Məhkəmə qərarları › İş №1(101)-1241/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1241/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1241/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,610 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində ‘TİperaöajiHH KPKA 30ÜMr” markalanma göstəricisi olan ümumi sayı 126 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 37,8 qram preqabalin tərkibli dərman preparatları, üzərində “ALYSE 150mg” yazısı olan ümumi sayı 84 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatlarını əldə edib üzərində daşımaqla idarə etdiyi “Chevrolet Nexia SX” markalı 99-PL- 883 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə, psixotrop maddə və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 27 yanvar 2025-ci il tarixdə saat 18.50-də ünvan 2 ünvanında idarə etdyi “Chevrolet Nexia SX” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılaraq Baş İdarəyə gətirilib idarə etdiyi avtomobilə həmin tarixdə saat 21.17dən etibarən baxış keçirilərkən avtomobilin əl əyləcinin yanında olan 01 ədəd sellofan paketdən 01 ədəd bükümdə külli miqdarda 2,610 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində “nperaöajiHH KPKA 300Mr” markalanma göstəricisi olan ümumi sayı 126 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 37,8 qram külli miqdarda preqabalin tərkibli dərman preparatları və üzərində “ALYSE 150mg” yazısı olan ümumi sayı 84 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram külli miqdarda preqabalin tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, bu ilin yanvarın 27-si polis əməkdaşı Şahid əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrup üzvləri tərəfindən Əbdül aqdlı şəxsi Nəsimi rayonu ərazisində adını xatırlamağı küçədə saxlamışlar. Onun maşınına yaxınlaşmışlar və kimliyini soruşmuşlar. Şəxs özünü təqdim etdikdən sonra onu Baş İdarəyə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməmişdir. İdarədə şəxsin üzərinə axtarış keçirilmiş, üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra avtomobilinə baxış keçirilmiş, avtomobildən “preqabalin”, “Alyse” və bir büküm metamfetamin aşkar edilərək götürülmüşdür.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, ona 27 yanvar 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Əbdül adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair olmuşdur. İlkin, Ziya və özünün iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrup rəhbəri özü olmuşdur. Şəxsi ünvan 3 ünvanında “Chevrolet” markalı maşının qarşısında dayandığı zaman saxlamışlar. Onun şəxsiyyətini müəyyən etdikdən sonra Baş İdarəyə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla baş idarəyə getmişdir. İdarədə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Onlara avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə videoçəkilişlə baxış keçirilən zamanı “preqabalin”, “Alyse” kimi dərmanlar və bir büküm metamfetamin aşkar edilərək götürülmüş. Aşkar edilən maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir.

5. Şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

6. “Baxış keçirilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə, saat 18:50-də ünvan 2 ünvanında idarə etdyi “Chevrolet” markalı 99-PL- 883 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılaraq Baş İdarəyə gətirilib idarə etdiyi avtomobilə həmin tarixdə saat 21.17-dən etibarən baxış keçirilərkən avtomobilin əl əyləcinin yanında olan 01 ədəd sellofan paketdən 01 ədəd bükümdə 2,610 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində “FlperaöaJiHH KPKA 300Mr” markalanma göstəricisi olan ümumi sayı 126 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 37,8 qram preqabalin tərkibli dərman preparatları və üzərində “ALYSE 150mg” yazısı olan ümumi sayı 84 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür (i.v.33-36).

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 6/392/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 büküm maddə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki Ol(bir) ədəd bükümdə təmiz çəkisi 2,610 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş dərman həbləri Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki üzərində “Прегабалин крка 300 мг SM 252530 1023 102026” əmtəə göstəricisi olan 9 ədəd konvalyutda hər konvalyutda 14 ədəd, ümumilikdə 126 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və 126 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 37,8 qram təşkil edir. Həmin preqabalin tərkibli kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə öz aralarında eynilik təşkil edirlər; üzərində “ALYSE 150mg (capsule preqabaline) 24C959 03 2027” əmtəə göstəricisi olan 6 ədəd konvalyutda hər konvalyutda 14 ədəd ümumilikdə 84 ədəd ağ rəngli kapsul preqabalin tərkibli kapsullardır və 84 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram təşkil edir. Həmin preqabalin tərkibli kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə öz aralarında eynilik təşkil edirlər.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş preqabalinin ümumi miqdarı 50,4 qramdır (i.v.49-54).

8. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar olunaraq götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 2,510 qram psixotrop maddə metamfetamin, 202 ədəd həblər iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.101-102).

9. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, ********** saylı mobil nömrə istifadəçisi 01 aprel 2024-cü il tarixdə “Oyagsan brat dunenkinnen lazimiydi lis” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 03.01.24-cü il tarixdə “ebdul cox gozdedim day qalxdm eve yol usdu kec burdan pas atma mene imkan olsa terlanda varsa bir tike menm yimeymden gotr gor nece gun gozdurem bir iki lst lir” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 03.01.24- cü il tarixdə “men seni basa dusurem ama sen yox sene deyrem her defe mene yalan deme cox pis eseb olram yene edrsen bir iki lst liri birde bir tike kola das nedi axi evdym qa” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 08.01.24-cü il tarixdə “Ebdul isin hacan duzelse evelki qiymete di” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 10.01.24-cü il tarixdə “Qaqas ozunde varsa 5 lis gelim goturumde gedim pul duzeldim yene gelim” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 10.01.24-cü il tarixdə “Ebdul gelirem men gaga goturursen deqiq cammat gelir 4 lis alis 4 lis 300” və “3 lis alisanl qutu 300 55 azn o 33 de o edecekde senol qewey pul qalavaq gotur gelirem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 14.01.24-cü il tarixdə “ebdul basiva donum tez getsen ora yada ozunde 50 varsa xeber ele gelimde qaqas agriyirame” və “Cehuna gore gorusmurmen mennen qaqas men ona borcumu vermısem varindisa gelim 1 kutu goturumde sennen” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 15.01.24-cü il tarixdə “Gagaw catiram bawva donerem 2 dene derman 1 wey birde yari pt” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 17.01.24- cü il tarixdə “Derman lazimdi ebdul baxdana” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 04.02.24-cü il tarixdə “Ataş lOdeyqiye men efsanede. Qaqaşcun em40 da götürmüşem gelirem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 16.02.24-cü il tarixdə “Yar daş unutma”, “Və alisa packa tez qəl”, “1 qr bir pati ya ya elə”, “Yari elə bir qrami” və “1 lict alisa” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 17.02.24-cü il tarixdə “Qaqas 28 deyem mene 1 list lazimdi xesteyem sen allah cox gozletme” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 24,02.24-cü il tarixdə “Qaqaş opsi 22 vuruldu Alisa varsa Alisa ver yoxdusa 300 ver kirka lazm doyul” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 25.02.24-cü il tarixdə “30 kutu gotur ellik yaxsi qaqa 30 kutu” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 27.02.24-cü il tarixdə “Əbdül 21 dene lazım olacaq gedrem pul götürmeye bax meni gozletme xahiş edirəm sennen” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 02.03.24-cü il tarixdə “1 lis derman lazimdi acde Tilfonu senalah” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 15.03.24-cü il tarixdə “qaqas axsam gelib 50 goturecem indi alisa vere bilersen gelim, qaqas 12 kutu lazimdi necede gelek xala ogluynan o metron yanda duracaq” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 01 aprel 2024-cü il tarixdə “Amir Gelir , kloksuz 50m cek„qurban olaram . sene guvenirem eger tam 50mdiq olmuyacaqsa indiden de mene, deyim gelmesin. cunki olarda terezi var. meni utandirma, ne deyirsen? sene arxeyn gonderim?” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 16.06.24cü il tarixdə “Ebdul ldene yığda mene sen djam pısem pulda var liri tapa bılmırem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 16.06.24-cü il tarixdə “Mənim vəziyətim pisdi ay Əbdül səndə kişiliy elə azda olsa çetnəndə olsa düz qoş elə adresi di Mənə Mən çıxım” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 18.07.24-cü il tarixdə “Acda telfou bir kelme söz deyirem 80 manat varimdi tramal isditirem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 23.07.24-cü il tarixdə “Daniw gor eki var” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 12.08.24-cü il tarixdə “Qardasim 300 var gelim?” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 24.08.24-cü il tarixdə “gagas xaish eliyirem seni cami 2dene derman lazimdi.giz cox pis agriyir olur.imken olsa gagas.xaish eliyirem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 04.10.24-cü il tarixdə “Abu 2 list lazimdi 50 m verecem dasda verersende mene” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 14.10.24-cü il tarixdə “Qaqaş saba seher seni yigacam eybi yox saba 3 list sən mənə kişi k” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 24.10.24-cü il tarixdə “salam qardasim buğun isden pul goturmemisem sabah 100 faiz goturecem imkan varsa mene 7 dene alisa vere bilersen saba 15 manat 100 faiz atacam karta agridayam” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 05.11.24-cü il tarixdə “Cavab Verde 3 list derman lazimdi” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 06.11.24-cü il tarixdə “Ebdül peregabalin var 150?” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 11 noyabr 2024-cü il tarixdə “Derman varindi dasnan deyiserdim” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 13.11.24-cü il tarixdə “Atmadun? Mene bir list 150 lazimdi vere bilersen fariza ucun aparacam indi danismisam vocapda” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 11.12.24-cü il tarixdə “Emdil evdesen gelim bitke das Verde cekmeye imkan var?” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 22.12.24-cü il tarixdə “300 diy bir dana” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 05.01.25-ci il tarixdə “Brat gelirem ha 2 lis yari derman yari daw” məzmunlu mesajları Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədən 03.01.24-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Qaqas. Tema. Gozduyurem. Yaxsı. Çeber edecem” məzmunlu, 04.03.24-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “X14 idin X15 atim Seher 11 de X8 2 Karopka 8 list 300” məzmunlu, 30.05.24-cü il tarixdə ********* saylı mobil nömrə istifadəçisinə “3. Qutu 1 list. 2 alis. 1 qutu. 300” məzmunlu, 23.08.24-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Qaqi. Das. İsdemirsen” məzmunlu, 02.10.24-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Dure. Das var” məzmunlu, 25.10.24-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Ot götrmeye gelmisdim içini sikim” məzmunlu smslər göndərmişdir (i.v.113-115).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2025-ci il tarixli, 531 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin, psixostimulyatorların və preqabalinin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 142-143).

11. “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.144- 157).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

12. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə günü aptekdən dərman alıb çıxdıqdan sonra yol polis əməkdaşları onu saxlamışlar. Bir az sonra əməliyyatçılar gəlmişlər. Onu heç nə demədən Baş İdarəyə aparmışlar. Ondan dərmanı haradan almasını soruşmuşlar. O, bildirmişdir ki, dərmaları reseptlə aptekdən əldə etmişdir. İdarədə polis əməkdaşları onu vurmuşlar, lakin xəsarəti olmamışdır. Onun avtomobilində həqiqətən də dərmanlar və metamfetamin olsa da, metamfetaminin qramı az olmuşdur. İttihamda göstərilən miqdarda olmamışdır. Avtomobilindən aşkar edilmiş dərmanları və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir.

13. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs aptekdən 2 qutu preqabalini özü üçün aldığını, tanış aptek olduğu üçün ona reseptsiz dərmanlar verildiyini, həmin dərmanların reseptsiz satışının qanunsuz olmasından məlumatlı olduğunu, 4-5 ildir bu dərmanları qəbul etdiyini, onu öz avtomobilində idarəyə apardıqlarını, idarədə ona fiziki təsir göstərdiklərini, lakin heç bir xəsarətinin olmadığını və xəsarətlərinin təcridxanada qeydə alınmadığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

15. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

18. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının;

21. 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (narkotik vasitələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (narkotik vasitələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

22. 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya narkotik vasitə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

23. 24-cü bəndində göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CMin 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərlimaddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

24. “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2025-il tarixdə, saat 18:50-dən tutulmuş hesab edilmişdir (i.v.19).

25. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2025-ci il tarixli, 4(005)- 96/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.86-91).

26. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 noyabr 2019-cu il tarixdə cəzanın sonu il azad edilmiş, 07 avqust 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 20 dekabr 2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmşdir (i.v.126-127).

27. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 1(008)- 88/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 06 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismndə saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 31 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v.129- 136).

28. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2008-ci il təvəllüdlü (Əjdərov fərhad Əbdül oğlu) və 02 fevral 2010-cu il təvəllüdlü (X4) uşaqları var.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

29. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

30. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

31. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

32. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

33. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

36. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

37. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

38. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

39. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir.

41. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

42. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, təqsirləndirilən şəxsin istifadəsində mobil nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

43. Məhkəmə iclasında təqsirləndirilən şəxs sərbəst ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, ittihamda sadalanan dərmanları resept əsasında əldə etdiyini göstərsə də, dindirilən zaman hadisə günü həqiqətən də reseptsiz olaraq ittihamda göstərilən dərmanları aldığını, həmin dərmanların ona tanış aptek tərəfindən satıldığını, dərmanların reseptsiz satışının qanunsuz olmasından məlumatlı olduğunu bildirmişdir.

44. Təqsirləndirilən şəxs psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri həkim resepti olmadan əldə etdiyini etiraf etsə də, həmin dərmanları satış niyyəti ilə əldə etmədiyini, heç vaxt satışı ilə məşğul olmadığını, sadəcə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusatı özünümüdafiə və cinayət məsuliyyətindən kənarda qalmasına xidmət edən (nəzərə alınsa ki, AR CM-nin 240-cı maddəsinin tərkibinin yaranması üçün satış məqsədinin müəyyən edilməsi əsas şərtdir) xüsusat kimi qiymətləndirir.

45. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir “patı” deyilən psixotrop maddədən yandırıb tüstüsünü çəkmək yolu ilə, həmçinin preqabalin həblərindən istifadə edirmiş. O üzdən tanıdığı adını bilmədiyi şəxsdən preqabalin dərman preparatları və metamfetamin alırmış, bir hissəsini istifadə edirmiş, bir hissəsini isə satırmış. 27 yanvar 2025-ci il tarixdə saat 18:50-də ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet” markalı, 99- PL-883 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərməklə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üstündə narkotik vasitə və ya psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya predmet olmadığını, idarə etdiyi avtomobildə olmasını bildirmişdir. Daha sonra əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İphone 11” markalı mobil telefonu, əynində olan idman şalvarının sol yan cibindən 05 manat pulu və gödəkçənin sağ yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üstü yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim edilən əşya və predmetlərə baxış keçirilməyə başlanmışdır. 01 ədəd “İphone 11” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 05 manat pul və 01 ədəd avtomobil açarı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üzərində narkotik vasitə, psixotrop maddə olmadığını, idarə etdiyi “Chevrolet” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildə “preqabalin”, “alyse” adı ilə tanıdığı dərman həblərinin və “patı” adı ilə tanıdığı maddənin olduğunu və avtomobilə baxışın keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra idarə etdiyi “Chevrolet” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildə videoçəkilişlə baxış keçirilmiş, o ərizə yazaraq baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Daha sonra avtomobili baxışa təqdim edib açaraq ön sərnişin oturacaqlarının arasında, əl əyləcinin yanında olan 01 ədəd qara rəngli sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin sellofan paketə baxış keçirilən zaman içərisində 09 ədəd konvalyutda üzərində “ElperaöajiHH Kp Ka 300 Mr” yazısı qeyd olunmuş, 06 ədəd konvalyutda üzərində “ALYSE 150 mg” yazısı qeyd olunmuş dərman həbləri və 01 ədəd ağ rəngli sellofan büküm olması müəyyən edilmişdir. Üzərində “ElperaöajiHH Kp Ka 300 Mr” yazısı qeyd olunmuş 09 ədəd konvalyuta baxış zamanı hər konvalyutda 14 ədəd olmaqla ümumilikdə 126 ədəd preqabalin həbinin olması, üzərində “ALYSE 150 mg” yazısı qeyd olunmuş 06 ədəd konvalyuta baxış zamanı hər konvalyutda 14 ədəd olmaqla ümumilikdə 84 ədəd preqabalin həbinin olması müəyyən edilmişdir. Ağ rəngli 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılan zaman isə içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə, 09 ədəd konvalyutda üzərində “ElperaöajiHH Kp Ka 300 Mr” yazısı qeyd olunmuş 126 ədəd, 06 ədəd konvalyutda üzərində “ALYSE 150 mg” yazısı qeyd olunmuş 84 ədəd preqabalin həbləri isə digər 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o avtomobilin əl əyləcinin yanından çıxarıb təqdim etdiyi 09 ədəd konvalyutda üzərində “ElperaöajiHH Kpxa 300 Mr” yazısı qeyd olunmuş 126 ədəd, 06 ədəd konvalyutda üzərində “ALYSE 150 mg” yazısı qeyd olunmuş 84 ədəd preqabalin həblərini şəxsi istifadəsi üçün və satış məqsədilə əldə etdiyini, eləcə də satdığını, 01 ədəd ağ rəngli sellofan bükümdə olan “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamini isə şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Baxış davam etdirilərkən “Chevrolet” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş psixotrop maddə və dərman həblərinin bir hissəsini şəxsi istifadəsi üçün, digər hissəsini satış məqsədi ilə əldə etmişdir, O bir müddətdir psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə və preqabalin həblərindən istifadə etdiyini bildirmişdir.

46. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təzyiqə məruz qalmasını, həmin təzyiqlər nəticəsində etirafedici ifadələr verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin arqumentini də heç bir sübuta əsaslanmayan əsassız dəlil kimi qiymətləndirir.

47. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını və bu barədə orada bir söz demədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.

48. Bundan savayı, istər şəxsi axtarış və götürmə aparılmasına, istər də avtomobilə baxış keçirilməsinə dair istintaq hərəkətkərini özündə əks etdirən videodiskə məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxsdə hər hansı xəsarətlərin olmaması, onun tam sərbəst şəkildə verilən suallara cavab verməsi açıq-aşkar görünməkdədir.

49. Həmçinin, iş materiallarından görünən odur ki, ötən uzun müddət ərzində təqsirləndirilən şəxs bu günədək polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqlərə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanına məlumat verməmiş, ibtidai istintaq zamanı bu barədə hər hansı xüsusata toxunmamışdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

51. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

52. Göründüyü kimi, təqsirləndirilən şəxs ötən uzun müddət ərzində ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, bununla bağlı nə müstəntiqə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair irəli sürülmüş vəsatətə baxılan zaman məhkəmə iclasına sədrlik edən hakimə hər hansı söz deməmiş, əksinə dindirilən zaman müstəntiq tərəfindən ona ünvanlanmış suala cavab olaraq polis bölməsində hər hansı təsir-təzyiqə məruz qalmadığını bildirmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

53. Bundan savayı, təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilməsini özündə əks etdirən videodiskdən görünür ki, təqsirləndirilən şəxsin avtomobilindən sözügedən dərman vasitələri aşkar edildikdən sonra təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq dərman vasitələri satdığını səmimi şəkildə etiraf etmişdir.

54. Həmçinin, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş mesajlarla təqsirləndirilən şəxsin psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır.

55. Həmin SMS mətnləri məhkəmə iclasında elan olunduqdan sonra təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq dərman vasitələrini sadəcə ondan istəyən ehtiyacı olan şəxslərə verdiyini, lakin satmadığını bildirmiş, SMS-lərdə öz əksini tapmış ona dərman müqabilində pul verilməsinə dair mətnlərə münasibətdə isə ona tanıdığı şəxslərin pul verdiyini, özünə dərman götürməyə gedərkən həmin şəxslərə də dərman götürdüyünü bildirmişdir.

56. Məhkəmə təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olmuş və onun tərəfindən yazılmış SMS mətnlərini tədqiq edərək təqsirləndirilən şəxsin həmin dəlilinin məhz ona göndərilmiş SMS mətnləri ilə təkzib olunması və onun sözügedən dərman vasitələrin satışı ilə məşğul olmasının mübahisəsiz qaydada təsdiq olunması qənaətindədir (onun nömrəsinə göndərilmiş “Acda telfou bir kelme söz deyirem 80 manat varimdi tramal isditirem” məzmunlu, “Abu 2 list lazimdi 50 m verecem dasda verersende mene” məzmunlu, “salam qardasim buğun isden pul goturmemisem sabah 100 faiz goturecem imkan varsa mene 7 dene alisa vere bilersen saba 15 manat 100 faiz atacam karta agridayam” məzmunlu, “Cavab Verde 3 list derman lazimdi” məzmunlu, “Ebdül peregabalin var 150?” məzmunlu, “Derman varindi dasnan deyiserdim” məzmunlu, “Atmadun? Mene bir list 150 lazimdi vere bilersen fariza ucun aparacam indi danismisam vocapda” məzmunlu, “Brat gelirem ha 2 lis yari derman yari daw” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədən göndərilmiş “X14 idin X15 atim Seher 11 de X8 2 Karopka 8 list 300” məzmunlu, “3. Qutu 1 list. 2 alis. 1 qutu. 300” məzmunlu mesajlar).

57. Məhkəmə iclasında təqsirləndirilən şəxs 234.4.3-cü maddəsinə münasibətdə avtomobilində həqiqətən də metamfetamin aşkar edildiyini, lakin metamfetaminin qramının az olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün əldə edərək daşıdğını bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin həmin arqumetini də əsassız və işin həqiqi halları ilə uzlaşmayan dəlil kimi qiymətləndirir.

58. Təqsirləndirilən şəxsin onun avtomlobilindən aşkar edilmiş psixotrop maddənin qramının az olmasına, ittihamda isə olduğu miqdardan artıq göstərilməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin avtomlobilinə baxış özünün iştirakı və videoçəkilişlə həyata keçirilmiş, avtomobil təsirləndirilən şəxsin özü tərəfindən açılaraq aşkar edilmiş bütün maddələrə onun iştirakı baxış keçirilmiş, daha sonra aşkar edilmiş bükümün bütövlüyü pozulmadan həmin büküm zərfə qoyularaq möhürlənmiş, bundan sonra həmin zərf tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya göndərilmiş, müvafiq ekspert rəyi ilə zərfdə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olması, miqdarının isə 2,610 qram olması müəyyən edilmişdir ki, belə olan halda, o cümlədən, ekspert tərəfindən bükümdə fərqli tərkibli maddələrinin olmasının müəyyən edilmədiyi təqdirdə təqsirləndirilən şəxsin onun avtomobilindən aşkar edilmiş maddəyə müdaxilə olunaraq onun miqdarının artırılmasına dair irəli sürülmüş dəlilini məhkəmə absurd və məntiqəsığmayan dəlil kimi qiymətləndirir.

59. Təqsirləndirilən şəxs məhkəmə iclasında avtomobilindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin mobil nömrəsi ilə aparılmış mesajları, həmin maddənin miqdarını nəzərə alaraq təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək daşıması qənaətinə gəlir (onun mobil nömrəsinə göndərilmiş “Gagaw catiram bawva donerem 2 dene derman 1 wey birde yari pt” məzmunlu, “Yar daş unutma”, “Və alisa packa tez qəl”, “1 qr bir pati ya ya elə”, “Yari elə bir qrami” və “1 lict alisa” məzmunlu, “Emdil evdesen gelim bitke das Verde cekmeye imkan var?” məzmunlu, “Brat gelirem ha 2 lis yari derman yari daw” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədən göndərilmiş “Qaqas. Tema. Gozduyurem. Yaxsı. Çeber edecem” məzmunlu, “Qaqi. Das. İsdemirsen” məzmunlu, “Dure. Das var” məzmunlu mesajlar).

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

61. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

62. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

63. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

64. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

65. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

66. Məhkəmə təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaqın aparıldığı və barəsində həbslə əlaqədar qətimkan tədbirinin qüvvədə olduğu dövrdə daha ağır cinayət əməllərini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır.

67. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.

68. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

69. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza (AR CM-nin 66.3-cü maddəsinə əsasən) ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 1(008)-88/2025 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir.

70. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.3-cü maddəsinə əsasln qismən toplanılmalı, təyin edilmiş həmin cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 1(008)-88/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə tutulduğu andan hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və preqabalin tərkibli kapsullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut-03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

71. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

72. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

73. İş üzrə mülki iddia yoxdur.

74. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

75. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

76. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 1(008)-88/2025 saylı hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerində saxlanılan 2,510 qram psixotrop maddə metamfetamin, 202 preqabalin tərkibli kapsullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar