Məhkəmə qərarları › İş №1(101)-1242/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1242/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1242/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin yanvar ayının sonlarında axşam saatlarında ünvan 3 ünvanında əvvəlcədən aralarında olan razılığa əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 05 ədəd bükümdə ümumilikdə 5,009 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 fevral 2022-ci il tarixdə saat 17:40-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 37 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4vanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ rəngli salfet kağızının içərisində ümumilikdə 05 ədəd şəffaf rəngli sellofan bükülü olmaqla ayrı ayrılıqda təmiz çəkiləri 1,293 qram, 1,421 qram, 0,791 qram, 0,326 qram, 1,178 qram ümumi təmiz çəksi 5,009 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik maddə heroin və həmin gödəkçənin sağ yan cibindən üzərində heroinin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi aşkarlanaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə və elektron tərəzi aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 37 ünvanında yaşadığı evin yaxınlığında olan zaman iki nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuş, lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, həmin gödəkçənin sol yan cibindən içərisində 5 ədəd şəffaf rəngli selofan bükülü olan bir ədəd ağ rəngli salfet kağızı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı smartfon olmayan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən çıxan 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan maddələri göstərərək onların narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. O, 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında Namiq adlı şəxsdən narkotik vasitənin 1 qramını 15 manata alaraq 20 manata satmaq məqsədilə ümumilikdə 105 manata əldə etdiyini bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 Fərhad oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan «İlkin» adlı şəxsin üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, «İlkin» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 04 fevral 2022-ci il tarixli qərar qəbui edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 43-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 05 fevral 2022-ci il tarixdə saat 17:40 radələrində ünvan 6 ünvanında yerləşən evin yaxınlığında olarkən «İlkin» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs saxlayıb 43-cü Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 43-cü PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyevə təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, həmin gödəkçənin sol yan cibindən içərisində 5 ədəd şəffaf rəngli selofan bükülü olan bir ədəd ağ rəngli salfet kağızı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı smartfon olmayan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan maddələri göstərərək onların narkotik vasitə olan “heroin" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında “Namiq” adlı şəxsdən narkotik vasitənin 1 qramım 15 manata alaraq 20 manata satmaq məqsədilə ümumilikdə 105 manata əldə etmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 Fərhad oğlunun ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin 31-36-cı vərəqlərində olan 05 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, həmin gödəkçənin sol yan cibindən içərisində 5 ədəd şəffaf rəngli selofan bükülü olan bir ədəd ağ rəngli salfet kağızı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı smartfon olmayan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan maddələri göstərərək onların narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında “Namiq” adlı şəxsdən narkotik vasitənin 1 qramını 15 manata alaraq 20 manata satmaq məqsədilə ümumilikdə 105 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Cinayət işinin 69-cu vərəqində olan protokolda bildirilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, DVD diskdə 01 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 05 fevral 2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ- nin 43-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və həmin PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Fərhad oğlunun olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, həmin gödəkçənin sol yan cibindən içərisində 5 ədəd şəffaf rəngli selofan bükülü olan bir ədəd ağ rəngli salfet kağızı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı smartfon olmayan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan maddələri göstərərək onların narkotik vasitə olan “heroin" olduğunu bildirmişdir. O, 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında “Namiq” adlı şəxsdən narkotik vasitənin 1 qramım 15 manata alaraq 20 manata satmaq məqsədilə ümumilikdə 105 manata əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 130-142-ci vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd “CD” formatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 03 ədəd fayllar aşkar olundu: Birinci və ikinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda müxtəlif tipli mesajların olması qeyd olunmuşdur; Üçüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur. Cinayət işinin 40-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2022-ci il tarixli, 6/731 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün N-243” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi- 1,293 qram, 1,421 qram, 0,791 qram, 0,326 qram, 1,178 qram, ümumi təmiz çəkisi - 5,009 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və 5 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanuni ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 149-152-ci vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizanın 15 aprel 2022-ci il tarixli, 6/1531 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N-65” dairəvi möhür əksləri olan, “6/731...6 fevral 2022-ci il...” sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Nuriyev İlkin” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,253 qram, 1,381 qram, 0,751 qram, 0,286 qram, 1,138 qram ümumi təmiz çəkisi 4,809 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işinin 159-160-cı vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın 12 may 2022-ci il tarixli, 2426 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 161-163-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizanın 12 may 2022-ci il tarixli, 1174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLl hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 181-189-cu vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,009 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,809 qram qalığı və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı şəxsin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 01 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22-23-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 99-103-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 fevral 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-148-ci vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Nuruyev X2 rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 6 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və cinayətlərin residivinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,809 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,809 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar