Məhkəmə qərarları › İş №1(101)-1243/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1243/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1243/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1969-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olumayan, fərdi əməklə məşğul olan, Salyan rayonu, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 53-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Y/m, Məktəbli küçəsi ev 100/50-də yaşamış, barəsində 17 sentyabr 2023-cü il tarixli qərarla “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə ümumi təmiz çəkisi 2,520 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin CAŞ və PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-yə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda 2,520 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, maşın təmiri ilə məşğul olur. Yaşadığı evin həyətində iş görərkən bir nəfər ona zəng edərək idmançı dostlarının gəldiyini, onlarda narkotik vasitə olduğunu, istədiyi halda onun üçün narkotik vasitə “təşkil” edə biləcəklərini demişdir. Həmin şəxs 02 qram narkotik vasitəni 100 manata satıldığını demişdir. O da cibində 20 manat pul olduğunu demişdir. Daha sonra həmin adamlar onu CİP modelli maşınla götürmüşlər. Maşında onu döyərək yük yerinə atmışlar. Daha sonra həmin avtomobil nömrəsiz olduğuna görə Post patrul maşını saxlamağa çalışmış, digər post patrul maşınları onların arxasına izləməyə başlamışdır. Onun içərisində olduğu avtomobil dalana girmiş, dalan bağlı olduğu üçün ordan çıxa bilməmişdir. Avtomobildə olan şəxslər maşını atıb qaçmış, o, avtomobilin yük yerində qalmışdır. Avtomobilin dayandığı yer ferma olmuşdur. Fermada yaşayan sakinlər onu avtomobildən çıxarmışlar. Avtomobilin yük yerindən çıxdıqdan sonra polisləri görmüş və mənə kömək almaq məqsədilə onların yanına getmişdir. Polislərin arasında olan bir nəfər onu tanıyaraq yanındakı əməkdaşlara sonuncunun narkoman olduğunu, bu səbəbdən onu avtomobilə mindirərək polis bölməsinə aparmalı olduqlarını demişdir. Bu zaman evindən 700-800 metr məsafədə, Hövsan qəsəbəsində olmuşdur. Yəni ittiham aktında göstərilən ərazidə deyil, evindən 700- 800 metr məsafədə olarkən saxlanılmışdır. Saat 02 radələrində Suraxanı rayon Polis İdarəsinə aparılmışdır. İdarədə onun üzəri axtarılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra əlləri qandallanaraq Polis İdarəsinin zirzəmisinə salınmış, gecəni zirzəmidə keçirmişdir. Səhər açıldıqda onu yuxarı mərtəbədəki otağa aparmışlar. Avtomobil bardurun üstündən keçərkən qabaq təkəri partladığından və avtomobilin açarı olmadığından polis əməkdaşları həmin maşını evakuatorla Polis İdarəsinin həyətində saxlamışlar. İdarədə ona fiziki zor tətbiq edilmiş və təhqiqatçı ona rəislə danışdığını, üzərinə 1 qram narkotik vasitə qoyacağını və CM-nin 234.1-si maddəsi ilə ittiham irəli sürəcəyini, məhkəmədən buraxılacağını demişdir. O da təhqiqatçı ilə razılaşmışdır. Daha sonra X7 aparılmışdır. Həmin zaman saxlanılmadan əvvəl yük yerində olduğu avtomobil polis idarəsinin həyətində olmuşdur. 48 saatdan sonra 3 saylı İstintaq Təcridxanasına aparılarkən həmin avtomobilin orada olmadığını görmüşdür. Sonradan həmin avtomobilin sahibinin 20000 manat verərərk avtomobilini polis bölməsində çıxardığını eşitmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə Polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, anten məlumatları, maddi sübutlar və digər sənədlərlə təkzib edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Zaur adlı şəxsin Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Məktəbli küçəsində yaşadığı ünvanda narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evin qarşısında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Axşam saatları olduğu və onun əməkdaşı olduğu CAŞ-nin əməkdaşları işdə olmadıqları üçün PPX-dən kömək istəmişdir. PPX-dən həmin ərazidə xidmət aparan əməkdaş Şahid2 ona kömək etmək üçün göndərilmişdir. Nurlanla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Zaura narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu demiş və sonuncunu Suraxanı RPİ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-ə getmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxsla videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Zaur əynindəki boz rəngli şalvarının cibindən "Samsung J3” markalı mobil telefon və şəffaf sellofana bükülmüş kütlə çıxarmışdır. Maddənin nə olduğunu soruşduqda Zaur kütlənin narkotik vasitə heroin olduğunu demişdir. Heroini 5-6 gün əvvəl Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını demişdir. Zaurun avtomobilinin yük yerindən çıxarılması hadisəsi olmamış, həmin avtomobilin sahibindən 20 min manat tələb etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsində şübhəli olması barədə əməliyyat məlumatı sonuncunun saxlanılmasından 1-2 saat əvvəl 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında daxil olmuşdur. Daha sonra onun tərəfindən raportla məruzə edilmiş, ondan və PPX-nin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun yaradılması barədə əmr və protokolla tanış olmuşlar. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə qərar onun ərəfindən tərrtib edilmişdir. Əməliyyat məlumatı daxil olduqdan 30-40 dəqiqə sonra Zaurun olduğu yerə getmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs xarici görünüşü barədə məlumatı olmuşdur. Sonuncunu saxladıqdan sonra ona şübhəli şəxsin huquq və vəzifələrini izah edərək bu barədə bildiriş təqdim etmiş, lakin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasındakı huquq və vəzifələrini izah etməmiş, eyni zamanda barəsində tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etməmişdir. Zaur saxlanılarkən tək olmuş, həmin vaxt sonuncunun üzərinə şəxsi axtarış keçirilməmişdir. Zaurun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan başqa təhqiqatçı, PPX-nin əməkdaşı və müdafiəçi iştirak etmiş, videoçəkiliş onun tərəfindən aparılmışdır. Zaur barəsində əməliyyat qeydiyyat işi açmamışdır. Zaurun məhkəmə istintaqənda göstərmiş olduğu sonuncunun avtomobilin yük yerinə qoyularaq oğlurlanması, daha sonra oradan çıxarılması hadisəsi, bundan başqa Zaurun gecə saatlarınd asaxlanılaraq polis bölməsinin zirzəmisində saxlanılması olmamışdır. Zaur üzərindən aşkar edilən narkotik vasitəni özü əldə etmiş, polis əməkdaşları tərəfindən hər hansı formada sonuncunun üzərinə narkotik vasitə qoyulmamışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu məhkəmə istintaqı zamanı elan edilərək araşdırımış ifadəsindən görünür ki, Suraxanı RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 15 sentyabr 2023-cü il tarixdə Salyan rayonu, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 53-də qeydiyyatda olan, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİnin PPXB-nin polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığına getmişlər. Həmin vaxtı Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxsla videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş “kola” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli idman şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sol cibindən bir ədəd qara rəngli "Samsung J3” markalı mobil telefon aşkar edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 5-6 gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən tanımadığım şəxsdən 30 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 sentyabr 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində bölük komandirinin göstərişi ilə əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs evinin yaxınlığına getmişlər. Bu zaman Zaur evin yaxınlığında idman şalvarında dayanmışdır. Zauru Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə Zaurun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiilmişdir. Şəxsi axtarış zamanı Zaurun sağ cibindən şəffaf bükümdə kütlə aşkar olunmuşdur. Zaur cibindən telefonu və bükümü könüllü təqdim etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Hövsandan Suraxanı RPİ-ə avtomobillə getmişlər. Avtomobildə ondan başqa Səbuhi və Zaur olmuşdur. O, arxada Zaurun yanında oturmuş, avtomobili Səbuhi idarə etmişdir. Zaurun qollarına qandal taxılmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında Nurlanla birlikdə iştirak etmişdir. Xidməti vəzifələrini icra edən zaman saat 10:00-11:00 radələrində bölük komandiri əməliyyatda iştirak etməsi barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə qərarla tanış olmamışdır. Xisməti vəzifəsini icra edən saman Səbuhi onun yanına gəlmiş, birlikdə Zaurun yaşadığı Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Məktəbli küçəsinə getmişlər. Zauru həmin küçədə piyada vəziyyətə olarkən saxlayaraq bölməyə aparmışlar. Zaurun üzərinə şəxsi axtarış bölmənin əməkdaşları tərəfindən aparılmışdr, Səbuhi videoçəkiliş aparmamışdır. 15 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. (i.v. 4) Şahid1 Suraxanı Polis İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10-da tutularaq saat 10:25-də Suraxanı Polis İdarəsinə gətirilmişdir. 23 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 11:25də (faktiki saxlanılma saat 10:00-da) Kərimov X5 RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşi Mansirov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) 17 sentyabr 2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 87-91) 17 sentyabr 2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin CAŞ-ninbaş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ.v. 92-93) 15 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynidə olan boz rəngli idman şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda məlum olur ki, arasında narkotik vasitə olan heroinə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında narkotik vasitə heroin olduğunu, həmin 01 ədəd bükümü 5-6 gün əvvəl Suraxanı rayon, Hovsan qəsəbəsində tanımadığı şəxsdən 30 manat verərək şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sol cibindən bir ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. (i.v. 34-35) 15 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4893 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün № 45...” dairəvi möhür əksi və "... Kərimov-imza,...iki-imza, tərtib etdi: C.Mansirov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-2,520 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v. 43-44) 16 noyabr 2023-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 118-119) 16 noyabr 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 3165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 120-122) 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2,420 qram olan narkotik vasitə heroin Suraxanı RPİ-nin maddi sübutların saxlanma anbarına təhviil verilmişdir. (i.v.125-135) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi Nə təqsirli bilinib 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23,02.2006-cı il tarixdə isə Salyan rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 77-ci maddəsinə əsasən 01 il 10 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. (i.v.112-114) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Şahid2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten məlumatlarını əks etdirən 01 ədəd CD disk təqdim edilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Şahid1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin və Şahid2 ********** mobil nömrəsinin anten məlumatlarını əks etdirən 01 ədəd CD disk təqdim edilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və anten məlumatlarını əks etdirən 01 ədəd CD disk təqdim edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, şəxsi axtarışı həyata keçirən təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyanın könüllü təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın yan cibindən 1 ədəd telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı əşyanın olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cinindən 01 ədəd bükümdə heroini könüllü təqdim etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, lehinə olan sübutlar müdafiə tərəfinin vəsatəti ilə əldə edilərək araşdırılmış, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət mühakiməsinin məqsədi şübhəli və təqsirləndirilən şəxsin hüquqlarını pozmamaq şərtilə maddi gerçəkliyə çatmaqdır. Dəlil və isbat sütunları üzərində inşa edilmiş maddi gerçəkliyin isə hüquqa uyğun, əsasən haqq və azadlıqlar çərçivəsində əldə edilməsi tələb olunur. Cinayət mühakiməsində maddi gerçəkliyə çatmaq üçün istifadə olunan alətlər sübut (dəlil) olaraq adlandırılır. Başqa bir ifadə ilə sübut keçmişdə olanın nə, necə olduğuna dair bu günün imkanları daxilində var olan və ya duyğu orqanlarımız vasitəsilə sahib olduğumuz şeylərin ümumi adıdır. Cinayət mühakiməsində hakim sübutları sərbəst dəyərləndirir və vicdani qənaətinə əsasən qərar verir. Hakimin maddi məsələyə dair etdiyi zehni fəaliyyət nəticəsində əldə edilən vicdani qənaətin təməl şərti onu qənaətə götürən sübutlardır. Sübut etmə (isbat) cinayət mühkiməsində ortaya atılan və ya ona qarşı irəli sürülən iddiaya dair inandırma fəaliyyətidir. Bundan başqa inandırıcılıq bir vəziyyətin aydınlaşdırılması ilə təmin edilə bilər. Ortaya qoyulmuş məsələnin inandırıcılığı ağıl və məntiqi təmələ, sağlam dəlillərlə dəstəklənərək hakimdə vicdani qənatə formalaşdırmağa çalışır. Cinayət mühakiməsində dəlillər heç bir zaman mütləq dəqiqliyi təmin edə bilmir, tərəflərə göstərilən ehtimaldır və ancaq bu ehtimal bəlli bir yerə çatması ilə vicdani qənaət formalaşır. Nəzəriyyədə təsbit olunmuş qeyd olunanlar Azərbaycan Respublikası CPM-də əks olunmuşdur. Belə ki, CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-nin 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (CPM ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; CPM-nin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Məhkəmə hazırki iş üzrə toplanmış yuxarıda sadalanan sübutları qiymətləndirməyə özünə borc bilir. Belə ki, sübutların qiymətləndirilməsi – sübutetmə prosesinin son mərhələsidir. Bu istintaq və sair hərəkətlərlə yox, idrak fəaliyyəti ilə yoxlanılır. Sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilir. CPM-nin 145-ci maddəsində qeyd edildiyi kimi hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmçinin …hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Sübutların mənsubiyyəti - onların sübutetmə predmetinə daxil olan hallara aid olması deməkdir. Sübutların mümkünlüyü məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına, vasitələrinə şübhələrin olmaması deməkdir. (CPM-nin 125.1-ci maddəsi) Sübutların mötəbərliyi – onların həqiqiliyinə dair şübhələrin olmaması deməkdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir. (CPM-nin 145.3-cü maddəsi). Sübut işin həlli üçün əhəmiyyətli ola biləcək hər hansı bir informasiya daşıyırsa o, həmin işə aid sübut hesab edilir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə hökmü qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə istintaqında araşdırılmış sübutları mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirərkən aşağıdakı halları qeyd etməyi özünə borc bilir. Məhkəmə onu da qeyd edir ki, müdafiə tərəfinin vəsatəti ilə şahidlərin telefon anten məlumatlarının əldə edilməsi onların şəxsi həyatın ilə bağlı məlumatlarını pozmamış və yol verilən hesab edilməlidir. Belə ki, əldə edilmiş məlumatlar məhdud çərçivədə sırf təqsirləndirilən şəxsin təqsirsizliyinin sübut edilməsi ilə əlaqədar olmuşdur. Bu, Azərbaycan Respublikası Konstitiusiyasının 63-cü maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə də uyğundur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin «d» bəndində qeyd edilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Məhkəmə də müdafiə tərəfinin vəsatəti əsasında bu məlumatları əldə etməklə Təqsirləndirilən şəxs həmin hüququnu təmin etmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mirilaşvili Rusiyaya qarşı» 1 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, şahid terminin müstəqil təfsir etmək lazımdı və bu hal nəinki şahidlərə, həmçinin digər sübutlara tətbiq edilə bilər. Belə ki, Konvensiyanın həmin bəndi təqsirləndirilənə istinad edilən cinayət işi ilə bağlı olan yazılı sənədlərə, kompüter fayllarına da aid edilə bilər. Ona görə də, məhkəmə ilk öncə telefon anten məlumatlarını digər sübutlarla qarşılıqlı şəkildə yoxlayaraq Təqsirləndirilən şəxs barəsində tətbiq edilən prosessual məcburiyyət tədbiri olan tutulmanın və ittihamın əsasını təşkil edən şəxsi axtarış qanuniliyini yoxlamağı zəruri hesab edir. Verilmiş ittihamdan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10-da Suraxanı rayonu Quşçuluq Y/M Məktəbli küçəsində saxlanılaraq Suraxanı Polis İdarəsində gətirilmiş və həmin günü saat 11:26-dan 11:29-dək olan müddətdə barəsində tutma protokolu tərtib edilmiş, saat 11:35-dən 11:42-dək barəsində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə gecə saatların Hövsan qəsəbəsi ərazisində yaşadığın evin qarşısından nömrəsini və markasını bilmədiyi «Cip» markalı avtomobildə olan şəxslər tərəfindən oğurlanaraq aparılmış və daha sonra polis əməkdaşlarının təqibi zamanı avtomobilin təkəri partladığından həmin şəxslər onu maşının baqajında qoyub qaçmışlar və yaxınlıqdakı fermanın əməkdaşları onu avtomobilin baqajından çıxarmış və oraya gələn polis əməkdaşları tutub saat 02 radələrində Suraxanı rayon Polis İdarəsinə gətirmişlər və idarədə onun üzəri axtarılmış, üzərindən heç nə aşkar olmamışdır. Daha sonra onu aparıb zirzəmiyə salmışlar, əlləri qandallı gecəni zirzəmidə keçirtmişdir. Polislər narkotik vasitəni İdarədə cibinə qoymuşlar. Polis idarəsində ona fiziki təzyiq olmuşdur. Şahidlərdən Şahid1 məhkəmə baxışında istintaqdakı ifadəsinə və verilmiş ittihama zidd ifadə verərək xx.xx.2023-cü il tarixdə axşam saatları olduğu və CAŞ-ın əməkdaşları artıq işdə olmadıqları üçün PPX-dən kömək istəmiş və PPX-dən həmin ərazidə xidmət aparan əməkdaş Şahid2 ona köməyə göndərilmiş və birlikdə Zauru yaşadığı evin qarşısında tutaraq Suraxanı PRİ-ə gətirmişlər. Verilmiş suallara cavabında əməliyyat məlumatının tutulmasından 1-2 saat əvvəl daxil olduğu və axşam saat 10 radələrində Zauru tutmalarını bildirmişdir. Şahid2 isə ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində evinin yaxınlığında Şahid1la tutaraq Suraxanı Polis İdarəsinə gətirmələrini bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunan ifadələrin mötəbərliyini və inandırıcılığını yoxlayır və bunun üçün ifadədə göstərilənlərin digər sübutlarla dəstəklənib-dəstəklənmədiyi, bağdaşıb-bağdaşmadığı araşdırılmışdır. Təqsirləndirilən şəxs tutulması məkanının, zamanının, eləcə də, polis əməkdaşları Şahid1 və Şahid2 həmin tutmada iştirak edibetməməsinin, onların ifadələrinin inandırıcılığını, gələcəkdə aparılmış şəxsi axtarışın mötəbərliyinə təsir edən tutulma prosesinin qanunamüvafiq aparılıb-aparılmadığını müəyyən etmək məqsədilə müdafiəçinin vəsatəti əsasında həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də şahidlər Şahid1 və Şahid2 istifadə etdikləri mobil telefon nömrələrinin anten məlumatları yoxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, onun mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 23:23-dən 23:55-dən Hovsan ABU Petrol/"Bakı şəhəri, Abşeron rayonu, 1№-li Hövsan Zeytunçuluq savxozu ərazisi"/Surakhany/ (40.36xx/xx.0824) antenasının əhatə dairəsində, daha sonra xx.xx.2023-cü il tarixdə saat 02:09-da LBBK0481O4/LBBK0481 Qarabag st. yani/"Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi"/Surakhany/ (40.420xx/xx.99424) antenasının əhatə dairəsində olmuş, həmin saatdan sonra telefondan hər hansı antenaya hər hansı siqnal daxil olmamışdır. Əldə edilmiş anten məlumatlarında xx.xx.2023-cü il saat 02:09-a kimi telefondan antenə siqnalın mütəmadi getməsi, həmin dəqiqədən sonra anidən kəsilməsi telefonun söndürülməsinə dəlalət edir. LBBK0481O4/LBBK0481 Qarabag st. yani/"Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi"/Surakhany/ (40.420xx/xx.99424) nömrəli antenin yerləşdiyi yer ilə Suraxanı Polis İdarəsinin yerləşdiyi yer arasında məsafəni GOOGE MAP proqramı vasitəsi ilə ölçüldükdə 283 metr məsafə olması müəyyən edilir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:09-da Suraxanı polis idarəsində olmuş və sonradan telefonundan siqnalın kəsilməsi isə Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən telefonunun alınaraq söndürülməsinə dəlalət edir. Şahid1 istifadəsində olan ********** mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 09:59, 10:01, 10:18, 10:24, 10:34-də, eləcə də, sonrakı saatlarda 12:40-dək UBBK0481A/UBBK0481 Qarabag st. yani/"Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi"/Surakhany/ (40.420xx/xx.99424) antenasının əhatə dairəsində olmuşdur. Göründüyü kimi antenin nömrəsinə diqqət etdikdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 02:09-dakı anten nömrəsi ilə eynilik təşkil edir. Həmçinin Şahid1 mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 22:37-dən başlayaraq xx.xx.2023-cü il tarix saat 10-da kimi də eyni antenda olmuş və gecədən səhərə kimi mütəmadi olaraq telefondan həmin antenə siqnallar ötürülmüşdür. Yuxarıda Təqsirləndirilən şəxs anten məlumatlarının tədqiqindən aydın olduğu kimi GOOGLE MAP proqramında həmin antenlə Suraxanı Polis İdarəsi arasında 283 metr məsafə, Şahid1 olduğu yer ilə Təqsirləndirilən şəxs tutulduğu yer arasında hava yolu ilə 8,41 km məsafə (avtomobillə 12,9 km) olmuşdur. Bu da onu təsdiq edir ki, Şahid1 Təqsirləndirilən şəxs tutulan vaxtı, yəni xx.xx.2023-cü il tarixdə saat 10-da Hövsan Qəsəbəsində olmamış, Suraxanı Polis İdarəsində olmuşdur. Şahid2 ********** mobil telefonu xx.xx.2023-cu il tarixdə saat 10:22, 10:23, 10:41-də Ramana qəsəbəsi antenasında, 10:51-də Bakı seh, Suraxanı r-nu, Ramiz Quliyev kuc 28 antenasında, saat 11:01-dən 11:12-dək Baki seh, Suraxani rnu,"AzerEnerji"yarimstansiyasi antenasında, 11:13-dən 12:01-dək Bakı seh, Suraxanı rnu, Ramiz Quliyev kuc 28 və Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall" antenlərində olmuşdur. Google Map proqramı ilə yoxlanıldıqda Şahid2 olduğu yer ilə Təqsirləndirilən şəxs tutulduğu yer arasında hava yolu ilə 11,57 km (avtomobillə 19,1 km) məsafə olmuşdur. Bundan başqa, Şahid2 ********** mobil nömrəsi yoxlanıldıqda müəyyən edilmişdir ki, həmin nömrə xx.xx.2023-cü il tarixdə saat 10:20, 10:25-də “UABS0352B/UABS0352 Ramana 3-cu sahe/"Bakı şəhəri, Suraxanı rayonu" /Sabunchu/ (40.452xx/xx.00484)” antenasında olmuş və həmin antenlə Təqsirləndirilən şəxs tutulduğu Hövsan qəsəbəsi, məktəbli küçəsi ev 100/50 ünvanı arasında hava yolu ilə 10 km (avtmobillə 16,7 km) məsafə olmuşdur. Göründüyü kimi Şahid2 xx.xx.2023-cü il tarixdə saat 10-da Təqsirləndirilən şəxs tutulan vaxt Hövsan qəsəbəsində olmamış, həmin vaxtda Ramana qəsəbəsində olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şahid1 Suraxanı Polis İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:25-də Suraxanı Polis İdarəsinə gətirilmişdir. Həmçinin Şahid1 və Şahid2 ifadələrindən də aydın olur ki, hər ikisi bir avtomobildə Təqsirləndirilən şəxs Hövsandan Suraxanı rayon polis idarəsinə gətirmişlər. Ancaq Şahid1 ********** nömrəli mobil telefonu ilə Şahid2 ********** nömrəli mobil nömrəsi arasında xx.xx.2023-cü il tarixdə saat 10:22:08-də 79 saniyə, saat 10:23:47-də 12 saniyə danışıq aparılmışdır. Bu isə faktiki olaraq yolda bir avtomobildə olan iki şəxsin mobil telefonla danışmalarının inandırıcı olmamasını və həmin şəxslərin Təqsirləndirilən şəxs tutulmasında iştirak etməməsini təsdiq edir. Yuxarıda tədqiq edilmiş anten məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:09-da Suraxanı polis idarəsinə gətirilmiş və həmin vaxtdan sonra telefonundan siqnal ötürülmədiyindən telefonunun polis əməkdaşları tərəfindən söndürülməsi ehtimalı yaranmış və bu da həmin vaxtı artıq Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış aparılmasına dəlalət edir. Təqsirləndirilən şəxs da məhkəmədəki ifadəsində saat 02 radələrində polis idarəsinə gətirilərkən üzərində axtarış aparılmasını bildirmişdir. Beləliklə, müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Suraxanı rayon polis idarəsinə gətirilmiş, üzərinə qeyri rəsmi axtarış aparılaraq telefon götürülüb söndürülmüş, saat 11:35-dən saat 11:42-dək isə üzərində şəxsi axtarışın aparılması rəsmiləşdirilmişdir. Göründüyü Təqsirləndirilən şəxs faktiki tutulduğu vaxtdan rəsmi şəkildə şəxsi axtarışın aparılmasına kimi 9 saat 35 dəqiqə polisin nəzarəti altında olmuş və bu isə Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin qoyulması şübhəsi yaradır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Layıcov Azərbaycan qarşı» işində qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Bundan başqa, aparılmış şəxsi axtarışın keyfiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, şəxsi axtarışın şəxsin tutulduğu Hövsan qəsəbəsində deyil, məhz nə üçün Suraxanı Polis İdarəsində aparılması ilə bağlı şəxsi axtarış protokolunda məlumat verilməmişdir. Halbuki, dərhal tutulduqdan sonra şəxsin üzərinə şəxsi axtarış və ya baxış keçirlə bilərdi, buna mane olan hal olmamışdır. Şəxsi axtarışın keyfiyyəti ilə bağlı digər vacib bir məsələ isə ondan ibarətdir ki, videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd mobil telefonu təqdim etdikdən sonra bir qədər dayanmış, təhqiqatçı sanki Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu əvvəlcədən bilirmiş kimi təkrar olaraq sonuncunun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yalnız bundan sonra üzərində olan heroini təqdim etmişdir. Göstərilən məsələ ilk baxışdan şəxsi axtarışın qanuniliyini şübhə altına almasa da, yuxarıda göstərilən halların məcmusu ilə, o cumlədən yuxarıda qeyd olunduğu kimi saat 02 radələrində telefonun götürülərək söndürülməsi və faktiki həmin vaxtı axtarış aparılması ona dəlalət edir ki, təqsirləndirilən şəxsin üzərinə Suraxanı Rayon Polis İdarəsində keçirilmiş şəxsi axtarış şəffaf şəkildə keçirilməmiş, bu isə bütövlükdə onun barəsində keçirilmiş şəxsi axtarışın qanunsuz şəkildə aparılmasını təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə saat 11:26-dan saat 11:29-dək tərtib edilmiş tutma protokolundan aydın olur ki, həmin prosessual hərəkətdə Təqsirləndirilən şəxs müdafiəçisi X9 iştirak etmiş, daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə haqqında qərar qəbul edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçisi X4 üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılmasında iştirak etməsini istəmədiyini və onun iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasını xahiş etmişdir. Daha sonra 11:35-dən 11:42-dən olan şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. Baxmayaraq ki, CPM-nin 246-cı maddəsi şəxsi axtarış zamanı müdafiəçinin iştirakını məcburi hal kimi qeyd etmir, ancaq hazırki cinayət işində təqsirləndirilən Təqsirləndirilən şəxs həmin gün imtinadan bir neçə dəqiqə əvvəl ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiə üçün dövlət hesabına müdafiəçi dəvət etməyi xahiş etmiş, vəkil X9 onun hüquqlarının müdafiəçisi kimi prosesə buraxılmış və sonradan vəkilin iştirakı ilə hüquq və vəzifələri, etiraz hüquqları izah edilmiş və tutma protokolu tərtib edilmişdir. Təhqiqatçı CPM-nin 92.3.1-ci maddəsinin, yəni şübhəli şəxs tələb etdikdə müdafiçinin iştirakı təmin olunmalıdır tələblərinə əsasən Təqsirləndirilən şəxs müdafiəçi təyin etmiş, müdafiəçinin 6 dəqiqə əvvəl Polis İdarəsində olmasına baxmayaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış istintaq hərəkəti aparmış və buna da əsas kimi Təqsirləndirilən şəxs həmin istintaq hərəkətində müdafiəçinin iştirakını istəməməsini əsas götürmüşdür. Ancaq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçini istəməməsinin səbəbini şəxsi axtarış aparılarkən nə videoçəkiliş zamanı, nə də şəxsi axtarış protokolunda göstərməmişdir. Həmçinin məhkəmə hesab edir ki, şübhəli şəxs hətta bir istintaq hərəkətində müdafiəçinin iştirakından imtina edirsə bu müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olmalı və 92-ci maddəsinin müdafiəçidən imtinaya dair tələblərinə uyğun olmalıdır. CPM-nin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs ərizəsində maddi vəziyyəti ilə əlaqədar dövlət hüsabına vəkil dəyin edilməsini xahiş etdiyindən onun müdafiəçidən imtinasın qəbul edilə bilməz. Belə ki, CPM-nin 92.1.12-ci maddəndə göstərilmişdir ki, hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən … şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Yəni şübhəli şəxs Təqsirləndirilən şəxs keçirilən istintaq hərəkətində müdafiəçinin iştirakını istəməsə belə sonuncunun iştirakı təmin edilməli idi. Bundan başqa, şəxsi axtarış və götürmə qərarı müdafiəçi tərəfindən imzalanmış, eləcə də, şəxsi axtarış və götürmə protokolunu müdafiəçi tanış olduğunu bildirərək imzalamışdır. Göründüyü kimi, müdafiəçi tutma protokolunu, axtarış qərarını imzalamaqla şəxsi axtarış keçiriləcəyindən məlumatı olmuş, sonradan axtarış protokolunu imzalamaqla axtarışın baş tutmasını bilmiş, ancaq cinayət işinin materiallarında olan hər hansı sənəddə onun iştirakı olmadan keçirilmiş şəxsi axtarışın mötəbərliyini mübahisələndirməmiş, bu isə faktiki olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəsindən imtina kimi qəbul edilə bilər. Halbuki CPM-nin 92.10.1-ci maddəsi müdafiə etdiyi şəxsin ….iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək müdafiəçiyə qadağan olunur. Həmçinin o, da qeyd olunmalıdır ki, müdafiəçi CPM-nin 92.9.3-cü maddəsinə əsasən müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək hüququna malikdir və bu hüquq səmərəli şəkildə həyata keçirilməlidir. Avropa Məhkəməsi «Akdağ Türkiyəyə qarşı» işində göstərmişdir ki, polis tərəfindən sorğu-sual zamanı vəkilin iştirakı və fəal köməkliyi digər məsələlərlə yanaşı, şübhəli şəxsin iradəsinə zidd olaraq məcbur etmə və ya təzyiq üsulları ilə sübutların toplanmasının qarşısının alınmasına və şübhəli şəxsin azadlığının qorunmasına yönəlmiş mühüm prosessual təminatdır. Avropa Məhkəməsinin «Mamaladze Gürcüstana qarşı» işində göstərmişdir ki, sübutların keyfiyyəti, o cümlədən onların əldə edildiyi şəraitin onun etibarlılığına və ya düzgünlüyünə şübhə yaradıb-yaratmaması da nəzərə alınmalıdır (bax, digər orqanlar arasında yuxarıda adı çəkilən Bykov, § 90; Lisica Xorvatiyaya qarşı, № 20100/06, § 49, 25 fevral 2010-cu il və yuxarıda adı çəkilən Ayətullah Ay, § 126). Əldə edilmiş sübutların başqa materiallar tərəfindən dəstəklənmədiyi yerdə ədalətlilik problemi mütləq yaranmasa da, qeyd etmək olar ki, sübut çox güclüdürsə və onun etibarsız olması riski yoxdursa, sübuta ehtiyac da müvafiq olaraq daha zəifdir.). Bununla əlaqədar olaraq, bir daha təkrar etmək olar ki, sübut yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı bir şübhə təqsirləndirilən şəxsə fayda verməlidir (bax, yuxarıda adı çəkilən Ayetullah Ay, § 126). CPM-nin 86.3-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Lakin Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqatçı tərəfindən qanunun bu tələbləri pozulmuşdur. Yuxarıda sadalanan pozuntularla bərabər məhkəmə aşağıdakı pozuntuları da aşkar etmişdir. Belə ki, CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs rəsmi olaraq tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 11:25-də tutulsa da, şübhəli şəxs qismində dindirilməsi xx.xx.2023-cü il tarixdə saat 10:30-dan 11:20-dək olan müddətdə aparılmışdır. Yəni Təqsirləndirilən şəxs dindirilməsi dərhal deyil, təxminən 23 saat sonra aparılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda elan etmə hissəsində qərarın xx.xx.2023-cü il taridə saat 11:55-də elan edilməsi göstərilsə də, aşağı hissəsində əl ilə yazılmış olan ittihamla razı deyiləm və Təqsirləndirilən şəxs yazısı və imzanın altında əl yazma ilə xx.xx.2023-cü il tarixi qoyulmuşdur. Bu da təqsirləndirlən şəxsin ittihamla xx.xx.2023-cü il tarixdə deyil, məhz xx.xx.2023-cü il tarixdə tanış olması şübhəsini yaradır. Həmin şübhəni gücləndirən digər hal isə xx.xx.2023-cü il tarixdə saat 10:00-dan 10:12-dək keçirilmiş diskə baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs şübhəli şəxs adlanan CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrin izah edilməsidir. Məhkəmə yuxarıda qeyd olunan sübutların tədqiqindən belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, məhkəmə baxışında göstərdikləri digər sübutlarla, xüsusən anten məlumatları ilə dəstəklənmişdir. Həmçinin məhkəmə baxışında vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan şəxsin hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 10-da deyil, saat 02 radələrində tutularaq Suraxanı polis idarəsinə gətirilməsini, əli bağlı zirzəmidə saxlanılmasını, onun tutulmasında Şahid2 və Şahid1 iştirak etməməsini, onların video çəkiliş zamanı polis idarəsində olmasını bildirmiş və həmin xüsusat kiçik detallarına kimi telefon anten məlumatları ilə yoxlanılaraq təsdiq olunmuş və bu da hadisəni həqiqətə uyğun təsvir etməyə çalışdığından xəbər verir. Şahidlər Şahid1 və Şahid2 isə məhkəmə baxışı zamanı ziddiyyətli ifadələr vermişlər. Belə ki, Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında X8 qəsəbəsində tutub Suraxanı rayon Polis İdarəsinə gətirməsini bildirmiş, istintaq zamanı vermiş olduğu ifadəsində isə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində tutulmasını göstərmişdir. Şahid2 isə ifadəsində Təqsirləndirilən şəxs Şahid1la xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Hövsan qəsəbəsində tutub Suraxanı rayon Polis İdarəsinə gətirməsini bildirmişdir. Bundan başqa, Şahid1 və Şahid2 istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, həmin ifadələrdə fərqlilik yalnız vəzifələri və iş yerləri barədə məlumatlar və birinin digərinin adını çəkməsidir. İfadələrdəki digər bütün yazılar sözbəzsöz, cümlə-cümlə, hətta nöqtə və vergülünə kimi üst-üstə düşür. Hətta hər ikisinin ifadəsindəki sual-cavab hissəsində ilk sualda səhvən istintaqda adı keçməyən Abasquliyev soyadı qeyd olunur. Göründüyü kimi şahidlərin ifadələri biri digərindən köçürülmüş və bu da həmin ifadələrin inandırıcı olmasına şübhələri daha da artırır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində göstərmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Məhkəmə yuxarıdakı sübutların tədqiqindən Şahid1 və Şahid2 ifadələrinin ziddiyyətli olması, digər sübutlarla təsdiq olunmaması öz növbəsində sonuncu tərəfindən qəbul edilmiş əməliyyat axtarış-tədbirinin keçirilməsi haqqında qərarın mötəbərliyini də şübhə altına alır. Yəni Təqsirləndirilən şəxs barəsində hər hansı narkotik vasitəni saxlaması və istifadəsi barədə əvvəlcədən hər hansı məlumat olmamışdır. Həmçinin Avropa Məhkəməsi «Kobiaşvili Gürcüstana qarşı» qərarında ərizəçinin şəxsi axtarışının məhkəmə qərarı olmadan aparılmasını, buna səbəb olmuş əməliyyat məlumatının faktiki olaraq mövcud olmamasını və polis əməkdaşlarının şəxsi axtarışın faktiki hallarına dair ziddiyyətli ifadələrini nəzərə alaraq ərizəçinin şəxsi axtarışı nəticəsində əldə edilmiş sübutun etibarlılığının və mötəbərliliyinin şübhə doğurduğunu bildirmişdir. Beləliklə də, şahidlər Şahid1 və Şahid2 ifadələri ziddiyyətli olmaqla hadisələri ayrıntılı şəkildə əks etdirməmiş, əldə edilmiş telefon anten məlumatları ilə uyğunsuz olmuş, sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliyinə şübhə yaratmış, tutulma və şəxsi axtarışı zamanı prosessual pozuntulara yol verilmiş, ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmiş, narkotik vasitənin qoyulma ehtimalı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Daha sona həmin maddədə Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs barəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı, onun tutulması protokolunu, şəxsi axtarış protokolunu, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi hüquqi qüvəsi olmayan hesab edir. Çünki keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş dəlillər varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılacaqdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işi üzrə qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Barbera, Messege və Habardo İspaniyaya qarşı (1988) məhkəmə işində Məhkəmə bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də iddiaçıya münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. “Əsaslı şübhədən kənar” standartı, adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Bu o demək deyil ki, onun həqiqiliyinə heç zərrə qədər də şübhə yoxdur (beyond shadow of doubt). Bu o deməkdir ki, təqdim edilmiş sübutların bütün digər alternativ izahları (əsasları, anlamları) çox az inandırıcıdırlar. İstər Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də Avropa İnsan Hüquqları Məhkəmsinin presedent hüququnda nəzərdə tutulmuş yuxarıda sadalanan normalar Azərbaycan Respublikası CPM-də öz əksini tapmışdır. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 357.0.1-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəraət verildikdə o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 2,420 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin narkotik vasitə həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılmalı, 5 (beş) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 2,420 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 5 (beş) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 2,420 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar