Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1241/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2 Zərərçəkmiş şəxs Müdafiəçi: “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Mais oğlunun iştirakları ilə, xx xxxxxx 1990-cu ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 fevral 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən “Çardaq” adlı kafenin girişində olan pilləkənlərdə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs bir neçə gün öncə onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib bu halı cüzi səbəb kimi qəbul edərək, xuliqanlıq niyyəti ilə əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq döş qəfəsinin sol yan səthində plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yara yəni, qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilmir, çünki Rəşada xuliqanlıq niyyəti ilə yox, məhz aralarında olan anlaşılmazlıq və onun onu söyməsi ilə əlaqədar bıçaqla xəsarət yetirməmişdir. 2020-ci ilin yanvar ayında “Goradil” qəbəsində yerləşən “Yelkən” kafesinə gedirdi və Rəşad da oranın adminstratoru olduğundan onunla hər zaman salam-sağolu olmuşdur, lakin onunla çox da yaxın münasibəti olmamışdır. Həmin vaxtlar barəsində guya onun Rəşadın kafesində yeyib içərək pulunu vermədiyini və Rəşadı “tasa" otuzdurduğunu dediyi barəsində şayiələr yayılmışdır və Rəşadla buna görə də aralarında anlaşılmazlıq yaranmışdı. Bu səbəbdən onunla Rəşad arasında Mehdiabad qəsəbəsində mübahisə oldu və Rəşad onu söyərək, əlqol ilə onunla dalaşdı. Həmin vaxt Rəşadın yanında başqa şəxslər də var idi. Bundan sonra o Rəşadın nə üçün onu söyməsini aydınlaşdırmaq və aralarında olan anlaşılmazlığı həll etmək üçün 2020-ci il 17 fevral tarixdə saat 18 radələrində Rəşadla əlaqə saxlayıb onunla Biləcəri qəsəbəsində “Məmmədoğullar” servisin yanında yerləşən “Çardağ” kafesində görüş təyin etdi. 17 fevral 2020-ci il tarixdən 18 fevral 2020-ci il tarixə keçən gecə saat 01 radələrində o həmin kafedə tək olaraq oturmuşdu və Rəşadı gözləyirdi. Rəşadı özünün idarə etdiyi və özündən başqa digər şəxsin idarə etdiyi maşın olmaqla iki maşınla özündən başqa 7-8 nəfərlə birlikdə gəldiyini gördü. Sonra bir nəfər tanımadığı şəxs pilləkənləri qalxıb göz gəzdirdi və bundan sonra Rəşad pilləkənləri qalxdı. O Rəşadın yanında başqa şəxslərlə birgə gəldiyini görüb qorxdu. Rəşad pilləkənləri qalxarkən o kafenin ikinci mərtəbəsində olan yay mətbəxtində stolun üstündən tiyə hissəsində xırda kəsintilər olan limon doğramaq üçün nəzərdə tutulmuş mətbəx bıçağını götürüb əlində saxlayaraq pilləkənlərin qurtaracağında Rəşadı qarşıladı. Bundan sonra Rəşadgilin iki maşınla gəldiyini və digər şəxslərin olduğunu görüb onu döyəcəklərini ehtimal edib, Rəşada heç nə demədən bıçaqla bir dəfə qarın nahiyəsindən zərbə vurdu. Bu zaman Rəşad zərbənin təsirindən dizlərini yerə qoyub yerə yıxıldı, və o sonra oradan uzaqladı. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs vurmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayından 2020-ci ilin fevral ayına qədər olan müddətdə Abşeron rayonu “Goradil” qəbəsində yerləşən “Yelkən” kafesində administrator kimi işləyirdi. Həmin vaxtlar Səbuhi də ora gəlibgetdiyinə görə onu da tanıyırdı. Bir neçə şəxsdən Səbuhinin onun haqqında onu “tasa" otuzdurduğunu, guya onun “Kaşloku" olmağı kimi xoşagəlməz sözlər danışdığını eşitdi. Buna görə də Mehdiabad qəsəbəsində Səbuhi ilə mübahisə etdilərDaha sonra 17 fevral 2020-ci il tarixdən 18 fevral 2020-ci il tarixə keçən gecə saat 01:30 radələrində ona Səbuhi zəng edərək, onunla görüşmək istədiyini bildirdi. Səbuhi ondan Biləcəri qəsəbəsində “Məmmədoğullar” servisin yanında yerləşən “Çardağ” kafesinə gəlməyini istədi və o da onunla razılaşdı. Bu zaman o işlətdiyi kafedə idi, həmin yerə tək getməsin deyə bu məsələni həmin vaxt yanında olan tanışları Allahverdi və Halduna da bildirdi və onların da onunla getməsini istədi. Həmçinin tanışı Elşad adlı şəxsə zəng edib onunla getməyini təklif etdi. O Elşadı Masazır qəsəbəsindən yolun kənarından götürüb idarə etdiyi avtomobillə Elşad, Haldun və Allahverdi ilə birlikdə Səbuhinin dediyi Çardağ restoranına getdilər. Orda gördülər ki, kafenin qapısından içəri girdikdən sonra dar bir pilləkən yuxarıya doğru qalxır. Bu zaman Elşad əvvəlcə içəri daxil olub, heç bir təhlükə olmaması üçün vəziyyətlə maraqlanacağını dedi, o da buna etiraz etmədi. Bundan sonra Elşad kafeyə daxil olub yuxarı qalxdı. Daha sonra Elşad ona zəng vurub hər şeyin qaydasında olmasını onun da həmin yerə gəlməyini istədi. O kafenin qapısından içəri girib pilləkənlə yuxarı qalxmağa başladı, pilləkənin qurtaracağına çatan zaman Səbuhi onun üstünə qaçıb sağ əlində olan bıçaqla qarın nahiyəsindən bir dəfə zərbə vurdu. Bu vaxt o müvazinətimi itirdi. Bundan sonra qarın nahiyəsindən qan axmasını gördü. Daha sonra Elşad onu avtomobilə mindirdi, o həmin vaxtı huşunu itirmişdi. Daha sonra ayılan zaman gördü ki, xəstəxanadadır. Haırda Səbuhi ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsla uzun müddətdir ki, dostluq edir, onların hər zaman yaxşı münasibətləri olmuşdur. Rəşad 2019-cu ilin mart ayından 2020- ci ilin fevral ayına kimi Abşeron rayonu “Goradil” qəbəsində yerləşən “Yelkən" kafesində inzibatçı kimi işləyirmiş. Rəşadın söhbət əsnasında dediklərindən bilirmiş ki, həmin vaxtlarda işlədiyi kafedə müştəri kimi gələn “Səbuhi” adlı şəxs təxminən 2020-ci ilin yanvar ayında Rəşad işlətdiyi kafedə olmayan vaxt tanımadığı bir xanımla gəlib yemək yeyib təxminən 50 manat civarında olan hesabı ödəməyib çıxıb getmişdir. Rəşad da bununla bağlı yəni, borcunu ödəməsi üçün Səbuhi ilə əlaqə yaratmaq istəsə də Səbuhinin telefonu olmadığı üçün tapa bilməmişdi. Sonradan Mehdiabad qəsəbəsində yayılan söhbətlərdən eşitmişlər ki, Səbuhi Rəşadın haqqında nalayiq formada danışaraq istədiyi vaxt Rəşadın işlətdiyi “Yelkən” kafesində yeyib içərək pulunu vermədiyini, Rəşadı guya “tasa” otuzdurduğunu, Rəşadın onun “kaşloku” olmağı kimi xoşagəlməz sözlər danışırmış. Bundan bir müddət sonra Rəşad yolda Mersedes markalı avtomobili ilə gedən zaman Səbuhini görüb avtomobili saxlayaraq görüşmüş, bu zaman Rəşad Səbuhinin dediyi sözlərə görə Səbuhiyə iradını bildirəndə Səbuhi yaxşı elədiyini bildirmiş və Rəşadla Səbuhinin arasında sözlə mübahisə olmuşdur. Bundan sonra Rəşad Səbuhiyə əlavə heçnə bildirmədən avtomobilinə oturub çıxıb getmişdir. Daha sonra 17 fevral 2020-ci il tarixdən 18 fevral 2020-ci il tarixə keçən gecə saat 01:30 radələrində o və dostları Allahverdi Rəşadın işlətdiyi kafedə yanında olan zaman tanımadığı bir telefon nömrəsindən Rəşadın istifadəsində olan ********** saylı mobil telefonuna Səbuhi zəng edib görüşmək istədiyini demiş, Rəşad əvvəlcə Səbuhi ilə görüşmək istəməsə də Səbuhinin təkidi ilə sonradan görüşmək üçün razılaşmışdır. X3 qəsəbəsində “Məmmədoğullar” servisin yanında yerləşən “Çardağ” kafesinə gəlməyini istəmişdir. Bu zaman Rəşad həmin yerə tək getməsin deyə o və Allahverdi də Rəşadla getmək istəmişlər. Həmçinin onlar Rəşadın idarə etdiyi avtomobillə Masazır qəsəbəsinə gedib ortaq dostları Elşad da Masazır qəsəbəsindən yolun kənarından götürmüşlər. Beləliklə Elşad, Allahverdi və onunla birlikdə Səbuhinin dediyi Çardağ restoranına getmişlər. Onlar ora çatan zaman görmüşlər ki, kafenin qapısından içəri girdikdə yuxarıya doğru dar bir pilləkən var. Bu zaman Elşad əvvəlcə içəri daxil olub heç bir təhlükə olmaması üçün vəziyyələ maraqlanacağını demişdir. Onlar da buna etiraz etməmişlər. Bundan sonra Elşad kafeyə daxil olub yuxarı qalxmışdır. Daha sonra Elşad Rəşada zəng vurub hər şeyin qaydasında olmasını Rəşadın da ora gəlməyini istəmişdir. Rəşad kafenin qapısından içəri girib pilləkənlə yuxarı qalxıb pilləkənin qurtaracağına çatan zaman Səbuhi qaçaraq Rəşadın üstünə gedib əlində olan bıçaqla qarın nahiyəsindən bir dəfə zərblə vurmuşdur. Bu vaxt Rəşad müvazinətini itirmiş, bundan sonra o və Allahverdi Rəşadın yanına qaçmışlar, bu vaxt görmüşlər ki, Rəşadın qarın nahiyəsindən qan axır. Daha sonra Elşad da onların yanlarına gəlmiş, o, Allahverdi və Elşad Rəşadı avtomobilə mindirmişlər, Rəşad həmin vaxtı huşunu itirmiş, onlar avtomobillə Rəşadı 1 saylı KTM-ə gətirmişlər və Rəşad burada cərrahi əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəlində qohumu Elməddinin təklifi ilə onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Məmmədoğullan” avtomobil təmiri servisinin yaxınlığında yerləşən “Çardaq" çay evində ofisant kimi işləməyə başlamışdı, kafe saat 10-da saat 24 radələrinə kimi işləyirmiş, işlədiyi kafedə yalnız çay və yüngül qəlyanaltı verilirmiş. Həmin kafenin girişindən ikinci mərtəbəyə doğru dar pilləkən qalxırmış, həmin pilləkəndən ikinci mərtəbəyə qalxdıqdan sonra burada yay üçün açıq oturacaqlar həmin yerdən sol tərəfdə mətbəx yerləşirmiş. Bir qədər irəlidə isə ümumi bağlı zal var imiş, həmin zalda da pərdə ilə arakəsmələr, həmin arakəsmələrdə müştərilər üçün oturacaqlar və stol var imiş. Həmin obyektdə o işlədiyi vaxtlar kamera ümumiyyətlə olmamışdı. Pilləkənlərin qurtaracağı ilə ümumi açıq zalın arasında dəmir qapı yerləşirmiş. O bu obyektdə işlədikdən bir neçə gün sonra Səbuhi adlı şəxsi müştəri kimi tanımış, Səbuhi bura müxtəlif şəxslərlə gəlir və çay içirmiş. Səbuhinin onların kafesinə hazırda yadında qalmayan miqdarda içdiyi çaya və yediyi yeməyə görə pul borcu da var imiş. Səbuhi ilə çox da yaxın münasibəti olmasa da bir müştəri kimi salam sağolu var imiş. Səbuhinin telefon nömrəsi onda heç vaxt olmamışdır və haqqında başqa anket məlumatlarını da bilmir. 17 fevral 2020-ci il tarixində saat 23 radələrində Səbuhi tək halda onların kafesinə gəlmiş, bundan sonra Səbuhinin yanına iki nəfər tanımadığı şəxs gəlib bir müddət sonra çıxıb getmişlər. Səbuhi onların kafesinin ikinci mərtəbəsində olan pilləkənlərdən qalxdıqda açıq havada olan stolda əyləşmişdi. Səbuhi orada olduğu müddətdə digər stolda müştəri gəldiyindən o Səbuhiyə obyekti bağlayacaqlarını deməmişdir. Artıq saat 01 radələri olduğundan ondan başqa heç bir işçi qalmamışdı, obyekti də sonra o özü bağlayacaqmış. Səbuhinin əyləşdiyi stol onların mətbəxt olan hissənin yanında yerləşirmiş, Səbuhi özü ona bildirmişdi ki, tanımadığı hansısa şəxsi gözlüyür. 17 fevral 2020-ci il tarixdən 18 fevral 2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində o digər stola qulluq edən zaman Səbuhinin yanına bir nəfər kənar başqa şəxsin gəlməsini görmüşdür. Bir dəqiqə keçməmiş səhv etmirsə Səbuhinin yanına gələn oğlan aşağı düşmüş, bir dəqiqə sonra Səbuhi də pilləkən tərəfə gedib dəmir qapını arxası ilə bağlamışdır. Səbuhi pilləkənə tərəf irəlilədikdən sonra bərk səs küy gəldiyini eşitmişdir. Qapını açıb pilləkənə tərəf gedən zaman Səbuhinin əlində olan bıçaqla tanımadığı bir nəfər şəxsin qarnından artıq vurmasını görmüşdür. Səbuhinin qarşısındakı şəxs yerə yıxılıbmış, həmin şəxsin qarın hissəsindən qan gəlirmiş, Səbuhi də yerə yıxılmış şəxsin yanında əlində bıçaq dayanmışdı. Bu zaman aşağıdan bir neçə nəfər şəxs pilləkənlə qalxıb Səbuhinin bıçaqla vurduğu şəxsi qucaqlarında götürüb kafenin yanında dayanmış avtomobilə mindirib xəstəxanaya aparmışlar. Səbuhi də piyada formada kafedən Məmmədoğullar servis tərəfə yox, digər tərəfə piyada qaçaraq getmiş, o Səbuhinin arxası ilə çağırsa da dayanmamışdır. Həmin hadisədən özünü itirmiş, orada olan şəxslər artıq polisə məlumat verildiyini bildirmişlər, hadisədən az müddət keçmiş polis əməkdaşları hadisə yerinə gəlmişlər, polislərə də olan hadisəni olduğu kimi danışmışdır. Səbuhinin bıçaq xəsarət yetirdiyi şəxsin qanı da pilləkənə tökülmüşdü. Həmin hadisədən sonra o Səbuhini ümumiyətlə görməmişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 mart 2020-ci il tarixli 496 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət döş qəfəsinin sol yan səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yara deşici-kəsici alətin (əşyanın) təsirindən onun X5 daxil olduğu 18.02.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 23 mart 2020-ci il tarixli 118/2020 MTKS saylı rəyi ilə müəyyən edilmişdir ki, sözü gedən hadisə zamanı iş üzrə Zərərçəkmiş şəxs əynində olmuş maykanın, sviterin və gödəkçənin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 24 mart 2021-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs axtarışda olaraq, şübhəli şəxs qismində 24 mart 2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş mayka, sviter və gödəkçə polver hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş mayka, sviter və gödəkçə polver hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1241/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1241/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver