Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1241/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1978-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gürcüstan Respublikası, Bolnisi rayonunda qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsi, nömrəsi ünvanda yaşamış, 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs olaraq satış satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, üzərində və yaşayış olmayan yarımtikilidə saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmaqla və satış məqsədi ilə 28 yanvar 2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində, Qum adası qəsəbəsində şəxsiyyəti müəyyənləşdirilməmiş İran vətəndaşından almaqla Əhməd adlı şəxsə vermək və qarşılığında 100 (yüz) manat əldə etmək məqsədilə külli miqdarda 3060,34 qram narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, üzərində və Hövsan qəsəbəsi, Qum adası, yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən yarımtikilidə saxlamış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra: RPİ-nin PŞnin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 28 yanvar 2022-ci il tarixdə, saat 18:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, nömrəsiz ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ 30-cu PŞ-nin inzibati binasına aparılaraq orada videoçəkilişdən istifadə olunmaqla üzərinə polis əməkdaşlarının və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda 5,340 qram, əməliyyat axtarış təqdbirlərinin davamı olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, nömrəsiz ünvanda yerləşən yarımtikiliyə keçirilən “baxış və götürmə” istintaq hərəkəti zamanı 3055 qram bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrini bir daha təsdiq etdiyini bildirdi və ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, fəhləliklə məşğul olmuşdur. Uzun müddət mütəmadi olaraq nəşə kimi tanıdığı qurudulmuş marixuanadan istifadə etmişdir. 28 yanvar 2022-ci il tarixdə, saat təxminən 18:00-da yaşadığı evdən çıxaraq işə gedərkən Suraxanı rayonu, Qum adası qəsəbəsi, nömrəsiz ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etdikdə isə o, polis əməkdaşlarına özünü X1 təqdim etmişdir. Polis əməkdaşları ona narkotik maddələrin əldə olunması, saxlanması və istifadəsində şübhəli olduğunu bildirib, ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına dəvət etmişlər. 30-cu PŞ-də müdafiəçinin iştirakı ilə ona hüquqları və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı polis əməkdaşı ona üzərində əldə olunması, gəzdirilməsi və daşınması qadağan olunmyş hər hansı əşya və ya prdemet olduğu təqdirdə onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, sol yan cibindən isə bir ədəd ağ rəngli kağız parçasını çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən ona həmin bükümdə nə olması, haradan nə məqsədlə əldə etməsi barədə sual verilmişdir. O, həmin kibrit qutusundakı maddənin “nəşə” olduğunu, Qum adasında duz gölünün qırağında “Xanlar” adlı İran vətəndaşından Əhməd adlı şəxsə verməsi üçün aldığını, qarşılığında İran vətəndaşının ona 100 manat pul verəcəyini bildirmişdir. Bundan sonra ona üzərindən başqa hər hansı yerdə narkotik maddə saxlaması barədə sual verildikdə o, Qum adasında Yaşayış Massivində nömrəsiz ünvanda yerləşən yaşayış olmayan yarımtikilidə də “nəşə” saxladığını bildirmişdir. Bundan sonra müdafiəçinin, polis əməkdaşlarının və onun özünün iştirakı ilə bildirdiyi həmin ünvana gedilmiş, həmin ünvana baxış keçirildikdə oradan iç-içə olan sellofanın içərisində, bitki şəkilli maddə aşkar edilərək götürülmüşdür. Ondan həmin sellofanda nə olması, kimdən nə məqsədlə əldə etməsi barədə soruşulduqda o, həmin narkotik maddəni Xanlar adlı İran vətəndaşından Əhməd adlı şəxsə vermək üçün Qum adası, duz gölünün qırağında aldığını, Əhməd adlı şəxsə verəcəyi təqdirdə İran vətəndaşının ona 100 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. O, üzərindən və yarımtikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə deyil, yalnız İran vətəndaşından əldə edərək Əhməd adlı şəxsə vermək və vasitəçi olduğu üçün 100 manat qazanmaq məqsədilə əldə edərək üzərində və yarımtikilidə saxlamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. O, üzərindən və yarımtikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. O, üzərində və yarımtikilidə nakotik vasitə saxlaması barədə heç kimə məlumat verməmişdir. O, narkotik vasitə “nəşə” aludəçisidir. O, əvvəllər və tutlarkən mobil telefondan istifadə etməmişdir (iş vərəqə: 79-80, 160-161). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə “Kamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması, həm istifadə etməsi və həm də satışı ilə məşğul olması barədə 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatla bağlı əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. 30-cu PŞ-nin rəisi Elnur Əliyev tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Kamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə, satmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra Şöbə rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o özü, üzvü isə 30-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 təyin olunmuşdur. Bundan sonra “Kamil” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, onun şəxsiyyəti müəyyənləşdirilmiş və Kamil adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adasında nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin gün o, Şahid2lə birlikdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş, evin qarşısında dayanıb müşahidə aparmış, evin qarşısında dayanmış bir şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs xarici əlamətlərinə oxşadıb ona yaxınlaşmışlar. Belə ki, əvvəlcədən əməliyyat məlumatında Kamil adlı şəxsin xarici görünüşü barədə onlarna məlumat verilmişdir. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, onların tələbinə əsasən həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmiş, sonuncu da heç bir etiraz etməmiş və saat 18:00-da birlikdə 30-cu PŞ-nə getmişlər. O, Təqsirləndirilən şəxs saxlanılıb PŞ-nə gətirilməsi barədə dərhal raport yazıb şöbə rəsinə məruzə etmişdir. İşin davam etdirilməsi Şöbənin təhqiqatçısı Vüqar İsizadəyə həvalə olunmuş, sonuncu Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında anadan olmasını nəzərə alıb polis şöbəsinə gürcü dilini bilən tərcüməçi dəvət etmişdir. Amma Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst danışmış, gürcü dilində heç bir danışıq aparmamışdır. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət olunmuş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olduğu halda, onu könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən boş kağız parçalarını çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən Kamilin təqdim etdiyi kibrit qutusununun içərisinə baxış keçirilmiş, qutunun içərisində bitkimənşəli maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunda olan bitkimənşəli maddənin “nəşə” olduğunu, yaşadığı ərazidə yerləşən «Duz gölü»nün kənarında Xanlar adlı İran vətəndaşı ilə tanış olduğunu, ondan aşkar edib götürülən “nəşəni” Xanlar adlı İran vətəndaşının ona verdiyini və Əhməd adlı şəxsə verməli olduğunu qeyd etmiş, qarşılığında Xanların ona ona 100 manat pul verəcəyini bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik vasitə və psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs səmimi olaraq Hövsan qəsəbəsində, Qum adasında yaşayış massivində, yaşayış olmayan yarımtikilidə əlavə olaraq «nəşə», yəni marixuana narkotik vasitəsi saxladığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qeyd etdiyi ünvana getmiş, sonuncu həmin yarımtikilini göstərmiş, bütün iştirakçıların, o cümlədən vəkilin iştirakı ilə Kamilə hüquq və vəzifələrini izah edilmişdir. Təqsirləndirilən şəxs saxladığı “nəşənin” yerini göstərməsi təklif olunduqda, sonuncu həmin yarıtikilinin birinci mərtəbəsinin sağ künc hissəsini göstərmiş və onlar evin həmin hissəsinə daxil olub orada içərisi dolu olan bir ədəd ağ rəngli sellofan kisə görmüşlər. Təhqiqatçı ağ rəngli həmin sellofan kisəni açmış və həmin kisənin içərisində daha bir ədəd qara rəngli sellofan kisə olduğu müəyyən olunmuşdur. X3ra rəngli sellofan kisəni də açmış və həmin kisənin içərisində bir ədəd sarı və bir ədəd qara rəngli sellofan kisələr olduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı həmin sellofanları açdıqda həmin sellofanların içərisində bitkimənşəli maddələr olduğu müəyyən olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan kisələrdə “nəşə”, yəni marixuana narkotik vasitəsi olduğunu, həmin narkotik vasitəni Xanlar adlı İran vətəndaşının ona Əhməd adlı şəxsə çatdırması üçün verdiyini və qarşılığında ona 100 manat pul verəcəyini bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə barədə 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan etmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar olduğu təqdirdə, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən boş kağız parçasını çıxararaq təqdim etmişdir. Təqdim olunan kibrit qutusunun içərisinə təhqiqatçı tərəfindən baxılmış, həmin kibrit qutusunun içərisində bitki mənşəli maddələr olduğu müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunda “nəşə” olduğunu, həmin maddəni Xanlar adlı İran vətəndaşından aldığını, həmin İran vətəndaşı ilə «Duz gölü»nün kənarında tanış olduğunu, aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda olan “nəşə”-ni Əhməd adlı şəxsə vərəcəyi təqdirdə ona 100 manat pul verəcəyini vəd etdiyini bildirmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı bir yerdə narkotik maddə saxlaması barədə sual verilmiş, sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən yarımtikilidə də narkotik maddə “nəşə” saxladığını bildirmişdir. Bundan sonra Kamil Ramzanovun üzərinə şəxsi axtarış davam etdirilmiş və onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya pretmet aşkar edilməmişdir. Kamran Ramazanovdan götürülmüş bir ədəd kibrit qutusu və içərisindəki bitki mənşəli maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesi video çəkiliş vasitəsi ilə həyata keçirilmişdir (iş vərəq:16- 23). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, X5 tərəfindən Bakı şəhəri, Suraxanı ryonu, Hövsan qəsəbəsi, Qum adası, yaşayış sahəsi, ofisdən sonra, 2-ci döngədə yerləşən, yaşayış olamayan yarımtikiliyiə keçirilən həmin istintaq hərəkətində X5, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Elçin Əmirov, tərcüməçi Camal Bədəlov, 30-cu polis şöbsəinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, 30-cu polis şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiyi narkotik vasitənin yerini göstərməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin yarımtikilinin qapısız otağını göstərmişdir. Həmin otağa girdikdən sonra Təqsirləndirilən şəxs həmin otağın sağ künc hissəsini göstərmişdir. Həmin küncə baxıldıqda orada bir ədəd qara rəngli sellofan kisə olduğu müəyyən edilmiş, həmin kisənin içərisinə baxıldıqda daha bir ədəd sellofan kisənin olduğu, onun içərisinı baxıldıqda isə orada iki ədəd ayrı-ayrı sellofan kisələrin olduğu, həmin sellofan kisələrin içərisində isə bitki mənşəli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs suallara cavab verərək iki ədəd sellofan kisədə “nəşə” adlı narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan kisələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi prosesi video çəkiliş vasitəsi ilə həyata keçirilmişdir (iş vərəq:32-35). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd, bir fayldan ibarət DVD diskə baxış keçirilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, protokolun məzmunu ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı tərtib edilmiş 28 yanvar 2022-ci tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və ziddiyyətlər müəyyən edilmir (iş vərəq:57). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd, bir fayldan ibarət DVD diskə baxış keçirilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu ilə hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi ilə bağlı tərtib edilmiş 28 yanvar 2022-ci tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və ziddiyyətlər müəyyən edilmir (iş vərəq:58). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin, həmçinin hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi hər iki DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, hər iki diskə yüklənmiş videogörüntülərlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə və hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi ilə bağlı tərtib olunan 28 yanvar 2022-ci il tarixli protokolların məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir. Məhkəməyədək icraat mərhələsində şəxsi axtarış, baxış və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi hər iki DVD disk iş üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir (iş materialları, səh.127-135). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-biloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli, 7/87 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,340 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli sellofan torbadakı təmiz çəkisi 3055 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 3060,34 qramdır (3 kq60,34). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiq olunan rəyə qurudulmuş marixuananın Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil edildiyi əlavə olunmuşdur (iş vərəq:46-49). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 31 mart 2022-ci il tarixli, 1482 saylı rəydən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəq:122-123). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməpsixiatrik ekspertizasının 19 fevral 2022-ci il tarixli, 418 saylı rəydən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. X4 ittiham elan olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və icyimai təhlükəliliyini ddərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəq:125-126). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı 5,340 qram qurudulmuş marixuana narkotik vasitəsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən yarımtikilidən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofan torbadakı 3055 qram qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi narkotik vasitədən qalıq qalmış 3060,09 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir(iş vərəq:116-124, 127-135). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi 3060,34 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı külli miqdar həddindən altı dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 3060,34 qram külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini alıb əldə etməkdə, daşımaqda və saxlamaqa təqsirli bilməməsi, ondan aşkar edilib götürülmüş külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədilə deyil, şəxsi istehlakı məqsədilə alıb əldə barədə verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qəbələ rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 may 2008-ci ildə isə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir(iş vərəq:116-117, 118-120). Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli hökmü üzrə olan məhkumluğu yeni cinayətin törədildiyi tarixə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə benlə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsaəsn cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2022-ci il tarixli, 1482 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılma ambarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3060,09 qram “qurudulmuş marixuana” narkotik vasitəsi məhv edilməli, sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri yüklənmiş bir ədəd, yarımtikili binaya baxış keçirilməsi və götürmə prosesinin videogörüntüləri yüklənmiş daha bir ədəd – cəmi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəsini aldıqdan sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılma ambarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3060,09 qram “qurudulmuş marixuana” narkotik vasitəsi məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin yaşayış olmayan yarımtikiliyə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri yüklənmiş iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1241/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1241/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver