Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1243/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X1 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi «Faiq Nağıyev və Partniyorları» vəkil bürosunun vəkili X4, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Göyçay rayon, Xəqani küçəsi, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasın saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 mart 2021-ci il saat 18:30-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış massivində yerləşən yaşadığı fərdi evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evin dam örtüyünün novlarında olan palçıqlı otları təmizləyib evinin həyət qapısının qarşısına atıb zibilləməsinə irad bildirməsi səbəbindən yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən tiyəsinin sol səthində “BLACK HAWK” zavod işarələri həkk edilmiş turist bıçağı ilə sonuncunu qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan döş qəfəsinin sağ ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ qoltuqaltı venanın və bazu kələfinin zədələnməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ körpücükaltı nahiyənin deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının 20-si, saat 20 radələrində, işdən evə gələn zaman yaşadığı evin həyət qapısının qarşısında səpələnmiş halda palçıq və otların atıldığını görmüşdür. Bundan sonra yaşadığı evdən fanar gətirib evin həyət qapısının qarşısına səpələnmiş halda atılan palçıq və otlara nəzər salmışdır. Buna görə də qonşuluqda yaşayan Ramin adlı şəxsə zəng edərək, qapının qarşısına atılan palçıqlı otları onun ora töküb-tökməməsini soruşmuşdur. Ramin isə cavabında ona bildirmişdir ki, qonşuluqda yaşayan İsmayıl adlı şəxsin evinin damının novlarını təmizləyib ora atmışdır. O da bundan sonra Raminə bildirmişdir ki, gəlib oranı təmizləsin. Ramin də bildirmişdir ki, “sabah ev sahibinə deyərəm gəlib yığışdırar”. Sabahı gün, yəni 21 mart 2021-ci il tarixdə saat 22 radələrində, evə gələn zaman həmin yerin təmizləndiyini görmüş, evə gələndən təxminən 10 dəqiqə sonra Ramin qapıya gələrək onu bayıra çağırmışdır. O da bayıra çıxmış və bu zaman Ramin ona bildirmişdir ki, palçıqlı otu o həmin ərazinin İsmayıla məxsus olduğu üçün ora tökmüşdür. Bu zaman Raminlə aralarında sözlə mübahisə yaranmış və o Raminin içkili olduğunu başa düşdüyü üçün ona bildirmişdir ki, getsin sabah danışarlar. Bundan sonra Ramin getmiş və o da evinə getmişdir. Təxminən 6-7 dəqiqə sonra Ramin qardaşı Rasimlə birlikdə onu küçəyə çağırmış və o da küçəyə çıxmışdır. Küçədə Rasim ondan qardaşı Raminlə niyə mübahisə etdiyini soruşmuş və o da ona izah etmişdir ki, qardaşı qonşuluqda yaşayan İsmayıl adlı şəxsin evinin damında olan novları təmizləyərək palçıqlı otları onun həyət qapısının qarşısına səpələyib. Bundan sonra onlar bir-birilərini normal başa düşmüşlər və Rasim qardaşının səhv olduğunu bildirib oradan getmişdirlər. Onların aralarında heç bir dava-dalaş baş verməmiş, sadəcə olaraq sözlə mübahisə etmişlər, daha sonra bir-birilərini başa düşərək mehriban ayrılmışlar. 22 mart 2021-ci il tarixdə saat 18.30 radələrində, o evdə olan zaman həyətində olan itin qapıya hürdüyünü eşitmişdir. Buna görə də həyətə çıxmış və qapıda qonşu İsmayılın az yaşlı oğlunun dayandığını görüb nə istədiyini soruşduqda, uşaq atasının onun çağırdığını bildirmişdir. O da buna görə evə girmiş və gödəkçəsini geyinib küçəyə çıxmışdır. İsmayıla yaxınlaşıb salamlaşmış və onu küçəyə çağırmağının səbəbini soruşmuşdur. İsmayıl isə bildirmişdir ki, palçıqlı otu ora o, tökmüşdür həmin ərazi ona məxsusdur və əcəb etdiyini bildirmişdir. Buna görə də İsmayılla aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman o haqlı olduğunu deyə-deyə ona əl-qol atmağa başlamışdır. O da onun bu hərəkətlərindən bərk əsəbləşmış və əynində olan gödəkçənin sağ yan cibində olan qatlanan cib bıçağını çıxardıb açaraq İsmayılın sağ çiyin nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra o üzünü çevirərək evinə tərəf getmiş və o da evə gedərək özünə məxsus telefonla Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və o da onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. O ustalıq edərək ailəsini dolandırır və eyni zamanda qonşuluqda yaşayan Ramin adlı şəxsdə onunla fəhlə kimi işləyir. Mart ayının 20-sində Ramin ilə səhər saatlarında işə getmişlər, lakin material olmadığı üçün işləyə bilmədikləri üçün evə qayıtmışlar. Yaşadıqları məhlədə olan zaman Raminə bildirmişdir ki, “bu gün işləyə bilməmişik, 10 manat verim mənim yaşadığım evin novunu palçıqdan təmizlə”. Ramində onunla razılaşmış və evinin novlarını təmizləmişdir. Daha sonra isə oğlu yerə atılan palçıqları yığışdırmışdır. Evin novunu təmizlədikdən sonra Ramin də evinə getmişdir. Mart ayının 22-sində Raminlə işləməyə gedən zaman gözündə xəsarət izinin olduğunu görmüş və səbəbini soruşmuş, Ramin isə ona bildirmişdir ki, “qonşuluqda yaşayan Emin onu evin novunu təmizləyib palçıqlı otu evinin qapısının qarşısına tökməsini səbəb göstərərək onunla mübahisə edərək onu vurub və balta ilə hücum çəkib”. O da Raminə bildirmişdir ki, “axşam işdən qayıdanda ondan soruşar ki, onk niyə vurub. Onun qapısının qarşısına palçıq tökülməyib mənim evimin kənarına atılıb və sonradan da təmizlənib”. Həmin gün işdən qayıtdıqdan sonra saat 18 radələrində, oğlunu göndərmişdir ki, getsin qapıdan Emini çağırsın. Oğlu da gedib qapıdan Emini səsləmiş və Emin küçəyə çıxmışdır. Ona yaxınlaşmış və o soruşmuşdur ki, niyə görə Ramin evinin novunun palçığını təmizlədiyinə görə Raminlə mübahisə edib vurmuşdur. Emin isə ona bildirmişdir ki, Ramin palçığı təmizləyib qapısının qarşısına atıb. O da bildirmişdir ki, Ramin qapının qarşısına palçıq atmamış onun evinin kənarına atmışdır. Sonradan isə yığışdırılmışdır. Emində ona nalayiq söz işlətmiş, bundan sonra o Eminə bildirmişdir ki, ağzının danışığına fikir ver və bu zaman Emin şalvarının cibindən bıçağı çıxarıb qəflətən onun döş qəfəsinin yuxarı sağ nahiyyəsindən vurmuşdur. Ona zərbə dəydikdən sonra ani olaraq qolunda hissiyatın itdiyini hiss etmiş və döş qəfəsinin sağ nahiyyəsindən qan axdığını görmüş və oradan uzaqlaşaraq evinə tərəf getmişdir. Məhlədə qonşuluqda yaşayan Osman adlı şəxsin darvazalarının qarşısında dayandığını görmüş və Osman onun vəziyyətini görən kimi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. O avtomobilə əyləşdikdən sonra çox qan itirdiyi üçün demək olar ki, heç bir şey yadında qalmamışdır. Sonradan o 3 saylı ŞKX-də əməliyyat olunmuşdur və vəziyyəti ağır olduğu üçün Topçubaşov adına X6 əməliyyat olunmuşdur. Hazırda sağ qolu demək olar ki, işləmir və müalicələri davam edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, fəhləlik edərək ailəsini dolandırır və qonşuluqda yaşayan İsmayıl ilə birlikdə İsmayıl usta kimi, o isə fəhlə kimi işləyir. Mart ayının 20-sində İsmayıl ilə səhər saatlarında işə getmişlər, lakin material olmadığı üçün işləyə bilmədikləri üçün evə qayıtmışlar. Yaşadıqları küçədə olan zaman İsmayıl ona bildirmişdir ki, “onsuz da bu gün işləyə bilməmişik sənə 10 manat verim mənim yaşadığım evin novunu palçıqdan təmizlə”. O da razılaşmış və evinin novlarını təmizləyib yerə atmışdır. Həmin təmizlənmiş palçıqlı otları o kiminsə evinin həyət qapısının qarşısına atmamış sadəcə olaraq İsmayılın yaşadığı evin dibinə atmışdır. Evin novunu təmizlədikdən sonra öz evinə getmişdir. Həmin gün axşam Emin onun mobil nömrəsinə zəng edərək bildirmişdir ki, palçıqlı otu təmizləyib qapının qarşısına o tökübmü. O da bildirmişdir ki, İsmayılın evinin novunu təmizləmiş, lakin qapının qarşısına tökməmişdir. Həmin palçıqlı otları İsmayılın evinin dibini atmışdır. Həmin günün sabahısı günü axşam saat 22 radələrində, o məhlədə olan zaman Emin evdən çıxmış və onu görüb üstünə gəlib niyə palçıqlı otu qapısına atdığını soruşmuşdur. O isə ona bildirmişdir ki, palçıqlı otu onun qapısının qarşısına atmamış, İsmayılın evinin dibinə atmışdır. Bundan sonra Emin bildirmişdir ki, palçıqlar onun qapısının qarşına atılıb. Bu zaman aralarında mübahisə yaranmış və Emin qəflətən yumruqla onun sağ göz nahiyyəsindən vurmuşdur. Bundan sonra aralaşmışlar və o evə getmiş, Emin isə evindən balta götürərək onun yaşadığı evə gələrək balta ilə qapıya vurub ona bayıra çıx demişdir. O da Eminə fikir verməmiş və bayıra çıxmadığı üçün Emin evinə getmişdir. Sonra isə qardaşı ilə birlikdə Eminlə görüşmüşlər və onu vurması barədə söhbət etdikdən sonra evə getmişlər. Mart ayının 22-də səhər saatlarında İsmayıl ilə işə gedən zaman İsmayıl gözündə xəsarət izini görüb ondan səbəbini soruşmuş, o da bildirmişdir ki, onun evinin novunu təmizləyib palçığı yerə atdığına görə Eminlə mübahisəsi düşüb və Emin onu yumruqla vurmuşdur. İsmayılda bildirmişdi ki, Emini görəndə onu nəyə görə vurduğunu soruşar. Bundan sonra onlar işə getmişlər və axşam işdən qayıtmışlar. Həmin gün o evdə olan zaman xəbər tutmuşdur ki, Emin İsmayılı bıçaqla vurub və İsmayılı xəstəxanaya aparmışlar. Bundan sonra o da qonşu kimi xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. Hər ikisi ilə də münasibəti normal olmuşdur. Mart ayının 22-si saat 18.30 radələrində, yaşadığı evin küçəsində evinin darvazasının qarşısında dayanmışdır. Həmin vaxt İsmayılın evləri tərəfdən gəldiyini və üzərinin qan olduğunu görmüşdür. Bunu görüb təcili olaraq evinin həyətində saxladığı avtomobilini çıxartmış və İsmayılı avtomobilə mindirərək Hövsan TTYS-ə aparmışdır. Orada həkim olmadığı üçün geri qayıtmış və bu zaman qonşusu Səfər ona zəng etmişdir. Hadisə barədə danışmış və harada olduqlarını soruşmışdur. O da Hövsan qəsəbəsi “Ceyran” heykəlinin yaxınlığında olduğunu bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Səfər dayandıqları yerə gəlmiş və o şokda olduğu üçün avtomobili idarə edə bilməmişdir. Ona görə də onun avtomobilini Səfər idarə etmiş və onlar Zığ TTYS-ə gəlmişlər. Burada TTYS avtomobili olmadığı üçün Sabunçu xəstəxanasına tərəf yollanmışlar. İsmayılı avtomobillə aparan zaman tez-tez TTYS-lə əlaqə saxlamışlar və onlara məlumat vermişdirlər ki, Qaraçuxur qəsəbəsi Aura şadlıq evinin qarşısında gözləsinlər TTYS avtomobili ora yaxınlaşıb özü İsmayılı aparacaqdır. Onlarda deyilən yerdə təxminən 10 dəqiqə gözləmişlər və TTYS avtomobili gəlib İsmayılı aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin istintaqı zamanı hadisə vaxtı Təqsirləndirilən şəxs Sudduq oğlunun istifadə edərək zərərçəkmiş şəxsi vurub xəsarət yetirdiyi bir ədəd qızılı rəngli qatlanan, tiyənin sol səthində “BLACK HAWK” zavod işarələri həkk edilmiş zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən “turist” cib bıçağım tanınmaya təqdim edilmiş, tanınmaya təqdim edilmiş bıçaqların arasında zərərçəkmiş şəxs məhs bir ədəd qızılı rəngli qatlanan, tiyəsinin sol səthində “BLACK HAWK” zavod işarələri həkk edilmiş bıçağı tanıyaraq Təqsirləndirilən şəxs həmin bıçaqla vurub xəsarət yetirməsini göstərmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəni təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Məhkəmədə tədqiq olunan məhkəmə kompleks-trosoloji ekspertizanın 29 aprel 2021-ci il tarixli 3\646, 3\647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavaod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı “turist” bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təhqiqata təqdim edilmiş gödəkçənin ön hissəsinin sağ tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmətin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətinə əsasən bir ədəd gödəkçənin səthində olan zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin konkret hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş gödəkçənin səthindəki zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı tərəfə olmaqla yetirilmişdir. Qeyd olunana zədənin müxtəlif şəraitlərdə həmçinin də qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması istisna edilmir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X11 09 aprel 2021-ci il tarixli 321 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qoltuqaltı venanın və bazu kələfinin zədələnməsi ilə müşaiyət olunan sağ körpücükaltı nahiyyənin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xəsarətləri 22.03.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə daxili orqanların zədələnməsi ilə müşaiyət olunana deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara sağlamlığın qıs müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə tədqiq olunmuş Məhkəmə Psixatrik Ekispertiza X10 şəxsin kompleks ambulator məhkəmə-psixatrik ekspertizasın 30 aprel 941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs etdiyi cinayətəməllərinin mahiyyətini və xarakterini dərk etmək, göstərilən tarixdə öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİI-̇ dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 ifadələri, 22 mart 2021-ci il tarixli bir ədəd bıçağı və 23 mart 2021-ci il tarixli Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçəni götürmə protokolları, hadisə yerinə keçirilmiş baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolu, üzləşdirmə istintaq hərəkəti, əşyam tanıma protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi X11 Suraxanı rayon məhkəmə tibbi ekspertizasının 06 may 2021-ci il tarixli 321 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X7 Hüquqi şəxsin məhkəmə-psixatrik ekspertizasının 30 aprel 941 nömrəli, Azərbaycan Respublikası MEM-nin məhkəmə kompleks-trosoloji ekspertizanın 29 aprel 2021-ci il tarixli 3\646, 3\647 nömrəli rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərərçəkmiş şəxsin, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləssinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, törətdiyi cinayət nəticəsində ona vurmuş olduğu 100.000 (yüz min ) manat məbləqində mənəvi ziyanın, 15.985 ( on beş min doqquz yüz səksən beş) manat məbləqində cinayət nəticəsində onun sağlamlığına yetirilmiş xəsarətlərə görə, xəstəxana, müayinə, dərman və yol pulları xərclərinin və əvəzi ödənilməli gəlirinin miqdarı kimi 6000 ( altı min) manat ümumilikdə 121.985 ( yüz iyirmi bir min doqquz yüz səksən beş) manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə, Zərərçəkmiş şəxs verdiyi mülki iddianın 6.000 (altı min) manat maddi ziyanla bağlı hissəni müzakirə edərək hesab edir ki, iddianın kifayət qədər təsdiq olunması üçün subutlar təqdim olunmadığından mülki iddianın həmin hissəsi təmin edilməməlidir. Məhkəmə, Zərərçəkmiş şəxs verdiyi mülki iddianın 100.000 ( yüz min) manat məbləqində mənəvi ziyanla bağlı hissəni müzakirə edərək hesab edir ki, iddianın bu hissəsinin əsasları müəyyən edilmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün subutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək qeyd olunan zərərçəkmiş şəxsin mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu izah edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin onun cinayət nəticəsində aldığı xəsarətlərlə bağlı xəstəxana xərclərinin, müayinə xərclərinin və yol xərclərinin çəkilməsinə dair sənədlər və qəbzlər mülki iddiaya əlavə olunduğundan mülki iddianın bu hissədə tam əsaslı olmasını sübut etdiyindən, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia bu hissədə yəni qismən təmin edilməli, 15985 manat təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsə verilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli uzunluğu 670 mm, çiyin hissədən eni 450 mm olan, iki yan, iki iç cibə malik, ön hissəsi zəncirbəndli uzunqol gödəkçə və Təqsirləndirilən şəxs götürülmüş tiyəsinin uzunluğu 110 mm, orta hissədə eni 22 mm, maksimal qalınlığı 2 mm, dəstəyinin uzunluğu 135 mm olan, tiyənin sol səthində “BLACK HAWK” zavod işarələri həkk edilmiş 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri –150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 22 mart 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia qismən təmin olunsun, Təqsirləndirilən şəxs 15.985 (on beş min doqquz yüz səksən beş) manat alınaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddianın təmin edilməmiş hissəsində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli uzunluğu 670 mm, çiyin hissədən eni 450 mm olan, iki yan, iki iç cibə malik, ön hissəsi zəncirbəndli uzunqol gödəkçə və Təqsirləndirilən şəxs götürülmüş tiyəsinin uzunluğu 110 mm, orta hissədə eni 22 mm, maksimal qalınlığı 2 mm, dəstəyinin uzunluğu 135 mm olan, tiyənin sol səthində “BLACK HAWK” zavod işarələri həkk edilmiş 1 ədəd bıçaq məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri –150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilsin. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1243/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1243/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver