Məhkəmə qərarları › İş №1(101)-1242/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1242/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1242/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X5, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində 01 (bir) azyaşlı uşağı olan, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 4-də qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1006,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, təmiz çəkisi 1006,5 qram narkotik vasitə heroini yaşadığı ünvan 1 ünvanda saxlamış, 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,023 qram, 0,042 qram 0,016 qram və 0,053 qram, ümumi təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroini daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2023-cü il tarixdə saat 16:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 05 (beş) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,023 qram, 0,042 qram 0,016 qram və 0,053 qram, ümumi çəkisi 0,161 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 19:10-dan, 19:40-a kimi olan müddət ərzində yaşadığı ünvan 1 ünvanda yerləşən evinə baxış və götürmə aparılarkən evin yataq otağında olan çarpayının altından üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi külli miqdarda 1006,5 (bir kilo altı qram yarım) qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 25 manata 5 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Yaşadığı evin yaxınlığında post patrul xidməti onu saxlamış və üzərinə baxış keçirərkən həmin narkotik vasitə aşkar edilmişdir. Post patrulun əməkdaşları onu İdarəyə aparıb əməliyyat müvəkkillərinə təhvil vermişlər. İdarədə polis əməkdaşı Şahid2 ona təzyiq etməyə başlamışdır. Polis əməkdaşları ona qarşı zor tətbiq etsələr də, narkotik vasitəni boynuna götürməmişdir. Daha sonra polislər ona “gedək evini yoxlayaq sənin evində də narkotik vasitə var” demişlər. O da evində narkotik olmadığını onlara bildirmişdir. Onlar polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişlər. Polis əməkdaşları özləri onun evinə yerləşdirdikləri narkotik vasitəni videoçəkiliş zamanı çıxartdıqda o, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları videoçəkilişi dayandırmışlar və ona “sənin deyilsə qardaşınındı” demişlər. Onun qardaşı həbsdən yeni azad olunmuşdur. O da məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o həyat yoldaşından boşanmışdır, 6 yaşında bir övladı var. 17 ildir narkotik vasitə istifadə edir. Üzərində olan 5 büküm narkotik vasitə heroini öz istifadəsi üçün tanımadığı şəxsdən 25 manata almışdır. O hər gün yarım qram narkotik vasitə istifadə edirmiş. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır. Polis əməkdaşları onu ailəsi ilə təhdid etdikləri üçün o ittiham aktında qeyd olunan narkotik vasitəni boynuna almışdır. Onu polis əməkdaşları 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında saxlamışlar. O, polislərə yaşadığı evdə narkotik vasitə olduğunu deməmişdir. Onu saxlayan post patrulun əməkdaşlarının adlarını bilmir. Ona narkotik vasitəni satan şəxsi tanıyır, lakin ifşa etmək istəmir. Məhkəmə zalında ifadə verən polis əməkdaşları onu saxlamamışlar. Onları ilk dəfə İdarədə görmüşdür. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində göstərmişdir ki, bir müddətdir ki, adını bilmədiyi İran vətəndaşı ilə sosial şəbəkədə əlaqə saxlayaraq verdiyi hesaba terminal vasitəsi ilə pul keçirib dediyi yerdən narkotik vasitəni götürüb istifadə edir. 2023-cü ilin sentyabr ayının əvvəllərində adını bilmədiyi İran vətəndaşı ilə sosial şəbəkədə əlaqə saxlamış, verdiyi hesaba pul köçürdükdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qsəbəsində narkotik vasitənin qoyulduğu yerin şəklini atdıqdan sonra həmin yerə gedib narkotik vasitə heroini qoyulduğu yerdən götürmüşdür. Narkotik vasitənin bir hissəsini yaşadığı ünvan 1 ünvanda yataq otağında olan çarpayısının altında gizlətmiş, beş büküm narkotik vasitə heroini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində olarkən mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini istədikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Üzərində şəxsi axtarış aparılması haqqında qərar elan edilərək üzərində olan bütün əşyaları çıxarıb təqdim etməsini təklif etmişlər. Əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində 05 (beş) ədəd qara rəngli sellofan bükümü kəsiyində qəhvəyi rəngli narkotik vasitə heroini, şalvarının sağ cibində olan bir ədəd «Honor» markalı mobil telefonu, bir qutu «Rothmons» siqaretini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin olduğunu, heroini adını bilmədiyi İran vətəndaşından onlayn vasitəsi ilə qramını 30 manata aldığını bildirmişdir. Təqdim etdiyi beş bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qablaşdırılaraq zərfin üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 1 ünvana getmiş, evinin yataq otağında olan çarpayısının altında gizlədib saxladığı narkotik vasitə heroini çarpayısının altından götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin heroini də adını bilmədiyi İran vətəndaşından onlayn vasitəsi ilə qramını 30 manata aldığını bildirmişdir. Evindən götürüb təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilən zaman və orada olduğu müddətdə ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. (Cild 1; iş vərəqə; 84-86) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-də xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən daxil olmuş məlumat barədə Polis İdarəsinin rəisinə raportla məruzə edildikdən sonra Polis İdarəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə, Suraxanı RPİnin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin icrasına başlamışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı evinin yaxınlığında olduğunu müəyyən edərək orada onu saxlayıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Suraxanı RPİ-nə gətirildikdən sonra Pİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd mobil telefonu, üzərində «Rothmons» yazısı olan siqaret qutusunu, həmin şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində 05 (beş) ədəd qara rəngli sellofan bükümü kəsiyində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar kütlələri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddələr zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilərək götürülməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol və möhürlənmiş zərfin üzəri tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs başqa narkotik vasitə olduğunu soruşduqda Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evdə də narkotik vasitə heroin saxladığını, həmin narkotik vasitə heroini təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs razılığı ilə özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə zərfləşdirilmiş və ekspertizaya göndərilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2012-ci ildən polis orqanlarında xidmət edir. 2023-cü ilin mart ayından Suraxanı RPİ-də xidmət edir. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Şəxsin xarici görünüşü barədə məlumatları olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 5 büküm narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Evindən isə 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından online şəkildə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, çünki onu saxladıqları zaman o, narkotik vasitənin təsiri altında olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs evində keçirilən baxışda iştirak etmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən Suraxanı RPİ-nin CAŞ-nə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və faktiki olaraq ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat barədə Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Polis İdarəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə, Suraxanı RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı evinin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Pİ-nə gətirildikdən sonra Pİ-nin inzitbati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd «Honor» markalı mobil telefonu, üzərində «Rothmons» yazısı olan siqaret qutusunu, həmin şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində 05 (beş) ədəd qara rəngli sellofan bükümü kəsiyində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlələrin narkotik vastə heroin olduğunu, heroini İran vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülən 5 (beş) ədəd qara rəngli sellofan bükümü, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxulu kütlələr bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilib götürülməsi haqqında protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evdə də narkotik vasitə heroin saxladığını, həmin narkotik vasitə heroini təqdim edə biləcəyini demiş, Təqsirləndirilən şəxs razılığı ilə özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, o, yaşadığı evin yataq otağındakı çarpayısının altından içərisində qəhvəyi rəngli kütlə olan sarı yapışqanlı lentlə bağlanmış 1 (bir) ədəd bükümü təqdim edərək təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini İran vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar kütlə zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi zor tətbiq edilməsi barədə göstərdikləri tam yalandır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin CAŞ-nə etimad doğuran, qərəzsiz mənbədən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, daşıması və satış ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən şübhəli şəxs qismində saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evində də narkotik vasitə heroin olduğunu etiraf edib evində saxladığı narkotik vasitə heroini özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, RPİ-nə gətirilən zaman və orada olduğu müddət ərzində ona qarşı heç bir təzyiq və ya zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlini və məsuliyyətini dərk etdiyi üçün və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həqiqətə uyğun olmayan, yalan ifadə vermişdir. (Cild 01, iş vərəqə; 121-123) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid3 və Suraxanı RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələr ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 14-15, 32-33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd «Honor» markalı mobil telefonu, üzərində «Rothmons» yazısı olan siqaret qutusunu, həmin şalvarının sol yan cibindən içərisində 5 (beş) ədəd qara rəngli sellofan bükümü olan 1 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlələrin narkotik vastə heroin olduğunu, heroini İran vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələr bir ədəd boş zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və götürülmüşdür. (Cild 1, iş vərəqə 34, 37-38) “Mənzilə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evə və həmin evin yardımçı binalarına baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq öz yataq otağına keçib otaqdakı çarpayısının altından sarı yapışqanlı lentlə batlanmış 1 (bir) ədəd bükümü təqdim edərək təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini İran vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bağlama qablaşdırılmış və möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 46) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4725 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 45» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,027 qram, 0,023 qram, 0,042 qram, 0,016 qram, 0,053 qram ümumi təmiz çəkisi 0,161 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qəyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bağlamada təmiz çəkisi 1006,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD:Heroinin təmiz çəkisi 1006,661 qram, tədqiqata sərf edildi-0,06 qram, qalıq 1006,601 qramdır. (Cild 1, iş vərəqə 51-55) “Diskə baxış keçirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən bir ədəd diskə baxış keirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş, əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunur, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd «Honor» markalı mobil telefonu, üzərində «Rothmons» yazısı olan siqaret qutusunu, həmin şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan 5 (beş) ədəd qara rəngli sellofan kəsiyində olan kütləni çıxarıb təqdim edir və təqdim etdiyi kütlələrin narkotik vastə heroin olduğunu, heroini İran vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə bir ədəd boş zərfə qablaşdırılaraq zərf möhürlənmişdir. (Cild 1, iş vərəqə 65) “Diskə baxış keçirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evə və həmin evin yardımçı binalarına baxış keçirilir, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq öz yataq otağına keçib otaqdakı çarpayısının altından içərisində qəhvəyi rəngli kütlə olan sarı yapışqanlı lentlə bağlanmış 1 (bir) ədəd bükümü təqdim edir, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini İran vətəndaşından qramını 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 66) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 70-71) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 74-76) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(010)-352/2023 saylı qərarından (hakim:N.C.Rzayeva) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 100-105) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(010)-461/2023 saylı qərarından (hakim:N.C.Rzayeva) görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 05 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 112-113) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (Cild 1, iş vərəqə; 141-146). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7494 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydə alınması məsləhət görülür. (Cild 1, iş vərəqə; 156-157) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3166 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Quban oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməti aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə; 159-160) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşmələrində də istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin CAŞ-nə etimad doğuran, qərəzsiz mənbədən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, daşıması və satış ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən şübhəli şəxs qismində saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürüldüyünü, yaşadığı evində də narkotik vasitə heroin olduğunu etiraf edib evində saxladığı narkotik vasitə heroini özünün təqdim etdiyini, Təqsirləndirilən şəxs saxlanılarkən, RPİ-nə gətirilən zaman və orada olduğu müddət ərzində ona qarşı heç bir təziq və ya zorakılıq edilmədiyini üzünə qarşı demişlər. (Cild 1, iş vərəqə 165-174) “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1006,661 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1006,601 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zamanı və onun yaşadığı evə baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 02 (iki) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 206.2 və 234.4.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, bu barədə material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitə heroinin mənbəsinə görə cinayət işin materiallarından ayrıca icraatda material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 31-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, polislər tərəfindən fiziki və psixi təziqə məruz qalması barədə göstərdikləri toplanmış sübutlarla təsdiq edilmədiyindən özünü müdafiə kimi qiymətləndirilmiş və rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən polislər tərəfindən fiziki təzyiqə məruz qalması faktına görə Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılması, araşdırma zamanı Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını bildirdiyindən araşdırma materialının rayon prokurorluğunda işə alınması nəzərə alınmış, Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Məhkəmə kimyəvi ekspertizası təyin edilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan bükümlərin sayının 04 (dörd) ədəd qeyd edilməsinin teniki səhv olunması və Təqsirləndirilən şəxs üzərindən 05 (beş) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək məhkəmə-kimyəvi ekspertizaya göndərilməsi nəzərə alınmış, cinayət işi üzrə bəzi materiallarda təqsirləndirilən şəxsin adının səhvən Emil kimi yazılması nəzərə alınmış və təqsirləndirilən şəxsin soyad, ad və ata adı Təqsirləndirilən şəxs kimi yazılıb oxunmuşdur. (Cild 1, iş vərəqə 175-185) Cinayət işinin materiallarında olan AZ İİİ №917666 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş Qurbanova Arzu Emin qızı adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş 031433 saylı əlillik vəsiqəsindən görünür ki, Qurbanova Arzu Emin qızı sağlamlıq imkanı məhdud olan uşaqdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən yaşadığı evdən aşkar olunmuş narkotik maddənin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən mənəvi və fiziki zor tətbiq edildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin, onu saxlayan şəxslərin məhkəmədə ifadə verən şəxslər olmadığını, post patrul xidmətinin əməkdaşlarının onu saxlayaraq İdarəyə aparıb əməliyyat müvəkkillərinə təhvil verdiklərini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 20-12/61 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasının TSH-da təlimata uyğun olaraq həkim baxışından keçirilmişdir. Baxış zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Suraxanı Rayon Polis İdarəsinə sorğu ünvanlamış Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 50/2-10218/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman ona qarşı heç bir fiziki və psixi təsir olunmamışdır. Həmçinin Suraxanı Rayon Polis İdarəsinin qeyd edilən məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktla və Suraxanı Rayon Polis İdarəsinin Tibbi Müayinə Keçirilməsinin və X4 Qeydiyyat kitabı ilə müəyyən olunur ki, Qurbanov X6 RPİ-nin MSY-nə qəbul olunarkən onun üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Suraxanı RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid3 və Suraxanı RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı evinin yaxınlığında saxladıqlarını, Suraxanı RPİ-nə dəvət etdiklərini, Suraxanı RPİ-nə gətirildikdən sonra Pİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd mobil telefonu, üzərində «Rothmons» yazısı olan siqaret qutusunu, həmin şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində 05 (beş) ədəd qara rəngli sellofan bükümü kəsiyində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar kütlələri çıxararaq təqdim etdiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evdə də narkotik vasitə heroin saxladığını, həmin narkotik vasitə heroini təqdim edə biləcəyini, Təqsirləndirilən şəxs razılığı ilə özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvana baxış keçirildiyini, Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğunu, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilən zaman və orada olduğu müddətdə ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən yaşadığı evdən aşkar olunmuş narkotik maddənin polislər tərəfindən qoyulduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, dalan 6, 20 nömrəli evə və həmin evin yardımçı binalarına baxış keçirilir, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq öz yataq otağına keçib otaqdakı çarpayısının alından içərisində qəhvəyi rəngli kütlə olan sarı yapışqanlı lentlə batlanmış 1 (bir) ədəd bükümü təqdim edir, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini İran vətəndaşından qramını 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə evindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun evinə qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən bükümlər halında narkotik vasitə heroinin aşkar edilməsi, həmçinin evindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdarda, yəni, 1006,5 (bir klo altı qram yarım) qram olması işin mübahisəsiz hallarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, həmçinin evə baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir əlil azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-568/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 aprel 2023-cü il tarixdən, 12 aprel 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 02 (iki) gün müddət çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İsytintaq Təcridxanasının verdiyi xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2- 1853/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən Suraxanı RPİ-nin İstintaq şöbəsi tərəfindən tutulmuş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına göndərilmiş, həbsdə olduğu müddət ərzində, yəni xx.xx.2023cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cəzanın əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin hazırki cinayət işi üzrə cinayət təqibi başa çatmadığına görə həmin hökm icraya yönəlməmişdir. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə olduğu müddət 08 ay 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumlikdə qalıq çəkisi 1006,601 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin və evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)- 568/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı, (cəza çəkdiyi) 6 ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 1006,601 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin və evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar