-196). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 Elşən oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-də işlədiyi müddətdə normal, məsuliyyətli iş görən adam kimi tanımış, aralarında tanışı Şahid3 işinə qədər heç bir narazılıq olmamışdır. Bakıda olarkən Rasim vasitəsilə tanış olduğu müxtəlif şəxslərlə bir süfrədə çay içib, çörək kəsmiş, həmin məclislərdə olan söhbətlərdən o, Rasimi Bakı şəhərində yüksək vəzifəli şəxslərlə, həmçinin yüksək rütbəli polis əməkdaşları ilə əlaqəli şəxs kimi tanımışdır. Onun yanında olan söhbətlərdən Rasimin polisə işi düşən şəxslərə polisdəki əlaqələri vasitəsilə köməkliklər etdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs3 da Faiq Rzayev adı ilə Rasim vasitəsilə təxminən 2019-cu ilin yaz aylarından tanımışdır. Belə ki, o, həmin şəxslə ilk dəfə Rasimin yanında görüşmüş və Rasim həmin şəxsi ona Faiq Rzayev kimi təqdim etmişdir. O da həmin şəxsi son vaxtlara qədər Faiq adı ilə tanımış, yalnız son vaxtlarda həmin adamın əsl adının Müşfiq olduğunu bilmişdir. O, bir neçə dəfə Rasimlə görüşən zaman Faiq adlı şəxsin də Rasimin yanında olduğunun şahidi olmuşdur. Rasim görüşlərinin birində ona demişdir ki, guya Faiq “Socar”da işləyən Vüqar Şərifov adlı tanışı vasitəsilə “Socar”da müəyyən vəzifələrə pul müqabilində adam işə düzəldə bilir. Şahid3 təxminən 2015-2016-cı ildən bu vaxtadək qohumu vasitəsilə tanımış və həmin vaxtdan normal münasibətləri olmuşdur. Onun sözlərinə görə təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində Oqtay ona zəng edərək işsiz olduğunu və əvvəllər işlədiyi “Socar” şirkətinə yenidən işə bərpa olunmaq istədiyini, bütün imtahanları uğurla versə də, sadəcə olaraq sonda kəsildiyini bildirmişdir. O da “Socar”a işə düzəltmək üçün Faiq və Rasim adlı tanışlarının olduğunu, həmin şəxslərin Oktayı işə düzəldə biləcəyini sonuncuya bildirmişdir. Oktay da həmin şəxslər haqqında maraqlandıqda, o, Faiqin “Socar”da işləyən Vüqar adlı qohumunun olduğuna görə Oktayı rahatlıqla həmin şirkətə işə düzəldə biləcəklərini, hətta əvvəllər onun başqa bir tanışını da 3000 manat müqabilində “Socar”a çilingər vəzifəsinə düzəltdiklərini Oktaya bildirmişdir. Sonra o, Rasimə zəng edərək belə bir söhbətin olduğunu, Faiqin onun Oktay adlı tanışını işə düzəldib düzəltməyəcəyini, Faiqin bu işin öhdəsindən hansı dərəcədə gələ biləcəyini Rasimdən soruşmuş, sonuncu da ona Faiqin bu işi rahatlıqla görə biləcəyini israrla bildirmişdir. O, Rasimə pulu ancaq işə düzəlmə barədə əmr veriləndən sonra verə biləcəklərini dedikdə Rasim də pulun əmrdən sonra verilə biləcəyini deyərək bu barədə Faiqlə danışmağı ona məsləhət bilmişdir. Bundan sonra o, bu məsələni zəng edib Faiqlə danışdıqda sonuncu, heç bir problemin olmadığını, işi rahatlıqla düzəldə biləcəyini ona demişdir. O, Faiqin ***-***-**-** əlaqə nömrəsini Oktaya verdikdən sonra həmin şəxslərin sonrakı görüşləri və aralarında olan pul söhbətlərindən xəbəri olmamışdır. Təxminən fevral ayının sonlarında Oktay ona zəng edərək, X50 aldadaraq ümumilikdə 5500 manat pulunu aldıqlarını, Faiqin artıq zənglərə cavab vermədiyini ona bildirmişdir. O, əvvəlcə bu söhbətə inanmayaraq, bu şəxslərlə ilk dəfə iş görmədiyini, hətta X43 puluna ehtiyaclarının olmadığını sonuncuya bildirərək, dərhal Faiqə zəng etmişdir. Faiq onunla telefon danışığında narahat olmamağı məsləhət bilərək, əmisi oğlunun yas mərasimində iştirak etdiyinə görə telefonunu söndürdüyünü və yas mərasimi bitdikdən sonra işi həll edəcəyini bildirmişdir. O, Faiqlə danışığından sonra Oktaya zəng edərək Faiqin dediklərini çatdırmışdır. Sonra o, zəng edərək bu məsələni Rasimlə də danışmış, Rasim ona pul haqq-hesabından xəbəri olmadığını bildirmişdir. Təxminən mart ayının sonlarında Oktay yenidən ona zəng edərək işinin həll olunmadığına görə polisə şikayət etmək istədiyini bildirmişdir. O, isə Oktaya şikayət etməməyi və Faiqin tezliklə Oktayla əlaqə saxlayacağını Oktaya bildirmişdir. O, yenidən Faiqlə əlaqə saxlayaraq işi niyə düzəltmədiyini soruşduqda, Faiq ona yenidən narahat olmamağı, işi düzəldəcəyini, düzəltmədiyi təqdirdə isə pulu qaytaracağına söz vermişdir. Hətta o, Faiqlə danışığında Oktayı həmin şəxslərlə özünün əlaqələndirdiyini xatırladaraq işi problemsiz həll etməyi tapşırmışdır. Lakin, iş həll edilməmiş və bu zaman ərzində Faiq və Rasim müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışlar. Hətta bir dəfə də guya Vüqar Şərifovun qardaşının öldüyünə görə guya Vüqarla bu barədə söhbətlərinin yubandığını da ona bəhanə gətirmişlər. Oktay aldadıldığını görüb polisə şikayət etmiş, o da bu işlə bağlı Bakı şəhər Baş polis idarəsində izahat vermişdir. Oktay Faiqə 5500 manat pulu verən zaman nə Oktay, nə Rasim, nə də Faiq kimi tanıdığı Təqsirləndirilən şəxs3 ona bu barədə heç bir söz deməmiş, baş verən söhbətlərdən və verilən pullardan sonradan xəbəri olmuş, onun bu işdə marağı ancaq bir dost kimi Oktaya köməklik eləmək olmuşdur. Rasim və Müşfiqin dələduzluq niyyətlərindən əvvəlcədən xəbərinin olmamışdır. Təqsirləndirilən şəxs1 özünü ona polis əməkdaşı kimi təqdim etməmiş, onun özü də Rasimi heç kimə polis əməkdaşı kimi təqdim eləməmişdir. (cild 2, iş vər. 95-97). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bir neçə il olar ki, tanıyır. 2018-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Qadirin oğlu Elnur Rzayev həbs olunub. Qadirdə həmin vaxtları oğlu Elnurun azadlığa çıxması üçün müxtəlif yollar axtarmışdır. Elə olmuşdur ki, 2018-ci ilin yay aylarında Qadir demişdir ki, Müşfiq adlı şəxslə tanış olub və Müşfiq, Qadirin oğlu Elnurun azadlığa çıxması üçün ona köməklik edəcək. Qadir demişdir ki, Müşfiqlə oğlunun işi ilə bağlı görüşməyə gedir və ondan xahiş etmişdir ki, o, da onunla getsin. Onun vaxtı olduğu üçün Qadirlə bir yerdə Müşfiqlə görüşmək üçün Nərimanov rayonu ərazisində yerləşən “Avesta” çay evinə getmişlər. Həmin vaxtı Qadirin tanışı Şahid13 da onlarla bir yerdə həmin yerə getmiş, orada Rasim və Müşfiq adlı şəxslər oturmuş, söhbət zamanı Qadir, Müşfiqə oğlu Elnurun həbs olunması barədə ona məlumat vermişdir. Müşfiq onların yanında demişdir ki, Qadirin oğlu Elnurun işini Məhkəmədə yüngülləşdirib şərti azadlığa çıxarda bilər. Bunun üçün Müşfiq, Qadirdən 5000 manat pul istəmiş, həmin söhbət zamanı Rasimdə orada olmuşdur. Qadirlə, Müşfiq, Qadirin oğlu Elnurun işi ilə bağlı söhbət etdikdən sonra onlar oradan çıxıb getmişlər. Sonradan Qadirdən eşitmişdir ki, Müşfiq hissə-hissə ondan üç dəfəyə 5400 manat pul almış, lakin Müşfiq, Qadirin oğlu Elnurun işini həll etməmiş və Elnur Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Qadirdə dəfələrlə Müşfiqdən pulunu geri istəsə də, bu vaxta kimi Müşfiq Qadirin 5400 manat pulunu qaytarmamışdır. (cild 4, iş vər. 100-101). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanaı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bir neçə il olar ki, tanıyır. Belə ki, Qadiri tanımağı onun balaca oğlu Raminlə dostluq münasibətləri etdiyi vaxtdan başlayıb. 2018-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Qadirin oğlu Elnur Rzayev həbs olunub. Həmin vaxtları Qadirin balaca oğlu Ramin ona zəng edib demişdir ki, böyük qardaşı Elnur Rzayev bəzi nöqsanlara görə həbs edilmişdir. Zərərçəkmiş şəxs2 isə oğlu Elnura kömək etmək üçün vasitələr axtarmışdır. Bir müddət keçdikdən sonra Qadir ona zəng etmiş və onlar Elnurun işi ilə bağlı söhbət etmişlər. Söhbət zamanı Qadir oğlu Elnurun azadlığa çıxması üçün bir nəfər Müşfiq adlı şəxslə tanış olduğunu və Müşfiq adlı şəxsə oğlu Elnurun azadlığa çıxması üçün 4000 manat pul verdiyini demişdir. Qadir, Müşfiq adlı şəxsə axşam əlavə 1000 manat pul da verəcəyini demişdir. Ondan xahiş etmişdir ki, birlikdə gedib həmin pulu Müşfiqə versinlər. O, da razı olmuşdur. 29 noyabr 2018-ci il tarixdə saat 19 radələrində Qadirlə Nərimanov metrosunun yanında görüşmüşlər. Qadirin yanında Əyyub adlı bir qohumu da olmuşdur. Qadir bundan sonra Müşfiqə zəng etmiş və harada olduğunu soruşmuşdur ki, hara gəlsinlər. Müşfiq, Qadirə, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Köhnə ət kombinatı kimi tanınan ərazidəki, “Arpaçay” kafesinə gəlmələrini demişdir. Onlar bir yerdə Qadir, Əyyub və o, həmin yerə getmişlər. Orada onları bir nəfər orta boy, kök insan qarşılayıb özünü Müşfiq kimi təqdim etmişdir. Sonra onlar kafedə ayrı bir otağa keçib oturmuşlar.Müşfiq oturan kimi Qadirə pulu verməsini demişdir. Müşfiq eyni zamanda bildirmişdir ki, kafedə qonaqları var tələsir. Onlar Müşfiqdən işin nə yerdə olduğunu soruşan zaman Müşfiq demişdir ki, onun vəzifədə işləyən qohumları var, həmin qohumlarından xahiş edib ki, Elnurun işinə köməklik etsinlər. Müşfiq, Qadirə, oğlu Elnurun işini artıq danışdığını, işin həll olunduğunu, heç bir problem olmadığını, ittiham idarəsinin də tam razı olduğunu bildirmişdir. Qadir, Müşfiqdən soruşanda ki, birdən iş alınmadı, Müşfiq demişdir ki, bu mümkün deyil, pulu versin, tələsir. Məsələni uzatmasınlar yoxsa pullarını qaytarar, uşağı həbsdə qalar, heç kim də həbsdən çıxarda bilməz. Bundan sonra saat 19-30 radələrində Qadir pulu cibindən çıxardıb yanlarında 10 ədəd 100 manatlıq, ümumi 1000 manatı Müşfiqə vermiş və oradan çıxıb getmişlər. Bundan bir neçə gün sonra Qadir zəng edib oğlu Elnura 6 il iş verdiklərini bildirərək Müşfiqin telefona cavab vermədiyini bildirmişdir. Bundan sonra Qadir, Müşfiqlə axşam əlaqə saxladığını, Müşfiqin ona tezliklə pulu qaytaracağını demişdir. Ancaq Müşfiq sonradan Qadirə heç bir pul qaytarmamış, hər dəfə qaytaracağını bildirmiş və vaxtı uzatmışdır. Bunu ona Qadir demişdir. Sonradan ona məlum olmuşdur ki, Müşfiq dələduzluq yolu ilə Qadirdən 5400 manat pul almış, bu vaxta kimi dələduzluq yolu ilə ələ keçirdiyi 5400 manat pulu Qadirə qaytarmamışdır. (cild 4, iş vər. 103-104). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şxəs halında özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə 2017-ci ilin avqust ayında Şahid1 ilə görüşərək sonuncunun məhkəmənin hökmünə əsasən azadlıqdan məhrum emtə cəzasına məhkum eidlmiş oğlu X23 cəzasının guya AR Ali Məhkəmədə olan tanışları vasitəsilə azaldılacağı ilə bağlı həmin məhkəmənin işçilərinə 14000 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək sentyabr ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 14000 manat pul vəsaitini Bakı şəhərində müxtəlif ünvanlarda aldatma yolu ilə ələ keçirərək Şahid1 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib ona xeyli mqidarda ziyan vurmaql dələduzluq etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını dələduzluqla ələ keçirmə və rüşvət verməyə təhrik etmə faktlarına dair toplanmış material üzrə Azərbaycan Respubliaskı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində Təqsirləndirilən şəxs1 və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4 və 2.4,312.1-ci maddələri ilə başlanaraq iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). Bakı şəhər Səbail Rayon Məhkəməsinin 5(009)-3744/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında 6 (altı) ay ərizndə texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması texniki rabitə kanallaırından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalarına, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərər, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrədn istifadə etməklə və ya səs yazan, video, foto və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyytaxtraış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. (cild 1, iş vər. 9). “Baxış keçiriməsi haqqında” 19noyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilinə baxış keçirilmiş və baxış keçirilən məznilin üç otaq, bir mətbəx və bir sanitar qovşaq və dəhlizdən ibarət olduğu müəyyən edilmişdir. Baıxş zamanı yataq otağındakı seyfdən 30 ədəd 100-lük ABŞ dolları ümumilikdə 3000 ABŞ dolları pul, qonaq otağında masanın üzərində Təqsirləndirilən şəxs1 məxsus bir ədəd tünd rəngli «İPHONE» markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vər. 17-18). “Tutulma haqqında” 19 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 noyabr 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1,178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 35). “Tutulma haqqında” 20 noyabr 2020-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 noyabr 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1, 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllçrini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 70). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ********** saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müdafiəçinin iştirakı ilə ona həmin maddələrlə ittiham elan edilmişdir. (cild 1, iş vər. 93-94). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ********** saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və müdafiəçinin iştirakı ilə ona həmin maddələrlə ittiham elan edilmişdir. (cild 1, iş vər. 108-109). Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-586/2020 saylı, 21 noyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, həbsetmənin əvvəli 19 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vər. 138- 140). Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-587/2020saylı 21 noyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «həbs» qimsində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vər. 141-143). “Mobil telefona baxış keçriilməsi haqqında” 27 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd sönmüş vəziyyətdə olan qara rəngli “İPHONE” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun korpusunda və arxa qapağında cızıq izlərinin olması, telfonun üzərində +994 50-210-63-85 nömrəli "xxxx" mobil operatoruna məxsus bir ədəd sim kartın quraşdırıldığı müəyyən edilmişdir. Telefonun yaddaşında olan mesajlarda, nömrələr, daxil olan, çıxan və qəbul edilməmiş zənglər menyusunda, habelə “Vatsapp” qısa mesajlaşma proqamında iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 1, iş vər. 159). Azərbaycan Respubliaskı Dövlət Təhlükəsizlik Xidmətinin Təhqiqat və X32 Götürülmüş Pulların qəbulu ilə bağlı 04 dekabr 2021-ci il tarixli, Seriya BGİ № 000106 saylı qəbzdən görünür ki, ********** saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olmaqla istintaq zamanı onun yaşadığı evdən aşkar olunaraq götürülmüş 3000 (üç min) ABŞ dolları pul 27 noyabr tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmişdir. (cild 1, iş vər. 166). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. (cild 1, iş vər. 176). Azərbaycan Respubliaskı Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonunun Kəndoba kəndində yaşadığı müddətdə kənd camaatı ilə normal münasibətlərdə olmuşdur. (cild1, iş vər. 185-186). Bakı şəhəri Nəsimi rayonu Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 14 ünvanda, ailə üzvləri: həyat yoldaşı X26, uşaqları: 2000-ci il təvəlldlü X27, 1996-cı il təvəlüdlü X28, 2010-cu il təvəllüdlü X42 ilə birliktə yaşayır. Yaşadığı müddət ərzində qonşularla və ətrafda yaşayan sakinlərlə daim yaxşı münasibətdə olmuş, özündən böyüklərə və kiçiklərə hörmətlə yanaşmışdır. Ətrafda xeyirxah insan kimi tanınmışdır. (cild 1, iş vər. 192-193). Bakı şəhər Binəqədi Rayon 106 saylı MKİS tərəfindən verilmiş arayışdan görüünr ki, Təqsirləndirilən şəxs2 ünvan 15 ünvanda həyat yoldaşı -1981-ci il təvəllüdlü evdar qadın X14, övladları 2003-cü il təvəllüdlü X33 və 2009-cu il təvəllüdlü X29 ilə birgə kirayənişin qismində yaşayır. (cild 1, iş vər. 202-204). “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 avqust 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, vətətdaş X8 5500 manat pulunun Faiq adlı şəxs tərəfindən ələ keçriilməsi barədə etdiyi şikayət ərziəsi əsasında hadisə yerinə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı X63 adlı şəxsə sonuncu dəfə 500 manat pulu, Bakı şəhəri, Nizami rayonu, «Koroğlu» metrosunun yanında verdiyini bildirərək, «Koroğlu» metrostansiyasının yanında yerləşən körpüyə çatmamış, həmin stansiyanın şüşəli tərəfədən çıxışının yanını göstərmiş və baxış zamanı həmin yerin Bakı şəhəri Nizmai rayonu, M.Abbasov küçəsində olması müəyyən edilmişdir. Həmin hadisə yerini Şahid3 tərəfindən əyani olaraq göstərilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər. 246, 247). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş 09.12.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhər Məhkəməsinin 07 fevral 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının 01.09.2000-ci ilə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 80.1-ci maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 3 (üç) il müddətinə şərti cəzaya məhkum edilmiş, daha sonra Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1, 180.3.2 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 14 oktyabr 2004-cü ildən hesablanmış, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 29 mart 2005-ci il tarixli qərarı ilə onun ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1-ci maddəsi xaric edilmiş, onun 185.3.1-ci maddəsi ilə olan əməli Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə tövsiv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla ona 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2006-cı il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,180.3.2-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 5 (beş) ilə endirilmiş, 17 oktyabr 2009-cu ildə cəzasının sonu ilə azad olunmuş, sonra isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. (cild 1, iş vər. 271-272). Materialın adiyyatı üzrə göndərilməsi haqqında” 29 dekabr 2020-ci il traixli qərardan görünür ki, HK-1/1600 nömrəli material Təqsirləndirilən şəxs1 barəsində DTX-nin İstintaq Baş idarəsində araşdırılan ********* saylı cinyət işi üzrə birgə istintaq aparılması üçün DTXnin İstintaq Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. (cild 1, iş vər. 288). İş materiallarında olmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 191/2012 saylı, 14 sentyabr 2012-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaarq 4500 (dörd min beş yz) manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 iki gün həbsdə olduğu müddət nəzərə alınmaqla Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 4500 manat cərimə cəzası yüngülləşdirilərərk 4000 (dörd min) manat cərimə cəzası təyin edilmişdir. (cild 2, iş vər. 2-8). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2019 saylı 28 yanvar 2019cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinaytə əməlini törətməkdə təqsirli bilinmiş və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. (cild 2, iş vər. 9-13). Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 fevral 2005-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.3.1 və 180.3.-ci maddələri ilə, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, əmlakı müsadirə olunmadan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 185.3.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq əmlakı müsadirə olunmadan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. (cild 2, iş vər. 106-108). Bakı Apellyasiya Məhkəməsinin 421/2005-ci il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin İlyas Mustafayev və Təqsirləndirilən şəxs1 haqqındakı 17 fevral 2005-ci il tarixli hökmü dəyişdirilmiş, hər ikisinin Azərbaycan Respublikası CM-nin 180.3.1-ci maddəsilə məhkum edilmələrinə dair hissə ittihamdan xaric edilmiş, Rasim Nəsriovun Azərbaycan Respublikası CM-nin 185.3.1-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinə tövsif edilmiş, birinci maddə ilə İ.Mustafayev və Təqsirləndirilən şəxs1 hər birinə 3 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 2, iş vər. 109-111). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” Səbail Rayon Məhkəməsinin 5(009)-587/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə-Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, X15 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi və Şahid12 Möhsün oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin abonenti ilə bağlanmış müqavilənin surəti, həmin nömrələr ilə 01 yanvar 2017-ci il tarixdən 20noyabr 2020-ci il tarixədək aparılmış danışıqların kompyuter açıqlamaları və SMS yazışmaları, elecə də, hərəkət marşrutu (location) haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 2, iş vər. 169-170). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” Səbail Rayon Məhkəməsinin 5(009)-588/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə- şahidlər Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin, X8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin, X30 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin, X3 istifadəsində olan 0-534-11- 11 mobil telefon nömrəsinin, X9 istifadəsində olan 05-270-07-75 mobil telefon nömrəsinin, X15 istifadəsində olan ***-***-**-** və 055-05-75-25 mobil teelfon nömrələrinin və X20 istifadəsində olan 099-79-00-09 mobil telefon nömrəsinin abonenti ilə bağlanmış müqavilənin surəti, həmin nömrələr ilə 01 yanvar 2016-cı il tarixdən 20 noyabr 2020-ci il tarixədək aparılmış danışıqların kompüter açıqlamalrı və SMS yazışmaları, eləcə də hərəkət marşrutu haqqında məlumatların "xxxx" MMC-dən götürlməsi qərara alınmışdır. (cild 2, iş vər. 171-172). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” Səbail Rayon Məhkəməsinin 5(009)-589/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, həmçinin Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nörməsinin, X3 istifadəsində olan 0***-***-**-** mobil telefon nömrəsinin, X9 istifadəsində oaln 050-303-3- 01 mobil telefon nörməsinin, iş üzrə şahidlər Şahid1 istifdəsində olan ***-***-**-** mobil telefon nörməsinin, Zərərçəkmiş şəxs1 Thir oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin abonentləri ilə bağlanmış müqavilənin surəti, həmin nömrələr ilə 01 yanvar 2016-cı il tarixdən- 20 noyabr 2020-ci il tarixədək aparılmış danışıqların kompüter açıqlamalaı və SMS yazışmaları, eləcə də hərkət marşrutları haqıqnda məlumatıar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 2, iş vər 173-175) “Baxış keçirilməsi haqqında” 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifdəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə iş üzrə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2017-ci ilin avqust ayından Təqsirləndirilən şəxs1 tutulan müddətə qədər mütəmadi telefon danışıqlarının olduğu müyyən eidlmiş və həmin danışıqlardan iş üçün əhəmiyyətli olan zənglərin siyhısı digər zənglərin içərisindən seçilərərk ayrılmışdır. Təqsirləndirilən şəxs1 uistifadəsində olmuş ***-***-**-** mobil teleofn nömrəsi ilə iş üzrə Şahid12 Möhsün oğlunun istifadəsində olan ***-***-**-**mobil telefon nörməsi arasında 2020-ci ilin may ayından Təqsirləndirilən şəxs1 tutulan müddətə qədər mütəmadi telefon danışıqlarının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** monbil telefon nömrəsi ilə iş üzrə şahid X8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 08 iyul 2020-ci il tarixdə saat 13:47 dəqiqədə 659 dəqiqəlik telefon danışığı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050-210-63-5 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nörməsi arasında 2020-ci ilin fevral ayının 6-dan etiğarən mütəmadi olaraq telefon danışıqları olduğu müəyyən edilmişdir. (cild 2, iş vər. 234-236). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş 14 aprel 2021-ci il tarixli tələbnamə arayışdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 27.10.2005-ci il tarixdə Bakı şəhər Binəqədi rayon Polis idarəsi tərəfindən CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 27.10.2005-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir, bundan sonra o, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19.03.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.06.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 24 fevral 2011-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (barışdığı və dəymiş ziyanı ödədiyi üçün) cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli iş №-1 (009)-29/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, iş üzrə ibtidai istintaq zamanı həbsdə saxlanıldığı iki g\ün müddət həmin cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 2, iş vər. 243-244, 251-257). İş üzrə 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Fərmna oğluna məxsus bir ədəd “İphone” markalı mobil telefonun ailəsinə verilməsi üçün müdafiəçisi Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili X16 təhvil verilmişdir. (cild 2, iş vər. 281). Azərbaycan Respublaiskı Baş Prokurorluğu tərəfindən göndərilmiş 07\07-69 saylı 07.05.2021 tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilmiş ********* nömrəli cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdiirlib bir icraatda davam etdirlməsi üçün göndərilmişdir. (cild 3, iş vər. 1). Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində ilkin istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunaraq ona həmin maddələrlə ittiham elan edilməsi və barəsində Bakı şəhəri, Səbail Rayon Məhməməsinin 03 oktyabr 2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilməsinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Bahadur qızının qızı X10 Bakı şəhər İcra Hakimiyyətinə işə düzəldilməsi üçün Şahid10 ümumilikdə 12000 manat pul verməsi, sonuncunun Zərərçəkmiş şəxs3 aldığı 12000 manat puldan 5000 manat pulu Təqsirləndirilən şəxs1 verdiyi, qalan 7000 manat pulu isə Zərərçəkmiş şəxs3 özlərinə qaytardığı, eyni zamanda Zərərçəkmiş şəxs3 bununla bağlı şikayət ərizəsində və ifadələrində bu barədə istintaq orqanına müraciət etmədiyi, həmin xüsusat üzrə Şahid10 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq qeyd edilən dələduzluq cinayətlərini törətmiş və Təqsirləndirilən şəxs1 və X2 barəsində ********* №-li cinayət işi materiallarından fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə ********* №-li cinayət işi ayrılması və istintaq aparılması üçün icraata qəbul edilməsi, ********* №-li cinayət işində olan bütün sənədlərin kserosurətləri ayrılmış ********* №-li cinayət işinə əlavə olunması və ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (cild 3, iş vər. 13-24). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 08 may 2021-ci il traixli qərardan görünür ki, ********* saylı və ********* saylı cinayət işləri bir icratada birləşdirilərək iş üzrə ibtidai istintaqın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaqı aparılmış hazırki ********* cinayət işi nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. (cild 5, iş vər. 235-236). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 21-1/3-1545 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edildiyi 4000 manat cərimə cəzasını 05.03.2014-cü il tarixdə tam şəkildə dövlət nəfinə ödəmişdir. (cild 5, iş vər. 250). İş materiallarına əlavə edilməklə Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış notarial təsdiqli ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materillarına əlavə eidlməklə X38 tərəfindən imzalanmış notarial təsdiqli ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini bildirmişdir. İş materillarına əlavə edilməklə Zərərçəkmiş şəxs1 tərəfindn imzlanamış notarial təsdiqli ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi olmadığını və ona dəymiş zərərin tam ödənildiyini bildirmişdir. İş materillarına əlavə edilməklə Şahid3 tərəfindən imzlanamış notarial təsdiqli ərizədən görünür ki, sonuncu X4 verdiyi 5500 manat pulun ona tam olaraq qaytarıldığını, hal-hazırda X7 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materillarına əlavə edilmiş 1131 nömrəli «Kapital Bank»a ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cərimə cəzasının qalığı 500 (beş yüz) manat X5 hesabına ödənilmişdir. İş materiallarına əlavə edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli iş №-1 (011)-192/2021 saylı hökmünün surətindən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 həmin məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 1(0090-29/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs3 təqsirli bilinərək məhkum olunmuşdur ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında digər şəxslə cinayət əlaqəsinə girərək 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CMnin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs2 oğlu, X24 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 16 ünvanda yerləşən «Saatlı» binanın yanında 3000 manat pulunu, daha sonra həmin vədlə 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs2 oğlu, X24 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 5 saylı ünvanda yerləşən «Bizim Marketin» yanında 1400 manat pulunu, daha sonra həmin vədlə 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs2 oğlu,- X24 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 29 noyabr 2018-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesinin içərisində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs2 5400 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs3 qızı,- X10 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin verilməsi adı ilə aldadıb ünvan 19 ünvanda yerləşən Elmlər Akademiyası metrosunun qarşısında Şahid10 Söhlət oğlunun vasitəsi ilə 5000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs3 qızı X10 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin verilməsi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib 18 aprel 2019-cu il tarixdə saat 15 radələrində ünvan 20 ünvanda yerləşən Q.Qarayev metrosunun qarşısında 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs3 5500 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 25 iyun 2019-cu il tarixdə saat 13 radələrində X6 qızı,- X17 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb ünvan 21 ünvanda yerləşən «Elmlər Akademiyası» metrosunun qarşısında 2000 manat pulunu, daha sonra həmin vədlə yenidən X6 qızı, X17 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 28 iyun 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X72 İdarəsinin qarşısında 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxs Z.N.Səlimova 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 20 iyul 2019-cu il tarixdə saat 12 radələrində X12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb ünvan 23 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında 3500 manat pulunu, daha sonra həmin vədlə yenidən X12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 27 iyul 2019-cu il tarixdə saat 14 radələrində ünvan 24 ünvanında 2500 manat pulunu, daha sonra həmin vədlə yenidən X12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 01 avqust 2019-cu il tarixdə saat 15 radələrində ünvan 25 ünvanda yerləşən «Neftçilər» xəstəxanasının arxa hissəsində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxs K.Ə.Əliyevə 7000 manat məbləğində yəni, xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, həmin hökmdən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə o cümlədən digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2n və Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduqları dələduzluq cinayət əməllərinə görə qeyd edilən məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkəm olunmuşdur. Bununla yanaşı, həmin məhkəmə hökmündən görünür ki, qeyd edilən hökmə əsasən hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 həmin iş üzrə irəli sürmüş olduğu iddia tələbi təmin olunaraq, Təqsirləndirilən şəxs3 maddi ziyana görə 5400 (beş min dörd yüz) manat pulun və 31 (otuz bir manat) dövlət rüsumu olmaqla, ümumilikdə 5431 (beş min dörd yüz otuz bir) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 xeyrinə tutulması qərara alınmış, iş üzrə digər Zərərçəkmiş şəxs3 tərəfindən həmin iş üzrə iddia tələbi irəli sürülməmiş və ona vurulmuş maddi ziyanın ödənilməsi məsələsinə baxılmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərin öz aktikv hərəkətlərinin məhz nədən ibarət olması ilə bağlı hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri işin faktiki hallarına uyğun etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş üzrə zərəçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarına əlavə edilməklə məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri müvafiq epizodlar üzrə iş üzrə zərərçəkmiş şəxs və həmçinin iş üzrə şahid kimi keçən digər şəxsləri aldaraq onların pulunu ələ keçirmək barədə ayrı-ayrılıqda olmaqla Təqsirləndirilən şəxs2 müvafiq olaraq Təqsirləndirilən şəxs3 və yaxud Təqsirləndirilən şəxs2la aralarında qabaqcadan heç bir razılaşma olmadığı, iş hər-hansı bir şəxsi rüşvət verməyə təhrik etmədikləri, yuxarıda qeyd edilən əməlləri müvafiq olaraq birlikdə törətməkdikləri barədə olan hissədə iş üzrə məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri hadisələrin baş vermə vaxtı, yeri və inkişafı ilə bağlı işinin faktiki hallan ilə uyğun olmamaqla, öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onların müvafiq olaraq ayrı-arılıqda yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmalarısı, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış yuxarıda qeyd edildən obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində güstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxoğluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2un törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1 və 32.4.312.2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla onlara həmin maddələrin sanksiyası çərçivəsində ədalətli cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasgna və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 32.4,312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunması, himayəsində 2010cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində CM-nin 32.4,312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2009 təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrin və məhkəmə hökm və qərarlarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 28 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 2000 manat cərimə cəzasına məhkum eidlmiş, AR ƏN Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 61701/2018-49-4 nömərli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bak şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərərk məhkum edildiyi 2000 manat cərimə cəzasının 1500 manatınbı dövlət nəfinə keçirmiş və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş 1131 nömrəli, 19 oktyabr 2021-ci il tarixli «Kapital Bank»a ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cərimnə cəzasının qalığı 500 manat X5 hesabına ödənmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsində qeyd olunur ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğu ödənildiyi və ya götürüldüyü günə qədər məhkum olunmuş hesab edilir. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən bi il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. X1 Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “ məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cərimə cəzasını tam ödəmiş, cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində residivin müəyyən edilməsi zmanaı nəzərə alınmayan hallardan biri kimi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar göstərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin resdivi halı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4,312.1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də, məhkəmə hesab edir ki, törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin sanksiyasında beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müdddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun iştirakçılığı ilə faktiki olaraq törədilmiş cəmi iki epizod üzrə cinayətlərin törədilməsində onun faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakıın əhəmiyyətini, onun iştirakçılığı ilə törədilmiş cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın könüllü olaraq tam aradan qaldırıldığını, onun iştirakı ilə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun əvvəllər böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqlan məhrum etmə ilə bağlı olmayan cərimə cəzasına məhkum olunduğu və ona təyin olunmuş cərimə cəzasının onun tərəfindən tam ödənildiyini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran digər halların məcmusunu, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq və bu baxımdan Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1.178.2.2,1782.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini və onun həmin maddələrdə nəzərdə tutulmuş daha ciddi cəza növü, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin olunmamasını məqsədəuyğun olması barədə qənaətə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlanılan şəxsə o cümlədən cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə yuxarıda göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs2 barəsində müvafiq məhkəmə qərarı əsasında 21 noyabr 2020-ci il tarixdə «həbs» qimsində qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli 20 noyabr 2020-ci il tarixdən hesablanmaqla hal-hazırki vaxta qədər həbsdə saxlanıldığı müddəti nəzərə alaraq, belə hesab edir ki, onun islah olunması və cəza təyini ilə bağlı Qanunvericiliyin müvafiq tələbələri nəzərə alınmaqla, ona cərimə növündə əsas cəza təyin edilərkən onun həbsdə saxlama müddətini nəzərə alaraq ona təyin edilən cərimə cəzasının yüngülləşdirilməsini və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında əsas cəzaradan biri kimi nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddində cərimə cəzası təyin olunmasını və Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzalarını qismən toplamaq yolu ilə onun üzərində qəti müvafiq məbləğdə cərimə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin olunan cərimə cəzasının icrası onun daimi yaşayış yeri üzrə Ağsu rayon Probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin məhkəmə işin faktiki hallırını və yuxarıda qeyd edilməklə Qanunvericiliyin tələblərini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4.312.2-ci maddələri və həmçinin Təqsirləndirilən şəxs3 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla onlara qəti cəza təyin olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(011)-192/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.2.1,178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 1(0090-29/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.4-cü maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3 il 06 ay müddətinə azadlıqdan məhrum emtə cəzası təyin edilməsi, cəzasının əvvəlinin 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona həmin Məcəllənin Cinayət Məcəlləsinin 66.1-66.43-cü maddələrində nəzərdə ttulmuş eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində olmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli iş №-1 (011)- 192/2021 saylı hökmündən görünür ki, həmin hökm üzrə Təqsirləndirilən şəxs3, həmçinin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri törətməkdə təqsirli olduqları, Təqsirləndirilən şəxs3 barəsində olan əvvəlki hökm üzrə həmçinin hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 əvvəlki iş üzrə irəli sürmüş olduğu iddia tələbi təmin olunaraq, Təqsirləndirilən şəxs3 maddi ziyana görə 5400 (beş min dörd yüz) manat pulun və 31 (otuz bir manat) dövlət rüsumu olmaqla, ümumilikdə 5431 (beş min dörd yüz otuz bir) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 xeyrinə tutulması qərara alınmış, iş üzrə digər Zərərçəkmiş şəxs3 tərəfindən həmin iş üzrə iddia tələbi irəli sürülməmiş və ona vurulmuş maddi ziyanın ödənilməsi məsələsinə baxılmamışdır. Bununla yanaşı, iş üzrə iş üzrə Zərərçəkmiş şəxs2 hazırki iş üzrə iddia tələbi irəli sürməyərək, hal-hazırki vaxta qədər ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini və iş üzrə Təqsirləndirilən şəxs1 və həmçinin Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və maddi tələbinin olmadığını bildirmişdir. Bununla yanaşı, iş üzrə digər Zərərçəkmiş şəxs3 da hazırki hazırki iş üzrə iddia tələbi irəli sürməyərək, hal-hazırki vaxta qədər ona vurulmuş maddi ziyanın aradan qaldırılmadığını və ona vurulmuş cəmi 5400 (beş min dörd yüz) məbləğində maddi ziyanın aradan qaldırılması üçün iş üzrə Təqsirləndirilən şəxs1 məxsus olmaqla Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə idarəsində saxlanılan 3000 ABŞ dolları məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsini xahiş etmiş və həmçinin Təqsirləndirilən şəxs1 da eyni xahişlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1, 99-1.1.1, 99-1.1.2 və 99-1.1.3 maddələrinin müddəalarına əsasən,- Xüsusi müsadirə cinayət-hüquqi tədbiri o cümlədən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, - əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinin müddəalarına əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.1 və 99-3.2-ci maddələrinin müddəalarına əsasən,- müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlaklardan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitinin onun tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti kimi qiymətləndirilməsi üçün kifayət qədər əsasların olduğunu və onun xüsusi müsadirə olunmalı digər müvafiq əmlakı müəyyən edilmədiyini nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.1 və 99-3.2-ci maddələrinə əsasən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin hissədə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmiş və iş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə Maliyyə İdarəsinə 04 dekabr 2021-ci il tarixli, seriya BGİ № 000106 saylı qəbzlə saxlanılması üçün təhvil verilməklə Təqsirləndirilən şəxs1 məxsus olmaqla onun yaşadığı evdən aşkar edilərək götürülmüş 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti müsadirə edilərək cinayət nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməli və həmin hissədə hökmün icrası icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olnmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla ona qəti olaraq 06 (altı) azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə 4000 (dörd) min manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 32.4, 312.1-ci maddələri ilə 5000 (beş min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 6000 (altı min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunan cərimə cəzasının icrası onun daimi yaşayış yeri üzrə Ağsu rayon Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədiyi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci, 99-3.1 və 99-3.2-ci maddələrinə əsasən iş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsinə 04 dekabr 2021-ci il tarixli, seriya BGİ № 000106 saylı qəbzlə saxlanılması üçün təhvil verilməklə Təqsirləndirilən şəxs1 məxsus olmaqla onun yaşadığı evdən aşkar edilərək götürülmüş 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti müsadirə edilərək cinayət nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar