Məhkəmə qərarları › İş №1(101)-1242/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1242/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1242/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, X12, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi13, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8, azərbaycan-erməni dilləri üzrə tərcüməçilər X2, X13 və X3 iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Keti kəndində qeydiyyatda olan, 17 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1990-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndi, Şirazi küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik rayonu, Panik kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, ali təhsilli, qaz idarəsində işləyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik rayonu, Panik kəndi, 28-ci küçə, ev 2-də qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1991-ci il tarixdə Ermənistan Respublikası, Aşot rayonu, Vartaxtu kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer işləyən, Ermənistan Respublikası, Aşot rayonu, Vartaxtu kəndində qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhəri, Şaumyan küçəsi, 4 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Muşeqoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, 07 fevral 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Qandelyan küçəsi, ev 159/158 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1992-ci il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Qokhovid kəndində doğulmuş, Ermənistan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Qokhovid kəndi, 5-ci küçə, ev 18 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Azatan kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Azatan kəndi, 22-ci küçə, ev 8 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, Gümrü şəhərində İqit zavodunda pendir bişirən işləyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Kazak postu küçəsi, ev 128/181 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, 01 avqust 1996-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Ayqabac kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Ayqabac kəndi, 8-ci küçə, ev 27 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Aşot rayonu, Zuikağbur kəndində doğulmuş, Ermənistan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Aşot rayonu, Zuikağbur kəndi, 6-cı küçə, ev 37 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhəri, Lembad küçəsi, ev 27, mənzil 1 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Paruir Sevak küçəsi, ev 7, mənzil 21 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, həmçinin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah hesab olunan AKM tipli avtomat silahlarla, həmin silahlardan atəş açmaq üçün istifadə olunan döyüş sursatı hesab edilən patronlarla, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. İbtidai istintaq orqanı tərəfindən isə Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ittihamlar verilmişdir ona görə ki, onlar digərləri ilə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törədərək, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətləri etmək, Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün bu silahlı birləşmələrin fəaliyyətini təşkil edərək, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Ermənistan Respublikasının vətəndaşları X15, X16 və digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törədərək, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər etmək, Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün həmin silahlı birləşmələrə cəlb edilmiş şəxsləri qruplar halında Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazidə və digər ərazilərdə döyüş mövqeləri seçib yerləşdirməklə, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, döyüş hazırlığı keçməklə bu silahlı birləşmələrin fəaliyyətində iştirak edərək, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Yuxarıda adları çəkilən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı. Bu zaman təqsirləndirilən şəxslərin heç birinin əməlində terrorçuluq və qanunsuz silahlı birləşmədə iştirak etmə cinayətlərinin tərkib əlamətlərinin olmaması təsdiqini tapdı. Bu səbəbdən, onlara qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri, həmçinin «mütəşəkkil dəstə» ifadəsi təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamlardan xaric edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 noyabr 2020-ci il tarixində Gümrü hərbi komissarlığından ona çağırış vərəqi gəlmiş və orduya çağırılmışdır. 27 noyabr tarixində o, Gümrü hərbi komissarlığına getmiş, ona hərbi forma, avtomat silah və onun patronları olan daraqlar verilmişdir. Onlar təxminən 100 nəfər olmuş və 4 avtobusla qanunsuz yolla Laçın rayonuna gəlmişlər. Onların komandiri Arsen Qazaryan olmuşdur. Onlar əvvəlcə avtobusla, sonra isə «Ural» maşınları ilə Laçınla Hadrut arasında olan əraziyə gəlmişlər və birgə dağa qalxmışlar. Arsen Qazaryan isə dağın aşağısında, yol tərəfdə onlarla Gümrüdən gələn 40 nəfər erməni silahlı dəstəsi ilə mövqe tutmuşlar. 13 dekabr 2020-ci il tarixdə onun da olduğu 60 nəfərdən ibarət qrup üzvlərinə telefon vasitəsi ilə Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş, geriyə yol başa salınmış, qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmış və mühasirəyə alınmışlar. Qazaryanla olan 40 nəfər qaçıb getmiş, onların qrupundan Kamo adlı əsgər 100 metr qabaqda Azərbaycan əsgərlərinin olmasını onlara demişdir. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş, o da, müqavimətin mənasız olduğunu anlayaraq, silahı yerə qoyaraq təslim olmuş və onunla olan digər erməni əsgərləri də saxlanılmışlar. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə komissarlıqdan olan çağırış əsasında Gümrü şəhərinə hərbi komissarlığa gəlmişdir. Orada təxminən 350 nəfər erməni vətəndaşlarının hərbi xidmətə çağırıldığını, X33 adlı hərbçinin rəhbərlik etdiyini görmüşdür. Sonra ona həmin yerdə içərisi patronlarla dolu «Kalaşnikov» avtomatı və erməni ordusunun hərbi geyimi verilmişdir. X26 rəhbərliyi altında 100 nəfər hərbi qulluqçu və əsgərlərlə birlikdə avtobuslarla Ermənistandan Azərbaycanın Laçın rayonuna gəlmişlər. Sonra «Ural» markalı avtomobillə Laçın rayonu ərazisi ilə 2 saata yaxın yol gəldikdən sonra dağlıq əraziyə çatmışlar. Onlar təxminən 3-4 saat piyada dağlara qalxmışlar, sonra dağlıq yüksəklik əraziyə çatmışlar və Arsen onlara həmin yerdə dayanmağı tapşırmışdır. Arsen Qazaryan dağlıq ərazidə müşahidə aparacaqları yeri onlara göstərdikdən sonra birlikdə gəldiyi 40 nəfər əsgəri özü ilə apararaq, həmin dağlıq ərazidən başqa istiqamətə getmişdir. Arsen gedərkən onlara Geğam və Qraç adlı baş leytenant rütbəli şəxslərin rəhbərlik edəcəyini demişdir. 13 dekabr 2020-ci il tarixdə Geğam adlı şəxs Arsen Qazaryan ilə danışdıqdan sonra onlara geri qayıtmaq əmri vermiş, onlar da həmin yüksəklikdən aşağıya doğru düşən zaman Azərbaycan əsgərləri tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü şəhərində olan hərbi hissəyə getməsi ona tapşırılmış, o da, hərbi hissəyə getdikdən sonra ona avtomat silah, patronlar və hərbi geyim verilmişdir. Arsen Qazaryanın rəhbərliyi altında 100 nəfər əsgərlərlə birlikdə avtobuslarla Ermənistandan Azərbaycanın Laçın rayonuna gətirilmişdir. Laçın rayonu ərazisi ilə gəldikdən sonra dağlıq əraziyə çatmışlar və sonra onlar təxminən 3-4 saat piyada dağlara qalxmışlar. Arsen öz dəstəsi ilə onlardan ayrılandan sonra baş leytenant rütbəli Geğam adlı şəxsin onlara rəhbərlik edəcəyini demişdir. 13 dekabr 2020-ci il tarixdə Geğam adlı şəxs Arsen Qazaryan ilə danışdıqdan sonra onlara geri qayıtmaq əmri verilmişdir. Onlar da həmin yüksəklikdən aşağıya doğru düşən zaman Azərbaycan əsgərləri tərəfindən mühasirəyə alınaraq saxlanılmışlar. Təqsirləndirilən şəxs3 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs4 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü şəhərində olan hərbi hissəyə gəlmiş, orada digər erməni vətəndaşlarının da hərbi xidmətə çağırıldığını görmüş və onların sayı təxminən 100 nəfər olmuşdur. Arsen Qazaryan adlı hərbçinin onlara rəhbərlik edəcəyi bildirilmiş, sonra ona güllə ilə dolu avtomat silah və Ermənistan ordusunun hərbi geyimi verilmişdir. Sonra avtobusla Laçın rayonuna qanunsuz yolla keçmişlər. Onlar ümumilikdə 4 avtobusda hərəkət etmiş və hər avtobusda təxminən 40-a yaxın hərbçi olmuşdur. Laçında Rusiya sülhməramlılarının postunda onları avtobuslardan düşürdərək “Ural” markalı maşınlarla Laçınla Hadrut arasında olan əraziyə gətirmişlər. Onlar daha sonra piyada təxminən 7-8 km məsafə qət edərək Arsen Qazaryanla birlikdə dağa qalxmışlar. X18rı mövqelərdə yerləşdirib özü təxminən 40 nəfər əsgərlə dağdan aşağı enmişdir. 13 dekabr 2020-ci il tarixdə onların 60 nəfərdən ibarət qrupuna telefon vasitəsi ilə polkovnik-leytenant Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş və qayıdarkən Azərbaycan ordusunun əsgərləri onların qarşısına çıxmış və onları saxlamışlar. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş və o da, müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşdur. Təqsirləndirilən şəxs4 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs5 Muşeqoviç elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü şəhərində yerləşən hərbi hissəyə getmiş, orada ona hərbi forma və gülləlrlə dolu avtomat silah verilmişdir. Sonra avtobusla qanunsuz yolla Azərbaycanın Laçın rayonuna göndərilmiş, Laçına çatdıqdan sonra Hadrut istiqamətində olan əraziyə gətirilmişlər. X33 adlı şəxs rəhbərlik etmiş, birlikdə dağa qalxmışlar. Həmin ərazi təxminən Hadrut qəsəbəsinin şimal-qərb hissələri olmuşdur. Qazaryanla birgə dağın aşağısında yol tərəfdə onlarla Gümrüdən gələn 40 nəfər mövqe tutaraq yerləşmişdir. 13 dekabr 2020-ci il tarixdə onların 60 nəfərdən ibarət qrupuna telefon vasitəsi ilə Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş və onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışlar. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş və onlar müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs5 ifadəsinə görə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu olmamışlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməmişlər. Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki hərbi çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları onlara bildirilmişdir. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini saxlanılarkən Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olması ilə izah edə bilər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs6 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü şəhərində yerləşən hərbi hissəyə getmiş, ona hərbi forma verilmiş, silah təhkim edilmiş və avtobuslarla Laçın rayonuna göndərilmişlər. Laçına çatdıqdan sonra “Ural” markalı nəqliyyat vasitələri ilə onları Laçınla Hadrut arasında olan əraziyə gətirmişlər. Onlara rəhbərlik edən Arsen Qazaryanla birlikdə dağa qalxmışlar. Orada onları yerləşdirdikdən X37 təxminən 40 nəfər erməni əsgəri ilə dağdan aşağı enmişldir. Həmin müddətdən sonra o, Arseni və onunla gedən hərbçiləri görməmişdir. 13 dekabr 2020-ci il tarixdə onun da olduğu 60 nəfərdən ibarət qrupa telefon vasitəsi ilə polkovnik-leytenant Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş, geriyə yol izah olunmuşdur. Onlar geri qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmış, polkovnik-leytenant Qazaryanla olan 40 nəfər erməni əsgərləri qaçıb getmişlər. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş və onlar müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs6 ifadəsinə görə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu olmamışlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməmişlər. Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki hərbi çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları onlara bildirilmişdir. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini saxlanılarkən Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olması ilə izah edə bilər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs7 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü hərbi komissarlığından ona cağırış vərəqi gəlmiş və həmin tarixdə Gümrü hərbi komissarlığına getmişdir. Orada ona hərbi forma və avtomat silah verilmiş, sonra qanunsuz olaraq avtobuslarla Laçına göndərilmişlər. Ümumi 4 avtobus və hər avtobusda təxminən 40 nəfər erməni əsgəri olmuşdur. Laçına çatdıqdan sonra avtobuslardan düşərək onları “Ural” markalı maşınlara mindirib bir müddət dağlıq əraziyə getmişər. Sonra həmin maşınlar da artıq dağa qalxa bilmədiyindən 3-4 saat piyada yol qət etmişlər. Onlara rəhbərlik edən Arsen Qazaryan adlı şəxs olmuş, Arsen də onlarla birlikdə dağa qalxmışdır. X18rı müəyyən postlarda yerləşdirib özü təxminən 40 nəfər əsgərlə dağdan aşağı düşmüşlər. 13 dekabr 2020-ci il tarixdə onun da olduğu 60 nəfərdən ibarət qrupa telefon vasitəsi ilə Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş və geriyə yol başa salınmışdır. Onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışdır. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş və onlar müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs7 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs8 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə çağırış əsasında Gümrü hərbi komissarlığına getmiş, hərbi forma və avtomat silahla təmin edilmişdir. Sonra avtobuslarla təxminən 100 nəfərdən ibarət qrup qanunsuz olaraq Laçın rayonuna göndərilmişdir. Ümumi 4 avtobus və hər avtobusda 40 adam olmuşlar. Laçına çatdıqdan sonra avtobuslardan onları düşürdüb “Ural” markalı maşınlara mindirmişlər və həmin maşınlarla da bir qədər dağlıq əraziyə getmişlər. Daha sonra həmin maşınlar da hərəkət edə bilmədiyindən onlar maşınlardan düşmüş, təxminən 7-8 km məsafəni Arsen Qazaryanla birlikdə piyada dağa qalxmışlar. X18rı postlarda yerləşdirmiş, özü isə orada olan təxminən 40-a yaxın erməni əsgərləri ilə dağdan aşağı enmişlər. 13 dekabr 2020-ci il tarixdə onun da olduğu 60 nəfərdən ibarət qrupa telefon vasitəsi ilə polkovnik-leytenant Qazaryan tərəfindən qayıtmaq əmri verilmişdir. Onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışdır. Buna görə müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs8 ifadəsinə görə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu olmamışlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməmişlər. Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki hərbi çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları onlara bildirilmişdir. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini saxlanılarkən Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olması ilə izah edə bilər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs9 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü hərbi komissarlığına getmiş, hərbi forma və avtomat silahla təmin edilmişdir. Sonra avtobuslarla qanunsuz yolla Laçın rayonuna göndərilmişlər. Laçına çatdıqdan sonra avtobuslardan düşüb “Ural” markalı maşınlara minmişlər və həmin maşınlarla Laçınla Hadrut arasında olan əraziyə aparılmışlar. Sonra həmin maşınların da hərəkət etməsi çətin olduğundan rəhbərləri Arsen Qazaryanla birgə piyada dağa qalxmışlar. Arsen Qazaryan onları orada olan postlarda yerləşdirmiş, özü isə təxminən 40 nəfər erməni əsgərləri ilə birlikdə dağdan aşağı enmişdir. 13 dekabr 2020-ci il tarixdə Qazaryan tərəfindən onlara qayıtmaq əmri verilmiş və onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışdır. Onlar silahı yerə qoymaq barədə Azərbaycan əsgərlərinin təklifinə əməl etmiş və müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs Aşot Gevorkyanın ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs10 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə ona Gümrü şəhərində olan hərbi hissəyə getməsi bildirilmiş, Gümrü şəhərinə gəldikdə təxminən 360 nəfər erməni vətəndaşının da hərbi xidmətə çağırıldığını görmüşdür. X38 və Artur Muradyan adlı hərbçilərin onlara rəhbərlik edəcəyi bildirilmişdir. Sonra ona «Kalaşnikov» avtomat silahı və hərbi geyim verilmiş, qanunsuz olaraq ümumilikdə 4 avtobusla Laçınla Hadrut arasında olan əraziyə gəlmişlər. Orada onları avtobuslardan düşürüb «Ural» markalı maşınlara mindirmişlər, həmin maşınlarla bir qədər dağlıq əraziyə qalxdıqdan sonra yenidən maşınlardan düşüb piyada Arsen Qazaryanla birlikdə dağa qalxmışlar. Qazaryan onları postlarda yerləşdirdikdən sonra orada olan 40-a yaxın erməni əsgərləri ilə birlikdə dağdan aşağı enmişdir. 13 dekabr 2020-ci il tarixdə Qazaryan tərəfindən onlara qayıtmaq əmri verilmiş və onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxaraq silahı yerə qoymağı təklif etmişlər. Onlar da müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs10 ifadəsinə görə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu olmamışlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməmişlər. Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki hərbi çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları onlara bildirilmişdir. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini saxlanılarkən Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olması ilə izah edə bilər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs11 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrüdə yerləşən hərbi hissəyə getmiş, ona hərbi forma verilmiş və AKM markalı avtomat silah təhkim edilmişdir. Sonra isə avtobusla qanunsuz olaraq Laçın rayonuna göndərilmişdir. Laçına çatdıqdan sonra onlar Hadrut istiqamətində bir əraziyə gətirilmiş və onlara rəhbərlik edən Arsen Qazaryanla birgə dağa qalxmışlar. Sonuncu, onları postlara yerləşdirmiş, daha sonra Arsen digər 40-a yaxın əsgərlə birlikdə aşağı enmişdir. 13 dekabr 2020-ci il tarixində telefon vasitəsi ilə Qazaryan tərəfindən onlara geri qayıtmaq əmri verilmiş və onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışdır. Arsen Qazaryan isə onunla birlikdə olan 40 nəfər erməni əsgəri ilə qaçıb getmişdir. Azərbaycan ordusunun əsgərləri onlara silahı yerə qoymağı təklif etmiş, onlar da müqavimət göstərməyin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs11 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs12 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə ona Gümrü şəhərində olan hərbi hissəyə getmək barədə çağırış gəlmiş və o, həmin yerə getmişdir. X38 adlı hərbçi onlara ümumi rəhbər təyin olunmuş, sonra ona içərisi patronlarla dolu «Kalaşnikov» markalı avtomat silah və hərbi geyim verilmişdir. Arsen Qazaryanın rəhbərliyi altında təxminən 100 nəfər əsgərlərlə birlikdə avtobuslarla Ermənistandan Azərbaycanın Laçın rayonuna qanunsuz olaraq gəlmişlər. Laçın rayonunda onlar dağlıq əraziyə çatmış, Arsen Qazaryanın rəhbərliyi ilə piyada dağlara qalxmışlar. Arsen onlara dağlıq ərazidə dayanaraq ətrafa nəzarət etməyi tapşırmışdır. Dağlıq ərazidə müşahidə aparacaqları yeri onlara göstərdikdən sonra Arsen özü 40 nəfər əsgərlə həmin ərazidən aşağı başqa istiqamətə getmişdir. Arsen gedərkən onlara aralarında olan Geğam adlı şəxsin rəhbərlik edəcəyini demişdir. 13 dekabr 2020-ci il tarixdə X27 danışdıqdan sonra onlara geri qayıtmaq əmri verilmişdir. Onlar da hamısı həmin yüksəklikdən aşağıya doğru düşən zaman Azərbaycan silahlı qüvvələri tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs12 ifadəsinə görə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu olmamışlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməmişlər. Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki hərbi çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları onlara bildirilmişdir. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini saxlanılarkən Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olması ilə izah edə bilər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs13 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü hərbi komissarlığına getmiş, orada hərbi forma və avtomat silahla təmin edilmişdir. Oradan qanunsuz yolla ümumi 4 avtobus və hər avtobusta təxminən 30-40 adamla birlikdə Azərbaycanın Laçın rayonuna keçmişlər. Onlara rəhbərliyi Arsen Qazaryan adlı hərbçi həyata keçirmiş və onları Laçınla Hadrut arasında olan əraziyə gətirmiş, ardınca isə təxminən 7-8 km məsafəni piyada dağa qalxmışlar. 13 dekabr 2020-ci il tarixdə ümumilikdə 62 nəfərdən ibarət qruplarına telefon vasitəsi ilə Qazaryan tərəfindən qayıtmaq əmri verilmiş və onlar qayıdarkən qarşılarına Azərbaycan ordusunun əsgərləri çıxmışdır. Arsen Qazaryan isə 40 nəfər əsgərlə qaçıb getmişdir. Qruplarında olan Kamo adlı əsgər 100 metr qabaqda Azərbaycan əsgərlərinin olduğunu demişdir. Azərbaycan ordusunda qulluq edən şəxslər onlara silahı yerə qoymağı təklif etmiş və onlar da müqavimətin mənasız olduğunu anlayaraq, silahı yerə qoyaraq təslim olmuşdur. Təqsirləndirilən şəxs13 ifadəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərkən onların məqsədi Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə qarşı silahlı basqınlar etmək, vahimə, qorxu yaratmaq, yeni mövqelər əldə etmək olmamışdır. Onlar terrorçu deyillər, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq istəməmişlər. Onlar Ermənistanın rəsmi dövlət orqanlarının təsiri ilə bu cinayətə cəlb olunmuşlar. Çünki o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa gəlməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Azərbaycan Respublikasının Milli Ordusuna və mülki əhaliyə silahlı basqınlar etmək, vahimə qorxu yaratmaq barədə istintaq zamanı verdiyi ifadəsini onunla izah edə bilər ki, həmin vaxt o, Azərbaycan əsgərlərinin keçirdikləri əməliyyatın vahiməsinin təsiri altında olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzaladıqdan və müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərdə terrorçu qrupların olması barədə məlumatlar daxil olmuşdur. Belə ki, 2020-ci ilin noyabr-dekabr aylarında bir qrup silahlı erməni terrorçunun Azərbaycan Respublikası ərazisində vətəndaşlara qarşı terror aktı və təxribatlar törətmək üçün Laçın rayonunun dağlıq hissəsindən Azərbaycan Respublikası sərhədini qanunsuz olaraq keçməsi, daha sona Hadrut qəsəbəsinin şimal-qərb hissəsinin dağlıq-meşəlik ərazilərində və yüksəkliklərində silahlı basqınlar etmək üçün möhkəmlənmələri, Əlican kəndi və Hadrut qəsəbəsi yaxınlığında yerləşmələri barədə məlumatlar daxil olmuşdur. Qeyd olunan erməni terrorçuları Hadrut qəsəbəsində Azərbaycanın mobil operatorlarına məxsus baza stansiyalarına hücum etmiş və nəticədə bir neçə Azərbaycan Respublikası vətəndaşı və hərbi qulluqçuları terrorçuların hücumuna məruz qalaraq öldürülmüşdür. 12 dekabr 2020-ci il tarixdə onun olduğu hərbi hissədə anti-terror əməliyyatlarının keçiriləcəyi ilə bağlı həyəcan siqnalı verilmiş və bir qrup silahlı erməni terroçusunun Azərbaycan Respublikası ərazisində terror aktı-təxribatların törətmələri barədə məlumat verilmişdir. Həyəcan siqnalına uyğun olaraq antiterror əməliyyatlarının aparılması üçün o və digər əməkdaşlar həmin gün Xocavənd rayonu Hadrut qəsəbəsinə göndərilmişlər. Hadrut qəsəbəsində erməni terrorçularının yerinin müəyyənləşdirilməsi üçün antiterror əməliyyatları keçirməyə başlanılmışdır. Belə ki, olduqları ərazidə kəndlər üzrə erməni terrorçularının axtarışına Xocavənd rayonu, Domu kəndi istiqamətində davam etdirilmiş, Hadrutda keçirilən əməliyyatlar nəticəsində Əlican kəndi yaxınlığında silahlı erməni qruplaşmasının yerləşdiyi müəyyən edilmişdir. Onların yerini dəqiq müəyyənləşdirdikdən sonra terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat planı hazırlanmışdır. Domu kəndində bir gün qaldıqdan sonra həmin plana uyğun olaraq erməni terrorçularının zərərsizləşdirilməsi üçün onların möhkəmləndikləri mövqeyə irəliləmişlər. Laçın və Xocavənd rayonları arasında olan Əlican kəndi ərazisində 60 nəfərdən çox erməni silahlı terrorçusunun olduğunu müəyyən etmişlər. Həmin vaxt onlara silahlarını yerə qoyub təslim olmaları təklif edilmiş, erməni terrorçular isə silahlı müqavimət göstərməyin mümkün olmadığını anlayaraq müqavimət göstərməkdən imtina etmişlər. Keçirilmiş həmin antiterror əməliyyatı nəticəsində 62 erməni terrorçusu saxlanılmış və onların üzərində olan döyüş sursatı, yəni avtomatlar və içərisi patronlarla dolu daraqlar götürülmüş, saxlanılan erməni terrorçular məsuliyyətə cəlb olunmaları üçün onlardan götürülmüş döyüş sursatları ilə birlikdə aidiyyətı quruma təhvil verilmişlər. Bundan bir gün sonra isə onlar həmin ərazidə antiterror əməliyyatlarını davam etdirmiş, Xocavənd rayonunda kəndlər üzrə gizlənmiş erməni terrorçularının axtarışına başlanılmış, nəticədə Arqan Unanyan və David Vosqanyan adlı daha 2 silahlı erməni terrorçusu Xocavənd rayonu, Çaylaqqala kəndinin dağlıq-meşəlik ərazisində Laçın istiqamətində hərəkət edərkən saxlanılmışlar. Həmin erməni terrorçuları da məsuliyyətə cəlb olunmaları üçün onlardan götürülmüş döyüş sursatları ilə birlikdə aidiyyatı quruma təhvil verilmişdir. Məhkəmə iclasında Şahid2 dindirilərkən həmkarı Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən daxil olmuş 16 dekabr 2020-ci il tarixli 2/7963 saylı arayışdan görünür ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra bəzi erməni silahlılarından ibarət dəstələrin Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə fəaliyyət göstərmələri müəyyən edilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası sözügedən erməni silahlı dəstələrinin ərazidən çıxarılması üçün şərait yaratmış, Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Buna baxmayaraq, meşə zolağında gizlənmiş erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan Respublikası tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Göstərilənləri nəzərə alaraq, 2020-ci il dekabr ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ərazidə anti-terror əməliyyatı keçirilmiş, həmin ərazidə gizlənmiş 62 nəfər erməni terrorçusu ələ keçirilmişdir. Bundan başqa, həmin ərazilərdə davam etdirilən antiterror əməliyyatları zamanı 2020-ci ilin dekabr ayının 14-də erməni terrorçu dəstəsinin daha 2 nəfər üzvü - X28 və X21 saxlanılmışlar (cild 1, iş vərəqi 18-24). Cinayət işinə əlavə edilmiş 23 dekabr 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokollarından görünür ki, X15 və X4ra təqdim edilmiş fotoşəkillər arasında ifadələrində qeyd etdikləri qabaqcadan əlbir olub silahlı halda Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törədərək, bu silahlı birləşmələrin fəaliyyətini təşkil etməkdə onlara rəhbərlik etmiş X11 fotoşəkil üzrə tanımışdır (cild 1, iş vərəqi 28-35). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli 2/7992 saylı arayışdan görünür ki, 13 dekabr 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş anti-terror əməliyyatları zamanı ələ keçirilmiş ermənilərdən ibarət silahlı dəstənin üzvləri Arsen Qazaryan adlı şəxsin başçılığı ilə 27 noyabr 2020-ci il tarixdə qanunsuz yollarla Ermənistandan Azərbaycan Respublikasının Laçın rayonuna daxil olmuş və oradan da Xocavənd rayonuna gələrək Hadrut qəsəbəsinin şimal-qərb hissəsində olan dağlıq-meşəlik ərazilərdə mövqelər tutmuşlar. Həmin mövqelərdə yerləşmiş erməni silahlılarına X22 və X15 başçılıq etmişdir. Erməni silahlılarının həmin mövqelərə gələrək orada yerləşmələrində məqsəd Azərbaycan Respublikasının mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror-təxribat hərəkətləri törətmək olmuşdur (cild 1, iş vərəqi 36). İş materiallarına əlavə edilmiş 14 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, “Youtube” sosial şəbəkəsində axtarış zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunu ərazisində 62 nəfər erməni silahlı dəstələrinin saxlanılaraq gətirildiyi videoqeydin olması və həmin şəxslərin hazırkı iş üzrə təqsirləndirilən şəxslər olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 394-395). İbtidai istintaq orqanının 15 aprel 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 51 (əlli bir) ədəd AKM tipli avtomat silahlar, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patron, 144 ədəd eksperimental atılmış patronun gilizləri maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Maddi-texniki təminat idarəsinin silah-sursat anbarına məsul saxlanışa təhvil verilmişdir (cild 1, iş vərəqi 181-183). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 07 yanvar 2021-ci il tarixli HP-02/24 saylı məktubundan görünür ki, Füzuli hərbi prokurorluğunda 10 noyabr 2020-ci il tarixdən sonra erməni silahlı dəstələrinin Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdikləri cinayətlərlə bağlı 3 hadisə qeydə alınaraq Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə D-49150, D-49152 və D- 49159 nömrəli olmaqla 3 cinayət işi başlanılmış və hazırda həmin cinayət işləri üzrə istintaq davam etdirilir. Hər üç cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş və müvafiq olaraq D-49150 nömrəli cinayət işi üzrə hadisə yerindən 5 ədəd 7,62 mm kalibrli avtomat silahın və 2 ədəd PM markalı tapançanın gilizləri, D-49152 nömrəli cinayət işi üzrə hadisə yerindən 8 ədəd 5,45 və 7,62 mm kalibrli patronların gilizləri, D-49159 nömrəli cinayət işi üzrə hadisə yerindən 4 ədəd 5,45 mm kalibrli patronun gilizləri götürülərək sadalanan bütün predmetlər ekspertiza tədqiqatının aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trasoloji ekspertizalar şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 22 aprel 2021-ci il tarixli 5HP-05/436 saylı məktubdan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsində D-49150, D- 49152 və D-49159 saylı cinayət işlərinin ibtidai ibtidai istintaqı aparılır. Həmin məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, 26 noyabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda erməni separatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin istintaqa hazırda şəxsiyyəti və dəqiq sayı məlum olmayan bir neçə üzvü tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçuları kiçik çavuş X23, kiçik çavuş X8 və əsgər çavuş X6 qəsdən öldürmələri, əsgər X19, çavuş X14 və əsgər X9 isə qəsdən öldürülməyə cəhd edilmələri faktı üzrə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Bunan başqa 07 dekabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları əsgər X24 və əsgər X10 erməni seperatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin istintaqa məlum olmayan üzvləri tərəfindən əvvəlcədən yerləşdirilmiş piyada əleyhinə minaların partlaması nəticəsində xəsarət almaları faktına görə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Həmçinin 28 dekabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda N N-li hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçuları əsgər X5 erməni separatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin hərbi qulluqçuları tərəfindən açılmış atəş nəticəsində öldürülməsi və çavuş X7 öldürülməyə cəhd edilməsi faktı üzrə Azərbaycan Respuiblikası CM-in 120.2.1, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Qeyd olunan faktlar bir daha onu göstərir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanata əsasən Ermənistan Respublikası kapitulyasiya aktını imzalalaması ilə müharibə qurtarmasına baxmayaraq, bəzi erməni terrorçudiversant dəstələri Ermənistan ərazisindən qeyri-qanuni yollarla Azərbaycan Respublikasının ərazisinə keçməklə məlum terror-təxribat hərəkətləri törətməsi nəticəsində məlum cinayət hadisələri baş vermişdir (cild 1, iş vərəqi 187-393). İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 15 aprel 2021-ci il tarixli 3/307; 3/308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « BK 9861» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, “2” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QE 478» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, “3” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « 138400» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”4” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «İB 9115» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”5” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HB 6474» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”6” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EE 9182» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”7” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « VT 5798» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”8” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « LB 3610» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”9” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1893» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”10” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « İT 4590» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”11” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PH 8807» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”12” rəqəmi ilə işarələnmiş silah ^.62 mm kalibrli « 808270» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”13” rəqəmlənmiş silah 7,62 mm kalibrli « LU 6287» №-li, 1967-ci ildə istehsal ediHiş/AKM markalı; ”14” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ŞB 1808» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”15” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 0276» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”16” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « XQ 1861» №-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”17” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 6913» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”18” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KU 735» №-li, 1966-cı ildə istehsal edilmiş AKM markalı, ”19” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 5620» №-li, 1966-cı ildəistehsal edilmiş AKM markalı, ”20” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AƏ 8238» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”21” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9894» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”22” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9940» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”23” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PC 1709» №-li, 1962-ci ildə istehsal edilmiş AKM markalı, ”24” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 2590» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”25” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « Lİ 7190» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”26” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KT 353» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”27” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QM 2148» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”28” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HC 1630» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”29” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AE 8030» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”30” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KŞ 9419» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”31” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « BE 648» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”32” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QƏ 6467» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”33” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 4836» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”34” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OT 7193» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı, ”35” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AH 4456» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”36” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AP 3792» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”37” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ƏO 9591» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”38” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « TB 7920» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”39” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « 00747» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”40” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « NO 388» №-li, 1969-cu ildə istehsal edilmiş AKM markalı, ”41” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 8992» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”42” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PX 8419» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”43” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AC 285» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”44” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « LN 045» №-li, 1971-ci ildə istehsal edilmiş AKM markalı, ”45” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UB 509» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”46” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli« ZŞ 4821» Ne-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”47” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « İİ 2994» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”48” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UƏ 3731» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”49” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1279» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”50” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HA 3331» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”51” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ML6678» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı avtomatik-yivli-odlu döyüş silahlarıdır. Silahlardan “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, həmin silahlardan atəş açmaq mümkün olmadı. Bu səbəbdən həmin 3 (üç) ədəd silah hal-hazırda təyinatı üzrə istifadəyə yararsızdırlar. Digər silahların hissə və mexanizmləri qarşılıqlı əlaqəyə girir, istifadəyə (atəşə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş D-49153 cinayət işi üzrə tədqiqat obyekti olmuş gilizlərdən 1 (bir) ədədi 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin gilizin tədqiqata təqdim edilmiş “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, onlarla eyniləşmə tədqiqatı aparılmadı. Təqdim edilmiş giliz üzərində olan izlərlə, təqdim edilmiş 48 (qırx səkkiz) ədəd 7,62 mm kalibrli, «AKM» markalı silahlardan eksperimental atılmış gilizlərin üzərindəki izlər öz yerləşmə sahələrinə, formalarına, ölçülərinə və mikrorelyef quruluşlarının xüsusiyyətlərinə görə bir-birilərinə uyğun gəlmirlər. D-49150 və D-49159 cinayət işi üzrə tədqiqat obyekti olan gilizlər təqdim edilmiş silahlara kalibrinə görə uyğun gəlmədiyindən tədqiqat aparılmadı. - Tədqiqata təqdim edilmiş 51 (əlli bir) ədəd 7,62 mm kalibrli, “AKM” markalı, avtomat silahların lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır (cild 1, iş vərəqi 172-180). Məhkəmə kollegiyası məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: İş üzrə təqsirləndirilən şəxslər saxlanıldıqdan müəyyən müddət sonra ibtidai istintaq orqanı onlara ittiham elan edilməsi ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Respublikası baş nazirinin birgə imzaladıqları bəyanata əsasən, həmin bəyanatın birinci bəndindən göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur. Beləliklə, Ermənistan Respublikasının kapitulyasiya aktını imzalalaması ilə müharibə qurtarsa da, bəzi erməni terrorçu-diversant dəstələri Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki və digər meşəlik ərazilərdə qalaraq döyüş mövqeləri tutmuşlar. Bununla əlaqədar, Azərbaycan Respublikası sözügedən erməni silahlı dəstələrinin ərazidən çıxarılması üçün şərait yaratmış, həmçinin Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görülməsinə baxmayaraq, meşə zolağında gizlənmiş erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və qeyd olunan ərazidə Azərbaycan Respublikası tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dekabr ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ərazidə antiterror əməliyyatı keçirilmiş, həmin ərazidə gizlənmiş 62 nəfər erməni terrorçusu ələ keçirilmişdir. Bundan başqa həmin ərazilərdə davam etdirilən antiterror əməliyyatları zamanı 2020-ci ilin dekabr ayının 14-də erməni terrorçu dəstəsinin daha 2 nəfər üzvü - X28 və X21 saxlanılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər saxlanılarkən əvvəlcə onların hərbi əsir statusunda olması hesab edilmişdir. Belə ki, saxlanılan zaman onların Azərbaycan-Ermənistan arasında 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan 44 günlük müharibə zamanı həmin müharibədə iştirak etmiş Ermənistan Respublikasının hərbçiləri-əsgərləri olması qənaətinə gəlinmiş, lakin hazırkı cinayət işinin ibtidai istintaqı zamanı saxlanılan şəxslərin yuxarıda qeyd olunan Azərbaycan-Ermənistan arasında baş vermiş müharibə zamanı dağlıq-meşəlik ərazilərdə qalmış hərbçilər yox, onların özlərinin də ifadələrində göstərdiyi kimi, həmçinin istintaq zamanı toplanmış digər mötəbər və təkzibedilməz sübutlara əsasən, saxlanılan şəxslərin hamısı müharibə bitdikdən sonra, yəni 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Respublikası baş nazirinin birgə imzaladıqları bəyanata əsasən Ermənistan Respublikası kapitulyasiya aktını imzalalaması ilə müharibənin qurtarmasına baxmayaraq, 26-27 noyabr 2020-ci il tarixdə odlu silahlarla təchiz edilməklə qanunsuz olaraq Ermənistandan Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərinə keçməklə məlum cinayət hadisələrini törətmişlər. Bununla da, aparılmış ibtidai istintaqla qeyd olunan Ermənistan Respublikası vətəndaşlarının əməlləri tam sübuta yetirildiyindən onların əməllərinə hüquqi qiymət verilməklə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxlərə ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür ona görə ki, onlar X17 və digərləri birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törədərək, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətləri etmək, Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün həmin silahlı birləşmələrə cəlb edilmiş şəxsləri qruplar halında Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazidə və digər ərazilərdə döyüş mövqeləri seçib yerləşdirməklə, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməklə, onlara döyüş hazırlığı keçməklə və döyüş təlimatları verməklə bu silahlı birləşmələrin fəaliyyətini təşkil edərək, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamlar məhkəmədə öz təsdiqini qismən tapmamışdır. Bununla bağlı məhkəmə, təqsirləndirilən şəxslərə irəli sürülmüş hər bir ittihamı ayrı-ayrılıqda qiymətləndirməyi və aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsasını terrorçuluq və mütəşəkkil dəstə halında silahlı birləşmə yaratma təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsinin dispozisiyasına görə terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə kimi müəyyən olunmuşdur. Bu anlayış 18 iyun 1999-cu il tarixli “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununun 1-ci maddəsində də verilmişdir. Göründüyü kimi, qanunvericilik terrorçuluğlu həm aktiv hərəkətlərə, həm də bu hərəkətləri törətməklə hədələməklə müəyyən etmişdir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxslər qanunun yuxarıda sadalanan hərəkətlərdən hər hansı birini etməsi, hazırlaşması, etməklə bağlı hədələməsi halı yoxdur. İbtidai istintaq orqanı ittihamda yalnız qanunda göstərilən sözləri sadalamaqla kifayətlənmiş, konkret olaraq hansı əməllərin terror aktı olmasını göstərməmişdir. Təqsirləndirilən şəxslərin terror aktı törətmək istəməsi, yəni məqsədlərinin bu tip əməllərin törədilmək olması nə ibtidai istintaq, nə də məhkəmədə aydın olmadı. İbtidai istintaq orqanı tərəfindən sübut kimi irəli sürülmüş dövlət orqanlarının arayışları sırf subyektiv xarakter daşımaqla əlavə olaraq hər hansı halla təsqidini tapmamışdır. Cinayət hüquqi doktrinaya görə, terrorçuluq kəsik tərkibli cinayətlərə aid edilir, yəni bu cinayətin bitmə anı cinayətə hazırlıq və ya cəhd mərhələsi hesab edilir. Hazırkı işdə isə təqsirləndirilən şəxslərin belə əməlləri törətməyə hazırlaşmaları, cəhd etmələrinə dair sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxslərin üzərində silah olması və sərhəddi qanunsuz keçməkləri terror aktı törətmək istəmələrinin göstəricisi kimi çıxış edə bilməz. Əməlin belə qiymətləndirilməsi normanın genişləndirici təfsiri ilə nəticələnə və əsassız olaraq şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxara bilər. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin hamısı qeyd olunan ərazidə könüllü olaraq yox, digər şəxslərin -təqsirləndirilən şəxslərin ifadələrinə əsasən Arsen Qazaryan və Artur Muradyan adlı hərbi zabitlərin təhiriki ilə olmuş, onlar həmin əraziyə məhz onların vasitəçiliyi və rəhbərliyi ilə gəlmiş, olduqları müddət ərzində isə heç bir atışma, silahlı münaqişə, hücum məqsədi ilə hər hansı ərazini mühasirəyə almaq kimi hərəkətlər və ya yanğın törətməmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmiş, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Bu əməllər onlar tərəfindən qəsdən edilməklə şüurları ilə tam əhatə edilmişdir, lakin ittihamda qeyd edildiyi kimi həmin ərazidə terror aktı törətmək və ya törətməklə hədələmək onların niyyəti olmamış və bu niyyət onların şüuru ilə əhatə edilməmişdir. Təqsirləndirilən şəxslərə irəli sürülmüş digər ittiham isə “Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün həmin silahlı birləşmələrə cəlb edilmiş şəxsləri qruplar halında Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıqmeşəlik ərazidə və digər ərazilərdə döyüş mövqeləri seçib yerləşdirməklə, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməklə, onlara döyüş hazırlığı keçməklə və döyüş təlimatları verməklə bu silahlı birləşmələrin fəaliyyətini təşkil edərək” əlamətini özündə əks etdirən CM-nin 279.2-ci maddəsidir. İttihamın mahiyyətindən aydın olur ki, qanunsuz hərbi birləşməni yaradanlar hazırkı iş üzrə təqsirləndirilən şəxslər deyil, digər şəxslərdir. Təqsirləndirilən şəxslərin silahlı olmaqla bir qrup şəxs olması qanunsuz silahlı birləşmənin ilkin əlaməti olsa da, hazırkı halda bu həmin şəxslərin qanunsuz silahlı birləşmədə iştirakı kimi qiymətləndirilə bilməz. Əvvəla, təqsirləndirlən şəxslərin ifadələrindən, eləcə də cinayət işinin materiallarından tam aydın olur ki, təqsirləndirilən şəxslər yaşadıqları ərazidən hərbi komissarlıqla hərbi xidmətə cəlb edilmiş və bu məqsədlə onlara silah və hərbi geyim verilmişdir. Aydın olur ki, təqsirləndirilən şəxslər özləri üçün müəyyən etmişlər ki, onları dövlət hərbi xidmətə çağırır və mükəlləfiyyətli olaraq da onlar həmin xidmətə getməyə borcludur. Yəni təqsirləndirilən şəxslər hər hansı qanunsuz silahlı birləşmənin deyil, məhz vətəndaşı olduqları ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş hərbi birləşmədə iştirak etmək üçün bu fəaliyyətə cəlb edilmişlər. Subyektiv olaraq silahlı birləşmədə iştirak kimi “niyyət” çıxış etsə də, həmin birləşmənin qanunsuz olması təqsirləndirilən şəxslərin niyyəti ilə əhatə edilmir. Buna görə də təqsirləndirilən şəxlsərə CM-nin 279-cu maddəsi ilə ittiham irəli sürmək tamamilə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi-siyasi rəhbərliyinin təşkilatçılığı ilə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisində terrorçuluq törədilməsi məqsədilə silahlandırılmış Ermənistan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının keçirdikləri antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş və barələrində cinayət təqibi aparılmışdır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən də görünür ki, onlar Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi-siyasi rəhbərliyinin təzyiqi və təsiri nəticəsində bu cinayətə cəlb olunmuşlar. Belə ki, təqsirləndirilən şəxslər hərbi çağırış zamanı dövlət orqanları tərəfindən çağırışa gəlmədikləri həbs ediləcəkləri ilə hədələnmişlər. Həmçinin təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən müəyyən olunmuşdur ki, həmin şəxslər ya işsizdirlər, ya da iş tapmaq üçün müxtəlif vaxtlarda qonşu ölkələrin ərazilərində yaşamaq məcburiyyətində qalmışlar. Ermənistan Respublikasının rəsmi dairələri uzun illər ölkədə yaranmış və dərinləşmiş sosial problemləri ört-basdır etmək üçün vətəndaşları cinayət əməlləri törətməyə sövqetmə yolunu seçmişlər. Belə olan halda, cinayət məsuliyyətinin böyük bir hissəsi Ermənistan Respublikasının rəsmi şəxsləri və hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qeyd edilən faktlar onu göstərir ki, həmin şəxslər döyüşmək istəməyiblər. Ermənistan siyasi-hərbi rəhbərliyi öz vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etməklə hədələyib məcburi şəkildə “hərbi xidmətə” göndərmişdir. Bu cinayət işində də Ermənistan rəhbərliyinin məkrli əməlləri bir daha təsdiq olunmuşdur. Dövlət ittihamçısı məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələrinin xaric edilməsini və ittiham olunan şəxslərin Ermənistan hərbi siyasi rəhbərliyinin təzyiqi və təsiri nəticəsində cinayətə cəlb olunmaları nəzərə alınmaqla həmin qurumların vəzifəli şəxsləri barəsində cinayət işi başlanması üçün Azərbaycan Respublikası CPM-nin 207 və 208-ci maddələrinə əsasən aidiyyatı qurumlara məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsində göstərilir ki, dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2008ci il tarxli qərarında göstərilmişdir ki, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Həmin Plenum qərarında həmçinin müəyyən olunmuşdur ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Göstərilən cinayət-prosessual qanunvericilik normalarına, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə, habelə hazırkı iş üzrə məhkəmədə müəyyən olunan hallara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının çıxışında göstərdikləri ittihamdan qismən imtinası kimi qəbul edilməli və həmin imtina tamamilə qanuni və əsaslı olmaqla tam təmin edilməli, Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri üzrə cinayət təqibinə xitam verilməli və Ermənistan hərbi siyasi qurumların vəzifəli şəxsləri barəsində cinayət iş başlanması barədə Azərbaycan Respublikası CPM-nin 207 və 208-ci maddələrinə əsasən aidiyyatı qurumlara məlumat verilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tətdiq edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər cinayət törətsələr də, əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri olan ittiham artıq verilmişdir. Belə ki, onların istər ibtidai istintaqda, istərsə də məhkəmədəki ifadələri ilə müəyyən olunur ki, Ermənistan Respublikasının dövlət orqanlarında fəaliyyət göstərən bir sıra vəzifəli şəxslər iş üzrə təqsirləndirilən şəxsləri hərbi xidmət adı ilə çağırıb onları avtomat silahlar və zəruri döyüş sursatı olan patronlarla silahlandırmışlar. Onların əməlləri Azərbaycan Respublikası CM-nin 228.3 və 318.2-ci maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxslərin hər biri CM-nin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onlara həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinin tələbinə görə isə on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslərə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs9 himayəsində azyaşlı uşaqlarının olması onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin heç birinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin hər birinə ittiham olunduqları maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onlara qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslərin hamısı 13 dekabr 2020-ci il tarixdə tutularaq saxlansalar da, Təqsirləndirilən şəxs1 17 mart 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 18 mart 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs5 Muşeqoviç 19 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixlərdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsi tərəfindən onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində müxtəlif tarixlərdə həbs qətimkan tədbiri seçilsə də, onlarn azadlığı faktiki olaraq 13 dekabr 2020-ci il tarixdən məhdudlaşıdırlmışdır, buna görə də, onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərin hamısının cəza çəkmələrinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin 13 dekabr 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduqları bütün müddət onlara təyin olunancaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin hamısının barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Cinayət Məcəlləsinin 52-ci maddəsinin yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Maddi-texniki təminat idarəsinin silah-sursat anbarında məsul saxlanışa təhvil verilmiş maddi sübutlar - 51 ədəd AKM tipli avtomat silahları, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patronlar CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməli, 144 ədəd eksperimental atılmış patron gilizləri yararsız olduğundan məhv edilməlidir. Məhkəmə məsrəfləri hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 3/307; 3/308 nömrəli məhkəmə-ballistik ekspertizası rəyinə görə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 müştərək qaydada, yəni hər birindən 9 (doqquz) manat 84 (səksən dörd) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 344-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs5 Muşeqoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 Muşeqoviçə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 Muşeqoviç təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs5 Muşeqoviçə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Muşeqoviç barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 Muşeqoviç əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs6 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs7 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs7 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs7 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs7 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs8 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs8 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs8 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs8 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş itiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs9 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs9 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs9 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs9 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs10 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs10 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs10 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs10 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs11 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs11 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs11 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs11 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs12 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs12 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs12 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs12 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs13 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs13 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs13 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs13 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Maddi-texniki təminat idarəsinin silah-sursat anbarında məsul saxlanışa təhvil verilmiş maddi sübutlar - 51 ədəd AKM tipli avtomat silahları, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patronlar CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilsin, 144 ədəd eksperimental atılmış patron gilizləri yararsız olduğundan məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 müştərək qaydada, yəni hər birindən 9 (doqquz) manat 84 (səksən dörd) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar