Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1242/2023 15.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X9, Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 hüquqi varisi X10 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 hüquqi varisi X11 və onun nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç şəxsin ölümünə, üç şəxsin sağlamlığına az ağır, bir nəfər şəxsin sağlamlığına ağır xəsarət yetirilməsinə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 16:30 radəsində Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Qala-Türkan yolundan üzü Türkan qəsəbəsi istiqamətində idarə etdiyi Hyundai Santa FE markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hisəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan qarşıda əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs12 idarə eldiyi VAZ-21074 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək özünün idarə etdiyi avtomobildə olan sərnişinlər X6 az ağır zərərvurmaya aid olan sağ qasıq sümüyünün qapalı sınığı, Zərərçəkmiş şəxs2 az ağır zərərvurmaya aid olan sağ saidin orta-aşağı üçdə birinin hər iki sümüyünün qapalı, yerdəyişən sınığı, VAZ-2107 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 az ağır dərəcəli zərəvurmaya aid olan baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ağciyər kontuziyası və sol tərəfli hemotoraksla nəticələnmiş sol ll-lll qabırğaların yerdəyişən, sol X qabırğanın isə yerdəyişməyən sınıqları və Zərərçəkmiş şəxs4 ağır dərəcəli zərəvurmaya aid olan sol bud sümüyünün aşağı üçdə birinin oynaq daxili açıq, qəlpəli, yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin oynaq daxili yerdəyişən sınığı, ikitərəfli hemartroz xəsarətlərini yetirmiş, VAZ-21074 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs12 aldığı alın nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın sıyrıqları; sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; daxili qanitirmə ilə nəticələnmiş ağciyərin, qaraciyərin və dalağın cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs10 burnunun, alt çənənin, sağ dizin ön səthinin və sağ baldırın əzilmiş yaraları; alt çənənin, sağ süd vəzisinin, döş qəfəsinin ön səthinin orta üçdə birinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ və sol bud sümüyünün qapalı, qəlpəli sınıqları; sağ baldır sümüklərinin açıq, qəlpli sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin və qara ciyərin cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə, Zərərçəkmiş şəxs11 sağ budun əzilmiş yarası; sol almacıq nahiyyəsinin, burununun sol budun aşağı üçdə birinin iç səthinin, sol qasıq nahiyyəsinin, sol dizin iç - ön səthini sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşaiyət olunan sağ İV.V,Vİ,Vİİ və sol İV,V,Vİ,Vİİ qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bud sümüyünün açıq, qəlpəli sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin və qara ciyərin cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, universiteti bitirdikdən sonra ixtisası üzrə bir müddət zavodda işləmiş, zavoddan aldığı maaş ailəsini dolandırmaq üçün kifayət etməmiş, buna görə də işindən ayrılıb başqa işlərlə məşğul olmağa başlamış, işləri düşündüyü kimi alımadığına görə, bir müddətdən sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Hadisə baş verən gün yəni, 20 dekabr 2022-ci il tarixdə səhər saat 11 radələrində Binə qəsəbəsindən qəbul etdiyi sifariş əsasında müvafiq ünvana çatdırdığı 7 nəfər xanım axşam radələrində imkanı olacağı təqdirdə onları geriyə qaytarmasını xahiş etmişdirlər. Həmin gün axşam saat 16:30-da xanımları götürmək üçün ünvana yaxınlaşmış, onları götürərək Türkan istiqamətində hərəkətə keçmiş, saat təxminən 5 radələrində Türkan qəsəbəsi, Türkan Qala yolu istiqamətində hərəkət etmişdir. Hava soyuq olduğu üçün maşının istilik sistemini qoşmuş, maşında qadın müştərilər olduğu üçün maşının şüşələrini açmamışdır. Ünvana çatmasına az qaldığı üçün yolda maşını saxlayaraq mağazadan su almamış, bu hal onun yuxulamasına səbəb olmuş, bir anlıq diqqətsizlikdən qarşı yola çıxdığını hiss etmiş və dərhal maşını öz yoluna çəkmişdir. Lakin qarşıdan gələn VAZ 2107 markalı maşının sürücüsü öz hərəkət zolağından sol zolağı seçmiş və həmin yolda toqquşma hadisəsi baş vermişdir.Toqquşma zamanı o, öz yolunda olmuşdur. Vaz 2107 markalı minik avtomobilinin sağ hissəsində boş hissə olmuş və onun hadisə zamanı sürətini azaltmaq yaxud da, hadisədən yayınmaq imkanı olmuşdur. O, hadisənin məsuliyyətini və ağırlığını başa düşür. Məhkəmədən ona veriləcək cəzanın növündən aslı olmayaraq ömrünün sonunadək özünü bağışlamayacaqdır. Bir daha hadisədə vəfat etmiş Zərərçəkmiş şəxs12 və azyaşlı Amina və Zərərçəkmiş şəxs11lərin hüquqi varislərindən üzr istəyir. Bir ana tərəfindən bağışlanmasının nə qədər çətin olduğunu bilsə də, nə vaxtsa onu bağışlamasını xahiş edir. Hadisə zamanı ayaq nahiyyəsində xəsarət olsa da, özünü itirməyərək dərhal 102-yə və 103-ün qaynar xəttinə hadisə barəsində məlumat vermişdir. Maşından düşərək onun maşınında olan sərnişinlərin maşından çıxarılmasına kömək etmişdir. Eyni zamanda yola çıxaraq yoldan keçən maşınları saxladıb kömək etmələrini bildirmişdir. Maşının qarşı hissəsində oturan qadının maşından çıxması üçün köməklik göstərmişdir. Əlində olan bütün imkanlardan istifadə etməklə onlara kömək göstərmişdir. Hal-hazırda imkan daxilində 9 nəfərlə barışıq əldə etmişdir. Vəfat edən azyaşlıların hüquqi varisləri ilə barışıq əldə etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır. Məhkəmədən, hadisədə vəfat edən şəxslərin yaxınlarından, hüquqi varislərindən xahişi odur ki, iki və yeddi yaşında azyaşlı qızları var. Yoldaşının işləmək imkanı olmadığına görə ailənin bütün maddi ehtiyacını o qarşılamışdır. O, bilir ki, azadlıqdan məhrum edilsə onların maddi vəziyyəti çətin olacaq. Hadisə zamanı hava soyuq və küləkli olmuşdur. Maşının şüşəsi istiliyin təsirindən tərləməmiş və yolu görməsində hər-hansısa maneə olmamışdır. Hadisəyə səbəb maşında istiliyi qoşduğu üçün yuxulaması olmuşdur. On iki ildir ki, avtomobil idarə edir. Taksi fəaliyyəti ilə 2019-cu ildən məşğul olmuşdur. Avtomobili təxminən saatda 90/km ilə idarə etmişdir. O, bir anlıq avtomobillə əks yola çıxmış, bunu hiss edib öz yoluna qayıtdığı zaman toqquşma baş vermişdir. Digər avtomobildə olan yaralılarda beyin qan sızması və yaxud sümük sınması olar deyə müdaxilə etməmiş və təcili tibbi yardımın gəlməsini gözləmşdir. O, hadisə yerində, digər avtomobildə yerə uzanan qadın və avtomobilin sürücüsünü görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o hadisə baş verən zaman evdə olmuşdur. Onun vaxtı olmadıqda sürücü Qurban uşaqları aparıb-gətirmişdir. Hadisə baş verən gün həkim müayinəsinə getdiyindən ailə üzvlərini sürücü kimi Qurban gətirməli olmuşdur. Onun telefonuna saat 10-a işləmiş tanımadığı nömrədən zəng gəlmiş, o zəngi götürməmiş, daha sonra həyat yoldaşı Nigar onu yığaraq telefonda qışqırıb, ağlamış, nə dediklərini isə başa düşməmişdir. O, yerindən qalxaraq, maşına minib Nigarın dediyi ünvana getmiş, uzaqdan qəzanın baş verdiyi yeri, parçalanmış maşınları və polisləri görmüşdür. Sürücü Qurban maşından çıxarılarkən onu görmüş, daha sonra uşaqları haradadır deyə qışqırmış, ona uşaqlarını apardıqlarını bildirmişdirlər. O, uşaqlarını hadisənin səhəri günü dəfn etmişdir.Təqsirləndirilən şəxslə barışmamışdır, sonuncuya qarşı verdiyi mülki iddianı müdafiə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 anasıdır, onun uşaqları təhsilə bağlılığı ilə seçilən uşaqlar olmuş, xarici dil biliklərini inkişaf etdirmiş, incəsənətlə məşğul olmuş, ataları isə onlar üçün çalışmışdır. Kiçik oğlu hər gün ağlayaraq, bacılarını istəyir. Hadisə günü rəhmətə gedən Qurban adlı şəxs 8 ildir ki, onların sürücüsü olmuş və heç vaxt onun yol hərəkəti qaydalarını pozduğunu görməmişdir. Hadisə günü sürücü Qurban deyinməyə başlamış, daha sonra siqnal verərək, işıqları yandırıb söndürərək, yoluna başqa maşının çıxdığını bildirmişdir. O, Qurbandan niyə siqnal verdiyini soruşmuş, Qurban yolun digər tərəfinə keçmiş və sağ tərəfə baxdıqda ağ maşını görmüşdür. Daha sonra nə baş verdiyi onun yadında deyil. O yerdən qalxdıqdan sonra Qurban dayı ilə böyük qızını maşının oturacağında görmüş, qızı Zalinanı görə bilməmiş, həmin anda özü də qan içində olmuşdur. Qəza anında qızı maşından kənara atılmış, polis əməkdaşı qızını gətirmişdir. Polis qızı tez xəstəxanaya çatdırmaq istəmiş, amma qızı da həmin anda rəhmətə getmişdir. Onu və qızı Aminəni Sabunçuya xəstəxanaya yola salmış, o qızının əlini tutaraq qucaqlamış, onun yaşadığını düşünmüşdür. Xəstəxanada olarkən qızlarının əməliyyatda olduğunu düşünmüşdür. Sonra o qan qusmuş, onu reanimasiyaya salaraq mərkəzi xəstəxanaya yerləşdirmişdirlər. Səhər onu həkim nəzarəti altında evə gətirmişdirlər. O, hadisə zamanı 4-cü uşağına hamilə olmuş, onu da itirmişdir. O, əmindir ki, hadisə zamanı təqsirləndirilən şəxs içkili olub. Təqsirləndirilən şəxsi ömrünün axırına qədər bağışlamayacaq, ona qarşı şikayət və tələbi var. Hadisə zamanı onların əyləşdiyi avtomobili idarə edən Qurban öz yolu ilə getmiş, təqsirləndirilən şəxs sürətlə onların yoluna çıxmışdir. Təqsirləndirilən şəxsin ailə üzvləri hadisədən sonra onlarla danışığa cəhd etmişdir, lakin onlar təqsirləndirilən şəxslə barışmamaqla, tərəfindən verilən mülki iddianı müdafiə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsin avtomobilində olmuşdur və avtoqəza keçirtdiyi üçün zərərçəkmiş şəxs qismində məhkəmədə iştirak edir. Hər şey anidən baş vermiş, qəza baş verən zaman bərk səs gəlmiş və onunla bir maşında olan Zərərçəkmiş şəxs3 arxa oturacaqdan qabaq oturacağa onun yanına düşmüşdür. Hadisə ilə bağlı zərərçəkmiş şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Hadisə nəticəsində əli sınmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs hər hansı bir yorğunluq, yuxusuzluq hiss etməmişdir. Avtomobili sürmə anında hər hansı maneə və yaxud narahatçılıq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, telefona başı qarışdığı üçün hadisənin baş verməsini görə bilməmişdir. Sürücü ona kömək etdikdən sonra polis əməkdaşlarının maşınına qoyularaq xəstaxanaya aparılmışdır. Hadisə zamanı onun çanaq sümüyü sınmışdır. Sağalmaq üçün xərci az çıxmış və öz xərcini özü ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Hadisə zamanı avtomobildə olan 7 nəfərlə sinif yoldaşı olmuşdurlar. Yoldaşlarla görüşə getmiş və hadisə zamanı şəhərdən gəlmişdirlər. Xəstəxanada olarkən təqsirləndirilən şəxsin anası onunla maraqlanmış və nəyə ehtiyacı olduğu, ona necə kömək edə biləcəyini soruşsa da bununla razılaşmamışdır.Hadisədən sonra o maşından çölə çıxmış, digər yoldaşına kömək üçün yaxınlaşmaq istəyərkən addım ata bilməmişdir. Təqsirləndirilən şəxs polislə birlikdə onu polis əməkdaşının maşınına oturtduqdan sonra, əvvəlcə onu Mərdəkanda, daha sonra isə Sabunçuda yerləşən xəstəxanaya aparmışdırlar. Sürücünün anası evə zəng edərək onların ünvanını soruşmuş və kömək etmək istədiyini bildirmişdir. O da cavabında heç nəyə ehtiyac olmadığını bildirmişdir. O, avtomobildə ən arxada oturmuşdur. O, hadisə baş verən zaman telefonda şəkillərə baxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadə verərək göstərmişdir ki, onlar şəhərə gedərkən, sürücünün mədəni bir insan olduğunu görmüş, qayıdarkən onları aparmasını və nömrəsini verməsini xahiş etmişdir. Sürücü vaxtı olacağı təqdirdə onları geri ünvana qaytara biləcəyini söyləmiş, işləri bitdikdən sonra sürücü ilə əlaqə saxlanılmış , sonuncu onları götürməyə gəlmişdir. Qəza anidən baş vermişdir. O dişlərindən xəsarət almışdır. Şikayəti və yaxud hər hansı tələbi yoxdur. Hadisə baş verən günü hava normal olmuş, narın yağış yağmış, avtomobilin içində temperatur normal olmuş, sürücü normal sürətlə hərəkət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, hadisə zamanı başından xəsarət almış, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. O, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 214 saylı körpələr evində tərbiyəçi işləyir. 20 dekabr 2022-ci il tarixdə işlədiyi körpələr evində gözətçi işləyən mərhum Zərərçəkmiş şəxs12 öz avtomobili ilə onu və onun müəllimə yoldaşı Zərərçəkmiş şəxs1 və sonuncunun iki azyaşlı övladını aparırmış. Avtomobildə o, Zərərçəkmiş şəxs1, sonuncunun qızları Zalina və Aminə olmuşdur. Avtomobilin arxa otracağında o, Zərərçəkmiş şəxs1, sonuncunun qızı Zalina əyləşmiş və qabaq otracaqda azyaşlı Aminə əyləşmşdir. Onlar avtomobildə olarkən avtomobili idarə edən mərhum Qurban Əiiyev avtomobili Türkan qəsəbəsindən üzü mərkəzə doğru idarə edirmiş. O, ani vaxtda görmüşdür ki, onların içərisində olduqları avtomobil qarşıdan gələn ağ rəngli avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o və müəllimə yoldaşı bədən xəsarəti almış, müəllimə yoldaşı Zərərçəkmiş şəxs1 azyaşlı iki qızı və avtomobili idarə edən Zərərçəkmiş şəxs12 isə hadisə nəticəsində ölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, onlar da digər zərərçəkmiş şəxslərlə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquq varisi X11 məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs12 onun əridir. Zərərçəkmiş şəxs12 xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onlar birlikdə 1992-ci il tarixdə nigaha daxil olmuşlar və birgə nigahdan 3 övladları olmaqla həmin övladlarından biri vəfat etmişdir. Mərhum əri Zərərçəkmiş şəxs12 onun işlədiyi körpələr evində nəzarətçi işləyirmiş. 20 dekabr 2022- ci il tarixdə ona məlum olmuşdur ki, mərhum əri idarə etdiyi Vaz 2107 markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsindən Qala qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn avtomobillə toqquşmuş və nəticədə əri və avtomobildə olan sərnişinlərdən ikisi vəfat etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 20 dekabr 2022-ci il tarixli Raportdan görünür ki, 20 dekabr 2022-ci il tarixində saat 17:30-da, xx.xx.1998-ci il təvəllüdlü, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi, ev 10, mənzil 27-də yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qala-Türkan şossesi, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkətdə olan (qarşı-qarşıya) xx xxxx 1959-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs12 idarə etdiyi “Vaz 2107” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə, “Vaz 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs12, sərnişinləri xx.xx.2009-cu il təvəllüdlü, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yaşayan Zərərçəkmiş şəxs10 və bacısı xx.xx.2010-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs11 aldığı xəsarətlərdən vəfat etmişdir (cild 1, iş vərəqə 3). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş cədvəl və foto-şəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, Qala-Türkan yolu olmuş, yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti quru, yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri iki tərəfli hərəkət zonası, işlək hissəyə sağdan, soldan və ehtiyat hissədən sonra sağdan, soldan yaşıllıq birləşir. Hadisə yeri baxış zamanı müəyyən edilmiş yaşayış məntəqəsində icazə verilən sürət həddinin 60 km/saat müəyyən edən yol nişanları olmuşdur. Hər iki nəqliyyat vasitəsi əzilmiş və yararsız vəziyyətdədir, hər iki avtomobilin qabaq hissəsi əzilmişdir. Şinlərin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar edilməmiş, meyid VAZ 2107 markalı avtomobilin sükanı tərəfdə yerləşmişdir (cild 1, iş vərəqə 4-19). 20 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs şüurunun vəziyyəti aydın, nitq qabiliyyəti rabitəli, dayanıqlı olmuş, göz qapaqlarının, dilin və əl barmaqlarının titrəməsi, ağızdan alkoqolun və digər güclü təsir edən maddələrin iyinin gəlməsi, ayıq olması müəyyənləşdirilmiş, alkoqol sərxoşluğu və narkotik vasitə, psixotrop maddə və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, iş vərəqə 23). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Santa FE” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Həsənov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur(cild 1, iş vərəqə 79-83). Mənzil-kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 147 saylı Mənzil-kommunal İstismar Sahəsinə şifahi və yazılı şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 125). Cinayət işinə əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 Hacıbaba qızının sürücü Təqsirləndirilən şəxs barəsində şikayətləri və tələbləri yoxdur və gələcəkdədə olmayacaq (cild 1, iş vərəqə 166; 175; 186; 221; 229; 238; 254, cild 2, iş vərəqə 8). Məhkəmə iclasında təqdim edilmiş notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət, iddia və tələbi yoxdur. Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyindən və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Mərhum Zərərçəkmiş şəxs12 meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın syrıqları; sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; daxili qanitirmə ilə nəticələnmiş ağciyərin, qaraciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs12 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs12 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs12 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 187-193). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyindən və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs10 meyitində aşkar edilmiş xəsarətlər - burnunun, alt çənənin, sağ dizin ön səthinin və sağ baldırın əzilmiş yaraları; alt çənənin, sağ süd vəzisinin, döş qəfəsinin ön səthinin orta üçdə birinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ və sol bud sümüyünün qapalı, qəlpəli sınıqları; sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin və qara ciyərin cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı ağır dərəcəli zərəvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidirlər. Mərhum Ə.Zərərçəkmiş şəxs10 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Ə.Zərərçəkmiş şəxs10 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Ə.Zərərçəkmiş şəxs10 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 194-200). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyindən və oa əlavə edilmiş foto-şəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs11 meyitində aşkar edilmiş xəsarətlər - sağ budun əzilmiş yarası; sol almacıq nahiyyəsinin, burununun, sol budun aşağı üçdə birinin iç səthinin, sol qasıq nahiyyəsinin, sol dizin iç - ön səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayyət olunan sağ İV,V,Vİ,Vİİ və sol İV,V,Vİ,Vİİ qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bud sümüyünün açıq, qəlpəli sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin, və qara ciyərin cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərəvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs11 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs11 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs11 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (Cild 1, iş vərəqə 201-207). Məhkəmə tibbi ekspertizasının 28 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ağciyər kontuziyası və sol tərəfli hemotoraksla nəticələnmiş sol ll-lll qabırğaların yerdəyişən, sol X qabırğanın isə yerdəyişməyən sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri “X18” X20 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar az ağır dərəcəli zərərvurmaya aiddirlər (cild 1, iş vərəqə 239-242). Məhkəmə tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün aşağı üçdə birinin oynaq daxili açıq, qəlpəli, yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin oynaq daxili yerdəyişən sınığı, ikitərəfli hemartroz küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X18” X20 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər (cild 2, iş vərəqə 19-22). Məhkəmə tibbi ekspertizasının 5 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində alt dodağın əzilmiş yarası, sağ diz oynağının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X21” X20 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər (cild 2, iş vərəqə 33-35). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, X5 bədəni üzərində sağ qasıq sümüyünün qapalı sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X21” X20 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 2, iş vərəqə 36-38). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ saidin orta-aşağı üçdə birinin hər iki sümüyünün qapalı, yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X21" X20 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 2, iş vərəqə 39-41). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində alının əzilmiş yaralan aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X21” X20 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (cild 2, iş vərəqə 42-44). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarət - alının çəhrayımtıl rəngli çapıq toxuması əzilmiş yara izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir (cild 2, iş vərəqə 45-47). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 Hacıbaba qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst çənədə sağda İİİ dişin, solda İİ dişin travmatik qopması (sınığı) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərəvurmaya aiddir (cild 2, iş vərəqə 48-50). Məhkəmə tibbi ekspertizasının 3 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ baldırın çəhrayımtıl rəngli dəri sahəsi sıyrıq izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir (cild 2, iş vərəqə 51-53). “Sürücülük hüququnun yoxlanılmasına dair 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Qeydiyyat imtahan idarəsi tərəfindən 07 avqust 2025-ci il trixə kimi etibarlı hesab edilən “B” “C” kateqoriyalı AC 710477 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqə 14). “Sübutların qiymətləndirilməsi haqqında” 6 aprel 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsinin qeydə alınan video görüntülərinin köçürüldüyü bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqə 61- 70). Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (Cild 1, iş vərəqə 230) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin ifadələri, habelə Təqsirləndirilən şəxs 7 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Qeydiyyat imtahan idarəsi tərəfindən 07 avqust 2025ci il tarixə kimi etibarlı hesab edilən “B” “C” kateqoriyalı AC 710477 nömrəli sürücülük vəsiqəsinin verilməsi və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumatın olmaması barədə “Sürücülük hüququnun yoxlanılmasına dair 27 mart 2023-cü il tarixli protokolu, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 ölümünə səbəb olan ağır xəsarətlərin, Zərərçəkmiş şəxs1, X5 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına vurulan az ağır, Zərərçəkmiş şəxs4 sağlamlığına vurulan ağır xəsarətlərin 20 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsini müəyyən edən məhkəmə-tibb ekspertiza rəyləri ilə birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olma əməllərinə görə ittiham irəli sürülsə də, təqsirləndirilən şəxsə istinad edilən əməl təsviri olunarkən sonuncu tərəfindən törədilən əməllə Zərərçəkmiş şəxs7 yüngül dərəcəli zərərvurmaya aid olan alt dodağın əzilmiş yarası, sağ diz oynağının əzilməsi, Zərərçəkmiş şəxs3 yüngül dərəcəli zərərvurmaya aid olan alının əzilmiş yaraları, Zərərçəkmiş şəxs6 yüngül dərəcəli zərərvurmaya aid olan alının çəhrayımtıl rəngli çapıq toxumasının əzilmiş yarası, Zərərçəkmiş şəxs9 Hacıbaba qızına yüngül dərəcəli zərərvurmaya aid olan üst çənədə sağda İİİ dişin, solda İİ dişin travmatik qopması və Zərərçəkmiş şəxs8 sağlamlığa zərərvurmayan sağ baldırın çəhrayımtıl rəngli dəri sahəsi sıyrıq izi xəsarəti yetirməklə yanaşı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 əmlakına ümumlilikdə 6000 manat məbləğində maddi ziyan vurulması da göstərilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 17-ci hissəsinin məzmunundan görünür ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263-1.3, 263-1.1, 263-1.2, 263.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların Cinayət-Prosessual Məcəlləsinin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının tələblərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməllərinin həmin Məcəllənin 263.1, 263.1-1, və 263.3-cü maddəsində nəzərdə tutulan nəticələrə, yəni, zərərçəkmiş şəxsin və ya şəxslərin sağlamlığına az ağır və ağır xəsarət yetirilməsi və ya iki və daha çox zərərçəkmiş şəxsin ölümü ilə nəticələnməli olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 21 dekabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 Hacıbaba qızına yüngül dərəcəli, Zərərçəkmiş şəxs8 isə sağlamlığa zərərvurmayan xəsarətlər yerilməsi səbəbindən təqsirləndirilən şəxsin həmin şəxslərə münasibətdə əməlində cinayət tərkibi olmaması əsası ilə “Zərərçəkmiş şəxs7 yüngül dərəcəli zərərvurmaya aid olan alt dodağın əzilmiş yarası, sağ diz oynağının əzilməsi, Zərərçəkmiş şəxs3 yüngül dərəcəli zərərvurmaya aid olan alnın əzilmiş yaraları, Zərərçəkmiş şəxs6 yüngül dərəcəli zərərvurmaya aid olan alının çəhrayımtıl rəngli çapıq toxumasının əzilmiş yarası, X2 yüngül dərəcəli zərərvurmaya aid olan üst çənədə sağda İİİ dişin, solda İİ dişin travmatik qopması və Zərərçəkmiş şəxs8 sağlamlığa zərərvurmayan sağ baldırın çəhrayımtıl rəngli dəri sahəsi sıyrıq izi xəsarətlərini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 əmlakına ümumlilikdə 6000 manat məbləğində maddi ziyan vurulması” hissəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməli, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9 Hacıbaba qızı və Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməli, həmin şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi üçün müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 yanvar 2016-cı il təvəllüdlü və 11 avqust 2020-ci il təvəllüdlü iki azyaşlı övladı vardır (cild 1, iş vərəqə 128). Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməməsini, himayəsində iki azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini, cinayət törətməsindən sonra zərərçəkmiş şəxslərə kömək etməsini, zərərçəkmiş şəxslərin əksəriyyəti (X9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2)ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini, himayəsində iki azyaşlı övladlarının olmasını zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 47) , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 120-124). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub yol nəqliyyat hadisəsinin qeydə alınan video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əmirxan oğlundan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 80). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 saat həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 216 (iki yüz o altı) manat məbləğində pul köçürülməlidir. Mülki iddianın həlli ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsindən göründüyü kimi cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilməsinə, sübut olunmasına və həll olunmasına baxmayaraq mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Zərərçəkmiş şəxslər Amina Lütfəlizadə və Zərərçəkmiş şəxs11 hüquq varisi Əhməd Lütfəliyev və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi təqdim edərək Zərərçəkmiş şəxs1 müalicəsi üçün Mərkəzi Klinikaya ödənilmiş məbləğ - 1310 (bir min üç yüz on) manat, Zərərçəkmiş şəxs1 müalicəsi ilə əlaqədar X1 ödənilmiş məbləğ - 250 manat, övladlarının cümə axşamları mərasimi üçün çəkilmiş xərc-4800 manat, övladlarının 3 mərasimi üçün çəkilmiş xərc - 7000 manat, övladlarının 40 mərasimi üçün çəkilmiş xərc - 13795 (on üç min yeddi yüz doxsan beş) manat, məzar daşı üçün çəkilmiş xərc - 5000 (beş min) manat, ümumilikdə - 32.155 (otuz iki min bir yüz əlli beş) manat məbləğində maddi zərərin, 100.000 (yüz min) manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 423 manatın, ümumilikdə 132.578 (bir yüz otuz iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsin hüquqi varisinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən təqdim olunmuş arayışa əsasən Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 40 (qırx) məclisinin keçirilməsi üçün 13795 (on üç min yeddi yüz doxsan beş) manat, təqdim edilmiş akta əsasən onların məzar daşlarının götürülməsi üçün 5000 (beş min) manat, hadisə nəticəsində hamiləliyinin itirilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 göstərilmiş tibbi xidmətlərin ödənilməsinə görə X3 tərəfindən təqdim olunmuş qəbzə əsasən 250 azn, Mərkəzi Klinikadan təqdim olunmuş qəbzə əsasən Zərərçəkmiş şəxs1 üçün göstərilmiş ambulans xidmətinə görə 120 azn, kompyuter tomoqrafiyasına görə 480 azn, reanimasiya xərclərinə 519,85 azn, laboratoriya xərclərinə görə 20 azn,görə ambulans xidmətinə 170 manat pul vəsaiti ödənilməsi müəyyən edilmişdir. Lakin iddia ərizəsinə zərərçəkmiş şəxsin hüquq varisi Əhməd Lütfəliyev və və Zərərçəkmiş şəxs1 tərəfindən qızları Aminə və Zərərçəkmiş şəxs11 3 mərasimi üçün 7000 manat və cümə axşamları mərasimi üçün 4800 manat pul vəsaitinin xərcləndiyini bildirsə də öz tələbini əsaslandıran sənədlər təqdim etməmişdir. Məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iddia həm mənəvi həm də maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, dövlət rüsumu ödənilmiş tələbin təqsirləndirilən şəxsə aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Əmirxan oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əmirxan oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxslər Amina Lütfəlizadə və Zərərçəkmiş şəxs11 hüquq varisi X10 və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Maddi ziyanın ödənilməsi ilə bağlı 20.355 (iyirmi min üç yüz əlli beş) manat, mənəvi ziyanın ödənilməsi ilə əlaqədar 10.000 (on min) manat təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslərin hüquq varisi X10 və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddianın ödənilmiş hissəsinə mütənasib olaraq 97 (doxsan yeddi) manat dövlət rüsumu təqsirləndirilən şəxsə aid edilsin. İş üzrə maddi sübut: - Yol-nəqliyyat hadisəsinin qeydə alınan video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin. Həmin şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi üçün müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Əmirxan oğlundan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi 216 (iki yüz o altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökümün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1242/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1242/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver